Telman Orucov


Vətəndaş müharibəsinin başlanması



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

Vətəndaş müharibəsinin başlanması 
 
Bu vaxt Montqomerinin əvəzinə Riçmond konfederasiyanın paytaxtı oldu. Bu 
Cənubun  hökumətinin  qulluqçularını  ön  cərgədə,  həmçinin  Şimalın  və  Cənubun 
sərhədlərini birbaşa üz-üzə qoymaq məqsədini güdürdü. Devis Cənubda könüllüləri, 
Şimalda  Linkoln  edən  kimi  silaha  çağırdı.  Bu  çağırışlara  hər  iki  bölgədə  həvəslə 
cavab  verilirdi.  Hətta  bundan  sonra  da  adamlar  bu  qorxulu  işi  olduqca  ləng 
görürdülər. Vuruşun qısa olacağı gözlənilirdi. Barışıq və ya təslim olma nəhayət baş 
verəcəkdi.  Cənubda  adamlar  göndərilmə  yerlərinə  toplaşır,  öz  alaylarını  elə  bil  ki, 
istirahət  ekskursiyalarına  yola  salan  kimi  göndərirdilər,  heç  də  anlamırdılar  ki, 
taleyin onları yaxalamasına o qədər çox vaxt qalmamışdır. Az vaxt keçdikdən sonra 
bu  hallisuniasiyalar  yoxa  çıxacaqdı.  Müharibə  tezliklə  öz  həqiqi  təbiətini  göstərdi. 
Hər iki tərəf öz ehtiyatlarına sahib olmağa çalışırdı. Bu ümidsiz işdə heç bir şübhə və 
fasilə  olmadıqda,  bütövlükdə  qitə  vətəndaş  müharibəsinin  alovuna  büründü.  Bu  iki 
bölgənin toqquşmasının necə heybətli və qəti olduğunu hamı gördü.  
Amerikada  Vətəndaş  Müharibəsinin  meydana  gəlməsinə  bir  çox  səbəblər 
göstərirlər.  Hər  şeydən  əvvəl  burada  bir  səbəb  var  idi  -  bu  da  quldarlıq  idi. 
Müharibəyə  qədər  olan  qırx  illik  dövrə  nəzər  salınsa  görmək  olar  ki,  bu  illər 
müharibəni  yaxınlaşdırırdı.  Qul  məsələsindən  qalxan  çoxlu  problemlər  meydana 
çıxırdı, 1820-ci ildə Şimalla Cənub arasındakı əks təbliğat Missuri Kompromissi ilə 
nəticələnmişdi.  Bu  Kompromiss  heç  şübhəsiz  quldarlığın  Şimaldan  kənarda 
saxlanmasına  kömək  etməsinə  baxmayaraq  Cənub  üçün  birbaşa  qələbə  idi.  Missuri 
Kompromissinin  mahiyyəti  ondan  ibarət  idi  ki,  bu  ştat  Birliyə  quldarlıq  ştatı, 
Massaçusetsdən ayrılan Men isə tarazlığı saxlamaq üçün quldarlıqdan azad ştat kimi 
daxil  olmuşdu.  Bu  Aktla  həm  də  satın  alınmış  Luiziananın  digər  hissələrində 
quldarlıq  qadağan  olunmuşdu.  Sonra  Texas  məsələsi  gəldi.  Cənub  Texasa  görə 
ləngidi.  Şimal  zəif  etiraz  etsə  də,  Texas  qul  ştatı  oldu.  Bunun  üstünə  Meksika 
müharibəsinin  ağırlığı  gəldi.  Bu  ərazinin  də  çoxu  quldarlıq  ərazisi  olmaqla  Cənub 
daha  bir  qələbə  qazandı.  Qul  sahiblərinin  başqa  bir  qələbəsi  yox  idi.  Kaliforniya 
ştatının qul və ya azad ştat olması barədəki mübahisə ərazinin azad olması barədəki 
siyasətçilərin  qərarı  ilə  həll  edildi.  Sonra  1850-ci  il  Kompromissi  gəldi  və  bu  da 
Cənubun  qələbəsi  idi.  Cənublular  Qaçqın  Qul  qanununu  Şimala  tətbiq  etmək 
istəyirdilər. Dörd il keçdikdən sonra Kanzas-Nebraska billi ilə qul sahibləri Missuri 
Kompromissini ləğv edib, daha böyük qələbə qazandılar. Bu qanunla onlar Missuriyə 
görə verdikləri haqqı geri aldılar. Bununla da qul sahiblərinin, quldarların qələbələri 
başa  çatdı.  Onlar  Kanzas  üçün  daha  bir  dəhşətli  mübarizə  apardılar,  lakin  məğlub 
oldular. Çünki Kaliforniyada məskunlaşmaq üçün adamlar işə malik idi. Bütün kiçik 
mübarizələrdə, hansı yolla olursa-olsun Cənub qalib gəlirdi. Kaliforniya və Kanzasda 
bu mümkün olmadı. Yalnız bu iki ərazidə xalq həll etmək imkanına malik idi. Bütün 
digərlərində  isə  hər  şeyi,  idarə  edən  adlanan  siniflər  həll  edirdi.  Bu  faktdan  iki  qat 
nəticə çıxarmaq olardı. Birincisi, müharibədən əvvəlki bir çox illər ərzində quldarlar 
hökumətə ağalıq etmişdilər. İkincisi, ümumilikdə xalq onlara rəğbət bəsləmirdi. Əgər 
o vaxt bütün hakimiyyətin mənbəyi kimi xalq quldarların idarəçiliyini bəyənməsəydi, 
necə ola bilərdi ki, onlar işi öz əllərinə götürsün. Axı xalq bunu etməkdə hüquq və 

 
291 
hakimiyyətə malik idi. Buna belə cavab verilə bilər ki, xalqın əksəriyyəti elə bunu da 
edirdi.  
İlk  dəfə  xalq  Meksika  müharibəsini  başlamağa  görə  Demokrat  Partiyasını 
məğlubiyyyətə  uğratdı,  sonra  onları  Kompromiss  tədbirlərinə  görə  kənara  atdı.  Bu 
mülayim  rəftar  səmərəli  deyildi  və  xalq  cəsarətli  tədbirlərin  zəruri  olduğunu  görüb, 
yeni siyasi partiya yaratdı, bu partiya quldarlığın genişlənməməsi əsasında yaradıldı 
və  öz  prezidentini  seçdi.  Bu  quldarlığın  genişlənməsinin  dayandırılmalı  olduğuna 
işarə  idi  və  quldarlıq  buna  dözə  bilməzdi.  Bu  vaxt  müharibə  gəlib  çıxdı.  Bu 
partiyanın öz prezidentini seçmək məsələsinə gələndə bu da bir həqiqət idi ki, xalqın 
yarısından azı Linkolna səs vermişdi, bir çoxu öz inamlarına səs verməyə çəkinirdi, 
digərləri öz atalarının tarixi partiyalarından uzaqlaşa bilmirdi. Lakin bu da dəqiq idi 
ki,  1860-cı  ildə  ölkənin  xalqının  böyük  əksəriyyəti  quldarlığın  daha  da  yayılmasına 
münasibətdə əks mövqe tuturdu. Lakin quldarlıq da çox hiyləgər idi, baxmayaraq ki, 
səhvlər  də  edirdi.  Bu  səhvlərdən  biri  Qaçqın  Qul  qanununun  şimallıların  vicdanına 
təlqin edilməsi idi. Bu, şimallını quldarlığa, onun daha eybəcər formasında baxmağa 
gətirib  çıxardı.  O,  ağa  ilə  qul  arasındakı  xoş  münasibəti  görmürdü,  yalnız  qara 
adamın hissiyatını görürdü və bəlalar barədə onların əhvalatlarını eşidirdi. O, görürdü 
ki, qaçqın tutulur və sürüklənib geri quldarlıq ərazisinə aparılır. Belə səhnələr Şimal 
adamlarında quldarlığa qarşı nifrət oyadırdı. 
Quldarlığın  ən  ciddi  səhvi  Birliyi  dağıtmaq  məqsədini  güdməklə,  ölkəni 
müharibəyə  sövq  etməsi  oldu.  Bu  cəsarətli  sıçrayış  idi  və  fəlakətli  səhv  olduğunu 
sübut  etdi.  Quldarlıq  Konstitusiya  tərəfindən  himayə  edilirdi  və  onun  təsiri  Şimal 
siyasətçilərinin üstünə də düşürdü. Bu vaxt isə quldarlıq Konstitusiyanı dağıdırdı və 
öz  şimallı  dostlarını  özünə  münasibətdə  yadlaşdırırdı.  O,  bu  məsələ  barədə  aşağı 
məhkəməyə  şikayət  etdi,  Konstitusiya  və  hökumət  isə  yüksək  tribunala,  xalqın 
mühakiməsinə  verilməli  idi.  O,  Kaliforniya  və  Kanzasın  taleyindən  heç  nə 
öyrənməmişdi. Quldar bilirdi ki, Şimal Cənubdan ölçüyə gəlməz dərəcədə güclüdür. 
O,  dəqiq  bilirdi  ki,  taqətdən  salan  müharibədə  Birliklə  qul  gücü  arasında  vuruşma 
başa  çatacaqdır,  heç  biri  diri  qala  bilməyəcəkdir.  O  Birliyə  hörmət  hissinin  altında 
idimi, Şimaldakı köhnə bayrağa onun məhəbbət hissi vardımı?  
Abraham  Linkolnun  prezident  seçilməsi  xəbəri  gözlənilməyən  deyildi. 
Cənubun  bir  çox  hissələrinin  üzərinə  bu  zərbə  kimi  düşdü.  Radikalların  çoxu  bu 
nəticəyə  sevindi.  Onlar  iddia  edirdilər  ki,  indi  onlar  ayrılmaq  üçün  kifayət  qədər 
səbəbə  malikdirlər.  Lakin  çoxluğun  hissiyatı  qorxudan  və  bəlalı  gələcəkdən  xəbər 
verirdi.  Birlikdən  ayrılmaq  təhlükəsi  bir  əsrə  qədər  mövcud  olmuşdu.  Şimalın  və 
Cənubun çox ştatları buna təhrik edilirdi və adətən azacıq qorxu hissi yaradırdı. Bu 
məsələdə Cənub daha dərindən maraqlı idi. Cənubun ayrılması hüququ bu müstəviyə 
əsaslanırdı  ki,  Birlik  suveren  ştatların  konfederasiyasıdır,  onlardan  hər  biri  istədiyi 
vaxt  müqavilədən  geri  çəkilmək  barədə  qanuni  gücə  malikdir.  Ayrılma  üçün  həmin 
vaxt  bəhanə  var  idi,  Cənubi  Karolina  "Səbəblər  deklarasiyası"  qəbul  etmişdi,  on  üç 
Şimal  ştatı  isə  Konstitusiyaya  məhəl  qoymayaraq  "Şəxsi  azadlıq  qanunları"  qəbul 
etmişdi.  
Cənubi  Karolina  Birliyin  üzvlüyündən  çıxmaq  sahəsində  ilk  addımı  atdı. 
Hətta ştatın qubernatoru seçkilərdən əvvəl digər pambıq ştatlarının qubernatorlarına 
məktub  göndərib,  Linkolnun  qalib  gəlməsi  ehtimalında,  həlledici  addımı  atmağa 

 
292 
onların  nə  dərəcədə  hazır  olduqlarını  öyrənmək  istədi.  Qubernatorların  çoxunun 
cavabı  əsasən  bunu  bəyənməmək  idi.  Şimali  Karolina  və  Luiziana  bu  variantı 
istəmirdi, Alabama və Corciya tərəddüd edirdi, təkcə Florida "hə" cavabı vermişdi. 
Lakin səbrsiz Cənubi Karolina onlardan heç nə gözləmədi. Ştatın qanunverici orqanı 
prezident  elektorlarını  seçmək  üçün  noyabrın  5-də  yığıldı,  çünki  təkcə  bu  ştatda 
elektorları qanunverici orqan seçirdi, xalq seçmirdi. Bu imkan idi. Qanunverici orqan 
ayrılmanı, Linkolnun seçilməsi xəbərinə qədər saxladı, bu seçki bütün ştat ərazisində 
parçalanma  həvəsinin  böyüməsinə  səbəb  olacaqdı.  Bu  vaxt  zərbə  vurmaq  zamanı 
gəlib  çatmışdı,  çünki  bir  neçə  həftə  keçdikdən  sonra  xalqın  ayrılmağa  vurğunluğu 
soyuya  bilərdi.  Qanunverici  orqan  vaxt  itirmədən  ayrılma  qurultayına  seçki 
keçirilməsini  tələb  etdi.  Seçki  dekabrın  6-da  keçirildi,  qurultay  isə  dekabrın  17-də 
toplandı. 
Nümayəndələrin cəhdi ciddi idi. Onlar öz məsuliyyətlərini dərindən dərk edən 
kimi  görünürdülər.  Assambleyaya  təntənəli  qaydada  onların  "İstiqlaliyyət 
Deklarasiyası" oxundu. Ayrılma ordinansı 1788-ci il aktını ləğv edirdi, - bu akta görə 
ştat  Konstitusiyanı  qəbul  edirdi  və  Cənubi  Karolina  ilə  Amerika  Birləşmiş  Ştatları 
arasında  birliyin  pozulmuş  olduğu  elan  edildi.  Yekdil  səslə  ştatın  "suveren 
hakimiyyətə yiyələndiyi" bildirildi. Cənubi Karolinanın ayrılması 20 dekabr 1860-cı 
ildə baş verdi. Cənubi Karolinalılar özlərini 1776-cı ilin qəhrəmanları  ilə  müqayisə 
edirdilər.  Onlar  güman  edirdilər  ki,  həmin  vaxt  və  orada  yeni  millət  doğuldu.  Ştat 
sonra  digər  qul  ştatlarına  müraciət  edib,  onları  Birliyi  tərk  etməyə  inandırmağa 
çalışdı ki, özlərinə birləşdirib Cənub Konfederasiyası yaratsın.  
Cənubi  Karolinanın  ayrılmasından  bir  qədər  sonra  digər  dörd  ştat  onun 
nümunəsi qaydasında hərəkət etdi. 1861-ci il yanvarın 9-da Missisipi, 10-da Florida, 
11-də Alabama və 19-da Corciya Birlikdən ayrıldı. Onların hər birində də bu niyyətlə 
seçilmiş  qurultay  vasitəsilə  ayrılma  məsələsi  həll  olundu,  lakin  heç  bir  ayrılma 
ordinansı  xalqın  səsverməsinə  qoyulmadı.  26-da  onların  ardınca  Luiziana  getdi. 
Fevralın  1-də  isə  Texas  ayrıldı.  Texasın  sədaqətli  qoca  qubernatoru  Sem  Hyuston 
ayrılmanın  qarşısını  almaq  üçün  imkanında  olan  bütün  hər  şeyi  etdi,  lakin 
qanunverici  orqan  hakimiyyəti  qəsb  etdi  və  qurultay  çağırdı.  Bu  ştat  ayrılan 
ştatlardan  ilki  idi  ki,  ayrılma  ordinansını  xalqın  səsverməsinə  tabe  etdi.  Bu  ümumi 
səsvermə qaydasında keçirildi, lakin mühüm cəhət o idi ki, səslər barədə onların tam 
əksinə olan saxta məlumat verildi.  
Yeddi  ayrılan  ştat  Cənubun  böyük  pambıqçılıq  qurşağını  əmələ  gətirirdi. 
Fevralın 4-də onlar öz talelərini birləşdirib Cənub Konfederatını yaratdılar. Birləşmiş 
qurultay  bu  məqsəd  üçün  Alabama  ştatındakı  Montqomeridə  yığışdı,  Müvəqqəti 
Konstitusiya  qəbul  etdi  və  müvəqqəti  prezident  və  vitse  prezident  seçdi.  Müvəqqəti 
Konstitusiya  11  mart  1861-ci  il  tarixdə  keçirilən  Konqress  tərəfindən  daimi  Əsas 
qanun  kimi  qəbul  edildi.  Ştatlar  tərəfindən  ratifikasiya  edildikdən  sonra,  bu  sənəd 
1862-ci ilin fevralında qüvvəyə mindi.  
Konfederat Konstitusiyası Birləşmiş Ştatlarınkına çox yaxın idi, "Konfederat 
Ştatları"  termini  "Birləşmiş  Ştatlar"  əvəzinə,  "Konfederasiya"  isə  "Birlik"  əvəzinə 
işlədilirdi. Bu yeni sənədin preambulasında da sözlər - "Biz suveren ştatların xalqı", 
Birliyin əsas qanunundakı "Biz Birləşmiş Ştatların xalqı" əvəzinə istifadə edilmişdi. 
Bu  Konstitusiya  bir  sıra  məsələlərdə  fərqli  qaydalar  qoyurdu,  əvvəlkilərə 

 
293 
dəyişikliklər  edirdi.  Prezident  altı  illiyə  seçilməli  idi  və  yenidən  seçilə  bilməzdi. 
Kabinet üzvlərinə Konqressin hər iki palatasında oturmaq hüququ verilirdi. Himayə 
tarifi  qanunsuz  sayılırdı,  daxili  inkişaf  məsələlərində  naviqasiyaya  kömək  edilməsi 
nəzərdə  tutulurdu,  poçt  sistemi  1  mart  1863-cü  ildən  özünü  maliyyələşdirən  olmalı 
idi.  Ştatın  suverenliyi  kimi  ştatın  qanunverici  orqanı  üçdə  iki  səslə  ştat  daxilində 
fəaliyyət göstərən milli vəzifə sahibini vəzifədən götürə bilərdi. Quldarlara istənilən 
ştata öz qulları ilə birlikdə səfər etməyə icazə verildi.  
Baş magistrat vəzifəsi üçün bütün Cənubun gözü Missisipidən olan Cefferson 
Devisə tərəf döndü. Devis Meksika müharibəsində iştirak etmişdi, Birləşmiş Ştatlar 
Senatının  üzvü  olmuşdu,  Pirs  kabinetində  çalışmışdı.  O,  əslən  Kentukkidən  idi, 
Missisipiyə gəlmişdi, quldarlığı müdafiə etmişdi, ictimai və özəl həyatda yüksələrək, 
Cənubun ən məşhur kübarlarının lideri kimi tanınmışdı. Kalhounun ölümündən sonra 
isə  o,  Cənubda  qabiliyyətli  lider  olmuşdu.  Vitse  prezidentliyə  isə  Corciyadan  olan 
Aleksandr H.Stefens seçildi. Devis altı üzvdən ibarət kabinet yaratdı, onun özündən 
başqa onların hər biri ayrılmış ştatların nümayəndəsi idi.  
Quldarlığın  düzgün  olduğunu,  onu  məhkum  etməkdə  Şimalın  ədalətli 
olmadığını qət edən Cənub Birlikdən ayrılmaq istəyində israrlı idi. Linkolnun dediyi 
kimi,  zorla  ayrılmaq  xalq  hökumətinə  sağalmaz  yara  vurardı,  lakin  dinc  ayrılma 
qarşılıqlı  razılaşma  ilə  olmalı  idi.  Quldarlıq  ölkə  üçün  parlayan  şər  idi,  XIX  əsr 
sivilizasiyası  üzərinə  ləkə  idi.  Cənubun  ayrılması  quldarlıq  üçün  alqış  kimi 
düşünülürdüsə, onun bütünlüklə məhv edilməsinə gətirib çıxardı.  
Bu  hadisələrdən  sonra  Şimalda  qaralara  münasibətdə  qəflətən  dəyişikliklər 
baş verdi. Qaralar indi qəti olaraq Birliyin tərəfində dayanmışdılar. Təkcə prezidentə 
təsir göstərməklə kifayətlənmirdilər ki, o, gələn Cənubi Karolina komissiya üzvlərini 
qəbul etməsin, həm də qısa müddətdən sonra hökumətlə əlaqəyə girdilər. Qaralar bu 
vaxt heç də tək deyildilər. 
Quldarlıq  Amerika  sivilizasiyası  üçün  məhvedici  həşərat  idi.  İnsan  əməlləri 
içərisində onunla mübarizəsiz heç nə etmək olmazdı. Xalq ayağa qalxıb, bu allahsız 
düşməni  öz  proqressi  və  inkişafı  naminə  vurub  məhv  etməli  idi.  Bu  isə  müharibə 
demək idi.  
Artıq  zaman  öz  qaydalarını  qurmaq  üçün  yeni  prezidentin  əlinə  keçmişdi. 
Dövr bədnam və qorxulu dövr idi. Ölkədə şərait acınacaqlı idi. Yeddi ştat Birliyi tərk 
etmişdi və özlərinin hökumətini təşkil etmişdi. Onlar Birləşmiş Ştatların 30 milyon 
dəyərində  əmlakını  qəsb  etmişdilər.  Digər  ştatlar  da  ayrılmaq  ərəfəsində  idi. 
Vaşinqtonun  uğrunda  vuruşduğu,  Ceksonun  qoruyub  saxladığı,  milyonlarla 
amerikanların  öz  həyatlarından  artıq  sevdiyi  şərəfli  Birlik  hissələrə  parçalanmaq 
vəziyyətindəki kimi görünürdü. Cəmiyyət qəlpələrə bölünmüşdü, adamlar nə etmək 
lazım  olduğunu bilmirdi.  Cənub,  "öz  ittifaqına  qayıdacaqmı?"  sualına  "yox"  cavabı 
verirdi.  Birlik  parçalanacaqdırmı  və  ya  müharibə  baş  verəcəkdirmi?  Bu  sual 
dünyanın  indiyə  qədər  hələ  yaxşı  tanımadığı  bir  nəfərin  köksündə  kilidlənmişdi. 
Böyük  və  azad  xalqın  həll  etməli  olduğu  bu  mühüm  məsələdə  konturları  görünən 
çoxlu sayda siyasət mərkəzləşmişdi.  
Bu  vaxt  Çarlston  limanının  müdafiə  nöqtələri,  Fort  Samter  istisna  olmaqla, 
Cənubi Karolinalıların əlinə keçmişdi. Fort Samteri bu vaxtadək mayor Anderson öz 
əlində  saxlayırdı,  bu  fort  isə  Konfederasiya  üçün  çox  lazım  idi.  Bu  Nyu  Orlean 

 
294 
istisna  olmaqla,  Cənubun  başlıca  dəniz  limanlarının  açarı  idi.  Şimal  isə  bunu, 
Konfederasiyanın  müstəqilliyini  tanımadan  verə  bilməzdi.  Fortda  ərzaq  çox  az 
qalmışdı və bu məsələ yüngülləşməsə, Anderson onu tərk etməli idi. Cənub bildirdi 
ki, fortun təchiz edilməsi cəhdi müharibə aktı kimi qiymətləndiriləcəkdir. Bu məsələ 
Vaşinqtonda  danışıqların  mövzusu  oldu.  kabinetin  beş  və  ya  yeddi  üzvü  fortun 
qurtulması üçün cəhdin əleyhinə çıxdı və axırda Linkoln vəd etdi ki, Cənubi Karolina 
qubernatoruna  əvvəlcədən  məlumat  verilmədən  belə  edilməyəcəkdir.  8  apreldə  belə 
vəd olunan məlumat verildi və ərzaqla dolu gəmilər Fort Samterə üzdü. Konfederat 
xidmətinə  qoşulmaq  üçün  Birləşmiş  Ştatlar  ordusundan  tərxis  olunan  general 
Byureqard Çarlston ətrafındakı qüvvələrə komandanlıq edirdi. O, Linkolnun niyyəti 
barədə Montqomeriyə teleqrafla məlumat göndərdi.  
Prezident  Devis  Fort  Samterlə  əlaqədar  böyük  məsələni  həll  etmək  üçün 
Kabineti yığdı. O da, Linkoln da yaxşı bilirdilər ki, müharibə qaçılmazdır. Lakin hər 
biri ilk zərbəni vurmaqdan çəkinirdi. Devisin Dövlət katibi Tumbs bəyan etdi ki, Fort 
Samterə atəş açılması fəlakətli bir addım olacaqdır. O demişdi: "Bu dövrdə bu özünü 
intihardır, ölümdür və biz Şimaldakı bütün dostlarımızı itirəcəyik. Siz kefiniz istədiyi 
kimi arı yuvasına zərbə vuracaqsınız, bu dağlardan okeana qədər genişlənəcəkdir və 
indi  sakit  olan  legionlar  arı  beçəsinə  çevriləcək  və  bizi  çalıb  öldürəcəkdir".  Lakin 
başqa  məsləhətçilər  sayca  çox  idi  və  Byureqarda  teleqrafla  əmr  verildi  ki,  fortun 
təslim olmasını tələb etsin və imtina edildiyi halda onu məhv etsin. 12 aprelin səhəri, 
dan  yeri  sökülməmişdən  bir  neçə  saat  əvvəl  Konfederat  generalı  mayor  Andersona 
xəbər göndərdi ki, bir saatdan sonra forta atəş açılacaqdır. Sallivan adasından atılan 
mərmi  dünyaya  kompromiss  dövrünün  keçmişdə  qaldığını  bildirdi  və  Amerikanın 
tarixində ən böyük faciə başlandı.  
Əlli topdan atılan bombalar bəlalı fortun divarları üzərinə yağırdı. Çarlstonda 
səhər  oyanan  minlərlə  adam  bu  tamaşaya  baxırdı.  Anderson  və  onun  kiçik  dəstəsi 
atəşə igidliklə cavab verirdi. Fortun divarları tezliklə dağıdıldı və uçdu. Baraklar və 
ağacdan  olan  tikililər  yanırdı  və  adamların  yalnız  böyük  cəhdi  ilə  onların  hamısını 
yanıb məhv olmaqdan xilas etmək olardı. Onlar partlayışın qarşısını almaq üçün yüzə 
yaxın  barıt  çəlləyini  dənizə  yumaladılar.  Bir  saatın  dörddə  üçü  qədər  davam  edən 
bombardmandan sonra kiçik dəstə təslim oldu və Fort Samter Konfederasiyanın əlinə 
keçdi.  Bu  Vətəndaş  Müharibəsinin  ilk  zərbəsi  idi,  ona  görə  ki,  "Qərb  ulduzu"nun 
kiçik  məsələsi  yaddan  çıxmışdı.  Emerson  demişdi:  "Fort  Samter  şimalı  vahidliyə 
kristallaşdırdı və bəşəriyyətin ümidi xilas edildi".  
Fort Samterin yıxılması Cənubda da Şimala bərabər olan effekt verdi. Cənub 
da  Şimala  qarşı  birləşdi.  Bir  ay  tərəddüd  etmiş  dörd  qul  ştatı  ayrılmaq  haqqında 
dekret  verdi  və  Birliyin  saxlanması  lehinə  olan  minlərlə  adam  bu  vaxtdan  etibarən 
həvəslə  ayrılma  qüvvələrinə  qoşuldu.  İlk  atəş  faktı  danışıqların  geridə  qaldığını 
bildirdisə, sonrakı fakt prezident Linkolnun silahlanmağa çağırışı oldu, bu isə Cənub 
üçün olduqca xoşa gəlməyən hal idi.  
Cənubun  liderləri  başlanğıcda  bunu  gözləmirdilər.  Onlar  fikirləşirdilər  ki, 
ölkəni  vətəndaş  müharibəsinə  deyil,  konstitusiya  böhranına  gətirəcəklər.  Onlar 
güman edirdilər ki, federal quruluş çərçivəsində öz hüquqlarını yaxşılaşdırmaq risqi 
və  qəsdən  parçalanmağa  tərəf  meyl  etmək,  Birliyi  olduğundan  daha  yaxşı  etməyə 
imkan  verəcəkdir.  Onlar  Şimaldakı  öz  əleyhdarlarının  bu  şərtlərə  razılığa  gəlməsini 

 
295 
gözləyirdilər.  Onların  əhalisi  bu  gözləmədə  də,  başqa  məsələlərdə  olduğu  kimi  öz 
liderlərinin arxasınca gedirdi.  
Lakin  Samterdə  top  atəşlərinin  səsi  eşidildikdə,  bu,  nəhayət  başqa  məsələyə 
çevrildi.  Yeni  niyyətlərin  və  ehtirasların  atəşinin  həyəcanı  bütün  ölkəni,  Şimalı  və 
Cənubu  bürüdü.  Cənub  adamları  əvvəlcə  heç  də  açıq  gözlə  qəsdən  müharibəyə  və 
qiyama  gətirən  yolu  seçməmişdilər.  Şimalın  adamları  mühafizəkar  qanun  və 
hüquqların  tərəfdarları  olan  Cənub  adamları  kimi,  ilk  zərbədən  və  ayrılma 
sürprizindən, məcburiyyət və ya zorakılıqdan geri çəkildilər, qayğılı surətdə özlərinə 
sual  verirdilər  ki,  onlar  nə  edəcəklər.  Öz  hökumətləri  də  bu  vaxt  tərəddüd  edirdi. 
Prezidentin  kabinetindən  olan  Syuard  qəribə  bir  təklif  etdi  ki,  quldarlıq  məsələsinə 
məhəl qoyulmaya bilər və ölkə birlikdə hücumçu siyasəti müdafiə edəcək. Yəqin ki, 
ölkənin  digər  hissəsi  kimi  Cənub  da  vətənpərvərlik  əhval-ruhiyyəsindən  çıxış 
edəcəkdir. Bu müharibənin səsi və adamlara atmosferin özünü həm şimalda, həm də 
cənubda  oxşar  qaydada  dəyişdirmək  çağırışı  idi  və  bütün  fikirləri  yeni  yola 
döndərirdi.  
Virciniya  qurultayı  aprelin  4-də  ayrılmanın  əleyhinə  qərar  verdi.  Lakin 
Riçmond Konfederasiyaya qatılmaq uğrunda çalışan qəsdçilərlə dolu idi. İndi onların 
zamanı  gəlib  çatmışdı.  Linkolnun  silahlanma  çağırışından  iki  gün  sonra  Virciniya 
qurultayı  ayrılmaq  barədə  dekret  verdi.  Qurultay  Virciniya  qanunlarının  Cefferson 
Devisin tabeliyinə verilməsini qərara aldı və Konfederat Konqressinə nümayəndələr 
göndərdi ki, Konfederat hökumətini Riçmondu özlərinin paytaxtı etməyə dəvət etsin.  
Şimali  Karolina  və  Arkanzas  mayda  ayrıldılar,  Tennessi  isə  iyunda.  11  ştat 
ayrıldıqda, ayrılma prosesi dayandı. Konfederasiya qalan dörd qul ştatını - Delaveri, 
Merilendi, Kentukkini və Missurini öz tərəfinə çəkmək üçün çox cəhdlər etdi; lakin 
bu cəhdlər bəhrəsiz idi.  
Sərhəddəki ştatlar və yeni qəbul edilmiş Kanzas ştatı daxil olmaqla Şimal 22 ştatdan, 
Cənub  isə  11  ştatdan  ibarət  idi.  Şimalın  əhalisi  22  milyondan  çox  idi.  Ayrılan 
ştatların əhalisi isə 9 milyon nəfərə qədər idi. Bu rəqəmlərə müvafiq olaraq onların 
qarşısındakı  böyük  münaqişədə  Şimalın  qalib  gəlməsi  düşünülə  bilərdi.  Lakin  bəzi 
cəhətlərə  görə  Cənub  Şimala  görə  üstünlüyə  malik  idi.  Onlardan  biri  onun  yekdil 
olması  idi.  Lakin  qul  ştatları  coğrafi  cəhətdən  bölünmüşdü,  onların  dördü 
ayrılmaqdan imtina etmişdi və ikisi isə - Virciniya və Tennessi ayrılmağa qarşı üsyan 
edirdi. Lakin istisnalarla yanaşı qul ştatlarının ruh birliyi çox faydalı hal idi. Bu ona 
görə daha təəccüblü görünürdü ki, burada yalnız səkkiz min böyük quldar var idi və 
350 mindən artıq adamın ümumiyyətlə qulu yox idi. Onlar iki milyondan az əhalini 
təmsil  edirdilər.  Cənublu  adamların  beş  milyonundan  çoxunun  qətiyyən  qul 
mülkiyyəti mənafeyi yox idi.  
Fort  Samterdəki  atəş  əvvəldən  gözlənilən  kimi  azad  ştatların  torpağında 
patriotik  canlanma  yaratdı.  Böyük  münaqişə  başa  çatanda  vətənpərvərlik  daha  da 
yüksəyə qalxdı. Cənubun üstünlüyü isə daha yaxşı hərbi məşq keçmiş adamlarda idi. 
Quldarlar odlu silahdan istifadə etməkdə, at çapmaqda yaxşı məşq keçmiş adamlara 
malik  idi.  Şimalda  isə  nizami  ordudan  kənarda  belələrini  tapmaq  çətin  idi. 
Cənubluların orduları da ilk dövrlərdə Şimaldan olan öz rəqiblərindən daha səmərəli 
vuruşurdu.  

 
296 
Cənubluların  üçüncü  üstünlüyü  onda  idi  ki,  onlar  öz  torpaqlarında 
vuruşurdular və xalqdan rəğbət və dəstək görürdülər. Ayrılmadan sonra onlarda belə 
bir  hiss  yaranmışdı  ki,  Birləşmiş  Ştatlar  əcnəbi  millətdir,  onun  orduları  onların 
torpağına girib evlərini uçurur və burada yalnız işğal və tabe etmək məqsədini güdür. 
Bu isə adamlarda böyük cəsarət yaradırdı.  
Şimalın  üstünlükləri  Cənubunkundan  böyük  idi.  Birincisi,  o,  çox  adama  və 
çox  pula  malik  idi.  Əhalinin  beşin  ikiyə  nisbətində  olması  mübarizənin  sonuncu 
hissələrində  daha  çox  nəzərə  çarpdı.  Sərvətdə,  var-dövlətdə  Şimal  Cənubdan  üstün 
idi. Millətin etimadı da müharibənin əvvəlinə nisbətən sonunda xeyli yaxşı idi.  
Konfederasiya kiçik məkana malik idi və hökumət böyük miqdarda kağız pul 
buraxmışdı. İllər keçdikdə onu meydana gətirən səbəb ümidsiz kimi görünürdü, onun 
kursu dəyərdən düşdü və bu pullar dəyərsizə çevrildi.  
Şimalın  digər  müsbət  cəhəti  onun  xarici  əlaqələrinə  əsaslanırdı.  Müasir 
sivilizasiya  üçün  xarici  əlaqələr  və  xarici  kommersiyadan  vacib  şey  ola  bilməzdi. 
Birləşmiş Ştatlar üçün digər dövlətlərlə hərarətli münasibətlər böyük əhəmiyyət kəsb 
edirdi  və  bu,  Konfederasiyanın  müstəqilliyinin  xarici  dövlətlər  tərəfindən 
tanınmasının  qarşısını  almaqda  mühüm  rol  oynadı.  Böyük  Avropa  dövlətlərindən 
təkcə  biri  Cənubu  tanısaydı,  Cənub  limanlarının  blokadası  bir  saata  dağılardı  və 
Cənub öz pambığını sata bilərdi. Bu vaxt isə  saysız-hesabsız ölçüdə ərzaq, paltar və 
müharibəyə lazım olan sursat, ehtiyat onun limanlarına axardı. Lakin Konfederasiya 
xarici  əlaqələrdə  olmadığı  üçün  hesaba  gəlməyən  əlverişsiz  şəraitdə  müharibə 
aparırdı  və  bu  faktın  mövcudluğu  başlıca  olaraq  Linkoln  adminstrasiyasının 
diplomatik bacarığına borclu idi.  
Hətta  xarici  əlaqələr  təxirə  salınsaydı  belə  Şimal  öz  hədsiz  resurslarına  və 
onlardan  istifadə  etmək  bacarığına  bel  bağlayaraq  böyük  mübarizədə  qalib  gələ 
bilərdi. Şimalın Cənub üzərində başlıca üstünlüyü öz materiallarını, xammalını emal 
etmək  bacarığı  idi.  Şimal  ordularında  hər  bir  əsgər  şimal  fermalarından  qidalana 
bilərdi,  şimal  fabriklərinin  istehsal  etdiyi  paltar  da  geyinə  bilərdi  və  şimalın 
poladəritmə  zavodlarının  məhsulları  ilə  silahlana  bilərdi.  Lakin  Cənub  təmiz  kənd 
təsərrüfat  regionu  idi.  Qul  əməyi  emal  sənayesində  tətbiq  edilməyə  qadir  deyildi, 
yalnız torpağı becərə bilərdi. Buna görə bu torpağın zəngin sərvətləri, saysız-hesabsız 
resursları  elə  yerin  tərkində  qalmaqda  davam  edirdi.  Onlar  pambıq,  düyü,  tütün  və 
dənli  bitkilər  becərirdilər,  bu    məhsulları  kənara  satıb,  demək  olar  ki,  bütün  emal 
edilmiş  və  hazırlanmış  malları  Şimaldan  və  Avropadan  satın  alırdılar.  Müharibə 
başlayanda bu ticarət bütünlüklə dağıldı və fabriklər tikmək də artıq bu vaxt olduqca 
gec idi. Düşünən beyin adamları ordularda idi. Manufaktura bacarığı quldarılığa görə 
yoxa  çıxmışdı  və  bu  Cənubun  fəlakətli  zəifliyinin  mənbəyi  oldu  və  onu  bütünlüklə 
məğlubiyyətə  apardı.  Beləliklə  quldarlıq  təkcə  ayrılmağa  və  müharibəyə  gətirib 
çıxarmadı,  həm  də,  nəhayət  müharibə  başlandı  və  o  Cənubu  məğlubiyyətə 
yaxınlaşdırdı.  
1861-ci  ilin  aprelində  amerikan  tarixi  müstəsna  dərəcədə  hadisələrlə  dolu 
oldu.  Fort  Samter  təslim  olduqdan,  Virciniya  ayrıldıqdan,  Harpers  Ferrinin  və 
Qosportda  Norfolk  yaxınlığında  Neyvi  Yardın  böyük  hissəsinin  tutulması  baş  verdi 
və  prezidentin  silahlanmaya  çağırışı  eşidildi.  Sonra  Şimalın  böyük  miqyasda 
qalxması başlandı. Prezident Linkoln Samterə hücumdan bir həftə sonra blokada elan 

 
297 
etdi. Prezident adamları orduya yazılmağa çağırdı və bu Şimalın hər yerində əks-səda 
doğurdu.  Fermer  kotanını,  sənətkar  isə  öz  işini,  tacir  anbarını,  bankir  isə  özünün 
fəaliyyət  vəzifəsini  tərk  edib  Birliyi  xilas  etməyə  tələsdi.  Əslində  Konqress  ordunu 
və  donanmanı  yaratmaq  üçün  yeganə  səlahiyyətə  malik  idi,  lakin  militsiaya  bu 
çağırış 65 il əvvəl olmuş statusa əsaslanırdı. Prezident buna görə ictimai təhlükəsizlik 
zərurəti yarandıqda belə çağırışı etmək hüququna yiyələnirdi.  
Aprelin  19-u  digər  tarixi  hadisə  ilə  də  əlamətdar  oldu.  Bu  gün  Vətəndaş 
Müharibəsində ilk qan tökülməsi müşahidə olundu, həm də Amerika Prezidenti belə 
ölçüyə  sığmayan  bir  bəyanatla  çıxış  etdi.  O,  ayrılmış  ştatların  limanlarının 
blokadasını elan etdi. Birləşmiş Ştatlar Donanması taxtadan düzəldilmiş qırx iki gəmi 
ilə üç min mil uzunluğunda dəniz sahilini blokadaya aldı. Yeni prezident xəyalpərəst 
ya  da  dahi  idi.  Dünya  onun  tədbirini  hələ  başa  düşmürdü.  Axı  müharibə 
başlanmamışdan çox-çox əvvəl Cənub dünyanın qalan hissəsindən təcrid edilmişdi.  

 
298 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin