Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)



Yüklə 1,02 Mb.
səhifə12/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   ...   7   8   9   10   11   12   13   14   15

İRAQ KRALI FEYSƏLİN SİRLİ ÖLÜMÜ
Neft sayəsində İraqın kralı olmuş Feysəl taxta oturmamışdan əvvəl qarşılaşdığı çətinliklərlə yanaşı, Osmanlı İmperiyasının həs­rətini çəkən xalq kütlələri tərəfindən xoş qarşılanmamış və bir çox üsyanlarla üz-üzə qalmışdır. Xüsusilə, Mosul və Kərkük türkləri arasındakı narazılıq hələ də qalmaqda idi. İraq dövlətinin yeni iq­ti­darı bir çox tədbirlər görsələr də Mosul və Kərkük türklərini razı sala bilmədilər. Onlar hələ də İraq dövlətini tanımaq istəmirdilər.

Elə bu zaman İraq kralı İngiltərə kralı və Böyük Britaniya im­pe­ratoru V Georq tərəfindən İngiltərəyə rəsmi ziyarətə dəvət edil­di. Feysəlin İraqın daxili vəziyyətinin gərgin olduğu bir vaxtda İn­giltərəyə ziyarəti risk tələb edirdi. Çünki Mosul və Kərkük türkləri hər an üsyan qaldıra bilərdilər. Nuri Səid paşa krala nə vaxtsa baş verə biləcək üsyanı yatıra bilmək üçün bir hərbi hissəni hazır və­ziyyətdə saxlamağı tövsiyə etdi.

Kral Feysəl Nuri Səid paşanın təlqin etdiyi bu fikri bəyəndi və 1933-cü ildə, əsrarəngiz ölümündən bir müddət əvvəl Mosul və Kərkükdə türklərə qarşı qanlı soyqırım həyata keçirdi. On­min­lə­r­lə günahsız türk öldürüldü.

Mosul və Kərkükdə axıdılan qan bu ərazilərdə olan neftin təh­lükəsizliyi üçün tökülmüşdür. Təəssüf ki, Ankara hökuməti bu qor­xunc soyqırım qarşısında qulaqlarını tıxamış bir vəziyyətdə sus­mağa üstünlük verdi.

İraq kralı Mosul və Kərkükdə işlətdiyi bu cinayətlərdən sonra əllərini buladığı türk qanı hələ qurumamış rəsmi dəvəti qəbul edərək Londona getdi. Bu dəvət əslində ingilis hökumətinin və İngiltərə kralı və Böyük Britaniya imperatoru V Georqun deyildi. Bu dəvət təşəbbüsü əslində İraq nefti ilə birlikdə Orta Şərqdəki bütün neft sahələrinin mütləq hakimi Deterdinqə məx­sus­du.

İngiltərə kralı sadəcə bir şirma idi.

1933-cü ilin iyun ayı idi. Londonun küçələri İraq və İngiltərə bayraqları ilə bəzədilmişdi. Londonun Viktoriya vağzalı bəzə­dil­miş və təhlükəsizlik tədbirləri görülmüşdür. Bu vağzal ən möh­tə­şəm günlərindən birini yaşayırdı. Kral V Georq çiynində briqada generalı paqonu olan uniforması ilə Viktoriya vağzalında İngiltərə­nin «imtiyazlı qonağı»nı gözləyirdi. Bir müddət sonra qonağı gətirən qatar vağzala daxil oldu və dayandı.

İraq kralı I Feysəl ipək paltarının ətəklərini toplayaraq qatar­dan endi və özünü ev sahibinin qolları arasına atdı. Bir imperator və bir bədəvi Londonun Viktoriya vağzalında qucaqlaşırdılar. Kral V Georq qarşılanma mərasiminə ailəsi və dövlətin o dövrkü bütün hörmətli şəxsləri ilə birlikdə gəlmişdi. Bu bəlkə də in­gi­lislərin tarixində misli görünməmiş bir qarşılanma mərasimi idi.

Qarşılayanlar arasında İngiltərənin baş naziri Mc.Donald və xarici işlər naziri Con Simon da var idi. Viktoriya vağzalı ingilis əsilzadələrinin hamısını bəlkə də ilk dəfə bir arada görürdü. Bütün bunları bir araya gətirən və sadə bir çöl bədəvisini qarşılamağa məcbur edən güc yalnız neft idi. Neft əzəmətli İngiltərə kralı və Böyük Britaniya imperatorunu bir şeyxin önündə əyilməyə məcbur etmişdir. Bəli, İngiltərə kralı V Georq İraq kralı Feysəlin önündə əyilmişdi, ancaq əyilən baş neft üzündən dünyanı idarə edən bir imperiyanın başı olduğunu da heç bir zaman unutmurdu.

İraq kralı Feysəl Londonda qaldığı müddətdə neft istehsal­çı­la­rı, xüsusilə Deterdinqlə də görüşdü. Kral müzakirələrdən çox razı idi. Çünki istədiyi faizi almaq üçün israrı nəticə vermiş, yəni şəx­sən Deterdinq neftdən aldığı 25%-i 40%-ə çatdıracağını vəd et­miş­di.

Müzakirələr müsbət şəkildə nəticələnincə bir neçə gün Lon­don­da qalan kral Feysəl «The Irak Petroleum Company»nin də­və­ti ilə Cenevrəyə getdi.

Feysəl Cenevrəyə çatdığı zaman burada onu Deterdinqin hə­diy­yə etdiyi bahalı bir avtomobil gözləyirdi. Bu hədiyyə və De­ter­din­qin «incəliyinə» kral heyran qalmışdı. Uzun müddət orada qa­lan kral Feysəl hər gün bu avtomobillə şəhərin görkəmli yerlərini gəzərək min bir gecə nağıllarındakı şahzadələr kimi yaşayırdı. Onun bu həyatı 1933-cü il sentyabrın 7-ə qədər davam etdi. Hə­mi­şəki kimi gəzməkdən qayıdan kral mehmanxanaya daxil olur və öz otağına çəkilərək onu heç kəsin narahat etməməsini əmr edir.

Kralın belə uzunmüddətli istirahəti mehmanxana müdiri Eq­qyman­nı narahat edir və ona telefon etməyi qərara alır. Telefona cavab verilmədiyini görən mehmanxana müdiri kralın qaldığı or­ta­ğa girir və onu yerdə ölmüş vəziyyətdə görür. O, dərhal vəziyyəti məhəlli hökumət orqanlarına bildirir. Dərhal həkimlər gəlir və təh­qiqat aparılır. Səhəri gün rəsmi orqanların apardığı təhqiqatın nə­ti­cəsi «Kral Veysəl avtomobili çox sürətlə sürdüyünə görə ürə­yinin təzyiqi artmış və bu da onun ölümünə səbəb olmuşdur» məzmunlu raportla ictimaiyyətə çatdırılmışdır.

Bundan sonra ortada İraq kralı I Feysəlin ölümünə dair şüb­hə­li fikirlər dolaşmağa başladı. Buna səbəb elə həmin gün hadisədən bir neçə saat sonra kralı ölmüş vəziyyətdə ilk dəfə görən mehman­xa­na müdiri Eqqymannın da qəflətən vəfat etməsi olmuşdur.

Ortaya belə bir sual çıxır: Kral I Feysəl ilə mehmanxana mü­diri Eqqymannın ölümü bir təsadüfdürmü? Bəlkə də bir təsa­dü­fdü, bəlkə də təsadüf deyil. Çünki kralın ölümü ətrafında dola­şan rəvayətlər bizi bir cinayət ehtimalı üzərində durmağa məcbur etməkdədir. Yenə iddia edilə bilər ki, neft istehsalçılarının çalışma üsullarını bilənlər bir kralın və arxasınca da bir mehmanxana mü­di­rinin ölümünü belə asanlıqla təsadüflərə bağlaya bilməzlər.

İşin əsas məzmunu aşağıdakı kimi idi. Kral Feysəl əcəli ilə öl­mə­­mişdir, öldürülmüşdür. Həmçinin mehmanxana müdiri Eqqymann da neft istehsalçılarının qurbanlarından biri olmuşdu.

Bəs əsl qatil kimdir? Əsl qatil şübhəsiz şəxsən mehmanxana müdiri Eqqymanndı. Bu xüsusi aydınladacaq dəlil, neft istehsalçı­sı­larının insan həyatına dəyər vermədikləri minlərcə, on minlərcə mi­sal­dır. Çünki neft istehsalçıları bir insanı ortadan qaldırmaq is­tə­dik­lə­ri vaxt, ona ən yaxın olan insanı tapırlar və işlərini gördür­dük­ləri in­sa­nı da məhv etməyə çalışırdılar. Onlar üçün bu tip in­sanları tapmaq və hər hansı bir cinayəti törətməyə məcbur etmək çətin deyildi.

İraq kralının ölümü bütün İraqda günlərlə davam edən bir ma­təm havasının əsməsinə yol açmışdı. Ancaq dövlət dövlətdi. Kral öldü, yaşasın yeni kral. Bəli yeni kral taxta keçmişdi və yaşaya­caq­dı. Ancaq nə qədər? Bax bunu heç kəs bilə bilməzdi.

Ölən kral I Feysəlin oğlu Qazi atasından qalan taxta İraq kralı I Qazi kimi oturmuşdu. Ancaq, zavallı Qazinin də şansı uğurlu olmamış, yəni atasının ölümündən beş ildən sonra dünyanın yeni dünya müharibəsinə hazırlaşdığı bir dövrdə almanlara meyl etməsi siyasətinin qurbanı olmuşdur. O, da eynilə atası kimi neft isteh­sal­çı­larının ona hədiyyə etdikləri avtomobili Bağdad ətrafında gə­zər­kən bir dirəyə çırparaq ölmüşdür.

Nuri Səid paşa hökumətinin rəsmi raportuna görə kral bir avtomobil qəzasında həlak olmuşdur. Ancaq işin əsli heç də Nuri Səid paşa hökumətinin İraq xalqına bildirdiyi kimi deyildi. Çünki İraq kralı I Qazi başına arxadan vurulan bir əşya ilə öldürülmüşdü. Kralın öldürülməsi hadisəsini bütün İraq xalqı bilsə də heç kəs Nuri Səid paşanın qorxusundan dillə gətirə bilmirdi. Çünki artıq İraq Nuri Səid paşanın sərt yumruğu altında əzilən bir əsirlər düşərgəsinə çevrilmişdi.

Osmanlı İmperiyasında təhsil almış və leytenat rütbəsində türk ordusunda 1915-ci ilə qədər yüzbaşı kimi qulluq etmişdir. O, istər təhsil illərində, istərsə də qulluq etdiyi zaman alman nizam-in­ti­za­mı altında yaşamışdır. Ancaq o almanların müttəfiqləri olan türk­lə­rə qarşı necə münasibət bəslədiklərini yaxından bilir və onlara nifrət edirdi.

Bunun əksinə olaraq Qazi Almaniya heyranı idi və Hitlerə pə­rəs­tiş edirdi. Bundan başqa kral Qazi sonradan bir hökumət çev­ri­li­şi ilə İraqda idarəetməni əlinə alan Rəşid Əli əl-Ceylaniyə də rəğ­bət bəsləyirdi.

Nuri Səid paşanın öldürülənə qədər sədaqətlə xidmət etdiyi Entelijans Servis ilə İngiltərə Dəniz Bİrinci Lordluğunun neft mən­fəətləri, kralın bu siyasəti ilə təhlükə altına düşürdü. Buna im­kan vermək neftin bir gün almanların əlinə keçməsi deməkdi. Neft ingilislərdən başqa heç bir dövlətə verilə bilməzdi.

Nuri Səid paşa bu əmri aldıqdan sonra kralla bir neçə dəfə bu mövzu ətrafında ciddi söhbətlər aparmalı oldu. Hətta kralı hədələdi də.

Zavallı Qazi bilmirdi ki, bu hərəkət ölümü ilə nəticə­lənə­cək­dir. Yəni Nuri Səid paşanın hazırladığı bir sui-qəsdin qurbanı ol­muş­dur.

Beləliklə, ingilislər tərəfindən əvvəl Versalda, sonra Lozan­na­da varlığını ortaya qoyduqları bir neft dövləti olan İraqın iki kralı, ata və oğul beş il ara verməklə o biri dünyaya göndərildilər.
Orta Şərqdə böhranlı illər və

İran nefti ətrafında mücadilə

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Orta Şərq döv­lətləri neftin müharibədəki əhəmiyyətini gördükdən sonra qiy­mətini anladılar və siyasətlərini ona uyğun qurmağa çalışdılar.

Orta Şərqdə, İranda 1907 və İraqda təxminən 1905-ci illərdə baş­layan neft mücadiləsindən sonra 1914-cü ildə baş verən Birinci Dünya müharibəsinin sonunda dağılan Osmanlı İmperiyasının əski torpaqları üzərində qurulan dövlətciklərin çox hissəsi neft dövləti idi.

Səudiyyə Ərəbistanı dövləti 1950-ci ildə “Aramco” neft şir­kəti ilə bağladığı bir müqaviləyə görə bu şirkətin Səudiyyə Ərə­bistanı torpaqlarından əldə etdiyi neftdən əvvəlcə bu dövlətə ver­diyi 25% hissəsini 50%-ə çatdırmışdı. Səud ibn Əbdüləziz bu işi kərə ya­ğın­dan tük çəkər kimi bacarmışdı. Təbii ki, onun bu hərə­kə­ti o biri döv­lət­lərə də təsir etmişdir, yəni onlar da ərazilə­rində fəa­liyyət göstərən neft şirkətlərindən onlara verilən hissələrin miq­darını artırmağı tələb etmişdilər. Bu dövlətlər arasında İraq da var idi.



Nuri Səid paşa kral I Qazini ortadan qaldırdıqdan sonra İra­qa tamamilə hakim olmuşdu. Artıq Naib Abdulla ovcunun içində idi. Naibin qadınlara düşgünlüyü və israfçılığı Nuri Səid paşanı İraqda ciddi intizam yaratmağa məcbur etdi. Sonra Nuri Səid paşa Amerikaya diqqətini artırmağa başladı. O, İkinci Dünya müharibə­sin­dən sonra İngiltərənin cahanşümul bir imperiya olmaqdan çıx­dığına və yerini Amerikaya verdiyini hiss edirdi.

Nuri Səid paşa kürəyini dünyanın bankiri rolunu oynayan Amerikaya dayıdığı təqdirdə İngiltərəyə də bəzi təkliflər edə bil­ə­cə­yinə inanırdı. Həmçinin 1948-ci ildən sonra ingilislərin bu əski adamı yavaş-yavaş istiqamətini Amerikaya doğru çevirməyə baş­la­mış, ancaq bu arada ingilislərə də diqqətini azaltmamışdır. Nuri Səid paşanın bu hərəkəti ingilislərin gözündən yayınmamışdır. Ar­tıq ingilis neft istehsalçıları Nuri Səid paşanı yenisi ilə əvəz etməyin vacibliyini düşünürdülər. Ancaq bu yeni adamı da ortaya çıxarmaq istəmirdilər. Onlar, yəni ingilis neft istehsalçıları Orta Şərq­dəki hadisələrin qarışmasında özləri üçün istifadə etməyi dü­şü­nürdülər. Gələcəkdə cərəyan edəcək hadisələr ingilislərin bu görüşlərində nə qədər haqlı olduqlarını ortaya qoyacaqdı.

Nuri Səid paşa bu yeni amerikanofil siyasəti yürütməsindən üç il sonra, yəni 1951-ci ildə ingilislərlə ilk neft müzakirələrinə başladı. Nuri Səid paşa ingilislərdən “Aramco” şirkəti ilə Səudiy­yə Ərəbistanı arasında bağlanan yeni neft müqaviləsindəki mad­də­lə­rə oxşar bir imtiyaz tələb etdi. Yəni, Nuri Səid paşa ingilis­lər­dən – «The Irak Petroleum» şirkətindən İraq dövlətinə verilən 25% hissənin 50%-ə çatdırılmasını istədi.

İngilislər Nuri Səid paşanın bu təklifinə nə «bəli», nə də «xeyr» dedilər. Ancaq ona müəyyən xəbərdarlıq etdilər. Nuri Səid paşa bu təklifinin üzərində çox ciddi dayanmadı. O, in­gi­lis­lə­rin o dövrdə düşdüyü vəziyyəti düzgün dəyərləndirə bilmədi. İran­da ruslar və amerikalılarla rəqabət aparan ingilislər çızılmaz və­ziy­yətdə idilər. Bunlarla bərabər Nuri Səid paşa Orta Şərqdə Ente­li­jans Servis ilə neft istehsalçılarının nə qədər güclü olduqlarını bilir və onlardan qorxurdu. Eyni zamanda «The Irak Petroleum Com­pany da İraqda hər hansı bir dəyişiklik etməyəcəyini bildirdi. Nuri Səid paşa bu xəbərdarlığı hədə kimi qəbul etdi.

İkinci Dünya müharibəsinin başa çatmasından beş il keçmə­si­nə baxmayaraq dünyada hələ sülh bərqərar olmamışdı. 1945-ci ildə qurulmuş Birləşmiş Millətlər Təşkilatı ilə dünya iki ayrı bloka ay­rılmışdı. Bloklardan biri dəmir pərdə, o birisi isə azad millətlər ad­lanlırılırdı. Dəmir pərdə ölkələri Rusiyanın, azad millətlər isə İn­gil­tərənin, Amerikanın və Fransanın təmsil etdiyi blokun ətrafında top­laş­mışdılar. Dünyanın siyasi vəziyyəti bu idi. Ancaq, həqiqətdə, yə­ni azad ölkələri İkinci Dünya müharibəsində qələbəyə çatdıran neft mücadiləsində isə bu cəbhələr dəyişik bir mahiyyət ərz edir­di­lər.

Rusiya-Amerika birliyi yenidən İngiltərəyə qarşı hərəkətə keç­miş və neft ətrafında qorxunc bir mücadilə başlamışdı. Yalnız, «Stan­dard Oyl» İngiltərəyə qarşı apardığı bu mücadilədə Ame­rika hökumətini ortaq edə bilməmişdi. Prezident Ruzvelt zama­nında yaranmış rus-amerikan dostluq və işbirliyi prezident Tru­menin yeni siyasəti ilə iflasa uğramışdı. Amerika hökumətindən dəstək görməyən «Standard Oyl» İngiltərəyə qarşı apardığı mü­cadilədə tək qalmışdı. Ruslar «Standard Oyl»un onlarla olan gizli münasibətlərindən faydalanaraq Orta Şərqdə yeni və təhlükəli mü­cadiləyə başlasmışdılar. Sovet agentləri İran, İraq, Türkiyə, Səu­diyyə Ərəbistanı və Misirdə çox ciddi bir şəkildə çalışırdılar.

İkinci Dünya müharibəsinin son səhifəsi olan Yaponiyanın məğlubiyyətindən bir il keçməmiş Rusiyanın Orta Şərqdə və bu arada Türkiyədəki agentləri Moskvaya göndərdikləri raportlarda vəziyyətin sovetlərin lehinə inkişaf etdiyini bildirir və dövləti ciddi addımlar atmağa məcbur edirdilər.

Rusiya İkinci Dünya müharibəsinin qalib dövlətlərindən biri olaraq Orta Şərqə, xüsusilə də isti dənizlərə çıxmağı planlaşdırırdı. Çar Rusiyasının varisi olan Sovet Rusiyasını Ağ dənizə çıxmasına mane olan dövlət Türkiyə idi. O, Türkiyəni bitərəfləşdirmək üçün 1947-ci ildə bir nota ilə Kars, Ərdahan və başqa bölgələrin ona veril­məsini tələb etdi. Rusiyanın bu hərəkəti beynəlxalq aləmdə çox təəccüblə qarşılandı. Bu tələb qarşısında sarsılmayan Türkiyə verilən notaya sərt cavab verməklə məsələni həll etmiş oldu.

Rusiya Türkiyədən bu dərsi aldıqdan sonra siyasi istiqamətini ba­şı daxili işlərinə qarışmış İrana yönəltdi. İran Rusiya üçün uyğun bir ölkə idi. Ancaq burada da Rusiyanın rəqibi daima ingi­lis­lər, xü­su­silə də «Royyal Datç-Şell Qrup»un rəhbəri Deterdinq olmuş­dur.

Rusların bu qərarı İran üçün yeni bəlalar, problemlər yarada­caq­dı. 1907-ci il inqilabı zamanı İran iki nüfuz dairəsinə bölünsə də sonra güc-bəla ilə bu böhrandan xilas ola bilmişdi.

İran üçün ikinci problem 1925-ci ildə meydana gəldi. İran or­dusu zabitlərindən, indiki şahın atası mayor Rza Pəhləvi İran taxt-tacının sahibi olan Qacarlara qarşı üsyan edərək bu türk xanədanını hakimiyyətdən zorla kənarlaşdırdı. Mayor Rza Pəhləvinin İra­nın şahı olaraq siyasət səhnəsinə çıxmasından sonra ölkədə cərə­yan edən hadisələr əhalinin xeyrinə olmadı. İranın başına gələn bütün bu fəlakətlər və müsibətlərin səbəbi neft idi.

İran üçün üçüncü problem İkinci Dünya müharibəsi zamanı yaranmışdı. Bədbəxt İran ingilis-rus müqaviləsinə uyğun olaraq iki nüfuz dairəsinə ayrılmışdı. Yəni ölkənin şimalına ruslar, cənubuna isə ingilislər nəzarət etməyə başlamışdılar. Müharibə zamanı bir nəzarət olaraq meydana çıxan bu müvəqqəti işğal, müharibə bitər-bitməz başa çatdı. Yəni ingilislər tutdluqları ərazilərdən çəkildilər. Ancaq ruslar tutduqları torpaqlardan çıxmaq istəmirdilər. İran üçün çox üzücü və uzun müzakirələrdən sonra ruslar da çıxmağa razı oldular. Onlar gələcəkdə İranda yenidən nüfuz sahibi olmaq üçün yerli əhalidən təşkil olunmuş bir təşkilat formalaşdırdılar. On­lar nəyin bahasına olursa-olsun ingilislərə verilmiş neft imti­yazını ləğv etdirib öz əllərinə keçirmək niyyətində idilər.

Ruslar İranı tərk etdikdən sonra orada yaratdıqları təşkilatla birlikdə onlara bağlı agentlər qızğın fəaliyyətə başladılar. Bu fəa­liyyətlərin nəticəsi olaraq İranda 1950-ci ildə gələcəkdə baş verə biləcək prosesin başlanğıcı mahiyyətində kiçik hadisələr meydana gəldi. Bu hadisələr İranın daxili quruluşu baxımından heç də xoş niyyətli deyildi.

Neft üzündən İran açıqca hədələnirdi. Bu hədələr isə İranda ardıcıl olaraq hökumət böhranları yaradırdı.

İranılalır Amerika siyasətinin və Rusiyanın təzyiqi ilə ingilis­lərlə özlərinə verilmiş olan imtiyaz anlaşmalarını yenidən gözdən keçirmək və yeni dövrün tələblərinə uyğun tənzimləmək üçün neft müzakirələrinə başlamışdılar.

1950-ci ildə başlayan bu müzakirələr təəssüf ki, ümidverici de­yildi. Müzakirələr uzansa da, heç bir anlaşma əldə olunmurdu. Və­ziy­yətin belə alınmasına ruslar səbəb olmuşdular. Ancaq ruslar üzdə görünməsələr də pərdə arxasından agentləri və qurduqları Tu­də Partiyasında təşkilatlanmış kommunistlərin vasitəsilə mövcud hökuməti təzyiq altında saxlayırdılar. Demək olar ki, ruslar İranda arzuladıqlarını asanlıqla həyata keçirə bilirdilər.

Neft istehsalçıları ilə İran hökuməti arasında bir müqavilənin bağlanacağı ümid edildiyi anda gözlənilmədən elə bir hadisə baş verirdi ki, müzakirələr dayandırılır və bir müddət snra yenidən başlayırdı.

Elə anlaşılırdı ki, ruslar İranda daimi bir hökumətin fəaliyyət gös­tərməsini istəmirdilər. Onlar bütün bu oyunları da Xuzistan əyalətində və Abadanda olan neft üçün edirdilər.

Ruslar İranı narahat edən hadisələrin tərtibçiləri olan agentləri təəssüf ki, İranda fəaliyyət göstərən hökumətlər ilə müxtəlif ta­rixlərdə bağladıqları müqavilələrlə bu məmləkətə soxaraq onları mütəxəssis adı ilə rəsmiləşdirmişdilər. Elə buna görə də rus agent­ləri İranda sərbəst hərəkət edə bilirdilər, yəni İranla İngiltərə ara­sında gedən neft müzakirələrini pozurdular.

1951-ci ildə İranda general Razmara baş nazir idi. O, sözünə düz və namuslu bir şəxs olmaqla qərbpərəst idi və ruslara nifrət edirdi. Neft müzakirələri uğursuzluqla nəticələnəndən sonra in­gi­lislər baş nazir olan generalın şəxsində neft məsələsində bir an­laş­maya nail olacaqlarına ümid edirdilər. Elə bu məqsədlə də onlar təkrar müzakirələrə başlamağa təşəbbüs etdilər. Generalın özü də ingilislərlə dil tapmağın tərəfdarı idi və onların təklifini məmu­niy­yətlə qəbul etdi.

O, neftin necə təhlükəli bir maddə olduğunu da çox yaxşı bilirdi və neftin kiçik dövlətlər tərəfindən istehsal edilə biləcəyinə inanmırdı. General bu işin ancaq beynəlxalq trestlər tərəfindən görülə biləcəyi fikrinin tərəfdarı idi. Bu səbəblə də ingilislərlə anlaşmaq üçün təklifi qəbul etmişdi.

«Anglo Persian» şirkəti ilə İran hökuməti arasındakı neft mü­zakirələri dostanə bir şəraitdə başladı. İran da, «Anglo Per­si­an» şirkəti də uzun sürən müzakirələr zamanı bir-birilərinə hörmətlə yanaşdılar. Müzakirələr demək olar ki, başa çatmışdı. Tərəflər bağlanacaq müqaviləni xırda detallarına qədər dəqiqləşdirmişdilər. Sadəcə kiçik bir-iki məsələ qalmışdı.

İranın istədiyi olmuşdur, yəni «Anglo Persian» şirkəti istehsal edilən neftin 50%-ni İrana verməyi qəbul etmişdi. Bu nəticə İran üçün fövqəladə bir nəticə idi. Əsasən bu günə qədər neft is­teh­salçıları ilə İran hökumətləri arasında cərəyan edən müzakirələrdə iranlılar bundan böyük bir hissə tələb etməmişdilər. General Raz­mara neft istehsalçıları ilə olan ixtilafın həll edilməsindən razı idi və müqavilənin imzalanmasına hazırlaşırdı. Müzakirələr getdiyi müddətdə Rusiyanın İranda yaratdığı təşkilat və agentləri də bu imzalanacaq müqavilənin əleyhinə qızğın təbliğat aparırdılar.




Bir baş nazir öldürüldü

«Anglo Persian» şirkəti ilə İran hökumətinin neft müzakirə­lə­ri­nə başladıqları zaman ruslar da hərəkətə keçmişdilər. Rusiyanın İrandakı mütəxəssis agentləri İran ilə neft istehsalçıları arasında davam edən müzakirələrin əleyhinə təbliğatlar aparmaqdan da çə­kin­mirdilər. Bu zaman rus qızılı böyük rol oynamışdır. Tudəçilər cib­lərindəki rus qızılları ilə məmləkətin altını üstünə çevirirdilər. On­lar «Anglo Persian» şirkəti tərəfindən İrana verilən 20% his­sənin artırılmasını istəyir və əllərindəki imkanlardan var qüvvələri ilə istifadə edirdilər.

Onlar ingilislərin İranın tələb etdiyi neft hissəsinin artırılması təklifini qəbul edəcəklərini bir an da ağıllarına gətirməmişdilər. Ruslar müzakirələrin İranın xeyrinə müsbət nəticələnəcəyini bi­lən­də Tudə Partiyasını və Fədai İslam Təşkilatını hərəkətə keçirdilər.

İranda yeni bir təbliğat başladı. Təbliğatın əsas mövzusu neftin milliləşdirilməsi idi. Rusların yeni neft siyasətlərini ifadə edən “Milliləşdirmə” parolu bütün İranda misli görünməmiş bir təbliğat qasırğası halında əsdi. Bir müddət sonra İranın bir çox ərazisini nümayişlər bürüdü. Xalq bir ağızdan neftin milliləşdirməsini tələb edirdi. Ruslar bu nümayişlərlə kifayətlənməyərək ölkənin hər ye­rin­də xalqı İngiltərənin, «Anglo Persian” neft şirkətinin İran hökumətinin əleyhinə qaldırmağa çalışırdılar. Artıq vəziyyət o də­rə­cəyə çatdı ki, hökumət bağlanacaq müqavilənin imzalanmasını xalqın sakitləşəcəyi vaxta qədər təxirə saldı.

Ruslar talesiz İranı çox uyğun şərtlərlə imzalamağa müvəffəq olacağı bir anlaşmadan və mənfəətdən məhrum etməklə kifayət­lən­mir və bu məmləkətin başına yeni-yeni bəlalar gətirməyi plan­laş­dı­rırdı.

Neft müzakirələri hər iki tərəfin də arzusu və istəyi ilə xalqın sakitləşməsindən sonra təkrar davam etdirilməsi qərarına baxma­ya­raq, İranda hadisələr daha da gərginləşirdi.

Tudə Partiyası ilə Fədai İslam Cəmiyyəti açıqca meydan oxu­yur və hökuməti və şahı hədələyirdilər. Hər iki təşkilat baş nazir, general Razmaranı özlərinin düşməni elan etmişdilər.

İranda rusların istədikləri vəziyyət meydana gəlmişdi. Ente­li­jan Servis və Deterdinq də İranda öz işlərini görürdülər. Ölkədə vəziyyətin belə məqama çatdığını görən baş nazir, general Raz­mara sərt tədbirlər görməyə başladı. Yəni Tudə Partiyasının və Fədai İslam Cəmiyyətinin liderlərini həbs etməyə məcbur oldu. Buna baxmayaraq nümayişlərin qarşısı alına bilmədi. Həbslər davam etdikcə bu iki təşkilat yeni-yeni nümayişlər tərtib edirdilər.

Hadisələrin belə davam etməsi gələcəkdə nə vaxtsa qan tökülə biləcəyindən xəbər verirdi. 1951-ci il martın 7-də partlayan bir tapança bu qanın axmasına səbəb oldu. Yəni general Razmara Fədai İslam Cəmiyyətinin 25 yaşlı üzvü Abdulla Rastəşar adlı bir gəncin atdığı güllə ilə öldürüldü.

Bütün İran mətbuatı ilə birlikdə dünya mətbuatı da bu mənfur və iyrənc cinayətdən bəhs edən məqalələr çap etdirdi. Onlar bu yazılarla cinayəti protest etsələr də nəticə dəyişmədi. Yəni neft bir döv­lət xadiminin də başını yedi və arxasında gözləri yaşlı bir cə­miyyət buraxdı.

Neft kralları cahanşümul hala gətirdikləri neft üzündən dur­ma­dan cinayətlər törədir, dövlətlərin daxili işlərinə müdaxilə edir və bəzən də onlara boyun əyməyən dövlətlərdə istədikləri anda in­qi­lablar və hökumət çevrilişləri meydana gətirirdilər.

İrandakı son hadisə də bunlardan biri idi və İran dramı yeni başlayırdı. Şah Razmaranın qətlindən sonra baş nazir postuna İranın çox dəyərli dövlət xadimlərindən biri olan Hüseyn Alanı gətirdi. Yeni baş nazir dərhal bu cinayətlə əlaqəsi olan bir çox şəxs­ləri həbs etdirdi. Hökumət gördüyü sərt tədbirlərlə nüma­yiş­lərin qarşısını yenə də ala bilmədi.

Tehrandakı ingilis səfirliyi isə hadisələri çox soyuqqanlıqla izləyirdi. Ancaq vəziyyət o dərəcəyə çatdı ki, Tehrandakı ingilis səfiri İran hökumətinə sərt nota verməyə məcbur oldu.

İngilislər Tehran hökumətinə verdikləri bu notada ingilislər əleyhinə olan nümayişlərin dərhal dayandırılmasını tələb edirdilər. Ancaq hökumət numayişlərin qabağını almaqda aciz idi. Buna bax­mayaraq ingilislərin notasına yumşaq dillə qələmə alınmış bir notada hadisələrə nəzarət ediləcəyinə və vəziyyətin nor­mal­laşdırılacağına söz verilirdi.

Ölkənin çox hissəsində nümayişlər dayandırılsa da Tehranda davam edirdi. Artıq əyalətlərdə bir aya yaxın idi ki, vəziyyət nor­mal idi. 1952-ci il aprelin 11-12-də nümayişlər dalğası İranı yeni­dən bürüdü. Bu zaman nümayişçilər ideoloji niyyətlərini açıq şə­kil­də bildirməkdən də çəkinmirdilər. O tarixə qədər keçirilən nü­mayişlərdə özlərini gizlədən kommunistlər artıq ortaya çıxaraq ha­disələri bir kommunist hərəkatı halına gətirmişdilər.

Hökumət özünü itirmişdi. Hökumətin əlində bu hadisələrin ar­xasında Tudə Partiyasının durduğunu müəyyən edən bir çox sü­butedici sənədlər var idi. Buna baxmayaraq hökümət lazımi təd­birlər görməyə cəsarət etmədi. Baş nazir Hüseyn Ala hər hansı artıq bir hərəkətin ölkədə vətəndaş müharibəsinə səbəb ola biləcə­yini bilirdi.

Kommunist hərəkatının başladığı tarixdən iki gün sonra İran üçün fəlakətli bir hadisə baş verdi. O tarixə qədər hər cür nümayiş və etirazlardan kənarda qalan Abadanda da iğtişaşlar başladı. Xalq ilə polis arasında baş verən toqquşmada iki ingilis və bir italyan texniki və altı iranlı fəhlə həlak oldu.

İranın neftayırma zavodlarının əsas mərkəzi olan Abadanda da nümayişlərin şiddətlənməsi ingilisləri narahat etməyə başladı. İngiltərə Dəniz Birinci Lordluğu və Entelijan Servis onlara aid olan neft məntəqələrini qorumaq üçün gördükləri tədbirləri dünya ictimaiyyətinə bildirdilər.

Dəniz Birinci Lordluğu nefti qorumaq üçün hərbi gəmilərini həmişəki kimi yenə də neft istehsalçılarının əmrinə verdi. Bu neft istehsalçıları mənfəətləri təhlükə altına düşdüyü zaman dünyanı atəşə qalamaqdan, donanmaları, orduları və minlərlə təyyarədən ibarət aviasiyalarını hərəkətə gətirməkdən də çəkinməzlər.

Bax İran məsələsində də belə oldu, yəni ingilislər hərbi gə­milə­rini yenə də hərəkətə gətirdilər. Tarix yenə təkrar olunurdu.

1921-ci ildə ingilislər Kostarika neftini ələ keçirmək üçün Ame­rika ilə mücadilə apardığı zaman donanmalarını səfərbər etdi­yindən Amerika boyun əyməyə məcbur olmuşdur.

İndi də belə olur, yəni «Wild Goose», “Flamengo”, “Gam­bia”, “Mauritius” “Euryalus” adlı gəmilər bazalarından çıxa­raq Abadana tərəf hərəkət etdikləri vaxt İngiltərənin xarici iş­lər naziri Herbert Morrison parlamentin aşağı palatasında İranda baş verən hadisələrə dair etdiyi çıxışında aşağıdakıları demişdir: «İran­da baş verənlərə seyrici qala bilmərik. Bu səbəblə Aba­dana getmək əmrini almış ingilis donanmasına mənsub gəmi­lər­dən ayrı olaraq lazım gələrsə yenilərini də göndərəcəyik.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin