Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)



Yüklə 1,02 Mb.
səhifə8/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

PANAMA KANALI ƏTRAFINDAKI

MÜCADİLƏ VƏ NEFT

Dünyanın hər tərəfində neft istehsal edən ingilis neft şirkəti «Royyal Datç-Şell Qrup» Panama kanalı ətrafında olan neft sa­hələrini də ələ keçirməyə çalışdı. Sərvətinin demək olar ki, hamısı İngiltərə Entelljans Servis və İngiltərə Dəniz Birinci Lordluğuna aid olan «Anglo Persian» neft şirkəti «Royyal Datç-Şell Qrup»­un bir qolu olaraq Panama ətrafındakı neft sahələri ilə maraq­la­n­ma­ğa başladı.

1926-cı ildən etibarən ciddi bir şəkildə Panama kanalı ətra­fın­da çalışmağa başlayan Henry Deterdinqin cəsusları və geoloqları «Mərkəzi Amerikada yerləşən Kolumbiya dövlətində fəaliyyətə başladılar. Çünki bu cəsuslar və mütəxəssislər geoloji axtarışlar za­manı Kolumbiyanın yeraltı və yerüstü sərvətlər baxımından zəngin bir məmləkət olduğunu təsbit etmişdilər. Bunlardan başqa Ko­lum­biyanın strateji əhəmiyyəti də böyükdür. Kolumbiya amerikalıların inşa etdikləri və iki okeanı birləşdirən Panama kanalının cənu­bun­da yerləşirdi. Onun belə bir əhəmiyyət daşıması ingilislərin gözün­dən də qaçmırdı.

Ölkənin hər baxımdan əhəmiyyətli olmasına baxmayaraq De­terdinqi yalnız Kolumbiyanın nefti maraqlandırırdı. Neft təx­mi­nən bir əsrdir davam edən amansız mücadilə nəticəsində ikisi də anqlosaks olan İngiltərə ilə Amerikanı bir-birinə düşmən etmişdir. «Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» arasında gedən mücadilədə «Standard Oyl» məğlub olmaq üzrə idi.

Neft mücadiləsi o qədər də bəsit deyildir və neft istehsalçıları məğlub olacaqlarını hiss etdikləri anda hər çarəyə baş vurmaqdan, hətta dövlətləri I və II Dünya müharibəsində olduğu kimi mü­ha­ri­bəyə soxmaqdan da çəkinməmişdilər. Bir müddət sonra şirkətlər Kolumbiyada vətəndaş müharibəsi törətdilər.

«Standard Oyl» bütün imkanlarından istifadə edərək Amerika prezidenti səviyyəsində öz sözünü keçirə bilirdi.

Rokfeller Deterdinqin qarşısında XX əsrin əvvəllərindən bəri davam edən məğlubiyyətinin səbəblərini bilirdi. O, 1865-ci ildən bəri Sakit okean və Asiyada nüfuz dairəsini genişləndirməkdə olan Amerikanın bir güclü donanmaya sahib olması uğrunda əlindən gələni edirdi.

Rokfeller məqsədinə çatmaq üçün Amerikanın bank sisteminə nəzarət edən Con Pierpont Morqan və ölkənin əsas polad isteh­sal­çısı olan Andrev Karnegi ilə yaxın dostluq əlaqələri qur­muş­dur. Demək olar ki, əslində Amerikanı bu üç şəxs idarə edirdi. Bu üçlüyün ən güclüsü şübhəsiz ki, Rokfeller idi. O, 1904-cü ildə nəşr edilən dövlət statistika materiallarına görə Amerikanın daxili ticarətinin 85%-nə, xarici ticarətinin isə 90%-nə nəzarət edirdi.

Bütün imkanlarını səfərbər edən Rokfeller qüdrətli bir donan­manın yaradılması uğrunda hərəkətə keçdi və əski ticarət gəmisi­nin kapitanı olmuş Mahan adlı bir şəxsi donanma yaratma kompa­ni­yasının rəhbəri təyin etdi. Kapitan Mahan çap etdirdiyi məqalə­lə­ri­nin birində «Qüdrətli bir hərbi donanması qurulmadıqca Amerikanın Sakit okeandakı müstəmləkələrinin təhlükəsizliyi şübhə altına düşəcək və Amerikanın bu ərazidə nüfuzu zəifdə­yəcəkdir» fikrini irəli sürmüşdür.

Kapitan Mahanın etdiyi təbliğat öz bəhrəsini verdi. Rokfeller dəniz proqramını senatda təsdiq olunmasını təmin etmək üçün la­zımi tədbirlər görmüşdü. Senatorlardan biri dəniz proqramının qə­bul edilməsi təklifini irəli sürmüşdür. O, çıxışında Amerika donan­masını başqa Avropa ölkələrinin donanmaları ilə müqayisə etmiş­dir: Amerikanın donanmasında 18-i birinci dərəcəli olmaqla 81 hərbi gəmi olduğu halda, İngiltərənin 80-i birinci dərəcəli olmaqla 581 hərbi gəmisi, Fransanın 50-si birinci dərəcəli olmaqla 403 hərbi gəmisi, Rusiyanın 40-ı birinci dərəcəli olmaqla 286 hərbi gə­misi, Almaniyanın isə 28-i birinci dərəcəli olmaqla 216 hərbi gə­mi­si var idi.

Senatda dəniz proqramı qəbul edildikdən sonra Amerikanın bü­tün tərsanələri gecə-gündüz müxtəlif növlü hərbi gəmilər isteh­sal etməyə başladılar. Rokfellerin bütün qayəsi həm öz mənfəət­ləri­ni, həm də Amerikanın mənfəətlərini qoruya biləcək gücə sahib olmaq idi.

Amerika tərsanələrində hərbi gəmilərin durmadan inşa edildiyi 1928-ci ildə «Standard Oyl» ilə «Anglo Persian»ın Mərkəzi Ame­rikadakı mücadiləsi də kulminasiya nöqtəsinə çatmışdı. Bu mü­cadilənin birinci səhifəsini ingilislər qazanmış, yəni Kolumbi­ya­nın zəngin yeraltı və yerüstü sərvətləri ilə bərabər neftin imtiya­zını almışdı.

«Anglo Persian»ın Kolumbiyada neft imtiyazları aldığı xəbəri Amerikaya çatanda mətbuat ingilislərin əleyhinə kampaniyaya başladılar. «Nyu York Tayms» qəzeti amerikalılara xitabən «İn­giltərə hərbi dəniz donanmasına arxalanaraq Amerikanı mühasirəyə almaqdadır. Bu gün Kolumbiyada yerləşən ingilis­lər sabah Panamaya, o biri gün isə Amerikaya yerləşəcəklər. Amerika millətinin yeni bir Corc Vaşinqtona ehtiyacı vardır» fikrini irəli sürmüşdür.

Amerikalılar narahatçılıq və şübhə içində idilər. Xalqın bu na­rahatçılıqlarını dilə gətirən bir neçə bəyanatlar da verilmişdi.



«Standard Oyl»un İdarə Heyətinin üzvlərindən biri olan Ludvel Denny Amerikada artıq dəniz proqramının gerçəkləşdiyini bildirir və yazılarının birində «Anglo Persian»ın hərəkətlərinin Panama kanalını ələ keçirmək məqsədilə Kolumbiyada yerləşdiyi­ni və bunun da gələcəkdə beynəlxalq miqyaslı bir toqquşmaya səbəb olacağı fikrini irəli sürürdü.

«Nyu-York Tayms» Amerika xalqının düşüncələrini əks etdi­rir, Ludvel Denny isə neft üzündən baş verə biləcək beynəlxalq bir toqquşmadan bəhs edərək dünyanın diqqətini neft üzərinə çə­kir­di. Vəziyyət həqiqətən də amerikalıların narahatçılıq keçirəcək­ləri qədər ciddi idi. Çünki, Deterdinq bu cür hədələrə və çıxışlara o qədər də əhəmiyyət verən deyildi. O, belə hədələri 1890-cı ildən bəri eşidirdi və bilirdi ki, bunlar sadəcə söz idi. Deterdinq Kolumbiyada mücadiləni «Anglo Persian» şirkətinin adından davam etdirən Pearson adlı şəxsin qabiliyyətinə bələd idi. Artıq Deterdinqin yardımı ilə Kolumbiyada Pearson istəyinə nail ol­muş­dur, yəni çevriliş baş tutmuş, hakimiyyətə onların mənafelə­ri­nə cavab verən qüvvələr gəlmişdir. İngilislər Boqota hökumətin­dən Kolumbiyada yeraltı və yerüstü sərvətlərdən 66 il ərzində sər­bəst istifadə və istehsal etmə imtiyazını almağa müvəffəq oldular.

Amerikalıların bu təhdidlərinə cavab olaraq şəxsən Deterdin­qin dəstəklədiyi Latın Amerikası mətbuatı “Yanki” ifadəsini iş­lət­məyə başladı. Bu ifadə Latın Amerikası əhalisinin ABŞ-ı təh­qir etmək üçün ortaya atdığı bir şüardı. Latın Amerikasının əksər dövlətləri Kolumbiyanı müdafiə edərək Amerikanın təhdidlərinə qarşı çıxdılar. Onlar Amerikanın hərəkətini Kolumbiya­nın daxili işlərinə qarışması kimi dünyaya car çəkdilər.

Amerika əleyhinə aparılan bu kampaniya Deterdinqə çox ba­ha başa gəlmişdir. Onun kimlərə nə qədər pul xərcləməsi uzun müddət Amerika mətbuatında müzakirə olunmuşdur.

«Standard Oyl»un apardığı mücadilə, Amerika hökumətinin sərt etiraz notaları və hərbi hədələr Deterdinqin gördüyü əks tədbirlər nəticəsində təsirli olmamış və «Anglo Persian» şirkəti Boqota hökumətindən imtiyazları asanlıqla almışdır.

Bundan sonra «Standard Oyl»un rəhbərliyi hədələyici bəya­nat­larını yenə verməkdə idi. Onlar «Tətbiq ediləcək dəniz proq­ra­mı nəticəsində dənizlərdə üstünlüyü ingilislərdən aldığımız gün «Standard Oyl» dünya neft hakimiyyətinə sahib olacaq­dır» deyirdilər.

Amerika tərəfindən hədələnən ingilislər də dəniz islahatı keçir­məyə başladılar. İngilislərin bu islahat proqramı ilə yaxın tarixin ən böyük dəniz islahat mücadiləsi başladı. Amerikan – İngiltərə do­nanma rəqabəti adlandırdığımız bu mücadilə İkinci Dünya mü­ha­ribəsində iştirak edəcək nəhəng hərbi dəniz donanmalarının ya­ranmasına səbəb oldu.

Pearsonun Boqotadakı hökumətdən aldığı geniş imtiyaz içə­risində Kolumbiyanın Panama kanalına sərhəd bölgəsi də var idi. İngilislər hər işlərində olduğu kimi Kolumbiyada da əldə etdikləri imtiyazların tətbiqini çox dəqiqliklə ölçüb-biçmişdilər. Burada Pa­nama kanalına paralel yeni kanal açmaq haqqı da vardır. İngilislər bununla dünyanın ən strateji su yollarından biri olan və yaxud da on­dan amerikalılarla bərabər şəkildə istifadə etmək məqsədini güdürdü.

Amerika hökuməti və «Standard Oyl»un idarəçilərini ən çox qorxudan cəhət bu yeni kanal imtiyazı idi. Əgər ingilislər əllərinə keçirdikləri bu yeni imtiyazdan faydalanmaq və kanalı açmaq üçün hərəkətə keçməyə çalışarlarsa bu gələcəkdə qorxulu vəziyyət yara­da bilərdi. Amerika hökumətinin rəsmi şəxsləri bu xüsusu artıq açıq söyləməkdən çəkinmirdilər. «Standard Oyl» Panama kanalı məsələsində yenə səhnəyə çıxmış olurdu. «Standard Oyl»un bu hərəkəti ilə Amerika prezidenti Vilsonun Panama kanalı ilə əlaqə­dar ingilislərin layihəsinin əleyhinə çıxış etməsi üst-üstə düşürdü.

Amerika prezidenti Vilson verdiyi bir bəyanatda: «Əgər in­gilislər Kolumbiyada əldə etdikləri bütün imtiyazlardan vaz keçməzlərsə Panama kanalından keçəcək bütün Amerika Bir­ləşmiş Dövlətləri gəmilərindən alınmaqda olan xərclərin ləğv ediləcəyini və bunun üçün də bir qanunu senata təqdim edə­cəyini» bildirdi.

Neft artıq iki şirkətin mücadiləsi olmaqdan çıxaraq iki dövlətin mücadiləsi halına gəlmişdi. Bu iki dövlət Birinci Dünya müharibə­si­nin qalibi olmaqla dünya xəritəsini dəyişdirə biləcək qüdrətə sa­hib idilər. İngilislər amerikalıların bu hədələrinə sərt reaksiya ver­di­lər. Yəni ingilis hökuməti dünyanın hər yerində amerikalılarla ara­la­rında bağlanmış müqavilələrin verdiyi bütün haqları tanıma­ya­caq­larını elan etdi. Artıq iki dövlət arasındakı mücadilə kulimi­na­siya nöqtəsinə çatmışdı.



«Standard Oyl» ingilislərin istər Sevr müqaviləsinin ən mə­sul dövləti, istərsə Lloyd Corcun uğursuz siyasəti ilə ən yaxın müt­­tə­fiqləri ilə də münasibətlərinin normal olmadığını bilirdi. Onun qə­na­ətinə görə ingilislərin təşviqi ilə Anadoluya hücum edən yunan ordusunun biabırcasına məğlub olması Lloyd Corcun həm nüma­yəndələr palatasında, həm də ingilislər arasındakı nüfuzuna mənfi təsir etmişdir. Elə bu səbəbdən artıq ingilis siyasətçiləri müvəqqəti olaraq Boqotadakı adamları Peaorsonu müdafiə etməkdən vaz keçdilər.

Qarşıya belə bir sual çıxır. Görəsən ingilislərin Boqotadakı adam­ları olan Pearsonu himayə etməkdən vaz keçmələri ilə Pa­nama kanalına paralel yeni bir kanal çəkmə layihəsini müvəqqəti olaraq dayandırmaları «Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» arasındakı mücadiləyə təsir edə bilmişdirmi? Bu suala ra­hat­ca xeyr deyə bilərik. Çünki, Deterdinq əlinə keçirdiyi imti­yaz­la­rı heç vaxt ləğv etməmişdir. O «Standard Oyl»a da, Amerika hö­kumətinə də yeni bir oyun oynamaq üçün hərəkətə keçdi.



Deterdinqin əmri ilə Entelijans Servis ilə «Royyal Datç-Şell Qrup»un ən mahir cəsusları Meksika və Nikaraquada toplaşmağa başladılar.

Hər an üsyan qaldırılmağa əlverişli şəraiti olan bu məmlə­kət­lər­də Deterdinqin qızılları üsyanlar və çevrilişlər yaratmaqda ge­cik­mədi. Həm Meksikada, həm də Nikaraquada inqilablar baş ver­di.

Amerika sərhədlərinə yaxın bir məmləkətdə baş verən hadisə­lə­rə biganə qala bilməzdi. Diplomatik kanallarda görülən tədbir­lə­rin nəticəsiz qaldığını görən Amerika hərəkətə keçdi, yəni bom­bardmançı təyyarələr xalqa pulemyotlardan atəş açdılar. Ameri­ka­nın bu hərəkəti bütün Latın Amerikası tərəfindən lənətləndi və “Yən­ki” (amerikalı) şüarı qəzetlərin səhifələrini bəzədi. Latın Ame­rikası ölkələrinin etirazlarına məhəl qoymayan Amerika bom­bar­dımanlarını davam etdirirdi.

Vaşinqton Nikaraquanı bombalayır, Meksika hökumətinə dal­ba­dal nota verməkdə davam etdiyi bir vaxtda ingilis ordusunun ad­lı-sanlı hərbçilərindən polkovnik Henry İrvinq Boqotadakı ingilis səfirliyində Kolumbiyanın çevriliş nəticəsində iqtidara gəlmiş li­der­ləri və nazirləri ilə görüşərək 50 illik yeni bir imtiyaz müqa­vi­lə­sinin bağlanması üçün müzakirərələrə başlamışdı.



Deterdinq polkovnik Henry İrvinqin müraciətini qəbul edərək ona kömək etmək üçün Britaniya ordusunun pol­kov­niklərindən Yatesi və neft üzrə mütəxəssis olan ser Arnold T.Vil­sonu təcili Boqotaya göndərdi.

Rokfellerin təzyiqi ilə Nikaraqua əhalisini güllə-baran edən Amerika dövləti «Standard Oyl» ilə birlikdə çox çətin vəziyyətə düşmüşdür. Deterdinq bundan faydalanaraq Kolumbiyada ikinci imtiyazı əldə etmək üçün fəaliyyətə başladı.

Polkovnik Henry İrvinq, polkovnik Yates və ser Arnold T.Vilsondan ibarət nümayəndə heyəti Kolumbiyanın liderlərindən istədikləri imtiyazı əldə edə bilmirdilər. Kolumbiyanın idarəçiləri İngiltərə ilə Amerika arasındakı mücadilədən öz xeyirlərinə is­ti­fadə etmək istəyir və müzakirələri uzadırdılar. Deterdinq isə bu vəziy­yət­lə barışa bilmirdi. Boqotalı nazirlər dünyanın ən varlı altı ada­mın­dan biri olan alüminium istehsalçısı, əski nazirlərdən An­drev Mellonun böyük hissəsinə sahib olduğu «Gulf Oyl» şir­kə­ti­nə də imtiyaz vermək istəyirdilər. Uzun çəkişmələrdən sonra ingi­lis­lər buna razılıq verdilər. «Gulf Oyl» şirkətinə verdikləri bu imti­yazla Boqotalı nazirlər iki nəhəng şirkət arasındakı mücadilədən istifadə edərək bir müddət öz neftlərinin bir hissəsini işlətməyə na­il olsalar da nəticə dəyişmədi. Yəni sonda Deterdinqə güzəştə get­di­lər.

Beləliklə, Deterdinq Amerikanın burnunun dibində yeni bir imtiyaz da almağa müvəffəq oldu.

MEKSİKA NEFTİ

Dünya Birinci Dünya müharibəsi zamanı nəhəng neft şirkətləri olan «Standard Oyl» ilə «Royyal Datç-Şell Qrup» arasında ge­dən mücadilənin şahidi olmuşdur. Müharibədən qalib çıxan İngil­tərə birliyini qurduğu gündən bəri ona rəqib olan Almaniyanı məğ­lub etdikdən və Rusiyada çar üsuli-idarəsini yıxdıqdan son­ra rahat bir nəfəs almışdı.

Dünya müharibəsindən qalib çıxan İngiltərə qüdrət və qüvvə­si­nə dayanaraq dünyanın hər tərəfində olduğu kimi, Mərkəzi Ame­rikada da neft imtiyazları əldə etməyə qərar vermişdi. Bu qərarı İn­giltərəyə bir neft imperiyası qazandırmış olan iki adam – Deter­dinq ilə digər ortağı ser Samuel Marküs Londonda bir araya gələrək vermişdilər. Bu iki şəxs gö­rüş­də hədəfi də təyin etmişdilər: Meksika. Onlar nəyin bahasına ol­sa da Meksika neftini ələ keçir­məkdə qərarlı idilər.

Rokfeller də Mərkəzi Amerikanın neftinə sahib çıxmaq istə­miş­dirsə də, artıq ingilislər ondan qabaq buna nail olmuşdular.

Deterdiq ilə Samuel Marküs Meksikada fəaliyyət göstərə bil­mək üçün bir plan qurdular. Deterdinq bu səfər ortaya çıxmaq is­təmir və pərdə arxasında qalmağı daha münasib hesab edirdi. O, nef­tin ələ keçirilməsi üçün lazımi təşkilati işləri görəcək, Samuel Marküs də, təşəbbüsü maliyyələşdirəcəkdir.

Deterdinq ilə Samuel Marküs hələ Birinci Dünya müharibəsi zamanı Meksikada yerləşməyi düşünsələr də, bu xüsusun gerçək­ləş­məsini müharibənin sonuna saxlamışdıdar. Ancaq, onlar gələ­cək işlərinin asan getməsi üçün burada müəyyən tədbirlər görməyi də unutmamışdılar. Yəni Deterdinqin adamları Meksikada çalış­ma­ğa başladıqları 1915-ci ildən etibarən burada ordunun nüfuzlu generallarını ələ almağa çalışmışdıdar. Pul Latın Amerikasında hər şeyə qadir idi.

Deterdinq ilə Samuel Marküs Meksikada «Meksikan Eaq­le» şirkətini qurdular. Onlar bu şirkətin başına Deterdinqin ən etibarlı adamlarından biri olan və sonralar Kolumbiyanı da ələ keçirə biləcək Pearsonu gətirdilər. Gələcəkdə lord Cowdry adını alacaq Pearson rüşvət verməkdə, üsyanlar təşkil etməkdə həqi­qə­tən də ixtisaslaşmış bir insan idi.

Pearson qısa zamanda Mexsikanın paytaxtı Mexiko şəhərində hər təbəqədən olan bir çox insanlarla dostluq əlaqələri qurdu. Bun­lar arasında dövlət xadimləri, generallar, qəzetçilər və başqa hör­mətli şəxslər var idi. O, bu insanlardan gələcəkdə istifadə et­mək üçün külli miqdarda pul xərcləmişdir. «Standard Oyl» da Me­xikoda bir çox adamları pulla ələ almağa çalışırdı. Ancaq, o Me­xikoda istədiyi münasib adamları tapa bilmirdi. Amerikalılara təh­qir mənasında deyilən “Yanki” şüarı burada da söylənirdi. Mət­bu­at­da daima amerikalılar əleyhimə məqalələr çap olunurdu. Pe­ar­son bu mətbuat orqanlarını maddi cəhətdən təmin edərək «Stan­dard Oyl»a qarşı təbliğatı daha da gücləndirirdi.

Amerika ilə həmsərhəd olan Meksikanın əhalisi daima qon­şuları tərəfdən hücum təhlükəsi xofunu yaşayırdılar. Bu qorxu həm Meksikanı idarə edənləri, həm də xalqı daima oyaq olmağa məc­bur edirdi.

Uzunmüddətli çalışmalardan sonra nəhayət Pearson dövlət rəs­miləri ilə gizli olaraq aparılan müzakirələrdə Meksika neftinin ingilislərin ixtiyarına verilməsi imtiyazını əks etdirən bir müqavilə bağlamağa nail oldu.

İngilislərin Meksikada neft imtiyazları əldə etdiyindən xəbər tutan Amerika prezidenti Hardinq Rokfellerin təzyiqi ilə aşağıda­kı məzmunlu bəyanatı verir: «Biz vaxtımızı dünyaya insanlıq dərsi verməklə keçirərkən İngiltərə dünya iqtisadiyyatının aça­rı və gələcəyin ən güclü təminatı olan nefti ələ keçirməklə məşğuldur».

Amerika prezidenti Hardinqin bu bəyanatı artıq «Standard Oyl”un mücadiləni uduzmasını göstərdi. Bundan sonra həm Ame­rika hökü­məti, həm də “Standart Oyl” müəyyən tədbirlər görmək qərarına gəldilər.

İlk olaraq Amerika hökuməti ingilislərin Meksikada neft im­tiyazlarına qarşı nota verdi. Bunun arxasınca da Amerikanın Mek­si­ka­dakı səfiri hökumətdən ingilislərə verilən imtiyazların ləğv edil­məsi tələbi ilə çıxış etməyə başladı. Amerikalıların təzyiqinə o za­man­kı Meksika hökuməti güclə dayanırdı. Bu hökumətin əsas da­ya­ğı xalq və mətbuat idi. Amerikanın əleyhinə Mexikoda daima nü­ma­yişlər keçirilirdi. Meksika hökuməti Amerika səfirinə bildir­dilər ki, əgər onlar ingilislərə verilən imtiyazı ləğv etsələr Mexiko­da inqilabi çevriliş baş verə bilər. Səfir Meksika hökımətinin ame­ri­kalılara da im­tiyaz verilməsi təklifini razılıqla qarşıladı və təzyiq­ləri dayan­dır­dı. Bundan sonra Mexikodakı nazirlər rahat nəfəs al­dılar.



Deterdinq isə Meksika hökumətinin bu hərəkətini qəbul et­mə­di. Onun tələbinə görə bu ölkənin nefti ya tamamilə onun olmalı, ya da bu imtiyazları «Royyal Datç-Şell Qrup»una verə biləcək bir iqtidar hakimiyyətə gəlincəyə qədər Meksikada inqilablar davam edəcəkdir.

Pearson rəhbərindən aldığı detektiv ilə hərəkətə keçdi. Hə­mi­şə olduğu kimi bu dəfə də Latın Amerikasının başqa ölkələrində tətbiq olunan metod işə salındı. Yəni ingilis qızılları ilə ələ alınmış generallar çevriliş edib Meksika hökumətini devirdilər. Haki­miy­yəti əllərinə keçirmiş olan generalların ilk işi amerikalılara ve­ril­miş neft imtiyazlarını ləğv etmək oldu. Beləliklə, «Royyal Datç-Şell Qrup»un bir qolu olan «Meksikan Eaqle» təkrar Meksikaya hakim oldu.

Bu hadisə amerikalılara çox baha başa gəldi. Amerika pre­zi­denti də daxil olmaqla siyasətçilər də şoka düşmüşdülər. Mek­si­ka­da baş verənlər Rokfellerə də güclü təsir etmişdir. O, prezident Har­dinqə təzyiq edərək Amerikanın hərəkətə keçməsini istə­yir­di. Amerikanın hərəkətə keçməsi isə cənub qonşusu olan bir döv­ləti donanma və ordu ilə yola gətirməsi deməkdi. Bunun nə­ti­cə­sinin Amerika üçün o qədər də ürəkaçan olmayacağını bilən pre­zi­dent Hardinq əlacsız qalaraq diplomatik üsullara əl atmağa üs­tünlük verdi.



«Standard Oyl» şirkətinin məsul şəxslərindən olan Huqhes prezidentin xarici işlər üzrə müşaviri təyin olunmuşdur. O, Mek­sikanın çevriliş etmiş generallarına hədələyici bəyanatlar verməkdə davam edirdi. Ancaq, generallar bu hədələrə o qədər də əhəmiyyət vermirdilər. Huqhes bu səfər generalları müharibə ilə hədələməyə başladı. Onun bu hədələri də nəticəsiz qaldı.

Meksikada baş vermiş hərbi çevriliş baş verdiyi zaman Ame­rika senatorlarından biri belə demişdir: «İngiltərənin hədəfi gə­ləcəkdə baş verə biləcək müharibədə müvəffəqiyyət ehtimalla­rı­nı neft sayəsində qazanmaq deyil, bəlkə də eyni zamanda bu müvəffəqiyyət ehtimallarını rəqiblərinin əllərindən almaqdır. İngiltərə Amerika Birləşmiş Ştatlarının mənbələrini azaltmaq üçün planlı bir şəkildə hərəkət etməkdədir».

Meksikada baş vermiş hərbi çevriliş ilə əlaqədar söylənən bu sözlər ingilislərin neft siyasəti haqqında söylənilmiş sözlərin ən dəqiqi idi. İngiltərə həqiqətən gələcəkdə baş verə biləcək bir mü­haribəni qaçınılmaz qəbul etmiş və bu müharibədə qalib gəlmək üçün əlindəki bütün vasitələrdən istifadə etməyi qərara almışdı. Neft bu vasitələrin birincisi idi.

İngilislər gələcəkdə baş verə biləcək bir müharibədə neftə ha­kim olan dövlətin dünyaya da hakim olacağını bilirdilər və planlı bir şəkildə bu istiqamətdə siyasət yürüdürdülər. Onlar Meksikada hərbi çevrilişi təşkil etdikləri ana qədər sahib olduqları dünya neft hakimiyyətini qaçırmamaq üçün böyük əmək sərf etmişdilər. İngi­lis­lər bu çevrilişin baş tutması üçün iki milyard lirə xərcləmişdilər.

İngilislər Meksikada hakimiyyətlərini qurduqdan sonra «Stan­dard Oyl» şirkətinə də az miqdarda imtiyaz verilməsinə razı oldu­lar. Generallarla «Standard Oyl» şirkəti arasında aparıdan müza­kirələr müsbət nəticə verdi və «Standard Oyl» Meksikada neft sahələrinə az da olsa girə bildi.

İngilislərin belə hərəkət etmələrinin bir çox səbəbləri mövcud­dur.

Artıq Almaniyada Sevr müqaviləsinin qərarlarına əməl edil­məyərək gizli də olsa silahlanma hərəkətləri müşahidə edilirdi. 1918-ci ildə darmadağın edilən Avropanın ən böyük dövləti olmuş Almaniya yenidən canlanırdı. İngilisləri ürküdən də bu idi.

İngilislərin qorxduqları başlarına gəldi, 1933-cü ildə Adolf Hitler Almaniyada iqtidarı ələ keçirdi. Almaniya artıq Sevr mü­qa­­viləsinin əsiri deyildi. Adolf Hitler açıqca Sevr müqavi­ləsini ta­nı­ma­dığını hərəkətləri ilə elan edirdi. Almaniya sürətlə silah­la­nırdı və onun ən çox möhtac olduğu şey neft idi. Bu maddə Alma­niyada yox idi. Adolf Hitlerin yaratdığı mexanikləşdirilmiş ordu üçün neft lazım idi. Ordular, hava qüvvələri, donanmalar yalnız neft ilə işləyirdilər. Adolf Hitler dərhal hərəkətə keçdi. Almani­yanın cə­susluq təşkilatını təşkil etmiş polkovnik Nikoloinin agent­ləri müx­təlif adlar və peşələrin təmsilçiləri olaraq dünyanın neft istehsal olunan ərazilərinə dağıldılar. Artıq neft mücadiləsi içində Alma­ni­yanı da hesaba qatmaq məcburiyyəti ortaya çıxırdı. Alma­niya agent­ləri dünyanın digər neft çıxan və istehsal olunan bölgə­lərində olduğu kimi Meksikada da fəaliyyət göstərirdilər.



Adolf Hitler işlərini mükəmməl bir şəkildə tənzimləmişdi. Ona kommunist təhlükəsinə qarşı iqtidarın qapısını açan şəxsin neft imperatoru Deterdinq ilə məşhur alman sənayeçisi Thyssen olduğu söylənilməkdədir. Hətta bu bir rəvayət olmaq mənasını itir­miş və Deterdinqin Adolf Hitlerə İkinci Dün­ya müharibəsinin da­vam etdiyi və Fransanın məğlub olduğu 1941-ci ilə qədər yar­dım etdiyi və Almaniyanı maliyyələşdirdiyi artıq məlum bir gerçəkdir.

Adolf Hitlerin əlində Dr.Şaxt adlı sehirbaz bir maliyyəçi var­dı. Dr. Şaxtın əsas işi Almaniyaya neft tapmaq və neft mənbələri əldə etməkdi.

Dr. Şaxt ən mahir adamlarından biri olan hersoq Adolf Mek­len­burqa dünyanın hər tərəfinə ticarət münasibətləri qurmaq adıyla səyahət etməsini və əslində isə neft tapmasını tapşırdı.

Neft hər şeyə qadir idi. Hələ Birinci Dünya müharibəsi baş­lamamışdan əvvəl, yəni 1913-cü ildə ABŞ-ın Londondakı səfiri Pa­qe: «ABŞ ilə Böyük Britaniya arasındakı sıx dostluğun yanında Meksika neftinin nə dəyəri ola bilər?» deyirdi.

Ancaq, bu səfir açıqca yalan söyləyir və yalanına özü də inanmırdı. Çünki o tarixlərdə ABŞ ilə İngiltərə arasındakı müna­si­bətlər neft məsələsi üzündən gərginləşmişdi. Amerikanın London­da­kı səfiri bu sözləri söylədiyi vaxtda Amerika prezidenti Wood­rov Vilson Britaniya səfiri ser Lionle Carden ilə o zamanlar Mek­sika neftinin 58 faizinə sahib olan Pearson (yeni adı lord Cowdray) arasındakı sıx işbirliyi onu narahat etdiyini söyləyirdi.

Bu iki məmləkəti idarə edənlər də öz hökumətlərinin xarici siyasətini yürütməkdən çox, böyük sənayeçilərin, xüsusilə neft istehsalçılarının xarici siyasətlərini yürütməyə maraqlı idilər.

İndi isə eyni qayələrlə hərəkət edən Almaniya da ortaya çıx­mışdır. Dr. Şaxtın rəhbərlik etdiyi İqtisadiyyat və Maliyyə Nazir­liyi Almaniyanın bütün kəşfiyyat orqanları ilə əlbir işləyirdi. Hersoq Adolf Meklenburqun Cənubi Amerikadakı mücadiləsi və millətin əksəriyyətinin almanlara bəslədikləri simpatiya Meksikada qısa zamanda müvəffəqiyyət qazanmalarında birinci dərəcəli rol oynamışdır.

Alman təhlükəsini zamanında hiss edən ingilislər Meksika pre­zidenti Cardenası nefti milliləşdirməyə razı saldılar. 1938-ci ildə Cardenas bir qərarnamə ilə Meksika neftini milliləşdirdi.

Qəflətən edilən bu milliləşdirmə «Standard Oyl» şirkətinin rəhbərliyi və Amerikanın xarici siyasət idarəsinin rəhbəri Hulli tərəfindən etirazla qarşılandı. Ancaq, Meksika prezidenti Carde­nas qərarını dəyişmədi. Amerika iqtisadi tədbirlər görməyə məc­bur oldu, yəni ilk mərhələdə bundan sonra Meksikadan gümüş id­xal etməyəcəyini elan etdi.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin