Telman Orucov


Cənubda və orta ərazilərdə ingilis koloniyalarının güclənməsi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   2   3   4   5   6   7   8   9   ...   38

Cənubda və orta ərazilərdə ingilis koloniyalarının güclənməsi 
 
 
Elə  həmin  dövrlərdə  hollandlar  Hadson  çayının  üstündə  çox  artır  və  xeyli 
güclənirdilər.  İngiltərə  ilə  münasibətlərin  yaxşılaşması  Yeni  Niderlanda  da,  işləri 
uğurla  aparmaq  üçün  Hollandiya  Vest  İndiya  Kompaniyasına  da  əlverişli  şərait 
yaradırdı.  Onlar  tezliklə  Manhetten  adasında,  Fort  Amsterdamda  daşdan  anbar 
binaları  və  top  batareyaları  tikdilər.  Buradan  toplar  Şimal  çayının  böyük  buxtasına 
nəzarət  edəcəkdi.  Fort  Oranca,  Cənub  çayının  üstündəki  Fort  Nassauya  səpələnmiş 
ailələr  birlikdə  Fort  Amsterdama  böyük  qüvvə  və  təhlükəsizlik  gətirirdilər.  Burada 
artıq  üç  yüzdən  artıq  sakin  var  idi.  Yeni  qubernatorun  başçılığı  altında  onlar  20-ci 
illərin  sonunda  meşədən  qırdıqları  xeyli  taxta  materiallarını  və  şimal  hindularından 
aldıqları  xəzi  iki  gəmidə  vətənə  yola  saldılar.  Yeni  Plimutun  qubernatoru  Bredford 
isə  Plimutda  ticarət  məntəqəsi  təsis  etdi,  lakin  onlar  hollandların  hücumundan 
qorxurdular. Çünki hollandlar əsasən Lonq Aylenddə idi və bu əraziyə ümumən onlar 
nəzarət edirdi.  
İki  rəqib  koloniyanın  qubernatorları  bir-birilə  çox  ədəb-ərkanla  məktub 
mübadiləsi  etdilər  və  Yeni  Niderlandın  katibi  Plimuta  mərasimə  səfər  etdi  və  çox 
yaxşı  qarşılandı.  Lakin  hər  şey  o  qədər  də  sülhsevər  qaydada  cərəyan  etmirdi. 
Bredford  hollandların  qubernatorunun  nəzərini  ona  cəlb  etdi  ki,  onlar  ingilis  tacı 
tərəfindən  Virciniya  Kompaniyasına  bəxş  edilmiş  ərazinin  sərhədlərindən  içəridə 
məskən salmışlar və buna görə bir gün cavab verməli olacaqlar. Qubernator Minuit 
buna  belə  cavab  verdi:  "Əgər  ingilislər  İngilis  kralı  adından  tələb  edirlərsə,  biz  də 
Hollandiya  dövləti  adından  çıxış  edirik  və  bunu  qoruyacağıq".  Əslində  holland 
gəlmişdi  ki,  ingilislərin  işlərinin  necə  getdiyini  görsün  və  onların  gücü  haqqında 
məlumat  alsın.  Bu  yeddi  il  ərzində  ingilis  koloniyası  xeyli  güclənmişdi.  O,  burada 
geniş,  səkkiz  yüz  fut  uzunluğunda  küçə  gördü.  Digər  küçədə  açıq  yerdə  dörd  top 
qoyulmuşdu. Küçənin başlanğıc küncündə qubernatorun idarəsi var idi. Hər bir evin 
qədim  Babil  şəhərindəki  kimi  kiçik  bağı  vardı.  Başqa  bir  yerdə  isə  platformanın 
üstündə  6  top  yerləşdirilmişdi.  Qonaq  nə  qədər  yaxşı  qarşılansa  da  hər  şey  ondan 
xəbər verirdi ki, Nyu Amsterdam və Nyu Plimut bir-birinə kəskin rəqib olacaqdır.  
1618-ci  ildə  Ceyms  hələ  kral  olduğu  dövrdə  otuzillik  müharibə  başladı. 
Əslində  bu  Avropa  qitəsindəki  protestant  və  Roma  katolik  dövlətləri  arasındakı 
mübarizə  idi.  Çarlz  Roma  katolik  printsessasına  evlənib,  katoliklərlə  protestant 
dövləti  arasında  sövdələşməyə  özünün  hazır  olduğunu  göstərdi.  Parlament  onun 
siyasəti ilə razılaşmayıb, ona pul verilməsi qərarına səs verməkdən imtina etdikdə, o, 
parlamentin  razılığı  olmadan  vergi  yığmağa  başladı.  O,  qanunlara  və  parlamentin 
rəyinə hörmət etmirdi. Ölkənin əsas puritan xadimləri də siyasətə daxil olub, İcmalar 
Palatasını doldurmuşdu. Onlar kilsəni təmizləmək və azadlığı müdafiə etmək işinin 
sadə bir hissəsini həyata keçirirdilər. Nəhayət, Çarlz parlamenti 1629-cu ildə buraxdı. 
On  bir  il  ərzində  parlament  bir  dəfə  də  olsa  yığılmadı.  Pul  qanuni  sənəd  olmadan 
yığılırdı.  Hökumət  istədiyi  kimi  özünü  aparırdı.  Bu  yolla  o,  böyük  inqilaba  gətirib 
çıxardı və nəticədə kral öz başını edam nəticəsində itirdi. Bu vaxt adamların ölkəni 
tərk etməsi başladı. Adamlar indi artıq onlar Hollandiyaya deyil, birbaşa Amerikaya 
yollanırdı.  

 
32 
Torpaqlar  Yeni  İngiltərə  şurasından  1628-ci  ildə  alındı  və  məskunlaşmaq 
istəyənlərin  bir  qrupu  həmin  yayı  Con  İndikotun  başçılığı  altında  Amerikaya 
yollandı. Onlar Salemi seçdilər. Bu böyük Massaçusets buxtasının şimal burnundan 
çox  da  uzaqda  deyildi.  Sonrakı  yayda  bura  daha  iri  məskunlar  qrupu  gəldi.  Onlar 
özlərinə evlər tikib, taxıl yetişdirməyə başladılar. Elə həmin 1629-cu ildə İngiltərədə 
Kompaniya kral sarayından yeni mühüm və nüfuzlu - "Yeni İngiltərədə Massaçusets 
kompaniyası  və  qubernatorluğu"  yaradılmasına  icazə  aldı.  Bu  adamlar  Puritan 
koloniyası üçün o qədər yaxşı məqam olmayan bir dövrdə öz talelərini bu işə bağladı 
və onlar ümid edirdilər ki, bu yolla vicdan azadlığı tapacaq və Amerikada azad bir 
dövlət  quracaqlar.  Bu  kompaniyaya  daxil  olanların çoxu  həm  də  kolonistə  çevrildi. 
Kompaniya  özü  okeanın  o  tayına  köçürüldü,  onun  qubernatoru  və  şurası  başçılıq 
etdikləri bu koloniya üçün gəmi götürdülər. Massaçusets buxtasının qubernatoru və 
kompaniyası,  Virciniya  Kompaniyası  Virciniyaya  Londondan  rəhbərlik  etdiyi  kimi, 
heç  də  işləri  artıq  uzaq  məsafədən  idarə  etmirdi.  Onlar  özləri  mülkiyyətləri  olan 
yerdə yerləşmişdi.  
Az  vaxtda  on  yeddidən  çox  gəmi  və  minlərlə  kolonist  qərbi  və  cənubi 
limanlar  olan  Bristoldan,  Plimutdan,  Soushemptondan  Amerikaya  yol  aldı.  Onlara 
yaxşı  təhsil  görmüş  Con  Uintrop  başçılıq  edirdi  və  o,  qubernator  kimi  bu  vəzifədə 
İndekotu əvəz etdi. Bu gələn adamların üstünü isitmə xəstəliyi aldı. Yer seçildikdən 
sonra Çarlston şəhərini salmağa hazırlıq görülməyə başlandı. Xəstəliklərə 200 nəfərə 
qədər  qurban  vermək  lazım  gəldi.  Yaz  özü  ilə  birlikdə  sağlamlıq  və  ümid  gətirdi. 
Lakin  pis  yeniliklər  də  var  idi.  Bu  da  ondan  ibarət  idi  ki,  Plimutdakı  adamlar  kimi 
onlar  da  açıqca  separatistlərə  çevrildilər  və  Uintrop  İngiltərə  kilsəsinin  üzvlərini 
vətənə  yola  saldı.  Virciniya  isə  məskunlaşdıqda  isə  hələ  Puritan  əhval-ruhiyyəsinin 
bütöv  hərarəti  İngiltərədə  elə  də  hiss  olunmurdu.  Virciniyaya  sonra  gələnlər  də 
Puitanlara  bənzəyən  qruplara  daxil  deyildilər.  Ona  görə  də  virciniyalılar  öz 
adətlərində ingilis vətəndaşlarından fərqlənmirdi və onlara hörmətsizlik etmirdilər.  
Massaçusets körfəzindəki yeni sakinlər isə əksinə elə bil ki, xüsusi sinif üçün 
seçilmişdilər.  Onlar  öz  vicdan  azadlıqları  naminə  həm  kilsədə,  həm  də  dövlətdə  öz 
xüsusi  standartlarını  təsis  etmişdilər.  Onlar  ilk  növbədə  özlərini  ingilislərin  ümumi 
tərkibindən  çıxarmaq  və  Amerikada  özlərinə  "həm  dünyəvi,  həm  də  dini  olan 
müvafiq  dövlət"  yaratmağın  məharətli  planını  qurmuşdular.  Onların  dualarının 
birində deyilirdi ki, "Allah bu kimsəsizliyə seçmə taxıl göndərdiyi kimi, bütün xalqı 
dəyişmişdir". Onlar özlərini də inandırmağa çalışırdılar ki, heç də separatist deyillər. 
Lakin həqiqətdə isə onlar elə ayrıca kilsə yaratdılar ki, bu ana kilsənin hakimiyyətini 
bütünlükdə inkar etdi.  
Puritanlar  öz  kompaniyalarını  yaradıb,  Amerikaya  köçürəndə  Virciniyanın 
əhalisi  yavaş-yavaş  beş  min  nəfərə  çatdı.  Virciniyalılar  harada  olurdularsa,  özlərini 
ingilislər kimi aparırdı. Virciniya Kompaniyasının buraxılıb, koloniyanın kralın əlinə 
keçməsinə də onlar elə bir əhəmiyyət vermədilər. Bu dəyişiklikdən sonrakı ilk dörd il 
ərzində  koloniyanın  assambleyası  çağrılmadı,  onlar  kralın  özü  tərəfindən  təyin 
edilmiş  qubernator  və  şura  tərəfindən  idarə  olunurdu.  Bu  illərdə  kralın  öz  inandığı 
dostlarının  içərisindən  qubernatorlar  seçilirdi.  Koloniyanın  aparıcı  adamları  da 
şuraya üzv təyin edilirdi. Lakin burada heç bir seçki yox idi.  

 
33 
Koloniyada Ceymstaundan başqa şəhər yox idi. Burada evlər çayın sahilində 
bir-birindən  aralı  səpələnmişdi.  Hər  plantator  mümkün  olan  qədər  münbit  torpaq 
sahələrini  becərirdi.  Tütün  istisna  olmaqla,  satılmaq  üçün  az  şey  əkilib  becərilirdi. 
Tütünü  isə  onların  limanlarına  gələn  gəmilərə  yükləyib  satılmağa  göndərirdilər. 
Adamlar kilsələrə dua və söhbət etməyə yığışırdı. Plantatorlar Ceymstauna ya çay ilə 
öz  qayıqlarında,  ya  da  at  belində  meşədən  keçməklə  gəlirdi.  Onlar  adətən 
assambleyaya yığışırdılar, ya da ki, qubernator şurasında görüşürdülər.  
Yeni  Niderland  da  böyüyürdü.  Hollandiya  Vest  İndiya  Kompaniyasi  ticarət 
məntəqəsi  yaratmaqdan  başqa  bir  iş  görmədi.  Amsterdam  fortununun  əhalisi  də 
yavaş-yavaş  artırdı.  Sahibkarların  çoxu  uğursuzluğa  düçar  olurdu,  ancaq  az  hissə 
yaxşı nəticə əldə edirdi. Ən tanınmış malikanə Kilian van Rensselayerə məxsus idi. 
O,  Amsterdamda  varlı  zərgər  olmuşdu.  İndi  isə  onun  torpaqları  Fort  Oranc 
koloniyasının yerləşdiyi sahəyə qədər, şimal çayının ətrafındakı münbit ərazilərdə bir 
neçə mil məsafədə uzanırdı. Bura hindularla xəz ticarətinin mərkəzi idi. Lakin burada 
çalışan  fermerlər  və  kəndlilər  icarə  qaydasında  işləməklə,  heç  də  ingilislərin  cənub 
koloniyalarında olan kiçik torpaq sahibləri olan yomenlər kimi azad deyildilər. Onlar 
bir az şimal tərəfdəki Yeni İngiltərə kolonistlərinə oxşayırdılar. Ancaq Yeni İngiltərə 
vadiləri heç də münbit deyildi. Buradakı çaylar da dərin və geniş olmayıb, koloniya 
üçün  ticarət  yolu  rolunu  oynamırdı.  Massaçusets  körfəzindəki  qubernator  və  şura 
daim sakinləri nəzarət altında saxlayırdı. Torpaq verəcəkləri adamı əvvəlcədən yaxşı 
tanımağa çalışırdılar.  
Hər bir şəhərdə onun işlərini idarə etmək üçün ayrıca adamlar seçilirdi. Şəhər 
yığıncaqları  kiçikli-böyüklü  bütün  məsələləri  həll  edirdi.  Lakin  koloniyanın  idarə 
olunması  bütünlükdə  heç  də  demokratik  deyildi.  Kompaniya  idarə  edirdi  və  "azad 
adamları"  isə  öz  işlərinə  cəlb  edirdi.  Bunlar  minlərlə  sakinin  içərisindəki  cəmisi 
iyirmi  adamdan  ibarət  idi,  onlardan  isə  on  ikisi  Kompaniyanın  öz  qulluqçuları  idi. 
Kompaniya öz üzvlərinin çoxalmasına həvəs göstərmirdi. Dörd il ərzində sakinlərin 
sayı üç mini keçdiyi halda, "azad adamlar" cəmi üç yüz əlliyə çatmışdı.  
Krala Massaçusets körfəzi koloniyasının, onun düşmənləri ilə dolduğu xəbəri 
çatdı.  Bundan  sonra  koloniyanın  idarəçiliyi  işinin  kralın  əlinə  keçməsi  elan  edildi. 
Körfəzdəki idarəçiliyə bu xəbər çatdıqda onlar güc tətbiq etməklə buna  müqavimət 
göstərməyi qərara aldılar. Təkcə İngiltərədəki bədbəxtliklər onları xilas etdi. Onlara 
verilmiş  hüquqlar  ləğv  edilsə  də,  koloniya  üzərində  mühakimə  qurulması  mümkün 
olmadı. Kralın pul kisəsi boş idi. İnqilab dalğası artıq qalxırdı. Çarlz heç də çox xərc 
tələb edən ekspedisiyanı Yeni İngiltərəyə göndərmək iqtidarında deyildi.  
Artıq  Virciniyanın,  Plimutun  və  Massaçusetsin  sakinləri  daimi  idi.  Amerika 
Puritanlar  kimi  Roma  katolikləri  üçün  də  azad  məkan  olduğunu  sübut  etməli  idi. 
Sesil Kalvert - lord Baltimor tərəfindən katoliklər üçün Merilendin əsası qoyuldu. Bu 
planı bir miras kimi o, öz atasından qəbul etmişdi. Ceymsin kral olduğu dövrdə Corc 
Kalvert ən nəzərə çarpan şəxsiyyətlərdən biri idi. O, İcmalar Palatasında kralın natiqi 
kimi dostu Uontvortun yanında dayanırdı. Sonrakı ili o, kralın xidmətindən uzaqlaşdı 
və  Roma  katolisizminə  keçdi.  Kral  Ceyms  ona  Baltimor  baronu  titulunu  verdi  və 
bundan sonra o, özünü Amerikanı məskunlaşdırma planlarına həsr etdi. O, İst İndiya 
Kompaniyasının böyük payçılarından biri oldu. Yeni İngiltərə Kompaniyasının üzvü 
seçildi.  Hələ  Plimut  məskunlaşmamışdan  əvvəl,  1620-ci  ildən  o,  məskunlaşma 

 
34 
layihələri  ilə  maraqlanırdı.  O,  Nyufaundlend  əyalətinin  cənub  tərəfində  yerləşən 
torpaqları  satın  aldı  və  onları  məskunlaşdırdı.  Özü  də  sonradan  bu  məskunların 
arasında  yaşamağa  getdi.  Lakin  o  daim  cənub  barədə  fikirləşirdi  və  1629-cu  ildə 
parlament  işini  dayandırdıqda  və  massaçusestlilər  öz  çarterlərini  aldıqda,  o,  kral 
Çarlzdan  Çesapik  körfəzi  tərəfdəki  Virciniyaya  qonşu  olan  torpaqları  ona  verməyi 
xahiş etdi. Bu torpaqlar Potomakdan şimal və cənub tərəfdə yerləşirdi. Bu torpaqlar 
çoxdan  Virciniya  Kompaniyasına  verilmişdi,  lakin  artıq  Virciniya  Kompaniyası 
mövcud deyildi.  
Nəhayət,  1632-ci  ildə  ikinci  lord  Baltimor  olan  Sesil  Kalvertə  bu  torpaqlara 
sahib  olmaq  hüququ  verən  sənəd  meydana  çıxdı  və  o,  atasının  planlarını  yerinə 
yetirməyə  başladı.  Axı  onun  atası  Corc  Kalvert  özünün  gələcəkdə  koloniyası  və 
buranın qaçqın, azad və onun öz dinindən olan adamlar üçün təhlükəsiz yer olacağını 
güman edirdi. O, özü ilə Nyufaundlendə Roma keşişləri gətirmişdi və hər bazar günü 
burada  messa  keçirilirdi.  Sesil  Kalvertin  Merilendə  göndərdiyi  kolonistlərin  yalnız 
yarısı  Roman  katolitsizmi  barədə  təsəvvürə  malik  deyildi.  İezuit  keşişləri  Yeni 
Dünyada  onların  mənəvi  başçıları  və  hamiləri  kimi  hərəkət  edirdi.  Portestant  və 
katoliklər  həm  səfər  zamanı,  həm  də  sahilə  qədəm  basdıqdan  sonra  bir-birilə  çox 
yaxşı ünsiyyətdə idilər.  
Lord Baltimor isə elə bir kompaniya təsis etmək istəyirdi ki, burada yaşamağa 
Roma katoliklərindən başqa heç kəs buraxılmasın. O, bütün İngiltərənin tezliklə buna 
etiraz  edəcəyini  də  yaxşı  bilirdi.  O,  istəyirdi  ki,  elə  bir  azad  yer  yaratsın  ki,  orada 
Roma  katolikləri  protestantlardan  heç  də  geri  qalmadan  öz  ibadətlərini  tam  sərbəst 
surətdə  həyata  keçirsinlər  və  o,  yaxşı  bilirdi  ki,  Amerikadan  başqa  heç  yerdə  belə 
əlverişli  məkan  olmayacaqdır.  Onun  kolonistləri  öz  yeni  vətənlərinə  1634-cü  ildə 
gəlib  çıxdılar.  Böyük  Potomak  çayı  onlara  öz  geniş  sahilləri  və  tənhalığı  ilə  dərin 
təsir  bağışladı.  Lord  Baltimor  bu  əyaləti  Merilend  adlandırdı.  O,  bu  adı  Müqəddəs 
Mariyanın  -  bakirə  ananın  şərəfinə  vermişdi.  Lakin  virciniyalılar  heç  də  yeni 
qonşularına şad deyildi. Birincisi onların ərazilərinə müdaxilə etdiklərinə görə, digər 
tərəfdən  qonşularının  papist  katolik  olduqlarına  görə.  Onlar  güman  edirdilər  ki, 
körfəzin  torpaqları  birdəfəlik  onlarındır.  Lakin  indi  kral  bu  torpaqları  həmişəlik 
başqasına vermişdi.  
Merilendlilər  burada  qalmağa  gəlmişdilər  və  ildən-ilə  yayılır  və  artırdılar. 
Yaxşı  idarə  olunmanın  nəticəsində  birinci  ildə  onlar  Ceymstaunun  ilk  sakinlərinin 
keçirdiyi  aclığı  görmədilər  və  ilk  dövrdə  yaşamaq  üçün  onlara  elə  ağır  mübarizə 
aparmaq lazım gəlmədi.  
Onlar  Sent  Meriyə  qədəm  basdıqda  burada  hindu  kəndini  və  becərilmiş  və 
kotan üçün hazır olan açıq tarlanı tapdılar. Hindular öz viqvamlarını və herikdə olan 
torpaqlarını  bir  neçə  baltaya  və  kətmənə,  bir  az    da  paltara  yeni  sakinlərə  satdılar. 
Virciniyalılar  isə  öz  faydaları  üçün  onlara  qaramal  və  donuz  satmaqdan  imtina 
etmirdilər.  Merilend  öz  həyat  tərzi  və  idarəçiliyi  ilə  başqa  Virciniyaya  çevrildi. 
Doğrudan  da  burada  idarəçilik  tam  fərqlənirdi.  Kralın  burada  birbaşa  heç  bir 
hakimiyyəti  yox  idi.  Lord  Baltimor  kraldan  alınan  çarterə-  hüquqa  görə  bir  feodal 
knyaz kimi koloniyanın sahibi idi. Kraldan deyil, məhz ondan bütün titullar və digər 
vəzifələr alınırdı. O, ayrıca sarayı olan "mülk" yarada bilərdi. Burada mülkiyyətçilər 
demək  olar  ki,  keçmiş  baronlar  kimi  müstəqil  idilər.  Koloniya  böyüdükcə  o, 

 
35 
kolonistlər  arasında  az  sayda  varlı  adamlara  imtiyazlardan  ibarət  iri  bəxşişlər 
bağışlayırdı.  
Merilenddə  də  Virciniyadakı  kimi  iri  çaylar  axırdı  və  köhnə  koloniyada 
olduğu kimi gəmilər limandan limana ticarət yükü aparırdı. Burada bir neçə kənd və 
çoxlu  geniş  plantasiyalar  var  idi.  Merilend  həm  də  iezuitlər  və  papistlər  üçün 
qanunsuz  sığınacaq  yeri  idi  və  qonşuları  virciniyalılar  buna  qısqanclıqla  baxırdılar. 
Lakin koloniyalar arasındakı fərqlər tezliklə unuduldu.  
Merilend  təşkil  olunanda,  Yeni  İngiltərədə  hadisələr  güclü  qabarma  kimi 
davam  edirdi.  1630-1640-cı  illərdə  Uintropun  kompaniyasının  Bostona  gəldiyi 
vaxtdan sonrakı ilk onillikdə körfəzə güclü immiqrant axını başlandı. Bu kiçik dövr 
ərzində  iyirmi  minə  qədər  adam  Yeni  İngiltərədə  özünə  vətən  axtarmağa  başladı. 
1634-cü ildə təkcə bir iyun ayında on dörd gəmi məskunlarla gəlmişdi. Sonrakı yayı 
isə  təkcə  bir  gündə  on  bir  gəmi  körfəzə  yan  almışdı.  1638-ci  ilin  üç  ayı  ərzində 
buraya  üç  min  immiqrant  gəlmişdi.  Elə  görünürdü  ki,  bu  axında  heç  bir  fasilə 
olmayacaqdır.  Gələnlərin  çoxuna  körfəz  xoş  gəlirdi  və  onlar  buranı  özlərinə  vətən 
kimi qəbul edirdilər.  
Köhnə vətəndə olduğu kimi burada da idarəetmə hər şeyi qaydaya salmalı idi. 
Əməkçilərə  hansı  maaşı  vermək,  tacirlərin  hansı  qiyməti  qoyması,  fermerlərin  öz 
taxıl məhsullarını becərmək üçün torpaqdan necə istifadə etməsi, balıqçılar özlərini 
necə aparmalıdır, hindularla xəz ticarəti necə icra olunmalıdır, - bütün bunlar tərtib 
edilən qanunlarda öz əksini tapırdı. Lakin bu nizamlamanı həyata keçirmək o qədər 
də  asan  deyildi.  Balıqçılar  açıq  dənizdə  ov  edirdilər.  Uzun  sahil  boyunda  isə 
magistratlar  açıldı.  Xəz  alveri  hindularla  birbaşa  mübadilə,  barter  şəklində  meşənin 
dərinliyində  aparılırdı.  Tacirlər  özləri  istədiyi  qiymətlə  malları  alırdılar,  fermerlər 
onlara  fayda  verən  və  gəlir  gətirən  qaydada  torpaqlarından  istifadə  edirdilər.  Ona 
görə də koloniyanın sadə həyatı İngiltərə həyatından xeyli sərbəst idi.  
Bu  dövrdə  Konnektikutun  da  əhalisi  artırdı.  1637-ci  ildə  artıq  Konnektikut 
sahillərində  səkkiz  min  sakin  var  idi.  Hollandlar  gördükdə  ki,  Plimutda  və 
Massaçusets körfəzində ingilislər belə artırlar, onlar tezliklə hər şeyin təhlükəsizliyini 
təmin edən tədbirlər görməyə başladılar. Onlar Konnektikutun ortasına gedən torpaq 
zolağını  hindulardan  satın  aldılar.  İngilislər  gələndən  bir  az  qabaq  burada  özlərinin 
sahib  olduqlarını  göstərmək  üçün  kiçik  fort  tikdilər.  İngilislər  gələn  vaxt  isə  onlar 
Qud Houp – «Xoş Ümid» postunu yaratdılar. Plimutdan olan adamlar birinci olaraq 
post  tikməyə  gəlmişdilər.  Onlardan  sonra  körfəzdən  icmaların  nümayəndələri 
plimutluların  və  hollandların  hüquqlarına  heç  bir  məhəl  qoymadan  bura  axışmağa 
başladılar. Bir neçə ildən sonra isə onlar holland postunun yanındakı bütün torpaqları 
şumlamağa girişdilər. Qubernator Uintrop Fort Amsterdamdakı holland komandirinə 
xəbər göndərdi ki, o, Konnektikutda heç nə tikməməlidir. O, bildirdi ki, bu torpaqlar 
İngiltərə  kralının  ərazisidir.  Holland  Van  Tuiller  isə  cavab  verdi  ki,  o,  Hollandiya 
dövlətinin  adından  və  Vest  İndiya  kompaniyasının  nüfuzundan  çıxış  edir  və  bu 
sözləri  əlavə  etdi:  "Dünyanın  bu  hissəsində  bütpərəstlərin  torpaqları  yerləşir  və  bu 
torpaqlar  məskunlaşmaq  üçün  boşdur".  Ancaq  ingilis  immiqrantların  axını  bütün 
bunları  süpürüb  atdı.  Onların  az  hissəsi  Plimutdan,  böyük  hissəsi  isə  körfəzdən 
gəlirdi. Hollandlar hiddətlənirdi, hədə göndərirdi və etirazlarını bildirirdi. Lakin heç 
nə  edə  bilmirdilər  və  ona  görə  də  tezliklə  sayca  azlıq  təşkil  etdilər  və  ingilislərlə 

 
36 
əhatə  olundular.  Bir  holland  bunu  belə  təsvir  edirdi:  "Bu  adamlar  elan  edirlər  ki, 
onlar  İsraillilərdir,  biz  isə  öz  koloniyamızda  Misirliyik".  Onlar  öz  vətəndaşlarını 
Virciniyada  belə  adlandırırdılar.  Bu  onların  vəzifəsi  idi  ki,  Puritan  dövləti  təsis 
etsinlər.  Kim  onların  dininə  sitayiş  etmirdisə  və  ya  onların  həyat  qaydalarını  qəbul 
etmirdisə,  onlar  bütpərəst  sayılırdı,  ya  onlar  bu  ərazidən  sıxışdırılıb  çıxarılmalı, 
yaxud da onlardan təhlükəsiz məsafədə olmaq lazım gəlirdi.  
1635-ci ildə Uotertaundan olan sakinlər holland postu Qud Houpdan altı mil 
aşağı,  çayın  üstündə,  sonralar  Vezerfild  adlanan  yerdə  evlər  tikməyə  başladılar. 
Həmin  il  adamlar  gəlib,  Vindzorda  etiraz  edən  plimutluların  yanında  yerləşdilər. 
Həm  İngiltərədə,  həm  də  körfəzdə  adamlar  var  idi  ki,  gözlərini  Konnektikutdakı 
vadiyə  tikmişdi  və  onlar  hətta  burada  koloniya  salmağa  hazır  idilər.  Bir  qrup  varlı 
adam  aşağı  Konnektikutda  olan  torpaqlara  yiyələnmək  hüququ  aldılar  və  körfəzdən 
bura  köçdülər.  1635-ci  ildə  körfəz  qubernatorunun  fərasətli  oğlu  gənc  Con  Uintrop 
Konnektikut  çayının  və  buna  bitişik  torpaqların  qubernatoru  kimi  işə  başladı.  O, 
burada istehkamlar tikdirdi. O birisi il Hüker yüz sakinlə Nyutaundan bura gəlib ilk 
məskunlara  qoşuldu  və  hollandların  xoşlamadığı  qonşu  kimi  Hartford  adlanan 
yaşayış  məntəqəsini  saldı.  Artıq  İngiltərədən  minlərlə  adam  gəlirdi  və  yeni 
mühacirətin məqsədi heç də təkcə Konnektikut deyildi.  
İngiltərədən  gələn  məskunların  bir  hissəsi  özlərinə  Nyu  Amsterdamda, 
hollandların  iyirmi  milliyində  ev  tikdilər.  İngilislər  iri  addımlarla  Hadson  çayının 
mənsəbində  görünməyə  başladılar.  Nyu  Amsterdam  kifayət  dərəcədə  böyüyür  və 
çiçəklənirdi.  Lakin  yeni  sakinlər  hollandlar  deyildi,  onlar  körfəzə  gələnlər  idi. 
Hollandların gözlədikləri baş verdi. Ona görə də onlar daim deyirdilər ki, ingilislər 
"təbiətcə o qədər məğrurdular ki, onlar güman edirlər ki, hər şey onlara məxsusdur" 
və yaxşı bilirdilər ki, onlar necə təcavüzkar ola bilərlər.  
1637-ci  ildə  körfəzdə  keşiş  Con  Davenportun  başçılığı  altında  məşhur 
koloniya meydana gəldi. Bu koloniyanın üzvləri bir yerdə qalıb, ayrıca kilsə yaradıb, 
öz  həyatlarını  özlərinə  məxsus  olan  yaşayış  yerində  keçirmək  istəyirdi.  Onlar 
əlverişli bir liman tapdılar və buranı Nyu Hevn adlandırıb, üç yüz ev və gözəl kilsə 
tikdilər. Tezliklə onların şəhəri ətraf sahilin özünəməxsus paytaxtına çevrildi.  
Bu vaxt Narraqanset əhalisi də sürətlə artırdı və 1638-ci ildə əlli məskun Rod 
Aylendin  əsasını  qoyan  keşiş  Rocer  Uilyamsın  yanına  bir  qaçqın  sığınacağı  kimi 
gəldi  və  oranı  müqəddəscəsinə  "Providens"  adlandırdı.  Kolonistlər  Providensdən 
körfəzin  sularını  keçir,  dəniz  tərəfdəki  adanın  qurtaracağında  məskunlaşırdılar. 
Holandlar buranı Rod Aylend -Qırmızı ada adlandırmışdılar. Çünki onların burda ilk 
dəfə gördükləri qaya günün parıltısında qırmızı rəngə bürünmüşdü. Burada Pokasset 
və Nyuport şəhərləri salındı. Lakin buranın sakinləri hər yerdəki sakinlərə oxşamırdı. 
Onlar  çoxlu  məzhəblərin  və  dinlərin  nümayəndələri  idi  -  burada  bantistlər,  fikir 
ayrılığı  olan  puritanlar,  başqa  sektaların  üzvləri  var  idi,  onların  dünyagörüşləri  və 
fəaliyyətləri başqa yerdəkilərlə uzlaşmırdı, uyğun gəlmirdi.  
Uilyams  deyirdi  ki,  allah  adamları  Babil  sahillərində,  Romada  və  ya 
İngiltərədə olan kimi səpələmişdir. Onların Narraqanset sahilləri guya Babil sahilləri 
kimi görünürdü, bütün məzhəbdən olanlar sərbəst ibadət edirdi. Onlar sadə idarəçilik 
forması təsis etdilər, lakin gördülər ki, bir yerdə yaşamaq o qədər də asan deyildir. 
Ona görə də hər yerdə xırda, müstəqil qruplarla yaşamağa başladılar.  

 
37 
Gələn  immiqrantların  çoxu  Plimutda  özünü  köhnə  dost  və  yoldaş  kimi  hiss 
edirdi.  Plimutda  təpənin  üstündə  salınan  sadə  kənd  on  iki  il  ərzində  bura  gələnlərin 
hamısının dadına çatırdı. Sonrakı yeddi ildə koloniya çox böyüdü. Plimut artıq yeddi 
şəhəri  birləşdirirdi.  Koloniyanın  idarəçiliyi  buna  uyğunlaşdırılmışdı.  Lakin  yeni 
qanun məcəlləsi tərtib etmək lazım gəldi. Bu sakit buxtaya yeni və rəngarəng həyat 
gəldi. Kapitan Standiş ərazini genişləndirmək üçün birinci nümunə göstərdi. 1632-ci 
ildə  o,  şəhərin  qarşısındakı  kiçik  limanı  keçib  Daksbyuridə  ev  tikməyə  başladı. 
Başqaları  onun  ardınca  getdi.  Sakinlər  içərilərə  girib  Taunton  şəhərni  tikməyə 
başladılar.  Hollandlar  öz  qapılarının  ağzında  yığışan  ingilislərə  qarşı  necə  hərəkət 
etmək barədə düşünürdülər. Ən sakit yol öz əhalisini artırmaq yolu idi. Təklif edilən 
böyük  torpaqlar  bir az  varlı  alıcıların  diqqətini  cəlb  edirdi.  Lakin  əsl  məskunları bu 
ərazi o qədər də məftun etmirdi. Heç də çox adam Yeni Dünyaya gəlib burada feodal 
ağaların hakimiyyəti altında yaşamaq  istəmirdi. Buradakı qaydalar Köhnə Dünyada 
olduğundan daha sərt idi. İkinci yol isə müqavimət göstərmək idi. Zəif və ləng Van 
Tuiller  ingilislər  Konnektikutda  yığışdıqda  hiddətlənsə  və  hədə  göndərsə  də,  elə  bir 
əməli  tədbir  görmədi.  Cənub  çayında  isə  hollandların  çoxlu  dostları  özlərini 
riyakarcasına apardılar. 1638-ci ildə Cənub çayının üstündə İsveç kralının çarteri ilə 
koloniya yarandı. Burada isveçlərdən çox hollandlar var idi.  
1643-cü  il  mayın  19-da  Massaçuretsin,  Plimutun,  Konnektikutun  və  Nyu 
Hevnin  səlahiyyətli  nümayəndələri  Bostonda  görüşüb  rəsmi  razılaşma  qəbul  etdilər 
ki,  onların  koloniyaları  bir-birinə  kömək  göstərmək  və  müdafiə  üçün  Yeni 
İngiltərənin  Birləşmiş  Koloniyaları  adı  altında  konfederasiyada  birləşirlər. 
Konnektikut şəhərləri heç bir çarterə malik olmadıqlarından belə köməyə çox möhtac 
idi.  Plimut  və  Massaçusets  birliyə  girməyə  ona  görə  razı  idilər  ki,  onlar  üçün 
hindulardan  və  şimalda  isə  fransızlardan  təhlükə  mövcud  idi.  Ona  görə  də  bəzən 
koloniyaların  arasını  məskunlaşdırmaq  müzakirə  edildikdə,  konfederasiya  kimi  bir 
ümumi  nüfuzun  olması  vacib  sayılırdı.  Massaçusets  koloniyalardan  ən  böyüyü  və 
güclüsü  olduğundan  heç  şübhə  etmədən  gözləyirdi  ki,  konfederasiyanın  şurasında 
aparıcı rol oynayacaqdır. Digər koloniyalar isə ümid edirdi ki, Massaçusetsi bundan 
saxlaya və onu hökmranlıq etmək iştahasından uzaqlaşdıra biləcəklər.  
Elə həmin il Rocer Uilyams Narraqanset mahalında yaradılan məskənlər üçün 
icazə  almaqdan  ötrü  İngiltərəyə  yollandı.  Bir  il  sonra  Rod  Aylend  və  Providens 
plantasiyaları ayrıca çarterlə hüquqlar aldılar və beləliklə Plimut və Massaçusetlərlə 
hüquqlar baxımından bərabərləşdilər.  

 
38 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin