Telman Orucov



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə30/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

Ölkədə siyasi çəkişmələr 
 
2  fevral  1858-ci  ildə  isə  Prezident  Byukenen  özünün  uzun  ictimai  həyatında 
başlıca  tarixi  bir  addım  atdı.  Fillmor  Qaçqın  Qul  qanununu  imzalamışdı,  o,  bunu 
etməyə  bilməzdi,  çünki  ölkə  təhlükədə  idi.  Pirs  Kanzas-Nebraska  billi  ilə 
razılaşmışdı.  Çünki  o,  özünün  yenidən  prezident  seçilməsinə  ümid  bəsləyirdi. 
Amerikan xalqı onların heç birini bağışlamadı. Lakin Byukenen hər bir kəsdən daha 
pis bir iş gördü. Bu vaxt onun gözlədiyi uğura heç bir qorxu yox idi. Byukenen bəyan 
etmişdi  ki,  yenidən  seçilmək  üçün  onun  özü  namizəd  olmayacaqdır.  Axı  o,  heç  nə 
itirmirdi.  Gələcək  amerikanların  gözündə  isə  qəhrəmana  çevrilmək  imkanına  malik 
idi.  Lakin  o,  arxalanmaq  üçün  lazım  olan  şeylərə  malik  deyildi,  ətrafının  hipnotik 
təsirinə daim baş əyirdi. Buna görə də ömrün bəxş etdiyi imkanı kənara tulladı.  
2 fevralda o, Konqressə Lekompton Konstitusiyasının bir nüsxəsini göndərdi. 
Bu sənəddə göstərilirdi ki, Kanzas da "bu vaxt Corciya və ya Cənubi Karolina kimi 
qul  ştatı"dır.  Əslində  ürəyinə  görə  Byukenen  ədalətsiz  adam  deyildi.  Lakin  hər  kəs 
inana bilməzdi ki, o, bu məsələdə öz prinsipinə görə hərəkət etmişdir. O, hipnotizmin 
qurbanı  oldu  və  bu  ona  baha  başa  gəldi.  Axırda  isə  Kanzas  müharibənin 
başlanğıcında azad ştat kimi Birliyə daxil oldu. Kanzas məsələsi ilə əlaqədar hərəkəti 
ilə  Byukenen  öz  adını  Amerika  prezidentləri  arasında  ən  az  hörmət  edilənlərin 
siyahısına saldı.  
1858-ci  il  Konqress  seçkiləri  demokratları  xeyli  itkiyə  gətirib  çıxardı.  Beş 
respublikaçı  senator  artıq  mövcud  olan  fəal  və  təcavüzkar  20  senat  üzvünə  əlavə 
olundu.  Nümayəndələr  Palatasında  respublikaçı  nümayəndələrin  sayı  doxsan  ikidən 
yüz  doqquza  qalxdı.  Prezidentin  öz  ştatı  müxalifəti  müdafiə  etdi.  Müşahidə  etməyi 
bacaran  hər  bir  adam  nə  baş  verdiyinə  şübhə  etmirdi.  İllinoysun  respublikaçıları, 
Duqlas  senata  yenidən  seçilmək  üçün  mübarizə  aparanda,  ona  qarşı  partiyanın  özü 
kimi yeni adamı irəli sürdülər.  
Bu Abraham Linkoln idi. Abraham Linkolnun qırx doqquz yaşı vardı, Duqlas 
ondan  dörd  yaş  böyük  idi.  Lakin  Linkoln  millətin  gözü  qarşısında  gec 
göründüyündən,  o,  möhkəm  əqidə  ilə,  ağıllı  və  bədəninə  görə  isə  bir  atlyot  kimi 
gəlmişdi. O, öz istedadını, bir şey əldə etmək vəzifəsini həyata keçirmək üçün köhnə 
proseslərdən  istifadə  edən,  yeni  və  böyük  tipli  adam  kimi  görünürdü.  O,  özü  üçün 
natiqlik və sözdən istifadə etmək qabiliyyəti icad etmişdi və bu adamlara daimi işıq 
kimi  təsir  edirdi.  Çıxışında  elə  qılınclı  ağ  adama  bənzəyirdi  ki,  bu  adam  təkcə 
qılıncla  döyüşməyi  bacarmırdı,  həm  də  qılıncının  tiyəsinin  xarakterini  və  qılıncın 
toxunacağı  həyat  nöqtəsini  yaxşı  bilirdi.  Duqlas  rəqibini  tanıyırdı  və  bilirdi  ki, 
ictimai  disputda  onunla  görüşməyə  razılıq  verdikdə,  onun  üçün  bu  asan 
olmayacaqdır. "Ev öz ziyanına bölünmüşdürsə"- Linkoln deyirdi, - "dayana bilməz. 
Mən  inanıram  ki,  yarı  qul  və  yarı  azad  olmağa  bu  ölkə  dözə  bilməz.  Mən  gözləyə 
bilmərəm ki, ev uçsun, ancaq mən gözləyəcəyəm ki, o öz bölünməsini dayandırsın. 
Bu bütün bir şeydə və ya bütün digər şeylərdə baş verəcəkdir".  
O,  Duqlasdan  soruşdu  ki,  əgər  Dred  Skott  haqqında  qərar  qanun  kimi  qəbul 
olunursa,  onda  xalqın  suverenliyi  doktrinası  nəyə  çevrilir?  Duqlas  cavab  verdi  ki, 
Ərazi qanunvericiləri, əgər dəqiq qadağan etmə, ən azı düşmənçilik məhdudiyyəti və 
ya  maneçilik  yoxdursa,  quldarlığı  saxlaya  bilər.  Linkoln  ondan  soruşurdu: 

 
277 
Konqressin  özünün  edə  bilmədiyini  Ərazi  qanunvericiliyi  edə  bilərmi?  Ölkə  bilirdi 
ki,  cavab  verməyə  Duqlas  utanır.  O,  öz  senatdakı  yeri  üçün  qalib  gəldi,  lakin 
Cənubda öz tərəfdarlarını itirdi.  
İllinoys  respublikaçıları  Şərq  liderlərinin  məsləhətlərinə  qulaq  asmayaraq 
yenidən  senata  seçilməkdə  Duqlasa  kömək  etməmişdilər.  Köhnə  Viq  dövründən 
Duqlas  onların  siyasi  düşməni  idi  və  özünün  tərəfdar  olmasıyla  onları  inandıra 
bilməmişdi. Onlar senata öz namizədləri kimi Abraham Linkolnu irəli sürdülər.  
Linkoln  Duqlasa  görə  daha  zərbəçi  qüvvə  idi.  O,  qul  ştatı  olan  Kentukkidə 
doğulmuşdu,  onun  erkən  həyatı  kasıblıqda  və  ehtiyac  içərisində  keçmişdi.  Onun 
anası  güclü  intellektə  malik  idi,  atası  isə  fağır  ağlar  sinfinə  məxsus  idi,  düzəltdiyi 
şeyləri satmaq üçün dülgərlik edirdi, lakin adətən çox vaxt işsiz qalırdı. O, bekar və 
cahil adam idi, həyat üçün lazım olan şeylərlə  ailəsini güclə təmin edirdi. Abraham 
uşaq olanda onun anası ölmüşdü. Ata ailəsini Şimali İndianaya aparıb, bir neçə uşağı 
olan  dul  qadına  evlənmişdi  və  onun  iki  dəfə  böyümüş  ailəsi  bu  kimsəsizlikdə  on  il 
ərzində səfil həyatı keçirdi. Linkoln uşaqlığında yalnız bir neçə ay məktəbə getmişdi, 
inadkarlıqla  o,  başa  düşdüyü  bir  neçə  kitabı  oxumuşdu.  O,  Bibliyanın  və  Şekspirin 
çalışqan  tələbəsi  oldu  və  o,  Yevklidin  kitablarına  sahib  oldu.  İllinoysa  gedib  21 
yaşında o, fermer, yol açan, anbardar, poçtmeyster, nəzarətçi və çay qayıqçısı oldu və 
1832-ci ildə Qara Houk müharibəsində bir neçə ay xidmət etdi, lakin o, özü birbaşa 
atəş altında olmamışdı.  
Linkoln  hiss  edirdi  ki,  böyük  dünyada  o,  nəsə  etmək  səviyyəsinə  gəlib 
çatmışdır. Lakin bu böyük dünya barədə o, olduqca az şey bilirdi. O, bir yerdə qərar 
tutan deyildi və hər şeydən narazı idi. O, adamlara qarışmağı sevirdi, yaddaşı məzəli 
əhvalatlarla  dolu  idi,  at  cıdırlarını  və  xoruz  döyüşünü  xoşlayırdı.  Onun  sifəti 
melanxolik  adamı  andırırdı  və  heç  nə  bunu  ondan  kənarlaşdıra  bilmirdi.  Bu,  bəlkə 
onunla  əlamətdar  idi  ki,  ömrünün  xeyli  hissəsini  meşə  qırmaq  kimi  fiziki  cəhətdən 
ağır işlərdə keçirmişdi. Lakin onun ruhu həmişə işığa, biliyə, imkana can atırdı. Onun 
nikahı  bir  dəfə  xoşbəxt  olmamışdı  və  ev  həzzinin  olmaması  onu  daha  çox  başqa 
adamların arasına atırdı və həyatının böyük işi üçün onu daha yaxşı yararlı edirdi. O, 
İllinoys qanunverici orqanında xidmət etdi, hüququ öyrəndi və 28 yaşında vəkilliyə 
qəbul edildi. 1846-cı ildə o, Konqressə seçildi və Palatada bir çağırış xidmət etdikdən 
sonra - konqressmen kimi səsini həmişə viqlərlə və Uilmot demokratları ilə bir yerdə 
verirdi,  -  o,  Sprinqfilddəki  hüquqşünas  praktikasına  qayıtdı.  Bir  neçə  il  ərzində 
İllinoysda  öz  partiyasının  sayılan  lideri  oldu.  Onun  öz  ştatından  kənarda  az  adam 
Linkolnun  gizli  enerjisi  barədə  bir  şey  bilirdi.  Lakin  Duqlas  onu  yaxşı  tanıyırdı  və 
eşidəndə ki, senator yarışında Linkoln onun rəqibi olacaqdır o, demişdi: "Mən əlimi 
dolu  saxlayacağam.  O,  öz  partiyasının  güclü  adamıdır,  -  iti  cavabla,  faktlarla, 
tarixlərlə  doludur  və  ...  Qərbdə  ən  yaxış  xitabət  kötüyünə  malikdir.  O,  vicdanlı  və 
hiyləgər adamdır".  
Kampaniya  iyunda  başlandı.  Respublikaçıların  Sprinfilddəki  qurultayı 
Linkolnu  namizəd  göstərdi.  Namizədin  nümayəndələrə  müraciəti  ustalıqla 
qurulmuşdu,  lakin  radikal  çıxış  etdi.  Bu  nitqdə  o,  məşhur  ifadəni  işlətdi:  "Özünün 
ziyanına bölünən ev dayana bilməz".  
Heç  bir  görkəmli  respublikaçı  əvvəl  belə  radikal  doktrina  irəli  sürməmişdi. 
Kampaniyaya  başladıqdan  az  sonra  Linkoln  öz  idarəçiləri  vasitəsilə  Duqlası  səfərə, 

 
278 
seriya  disputlara  dəvət  etdi.  Duqlas  millətin  arasında  fərasətli  natiq  kimi  tanınırdı, 
onun  Birləşmiş  Ştatlarda  heç  bir  rəqibi  yox  idi.  O,  Syuard,  Çeyz  və  Samner 
səviyyəsində  idi,  onların  hamısından  yuxarıda  dayanırdı.  Ölkənin  gözləri  preriya 
şəhərlərinə dikildi. İki rəqib bir neçə şəhərdə qarşılaşdı. Hər bir natiq digərinə açıq 
qaydada sual verirdi.  
Linkolnun  bəlalı  sualı  belə  idi:  "Birləşmiş  Ştatların  Ərazisinin  xalqı  hər  cür 
qanuni yolla... öz sərhədlərindən quldarlığı xaric edə bilərmi? Başlıca olaraq isə, "ştat 
Konstitusiyasını formalaşdıranda". Dostları Linkolndan bu sualı geri götürməyi xahiş 
etdi,  onlar  bilirdilər  ki,  Duqlas  buna  Şimalın  hissiyatına  uyğun  cavab  verəcəkdir  və 
belə  olsa,  o,  senatorluğu  qazanacaqdır.  Linkoln  cavab  verdi:  "Mən  sonra  böyük 
oyuna  girəcəyəm,  əgər  Duqlasın  cavabları  sizin  dediyiniz  kimi  olsa,  o,  heç  vaxt 
prezident olmayacaqdır və 1860-cı il döyüşü bundan yüz dəfə qiymətli olacaqdır". 
Duqlas  şimallıların  nöqteyi-nəzərinə  müvafiq  olan  cavabı  verdi.  Bu  rəy 
"Friport doktrinası" kimi tanındı. Duqlas senatorluğu uddu, baxmayaraq ki, Linkoln 
əhalinin səsinin çoxunu almışdı.  
Seçkilərə baxmayaraq həmin ili Byukenen Konqresslə mübahisə edirdi, özünün illik 
müraciətində  cənubda  təzə  ərazi  ekspansiyası  ideyasını,  Kubanın  ələ  keçirilməsini, 
Nikaraqua  və  Kosta  Rika  əleyhinə  adalarda  güclü  hərəkətlər  etmək  və  Meksika 
Respublikasının  yaxın  hissələrinə  himayəçilik  etmək  təkliflərini  irəli  sürdü.  Bunlar 
hissə-hissə  həyata  keçirilməli  idi.  Nə  fərqinə  varmamaq,  nə  də  düşmənçilik  bu 
məsələlərdə onun həvəsini azaltmırdı. Lakin o, heç nə əldə etmədi. Respublikaçılar 
seçkilər  dövründən  Nümayəndələr  Palatasında  qüvvələr  tarazlığına  malik  idilər, 
siyasət isə yerində qalmaqda davam edirdi. Küçələrdə isə partiya ehtirasları yüksəlir 
və öz təbii yolu ilə gedirdi. 1859-cu ilin payızı bəd şeylərdən xəbər verən məsələlər 
gətirdi və bu bütün ölkəni qorxutdu, Cənubu isə daha dərindən qorxutdu.  
1859-cu ilin oktyabrında Virciniyada Harpers Ferridəki cəbbəxana gecə vaxtı 
abolisionistlər  və  zəncilər  tərəfindən  tutuldu  və  Virciniya  qulları  ağalarına  qarşı 
üsyana qalxdılar. Bu şimalda sevincə səbəb oldu.  
Yuxarıda  xatırlanan  Con  Braun  Missurinin  içərisinə  dəlisov  bir  reyd  etdi, 
ondan  artıq  qulu  əsir  götürüb  Kanadaya  apardı.  1859-cu  ildə  o,  Yeni  İngiltərədə  öz 
axırıncı  və  ən  məşhur  əhvalatına  hazırlaşırdı.  Onun  niyyəti  öz  dəstəsini  Virciniya 
dağlarına  aparmaq,  qulları  qaçmağa  çağırmaq,  silahlandırmaq  idi  ki,  onlar  bütün 
Cənubda əməliyyatlar aparsınlar.  
1859-cu  ilin  yayında  Braun  Harpers  Ferridən  bir  neçə  mil  aralıda  ev  kirayə 
götürmüşdü,  burada  o,  silah  yeşiklərini  və  sursatı  qəbul  edirdi.  Bir  neçə  həftəlik 
hazırlıqdan sonra o, Harpers Ferriyə hücum etdi.  
Onlar  sonra  mühasirə  edildilər.  Braun  iki  oğlunu  itirməli  oldu.  Braunun  özü 
süngü zərbəsi ilə ağır yaralandı. Onun yanında bir oğlunun cəsədi uzanmışdı, digəri 
isə  ölümcül  yaralı  idi.  Tutulduqdan  sonra  Braunu  xəyanətə  və  qətlə  görə  ittiham 
etdilər  və  Çarlstonda  Virciniya  məhkəməsində  onun  mühakiməsi  aparıldı  və  o,  dar 
ağacından  asılmağa  məhkum  edildi.  O,  hökmün  icrasına  qədər  heç  bir  qorxu  hissi 
nümayiş  etdirmədi  və  peşimançılıq  çəkmədi.  Yalnız  öldürdüyü  adamların  öz 
həyatlarını itirməsinə peşiman idi. Öz dostuna yazmışdı: "Bu, böyük rahatlıqdır, hiss 
edəsən  ki,  mənə  bir  səbəbə  görə  ölməyə  icazə  verildi".  Öz  arvadına  isə  yazırdı: 
"Mənim  ruhum  çox  güclüdür,  mən  deyə  bilərəm  ki,  şadlanıram".  Uşaqlarına  isə 

 
279 
yazırdı: "Mən hiss edirəm ki, yalnız Allahın əbədi həqiqəti naminə mən dar ağacında 
və  ya  başqa  yolla  ölümümə  razıyam".  Qubernator  Vayz  Braunu  xilas  etmək 
cəhdindən  qorxub,  bir  neçə  minlik  qoşunu  geri  çağırdı  və  edam  yerinin  ətrafına 
toplar  qoydurdu.  Lakin  elə  bir  cəhd  edilmədi  və  qoca  Braun  həyatdan  getdikdən 
sonra  Virciniya  sərbəst  nəfəs  almağa  başladı.  Cənublular  indi  Braunla 
Respublikaçılar  Partiyasının  özünün  adamları  arasında  fərq  görmürdülər.  Onlar  bu 
bədbəxt  cəhdi  Şimal  ştatlarının  Qaçqın  Qul  qanununun  ləğv  edilməsi  üçün  etdiyi 
ardıcıl  və  uğurlu  cəhdlərlə  qoşalaşdırırdılar.  Həmin  qanuna  görə  qaçan  qullar 
tutulduqda şimallılar tərəfindən güclə xilas edilirdi və onlar öz canlarını cəzadan da 
qurtarırdılar. Ştatların qanunları ilə Qaçqın Qul Aktının həyata keçirilməsi üçün hər 
cür  maneələr  yaradılırdı.  Ştatların  dustaqxanaları  belə  dustaqlar  üçün  istifadə 
edilməklərindən  imtina  edirdilər.  Harpers  Ferri  bədbəxt  hadisəsinin  təsiri  hələ 
köhnəlməmişdi, hiddət hələ öz yüksək nöqtəsində idi.  
Bütün  siyasi  çəkişmələrə  baxmayaraq  ölkə  inkişafından  bir  an  da  olsun 
qalmırdı.  Texniki  tərəqqi  Birləşmiş  Ştatlar  iqtisadiyyatının  inkişafına  güclü  təkan 
verirdi. Samyuel Morze hələ 1837-ci ildə teleqrafı icad etmişdi. Ancaq yalnız iyirmi 
il keçəndən sonra bu ixtiradan ümumi qaydada istifadə edilməyə başlandı. 1860-cı ilə 
qədər son otuz il ərzində heç bir ölkədə Birləşmiş Ştatlarda olan kimi faydalı tətbiqi 
ixtiralar  edilməmişdi.  1858-ci  ildə  Sayras  Fildin  səyi  ilə  Atlantik  okeandan  kabel 
çəkildi. Bu Nyufaundlenddən çıxıb İrlandiyaya çatırdı, məsafə olduqca böyük idi.  
Əməyə qənaət edən maşınlar arasında ot biçən və taxıl yığan maşın 1831-ci 
ildə,  tikiş  maşını  isə  İlias  Hau  tərəfindən  1846-cı  ildə  icad  edilmişdi.  Tikiş  maşını 
qadını  iynənin  qulu  olmaqdan  azad  etmişdi.  Digər  bir  kəşf  isə  1859-cu  ildə  Qərbi 
Pennsilvaniyada  edilmişdi.  Bir  qrup  adam  70  fut  uzunluğunda  borunu  yerin  təkinə 
salıb, fontan vuran nefti, bu yolla gündə min barrel hasil etməklə çıxarırdı. Bu xəbər 
böyük həvəs oyatdı. Həmin 1859-cu ildə digər bir əlamətdar ixtira baş verdi. Syerra 
Nevada  dağlarının  şərq  ətəyində  şaxtaçılar  qazıntı  aparanda  gümüş  yatağı 
tapmışdılar.  Bu  indiki  Nevada  ştatındadır.  Gümüş  filizi  Koloradonun,  Utanın  və 
Arizonanın  müxtəlif  guşələrində  də  tapıldı  və  gümüş  mədənləri  Qərbin  böyük 
sənayesinə çevrildi.  
Buxar  dəmir  yolu  nəqliyyatının  kəşfi  əvvəlki  dövrlərə  məxsus  idi.  1850-ci 
ildə  dəmir  yolla  ancaq  Şərqin  baş  şəhərləri  arasında  səfər  etmək  mümkün  idisə, 
1860-cı  ildən  əvvəl  şərqi  okean  sahillərindən  Missisipi  vadisinə  dəmir  yolu  çəkildi, 
Qərbə  tərəf  dəmir  yolları  uzanmağa  başladı.  On  il  ərzində  xətlərin  uzunluğu  6  min 
mildən 30 min milə çatmışdı.  
Buxar  gəmilərindən  də  geniş  istifadə  edilirdi.  Fultonun  ixtirası  öz  işini 
görürdü.  1852-ci  ildə  Konqress  buxar  gəmilərində  səyahət  etməyi  qaydaya  qoyan 
qanun qəbul etdi. Qəzalara görə bu qanun gəmi sahiblərinin məsuliyyətini yüksəltdi.  
Bütün  ştatlar  1860-cı  ilə  qədər  azad  məktəblər  sistemini  qurmuşdular.  Qərb 
ştatlarında  ictimai  torpaqların  müəyyən  hissəsi  məktəblərin  məqsədləri  üçün 
ayrılmışdı və bu təhsil fondu xeyli dərəcədə şişdi.  
Ədəbiyyat Amerikada sürətlə irəli çıxdı. Tarixçilər liderlik edirdilər. 1860-cı 
ildən  əvvəl  Corc  Bankroft  müstəmləkə  və  inqilab  tarixi  barədə  özünün  ən  böyük 
əsərini  yazdı.  Preskott  "Meksikanın  işğalı",  "Perunun  işğalı"  kimi  tarixi  əsərlərini 
yazdı. Parkman az əhəmiyyət kəsb etməyən əsərlərini nəşr etdirdi. Riçard Hildret altı 

 
280 
cildlik  tarix  kitabını  başa  çatdırdı.  Motli  isə  dörd  il  sonra  "Holland  Respublikasının 
qalxması" əsərini bitirdi.  
Poeziya  meydanında  Lonqfello,  Uityer,  Brayant,  Louell,  Po  və  Holms 
vətəndaş müharibəsindən əvvəl öz yaradıcı qüdrətlərinin zenitinə çatdılar. Nəsrdə bu 
dövrdə ən məhsuldar yazıçı Nataniel Hotorn idi. Ceyms Fenimor Kuperin və Uilyam 
Gilmor  Simmsin  romanları  çox  populyar  idi.  Harriet  Biçer  Stounun  romanı  barədə 
isə  arxada  xeyli  söhbət  aparmışdıq.  Fərqli  yazıçılar  olan  Ralf  Ualdo  Emerson  və 
Vaşinqton  İrvinq  hamıdan  yuxarıda  dayanırdı.  Sonuncu  yazıçı  1783-cü  ildə  anadan 
olmuşdu  və  Corc  Vaşinqtonun  Nyu  Yorka  daxil  olması  şərəfinə  belə  adla 
adlandırılmışdı.  
Amerika  fenomenləri  içərisində  biri  qeyri-adiliyi  ilə  ayrıca  dayanır,  -  bu 
Mormonoların  qalxması  idi.  Erkən,  1820-ci  ildə  Nyu  Yorkdan  olan,  əslən  isə 
vermontlu  Cozef  Smitin  gözünə  görünmələr  başladı  və  o,  yuxular  görürdü.  1827-ci 
ildə o, iddia etdi ki, bir neçə qızıl lövhələr tapmışdır, onlar Smitə mələk tərəfindən 
açılmışdır.  Lövhələrdə  yazılanları  o,  göylərdən  gələn  yeni  vəhy  kimi  1830-cu  ildə 
dərc  etdirdi.  O,  onları  "Mormon  kitabı"  və  ya  "Qızıl  Bibliya"  adlandırdı.  Bu  kitab 
çoxaldıldı  ki,  şəhadət  öz  vəznini  göstərə  bilsin.  Pittsburq  çap  offisi  buna  kömək 
edirdi.  Onun  işçisi  Riqdon  Smitlə  ittifaqda  idi.  Əslində  kitab  Ohayo  ştatındakı 
Konneout şəhərindən olan Solomon Spandlinq tərəfindən yazılmış bir əsər olmaqla, 
Amerikanın  qədim  sakinlərinin  fantastik  tarixi  idi,  onların  da  İsrailin  itmiş  on 
tayfasının nəslindən olduğu iddia edilirdi. "Mormon kitabı"nın çap edilməsi ilə Smit 
özünün  "Üç  şahidi"nə  malik  oldu,  onlar  təntənəli  surətdə  bəyan  etdilər  ki,  Smit 
tərəfindən bu vaxt moizə edilən yeni dinin vəhyinin mələk tərəfindən ona verilməsi 
həqiqətdir  və  bu  yeganə  dindir.  Lakin  bu  adamlar  sonralar  Smitlə  sözləşdilər  və 
bəyan  etdilər  ki,  onların  şəhadəti  saxta  olmuşdur  və  bütün  əhvalat  yalandır.  Lakin 
Smit  öz  yeni  dinini  moizə  etməkdə  davam  edirdi  və  tezliklə  bir  neçə  adam  onun 
dininə  keçdi.  Onlar  Nyu  Yorkdan  Ohayodakı  Kirtlanda  uzaqlaşdılar  və  Nauvoo 
şəhərini saldılar. Dinə keçənlər bir neçə  minə çatdı və Smit avtokrat oldu. 1843-cü 
ildə  Smit  iddia  etdi  ki,  kişinin  birdən  çox  arvad  almasını  qanuni  edən  yeni  vəhy 
almışdır.  Bu  mormonlar  və  ya  "Son  gün  Müqəddəsləri"  arasında  poliqamiyanın 
başlanğıcı idi.  
İllinoys  əhalisi  tezliklə  mormonlardan  cana  gəldilər.  Smit  hakimiyyətlə 
münaqişəyə  girdi  və  dustaqxanaya  salındı,  1844-cü  ildə  kütlə  orada  ona  hücuma 
təhrik edildi və onu güllə atəşi ilə vurub öldürdülər.  
Smitin on iki apostollarından biri olan Briqham Yanq yeni lider oldu və 1847-
ci  ildə  bütün  Mormon  kütləsi  Qərb  düzənlikləri  ilə  hərəkət  edib  Böyük  Duzlu  Göl 
yanına  gəlib  çatdılar  və  Solt  Leyk  Siti  şəhərini  saldılar.  Onlar  yeri  "Fərari" 
adlandırdılar.  Lakin  Birləşmiş  Ştatlar  hökuməti  Uta  adı  altında  buranı  Əraziyə 
çevirdi.  1857-ci  ildə  mormonlar  Birləşmiş  Ştatlar  hakimiyyətinə  qarşı  üsyan 
qaldırdılar.  Utaya  qoşunlar  göndərildi  və  onların  bütün  müxalifəti  tezliklə  yatırıldı, 
bundan sonra Briqham Yanqın əvəzinə bir nəfər "nəcib" idarəçi kimi təyin edildi və 
o,  qubernator  oldu.  Mormonlar  müəyyən  siniflər  içərisində  çoxlu  özünə  keçmələr 
etdilər və onların kilsəsi Roki Mauntin regionunda gözlənilmədən çox böyüdü.  
1860-cı  ildə  Birlikdə  33  ştat  var  idi  və  onların  əhalisi  31,5  milyon  nəfər  idi. 
On ildə əhalinin sayı 9 milyona yaxın artmışdı. Azad ştatların əhalisi 19 milyondan 

 
281 
bir  az  artıq  idi,  qul  ştatlarının  əhalisi  isə  12  milyon  idi.  Cənub  əhalisinin  dörddə 
birinə yaxın və ya 4 milyonu afrikalı qullar idi. 

 
282 
Abraham Linkolnun prezident seçilməsi. Cənubun Birliyi tərk etməsi 
 
1860-cı  ilin  prezident  seçkisi  gəlib  çatdı.  Demokrat  partiyası  ümidsiz  olaraq 
parçalandı,  Kanzas-Nebraska  qanunu  da  prinsiplərinə  görə  Duqlasla  birlikdə  öz 
əhəmiyyətini itirdi. Ərazinin adamlarının suverenliyi ştatların xalqlarınınkından heç 
də  az  deyildi.  Heç  bir  razılıq  mümkün  deyildi.  Bir  nöqteyi-nəzərin  adamları  digər 
nöqteyi-nəzərin adamları ilə nəhayət qəti yol ayrılığına gəldilər. 
1860-cı  il  prezident  seçkiləri  gəlib  çatanda  Duqlas  yenə  də  Şimalda 
demokratların  bütü  idi,  lakin  Cənub  onu  qəbul  etmirdi.  Demokrat  partiyasının 
Çarlston  qurultayında  harmoniya  yox  idi.  Çoxu  yaxınlaşan  tufana  qorxu  ilə baxırdı. 
Quldarlıq  məsələsi  barədə  cənubluların  baxışlarını  təcəssüm  etdirən  doktrinaya 
gəldikdə, hər bir şimal ştatının səsi seçkidə nəzərə alınmayacağı şəraitdə belə Şimal 
nümayəndələri  onu  qəbul  etməkdən  imtina  edəcəkdi.  Bu  vaxt  Duqlas  özü  də  bu 
platformada  namizəd  göstərilsə  namizədliyindən  imtina  edəcəyini  bildirdi.  Komitə 
bu  platformanı  israr  edirdi.  Çünki  Komitənin  çoxluğu  cənublularda  idi,  lakin  onlar 
qurultayda  çoxluğa  malik  deyildilər.  Demokratik  milli  partiyanın  tarixində  ilk  dəfə 
olaraq  Şimal  nümayəndələri  Cənubun  diktatını  rədd  etdilər,  onların  təklif  etdiyi 
platformanı kənara atdılar və tam başqa ruhlu qətnamə qəbul etdilər. Bu platformaya 
görə ərazilərdə quldarlıq statusu məhkəmələr tərəfindən müəyyən olunmalı idi.  
Böyük  dramda  tezliklə  sonrakı  səhnə  gəldi.  Alabama  nümayəndələri  qalxıb 
qurultaydan çıxdılar və bu hərəkəti Missisipi, Luiziana, Cənubi Karolina, Florida və 
Arkanzas təkrar etdi. Qalan adamlar 57 nəticəsiz səsvermədən sonra qurultayı təxirə 
saldı, 18 iyunda Baltimorda toplaşmağı qərara aldı, ayrılan fraksiya isə Virciniyada, 
Riçmondda  yığışmağı  qərarlaşdırdı.  Qurultay  o  vaxt  Duqlası  prezidentliyə,  Corciya 
ştatından Hersken Consonu isə vitse-prezidentliyə namizəd göstərdi. İkinci fraksiya 
isə  Riçmondda  toplaşıb  Con  Brekenrici  (Kentukki ştatı)  prezidentliyə,  Cozef  Leyni 
(Oreqon ştatı) isə vitse-prezidentliyə namizəd göstərdi.  
Respublikaçılar  partiyası  surətlə  böyüyən  şəhər  olan  Çikaqoda  16  mayda 
toplaşdı. Partiyanın tanınmış lideri Nyu Yorkdan olan Uilyam Syuard idi. İllinoysdan 
olan  Abraham  Linkoln  onunla  böyük  rəqabətdə  durmuşdu.  Linkoln  50  yaşında  idi. 
Duqlasla  məşhur  disputlarından  sonra  böyük  ictimai  natiq  kimi  tanınmışdı.  İlk 
səsvermədə  Syuard  irəlidə,  Linkoln  ikinci  yerdə  idi.  Üçüncü  səsvermədə  Linkoln 
namizəd  göstərildi.  Çikaqo  çox  şadlanmışdı,  Syuardın  adamları  dərindən 
kədərlənmişdilər.  Hannibal  Hamlin  (Men  ştatı)  vitse-prezidentliyə  namizəd 
göstərildi.  Partiyanın  üçdə  biri,  "Heç  nə  bilmirəm"lərin  varisləri  kimi  özlərini 
"Konstitusiyalı Birlik" adlandırıb, öz namizədlərini irəli sürdü.  
6 noyabrdakı böyük döyüşdə Linkoln Nyu Cersi istisna olmaqla bütün Şimal 
ştatlarının  səsini  aldı,  həmin  ştatda  isə  o,  yeddi  elektordan  dördünün  səsini 
qazanmışdı,  qalan  üçü  Duqlasın  tərəfdarı  idi.  Linkolnun  elektorlarının  sayı  180-a 
çatdı, seçilmək üçün 152-si kifayət idi. Brekenric 72 elektor səsi almışdı. Bell üç qul 
ştatını - Virciniya, Kentukki və Tennessimi götürmüşdü, bu 39 səs edirdi. Duqlas isə 
daha populyar olmasına baxmayaraq vur-tut iyirmi elektoral səs aldı, bunlar da bütün 
Missurinin  səsi  idi,  üçü  isə  Nyu  Cersidən  alınmışdı.  Linkoln  prezident  seçildi. 
Elektorların  kollegiyasındakı  şübhə  olunmayan  üstünlüyün  acığına  seçki  xalqın 
müdafiəsini  gözləyən  Linkolnun  əleyhinə  oldu,  o,  ümumilikdə  dörd  milyon  yarım 

 
283 
səsdən 1,3 milyon səs aldı. Şimal və Qərb Linkolnun əleyhinə 1,5 milyon səs verdi. 
Elektorların səsini aldığı Oreqon və Kaliforniyada Linkolnun əleyhinə verilən səslər 
onun lehinə verilən səslərdən iki dəfə çox idi. Belə nəticə ilə, xalqın az hissəsinin səsi 
ilə prezident seçilmək bu qələbənin özünü olduqca təhlükəli bir şey edirdi.  
Linkolnun  inauqurasiyasından  əvvəl  yeddi  ştat  Birlikdən  çıxdı  və  artıq 
ölkənin  üzərini  qiyam  bürümüşdü.  Cənub  liderləri  azlıq  vasitəsilə  prezidentliyə  bu 
adamın gəlişinə, quldarlığı yoxlamaq və qul saxlayan ştatları bağlamaq nişanəsi kimi 
baxırdılar. Bu məhvedici təsir edə bilərdi, ştatlar arasındakı bərabərliyin rəhni kimi 
qəbul edilmiş partnyorluq prinsipləri pozula bilərdi. Quldarlıq əleyhinə olan adamlar, 
hansılar  ki,  quldarlığı  ləğv  etmə  tərəfdarı  idilər,  onlar  əlbəttə,  1840-ci  ildəkinə 
nisbətən  1860-cı  ildə  bir  qədər  çox  idi.  Onlar  baltanı  ağacın  kökünə  vurmaq 
istəmədiklərinə baxmayaraq, Linkolnun tərəfdarları bunu təcəssüm etdirmək fikrində 
idilər.  Onlar  quldarlığı  böyüməkdən  saxlamaq  üçün  qanun  və  güc  tərəfdarı  idilər. 
Onlar  həmçinin  ləğv  etmək  mümkün  olmasa  da,  Konstitusiyanın  qaçan  qulları  geri 
qaytarmaq  barədə  göstərişlərinin  qüvvədə  olmamasını  elan  etmək  labüdlüyünü 
güman edirdilər. Onlar bütün quldarlıq sisteminə qarşı, fundamental hüququn hədləri 
içərisində mümkün olan qədər uzağa getmək istəyirdilər.  
Onların amalları və əməlləri Cənuba qarşı düşmənçiliyə bənzəyirdi və onların 
müvəffəqiyyətlərinin  bu  çağırışı  birbaşa  və  səhvsiz  idi.  Cənub  xarakterli  adamlar 
bunu rədd etməyə bilməzdilər.  
Bütün  dünyada  qul  alveri  limanlarda  mərkəzləşmişdi.  Bu  limanlarda  azad 
əmək  sıradan  çıxırdı,  qara  adamların  sayı  xeyli  artırdı.  Cənubun  rütubətli  düyü 
tarlalarında,  tütün  plantasiyalarında,  şəkər  qamışı  sahələrində  əkinlərin  isti 
cərgələrində  qulların  əməyindən  o  qədər  geniş  istifadə  olunurdu  ki,  bu  yalnız 
Afrikada  mövcud  ola  bilərdi.  Şimal  ştatları  İngiltərədən  ayrıldıqda  mövcud  qulları, 
onlar  özləri  azadlıq  istədikdə  qul  olmaqdan  tam  azad  etdilər.  Bəzi  zəncilər  isə 
özlərinə  xidmət  yeri  tapmaq  üçün  Cənubun  qul  bazarlarına  üz  tuturdular.  Onlar 
Cənubun  milyonlarla  güclü  zəncilərinə  qatışırdılar.  Onlar  bu  cəmiyyətin  əsasına 
çevrildilər və əsasən pambıq tarlalarında işləyirdilər.  
Quldarlıq  sistemi  Cənubu  kiçik  kəndli  fermer  quruluşundan  məhrum  edirdi. 
Buna  baxmayaraq  kiçik  fermalar  olduqca  çox  idi.  Cənub  fermalarının  böyük 
əksəriyyəti  ümumiyyətlə  qula  malik  deyildi.  Onlar  qonşu  plantatorlardan  qul 
kirayəyə götürməyi də sevmirdilər, öz tarlalarında özləri işləyirdilər, bu barədə başqa 
yerlərdəki  fermerlərdən  heç  də  seçilmirdilər.  Əgər  onlar  bir  və  ya  iki  zəncini 
işləməyə götürsəydilər, özləri tarlada onlarla böyür-böyürə işləyirdilər. Bu quldarlıq 
məsələsində bir mənəvi təsir kimi qiymətləndirilirdi və bu Cənub adamları üçün daha 
dözülməz idi. Onlar qulları ilə öz ağa kimi münasibətlərindən xüsusi ləzzət alır, vəhşi 
qürur  hissi  keçirirdilər.  Onların  arasındakı  düşünən  adamların  çoxu  görürdü  ki, 
pozulmuş  sahiblər  çox  zəifdir  və  bu  münasibətlər  nəhəng,  ümidsiz  iqtisadiyyatı 
birdəfəlik  itirməyə  doğru  aparır.  Cənubda  kənd  təsərrüfatı  yeganə  məhsuldar  əmək 
sahəsi olmasına baxmayaraq, daha münbit torpaqlar boş və becərilməmiş qalırdı. Bu 
barədə  Cənub  digər  regionlardan  daha  pis  vəziyyətdə  idi.  Sərbəst  olmayan  qullar 
azad əməkçilər kimi işləyə bilmirdilər. Fermerliyin intensiv metodları hələ gündəliyə 
daxil  olmurdu.  Torpaqlar  bir  dəfə  istifadə  edilirdi,  təkrar  əkin  dövriyyəsinə  cəlb 
edilmirdi  və  sonra  uzun  müddət  herik  altında  saxlanırdı  və  yalnız  təbiətin  ləng 

 
284 
prosesləri  altında  öz  məhsuldarlığını  bərpa  edirdi.  Belə  əmək  və  becərmə  sistemi 
altında  gəlirin  xırda  həcmi,  onun  bütünlüklə  aradan  çıxması  təhlükəsini  yaradırdı. 
Plantatorlar özlərinə  lazım olan sənətkarları da saxlayırdılar. Plantasiyaların özünün 
ayaqqabı tikənləri, dərziləri, dülgərləri, kərpic kəsənləri, dəmirçiləri və bütün işlərin 
öz  adamları  olurdu.  Çünki  nadir  hallarda  plantasiyaların  yanında  şəhər  olurdu.  Hər 
bir  qul  sahibi  özü  məhkəmə  kimi  cəzanı  müəyyən  edirdi.  İttiham  edilən  azad  adam 
olduqda  magistrata  müraciət  etmək  lazım  gəlirdi.  Qul  sahiblərindən  böyük 
əksəriyyəti  qullara  humanist  münasibət  göstərirdi,  onlardan  asılı  olan  adamların 
səhhətinin qayğısına qalırdı. Bunu hətta Şimal adamları da etiraf edirdilər. Ev qulları 
ilə  incə  və  həssaslıqla  davranılırdı,  onlara  ev  sahibəsi  tərəfindən  bir  ev  adamı  kimi 
qayğı  göstərilirdi.  Cənub  plantatorunun  arvadı  icraçı  əməkçinin  həyatını  yaşayırdı, 
özünü başlıca olaraq öz qullarının qayğısına və tərbiyəsinə həsr edirdi. 
Sistemin  pozğun  təsiri  onun  insanpərvər  təbiəti  ilə  yoxlana  bilərdi.  Cənubun 
nəcib sakinləri Şimal adamları kimi qul alverinə nifrət edirdilər, onlar mümkün olan 
vaxt  qulu satıb  və  alırdılar.  Sistemin  pis  xüsusiyyətlərini  minimuma  endirmək  üçün 
yollar  axtarırdılar.  Bu  da  bir  faktdır  ki,  bu  məsələlərdə  onlar  yaxşı  vicdan  nümayiş 
etdirirdilər. Şimaldan olan acı hücumlar onları səmimi etmişdi, çoxu qərara gəlmişdi 
ki,  inqilabdan  gəlməsinə  baxmayaraq  bu  hüququ  öz  üzərlərinə  götürsünlər.  Onlar 
gördülər  ki,  federal  hökuməti  öz  əlinə  götürən  partiyanın  başçısı  Cənuba  bərabər 
gözlə  baxmır.  Onlar  imtiyazlı  sinif  üçün  zəruri  olan  qürura  malik  idilər.  Məlum 
olduğu  kimi  Cənubdakı  hər  beş  ağ  adamdan  yalnız  biri  qul  saxlayırdı.  Onların 
yarıdan  çoxu  hətta  quldan  istifadə  etməmiş,  qulu  idarə  edən  olmamışdı.  Yüzlərlə 
tacir, vəkil, həkim və qulluqçular heç nəyə malik deyildilər. Lakin o adamlar ki, qul 
sahibləri  idi,  onlar  siyasətin  və  cəmiyyətin  ağaları  idi.  Onların  cəmiyyəti  Cənubun 
cəmiyyətinin  praktiki  niyyətlərinə  xidmət  edirdi.  1820-ci  il  Missuri  kompromissi 
onların  müdafiə  etdikləri  quldarlıq  institutuna  toxunurdu.  Bu  qanun,  infeksiyanın 
qarşısını kəsən karantin xətti kimi, quldarlığın yayılmasının qapısını bağlayırdı.  
1831-ci ildə Nat Tornerin başçılığı altında Cənubi Virciniyada təşviş doğuran 
qul  üsyanı  baş  vermişdi.  1833-cü  ildə  ingilis  azad  olunma  aktı  meydana  çıxmış  və 
Amerikan  anti-quldarlıq  cəmiyyətinin  formalaşması  baş  vermişdi;  sonra  qulların 
müttəfiqləri  olan  hinduları  özünə  tabe  etmək  üçün  başlanan  müharibə  qaçan  və 
qarətçilik  edən  zəncilərin  Floridadakı  sığınacağını  dağıtdı.  Sonra  Meksika 
müharibəsi,  Uilmot  düzəlişinin  müzakirəsi,  Kanzas-Nebraska  aktı,  "azad  torpaq" 
kampaniyası, Viqlərin parçalanması, respublikaçıların yüksəlişi və qələbəsi gəldi.  
Bütün  bunlar  hadisələrin  yüksək  nöqtəsi  idi,  onların  zərbəsi  həmişə  Cənuba 
dəyirdi.  Cənublular  Linkolnun  prezident  seçilməsinə  yalnız  partiya  məğlubiyyəti 
kimi  baxa  bilərdilər.  Sonra  isə  məlum  olduğu  kimi,  bu,  onların  alçaldılmasındakı 
dözülməz  addıma  çevrildi.  Şimalın  özü  də  Cənub  kimi  1860-cı  il  seçkisinin  nə 
demək  olduğunu  bilmirdi.  Cənublular  güclü  surətdə  başa  düşürdülər  ki,  inqilabın 
nəticəsi  onların  üstünə  töküləcəkdir.  Bu  hiss  etmə  öz  ifadəsini  Virciniyada, 
Kentukkidə,  Tennessidə  Konstitusiyalı  Birlik  partiyasının  namizədi  Bellə  səslərin 
verilməsində tapdı. Şimal seçiciləri də asan vəziyyətdə deyildilər. Ştatların içərisində 
yeganə  olaraq  Cənubi  Karolinada  prezident  elektorları  ştatın  özünün  qanunvericilik 
orqanı  vasitəsilə  seçilirdi.  1860-cı  ilin  təyin  olunmuş  gününə  onlar  səkkiz  elektor 
seçdilər və ona göstəriş verdilər ki, Brekenricə səs versinlər. Onların qanunvericilik 

 
285 
orqanı  öz  sessiyalarında  qaldılar  ki,  seçkinin  nəticəsini  öyrənsinlər.  Elektorlar 
kollegiyasının  çoxluğunun  Linkolnu  müdafiə  etməsi  xəbəri  onlara  çatanda, 
ləngimədən  ştatın  qurultayını  çağırdılar  ki,  silah  satın  almaq  barədə  qərar  versin, 
sonra  isə  fasilə  götürüldü.  Dekabrın  20-də  Çarlstonda  keçirilən  qurultaydan  sonrakı 
iclasda onlar qərar qəbul etdi və bu qərarla təntənəli surətdə 23 may 1788-ci il tarixli 
qurultayın,  Birləşmiş  Ştatlar  Konstitusiyasının  -  Əsas  Qanunun  ştat  tərəfindən 
Birliyin  bir  hissəsi  kimi  qəbul  etməsi  barədəki  qərarı  ləğv  edildi.  Bununla  birlikdə 
federal  konstitusiyaya  düzəlişlərin  ratifikasiyası  ləğv  edildi  və  rəsmi  surətdə  elan 
edildi  ki,  Cənubi  Karolina  ilə  başqa  ştatlar  arasında  Amerika  Birləşmiş  Ştatları  adı 
altında mövcud olan əvvəlki Birliyi pozur və bu Birliyə son qoyur. Sonrakı 1861-ci 
ilin fevralın 1-də həmçinin Missisipi, Florida, Alabama, Corciya, Luiziana və Texas 
da  Birlikdən  ayrıldılar.  Fevralın  4-də  ayrılmış  ştatların  təyin  etdiyi  nümayəndələr 
Alabamadakı  Montqomeridə  qurultaya  toplaşdılar.  Onların  məqsədi  Konfederasiya 
Konstitusiyası  tərtib  etmək  və  ayrılmış  Cənub  konfederasiyası  üçün  icra  orqanı 
seçmək  idi.  Bir  neçə  həftə  əvvələ  qədər  Missisipidən  Birləşmiş  Ştatların  senatoru 
olan  Cefferson  Devis  Konfederasiyanın  prezidenti  seçildi,  iki  il  əvvələ  qədər 
Corciyadan federal Nümayəndələr Palatasının üzvü olan Aleksandr Hamilton Stefens 
əyalətin  vitse-prezidenti  oldu.  Mart  ayında  daimi  konstitusiya  qəbul  olundu,  bu 
sonrakı ildə öz səmərəsini göstərdi.  
Onların  hökumət  təliminə  həqiqi  qiymət  verilsə,  Cənub  ştatları  1788-ci  ilin 
siyasi  metodlarına  qayıtdılar.  Hər  bir  ştat  xalqın  səsi  ilə  deyil,  suveren  qurultayın 
qərarı  ilə  Birləşmiş  Ştatları  daxil  olduğu  kimi,  eynilə  onun  tərkibindən  çıxmışdı. 
Həmin  qurultaylar  tərəfindən  seçilən  nümayəndələr  Montqomeriyə  göndərildi  ki, 
onların  tərtib  etdiyi  Konstitusiyanı  ratifikasiya  etsin  və  yeni  Konfederasiyanın 
prezidentinin  inauqurasiyasında  iştirak  etməyə  də  onlara  səlahiyyət  verdi.  Bu,  birgə 
aksiya  idi.  Onlar  hər  bir  ştatın  özünün  müəyyən  etdiyi  qaydada  Birliyə  daxil  olan 
vaxtdan azad partnyorluğa girmişdilər və bu Birliyə girməkdən imtina edə bilərdilər. 
Bu da aydın idi ki, Birliyin tərkibindən çıxmaq üçün məhz səbəb yarandığı vaxt onlar 
bu  imtiyazdan  istifadə  etdilər.  Birləşmiş  Ştatları  yaradan  nəsl  sağ  olanda  belə  bir 
hərəkəti etmək sual altında idi. Sonra gələn nəsillər kimi, onlar da heç şübhəsiz ciddi 
ayrılma cəhdinə etiraz edirdi, bəzən bu etiraz əldə silahla ifadə olunurdu.  
Cənub  dövlət  adamlarının  tez-tez  şərh  etdikləri  və  vurğuladıqları  təlimə 
ölkənin digər hissələri heç də rəğbət bəsləmirdilər. Millətin Konstitusiyası, yazılmış 
olsa  da  dəyişilməz,  leqal  sənəd  olaraq  qala  bilməzdi.  Hər  bir  gələn  nəslin  həyatı 
labüd olaraq onu içəridən oxumalı idi. Onlar öz yaşayış şəraitləri içərisində onu başa 
düşə bilərdilər. Konstitusiya yaşayan orqanizm üçün skelet quruluşu rolunu oynaya 
bilərdi. Birlik yeni ştatlarla dolmuşdu, buranın xalqı dünyanın demək olar ki, bütün 
sivilizasiyalı  xalqlarının  nümayəndələrindən  əmələ  gəlmişdi.  Dəmir  yolu  və 
teleqrafla ölkənin hissələri bir-birinə bağlanmışdı, bu isə sahibkarlıq üçün asan şərait 
yaratmışdı,  heç  bir  ştat  və  ya  bölmə  yerli  sərhədlər  içərisində  bunu  etməyə  qadir 
deyildi. Birlikdə üzvi inteqrasiya şüuruna yiyələnildiyi bir dövrdə patriarxal düşüncə 
tərzinə  qayıtmaq  mümkün  deyildi.  Bu  hadisələr  baş  verdikdə  Cənub  ştatlarının 
hərəkəti  Şimalı  təəccübdə  qoydu.  Onlar  tez-tez  ayrılmaq  barədə  təlim  moizələrini 
eşidirdilər. İndi isə Şimal adamları bunun praktikaya keçdiyini gördükdə, ona qəribə 
və  başa  düşülməyən  bir  şey  kimi  baxırdılar.  Cənub  adamlarının  belə  qəfil  hərəkəti 

 
286 
Şimal  sakinlərini  məəttəl  qoymuşdu.  Sarsıntıda  onların  iti  addımları  Şimalın 
məsləhət və rəhbərlik umduğu adamları da qorxutdu və onları çaş-baş saldı.  
Cənubi  Karolina  Birlikdən  ayrıldığı  ayda,  digər  ştatlar  onun  hərəkətinə 
qoşulmamışdan  əvvəl  Vaşinqtona  səlahiyyətli  adamlar  göndərdi  ki,  milli  borcun 
bölünməsini və ştatın daxilində yerləşən bütün milli mülkiyyətin rəsmi surətdə özünə 
verilməsini  həyata  keçirsin.  Byukenen  nə  etməli  olduğunu  bilmirdi.  O,  tezcənə  və 
açıqca  ştatların  ayrılmaq  hüququnu  inkar  etdi.  Lakin  o,  deyirdi  ki,  onların 
ayrılmasının  qarşısını  həqiqətən  almaq  üçün  leqal  heç  bir  fikrə  malik  deyildir. 
Hökumətin  hüquq  üzrə  mütəxəssisləri  ona  heç  bir  yüngüllük  gətirmədilər.  Heç  kəs 
aydın  məsləhət  vermirdi.  Konqress  kompromiss  tədbirləri  görməyə  cəhd  etdi. 
Montqomeridə Konfederat Konqressi öz işini aparanda Vaşinqtonda Sülh Konqressi 
adlanan  tədbir  keçirildi.  Onu  Virciniya  çağırmışdı  və  bütün  Cənub  ştatları  hələ 
ayrılmamışdı  və  Şimal  ştatlarının  çoxu  bu  dəvəti  qəbul  etdi.  Senat  bütünlüklə 
"Qrittenden  Kompromiss"i  ilə  məşğul  idi,  bu  onun  müəllifi  kentukkili  senator  Con 
Qrittendenin  adını  daşıyırdı.  Ölkəsinə  faydalı  xidmət  göstərmiş  qoca  senator  iki 
bölgə arasında əlaqələri yoluna qoymaq istəyirdi. O, siyasi cəhətdən neytral adam idi.  
Lakin Birliyi saxlamaq cəhdləri uğursuzluqla başa çatdı. Prezident Byukenen 
parçalanmanın  qarşısını  almaq  üçün  bir  şey  edə  bilmədi.  O,  Çarlston  limanına 
yenidən kömək etmək üçün düyməni bassa, bu kifayət idi. Lakin o, Cənubun sonrakı 
zorakılıqlara əl atmaması üçün bunu etməkdən imtina etdi. Çarlston limanı qış dövrü 
ərzində ictimai maraq mərkəzinə çevrildi.  
Senatın  komitəsinin  rəyi  əslində  Sülh  Konfransının  təklifləri  ilə  üst-üstə 
düşürdü: Missuri Kompromissi xəttinin Sakit okeana qədər çəkilməsi, həmin xəttdə 
Cənubun  qanunu  üzrə  quldarlığın  qurulması  və  federal  xəzinə  tərəfindən  həbsdən 
sonra xilas edilən bütün qaçan qullara görə kompensasiya verilməsi məsələləri. Lakin 
Konqress  göründüyü  kimi,  hələ  qış  başa  çatmamışdan  Birlikdən  əvvəl  çıxmış 
ştatlardan  olan  üzvlərlə  hissə-hissə  əlaqəsini  kəsdi.  Onların  üzvlüyü  üçün  təhlükə 
olduğu  bir  şəraitdə  heç  nə  etmək  mümkün  deyildi.  Cənub  adamları  Senatdan  və 
Nümayəndələr  Palatasından  çıxarılan  kimi  kabinetdən  də  çıxarıldı.  Mülki  işlərdə 
işləyən  cənublu  vəkillər  də  öz  işlərini  tərk  edib  evlərinə  yollandılar  ki,  öz 
xidmətlərini  yeni  Konfederasiyaya  təklif  etsinlər.  Onların  ştatları  ayrılan  kimi 
Cənubdan olan qulluqçular ordudan və hərbi-dəniz qüvvələrindən çıxarıldılar. Köhnə 
Birliyi  tərk  edən  və  yeni  Konfederasiya  yaradan  ştatlar  öz  ərazilərində  olan 
cəbbaxanaları, fortları, gömrük məntəqələrini və poçt idarələrini öz mülkiyyətlərinə 
götürdülər. Vaşinqtondakı hakimiyyət nə etmək lazım olduğu qərarına gəlməmişdən 
əvvəl,  Cənubdakı  hər  bir  istehkamlanmış  yer,  Çesapik  buxtasındakı  Monro  fortu, 
Çarlston  limanındakı  Samter  fortu  istisna  olmaqla  digərləri  Konfederasiyanın 
mülkiyyətinə  keçdi.  Bir  ovuc  adamla  mayor  Robert  Anderson  Fort  Moultrini 
tutmuşdu və ehtiyatla daha güclü fort olan Samterə tərəf hərəkət edirdi. Fort limanın 
yaxınlığında idi. Bu akt Cənubi Karolina ilə sözləşməyə səbəb oldu. Çünki o, bəyan 
etmişdi  ki,  fortlar  "suveren"  ştatın  özününküdür  və  heç  kəsə  mübarizəsiz  olaraq 
verilməyəcəkdir. Sözləşmə o qədər böyük idi ki, prezident Byukenen "Qərb ulduzu" 
gəmisini  lazımi  ehtiyatlarla  birlikdə  fortu  azad  etməyə  göndərdi.  Bu  kiçik  gəmi  9 
yanvarda  limana  gəldi  və  sahildəki  batereyaların  atəşi  altında  öz  vəzifəsini  yerinə 

 
287 
yetirməmişdən buradan qaçmağa məcbur oldu. Bu Vətəndaş Müharibəsinin ilk atəşi 
idi. 
Bu  hadisələr  baş  verəndə  Byukenen  bəlkə  də  idarə  etdiyi  hökumətin  necə 
hökumət olduğunu bilmirdi. Onun ətrafında olan adamların bəziləri, ondan asılı olan 
bu  adamlar  inanırdılar  ki,  Cənub  ştatlarının  bu  hərəkətləri  etməyə  hüquqları  vardır. 
Digərləri  onların  hüquqlarını  inkar  edirdilər,  lakin  onlara  necə  mane  olmaq  yolunu 
bilmirdilər.  Başqaları  isə  nə  etmək  lazım  olduğunu  bilirdi,  lakin  bunu  etməyə 
cəsarətləri  və  ya  təşəbbüsləri  çatmırdı.  Bütün  ölkə  gözləyirdi  ki,  prezident  özü  işə 
qarışacaqdır, gözləyirdilər görsünlər ki, Linkoln və onun respublikaçı məsləhətçiləri 
nə edəcəkdir. Adamlar yeni prezidentin kədərli və qayğılı gözlərinə diqqət yetirdilər, 
onu da gördülər ki, müəyyən qədər irəlini dərindən hiss etməklə, yeni, həm də hələ 
təcrübəsi olmayan və çətinlikdə qalan adam kimi, onun üzərinə götürdüyü vəzifənin 
dəhşətli  məsuliyyəti  düşmüşdür.  Onlar  bu  adamın  ustalığını  bilmirdilər.  Əynindəki 
sadə paltarı onun böyük bədənindən asılmış kimi görünürdü. O, dövltəin ən mühüm 
işlərinin arasında belə yumorundan qalmırdı. O, böyük kasıblıqda böyümüşdü. Onun 
atası bir yerdən başqa yerə öz böyük ailəsini köçürərək, özünə kömək və sığınacaq 
axtarırdı. Lakin hər yerdə o, kasıb mövcudluqdan başqa heç nə tapa bilmirdi. Onun 
böyüməsi  başqaları  kimi  ləng  getmişdi.  Onun  həyatı  öz  qonşuluğunda  olan  sadə 
adamlarla  bir  yerdə  addımlamışdı.  Onun  xüsusi  istedadından  heç  bir  əlamət 
görünmürdü.  Lakin  onun  ağlına  bir  məharət  gücü  əlavə  olundu.  O,  ətrafında  olan 
adamların  dərdlərini,  ağrılarını  başa  düşməklə  onları  tuta  bilirdi.  O,  öz  fərasətini 
müşahidə  üçün,  sözlərdən  isə  dəqiq  nitq  vasitəsi  kimi  istifadə  edirdi.  O,  doğma 
ştatında  özünə  karyera  düzəldirdi  və  bu  öz  zirvəsinə  senator  Duqlasla  mübahisədə 
çatdı. Bu mübahisəni bütün ölkə eşitmək istəyirdi. Və o, prezidentliyə hazır olanda 
prezident seçildi.  
Prezident seçilən Linkolnun Vaşinqtona gəlməsi də maraqlı əhvalatlarla dolu 
idi. Linkoln paytaxta gələndə Şimalın iri şəhərlərindən keçməli idi və bu şəhərlərdəki 
qısa  müraciətlərində  o,  elə  bil  ki,  bütün  ölkə  ilə  danışırdı.  Elan  edirdi  ki,  qorxmaq 
üçün əsas yoxdur və heç bir qan tökülməsi olmayacaqdır. 22 fevralda Filadelfiyada o, 
Syuarddan və general Skottdan məktublar aldı, onlar məsləhət görürdü ki, onun dərc 
edilmiş səfər proqramı dəyişdirilsin. Çünki o, proqram üzrə Baltimordan keçən vaxt 
onu  qətlə  yetirmək  barədə  ciddi  hədələr  gəlib  çatır.  Linkoln  dedi:  "Mən  bununla 
razılaşa bilmərəm. Gecə oğrusu kimi paytaxta oğurluq girən Prezident barədə millət 
nə  düşünəcəkdir".  O,  səhər  Harrisburqa  getdi  və  dostları  qərara  gəldi  ki,  onun 
həyatına  təhlükə  olmaması  üçün  o,  Vaşinqtona  üzə  gələn  gecə  ərzində  naməlum 
qaydada  getsin.  Linkoln  razılaşdı,  lakin  sonralar  heç  vaxt  bunu  etməkdən 
peşimançılıq  çəkməmişdi.  Hər  şey  sakit  gedirdi.  Linkolnun  dostları  Harrisburqda 
yuxusuz gecə keçirdilər, səhər tezdən şifr teleqramı aldılar ki, "Palmalar sağlam bar 
gətirmişdir"  və  polkovnik  Skott  şlyapasını  göyə  tullayıb  qışqırdı:  "Linkoln 
Vaşinqtondadır".  
İnauqurasiya  mərasimi  müstəsna  dərəcədə  sakit  tonda  keçdi.  Konqressin 
barışdırıcı  tədbirlərinin  uğursuzluğa  uğramasına  baxmayaraq  Prezident  yenə  də 
əlində  "zeytun  budağı"  tutmuşdu.  O,  bəyan  etdi  ki,  quldarlığın  mövcud  olduğu 
yerlərdə,  ona  müdaxilə  etmək  barədə  bilavasitə  heç  bir  niyyəti  yoxdur  və  öz 
əminliyini  möhkəmləndirdi  ki,  bunu  etmək  üçün  onun  heç  bir  qanuni  hüququ  da 

 
288 
yoxdur. Qaçqın Qul qanunu barədə o, buna dözəcəyinə öz hazırlığını ifadə etmişdi və 
uzağa  gedərək  Konstitusiyaya  dəyişilməyən  düzəlişin  edilməsinə  razı  olduğunu 
bildirdi.  Bu  düzəlişlə  Birləşmiş  Ştatlarda  quldarlıq  daimi  olacaqdı.  Kompromiss 
barədə  ruh  bundan  uzağa  gedə  biləcəkdimi?  Linkoln  quldarlığın  genişlənməməsinə 
əsaslanan  platformada prezident seçilmişdi. Lakin onun müraciətində  bir sözlə belə 
bu  məsələyə  toxunulmadı.  O,  yalnız  Birliyi  qoruyub  saxlamaq  kimi  daha  böyük 
məsələ ilə məşğul idi.  
Lakin  məxmər  əlcəkdə  onun  dəmir  əli  gizlənmişdi.  Natiq  bəyan  etməkdə 
davam  edirdi  ki,  Birlik  Konstitusiyadan  yaşca  böyükdür.  Konstitusiya  "daha  kamil 
Birlik  formasına"  uyğun  qəbul  edilmişdir  ki,  "heç  bir  ştat  öz  sadə  rəyi  ilə  qanuni 
qaydada  Birlikdən  gedə  bilməz"  və  buna  yönəldilən  bütün  ordinanslar  (dekretlər) 
qanuni  cəhətdən  əbəsdir.  O,  bəyan  etdi  ki,  Birlik  indiyə  qədər  zədələnməmişdir  və 
parçalanmamışdır. O, bütün ştatlarda qanunların icra edilməsinə nail olmaq barədə öz 
niyyətini  bildirdi  və  dedi  ki,  Birlik  qorunacaq  və  özünü  müdafiə  edəcəkdir.  Bunun 
mənası  gün  kimi  aydın  idi.  Əgər  ayrılmış  ştatlar  öz  saxta,  səhv  addımından  geri 
qayıtmasa  müharibə  olacaqdır.  Natiq  dedi:  "Real  mövcud  olmayan  bəlalardan  siz 
qaçmısınız.  Mənim  məmnun  olmayan,  narazı  həmvətənlərim,  vətəndaş 
müharibəsinin  mühüm  problemi  mənim  əlimdə  deyil,  sizin  əlinizdədir...  Siz  göydə 
qeydə  alınmış  heç  bir  anda  malik  ola  bilməzsiniz  ki,  onunla  hökuməti  dağıdasınız. 
Buna  görə  də  mən  daha  təntənəli  qaydada  onu  saxlayacağam,  himayə  edəcəyəm  və 
müdafiə edəcəyəm".  
Gözəl  müraciət  bir  cəhətdən  zəif  idi  ki,  Konstitusiyaya  güman  edilən 
pozulmaz düzəlişin bəyənilməsi barədə heç nə demirdi. Natiq vəd edirdi ki, hansısa  
bir  ştata  heç  bir  "müdaxilə"  olmayacaqdır,  yəni,  bu,  Birləşmiş  Ştatlar  üçün  öz 
torpağının  hansısa  bir  hissəsinə  qoşunları  göndərmək  kimi  "müdaxilə"  olacaqdı.  O, 
həmçinin  qeyd  etdi  ki,  federal  vəzifələri  müəyyən  müddətə  boş  saxlamaq,  "xoşa 
gəlməyən  əcnəbiləri"  hökumətə  düşmən  olan  xalqın  üzərinə  qaldırmaqdan  yaxşı 
olacaqdır. Ayrılmaya münasibətdə bir müddət üçün Byukenen siyasətinin arxasınca 
getməkdənsə, Linkoln münaqişədən sakitcə qaçırdı.  
Yeni Prezidentin təşkil etdiyi Kabinetdə Uilyam H.Syuard Dövlət katibi oldu. 
Çeyr  isə  Maliyyə  naziri  təyin  edildi.  Linkoln  siyasəti  öz  əlinə  götürdü.  Hələ  bir  ay 
keçməmiş  Syuard  prezidentə  hökumət  üçün  konturları  cızılan  memorandum  təklif 
etdi və həmin vaxt bunu icra etmək üçün özünü məsul şəxs kimi təqdim etdi. Linkoln 
bu  məsələni  çox  sakit  dərkanarla  uzaqlaşdırdı:  "Əgər  bu  edilməlidirsə,  mən  bunu 
etməliyəm".  
İnauqurasiyadan  bir  həftə  sonra  prezident  Devis  Cənubdan  iki  səlahiyyətli 
adam  göndərmişdi  ki,  iki  hökumət  arasında  siyasi  ayrılmaq  barədəki  böyümüş 
məsələləri qaydaya salmaq məqsədilə danışıqlara başlamaq təklifi olan sənədi Dövlət 
katibi  Syuarda  versin.  Bu  məktub  onların  məsələnin  həllinə  dinc  yolla  nail  olmaq 
arzusunu  ifadə  edirdi.  Prezidentin  baxışlarını  nəzərə  almadan  Syuard  onlara  bəzi 
razılıqlarını  bildirdi  və  onlarda  belə  bir  inam  yaratdı  ki,  Fort  Samter  yenidən  israr 
edilməyəcəkdir. Lakin Linkoln tam başqa qərar verdi və bu qərar axırıncı oldu. 
Linkoln  özü  sadə  adamların  içərisində  tərbiyə  olunmuşdu,  sadəliklə  qanuna 
hörmət etməyə və ona tabe olmağa adət etmişdi. O, Konstitusiyaya xüsusi ehtiramla 
yanaşırdı,  onu  qorumağa  və  müdafiə  etməyə  and  içmişdi,  andı  içməmişdi  ki, 

 
289 
hakimiyyəti  əldə  etsin  və  bu  hakimiyyətdən  istifadə  etdikdə  andı  pozsun.  O,  öz 
vəzifəsinə geniş bucaqdan baxırdı və öz inamını elan edirdi ki, o vaxt and pozulacaq 
və  o,  qorunub  saxlanmayacaqdır  ki,  əgər  quldarlığın  saxlanmasına  və  hər  hansı 
əhəmiyyətsiz  bir  məsələyə  o,  "imkan  verəcəkdir  ki,  hökuməti,  ölkəni  və 
konstitusiyanın  hamısını  bir  yerdə  darmadağın  etsin".  O,  Birliyi  saxlamağın  təmiz 
niyyəti ilə ayrılanları barışdırmaq məsələsini birləşdirirdi. O, səbirlilik və müşahidə 
mövqeyini  tutdu  və  hərəkət  günü  üçün  rəyin  və  hüquqların  gəlib  çıxmasını 
gözləməyə başladı.  

 
290 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin