Telman Orucov


Cənub yenidənqurma dövründə



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə35/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   30   31   32   33   34   35   36   37   38

Cənub yenidənqurma dövründə 
 
Cənubda  yeni  hökumətlərin  təsis  edilməsi  Linkolnun  planı olduğu  kimi  indi 
də  Consonun  planı  idi.  O,  Linkolnun  nə  etmək  istədiyini  yaxşı  bilirdi,  çünki 
Tennessidə  icra  hakimiyyətinin  bərpa  edilməsində  o,  Linkolnun  köməkçisi  rolunu 
oynamışdı.  Hər  bir  ştat  prezident  tərəfindən  təyin  edilən  ehtiyat  qubernatora  malik 
olmalı idi, bu qubernator Konstitusiya qurultayını çağırmaq səlahiyyətinə yiyələnsin. 
Qurultaya  isə  nümayəndələr  ştatın  səsvermə  haqqında  köhnə  qanunları  əsasında 
seçilməli idi.  
O,  öz  vəzifəsinə  Konqressin  uzun  sürən kanikulu  vaxtında  başlamışdı.  Onun 
səkkiz aylıq vaxtı var idi ki, Konqressin müdaxiləsi olmadan fəaliyyət göstərsin. Ona 
təkid  edilirdi  ki,  palataların  birgə  fövqəladə  sessiyasını  çağırsın  və  nə  etmək  lazım 
olduğunu  Konqresslə  məsləhətləşsin.  Lakin  o,  bu  təklifi  rədd  etdi.  O,  heç  bir 
məhdudiyyət  olmadan  fəaliyyət  göstərmək  istəyirdi.  O,  artıq  şübhə  etmirdi  ki, 
Linkoln  rekonstruksiya  prosesini  başlamışdı  və  Cənub  hökumətlərinin  yenidən 
qurulması,  icra  hakimiyyətinin  fəaliyyəti  və  borcundan  başqa  bir  şey  deyildir.  İcra 
hakimiyyətinin  gücü  Konqressin  impiçment  qərarı  vermədiyi  bütün  xətaları 
bağışlamağa  qadirdir.  Həmin  hökumətlərin  bərpa  edilməsini  və  tanınmasını  o, 
özünün Konstitusiyadan irəli gələn şübhəsiz səlahiyyəti hesab edirdi.  
Ştatların  reabilitasiyası  ilə  əlaqədar  olan  işlər  bütün  il  boyu  davam  etdi. 
Payızda  bir  vaxtlar  Konfederasiyaya  daxil  olan  hər  bir  ştat,  onun  bəyanatı  altında 
fəaliyyət  göstərməyə  başladı,  özlərinin  yeni  hökumətlərini  təsis  etdi,  rəsmi  olaraq 
zəncilərin  azad  edilməsi  ilə  razılaşdı  və  onları  Birliyə  qəbul  edəcək  Konqressin 
çağırılacağı  müddətədək  öz  senatorlarını  və  Nümayəndələr  Palatasının  üzvlərini 
seçdi. Onlardan on üçü müvafiq qaydada on üçüncü əlavəni qəbul etdi və onların səsi 
ratifikasiya kimi hesab olundu.  
Lakin  dekabrda  bir  yerə  toplaşan  hər  iki  palata  Consonun  liderliyini  qəbul 
etmək  və  ya  Cənub  ştatlarının  onun  himayəsi  altında  Vaşinqtona  gələn 
nümayəndələrini  işləməyə  buraxmaq  əhval-ruhiyyəsində  deyildi.  Müharibənin  azad 
etdiyi zəncilərin xeyrinə daha radikal qanunvericilik tədbirləri barədəki Şimalın rəyi 
də böhranlı vəziyyət yaradırdı. Zəncilərlə nə etmək barədə heç bir problem yox idi, 
hər  şey  kifayət  dərəcədə  sakit  icra  edilə  bilərdi.  Cənubluların  baş  hökumətdə  öz 
yerinə  buraxılıb-buraxılmaması  və  onların  imtiyazlarının  necə  olması  ən  kəskin 
məsələ idi. Cənub nümayəndələrinin Konqressə buraxılması, respublikaçıları mütləq 
ağalıq  etmək  çoxluğundan  məhrum  edəcəkdi.  Yaxşı  halda  onlar  "ağ  yuyulmuş 
qiyamçılar" idi. Radikalların nöqteyi-nəzərinə görə bütün məsələlərin mahiyyəti var 
idi  və  onlar  öz  tərəflərində  bütün  ölkənin  rəhminə  və  insanlıq  hissinə  malik  idilər. 
Onlar güman etmirdilər ki, cənublular azad olmuş qulların qorxusuz dostlarıdır.  
Konqress zənciləri birbaşa nəzarətə götürəcəkdi və onlara hökumət tərəfindən 
qayğı göstəriləcəkdi. 3 mart 1865-ci ildə Linkoln hələ sağ ikən akt qəbul edilmişdi. 
Bu  isə  zəncilər  üçün  bir  kömək  idi.  Zəncilər  arasında  azadlıq,  müharibə  davam 
etdikcə  genişlənirdi.  Mavi  formalı  ordular  cənuba  tərəf  yavaş-yavaş  irəlilədikcə, 
onların  təkcə  azadlıq  deyil,  həm  də  zəncilər  üçün  bol  xoşbəxtlik  gətirəcəyi  
düşünülürdü.  İndi  isə  elə  bil  ki,  onların  arzuları  həqiqətə  çevrilirdi.  Hökumət  onlar 
üçün  torpaq  tapacaqdı,  onları  yedizdirəcək  və  paltarla  təmin  edəcəkdi.  Onlara  iş  də 

 
326 
tapılacaqdı,  lakin  onlar  üçün  işin  tapılıb-tapılmamasının  əhəmiyyəti  yox  idi,  onlara 
qayğı  göstərilməli  idi.  Onlar  yüngül  inama,  sadə,  qəribə  ümidə,  uşaq  təcrübəsinə 
malik  idilər.  Onların  sahibsiz,  evsiz  azadlığı  onları  daha  yazıq,  daha  asılı  etmişdi, 
çünki quldarlıq altında onlar sığınacağa malik idilər. Onlar zəif olmaqla, ciddi işlərə 
qadir  deyildilər.  Onlar  heç  vaxt  müstəqilliyə  və  ya  azadlığın  kobud  zərbəsinə 
öyrənməmişdilər.  
Consonun səlahiyyəti ilə təsis edilən Cənubun qanunverici orqanları fəaliyyət 
göstərmək  barədə  Konqressə  artıq  bir  ehtiyac  duymurdular.  Bu  cəmiyyətin  özünə 
qarşı  bir  qəzəb  idi.  Çünki  zəncilər  qəflətən  azad  olmuşdular  və  onlar  tam  sərbəst 
qalmışdılar. Onların bir çoxu öz köhnə sahiblərinin yanında tam sakitcə qalmışdılar 
və  onlara  heç  bir  çətinlik  törətmirdilər,  lakin  əksəriyyət  gözlənilən  kimi  azadlığın 
yeni  bir  impulsu  və  şadlığı  ilə  qanuna  tabe  olaraq  öz  üzünü  birbaşa  düşərgələrə  və 
şəhərlərə  tərəf  tutdu.  Onlar  Azad  insanlar  bürosunun  işçilərinə  müraciət  edirdilər. 
Ölkə əyləncə və mərhəmətli tale axtaran avaralarla dolmuşdu. Həmişə olduğu kimi, 
avaralar  oğrulara  və  ya  zəhlətökən  dilənçilərə  çevrildilər.  Adi  zəhmət  tələb  edən 
işlərə isə heç kəs əl atmaq istəmirdi. Tənbəllik təhlükəli şəkildə böyüyürdü, qiyam və 
yanğınlara  görə  gecələr  olduqca  qorxulu  idi.  Belə  bir  vaxtda  nəsə  etmək  vacib  idi, 
əgər  təkcə  yenidən  qayda  yaradılsa  və  şəhərlərin  küçələrində  və  ölkənin  kənd 
yerlərinin  yollarında  təhlükəsizlik  bərpa  olunsa,  adamlar  öz  vəzifələrini  yerinə 
yetirmək imkanı qazanardı. Cənubun qanunvericiləri buna baxmayaraq tezliklə özləri 
üçün  vasitə  tapdılar,  bu  vasitə  ingilis  qanunvericilərinin  artıq  yaddan  çıxmış 
maddəsinə  bənzəyirdi.  Avaralar  göstərişə  uyğun  olaraq  məcburi  əməyə  cəlb  edilə 
bilərdi.  İşləmək  istəməyənlərinsə  hamısı  ilə  tüfeyli  kimi  davranmaq  olardı.  İşə 
götürülmək haqqında yazılı müqavilə tələb olunurdu və maaş dərəcələri göstərilirdi. 
Daimi  işə  götürülmək  barədə  rəsmi  kontrakta  girməyənlər,  öz  ticarətləri  və 
məşğuliyyətləri  barədə  həmin  yerdəki  magistratlardan  və  ya  polis  idarələrindən 
vəsiqə  əldə  etməli  idilər.  Əks  təqdirdə  onlar  avaralıq  haqqında  qanuna  müvafiq 
olaraq cəzalandırılmalı idilər.  
Az  sayda  zənci  öz  ağalarının  yanında  şagird  kimi  qaldı.  Zəncilərə  patrullar 
tərəfindən tutulmaq qorxusu altında saat 9-dan sonra, komendant saatı başladıqda, iş 
verənin  yazılı  icazəsi  olmadan  kənara  çıxmaq  qadağan  olunmuşdu.  Lakin  bu 
tədbirlərdə  ştatların  biri  digərinə  bənzəmirdi.  Ştatların  bəziləri  daha  radikal  hərəkət 
edirdi. Hər ştat öz əhalisinin şəraitinə uyğun hərəkət edirdi. Zəncilərin sayca ağlardan 
çox  olduğu  Cənubi  Karolinadakı  kimi  onların  daha  çox  toplaşdığı  yerlərdə 
məhdudiyyətlər daha çox və ciddi idi. Onların sayı idarə olunmağa uyğun olduqda, 
onların  şəraiti  daha  əlverişli  və  mərhəmətli  idi,  hərəkət  və  işə  düzəlmələrinin 
azadlığına  isə  daha  az  müdaxilə  edilirdi.  Cənub  ştatlarında  zəncilərin  əmək  və 
tufeylilik  barədə  irəli  gələn  vəzifələri  və  hüquqları  haqqındakı  qanunvericilik 
tədbirləri  əsasən  Şimal  ştatlarından  götürülürdü.  Lakin  Cənubda  bunlar  bir  o  qədər 
yüngül  ola  bilməzdi.  Konqressin  liderləri  üçün  isə  bu  qəbul  edilməz  idi  ki,  Cənub 
ştatları  ümumiyyətlə  qanunvericiliyə  malikdirlər  və  bu  səlahiyyətlərə  onlar 
Konqresslə  məsləhətləşməmiş  nail  olmuşlar.  Onlar  Cənubda  qulların  azad  edilməsi 
prosesinin gedişindən də razı deyildilər.  Uzun fasilədən sonra 4 dekabr 1865-ci ildə 
Konqressin  hər  iki  palatasının  birgə  sessiyası  toplaşdı  ki,  öz  xətləri  ilə  Cənub 
məsələlərini  həll  etsin.  Hər  iki  palata  artıq  Faddeus  Stivensin  belə  bir  fikrini  qəbul 

 
327 
etmişdi  ki,  Cənub  ştatlarının  ayrılması  bütünlükdə  federal  qanunların  qəbul 
edilməsini təxirə salmışdır. Hər iki palatada respublikaçılar çoxluq təşkil edirdilər və 
əgər  onlar  Prezidentlə  mübarizə  aparmağa  girişsələr,  bu  ciddi  problemlər  yarada 
bilərdi.  
1866-cı ilin fevralında Bərpa Komitəsi işə başladıqda, onlar Prezidentlə ciddi 
münaqişəyə girdilər və onların arasında toqquşma başlandı. Azad insanlar Bürosunu 
yaradan  1865-ci  ilin  mart  qanunu  yalnız  bir  il  ərzində  fəaliyyət  göstərməli  idi. 
Palatalar qanunla onun fəaliyyətini qeyri-müəyyən müddətə uzatdılar və hüquqlarını 
artırdılar.  
Bu  azad  adamların  vətəndaş  hüquqlarına  maneə  yaradırdı,  ona  cəzalarla 
müdaxilə  edirdi  və  hərbi  tribunallar  vasitəsilə  adamların  cəzalandırılmasına  şərait 
yaradırdı.  Prezident  bu  qanuna  veto  qoydu.  O,  elan  etdi  ki,  bu  tədbirlər  zəncilərin 
normal  həyat  yolu  ilə  məskunlaşmasını  çətinləşdirir  və  təxirə  salır.  Bir  də  ki,  bu 
qanun  Konqressdən  keçdikdə,  orada  Cənub  ştatlarının  nümayəndələri  iştirak 
etməmişdilər.  Bununla  da  palatalarda  bu  qanunu  keçirən  adamlar,  nəticə  etibarilə 
ağalıq  etmək  yoluna  düşürlər.  Onun  vetosunu  ləğv  etmək  sahəsindəki  cəhd 
uğursuzluğa  uğradı.  Səslərin  çoxu  radikallara  məxsus  deyildi.  Digərləri  isə 
prezidentlə açıq münaqişəni müdafiə edirdilər. Lakin bu uzun çəkmədi. Prezident pis 
əhval-ruhiyyədə idi və Konqressin ektremist, radikal çoxluğuna tabe olmaq istəmirdi. 
Bununla o, çoxluğu öz əleyhinə qaldırdı. 22 fevralda söylədiyi nitqdə o, bu çoxluğu 
qəbul olunmayan qaydada ifşa etmək barədə danışdı və onların hökumətə qeyri-loyal 
olan  liderlərinin  adını  çəkdi.  O,  hökuməti  federal  deyil,  qeyri-məhdud  səlahiyyətə 
malik  olan  hökumət  etməyi  planlaşdırırdı.  Artıq  palatalarla  prezident  arasında 
razılığa gəlmək mümkün deyildi. Prezidet Konqressə açıq müharibə elan etdikdə belə 
vəziyyət yarandı və ona qarşı konqresmenlərin hücum əhval-ruhiyyəsi güclənirdi.  
Azad  Adamlar  qanununun  fəaliyyətinin  uzadılması  barədə  billin  Senatdan 
keçməsinin  uğursuzluğa  düçar  olmasına  baxmayaraq,  palatalar  bu  nəticəni  o  saatca 
prezidentə  göndərdilər  və  bunu  bütün  ölkə  üçün  çap  etdirdilər.  22  fevralda 
prezidentin  acı  çıxışını  eşitdikdən  sonra,  özlərinin  bərpa  komitəsinin  proqramını 
həyata  keçirmək  üçün  onlar  yeni  ruhla  irəlilədilər.  Mart  ayında  onlar  prezidentə 
"Vətəndaş  hüquqları"  barədə  qanun  layihəsini  göndərdilər  və  bu  sənədlə  bəyan 
etdilər  ki,  "Birləşmiş  Ştatlarda  anadan  olan  və  xarici  ölkə  təbəələri  olmayan  bütün 
adamlar"  Birləşmiş  Ştatların  vətəndaşlarıdır.  Onlar  hər  hansı  sinfin  və  vətəndaşın 
mülki  hüquqlarına  müdaxiləyə  qarşı  sərt  cəzaları  ləğv  etdilər  və  Birləşmiş  Ştatların 
qulluqçularına hüquq verdilər ki, hər cür təhqirlərə nəzarət etsinlər, məhkəmələrə isə 
hüquq verildi ki, bunları mühakimə etsin. Bu tədbirlərdən məqsəd zənciləri Cənubun 
ağları ilə eyni mülki bərabərlik vəziyyətinə salmaq idi.  
Prezident Konqress tərəfindən Konstitusiya hakimiyyətindən ağılsızcasına və 
son  dərəcədə  ehtiyatsız  qaydada  istifadə  edildiyinə  görə  qanun  layihəsinə  veto 
qoydu. Aprel ayında palatalar onun vetosunu rədd edib, qanunu keçirdilər. Həmin ayı 
Konqressin  komitəsi  Konstitusiyaya  on  dördüncü  düzəlişin  layihəsini  təqdim  etdi, 
burada  qanunun  elə  prinsipləri  öz  əksini  tapmışdı  ki,  bu  onlara  heç  bir  düzəlişə 
uğramayan  qanun  gücü  verirdi.  Bu  sənəd  prezidentin  rədd  etdiyi  layihədəki 
vətəndaşlıq vermək şərtlərini nəzərdə tuturdu. İyun ayında Konqress Konstitusiyaya 
əlavəni qəbul etdi və bu əlavəni ştatlara göndərdi ki, başa düşülsün ki, onları qəbul 

 
328 
etməyən heç bir Cənub ştatı təmsilçilik üçün reabilitasiya olunmayacaqdır. Tennessi 
tezliklə bu sənədi qəbul etdi və iyulda onun senatorları və Nümayəndələr Palatasının 
üzvləri  Konqressə  buraxıldı.  Hələ  1863-cü  il  Linkolnun  bəyanatından  sonra  bu  ştat 
yenidən  qurulma  prosesinə  başlamışdı.  Onun  adamlarının  yarısından  çoxu  birlik 
tərəfdarı idi. Ştatın "Birlik adamları" bərpa prosesinə nəzarət edirdilər. Ona görə də 
elə bir çətinlik olmadan palatalara buraxıldılar. Digər ştatlar isə gözləməyə  məcbur 
oldular.  Bu  narahat  il  hər  mənada  çətin  keçirdi.  Yaz  gəldikdə  və  bütün  ölkə 
prezidentlə  Konqress  arasında  uçurum  yarandığını  gördükdə,  Kanada  sərhəddində 
hərəkat başlandı. Bu, beynəlxalq siyasətdə xoşagəlməz halların olduğunu göstərdi.  
Müharibə geridə qaldıqda Nyu York iri irland cəmiyyətindən olan zabitlərin 
toplandığı yerə çevrildi və bu adamlar okeanın o tayında da inqilabın baş verəcəyini 
güman edirdilər. Axı irlandlar daim İrlandiyanın azad olunması barədə dua edirdilər. 
Okeanın  o  tərəfində  İrlandiyada  siyasətçilər  deyil,  kəndlilər  qətlə  yetirilirdi.  Bu 
zabitlər irland katoliklərini müdafiə edirdilər. Amerikada onların gücü böyüyürdü və 
irland-amerikan  əsgərləri  Birliyi  saxlamaq  üçün  cəbhələrdə  vuruşmuşdu,  müharibə 
ruhu  onları  çuğlamışdı.  Xidmətçi  qızlar,  keb  sürənlər,  ev  qulluqçuları,  dəmir  yolu 
fəhlələri  öz  cüzi  zəhmət  haqlarından  verdikləri  pulla  ölkənin  xəzinəsini 
doldururdular. "Fenian" adı onları cana doydurmuşdu, lakin qədim Kelt militsiasının 
adı ilə həqiqi irlandlar öz kəhraba adaları ilə ürəkdən gələn əlaqələrini üzmürdülər. 
Onlar  güman  edirdilər  ki,  bir  vaxt  gələcəkdir  ki,  onların  böyük  təşkilatının  sirri 
açılacaq,  İrlandiyanı  inqilab  alovu  bürüyəcək  və  ölkənin  bütün  əhalisi  ayağa 
qalxacaqdır. Birlik uğrunda müharibə sona çatanda onlar güman edirdilər ki, onların 
qüvvəsinin  azad  edilməsi  üçün  vaxt  gəlib  çatmışdır.  Onların  ilk  çıxışı  İrlandiyada 
deyil,  Amerikada,  onun  şimal  sərhədlərindən  keçdikdə  Kanadada,  İngiltərə 
imperiyasına  qarşı  baş  verdi.  Bir  neçə  yüz  adam  hərbi  müdaxiləyə  cəhd  etdi.  Bir 
ovuc  cəsarətli  adamlar  tərəfindən  orda-burda  istehkam  yaradılmışdı,  lakin  onlar 
tezliklə  məğlub  oldular.  Vaşinqton  hökuməti  bunu  o  qədər  də  mühüm  bir  hadisə 
hesab etmirdi və adi bir cinayət hadisəsi kimi yoxlamaq qərara alındı.  
Bu  faciə  siyasətdəki  çətinliklərə  əlavə  olundu.  Bu  faciə  daxili  şərait  üçün 
kifayət  idi,  lakin  bu  sülhsevər  sərhəddə  qanlı  hücum  faciəsi  olmayıb,  mənəvi  faciə 
idi.  Bu  Conson  üçün  anlaşılmaz  idi.  Əgər  mülayimliklə  Konqressin  liderləri  ilə  bu 
çətinliklər məsləhətləşilsəydi, yəqin ki, çıxış yolu, özünəməxsus “modus vivendi” -
müvəqqəti razılıq tapılardı.  
Lakin  ona  düşmən  olmuş  Consonla  Konqressin  fərqi  onda  idi  ki,  Konqress 
prezidenti  əvvəldən  özünə  dost  deyil,  rəqib  sayırdı  və  razılıq  axtarmağa  qətiyyən 
meyl  etmirdi.  Conson  kimisə  inandırmağa  çalışanda  zorakı  partizan  təsiri 
bağışlayırdı.  Sammer  onunla  bir  danışıqdan  qayıtdıqdan  sonra  inandı  ki,  o,  bütün 
Şimala nifrət edən bir adamla söhbət etmişdir. Bu adam Cefferson Devisin özü kimi 
bütünlüklə  açıq  şəkildə  Cənuba  xidmət  etmək  istəyirdi.  Bu  daha  qorxulu  idi  ki, 
Cənub  prezidentin  bu  əhval-ruhiyyəsini  öz  xeyrinə  istifadə  etməyə  çalışırdı,  onun 
Cənubun gücünə sığınacağına ağılsız  ümid bəsləyirdi və bu ümidlə  hərəkət edərək, 
qorxulu hissləri daha da dərinləşdirirdi. Şimalın rəyinə məhəl qoymaq və Konqressin 
əlindəki  gücün  artmasına  müqavimət  göstərmək  üçün  vaxt  yox  idi.  İlin  payızı  yeni 
Konqress  seçkisini  gətirdi  və  respublikaçılar  çoxluğunun  hər  iki  palatadakı  liderləri 
ölkəni gəzməyə yollandılar ki, prezidentlə olan mübahisədə qalib gəlmək üçün şansı 

 
329 
əldən  buraxmasınlar.  İyul  ayında  palatalar  prezident  vetosunu  keçdilər  və  qanun 
Azad  adamlar  Bürosunun  fəaliyyətini  iki  il  müddətinə  uzatdı.  Zəncilərə  ictimai 
torpaqlardan  yüngül  şərtlərlə  torpaq  satılması  qaydası  qoyuldu,  zəncilərin 
maariflənməsi  üçün  Konfederat  hökumətinin  əmlakı  müsadirə  edildi  və  mülki 
hüquqlar birbaşa hərbiçilərin himayəsinə verildi.  
İyunun  18-də  Bərpa  Komitəsi  vəziyyət  barədə  öz  nöqteyi-nəzərini  rəsmi 
bəyanatla bildirdi. Bu, əslində Konqressin siyasəti idi və Konqress üzvləri qarşıdakı 
mübahisədə  Şimalın  səsini  öz  tərəfinə  çəkmək  istəyirdi.  Bu  bəyanatda  deyilirdi  ki, 
bir az əvvəl ayrılmış ştatların hökumətləri praktiki olaraq öz işini dayandırmışdır, bu 
həmin  hökumətlərin  düzgün  olmayan  xarakteri  ilə  əlaqədardır  və  onlar  müharibə 
nəticəsində,  Cənub  əhalisinin  razılığı  olmadan  yaradılmışdır.  Bu  hökumətlər 
Konqressin  razılığı  olmayana  qədər  fəaliyyət  göstərə  bilməzlər.  Palataların  bu 
bəyanatı  ölkəyə  yayıldı.  Prezidentin  dostları  və  işlərin  mülayim  aparılması  xəttinin 
tərəfdarları  isə,  həm  demokratlar,  həm  də  respublikaçılar  bir  fikrə  gələrək,  Linkoln 
siyasətinə sədaqətli olduqlarını nümayiş etdirirdilər.  
Onlar  güman  edirdilər  ki,  sakitliyi  sevən  hər  bir  adam  razılıq  axtaracaqdır. 
Lakin  Conson  bu  məsləhətlə  sakitləşmirdi.  Ağılla  hərəkətə  qabil  olmayan,  yumşaq 
sözə  çox  qıymaz  olan,  şəxsi  münaqişə  və  müzakirələrdə  təbiət  etibarilə  kobud 
münasibət  tərəfdarı  olan  prezident  ölkə  ilə  özü  danışırdı.  Yayın  ortasında  o, 
Çikaqoya səfər etdi, onun dayandığı hər yerdə vaqonunun ətrafına toplaşan adamlar 
ehtirasla  onu  dinləyirdilər,  bu  çıxışlarda  Konqress  ölçüyə  gəlməyən  qaydada 
söyülürdü. Konqress liderləri deyil, məhz onun özü daha radikal ehtiras kahini kimi 
görünürdü.  Onun  hissləri  Birliyin  xeyrinə  deyil,  onun  ziyanına  idi.  Onun  rəqibləri 
deyirdilər  ki,  o,  sülh  gətirməmişdir,  hökuməti  birlik  üçün  bərpa  etməmişdir,  yalnız 
qanunvericilik  hakimiyyətinin  Birlik  partiyası  ilə  söz-söhbət  yaratmış,  narazılıq 
əmələ  gətirmişdir.  İki  gün  sonra,  30  iyul  1866-cı  ildə  Nyu  Orleanda  kütlənin 
zəncilərin  düzgün  olmayan  "Konstitusiya  qurultayını"  və  onların  tərəfdarlarını 
zorakılıq  və  qan  tökmək  yolu  ilə  dağıtması  məsələsi  Konqressin  işini  təxirə  saldı. 
Oktyabrda  prezidentdən  işarə  alan  Cənub  ştatları  bir-birinin  ardınca  on  dördüncü 
əlavəni rədd etdilər. Hər bir təəssürat göstərirdi ki, Cənubda irtica və irticaçılar təşkil 
olunmuşdur.  Seçkilərin  nəticəsi  qabaqcadan  göründüyü  kimi  oldu.  Respublikaçı 
çoxluq  Nümayəndələr  Palatasını  elə  doldurdu  ki,  Konqressin  müddəti  qurtarana 
qədər  onda  aparıcı  rol  oynayacaqdı.  Senatda  respublikaçıların  sayı  saxlanıldı. 
Palatalar  yenidən  bir  yerdə  dekabrda  toplaşdılar.  Onlar  qətiyyətlə,  bir  qalib  kimi 
prezident  siyasətini  rədd  etməyə  hazır  idilər,  bu,  Cənubun  taleyini  bütünlüklə 
Konqressin sərəncamına verəcəkdi.  
Yeni xüsusi qanunla təzə seçilən Konqressin növbəti sessiyasının 1867-ci ilin 
martında  keçirilməsi  qərara  alındı.  Bu  ondan  ötəri  edilirdi  ki,  müstəqil  fəaliyyət 
göstərmək  üçün  prezident  sərbəst  buraxılmasın.  4  mart  gəlməmişdən  əvvəl 
Yenidənqurma  Aktı  müzakirələrdən  keçdi  və  martın  2-də  qanuna  çevrildi.  Bu 
sənədlə  Tennessi  istisna  olmaqla,  Konfederasiya  ştatları  hökumətin  təklifi  ilə  beş 
hərbi  rayonda  qruplaşmalı  və  prezident  tərəfindən  təyin  olunmuş  baş  zabitlərin 
idarəsinə verilməli idi. Tennessi isə on dördüncü əlavəni qəbul edərək Konqressdə öz 
yerini  tutmuşdu.  Hərbi  qubernatorlar  yenidənqurma  prosesinə  nəzarət  və  rəhbərlik 
etməli idi. Hərbi qubernatorlar hər bir ştatdan Konstitusiya qurultayına nümayəndələr 

 
330 
seçilməsini təşkil etməli və ona nəzarət etməli idi. Konstitusiyalar qəbul edildikdən 
sonra  prezident  vasitəsilə  Konqressə  göndərilməli  idi  ki,  son  həddə  bəyənilsin.  Hər 
bir  ştatın  qanunverici  orqanı  on  dördüncü  əlavəni  ratifikasiya  etdikdən  sonra, 
Konqressə  onun  nümayəndələri  buraxılacaqdı.  Palatalar  göstəriş  verdi  ki,  Konqress 
geri  çağırmayana  qədər  ordu  hissələri  Cənub  ştatlarındakı  yerlərində  qalacaqdır. 
Palatalar  ordunun  baş  komandanı  general  Qrantı  öz  təsiri  altına  alaraq,  praktiki 
olaraq ordunu prezidentin tabeliyindən çıxardı.  
Konqress üzvlərini belə bir qeyri-adi proqram qəbul etməyə bir çox səbəblər 
məcbur edirdi. Onların bir hissəsi prezidentin acığına daha radikal mövqe tuturdu, bu 
adamlar  Cənuba  qarşı  barışmaq  mövqeyi,  mülayim  mövqe  tutan  adamlar  idi.  Bir 
hissənin xarakteri isə müharibə tərəfindən korlanmışdı, onlar Cənubun alçaldılmasını 
və  asılılığını  istəyirdilər.  Onların  liderləri  təkcə  zəncilərə  siyasi  hüquqların 
verilməsini  deyil,  hətta  Cənubun  ağ  adamlarını  zəncilərin  ayaqları  altına  atmaq 
istəyirdilər.  Onlar  güman  edirdilər  ki,  qaraların  səsləri  bütünlüklə  onlara  məxsus 
olacaqdır və Cənubu tutan partiya onu idarə edəcəkdir. Əlbəttə, çoxları başa düşürdü 
ki, heç bir köməyi olmayan qaralara himayədarlıq etmək lazımdır. Həmin ay bu akt 
müzakirə  edilib  qəbul  edilərkən,  uzaq  Cənubdakı  bu  faciəli  inqilabda  Vaşinqton 
hökumətinin də iştirak etdiyi məlum oldu.  
Birlik uğrunda müharibə getdikdə Fransa imperiyası Birləşmiş Ştatların kiçik 
hissələrə  bölünəcəyini  ümid  edirdi  və  buna  görə  də  Meksikaya  hərbi  dəstələr 
göndərdi və orada avstriyalı ershersoq Maksimilian üçün krallıq təsis etdi. Fransa öz 
imkanından istifadə edərək Avropada daha bir böyük qüvvəyə çevrilmək və işğallara 
qoşulmaq  istəyirdi.  Bundan  əvvəl,  1857-ci  il  başa  çatan  günlərdə  Meksikada  sərt 
vətəndaş müharibəsi başlandı və iki il içərisində bununla nəticələndi ki, hindu Benito 
Pablo  Xuares  ölkənin  ağası  oldu.  Xuares  təkcə  kilsənin  mülkiyyətini  müsadirə 
etmədi,  həmçinin  öz  dekreti  ilə  xarici  borcların  ödənilməsini  təxirə  saldı.  Bu 
Meksikanın ən böyük kreditorları olan İngiltərə, Fransa və İspaniyanı narazı salmaya 
bilməzdi.  Fransa  imperatoru  III  Napoleon  İngiltərə  və  İspaniyanın  təklif  etdiyi 
əməkdaşlıq  şərtləri  ilə  razılaşdı.  Onlar  bir-iki  gömrükxananı  tuta  bilərdilər,  lakin 
ölkənin  suverenliyinə  ciddi  zərbə  vura  bilməzdilər.  Narazılıqlara  baxmayaraq  III 
Napoleon  Meksikaya  işğal  ordusu  göndərdi  və  Fransa  tərəfindən  onun  ələ 
keçirilməsini təxirə salaraq, hakimiyyətin Avstriya imperatoru Frants İosifin qardaşı, 
ershersoq Maksimilian tərəfindən tutulmasına şərait yaratdı və ordunu orada saxladı 
ki,  onun  tacını  və  Fransanın  azadlığını  qorusun.  Vaşinqton  hökuməti  protest  etdi. 
Lakin  bundan  artıq  heç  nə  edə  bilmədi.  Tacın  uzurpasiya  edilməsi  və  Fransa 
ordusunun  ölkədə  saxlanması  Birləşmiş  Ştatlarda  müharibə  başa  çatanadək  və 
prezidentin əli azad olanadək qaldı.  
Sonra  Vaşinqtondan  olan  protestlər  başqa  tonda  səslənirdi  və  Lui-Napoleon 
buna  məhəl  qoymamaq  barədə  özünü  aldada  bilməzdi.  Amerikan  qoşunları 
qonşuluqdakı Meksika sərhəddində toplaşdı. Bu,  general Teylorun iyirmi il bundan 
əvvəl  dayandığı  yer  idi.  Fransa  hökuməti  hiss  etdi  ki,  o,  uduza  bilər.  Ona  görə  də 
Fransa  qoşunları  geri  çəkildi  və  Maksimilianın  aqibəti  taleyin  ixtiyarına  buraxıldı. 
Fransanın geri çəkilməsinə baxmayaraq Maksimilian öz xarakterinə uyğun olaraq öz 
tacını  saxlamaq  qərarına  gəldi.  Lakin  onun  bu  qərarı  ona  öz  həyatı  hesabına  başa 
gəldi.  O,  öz  ətrafında  partiya  toplamasına  baxmayaraq  Xuaresin  tərəfdarları 

 
331 
tərəfindən məğlub edildi. O, hətta tribunala verildi, mühakimə edildi və 1867-ci ilin 
martında güllələndi.  
Fransa  qoşunlarının  Meksikadan  geri  çəkildiyi  ayda  Rusiyanın  da  Sakit 
okeanın  Şimali  Amerika  sahillərindən  geri  çəkilməsi  razılaşdırıldı.  30  mart  1867-ci 
ildə Syuardla Rusiyanın Vaşinqtondakı səfiri arasında Alyaskanın Birləşmiş Ştatlara 
7,2  milyon  dollar  qızıl  pula  satılması  barədə  müqavilə  imzalandı,  may  ayında 
müqavilə ratifikasiya edildi. Oktyabrdan başlayaraq böyük ərazi təhvil-təslim edildi.  
Prezident Monro hələ 1823-cü ildə Rusiya qüvvələrinin Sakit Okean sahilinin 
cənubuna tərəf irəliləməsini öz məktubunda göstərmişdi və Birləşmiş Ştatların qərb 
yarımkürəsində aliliyinin elan edilməsindən qırx il sonra Sankt-Peterburq hökuməti, 
onun  əlində  olan  Amerikanın  bir  parçasından  da,  kiçik  bir  məbləğ  pula  görə  imtina 
etdi. Rusiya üçün bu ərazini  müdafiə etmək də  çətin idi. Rusiya bu ərazini satmağa 
tərəddüd edirdi, buna baxmayaraq 1867-ci ildə Alyaskanın satın alınması baş tutdu 
və bu Fransanın Meksikadan uzaqlaşdırılmağa məcbur edilməsi ilə bir vaxta düşdü. 
Bunların hər ikisi Monro doktrinasının məntiqi nəticəsi idi. Monro Amerika qitəsini 
Avropa monarxiyalarının nəzarətindən azad saxlamaq vəzifəsini irəli sürmüşdü.  
Daxili  siyasi  məsələlərə  gəldikdə,  Cənubda  başlıca  səs  verənlər  zəncilər  idi. 
Onların  seçdikləri  qurultay  və  bu  qurultayın  təsis  etdiyi  hökumət  onların 
hakimiyyətini təhlükəsiz edirdi. Virciniya, Missisipi və Texasda qurultaylar fəaliyyət 
göstərdikdən sonra ağ dərili seçicilər seçici siyahılarında kifayət qədər güc topladılar. 
Lakin o qədər uzun müddətə hərbi qubernatorlar tərəfindən idarə olundular ki, bunu 
qəbul  etməyə  məcbur  oldular.  Corciyada  yeni  Konstitusiya  qəbul  edildi,  lakin  bu 
ştatın  qanunları  ilə  zəncilərin  müdafiə  olunması  qadağan  edildiyinə  görə,  Konqress 
onun  nümayəndələrini  qəbul  etməkdən  imtina  etdi  və  bu  qanun  ləğv  olunmayana 
qədər  onun  nümayəndələrinə  federal  parlamentdə  təmsil  olunmağa  imkan  vermədi. 
Cənubi  Karolina,  Florida,  Alabama,  Arkanzas  və  Luizianada  isə  Konqress  planının 
icra edilməsi üçün heç bir şey qalmadı və 1868-ci ilin yayında Konqress bu ştatların 
nümayəndələrini  yenidən  qəbul  etməyə  artıq  hazır  idi.  Ancaq  Cənubi  Karolina, 
Luiziana  və  Florida  bütünlüklə  avantürist  hökumətlərin  əlinə  keçmişdi.  Zəncilər  bu 
ştatların seçicilərinin çoxluğunu təşkil edirdi, lakin siyasi hakimiyyət onların özünə 
heç  bir  fayda  vermirdi.  Əsasən  bu  macəraçı  adamlar  şimaldan  gəlirdi,  "xalça 
həşəratları"  –  siyasi  avantüristlər  idi,  şimaldan  gəlib  çıxanda  özləri  ilə  heç  nə 
götürmürdülər,  dəyişək  paltarından  başqa  onların gətirmək  üçün  heç  nələri  yox  idi. 
Lakin  onlar  qaraların  yeni  sahiblərinə  çevrilirdilər.  Onlar  zəncilərin  etimadını 
qazanırdılar, özləri üçün yaxşı gəlirli iş tapırdılar, ictimai maliyyə imkanları, ictimai 
kontraktlar hesabına yaşayırdılar və işlərə yüngül nəzarət edirdilər.  
Bir  qədər  kiçik,  qeyri-münbit  torpaq  və  azacıq  pul  zənciləri  qane  edirdi  və 
sakitləşdirirdi.  Bnunlar  onların  əhval-ruhiyyəsini  idarə  etmək  üçün  kifayət  idi. 
Zəncilər onlraın azadlığı uğrunda müharibəyə girmiş partiyanın arxasınca kor-koranə 
gedirdilər. Onlara verilməli olan torpaqlar tapıldı və zəncilərin bir hissəsi yeni ağaya 
çevrildi.  Missisipidə  "xalça  həşəratları"nın  -  siyasi  avantüristlərin  işə  girməsindən 
əvvəl  altı  yüz  qırx  min  akr  torpaq  iyirmi  faizlik  vergiyə  görə  müsadirə  edilmişdi. 
Ştatın  1871-ci  ildə  yığdığı  verginin  məbləği  1869-cu  ildəkinə  nisbətən  dörd  dəfə 
çoxalmışdı, 1873-cü ildə bu səkkiz dəfə artmışdı, 1874-cü ildə isə artım on dörd dəfə 
olmuşdu.  Yaxşılaşdırılmış  plantasiyalar  vergi  yükünü  çəkə  bilmirdilər  və  bu 

 
332 
torpaqlar  şeriflər  vasitəsilə  satılırdı.  Az  adam  var  idi  ki,  onu  ala  bilsin.  Torpaqlar 
istifadəsiz və baxımsız qaldığından zəncilər arasında bölünürdü.  
Cənubi Karolinada 1871-ci ildə vergilər 2 milyon dolları təşkil edirdi, on bir il 
əvvəl isə bu rəqəm 400 minə bərabər idi. Lakin mülkiyyətin özü xeyli azalmışdı. Nyu 
Orleanda  mülkiyyətin dəyəri "siyasi avantüristlərin" idarə etdikləri səkkiz il ərzində 
iki dəfəyə yaxın aşağı düşmüşdü. Luiziananın dörd il yarımlıq yenidən qurulmasının 
qiyməti 106 milyon dolları təşkil etmişdi. Luizianada işlərin başlı-başına buraxılması 
1862-ci  ildən  başlamışdı.  Həmin  il  general  Batler  Nyu  Orlean  şəhərini  tutmuşdu. 
Münbit torpaqlar idarə edənlərin həmin vaxt etibar etdikləri adamlara verilmişdi, bu 
vaxt qanunlar susmuşdu.  
Luiziana  və  Cənubi  Karolinadakı  hadisələr  pis  misallar  idi.  1868-ci  ildə 
Cənubi Karolinanın borcu 5 milyon dollar, 1972-ci ildə isə 30 milyon dollara yaxın 
idi. Luiziananın borcu isə 1868-ci ildə altı-yeddi milyon arasında idi, 1872-ci ildə isə 
bu  50  milyona  bərabər  oldu.  Xəzinələr  bom-boş  idi.  İctimai  işlərin  görülməsi  üçün 
külli  miqdarda  pul  xərclənirdi,  bu  işlər  isə  heç  vaxt  başa  çatmırdı,  bəzi  hallarda  isə 
heç başlamırdı. Dəmir yollar tənəzzül edirdi. Borcların ağır yükü toplaşaraq gələcək 
nəsillərin üzərinə düşürdü, mövcud nəsl o qədər kasıb idi ki, heç nə ödəyə bilməzdi. 
Bu  dağıdıcı  işləri  görən  konkret  adamları  heç  kəs  göstərə  bilmirdi.  Bu  təkcə  ştatın 
vergilərində və borclarında ifadə olunmurdu.  
Offisi olan adamların içərisində zəncilər də var idi, onlar öz adlarını da yaza 
bilmirdilər  və  öz  hakimiyyətlərindən  istifadə  etmək  üçün  həyasızlıqdan  başqa  heç 
nəyə qadir deyildilər.  

 
333 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin