Telman Orucov


Koloniyaların idarə edilməsi formaları. Təhsilin inkişafı



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   2   3   4   5   6   7   8   9   ...   38

Koloniyaların idarə edilməsi formaları. Təhsilin inkişafı 
 
Ərazilərin idarəçiliyi hər yerdə o qədər də yaxşı təsir bağışlamırdı. Hətta lord 
Baltimor da Merilendin asan bir idarə edilən ərazi olmadığını yəqin etdi. 1675-ci ildə 
o,  öldükdən  sonra  onu  oğlu  Çarlz  əvəz  etdi.  Bu  vaxt  virciniyalı  Bekondan  nümunə 
götürən  Devis  və  Peyt  orduda  qiyam  qaldırdılar.  Həmin  dövrdə  hindular  sərhəddə 
dayanmışdılar.  Lakin  Merilenddə  qiyamçıların  müvəffəqiyyəti  virciniyalıların 
uğurundan asılı idi. Bekon öldükdə Merilend qiyamçıları da tezliklə təslim oldular. 
Devis və Peyt dar ağacından asıldı. Lakin Merilendi, Virciniya kimi əldə saxlamaq o 
qədər də asan deyildi.  
Qubernatorların  İngiltərədə  yaşamaqla  koloniyanı  öz  köməkçiləri  vasitəsilə 
idarə etməsi qaydası erkən XVIII əsrdə çox yayılmışdı. Yeganə adam, Duqlas 40 il 
ərzində nominal qubernator olmuşdu. O, heç vaxt Atlantik okeanı üzüb keçməsə də, 
böyük  məbləğdə  maaş  alırdı.  Qabiliyyəti  az  və  yararlı  olmayan  quberantorların  bir 
çox  çatışmazlıqlarına,  onların  assambleya  və  xalqla  çoxlu  sözləşmələrinə 
baxmayaraq  Virciniya  çiçəklənməkdə  davam  edirdi  və  XVII  əsrin  sonunda  burada 
əhalinin  sayı  100  min  nəfərə  çatmışdı.  Bu  vaxt  demək  olar  ki,  əhali  bütünlüklə 
ingilislərdən  ibarət  idi.  Lakin  1700-ci  ildə  bir  neçə  yüz  hüqenot  öz  vətəni  kimi  bu 
koloniyanı  seçdi.  1730-ci  ilə  yaxın  böyük  sayda  şotlandlar  Şenondoa  vadisində 
məskunlaşdı  və  onlardan  sonra  tezliklə  almanlar  gəldi.  Bu  adamların  gəlməsi 
Virciniya  cəmiyyətinə  yeni  həyat  tərzlərini,  yeni  dini  qaydaları,  yeni  demokratik 
ideyaları  gətirirdi.  Lakin  buradakı  dəyişikliklər  hesabına  müxtəlif  millətlər  yavaş-
yavaş  qarışaraq  bir  xalqa  çevrildilər,  kolonial  dövrün  qalan  hissəsini  meşələri 
qırmaqda və böyük dövlətin əsasını yaratmaqda keçirirdilər.  
Burada  maarif  də  inkişaf  etməyə  başladı.  Amerikada  açılan  ikinci  kollec 
Uilyam  və  Mariya  kolleci  idi.  Təkcə  Harvard  kolleci  ondan  əvvəl  yaranmışdı.  Bu 
kollecin  banisi  keşiş  doktor  Ceyms  Bleyr  idi.  Onun  məqsədi  gəncləri  keşiş  olmağa 
hazırlamaq idi. Bleyr 1691-ci ildə İngiltərəyə fondları müdafiə etməyə göndərilmişdi. 
Xəzinə  komissioneri  Edvard  Seymurla  görüşənə  qədər  onun  işləri  yaxşı  gedirdi. 
Bleyr  ona  Virciniya  xalqının  İngiltərə  xalqı  kimi  xilas  edilməli  olan  ruha  malik 
olduğunu  dedikdə,  Seymur  cavab  vermişdi:  "Ruhlar!  Cəhənnəm  olsun  sizin  ruhlar. 
Tütün  becərin!".  Mülayim  doktor  güzəştə  getdi.  O,  1693-cü  ildə  çarterlə  qayıtdı, 
kollecin ilk prezidenti oldu və bu mövqeyi 50 il əlində saxladı. Kollec Uilyamburqda 
yerləşirdi.  Bleyrdən  sonra  kollecə  qubernator  Frensisk  Nikolson  hamilik  etdi.  O, 
Virciniyanın  ən  yaxşı  quberantorlarından  biri  idi.  Lakin  bir  əhvalat  hesabına 
hörmətini  itirdi.  O,  Uilyamsburq  yaxınlığında  yaşayan  Meycor  Baruellin  qızına 
vuruldu. Lakin gənc qız onun hisslərini rədd etdi. Nikolson qəzəblənib bəyan etdi ki, 
əgər başqa birisi bu qıza evlənsə o, "üç adamın hüququnu ləğv edəcək - təzə bəyin, 
keşişin  və  litsenziya  verən  hakimin".  Doktor  Bleyrin  qardaşının  da  qıza  xoş 
münasibət  bəslədiyindən  şübhələnib,  o,  bütün  Bleyr  ailəsindən  intiqam  alacağı  ilə 
hədələdi.  Qubernator  özünü  belə  ağılsız  apardığından,  1705-ci  ildə  İngiltərəyə 
çağrıldı  ki,  doktor  Bleyrdən  uzaq  olsun.  Digər  məhəbbət  əhvalatı  isə  əksinə,  yaxşı 
qurtardı.  
İnqilabdan əvvəl kollecin sonuncu prezidenti olan keşiş professor Kemm orta 
yaşda  olsa  da  subay  idi.  Onun  gənc  dostu  ümidsiz  qaydada  miss  Betsi  Hensforda 

 
52 
vurulmuşdu.  Lakin  onun  eşqi  bəhrəsiz  idi.  O  professor  Kemmdən  təvəqqe  etdi  ki, 
onun  üçün  xahişçi  olsun.  Kemm  bunu  etdi.  Betsiyə  Bibliya  mətnlərindən  çoxlu 
məktublar  göndərdi  ki,  ona  ərə  getməyin  borc  olduğunu  təlqin  etsin,  lakin  bunun 
xeyri  olmadı.  Axırda  gənc  qadın  xahiş  etdi  ki,  professor  evinə  gedib  "II  Samyuil" 
kitabının VII fəslinə baxsın. O, belə də etdi və mətndə bu sözləri tapdı: "Həmin adam 
sənsən" və Kemm özü Betsiyə evləndi.  
Tədqiqatçılar Gilbert və Relinin vaxtilə məqsədi başlıca olaarq ticarət postları 
qurmaq  idi,  buradan  da  qızıl  axtarışına  çıxmaq  və  şimali-qərbə,  hindu  qəbilələrinə 
tərəf  getmək  olardı.  Kompaniyalara  bu  kommersiya  faydası  gətirəcəkdi  və 
ingilislərin  bu  torpaqları  tutması  üçün  lazımi  hüquqa  malik  olmalarına  gətirib 
çıxaracaqdı. Məskunlaşmış ərazilər isə genişlənəcəkdi. 
Merilendin  əsasının  qoyulması  ilə  Amerikanın  ilk  daimi  mülkiyyəti  əmələ 
gətirən  hökuməti  meydana  gəldi.  İngilis  torpaq  sahibkarı  hökumətin  palatinett 
forması ilə tanış idi, necə ki, ingilis tacirlərinə korporasiya məlum idi. Bu hökumət 
forması  monarxiya  olmalı  idi.  Lakin  monarxiya  forması  Amerikada  inkişaf  edə 
bilmədi. Merilend də digər koloniyalar kimi 1691-ci ildə kral əyalətinə çevrildi.  
Şimali  Karolina  Amerikada  ilk  daimi  ingilis  koloniyaları  mövcud  olanda 
meydana gəldi. Relinin 1584-cü il çarterinə əsasən böyük səyyah bu torpaqda hələ o 
vaxt  daimi  koloniya  yaratmaq  fikrinə  düşmüşdü.  1711-ci  ildə  Şimali  Karolinada 
hindular dəhşətli qırğın törətdi. Yüzlərlə məskun tomohavkın rəhmsiz qurbanı oldu. 
Əsas ziyan görənlər Nyu Berndəki almanlar oldu. Bu vaxt ağ əhalinin burada sayı 5 
min  nəfər  idi.  Onlar  yerli  qırmızı  dərililərin  torpağını  tutmuşdular  və  bu  onları 
bədbəxtliyə  gətirib  çıxardı.  Tuskarorasın  başçılığı  altında  müxtəlif  qəbilələr  bu 
qırğında  iştirak  etmişdi.  Adamlar  qaçıb  Cənubi  Karolinadan  kömək  aldı, 
polkovniklər Con Barnuell və Ceyms Moorun başçılığı altında onlar qırmızı dərililəri 
ayrı-ayrı  yerlərdə  ovlayardılar  və  böyük  bir  döyüşdə  hinduların  400  döyüşçüsünü 
məhv  etdilər.  Əcdadları  Nyu  Yorkdan  gəlmiş  olan  Tuskaroras  axırda  öz  cənub 
vətənini tərk etməklə, öz əcdadlarının torpağına qayıtmağı qərara aldı. 1714-cü ildə 
onun  dəstəsi  uzaqlaşdı,  İrokezlərə  və  ya  Nyu  Yorkun  Beş  Xalqına  qarışdı.  Bu 
konfederasiya sonralar Altı Xalqa çevrildi.  
İlk 13 koloniyadan biri olan Şimali Karolina daha az kommersiya, daha çox 
əyalət  diyarı  olmaqla  Avropanın  təsirindən  daha  uzaq  idi  və  onun  meşə  həyatı 
nisbətən  pozulmamış  qalmışdı.  Hər  bir  koloniya  öz  sərhədinə  malik  idi  və  qonşu 
torpaqlar  elə  bil  ki,  sivilizasiya  ilə  vəhşilik  arasında  idi.  Lakin  Yeni  Karolina 
bütünlüklə  öz  sərhədini  qurmuşdu.  Bu  koloniya  pis  qubernatorun  əlinə  düşəndə 
qarışıqlıq  dövrü  başlandı  və  1729-cu  ildə  Şimali  Karolina  və  Cənubi  Karolina  öz 
mənafelərini taca satmaqla bütün mülkiyyətçilər xilas oldular və o vaxtdan hər ikisi 
ayrılıb  kral  koloniyası  oldu.  Şimali  Karolina  və  Cənubi  Karolina  ekiz  doğulmuş 
oldular. Onların tarixi də uzun illər paralel gedirdi.  
Bu vaxt Cənubi Karolina sürətlə böyüyürdü. Lakin adamlar mülkiyyət hüququ 
əldə  etdiklərinə  görə,  krala  minnətdarlıq  edirdilər.  1748-ci  ildə  qubernator  Qlen 
İngiltərə  hakimiyyətinə  yazmışdı  ki,  "assambleya  bütün  vəzifələri  və  etimadı  əlinə 
keçirmişdir,  adamlar  assambleya  vasitəsilə  bütün  adminstrasiyanı  əldə  saxlamışlar, 
qubernator  və  beləliklə  taxt-tac  hakimiyyətdən  uzaqlaşdırılmışdır".  1740-cı  ildə 
koloniya  Katon  adlı  birinin  başçılıq  etdiyi  qul  üsyanlarından  əziyyət  çəkirdi.  Lakin 

 
53 
bu  üsyanlar  tezliklə  yatırıldı.  Çarlston  şəhəri  həmin  ili  yandı,  lakin  köhnə  şəhərin 
külündən  yeni,  daha  gözəl  şəhər  yüksəldi.  Cənubi  Karolinanın  ən  erkən  məhsulu 
düyü  idi,  çünki  cənubda  yabanı  düyü  bitirdi.  Lakin  mədəni  düyünü  1693-cü  ildə 
Madaqaskardan  bir  kapitan  gətirmişdi  və  o,  bir  kisə  düyünü  Cənubi  Karolina 
plantatoruna  vermişdi.  Çox  illər  keçəcək  və  karolinalılar  düyü  ilə  Cənubi  Avropanı 
təchiz  etməkdə  Misirlə  və  Lombardiya  ilə  rəqabət  aparacaqdılar.  XVIII  əsrin 
ortalarında  isə  Cənubi  Karolinada  indiqo  düyünün  güclü  rəqibinə  çevrildi.  Düyü 
bataqlıq  torpaqlarda  və  su  basmış  yerlərdə  becərilirdi.  Bu  isə  insan  həyatını  sınağa 
çəkirdi.  İndiqonun  becərilməsi  də  belə  idi.  Ac  adamlar  bataqlığın  malyariya 
atmosferinə  dözə  bilmirdilər.  Hətta  qaralar  arasında  da  ölüm  səviyyəsi  yuxarı  idi, 
onlar Afrikadan gətirilirdi. Lakin qullar ucuz idi, güclü qara adamı 40 funt sterlinqə 
almaq olurdu. Plantator ona qayğı göstərmək əvəzinə, bir ildə yaxşı qazanmaq üçün 
onu  ölənə  qədər  işlədirdi.  Demək  olar  ki,  Cənubi  Karolinada  qullar  sayca  hələ 
başlanğıcdan  ağlardan  çox  idi.  Quldarlıq  siyasi  sistemin  guşə  daşına  çevrildi  və  bu 
Vətəndaş Müharibəsinə qədər davam etdi.  
Şimali Amerikada salınan ingilis koloniyalarından birincisi kimi, axırıncısı da 
cənub qrupuna məxsus idi. Virciniya koloniyasının yaradılması ilə Pennsilvaniyanın 
yaradılmasına  qədər  75  il  keçmişdi  və  on  ikinci  ingilis  koloniyası  Şimali  Amerika 
torpağında meydana gəldi. Sonra 50 illik müddətdən sonra son on üçüncü ştat olan 
Corciya yarandı.  
Corciyanın əsasını qoyan Ceyms Oqletorp idi. O, bütün koloniya salanlardan 
yeganə adam idi ki, inqilaba qədər yaşadı və 13 ştatın müstəqil millətə çevrildiyini 
gördü. O, əsasən Corciyanın banisi kimi tanınsa da, görkəmli adam idi. Gəncliyində 
Malboronun  və  prints  Yevgeninin  başçılığı  altında  Avropa  müharibələrində  xidmət 
etmiş, Blenheym döyüşünün və Belqradın mühasirəsinin şahidi olmuşdu. İngiltərəyə 
dönəndən  sonra  parlamentin  üzvü  olmuşdu.  Parlamentdə  olanda  borc 
dustaqxanalarındakı  ağır  vəziyyət  onun  diqqətini  cəlb  etmişdi.  Sonralar  İngiltərədə 
"Cənub  Dənizi  Köpüyü"  adlı  fırıldaq  əməliyyatı  baş  verəndə  və  bunun  nəticəsində 
dustaqxanalar  adamlarla  dolanda,  o,  bu  bədbəxtləri  məskunlaşmamış  Amerikaya 
köçürmək  planını  cızdı.  Ona  21  illiyə  çarter  verildi  və  o,  Savanna  və  Eltamaha 
çayları  arasındakı  "Cənub  dənizindən"  qərb  tərəfə  olan  torpaqlara  himayə 
idarəçiliyini  aldı.  Yeni  ölkəyə  Corciya  adı  verildi,  çünki  çarter  imtiyaz  hüququ  II 
Corcdan  alınmışdı.  İngilislərin  azadlığı  kolonistlərə,  katoliklər  istisna  olmaqla,  din 
azadlığı verirdi. Oqletorp qubernator seçildi və 35 ailə ilə İngiltərədən üzüb 1733-cü 
ildə Savanna çayının mənsəbinə gəldi, burada çayın və dənizin sahilində şəhər salıb, 
ona çayın adını verdi.  
Corciya  koloniyası  digər  koloniyalardan  quldarlığın  və  sərxoşluq  yaradan 
likyörün  idxalının  qadağan  edilməsi  ilə  fərqlənirdi.  Məskunlar  on  il  müddətinə 
rentadan azad olunmaqla, öz torpaqlarına malik olmalı idi. Lakin onlar idarəetmədə 
iştirak  etmirdilər.  Himayəçilər  bütün  qanunları  tərtib  edirdilər.  Sonralar  koloniya 
tacın nəzarətinə keçdi. Oqletorp 12 il ərzində Corciyanın qubernatoru oldu və sonra 
İngiltərəyə  qayıtdı.  Lakin  dörd  məsələyə  görə  koloniyanın  məskunları  çox  narazı 
idilər. Onlar rom və qul istəyirdilər. Öz sərəncamında olan torpağa malik olmağı arzu 
edirdilər  və  onlar  mövcud  torpaq  sistemi  ilə  razı  deyildilər.  Bu  sistemə  görə,  hər 
məskuna  kiçik  ferma  verilirdi  və  o  yalnız  kişi  cinsinə  vərəsə  edilirdi.  Adamların 

 
54 
bütün  bu  istəkləri  nəhayət  həll  edildi.  Koloniya  böyüməyə  başladı  və  on  səkkizinci 
ilin  sonunda  min  ailə  Corciyada  məskunlaşdı.  Likyör  qadağası  da  götürüldü. 
Quldarlığın  isə  ciddi  əleyhdarları  var  idi.  Lakin  çoxluq  qul  əməyinin  tətbiqinin 
koloniyanın  inkişafının  zəruri  amili  kimi  istəyirdi.  Parlament  nəhayət  yumşaldı  və 
1749-cu ildə Corciya qul koloniyasına çevrildi. Ancaq ciddi qanunlar qullarla insan 
kimi davranmağı tələb edirdi. 1752-ci ildə isə Corciya kral koloniyası oldu.  
Şimali  Amerika  ilk  dəfə  ingilis  irqi  tərəfindən  məskunlaşdı.  Din  azadlığı  bu 
məsələdə  az  rol  oynamamışdı.  İngilis  Reformatsiyası  ümumən  VIII  Henridən 
başlanmışdı. Bu qiyamın toxumları isə xeyli əvvəl Con Uiklif tərəfindən səpilmişdi. 
Henrinin  ölümündən  sonra  yüz  il  ərzində  İngiltərədə  dini  şüur  irəli  və  geri  tərəfə 
hərəkət edirdi, hökmdarın şıltaqlığından və hətta siyasət dəyişikliyindən asılı olurdu. 
İngiltərə  kilsəsini  çoxları  təmizləməyə  cəhd  edirdi,  onlar  Puritanlar  adlanırdı. 
Onlardan  bəziləri  bundan  ayrıldılar  və  separatistlər  adlandılar.  Bu  dönüklər  və  ya 
bəzən  adlandıqları  kimi  Nonkonformistlər  I  Ceymsin  krallığı  dövründə  çoxsaylı 
idilər. I Ceyms özü isə dərin dini inama malik deyildi.  
Yeni  Plimut  koloniyasının  sakinlərinin  taleyi  onların  necə  əziyyətlərə  düçar 
olduğunu  göstərir.  Separatistlər  bir  sıra  təqiblərə  məruz  qaldıqdan  sonra,  bu  kiçik 
xristian  qrupu  həmin  vaxt  "zəvvarlara"  çevrildilər,  axırda  Amerikaya  getmək 
qərarına gəldilər.  
"Zəvvar  atalar"ın  öz  arvadları  və  uşaqları  ilə  birlikdə  "Meyflauer"in 
göyərtəsində  olan  adamların  sayı  102  nəfər  idi.  Yolda  biri  ölmüş,  bir  uşaq 
doğulmuşdu.  Bir  neçə  həftənin  çətin  səfərindən  sonra  gəmi  Yeni  İngiltərə 
sahillərində  lövbər  saldı,  bu  onların  gəlib  çatmaq  istədikləri  yerdən  xeyli  aralı  idi. 
Lakin burada qalmağa məcbur idilər.  
Sahilə  çıxmamışdan  əvvəl  onlar  koloniyanın  idarəçiliyi  məsələsini  həll  edib 
müqavilə  bağladılar.  Bu  müqavilə  "dünyada  ilk  yazılı  konstitusiya"  olmaqla  elə  bir 
saziş  idi  ki,  onu  imzalayanlar  "təntənəli  və  qarşılıqlı,  Allahın  və  biri  o  birinin 
qarşısında" öz üzərlərinə öhdəlik götürmüşdülər ki, siyasi orqan yaratsınlar, ehtiyac 
duyduqları  qanunları  tərtib  etsinlər.  Bunun  üçün  onlar  vəd  edirdilər  ki,  "hamı  tabe 
olmalı və itaət etməyə borcludur". Müqavilə 1620-ci il noyabrın 11-də kişi cinsindən 
olan  bütün  yaşlı  adamlar,  cəmi  41  nəfər  tərəfindən  imzalandı,  həmin  gün 
"Meyflauer" gəmisi Keyp Kod limanına daxil olmuşdu, bura Plimut kimi tanındı.  
Plimutun  idarəçiliyi  tam  demokratik  idi,  bütün  azad  adamlar  şəhər  iclasına 
toplaşıb öz vəzifə sahiblərini seçirdilər, qanunlar qəbul edirdilər, ədalət mühakiməsi 
qururdular.  Beləliklə  bu  qayda  on  səkkiz  il  davam  etdi,  bu  vaxt  koloniya 
böyüdüyündən  bütün  seçiciləri  bir  yerə  toplamaq  mümkün  deyildi  və  onlar 
nümayəndəli  idarəçilik  qurdular.  Hər  bir  qəsəbə  iki  nümayəndə  göndərirdi,  iyirmi 
ildən  uzun  müddətdə  xalq  referendum  keçirirdi,  bu  onların  assambleyasının  tətbiq 
etdiyi istənilən qanunu ləğv edə bilirdi.  
Amerikan  xalqı  bu  gün  də  millətin  banilərinin  yenilməz  xarakterinə  qürur 
hissi  ilə  baxır.  Böyük  Amerikanın  ürəyində  1620-ci  ildə  Plimutda  məskunlaşmış 
kiçik  zəvvarlar  dəstəsi  şöhrətin  ən  yüksək  yerini  tutur.  Koloniya  öz  qaydaları  ilə  o 
vaxta qədər meşə həyatının itaətkarlığı ilə yaşamaqda davam etdi ki, çox illər sonra 
bir  koloniya  digəri  ilə  birləşərək  böyük  ştat  olan  Massaçusetsin  bir  tərkib  hissəsinə 
çevrildi.  

 
55 
1620-ci  ilin  zəvvarları  böyük  iradə  adamları  idi,  lakin  onlar  azacıq  birliyə 
malik  idilər.  1630-cu  illərdəki  Puritanların  çoxu  təhsil  görmüş  və  tale  adamları, 
parlament  üzvləri  və  ya  liberal  tərbiyə  görmüş  din  xadimləri  idi.  1630-cu  ildə  min 
nəfərdən  artıq  adam  gəldi  və  kralın  siyasəti  dözülməz  olduqca,  axının  səviyyəsi 
artırdı. Adamlar təkcə yox, ailələri ilə gəlirdi, onlara adətən pastor başçılıq edirdi.  
Massaçusets koloniyasının gələcəkdə qubernatoru olacaq Con Uintrop özü ilə 
çarter  gətirmişdi  və  bu  çox  mühüm  prosesdə  ilk  addım  idi,  -  bu  proses 
kompaniyaların  və  kolonistlərin  bir  orqanda  qarışması,  əriməsi  idi.  Uintrop  sahilə 
çıxdıqdan  sonra  Şaumat  yarımadasında  şəffaf  sulu  bir  bulaq  tapdı  və  burada  şəhər 
salıb adını Boston qoydu. Nyu Taun, sonrakı Kembric ilk paytaxt idi, lakin tezliklə 
Boston hökumətin yerləşdiyi yer kimi seçildi. Bu vaxt Roksberi, Çarlston, Uotertaun, 
Dorçester  və  digər  şəhərlər  salındı.  Kvakerlər  dini  sekta  kimi  İngiltərədə  yenicə 
yaranmışdı  və  onlar  1656-cı  ildə  Massaçusetsə  gəlməyə  başladılar.  Onlar  and 
içməkdən imtina edirdilər və çoxları güman edirdi ki, onlar maskalanmış iezuitlərdir. 
Onların  böyük  fanatizmi  barədə  xəbərlər  kolonistlərə  gəlib  çatmışdı  və  ilk  dəfə 
gələnlər  geri  qaytarıldılar.  Qanunlar  sonra  onların  gəlməsini  qadağan  etdi.  Lakin 
onlar heç bir qanuna məhəl qoymadan gəlirdilər. Axırda belə bir qanun qəbul olundu 
ki,  bir  dəfə  qovulmuş  adam  yenidən  koloniyaya  qayıtsa,  o,  ölüm  cəzasına  məhkum 
ediləcəkdir.  Bu  hamının  təəccübünə  səbəb  oldu  ki,  bir  neçə  il  əvvəl  qovulmuş 
adamlar  qayıtdılar  və  həmin  qəddar  qanunun  ləğv  edilməsini  tələb  etdilər.  Təqiblər 
onların  fanatizmini  artırırdı,  onlar  küçələrdə  gəzir  və  çılpaq  şəkildə  kilsələrə 
girirdilər,  qanunları  və  sitayişin  Puritan  formalarını  rədd  edirdilər.  Hakimiyyət  çaş-
baş  qalmışdı.  Onlar  qanunların  icrasına  riayət  etmirdilər,  özlərini  nifrət  etdikləri 
adamlardan  kənarda  saxlayırdılar.  Bu  adamlar  ya  öldürülməli,  ya  da  onların 
tələblərinə baş əyilməli və qanun ləğv edilməli idi. Magistratlar təntənəli konklavda 
görüşdülər  və  bir  səs  çoxluğu  ilə  qanunu  işə  saldılar.  Kvakerlərdən  dördü  asıldı. 
İctimai  rəy  isə  magistratları  müdafiə  etmirdi  və  qanun  ləğv  edildi.  Beləliklə, 
kvakerlər  bir  neçə  həyatı  qurban  verməklə  qələbə  çaldılar.  Onlar  tezliklə 
məskunlaşdılar  və  sakit,  faydalı  adamlara  çevrildilər,  özlərinin  bütün  enerjilərini 
hinduların xristian dininə keçməsinə həsr etdilər.  
Massaçusets  xalqı  gözünü  bəhərsiz  sahillərdən  Konnetikut  çayının  münbit 
vadisinə dikmişdi. Buranı holland Adrian Blok bir neçə il əvvəl kəşf etmişdi. Çayın 
sahillərində  tezliklə  yeni  koloniya  inkişaf  etməyə  başladı.  Konnektikutun  atası 
Tomas Huker idi, o öz doğma torpaqlarından təqib nəticəsində qovulmuşdu. O, 1632-
ci  ildə  Bostona  gəlmişdi,  onunla  bir  gəmidə  Puritan  pastoru  Con  Kotti  də  gəlmişdi. 
Huker təkcə böyük inandırma gücünə malik olan moizəçi deyildi, o, həm də müasir 
tipli dövlət xadiminin xüsusiyyətlərinə malik idi. Qubernator Uintrop isə bütün yaxşı 
keyfiyyətləri ilə yanaşı, bütünlüklə kübar idi.  
1636-cı  ildə  Konnektikutun  əsası  qoyuldu.  Massaçusetsdən  gələn 
səlahiyyətlər  altında  burada  idarəçilik  müvəqqəti  idi.  Bu  il  ərzində  üç  şəhər  dəstə 
şəklində  birləşib  kiçik  müstəqil  dövlət  yaratdı  və  onun  qanunvericilik  salonunda 
erkən Amerikan tarixinin böyük hadisəsi baş verdi - real hökuməti yaradan ilk yazılı 
Konstitusiya meydana gəldi. Bu 1639-cu ildə baş verdi. Fundamental göstərişlər kimi 
tanınan  bu  konstitusiya  təzə  olduğuna  görə  bir  az  qabağa  getmişdi.  Qanunverici, 
məhkəmə  və  inzibati  hakimiyyətləri  ilə  yanaşı  baş  məhkəmə  yarandı,  yerli  şəhər 

 
56 
idarəçiliyi ana koloniyada olduğundan artıq idi. Konstitusiya nümayəndəli hökuməti 
nəzərdə tuturdu, yalnız 60 il keçəndən sonra Konnektikut iki palatalı qanunvericiliyə 
malik  oldu.  Fundamental  göstərişlərdə  Britaniya  hökuməti  və  ya  kralla  hansısa 
ittifaqa  girmək  barədə  bir  eyham  da  yox  idi.  Konnektikut  çayının  sahilləri 
millətçiliyin  yararlı  elementləri  ilə  birlikdə  müasir  demokratiyanın  doğulduğu 
yerlərdən  biri  oldu.  Burada  Birləşmiş  Ştatların  indiki  hökumətinin  miniatur  şəkildə 
prototipi  olan  federal  hökumət  var  idi.  Fiskin  dediyi  kimi,  "Konnektikut  koloniyası 
ilə  "sonrakı  nəsillər",  on  üç  koloniyanın  hər  birindən  daha  yaxın  qohum  idi".  Bu 
Konstitusiya bir qədər növbələşərək 180 il ərzində qüvvədə qaldı.  
1638-ci  ildə  yaradılan  Nyu  Hevn  koloniyası  əsasən  Puritan  məskunlardan 
təşkil olunmuşdu. Onun ikiqat təhlükəsi var idi - hollandlardan və hindulardan. Nyu 
Amsterdam  hollandları  Konnektikut  vadisinə  iddia  edirdi,  lakin  bu  bir  nəticə 
vermədi.  Hindular  isə  daha  qorxulu  təhlükə  idi.  İlk  Yeni  İngiltərə  tarixində  xalq 
hindu müharibəsindən keçdi. Bu müharibə Pekvot müharibəsi kimi tanınır. Müharibə 
1637-ci ildə baş verdi. Qışda məskunları öldürən pekvotlar qüdrətli narraqansetlərlə 
birləşməyə cəhd etdi, lakin bu ittifaqın qarşısını Rocer Uilyams aldı.  
Həmin Rocer Uilyams Salemdən gələndə meşələrdən keçirdi və hindular ona 
mane  olmurdu.  Narraqanset  buxtasının  başında  kiçik  çayın  sahilində  o,  beş  yoldaşı 
ilə  birlikdə  şəhər  saldı  və  onu  Providens  adlandırdı.  Bundan  bir  az  sonra  bir  neçə 
adam  Rod  Aylend  adlanan  kiçik  adada  məskunlaşdı.  Onu  hindulardan  satın 
almışdılar.  Sakinlərin  sayı  20  nəfər  idi,  onlar  saziş  bağladılar.  Burada  idarəçilik 
maşını  işə  düşdü.  Rod  Aylend  koloniyası  heç  vaxt  qonşuları  arasında  populyar 
olmadı.  Doulun  dediyi  kimi:  "Rod  Aylend  Yeni  İngiltərəyə  münasibətdə,  Yeni 
İngiltərənin  bütün  ana  ölkəyə  olduğu  kimi  idi",  -  necə  ki,  ayrılmış  uşaq  axırda 
valideynlərin ünvanına şərəf gətirir.  
1629-cu  ildə  Lakoniyanın  iki  mülkiyyətçisi  öz  torpaqlarını  böldü,  Meyson 
Nyu Hempşirə çevrilən hissəni qəbul etdi. Qorcs isə şərq hissəsini aldı və bura Men 
adlandırıldı.  1639-cu  ildə  Qorcs  kral  I  Çarlzdan  Men  üçün  royal  çarter  aldı,  lakin 
1677-ci  ildə  Qorcsun  şərikləri  öz  hüquqlarını  Massaçusetsə  satdılar  və  ərazi  Men 
mahalı adlanmağa başladı. 150 ildən sonra, 1820-ci ildə Men Birləşmiş Ştatlara ştat 
kimi daxil oldu.  
Yeni İngiltərədə çox kiçiklərlə yanaşı, hansılar ki, ayrıca koloniya ləyaqətinə 
uyğun deyildi, altı çox vacib koloniyal yaşayış yeri var idi. Bu altıdan ikisi, Hertford 
və Nyu Hevn birləşdilər, iki digəri də - Massaçusets buxtası ilə Plimut da birləşdi və 
onların sayı dördə endi. Bu dördlük Massaçusets, Konnektikut, Rod Aylend və Nyu 
Hempşir idi. Onlar on üç ştatın arasında idi, digər iki Yeni İngiltərə ştatı da var idi ki, 
bunlar  Vermont  və  Men  idi  və  onlar  inqilabdan  sonra  Birliyə  daxil  oldular.  "Yeni 
İngiltərə Birləşmiş Koloniyaları" adlı birlik dəqiq olmayan konfederasiya idi. Hər bir 
koloniya  əvvəlki  kimi  öz  doğma  hökumətlərini  saxlayırdı.  Birləşmənin  başlıca 
obyekti özlərini ümumi düşməndən daha yaxşı qorumaq idi. Onlara görə bu düşmən 
hindular, qərbdə - hollandlar, şimalda isə fransızlar idi. Digər təhlükə də ana ölkədən 
gözlənirdi, bu vaxt İngiltərə özü vətəndaş müharibəsində idi.  
1664-cü  ildə  koloniyalara  səlahiyyətli  adamlar  göndərildi.  Massaçusets  bu 
dövrdə  İngiltərə  və  Hollandiya  arasındakı  müharibəyə  görə  öz  çarterini  itirdi. 
Holland  donanması  Temza  çayına  girib  Londona  təhlükə  yaratdı.  Bu  hadisə  ana 

 
57 
ölkənin  bütün  qüvvəsini  özünə  cəlb  etdiyindən  Yeni  İngiltərənin  azadlığı  bir  neçə 
illiyə uzandı. 1676-cı ildə kral Çarlzın məmuru və koloniyanın düşməni olan Eduard 
Randolf Bostona gəldi. Koloniya Uintropun 24 il əvvəl gətirdiyi və azadlığa təminat 
verən  çarterdən  1684-cü  ildə  imtina  etməyə  məcbur  edildi.  Taxt-tacın  bu  zəfərinin 
sonrakı ili kral II Çarlz öldü və onun özündən daha tiran xüsusiyyətli olan qardaşı II 
Ceyms qısa müddətli və qarışıqlıqla xarakterizə olunan öz hökmranlığına başladı.  
O,  Edmund  Androsu  Amerikaya  göndərdi  və  Andros  Nyu-Yorkun  və  Nyu 
Cersinin  qubernatoru,  Yeni  İngiltərənin  idarəçisi  kimi  müddət  rekordunu  vurdu.  O, 
1686-cı ilin sonunda gəldi və Bostonda yerləşdi. Adamlar onu tanıyırdı və ona nifrət 
edirdi.  Lakin  onun  qısa  dövrdəki  inzibatçılığı  reputatsiyasını  bərpa  etmək  üçün  heç 
nə  etmədi.  O,  qanunvericiliyi  ləğv  etdi,  istədiyi  kimi  vergi  qoyurdu,  günahsız 
adamları  həbsxanalara  göndərirdi  və  mətbuat  azadlığını  cilovlayırdı.  O,  despotik 
qubernator  kimi  tanınırdı.  Rod  Aylend  də  onun  hökmranlığına  tabe  oldu. 
Konnektikutda o, çarteri tələb etdi. Onun iştirakı ilə sessiyada bu məsələyə baxılanda 
gecə keçənə qədər müzakirə davam etdi, işıqlar söndürüldü və kapitan Uadsorts bu 
qiymətli  çarteri  qapıb  qaranlıqda  qaçdı,  onu  palıd  ağacının  oyuğunda  gizlətdi.  Bu 
ağac həmin hadisədən sonra Çarter Palıdı adlandı.  
Andros  öz  qüdrətinin  zirvəsində  olanda,  ingilis  xalqına  Oranc  prinsinin 
ünvanladığı deklarasiyanın bir nüsxəsi koloniyaya da gəlib çatdı. Andros onu gətirən 
qasidi həbs etdi, lakin okeanın sahilindən çay vadisinə qədər olan məntəqələrdən biri-
birinə  çatan  sevinc  haraylarını  isə  həbs  edə  bilməzdi.  Sonra  printsin  Britaniya 
torpağına qədəm basması xəbərləri gəlib çatdı və bu, xalq üçün ona zülm edənə qarşı 
üsyana  qalxmaq  siqnalı  idi.  Andros  tutuldu  və  dustaq  kimi  İngiltərəyə  göndərildi. 
Xalq yenidən azadlıq havası ilə nəfəs almağa başladı.  
1691-ci  ildə  Massaçusets  ikinci  çarter  aldı.  Bu  vətəndaşlıq  üçün  qapını  açdı, 
mülkiyyət  sınağını  tələb  etdi.  Yeni  İngiltərədə  ən  yaşlı  koloniya  Plimut  idi  və  bu 
sonrakı  dövrlərdə  hamının  xatirəsində  bir  müqəddəs  iş  kimi  qaldı.  71  il  əvvəl 
koloniya  tufandan  və  günəşli  havalardan  keçərək  kiçik  qayıqda  okeanda  üzmüşdü. 
Lakin  həmin  vaxtdan  onun  Massaçusetsdə  olan  koloniyaya  bənzərliyi  itməli  idi. 
İngiltərəni  "Meyflauer"də  tərk  edən  ilkin  zəvvarlar  dəstəsindən  bu  vaxt  ikicə  adam 
sağ qalmışdı.  
Hökumətdəki  paternalizm  digər  koloniyalarda  və  Avropada  hökm  sürürdü, 
lakin  heç  yerdə  Yeni  İngiltərədə  olduğu  dərəcədə  deyildi.  Burada  mülki  qanunlar 
biznesdə  və  sosial  əlaqələrdə  vətəndaşların  əl-qolunu  bağlayırdı.  Bir  qanun  krujeva 
geyinməyi,  digəri  "hər  qolunda  və  arxadan  bir  yarıq  olmasından  artıq  yarığı  olan 
paltarı geyinməyi" qadağan edirdi. Qadın paltarının qolunun uzunluğu və eni rəsmi 
qaydada  qanunla  müəyyən  edilirdi.  Uzun  saç  saxlayanlar  və  ya  küçədə  siqaret 
çəkənlər  və  ya  valideynlərinin  icazəsi  olmadan  qızla  gəzmələrinə  görə  cavanlar 
cəzalandırılırdı. İctimai yerdə kişiyə arvadını öpməyə icazə verilmirdi. Üç illik okean 
səfərindən  qayıdan  kapitan  Kimbl  qapısının  ağzında  arvadını  öpmüşdü  və  bu 
"pozğun  və  yaramayan  hərəkətinə"  görə  iki  saatlıq  müddəti  qandalda  keçirməli 
olmuşdu.  

 
58 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin