Telman Orucov


Şimalla Cənub arasında kompromiss axtarışları



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

Şimalla Cənub arasında kompromiss axtarışları 
 
"Azad torpaq" kampaniyası partiya xəttini elə köndələn kəsmişdi ki,  heç kəs 
sonra  nə  olacağını  deyə  bilmirdi.  Hər  şey  dəyişikliklərdən  xəbər  verirdi.  1840-cı 
ildən  1850-ci  ilədək  olan  on  il  ərzində  yeni  qüvvələr  başını  qaldırarkən,  köhnə 
qüvvələr  özlərini  sınadılar  və  dəyişdilər.  Rod  Aylend  öz  səsvermə  hüququnu 
genişləndirdi  və  özünün  köhnə  dəbli  konstitusiyasında  liberal  dəyişikliklər  etdi.  Bu 
konstitusiya  köhnə  koloniya  dövrlərindən  dəyişilməmiş  qalmışdı.  Nyu  York 
qanunvericilik  orqanı  Hadson  çayı  üstündəki  torpaqları  istifadə  edən  adamlara  bu 
torpaq üçün ödəmə hüququnun saxlanmasını qərara almışdı. Ona görə də onlar renta 
ödəməkdən imtina edirdilər, şeriflərə silahlı qaydada müqavimət göstərirdilər.  
Tayler  Texasın  anneksiya  edilməsi  barədə  danışıqlar  aparanda  və  Polk 
Meksika  divarlarını  yarıb  keçəndə,  bütün  bu  dövrdə  altı  min  mil  məsafədə  dəmir 
yolu  çəkilmişdi.  Ölkənin  əhalisi  on  yeddi  milyondan  iyirmi  üç  milyona  çatmışdı. 
Florida, Ayova və Viskonsin də Texas kimi ştatlar siyahısına daxil olmuşdu. Dəmir 
yolu ilə birlikdə yayılan elektrik teleqrafı ticarətin və rəylərin sürətli hərəkətinə şərait 
yaratmışdı. İmmiqrantların indiki böyük axınını ölkə əvvəllər heç vaxt görməmişdi. 
Bir ildə yüz min nəfərdən artıq immiqrant gəlməsi 1842-ci ilə qədər görünməmişdi.  
Təkcə 1845-ci ildə ölkəyə gələn İmmiqrantların sayı yüz qırx min olmuşdu və 
ildən ilə immiqrant axını artırdı. 1849-cu ildə isə bu rəqəm  iki yüz əlli yeddi minə 
çatdı.  
Bu  illər  okeanın  o  tayında  həqiqi  bədbəxtlik  illəri  idi.  1846-cı  və  1847-ci 
illərdə İrlandiyada dəhşətli aclıq baş verdi. 1848-cü ildə Avropa dövlətləri bir daha 
inqilabla  lərzəyə  gəldi.  İrlandlar  təkcə  qida  verən  torpaq  axtarmırdı,  qitənin  köhnə 
monarxiya  dövlətlərindən  olan  adamlar  da  həmçinin  artıq  azadlıq  bərqərar  olan 
ölkələri axtarırdılar. Əcnəbi dillərdə danışan və başqa adətlərə mənsub olan adamlar 
yeni həyat üçün azad yer axtarırdılar. Onlar əsasən şimalın şəhərlərində yığışırdılar. 
Özləri fəhlə olduqlarına görə, əməyin azad olmadığı cənuba gəlmirdilər. Qərbə doğru 
minlərlə  adamın  hərəkəti  başlandı.  Bu  isə  Birləşmiş  Ştatlarda  yeni  torpaqların 
açılmasına,  sənayenin  diversifikasiyasına,  millətin  sürətlə  böyüməsinə  şərait 
yaradırdı.  
Bu vaxta qədər ölkə əsasən köhnə vətəndən gəlmiş adamlardan ibarət olan ilk 
sakinlər  və  onların  təbii  artımı  hesabına  böyüyürdü.  Bu  dövrdən  isə  onların 
qüvvəsinə  kənardan  gələnlər  əlavə  olundu.  Okeanın  o  tərəfindən  gələn  insan 
qabarması  bir  dəfə  başlayandan  sonra  çəkilməyə  keçmədi  və  ya  azalmadı. 
İmmiqrasiya  və  ya  təbii  artımdan  asılı  olmayaraq  əhalinin  artımı  bütövlükdə  milli 
gücü artırırdı. Missuri və Arkanzasın da əhalisinin bura daxil olmasına baxmayaraq 
qul  saxlayan  ştatların  əhalisi  yalnız  sərhədlərin  genişlənməsi  hesabına  böyüyürdü, 
hətta Texas da bura əlavə olunduqda on il ərzində onların əhalisi yalnız iki milyon 
artmışdı, bu dövrdə ölkənin qalan hissəsi öz əhalisini dörd milyon artırmışdı.  
Sənaye  də  əhalinin  artdığı  sürətlə  böyüyürdü  və  ixtiralar  bu  prosesi 
yaxşılaşdırır  və  asanlaşdırırdı.  1846-cı  ildə  tam  yararlı  olan  toxucu  dəzgahı 
patentləşdirildi. 1847-ci ildə fırlanan çap maşını icad edildi.  
Cənub  siyasətçiləri  ancaq  Konstitusiya  hüquqlarından  danışmalarına  və 
göründüyü  kimi  ancaq  quldarlığın  genişlənməsi  barədə  müzakirə  aparmalarına 

 
257 
baxmayaraq, Cənub tacirləri Sakit okeana dəmir yolu çəkmək üçün iclaslar keçirir və 
öz  ticarətlərini  genişlənən  Qərblə  birləşdirməyi  müzakirə  edirdilər.  Onların  planları 
qitə  miqyasında  təsirə  malik  idi.  Onlar  yeni  dövrün  dili  ilə  danışırdılar  və  ümumi 
inkişafda öz yerlərini tapmaq istəyirdilər. Onlar inkişaf prosesində iştirak etməyi arzu 
edirdilər. Dövrün ruhu və gücü onlara qarşı çevrildi. Bu bir daha o vaxt sübut oludu 
ki,  Konqress  Meksikadan  alınmış  yeni  ərazilərdə  quldarlığa  münasibətdə  öz 
seçkisindən nə qaça bilmədi, nə də bunu təxirə sala bilmədi. Qvadelupa müqaviləsini 
Hidalqonun  imzaladığı  həmin  ayda  (1848-ci  ilin  fevralı)  Kaliforniyada  zəngin  qızıl 
yataqları  tapıldı  və  Vaşinqton  siyasətçiləri  ərazi  kimi  region  təşkil  etməyə  hazır 
olduqlarından əvvəl bura fərasətli adamlarla doldu. Onlar buranın Birləşmiş Ştatlara 
ştat  kimi  daxil  olması  barədə  müraciətlər  etməyə  hazır  idilər.  1850-ci  il  əhalinin 
siyahıya alınmasından əvvəl burada səkkiz min məskun var idi, onlar burada sərvət 
axtarmağa  gəlmişdilər.  Bu  çöllərdə  adamların  və  heyvanların  ağaran  sümükləri 
səpələnmişdi.  Lakin  adamların  bura  axını  qurtarmırdı  və  ya  zəifləmirdi.  Minlərlə 
adam arqonavtlar kimi "qızıl yun" tapmaq məqsədinə nail olurdu və bu adamlar ştat 
qurmağa başladılar. Bu kifayət dərəcədə onu göstərirdi ki, bu məsələ baş verəcəkdir, 
Konqress də onun ziddinə hərəkət etməyəcəkdir.  
Yeni  prezident  daha  çox  xoşagəlməyən  qaydada  məsələyə  təsir  edirdi. 
General Teylor prezident olmamışdan xeyli əvvəl Qərbdəki işlərə bir əsgər kimi təsir 
etmişdi.  O,  Kaliforniyadakı  və  Nyu  Meksikadakı  sakinlərə  məsləhət  görürdü  ki, 
ştatın  konstitusiyasını  tərtib  etsinlər  və  bir  gün  özlərinin  seçdikləri  institutlarla 
Birləşmiş  Ştatlara  daxil  olmaq  barədə  müraciət  etsinlər.  Kaliforniyalılar  onun 
məsləhətinə  tezliklə  əməl  etdilər  və  Konqress  onlarla  görüşdükdə,  onlar  qurulması 
tam  başa  çatmış  hökumət  yaratmışdılar.  General  Teylor  ərazinin  əyalət  hərbi 
qubernatoru  general  Rileyə  əmr  etdi  ki,  oradan  çıxsın.  Palatalar  öz  iclaslarını 
keçirəndə, səmimi əsgər olan prezident onlara nəhayət yeni ştatı Birliyə qəbul etməyi 
məsləhət  gördü.  Nyu  Meksikanın  qəbul  edilməsini  isə  onların  hazırlığı  başa  çatana 
qədər  təxirə  saldı.  Lakin  bu  məsələ  elə  də  asan  başa  gəlmirdi.  Bu  hadisələrlə  dolu 
ildə  ölkəni  dərin  həyəcan  bürüdü.  Birləşmiş  Ştatların  gələcəyi  bunun  nəticəsindən 
asılı  oldu.  Elə  əhəmiyyətli  məsələlər  danışılırdı  və  elə  qorxu  yaranırdı  ki,  onları 
yaddan çıxarmaq asan deyildi.  
Otuz  beş  il  əvvəl  Birləşmiş  Ştatların  parçalanması  barədə  danışan 
federalistlərdən  aralanan  Con  Kvinsi  Adams  1843-cü  ildə  Texasın  cənuba  əlavə 
edilməsindən  ölkəni  ədalətli  parçalanmaya  gətirib  çıxaracaq  perspektiv  barədə 
bəyanat  verən  viqlərə  qoşuldu.  Ləğv  etmə  hərəkatının  lideri  olan  Qarrison  1845-ci 
ildə təklif etdi ki, Massaçusets Birləşmiş Ştatlardan çıxmaq hərəkatına başçılıq etsin 
və  anti-anneksiya  qurultayında  o,  bu  təklifinə  görə  səmimi  alqışlar  qazandı.  Xalq 
kütlələri bu şeylərin arxasınca getmirdi. İti düşüncəli dövlət xadimləri bu təklifə ciddi 
rəğbətlə  yanaşmırdılar.  Lakin  hətta  bütün  şimal  ştatları  öz  qanunverici  orqanları 
vasitəsilə bunu tələb etsəydi,təkcə Uilmot düzəlişi qəbul olunsa, hər bir Cənub ştatı 
buna  qarşı  etiraz  edəcəkdi.  Cənublu  adamlar  açıqca  federal  hökumətin  quldarlığı 
qadağan  etmək  barədəki  səlahiyyətlərini  inkar  edirdi.  Ölkə  sakitləşməyən 
danışıqlarla  dolu  idi.  Hamı  düşünürdü  ki,  cənublular  prinsiplərini  kənara  atsalar, 
buna  nə  ilə  cavab  verəcəklər.  Cənublular  öz  limanlarını  Şimala  qarşı  bağlamaq 
istəyirdilər və bütün ustalıqlarını və gücünü nəhayət Qərblə siyasi və iqtisadi ittifaq 

 
258 
qurmağa  sərf  edirdilər.  Bütünlüklə  Birləşmiş  Ştatlardan  ayrıldıqda,  bu  onların 
axırıncı güvəndiyi amil olacaqdı.  
Belə bir şəraitdə bir qərara gəlmək o qədər də asan deyildi. Hətta kompromiss 
də  uzun  müddət  mümkün  olmayan  bir  iş  kimi  görünürdü.  Köhnə  xadimlər  bu 
məsələdə  kənarda  dayanmırdılar.  Keçmiş  dövrlərin  onun  üzərinə  qoyduğu  borcla 
Kley  ürəklərə  yol  tapan  tonla  hərəkət  edirdi.  Uebster  hakimiyyətin  aləti  kimi 
Konstitusiya barədə danışmağı kəsmişdi, o, sülh və kompromiss yollarını axtarmağa 
kömək  edən  şeylərdən  danışırdı.  Razılaşma  şəraiti  yaranana  qədər  palatalarda  və 
onlardan kənarda bir neçə ay müzakirələr getdi. Nəhayət razılığa gəlindi ki, 1850-cı 
ilin  son  ayında  Kaliforniya  Birləşmiş  Ştatlara  azad  ştat  kimi  özü  qurduğu 
konstitusiya  ilə  daxil  olsun.  Meksikanın  verdiyi  digər  ərazilər  quldarlıq  üçün  açıq 
saxlanıldı ki, hadisələrin gedişi və kənardan cənuba əhali axını onu qura bilsin. Sərt 
şərtləri olan "Qaçqın Qul qanunu" cənublular üçün qaçmış qulların geri qaytarılması 
sahəsində səmərəli leqal imkan yaradırdı. Bu dövrdə 1850-ci ilin martında Kalhoun 
öldü,  
Məsələlər  yenə  də  prinsiplərin  kompromissi  barədə  müqavilə  bağlanması 
tərəfə  döndü.  Mərhum  Kalhoun  Adamsa  və  Kleyə  qarşı  müxalif  olub,  ilk  dəfə 
general Ceksonu müdafiə etmiş, sonradan ondan üz döndərərək viqlərlə birlikdə Van 
Burenə və Taylerə qarşı çıxış etmişdi. Viqlər onun həmişə ümidi və arzusu olmuşdu, 
o, şimali İrlandiyadan gəlmişdi.  
Azad  ruhlu  viqlər  və  azad  ruhlu  demokratlar  Konqresdə  öz  nöqteyi-
nəzərlərini  ifadə  edirdilər.  Nyu  Yorkdan  olan  yeni  Viq  senatoru  Syuard  bu  məşhur 
müzakirələrdə  özünü  həqiqi  radikal  filosof  kimi  göstərmişdi.  İstər  rəyində,  istərsə 
niyyətlərində o, eyni qaydada radikal çıxış edirdi. O, tamamilə bütün kompromissləri 
rədd  edirdi,  quldar  ştatlarla  azad  ştatların  tarazlıq  imkanını  inkar  edirdi  və  bütün 
ölkənin təkcə Konstitusiya deyil, "Konstitusiyadan daha yüksək qanun olan" ədalətə 
və  azadlığa  özünü  həsr  etməli  olduğunu  elan  edirdi.  O,  deyirdi  ki,  "  Quldarlığın 
iqtisadiyyatın şəfqətverici göstərişlərinin humanizmin yetişmiş təsirlərinə yol verməli 
olduğuna  inanmır.  Quldarlığı  qoruyan  bütün  tədbirlər  və  onun  zorakılığını  daha 
mükəmməl  etmək  üçün  genişlənməsi  -  bütün  bunlar  onun  böyüməsini  və  ya  onun 
qüvvələrinin ləğv edilməsini yoxlamaqla, dinc yolla onun kökünün kəsilməsinə meyl 
edir". Kalhoun qulaqlarında məhz bu sözlər səslənərkən öldü.  
1850-ci  ildə  Birlikdən  ayrılma  hədəsi  ciddiləşməyə  başladı.  İyun  ayında 
Neşvilldə aparıcı cənublu dövlət xadimlərinin qurultayı keçirildi. Qurultay təntənəli 
surətdə bəyan etdi ki, Birlikdən ayrılmaqda ştat mücərrəd hüquqa malikdir. 1832-ci 
ildə  olduğu  kimi  ayrıca  bir  ştat  yox,  qul  ştatlarının  çoxu  bu  bəlalı  addımı  atmaq 
istəyirdi.  Ölkə  qarışıq  vəziyyətdə  olanda  31-ci  Konqress  toplandı.  Nümayəndələr 
Palatasının spikerliyinə Corciyadan olan Nauell Kobb seçildi. Senat indi daha güclü 
idi. Son qırx ildə böyük triumfatorlar olan Kley, Uebster və Kalhoun bütün hökumət 
hərəkətlərində  iştirak  etmişdilər  və  onlar  bu  vaxtlar  Senatda  idilər.  Senatda  30  il 
xidmət etmiş Bekton və digər məşhur xadimlər yenə burada idi. Kley ilk sessiyalarda 
liderliyi  öz  üzərinə  götürüb  müharibə  edən  bölmələr  arasında  harmoniyanı  bərpa 
etmək  ümidi  ilə  seriya  kompromiss  tədbirlər  irəli  sürürdü.  Bunlar  1850-ci  ilin 
Kompromiss  tədbirləri  və  ya  Omnibus  qanunu  kimi  məşhur  oldu.  Bu  məşhur 
qanunda  səkkiz  maddə  var  idi,  onlardan  ən  mühümü  birinci  maddə  idi.  Bu  maddə 

 
259 
Kaliforniyanın  azad  ştat  kimi  qəbul  edilməsini  tələb  edirdi.  Altıncı  maddədə 
Kolumbiya  mahalında  qul  ticarətinin  qadağan  olunması  irəli  sürülürdü.  Yeddinci 
maddədə  isə  yeni  Qaçqın  Qul  qanununu  qəbul  etmək  tələb  edilirdi.  Bu  tədbirlər 
Konqressin  diqqətini  səkkiz  ay  ərzində  özünə  cəlb  etdi.  Qanun  hissələrə  parçalandı 
və seksiyalarda qəbul olundu. Bütün bu hadisələr vaxtı Kley lider idi. O, 72  yaşını 
keçmişdi  və  səhhəti  yaxşı  deyildi.  Kley  həmin  vaxt  Konqressdəki  bütün  adamların 
rəğbətini qazanmaqdan daha çox geniş milli rəğbətə malik idi. Sərhəd ştatının sakini 
və qul sahibi olduğuna görə, o, əslində Şimal adamı olsa da, Cənub adamı kimi idi. 
Cefferson  Devis  Senatda  elan  edəndə  ki,  Missuri  xətti  Sakit  Okeana  qədər 
uzanmalıdır,  Kley  o  dəqiqə  bildirdi  ki,  bununla  heç  vaxt  razılaşmayacaqdır,  çünki 
Cənubi-Qərb  azad  ərazidir  və  belə  də  qalmalıdır.  Biz  indicə  öz  britaniyalı 
əcdadlarımızı  bizim  qitədə  quldarlığı  tətbiq  etdiklərinə  görə  məzəmmət  etdik  və  o, 
istəmir  ki,  Kaliforniyanın  və  Nyu  Meksikanın  gələcək  sakinləri  bizi  eyni  ittihamla 
məzəmmət etsinlər. Kley elan etdi ki, fevralın müəyyən günündə bu qanun barədə o 
danışacaqdır  və  başqa  şəhərlərdən  minlərlə  adam  buraya  gəldi  ki,  amerikan 
natiqlərindən ən maqnetik gücə malik olan bu adamın son çıxışına qulaq assın.  
Martdakı  üç  çıxış  Senatda  tarixi  əhəmiyyət  daşıdı.  Bu  çıxışları  Kalhoun, 
Uebster  və  Syuard  etdi.  Kalhoun  yavaş-yavaş  ölürdü,  lakin  bu  nəcib  çıxışını  edənə 
qədər  xəstəliklə  ona  qalib  gələ  bilmədən  vuruşurdu.  İki  dostunun  köməyi  ilə  o, 
səndələyə-səndələyə palatasına gəldi. Lakin o, öz çıxışını oxumağa qadir deyildi və 
bu  başqası  tərəfindən  edildi.  Cənubun  ömür  sürən  oğlanlarının  ən  böyüyünün  son 
sözünə böyük diqqət kəsilmişdi. Çıxışı oxuyanın qarşısında o, gözləri yarım örtülmüş 
halda,  sakit  oturmuşdu.  Belə  pozasında  kabusa  bənzəyirdi.  Kalhoun  namuslu  adam 
idi  və  onun  çıxışı  da  ruhunun  namuslu  əqidəliliyini  ifadə  edirdi.  O,  Şimalın  onun 
inamına  görə  Birlik  təhlükədə  olana  qədər  Cənubun  hüquqlarına  necə  müdaxilə 
etməsini göstərdi. Böyük protestant kilsəsi Şimal və Cənub qollarına bölündüyü kimi 
ölkənin iki bölməsini bir yerdə bağlayan kəndir bir-birinin ardınca qırılır və tezliklə 
burada  heç  nə  qalmayacaqdı.  O,  Şimala  müraciət  etdi  ki,  Konstitusiyada  düzəliş 
edilməsi ilə razılaşsın ki, bununla Cənuba özünü himayə etmək səlahiyyəti verilsin. 
Bununla  böyük  Cənubi  Karolinalının  ictimai  karyerası  başa  çatdı.  O,  martın  son 
günündə öldü.  
Bu  həqiqətə  uyğun  deyildir  ki,  Kalhoun  Birliyi  parçalamaq  istəyirdi.  O, 
güman  ki,  öz  ştatını  və  bölməsini  Birlikdən  artıq  sevirdi  və  inanırdı  ki,  onun 
bölməsinin  rifahı  üçün  quldarlıq  zəruridir,  buna  görə  də  quldarlığı  müdafiə  edirdi. 
Lakin  Çatamın  yaxşı  dediyi  kimi,  koloniyaların  hüquqlarının  müdafiəsində  loyal 
ingilis  olmaq  qurtardığı  kimi  Kalhoun  da  uzun  müddət  öz  ölkəsini  sevməyən  kimi 
göründü.  Kalhoun  bu  inamında  düzgün  idi  ki,  əgər  millətin  əxlaqi  vicdanlılığı 
quldarlığa əks çıxırsa, quldarlıq məhv olasıdır. Lakin o başqa inamında səhv edirdi 
ki,  bəşər  qanunvericiliyi  xalqın  vicdanını  idarə  edir,  qabağı  görməkdə  yanılırdı  ki, 
Birlik qanlı müharibədən heç də dirilə bilməyəcəkdir. 
Sonrakı böyük çıxışı Daniel Uebster Kalhounun çıxışından üç gün sonra etdi 
və  bu  çıxış  "Yeddisi  mart  çıxışı"  kimi  məşhur  oldu.  Yeni  İngiltərənin  bu  böyük 
oğlunun  nitqi  maraqla  gözlənirdi.  1830-cu  ildə  Heynə  cavab  verəndən  Uebster 
asanlıqla Amerikanın ən böyük natiqi kimi birincilik palmasını öz əlinə götürmüşdü. 
İntellektual  nəhəng  kimi  Uebster  öz  nəslinin  bütün  adamlarından  üstün  idi.  O, 

 
260 
auditoriya qarşısına çıxdıqda, onun nitqi daşan çay kimi qarşısına çıxan hər şeyi özü 
ilə  aparırdı.  Onun  ağlı  aşağıda  yerləşən  prinsipləri  də  tuturdu  və  o  qədər  aydın 
danışırdı  ki,  savadsız  adamlar  da  onu  anlayırdı.  Uebsteri  çox  hallarda  Edmund 
Börklə müqayisə edirdilər.  
Uebsterin dünyanı hərəkətə gətirən qüdrətli səsinin ilk dəfə eşidildiyi vaxtdan 
iyirmi  il  keçmişdi.  Qoca  yaş  onun  bədən  quruluşu  üzərinə  yeriyirdi  və  onun 
qüvvələri tükənməyə başlayırdı. Lakin indi o, Herkules kimi özünün bir qüdrətli final 
cəhdi üçün qalxdı. Ölkə tam diqqətdə idi. Şimal təklif edilən Qaçqın Qul qanununa 
qarşı üsyana qalxmağa meyl edirdi, Cənub isə azad Kaliforniyaya qarşı çıxırdı. Lakin 
hamı  həvəslə  Uebsterdən,  bu  Şimalın  böyük  təmsilçisindən  söz  eşitmək  istəyirdi. 
Yeddi mart çıxışı, xalqın belə uzun müddət sitayiş etdiyi bütü qırıb dağıtmağa xidmət 
etdi.  Həmin  çıxış  edilən  gün  onun  həyatının  ən  böyük  günlərindən  biri  idi.  Onun 
nöqteyi-nəzərinə  görə,  Uilmot  düzəlişi  və  Qaçqın  Qul  qanunu  böyük  narazılıq 
yaradacaqdır,  buna  ehtiyac  yoxdur.  O,  deyirdi  ki,  təbiət  qanunları  artıq  bunu 
etdiyindən,  qanunla  Kaliforniyadan  və  Nyu  Meksikadan  quldarlığı  xaric  etmək  qul 
sahibləri  üçün  "gülünc  və  məzəmmətdir".  "Mən  təbiətin  ordinansını  yenidən  təsdiq 
etmək  və  ya  Allahın  iradəsini  yenidən  qüvvəyə  mindirmək  ağrısını  öz  üzərimə 
götürməyəcəyəm". O, həmçinin elan etdi ki, Şimal, qulların qalması məsələsində öz 
vəzifəsini  həyata  keçirməkdə  Cənuba  ehtiyac  hiss  edir,  çünki  Cənubun  şikayət 
etməyə  ədalətli  haqqı  vardır.  Bu  yolla  o,  öz  bölməsinin  abolitsionist  cəmiyyətlərini 
pislədi, onlardan imtina etdi.  
Bu  çıxışına  görə  o,  azadlıq  məsələsi  naminə  hər  tərəfdən  satqın,  xəyanətkar 
kimi  məhkum  edildi.  Ciddinq  bəyan  etdi  ki,  bu  çıxış  azadlığa  heç  bir  Cənub 
ordusunun  cəsarət  edə  bilməyəcəyi  zərbəni  vurdu.  Horatsi  Mann  dedi  ki,  Uebster 
Şimal  üçün  saxta  qaldı,  o,  düşən  ulduz  idi,  göylərdən  düşən  Lutsifer  idi.  Uitqer 
özünün  kiçik  "İçabod"  poemasında  onun  yıxılmasında  baş  verən  namus  və  inamın 
ölməsinə  hönkür-hönkür  ağlayırdı.  Feynsuil  hollunda  Teodor  Parker  Uebsterin 
hərəkətini  Benedikt  Arnoldun  sayıqlığı  ilə  müqayisə  etdi  və  bəyan  etdi  ki,  Uebster 
yalnız prezident olmaq üçün Cənubun dəstəyini əldə etməyə çalışırdı.  
Syuard  isə  öz  çıxışını  "Konstitusiyadan  artıq  olan  yüksək  qanun"un 
olduğundan  başladı,  bu  maksima  ona  görə  yaşamaq  hüququ  qazandı  ki,  Şimalın 
adamları  sonralar  tətbiq  olunan  qaçmış  qulların  həbs  edilməsi  barədəki  qanuna 
müqavimət  göstərirdilər.  Sonra  o,  Birləşmiş  Ştatlarda  quldarlığın  hökmən  öləcəyi 
rəyini irəli sürdü, bununla o, parçalanma barədəki bütün baxışları rədd etdi.  
Bu  böyük  tədbirlər  barədə  müzakirələr  bir  neçə  ay  çəkdi  və  bir  dəfə 
görünməmiş bir vəziyyətə çatdı. Apreldə hadisələr senator Bentonun demək olar ki, 
Missisipidən  olan  Futla  dalaşmaq  dərəcəsinə  gəlib  çatdı.  Benton  qul  ştatından  idi, 
lakin  öz  görüşlərinə  görə  çox  məsələdə  Şimalın  tərəfinə  keçirdi  və  cənublu 
nümayəndələr  onu  reneqat  hesab  edirdilər  və  onu  ələ  salmaq  imkanını  əldən 
buraxmırdılar.  Fut  Benton  barədə  bəzi  acı  və  təhqiramiz  sözlər  dedi  və  axırıncı  öz 
yerindən  qalxıb  düşmənçilik  tərzində  spikerə  yaxınlaşdı.  Bu  vaxt  Fut  patronla 
doldurulmuş öz tapançasını çıxartdı. Bundan Benton çox həyəcanlandı və onu tutub 
saxlamağa  çalışan  dostlarına  qışqırdı:  "Mən  silahlı  deyiləm,  mənim  silah 
gəzdirməkdən xoşum gəlmir. Kənara çəkilin və qoy qatil atəş açsın". Komitə sonralar 

 
261 
bunu təhqiq edib bildirdi ki, əvvəllər heç vaxt senatda belə şeylər olmamışdır. Lakin 
bu iş unuduldu və başqa heç bir tədbir görülmədi.  
4  iyul  1850-ci  ildə  prezident  Teylor  Vaşinqtonun  abidəsinin  bünövrə  daşı 
qoyulmasına  həsr  olunmuş  kütləvi  mitinqə  gəldi  və  bir  neçə  saat  qızmar  günəşin 
altında durdu. O, Ağ evə qayıtdı, qızmar istiyə görə iri qurtumlarla buz kimi su içdi 
və soyudulmuş meyvə yedi. Həmin gecə o, vəba xəstəliyi ilə yatağa düşdü. Bir neçə 
gün  o,  tif  isitməsinə  tutuldu  və  9  iyulda  Zakari  Teylor  vəfat  etdi.  Matəm  prosesi 
paytaxt  şəhərinin  küçələri  ilə  kədərli-kədərli  addımlayırdı.  Bütün  Meksika 
müharibəsini  at  belində  keçirən  general  Teylor  indi  tabutda  uzanmışdı,  tabutun 
arxasınca  boş  yəhər  aparılırdı.  Beləliklə  bədbəxt  Viq  partiyası  ikinci  dəfə  öz 
prezidentini onların ölümü ilə  əlaqədar itirirdi. Radikal cənublular prezidentin ölüm 
xəbərini  razılıqla  qarşıladılar.  Şimalda  isə  hönkürtülər  səmimi  olmaqla,  geniş 
ərazilərdə  eşidilirdi.  Qəribə  cəhət  orasında  idi  ki,  cənublu  şəxs  Şimal  adamı  kimi 
prezident  olmuşdu.  Ondan  əvvəlki  Prezident  isə  öz  baxışlarında  millətçi  idi.  O, 
"cənublu prinsipləri ilə Şimal adamı" idi. Vitse-prezident Millard Filmor öz üzərinə 
prezident səlahiyyətlərini götürmək barədə and içdi.  
Böyük müzakirələr isə davam edirdi və tezliklə uzun zəhmətdən sonra onların 
bəhrəsi  göründü.  Avqustun  sonuna  yaxın  Senat  Texasın  sərhədi  barədəki  qanunu 
qəbul etdi və Nyu Meksikaya olan iddialarından əl çəkmək üçün bu ştata 10 milyon 
dollar  pul  verildi.  Həmçinin  Kaliforniyanın  qəbul  edilməsi  barədəki  qanun  qəbul 
edildi.  Digər  qanunla  Nyu  Meksika  ərazi  kimi  təşkil  edildi.  Hər  şeydən  vacibi  isə 
Qaçqın  Qul  qanununun  qəbul  edilməsi  idi.  Kolumbiya  mahalındakı  qul  ticarətinin 
ləğv edilməsi barədəki qanun isə Senatdan sentyabrda keçdi.  
Şimalın demokratları və viqləri Qaçqın Qul Aktına qarşı olmaqla birləşdilər. 
Bu  vaxt  Cənubun  hər  iki  partiyası,  azad  Koliforniyaya  və  həmçinin  Kolumbiya 
mahalında  qul  ticarətinin  ləğv  edilməsinə  qarşı  çıxmaqla  birləşdilər.  Bir  neçə  illiyə 
iki  böyük  partiya  birlikdə  böyümüşdülər.  İndi  isə  onların  rəqabətinin  başlıca  səbəbi 
hakimiyyətdə üstünlük qazanmağa əsaslanırdı.  
Adamlar  Qaçqın  Qul  qanununun  həyata  keçirilməsinin  şahidi  olur  və  buna 
öyrənə  bilmirdilər.  Konstitusiya  özü  göstərirdi  ki,  xidmətdən  qaçan  qulların 
qaçmasının şəraiti, məhkəmədən qaçan adam kimi dəqiq məlum olsa, - bu, o qullara 
aid  idi  ki,  bir  ştatdan  digərinə  qaçırdı,-  geriyə  gətirilməli  və  tələb  əsasında  öz 
sahibinə  qaytarılmalıdır.  Konqress  1793-cü  ildə  bu  məsələdə  Konstitusiyaya  tabe 
olmağı  mühafizə  etməyə  yönəldilmiş  tədbirlər  qəbul  etmişdi.  Bu  qanun  öz 
göstərişlərini  federal  idarələrə  deyil,  ştatların  idarələrinə  ünvanlandırmışdı.  Şimal 
ştatlarında  magistratlar  və  şeriflər  bu  qanunun  yerinə  yetirilməsi  üçün  öz  vəzifə 
borclarının ödənilməsində ciddi zəiflik göstərirdilər, çox vaxt isə quldarlığa qarşı öz 
münasibətlərini  bildirmək  üçün  bu  qanuna  məhəl  qoymurdular.  Birləşmiş  Ştatların 
Ali  Məhkəməsi  Priqqin  Penssilvaniyaya  qarşı  olan  məsələsi  ilə  əlaqədar  olaraq 
məktub  göndərdi  ki,  Konqress  hər  bir  işdə  Birləşmiş  Ştatların  qanunlarının  icra 
edilməsi  vəzifəsini  ştatların  üzərinə  qoya  bilməz.  Yeni  qanun  isə  1850-ci  ildə 
kompromiss  tədbirlər  müəyyən  etməklə,  imperativ  və  sərt  qaydada  federal 
hakimiyyətin  birbaşa  fəaliyyətini  təsbit  etdi.  Federal  məhkəmənin  bütöv  maşını, 
səlahiyyətli  adamlar,  polis  rəisləri  və  nümayəndələr  qaçmış  qulların  qaytarılması 
məsələsində  qul  sahibkarlarının  xidmətinə  cəlb  edildi.  Bu  sahibkarlıq  hüququndan, 

 
262 
mülkiyyət  hüququndan  irəli  gəlirdi.  Federal  polis  rəisləri  bu  əməliyyatların  icra 
edilməsi  üçün  şəxsi  məsuliyyət  daşıyırdılar.  Hər  bir  özəl  vətəndaş  köməyə 
çağırıldıqda, ağır cəza qorxusu altında tabe olmağa borclu idi.  
Qanunun icra edilməsi cənublular tərəfindən qəti surətdə irəli sürülürdü.  
Bu kədərli iki ildə Uebster və Kley milləti əldə saxlamağa çalışırdılar. Uebster 
öz  adamlarının  belə  köməyini  itirmişdi.  Adamlar  onu  kompromiss  müdafiəçisi 
güman edirdilər. Onların ikisi də 1852-ci ildə vəfat etdilər və səhnə yeni adamlar və 
tamaşalar üçün təmizləndi.  
Kley,  Kalhoun  və  Uebster  kimi  görkəmli  adamlar  siyasi  fəaliyyətə  qırx  il 
əvvəl,  İngiltərə  ilə  ikinci  müharibə  ərəfəsində  gəlmişdilər.  Onların  həyatı  dövründə 
hökumətin xarakteri dəyişilmişdi. Onlar Konqressə daxil olan günlərdə özlərini yeni 
nəslin  adamları  kimi  göstərirdilər  və  ölkə  bir  növ  parlament  sistemi  qaydası  ilə 
yaşayırdı.  
Konqress  İcra  Hakimiyyətini  öz  arxasınca  aparan  kimi  görünürdü.  Prezident 
kabineti aparıcı partiyanın tanınmış liderlərindən təşkil edilirdi. Prezidentin varisliyi 
məsələsi  Konqressin  xəttilə  müəyyən  olunurdu.  Dövlət  katibi  vəzifəsi  hökumətə 
rəhbərlik  etməyi  qəbul  edəcək  post  kimi  tanınırdı.  Konqresslə  prezidentin 
münasibətlərini  də  bir  sözlə  ifadə  etmək  çətin  idi.  Prezidentin  rəsmi  məsləhətçiləri 
parlamentdəki  müzakirələrə  gəlmirdi.  Palatalar  onları  Konqressdə  dinləməkdən  bir 
səslə imtina edirdilər. Prezidentin məsləhətçiləri heç bir şəxsi məğlubiyyətə uğramır 
və Konqressdəki heç bir şəxsi qələbədən həzz almırdılar. Lakin onların təsiri birbaşa 
və  güclü  idi.  Hökumət  partiyalarının  nəzəri  cəhətdən  parçalanmasına  baxmayaraq 
hətta prezident partiyası da palatalarda çoxluğa malik olanda belə olduqca az qabağa 
gedirdi.  Bu  vəziyyət  Con  Kvinsi  Adams  prezident  olana  qədər  davam  etdi.  Onun 
arxasında heç bir partiya, nümayəndələr qrupu, nə də milli çoxluq dayanmırdı. Artıq 
Monro  dövründə,  "yaxşı  hisslər  erasında"  partiya  xəttləri  solanda,  partiya  intizamı 
zəiflədikdə, Konqress müstəqil və öz təşəbbüsü ilə hərəkət etməyə hazır idi.  
General  Cekson  prezident  olduqda  dəyişikliklər  prosesi  çətinləşdi.  Cekson 
vəzifədən getdikdə bütün dəyişikliklər keçib getmişdi. Bu, bütün partiyalar üçün bir 
adətə  çevrildi  ki,  prezidentliyə  namizəd  partiya  tərəfindən  təşkil  edilən  qurultayda 
irəli  sürülürdü.  Partiyanın  bir  sıra  aparıcı  adamları  seçkilərdəki  müvəffəqiyyətdən 
fayda gözləyirdi. Prezidentin namizədliyini irəli sürən qurultay partiyanın proqramını 
da tərtib edirdi. Onun elan etdiyi prinsiplər təkcə prezidenti özünə bağlamırdı. Onlar 
Konqressdəki  partiyanın  nümayəndələrini  də  bu  çərçivədə  hərəkət  etməyə  məcbur 
edirdilər. Onların üzvləri qanunvericilik quruluşunu qırıb atan adamlar deyildi, onlar 
müzakirələrdə  sınaqdan  çıxırdılar.  Köhnə  partiyaları  qurultay  idarə  edirdi,  yeni 
partiyaları  isə  köhnə  partiyalar  yaradırdı.  Yeni  partiyalar  yeni  platformada  yeni 
qurultaylar keçirir və prezidentliyə yeni namizədlər irəli sürürdülər.  
Prezident  seçkisi  ilində  partiyalar  daha  güclü  və  təcavüzkar  olurdu.  1840-cı 
ildə  viqlər  Van  Bureni  prezidentlikdən  uzaqlaşdırdıqda,  onlar  hökumətin  köhnə 
ənənəsini  bərpa  etdilər.  Konqressdə  və  İcra  Hakimiyyətində  nüfuz  bir  partiyanın 
əlində cəmləşdi. Lakin general Harrisonun ölümü bunu bir daha qeyri-mümkün etdi. 
Tayler  bir  az  demokratları,  bir  az  da  viqləri  razı  salırdı  və  dövlətin  iki  qanadı 
getdikcə biri-birindən aralanırdı. 1848-ci ildə Viqlər qalib gəldilər və onların bir sıra 

 
263 
aparıcı şəxsiyyətləri prezidentin məsləhətçiləri oldu. Onların arasında Uebster də var 
idi.  
Kley  və  Uebster  öz  ölüm  yataqlarından  qəribə  surətdə  dəyişən  səhnələrə 
baxırdılar. 1852-ci ildə "Azad torpaq"çıların qurultayı yenidən yığışdı və yenidən öz 
proqramlarını  dörd  il  əvvəlki  kimi  elan  etdi:  "Daha  heç  bir  quldarlıq  ştatı,  heç  bir 
milliləşmiş quldarlıq, daha heç bir quldarlıq ərazisi, qulun təhvil verilməsi barədə heç 
bir  milli  qanunvericilik".  Lakin  onların  tərəfdarları  1848-ci  ilə  nisbətən  azalmışdı. 
Partiyanın  qurultayı  ölkədə  üçüncü  tanınmış  əsgər  olan  general  Uinfild  Skottu 
prezidentliyə  namizəd  göstərdi.  Demokratlar  özlərinin  köhnə  dövrlərdəki  inamı  ilə 
hərəkət  etdilər.  Onlar  tanınmış  liderlərindən  hər  hansı  birini  namizəd  göstərmək 
iqtidarında deyildilər. Nəhayət, onların seçkisi Nyu Hempşirdən olan Franklin Pirsin 
üzərində dayandı. O, elektorların iki yüz qırx dörd səsini aldı, general Skott isə vur-
tut  qırx  iki  səs  topladı.  Əhalinin  səsverməsinə  görə  Pirs  iki  rəqibindən  birlikdə  60 
min  az  səs  almışdı.  Ümumilikdə  isə  üç  milyondan  artıq  səs  toplamışdı.  Bu, 
demokratların  qələbəsinin  ümumi  və  geniş  yayıldığını  göstərirdi.  Demokratlar  ona 
görə  qalib  gəlmişdilər  ki,  viqlər  rəylərin  parçalanmasından  əziyyət  çəkirdilər,  onlar 
quldarlıq  məsələsi  üzərinə  də  bölünmüş  şəkildə  qalxmışdılar.  Demokratlar  isə 
Cənubda  başlıca  gücləri  ilə  yanaşı  öz  təşkilatlarını  saxlayırdılar  və  birgə  fəaliyyət 
göstərmək  qaydasına  üstünlük  verirdilər.  Onlarla  birgə  çıxış  etməyən  adamlar  bir 
partiya  kimi  görünürdülər,  onlarla  üz-üzə  gəlməkdən  və  quldarlıq  məsələsi  üstündə 
vuruşmaqdan  qorxurdular.  Lakin  onlar  bu  məsələni  nə  qabarda  bilir,  nə  də  yaddan 
çıxarda bilirdilər.  

 
264 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin