Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)



Yüklə 1,02 Mb.
səhifə9/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

«Standard Oyl» isə Meksika Ali Məhkəməsinin neftlə əlaqə­dar qəbul edəcəyi qərarları tanıyacağını rəsmən elan etdi.

Deterdinqin maliyyələşdirdiyi Fransa, Belçika və Hollandiya neft şirkətləri Meksika neftini almaqdan imtina etdilər.

Heç bir zaman faşist olmamış Cardenas çıxılmaz vəziyyətdə qaldı. O vəziyyətdən çıxmaq üçün Cənubi Amerika məmləkətləri­nə neft satmaq istədi, ancaq cəhdləri nəticəsiz qaldı.

Almanlar Meksikada neftin milliləşdirilməsindən əvvəl prezi­dent Cardenasa bir neçə ticarət müqavilələri təklif etmişdilər. Ancaq, onlar bu müqavilələri bağlamağa müvəffəq olmamışdılar. İndi tam zamanı idi. Bu dəfə təkliflər Meksika tərəfindən razılıqla qarşılandı və tezliklə müqavilələr bağlandı. Meksika Almaniyadan dəzgahlar, İtaliyadan tanklar və Yaponiyadan isə bəzi mallar ala­raq qarşılığında neft satmağa başladı.

Dr.Şaxt istəyinə nail olmuş, yəni Almaniyaya qan qədər lazım olan nefti əldə etmişdi. O, dərhal mütəxəssislərini və ən bacarıqlı agentlərini Meksikaya göndərdi. Təbii ki, bu mütəxəssis agentlər neft işi ilə məşğul olmaqla bərabər eyni zamanda prezident Car­denasın əleyhinə ola biləcək hərəkətlərin qarşısını almağa da ça­lışacaqdılar.

Dr.Şaxt neft işini fövqəladə bacarığa malik bir adam olan Helmut Vohltata tapşırmışdı. Bu adam o qədər də məşhur deyildi. Adı dünya mətbuatında ilk dəfə 1938-ci ildə Dr.Şaxtın Rumıniya neftini ələ keçirmək üçün etdiyi təşəbbüslərdə və Almaniya ilə Rumıniya arasında bir müqaviləyə imza atıldığı zaman görünməyə başladı. O bir alman zabiti olaraq Bİrinci Dünya müharibəsində iş­tirak etmiş, sonradan von Blomberqin rəhbərlik etdiyi Milli Mü­dafiə Nazirliyində çalışmışdır. Uzun illər burada müəyyən vəzi­fə­ləri yerinə yetirən Helmut Vohltata Maliyyə Nazirliyində də mə­sul işlər tapşırılır.

Bu andan etibarən də o alman neft agentlərinin arasında apa­rıcı yerlərdən birini tutur. O, 1938-ci ildə Rumıniya ilə Almaniya arasında bağlanan müqaviləyə imza atmamışdan əvvəl bir müddət Bürkeşdə neft istehsalı ilə məşğul olan bir varlı şəxsin yanında müşavir vəzifəsində çalışmışdır. O neft sahəsinə aid belə bir mü­kəm­məl biliyi hələ Birinci Dünya müharibəsindən sonra Ameri­kada yaşadığı illərdə almışdır. Təəssüf ki, neft sahəsi üzrə mütə­xəs­sis olan Helmut Amerikada bu sahədə uğur qazana bilməmiş və bir müddət hələ Berlində yaşadığı vaxtlar dostluq etdiyi bir yə­hudi bankirindən aldığı vəsaitlə dolanmışdır. Bir neçə il Ameri­kada yaşayaraq nefti ən incə təfərrüatına qədər tədqiq edən Hel­mut 1927-ci ildə Almaniyaya qayıdır. O, 1927-1933-cü illərdə bir və ya iki dəfə Mərkəzi Amerikaya və Meksikaya səyahətlər edir və çoxlu pul qazanır. Səyahətlərinin birində Helmut Amerikada ya­şayan alman müəllimə ilə evlənir. Almaniyada Adolf Hitler iqti­dara gəldikdən sonra müdafiə naziri olan von Blomberq dərhal Hel­mut Vohltata məktub yazaraq onu Berlinə dəvət edir.

Məktubu alan Helmut dərhal Berlinə gəlir və Müdafiə Nazirliyi ilə Dr.Şaxtın rəhbərlik etdiyi Maliyyə Nazirliyi arasında əlaqə quran bir vəzifəyə təyin olunur. Qısa bir müddət sonra alman valyuta dəyişmə idarəsinin rəhbərliyi ona tapşırılır. Onun buradakı əsas vəzifələrindən biri də xaricdən idxal edilən xam maddələr üçün ayrılan valyutaya nəzarət etmək idi. Bir müddət sonra ona Almaniyadan qaçan yəhudilərlə əlaqə qurmaq tapşırıldı.

1938-ci ilin sonunda H.Vohltat Amerikaya getmək istədi, ancaq Amerika hökuməti ona viza vermədiyi üçün bu səyahət baş tutmadı.

Sonra o, «Oyl Purchasing Company» şirkətini quraraq Berlin və Hamburqda onun şöbələrini açır. Beləliklə, H.Vohltat neft şirkəti və onun minlərlə agenti sayəsində ABŞ, yəni «Standard Oyl» və Meksikanın neft istehsal edən şirkətləri ilə əlaqələrini davam etdirməyə və gücləndirməyə müvəffəq oldu. Bu tarixdən son­ra elə bir vəziyyət yarandı ki, Helmut Vohltat artıq alman hö­kumətinin və sənayesinin ən böyük neft mütəxəssislərindən biri he­sab olunmağa başladı.

Onunla və yaxud onun məsləhət gördüyü hər hansı bir adamı ilə görüşmədən Almaniyaya bir qram neft satmaq mümkün deyildi.

Elə bu vaxtlarda ortaya Devies adlı bir yəhudi çıxdı və Hel­mut Vohltat ilə bir neçə dəfə görüşdükdən sonra Meksika nefti­nin 60%-ni Almaniyaya satdı.

Çox sirli bir şəkildə ortaya çıxan yəhudi Deviesin sonradan Deterdinqin adamı olduğu meydana çıxdı. Deterdinq bir tərəfdən Meksikaya «Standard Oyl» ilə embarqo tətbiq edərkən, digər tə­rəf­dən və əl altından bu məmləkətin neftini, yəni öz neftini al­manlara satırdı. Deterdinq usta bir siyasətlə 500 milyon sterlinq sərmayə yatırdığı Meksika neftini rahatca və «Standard Oyl» şirkətini özündən narazı salmadan sata bildi. Qəribədir ki, Deter­dinq bu oyununu axıra kimi davam etdirə bildi və İkinci Dünya müharibəsinin davam etdiyi vaxtda da alman sualtı gəmilərinə əl altından Meksikadan və Venesueladan neft satacaqdır.

Almanların Meksikaya gəlmələrinə Deterdinq mane olmayır, hətta alman agentlərinin mütəxəssis adı altında bu məmləkətə girmələrinə yardım edirdi. Devies bu iş üçün ən münasib şəxs idi. O, 1938-ci ilin iyul ayında Meksika neftini Almaniyaya satmaq qərarına gələn zaman şirkətinə alman neft mütəxəssislərini işə qəbul etmiş və onları daima tərifləmişdir. Antifaşist bir insan olan Meksika prezidenti Cardenas bunlardan xəbərdar olan zaman çox təsirlənmişdir.

Deviesin yanında olan bu agentlər hər səfəri göndərilən neft partiyaları ilə Almaniyaya gedir, geridə qalanlar isə yenə alman agentlərinin Meksikadakı təşkilatçısı Dr. Herstlettin əmri ilə öl­kənin içərilərinə dağılaraq izlərini itirirdilər. Dr. Herstletti Mek­si­kaya bir iqtisadçı olaraq gəlmişdir. Lakin, gördüyü iş iqti­sadçılıqla əlaqədar deyildi. O, çevriliş lideri olaraq sürgün olunmuş Nikolas Rodriquesin adamları ilə münasibətlər qurmağa çalışırdı. Bu tə­mas­lar müsbət nəticə verdi və N.Rodriques alman agentləri ilə hə­yata keçiriləcək bir çevriliş barəsində ediləcək müzakirələri qəbul etdi.

Dr. Herstlettin bu əlaqələri qurmaq və müzakirələrdə iştirak etməyi Hermann Sohvinn adlı bir agentə tapşırdı. Almanlar Meksikada bir çevriliş hazırladıqları zaman Humberto Tirade adlı bir meksikalı da neft şirkətlərinə üz tutaraq ona silah-sursat yardımı edildiyi təqdirdə Cardenası hakimiyyətdən kənar­laşdırıb milləşdirdiyi neft sahələrini onlara qaytaracağını bildirirdi. Ancaq, neft şirkətləri bu təklifi rədd etdilər. Bunun da əsas səbəbi Hum­berto Tiradoya etimad etməmələri idi.

Almanlar bu təkliflərin rədd edilməsindən sonra 1934-cü ildə Almaniyanın Vyanada səfiri olan zaman Avstriyanın baş naziri Dolfussun öldürülməsi hadisəsinin əsas təşkilatlarından biri kimi tanınan Kurt Heinrich Riethdən istifadə etməyi qərara aldılar. 1941-ci il martın 8-də K.H.Rieth ABŞ-a Almaniyanın xüsusi səfi­ri təyin olundu. Bir neçə gündən sonra o Meksikadan ABŞ-ın sər­hə­dini keçərək mühacirət idarəsinə gedir «Standard Oyl Of New Yersay Company»nin rəhbəri olan Valter C.Teaqlenin ya­xın dostu olduğunu söyləyir. Teaqle onu tanımadığını söylə­dikdən sonra K.H.Rieth həbs olunaraq ABŞ-dan xaric edilir.

Əgər Deterdinq imkan verməsə idi almanlar Meksikada heç vaxt uğur qazana bilməzdilər.

Almanlar Meksikada çalışırkən Rokfeller də, Deterdinq də öz iş­lərini görməkdə davam edirdilər. Deterdinq burada daha şanslı idi.



BAKI NEFTİ VƏ MƏHV EDİLƏN

BİR TÜRK DÖVLƏTİ

Birinci Dünya müharibəsi davam edirdi. Osmanlı İmperiyası düşmənlərlə dörd cəbhədə vuruşurdu. Osmanlı İmperiyası Almani­ya və Avstriya-Macarıstan İmperiyasının müttəfiqi idi. Osmanlı orduları Qalıçyada, Rumıniyada, Balkan yarımadasında, Qafqazda və Ərəbistanda tarixin bəlkə də ən çətin müharibələrini apardığı bir vaxtda Rusiyada əvvəl Kerenskinin rəhbərliyi altında sosial-demokratlar, sonra Leninin tərəfdarları olan bolşeviklər çar üsul-idarəsini yıxaraq hakimiyyəti ələ keçirmişdilər. Rusiyada proleta­ria­tın diktaturasını quran bolşeviklər bir müddət sonra almanlarla Brest-Litovski müqaviləsini bağladılar.

Almanlar Brest-Litovski müqaviləsinin xeyirlərinə olan mad­də­lərinə əsaslanaraq 1918-ci ilin mayında von Kressin komandan­lığında 3000 nəfərlik bir hərbi hissəni müttəfiqləri türklərdən xəbərsiz Qara dənizin Poti limanına çıxardaraq şəhəri ələ keçir­dilər. Bu hərbi birliyin vəzifəsi türklərdən əvvəl Batumu tutmaq və sonra Bakıya doğru hərəkət etmək idi. Qarşıya belə bir sual çıxır. Bəs almanları müttəfiqləri olan türklərdən xəbərsiz belə bir addım atmalarının səbəbi nə idi? Cavab isə aydındır. Bakı neftini ələ ke­çir­mək! O dövrdə Bakı nefti dünyanın ən mühüm neft sahələrindən biri idi və buranı kim ələ keçirsə idi o da müharibənin taleyini həll etmiş olardı.

Almanlar bu hərəkəti Brest-Litovskidə bağladıqları müqavilə­yə uyğun etmişdilər. Almanlarla ruslar arasında razılaşdırılmış mü­qaviləyə görə Almaniyanın Rusiyanın daxili işlərinə qarışmayaca­ğı­na cavab olaraq Rusiya da Almaniyanın Qafqazdakı hərəkətləri­nə göz yumacaqdır. Hətta almanların Bakı neftini ələ keçirmələri­nə də mane olmayacaqdılar.

Rusiya yalnız almanlardan Bakı neftini ələ keçirdikləri zaman onlara da pay verilməsini istəyirdi. Almanlar bu təklifi məmnuniy­yət­lə qəbul etdilər.

Bakı nefti artıq Osmanlı dövləti ilə Almaniyanın gələcəkdə birgə hərəkət etmələrini şübhə altına qoyurdu.

1917-ci ildən sonra almanlar Qərb cəbhəsində, türklər isə Ərəbistan yarımadasında dalbadal məğlubiyyətə uğradılar. Türkiyə hökuməti müttəfiqlərinin Qafqazdakı hərəkətlərini diqqətlə izləyir­di. Almanlar əvvəl Batumu, sonra isə Bakını işğal etdilər. Artıq almanların bu hərəkətinə dözə bilməyən Yaqub Şevki paşanın sərt ultimatumundan sonra von Kressin komandanlığındakı hərbi hissə hər iki şəhəri tərk etmək məcburiyyətində qaldı.

Almanların Bakıdan çəkilmələrindən istifadə edən ingilislər 1918-ci ilin fevral ayında İranda olan ordusunun bir hissəsini pol­kov­nik Denstervilin komandanlığı altında 40 gəmi ilə Bakı neftini ələ keçirmək üçün hərəkətə keçirdi. Artıq Bakı ingilislər tərəfindən işğal edilmişdi. Ruslar isə nə ingilislərlə, nə də neft istehsal edən bey­nəlxalq miqyaslı şirkətlərlə məşğul ola biləcək vəziyyətdə de­yildi.

Çar üsul-idarəsini yıxan bolşeviklər hakimiyyətə gələrək pro­letariatın diktaturasını qurduqdan sonra rus aristokratiyasını və or­du­nun komandanlığını məhv etməyə başladılar. Var-dövlətlərinin, malikanələrinin və hakimiyyətlərinin əllərindən çıxması ilə barışa bilməyən qüvvələr bolşeviklərin yenicə qurduqları ordularına qarşı müqavimət göstərməyə hazırlaşdılar. Deterdinq Rusiyada yaran­mış bu vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışdı, yəni Qızıl Or­duya qarşı ağqvardiyaçıları hər baxımdan təmin etməyi planlaş­dırdı. Deterdinq tərəfindən silah-sursatla, yanacaqla, ərzaqla və pulla təchiz edilən admiral Kolçak, general Denikin və general Vrangel bolşevik hakimiyyətini devirmək üçün əks-hücuma keç­dilər. Deterdinq bu üç generalın uğur qazana bilməyəcəyini bilir­di. O, vaxt qazanaraq əsas hissələrinə sahib olduğu Bakı nef­tini uzun müddət əlində saxlamaq istəyirdi.

Polkovnik Denstervilin komandanlığı altındakı ingilis qoşunu Bakını Deterdinqin arzusuna görə işğal etmişdi. Deterdinq Bakıda yenə də amerikalılardan çevik tərpənmiş və «Standard Oyl»un burada olan neft sahələrini də əlinə keçirə bilmişdi. Bakını işlağ edən ingilis hərbçilərinə verilən təlimata görə şəhərə yox, ən çox neft sahələrinə ciddi nəzarət etmək tapşırılmışdı.

Artıq Birinci Dünya müharibəsi sona çatmış və nəticədə Al­maniya ilə müttəfiqləri Osmanlı və Avstriya-Macarıstan İmperiya­ları məğlub olmuşdur.

Birinci Dünya müharibəsindən qalib çıxan ingilislər bir tərəf­dən sülh müqaviləsi bağlamağa hazırlaşarkən digər tərəfdən də beynəlxalq miqyaslı bir neft konfransı keçirməyi planlaşdırırdılar. İngilislər rusların zəifliyindən istifadə edərək neft məsələsini həll etmək istəyirdilər.

İngilislər bundan başqa qırx ildən bəri dünya neft hakimiyyəti üçün Amerika ilə apardıqları mücadiləni yenə də davam etdirirdi­lər.

1918-ci il noyabrın 21-də işə başlayan konfransda iştirakçılara verdiyi bir ziyafətdə İngiltərə xarici işlər naziri lord Kerzon belə demişdir: «Neft və neft məhsulları mühüm şeylərdir. Mübaliğə­siz söyləmək olar ki, müttəfiqlər zəfərə neft dalğaları üzərində gəldilər».

Bu sözlər açıq bir həqiqətin ifadəsi idi. lord Kerzonun ağzın­dan çıxan bu sözlər neftin həqiqi dəyərini ortaya qoymuşdu.

Birinci Dünya müharibəsində mexanikləşdirilmiş Fransa ordu­su­nu hərəkətə gətirmək üçün prezident Klemanso Amerika prezi­denti Vilsondan 100 min ton benzin verilməsini istəyərkən belə demişdir:



«Müttəfiqlər müharibəni məğlub olmaq istəmirlərsə Fran­sa­nın qana olduğu qədər neftə də möhtac olduğunu bilməlidir­lər».

Prezident Vilson çətinliklə də olsa Fransanı tələb olunan qədər benzinlə təmin etmişdir.

Neftin əhəmiyyəti haqqında Birinci Dünya müharibəsində alman ordularına böyük qələbələr qazandırmış olan məşhur Hin­denburqun hərbi naziri general Lüdendort müharibədən sonra yazaraq nəşr etdirdiyi xatirəsində müharibənin taleyinə neftin təsi­rini göstərmişdir. General müttəfiqlərin qələbəsini malik olduqları geniş neft mənbələri sayəsində əldə etdiklərini israrla bildirirdi.

İngilislər qədər neftin əhəmiyyətini anlayan və dəyərləndirən hər hansı başqa bir dövlət göstərmək mümkün deyildir və bunun üçün də ingilislər bütün vasitələrdən istifadə edərək bu yağlı maddənin mütləq hakimi olmaq istəyirdilər.

Birinci Dünya müharibəsindən sonra İngiltərə parlamentinin aşağı palatasında neft məsələsi müzakirə edilməyə başladı. Deter­dinq aparılan mücadilənin qismən də olsa əhəmiyyəti haqqında aşağı palatanı məlumatlandırmaq istəyirdi. Bu məqsədlə o, pala­tanın müzakirələrində iştirak etmək və palatanın üzvlərinə izahat vermək üçün «Royyal Datç-Şell Qrup»un məsul şəxslərini parla­mentə göndərmişdi. Bunların arasında Eg.Prettymann adlı şəxs xüsusilə fərqlənirdi.

Eq.Prettymann ondan məlumat tələb edən palata üzvlərinə neft haqqında geniş məlumat vermiş və sözləri arasında bunları söy­lə­mişdi: «Mərkəzi Avropa hökumətləri ilə imza olunan mü­vəqqəti müqavilənin (Almaniya, Avstriya-Macarıstan və Os­man­lı im­pe­ri­yaları) bütün dünyada istehsal olunan neftin 50%-ni ingilis­lə­rə vermiş olduğunu və Böyük Britaniyanın bir neft im­periyası halına gəldiyini təkəbbürlə ərz etmək istə­yi­rəm».

Bəli, bu şəxsin İngiltərə parlamentinin aşağı palatasında ifti­xar­la bildirdiyi kimi Böyük Britaniya İmperiyası artıq neft impe­ri­ya­sı idi.

Siyasi hadisələr ingilislərin, dolayısı ilə Deterdinqin arzu et­di­yi şəkildə inkişaf etmiş və yeni dünya xəritəsinin yenidən çəkil­mə­si­nə baxmayaraq Rusiyada davam edən vətəndaş müharibəsi səbə­bin­dən bəzi şəkillərə düşmüşdür.

İngilislərin və az da olsa amerikalıların kömək etdikləri Deni­kin, KolçakVrangelin orduları Qızıl Orduya məğlub olmuş­du­lar. Əslində artıq onlar üçün mübarizəni davam etdirilməsinin elə də əhəmiyyəti qalmamışdır. Çünki, Çar II Nikolay kommunistlər tərəfindən ailəsi ilə birlikdə güllələnmişdi.

Bu qələbədən sonra dərin bir nəfəs alan kommunist Rusiya vətəndaş müharibəsi zamanı çar generallarına yardım etdiyinə görə İngiltərə və Amerikanın Moskvadakı nümayəndələrinə sərt bir no­ta verdi. Notada ruslar hər iki dövlətdən çar Rusiyasının sərhədlə­ri­ni əhatə edən ərazilərdən rəsmi və ya qeyri-rəsmi bütün təbəələri­ni və hərbi qüvvələrini dərhal çıxarmağı tələb edilmişdir. Notada həm də kommunist Rusiyasının əleyhinə mübarizə aparan bütün qüvvələrə yardım etmələrini dayandırmalıdırlar tələbi də vardır.

İngilislər də, amerikalılar da bu notaya cavab ola­raq Rusiyanın daxili işlərinə qarışmalarını dayandırdılar və bütün təbəələrini Ru­si­yadan çıxartdılar. Yalnız polkovnik Denstervilin qoşunlarını Ba­kı­dan çıxarmağı bir müddət təxirə saldılar.



İngilislər sadəcə olaraq Bakıdamı hərbi qüvvə saxlamış­dı­lar? Xeyr. İngilislər müvəqqəti müqavilə bağlanmamışdan əvvəl Ru­siya­da bolşevik çevrilişi başlar-başlamaz Türküstandakı neft sahə­lərini da işğal etmişdilər. İngilislər üçün Türküstan bölgəsinin xü­su­si əhəmiyyəti vardır. Onlar bolşeviklərə qarşı mübarizə edən rus generallarını da buradan hər cür vasitələrlə təchiz etmişdilər.

İngilislər bolşeviklərə qarşı çıxan çar generallarına bu səbəb­dən, yəni neftə sahib olmaq üçün yardım edirdilər və onlar üçün Türküstan da, Bakı da vaz keçilməz bir bölgə idi. Ancaq, hadisələr ingilislərin təxmin etdikləri kimi inkişaf etmədi. Bir müddət sonra onlar Türküstanı və Bakını tərk etməyə məcbur oldular.

İngilislər Rusiyadakı neft bölgələrindən çəkilməklə bərabər bu ərazilər üzərindəki haqlarından vaz keçə bilmirdilər. Onlar iqtidara gəlmiş bolşeviklərlə Rusiyada qalmış neft haqlarını zəmanət altına almaq üçün danışıqlara başladılar və rusların da iştirak edəcəkləri beynəlxalq bir konfrans keçirməyi qərarlaşdırdılar.

İngilislər Bakı və Türküstandan çəkildikləri zaman ingilis şərq­şünası və «Tayms» qəzetinin tanınmış müxbirlərindən olan Artur More 1922-ci il iyulun 1-də «Tayms» qəzetində aşağıdakı məzmunlu məqaləni nəşr etdirir: «Atəşkəsdən sonra biz ingilislər bir hissəsi türk və müsəlmanlarla məskun olan Qafqazı işğal etdik. Bizim oralarda, hətta Xəzər dənizinin yaxınlığındakı məşhur və tarixi Mərv şəhərində kifayət sayda hərbi qüvvəmiz vardı. Qısa bir zaman sonra bolşeviklərin təzyiqi nəticəsində oraları tərk etdik. Şübhəsiz ki, biz o ərazilərə Bakıdakı neft ərazilərinə sahib olmaq üçün girmişdik. Ancaq, mənafe­yi­mizi qorumaq üçün bir müharibəyə hələ hazır deyildik».

Bu məqalədə göstərilənlər ilk baxışda doğru idi. Halbuki, iş neftə dayanınca hər şey dəyişirdi. İngilislərin bu yola nə üçün üs­tün­lük verdiklərini irəlidə izah edəcəyik. Ancaq, gerçək olan budur ki, ingilislər neft üçün bir qoruyucu tapmışdılar və «Standard Oyl» şirkətini neft sahələrindən beləcə uzaqlaşdırmışdılar.

Məsələnin həqiqi tərəfi bu olmaqla bərabər, ingilislərin vəziy­yətini də nəzəri-diqqətə almaq vacibdir. Onlar müharibədən yenicə çıxdıqları üçün təkrar müharibənin olmasının qəti əleyhinə idilər. İngiltərə hökuməti də, neft istehsalçıları da bu həqiqəti gözəl bilir­dilər. Birinci Dünya müharibəsinin başa çatdığı tarixdən, yəni 1918-ci ildən dörd il keçməsinə baxmayaraq ingilislər Anadoluda yenə neft istehsalçılarının oyuncağı olan Lloyd Corcun təşviqi və Zaxarovun pulu ilə bir millətin istiqlalını məhv etmək istəyirdilər. Eyni vaxtlarda ingilislər İraq və Suriyada da fəaliyyətdə idilər. Bü­tün bu qan qoxan fəaliyyətlərin baş verməsinin əsas səbəbi neft idi.

Elə bu səbəblərdən də ingilislər neft üzündən yeni ixtilafla qarşılaşmamaq üçün Rusiya ilə dil tapmış və neft məsələsini qan­sız-qadasız həll etmək üçün beynəlxalq miqyaslı bir konfrans keçi­ril­məsini məqsədəuyğun saymışdılar.

Konfransın dünya ictimaiyyətinə elan edilən zahiri tərəfi siya­sət olsa da, əsl məqsədi yalnız neft idi.



Həm də Bakı nefti.

Bunun həqiqiliyini isbat edən aşağıdakı xəbər diqqəti cəlb edən­dir.



«Rheinicg West faliche Zeitung” qəzetinin Paris xüsusi müxbiri qəzetinə konfransın açılışından altı gün sonra göndərdiyi bir xəbərində:

«Bu günlərdə Parisdə toplanan bir neçə siyasətçi Genuya konfransının siyasi tarixinin Bakı nefti ilə yazılacağı və bu kon­fransdakı müzakirələrin də «Royal Datç-Şell Qrup» ilə «Standard Oyl» şirkətlərinin mücadiləsi ilə nəticələnəcəyi proq­­nozunu vermişdilər» deməklə Genuya konfransını əsl məq­sə­dini açıqlayırdı. Bu iki şirkət arasında üzün müddətdən bəri davam edən mübarizə Genuya konfransında da şiddətlə davam etmişdir. Konfransın rəsmən elan edilən məqsədi müharibədən yeni çıxmış və iqtisadi vəziyyəti bərbad olan Avropa dövlətlərini inkişaf etdirmək göstərilmişdirsə də, əsl müzakirələr medalyonun tərs tərəfində olan Bakı nefti imtiyazı məsələsi idi. Ancaq, bu xüsus çox gizli saxlanılırdı.

Həmçinin bu xüsusu təsdiq edən hadisələrdən biri də konfrans davam edən günlərdə Azərbaycan millətçilərinin konfransı təşkil edən dövlətlərə, xüsusilə də İngiltərənin nümayəndə heyətinə gön­dərdikləri etiraz teleqrafları diqqəti cəlb etməkdədir. Bu etiraz teleqrafları İngiltərənin Baş naziri Lloyd Corc ilə Rusiyanın nü­mayəndə heyətinin rəhbəri olan xarici işlər komissarı Çiçerini çox əsəbləşdirirdi. Ancaq, əsl narahat olan bolşevik hökumətinin ona verdiyi fövqəladə səlahiyyətlərlə Londonda Deterdinqin adam­ları ilə neft məsələsini müzakirə edən Rusiyanın İngiltərədəki səfiri Krasin idi.

Millətçi Azərbaycan türklərinin bu etiraz mesajları və teleqraf­ları ilə tarixi ata-baba yurdlarının müdafiəsinə qalxmışdılar. Neft bu tarixi torpaqlar üzərində yurdlarını qurmuş Azərbaycan türk­lərinin istiqlal və hürriyyətini yox edirdi. Əvvəllər uzun müddət Mos­kvanın əsarətində qalmış bu şəhər Birinci Dünya müharibəsin­dən sonra öz müstəqilliiyni elan etimşdir.

1920-ci il aprelin 28-də bu məmləkət yenidən ruslar tərəfindən işğal edildi.

Cenevrə şəhərində keçirilən bu konfransda Azərbaycan türklə­ri­nin yurdlarının müqəddəratı müzakirə edilirdi. Ancaq böyük neft şirkətlərini arxalarında gizləyən dövlətlərin apardıqları bu müzaki­rələ­rin əsas məqsədi Azərilərə istiqlal vermək deyil, onun torpaq­larını bölmək idi.

Genuya şəhərinin küçələrində və mehmanxanalarında İngiltə­rə­nin Baş naziri Lloyd Corcu, fransız Barthounu, italyan Fekta­nı, alman Wireti, Rusiyanın xarici işlər naziri Çiçerini, Türkiyə Böyük Millət Məclisinin qurduğu hökumət adından bu konfransda iştirak edən Cəlaləddin Arif bəyi, Gürcüstan nümayəndəsi Çen­ge­li­ni tez-tez görmək olurdı. Bolşevik üsul-idarəsi qurulmuş Azər­baycanın o zamankı bolşevik lideri Nəriman Nərimanov da nü­mayəndə olaraq konfransda iştirak edirdi.

Konfrans salonundakı müzakirə masasının ətrafında İngiltərə­nin Baş naziri Lloyd Corcun arxasında «Royal Datç-Şell Qrup»­un rəhbəri ser Henry Deterdinq və Amerika dövlətinin nümayən­də heyətinin sədri olan Amerikanın İtaliyadakı səfirinin arxasında isə «Standard Oyl»un ümumi müdiri A.S.Bedford oturmuşdular.

Genuya konfransı hirsli nümayəndələrin, nefti əllərindən qaçırmamaq üçün qəti təlimat almış insanların girişdikləri çətin bir mücadilə içərisində keçdi.

Konfransın çətin müzakirələrinə yol açan iclaslarındakı abu-havanın nə səbəbdən olduğunu anlamaq üçün bir az geriyə nəzər salmaq lazımdır.

Hələ Birinci Dünya müharibəsinin başlamasından əvvəl ingi­lislər Bakı neftinin çox hissəsinə sahib olmuşdular. «Royal Datç-Şell Qrup»un rəhbəri ser Henry Deterdinqin doymaq bilməyən iştahası əlini Bakı neftinə uzatmasına da səbəb oldu. O, bu iş üçün Avropanın bir neçə ölkəsinin bank sisteminə nəzarət edən Rotşildi hərəkətə gətirdi. Rotşild tezliklə Bakı neftinin mühüm hissəsini satın aldı. Halbuki bu hissə əslində Deterdinqin idi. Buna bax­mayaraq Rotşild 1912-ci ilə qədər Bakı neftindəki hissələrini əlin­də saxladı və sonra «Royal Datç-Şell Qrup» şirkətinin adına ke­çir­di. Əslində Deterdinq bu hissə sənədlərini alsa da Rotşildi yenə də özünün ortağı hüququnda saxlamışdır. Beləliklə Bakı neftinin bir hissəsinə sahib olan Deterdinq sonra rus şirkətlərindən Konin­lij­kenə məxsus payı da əlinə keçirdi.

Birinci Dünya müharibəsindən sonra polkovnik Denstervilin qoşunu Bakını işğal etdiyi vaxt bolşeviklərdən ürkmüş olan neft sənayeçiləri əllərindəki hissələri dəyər-dəyməzinə Deterdinqin adam­larına satmağa başladılar. Tezliklə Bakıda MantaşevinLi­ya­nosovun şirkətlərinə məxsus hissələri əlinə keçirən Deter­dinq sadəcə olaraq «Şell» şirkətinin imkanlarından istifadə edərək Şimali Qafqazdakı Nikopol-Morinpol neft ərazilərini də satın aldı. Beləliklə, Qafqaz neftinin 90%-i Deterdinqin əlinə keçdi. Bütün bunlardan sonra Deterdinq neftin Batuma çatdırılması istiqamə­tin­də fəaliyyətə başladı. Onun fikrinə görə neft çıxarılan ərazilərdə Pipe-Line təsisatı qurulacaq və onun vasitəsilə neft Pipe-Line xətti ilə Batuma çatdırılacaqdır.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin