Telman Orucov


Koloniyalarda iqtisadi-sosial vəziyyət. Zənci qəsdləri



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

Koloniyalarda iqtisadi-sosial vəziyyət. Zənci qəsdləri 
 
Virciniya  qubernatoru  polkovnik  Sportsvud  Malboronun  ordusunun 
tərkibində  Blenheym  cəbhəsində  yara  aldıqdan  sonra  1710-cu  ildə  buraya  gəlib  öz 
vəzifəsinin icrasına başlamışdı. Onun damarlarında şotland qanı axırdı. O, öz ətrafına 
1716-cı  ildə  nəcib  adamları  toplayıb  Alleqanları  kəşf  etmək  üçün  uzunmüddətli  bir 
səfər  etdi.  Onlar  at  belində  ən  kimsəsiz  yerlərdən  keçdilər  və  çoxlu  maneələri  dəf 
etməli  oldular.  Öz  həmvətənləri  içərisində  onlar  ilk  adamlar  idi  ki,  Ohayodan 
uzaqlarda və Missisipinin geniş yatağında yerləşən qərbə doğru əraziləri görürdülər. 
Bu kiçik qrupa başçılıq edən polkovnik Sportsvud bilirdi ki, qitənin ərazisini tutmaq 
üçün, bu ingilislərin getməli olduğu yoldur. O, vətəndəki öz hökumətinə təkid edirdi 
ki,  göllərin  yanındakı  dağların  arxasından  Missisipiyədək  müdafiə  postlarının 
zəncirini  uzatsın,  fransızları  bu  vadilərin  içərisinə  girməyə  buraxmasın.  Çünki  bu 
ərazilər ağ adamın gəlməsini gözləyirdi. O, təkcə məsləhət verməklə kifayətlənmirdi, 
öz  işini  də  görürdü,  çünki  onun  təklifləri  diqqətsiz  qalırdı.  O,  hələlik  hinduları 
saxlaya  bilirdi.  O,  qənaətcil  alman  koloniyası  üçün  gözəl  torpaqlar  tapmışdı, 
koloniyada  dəmir  manufakturasını  tikməyə  başlamışdı,  Amerikada  ilk  dəmir  əridən 
soba quraşdırmışdı.  
Koloniyanın  borcu  onun  ödəmək  imkanlarından  böyük  idi,  ancaq  taxılla, 
meşə  materialı  ilə  yaxşı  ticarət  və  Vest  İndiyadan  duzlanmış  ərzaq  alınması  onun 
vəziyyətini yaxşılaşdırdı. O, bu yaxınlarda atəşdən dağıdılmış kollec binasını yenidən 
tikdirdi və hindu uşaqları üçün məktəb yaratdı. O, nə qədər bacarırdısa, koloniyanın 
valyutasını  yaxşılaşdırdı.  Onun  fəaliyyəti  əsasən  dinclik  və  inkişaf  üçün  yararlı  idi. 
Sahildə dəniz quldurlarını daim nəzarətdə saxlamaq işi burada istisna təşkil edirdi. O, 
özünə  düşmən  də  qazandırmışdı  və  onlar  onu  sıxışdırıb  çıxardılar.  Onun  ən  yaxşı 
keyfiyyəti  bir  əsgər  və  bir  inzibatçı  kimi  uzun  mübarizədə  dəniz  quldurlarını 
birdəfəlik məğlub etməsi oldu. Müharibə qurtardıqdan sonra dəniz quldurları yenidən 
güclü  fəaliyyətə  başlamışdılar.  1717-ci  ildə  Pennsilvaniya  katibi  rəsmi  məlumat 
verirdi ki, onun sahillərində min beş yüz dəniz qulduru vardır, onların baş qərargahı 
isə Bahama adalarındakı Qorxu burnu – Cape Fear-da və Nyu Providensdə idi, onlar 
Braziliyadan  Nyufaundlendə  qədər  dənizi  süpürüb  təmizləyirdilər.  Lakin  onlarla 
haqq-hesab  çəkiləcək  gün  uzaqda  deyildi.  Cənubi  Karolina  öz  sahillərini  təmizlədi. 
Dönüş nöqtəsi 1718-ci ilə təsadüf etdi. Həmin il ingilis donanması dənizi keçib Nyu 
Providensi tutdu, Bahama adalarını dəniz quldurlarından təmizlədi. Buranı o vaxtdan 
qanun və qayda qalasına döndərdilər. Həmin il Barbadosdan olan Stiid Bonnet uzun 
müddət  kralın  xidmətində  və  namuslu  bir  adam  olduğu  halda  dəniz  qulduruna 
çevrildi, lakin Qorxu burnunda polkovnik Fettin silahlı gəmisi tərəfindən tutuldu. Bu 
həmin polkovnik idi ki, on üç il əvvəl Çarlston limanından fransızları qovmuşdu və 
məhz  həmin  Çarlston  limanında  da  Bonnet,  qədim  Romadakı  Kapitolinin  cəsur 
müdafiəçisi Manlinin taleyini təkrar edərək dar ağacından asıldı, onun komandası isə 
özündən əvvəl belə faciəli mərasimin iştirakçısı olmuşdu. Bu vaxt deyirdilər ki, dəniz 
qulduru  olmaq  zarafatı  onların  ağıllarının  çaşması  nəticəsində  baş  vermişdi.  Bonnet 
öz qətl hökmünün icrasını gözləyəndə Eduard Tatç,- bu məşhur "qarasaqqallı"dan isə 
bütün  sahil  qorxurdu,  -  buna  bənzər  qaydada  ölümə  yollandı.  Beləliklə 
addımbaaddım təmizləmə işi davam edirdi, quldurlar məhv edilirdi. 

 
74 
Amerikanın  sahilləri  böyük  məsafədə  uzanırdı.  Hər  bir  limanda  qayda 
yaratmaq o qədər də asan deyildi. Lakin hər gələn il koloniyaların gücünü artırırdı və 
gücü artdıqca hakimiyyət özünün seçdiyi qaydada sahilləri idarə edirdi.  
Sülh  müqaviləsi  bağlandıqdan  bir  il  sonra,  1714-cü  ildə  kraliça  Anna  vəfat 
etdi,  sonrakı  il  isə  XIV  Lui  dünyasını  dəyişdi,  təbiətin  qanununa  müvafiq  olaraq 
Günəş  Kral  da  söndü.  Fransa  kralı  böyük  monarx  kimi  Avropa  siyasətini  dərindən 
hərəkətə gətirmişdi. Köhnə nəsl öz yerini təzə nəslə verirdi, bu nəsil isə işlərin bütün 
sifətini dəyişdirməyi nəzərdə tuturdu. Birinci Corc taxt-tacı ələ keçirdi, o, ingilis yox, 
alman  printsi  idi,  onun  ürəyi  Hannoverdə  idi.  Tezliklə  İngiltərədə  işlər  Robert 
Uolpolun  əlinə  keçdi.  Baş  nazir  Uolpol  öz  hakimiyyətini  1721-1742-ci illər  ərzində 
iyirmi bir il saxlaya bildi.  
Bu dövrdə koloniyalar da müəyyən dəyişikliyə məruz qalırdı. Onların əhalisi 
təkcə  sayca  yox,  həm  də  başqa  nöqteyi-nəzərdən  də  artırdı.  Müharibənin 
qurtarmasına  qədər  öz  sərhədləri  daxilində  onların  yarım  milyona  qədər  əhalisi  var 
idi.  Bura  həm  azad  adamlar,  həm  də  qullar  daxil  idi.  Sülh  bərpa  edildikdən  sonra 
əhali daha sürətlə artmağa başladı. Yeni İngiltərə özləri quraşdırdıqları konfederasiya 
ilə  ayrıca  fəaliyyət  göstərməyin  köhnə  yolunu  yavaş-yavaş  itirdi.  Massaçusets  kral 
qubernatorlarından  ibarət  olan  yeni  sistemdə  müəyyən  dərəcədə  öz  liderliyindən 
məhrum  oldu.  O,  özünün  köhnə  Puritan  düşüncəli  əhval-ruhiyyəsini  də  itirdi.  Öz 
əhalisini  əvvəlki  dövrlərdə  olduğu  kimi  uzun  müddət  eyni  gərginlikdə  saxlamaq 
mümkün deyildi. Həyata ciddi surətdə yeni elementlər daxil olurdu, yeni elementlər 
isə  həyata  yeni  yol  və  yeni  inamlar  gətirirdi.  Həyat  dini  kafedradan  daha  az  idarə 
olunmağa  başlayırdı,  daha  çox  ərzaq  üçün  ticarətə  tərəf  dönürdü.  Dəyişikliklərə 
şübhələr  azalırdı  və  koloniyanın  qonşuları  onun  tərəqqisinə  daha  qısqanclıqla 
baxırdılar.  
Şotland-irlandlar  koloniyaya  gəlməyə  başladılar.  Onların  bir  hissəsi  Nyu 
Hempşirə getdi, digər hissəsi isə Bostonda qaldı. Onlara arzu olunan adamlar hüququ 
verildi.  Müharibə  adamlar  üçün  xərc  və  borc  yükü  gətirdi.  Şotland-irlandlar  faydalı 
kətan  parça  toxumaq  sənətini  bilirdi,  bostonlular  kətandan  paltar  geyinməyi 
öyrəndilər.  Kasıblar  barədə  bostonlular  deyirdilər  ki,  "onlar  bizim  üstümüzə  silahlı 
adamlar  kimi  gəlmişlər".  Yeni  immiqrantlar  özləri  ilə  kartof  da  gətirmişdilər.  Bu 
bitki  əvvəllər  Yeni  İngiltərədə  əkilmirdi.  Kiçik  gəmilər  Kod  burnu  ilə  Nantuket 
arasında  şimal  sahillərinə  gələn  balinaları  ovlayırdı.  Bu  məşğuliyyət  böyük  sənaye 
əmələ  gəlməmişdən  əvvəl  yaxşı  gəlir  gətirirdi.  Əhali  yavaş-yavaş  sahildən  qərbə 
tərəf, Konnektikut və Hadsonun arasındakı meşələrə yayılmağa başladı. 1730-cu ildə 
Bostonda  presviterian  kilsəsi  açıldı,  bu  şübhəsiz  kral  kilsəsində  baş  verən 
dəyişiklikdən xəbər verirdi.  
Orta koloniyalarda və cənubda şimala nisbətən daha çox dəyişikliklər var idi. 
Cənubi  Karolina,  əhalisinin  müxtəlifliyi  və  qarışıqlığı  ilə  Nyu  Yorka  və 
Pensilvaniyaya bənzəyirdi. Şotland-irlandlar əvvəllər burada məskunlaşdılar. Buranın 
adamlarının  damarlarında  xeyli  hüqenot  qanı  axırdı.  Yeni  əsr  gələndə  bura  İsveçrə 
immiqrantları, Çarlstondan isə almanlar gəldi. Çarlstonun ətrafındakı plantasiyalarda 
isə zənci qullar həddən çox idi. Bu koloniyada zənci qullar ağ adamlardan bir neçə 
min çox idi. Koloniyanın 1715-ci ildəki 16.750 sakinindən 10.500-ü qullar idi. Lakin 
azsaylı  ağlar  istədikləri  kimi  koloniyanı  idarə  edirdilər.  Cənubi  Karolinada  yaxşı 

 
75 
inkişaf  etmiş  siyasi  partiyalar  var  idi,  lakin  onlar  kiçik  idi.  Əyalət  1719-cu  ildə 
mülkiyyətçilərin  əlindən  taxt-tacın  hakimiyyətinə  keçmişdi.  On  il  sonra 
mülkiyyətçilər  rəsmi  olaraq  öz  hüquqlarından  əl  çəkdilər.  Polkovnik  Frensis 
Nikolson  dəyişikliklər  öz  səmərəsini  göstərənə  qədərki  dövrdə  (1719-1725-ci  illər) 
əyalət  qubernatoru  kimi  fəaliyyət  göstərdi.  Bu  vəzifəsində  də  əvvəllər  Virciniyada 
olduğu kimi işləməyə başladı.  
Hər bir koloniya özünün partiya hərəkatlarına malik idi. Taxt-tac arzu edirdi 
ki,  koloniyaların  assambleyaları  hər  yerdə  qubernatorlara,  məhkəmələrə  və  kralın 
verdiyi  səlahiyyətlərdən  istifadə  edən  işçilərin  hamısına  daimi  institut  kimi  baxsın, 
maaş təyin etsin və verilmiş təlimatları icra etməkdə onların nüfuzunu tanısın. Lakin 
hər  yerdə  əhalinin  nümayəndələri  maaş  verməkdən  imtina  etməkdə  davam  edir  və 
sessiyalar  arasındakı  müddətdə  öz  hüquqlarına  aid  mənafelərə  nəzarət  etmək  üçün 
onlara  əlavə  səlahiyyət  vermək  təklifini  rədd  edirdilər.  Onlar  yalnız  qısa  müddətə, 
əsasən  bütün  dövr  ərzində  bir  illiyə  maaş  verməyə  səs  verirdi.  Həmçinin 
assambleyalar  onların  razılığı  olmadan  taxt-tac  tərəfindən  məhkəmələrin  mühakimə 
aparmaq  sahəsində  hüquqlarının  genişlənməsi  və  dəyişilməsinə  də  qəti  etiraz 
edirdilər.  
Nyu Yorkda öz düşündüklərini danışmaq hüququ çox ibratamiz bir hadisə ilə 
yoxlandı,  işlər  elə  quruldu  ki,  bütün  koloniyalar  tezliklə  bundan  nəticə  çıxardılar. 
1734-1735-ci illərdə Con Piter Zenqer deyilən bir adam, bir az əvvəl söyləndiyi kimi, 
naşir  kimi  məhkəməyə  çəkildi  ki,  koloniyanın  qubernatoru  və  inzibati  idarəsinin 
üstünə  mətbuatda  müxtəlif  böhtan  xarakterli  hücumlar  etmişdir,  bu  hücumlar  guya 
"Alihəzrət idarəçiliyinin xarakterini alçaldır" və əyalətdə adamları yoldan çıxarmaq, 
iğtişaş  yaratmaq  məqsədini  güdür.  Lakin  məhkəmədə  o,  bəraət  qazandı.  Mətbuatda 
böhtana  icazə  verildi,  lakin  jüri  hesab  edirdi  ki,  bu  hər  bir  adamın  koloniyanın 
qubernatorluğu haqqında həqiqət kimi fikirləşdiyi hər bir şeyi demək hüququdur. Hər 
yerdə adamlar məhkəmənin bu qərarını xüsusi qeyd edirdi.  
Adamları zəncilərin törətdiyi qəsdlər sarsıdırdı. İkinci zənci qəsdi 1741-ci ildə 
Nyu Yorkda baş verdi və özünü qəflətən yandırılmış alov kimi göstərdi. Elə güman 
etmək  olardı  ki,  qullar  şəhəri  dağıtmaqdan  cuşə  gəlirlər.  Burada  heç  bir  şübhə  ola 
bilməzdi  ki,  bu  dağıdıcı  hadisə  cənubdakı  qiyamlarla  əlaqədardır.  Qulların  üsyanı 
tezliklə Vest İndiyada da baş verdi. Cənubi Karolina belə partlayışlardan iki il idi ki, 
əziyyət  çəkirdi.  1738-ci  ildə  silahlı  üsyan  etmiş  zəncilər  orada  qətl  və  yanğınlarla 
müşayiət  olunan  dəhşətli  qətl  həyata  keçirdilər.  Partlayışlar  adətən  o  yerdə  qalxırdı 
ki,  orada  bir  qayda  olaraq  qullar  ağlardan  çoxluq  təşkil  edirdi.  Bu  koloniya  isə 
Cənubi  Floridadakı  ispan  koloniyası  ilə  qonşu  idi.  Öz  sahibindən  qaçmaq  istəyən 
zənci  cənub  sərhədini  keçir  və  orada  mehribanlıqla  qarşılanırdı.  Onlar  azad 
buraxılırdı və onların ingilis məskunlarını qarət etməyi vəd edən hər bir düşmənçilik 
niyyəti bəyənilirdi. Hindu tayfası olan Yamassi bandaları da orada zəncilərlə birgə iş 
görməyə,  ingilislərin  üzərinə  hücum  etməyə  hazır  idi.  Zənci  bandalarında  olan 
yüzlərlə  güclü  adam  qəflətən  yandırmağa,  qarət  etməyə  və  öldürməyə  başladıqda, 
heç  kəs  şübhə  etmirdi  ki,  nə  vaxtsa  bu  hərəkətlərə  görə  cavab  veriləcəkdir.  Bu 
üsyanlara cavab olaraq Çarlstonun qubernatoru ağ sakinlərin sayını artırmağa başladı 
ki, heç olmazsa onlar öz qüvvələri ilə özlərini müdafiə etsinlər.  

 
76 
Dinclik  dövründə  real  olaraq  yeni  qorxulu  dram  hazırlanırdı.  İki  böyük  xalq 
ingilislərin Amerikadakı resursları üstündə haqq-hesab çəkmək üçün bir-birilə üz-üzə 
gəlməli idi. Bu böhran yaxınlaşırdı. Bu kontinentin içərisində ingilislər və fransızlar 
bir-birinə  tərəf  daha  sıx  irəli  çəkilirdilər.  Bu  təkcə  şimalda  baş  vermirdi,  böyük 
Missisipi  çayının  bütün  uzunluğu  boyu  cərəyan  edirdi.  Fransızlar  addımbaaddım 
göllər  üstündə  olan  öz  postlarından  çaya  doğru  düşürdülər.  Onlar  bu  çayın 
mənsəbində post qoymuşdular və körfəzdən şimala özlərinə yol düzəltməyə keçdilər. 
1718-ci ildə onlar Nyu Orleanda tikinti aparmağa başladılar. 1719-cu ildə ispan postu 
Pensakolanı  təslim  etdilər  və  dağıtdılar.  1722-ci  ildə  beş  min  fransız  böyük  çayın 
aşağı axınında ticarət qayıqlarında bir başdan o biri başa qədər su yolunu öyrəndi. Bu 
vaxtlar  şimalda  onların  qüvvələri  Şampleyn  gölünə  doğru  irəlilədi  və  1721-ci  ildə 
Kraun Poyntda fort tikməyə başladı. Həmin il fransızlar və ingilislər Ontario gölünün 
üstündə  bir-birinin  yanında,  ingilislər  Osueqoda,  fransızlar  isə  Niaqarada  fort 
tikməyə başladılar.  
Belə  görünürdü  ki,  bu  iki  irq  qitəni  birlikdə  öz  mülkiyyəti  edə  bilməzdi. 
İngilislər  bura  ayaq  basmamışdan  fransızlar  Ohayo  vadisini  tutmuşdular.  Havada 
təhlükənin  artdığını  hiss  edən  ingilislər  yeni  koloniya  məskunlaşdırmaq  barədə 
düşündülər və bu koloniyanı Karolina və Florida sakinlərinin arasında saldılar. Bura 
fransızlara və ispanlara qarşı baryer və təhlükə rəmzi olmalı idi. Bunu əsgər Ceyms 
Oqletorp  planlaşdırmışdı.  O,  on  dörd  yaşı  olanda,  1710-cu  ildə  axırıncı  müharibədə 
ingilis  ordusuna  götürülmüşdü,  lakin  Utrext  müqaviləsindən  sonra  o,  daha  altı  il 
prints  Yevgeninin  cənubdakı  qüvvələrində  könüllü  əsgər  kimi  ordu  sıralarında 
qalmışdı.  İyirmi  iki  yaşında  o,  İngiltərəyə  qayıtmış  və  onun  böyük  qardaşı 
öldüyündən  onun  məsuliyyətlərini  öz  üzərinə  götürmüş  və  1722-ci  ildə  İcmalar 
Palatasına  daxil  olmuşdu.  O,  tori  olmaqla  anlayırdı  ki,  Styuartlar  taxt-taca 
malikdirlər,  lakin  onlara  qarşı  qeyri-loyal  deyildi.  Parlamentdə  o,  dustaqxanaları 
yoxlamaq  üçün  bir  komitə  yaratdı.  O,  özünün  xidmətini,  bu  adamlar  üçün  yeni  bir 
həyat  şansı  əldə  etmək  və  öz  talelərini  dəyişmək  üçün  mümkün  olan  bir  şeyi  - 
Amerikada  yaşamağı  təklif  etdi  və  bu  fikir  yeni  koloniya  yaratmaq  planına  qədər 
böyüdü. O, bilirdi ki, cənub sahilləri - Çarlstonla ispanların Müqəddəs Avqustininin 
arası  boşdur.  Orada  heç  şübhəsiz,  yaxşı  torpaqlar  var  idi,  onun  əsgər  gözü  onları 
sezmişdi, əlbəttə ki, yalnız xəritə vasitəsilə. Bu həm də Floridadakı əcnəbi qüvvələrə 
qarşı  yaxşı  istehkam  yaratmaq  nöqtəsi  idi.  O,  öz  planını  hazırladıqdan  sonra  başa 
düşdü ki, bu yalnız hərbi koloniya ola bilər, istehkam postu koloniyası ola bilər. Bu 
namuslu  adamlar  da,  hansılar  ki,  vətənində  taleyin  bədbəxtliyinə  düçar  olmuşdular, 
yaşamaq  üçün  şans  əldə  edirdi.  Bununçün  o,  bu  adamları  borc  dustaqxanasından 
götürməli idi. Kral da, parlament də onun təklifini diqqətlə dinlədi. Kral 1732-ci ilin 
iyununda  çarter  imzaladı  və  bu  adamları  bir  etibarlı  şəxs  kimi  ona  verdi.  Bu 
mülkiyyətçi  hüququna  bərabər  idi.  Parlament  on  min  funt  ayırdı  ki,  bu  işə  maddi 
köməklik göstərsin. Oqletorpun özü kimi liberal düşüncəli adamlar ona birləşib, bu 
humanist  planı  həyata  keçirməyə  başladılar.  Onlar  pul  verirdilər,  məsləhət  görür  və 
özləri üçün heç nə gözləmədikləri halda xidmətlər göstərirdilər.  
1732-ci il oktyabrın axırında beş gəmi sakinlərlə birlikdə Amerikaya yollandı. 
Oqletorp  onlara  başçılıq  edirdi.  1733-cü  ilin  fevralında  Savanna  çayının  geniş  axını 
keçən  yerdə  onlar  ilk  yaşayış  məntəqəsi  tikməyə  başladılar.  Koloniya  çarterə  görə 

 
77 
onun  əsasını  qoymağa  razılıq  vermiş  kral  Corcun  şərəfinə  Corciya  adlandırılmışdı. 
İlk  yaşayış  məntəqəsini  isə  çayın  adı  ilə  Oqletorp  Savanna  adlandırdı.  Onun 
kolonistləri təkcə borcdan azad edilmiş adamlardan ibarət deyildi. Adamlar hələ xeyli 
əvvəl  öz  səhvlərinin  axmaqlıq  olduğunu  başa  düşmüşdülər.  Oqletorp  da  dünyanın 
digər adamları kimi başqalarının uğursuzluqlarını təkrar edə bilərdi. Hər bir mühacir 
öz  vicdanlılığına,  qabiliyyətinin  və  davranışının  xarakterinə  görə  imtahandan 
keçirilirdi,  hansı  işə  qadirdisə  ona  da  götürülürdü.  İtalyanlar  koloniyaya  ipəkçiliyi 
gətirmişdilər.  Alman  protestantları  Moraviyadanı  Zalsburqdan,  Tiroldan  gələrək, 
özlərinin ayrıca yaşayış məntəqəsini saldılar. Onlar çox əməksevər, mömin adamlar 
idi, bu barədə onları yalnız ilk plimutlularla müqayisə etmək olardı. Şotland dağlıları 
gəlib cənubda məskunlaşdılar, bura ispanlarla görüşün çıxış nöqtəsi idi. Karolinalılar 
onlara bildirdilər ki, bu yer ispanlara o qədər yaxındır ki, onlar yeni sakinləri fortda 
yerləşən  evlərinin pəncərələrindən  tüfəng  atəşi  ilə  vura  bilərlər.  "Bu  necə  ola  bilər, 
biz  onları  öz  fortlarından  vurub  çıxarmağa  gəlmişik  və  yaşamaq  üçün  özümüzə  ev 
tikəcəyik" - deyə onlar qışqırır və öz məntəqələrini tikməkdə davam edirdilər.  
Xoşbəxtlikdən  ispanlarla  müharibə  başlamamışdan  yeddi  il  əvvəl  hər  bir 
adam bilirdi ki, bu müharibə labüddür və həmin vaxtdan kiçik koloniya buna kifayət 
qədər  hazır  idi.  Corciyanın  ərazisi  Savanna  çayının  üstündən  Altamahaya  qədər, 
sahildən  arxaya  qərbə  və  şimala,  o  çayların  mənbəyinə  qədər  uzanırdı.  Savanna 
çayının  yanı  Cənubi  Karolina  ilə  sərhəd  kimi  məskunlaşdırıldı.  Şotland  dağlıları 
özlərinin  təhlükə  mənbəyi  olan  postlarını  Altamahanın  üzərində  tikdilər. 
Müharibədən  əvvəl  isə  yeni  sakinlər  silah  və  ərzaq  ehtiyatı  görməkdən  başqa 
Altamaha çayının ağzında Sent Simon adasında istehkam tikdilər. Hər bir sakinin özü 
həm  də  müəyyən  mənada  istehkam  yönlü  hərbi  post  idi.  İlk  sakinlər  royal 
qvardiyasının serjantları tərəfindən silaha yiyələnməyə öyrədilirdi. Silah və sursat da 
kənd  təsərrüfatı  alətləri  kimi  bol  idi.  Koloniyada  zənci  qul  saxlamaq  qadağan 
edilmişdi. Sakinlər arasında hərbi intizamı saxlamaq üçün buraya heç kəs spirtli içki 
gətirə bilməzdi. Oqletorp isə daim əlində qanunlar gəzdirirdi. Ona hörmət edir və onu 
eşidirdilər,  yəqin  ki,  o,  adamları  idarə  etmək  üçün  doğulmuşdu.  Lakin  o,  Çarlz  və 
Con Uelsliləri özünün yaxın məsləhətçiləri və koloniyanın keşişləri kimi götürdükdə 
o  qədər  də  müdrik  hərəkət  etməmişdi.  Onlar  Amerikada  üç  il  qalmış  və  sonra 
İngiltərəyə qayıdıb, orada yeni fikir ayrılığına səbəb olan kilsə təsis etməklə məşğul 
olmuşdular. Oqletorp Çarlz Uelslini Corciyaya gətirdiyi 1734-cü ildə Yeni İngiltərəni 
dini  hisslərin  böyük  dalğası  bürüdü.  Bunu  sonralar  "Böyük  oyanma"  adlandırdılar. 
Lakin  Corciya  bu  vaxt  başqa  şeylərlə  məşğul  idi  və  İngiltərədən  gələn  keşişlərin 
dualarına elə bir diqqət vermirdi.  
1739-cu ildə İspaniya ilə labüd olan müharibə başladı. Bu müharibə ona görə 
labüd  idi  ki,  İngiltərə  İspaniyanın  Vest  İndiya  və  Cənubi  Amerikada  ticarət  rəqibi, 
Floridanın sərhədlərində isə siyasi rəqibi idi. Oqletorp demək olar ki, birinci zərbəni 
qəbul  etməli  oldu.  Admiral  Vernon  1739-cu  ilin  yayında  hələ  müharibə  elan 
edildikdən  əvvəl  Vest  İndiyadakı  məntəqələri  dağıtmaq  və  ispanların  ağalığını  ləğv 
etmək üçün getmişdi. O, tezliklə, noyabr ayında Porto Bellonu tutdu. Oqletorp bunun 
ardınca  Sent  Avqustinə  hücum  etdi.  O,  öz  koloniyasının  əsasını  qoyanda  bunu 
əvvəlcədən  görə  bilmişdi.  1740-cı  ilin  mayında  qırmızı  dərililərin  və  əyalət 
militsiasının qarışıq qüvvələri ilə, onların ümumi sayı iki min nəfərdən bir qədər çox 

 
78 
idi,  hücuma  keçmək  üçün  hərəkət  etdi.  Ona  dənizdən  altı  gəmidən  ibarət  kiçik 
donanma  köməklik  göstərirdi.  Lakin  bu  rəngarəng  qüvvələri  bir  yerə  yığmaq 
ləngiməyə  səbəb  oldu.  İspanlar  Havanadan  kömək  gətirirdilər.  İngilis  gəmiləri 
ispanlara kifayət dərəcədə yaxınlaşmağı mümkün hesab etmirdilər. Oqletorp kiçik də 
olsa  mühasirədən  bütünlüklə  istifadə  etmədi  və  hücum  tamamilə  məğlubiyyətə 
uğradı.  Buna  baxmayaraq,  bu  müəyyən  səmərə  verdi.  Çünki  iki  il  ispanlar  özlərini 
əsəbi apardılar, ancaq müdafiə barədə düşündülər. Sonra isə ispanlar hücum etdikdə 
Oqletorp onlara zərbə endirdi və onları süpürüb Sent Avqustinə atdı.  
1742-ci  ildə  ispanların  əlli  bir  yelkənli  gəmidən  ibarət  donanması  və  onların 
göyərtəsindəki beş min adamdan ibarət dəstə Sent Simon adalarına gəldi, burada da 
Oqletorp cəmi altı yüz əlli adamla onların hücumunu dəf etdi. Onun kiçik fortu çox 
igidliklə  vuruşurdu.  Bu  düşməndən  yaxa  qurtarma,  təkcə  Bibliyadakı  -  Köhnə 
Vəsiyyətdəki  xilas  olma  əhvalatları  ilə  müqayisə  edilə  bilərdi.  Bunu  Corc  Uaytfild 
belə  qiymətləndirmişdi.  Bu  vaxt  Vernon  və  Ventvors  Kartaxendə  sarsıdıcı 
bədbəxtliklə  qarşılaşdılar.  Xətdə  olan  gəmilərin  böyük  donanması  və  quruda  olan 
doqquz  min  adam  qüvvəsi  ilə  1741-ci  ilin  martında  onlar  hücuma  keçdilər.  Lakin 
Ventvors  öz  dəstəsi  ilə  hər  şeyi  pis  icra  etdiyindən  hücum  biabırçı  surətdə 
uğursuzluqla başa çatdı. Bu hadisə tropikanın məhvedici rütubət mövsümünə təsadüf 
etdi.  Xəstəlik  onun  ordusunu  bir  ovuc  adam  qalana  qədər  məhv  etdi  və  minlərlə 
adamın  həyatı  qurban  verildi.  Yeni  İngiltərə  və  Virciniya  bura  dəstə  göndərdi  ki, 
məhv olan ordunun bir hissəsini xilas etsin. Təkcə kolonistlər bilirdilər ki, nə qədər 
az  adam  öz  evinə  qayıda  biləcəkdir.  Bu  onu  göstərirdi  ki,  ispanlar  və  fransızlar 
Amerikaya sahib olmaq üstündə rəqib olaraq qalırlar.  
Bir neçə ay idi ki, bir xüsusi məsələ üstündə İngiltərə İspaniya ilə mübahisəyə 
girmişdi.  1740-cı  ildə  Habsburqların  Avstriya  sülaləsinin  kişi  qanadı  tükənirdi. 
Mariya  Tereza  taxta  çıxdı.  Rəqib  iddiaçılar  onun  vərəsəlik  hüququnu  əsassız  hesab 
edirdilər  və  bütün  Avropa  1740-1748-ci  illərdə  "Avstriya  irsi  müharibəsinə"  cəlb 
olundu.  Fransa  və  İngiltərə  bura  cəlb  edildikdə,  koloniyalarda  onu  "Kral  Corcun 
müharibəsi"  adlandırdılar.  Bu  müharibədə  Fransa  və  İngiltərə  yenidən  əks 
mövqelərdə  dayandı  və  1744-cü  ilin  yazında  onların  arasında  müharibənin 
başlanması  elan  olundu.  1745-ci  ilin  mayında  Vest  İndiyadan  kommador  Uorrenin 
komandanlığı  altında  dörd  ingilis  hərb  gəmisi  donanmaya  birləşib,  Luisburqun 
divarları  altında  dayandı.  Dəniz  hərbçiləri  tezliklə  sahilə  çıxdılar.  "Adamlar  sahilə 
qartallar öz ovunun üstünə cuman kimi tələsirdilər". Fransızların onları geri oturtmaq 
cəhdi  uğursuz  oldu.  Artilleriya  iki  böyük  müharibədə  eyni  fərasətlə  özünü 
göstərmişdi,  bostonlu  bacarıqlı  mühəndis  Riçard  Qridli  artilleriyaya  başçılıq  edirdi. 
Mühasirə altı həftə ərzində başa çatdı və 17 iyunda fort və batareyalar təslim oldu. 
Britaniya bayrağı tezliklə Luisburqun divarları üzərində dalğalandı. Amerikadakı öz 
böyük fortunun məğlubiyyətinə Fransa kralı təəccüb qalmışdı və onu geri qaytarmağı 
qərara  aldı.  Bura  donanma  göndərdi.  Lakin  donanma  ingilislər  tərəfindən  əsir 
götürüldü  və  Eks-le-Şapel  müqaviləsi  bağlandı.  Bu  vaxt  müzakirələrin  birinci 
mövzusu  Akadiyanın  sərhədləri  oldu.  Utrext  müqaviləsinə  görə,  bu  ərazi  sərhədlər 
müəyyən  edilmədən  İngiltərəyə  verilmişdi  və  bu  gələcək  mübahisələrin  toxumunu 
səpmişdi.  

 
79 
Luisburq  istehkamını  fransızlar  iyirmi  beş  ilə  tədricən  tikmişdilər,  bununla 
xeyli  ərazini  nəzarətdə  saxlayırdılar.  Əyalət  dəstələri  Amerikanın  digər  ən  heybətli 
fortlarını tutdu. Yeni İngiltərəlilərə başçılıq edən Uilyam Pepperell bu qələbəyə görə 
baron  titulu  aldı.  Uorren  admiral  oldu.  Sonrakı  ili  fransızlara  qarşı  Şampleyn 
üstündəki  Kraun  Poynta  hücum  planlaşdırıldı,  lakin  bundan  heç  nə  alınmadı. 
Nəhayət,  1748-ci  ildə  sülh  müqaviləsi  bağlandı.  Onun  şərtlərinə  görə  Luisburq  və 
bütün işğal edilmiş məntəqələr bərpa edildi. Lakin sülh o qədər də uzun çəkmədi.  
 

 
80 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin