Telman Orucov


Müharibənin çətinlikləri və Şimalın qələbəsi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   30   31   32   33   34   35   36   37   38

Müharibənin çətinlikləri və Şimalın qələbəsi. 
Linkolnun qətlə yetirilməsi 
 
2 sentyabr 1862-ci ildə prezident Linkoln general Makklelanı dəvət edib, ona 
ordu  komandanlığını  götürməyi  təklif  edəndə,  Makklelan  bu  ağır  yükün  daşınması 
barədə  heç  bir  söz  demədən,  onu  qəbul  etdi  və  əsgərlər  öz  köhnə  komandanlarının 
qayıtmasına çox sevindilər.  
Bu  vaxt  ordu  dağılmışdı  və  demoralizə  olunmuşdu,  lakin  bir  neçə  günə 
Makklelanın sehirli əli yeni təşkilatı meydana gətirdi. Sentyabrın 15-də Harpers Ferri 
təslim  edildi.  Harpers  Ferrini  vəziyyətdən  qurtarmağa  general  Franklin 
göndərilmişdi.  Konfederat  qüvvələri  ilə  o,  Krampton  Qapda  qarşılaşdı,  üç  saatlıq 
qızğın  döyüşdə  onları  məğlub  etdi.  digər  döyüşdə  də  Birlik  qoşunları  qalib  gəlirdi, 
baxmayaraq ki, general Reno öldürülmüşdü, yaralananlar arasında Birləşmiş Ştatların 
gələcək  prezidenti,  polkovnik-leytenant  R.B.Heys  də  var  idi.  Bu  iki  hərəkət  Cənub 
Dağı  döyüşü  kimi  tanınır.  Hər  ikisində  federal  qoşunlar  həlledici  qələbə  qazandı, 
onlar  2100  adam  itirmişdilər,  lakin  Harpers  Ferrini  xilas  etməkdə  uğursuzluğa 
uğradılar. Döyüş böyük əhəmiyyətə malik idi, bu Li kampaniyasının nəticəsini həll 
edə  bilərdi.  Əgər  Li  qalib  gəlsəydi  şimala  tərəf  Pennsilvaniyaya  atılacaqdı  və  ya 
Baltimora zərbə endirəcəkdi. Əgər o, uduzsaydı, Virciniyaya qayıtmalı idi.  
17  sentyabr  1862-ci  ildə  gedən  Antistem  döyüşündə  Birlik  qoşunlarının  sağ 
tərəfində qızğın vuruşlar getdi, düşmən irəli-geri hərəkət edirdi və insan qanı su kimi 
axırdı. Sol tərəf isə günortaya qədər hərəkət etməmişdi. Axşam hər iki ordu qarşılıqlı 
razılıqla  vuruşu  kəsdi.  Hər  iki  orduya  ciddi  ziyan  dəymişdi.  Döyüş  meydanında  23 
mindən artıq adam ölü və yaralı kimi qalmışdı. Bu itki ordular arasında demək olar 
ki,  bərabər  bölünmüşdü.  Bu  gün  Amerika  tarixində  ən  qanlı  gün  elan  olundu. 
Makklelan öz itkilərinin 12 640 olması barədə məlumat verdi. İyirmi dörd saat hər iki 
ordu  istirahət  etdi.  Makklelan  ikinci  gün  yenidən  hücum  etməyi  düşünürdü,  lakin 
gecə  ikən  qaranlıqda  Li  Potomak  çayının  o  tərəfinə  qaçmışdı.  Li  50  min  nəfərlik 
yaxşı ordu ilə iki həftə əvvəl şimala tərəf hərəkət etməyə başlamışdı. Lakin indi o, bu 
ordunun yarı tərkibi ilə qayıdırdı. Makklelan uzun müddət Linin arxasına düşdü. O, 
başa düşürdü ki, onun ordusunun at ehtiyatı da, arabaları da, yeməyi də, paltarları da 
qıtdır. Lakin o, xatırlayırdı ki, qaçan ordunun hər şeyi ondan da qıtdır. Linkoln təxirə 
salınmadan  Lini  təqib  etməyi  tələb  edirdi.  Lakin  Potomak  çayını  keçməyə  cəhd 
etməzdən  əvvəl  Makklelan  beş  həftə  gözlədi.  Nəhayət  hərəkət  etdi,  çayı  oktyabrın 
sonunda  keçdi.  Lakin  adminstrasiyanın  səbri  tükəndi  və  7  noyabrda,  o,  öz  dostu 
Bornsaydın  çadırında  olanda,  komandanlıqdan  azad  olunması  və  ordunun 
komandanlığının Bornsayda verilməsi barədə prezidentdən rəsmi depeşa aldı. Hərbi 
nöqteyi-nəzərdən Makklenanın uzaqlaşdırılması ciddi səhv idi.  
Bəs Makklelanın varisi kim idi? Çoxlu adamlar nəzərdə tutulurdu, lakin seçim 
general  Bornsaydın  üzərinə  düşdü.  O,  Makklelanın  orduda  ən  bacarıqlı  komandan 
olduğunu sonralar dəfələrlə təkrar etmişdi. Bu onun sadəliyi ilə əlaqədar idi. Roma 
Senatının təklif etdiyi tacdan Sezar imtina etdimi? İki dəfə Bornsayda təklif ediləndə, 
Potomak ordusuna komnadanlıqdan o, imtina etmişdi. Bəyan etmişdi ki, bu vəzifəyə 
səriştəsi  çatmır.  Axı  Corc  Vaşinqton  da  Kontinental  Konqresslə  eyni  cür  hərəkət 
etmişdi.  Lakin  Vaşinqtonun  heç  vaxt  edə  bilmədiyini  Bornsayd  edə  bildi  -  o,  öz 

 
306 
təsdiq etdiyinin həqiqət olduğunu sübut edə bildi. Onun qısa bədbəxt kampaniyası öz 
həmvətənlərinin şüurunda heç bir şübhə qoymadı.  
Müharibənin başlanğıcından Birlikdə radikal partiya mövcud idi. Onu üzvləri 
hökumətdən  quldarlığa  zərbə  vurmağı  tələb  edirdi.  Lakin  prezident  uzun  müddət 
tərəddüd  edirdi  və  radikallar  amansız  qaydada  onu  məhkum  edirdilər.  Axı  Linkoln 
düzgün hərəkət edirdi. O, bilirdi ki, radikallar azlıqdadırlar və o, bu məsələyə tezliklə 
təzyiq  göstərsə  o,  həmsərhəd  ştatlarını  və  şimaldakı  bütöv  Demokrat  partiyasını 
uzaqlaşdıracaqdır. Demokratlar zəncilər üçün yox, məhz Birlik üçün vuruşduqlarını 
iddia  edirdilər.  Linkoln  tam  həssaslılıqla  hərəkət  edirdi,  ictimai  rəy  üçün  gözləyirdi 
və onun inkişaf etməsi perspektivini güdürdü.  
16  aprel  1862-ci  ildə  Konqress  Kolumbiya  mahalında  quldarlığı  ləğv  etdi. 
İyun  ayında  Birləşmiş  Ştatların  bütün  ərazisində  quldarlığı  qadağan  edən  qanun 
qəbul olundu. 17 iyul 1862-ci ildə isə ikinci və mühüm Müsadirə Aktı qəbul edildi. 
Bu  akt  mahiyyətinə  görə  hökumətin  himayəsi  daxilində  olan  bütün  qulları,  əgər 
onların  sahibləri  hökumət  əleyhinə  qiyam  qaldırmışdırsa  və  ya  qiyama  kömək 
etmişdirsə və ya edəcəkdirsə, azad elan etdi. Lakin yenə də radikal partiya prezidenti 
olduqca  yavaş  hərəkət  etdiyinə  görə  tənqid  edirdi.  Bu  partiyanı  təmsil  edən  Horeys 
Qrele  prezidentə  "Nyu  York  Tribun"  qəzetində  "İyirmi  milyon  dua  edən"  adlı  açıq 
məktub göndərərək, onu təxirə salmadan hərəkətə, "qanunları icra etməyə" sövq etdi, 
axırıncıda  isə  xüsusən  Müsadirə  qanununu  nəzərdə  tuturdu.  Buna  Linkoln  cavab 
verdi ki, onun şəxsi arzusu bütün adamları azad görmək olsa  da, onun böyük rəsmi 
vəzifəsi Birliyi quldarılıqla birlikdə, ya da quldarlıqsız xilas etməkdir.  
Bununla  yanaşı  sentyabrın  22-də  Linkoln  qabaqcadan  öz  Emansipatsiya 
Proklamasiyasını dərc etdirdi. Bu sənəd mülki idarə edən şəxs tərəfindən nə vaxtsa 
imzalanmış  ən  mühüm  sənəd  elan  olundu.  Bu  Proklamasiyada  o,  bəyan  edirdi  ki, 
bütün ştatlardakı və ya ştatların ayrılmış hissələrindəki bütün qullar, 1 yanvar 1863-
cü ilə  qədər bu ərazilər hökumətə qarşı qiyamda  olsa, həmişəlik azad  olacaqdır. Bu 
qiyamçı  ştatlara  xəbərdarlıq  üçün  yüz  gün  vaxt  verdi,  lakin  onların  heç  biri  təşviş 
hissi göstərmədi. Buna müvafiq olaraq 1863-cü ilin yanvarının ilk günü prezident öz 
Proklamasiyasını  dərc  etdirdi,  keçmiş  proklamasiya  əgər  xəbərdarlıq  idisə,  bu 
sənəddə  ayrılmış  ştatların  bütün  qullarının  azadlığı  elan  olunurdu.  Birliyin  orduları 
tərəfindən tutulan Luiziana və Virciniyanın müəyyən hissələri istisna təşkil edirdi.  
Bu  proklamasiya  qulları  azad  etmək  üçün  o  saatca  effekt  vermədi,  onun 
səmərəsi müstəqillik gətirməkdə İstiqlaliyyət Deklarasiyasından artıq olmadı. Bu heç 
gözlənə də bilməzdi. Lakin bu hökumətin siyasətini xeyli irəli apardı.  
Linkoln ürəyində bütünlüklə radikal partiyaya mənsub idi, bu mövqeyinə görə 
o,  quldarlığı  devirmək  istəyirdi,  lakin  o  qədər  müdrik  idi  ki,  hücuma  atılmırdı.  O, 
ictimai rəyin yetişməsini gözləyirdi və heç kəs onun kimi belə uzun müddət gözləyə 
bilməzdi.  
Qaydaya  görə,  prezident  özəl  mülkiyyətə  müdaxilə  etmək  üçün  heç  bir 
hakimiyyətə malik deyildi. İndi Linkoln dörd milyon qulu sadəcə fərmanla necə azad 
edəcəkdi?  Cavab  bu  idi  ki,  tədbir  müharibə  tədbiridir.  Rəylər  siyasi  məsələdə  bir 
müddət  elə  bil  ki,  geri  tərəfə  dönürdü.  Sentyabr  bəyanatından  sonra  gələn  payız 
seçkiləri  göstərdi  ki,  xeyli  respublikaçı  Nümayəndələr  Palatasındakı  öz  yerlərini 
demokratların  xeyrinə  itirmişdir.  Lakin  payız  seçkiləri  Konqressin  fəaliyyətinin 

 
307 
sarsılması  və  ya  onun  liderlərinin  süqutu  demək  deyildi.  1862-ci  ilin  dekabrında 
onlar Virciniyanın iki ayrıca ştata bölünməsinə razılıq verməkdə tərəddüd etmədilər. 
Bu  bölgüyə  görə,  Virciniyanın  qərb  mahallarından  olan  Konqress  nümayəndələri 
Qərbi Virciniya ştatını təmsil edirdilər. Bu köhnə Dominyonun qırx qərb mahalı idi, 
hansılar  ki,  Blu  Ricdən  arxada  yerləşirdilər,  Birlikdən  ayrılmağa  və  quldarlığı 
müdafiə  etmək  üçün  aparılan  müharibəyə  rəğbət  bəsləmirdi,  Makklelanın  başçılığı 
altındakı şimal qoşun dəstələri isə düşmənçiliyin başlanğıcından bura nəzarət edirdi.  
Şərq və qərb mahalları arasındakı antoqonizm burada köhnə əhvalat xarakteri 
daşıyırdı. Dağlar onları kommersiya mənafeli nöqteyi-nəzərindən də bölürdü. Hər iki 
tərəfdə həyat fərqli idi. Ştat Birlikdən çıxdıqda onlar güman edirdilər ki, bu, onların 
ayrıca  mənafeləri  üçün  ən  yaxşı  vaxtdır.  İnqilabi  dövlət  hökuməti  yalnız  ona  görə 
yaradıldı ki, Birliyə daxil olmağı xahiş etsin. Birləşmiş Ştatların Konstitusiyası ştatın 
özünün  razılığı  olmadan  onun  bölünməsini  qadağan  edirdi,  lakin  Konqressin 
respublikaçı  liderləri  Qərbi  Virciniyada  əyalət  hökumətinin  təsis  edilməsi  fikrini 
qəbul  etməyə  hazır  idilər.  Ancaq  burada  qanuni  bir  Virciniya  hökuməti  var  idi  ki, 
ştatın  iki  yerə  bölünməsini  həll  etməyə  yalnız  onun  səlahiyyəti  çatırdı.  Qərbi 
Virciniya  müvafiq  olaraq  lazımi  qaydada  Birləşmiş  Ştatlara  qəbul  edildi.  Hər  iki 
palata  radikal  əhval-ruhiyyədə  idi.  1863-cü  ilin  martında  prezidentə  Birləşmiş 
Ştatlara  qarşı  şübhəli  şəxslər  barəsində  əlavə  səlahiyyətlər  verildi.  Orduya  çağırış 
Aktı  qanuna  çevrildi,  bu  isə  yeni  sistemin  yarandığını  göstərirdi.  Konqressin 
Linkolna  verdiyi  dəqiq  səlahiyyətə  görə  Birləşmiş  Ştatların  təhlükəsizliyi  naminə 
lazım  gəldikdə  o,  ayrı-ayrı  fərdlərin  hüquqlarını  kənara  ata  bilərdi.  Orduya  çağırış 
Aktı  göstərirdi  ki,  Konqress  üzərinə  düşən  müharibənin  ümidsiz  çətinliyini  başa 
düşür.  
Lakin  ölkədə  narazılıq  əlamətləri  də  var  idi.  Nyu  Yorkda  həyəcan  başqa 
yerlərdən əvvəl yüksək səviyyəyə çatdı. Nyu York şəhərində ciddi qanun pozğunluğu 
- "orduya çağırılanların qiyamı" baş verdi. Dörd gün ərzində - 1863-cü ilin iyulun 13-
16-da  şəhər  praktiki  olaraq  onun  küçələrini  dolduran  kütlənin  ixtiyarına  verilmişdi. 
Onlar dözülməz qanunun hökumət tərəfindən icra edilməsinə tabe olmurdular.  
Müharibədə  Konqressin  və  prezidentin  gördüyü  tədbirlər  müvəffəqiyyətlə 
davam  etdikcə  təkcə  nəhəng  ordular  yaranmırdı,  həm  də  nəhəng  donanma  Cənub 
limanlarını  bağlayırdı.  Linkoln  Cənub  limanlarının  blokadasını  elan  etdikdə,  -  bu 
1861-ci  ilin  aprelində  olmuşdu,  -  burada  yalnız  qırx  iki  hərb  gəmisi  bu  tapşırığı 
yerinə  yetirirdi.  Cənub  sahilləri  üç  min  mil  məsafədə  uzanırdı.  1861-ci  ilin 
avqustundan  Şimali  Karolinadakı  Hatteras  fortu,  noyabrdan  Cənubi  Karolinadakı 
Royal  Fortu,  Çesapik  buxtasındakı  Monro  fortu  isə  lap  əvvəldən  federal 
hakimiyyətin əlində idi. Bir neçə fort isə Konfederatların əlinə keçmədi. 1862-ci ildə 
isə federal qüvvələr Missisipinin geniş ağzında olan Nyu Orleanı tutdu.  
İlk  dəfə  olaraq  Nyu  Yorkda  İsveç  mühəndisi  Con  Erikson  gəmilərdə 
propellerdən  istifadə  edilməsini  icad  etdi  və  toplar  dəmir  döşəməyə  bərkidildikdə, 
onun  alçaq,  yastı  gəmisi  olan  "Monitor"  suyun  səviyyəsindən  bir  fut  hündürə 
qalxırdı.  İki  yeni  tipli  hərb  gəmisinin  -  "Monitor"la  "Virciniya"nın  bir-birilə 
vuruşması  günündən  gəmi  qayırılmasında  yeni  dövr  başlandı.  Bu  vaxtdan  etibarən 
Con Eriksonun ixtirasına uyğun olaraq gəmilər ya dəmirdən qayrılır, ya da gəmilərin 

 
308 
korpusuna  dəmir  örtük  çəkilirdi.  Konfederatın  hərb  gəmiləri  isə  Norfolk  gəmi 
tərsanəsində qayrılırdı.  
Lakin  bu  inqilab  bir  anda  baş  vermədi.  Federal  hökumət  tezliklə  "Monitor" 
tipli altmış gəmi qayırmağı planlaşdırdı. Bu hökumət həmçinin digər növlərdən olan 
gəmiləri satın alır və qayırtdırırdı. 1861-ci il başa çatanda yüz iyirmi altı gəmi hazır 
idi. Yüz altmış üç gəmi bu siyahıya 1862-ci ildə əlavə olundu, 1863-cü ildə isə əlavə 
altmış bir gəmi istifadəyə verildi. Üzən gəmilər böyük və kiçik idi, zirehli və zirehsiz 
idi.  Gəmilər  və  digər  topdaşıyan  vasitələr  müxtəlif  yollarla  çətin  blokadaya  kömək 
edirdilər. Sahildə işıq olmadığından blokada qoyan gəmilər gecə vaxtı  özlərini hiss 
etdirmədən  yerlərini  tuturdular.  Cənub  sularında  gəmi  kapitanları  öz  gəmilərini 
qaranlıqda bu mühasirədən çıxarmağa cəhd edirdilər. Gündüz vaxtı toplaşmış hərbi 
gəmilərin arasından keçib getmək ağılsızlıq idi.  
Vuruşların üçüncü ili heç bir dəyişiklik əmələ gətirmədi. Federal komandanlar 
öz qaydasında Qərbdə cənub tərəfə hücum etməyə cəhd edirdilər. Lakin həmin dövrə 
qədər  onlar  Virciniyada  məğlub  olmuşdular.  Frederikburqdan  sonra  general  Huker 
Riçmonda tərəf hərəkət etmişdi. 1863-cü ilin mayının əvvəlində o, Çansellorvilsdə Li 
və  Ceksonla  işi  bitirmək  istədi  və  bütünlüklə  məğlub  oldu.  Lakin  bu  vuruş 
Konfederatlara qələbə gətirməsinə baxmayaraq, onlara Stounvoll Ceksonun həyatını 
itirməsi hesabına başa gəldi. Faciəli səhv nəticəsində ona güllə dəymişdi, bu atəş öz 
mövqelərini  yoxlayıb  qayıdanda  ona  öz  piketindən  açılmışdı.  Bu  itki  də  Albert 
Sidney  Constonun  Şiloh  kilsəsində  öldürülməsi  kimi  əvəzsiz  və  sağalmaz  itki  idi. 
Onlar ordunu, digər istedadlı adamlardan daha yaxşı qoruyub saxlaya bilərdilər.  
Li öz faydasını artırmaq üçün Pennsilvaniyanın içərilərinə doğru irəlilədi. O, 
Gettisburqda  federal  qoşunları  komandanı  Medlə  qarşılaşdı  və  ağır  itki  ilə  geri 
oturduldu.  Yenidən  Virciniyada  özünə  baza  axtarmağa  başladı.  Li  məğlub  olduqda 
bütün millət bunu hiss etməyə başladı ki, müharibənin axını öz istiqamətini dəyişir. 
Demək olar ki, elə həmin gün, ancaq general Qrantın mühasirəsindən sonra Viksburq 
təslim  oldu.  Bu  yerin  müdafiəsinin  möhkəm  olduğu  güman  edilirdi,  şəhər 
qəhrəmancasına  və  demək  olar  ki,  uğurla  müdafiə  olunurdu.  Birbaşa  hücum 
planlarının  hamısı  uğursuzluqla  nəticələnirdi.  General  Qrant  qərara  aldı  ki,  şəhərin 
ətrafını  bütünlüklə  təmizləsin,  bundan  əlavə  o,  qırx  mil  aralıda  olan  ştatın  paytaxtı 
Ceksonu tutdu. Nəhayət o, şəhəri mühasirədə saxlamağı qət etdi və şəhərin qarnizonu 
yarıac şəkildə ona təslim oldu. İyulun 9-da aşağıda olan Hadson limanı eyni qaydada 
general Benksə təslim oldu.  
Konfederasiya iki yerə bölündü. Luiziana və Texasın konfederasiya ilə əlaqəsi 
kəsildi.  Missisipi  özünün  bütün  uzunluğu  boyu  federal  qüvvələrin  əlində  idi.  Qrant 
Viksburqdakı  müvəffəqiyyətindən  sonra  Çattanoqanın  federal  ordu  tərəfindən 
bağlanması vəzifəsini yerinə yetirməyə döndü.  
Qış ordular üçün fasilə dövrü idi. Təkcə Linin şərqdə Potomak ordusuna qarşı 
uğurlu  əməliyyatından  başqa  hamı  görürdü  ki,  müharibənin  bütünlükdə  yönü 
dəyişilir.  Böyüyən  donanma  Hempton  Roudsdan  Qalvestona  qədər  bütün  limanları 
bağlamışdı.  Cənub  iflasla  üz-üzə  dayanmışdı.  Mal-qara  ixracı  onun  var-dövlətinin 
əsas mənbəyi idi. Təkcə onun pambığı dünyanın hər yerində pul qazana bilirdi, indi 
bu pambıq onun limanlarında istifadəsiz qalmışdı. Limanların bağlanması ilə Cənub 
iflasa  uğramışdı,  xarabalığa  çevrilmişdi.  Cənubun  əhalisinin  azalmasından  onun 

 
309 
vergi gəlirləri də azalmışdı. Konfederat hökuməti Vaşinqtondakı hökumət kimi ordu 
yığmaq  hərəkətlərindən  qaçırdı.  Elə  də  çox  əhali  yox  idi  ki,  ondan  əsgər  yığılsın. 
Müharibə  başlandıqda  ayrılmış  ştatlarda  beş  milyon  yarımdan  az  adam  var  idi, 
şimalda isə onların sayı iyirmi iki milyon nəfər idi. Cənub ordusu böyüdükcə biznes 
idarələri, məhkəmə, mühasibat idarələri, plantasiyalar boşalırdı, işləmək üçün ancaq 
qadınlar  və  uşaqlar  qalırdı  və  bu  hökuməti  saxlamağa  və  orduya  maaş  verməyə 
imkan  verirdi.  Federal  hökumət  öz  xeyrini  başa  düşərək  əsirləri  dəyişdirməkdən 
imtina edirdi.  
Dövrün bədbəxtlikləri və sahiblərinin olmaması zəncilərin özünə də az xeyir 
verirdi.  Qulların  azad  edilməsi  barədəki  bəyanatların  söz-söhbəti  Cənub  kəndlərinə 
gəlib  çatmırdı.  Cənubun  həyatında  heç  bir  inqilab  əlaməti  görünmürdü.  Ərləri, 
qardaşları, oğulları cəbhəyə gedən qadınlar xeyli aralıda yerləşən plantasiyalarda tam 
qaydada  sahibkarlıq  edirdilər.  Tarlalarda  şən  zəncilərin  iri  dəstələri  işləyirdi,  onlar 
məhsul  əkib  biçirdilər,  bağbanlıq  edirdilər.  Onlar  öz  əhval-ruhiyyələrini 
dəyişdirmişdilər.  Onların  arasında  heç  bir  zorakılıq  hərəkəti  baş  vermirdi,  heç  bir 
qiyam  əlaməti  görünmürdü.  Belə  bir  fikir  yaranırdı  ki,  onlar  hüquq  qazanmalarını 
görməyi  arzu  etmirlər.  Ordunun  hələ  tapdalamadığı  tarlalar  kəhrəba  sünbüllərdən 
parlayırdı. Bunlar qulların əməyinin nəticəsi idi və ordunu qidalandırırdı.  
Lakin  Cənubun  əvvəlki  həyatından  yalnız  tarlaların  becərilməsi  qalmışdı, 
onun ticarəti bazar olmadığından ölmüşdü. Onun iş idarələri boş idi, onun əhalisinin 
qaymaqları orduya götürülmüşdü, onun ehtiyatları tükənirdi və bərpa olunmurdu.  
Əksinə, Şimal uzun mübarizə dövründə öz var-dövlətini və əhalisini artırırdı. 
Bu  mübarizəyə  yüz  milyonlarla  dollar  pul  axırdı  və  yüz  minlərlə  adam  döyüş 
cəbhəsində  qırılmağa  göndərilirdi.  Buna  baxmayaraq  Şimal  tənəzzülə  uğramırdı, 
əksinə  inkişaf  edirdi.  Cənubda  vergi  yığmaq  üçün  heç  nə  yox  idi  və  Konfederat 
hökuməti haradan pul əldə etmək sualına cavab tapmaqda aciz idi. Şimalda Konqress 
tələb edən kimi vergilər yığılırdı. Yeni birbaşa vergi tətbiq edilmişdi, indiyədək idxal 
olunan  malların  üzərinə  ağır  rüsumlar  qoyulmuşdu.  Konqress  hətta  nəhayət  icad 
edilmiş bank sisteminə güzəştə getdi, bu sistem general Ceksonun Birləşmiş Ştatlar 
bankını  dağıtdığı  və  Van  Burenin  müstəqil  xəzinəni  təsis  etdiyi  dövrdən  bəri  olan 
çətinlikləri  həll  etdi.  İyirmi  beş  il  əvvəl  Nyu  York  inkişaf  etdikcə,  onun  1838-ci 
ildəki azad bank qanunu federal hökumətin indi öyrəşdiyi sistemin modeli idi.  
Müharibə davam edirdi. 4 may 1864-cü ildə Qrantın ordusu Renayden çayını 
keçdi  və  Uayldçness  adlanan  yerdə  döyüşə  girdi.  Döyüş  iki  gün,  mayın  5-i  və  6-da 
davam  etdi.  İki  gündə  federal  ordu  17  mindən  artıq  adam  itirdi.  Konfederatın  itkisi 
bir qədər az, 12 min nəfər idi.  
Riçmondun  və  Pittsburqun  dadına  çatmaq  ümidi  ilə  Konfederatın  baş 
komandanı Li 25 minlik ordunu Vaşinqton üçün təhlükə yaratmağa göndərdi. Lakin 
bu  ordu  iki  dəfə  məğlub  oldu  və  1200  nəfər  miqdarında  canlı  qüvvə  itirdi.  Birliyin 
ordu  komandanı  Şeridanın  qoşunlarının  itkisi  isə  beş  yüz  nəfər  idi.  Bu  döyüşlər 
Merilendi və Pennsilvaniyanı sonrakı müdaxilələrdən xilas etdi. Konfederatın siyasi 
hakimiyyətində də işlər qaydasında deyildi. Devis Konqressə ağalıq etmək qaydasını 
davam etdirirdi. Devis tezliklə Konqressin aparıcı üzvləri ilə, eyni qaydada ordu ilə 
olan  kimi  sözləşdi.  Müharibə  başa  çatana  yaxın  isə  Konqress  özünü  prezidentin 
nəzarətindən  uzaqlaşdırırdı.  1863-cü  ilin  dekabrında  Tennessidən  olan  Fut 

 
310 
Nümayəndələr  Palatasında  bəyan  etdi  ki,  prezident  Devis  "orduya  ziyan  vurmadan 
heç  vaxt  ona  baş  çəkməmişdir,  heç  vaxt  hələ  onun  arxasınca  bədbəxtliyin  baş 
verməsi  olmadan  keçinməmişdir".  Daimi  konqressin  1865-ci  ildəki  bütünlüklə 
müstəqil  olan  hərəkəti  mühüm  əhəmiyyət  daşıdı  ki,  konqress  prezident  Devisin 
Konfederatın  bədbəxtliyinə  səbəb  olan  səriştəsizliyini  səsvermə  ilə  bildirdi  və 
general 
Lini 
qeyri-məhdud 
səlahiyyətlərdə  baş  komandan  təyin  etdi. 
Konfederasiyanın prezidentliyi əslində hətta qısa səfər üçün olduqca tikanlı yol kimi 
görünürdü. 
Şimalda isə Linkolna qarşı ciddi müxalifət yaranırdı. Kanzasdan olan senator 
Poumrey,  1864-cü  ilin  yanvarında  görkəmli  respublikaçılar  komitəsi  adından 
imzaladığı sənəddə bildirdi ki, ölkə üçün Linkolnun əvəzinə Çeyzin seçilməsi daha 
yaxşı olardı. Heç şübhəsiz ki, prezident bu hərəkətdən narazı idi.  
Lakin  onun  zahiri  sakitliyi  tezliklə  yoxa  çıxdı.  Böyük  alicənablıqla  o,  Çeyz 
hərəkatı  ilə  razılaşdığını  bildirdi:  "Mən  nə  qədər  mümkünsə  belə  məsələlər  barədə 
hər  şeyə  gözlərimi  yummağı  qət  etdim...  Əgər  o,  (Çeyz)  prezident  seçilsə,  bu,  çox 
yaxşıdır. Mən ümid edirəm ki, biz heç vaxt pis adama malik olmayacağıq". 
Respublikaçıların  qurultayı  iyunun  7-də  Baltimorda  keçirildi.  Linkoln  ilk 
səsvermədə  böyük  sevinclə  namizəd  göstərildi.  Missuridən  olan  nümayəndələrdən 
başqa hamı ona səs vermişdi, Missuridən olanlar isə general Qranta səs vermişdilər.  
Respublikaçıların qurultayından bir neçə həftə sonra bütün ölkəni böyük narazılıqlar 
bürüdü.  Xalq  uzun  müharibəyə  dözmüşdü,  lakin  onun  qurtarmasına  ümid  az  idi. 
Barışmaq üçün edilən iki cəhd uğursuz olmuşdu. Prezident Devis bu məsələ barədə 
elan etmişdi ki, Cənubun müstəqilliyindən əlavə danışığa başlamaq barədə heç nəyi 
eşitmək istəməyəcəkdir. Linkoln eyni qətiyyətlə demişdi ki, müharibə yalnız Birliyin 
bərpa edilməsi ilə və quldarlığın ləğvi ilə başa çata bilər.  
Linkolndan  narazılıq  böyük  idi.  Partiyanın  demək  olar  ki,  bütün  liderləri 
güman  edirdilər  ki,  qurultay  onun  namizədliyini  irəli  sürməkdə  səhv  etmişdir.  Yeni 
qurultay keçirmək və yeni bulleten tərtib etmək çağırışları eşidilirdi. Qrele yazırdı ki, 
"Mister  Linkoln  artıq  məğlub  olmuşdur...  O,  seçilə  bilməz".  Linkoln  tam  inanmışdı 
ki,  o,  məğlub  olacaqdır  və  onun  eqoist  olmayan  könlü  bunu  belə  ifadə  edirdi: 
"Prezidentin seçilməsi elə  əlaqəli  məsələdir ki, vəzifə, Birliyi seçki ilə inauqurasiya 
arasındakı dövrdə xilas etməkdir". Lakin seçki keçiriləndə Linkoln qalib gəlib, ikinci 
müddətə prezident seçildi.  
Başlayan  1865-ci  ili  general  Qrant  Pitersburqdakı,  Şerman  isə  Savannadakı 
səngərdə  qarşıladılar.  13  yanvarda  Fort Fişer  tutuldu.  Hələ  1864-cü  ilin  dekabrında 
admiral  Porter  güclü  donanması  ilə  bu  fortu dağıtmışdı.  Qarnizonun  üzərinə  hücum 
Qrantın  Porterə  köməyə  göndərdiyi  general  Terrinin  həmləsi  ilə  başlandı.  Bununla 
Linkolnun hələ 1861-ci ildə elan etdiyi blokada başa çatdı.  
Qrant  Linin  cənuba  qaçmasının  qarşısını  almağa  çalışırdı.  Ceyms  çayı 
üzərindəki  məğrur  Riçmond  şəhəri  ötən  dörd  il  ərzində  Birlik  ordularına  məhəl 
qoymamışdı.  1865-ci  il  aprelin  3-də  Birlik  qoşunları  şəhərə  daxil  oldu  və  bir  neçə 
gün ərzində şəhərdə qayda bərpa olundu.  
Li  isə  yalnız  öz  ordusu  ilə  qaçmaq  barədə  düşünürdü,  lakin  hansı  tərəfə 
dönürdüsə,  orada  Qrant  qoşunları  görünürdü.  Qrant  işğal  edilmiş  şəhərə  girmək 
ləzzətindən  imtina  etdi.  O,  Li  ordusunu  həmin  vaxt  və  orada  əsir  götürməyi  qərara 

 
311 
almışdı.  Li  Riçmonddan  otuz  mil  aralı  olan  Emilia  məhkəmə  binasına  gəldi  və 
burada öyrəndi ki, onun gözlədiyi ehtiyat karvanı Riçmonda yola düşmüşdür. Onun 
aclıq çəkən ordusu qidalanmaq üçün bir gün orada qaldı. Bu Şeridana onun dövrəsinə 
keçməyə və qarşısını kəsməyə şərait yaratdı.  
Qrant öz ordusunu üç hissəyə bölüb, birini Linin şimalında, digərini cənubda, 
üçüncüsünü  isə  onu  təqib  etmək  istiqamətində  qoydu.  Linin  ordusu  35  min  nəfərə 
qədər  azalmışdı,  onların  vəziyyəti  dözülməz  idi.  Bu  ordu  Appomattoks  üzərindəki 
körpünü  tutmaq  üçün  qızğın  döyüşdə  vuruşdu,  uğur  qazandı.  Lakin  Şeridanın 
süvarisi  və  ordunun  piyada  qoşunu  yenə  onun  qabağını  kəsdi.  Təslim  olmaqdan 
başqa heç nə qalmamışdı və ümidsiz konfederatlılar ağ bayraq qaldırdılar. Bu 9 aprel 
1865-ci  ildə  baş  verdi.  Qrant  isə  təslim  olmağı  7  apreldə  tələb  etmişdi.  Li  sülh 
müqaviləsi  bağlamağı  təklif  etdi,  lakin  Qrantın  bunu  etməyə  səlahiyyəti  yox  idi. 
Böyük  komandanlar  Appomattoks  Məhkəmə  Evində  görüşdülər  və  Qrant  təslim 
olma  şərtlərini  yazdı:  ordu,  zabitlər  və  əsgərlər  bu  vədlə  azad  edilə  bilərdilər  ki, 
Birləşmiş  Ştatlara  qarşı  silah  qaldırmayacaqlar.  Zabitlər  üstündəki  silahlarını, 
baqajlarını və atlarını götürə bilərdilər, onlar yazda kotanla şum etməli idilər. Qrant 
öz ordusuna qələbə şərəfinə yaylım atəşi açmağa icazə vermədi. Li Qranta bildirdi ki, 
onun  adamları  acdır  və  Qrant  öz  ehtiyatlarından  onları  yedizdirməyə  göstəriş  verdi. 
Təslim  olan  ordunun  əsgərlərinin  sayı  28  min  nəfər  idi.  Minlərlə  adam  fərari  kimi 
qaçmışdı və ötüb keçən həftələrdə əsir götürülmüşdü.  
Conston  eşidəndə  ki,  Li  təslim  olmuşdur,  o,  öz  saatının  da  gəlib  çatdığını 
gördü.  Bu  vaxt  o,  Şermanı  axtardı  və  hər  iki  komandan  təslim  olma  şərtlərini 
razılaşdılar.  Conston  da  Liyə  təqdim  edilmiş  şərtləri  qəbul  etməyə  hazır  idi.  İki 
general aprelin 26-da yenidən görüşdülər və Conston Şermana təslim oldu. Bir həftə 
sonra  Konfederatın  qalan  qoşunları  general  Riçard  Teylor  tərəfindən  Missisipidən 
şərqdə  təslim  edildi  və  mayın  26-da  Kirbi  Smit  axırıncı  Konfederat  ordusunu 
Missisipinin  qərbində  təslim  etdi  və  bununla  Vətəndaş  Müharibəsinin  böyük  faciəsi 
başa çatdı.  
General  Liyə  Konfederat  tərəfindən  onun  prezidenti  təklif  etmişdi  ki,  o,  öz 
ordusunu elə dağıdsın ki, onları başqa yerdə yığmaq mümkün olsun və bu, Cənubun 
sürətlə  işğalına  imkan  verməsin.  Lakin  general  bu  təklifi  hiddətlə  rədd  etmişdi.  O, 
deyirdi: "Siz unutmamalısınız ki, biz xristianlarıq. Bizim üçün bir xristian kimi indi 
getmək  üçün  təkcə  bir  yol  vardır.  Biz  şəraiti  qəbul  etməliyik.  Bu  adamlar  evlərinə 
getməlidirlər,  orada  məhsul  becərməlidirlər  və  biz  öz  ölkəmizi  yeni  əsasda 
qurmalıyıq".  Onun  üçün  borc  hissi  adlanan  yol  daha  hamvar  idi.  Dəhşətli  günlər 
qurtardıqda  və  sülhün  şəfqətverici  dövrü  gəlib  çatdıqda  və  aralarındakı  soyuq 
münasibətlər  azaldıqda,  adamlar  vətəndaşlıq  və  qardaşlıq  kimi  onları  bağlayan 
əlaqələri yada salmağa başladılar.  
1865-ci il aprelin 14-də axşam, yəni general Linin təslim olduğu vaxtdan beş 
gün  sonra  və  Constonun  Şermana  təslim  olması  ərəfəsində  Linkolna  Vaşinqtondakı 
Ford teatrındakı öz lojasında atəş açıldı və o, səhərisi gün ölümcül yaradan vəfat etdi. 
Qatil  tanınmış  aktyor  Con  Uilkis  Buuz  idi.  O,  Cənub  hadisələrinə  ürəkdən  pis 
olduğuna və bu kor hisslərdən yarım dəli olduğuna görə, Linkolna sui-qəsd etmişdi. 
Onun digər aktyor qardaşı Şekspir rollarının məşhur ifaçısı idi.  

 
312 
Bu  vaxt  amerikan  salnaməsinin  ən  qəddar  qətli  baş  verdi,  Böyük  Prezident 
sərsəm qatilin əli ilə qətlə yetirildi. Həmin gün, ilkin sülhün görünüşü sevincinə görə 
bütün  ölkədə  ən  fərəhli  günlərdən  biri  idi.  Bu  Fort  Samterin  tutulmasının  dördüncü 
ildönümü  günü  idi.  Çarlstonda  böyük  bayram  keçirildi  və  general  Robert  Anderson 
döyüşdə  uçurulmuş  divarın  üzərində  dörd  il  əvvəl  düşürülmüş  bayrağa  bənzər  bir 
bayrağı  qaldırdı.  Ölkə  sülh  xoşbəxtliyinə  sevinirdi,  heç  kəs  qarşıdakı  beş  ilə  belə 
ümidlə, müqayisəli qaydada prezident kimi öz böyük vəzifəsi ucalığından baxmırdı. 
Aprelin  14-də  Linkoln  kabinetin  uzun  çəkən  iclasından  sonra  bir  neçə  vəzifəli 
adamlarla görüşüb, işini qurtardıqdan sonra teatra getmişdi. Tamaşa başlanandan bir 
az sonra prezident xüsusi lojaya daxil olanda səhnədə olan aktyorlar bir az dayandı, 
tamaşaçılar  yerindən  qalxıb  onu  alqışladı.  Tamaşa  başa  çatırdı  və  saat  10-dan  bir 
neçə dəqiqə sonra davam etdi, bu vaxt zaldakılar açılan tapança atəşindən titrədilər. 
Prezident  qatil  tərəfindən  güllə  ilə  vurulmuşdu  və  qatil  xüsusi  lojadan  səhnəyə 
sıçradı,  dramatik  qaydada  xəncəri  tamaşaçılar  qarşısında  yelləndirib,  latınca  olan 
sözləri qışqırdı: “Sic semper tyrannis” - "Tiranlarla belə olur". Bu Virciniya ştatının 
devizi  idi.  Sonra  arxa  pilləkənlə  o,  aşağı  qaçdı,  onu  gözləyən  atın  belinə  sıçrayıb, 
qaranlıqda atı dördnala çaparaq gözdən itdi. Qatil Buuz hökumətin baş vəzifəlilərinin 
öldürülməsi  qəsdinin  başında  dururdu.  O,  teatr  binasına  daxil  olan  vaxtda,  onun 
köməkçilərindən  biri  olan  Luis  Peyn  Dövlət  katibi  Syuardın  otağına  daxil  olub, 
xəncərlə  onu  bir  neçə  dəfə  ağır  yaralayıb  qaçmış,  əlavə  beş  adamı  da  ağır  xəsarət 
toxundurmuşdu.  
Güllə  Linkolnun  beynindən  keçmişdi.  Onun  başı  qabağa  düşmüş  və  gözləri 
yumulmuşdu. Lakin ondan heç bir səs çıxmırdı.  
Aprelin 15-də saat 8-ə bir neçə dəqiqə işləmiş onun nəfəs alması dayandı və 
böyük  həyat  başa  çatdı.  Bu  vaxt  həkimlər  və  kabinet  üzvləri  onun  çarpayısının 
yanında  dayanmışdı.  Sakitliyi  ilk  dəfə  Stenton  pozub  dedi:  "İndi  o,  epoxaya 
məxsusdur". Adamlar Amerikanın tarixində olmayan öz böyük mərhumuna ağlayırdı. 
Matəm karvanı Şərqin bütün baş şəhərlərindən keçib demək olar ki, Linkolnun 1861-
ci  ildə  Vaşinqtona  gəldiyi  yolla  gedirdi.  Karvan  dayandığı  hər  yerdə  ounn  cəsədinə 
minlərlə  adam  hönkürtülərlə,  sakitcə  tamaşa  edirdi,  onların  çoxu  öz  sevimli 
prezidentlərinə  ehtiramlarını  göstərmək  üçün  yüz  millərlə  məsafə  qət  etmişdilər. 
Tabut İllinoys ştatındakı Sprinqfildə, prezidentin evinə gətirildi və 4 mayda torpağa 
tapşırıldı. Onun nailiyyətləri iki cür idi, - hər ikisinə görə, o, öz adını emblem kimi 
tarixə həkk etmişdi, - bu, quldarlığın məhv edilməsi və Birliyin qorunub saxlanması 
idi.  
Heç  kəs  şübhə  edə  bilməz  ki,  Linkoln  çox  böyük  şəxsiyyət  idi.  Tarixdə  heç 
bir  şəxsiyyət  dünyanı  onun  kimi  təəccübləndirə  bilməmişdi.  Britaniya  tarixçisi 
Qoldvin  Smitin  dediyi  kimi  "Yalnız  Amerika  ona  bənzər  adamı  meydana  gətirə 
bilər".  Linkolnun  həyatında  müxtəlif  ziddiyyətlər  olmuşdu.  O,  natiqlik  elmi 
sahəsində heç bir təhsil və ya təlim görməmişdi. O, heç vaxt məntiqi öyrənməmişdi. 
Lakin onun nitqləri olduqca maraqlı və güclü məntiqə malik olurdu.  
Linkoln ən qorxulu anlarda milləti arxasınca aparmaqda Allahın bir aləti idi. 
O, Moisey kimi dağın başına qalxıb vəd edilmiş müasir Xanaana baxdı, lakin ona bu 
torpağa  daxil  olmağa  icazə  verilmədi.  Lakin  Linkoln  artıq  öz  işini  görmüşdü.  O, 

 
313 
bəlkə  də  onun  təyin  olunduğu  böyük  işlə  müqayisədə,  ölkənin  yenidən  qurulması 
kimi ağır işə daha az yarayırdı.  
Vətəndaş  müharibəsi  heç  bir  komandanı  Hannibal  və  ya  Napoleon 
yüksəkliyinə  qaldıra  bilmədi.  Komandanlar  arasında  birinci  yer  Qranta  verilirdi. 
Lakin  o,  həm  də  kəskin  tənqidə  məruz  qalırdı.  Onun  ordusu  sayca  adətən 
düşməninkindən üstün olurdu və öz qələbəsini artıq güc hesabına qazanırdı. Dövlət 
xadimləri,  liderlər  arasında  isə  Cefferson  Devisə  görə  Linkolnun  böyük  üstünlüyü 
mövcud idi.  
Dörd  il  ərzində  prezident  Linkoln  demək  olar  ki,  imperator  hakimiyyətinə 
yiyələnmişdi.  Lakin  onun  adminstrasiyası  heç  də  daim  hüsn-rəğbət  qazanmırdı. 
Linkolndan sonra heç bir prezident onun kimi böyük səlahiyyətlərə malik olmamışdı.  
Linkoln güllə yarası ilə öldürüldükdən bir ay əvvəl ikinci müddətə prezident 
vəzifəsinə başlamışdı. General Qrant öz döyüş xəttini Pitersburqa və Riçmonda daha 
da yaxınlaşdırdıqda seçki keçirilmişdi. Ehtiraslar ordunun özündə də qızışmışdı.  
Konstitusiya  ştatların  birlikdən  ayrılmasını  və  hökumətin  öz  həyatı  üçün 
mübarizə aparacağı günləri nəzərdə tutmamışdı. Bütün hakimiyyət, göründüyü kimi 
qəflətən icra hakimiyyətinin əlində cəmləşdi, özü də qanunun heç bir məhdudiyyəti 
olmadan. Vətəndaşlar - Cənuba rəğbət göstərmək barədə şübhəli olanlar həbs edilir, 
dustaqxanalara  atılırdı.  Konstitusiyanın  bir  sıra  qəti  prinsipləri  dayandırılmışdı,  icra 
və  hərbi  hakimiyyət  ali  zəruriyyətlə  qarşılaşdıqda,  mütləq  dərəcədə  hərəkət  edirdi. 
Linkoln  bəzi  vaxtlarda  diktator  kimi  hərəkət  edirdi  və  öz  nazirlərinə,  xüsusi  olaraq 
hərbi  nazirinə  elə  səlahiyyətlər  vermişdi  ki,  bu  səlahiyyətlər  hətta  onun  özünün 
istifadə etdiyi hakimiyyətdən böyük idi. Fərdi hüquqlar göründüyü kimi bir müddətə 
dayandırılmışdı. Prezidenti tanıyan və onun ətrafında olan adamlar bilirdilər ki, bütün 
bunların elə bir təhlükəsi yoxdur, o, yalnız ədalətlə və ictimai xidmətin tələbləri ilə 
hərəkət edir və bütün şeylər hökmən öz köhnə qaydasında bərpa ediləcəkdir. Yalnız 
müharibə qasırğasının keçməsini gözləmək lazımdır. Lakin onu yaxından tanımayan 
adamlar bundan agah deyildilər. Hətta onun öz partiyasından olan bəzi siyasətçilər də 
onu təhlükəli hesab edirdilər.  
Buna  baxmayaraq  bu  elə  bir  vaxt  deyildi  ki,  axının  ortasında  atı  dəyişəsən. 
Ona  görə  də  o,  Nyu  Cersi,  Delaver  və  Kentukki  müstəsna  olmaqla,  bütün  ştatların 
elektorlarının  səsini  aldı  və  ikinci  müddətə  prezident  seçildi.  Bu  dövrdə  heç  bir 
məğlubiyyət qorxusu yox idi və ona görə də bu qısa dövrdə o, elə bil ki, bu ikinci 
müddətə  respublikaçılar  tərəfindən  toplanan  qurultay  tərəfindən  deyil,  bütün 
adamların  iştirakı  ilə  namizəd  göstərildi.  Onlar  hesab  edirdilər  ki,  o,  millət  üçün 
zəruri bir vasitə və böhran dövrü üçün zəruri bir xidmət göstərən şəxsdir. Nəticədə 
qurultayın  qurub-qoşduğuna  görə,  Tennessidən  olan  Birlik  adamı,  ancaq  demokrat 
Endryu  Conson  vitse-prezidentliyə  namizəd  göstərildi.  Linkolnun  ölümü  Consonu 
prezident etdi. İlkin sülh dövrünün vəzifəsi, heç də müharibə dövrünün vəzifəsindən 
asan olmadı. Qələbə çalan partiya icra hakimiyyətinin astanasında lidersiz qaldı.  
Konfederat Prezidenti Cefferson Devis isə 2 apreldə Riçmonddan qaçarkən öz 
kabinetini  Denvillə  göndərdi  və  "Cənubluların  ürəyinə  atəş"  müraciətini  imzaladı. 
Onu  tutmaq  cəhdi  xəbərini  eşitdikdə  o,  Şimali  Karolinaya,  Qrinsboroya  tələsdi. 
Orada  Conston  və  Byureqardla  söhbət  etdi,  onlar  vəziyyətin  ümidsiz  olduğunu 
dedilər və təslim olmağı məsləhət gördülər. Lakin Devis təslim olmaqdan imtina etdi. 

 
314 
Nəhayət o, Corciya ştatındakı Vaşinqtona gəldi. Sonra ailəsini tərk edib, at belində 
Floridanın  sahillərinə  yollandı  ki,  buradan  gəmi  ilə  Texasa  yola  düşsün.  Cənubi 
Corciyada  mayın  9-u  gecəsini  şam  meşəsində  keçirdi,  səhər  açılarkən  polkovnik 
Pritçardın  başçılıq  etdiyi  federal  süvariləri  tərəfindən  onlar  əsir  götürüldülər.  Devis 
tabe  olmurdu  və  dəli  kimi  idi,  baxmayaraq  ki,  onu  əsir  götürənlər  onunla  yaxşı 
davranırdılar. O, şimal tərəfə aparıldı və Fortiss Moprada dustaq edildi. Burada o, iki 
il qaldı, xəyanətə görə ittiham olundu və məhkəmə zalındaca azad edildi.  
1868-ci  ilin  Milad  bayramı  günü  prezident  Conson  əfv  edilməmiş  bütün 
qiyam iştirakçılarının bağışlandığını elan etdi, onların sırasına Devis də daxil idi və 
o, həmin vaxtdan azad insana çevrildi. O, Missisipidəki köhnə evinə qayıtdı, burada 
istirahət  etməklə  əsrin  bir  rübünə  qədər  yaşadı.  Bu  vaxt  o,  özünün  "Konfederatın 
yüksəlməsi və süqutu" adlı iki cildlik əsərini yazdı.  
Linkolnun  qatilinin  taleyinə  gəldikdə,  həmin  qəsdi  təşkil  edən  dəstə 
prezidenti,  vitse  prezidenti,  Syuardı  və  general  Qrantı  öldürməyi  qərara  almışdı. 
Qrant  aprelin  14-də  günortadan  sonra  Baltimora  yollanmışdı  və  bu  yolla  bədbəxt 
qismətdən  xilas  olmuşdu.  Buuz  törətdiyi  qətldən  sonra  Potomak  çayı  üzərindəki 
körpünü  keçib  Herold  adlı  sui-qəsd  iştirakçısına  qoşulmuşdu.  Səhərə  qədər  o,  atını 
çapıb  onlara  rəğbət  göstərən  Maddın  evinə  gəlmişdi.  O,  Buuzun  sınmış  ayağını 
sarıdı.  Bütün  həftəni  Port  Tobakko  yaxınlığında  qalmış,  sonra  Potomak  çayı  ilə 
qayıqda  Virciniyanın  içərilərinə  üzmüşdü.  Lakin  hökumət  xəfiyyələri  bütün  ölkəni 
axtardığından,  qaçmaq  mümkün  deyildi.  Buuz  çaşmışdı.  O,  gözləyirdi  ki,  bütün 
Cənub ayağa qalxacaq və onu qəhrəman adlandıracaqdır. 2 may gecəsi Buuz və onun 
yoldaşları  Port  Royal  yaxınlığında,  Qarretin  anbarında  yatan  vaxt,  leytenant 
Davertinin  başçılıq  etdiyi  axtarış  dəstəsi  tərəfindən  tapıldılar.  Herold  təslim  oldu, 
lakin  Buuz  bunu  etməkdən  imtina  etdi  və  anbar  yandırıldı.  Anbar  yananda  Boston 
Korbett Buuzu boynundan güllə ilə vurdu və o, üç saat sonra öldü.  
Syuardın  həyatına  qəsd  etməyə  cəhd  göstərmiş  Peyn  qaçanda  şlayapasını 
orada qoymuşdu. Bu onu tutmağı asanlaşdırdı. Bir neçə gün Vaşinqton yaxınlığında 
gizlənib,  sonra  şəhərə  şlyapasız  qayıtdı  ki,  özünə  yemək  axtarsın  və  o,  burada 
tutuldu.  Digər  qəsd  iştirakçısı  ilə  bir  yerdə  asıldı,  Madd  və  başqaları  isə  ömürlük 
həbs cəzasına məhkum edildi və sonralar azad edildilər. Əvvəllər ümumi inam belə 
idi  ki,  Cefferson  Devisin  Linkolnun  öldürülməsi  qəsdi  ilə  əlaqəsi  vardır,  lakin  bu 
iddianın elə bir əsası yox idi.  
Müharibə başa çatmamışdan çox-çox əvvəl ayrılmış ştatların Birliyə necə geri 
qayıtması məsələsi Prezidenti və Konqressi çox düşündürürdü. Problem yeni olmaqla 
yanaşı, tarixdə belə bir pretsedent olmamışdı. Bu məsələ Konstitusiyada da öz əksini 
tapmamışdı.  Müharibə  bitdikdə  Cənub  ştatları  iki  qat  nəticə  əldə  etdilər,  -  Birliyin 
bərpa  edilməsi  və  quldarlığın  kənarlaşdırılması,  -  bunlar  olmasaydı  onlar  tezliklə 
bağışlanacaqdı  və  nə  qədər  mümkünsə  az  alçalma  ilə  yenidən  Birliyə  qəbul 
ediləcəkdilər. Cənub birliyin parçalanmasının necə böyük bədbəxtlik, quldarlığın isə 
şər olduğunu görməyə məcbur oldu. Lakin belə şərait 1865-ci ildə gözlənə bilməzdi. 
Linkoln  yaxşı  əqidə  ilə  hərəkət  edirdi.  O,  Cənub  adamları  tərəfindən  qəzəb  gözləyə 
bilərdi.  Konqressin  rekonstruksiya  barədə  qəbul  etdiyi  qanun  prezidentin 
baxışlarından  əhəmiyyətli  dərəcədə  fərqli  idi.  Bu  tədbir  prezidentə  sərt  məzəmmət 

 
315 
idi.  Qanun  ona  4  iyul  1864-cü  ildə  sessiyanın  son  günündə  göndərilmişdi  və  o, 
sakitcə həmin qanuna cib vetosu qoydu.  
Lakin  burada  iki  əlamətdar  istisna  var  idi.  Ohayodan  olan  senator  Bencamin 
Veyd  və  Palatanın  üzvü,  Merilenddən  olan  Vinter  Deyvis  qiyam  qaldırmış  ştatlar 
məsələsi  üzrə  komissiyaların  sədrləri  olmaqla,  prezidentə  qarşı  çox  acı  bir  sənəd 
yazdılar. Sənəd iki dövlət xadiminin imzası ilə geniş dərc edildi. Bu sənəd Linkolnu 
kəskin dildə ittiham edib bəyan edirdi ki, Konqressdə Birliyin adamları "hücumçu və 
qeyri-konstitusion  qanunvericiliyin  şikayətinə  tabe  olmayacaqdır"  və  prezident 
"özünü  icra  vəzifəsi  ilə  məhdudlaşdırmalıdır  -  tabe  olub,  icra  etməlidir  və  qanunlar 
düzəltməməlidir". Prezident Linkoln buna 11 aprel 1865-ci ildə həyatındakı axırıncı 
açıq  çıxışı  ilə  cavab  verdi.  Çıxışda  o,  öz  rekonstruksiya  planını  açıqladı,  nə  etmiş 
olduğunu  və  niyə  bunları  etdiyini  bildirdi.  O,  Cənubun  öz  kömək  cəhdlərini  edən 
loyal adamlarının uzaqlaşdırılmalı olması ideyasının ağılsız bir iş olduğunu izah etdi, 
səhv etmiş ştatları Birliyə geri qaytarmaq lüzumunu qeyd etdi. Onun son sözləri bu 
oldu:  "Bu  mənim  vəzifəm  ola  bilər  ki,  Cənubun  xalqına  bir  neçə  yeni  müraciətlər 
edim. Mən hesab edirəm ki, o vaxt fəaliyyətimdə uğursuzluğa uğramayacağam ki, bu 
fəaliyyət  lüzumluluğunu  təsdiq  edəcəkdir".  Lakin  bu  "yeni  müraciətlər"  heç  vaxt 
eşidilmədi. Dörd gün sonra bu çıxışı edən Böyük Prezident öldü.  
ABŞ-ın  bütün  prezidentlərindən,  kimlər  ki,  həyatın  sakit  gedişindən 
qalxmışdı, ən əlamətdar nümunə Endryu Conson idi. O, bədbəxt hadisə nəticəsində 
hakimiyyətə  gələn  üçüncü  prezident  idi,  həm  də  Şimali  Karolinada  doğulmuş  və 
Tennessidən  seçilmiş  üçüncü  prezident  idi.  Gəncliyində  Conson  Cənubdakı  "yazıq 
ağlar"  sinfinə  mənsub  olmuşdu,  bu  sinif  sosial  şəraitinə  görə  qullardan  azacıq 
yuxarıda dururdu. Sosial tərəzinin ən aşağı gözündə olmaqla yanaşı o, savadsız idi. 
Satış  üçün  paltar  tikən  dərzi  kimi  işləmişdi  və  azacıq  biliyə  yiyələnmişdi.  O, 
evlənəndə oxumağı güclə bacarırdı. Arvadı onun ilk və yeganə müəllimi oldu və o, 
tezliklə işçi üçün tələb olunan təhsil aldı. O, vicdanlı, hökmlü şəxsiyyət idi. Siyasətlə 
maraqlandıqda  o,  qəbul  olunduğu  ştatın  qanunverici  orqanına  göndərildi,  1843-cü 
ildə Konqressin aşağı palatasına irəli çəkildi. On il ərzində Palatada xidmət etdikdən 
sonra o, Tennessinin qubernatoru seçildi və sonralar Birləşmiş Ştatlar Senatına daxil 
oldu.  Müharibə  başlananda  o,  burada  idi  və  ayrılan  ştatlardan  olan  iyirmi  iki 
senatordan  yeganə  adam  idi  ki,  Birliyə  sədaqətli  qaldı.  Beləliklə  Conson  bütün 
ölkənin  diqqətini  özünə  cəlb  etdi,  xüsusən  Linkoln  onunla  maraqlanmağa  başladı, 
onu Tennessinin hərbi qubernatoru etdi və sonralar öz səsini onun vitse-prezidentliyə 
namizəd göstərilməsi lehinə verdi.  
Consonun vətənpərvərliyinə şübhə ola bilməzdi və onun cəsarəti qəhrəmanlıq 
dərəcəsinə  qalxdı.  Onun  cəsarəti  buldoq  xarakterində  idi.  O,  eqoist  adam  idi:  "O, 
döyüşdən həzz alan kimi görünürdü və məğlub olduqdan sonra da öz məğlubiyyətinə 
məhəl  qoymadan  vuruşmaqda  davam  edirdi".  Adi  vaxtlarda  Conson  çox  yaxşı 
prezident ola bilərdi.  
Rekonstruksiya  uğrunda  mübarizənin  ortasında  Endryu  Conson  Birləşmiş 
Ştatların prezidenti oldu. Əvvəllər iki dəfə vitse-prezident baş offisi varis kimi qəbul 
etmişdi  və  hər  iki  dəfə  hökumətin  siyasəti  köklü  qaydada  dəyişilmişdi.  Yeni 
prezidentdən də bu gözlənirdi. Lakin ilk dəyişiklik prezidentin ağlında baş verdi və 
bu  onun  vəzifədə  saxladığı  Syuardın  təsiri  altında  meydana  gəldi.  Linkolnun  qətlə 

 
316 
yetirildiyi  gün  Syuardın  aldığı  yaralar  əvvəlcə  fəlakətli  görünürdü.  Bir  neçə  gün 
ərzində o, həyatla ölüm arasında qalmışdı. Sonra onun halı yaxşılaşmağa başladı və 
sağalması o qədər sürətlə getdi ki, bir neçə həftə sonra o, yenidən Kabinetdə öz yerini 
tutdu.  
 

 
317 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin