Telman Orucov



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   2   3   4   5   6   7   8   9   ...   38

Dorado” – ispanca «Qızıl ölkə» deməkdir, haqqındakı arzularla yaşayırdılar.  
İspanların maneəçilik təhlükəsinə baxmayaraq, ingilislər bu dövrlərdən Şimali 
Amerikanın  məskunlaşdırılmasına  başlamağa  cəhd  edildilər.  İlk  məskunlaşma 
ideyasını  Hemfri  Gilbert  həyata  keçirməyə  çalışdı.  O,  kraliça  Elizabetdən  çarter 
alaraq  Nyufaundlenddə  koloniya  yaratmağa  cəsarətli  səy  göstərdi.  Lakin  Gilbert 
gəmi  qəzası  nəticəsində  həlak  oldu  və  onun  mantiyası  özündən  də  daha  fərasətli 
adamın  çiyninə  düşdü.  Birləşmiş  Ştatlar  torpağında  ingilislərin  koloniyalaşmasının 
atası  hesab  olunan  bu  adam  Uolter  Reli  idi.  Ona  da  çarter  verilmişdi.  Relinin  ilk 
koloniyası  158  adamdan  ibarət  idi,  burada  qadın  yox  idi.  Bir  il  sonra  onlar 
çətinliklərlə  üzləşdiyindən  Frensis  Dreyk  tərəfindən  götürülüb  İngiltərəyə  aparıldı. 
Bu  adamlar  özləri  ilə  tütün  və  kartof  gətirdilər  və  ilk  dəfə  İngiltərədə  onlardan 
istifadə  olunmasına,  həmin  bitkilərin  tətbiq  edilməsinə  başladılar.  Relinin  özü  isə 
koloniyasının uğursuzluğundan məyus oldu və yeni bir cəhd etməyi qərara aldı.  
1587-ci ildə o, 150 nəfərlik yeni koloniya göndərdi, onlardan 17-si qadın idi. 
Con  Uaytın  başçılığı  altında  onlar  Roanoka  gəlib  çıxdılar.  Sonra  burada  qubernator 
Uaytın nəvəsi dünyaya gəldi və Virciniya Deya Birləşmiş Ştatlar torpağında doğulan 
ilk  ingilis  uşağı  oldu.  Uşağın  bu  adı  da  təsadüfi  deyildi.  Şimali  Amerikanın  şərq 
sahili  kraliça  Elizabetin  şərəfinə  Virciniya  (“Virgin”  -  bakirə  deməkdir,  kraliçanı 
belə adlandırırdılar) adlanmışdı. Sonra qubernatora İngiltərəyə getmək lazım gəldi və 
İspaniya  ilə  müharibəyə  görə,  o  üç  il  sonra  Roanoka  qayıtdı.  Yeni  sakinlər 
vətənlərindən ərzaq gəlməsini gözləyirdilər. Nəhayət, kömək gəlib çatanda koloniya 
bütünlüklə yoxa çıxmışdı və bu adamların taleyi əsrlər boyu sirr olaraq qaldı.  
1600-cü  ildə  İst  İndiya  Kompaniyası  uzaqda  yerləşən  ölkələrlə  ticarət  üçün 
çarter aldıqdan sonra Qərb dünyasında da iş görmək marağı yarandı. Çünki yeni qitə 
bu vaxtadək qəribə və qonaqpərvər olmayan kimi qalsa da, ən azı ora getmək yolları 
artıq məlum idi. Atlantik okeanından keçən şimal və cənub yolunu dənizçilər yaxşı 
bilirdi.  Soutempton  tacirləri  hələ  1540-cı  ildən  öz  gəmilərini  müntəzəm  olaraq 
Braziliya səfərinə göndərirdi. Nyufaundlend isə bundan da əvvəl yaxşı tanınmış balıq 
ovu  və  ticarət  məntəqəsi  idi.  Əsrin  ikinci  yarısında  buraya  balıq  ovu  üçün  çoxlu 
ingilis  və  fransız  gəmiləri  yollanırdı.  Okean  yolları  yaxşı  tanış  idi.  Şimali 
Amerikanın  sahili  həm  də  müəyyən  dərəcədə  xəritəyə  köçürülmüşdü.  Artıq 
macəraların romantik dövrü də ötüb keçmişdi. İndi gündəlikdə iti düşüncə dövrünün 
tələb etdiyi Şimali Amerikanın Avropa tərəfindən istifadə edilməsi məsələsi dururdu.  
 

 
18 
Şimali Amerikada ilk ingilis koloniyaları 
 
19  dekabr  1606-cı  ildə  London  Kompaniyası  üç  kiçik  gəmidə  105  kolonist 
göndərdi,  onlara  Kristofer  Nyuport  kimi  məşhur  dəniz  kapitanı  başçılıq  edirdi. 
Kolonistlər  Yeni  Dünyaya  yollandı.  Amerika  sahilinə  çatanda  onları  cənnət 
mənzərəsi  -  quşların  cəh-cəhi  və  çiçəklərin  ətri  qarşıladı.  Çesapik  buxtasına  daxil 
olduqda,  onlar  buxtanın  iki  tərəfini  Henri  Burnu  və  Çarlz  burnu  adlandırdılar.  Bu 
adlar  kral  Ceymsin  oğlanlarının  şərəfinə  qoyulmuşdu.  Məskən  salmaq  üçün  isə 
böyük  çayın  buxtaya  daxil  olduğu  yeri  seçdilər,  buraya  isə  kral  Ceymsin  adını 
verdilər.  Otuz  mil  aralıda  onlar  şəhərin  əsasını  qoydular  və  şəhəri  də  öz 
monarxlarının adı ilə adlandırdılar. Bu Yeni Dünyada ingilislərin ilk daimi məskəni 
idi.  Beləliklə,  İngiltərədən  gələnlər  1607-ci  ildə  Ceymstaunda  məskunlaşdılar. 
Onların  içərisində  12  fəhlə,  bir  neçə  xarrat,  dənizçi,  bənna,  bərbər  və  dərzi  var  idi. 
Əllidən  artıq  adam  isə  "kübar"  idi,  onlar  heç  bir  məşğuliyyəti  olmayan,  bekar 
adamlar  idi.  Lakin  koloniyada  bir  neçə  fərasətli  adamlar  var  idi.  Onların  sırasına 
idarəetmə  şurasının  ilk  sədri  olmuş  Uinqfild,  məşhur  dənizçi  və  Relinin  şagirdi 
Qosnold,  bir  çox  əfsanəvi  macəraların  qəhrəmanı  olan  Con  Smit  daxil  idi.  Onlar 
tezliklə  bir  neçə  çadır  və  koma  tikdilər,  bir  kilsə  də  düzəltdilər.  Qubernator 
Uinqfildin  adamları  idarə  etmək  qabiliyyəti  yox  idi.  Adamlar  arasında  sözləşmə, 
dedi-qodu  kəsilmirdi.  Hindu  hücumlarından  daimi  qorxu  da  onların  öz 
bədbəxtliklərinə  əlavə  olunurdu.  Bataqlıqda  yaşamaq  və  vacib  sayılan  ərzaqın 
yoxluğu  ilə  yanaşı,  onlar  malyariyadan  əziyyət  çəkirdilər.  Hər  gecə  üç-dörd  adam 
ölürdü və sentyabrın sonuna kiçik koloniyanın sakinlərinin yalnız yarısı sağ qalmışdı. 
Qosnold da bu kimsəsiz diyarda öz qəbrini tapdı.  
Belə  getsə  bütün  koloniya,  heç  şübhəsiz,  həlak  olacaqdı.  Yalnız  bir  adamın 
cəsarəti  və  igidliyi  hesabına  bu  faciə  baş  vermədi.  Bu  Amerikanın  erkən 
məskunlaşması  tarixinin  ən  nəcib  və  gözə  çarpan  şəxsiyyəti  olan  Con  Smit  idi.  O, 
çox cavan olanda fransız ordusuna qoşulmuşdu və bir neçə il onun sıralarında xidmət 
etmişdi.  Sonra  Aralıq  dənizində  üzmüş,  insan  yaşamayan  adaya  düşmüş,  sonra 
Misirə  gedən  gəmiyə  otura  bilmişdi.  İtaliya  ərazisini  piyada  keçmiş, 
Transilvaniyadakı  bir  döyüşdə  üç  türkü  öldürmüş,  nəhayət  türklər  tərəfindən  əsir 
götürülmüş  və  qul  kimi  satılmışdı.  Qul  sifətində  Cənubi  Rusiyaya  göndərilmiş, 
Naqay  düzənliyində  ağasını  zəncirlə  vurub  öldürərək  qaçmış,  sərgərdan  kimi 
Avropanın bütün ölkələrindən keçərək, doğma vətəninə qayıtdıqdan sonra Virciniya 
kolonistlərinə  qoşulmuşdu.  Amerikada  meşədə  müvəqqəti  də  olsa  yaşaması  onun 
həyat odisseyasının tacına çevrildi. Çikahomini çayını tədqiq edərkən, onu hindular 
əsir  götürmüşdülər.  Onu  əsir  götürənləri  bir  neçə  gün  cib  kompası  və  digər  qəribə 
şeylərlə  əyləndirdikdən  sonra  hindular  onu  ölümə  məhkum  etdilər.  Başı  edam 
kötüyünün  üstünə  qoyulanda,  qəbilə  başçısının  Pokahontas  adlı  balaca  qızı  (Xuan 
Ortizi də eyni adlı qız xilas etmişdi) irəli atılıb, öz başını qurban getməli olan adamın 
başının üstünə qoymaqla Smitin həyatına aman verilməsi barədə yalvarmağa başladı. 
Onun xahişinə əməl olundu və ingilis öz adamlarına qoşulmağa göndərildi.  
Con Smit qəribə fərasətə malik idi və o, Virciniya üçün bütün sakinlərin hər 
birindən  çox  iş  görmüşdü.  Tezliklə  o,  koloniyanın  qubernatoru  oldu,  hindularla 
ticarət aparmaqla, qarğıdalı almaqla kolonistləri aclıqdan xilas etdi. Hər şeydən əvvəl 

 
19 
o,  adamları  işləməyə,  zəhmətə  sövq  edirdi  və  bununla  da  qarşıdakı  inkişafın 
əsaslarını yaradırdı. Pokahontasa gəldikdə, bu nadinc hindu qızı tez-tez Ceymstauna 
gəlirdi  və  öz  hərəkətləri  ilə  kolonistləri  heyrətləndirirdi.  Sonra  bu  qız  dul  kişi  olan 
kolonist Con Rolfa ərə getdi. Əri ilə İngiltərəyə gəldikdən sonra orada böyük hörmət 
qazandı, oğlunu doğanda öldü. Hindu qızından doğulan oğlan sonralar Virciniyanı öz 
vətəni etdi və gələcək ştatın bir neçə ən məşhur sülalərinin əcdadı rolunu oynadı.  
Kolonistlərin meşədəki həyatı ağır idi və 1608-ci ilin yanvarında, vur-tut 38 
adam sağ qalanda kapitan Nyuport ərzaq ehtiyatı və 120-dən artıq yeni kolonistlərlə 
bura  qayıtdı.  Sonralar  Virciniyaya  başqaları  da  gəldi  və  1609-cu  ildə  Con  Smit 
İngiltərəyə qayıdanda koloniya sakinlərinin sayı artıq beş yüzə çatmışdı.  
1609-cu il çarteri ilə lord de la Uarr və ya Delaver Virciniyanın qubernatoru 
təyin edildi. O, İngilətərədən 9 gəmi, 500 kişi və qadınla Amerikaya yola düşmüşdü. 
Lakin  Bermuda  adalarının  yaxınlığında  dəhşətli  tufana  düşmüş,  bir  neçə  ay  bu 
adalarda qalmışdı.  
Virciniyada  həyat  ağır  olaraq  qalırdı.  Bura  "aclıq  dövrü"  gəlmişdi.  Hindular 
yenidən düşmənçiliyə keçdiyindən, onlardan ərzaq almaq olmurdu. Qida əldə etmək 
üçün adamlar ölümə gedirdilər. Ölənlərin sayı qorxulu idi. Smitin qoyub getdiyi 500 
adamdan  1610-cu  ilin  yazında  yalnız  60  adam  sağ  qalmışdı.  Onlar  da  Virciniyanı 
tərk  etməyi  qərara  almış  və  İngiltərəyə  çatmaq  ümidi  ilə  dörd  kiçik  komandir 
katerinə oturub üzmüşdülər. Gecəni Malberri adasında keçirmiş, sabahısı gün tezdən 
lord Delaverin gəlməsi xəbərini eşitdikdə sevinmişdilər. Onlar  yenidən Ceymstauna 
dönmüş və Virciniya koloniyası yenidən həyata qayıtmışdı. Birləşmiş Ştatların bu ilk 
övladının körpə həyatı, göründüyü kimi nazik bir tükdən asılı olmuşdu. 
Delaver tezliklə koloniyanı ayağa qaldırdı, sonrakı ili İngiltərəyə dönəndə, öz 
yerinə Tomas Deyli oranı idarə etmək üçün göndərdi. Deyli güclü xarakterə malik və 
çox  qabiliyyətli  bir  adam  idi.  O,  hər  bir  sakinə  üç  akr  torpaq  sahəsi  və  özəl 
mülkiyyətə  sahib  olmaq  hüququ  verdi.  Bu  tədbirdən  sənətkarlıq  inkişaf  etməyə 
başladı  və  bu  vaxtdan  etibarən  bir  daha  heç  vaxt  Virciniyada  ərzaq  qıtlığı  olmadı. 
1612-ci  ildə  Deylin  bu  vəzifəni  daşıdığı  vaxt  Virciniya  üçün  üçüncü  çarter  verildi. 
Bu  çarterə  görə  Bermuda  adaları  Vircinayaya  əlavə  olundu.  Bu  hökumət 
səlahiyyətinə  malik  olmağın  başlanğıcı  idi.  Kral  Ceyms  kor-koranə  avtokratik 
hökumət  nəzəriyyəsinə  vurulmuşdu.  Çarterlə  sakinlərə  ingilislər  kimi  hüquqlar 
verilmişdi. Lakin öz hökumətlərini seçmək üçün onlar səs hüququna malik deyildilər. 
O  vaxtdan  Amerikada  ilk  təmsilçilər  orqanı  olan  Burqeslər  Palatası  meydana 
gəlmişdi. Sakinlər assambleyası çağırılırdı, qubernator hakimiyyətdə onlara müəyyən 
pay verirdi.  
Elə  bu  vaxt  Rolfla  hindu  qəbiləsinin  başçısı  Pouhatanın  qızının  nikahı 
Virciniyada ağ və qırmızı dərili irqi birləşdirdi. Bu hadisə Pouhatanın ölümünə qədər 
- səkkiz il middətində hindularla sülhü qoruyub saxladı. Təsərrüfat işlərinə gəldikdə, 
1616-cı  ilə  yaxın  tütün  yarpağı,  koloniyanın  istehsal  etdiyi  əsas  məhsula  çevrildi. 
İngilislər  tütünün  becərilməsini  hindulardan  öyrənmişdilər  və  bu,  satılmaq  üçün 
İngiltərəyə  göndərilən  məhsul  idi.  Hər  bir  ailə  tütün  becərirdi  və  bu  bitki 
Ceymstaunun küçələrində də bitirdi. Hətta koloniyanın puluna da çevrilmişdi, keşişə 
və ictimai vəzifə sahiblərinə maaş tütünlə verilirdi.  

 
20 
Deyl  buranı  tərk  etdikdən  sonra  kolonistlər  bir  neçə  il  pis  qubernator  kimi 
tanınan Samyuel Arqallın qüsurlarından əziyyət çəkdilər. O, istənilən yollarla onları 
qarət  edirdi.  Virciniya  koloniyasına  Ervin  Sandis  başçılıq  edəndə,  çox  keçməmiş 
onun  müdrikliyi  hiss  olunmağa  başlandı.  Onun  ilk  addımlarından  biri,  1619-cu  ildə 
ən  yaxşı  qubernatorlardan  olan  Corc  Uiardlinin  buraya  göndərilməsi  oldu.  O, 
Amerikada ilk populyar idarəetmə tətbiq etdi.  
Virciniyanın tarixində ən yadda qalan il 1619-cu il oldu. Həmin il iki institut 
fəaliyyət  göstərməyə  başladı  və  onların  hər  ikisi  doğulmaq  üçün  mübarizə  aparan 
yeni millətin gələcək inkişafında mühüm rol oynadı. Bunun birincisi xalq tərəfindən 
yaradılan idarəetmə, ikincisi isə quldarlıq institutu idi. Koloniyanın qubernatorunun 
hakimiyyətini  məhdudlaşdırmaq  barədə  Virciniya  Kompaniyasının  imzaladığı 
göstəriş meydana gəldi və xalq tərəfindən seçiləcək Burqess qanunvericiliyi quruldu. 
İlk  Burqess  palatası  iyirmi  iki  nümayəndədən  ibarət  olmaqla  1619-cu  ilin  iyulunda 
toplanmışdı.  Bu  Uiardlinin  gəlməsindən  bir  az  sonra  baş  verdi.  Adamlar  özlərinin 
tərtib və qəbul etdiyi qanunlar mühitində yaşayırdılar. "Xalqın hökuməti, xalq üçün 
hökumət,  xalq  tərəfindən  yaradılan  hökumət"  beləliklə  amerikan  torpağında  ayaq 
açdı.  
Lakin  arzu  olunmayan  hadisələr  də  baş  verirdi.  Virciniya  əhalisinin  üzərinə 
düşən  bədbəxtlik  1622-ci  ildə  hinduların  törətdiyi  qırğın  oldu.  Özünü  dostcasına 
aparan başçı Pouhatan öldükdən sonra, onun əvvəllər də ingilislərə yaxşı münasibət 
bəsləməyən qardaşı Opekankano qəbilə başçısı yerini tutdu. Yeni başçı qırğın təşkil 
etdi.  Bu  qırğında  347  sakin  öldürüldü.  22  il  sonra  artıq  yaşlaşmış  olan  bu  başçı 
məskunların  üzərinə  ikinci  hücum  etdi.  200  adam  öldürüldü,  lakin  qəbilə  möhkəm 
əlin hesabına susduruldu, başçının özü isə əsir götürülüb edam edildi.  
1624-cü ildə Virciniya Kompaniyası kral taxt-tacı ilə sərt mübarizədən sonra 
çarterdən  məhrum  edildi.  Onun  başlıca  səbəbi  puritanlar  idi,  onlar  parlamentdəki 
müxalifətin  onurğa  sütununu  təşkil  etmişdilər,  həmçinin  Virciniya  Kompaniyasına 
həmin  qüdrətli  nüfuzu  vermişdilər.  Virciniya  Kral  Kompaniyasına  çevrildi  və 
beləliklə bu vəziyyət inqilab müharibəsinə qədər davam etdi.  
Amerikaya  heç  də  xüsusi  seçmə  adamlar  gəlib  çıxmırdı.  Vətənində  işi  yaxşı 
gedən və varlı yaşayan adamlar heç də Yeni Dünyaya getməyə hazır deyildilər. Onlar 
bilirdilər  ki,  o  yerlər  vəhşi  adamlarla  doludur.  Axı  Relinin  ilk  kolonistləri  də 
birdəfəlik  itmişdilər.  Yalnız  gənc  və  macəra  sevən  adamlar  bu  çağırış  haqqında 
düşünə bilərdilər. Bu vaxt İngiltərə tənbəl adamlarla dolu idi, yalnız təsadüf onların 
həyatını  dəyişdirə  bilərdi.  Ticarətin  sürətlə  böyüməsi  və  genişlənməsi,  bu  işdəki 
macəra  elementi,  yeni  torpaqların  tutulması  kimi  iş  bütün dövrü,  mühiti  dəyişdirdi. 
Atlantik  okeanını  üzüb  keçən  ilk  gəmi  planetin  coğrafiyasında  İngiltərəyə  yeni 
məkan bəxş etmişdi. Yeni ticarət və sənaye sahələri inkişaf etməyə başladı, şəhərlər 
ticarətin çoxşaxəli olmasından daha böyük fayda götürürdü. Kənd əhalisi isə pis günə 
düşürdü.  Torpaq  da  hər  şey  kimi  əmtəəyə  çevrildi.  İndi  torpaq  sahibləri  xırda 
fermerlərin  torpaqlarını  qoyunları  üçün  otlaq  kimi  tuturdular.  Qoyun  yununa  isə 
tacirlər  və  yeni  yaranan  manufakturalar  tərəfindən  çox  böyük  tələbat  var  idi.  Onlar 
ümumi  otlaqları  da  çəpərləyirdilər,  hətta  kəndləri  belə  yer  üzündən  silirdilər  ki,  öz 
sürülərinə  əlavə  dam  düzəltsinlər.  Kənd  təsərrüfatı  əməyinə  tələbat  xeyli  zəiflədi. 
Tomas Mor hələ XVI əsrin əvvəllərində haray çəkirdi ki, "Belə fağır və ələ öyrənmiş 

 
21 
kimi görünən sizin qoyunlar indi elə böyük məhvediciyə və vəhşiyə çevrilmişlər ki, 
onlar  adamların  özlərini  yeyəcək  və  udacaqlar.  Onlar  bütün  tarlaları,  evləri  və 
şəhərləri yeyəcək, udacaq, dağıdacaqlar". 
Şəhərlər  və  kəndlər  işsiz  adamla  dolmuşdu.  Onlar  tənbəl  dilənçilər  kimi 
dolaşır və ya dar ağacı cəzasına kimi əsl oğrular kimi həyat sürürdülər. Bu ümidi hər 
yerdən  üzülmüş  adamlar  öz  yaşayışı  üçün  başqa  vasitə  tapmadıqlarından,  yoldan 
keçən  mühafizəsiz  yolçuları  qarət  etməklə  məşğul  olurdular.  Müharibələr 
getmədiyinə  görə,  Londonun  küçələri  əlindən  heç  bir  iş  gəlməyən  bekar  əsgərlərlə 
dolu idi.  
İşsiz  və  heç  nəyə  yaramayan  adamlar  Amerikaya  yollanmağı  qət  edirdilər. 
Oraya getmək arzusunda olanların yarısı özünü "centlmen" adlandırırdı. Əslində isə 
onlar  yaxşı  nəsildən  olan,  lakin  heç  bir  məşğuliyyəti  və  iş  vərdişi  olmayan  adamlar 
olub,  yeni  torpaqda  öz  talelərini  dəyişdirmək  üçün  bu  macəraya  bir  şans  kimi 
baxırdılar.  Çünki  onlar  heç  bir  işi  bacarmırdılar.  Qalan  adamların  da  az  hissəsi 
əkinçi, dülgər və ya başqa növ zəhmətə alışmış adamlar idi. Belə qruplardan birinin 
tərkibində tək bir bənna, bir dəmirçi var idi, qrupun heyyəti tərkibi isə 120 adamdan 
ibarət  idi.  Burada  daha  iki  kərpickəsən,  altı  dülgər  var  idi,  35  nəfəri  centlmen 
olmaqla,  qalanları  özlərini  necə  adlandırmağı  belə  bilmirdi.  Yeni  məskəndə  - 
Ceymstaunda  isə  taxıl  yetişdirmək,  ev  tikmək,  ağac  kəsmək  lazım  idi.  Bu  adamlar 
gözləyirdilər  ki,  Virciniya  Kompaniyası  onlara  ərzaq  göndərəcəkdir,  özləri  isə 
yaşayışları  üçün  nə  etmək  barədə  düşünmək  belə  istəmirdilər.  Lakin  yeni 
məskunların tərkibindəki belə arzu olunmayan rəngarəngliyə baxmayaraq, Virciniya 
koloniyaları inkişaf edirdi. İngiltərə kral sarayı isə koloniyaların idarə olunmasını öz 
əlinə keçirirdi.  
Bu  dövrdə  Amerikanın  şimalında  digər  koloniyalar  da  kök  salmağa  başladı. 
Jak  Kartyerin  Müqəddəs  Lavrenti  çayının  üstündə  yetmiş  il  əvvəl  tədqiq  etdiyi 
yerlərdə  fransızlar  özlərinin  Monreal  və  Kvebek  ticarət  məntəqələrini  yaratdılar. 
Nyufaundlenddə  ingilislərin  kiçik  koloniyası  özlərinə  ev  tikməyə  başladı.  Holland 
tacirləri isə Hadson çayının üstündə məskunlaşdılar. `İngilis sektantlarının bir dəstəsi 
Kod burnunda Nyu Plimut koloniyasının bünövrəsini qoydular. Digər kiçik bir ingilis 
dəstəsi  Massaçusets  buxtasının  cənub  sahilində  məskunlaşdı.  Beləliklə,  nəhayət 
qitənin məskunlaşması prosesi ciddi xarakter daşımağa başladı.  
Fransızlar, hollandlar və ingilislər daha çox torpaq ələ keçirmək yarışında bir-
birilə fəal rəqabətə girişməli oldular. Qalib gəlməyə görə, ingilislər üçün hollandlar 
fransızlardan  daha  ciddi  rəqibə  oxşayırdı.  Doğrudur,  Hollandiya  dövlətinin  ərazisi 
İngiltərə ərazisinin dörddə biri qədərində idi. Onların əsas gücü dənizdə idi. Onların 
ərazisinin  özü  də  yarım  dəniz  torpaqları  idi.  Hollandlar  balıqçı  və  dənizçi  kimi 
tərbiyə  olunmuşdular.  Sonralar  ispanlar  onları  buna  təhrik  etdiklərinə  görə, 
hollandlar  iri  donanma  düzəldib  okeanlara  çıxdılar  və  Yer  kürəsinin  ucqarlarında 
çoxlu torpaqlar tutdular. Əvvəllər onlar ərazilər işğal etmək haqqında düşünmürdülər 
də.  Portuqaliyalılar  artıq  münbit  torpaqları  tutmuşdu  və  İran  körfəzindən 
Yaponiyayadək  böyük  ticarət  yolu  təsis  etmişdilər.  Onlar  öz  yüklərini  uzaq 
məsafələrdən Lissabona daşımaqda çətinlik çəkmirdilər. Ona görə də ispanlar Cənubi 
Amerikada ələ keçirdiklərini Sevilyadan uzağa daşımırdılar. Ancaq Avropanın qalan 
hissəsinə  satılmalı  olan  malları  daşımaq  lazım  gəlirdi.  Hollandlar  yalnız  ispanlar 

 
22 
onları  tək  buraxdıqda,  bir  tacir  və  yük  daşıyıcısı  kimi  başqaları  ilə  rəqabətə  girə 
bilərdilər.  İspaniya  isə  öz  ağılsızlığı  üzündən  hollandları  Roma  katolitik  dininə 
qaytarmaq üçün onlara güc tətbiq edirdi, onlar isə protestant və inadkar adamlar kimi 
buna  müqavimət  göstərirdilər.  Onların  arasında  1568-ci  ildə  başlayan  bu 
müharibələrdə  bütün  Avropa  hərəkətə  gəldi,  qırx  bir  il  sonra  isə  İspaniya  özünün 
nəfəsi kəsildikdə sülhə razılıq verdi. Bütün dünya dəyişildi.  
Hollandiya  böyük  dəniz  qüvvəsinə  çevrildi,  Portuqaliyanı  şərqdən  qovdu, 
burada özünün ticarətini və koloniyalarını yaratdı. O, özünü hətta İngiltərədən əvvəl 
dənizlərin  sahibi  etdi  və  özünə  güvənməklə  Amerikada  yeni  torpaqlar  tutmağa 
girişdi. Hollandlar ingilislər kimi torpaq tutmanı ticarətlə birləşdirdilər. Məhz holland 
tacirlərinin İst İndiya Kompaniyası portuqaliyalıları Şərqdəki torpaqlarından qovdu. 
Bu  sonralar  ingilis  ticarət  İst  İndiya  Kampaniyasının  İngiltərə  üçün  Hindistanı  zəbt 
etməsinə  çox  bənzəyir.  İst  İndiya  Kompaniyası  öz  istilaları  və  fəaliyyəti  ilə  özünü 
qüdrətli  və  məşhur  etdikcə,  hollandlar  özlərinin  Vest  İndiya  Kompaniyasını  da 
yaratdılar. Bu kompaniyanın məqsədi ticarətlə yanaşı, bacardığı qədər Afrikanın qərb 
sahillərində torpaqlar tutmaq idi. Bu kompaniya həm də Cənubi Amerikanın hər iki 
sahilindəki  adaları  və  Atlantik  okeanının  cənub  adalarını  tutmalı  idi.  Onların  bu 
sərgərdan səlahiyyətinə 24 il ərzində eyni zamanda ticarət etmək, vuruşmaq və idarə 
etmək daxil idi.  
Hollandlar  Hadson  çayı  üzərində  və  Delaverdə  koloniyalar  salmağa  cəhd 
edirdilər.  Hollandiyanın  İst  İndiya  Kampaniyasında  işləyən  ingilis  dənizçisi  Henri 
Hadson bu böyük çayı 1609-cu ildə kəşf etdiyindən, çay onun adı ilə adlandırılmışdı. 
O,  həmçinin  Delaverdəki  böyük  buxtaya  və  axına  girmişdi.  Hollandlar  tezliklə 
Hadson  çayını  "Böyük  Şimal  çayı",  Delaver  çayını  isə  "Cənub  çayı",  onların 
ətrafında və arasında olan münbit ölkəni isə "Yeni Niderland" adlandırdılar. Burada 
1614-cü  ildə  Yeni  Niderland  kompaniyası  yaradıldı.  Bundan  əvvəl  o  Vest  İndiya 
Kompaniyası  idi.  Şimaldakı  Nyu  Fransadan  Virciniyaya  qədər  oaln  ərazi  bu 
kompaniyanın nəzarətində idi. Bu İngiltərə kralı  Ceymsin  Virciniya kompaniyasına 
bəxş etdiyi ölkənin əslində ürəyini təşkil edirdi. Hollandlar isə bu barədə ya çox az 
şey bilirdilər və ya bilmək istəmirdilər. Onlar Böyük Şimal çayı ətrafından olan və 
ilk andan onlara hörmətlə yanaşan hindularla xəz alveri edirdilər. Onların içərisindəki 
tək-tək macəraçılar çaydan çox aralı kimsəsiz yerdə kiçik fort və ya ticarət məntəqəsi 
tikmişdi.  Onların  komandalarının  bir  qrupu  buxtadakı  Manhetten  adasının  dənizə 
tərəf  olan  hissəsində  yerləşirdi.  Bu  hələ  Nyu  Niderland  Kompaniyasının 
yaradılmasından  dörd  il  əvvəl  baş  vermişdi.  Bu  kompaniya  isə  nəhəng  Vest  İndiya 
Kompaniyasının  içərisində  böyüyüb  meydana  gəlmişdi.  Onun  başlıca  vəzifəsi, 
cənubda təşəbbüsü portuqaliyalıların və ispanların əlindən almaq idi. Kompaniyanın 
digər işi Şimali Amerikanı məskunlaşdırmaq barədə ardıcıl planları həyata keçirmək 
idi. 1625-ci ildə bu torpaqlarda iki yüz kolonist var idi. Onların bir hissəsi şimaldakı 
Fort  Orancda,  Cənub  çayının  yanındakı  Fort  Nassauda,  bir  hissəsi  isə  Manhetten 
adasında,  çox  azı  isə  Lonq  Aylenddə  idi.  Hətta  kiçik  bir  ailələr  dəstəsi  ingilislərin 
Konnentikut  adlandırdıqları  "Təzə  çayın"  üstündə  idi.  Onlar  buralardan  həmin 
əraziyə necə səpələnmək barədə fikirləşirdilər.  
Elə  bu  vaxtlar  Hollandiyadan  gələn  bir  qrup  sürgün  olunmuş  ingilis  sakini 
buraya gəldi və hollandların qonşusu, həm də rəqibi kimi şimalda yaşamağa başladı. 

 
23 
Beləliklə  hollandlar  böyüyən  iki  ingilis  koloniyası  arasında  qaldı,  bu  onların  ilk 
xəritələrində göstərdikləri kimi artıq Nyu Fransa ilə Virciniyanın arası deyildi. Yeni 
gələnlər müvəqqəti Hollandiya sürgününü daimi Amerika sürgünü ilə dəyişmişdilər. 
Onların diqqətini Kod burnundakı sığınacaq yeri cəlb etdi.  
Minlərlə ingilis nəsllər boyunca Hollandiyada məskunlaşmışdı və iki ölkə bir-
birinə  çox  yaxınlaşırdı.  İspanların  holandlarla  müharibəsindən  hələ  çox-çox  əvvəl 
ingilis  tacirləri  Hollandiya  dəniz  limanlarında  özlərinə  yer  tapmışdı.  Dini  təqiblərə 
görə Oksford və Kembricdən qovulanlar holland universitetlərində təhsillərini davam 
etdirirdilər.  Çökək  ölkəni  ispanlar  zəbt  etdikdə,  ingilis  volontyorları  holland 
ordusunda vuruşurdu. İngilis din xadimləri kraliça Tüdor onlara öz dinii ibadətlərini 
icra  etməkdə  maneçilik  göstərdikdə  və  təqib  etdikdə,  Hollandiyada  öz  sitayişləri 
üçün azad şərait tapırdılar. İspanların qırğınından və qisasından canını qurtarıb qaçan 
qaçqınlar  Hollandiyadan  İngiltərəyə  axışdılar.  Elə  bil  ki,  iki  ölkə  bir-birilə  öz 
əhalisini  dəyişirdi.  Tacirlər,  toxucular,  mexaniklər,  fermerlər,  terror  dalğasından 
İngiltərənin şərq və cənub qraflıqlarına qaçanlar ümidsiz təhlükəyə məruz qaldıqda, 
açıq qayıqlarda dənizin təhlükəli ağuşuna atılırdılar. Ona görə də İngiltərənin cənub 
və  şərq  şəhərlərində  minlərlə  holland  sənətkarlarına  rast  gəlmək  olurdu.  Onlar 
Anabaptist, Lyuteran olduqlarına görə belə təqiblərə məruz qalırdılar.  

 
24 
Yeni Plimut  koloniyası 
 
1620-ci  ildə  Hollandiyada  yaşamağı  Amerika  ilə  dəyişən  ingilislərin  kiçik 
qrupu  heç  də  Ceymstaunda  koloniya  yaradanlar  kimi  nə  əsgər,  nə  də  tacir  deyildi. 
Onların çoxu sektantların itaətkar yığını olub, öz vətənlərinin bir çox rayonlarından 
qaçıb əcnəbi kafirlər üçün dözümlülük göstərən Hollandiyaya gəlmişdilər ki, kilsənin 
dəhşətli  təqiblərindən  canlarını  qurtarsın.  Bu  adamlar  müəyyən  müddətə  iri 
universitet  şəhəri  olan  Leydendə  sığınacaq  tapmışdılar.  Xristian  dininin  içərisində 
baş verən təfriqələr, bölünmələr adamların da həyatını zəhərləyirdi. Ona görə də kilsə 
tərəfindən  təqib  olunanlar  öz  əleyhdarlarını  krala  qarşı  qiyamda,  dövlətə  xəyanətdə 
və  buna  bənzər  cinayətlərdə  ittiham  edirdi.  Kraliça  Qanlı  Mariya  öldükdən  sonra 
qaçanların  çoxu  kraliça  Elizabetin  dövründə  İngiltərəyə  qayıtdı  və  yenidən  kilsədə 
yüksək vəzifə tutdu. Sonradan isə bu adamlar öz icmalarını yaratdılar. Lakin onların 
sakit  həyatı  uzun  sürmədi.  Onları  əvvəlkindən  daha  pis  şəkildə  təqib  etməyə 
başladılar. Bir ingilisin yazdığı kimi, köhnə dərdlər indikinin yanında birə dişləməsi 
kimi  görünürdü.  Çoxlarını  dustaqxanaya  saldılar,  bəziləri  isə  amansız  nəzarətdən 
qaçmaqla  qurtuldu.  Çoxları  öz  evini  və  yaşamaq  üçün  olan  vasitələrini  tərk  edib 
qaçmağa  məcbur  oldu.  Bu  icmalardan  birinin  üzvləri  birlikdə  Niderlanda  getməyi 
qərara  aldı.  Onlar  eşitmişdilər  ki,  bu  ölkədə  hər  kəs  sərbəst  surətdə  öz  məzhəbinə 
xidmət  edir,  öz  dini ayinlərini icra  edir.  Dininə  görə  təqib  olunanların çoxu  buraya 
Londondan gəldi, Amsterdamda və digər yerlərdə məskunlaşdı.  
Məhz  belə  dəstələrdən  biri  1607  və  1608-ci  illərdə  Hollandiyaya  getməyi 
qərara  aldı.  Əlbəttə,  belə  qərara  gəlmək  asan  deyildi,  çünki  onların  yollandıqları 
ölkədə müharibə gedirdi. Bir də ki, bu adamlar həmin ölkənin nəfəs aldığı sənətlərlə 
və  ticarətlə  tanış  deyildilər,  təkcə  sadə  əkinçi  əməyinə  bələd  idilər.  Öz  vətənində 
qalmaq mümkün olmadığı kimi, ölkəni tərk etməyə də imkan verilmirdi. Onlar üçün 
limanlar  bağlanırdı,  ona  görə  də  gizli  yollar  tapmaq,  dənizçiləri  ələ  almaq,  onları 
gəmidə aparmaq üçün eşidilməmiş məbləğdə pul vermək lazım gəlirdi. Bir gəminin 
kapitanı  gəmiyə  şeyləri  yükləndikdən  və  özləri  oturduqdan  sonra  onları  satmışdı. 
Hökumət  nümayəndələri  onlarla  təhqiramiz  qaydada  davranmış  və  pullarını  alıb 
dustaqxanaya salmışdı. Gələn ilin yazında indi başqa limanda gəmiyə  oturan ingilis 
qaçqınları ailələrini götürməyə macal tapmayıb, əsgərlərin qorxusundan açıq dənizə 
çıxmağa məcbur olmuş, yolda fırtınaya düşüb, iki hadisədən sonra Norveç sahillərinə 
gəlib çıxmışdılar. Sonra isə onlar Niderland sahillərinə gəlib çatdılar. Buranın varlı, 
hər  şeylə  dolu  olan  şəhərlərində  onları  kasıblığın  sərt  üzü  gözləyirdi.  İndi 
məskunlaşmaq barədə fikirləşmək lazım idi və axırda onlar Leydendə lövbər salmağı 
qərara aldılar. Bu şəhərin Amsterdamdan fərqli olaraq dəniz ticarəti yox idi, o, yalnız 
öz universiteti ilə məşhur idi. Köçkünlər bu şəhərdə hər şeydən yapışdılar ki, özlərinə 
yaşamaq üçün vəsait əldə etsinlər.  
Çoxlu  çətinliklərə  baxmayaraq  onlar  öz  işlərini  yoluna  qoya  bildilər.  Orada 
onlar  11-12  il  yaşadıqdan  sonra  təcrübə  adlanan  sərt  hamidən  çox  şey  öyrənməli 
oldular.  Məhz  bu  dövrdə  niderlandlıların  ispanlarla  müharibəsi  sülhlə  başa  çatdı. 
İcmanın müdrik rəhbərləri başqa bir yerə köçmək barədə fikirləşirdilər. Bunun üçün 
əsaslı  səbəblər  var  idi.  Çoxları  buradakı  ağır  zəhmətə  və  sərt  həyata  dözə  bilmirdi. 
Ona  görə  də  icmanı  tərk  edirdilər.  Bəziləri  isə  ingilis  məhbəsini  Hollandiyadakı 

 
25 
azadlıqdan üstün tuturdu. Digər tərəfdən, nisbətən orta yaşlarında adamlar ən böyük 
ağırlıqlara  və  əzablara  tab  gətirirdi.  Lakin  qocalıq  yaxınlaşdıqca,  bunlara  dözmək 
çətin olurdu. Üçüncüsü isə qaçqınlar öz uşaqları ilə bu sərt həyatın tələblərinə uyğun 
olaraq  sərt  davranmalı  olurdular.  Uşaqlar  bu  ağır  həyatın  yükünü  daşımağa  qadir 
deyildilər.  Uşaqların  bir  çoxu  isə  bu  şəhərin  yerli  pozulmuş  gənclərinin  və  şəhərin 
saysız-hesabsız şirnikləndirici amillərinin təsiri altına düşüb, məhvedici yola qədəm 
qoyurdu,  öz  valideynlərini  tərk  edir,  bir  hissəsi  əsgərliyə  səfərbər  olunur,  digərləri 
uzaq dəniz səfərinə çıxmaq üçün gəmilərdə işə girir, bəziləri isə daha  pis yol seçib, 
pozğunluğa  qurşanırdı.  Ona  görə  də  icmanın  üzvləri  hiss  edirdi  ki,  onların  gələcək 
nəsli üçün mənəvi məhv və adətləri itirmə qorxusu vardır.  
Ən  başlıcası  bu  qaçqınları  yeni  məskən  axtarmağa  dini  inamları  məcbur 
edirdi.  Onlar  razı  idilər  ki,  qoy  sadəcə  pillə  rolunu  oynasınlar.  Lakin  başqaları  bu 
pillələrlə  daha  böyük  işlərə  gedəcəklər.  Nəhayət  onlar  məskən  salmaq  üçün 
Amerikanın geniş və adam yaşamayan sahələrindən birini nəzərdə tutdular. Həm də 
bu yer münbit və yaşayış üçün yararlı olmalı idi. Onlar güman edirdilər ki, yəqin ki, 
həmin  yerdə  vəhşi  adamlar  da  yaşayacaqdır.  Bu  təklif  bütün  icma  tərəfindən 
müzakirə  edildikdə  rəylər  bölündü,  tərəddüdlər  və  qorxu  meydana  çıxdı.  Axı 
üzməyin  özünün  təhlükəsi  ilə  yanaşı,  çünki  yol  olduqca  uzun  idi,  sahildə  onları 
gözləyəcək  məhrumiyyətlər  haqqında  da  düşünmək  lazım  gəlirdi.  Yəqin  ki,  orada 
həm aclıq, həm soyuq və həm də digər ağıla gəlməyən məhrumiyyətlərlə qarşılaşmaq 
ehtimalı var idi. Təkcə iqlimin dəyişilməsi, adət edilməmiş qida və su ağır xəstəliklər 
əmələ  gətirə  bilərdi.  Hələ  vəhşi  adamların  hücumu,  onların  fağır  adamlara  qalib 
gəldikdə  qəzəbi  heç  də  xırda  təhlükə  deyildi.  Onların  haqqında  ağlasığmaz 
vəhşiliklər  danışılırdı  ki,  adamların  diri-diri  dərisini  soyurlar,  əllərini-ayaqlarını 
hissə-hissə  doğrayır,  onları  kömürdə  qızardıb,  hələ  diri  olan  qurbanlarının  gözü 
qabağında yeyirlər. Belə söhbətlərdən adamların başının tükü qalxırdı.  
Bir  də  belə  səfər  üçün  çoxlu  pul  lazım  idi,  təkcə  Amerikaya  getmək  üçün 
gəmi  axtarmaqla  yanaşı,  ehtiyat  ərzaq  və  mallar  almaq  üçün  nə  qədər  xərc  tələb 
olunurdu. Artıq bu adamların yad ölkədə yaşamaq təcrübəsi var idi, Hollandiya kimi 
qonşu  və  varlı  ölkədə  belə  yaşamağın  nə  qədər  çətin  olduğunu  onlar  öz  gözləri  ilə 
görmüşdülər. Lakin bütün bu çətinlikləri göz önünə gətirərkən onlar başa düşürdülər 
ki, bütün bunlar ehtimal olunur, ancaq heç də hökmən baş vermək xarakteri daşımır. 
Bir də ki, çətinlikləri yalnız mərdliklə dəf etmək olar. Əgər məhv olsalar belə, onlar 
bir  şeydə  təskinlik  tapırdılar  ki,  onların  amalları  yüksək  olmuşdur.  Həm  də 
Hollandiyada da aclıq və xəstəlik hər yerdə olduğu kimi məhvedici idi.  
İcma  çox  götür-qoy  etdikdən  sonra  konkret  haraya  üzmək  məsələsi  ortaya 
çıxdı. Adamların bir qismi Qviananı və ya digər isti diyarlardakı münbit yerləri təklif 
edirdi.  Digərləri  Virciniyanı  təklif  edir  və  bunu  belə  əsaslandırırdı  ki,  artıq  orada 
ingilislər  məskən  salmağa  başlamışlar.  Qviananı  təklif  edənlər  belə  bir  dəlil  irəli 
sürürdülər  ki,  varlı  və  münbit  yerlərdə  həmişə  əbədi  bahar  hökm  sürür.  Qüdrətli 
təbiət  həmin  yerlərdə  hər  şeyi  bolluqla  verir,  adamlardan  da  elə  böyük  zəhmət  və 
xüsusi  bacarıq  tələb  etmir.  Ona  görə  də  orada  asanlıqla  varlanmaq  olar,  çünki  hətta 
paltar  və  digər  şeylər  də  daha  soyuq  və  az  məhsul  verən  ölkələrdə  olduğundan  az 
tələb  olunur.  Həm  də  ki,  ispanlar  orada  və  ona  yaxın  yerlərdə  hələ 
məskunlaşmamışlar.  

 
26 
Digərləri  isə  onlara  belə  cavab  verdi  ki,  düzdür  həmin  yerlər  münbitdir  və 
yaşamaq  üçün  başqaları  ilə  müqayisədə  xoş  və  hətta  yüngüldür,  lakin  başqa 
məsələlərə  görə  yaşamaq  üçün  o  qədər  də  əlverişli  deyildir.  Çünki  isti  iqlim  ağır 
xəstəliklər  və  digər  ziyanverən  şeylər  əmələ  gətirir.  Bunlardan  isə  mülayim  iqlim 
məhrumdur  və  ingilislərin  səhhətinə  isti  iqlim  zərərli  təsir  göstərə  bilər.  Digər 
tərəfdən yeni sakinlərin işi orada yaxşı getsə, ispanlar buna dözməyib onları oradan 
sıxışdırıb  çıxaracaqdır.  Necə  ki,  onlar  fransızları  Floridadan  sıxışdırıb  çıxardılar. 
Baxmayaraq  ki,  axırıncılar  onların  varlı  koloniyalarından  çox  uzaqda  məskən 
salmışdılar.  Kiçik  icmanın  isə  belə  qüdrətli  rəqibin  gücünü  dəf  etməyə  qüvvəsi 
olmayacaqdır.  
Virciniya  barədə  də  narazılıq  səsləri  eşidildi.  Əgər  qaçqınlar  ingilislərin 
arasında yerləşsələr, yenidən onların idarəetməsinə tabe olacaqlar. İngiltərədə olduğu 
kimi  yenə  də  onları  dini  inamlarına  görə  təqib  etməyə  başlayacaqlar.  Onlardan  çox 
uzaqda yerləşildikdə isə onlar heç yerdən kömək və müdafiə olunmayacaqlar.  
Nəhayət,  belə  qərara  gəlindi  ki,  onlar  ayrıca  yaşasınlar,  Virciniya 
qubernatoruna  tabe  olsunlar  və  öz  dini  inamlarını  icra  etmək  üçün  onlara  azadlıq 
verilməsinə  nail  olsnular.  Lakin  bu  Virciniyada  məskunlaşmaq  təklifi  Virciniya 
Kompaniyası  tərəfindən  də  qızğın  qarşılanmasına  baxmayaraq,  kraldan  sektantların 
öz  məzhəblərini  sərbəst  icra  etmək  icazəsini  almaq  barədəki  cəhdlərin  hamısı  boşa 
çıxdı.  Nəhayət  kompaniyadan  imtiyazlar  və  səlahiyyətlər  haqqında  patent  almaq 
mümkün oldu, lakin ondan da istifadə etməyə ehtiyac qalmadı. Bu vaxt hollandlar bir 
yerdə  üzmək  barədə  daha  sərfəli  şərtlərlə  təklif  irəli  sürdülər.  Bir  çoxları  məsləhət 
gördü  ki,  Virciniya  kompaniyasındansa,  hollandlarla  iş  görmək  daha  əlverşlidir.  Bu 
vaxt icmanın İngiltərədə yaşayan bəzi üzvləri getməkdən imtina etdilər.  
Nəhayət, çoxluq son təkliflə razılaşdı və Hollandiyada kiçik bir gəmi alınıb, 
səfər üçün qaydaya salındı. 6 sentyabr 1620-ci ildə gəmi açıq dənizə  çıxdı. Üzmək 
istiqamətindəki  bir  neçə  gün  davam  edən  külək  yolçuları  xeyli  ruhlandırdı.  Sonrakı 
günlər isə okeanın dalğaları gəmini və onun sərnişinlərini qorxulu imtahana çəkirdi. 
Nəhayət,  quru  sahili  çox  axtardıqdan  sonra  gəmi  Kod  burnu  adlanan  yerin 
yaxınlığına gəldi. Hadson çayının yaxınlığında məskən salmaq üçün yer axtarılmağa 
başlandı.  Gəmi  burnun  yanındakı  limana  girdi.  Bu  yerləri  ilk  dəfə  1602-ci  ildə 
kapitan Qosnold tapmış və ona bu adı vermişdi. Sonralar kapitan Smit buranı Ceykob 
burnu adlandırmışdı. Lakin burun əvvəlki adını saxladı. İngilis dilindən tərcümədə bu 
Treska  burnu  mənasını  verir,  yəqin  ilk  tədqiqatçılar  burada  çoxlu  həmin  növ  balığı 
tutduqlarına  görə  belə  ad  vermişdilər.  Burada  gəminin  sərnişinləri  sahilə  çıxdılar. 
Onlar  çox  pis  gündə  idilər,  bu  kimsəsiz  torpaqlarda  isə  onları  heç  kəs  qarşılamırdı. 
Lakin Bibliyada yazıldığı kimi, bu səfərdə aclıq və susuzluq çəkəndə, onların ruhu da 
çaşmışdı.  
11  noyabrda  Kod  burnuna  düşən  ingilislər  özlərinə  yaşayış  üçün  yer 
axtarmağa  başladılar.  Quruda  əlverişli  yer  axtarmağa  yollananlar  ilk  dəfə  onları 
görən kimi qaçıb gizlənən hindularla qarşılaşdılar və meşədə ilk dəfə bu yerin suyunu 
içdilər. Uzun müddət susuzluqdan əziyyət çəkən bu adamlara su şərabdan və əvəlki 
günlərinin pivəsindən şirin görünürdü. Onlar yollarına davam edərkən şirin sulu göl 
və  hinduların  qarğıdalı  əkib  becərmək  üçün  təmizlədikləri  sahəni  gördülər.  Burada 
onlar həmçinin bir neçə qəbir müşahidə etdilər. Bir az uzaqda isə yaşayış yerinin və 

 
27 
evin  qalıqlarını,  qumda  basdırılmış  qazan  və  içərisi  qarğıdalı  ilə  dolu  olan  bir  neçə 
gözəl hindu zənbilləri tapdılar. Qarğıdalı dənələnməmiş olmaqla bir neçə rəngdə idi. 
İngilislər indiyədək ümumiyyətlə qarğıdalı görməmişdilər.  
Sonra onlar mənsəbində iki qola ayrılan çayı tapdılar. Onlar bir neçə qarğıdalı 
qıçası götürüb gəmiyə qayıtdılar. Qayıqda səfər edərkən ingilislər iki koma tapdılar. 
Onların içərisində müxtəlfi qab-qacaq var idi. Burada da qarğıdalı və müxtəlif rəngdə 
paxlalı bitki toxumları var idi. Onlar gələcəkdə əvəzini ödəmək şərtilə bu qarğıdalı 
və  paxlalıları  götürdülər.  Bir  az  burada  yaşadıqdan  sonra  qış  özünü  göstərməyə 
başladı. Yer donmuşdu, hər yeri qar basmışdı.  
Bir  qədər  sonra  isə  rast  gəldikləri  hindularla  ilk  toqquşmaları  baş  verdi  və 
xoşbəxtlikdən bu nizə yağışı altında yaralanan olmadı. Gəmilər üçün yararlı limanın 
yanındakı  torpaqlarda  onlar  yeni  qarğıdalı  tarlaları  və  kiçik  çaylar  tapdılar.  Bura 
yaşayış  üçün  yararlı  yer  idi.  Ona  görə  də  Amerikaya  gələn  bu  kiçik  ingilis  dəstəsi 
burada  məskunlaşmağı  qərara  aldı.  1620-ci  ilin  Milad  bayramı  günü  ilk  ümumi  ev 
tikilməsinə  başlandı  ki,  bu  adamlar  və  onların  bütün  əmlakı  üçün  sığınacaq  rolunu 
oynasın.  "Meyflauer"  gəmisindəki  uzun  səfər  Keyp  Kod  yarımadasında 
məskunlaşmaqla  başa  çatdı.  Lakin  bu  ilk  məskunları  hələ  çoxlu  dəhşətli  sınaqlar 
gözləyirdi.  
Yeni  sakinlər  bir  neçə  koma  tikməyə  başladıqda,  lazım  olan  mülki  və  hərbi 
qanunları  qoymaq  üçün  yığışdılar.  Artıq  onlar  özlərinə  ilk  qubernator  kimi  Con 
Karveri təsdiq etmişdilər. Lakin bədbəxtliklər bu adamları daim müşayiət edirdi. 2-3 
ay keçdikdən sonra buraya gələn adamların yarısı öldü. Xüsusən yanvar və fevralın 
şaxta  və  soyuğuna  uyğun  yaşayış  evi  və  digər  lazım  olan  şeylər  yox  idi.  Adamlar 
sinqa və digər xəstəliklərdən əziyyət çəkirdi. Elə olurdu ki, gündə 2-3 adam ölürdü. 
Belə  ki,  100-dən  bir  az  artıq  olan  adamdan  vur-tut  50  adam  sağ  qaldı.  Ən  çətin 
dövrlərdə isə onların içərisində yalnız 6-7 sağlam adam olurdu və ancaq onlar gecə-
gündüz  işləyirdi,  xəstələrə  qulluq  edirdi,  odun  gətirib  ocaq  qalayırdı,  yemək 
hazırlayırdı,  üfunətə  bulaşmış  paltarları  yuyurdu  və  xəstələri  geyindirib, 
soyundururdu.  Dənizçilərdən  gəmi  komandasının  yarısına  qədəri  öldü.  Yeni 
sakinlərdən fərqli olaraq dənizçilər özlərini olduqca pis aparırdılar. Yaxşı vaxtlarda 
bir  yerdə  yeyib-içənlər  xəstələnən  yoldaşının  kayutasına  girməkdən  imtina  edirdi. 
Onlar  xəstəliyə  yoluxmamaq,  öz  həyatları  ilə  risq  etməmək  üçün  heç  kəsə  kömək 
etmirdilər, hətta adamlar öləndə də ona heç bir kömək göstərilmirdi.  
Bir azdan hindularla tanışlıq və yaxınlaşma başladı. Hinduların böyük Saxemi 
koloniyaya  qonaq  gəldi.  Bu  görüş  vaxtı  sülh  bağlandı  və  bu  sülh  24  il  davam  etdi. 
Sülh müqaviləsinin şərtlərində hindu tayfasının yeni məskunlara zərər yetirməyəcəyi, 
zərər yetirən bir nəfər olsa onun nümunəvi cəzalandırılmaq üçün verilməsi, oğurluq 
olduqda  oğurlanan  şeyin  qaytarılması,  hindu  tayfasına  qarşı  kim  ədalətsiz  müharibə 
başlasa  sakinlərin  tayfanın  köməyinə  gəlməsi,  kim  tayfanın  üzərinə  müharibə  ilə 
gəlsə  sakinlər  tərəfindən  tayfaya  kömək  edilməsi  qərara  alındı.  Hindu  tayfası  vəd 
edirdi  ki,  öz  müttəfiqləri  olan  hindu  tayfalarına  məlumat  verəcəkdir  ki,  onlar  da 
sakinlərə  heç  bir  ziyan  toxundurmasınlar  və  bu  müqaviləyə  qoşulsunlar.  Həm  də 
hindular  söz  verirdilər  ki,  sakinlərin  yanına  gələndə  özləri  ilə  ox  və  nizə 
gətirməyəcəklər.  Bu  müqavilə  bağlandıqdan  sonra  Saxem  40  mil  aralıda  olan  öz 
yaşayış  məntəqəsinə  qayıtdı.  Hindular  ingilislərə  qarğıdalı  əkib-becərməyi,  balığı 

 
28 
haradan  tutmağı  öyrətdi,  həmçinin  naməlum  yerlərdə  onlara  bələdçilik  etməyə 
başladılar.  
Hindularla  münasibətlərin  qaydaya  salındığı  vaxt  sakinlərin  ümumi  evi  yeni 
ilin  yanvar  ayında  yandı  və  bir  çox  adam  gəmidə  özünə  sığınacaq  tapdı.  Sonra  isə 
hamını sirayətləndirən xəstəlik baş verdi. Havalar isə olduqca pis keçirdi. Qubernator 
görəndə ki, hər gün çoxları xəstələnir və ölür, belə qərara gəldi ki, hələ gəmini geri 
buraxmasın. Hindulardan da hələ təhlükə qalırdı. Gəmi kapitanı da komandanın xeyli 
hissəsi öldükdən sonra və xəstə halda olduğuna görə dənizə çıxmağa cəsarət etmirdi. 
Tezliklə  sakinlər  qarğıdalı  səpməli  oldular.  Bu  işdə  onlara  hindu  kömək  edirdi.  O, 
sakinləri  başa  saldı  ki,  köhnə  becərilmiş  yerlərdə  əgər  torpaqlar  balıqla 
qidalanmamışdırsa,  heç  bir  fayda  olmayacaqdır.  Həm  də  hindu  başa  saldı  ki, 
qəsəbənin  tikildiyi  yerin  yanında  aprel  ayında  balıqlar  kiçik  çay  ilə  yuxarı 
qalxacaqlar,  bu  vaxt  onları  necə  tutmaq  qaydasını  da  öyrətdi.  İngilislərdən  gətirilən 
buğda və noxud səpilsə də, olduqca pis cücərti verdi. Səpin vaxtı isti gündə tarladan 
qubernator Karver tam xəstə qayıtdı və bir neçə gündən sonra vəfat etdi. Ondan bir 
az  sonra  onun  xəstəhal  olan  arvadı  da  öldü.  Onun  yerinə  qubernatorluğa  Uilyam 
Bredford seçildi. May ayında isə sakinlər arasında ilk kəbin mərasimi baş verdi.  
Hər  cür  məşəqqətlərə  və  çətinliklərə  baxmayaraq  həyat  davam  edirdi.  Sonra 
isə  sakinlər  daha  bir  hindu  tayfası  ilə  müqavilə  bağladılar.  Beləliklə  ətraf  yerlərin 
bütün  sakinləri  ilə  sülh  və  mehriban  qonşuluq  münasibətləri  yarandı.  1621-ci  ilin 
noyabrında  ingilis  kolonistlərinə  kiçik  gəmidə  gələn  35  nəfərdən  ibarət  yeni  dəstə 
qoşuldu.  Onların  çoxu  cavan  adamlar  idi.  Bu  gəmi  ilə  sakinlər  vətənə  yaxşı  çəllək 
taxtaları  və  iki  çəllək  qunduz  və  su  samuru  xəzləri  göndərdilər.  Yüklərin  ümumi 
qiyməti 500 funt dəyərində müəyyən edildi.  
Gəmi  geri  döndükdən  sonra  qüdrətli  hindu  tayfası  olan  Narraqansetlər 
ingilislərə hədə göndərdi. Qubernator cəsarətli tərpənib onlara qəti cavab verdi. Əgər 
onlar  sülhə  görə  müharibəyə  üstünlük  verirlərsə,  nə  vaxt  istəyirlərsə,  müharibəni 
başlaya  bilərlər.  Sakinlər  bir  sıra  ehtiyatlılıq  tədbirləri  də  gördülər.  Onların  belə 
mövqeyi  müharibənin  qarşısını  aldı.  Yazda  isə  müəyyən  təhlükələrə  baxmayaraq 
Massaçusetsdəki  hindu  tayfasının  yanına  yollanıb,  onlarla  faydalı  ticarət  edib, 
salamat da qayıtdılar.  
Sakinlər bu ağır həyatda öz təcrübələrindən çox şeyi sınaqdan çıxarır, nəyin 
faydalı, nəyin zərərli olduğu qənaətinə gəlirdilər. Onlar müəyyən etdilər ki, adamları 
mülkiyyətdən  məhrum  edib,  hər  şeyi  ictimailəşdirməklə  onları  xoşbəxtliyə  gətirib 
çıxarmaq olmaz. Əmlakın ictimailəşməsi yalnız münasibətlərin korlanmasına gətirib 
çıxarırdı,  adamlarda  narazılıq  yaradırdı.  Gənc  və  zəhmətə  daha  qadir  olan  adamlar 
gileylənirdilər ki, onlar nəyə görə başqalarının arvadları və uşaqları üçün işləməlidir. 
Bölgü  vaxtı  isə  güclülər  və  bacarıqlılar  heç  də  onlardan  dörd  dəfə  pis  işləyən 
zəiflərdən  çox  haqq  almırdı.  Bu  isə  ədalətsizlik  hesab  olunurdu.  Qocalar  əmək 
alətlərinə, qida və paltara görə cavanlarla bərabərləşdirildikdə, bundan narazı qalırdı. 
Qadınlar  başqa  kişilərə  qulluq  etdikdə,  bunu  köləlik  kimi  qəbul  edirdilər,  ərlərin 
çoxuna  isə  bu  heç  də  xoş  gəlmirdi.  Bütün  bunlar  ümumiləşmə,  ictimailəşmə 
ideyasının qüsurlu olduğunu sübut edirdi.  
Balıq  ovu  da  ərzaq  ehtiyatı  toplamaq  üçün  çox  köməyə  gəlirdi.  Çox  vaxt 
sakinlər sahildəki qumlardan dənizin çəkilməsi vaxtı molyuskaları çıxarıb yığırdılar. 

 
29 
Qış vaxtı qoza yığmaqla və quş ovu ilə məşğul olurdular. Yay vaxtı isə onlara bəzən 
hətta  maral  ovlamaq  müyəssər  olurdu.  Bütün  bunlara  baxmayaraq  sakinlər  əslində 
yarı  ac  həyat  tərzi  keçirirdilər.  Gəmi  ilə  gələn  adamlar  onların  bu  yoxsulluğunu 
gördükdə  heyrətə  gəlirdi.  Bəzi  sakinlər  isə  hətta  yenidən  İngiltərəyə  qayıtmaq 
istəyirdi.  Sakinlərin  çoxu  cır-cındırda,  bəziləri  isə  lap  çılpaq  gəzirdi.  Çox  vaxt 
yeməyə yalnız dəniz xərçəngi və ya balıq qırığı, o da çörəksiz və bir də bulaq suyu 
olurdu. Uzun müddət belə qidalanma və tarladakı ağır əmək onları taqətdən salırdı.  
1624-cü ildə vəzifəli adamların illik seçkisində qubernator təklif etdi ki, yeni 
adamlar  seçilsin  və  bunun  zəruriliyini  əsaslandırdı.  Əgər  bu  vəzifələr  şərəf  və  ya 
fayda  gətirirsə,  qoy  başqaları  da  bundan  istifadə  etsin,  yox,  əgər  bu  vəzifələr  bir 
yükdürsə,  ədalətli  olar  ki,  başqaları  da  bu  yükü  çəkməyə  kömək  etsin.  Məhz  illik 
seçkilərin  də  üstünlüyü  bundadır.  Buna  baxmayaraq  qubernator  Bredford  yenidən 
həmin vəzifəyə seçildi.  
Bu  dini  icmanın  Amerikada  məskunlaşması  üzərində  daha  ətraflı  dayanmaq 
lazım gəldi. Ona görə ki, bu adamlar Virciniyanı məskunlaşdıranlardan fərqli olaraq, 
heç də məcara axtaran adamlar deyildi, bunlar öz dini inamlarını sərbəst şəkildə icra 
etmək  üçün  vətəndən  əvvəlcə  qonşu  ölkəyə,  sonra  isə  naməlum  torpaqlara  gəlib 
çıxmışdılar.  Onlar  yalnız  zəhmətin  hesabına  yaşamağı  özlərinə  məqsəd  seçmişdilər 
və bu koloniya özü üçün möhkəm  mənəvi prinsiplər yaratmışdı. 22  dekabr 1620-ci 
ildə adamlar materikə birdəfəlik düşməmişdən əvvəl, "Meyflauer" gəmisində məşhur 
"müqavilə" tərtib etmişdilər. Bu sənəddə Yeni Plimut koloniyasının əsasını qoyanlar 
"mülki  siyasi  cəmiyyətin"  yaradılmasını  elan  edirdilər  ki,  bundan  da  məqsəd 
koloniya  üçün  gələcəkdə  ümumi  fayda  verəcək  və  hamıdan  ötəri  məcburi  olan 
"ədalətli  və  bərabər"  qanunlar  işləyib  hazırlamaq  idi.  Çoxları  bu  müqaviləni 
Amerikanın sonrakı demokratik qanunvericiliyinin əsası kimi qəbul edir. Yeni Plimut 
koloniyası  ağır  əzablar  və  məhrumiyyətlər  içərisində  yaranırdı,  lakin  bu  sağlam 
uşaqdan  gələcək  qüdrətli  Amerika  nəsli  yarandı.  Yeni  Plimutdan  Massaçusetsin 
məskunlaşmasının  ilk  addımları  atıldı  və  bu  koloniya  gələcəkdə  ABŞ  dövlətinin 
yaranmasında xüsusi rol oynadı. Altı il əvvəl kapitan Smitin öz xəritəsində "Plimut" 
kimi qeyd etdiyi bu yer təkcə yeni qaçqınların sığınacağı deyil, azad ruhlu insanların 
yaratdığı kiçik bir cəmiyyətin bünövrəsi oldu. Bu adamlar ilk gündən fədakarlığı ilə 
seçilirdi.  Onların  payına  düşən  hər  cür  əzab-əziyyətlərə  baxmayaraq  "Meyflauer" 
gəmisi  geri  qayıdarkən  bir  nəfər  də  olsun  İngiltərəyə  qayıtmaq  barədə  xahiş 
etməmişdi.  
Onlar ən ağır günlərdə belə ciddi intizama riayət  edir, ərzaq istehlakı barədə 
qubernatorun  qoyduğu  sərt  qaydalara  əməl  etməklə  və  görünməmiş  iradəlilik  və 
dözümlülük göstərməklə, məhz sağ qalmağa müvəffəq olurdular. Onların ən başlıca 
xilas  mənbəyi  isə  zəhmət  idi.  Heç  kəs  özünü  qida  ilə  təmin  etmək  üçün  ağır 
zəhmətdən imtina etmirdi.  
İki yüz ildən bir qədər sonra Amerika Birləşmiş Ştatlarında və Kanadada bu 
ölkələrin vətəndaşları Massaçusetsin ilk immiqrant sakinlərinin xatirəsi ilə əlaqədar 
olan Minnətdarlıq (Şükranlıq) günü bayramını qeyd etməyə başladılar. 1863-cü ildən 
başlayaraq  bir  əsr  yarıma  qədərki  dövr  ərzində  bu  bayram  rəsmi  qaydada  ABŞ-da  
hər il noyabr ayının dördüncü həftəsinin cümə axşamı günü qeyd edilir. Həmin gün 
mömin  xristianlar  qızardılmış  hinduşka  əti  xörəyi  olan  süfrə  arxasına  oturaraq, 

 
30 
əliaçıq Allaha dua etməli və Amerikanı fəth edən və məskunlaşdıran öz əcdadlarını 
yaxşı  sözlərlə  yad  etməlidirlər.  Bu  minnətdarlıq  ənənəsini  1620-ci  ilin  dekabrında 
indiki  Massaçusets  ştatının  ərazisinə  gəlib  düşmüş  və  Yeni  Plimut  koloniyasının 
əsasını  qoymuş  ingilis  kolonistləri  bir  il  sonra  yaratmışlar.  Onlardan  yalnız  yarısı 
yaza  salamat  çıxmış,  yayda  qarğıdalıdan  yaxşı  məhsul  götürmüş,  bununla  da 
bütünlüklə  qırılmaq  təhlükəsindən  xilas  olmuşdular.  Ona  görə  də  onlar  Allahın  bu 
mərhəmətini  böyük  təntənə  ilə  1621-ci  ilin  noyabrında  qeyd  etdilər  və  ovladıqları 
vəhşi hinduşka onların bayram süfrəsini bəzəmişdi. İndi 35 milyon amerikalı özlərini 
bu  adamların  nəsli hesab  edir.  Ona  görə  də  ənənəyə  müvafiq  olaraq  amerikanlar  və 
kanadalılar  həmin  gün  hökmən  bayram  süfrəsində  qızardılmış  hinduşka  yeyirlər. 
1998-ci ildə amerikanlar Minnətdarlıq günü 45 milyon hinduşka yemişdilər.  1630-cu 
ildə isə dostları Leydendən onların yanına gəldi və öz yeni vətənlərində özlərini daha 
təhlükəsiz  və  inamlı  hiss  etdi.  Artıq  İngiltərə  və  Hollandiya  arasında  da  səmimi 
münasibətlər  yaranmışdı,  1625-ci  ildə  kral  Ceyms  öldükdən  sonra  taxta  onun  oğlu 
Çarlz çıxmışdı. İki xalq arasında sülh və yaxşı münasibətlər yaranmasının əlamətləri 
görünürdü. 

 
31 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin