Telman Orucov


Seçkilərdə respublikaçıların məğlubiyyəti. Prezident seçkisi qalmaqalı



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə37/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   30   31   32   33   34   35   36   37   38

Seçkilərdə respublikaçıların məğlubiyyəti. Prezident seçkisi qalmaqalı. 
 
Respublikaçılar partiyası bir çox xətalarda təqsirkar olmasına baxmayaraq bu 
vaxt nəcib hərəkət etdi. Qısa sessiyadan sonra Palata başqa əllərə keçdi, çünki heç bir 
partiya  iradəsi  icra  edilə  bilmirdi.  Sessiyanın  bağlanmasına  yaxın  respublikaçılar 
xüsusi  ödəmələrin  tədricən  bərpa  edilməsi  barədə  qanun  keçirdilər.  Xüsusi 
ödəmələrin  bərpası  bütün  kağız  pulların  ödənilməsi  və  onları  sikkəyə  çevirməyə 
hazırlaşmaq  demək  idi.  Bu  da  millətin  etimadı  üçün  və  müəyyən  normal  biznes 
şəraitinə gətirib çıxarmaq üçün vacib idi.  
Ümumiyyətlə, 1874-cü ildə keçirilən Konqress seçkiləri respublikaçılar üçün 
ağır keçdi. Nümayəndələr Palatası demokratlara keçməklə uduzuldu. Onların senatda 
çoxluğunu saxlaması yalnız senatın qəfil dəyişikliklərə məruz qalmayan quruluşu ilə 
əlaqədar  idi.  Həmin  payızın  təsiri  sonrakı  ildə  keçirilən  lokal  seçkilərdə  də  özünü 
göstərdi və respublikaçıların özlərini güclü hesab etdikləri Şimal ştatlarının çoxunda 
da  onlar  bu  seçkilərdə  uduzdular.  Hətta  Massaçusets  özünə  demokrat  qubernator 
seçdi.  Ölkə  Vaşinqtonda  gedən  hadisələrə  biganə  qala  bilməzdi.  Siyasi  pozuntu 
halları vəziyyəti bir qədər də gərginləşdirirdi.  
Prezident özü görürdü ki, korrupsiya əhvalatları hökumət üçün necə ağrılıdır 
və  etimadı  itirməkdir,  axı  hərəkətlərində  ehtiyatsızlıq  edən  rəsmi  vəzifəli  adamlar 
həm  də  ona  xəyanət  edirdilər.  O,  başa  düşürdü  ki,  o,  özü  də  ciddi  səhvə  yol 
vermişdir. Onun səkkiz illik hakimiyyəti öz partiyasının üstünlüyünü itirməsinə başa 
gəldi.  
Hələ  1868-ci  ilin  milad  günündə  prezident  Conson  ştatların  ayrılmasında 
iştirak edən bütün şəxslərin tam bağışlanmasını və amnistiyasını bəyan etmişdi və bir 
sıra istisnalar etmişdi. Konqress 1872-ci ildə on dördüncü düzəlişin üçüncü bölməsi 
ilə  Konfederat  ştatlarında  xidmət  etmiş  adamları  siyasi  fəaliyyətsizlikdən 
uzaqlaşdırdı.  Bu  vaxt  yalnız  Birləşmiş  Ştatların  Konqressindən  gedən  və  ya  hərbi-
dəniz qüvvələrində və hüquqi idarələrdə federal hökumətə qulluq edib, həmçinin icra 
nazirliklərinə  başçılıq  edən  və  ya  xarici  dövlətlərdə  səfir  vəzifəsini  tutub,  ştatların 
ayrılmasında iştirak edən adamlar istisna təşkil etdi.  
Konqressin  liderləri  Cənubdakı  həyatın  təbii  axarına  düşməsinə  baxmayaraq 
irqi  məsələdən  əllərini  çəkmirdilər.  Misal  üçün,  Samner  təkid  edirdi  ki,  zəncilərə 
imperativ federal hüquq verilməlidir ki, onların sosial hüquqları siyasi hüquqlarından 
heç də az müdafiə olunmasın və 1875-ci ilin fevralında nəhayət o, özü vəfat etdiyinə 
görə  bunu  görməsə  də,  onun  təklifi  həyata  keçirildi.  Qəbul  edilən  qanun  zənciləri 
ağlarla  eyni  vəziyyətə  saldı,  onlara  ictimai  mehmanxanalardan,  teatrdan  istifadə 
etmək, dəmir yolunda səfər etmək hüququ verdi və 11 martda bu Akt qanun şəklini 
aldı.  
Bu hadisə on beş il ərzində respublikaçıların Nümayəndələr Palatasına nəzarət 
etməsinə  son  qoyulmasından  üç  gün  əvvəl  baş  vermişdi.  Bu  köhnə  liderlərin 
Cənubda münaqişə yaratmaq üçün istifadə etdiyi son Akt idi. Lakin səkkiz il ərzində 
bu qanun uğursuzluğa uğramışdı. Yalnız 1883-cü ildə Ali Məhkəmə açıq şəkildə işə 
qarışdıqdan  sonra  bu  qanun  işləməyə  başladı.  Cənub  ştatlarının  yenidən  qurulması 
Respublikaçılar  partiyası  tərəfindən  həyata  keçirilirdi.  Siyasi  avantüristlərinin 
xəttinin  aparıcı  rol  oynaması  sakitcə  başlamamışdı.  Hər  bir  seçki  dövrü  ölkənin 

 
346 
diqqəti  Şimal  macəraçılarının  və  zənci  çoxluğunun  nəzarətdə  olduğu  ştatlarda 
dələduzluq və zorakılıq kimi ciddi məsələlərə cəlb olunurdu. Konqress cənubdakı ağ 
adamların siyasi gücsüzlüyünü aradan qaldırmaqla onların səsvermədə nüfuzunu ən 
azı  üç  ştatda  da  yüksəlmişdi.  Respublikaçıların  hakimiyyəti  əvvəlcə  birbaşa 
Vaşinqtondan müdafiə olunurdu, bəzi hallarda isə bu süngü gücünə həyata keçirilirdi. 
General  Qrant  bu  hadisənin  hər  il  baş  verməsi  ucundan  səbirsizliyi  artdığından 
respublikaçılar  hakimiyyətini  saxlamaq  üçün  Cənuba  ordu  qüvvələri  göndərmək 
istədi.  Onun  şərtləri  götürülməmişdən  əvvəl  Cənubda  ağ  seçicilər  elə  gücə  malik 
oldular  ki,  Cənubi  Karolina,  Florida  və  Luiziana  müstəsna  olmaqla  bütün  ştatlarda 
hökumətləri  öz  əllərinə  ala  bildilər.  Onlar  hər  cür  yollarla  zənciləri  səsvermədən 
kənarda  saxlamaq  istəyirdilər,  onlara  ağalıq  vəd  edən  hər  cür  amillərdən  istifadə 
edirdilər. Nəhayət ki, xroniki inqilablara son qoyuldu. Lakin Luzianada, Floridada və 
Cənubi  Karolinada  respublikaçıların  özlərinin  yaratdıqları  hökumətlərin  hərbi 
dəstələri  Luiziana  ilə  mübahisəni  təxirə  salmaq  üçün  istifadə  olunurdu. 
Yenidənqurma  barədə  Konqress  planı  əsasında  icad  edilmiş  Luiziana  konstitusiyası 
bəzi Cənub ştatlarının konstitusiyaları kimi belə qayda qoymuşdu ki, bütün seçkilər 
mövcud  olan  ştat  adminstrasiyasının  nəzarəti  altında  keçirilsin  və  nəticə  müəyyən 
olunsun.  Onun  yaratdığı  yenidən  qayıdan  kollegiyanın  heç  bir  məhkəmə  prosesi 
olmadan  bütün  mahalın  səsini  rədd  etmə  hüququ  var  idi.  Bu  səlahiyyətdən  onların 
hakimiyyətinə  ciddi  təhlükə  törədən  demokratların  qazandıqları  artan  səsləri 
yoxlamaq üçün istifadə edirdilər. Bu respublikaçıların birgə çıxış etdiyi vaxt kifayət 
qədər  sakit  keçirdi.  Lakin  Luizianadakı  respublikaçılar  fraksiyalara  bölündülər. 
Seçkilərə nəzarət edən kollegiya da iki yerə bölündü və onlardan hər biri özünü ştatın 
leqal qayıtmış kollegiyası hesab edirdi.  
1872-ci il payızının seçkilərinin nəticələri onların bir-birinə olan ittihamlarına 
çevrildi.  Bundan  başqa  demokratlardan  bir  qrupu  respublikaçıların  "liberal"  qanadı 
adlanan koalisiyanı nəzarətə götürdü, digəri isə elan etdi ki, respublikaçıların dövlət 
qulluqçularından  və  qanunverici  orqana  respublikaçı  namizədlərdən  seçilənlərdən 
xahiş edilmişdir ki, öz mühakimələrini səmərə ilə aparsınlar. Konqressin komitəsinə 
bu  məsələni  araşdırmaq  tapşırıldı  və  onlar  bu  ümidsiz  mübahisəni  dayandırmağın 
mümkün  olmadığını  yəqin  etdilər.  Konqress  yeni  seçkilər  keçirmək  barədə  qanun 
qəbul  edə  bilmədi  və  prezident  respublikaçı  qubernatorun  səlahiyyətlərini  tanıdı  və 
onu rəsmi qaydada vəzifəsini icra etməyə buraxdı. Lakin Luiziana ştatı yüksək qiyam 
əhval-ruhiyyəsinə gəldi.  
1874-cü  ilin  sentyabrında  demakratların  və  "liberal"  Respublikaçılar 
Birliyinin  lideri  olan  Makunnerinin  tərəfdarları  əllərindəki  silahla  ayağa  qalxdılar. 
Bütün onlara rəqib olan adminstrasiyanın işçilərini iş yerindən qovdular və hökumətə 
nəzarəti  öz  əllərinə  götürdülər.  Yenidən  federal  hərbi  dəstələr  müdaxilə  etdilər  və 
çıxan  qulluqçuları  iş  yerinə  bərpa  etdilər.  Heç  kəsi  qane  etməyən  və  müdafiə 
olunmasının çətin olduğu yaxşı kompromiss, səsvermə vasitəsilə yeni qubernatorun 
seçilməsinə qədər sülhü saxlamaq yolu idi.  
1876-cı  ilin  yayı  uzaq  qərbdə  hindularla  faciəli  müharibənin  aparılması  ilə 
əlamətdar  oldu.  1874-cü  ildə  Vayominqlə  Dakotanın  sərhəddində  yerləşən  Qara 
dağlarda  qızıl  ehtiyatları  aşkar  edildi.  Bura  məskunların  və  mədənçilərin  axını 
başlandı  və  bu  Siyu  tayfalarını  müharibə  cığırına  çıxmağa  vadar  etdi.  Hinduların 

 
347 
Birləşmiş Ştatlar hərbi dəstələrinin bir rəqib kimi nəyə qadir olduqlarını göstərməyə 
məcbur etdiyi rəhbəri Sittinq Bul idi. Yellostoun sularından yuxarıda başqalarından 
ayrı dayanan Litilviç Horn vadisində öz qüvvələrini yığmaqla o, onları ört-basdır edə 
bilərdi.  Bul  əvvəlcə  üzərinə  göndərilən  bir  qoşun  dəstəsinə,  sonra  isə  üç  dəstəyə 
zərbə endirdi. Bir qoşunu geri çəkilməyə məcbur etdi, digərini yaxşıca sınağa çəkdi, 
üçüncüsünü  isə  o,  bütünlüklə  darmadağın  etdi.  Bismarkdan  onun  üstünə  göndərilən 
general Terri, general Kasteri hindu dəstəsinin arxasına keçməyə göndərdi ki, onlara 
arxadan hücum etsin. İyunun 25-də general Kaster beş rota ilə düşərgədə at üstündə 
hücum edərkən ölümcül tələyə düşdü. Daha çox sayda olan hindular onu mühasirəyə 
aldı və bütünlüklə geri çəkilmək imkanını kəsdilər. Heç kəs də yox idi ki, gedib bu 
hadisəni  xəbər  versin.  Alaydan  olan  digər  yeddi  rotanın  ona  kömək  göstərmək 
imkanı yox idi, bircə onu edə bildilər ki, yalançı istehkam qurdular və geri çəkildilər 
ki,  onlara  kömək  çatsın.  Bununla  da  vəziyyətlərini  yüngülləşdirsinlər.  Hökumət 
qüvvələri  nəhayət  bu  bəd  başlanğıca  son  qoymaq  üçün  toplaşdılar  və  hindular 
dağlara  geri  çəkildilər.  Hökumət  qoşunları  onları  izlədi,  lakin  Sittinq  Bull  şimal 
sərhədlərini keçərkən, sürüşüb aradan çıxdı.  
Bu  vaxt  1876-cı  il  prezident  seçkisi  gəlib  çatdı  və  Cənubdakı 
yenidənqurmanın  aparılmasındakı  bəd  işlərin  zəmilərinin  məhsul  yığımı  başlandı. 
Demokratlar  Nyu  York  ştatının  qubernatoru  kimi  öz  qabiliyyətini  göstərmiş  və  öz 
fərasətinə  görə  düşünən  adamların  hörmətini  qazanmış  Samuyel  Tildeni  namizəd 
göstərdilər. Respublikaçılar isə Birlik uğrunda müharibədə könüllü zabit kimi xidmət 
etmiş  Nümayəndələr  Palatasının  üzvü,  Ohayo  ştatının  qubernatoru  kimi  Raterford 
Heysi  namizəd  göstərdilər.  Yenidənqurma  dövründə  hər  iki  namizəd  qızğın 
mübahisələrdən  kənarda  dayanmışdılar.  Onların  namizədliyi  partiyalar  arasındakı 
mübahisədə  köhnə  dövrlər  üçün  deyil,  yeni  dövr  üçün  öz  nəticəsini  göstərməli  idi. 
Lakin  yaxın  keçmiş  respublikaçıların  taleyinə  təsir  etməyə  bilməzdi.  Qrantın  ikinci 
prezidentlik müddətində baş verən hadisələr partiyanı çox zəiflətmişdi. 
1874-cü  ildəki  tək  demokrat  çoxluğun  bütün  ölkəni  bürüməli  olacağı 
görünürdü.  Lakin  respublikaçıların  xəcalət  hissi  onları  qəti  məğlubiyyətdən  xilas 
etdi.  Prezident  elektorları  seçildikdə  adətən  ştatların  çoxunda  ştat  seçkiləri  də 
keçirilirdi  və  yenə  də  Luiziana,  Florida  və  Cənubi  Karolinadakı  seçkilər  müzakirə 
obyektinə çevrildi. Bu ştatların elektorlarının səsi Heysin seçilməsi üçün çox zəruri 
idi.  Tilden  Konnektikutda,  Nyu  Yorkda,  Nyu  Cersidə,  Delaverdə,  Merilenddə, 
İndiana,  Missuri  və  on  cənub  ştatında  üstünlüyə  malik  idi.  Heç  şübhəsiz  onun  yüz 
səksən dörd elektor səsini alması təmin olunmuşdu, üstünlük üçün isə yüz səksən beş 
səs lazım idi. Yeganə elektor səsi onu prezident vəzifəsinə gətirirdi və bu mümkün 
hesab  olunurdu.  Çünki  Oreqondan  onun  gümanına  görə,  bir səs  əlavə  oluna  bilərdi. 
Orada  heç  şübhəsiz  üç  respublikaçı  elektor  seçilmişdi,  lakin  onlardan  biri  qanuna 
görə  yararsız  sayılırdı  və  ştatın  demokrat  olan  qubernatoru  onun  yerinə  sonrakı 
namizəd kimi demokratik namizədi təyin etmişdi və ona elektor vəsiqəsini vermişdi. 
Cənubun  on  doqquz  elektor  səsi  mübahisəli  idi.  Luizianadakı  səsvermədə 
demokratların  üstünlüyü  aydın  idi.  Bu  üstünlük  həm  prezident  elektorlarının,  həm 
qubernator,  həm  də  qanunvericilik  orqanının  seçkilərində  özünü  göstərdi.  Lakin 
yenidən  qayıdan  kollegiya  respublikaçıların  əlində  olduğundan  bəzi  seçki 
dairələrində səsvermənin aldatma və qorxutma yolu ilə keçdiyini elan edərək, həmin 

 
348 
dairələrdəki  səsləri  ləğv  etməklə  demokratların  üstünlüyünü  respublikaçılara  verdi. 
Vəsiqələr  respublikaçı  prezident  elektorlarına  verildi  və  müvafiq  olaraq 
Respublikaçıların  ştat  hökuməti  yenidən  nüfuz  gücünə  yiyələndi.  Və  yenidən 
Demokratlar güzəştə getməkdən imtina etdilər. Floridada da kollegiya ştatın səslərin 
çoxluğunu respublikaçılara verdi.  
Demokratlar  bütün  ölkədə  yalan  barədə  haray  qaldırdılar.  Həftələr  keçdi. 
Demokratlar ordunu qaldırmaq və Heysin prezident kürsüsünə oturmasının qarşısını 
güc  tətbiq  etməklə  almağa  qalxacaqları  ilə  hədələdilər.  Böyük  məhlə  davası 
başlanması  təhlükəsi  yarandı.  Xalq  bu  böhranda  məsələnin  həlli  üçün  instiktinə 
uyğun  olaraq  Konqressə  baxırdı.  Lakin  Senat  respublikaçıların,  Palata  isə 
demokratların idi. Nə ediləcəkdi? İnauqurasiya günü yaxınlaşırdı. Bir-birinin ardınca 
həll  təklifləri  edilirdi.  Sonra  isə  bu  təkliflər  rədd  edilirdi.  Axırda  razılaşıldı  ki,  iki 
palatanın  səsverməsi  ilə  15  nəfərdən  ibarət  üç  tərəfli  komissiya  yaransın,  bu 
komissiya  məsələni  həll  etməli  idi.  Komissiyaya  beş  nəfər  Senatdan,  beş  nəfər 
Palatadan, beş nəfər isə Ali Məhkəmədən daxil oldu. Elektoral Komissiya adlanan bu 
institut  mübahisəni  həll  etməli  idi  və  bu  qərardan  heç  bir  şikayət  ola  bilməzdi.  On 
dörd adam seçildikdə, beşi hər Palatadan, dördü Ali Məhkəmədən, onlardan yeddisi 
hər  siyasi  partiyadan  idi.  Hakim  Devid  Deyvis  Ali  Məhkəmədən  olan  dörd  nəfər 
seçildiyindən on beşinci olmalı idi və onun siyasətdə neytral olması güman edilirdi. 
Lakin  bu  vaxt  İllinoysun  qanunverici  orqanı  onu  demokrat  kimi  Birləşmiş  Ştatlar 
Senatına  seçdi.  Hakim  Bredli  onun  yerinə  seçildi.  Deyvis  kampaniyada  Tildeni 
dəstəkləmişdi,  həmin  vaxt  Bredli  isə  Heysə  kömək  göstərmişdi  və  bu  dəyişiklik 
Tildenin şansları üçün fəlakətli oldu.  
Elektoral  komissiya  səkkiz  respublikaçı  və  yeddi  demokratdan  ibarət  oldu. 
Ümid  edilirdi  ki,  onlar  partiya  mənsubiyyətlərindən  yuxarı  qalxacaq  və  hadisəni 
yoluna  qoymaq  üçün  ədalətli  verdikt  verəcəklər.  Lakin  onlar  bunu  etmədilər.  Hər 
suala  onlar  hakim  kimi  deyil,  tərəfdar  kimi  səs  verməyi  üstün  tutdular.  Komissiya 
yeddi  səsə  qarşı  səkkiz  səslə  Heysin  xeyrinə  qərar  verdi.  Sonuncu  səsvermə  martın 
24-də  keçirildi  və  iki  gün  sonra  general  Heys  Birləşmiş  Ştatların  Prezidenti  oldu. 
Demokratlar  ümidlərini  itirdilər  və  təskinliklərini  saxtakarlıq  barədə  haray 
qaldırmağa  bağladılar.  Onlar  respublikaçıları  ittiham  edirdilər  ki,  prezidentliyi 
oğurladılar və bu harayı bir çox illər ərzində davam etdirdilər.  
 Vəzifədən  gedən  prezident  Qrant  namuslu,  yumşaq  ürəkli  əsgər  olsa  da,  prezident 
idarəsinin nüfuzuna heç nə əlavə edə  bilmədi. O,  özü yaxşı bilirdi ki, uduzmuşdur, 
inzibati  hərc-mərclik,  korrupsiyanın  genişlənməsi,  dedi-qodular,  çəkişmələr  onun 
rəhbərlik  etdiyi  dövrün  əlamətdar  nişanələri  olmuşdu.  Belə  işləri  əvvəllər  heç  bir 
prezident  etməmişdi.  Lakin  korrupsiya  onun  özünə  toxuna  bilməmişdi.  O, 
ləkələnməmiş  qaldı.  Onun  inandığı  adamlar  ona  xəyanət  edirdilər,  öz  dostlarına 
etibarlı olması istəyi onu əclafları müdafiə etməyə gətirib çıxardı. O, başqa adamların 
da  özü  kimi  namuslu,  vicdanlı  olduqlarını  düşünürdü.  O,  böyük  vəzifəyə  işlərdə 
öyrənmək dərsini keçməmişdən gəlmişdi. Adamlar istirahətə gedən general Qrantın 
arxasınca  hörmətlə  baxırdılar,  bircə  onu  xatırlayırdılar  ki,  o,  respublika  ordusunun 
uğurlu lideri olmuşdu.  
General  Raterford  Böçard  Heys  namuslu  adam  idi  və  ölkəsinə  sədaqətli 
prezident oldu. Lakin o, heç vaxt öz opponentlərinin ittihamından azad ola bilmədi. 

 
349 
Rəqibləri isə bəyan edirdilər ki, o, seçilmədən yüksək vəzifəni qəbul etmişdir. Heys 
üçün  sakitcə  vəzifənin  verilməsi  şəraiti  olduqca  sadə  idi.  O,  federal  qüvvələri 
Cənubdan  çıxardı.  Luizianadakı  və  Cənubi  Karolinadakı  respublikaçı  hökumətlər 
buraxıldı  və  demokrat  hökumətlər  seçki  vasitəsilə  onların  yerini  tutdu.  Bununla 
Cənubdakı siyasi avantüristlərin hakimiyyəti başa çatdı.  
Heysin  prezident  vəzifəsinə  gəlməsi  ilə  elə  bil  ki,  bütün  siyasi  hava  dəyişdi. 
İşlər  demək  olar  ki,  normal  yoluna  düşdü.  Yenidənqurma  prosesi  başa  çatdı  və 
ölkənin siyasi liderlərinin əli ölkənin 1861-ci ildə qırılmış tarixinə yiyələnmək üçün 
azad  oldu.  1875-ci  il  seçkilərindən  1889-cu  ilə  qədər  olan  on  dörd ildə demokratlar 
və  respublikaçılar  Konqressin  hər  iki  palatasına  və  icra  hakimiyyətinə  bir-birinin 
ardınca nəzarət edirdilər.  

 
350 
İqtisadi yüksəliş dövrünə qədəm qoyma 
 
Bu artıq 1861-ci ildəki ölkə deyildi. Müharibə ilə qarışmış sonrakı iki on illik 
sənayeni  sürətlə  inkişaf  etdirdi,  bu  sənaye  inqilabına  bərabər  idi.  Millətin  müasir 
iqtisadi  gücünə  qəflətən  Cənub  əlavə  olundu.  Onun  köhnə  əmək  sistemi  zorakı 
ideologiyaya məruz qaldığından dağılmışdı. Cənub nəhayət dünyanın iş sistemi üçün 
açıldı və onun bütün resursları sənaye həyatına daxil olmağa başladı.  
Böyük Appalaç regionu dağ-mədən sənayesinin inkişafında ciddi rol oynadı. 
Burada  uca  dağlar,  Pennsilvaniyadan  başlayıb  Merilenddən,  Vircinvaniyadan, 
Kentukkidən,  Tennessi  və  Karolinalardan  keçərək  yeddi  yüz  mil  məsafədə 
Alabamaya və Corciyaya uzanırdı və onun ətrafında isə geniş vadi və yayla var idi. 
Bu sahələri geoloqlar demək olar ki, əl dəyməmiş kömür yataqları kimi tanıyırdılar. 
Bu  yataqların  yerləşdiyi  sahə  otuz  doqquz  min  kvadrat  milə  bərabər  idi.  Şərqə  və 
Qərbə  bölünmüş  ölkədə  bol  dəmir  filizi  yataqları  var  idi.  Dünya  bu  vaxtadək 
Cənubun pambığına və tütününə möhtac idi. Tezliklə plantasiyalarda da azad əmək 
qul əməyinin yerini tutdu.  
Cənubun  sənaye  inkişafı  ölkənin  qalan  hissəsinin  inkişafına  birləşdi.  Cənub 
üçün  fərəh  gətirən  gələcək  və  əminlik  yaradan  ümid  Şimal  üçün  artıq  reallıq  idi. 
Müharibə  iqtisadi  həyat  qabiliyyəti  üçün  əsl  sınaq  oldu,  Şimal  və  Qərb  ştatları 
müharibədən  ona  girdiklərindən  də  daha  qüvvətli  çıxdılar.  Konqress  müharibəyə 
kömək  üçün  ölkədə  istifadə  edilən  demək  olar  ki,  hər  bir  mala  vergi  qoymuşdu  və 
idxal  malları  üçün  geniş  rüsum  sistemi  yaratmışdı.  Bununla  da  öz  bazarını  mal 
idxalçılarından  qoruyurdu.  Rüsumlar  həddən  çox  yüksək  idi.  Ölkə  Filadelfiyadakı 
yüz  illik  sənaye-ticarət  sərgisində  nümayiş  etdirilən  qeyri-adi  maddi  nemətlər 
tərəqqisindən  açıqca  fayda  götürürdü.  General  Qrantın  prezidentliyinin  son  ilində 
Birləşmiş  Ştatların  müstəqilliyinin  yüz  illiyi  tamam  olurdu  və  bu  ildönümü 
Filadelfiyadakı böyük beynəlxalq sənaye sərgisi ilə bayram edilirdi. Bu şəhərdə isə 
Konqress  gənc  respublikanın  doğulması  anında  onun  üçün  şura  rolunu  oynayan 
institutu  təsis  etmişdi.  Bu  sərgidə  nəhəng  kommersiya  və  sənaye  xalqları  təmsil 
olunmuşdu.  Xarici  hökumətlər  buraya  dəvətə,  bu  sərginin  uğurlu  keçməsi  üçün 
tezliklə kömək göstərməklə cavab verdilər. Bu hökumətlərin içərisində öz ordusunun 
məğlub olduğunu böyük yarmarka ilə bayram edildiyi bir şəraitdə Böyük Britaniya 
da var idi. Onun rəsmi nümayəndə heyətinin burada iştirak etməsi yarmarkanı barışıq 
bayramına  çevirdi.  Amerikanın  özünün  acı  vətəndaş  inqilabı  da  başa  çatmışdı  və 
sağalma  dövrü  başlanmışdı.  Bu  sərgi  xoş  məramdan  və  millətlərin  qardaşlığından 
xəbər  verirdi.  Burada  artıq  xidmət  göstərmək  və  bəşəriyyəti  varlandırmaq  uğrunda 
gedən rəqabətdən başqa bir rəqabət yox idi. Bu yüz il ərzində təşkil olunan Amerika 
milləti  özünü  mənfəət  götürmək  barədə  uşaq  kimi  göstərsə  də,  sənət  və  sənaye 
sahəsində heç də uşaq deyildi.  
On il sonra isə, 1886-cı ildə Nyu York buxtasındakı Bedlou adasında sonralar 
Birləşmiş Ştatların az qala simvoluna çevrilən Azadlıq heykəli qoyuldu. 1956-cı ildə 
isə  adanın  adı  dəyişilərək  Azadlıq  adası  adlandırıldı.  Onun  yaxınlığındakı  Ellis 
adasına gəldikdə onun sahəsi 30 akrdan da az olmaqla, sonrakı dövrlərdə daha dəqiq 
deyilsə,  1892-ci  ildən  1943-cü  ilə  qədər  ölkənin  başlıca  immiqrasiya  mərkəzinə 
çevrildi. XX əsrin əvvəllərində ada gündə 2 min adam qəbul edirdi. Ona görə də çox 

 
351 
vaxt  bu  yer  "Göz  yaşları  adası"  adlanır.  Bu  adadan  bütövlükdə  ABŞ-a  gələn  16 
milyona  qədər  immiqrant  keçmişdi.  Azadlıq  heykəlində  əlində  məşəl  tutmuş  qadın 
təsvir olunur. Əslində heykəl Nyu York limanının giriş istiqamətini bildirir. Abidədə 
təsvir olunan "Dünyaya nur saçan Azadlıq" ideyası Fransada meydana gəlmişdi. Ona 
görə  də  rəsmi  adı  «Dünyanı  işıqlandıran  Azadlıq»  adlanır.  Fransız  heykəltəraşı 
Oqyust  Bartoldi  bu  adla  tanınan  heykəlin  müəllifi  olmaqla,  onu  tuncdan  tökmüşdü. 
Heykəlin  pyedstalında  isə  məşhur  amerikan  şairəsi  Emma  Lazarusun  1883-cü  ildə 
yazdığı  "Yeni  Koloss"  sonetinin  son  misraları  həkk  olunmuşdur.  Şairə  Azadlıq 
heykəlini  qədim  dünyada  yeddi  möcüzədən  biri  hesab  olunan,  Rodos  adasındakı 
Kolossun  nəhəng  heykəli  ilə  müqayisə  etməklə  yanaşı,  bu  ideyanın  daha  böyük 
əhəmiyyət  daşıdığından  və  onun  bütün  dünyanı  fəth  edəcəyindən  xəbər  verir. 
Abidədə  təsvir  olunan  bu  qadın  Didərginlər  Anası  adlanır.  Əlindəki  məşəli  ilə  o, 
bütün cahanı salamlayacaq və onun dinməz dodaqlarından bu haray səslənəcəkdir: 
 
«Ehey, Dünya, ver mənə sənin taqətdən düşmüş  
              zəlil insanlarını, 
Azad nəfəs almağa həsrət qalanlarını, 
Sənin sahillərində qaynaşan məzlumları. 
Göndər mənə naəlac evsiz-eşiksizləri, 
              O atılmış kəsləri. 
Qızıl qapı yanında çıraq yandıracağam xatirinə onların».  
 
Bu  uzaqgörən  misralar  doğrudan  da  sonralar  hamının  müşahidə  etdiyi 
reallığa, həyat həqiqətinə çevrilmişdir.  
Amerikanlar  əslində  gözəlliyə  laqeyd  idilər.  Şəhərsalma  mədəniyyətinə 
gəldikdə  onların  tikdikləri  evlər  gözü  az  oxşayırdı,  ancaq  onların  təyinatına  yararlı 
olmaları əsas götürülürdü. Bu evlərin çoxu taxtadan idi. Sonrakı dövrlərin inşaatçıları 
zövqlərin  köhnə  kanonlarını  unutdu.  Və  yeni  tikintiləri  onlar,  əvvəlcədən  yaxşı 
hazırlanmış  layihə  və  baha  qiymətə  tikirdilər.  Dünyanın  hər  tərəfindən  adamları 
tamaşaya yığmış Filadelfiya sərgisində nümayiş etdirilən şeylər isə forma və gözəllik 
haqqında yeni hisslər oyadırdı.  
Xarici  hökumətlər  alicənablıqla    okeanın  o  tayından  qiyməti  ağlagəlməyən 
rəsm  və  heykəltəraşlıq  əsərlərinin  orijinalını  sərginin    qalereyalarına  verdilər.  Özəl 
vətəndaşlar və  yerli muzeylər  də özlərinin əsas incəsənət xəzinələrini azad surətdə 
burada  göstərməyə  təqdim  etdilər.    Buradakı  gözəlliyin  azacıq    toxunduğu  şeylər 
forma  nəcibliyini  təmsil    edirdi.  Ölkənin  hər  bir  ştatından  və  regionundan  sərgiyə 
çoxlu qonaqlar  gəlir və  sərginin tikililərinin  içərisinə  axışırdılar. Buradan isə  bir 
qayda olaraq  xatirələrdən silinməyən  təəssüratlarla qayıdırdılar. Adamlar  sonralar 
başa düşdülər ki, bu dövrdə Amerikada incəsənət  və sənət intibahının səhər şəfəqləri 
parlamağa  başlamışdır. 
Bu  böyük  yarmarka  həmçinin  milli  həyatda    dəyişiklik  təsiri  ilə  əlamətdar 
oldu.    İctimai  işlərin  dəyişən  xarakteri  isə  özünü  erkən  1872-ci  il    priezident 
seçkilərində  büruzə    verdi.    Bu  kampaniya  təkcə    «liberal  respublikaçılar» 
partiyasının meydana  gəlməsi  ilə deyil, həm də siyasi  amnistiya  ilə əlamətdar oldu, 
həm  də    «Əmək  islahatı»  partiyasını  yaratdı.  Bu  partiyanın  proqramında  əsas  yeri 

 
352 
kapitalla əmək arasındakı münasibətlər, iş gününün ixtisar edilməsi, federal hökumət 
tərəfindən  dəmir yolları  və teleqraf xətlərinə nəzarət  edilməsi,  ictimai  torpaqların 
dövlət    sərəncamında  olması  tuturdu.  Yeni  partiyanın  qurultayına  on  yeddi  ştatdan 
nümayəndə gəlmişdi.  
1876-ci ildə «Müstəqil xalq» partiyası siyasət meydanına gəldi, bu  partiya iki 
ənənəvi  partiyanın    proqramlarına  qarşı  etiraz  edirdi.    Ölkəyə  bu  partiya  «Yaşıl 
kürəklilər»  partiyası    kimi  tanış  idi.  Bu  partiya  «Əmək  islahatı»  partiyasının 
tələblərini təkrar edirdi.  Hərtərəfli götürdükdə bu  monopoliyaların meydana gəlməsi  
və  kapitalın  adamların  kiçik  qrupunun  əlində  təmərküzləşməsindən    yaranan 
çətinliyin nümayişi olub, onu göstərirdi ki, bu adamlar öz xeyirləri  naminə sənayə 
istehsalını  bütünlüklə  əllərinə  keçirmək  istəyirlər.  Qərbin    və  Cənubun  fermerləri 
sənaye Şərqinin fəhlələrindən heç də geri  qalmayaraq, müharibə  qurtardıqdan bir az 
sonra  öz  xüsusi  mənafelərini    qorumaq  və  onu  inkişaf  etdirmək    üçün  təşkil 
olundular,  buna  isə  siyasi    partiyalar  az  diqqət  verirdilər.  Heysin    prezidentliyi 
dövründə «Fermerlər  ittifaqı» adı  altında Cənubda  və Qərbdə  müstəqil cəmiyyətlər 
meydana gəlməyə  başladı.  Bu cəmiyyətlər monopoliyalara qarşı çıxış edirdilər.  İlk 
«ittifaq»  Texasda  meydana  gəlmişdi,  bu  təşkilat  ştatın    ictimai    torpaqlarının  özəl  
şəxslərə satılmasının qarşısını almağa çalışırdı. Bu təşkilat Cənubun digər ştatlarına 
da yayıldı.  Elə həmin dövrdə İllinoysda «Milli Fermerlər ittifaqı» təşkil olundu, bu 
ittifaq  tezliklə    öz  təşkilatlarını    Viskonsinə,  Minnesotaya,  Ayovaya,  Kanzasa  və 
Dakotaya    genişləndirməyə    başladı.  Bu  hərəkatın    liderlərinə    çoxlu  formada 
islahatlar təklif olunurdu, bunlardan ən mühümü Şimal və Cənub  islahatları idi. Bu 
islahatların  başlıca  məqsədləri  nəqliyyatın    dövlətin  nəzarətinə    götürülməsi, 
hökümətin bütünlüklə banklardan  ayrılması və s. idi. 
Ölkə baş verən fəlakətləri aradan qaldırmağı bacarırdı. 1871-ci ildə oktyabrın 
8-9-da    Çikaqoda  böyük    yanğın  baş  vermişdi.  Yanğın  kiçik  anbarda  başlanmışdı, 
2200 akr sahədəki bütün hər şeyi  yandırdı; 17.5 min bina külə çevrildi və 250 adam 
həlak oldu. Yanan mülkiyyətin dəyəri 200 milyon dollara bərabər idi və 98 min adam 
evsiz  qalmışdı.  Çikaqonun  yenidən  tikilməsi  başlandı.  Əvvəllər  heç  vaxt  bu 
miqyasda  iş  görülməmişdi.  Qərbin  qəribə  enerjisi  ilə  böyük  aralıq  –  kontinental 
metropoliya  yaradıldı.  Köhnə  şəhərin  xarabalıqlarında  yeni  və  daha  böyük    şəhər 
tikildi. 
Siyasət meydanında da  çəkişmələr davam edirdi. Heysin  administrasiyasının 
axırıncı yarısında demokratlar Konqressin hər iki  patalasına nəzarət edirdi. 
1858-ci  ildən  sonra  ilk  dəfə  idi  ki,  belə  vəziyyət  mövcud  idi.  Respublikaçı 
prezidentin  əlində  veto  hüququ  olduğundan  demokratlar  heç  bir  partiya  tədbirini 
həyata keçirə  bilmirdilər. Belə çıxılmaz vəziyyət on il müddətində davam etdi. 
Sakit  Okean  sahilində  müxtəlif  işçi  təbliğatı  aparılırdı,  bu  təbliğat    anti-
çinlilər hərəkatı kimi tanınırdı. Çinlilər Barminqeym müqaviləsi  bağlandıqdan sonra, 
tezliklə  böyük    miqdarda    Kaliforniyaya    axışmağa    başladılar.  Barminqeym 
müqaviləsinə  görə,  çinlilərə azad qaydada bir ölkədən digərinə miqrasiya  etməyə 
icazə  verilirdi. Çinlilərin aşağı maaşla  işləməyə hazır olmaları və onların  sayının 
artması ağ fəhlələrin onlarla  rəqabət aparmasını arzu olunmaz edirdi. Onlar bir neçə 
yüz  dollar  pul  qazandıqdan  sonra  doğma    torpağlarına  qayıdırdılar,  bu  vaxt  onların  
qardaşlarından ibarət ordu Amerikaya  yollanırdı ki, eyni prosesi təkrar  etsin. 

 
353 
Monqol  irqi  heç  bir  vəchlə    Amerikan  cəmiyyətinin  elementi    olmağa  iddia 
etmirdi.  Onlar  siyasi  orqandan    kənarda    qalırdılar,  öz  xüsusi    adətlərini  və 
xürafatlarını  saxlayırdılar.    Çinlilər  özlərinin  arzuolunmayan    iştirakları  ilə  bütün 
Qərb sahilini  doldurmaq təhlükəsini yaradırdılar. 1877-ci  ildə digər təsadüfi cəhdlər  
səmərə  vermədikdə  çinlilərin    immiqrasiyasına    qarşı  hərəkat    başlandı.  San  
Fransiskonun    fəhlələri  Denis  Klaminin    rəhbərliyi  altında  çinli  fəhlələri  və  
immiqrasiyasını  məhkum  edən  çoxlu  açıq  mitinqlər  keçirdilər.  Konqressə  xahiş 
edildi  ki,  məsələyə  baxsın  və  Barminqeym    müqaviləsini  Sakit    Okean  xalqının  
mənafeyinə  uyğun  olaraq  dəyişdirsin.  1878-ci  ildə    Konqress  çinlini  xaricetmə 
tədbirini  qəbul  etdi, lakin bu qanuna  prezident veto qoydu. İllər keçdi və çinlilər  
artan  sayda  gəlməkdə  davam    edirdi.  Təbliğat  təzələndi  və  1888-ci    ildə    çinlilərin 
xaric edilməsi  qanunu  qüvvəyə mindi. Bundan sonra, 1892-ci ilin mayında isə Qiari 
çinlinin  xaric edilməsi qanunu gəldi.  Kaliforniyanın təmsilçisi Qiari tərəfindən  bu 
qanun təklif edilmişdi. Bu qanun Çin  hökumətinin güclü etirazı ilə  qarşılandı. 
Yeni  məsələlər  milli  xarakter  daşıyırdı.  Müharibə  milli  ruhu  təkcə  yüksəyə 
qaldırmamışdı, həmçinin Birliyin real əsaslarını açıb göstərmişdi. Müharibə nümayiş 
etdirdi ki, Birliyin  əsası  sadəcə  formal  quruluş  olan  Konstitusiyadan  ibarət  deyildir. 
Bu  Birlik  inamın  və  hisslərin  dərin  dayaqları  üzərində  qurulur.  Cənub 
Konfederasiyası  darmadağın  edildikdə  bu  hüquqçuların  irəli  sürdüyü  nəzəriyyə 
deyildi,  millətin  əksəriyyətinin  ehtiraslı  inamı,  məsləki  idi.  Millət  üçün  isə 
Konstitusiya  ancaq  millətin  ümumi  həyatının  əsasında  qoyulan  idealların  ilk  ifadəsi 
idi.  Müharibə  arxada  qaldıqda  Konstitusiya  formaları  çətinliklə  müşahidə  edilirdi. 
Müharibə başa çatdıqda yenidənqurma prosesi eyni metod və əhval-ruhiyyə göstərdi.  
General  Ceksondan  başlayaraq  Linkolna  qədər  heç  bir  prezident  öz 
partiyasının lideri olmamışdı. Müharibə dövründə icra hakimiyyəti əlbəttə ki, işlərin 
ön  cərgəsində  dayanırdı.  Partiyalar  da  özünü  sakit  aparırdı.  Millət  siyasətin  adi 
məsələlərini  kənara  qoymuşdu.  Heç  kəs  deyə  bilməzdi  ki,  Linkoln  sakit  sülh 
dövründə  öz  partiyasının  şurasını  necə  idarə  edir.  Conson  prezident  olduqda 
Konqress  və  İcra  hakimiyyəti  tam  ayrılıqda  fəaliyyət  göstərirdilər.  General  Qrant 
onları  bir  yerə  gətirə  bilmədi.  O,  nə  partiya  adamı  idi,  nə  də  dövlət  xadimi,  başqa 
xüsusiyyətli  işlərdə  böyüyüb  tərbiyə  olmuşdu,  heç  bir  siyasi  liderlik  iddiasında 
deyildi.  
Köhnə qaydaların və ingilis ənənələrinin güclü olduğu dövrlərdə - hökumətin 
ilk günləri ərzində prezident işlərin mərkəzi fiqurası idi. Bir tərəfdən bu vəzifə xarici 
siyasətin  incə  məsələlərində  qərara  gəlməyi  məcbur  edirdi,  digər  tərəfdən  ilk 
prezidentlər  həqiqi  partiya  liderləri  arasından  seçilirdi.  Həm  də  ki,  onlar  adamların 
ictimai  rəyinə  təsir  edirdilər.  Onların  ictimai  iş  təcrübəsi  daha  böyük  idi.  Onların 
məruzələri  qanunverici  orqanı  öz  arxasınca  aparırdı.  Bu  Konstitusiya 
hüquqşünaslarının nəzəriyyəsi idi ki, Konqress və İcra hakimiyyəti qəti surətdə bir-
birindən  ayrılır  və  fərqli  funksiyalara  malikdir.  Bu  şərtlə  ki,  onların  hər  biri 
Monteskyö  prinsiplərinə  ideal  surətdə  uyğun  olaraq  digərini  yoxlasın  və 
tarazlaşdırsın.  Və  bəzi  hallarda  Konqressin  palatalarında  elə  adamlara  rast  gəlinirdi 
ki,  onların  istedadı  və  təşəbbüskarlığı  prezidentin  özününkündən  daha  böyük,  daha 
səmərəli və daha çox xidmətə yarayan olurdu. Henri Kley belə adamların içərisində 
daha  görkəmlisi  idi.  O,  Nümayəndələr  Palatasının  spikeri olduqda,  sübut  olundu ki, 

 
354 
partiyaların idarə olunmasında spikerlik başlıca yer tutur. O, nə qədər uzun müddətdə 
Konqressdə qalırdısa, bütün ölkə bilirdi ki, viqlərin seçmək istədiyi heç bir prezident 
yox, məhz o, öz partiyasının həqiqi lideridir.  
General  Cekson  prezident  olduqda,  bütün  dünyanın  izlədiyi  kimi, 
demokratların  siyasətini  diqtə  edirdi,  lakin  onun  varisləri  ona  bənzəmirdilər.  İşlər 
qeyri-adi  təzyiqlə  öz  normal  axınından  quldarlıq  məsələsinə  döndü.  Duqlasın 
liderliyə  gəlişi  ilə  inqilab  başlandı.  Bütün  şeylər  əxlaq,  sosial,  iqtisadi  qüvvələrin 
yavaş  hərəkətini,  əhalinin  miqrasiyasını,  hisslərin,  şəraitlərin  dəyişilməsini 
gözləyirdi.  Sonralar  Konqress  Cənub  demokratlarından  təmizləndikdə  və  bütün 
mütəşəkkil  müxalifətdən  yaxa  qurtardıqda,  respublikaçıların  liderləri  ağalıq  etmək 
üçün  Konqressi  də  dəyişikliyə  uğratdılar.  Nümayəndələr  Palatası  özünü  fəaliyyət 
liderlərinin əlinə verdi.  
Onun  lideri  ya  prinsipial  komitənin  sədri,  ya  da  palatanın  spikeri  olurdu. 
Spiker  komitələri  təyin  edirdi.  Nümayəndələr  Palatası  özünü  bütünlüklə 
komitələrinin sərəncamına verirdi. Şəxsi təşəbbüslər onlara qarşı bir şey edə bilmirdi.  
Müharibə  dövrünün  ilk  spikeri  Pennsilvaniyadan  olan  Qeluşa  Qrau  idi.  O, 
lider  rolunu  oynayırdı.  Müharibə  dövrünün  ikinci  konqressinin  spikeri  Kolfaks 
palatanı  ustalıqla  idarə  edirdi.  Onların  hər  ikisi  Stivenslə  və  çoxluğun digər  aparıcı 
adamları ilə əlbir fəaliyyət göstərirdi.  
Təkcə iki il (1881-1883-cü illər) istisna təşkil edirdi, bu vaxt respublikaçılar 
prezidentlə  yanaşı  senata  sədrlik  edən  vitse-prezident  vasitəsilə  səsvermədə  iştirak 
etdiyinə görə, hər iki palatada çoxluq təşkil edirdilər. On dörd il (1876-1890-cı illər) 
ərzində palataların hər ikisində çoxluq heç bir partiyaya məxsus olmadu. Lakin ölkə 
respublikaçılardan üz döndərdi və Nümayəndələr Palatasına seçkilər hər iki ildən bir 
onun  tərkibini  təzələyirdi,  millət  içərisində  çoxluq  və  ştatların  çoxluğu  eyni  şey 
deyildi.  Senat,  yalnız  respublikaçı  prezident  olduqdakı  kiçik  bir  dövrdə 
demokratların əlinə keçdi.  
Konstitusiyaya  on  üçüncü,  on  dördüncü,  on  beşinci  əlavələrin  Konqressə 
verdiyi səlahiyyətə görə, zəncilərin ağlarla bərabər vətəndaş hüquqlarının qorunması 
qərara  alındı,  bu  səlahiyyətlə  ayrı-ayrı  fərdlərin  deyil,  ştatların  hüquqları 
məhdudlaşdırıldı  və  federal  hökumət  deyil,  ştatlar  bu  bərabərliyi  pozanları 
cəzalandırmalı idi.  
Heysin dörd illik prezidentliyi dövründə Amerikada əvvəllər məlum olmayan 
fəhlə narazılıqları başlandı. 14 iyul 1877-ci ildə Baltimor və Ohayo fəhlələri arasında 
tətil başlandı. Belə tətillər Pennsilvaniya, Eri və Nyu York mərkəzi dəmir yollarında, 
Şərqlə  Qərb  arasındakı  əsas  rabitə  xəttində  baş  verdi.  Pennsilvaniya  kömür 
mədənlərinin minlərlə şaxtaçıları, dəmiryolçularla birlikdə işləməkdən imtina etdilər. 
Ancaq  Birləşmiş  Ştatların  ordu  dəstələri  ştatın  militsiasına  kömək  etdikdən  sonra 
qayda bərpa olundu və dəmir yolu kompaniyalarının mülkiyyəti qarət edilməkdən və 
dağılmaqdan  xilas  edildi.  İki  həftə  ərzində  dəmir  yolu  nəqliyyatı  iflic  vəziyyətində 
qaldı.  Ümumi  dəyəri  on  milyon  dollar  olan  mülkiyyət  dağıdıldı  və  ölkə  fəhlə 
təşkilatlarının gücünün nümayişindən qorxmağa başladı.  
Heys  ikinci  müddətə  namizəd  göstərilmədi.  1880-ci  ilin  iyununda  Çikaqoda 
keçirilən  qurultay  general  Qrantı  namizəd  göstərməyə  və  partiyanı  köhnə  rejimə 
qaytarmağa cəhd etdi. Lakin buna cəhd edənlər məğlub oldular və Ohayo ştatından 

 
355 
olan  Ceyms  Qarfild  partiyanın  prezidentliyə  yeni  namizədi  kimi  irəli  sürüldü.  Nyu 
Yorkdan  olan  Çester  Artur  isə  vitse-prezidentliyə  namizəd  göstərildi.  Bu 
namizədlərdən  heç  biri  yüksək  vəzifə  tutmamışdı.  Qarfild  könüllü  zabit  kimi 
müharibədə  yüksək  hörmət  qazanmışdı.  Nümayəndələr  Palatasının  üzvü  olmuşdu, 
onun  namizədliyi  irəli  sürüləndə  Birləşmiş  Ştatların  senatoru  seçilmişdi.  O, 
parlament  lideri  və  natiq  kimi  məşhur  idi.  O,  Heysdən  fərqli  olaraq  öz  partiyası  ilə 
yaxın əlaqədə idi. Artur Nyu York limanında vergi yığan olmuşdu, çox hallarda milli 
siyasətdən  kənarda  dayanmışdı,  əsasən  öz  ştatındakı  partiya  orqanında  bir 
hüquqşünas  kimi  fəaliyyət  göstərmişdi.  Onlar  heç  də  bütün  ölkə  tərəfindən  həvəslə 
qarşılanmadılar.  Demokratlar  öz  namizədlərini  diqqəti  cəlb  edən  hərbçilərdən 
seçdilər.  General  Uilfild  Skot  Henkok  və  İndianadan  uğurlu  iş  adamı  olan  və 
Kanzasın  Birliyə  daxil  olmasına  qədər  siyasətçi  olmayan  Uilyam  İnqliş  namizəd 
göstərildi.  Qarfild  elektorlar  kollegiyasında  əlli  doqquz  səs  çoxluğu  ilə  prezident 
seçildi.  O,  155  səsə  qarşı  214  səs  almışdı.  Demokratlar  təkcə  prezident  seçkisini 
uduzmadılar,  həm  də  Nümayəndələr  Palatası  və  Senatın  hər  ikisində  çoxluqlarını 
itirdilər.  
2 iyul 1881-ci ildə prezidentliyinin dördüncü ayında dəmir yol stansiyasından 
öz  yolu  ilə  keçərkən  prezident  Qarfild  Çarlz  Culis  Qyutey  tərəfindən  güllə  ilə 
vuruldu.  Ona  sui-qəsd  edən  özünə  axtardığı  işi  tapa  bilməyən  və  xudbinliyindən 
ağlını  itirən  bir  adam  idi.  Səksən  gün  ərzində  Prezident  həyatla  ölüm  arasında 
qalmışdı, axırda isə ölüm qalib gəldi.  
Artıq tarixdə ikinci dəfə Birləşmiş Ştatların prezidenti qatilin əlindən ölürdü. 
Bu  faciələrdən  birincisi  böyük  müharibə  başa  çatanda  baş  vermişdi.  Bu  vaxt  hələ 
vuruşanların qanı qaynamaqda davam edirdi. İkincisi sülh dövründə baş vermişdi və 
öz  başlanğıcını  respublikaçıların  iki  böyük  liderləri  arasındakı  ölümcül 
düşmənçilikdən götürmüşdü. Kəmağıl fanatik güman edirdi ki, prezidentə qarşı olan 
partiya  fraksiyası  naminə  onun  bu  müdhiş  əməli  onu  qəhrəmana  çevirəcəkdir.  Ona 
görə  də  bir  qədər  əvvələ  ekskurs  etmək  lazımdır.  Ceyms  Bleynlə  Roskou  Konkinq 
arasındakı düşmənçilik bir neçə il əvvəl başlamışdı. Mendən olan gənc naşir Bleyn 
ilk  dəfə  Palataya  1863-cü  ildə  daxil  olmuşdu  və  tezliklə  güclü  liderlərdən  birinə 
çevrildi.  Bleyn  Konqressdəki  liderlər  arasında  Nyu  Yorkdan  olan  parlaq  gənc  vəkil 
Roskou  Konkinqi  gördü.  Tezliklə  onların  arasında  rəqabət  başlandı.  Bleyn  çox 
sarkastik  qaydada  Konqressdə  Konkinqin  əleyhinə  çıxış  etdi.  Konkinq  bu  çıxışdan 
ağır  dərəcədə  incidi  və  həmin  gündən  ömrünün  axırına  qədər  Bleynlə  heç  vaxt 
danışmadı. Bundan sonra tezliklə Konkinq Senata seçildi və Bleyn Palatanın spikeri 
oldu.  Sonrakı  illərdə  hər  ikisinin  dostları  onları  barışdırmağa  çalışdı.  Bleyn 
hazırlığını  bildirsə  də,  Konkinq  nifrətlə  bundan  imtina  etdi.  Bleyn-Konkinq 
düşmənçiliyi öz nəticəsinə malik idi. Yalnız Konkinq Bleynin 1880-ci ildə namizəd 
göstərilməsinin  qarşısını  aldı.  Dörd  il  sonra  isə  Bleyn  namizəd  göstərildikdə,  onun 
məğlubiyyətinə  Konkinq  səbəb  oldu.  Bu  sözləşmədən  bir  neçə  il  sonra  Bleyn  o 
dövrdəki  respublikaçıların  lideri  kimi  görünürdü.  O,  1876-cı  ildə  qurultayda  vəznli 
səs almışdı. Heys namizəd göstərildi və seçildi. Bleyn 1880-ci il seçkisini gözləməli 
oldu və onun bu cəhdi də uğursuz oldu.  
General Qrant prezidentliyi bitdikdən sonra dünya ətrafına səyahətə çıxdı. O, 
əcnəbi  xalqlar  tərəfindən  yüksək  hörmətlə  qarşılanırdı,  təkcə  amerikan  kimi  və 

 
356 
keçmiş  prezident  kimi  deyil,  birinci  növbədə  sərkərdə  kimi.  1880-ci  ildə 
respublikaçılar  partiyasının  anti-Bleyn  fraksiyasının  liderləri  prezidentliyə  yenə 
Qrantı  namizəd  göstərməyi  qət  etdi.  Çikaqodakı  qurultay  iyunun  ilk  həftəsində 
keçirildi.  Bleyn  hökmən  namizəd  göstəriləcəkdi,  bir  şərtlə  ki,  onun  Konkinq  kimi 
özünə  bərabər  lider  düşməni  olmayaydı.  Lakin  nə  Bleyn,  nə  də  Qrant  namizəd 
göstərilmədi.  Bu  dəfə  tutqun  rəngli  at  tapmaq  lazım  idi  və  seçim  Qarfildin  üzərinə 
düşdü  və  o,  böyük  üstünlüklə  namizəd  göstərildi.  Qarfild  heç  də  qurultayın  seçimi 
deyildi. Onun namizədliyi demək olar ki, adi bir təsadüf idi.  
Respublikaçılar  partiyasında  Konkinq  qanadı  "yenilməzlər",  Bleyn-Qarfild 
qanadı  isə  "Yarım  tərbiyə  görmüşlər"  kimi  tanınırdı.  Partiyadakı  belə  vəziyyətdən 
təşvişə  düşən  ölkə  qəfildən  prezidentin  öldürülməsi  hadisəsi  ilə  üzləşdi.  Qatil  vəkil 
olmaqla  yanaşı,  həm  də  ilahiyyatçı  və  siyasətçi  idi.  O,  elan  etdi  ki,  prezidentin 
"uzaqlaşdırılması" siyasi zərurət idi. Guya ki, bu respublikaçılar partiyasını yenidən 
birləşdirəcəkdi.  Onun  beyni  qaydasında  deyildi,  ölkə  də  əslində  onun  qanının 
axıdılmasını  tələb  etmirdi.  Uzun  mühakimədən  sonra  qışda  o,  ölüm  hökmünə 
məhkum  edildi  və  öldürüldü.  Belə  olmasaydı  o,  ömrünün  qalan  hissəsini  dəli  kimi 
dəlixanada keçirə bilərdi.  
Güllə  prezident  Qarfildin  bədəninə  dəymişdi.  Əvvəlcə  güman  edilirdi  ki,  o, 
bir  saatın  içində  öləcəkdir,  lakin  isti  yay  aylarını  sağ  qaldı.  Millət  gözləyirdi,  ümid 
edirdi  və  dua  edirdi.  Xəstə  özünü  mərd  aparırdı.  O,  heç  vaxt  ufuldamırdı  və 
şikayətlənmirdi. O, bir neçə rəsmi sənədə imza atdı, lakin heç vaxt başını yastıqdan 
qaldırmadı.  Avqustda  prezident  dəniz  kənarındakı  kottecə  aparıldı.  Lakin  bunun  da 
faydası az oldu və 19 sentyabr gecəsi o, öldü. Bir neçə saat sonra səhər açılmamışdan 
bir  az  əvvəl  Çester  Artur  Nyu  York  şəhərindəki  öz  evində  ali  vəzifəni  qəbul  etmək 
üçün and içdi və hökumət «Yenilməzlərin» əlinə keçdi.  

 
357 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin