Telman Orucov


Nyu  York  şəhərinin  ələ  keçirilməsi  və  Pennsilvaniya  koloniyasının



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   2   3   4   5   6   7   8   9   10   ...   38

Nyu  York  şəhərinin  ələ  keçirilməsi  və  Pennsilvaniya  koloniyasının 
yaranması. 
Hindularla münasibətlər. 
 
Hollandlar  Molukka  adalarını  tutdular  və  Hind  okeanına  nəzarəti 
Portuqaliyanın  əlindən  aldılar.  Onlar  Şərqin  monqol  irqi  ilə  ticarət  edirdilər  və 
Avropada  çay  və  kofedən  istifadə  olunmasını  tətbiq  etmişdilər.  Onlar  Cənubi 
Amerikanın  ətrafına  üzüb  Buynuz  burnuna  bu  adı  verdilər  və  Xoş  Ümid  burnu 
ətrafında  üzüb  Cənubi  Afrika  koloniyasını  yaratdılar.  Onlar  1606-cı  ildə  uzaq 
Avstraliya qitəsini, sonralar isə Yeni Zelandiya və Tasmaniya adalarını kəşf etdilər. 
1597-ci  ildə  hollandlar  Qərbi  İndiyalara  səyahət  etdilər.  Holland  İst  İndiya 
Kompaniyası  Şərqlə  ticarət  edərək  Çin  dənizinə  qısa  keçidi  tapmaq  istəyirdi. 
Kompaniya  Henri  Hadsonu  Şimali  Şərq  keçidini  axtarmaq  üçün  göndərdi,  Lakin 
Hadson bir neçə ayı əbəs cəhdlərə sərf etdi və öz kiçik gəmisini Qərbin sularına tərəf 
çevirdi. Açıq dənizdən Şərqə keçidin olmasına inanılırdı, lakin bu hələ tapılmalı idi 
və yüz illiyin bu illüziyası Hadsonu qərb dünyasına gətirib çıxardı. O, özü ilə dostu 
Con  Smitin  məktubunu  götürmüşdü.  O,  Hadsonu  Çesapikin  tədqiq  edilməsi  barədə 
məlumatlandırmışdı.  O,  keçidi  bir  qədər  şimalda  tapmaq  istəyirdi.  Hadson  Yeni 
İngiltərə  sahilinə  üzdü  və  1609-cu  ilin  sentyabrında  onun  adını  daşıyacaq  geniş  və 
gözəl  çayın  sularına  daxil  oldu.  O,  Olbani  tərəfə  üzməyə  başladı,  gözəl  mənzərələr 
müşahidə  etdi  və  ona  görə  də  belə  sözləri  yazdı  ki,  bura  "insan  ayağının  nə  vaxtsa 
dəydiyi  ən  gözəl  torpaq"dır.  Hadson  Delaver  buxtasına  girdi  və  bu  kəşfinə  görə 
Hollandiya  Hadson  və  Delaver  vadilərini  özününkü  elan  etdi  və  onları  Şimal  və 
Cənub  çayları  adlandırdı.  Onların  arasındakı  ölkə  isə  Yeni  Niderland  adlandırıldı. 
Tezliklə  Manhetten  adasında  və  Hadson  çayının  yuxarılarında  ticarət  postları 
qoyuldu, lakin daimi koloniyanın yaradılması üçün həmin vaxt heç bir iş görülmədi. 
Sonrakı qırx il ərzində hollandlar Hadson vadisinə nəzarəti əldə saxlayırdılar.  
Holland  koloniyalarının  direktoru  vəzifəsinə  1626-cı  ildə  Piter  Minuit  təyin 
edildi  və    o,  Manhettenə  gəldi.  O,  22  min  akr  sahəsi  olan  bütöv  adanı  hindulardan 
ümumi  məbləği  24  dollar  olan  muncuğa  və  lentalara  almışdı.  Minuit  adanın  cənub 
nöqtəsində  fort  tikdi  və  onu  Nyu  Amsterdam  adlandırdı.  Beləliklə,  indi  Nyu  York 
şəhəri adlanan Yeni Dünyanın böyük metropoliyasının ilk dəfə əsası qoyuldu. Beş il 
sonra  bu  yeni  koloniyada,  Manhetten  adasında  vur-tut  üç  yüz  adam  yaşayırdı. 
Hollandiyada xalq sülh və dini azadlığı hiss etdiyindən buraya miqrasiya çox yavaş-
yavaş  gedirdi.  Minuit  vəzifəsindən  geri  çağırıldı.  1643-cü  ildə  artıq  Nyu 
Amsterdamda  adamlar  18  müxtəlif  dildə  danışırdı  və  böyük  şəhər  sonralar  da  heç 
vaxt  öz  kosmopolit  xarakterini  itirməmişdi.  Buraya  adamlar  Yeni  İngiltərədən, 
Merilend  və  Virciniyadan  gəlirdi,  kəndli  fermerlər  isə  kontinental  Avropadan 
axışırdı. Bir az sonra miqrasiya daha da gücləndi və 1664-cü ildə əhalinin sayı son 
bir ildə beş dəfə artaraq on minə çatdı.  
Üç əsrdən çox müddətdə İngiltərə və Hollandiya yaxın dost idilər. Lakin uzun 
və  qanlı  otuz  illik  müharibə  başa  çatanda,  bu  müharibə  1648-ci  il  Vestfaliya 
müqaviləsi  ilə  yekunlaşmışdı,  İspaniyanın  qüdrəti  dağıdıldı  və  Hollandiya  katolik 
Alihəzrətdən  olan  qorxudan  azad  olaraq,  dənizlərdəki  torpaqlara  sahiblik  barədə 
ingilislərlə mübahisəyə girişdi.  

 
59 
İngiltərə Kabotun kəşflərini əsas götürərək Yeni Niderlanda iddia edirdi və II 
Çarlz  1664-cü  ildə  soyuqqanlı  qaydada  Konnektikutdan  Delaverə  qədər  olan  bütün 
ölkəni öz qardaşı York hersoqu olan Ceymsə verdi və bu vaxt bu hərəkətinin holland 
koloniyasının iddialarına, hətta iki il əvvəl özünün gənc Uintropa verdiyi çarterə də 
uyğun gəlməməsinə məhəl qoymadı. Kralın kiçik donanmasına başçılıq edən Riçard 
Nikols Yeni İngiltərədən də əlavə qüvvə götürüb Hadson çayının mənsəbinə üzdü. O, 
Nyu  Amsterdamın  holland  qubernatoru  Styuvezantdan  fortun  təslim  olmasını  tələb 
etdikdə, qubernator bunu rədd etdi. O, əzab çəkirdi, hiddətlənmişdi və ağacdan olan 
ayağı  ilə  hirsli  qaydada  gəzişirdi.  O,  Nikolsun  göndərdiyi  məktubu  cırıb  atdı  və 
qüvvələrini  müdafiə  üçün  topladı.  Lakin  adamlar  onun  tərəfində  deyildilər.  Onun 
tiran qaydasındakı idarəçiliyindən cana doymuşdular, onların hesabına kompaniya da 
çox  varlanmışdı.  Qoca  qubernator  güzəştə  getməyə  məcbur  oldu.  Fort  qan 
tökülmədən  təslim  oldu.  Nyu  Amsterdam  York  hersoqunun  şərəfinə  Nyu  Yorka 
çevrildi.  Yuxarı  Hadson  da  təslim  oldu  və  Fort  Oranc  Olbaniyə  çevrildi.  Bu, 
hersoqun  digər  tituluna  uyğun  idi.  Delaver  vadisi  daxil  olmaqla  bütün  Yeni 
Niderland ingilislərin nəzarətinə keçdi.  
II  Çarlzın  hansı  hüquqla  Yeni  Niderlandı  tutmağı  krallara  və  hökmdarlara 
yəqin ki, məlum idi, lakin itaətkar tarixçilərə məlum deyildi. Kraliça Elizabet belə bir 
prinsip qoyub getmişdi ki, işğalsız sadəcə kəşf yeni torpaqlara malik olmaq hüququ 
yarada bilməz.  
İngiltərə  ilə  Hollandiya  arasındakı  qısa  müddətli  müharibə  Nikolsun 
işğalından  sonra  baş  verdi  və  hollandlar  Temza  ilə  yuxarı  üzüb  ingilisləri 
cəzalandırmaq  istədi,  baxmayaraq  ki,  Nyu  Yorku  geri  ala  bilmədi.  Nikolsun 
qələbəsindən  9  il  sonra  iki  millət  yenə  müharibə  vəziyyətində  idi  və  holland 
donanması  Nyu  Yorku  yenidən  işğal  etdi,  Hadson  vadisini  öz  nəzarətinə  qaytardı. 
Sonrakı  ildə  bağlanan  müqaviləyə  görə  ölkə  ingilislərə  geri  qaytarıldı  və  beləliklə 
Şimali Amerikada holland idarəçiliyinə həmişəlik son qoyuldu. Nikols isə dörd illik 
uğurlu  idarəçilikdən  sonra  İngiltərəyə  qayıtdı  və  bir  neçə  il  sonra  isə  Solebey 
döyüşündə onun bədəni top gülləsindən parça-parça oldu.  
Nyu  Yorkun  ingilis  sakinləri  idarəçiliyin  dəyişilməsini  alqışladılar,  hətta 
hollandlar  da  çox  azacıq  müqavimət  göstərdilər,  çünki  onlar  da  kompaniyanın 
tiraniya  qaydasındakı  idarəçiliyindən  cana  gəlmişdi.  1677-ci  ildə  hər  iki  yarımkürə 
üçün  mühüm  hadisə  baş  verdi-  o  dövrün  aparıcı  hollandı  olan  Oranc  prinsiYork 
hersoqunun qızına evləndi, bu iki nəfər sonralar Uilyam və Mariya kimi İngiltərənin 
Birləşmiş  hökmdarlarına  çevrildilər.  Yeni  dünyada  isə  Yeni  İngiltərə  puritanlarının 
damarlarında, heç şübhəsiz, holland qanı axırdı.  
Uilyam  və  Mariyanın  taxt-taca  çıxması  və  Bostonda  Androsun  dustaq 
edilməsi Nyu Yorkda böyük sevinc yaratdı və alman taciri Ceykob Layslerin başçılıq 
etdiyi militsiya idarəçiliyi ələ keçirdi. İki il ərzində o, kürəkəni Milbornun köməkliyi 
ilə  koloniyanı  fərasətlə  idarə  etdi.  1691-ci  ildə  isə  yeni  qubernator  Henri  Slonqter 
Nyu  Yorka  gəldi.  Laysler  və  onun  kürəkəni  dustaqxanaya  atıldı  və  qubernator 
Slonqter  zəif  və  nalayiq  adam  olduğundan  sərxoş  vəziyyətində  onlara  ölüm  hökmü 
imzaladı. Qubernator tam ayılanda Laysler və Milborn artıq dustaqxanadan aparılmış 
və asılmışdı.  

 
60 
1734-1735-ci  illərdə  isə  Nyu  Yorkda  Zenqer  işi  deyilən  çox  maraqlı  hadisə 
baş verdi. Qubernator Kosbi Nyu Yorkda məhkəmə qarşısında müəyyən məbləğ pul 
barədə iddia qaldırdı və işi uduzdu. Sonra o, hakimi uzaqlaşdırıb yenisini təyin etdi 
və bu populyar partiyanı təhqir etdi. “New York Weekly Journal” qəzetinin naşiri 
Con  Piter  Zenqer  öz  qəzet  sütunlarından  qubernatora  hücumlar  etdi  və  onun 
hərəkətini kəskin tənqid etdi. Qubernator bu hücumlardan qəzəbləndi və o, böhtana 
görə qəzeti yandırmaq və naşiri həbs etmək barədə göstəriş verdi.  
Məhkəmədə Zenqeri Filadelfiyadan olan Endryu Hamilton müdafiə edirdi. O, 
həmin  dövrdə  Amerikada  ən  məşhur  vəkil  hesab  olunurdu.  İşin  mühakiməsi  və 
Hamiltonun  natiqlik  qabiliyyəti  jüriyə  olduqca  güclü  təsir  göstərdi  və  iş  ittiham 
olunan  naşirin  tam  qələbəsi  ilə  nəticələndi.  Bu  Amerikada  mətbuat  azadlığının  ilk 
mühüm qələbəsi idi.  
Bundan  bir  neçə  il  sonra  1741-ci  ildə  Nyu  York  cəmiyyətini  Zənci  qəsdi 
adlanan hadisə xeyli silkələdi. Bu ifritəçilik yanlışlığına bənzəyən bir maniya idi, bu 
vahimə yarım əsr əvvəl Massaçusetsi də başına götürmüşdü. Başlanğıcında bu belə 
bir   inamdan irəli gəlirdi ki, guya ispan katolik keşişləri qul əhalisi ilə birlikdə şəhəri 
yandırmağı  planlaşdırmışlar.  Maniya  epidemiya  kimi  yayıldı.  Bütün  icma  dəli 
olmuşdu,  ağlını  itirmişdi,  tufan  azalandan  əvvəl  22  adam  asıldı,  onlardan  dördü  ağ 
dərili idi, 13 zənci payaya keçirilib yandırıldı və çox sayda zənci deportasiya edildi. 
Maniya  tezliklə  keçib  getdi  və  xalq  normal  şüurunu  bərpa  etdi.  Bu  hadisələrin  baş 
verməsi  Nyu  York  tarixinin  biabırçı  fəsilləri  idi.  Sonralar  məlum  oldu  ki,  şəhəri 
yandırmaq  üçün  heç  bir  qəsd  mövcud  deyilmiş  və  bu  yanlışlıq  hesabına  ziyan 
çəkənlərin hamısı günahsız imiş.  
Nyu Cersinin ilk yaşayış qəsəbələri hollandlar tərəfindən Hadson çayının qərb 
sahilində  salınmışdı.  Nyu  Yorkun  (bura  Nyu  Cersi  də  daxil  idi)  1673-cü  ildə 
hollandlar  tərəfindən  yenidən  tutulması,  Nyu  Cersi  fermerlərini  o  qədər  də  ciddi 
narahat etməmişdi. Bu əyalət vaxtilə York hersoqu tərəfindən dostları lord Berkiliyə 
və  Corc  Karteretə  verilmişdi.  Karteretlə  onun  koloniyası  arasındakı  narazılıq  lord 
Berkilinin  xoşuna  gəlmirdi  və  o,  əyalətdəki  öz  mənafeyini  iki  ingilis  kvakeri:  Con 
Fenuikə  və  Eduard  Villinə  satdı.  Axırıncı  tezliklə  iflasa  uğradı  və  onun  payı 
himayəçilərin əlinə keçdi. Onlardan ən görkəmlisi Uilyam Penn idi və o, ən məşhur 
Amerika  koloniyası  qurucusu  oldu.  Əyalət  tezliklə  iki  hissəyə  bölündü:  Şərqi  Cersi 
Karteretə  qaldı,  Qərbi  Cersi  isə  kvakerlərin  mülkiyyətinə  çevrildi.  Qərbi  Cersi 
idarəçiliyi  olduqca  yumşaq  idi.  Pennin  adı  ilə  qanunlar  məcəlləsi  yuxarıda  bütün 
hakimiyyəti  xalqa  verirdi  və  ən  ağır  cəza  barədə  burada  heç  nə  bildirilmirdi.  Bu 
Kvaker qanunvericiliyinin Amerikadakı ilk nümunəsi idi.  
Edmund  Andros  Nyu  Yorkun  qubernatoru  olanda,  70-ci  illərin  sonunda  o, 
York  hersoqunun  mülkiyyəti  kimi  Nyu  Cersi  üzərində  də  hakimiyyətə  iddia  edirdi. 
O,  Şərqi  Cersi  qubernatoru  Filip  Kartereti  həbs  edib,  dustaqxanaya  salmışdı,  lakin 
məhkəmələr işi Androsun əleyhinə həll etdilər və Cersi özünün ayrıca mövcudluğunu 
davam etdirdi.  
1680-ci  ildə  Corc  Karteret  öldü  və  iki  il  sonra  Şərqi  Cersi  hərracda  on  iki 
adama  satıldı,  onlardan  biri  Uilyam  Penn  idi.  O,  bunun  üçün  3400  funt  sterlinq  pul 
vermişdi.  Bu  12  adamdan  hər  biri  öz  torpaqlarının  yarısını  başqa  adama  satdı  və 
beləliklə Şərqi Cersi 24 mülkiyyətçi arasında bölündü və onlar Şotland kvakeri olan 

 
61 
Robert Berkleyi ömürlük qubernator seçdi. Onun mülayim idarəçiliyi altında hər şey 
rəvan gedirdi. Lakin bu sakitliyə tezliklə son qoyuldu. II Ceyms İngiltərə kralı olanda 
Şərqi  və  Qərbi  Cersini  Nyu  Yorka  və  Yeni  İngiltərəyə  birləşdirib  Androsun 
idarəçiliyinə verdi. Kral devrildikdə və Andros qovulduqda, Cersi anarxiya şəraitində 
qaldı və bu on ildən artıq davam etdi. Karteretin şərikləri və kvakerlər koloniyaya öz 
iddialarını  bildirdilər.  Nyu  York  da  belə  iddia  ilə  çıxış  etdi.  Bu  uzun  qarışıqlıqdan 
sonra bütün koloniyanı taxt-taca tabe etmək qərara alındı və 1702-ci ildə Nyu Cersi 
kral  əyalətinə  çevrildi.  Yeni  hökmranlıq  edən  monarx  olan  kraliça  Anna  Nyu  York 
qubernatorunun  yuridiksiyasını  Nyu  Cersi  üzərinə  genişləndirdi  və  bu  qayda  36  il 
davam etdi və 1738-ci ildə, nəhayət etibarilə, iki koloniyaya ayrıldı.  
1760-cı ildə Nyu Cersinin 75 min sakini var idi və bunlar əsasən ingilislər idi. 
Kvakerlər  qərb  hissəsini  tutmuşdular,  şərq  hissəsi  isə  İngiltərədən,  bir  az  da 
Şotlandiyadan və Cənub koloniyalarından gələn adamlarla məskunlaşmışdı.  
Delaver  kiçik  ştatının  torpaqlarına  13  başlanğıc  ştatda  olduğundan  daha  çox 
iddiaçı  var  idi.  İlk  iddiaçı  Hadsonun  kəşfi  hüququna  görə  hollandlar  idi,  sonra 
isveçlilər  gəlirdi,  çünki  onlar  ilk  daimi  məskənlər  salmışdılar,  axırda  isə  bura 
ingilislərin  mülkiyyətinə  keçdi.  İngilislər  arasında  Delaverə  Merilendin  bir  hissəsi 
kimi  lord  Baltimor  iddia  edirdi.  Bu  ərazi  sonralar  York  hersoqunun  mülkiyyətinə 
çevrildi  və  o,  torpaqları  Uilyam  Pennə  satdı  və  yalnız  inqilabdan  sonra  Delaver 
sakinləri  sahiblərə  çevrildilər.  On  üç  ilkin  ştatdan  təkcə  Nyu  York  istisna  olmaqla, 
Delaver ingilis irqi olmayan başqaları tərəfindən yaradılmışdı.  
Delaver  daxil  olmaqla  1664-cü  ildə  ingilislər  tərəfindən  Nyu  Amsterdamın 
işğalı  onu  York  hersoqunun  mülkiyyətinə  çevirdi.  1682-ci  ildə,  Pennsilvaniya 
yaradılan ili hersoq Delaveri Uilyam Pennə satanda, koloniya "Üç Çökək Ölkə" və ya 
"Ərazilər"  adlanmağa  başladı  və  həmin  ili  Pennsilvaniyaya  anneksiya  edildi.  Bu 
vaxtdan  bura  Pennin  mülkiyyətində  oldu  və  ayrıca  qubernatora  malik  olmadı. 
Amerikada  təqib  edilən  kvakerlər  üçün  sığınacaq  kimi  ayrıca  koloniya  yaratmaq 
ideyası əvvəldən Uilyam Pennlə əlaqədar deyildi, bu ideya sektanın yaradıcısı Corc 
Foksa  məxsus  idi.  Foks  güclü  dini  qızğınlığa  malik  insan  idi  və  onun  qəribə  şəxsi 
maqnetizmi  var  idi.  O,  özünün  sakit  olmayan  ruhu  üçün  rahatlığı  kilsə 
quruculuğunda axtarırdı. Sonra o, Dönüklər arasında oldu və Bibliyanı çox diqqətlə 
oxuduqdan sonra axırda hiss etdi ki, onun üzərinə "daxili işıq" şəfəq saçır və moizə 
oxumağa başladı. O, 1644-cü ildə o, iyirmi yaşı olanda moizə oxumağa başlamışdı. 
Elə  həmin  il  Uilyam  Penn  anadan  olmuşdu.  Onun  səmimiliyinə  heç  bir  şübhə  ola 
bilməzdi və onun qızğınlığı olduqca sirayətləndirici idi. O, sektanın banisi olmaqla, 
XVII  əsrin böyük dini hərəkatlarında  birinci iştirakçı oldu. Zaman bu  oyanma üçün 
yetişmişdi  və  Foks  öz  moizələrinə  başladığı  vaxtdan  keçən  qırx  il  ərzində  onun 
ardıcıllarının sayı 70 min nəfər idi.  
Kvakerlər  bütün  sosial  dərəcələri  tanımaqdan  və  ya  müharibələr  aparmaq 
üçün  vergilər  ödəməkdən  imtina  etdilər  və  başlanğıcda  onlar  böyük  müxalifətlə 
qarşılaşdılar.  Onların  yığıncaqları  silahlı  adamlar  tərəfindən  dağıdılırdı.  Parlament 
aktı onları "pis niyyətli və təhlükəli xalq" adlandırdı. Bu uzun çəkmədi və təqibdən 
qaçan  kvakerlər  Amerikaya  mühacirət  etdilər.  Onların  Massaçusetsdə  və  digər 
yerlərdə  qarşılanması  çox  səmimi  idi  və  onlar  diqqətlərini  öz  koloniyalarının 
yaradılması  məsələsinə  yönəltdilər.  Foksun  ardıcıllarının  çoxu  həyatın  aşağı 

 
62 
dərəcələrinə  mənsub  idi  və  admiral  Pennin  istedadlı  oğlu,  kralın  şəxsi  dostu  açıq 
qaydada onların cəmiyyətinə keçəndə buna çox sevindilər. Admiral ilk dəfə oğlu bu 
addımı atanda qəzəbləndi. Kral yaşlı Penni perliyə qaldırmaq istəyirdi, lakin bu vaxt 
o,  admiralın  oğlunun  kvaker  olduğunu  eşitdikdə,  bu  niyyətindən  daşındı.  Bu  atanın 
oğluna qarşı qəzəbini daha da artırdı. Lakin onun hirsi qısa ömürlü oldu. Axırda o, 
oğlunu bağışladı və Uilyam Penn tezliklə İngiltərədə ən görkəmli kvaker oldu. 
İngiltərə kralı admiral Pennə 16 min funt sterlinq məbləğində pul borclu idi və 
atası  öldükdə  Uilyam  Penn  bu  iddianı vərəsə  kimi  qəbul  etdi.  Pennin  tələbinə  görə 
kral  Çarlz  onun  iddiasını  ödəmək  üçün  ona  Amerikada  40  miin  kvadrat  mil  sahəsi 
olan  torpaq  verdi.  1680-ci  ilin  iyununda  krala  olan  müraciətində  Penn  ərazinin 
Delaver  çayından  qərbə  və  Merilendin  şimal  sərhəddindən  "hətta  hinduların 
məskunlaşdığı  uzaq"  şimala  qədər  olmasını  xahiş  etdi.  Bu  Amerikada  heç  vaxt  bir 
adama  verilməmiş  ən  böyük  qrant  idi.  Çarter  sonrakı  ilin  martında  verildi.  Penn  öz 
əyalətinə  Yeni  Uels  adını  seçdi,  lakin  kral  ərazini  artıq  vəfat  etmiş  admiralın 
xatirəsinə Pennsilvaniya adlandırdı. Bu "Penn meşəsi" mənasını verirdi.  
Tayson  və  Dikson  koloniyalar  arasında  sərhəd  xətlərini  çəkəndə 
Pennsilvaniya  və  Merilend  quldarlıq  koloniyaları  idi.  Sonrakı  illərdə  Pennsilvaniya 
öz  qullarını  azad  etdi.  Bu  vaxt  Merilend  öz  qullarını  saxlayırdı  və  onları  Cənuba 
göndərdi.  Sonralar  bu  iki  ştat  arasındakı  sərhəd  daha  çox  azad  və  quldarlıq  ştatları 
arasındakı sərhəd oldu.  
Merilendin  çarterinə  görə  mülkiyyətçi  məhkəmə  qurmaq,  hakimləri  təyin 
etmək, müharibə başlamaq və qanunlar tərtib etmək hüququna malik idi. Lakin veto 
hüququnu kral öz əlində saxlayırdı. Koloniya xalqına vergi qoymaq hakimiyyəti isə 
İngiltərə  Parlamentinə  məxsus  idi.  Bu  qərar  inqilab  bərqərar  olana  qədər  ən  ölü 
maddə kimi qalırdı, bu dövrdə isə mühüm əhəmiyyətə malik idi.  
Penn  öz  qohumu  Uilyam  Markhamı  Pennsilvaniyanın  ilk  qubernatoru  təyin 
etdi  və  1681-ci  ilin  payızında  mühacirlərlə  dolu  olan  üç  gəminin  üstündə  onu 
Amerikaya göndərdi. Markhamın apardığı və sakinlərə ünvanlanmış təsirli məktubda 
deyilirdi: "Siz özünüz tərtib etdiyiniz qanunlarla idarə ediləcəksiniz və əgər siz ayıq, 
fərasətli adamlar olsanız, azad yaşayacaqsınız". 
Markhamın  gəlişindən  bir  il  sonra  onun  arxasınca  Penn  özü  Yeni  Dünyaya 
səfər  etdi.  Gəmidə  sərnişinlərin  sayı  100  nəfərə  qədər  idi,  lakin  onlardan  üçdə  biri 
okeanda  çiçək  xəstəliyindən  öldü.  Yeni  Dünyaya  məskunlaşmaq  üçün  gələnlər 
qurbansız  ötüşmürdü.  İnfeksion  xəstəliklər,  epidemiyalar  öz  rüsumunu  götürürdü. 
"Uelkam" gəmisi Delaverlə yuxarı üzdü və 1682-ci ilin payızında Nyu Kaslda sahilə 
çıxdı. Penn özü  sakinlərin sevinc nidaları ilə qarşılandı. O, adamlarla çox mehriban 
danışıb,  onların  qəlblərini  əsir  etdi.  Delaverlə  yuxarı  üzərək  o  çayın,  sonralar 
Filadelfiya  şəhəri  yüksələn  tərəfinə  gəlib  çatdı.  Tezliklə  bu  şəhər  müstəmləkə 
Amerikasında  baş  şəhərə  çevrildi  və  sonrakı  nəsillərdə  Birləşmiş  Ştatların 
İstiqlaliyyətinin  və  Konstitusiyasının  doğum  yeri  oldu.  Burada  artıq  İsveç  kəndi  və 
Lyuteran  kilsəsi  var  idi  və  Penn  burada  şəhər  salmağı  qərara  aldı  və  onu  əyalətin 
paytaxtı etdi. Filadelfiyanın böyüməsi möcüzəli idi. Dörd ildən az müddətdə o, altmış 
il əvvəl salınmış Nyu Yorku ötüb keçdi.  
Bu  vaxtdan  bir  neçə  ay  sonra  Penn  hindularla  özünün  məşhur  müqaviləsini, 
yeni  salınan  şəhərdən  bir  az  aralı  olan  Delaver  çayının  sahilindəki  böyük  qarağacın 

 
63 
altında  bağladı.  Hindular  Delaver  hinduları  və  ya  Lenni-Lineyn  qəbiləsi  idi.  Bu 
meşənin  uşaqları  Böyük  İngilisin  səmimiyyətindən  və  qərəzsizliyindən  heyrətə 
gəlmişdilər və öz başçılarından cavab aldılar ki, onlar "Uilyam Penn və onun uşaqları 
ilə günəş və ayın işıq verdiyi qədər uzun olan müddətdə məhəbbətdə yaşayacaqlar". 
Bu  qarşılıqlı  andlar  müqavilənin  əsası  idi.  Heç  bir  yazılı  söz  tələb  olunmadı  və  heç 
bir and içilmədi də. Bu həm də müqavilənin uzun müddət, hətta onu bağlayanlardan 
sonra  da  pozulmaz  qaydada  qalmasını  mümkün  etdi.  Belə  deyirdilər  ki,  kvaker 
paltarı hindular arasında muşketdən daha yaxşı mühafizə edirdi və hindu ağ adama 
ən  yüksək  kompliment  kimi  qiymət  vermək  istəyəndə  o,  deyə  bilərdi:  "O,  Uilyam 
Pennə oxşayır". 
Penn  Filadelfiyada  yaşadı  və  burada  həyatını  sevinclə  keçirə  bilərdi.  Lakin 
onun  Baltimorla  narazılığı  1684-cü  ilin  yayında  onu  İngiltərəyə  qayıtmağa  məcbur 
etdi,  işləri  burada  onu  on  beş  il  müddətinə  saxladı.  İngilis  inqilabından  sonra  taxt-
tacdan  devrilmiş  krala  kömək  göstərməsi  və  xidmət  etməsinə  görə  Pennə 
münasibətdə şübhə yarandı. Axı kralın qardaşı ona öz çarterini vermişdi. 1692-ci ildə 
o, öz koloniyasından məhrum edildi. Pennsilvaniyaya nəzarət Nyu York qubernatoru 
Fletçerin əlinə keçdi. Lakin iki il sonra Penn əleyhinə olan ittihamlar götürüldü, onun 
Pennsilvaniyaya  olan  hüququ  bərpa  edildi.  1696-cı  ildə  Markham  hökumətin  yeni 
quruluşunu  verdi,  bu  yeni  formaya  görə  əvvəlcədən  şuraya  verilmiş  qanunvericilik 
hüququ assambleyaya keçdi. 
1699-cu ildə Uilyam Penn yenidən özünün Pennsilvaniya meşəsində böyümüş 
ailəsi  ilə  görüşmək  üçün  Atlantik  okeanı  üzüb  keçdi.  O,  burada  olmadığı  dövrdə 
böyük  dəyişikliklər  baş  verdiyini  gördü.  20  min  adam  onun  əyalətini  öz  vətəni 
etmişdi.  Burada  o,  təkcə  öz  ardıcılları  olan  kvakerləri  deyil,  həm  də  Reyn 
sahillərindən  olan  almanları,  isveçliləri,  hollandları  bir  böyük  icmada  birləşmiş 
şəkildə gördü. Lakin o, özünün sədaqətli arvadını və böyük oğlunu itirmişdi. O, həm 
də  öz  taleyini  itirmişdi  və  öz  doğma  ölkəsinə  qarşı  xəyanətdə  ittiham  olunmağa 
dözmüşdü. Bunların üzərinə digər bir  kədər də gəlmişdi - onun əyalətinin adamları 
bu  aradakı  illər  ərzində  ondan  aralanmışdı.  O,  əvvəlki  kimi  "Penn  Ata"  deyildi. 
Onlara  əvvəlcə  verdiyi  azadlıqdan  daha  böyük  azadlığı  tələb  edirdilər,  həm  də 
Delaverə  ayrıca  hökumət  tələbi  də  buna  əlavə  olunmuşdu.  Penn  təəssüf  hissi 
keçirirdi. Lakin bu müraciətləri cavabsız qoymadı. O, Delaverə ayrıca qanunvericilik, 
Pennsilvaniyaya isə yeni idarəçilik verdi.  
1701-ci  ildə  Penn  öz  sevimli  Pennsilvaniyasına  sonuncu  əlvida  dedi  və  öz 
doğma  vətəninə  qayıtdı.  Uzun  müddətdəki  qarışıqlıqdan  sonra  o,  qocalıq  illərini 
istirahətdə və sakitlikdə keçirmək istəyirdi. İngiltərəyə çatanda öz nökəri tərəfindən 
qarət  edildiyini  gördü  və  sonra  o,  borc  dustaqxanasına  salındı.  Erkən  həyatında  o, 
vicdan naminə müxtəlif dustaqlara əzab vermişdi. İndi isə özü məhbəsə salınmışdı və 
Yeni  Dünyadakı  öz  əyalətini  girov  qoymaqla  oradan  azad  ola  bildi.  Lakin  bu  vaxt 
onu  yeni  bədbəxtliklər  gözləyirdi.  Onu  iflic  vurdu  və  illərlə  o,  köməksiz  əlil  kimi 
yataqda qaldı, 1718-ci ildə 74 yaşında vəfat etdi.  
Pennin  xarakteri  tarixdəki  ən  cazibədar  xarakterlərdən  biridir.  Onun  həyatı 
işıq  və  kölgə  ilə  dolu  idi.  O,  çox  əziyyət  çəkmişdi.  Lakin  həm  də  o  çox  şeyə  nail 
olmuşdu. Onun yaşadığı dövrün nail ola bildiyindən çoxuna müvəffəq olmuşdu.  

 
64 
Pennisilvaniyanın  yaradılması  ilə  onun  banisinin  ölümü  arasında  37  ilə 
bərabər bir dövr var idi. Bu illərdən yalnız dördünü o, Amerikada keçirmişdi.  
Lakin hamı Uilyam Penni Franklin və ya Vaşinqton kimi amerikalı adlandırır 
və  ölkənin  salnaməsində  onun  adı  daim  ölməzlər  sırasında  qalır.  Penn  öz 
koloniyasını  üç  oğlanları  olan  Cona,  Tomasa  və  Riçarda  vəsiyyət  etdi  və  onlar  öz 
varisləri ilə birlikdə onu inqilabdan sonrakı vaxta qədər saxladılar. Pennsilvaniyada 
quldarlıq  heç  vaxt  populyar  olmamışdı,  onların  idxalına  qarşı  olan  sərt  qanunlar, 
burada  qulların  az  sayını  saxlamağa  kömək  edirdi.  1723-cü  ildə  isə  Filadelfiyaya 
Bostondan bir gənc oğlan gəldi və koloniyada tezliklə aparıcı şəxsiyyətə çevrildi və 
bu  beləcə  50  il  davam  etdi.  Bu  adam  Bencamin  Franklin  idi.  O,  müstəmləkə 
Amerikasının ən böyük şəxsiyyəti idi.  
İngiltərə  kralı  II  Ceyms  öz  pozğun  qardaşı  II  Çarlza  oxşamırdı,  çox  dindar 
adam  idi,  onun  dini  Roma  katolik  dini  idi.  İngilis  xalqının  böyük  əksəriyyəti  isə 
protestant  idi,  lakin  onlar  katolik  kralına  tabe  olduqları  halda,  kral  öz  rəsmi 
hakimiyyətindən  xalqı  katolitsizmə  döndərmək  üçün  istifadə  etməmişdi.  Ceymsin 
taxt-taca  çıxdığı  1685-ci  ildə  iğtişaşlar  artmışdı.  Üç  il  sonra  müxalifət  o  qədər 
heybətli idi ki, monarx öz səltənətindən qaçdı və Fransada sığınacaq tapdı. Ceymsin 
qızı və onun əri Oranc printsi İngiltərənin birləşmiş hökmdarları oldu, onlar Uilyam 
və Mariya kimi ölkəni idarə edirdilər. Bu hərəkat tarixdə İngilis Şanlı İnqilabı kimi 
tanınır. 
Fransa  kralı  XIV  Lui  katolik  idi  və  bütünlüklə  Ceymsə  rəğbət  bəsləyirdi.  O, 
xalqın  öz  hökmdarını  dəyişdirmək  hüququnu  inkar  edirdi  və  Ceyms  əhvalatı  bunu 
nümayiş etdirdi. İki millət arasında müharibə başlandı. Bu müharibə Amerikada  öz 
əksini  tapdı.  Kral  Uilyam  müstəmləkə  neytrallığı  təklifini  rədd  etdi  və  bu  "Kral 
Uilyamın  müharibəsi"  adı  ilə  tanındı.  İngilis  koloniyaları  uzun  müddət  şimalda 
fransız  müdaxilələrini  müşahidə  edirdi.  Fransızlar  Müqəddəs  Lavrenti  diyarını  əldə 
saxlamağı  qət  etmişdi  və  öz  hakimiyyətini  Missisipinin  ucsuz-bucaqsız  hövzəsinə 
doğru genişləndirmişdi. İngilis koloniyaları Merilend istisna olmaqla demək olar ki, 
bütünlüklə protestant idi, Merilendin özündə də protestantlar böyük əksəriyyət təşkil 
edirdi.  Yeni  Fransa  isə  təmiz  katolik  idi  və  xristianlığın  iki  forması  birlikdə  və  ya 
birliyə  yaxın  harmoniyada  yaşamağa  hələ  öyrənməmişdi.  Kral  Ceyms  öz  layihəsini 
doğma  ölkəsində  həyata  keçirə  bilməmişdi.  Kral  Uilyamın  müharibəsinin  məqsədi 
çox müxtəlif idi. Amerikada ilk bir neçə qəzəbli mübahisə getmişdi və bu mübahisə 
yetmiş  il  davam  etdi.  Bu  Amerikadakı  ağalıq  üstündə  aparılan  yetmiş  illik 
müharibənin sülh fasilələri daxil olmaqla başlanğıcı idi.  
Müharibə Kanadanın qubernatoru Frontenak tərəfindən təhrik edilmiş bir sıra 
hindu qırğınları ilə başlandı. Onlardan ilki Nyu Hempşirdə Duvrun dağıdılması oldu. 
Bu şəhərin əlli sakini var idi. 1689-cu ilin iyul gecəsində iki hindu qadını yaşlı mayor 
Ualdronun  evinə  gəlib  ondan  gecələməyə  yer  xahiş  etdi.  Evə  buraxılan  bu  qadınlar 
gecə qalxıb pusquda gizlənmiş çox sayda hindunu içəri buraxdı. Ualdron öldürüldü, 
şəhər  bütünlüklə  yandırıldı,  adamların  yarısı  məhv  edildi  və  sağ  qalanlar  isə  uzağa 
aparıldı və qul olmağa satıldı. Sonrakı ayda Mendəki Pemakvid şəhəri də eyni taleyi 
yaşadı. 1690-cı ilin fevralında Fontenakın göndərdiyi fransızlar və hindular Mohauk 
çayı  üstündəki  Şenektendiyə  gəldi.  Gecə  yarısı  onlar  yatan  adamların  üstünə 
cumdular  və  bir  neçə  saata  hər  şey  başa  çatdı,  şəhər  indi  külün  içərisində  ölüm 

 
65 
sükutu  ilə  yatmışdı.  60-dan  çox  adam  qırılmışdı,  bir  çoxu  əsir  götürülmüşdü,  bir 
neçəsi gecə qaçıb özünü Olbaniyə çatdırmışdı. İki kiçik şəhər də tezliklə eyni aqibəti 
yaşamalı oldu.  
Bu  günlərdə  vəhşi  müharibədə  qəhrəmanlıq  adlanmalı  olan  işlər  də  baş 
verirdi. Bunlardan ən əlamətdarı Hanna Dastinlə əlaqədar olan əhvalat idi. Bu qadın 
Massaçusetsdəki Heyvrhilldə fermerin arvadı idi. O, hindular tərəfindən onun evinin 
yandırılmasını və öz körpə uşağının ağaca çırpılıb öldürüldüyünü görmüşdü. Bu vaxt 
o,  Mariya  adlı  qonşusu  ilə  əsir  kimi  götürülüb  aparıldı.  O,  həmin  anda  öz  qaçışını 
planlaşdırdı.  Baş  verənlərin  təkrar  edilməməsi  və  öz  körpəsinin  qatilindən  intiqam 
almaq  üçün  qadın  ümidsiz  qərar  qəbul  etdi.  12  hindu  onların  yanında  yatmışdı.  Bu 
vaxt o, rəfiqəsi və həmçinin əsir olan oğlan uşağı gecə yarısı yuxudan qalxıb, yaxşı 
nişan alınmış atəşlərlə onlardan onunu öldürdü, yalnız hindu qadınına və uşağa aman 
verdi,  onları  qaçırtdı  və  özləri  isə  evlərinə  qayıtdı.  Missis  Dastin  ölü  hinduların 
skalplarını çıxardı və bu skalplara görə o, 50 funt sterlinq məbləğində mükafat aldı.  
Sonra 1702-1714-cü illərdə kraliça Annanın müharibəsi getdi. Elə görünürdü 
ki,  Yeni  Fransa  hökmən  ingilislərin  böyük  qüvvəsi  qarşısında  məğlub  olacaqdır. 
Lakin  bu  uğura  bir  bəlalı  maneə  var  idi,  bu  da  admiral  Uolkerin  qabiliyyətinin 
yoxluğu  idi.  O,  təkcə  belə  qüvvəyə  komandanlıq  etməyə  qadir  olmamaqla  yanaşı, 
cəsarətin  yoxluğundan  da  əziyyət  çəkirdi.  Uolker  Müqəddəs  Lavrenti  çayının 
mənsəbində qatı dumanda səkkiz gəmi və min adamı itirdi və irəli getməkdən imtina 
etdi. Ağılsızcasına inanmışdı ki, guya bədbəxtliyin özü də maskalanmış mərhəmətdir. 
Çünki Allah guya mərhəmətli qaydada işə qarışmaqla onun adamlarını "donmaqdan, 
aclıqdan və kannibalizmdən" xilas etmişdi.  
1692-ci ildə kral Bencamin Fletçeri Nyu Yorka və Penisilvaniyaya qubernator 
təyin  etdi.  Ona  tapşırılmışdı  ki,  idarəetmənin  mərkəzləşdirmək  üçün  onları  vahid 
yurisdiksiyaya gətirsin. 1691-ci ildə isə Lionel Kopley Merilenddə kral qubernatoru 
oldu.  Edmund  Andros  isə  həmin  il  yenidən  qubernator  səlahiyyətlərinə,  bu  dəfə 
Virciniyada  yiyələndi  və  burada  tam  beş  il  qaldı.  Lakin  Ceyms  Bleyrin  işi  onun 
əhval-ruhiyyəsini korladı. Virciniya siyasətinin böyük işləri Bleyrdə cəmləşmişdi. O, 
şotland  olmaqla  ingilis  kilsəsində  tərbiyə  almışdı  və  Edmund  Andros  buraya 
qubernator  təyin  edildikdə  onun  otuz  altı  yaşı  var  idi.  O  koloniyaya  yeddi  il  əvvəl, 
1685-ci ildə gəlmişdi, 1690-cı ildə isə Nikolson qubernator olduqda o, London keşişi 
tərəfindən Virciniya üzrə komissar təyin edilmişdi. Onun vəzifəsi koloniya kilsələrini 
yoxlamaq və onların haqqında məlumat vermək idi. O, özünün ilk məqsədini - kollec 
yaratmaq  vəzifəsini  yerinə  yetirdi.  Kral  kollec  barədə  çarter  verdi.  Nəhayət 
Virciniyada  kollec  meydana  gəldi,  bu  təhsil  ocağı  Uilyam  və  Mariyanın  adları  ilə 
adlandırıldı.  
Andros  Virciniyaya  təyin  olunanda  Nikolson  Merilendin  işlərinə  inzibatçılıq 
etməyə  göndərildi.  Sonralar  məlum  oldu  ki,  Andros  və  Bleyr  bir  yerdə  yaşaya 
bilməzlər.  Edmund  məhkəmədə  uduzdu,  Bleyr  isə  qalib  gəldi.  Andros  İngiltərəyə 
çağırıldı  və  Nikolson  yenidən  bura  qubernator  təyin  olundu.  Nikolson  Bekonun 
yandırdığı  Ceymstaundan  paytaxtı  Vilyamsburqa  keçirdi.  Kollec  də  bu  şəhərdə 
yerləşdirildi. Qubernatorlar gəlib getsə də Bleyr burada aparıcı rol oynamaqda davam 
edirdi.  
 

 
66 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin