Telman Orucov


Ölkədəki iqtisadi çətinliklər



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

Ölkədəki iqtisadi çətinliklər 
 
Van  Buren  adminstrasiyası  vaxtı  iki  şey  tarixdə  əhəmiyyətli    oldu:  birincisi, 
1837-ci ildəki panika və ikincisi, müstəqil xəzinənin yaradılması. Bu panika Amerika 
xalqının  hələ  görmədiyi  bədbəxtliklərdən  biri  idi.  Ölkədə  hər  bir  bank  xüsusi 
ödəmələri  dayandırdı.  Minlərlə  aparıcı  tacirlər  və  manufaktura  sahibləri  divara 
dırmaşmağa  məcbur  edildilər  və  ölkənin  biznesi  bütünlükdə  demoarlizə  olundu. 
Panikanın  səbəbləri  müxtəlif  idi.  Viqlər  bütün  biabırçılığı  demokratların  üzərinə 
yıxmaq istəyirdi, demokratlar isə əksinə. Bu Amerika siyasəti üçün heç də qeyri-adi 
hal deyildi ki, qəribə görünsə də, hakimiyyətdə olmayan partiya, hakimiyyətdə olan 
partiya  tərəfindən  maliyyə  və  biznes  dairələrindəki  narahatlıqlara  görə  ittiham 
edilsin.  Buna  oxşar  digərləri  kimi  bu  panika  da  müxtəlif  səbəblərin  nəticəsi  idi. 
Onların bəziləri ən müdrik siyasi iqtisadçıların qələmindən çıxmışdı.  
Ceksonun imzaladığı sənədə görə, ictimai torpaqlar üçün pul ödəməsi sikkədə 
verilməli idi, lakin xalqın əlində az sikkə var idi, bu da böhranı sürətləndirdi. Digər 
səbəb Konqressin, xəzinənin artıq pulunu müxtəlif ştatlar arasındakı bölməsi aktı idi. 
Bu  ştatları  pulu  xərcləmək  məsələsində  laqeyd  etdi  və  ödəmələr  məhdudlaşanda  və 
dayananda ştatların əlində çoxlu bahalı layihələr qaldı ki, onları heç də həyata keçirə 
bilmirdilər.  Başlıca  səbəb  isə  xalqa  sirayətlənmiş  vəhşi  möhtəkirlik  ruhu  idi.  Milli 
borc  ödənildi,  banklar  ölkəni,  onların  sikkəyə  çevrilmək  qabiliyyətindən  çox  uzaq 
olan  kağız  pul  daşqınına  məruz  qoydu.  Bu  vaxt  həm  də  ölkəyə  İngiltərə  kapitalı 
axmağa  başladı  və  bu  da  adamları  özünü  müdafiədən  uzaqlaşdırmaqda  mühüm  rol 
oynadı. Spekulyasiyanın ən vəhşi layihələri ayağa qalxdı. Qiymətlər artdı və işə görə 
yüksək  maaş  verilirdi.  Böyük  manufakturalar  işə  düşsə  də  heç  vaxt  işləmirdi. 
Qərbdən  kənarda  olan  şəhərlərin  anbarları  dolu  idi.  İctimai  torpaqların  satışı  bəzən 
hətta ildə 2 milyon dollardan aşağı düşdü, 1836-ci ildə isə bu rəqəm 25 milyon dollar 
olmuşdu.  Banklar  bütün  yerlərdə  yaranırdı  və  onlar  ölkəni  dəyərsiz  kağız  pulla 
doldurmuşdular.  Dəmir  yolları,  kanallar  çəkilməsi,  bütün  sahələrdə  daxili  inkişaf 
tədbirləri  planlaşdırılmışdı.  Adamlar  bir  gecədə  varlı  olmaq  arzusu  ilə 
zəhərlənmişdilər. Belə şəraitlərdə, həmişə olduğu kimi fəlakət gəlib çıxdı.  
Ölkə  əvvəllər  öz  yeni,  sakit  danışan  prezidentinə  rəğbətlə  yanaşırdı.  O, 
sələflərinin apardığı siyasəti davam etdirirdi. Lakin adamlar onun işlərinə rəğbətdən 
daha çox maraq göstərirdilər, onu alqışlamaqdan daha çox tənqid etməyə hazır idilər. 
Ceksonun  hakimiyyəti  dövründə  o,  siyasəti  təmsil  etməkdən  daha  çox,  bu  siyasəti 
hazırlayırdı. Van Buren prezident olduqda müxalifətin çoxlu qruplarından olan əsas 
qüvvələr birləşdilər. Demokratlar da həqiqi partiya oldular. Kleyin dostları isə yalnız 
partiyanın bir hissəsi idi. General Cekson hökuməti arxaya - Cefferson prinsiplərinə 
qaytarmışdı.  Niyyəti  və  işlərdə  təcavüzkar  fəallığı  isə  onun  şəxsi  hakimiyyəti  başa 
çatdıqda anlaşılmayan bir fakt oldu.  
Van  Burenin  inaqurasiyasından  iki  ay  sonra  general  Ceksonun  "xüsusi 
məktubu" öz işini gördü. Sərt maliyyə böhranı ölkənin biznesini taqətdən salırdı, onu 
ciddi  qorxu  və  ümidsizlik  ağuşuna  atırdı.  Unun  bir  barrelinin  qiyməti  beş  dollar 
olduğu halda, 1837-ci ilin ilk çətin aylarında on bir dollara qalxdı. Qarğıdalının bir 
buşelinin  qiyməti  əlli  üç  sentdən  bir  dollar  on  beş  sentə  qalxdı.  Fevral  və  mart 
aylarında Nyu Yorkda üsyan yetişirdi. 15 mayda prezident çıxış yolunu Konqressin 

 
239 
fövqəladə  sessiyasını  çağırmaqda  tapdı  və  bu  sessiya  sentyabrın  ilk  bazar  ertəsi 
günündə  çağrıldı.  O,  müstəsna  olaraq  hökumətin  mənafeyindən  kənar  heç  nə  təklif 
edə bilmədi. Van Buren əvvəlki siyasətdən geri çəkilmək barədə heç fikirləşmirdi də. 
Prezident və onun natiqləri, biznesi yüngülləşdirmək üçün heç nə təklif edə bilmirdi. 
Onun planı ondan ibarət idi ki, hökumətin banklarla bütün əlaqələri kəsilsin, dövlətin 
gəlirinin saxlanması, ələ verilməsi və ödənilməsi yalnız Maliyyə Nazirliyi tərəfindən 
həyata keçirilsin. Üç il ərzində iki Konqressdə o, öz təklifi uğrunda ciddi mübarizə 
apardı və nəhayət 1840-cı ilin yayında qalib gəldi. Sonra isə o, istədiyinə nail oldu.  
1840-cı  ildə  imzalanan  "Müstəqil  maliyyə  Aktı"  barədə  qanunla  qayda 
qoyuldu ki, Birləşmiş Ştatların xəzinəsi özü maliyyə resurslarını saxlayacaq və gəlir 
üçün  harada  depozit  qoymağı  özü  müəyyən  edəcəkdir.  Vaşinqtonda  və  digər 
şəhərlərdə  onların  qəbulu  üçün  yer  təyin  edildi.  Van  Buren  dövründə  birinci 
Konqressin  bu  layihəni  qəbul  etməsi  mümkün  deyildi.  Demokratik  olan  Senat 
tərəfindən  iki  dəfə  qəbul  edildikdən  sonra  Nümayəndələr  Palatası  tərəfindən  bu 
qanun  hər  dəfə  rədd  edildi.  Burada  demokratik  çoxluq  viqlərlə  birləşib,  bu  təklifin 
uğursuzluğa  düçar  olmasına  nail  oldu.  Bu  vaxt  prezident  Konqressin  ona  verməyi 
arzuladığı  səlahiyyətləri  qanunsuz  olaraq  üzərinə  götürməyə  məcbur  oldu.  Depozit 
bankları  pul  ödəməyi  təxirə  saldılar.  Ölkə  daha  qorxulu  dağılmaya  məruz  qalırdı. 
Amerikanın biznesinin bütün tarixində buna bənzər heç nə olmamışdı. Görünməmiş 
tənəzzül və ümidsizlik dövrü gəldi, bütün il ərzində bu və ya başqa vasitələr özünə 
yol  tapdı.  Bu  vaxt  gələn  bütün  bədbəxtliklərin  əsasında  çürük  radikal  qanunlar 
dururdu.  
Daha  sonra  isə  dəmir  yolu  tikilməyə  və  buxarla  işləyən  gəmilər  çaylarda 
üzməyə  başladı.  Robert  Fulton  1807-ci  ildə  Hadson  çayında  uğurlu  alınan  buxar 
gəmisi buraxmışdı. Belə gəmilər daha çox qayrılmağa başlandı. Dəmir yollar elə bil 
qəflətən  mövcud  oldu.  1830-cu  ildə  ölkədə  ancaq  iyirmi  üç  mil  uzunluğunda 
dəmiryolu  var  idi.  Gödək  yollarda  vaqonları  atlar  dartırdı.  Lakin  dəmir  yolunda  da 
buxar  mühərriklərindən  istifadə  olunmağa  başlandı.  1835-ci  ilə  qədər  olan  beş  il 
ərzində  dəmir  yoluna  otuz  milyon  dollardan  az  olmayan  məbləğdə  investisiya 
qoyuldu.  1837-ci  il  böhranı  gələndə  artıq  min  dörd  yüz  millik  dəmir  yolu  tikilib 
istifadəyə  verilmişdi.  Ölkədə  böyük  antrasit  kömür  yataqları  tapıldı.  Manufaktura 
sənayesinin təmərküzləşməsi gedirdi.  
Avropada da ciddi dəyişikliklər baş verirdi. İngiltərə 1830-cu il inqilabından 
əvvəl  öz  qanunvericiliyində  bir  sıra  əsas  dəyişikliklər  etmişdi.  İngiltərədə  Roma 
katolikləri  ilə  olan  narazılıq  siyasi  narazılıqlardan  aralandı.  Parlamentdə  təmsil 
olunmaq məsələsi islahata uğradı, Böyük Britaniya öz müstəmləkələrində quldarlığı 
ləğv  etdi,  öz  kasıblarına  maddi  yardım  göstərilməsi  sistemini  yaxşılaşdırdı, 
munitsipial  korporasiyaları  yenidən  qurmaq  üçün  liberal  qanun  məcəlləsi  qəbul  etdi 
və  kilsənin  gəlirinin  onda  birinin  mənimsənilməsi  qaydası  ləğv  edildi.  Birləşmiş 
Ştatlarda  isə  quldarlıq  müstəsna  olmaqla,  bu  şeylərdən  heç  biri  yox  idi.  Ştatların 
konstitusiyaları və Federal Konstitusiya tərəqqiyə kölgə sala biləcək şeylərdən azad 
idi.  
Amerikan  filantroptistləri  həmçinin  dünyanın  qalan  hissəsi  ilə  birlikdə 
qabaqcadan insanpərvərliyə aid olan və mərhəmətli işlərin çoxunu görmüşdü.  

 
240 
Amerikanların qurduqları islah əmək düşərgələri sisteminin şöhrəti okeanın o 
tərəfinə yayılmışdı. 1831-ci ildə de Tokvil və Beamont Amerikaya gələrək bu sistem 
haqqında  öz  hökumətlərinə  məlumat  hazırlamışdılar.  Aleksis  de  Tokvil  bu  barədə 
özünün "Amerikada demokratiya" adlı kitabında səmimi söhbət açır.  
1833-cü  ildə  Britaniya  imperiyasında  quldarlığın  ləğv  edilməsi,  Birləşmiş 
Ştatlardakı adamların bəzilərində Amerikanın dünyadan xeyli geri qalması haqqında 
fikir  yaratdı  və  həmin  il  amerikan  anti-quldarlıq  cəmiyyəti  Filadelfiyada  meydana 
gəldi. Çoxları bu cəmiyyətlə razılaşmırdı. Quldarlıq Cənubun bütün iqtisadiyyatında 
dərin kök salmışdı, Birləşmiş Ştatlar Konstitusiyasının özündə daimi quldarlığa icazə 
vermək razılığının əsası qoyulmuşdu. Bu hərəkat çox uzağa getsəydi, hökumətin öz 
əsaslarını  da  tərpədə  bilərdi.  Lakin  bunun  təbliğinə  özünü  həsr  edən  adamlar 
quldarlığı  bütünlüklə  dağıtmaq  əhval-ruhiyyəsində  idi.  Bütün  ölkənin  ayrı-ayrı 
yerlərində,  kvakerlərə  bənzəyən  şəxslər  olan  yerdə  nəhayət  adamlar  öz  təbii 
ittifaqlarını yaratmağa başladılar. Kolumbiya mahalında quldarlığı ləğv etmək, orada 
qul  alverini  qadağan  etmək  və  ştatlar  arasında  qul  alverini  məhv  etmək  barədə 
Konqressə  ardı-arası  kəsilməyən  müraciətlər  axırdı.  1831-ci  ildə  Nümayəndələr 
Palatasına  seçilən  Con  Kvinsi  Adams,  iki  il  bundan  əvvəl  Ağ  evi  tərk  etsə  də, 
parlamentdə  öz  vətəninin  anti-masonlarını  və  viqləri  təmsil  edirdi.  Bu  altmış  dörd 
yaşlı  adam  bütün  ləyaqəti  ilə  quldarlıq  əleyhinə  petitsiyalar  təqdim  etdi.  Bu  dərin 
risqli  və  aydın  təklif  Cənubun  həyatının  bütün  sahələrinə  toxunurdu.  Cənub 
indiyədək dəyişilməmiş qalmışdı. Nə sənaye inqilabı, nə düşüncələrdə əsən mehlər, 
nə dəmir yollarının tikilməsi, nə buxar gəmilərinin onun limanlarında və çaylarında 
olması  buranın  cəmiyyət  qaydalarına  toxunmamışdı  və  bu  qaydaları 
dəyişdirməmişdi. İlk dəmir yollarından bir neçəsi məhz Cənubda tikilmişdi. Cənubun 
tacirləri  dövrün  nəbzinin  döyüntüsünü  hiss  edirdilər  və  zamanın  çıxış  yolunu 
başqalarının  etdiklərində  görürdülər.  Lakin  nə  qədər  ki,  quldarlıq  qalırdı,  onun 
iqtisadi və sosial qaydalarını heç bir qüvvə dəyişə bilməzdi.  
Cənubda  heç  bir  kübar  təbəqəsi  yox  idi  ki,  öz  sözünü  dilinə  gətirməmişdən 
əvvəl onu düşünsün. Burada hakim və tabe olan irqlər var idi, hakim irqin arasında 
varlı və kasıb adamlar var idi, burada var-dövlət yaşayışı asan və ekspansiv edirdi, 
əyləncəni  xoş  işə  çevirirdi.  Bu  kənd  təsərrüfatı  regionunda  var-dövlət  heç  də  pul 
bolluğu  demək  deyildi,  ancaq  dolu  anbarlar,  qeyri-məhdud  süfrə,  sadə  rahatlıq  və 
əliaçıq qonaqpərvərlik idi. İdarə edən irqin siyasətçiləri başqa yerlərdəki bu qəbildən 
olan  adamlar  kimi  demokratik  idilər.  Ağ  adamların  hamısı  bərabər  imtiyazlara  və 
bərabər azadlığa malik idi.  
Missisipi və Alabama sərhəddəki yeni ştatlar olaraq qalırdı və onların əhalisi 
sürətlə  artırdı.  Corciya  həmçinin  hər  onillikdə  öz  əhalisini  yavaş  da  olsa  artırırdı. 
Lakin Virciniyanın və Karolinaların əhalisi ümumiyyətlə bəlkə də çoxalmırdı. Cənub 
ayrıca dayanırdı və hərəkətsiz idi.  
Bu qəribə idi ki, dəyişikliklərin əlamətləri artıqca həyata yeni era daxil oldu, 
ədəbiyyat  inkişaf  etdi.  Yeni  yazıçıların  bütöv  nəsli  dəmir  yolu  çəkildiyi  və  buxar 
gəmilərinin  tətbiq  olunduğu  ilk  illərdə  (1828-1841-ci  illər)  qəflətən  irəli  çıxdı. 
Nataniel Hotorn, Con Uityer, Henri Lonqfello, Ralf Emerson, Ceyms Louell, Oliver 
Holms,  Uilyam  Preskott,  Corc  Bankroft,  hakim  Cozef  Stori  və  hakim  Ceyms  Kent, 

 
241 
Henri  Uiton,  Con  Ceyms  Odeben  və  Eysa  Qrey  -  bunlar  yazıçılar,  hüquqşünaslar, 
publisistlər, iqtisadçılar və elm adamları idi.  
Qərbdə  əyləncə  var-dövlətin  artması  ilə  gəlirdi,  düşüncə  fəaliyyətin  artması 
ilə stimullaşırdı. Karleyl Emersona yazırdı ki, "Mənim dostum, Siz nəhəng ölkənizdə 
yeni  erasınız".  Cənubda  yazıçılar  öz  düşüncələrini  dövlət  xadimliyi  ilə  ictimai 
siyasətin nəzarəti prosesinə bağlayırdılar, köhnə kitabları oxuyur və köhnə zövqləri 
müdafiə edirdilər, mühafizəkarlıqdan ləzzət alır və onu yalnız hakimiyyətin bir aləti 
kimi  açıq  səhnəyə  gətirirdilər.  Hər  bir  dəyişiklik,  hər  şeyi  süpürüb  atan  və  təmiz 
demokratiyaya aparan kimi görünürdü.  
General Ceksonun prezidentliyinə yaxın dövrdə Konnektikut və Nyu Cersidən 
başqa  Şimalda  heç  yerdə  səsvermə  hüququ  üçün  mülkiyyət  senzi  tələb  olunmurdu. 
Qərbdə də bu barədə yalnız Ohayo müstəsnalıq təşkil edirdi. Xalqın günü gəlib çıxdı, 
onun gözü hər şeyə açılırdı və bu baxımdan hüquqlar tənqidi əhval-ruhiyyədə istifadə 
olunurdu.  Yeni  tip  qəzetlər  meydana  gəlməyə  başladı,  belələrinə  "San"  və  "Herald" 
qəzetlərini  misal  göstərmək  olardı,  onların  hər  bir  nömrəsi  Nyu  Yorkdakı  köhnə 
hissləri lərzəyə salırdı. Onlar hər şeyə müdaxilə edir, hər şeydən yazırdı, istər bu özəl 
şəxsi məsələlərə aid olsun, istərsə də ictimai hadisələrə.  
Yalnız  Van  Buren  prezident  olanda  ölkə  hökumət  adminstrasiyasının 
dəyişikliklərə  məruz  qalmasına  öyrəndi və  general  Ceksonun  etdiklərinə  inamsızlıq 
məhz onun üzərinə düşdü. General Ceksonun öz adminstrasiyasına təyin etdiyi işçilər 
daim  yeni  olmaqla  yanaşı,  bu  vəzifələrə  hazırlıqsız  gəlirdilər,  həmçinin  heç  bir 
səriştəyə malik olmurdular və çox hallarda özlərini hiyləgər və şərəfsiz adamlar kimi 
aparır  və  "offisin  ləkələrini"  axtarırdılar  ki,  özləri  ondan  istifadə  etsinlər.  Bu  Van 
Burenin  bədbəxtliyi  idi  ki,  o,  prezident  olana  qədər  bunların  heç  biri  açılmamışdı. 
"Pozğun" sistem ümumiyyətlə belə bir inam yaradırdı ki, bu onun Nyu York məktəbi 
siyasətçilərinin ixtirasıdır. O, heç nəyi gizlətməməyə cəhd etdi. Heç kəs nə müdafiə 
olundu, nə də bunlar açıldıqda cəzalandırıldı. Prezident isə buna görə heç bir etimad 
qazana  bilmədi.  Demokratlar  müstəqil  xəzinədən  başqa  heç  nə  təklif  etmirdilər, 
bununla  onlar  xəzinə  vasitəsilə  pulu  "sağaltmaq"  istəyirdilər.  Ştatlar  bu  işi  özləri 
görməli  idilər.  Ştatların  qanunvericilik  orqanları  özləri  üçün  nəhayət  real 
təhlükəsizlik tələb etdilər. Bu işdə Nyu York liderlik edirdi. Azacıq dərəcədə etimad 
yenidən bərpa olundu. Lakin bir milli partiya kimi demokratlar bu şəraitdən heç nə 
əldə etmədi. Onlar göründüyü kimi general Ceksonu itirməklə təşəbbüsü də itirməli 
idilər.  
Van  Buren  ədalət  məsələsi  kimi,  diplomatik  işi  də  öz  əlinə  götürdü. 
Floridanın Seminol hinduları ilə məsələ onun prezidentliyi dövründə uğurlu nəticəyə 
gətirildi və Böyük Britaniya ilə bir sıra ciddi sərhəd məsələləri razılaşdırıldı.  
Demokratlar  Van  Bureni  ikinci  müddətə  prezidentliyə  namizəd  göstərdilər. 
Viqlər  isə  general  Harrisonu  yenidən  namizəd  göstərdilər.  Dörd  il  əvvəl  də  o, 
prezidentliyə  namizəd  olmuşdu,  Viqlər  vitse-prezidentliyə  isə  Virciniyadan  Con 
Tayleri namizəd göstərdilər. Onlar heç bir prinsip barədə bəyanat vermədilər, ancaq 
demokratları  sıxışdırıb  çıxarmaq  niyyətini  güdürdülər.  Ölkə  hazır  idi.  General 
Harrison  unudulmayan  bir  döyüşün  qəhrəmanı  idi,  bu  döyüşdə  hinduların 
"peyğəmbər" adlanan inanılmış başçısı şimal-qərb sərhədlərində asılmışdı. Məhz bu 
döyüşdə  Qərb  diyarı  sakitləşmiş  və  təhlükəsiz  olmuşdu.  Demokratların  heç  bir 

 
242 
entuziazmı hiss olunmurdu. General Harrison, bu da bir həqiqətdir ki, Van Burendən 
qırx altı min artıq səs aldı. Bütünlükdə isə seçkilərdə iki milyon yarım nəfər iştirak 
etmişdi. Elektorların kollegiyasında isə onun üstünlüyü yüz yetmiş dörd səsə bərabər 
idi,  başqa  sözlə  ümumilikdə  onun  rəqibi  altmış  səs  almışdısa,  general  Harrisonun 
lehinə iki yüz otuz dörd elektor səs vermişdi. Viqlər gördülər ki, artıq onların səhər 
şəfəqi nəhayət ki, parladı və Cekson rejimi başa çatdı. Ancaq vitse-prezident seçilən 
Tayler  də  sıfır  deyildi.  O,  Missuri  Kompromissi  vaxtı  Konqressdə  diqqəti  cəlb 
etmişdi. O, Virciniyanın qubernatoru, Birləşmiş Ştatların senatoru olmuşdu. Sonralar 
o, Kleyin müdafiəçisi oldu. Onun seçilməsi Cekson vaxtı münasibətlərin pozulduğu 
Cənub  demokratlarına  güzəşt  idi.  Bu  vaxt  ölkə  Kleyin  qeyd  etdiyi  kimi  "dəhşətli 
tufandan sarsılan okeana bənzəyirdi".  
Demokratlar  viqlərin  entuziazmına  nifrətlə  cavab  vermək  istədilər,  lakin  çox 
təşvişə  düşdülər.  Onlar  adamlara  ağıl  qoymaq  istəyirdilər,  adamlar  isə  oxumağa  və 
qışqırmağa üstünlük verirdilər. Nəticə isə Van Burenin biabırçı məğlubiyyəti oldu.  
Bu  hadisələrdən  xeyli  əvvəl  ölkənin  ən  görkəmli  adamlarından  biri  vəfat 
etmişdi. Eks-prezident Ceyms Monro 4 iyul 1831-ci ildə Nyu York şəhərində həyatla 
vidalaşdı.  Ölkə  artıq  sayca  üçüncü  prezidentini  öz  milli  bayramı  günü  itirirdi. 
Birləşmiş  Ştatların  ikinci  və  üçüncü  prezidentləri  Con  Adams  və  Tomas  Cefferson 
beş il əvvəl elə həmin gün ölmüşdülər.  

 
243 
Anti-quldarlıq hərəkatı – Abolitsionizm 
 
Missuri Kompromissi adı ilə məşhur olan sənədin qəbul edilməsindən iyirmi 
il keçmişdi. Bu dövrdə İsrailin qədim peyğəmbərləri kimi çox az adam olmuşdu ki, 
bütün günü və gecəni ölkənin bəlaları barədə öz harayanı kəsməsin. Onların arasında 
birinci sayılmalı olan Bencamin Landi idi. Virciniyada ticarətlə məşğul olanda onda 
qara  adamlara  maraq  yaranmış  və  o,  öz  həyatını  zəncilərin  azad  edilməsinə  həsr 
etməyi  qərara  almışdı.  O,  öz  məşğuliyyətini,  arvadını  və  uşaqlarını  arxada  qoyub, 
çıxışlar  edib,  cəmiyyətlər  yaratmaqla  bütün  ölkəni  gəzib  dolaşırdı.  1821-ci  ildə  o, 
"Ümumi  Azadlıq  Dühası"nı  yaratdı.  O,  demək  olar  ki,  birliyin  bütün  ştatlarına, 
Kanadaya, Meksikaya və Vest İndiyaya bu məsələni müdafiə etmək üçün səfər etdi. 
Yeni İngiltərəyə 1821-ci ildə etdiyi bir səfər vaxtı Landi adamlarla dolu olan evdəki 
yığıncaqda bir qızğın ruhlu cavan oğlanla - Uilyam Lloyd Qarrisonla tanış oldu. Bu 
iki  adam  birlikdə  Baltimora  getdi  və  birlikdə  antiquldarlıq  jurnalının  naşiri  oldular. 
Lakin  onlar  tezliklə  ayrıldılar.  Qarrison  ölkədə  aparıcı  abolitsionist  oldu.  Qızğın 
çıxışına görə, bir müddət dustaqxanada qaldıqdan sonra o, Bostona yollandı. Burada 
o,  1831-ci  ildə  “The  Liberator”  qəzetinin  əsasını  qoydu  və  bu  qəzetdə  bütün  qul 
sahiblərini  amansız  sərtliklə  məhkum  etdi.  O,  bütün  qulların  qeyd-şərtsiz  azad 
edilməsini  tələb  edirdi  və  quldarlığa  icazə  verən  Konstitusiyanı  "ölüm  müqaviləsi, 
cəhənnəmlə razılaşma" adlandırırdı.  
1831-ci  ildə  Virciniyada  qul  qiyamları  çoxaldı,  onlara  zənci  Nat  Torner 
başçılıq edirdi. Bu qiyamlarda 61 ağ adam, əksərən qadın və uşaqlar öldürüldü. Bu 
bütün  Cənubda  dəhşətli  titrəyiş  yaratdı.  Bu  vaxt  quldarlığı  saxlayan  Virciniya 
ərazisində  qulları  azad  etmək  barədə  öz  qanunverici  orqanı  vasitəsilə  ciddi  surətdə 
düşünürdü.  Və  burada  quldarlıq  institutu  ləğv  edildi,  bu  quldarlığın  denonsasiya 
edilməsinə bənzəyirdi.  
Bu  böyük  məsələ  Konqressdə  də  səslənirdi,  buna  hökumət  iki  yolla  məcbur 
edilməli  idi  -  Konqressə  daxil  olan  petitsiyalar  vasitəsi  ilə  və  yayılan  abolitsionist 
ədəbiyyatından  istifadə  yolu  ilə.  Bir  çox  illər  ərzində  Kolumbiya  mahalından, 
kvakerlərdən  nadir  hallarda  quldarlığı  ləğv  etmək  barədə  petitsiyalar  gəlmişdi. 
Qarrison  öz  təbliğatını  başlayanda  petitsiyalar  daha  tez-tez  gəlməyə  başladı. 
Petitsiyaların  çoxu  Nümayəndələr  Palatasında  böyük  nüfuz  sahibi  olan  Con  Kvinsi 
Adamsın əlinə düşürdü, o, isə bu vaxt petitsiya hüquqlarının tərəfdarına çevrilmişdi.  
Yeni  prezident  seçilən  general  Harrison  bir  həftəlik  əziyyətli  səfərdən  sonra 
Vaşinqtona gəlib çatdı, bu onun həyatının 67-ci ildönümü günü idi.  
İnauqurasiya günü hava tutqun və soyuq idi, bütün günü soyuq şimal küləyi 
əsirdi,  həm  də  yeni  prezident  atın  belində  paltosuz  və  əlcəksiz  iki  saat  mərasimdə 
iştirak etdi. Sonra o, daha bir saat açıq havada dayanıb inauqurasiya nitqini oxudu. 
Hamıya elə gəlirdi ki, paltosuz dayanmaqla o, özünü göstərmək istəyir, həm də sonra 
söz-söhbət gəzirdi ki, onun səhhəti pisdir. O, sağaldı və adminstrasiyaya dövlət katibi 
təyin edilmiş Deniel Uebsterlə birgə vəd etdiklərini yerinə yetirməyə başladı.  
Prezident  özünün  sadə  həyatını  kənd  evində  keçirmişdi,  vəzifəni  qəbul 
etdikdən  sonra  hər  gün  gecə  yarısına  qədər  özü  qonaqlarla  məşğul  olurdu.  Səhər 
tezdən  o,  çox  erkən  qalxırdı,  dostlarının  məsləhətinin  əksinə,  soyuq  havada  uzun 
müddət  gəzirdi.  Yüzlərlə  vəzifə  axtaranlar  öz  vəziyyətlərini  düzəltməyə  çalışırdılar 

 
244 
və  prezident  o  qədər  xeyirxah  ürəyə  malik  idi  ki,  hamının  xahişini  yerinə  yetirə 
bilmədiyinə görə, bunu özünə dərd edirdi. Onun səhhəti bu gərginliyə yalnız üç həftə 
dözə  bildi  və  o,  yorğan-döşəyə  düşdü.  Aprelin  4-də  gecə  yarısından  bir  saat  yarım 
sonra,  inauqrasiyasından  düz  bir  ay  keçən  gün  Prezident  Harrison  vəfat  etdi.  Millət 
Prezidentin  qəfil  ölümündən  sarsıldı.  O,  böyük  dövlət  xadimi  deyildi,  partiya  lideri 
də  deyildi,  lakin  səmimi  və  vicdanlı  adam  idi  və  bütün  partiyaların  hörmətini 
qazanmışdı.  
Viqlər  öz  prezidentlərinin  ölümündən  qorxuya  düşdülər.  Vaşinqtonun 
inauqurasiyasından  əlli  il  keçmişdi  və  heç  bir  prezident  bundan  əvvəl  vəzifədə 
ölməmişdi və viqlər bu ehtimalı nəzərə almamışdılar. Tayler nəhayət prezident oldu, 
lakin viqlər Tayler barədə o qədər arxayın deyildilər. O, son illər içərisində demokrat 
olmuşdu və böyük nəticədə onun baxışları hər iki partiyaya məlum deyildi. Ona görə 
də o, sadəcə olaraq "Tayler də həmçinin" kimi tanınırdı və indi ilk dəfə adamlar onun 
kim  olduğunu  öyrənmək  istəyirdi.  Tayler  haqqında  ancaq  bir  şey  məlum  idi.  O, 
nüvəsinə  qədər  cənublu  idi.  Ştatın  hüquqları  barədə  dar  hissə  malik  idi.  Senatorlar 
içərisində  o,  yeganə  adam  idi  ki,  Cənubi  Karolinanın  qanunun  hüquqi  qiyməti 
məsələsi  olmaması  barədəki  xəttinə  qarşı  səs  verməmişdi.  Tayler  prezident  kimi, 
"Fiskal Bank" adlanan qanun layihəsi iki palatadan keçdikdən sonra öz vetosu ilə onu 
geri  qaytarmışdı.  Viqlər  bundan  çox  hiddətlənmişdilər.  Lakin  demokratlar  vetoya 
sevinirdilər  və  vetonun  qəbul  edildiyi  həmin  günün  axşamı  çoxlu  senator  və  aşağı 
palatanın  üzvü  gələcək  prezident  Ceyms  Byukenenin  başçılığı  altında  onu  təbrik 
etmək üçün Ağ evə yollanmışdı.  
Viqlər  "Fiskal  Korporasiya"  qanunu  qəbul  edilib,  prezidentə  göndərildikdə 
tarazlığın yaranması üçün onun imzalanmasını gözləyirdilər. Beş gün sonra bill yenə 
veto  ilə  Nümayəndələr  Palatasına  göndərildi.  Viqlər  yenidən  qəzəbdən  alışıb 
yanırdılar.  Ona  görə  də  Uebster  istisna  olmaqla  bütün  kabinet  istefaya  getdi.  Kley 
onun  "korporal  qoruyanları"  olan  məsləhətçilərini  amansız  sözlərlə  ifşa  edirdi,  bu 
vaxt  Taylerin  dostları  isə  Kleyi,  Viq  partiyasının  özü  tərəfindən  təyin  edilmiş 
diktatoru adlandırdılar.  
Tayler  nəhayət  Uebsteri  də  dövlət  katibi  vəzifəsindən  istefaya  göndərdi. 
Çünki prezident böyük layihə barəsində düşünürdü, Uebster isə onu icra etməli olan 
adam deyildi. Onun bu gizli proyekti isə Texasın anneksiyası idi.  
1927-ci ildə quldarlığın bütün ölkədə ləğvi və Texasın buna razı olmaması ilə 
Meksika ilə onun bu şimal ərazisi arasında mübarizə başlandı. 1836-cı ildə Texas öz 
müstəqilliyini elan etdi və Birləşmiş Ştatlar və bir neçə Avropa dövlətləri tərəfindən 
bu  ayrıca  millət  kimi  tanındı.  Həmin  1836-cı  ildə  Alamo  qırğını  baş  vermişdi,  bu 
qırğın vaxtı məşhur Deyvi Krokett öldrülmüşdü, San Xasinto döyüşü baş vermişdi və 
bu döyüşdə Tennessinin keçmiş qubernatoru general Sem Hyuston Meksikanın lideri 
Santa  Annanı  qaçmağa  məcbur  etmişdi.  Texas  istəyirdi  ki,  ayrıca  mövcud  olmasın, 
ştat kimi  Birliyə daxil olsun. Diyarın  müstəqillik deklarasiyasına imza atmış altmış 
adamdan  53-ü  Birləşmiş  Ştatlarda  doğulmuşdu  və  bu  fakt  göstərirdi  ki,  Texas  niyə 
belə  tezliklə  Birliyin  qapısını,  ona  daxil  olmaq  üçün  döydü.  Lakin  Texas  qul 
qurşağında yerləşirdi və o qəbul edilsə qul ştatı olacaqdı. Prezident Cekson öz böyük 
cəsarəti  ilə  yanaşı  açıq  anneksiyaya  risq  etməkdə  tərəddüd  göstərmişdi.  Məsələ 

 
245 
Taylerin  dövrünə  qədər  qalmışdı  və  o  öz  adminstrasiyasının  böyük  tədbiri  kimi, 
ərazini cəld qaydada anneksiya etməyi qərara aldı.  
Şübhəsiz,  Amerikanın  siyasətinə  və  sosial  fəaliyyətinə  Cekson  və  onun 
tərəfdarları hakimiyyətdə olarkən həqiqi inqilab təsirini göstərmişdi. Ancaq kim deyə 
bilərdi ki, bu adamlar həmin inqilabın məhsulu deyillər. Sərhəd əsgərinin prezident 
olduğu dövrdə qanunsuzluq havasında güzəştsiz hərəkətlər az rol oynamamışdı. Belə 
sərt  idarəetmənin  "məhsulu"  özünü  kifayət  dərəcədə  onun  köməkçisi  və  varisinin 
mülayim  idarəçiliyi  dövründə  daha  aydın  göstərdi.  Ölkə  göründüyü  kimi  bu  işarəni 
general Ceksonun özündən almışdı.  
Özbaşınalıq edən adamlar hər yerdə qanunu öz əllərinə keçirmək istəyirdilər 
ki,  öz  gözlərində  yaxşı  görünən  hər  şeyi  etsinlər.  Onlar  istismar  etdikləri  adamların 
tətillərini  yatırtmaq,  seçkiləri  ləğv  etmək,  təbliğatçıları  sakitləşdirmək  və  azad 
zənciləri  şəhərlərdən  qovmaq,  Roma  katoliklərinin  limanlarda  meydana  gələn 
qüvvəsini dağıtmaq üçün güc tətbiq edirdilər. Adamlar şəhərin küçələrində də silahlı 
dəstələrlə bir-biri ilə vuruşurdular, təkcə ona görə ki, onlar əks dini məsləkə mənsub 
idilər və ya rəqib siyasi fraksiyadan və ya antoqonist irqlərdən idilər. Yerli adamlar 
immiqrantlara, protestantlar Roma katoliklərinə qarşı vuruşurdu. 1834-cü ilin yaddan 
çıxmayan avqust gecəsi Çarlstonda Ursulin qadın monastırı, bu Amerika azadlığının 
ilk  şəfəqi  parlamış  Banker  Hilldən  bir  az  aralı  idi,  qarət  edildi  və  məşələ  çevrildi. 
Protestant  kütlə  irland  immiqrantları  ilə  birlikdə  gəlmiş  Roma  kilsəsinin  artan 
nüfuzuna  qarşı  bu  yolla  narazılığını  bildirirdi.  Belə  bir  qanlı  hadisə  gedən  vaxt 
şəhərin qulluqçuları fəaliyyətsiz dayanaraq, heç nəyə qarışmırdılar.  
Heç  kəs  ədalətli  surətdə  deyə  bilməzdi  ki,  general  Cekson  belə  şeylərin 
tərəfdarıdır.  O,  özünün  başa  düşdüyü  kimi  qanunu  mühafizə  edirdi,  başqalarını  da 
bunu  etməyə  sövq  edirdi.  Onun  çağırışı  yalnız  siyasət  işlərində  onun  əleyhinə  olan 
adamlara qarşı idi, o bəhanə axtarırdı ki, hüquqi məsələlərin həll edilməsində onların 
üzərinə  rəsmi  məhdudiyyətlər  qoysun.  Ceksonun  təmsil  etdiyi  yeni  demokratiyada 
ümumi  adamlar  kütləsi  bütün  işlərdə  öz  üzərlərinə  götürdüyü  vəzifələri  tərk 
etmişdilər  və  öz  standartlarına  uyğun  olaraq  hüquqlardan  istifadə  edirdilər.  Şübhə 
yoxdur ki, Ceksonun ikinci prezidentliyi müddətində üsyan qalxırdı. Onun dostları və 
tərəfdarları  "kasıbların  varlılara  təbii  nifrət  etməsi"  kimi  səfeh  sözlər  danışırdılar. 
Böyük  iqtisadi  qüvvələr  bərabər  qaydada  dəyişikliklərə  və  iğtişaşlara  doğru 
irəliləyirdi.  Kapital  və  əməyin  münasibətləri  general  Ceksonun  fəaliyyətindən  və 
fəaliyyətsizliyindən asılı olmayaraq dəyişirdi, qiymətlər qalxırdı, maaşlar onun başa 
düşmədiyi  qanunlarla  dəyişirdi.  Dəmir  yollar  millətin  həyatının  xəttini  və  sürətini 
dəyişirdi. Ona görə də siyasətdə də köklü dəyşikliklərə ehtiyac var idi.  
Seçkilər başa çatdı və viqlər qalib gəldikdə əmin idilər ki, Konqressin hər iki 
palatasında  çoxluğa  malik  olacaqlar,  əlbəttə  bu,  kiçik  çoxluq  idi.  Nümayəndələr 
Palatasında  onlar  iyirmi  beş,  Senatda  isə  altı  artıq  səsə  malik  idilər.  Onların 
proqramına Müstəqil Xəzinə Aktını ləğv etmək, yeni Milli Bank yaratmaq, xəzinənin 
vəziyyətini  yüngülləşdirmək  üçün  ləngimədən  istiqraz  buraxmaq  səlahiyyətlərinə 
malik  olmaq,  daimi  gəlir  əldə  etmək  üçün  hökumətin  yeni  tarif  rüsumları  sistemini 
yaratmaq  və  ictimai  torpaqları  satmaqda  davam  edən  ştatlar  arasında  əldə  edilən 
pulları  bölüşdürmək  daxil  idi.  Dövrün  maliyyə  çətinlikləri  hökuməti  bəzi  şeylərə 
öyrətdi  və  general  Harrisonun  ilk  hərəkəti  Konqressin  fövqəladə  sessiyasını  mayın 

 
246 
son  günündə  yığmaq  oldu  ki,  vəziyyəti  yüngülləşdirmək  üçün  tədbirlər  görülsün. 
Lakin  onlar  yığışmamışdan  Harrison  öldü  və  onun  həyata  keçirilməsinə  kömək 
etməli  olduğu  bütün  planların  hamısı  qarışdı.  Prezident  seçkisi  kampaniyasının 
həyəcanı  və  yorğunluğu,  seçkilərlə  əlaqədar  çoxlu  məsləhət  verən  adam  axını  ilə 
ünsiyyət,  seçkilərdən  sonra  onun  ətrafına  toplaşanlar  bu  altmış  yeddi  yaşlı  adamın 
qüvvəsi üçün görünür çox idi.  
Con Tayler prezident oldu, ona heç bir Viq üzvü öz lideri kimi baxmırdı. O, 
cənublu demokrat idi, ictimai siyasət prinsiplərinə uyğun olaraq general Cekson kimi 
Bankın  əleyhinə  idi.  Beləliklə  seçki  kampaniyasının  maskaradı  onun 
peyğəmbərcəsinə irəlini görməsi ilə uzlaşdı. Zəfər çalmış viqlər demokrat prezidentlə 
qaldılar.  Onların  proqramı  əlbəttə  ki,  həyata  keçirilmədi.  Tayler  öz  mövqeyinin 
möhkəm olmadığını hiss edirdi, ona görə də özünü orta xəttlə bağlamağa cəhd edirdi. 
O, liderlik eləmək üçün nə kifayət dərəcədə cəsarətə, nə də təşəbbüsə malik idi. Onun 
məsləhətçiləri viq liderləri idi. Bankla əlaqədar olan məsələlərdə o, həmişə tərəddüd 
edirdi.  Hər  dəfə  onun  dostları  deyirdilər  ki,  o,  qanunu  imzalayacaqdır.  Lakin  son 
anda o, bu sənədi kənara atırdı.  
General  Harrison  partiyanın  inanılmış  natiqlərindən  özünə  kabinet  təşkil 
etmişdi.  Ölkənin  yarısının,  viqlərdən  ən  böyük  şəxsiyyət  kimi  tanıdığı  Uebster 
Dövlət  katibi  olmuşdu.  Tayler  partiya  siyasətini  davam  etdirməyi  səmimi  surətdə 
arzulamaqla,  hökumətdə  vəzifə  tutan  adamlardan  öz  yerlərində  qalmağı  xahiş  etdi. 
Lakin Bank haqqında qanuna o, son dəfə veto qoyarkən viqlər artıq ona inanmırdılar. 
1841-ci  ilin  sentyabrında  Uebster  istisna  olmaqla  bütün  kabinet  üzvləri  öz 
vəzifələrini  tərk  etdilər.  Uebster  isə  şimal  sərhədləri  barədə  İngiltərə  ilə  mühüm 
danışıqlar aparıldığına görə və bu danışıqların uğurlu nəticəsinə ümid bəslənildiyinə 
görə vəzifəsinin icrasını davam etdirirdi. Viqlər icra hakimiyyətindən əlini çəkdi.  
Prezident  istiqraz  buraxmaq  zəruriyyəti,  planlaşdırılmış  tarif  dəyişiklikləri, 
ictimai torpaqların satılmasından əldə edilən pulların ştatlar arasında bölüşdürülməsi 
ilə  razılaşaraq,  Müstəqil  Xəzinə  Aktının  ləğv  olunması  barədə  qanunu  imzaladı. 
Bankdan başqa digər tədbirlər isə elə müsbət təsir göstərmədi. 1842-ci il seçkilərində 
viqlərin Nümayəndələr Palatasındakı böyük çoxluğu yoxa çıxdı. 61  səs çoxluğu bu 
seçkilərdə  25-ə  endi.  Senatda  isə  onlar  mövqelərini  saxlayırdılar.  Lakin 
Nümayəndələr  Palatası  olmadan  onlar  heç  nə  edə  bilməzdilər.  Köhnə  rejimi  bərpa 
etmək barədə onların arzuları puça çıxdı.  
Viq  liderləri  bildilər  ki,  siyasətin  dəyişilməsi  davam  edəcəkdir.  Siyasət 
səhnəsinə  quldarlıqla  əlaqədar  məsələ  çıxdı.  Şimali-qərb  əraziləri  konfederasiyaya 
daxil  edilən  gündən  Missurinin  Birləşmiş  Ştatlara  qəbul  edilməsi  ucbatından 
ehtiraslar  qığılcımı  yenidən  parladı.  Bu  məsələ  əvvəlkilərdən  daha  təhlükəli  və 
dağıdıcı  ola  bilərdi.  Bu  təkcə  quldarlığın  ləğv  edilməsi  məsələsi  deyildi,  quldarlıq 
ərazilərinin  genişləndirilməsi  məsələsi  idi.  Anti-quldarlıq  cəmiyyətini  yaradan 
adamlar  quldarlığın  ləğv  edilməsinin  səmmimi  tərəfdarları  idilər.  Onlar  quldarlıq 
ərazilərini  məhdudlaşdırılması  barədə  hər  dəfə  daha  böyük  tələblər  irəli  sürürdülər. 
Birləşmiş  Ştatların  tərkibinə  daxil  olan  ştatlarda  quldarlıq  elə  bir  institut  idi  ki, 
onunla  hökumət  heç  nə  edə  bilməzdi.  Konqress  Kolumbiya  mahalında  quldarlığın 
qadağan edilməsinə və ştatlar arasında qul alverinin məhdudlaşdırmağa məcbur oldu. 
Lakin digər ştatlar qalırdı. Satın alınmış böyük Luiziana qullarla dolu idi.  

 
247 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin