Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)



Yüklə 1,02 Mb.
səhifə11/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   ...   7   8   9   10   11   12   13   14   15

İSPANİYA NEFT İSTEHSALÇILARINA


QARŞI HƏRƏKƏT EDİR
İspaniyada 1920-ci ildən sonra hadisələr sürətlə inkişaf etmiş­dir. Yəni kral XIII Alfons hakimiyyətdən endirilmiş və Primo de Ri­ve­ra baş nazir olmuşdur. İspaniyanın qədim ailələrindən birinə mən­sub olan bu şəxsin tam adı Marki Estellas Primo de Rivera idi.

Bu şəxs İspaniyada fövqalədə işlər görməyi bacarmışdı. O, ömrünün axırına kimi İspaniya üçün çalışmışdır.



Primo de Rivera üsyan qaldıran kommunistlərin qarşısını da almağa nail olmuşdur. Onun vaxtında İspaniyada maliyyə prblemi tam həll edilmişdir. Ancaq İspaniyada neft olmadığından büd­cə­nin çox hissəsi bu maddənin idxal edilməsinə xərclənirdi. Baş na­zir İspaniyada yaranmış bu vəziyyəti məmləkətin xeyrinə dəyiş­dir­mək üçün tədbirlər fikirləşirdi. Nəhayət, o neft istehsalçıları ilə müzaki­rələr apararaq aldıqları neftin əvəzini mübadilə yolu ilə ödəmək imkanının olub-olmadığını araşdırırdı. Ancaq heç bir nəticə əldə olunmadı, çünki neft istehsalçıları məhsullarını yalnız nəqd pula satdıqlarını bildirdilər. Bundan sonra o kəskin hərəkət etməyi qərara aldı. Yəni çıxardığı bir qanunla «Royyal Datç-Şell Qrup» ilə «Standard Oyl» şirkətlərinin İspaniyada mövcud olan bütün müəssisələrini milliləşdirdi. Primo de Riveranın bu hərəkəti Londonda, Vaşinqtonda və Nyu-Yorkda çox təəccüblə qarşılandı. Bu iki şirkətə mənsub qəzetlər İspaniya əleyhinə təbliğat aparmağa başladılar. London və Vaşinqtondan İspaniyaya etiraz notaları gön­­dərilməyə başladı. Hər iki şirkət gizli və ya açıq bütün im­kan­larından istifadə edərək İspaniyaya qarşı müəyyən tədbirlər gör­sə­lər də nəticəni dəyişdirməyə müvəffəq ola bilmədilər. DeterdinqRokfellər aralarındakı mücadiləni dayandıraraq İspaniyada müş­tə­rək təhlükəyə qarşı birləşdilər. İspaniyada qorxulu bir mü­cadilə başladı. Ölkənin hər tərəfində hər gün adamlar öldürülürdü. Döv­lə­tin gördüyü tədbirlər nəticəsiz qalırdı, yəni nə cinayətkarlar, nə də cinayətlərin səbəbləri məlum olmurdu. İspaniya Mərakeşin­də üsyan baş verdi. Üsyan yatırılsa da, bir müddət sonra yenidən baş verdi. Pri­mo de Rivera İspaniyanı qarışdıran hadisələrin neft şir­kətləri tə­rə­findən planlaşdırıldığını anladığı zaman artıq iş işdən keçmişdi.

O verdiyi bir bəyanatla «Standard Oyl»«Royyal Datç-Şell Qrup» şirkətlərinə aid milliləşdirilmiş bütün əmlakın əvəzinə təyin etdiyi 75 milyon pezetanı dərhal ödəməyi dünyaya elan etdi. Onlarla yenidən görüşüb müzakirələr aparmaq istəsə də əks tərəf təklifləri cavabsız qoydu.

Neft istehsalçıları bilirdilər ki, bu mücadilə onların lehinə nəti­cələnəcək və Primo de Rivera hakimiyyəti devriləcəkdir. Onlar İspaniyanın daxilində müəyyən cinayətlər törədərək əhalini çaşqın vəziyyətə salmaqdan başqa, ölkənin iqtisadi həyatında böhran ya­rat­mağa da çalışdılar.

Bu iki şirkət 1927-ci ildə İspaniyadan başqa digər ölkələrdə nefti 20% ucuz satacaqlarını elan etdilər. Bu xəbəri mətbuatdan oxuyan oxucu bilmirdi ki, gələcəkdə bu ucuzluq bir dövləti kö­kün­dən sarsıdacaq və İspaniyanın bir zamanlar xalqı tərəfindən də­li­cə­sinə sevilən diktator baş naziri Marki Estellas Primo de Rive­ra­nın həyatının faciə ilə bitməsinə səbəb olacaqdır. Neft isteh­sal­çı­larının bu siyasətinə Primo de Rivera çətin də olsa müqavimət göstərirdi. Neft ehtiyatlarının azaldığı bir vaxtda «Standard Oyl» düşdüyü ziyanın əvəzinə İspaniya hökümətindən 300 milyon pe­ze­ta təzminat tələb etdi.

İspaniyanın maliyyə gücü bu pulu verməyə kifayət etmədiyin­dən təklif rədd edildi. Əgər bu vəsait verilsə idi, bir müddət sonra Deterdinq də təzminat istəyə bilərdi. Primo de Rivera şirkətlərin tələb etdiyi təzminatı versə də pozulmuş İspaniya iqtisadiyyatını yenidən qura bilməzdi. Bundan başqa İspaniyada boşalmış neft an­barlarını doldurmaq üçün də pul lazım idi. Ölkənin neftə olan tə­la­ba­tı təmin edilməsə qısa zamanda İspaniyada həyat iflic vəziyyətə düşə bilərdi. Baş nazir İspaniya üçün zəruri olan bu maddəni SSRİ-dən də ala bilərdi, lakin onlar da verəcəkləri neftin əvəzini pulla ödəməyi tələb edəcəkdilər.

O pula ehtiyacı olduğu bu günlərdə «Standard Oyl»un tələb etdiyi 300 milyon dollarlıq təzminatı kreditlə ödəmək şərti ilə verə biləcəyini bildirdi. «Standard Oyl» onun bu təklifini heç araş­dır­ma­dan rədd etdi və İspaniyanı taleyin hökmü ilə baş-başa buraxdı.

Neft olmadığından ölkənin bir çox şəhər və qəsəbələri işıqsız qal­mış, zavod və fabriklər bağlanmış, nəqliyyat vasitələrinin hərə­kə­ti pozulmuşdur. Hər iki nəhəng neft şirkəti yaranmış vəziy­yət­dən istifadə etməyin vaxtı çatdığını duyaraq baş nazir Primo de Riveranın əleyhinə təbliğatlarını gücləndirdilər.

Primo de Rivera şirkətlərlə təzminat bairəsində müzakirə im­kan­ları axtardığı bir vaxtda, ruslardan neft almaq üçün tədbirlər gör­məyə çalışdı. Müəyyən danışıqılardan sonra ruslar İspaniyaya neft verməyə razılaşdılar. Artıq İspaniyada rus neft satılırdı. İflic və­ziy­yə­tə düşmüş iqtisadiyyat yavaş-yavaş dirçəlməyə başlasa da, xalqı sakitləşdirmək mümkün olmadı. Buna səbəb RokfellərinDe­ter­dinqin adamlarının rusların İspaniyada bir kommunist döv­lə­ti qur­maq üçün neft satdıqları təbliğatı idi. Əvvəldən də kom­mu­nis­tlərə düşmən bir millət olan ispaniyalılar bu təbliğatın təsiri al­tında Pri­mo de Riveranın hakimiyyətinə arxa çevirməyə baş­la­dı­lar.

Sovet hakimiyyəti tərəfindən İspaniyaya neft satıldığını qəbul edə bilməyən RokfellerDeterdinq himayələrində olan mətbuat orqanlarında İspaniyanın mallarını boykot etmək kompaniyasına başladılar. Bu təbliğatın nəticəsi olaraq İngiltərə əhalisi İspaniya­dan gələn malları almadığı kimi, Amerikada da ispan mallarına ağır gömrük vergiləri tətbiq edilməyə başladı.

İspaniya hər tərəfdən blokadaya alınmışdı. Ölkədən ixrac olu­nan malların satıla bilməməsi İspaniyaya ağır iqtisadi zərbə vurdu.

Bir ölkədə hakimiyyət çevrilişi həyata keçirməkdə Rokfellərə nisbətən daha usta olan Deterdinqin adamları Primo de Rivera hökümətini devirdilər. Bu zaman Fransaya sığınan Primo de Riveranın həyatı faciə ilə sona çatdı.

Müvəqqəti qurulmuş Respublika tərəfdarları ilə general Fran­ko arasında 1936-1938-ci illərdə baş vermiş vətəndaş müharibəsi zamanı İspaniyada həyat demək olar ki iflic vəziyyətə düşdü. Bu vətəndaş müharibəsində qalib gələn Frankonun hakimiyyəti uzun müddət davam etdi.


BİR XAİN DÖVLƏT XADİMİ OLUR

Qədim Ninva şəhərinin tarixi xarabalağı üzərində bu gün neft və qan ilə yoğrulmuş yeni bir şəhər meydana gəlmişdir. Bu şəhərin adı Mosuldur. XIX əsrdən bu yana bu şəhərdə gəzənlər, bu şəhərdə yaşayanlar bu şəhərin hər daşında, hər küçəsində, torpağının hər zərrəsində qan və neft iyini hiss etməkdədirlər.

Bu şəhər Osmanlı İmperiyasından atəşkəsə baxmayaraq əllə­rindəki silahlarını atəşkəsin şərtlərinə uyğun şəkildə istifadə et­məkdən imtina etmiş bir türk birliyinin vəhşicəsinə qətlamından son­ra qoparılmış, əksəriyyəti türk oğlu türk olan bir şəhərdir.

Neft istehsalçıları qətllər törətməklə ələ keçirdikləri bu şəhəri Lozannada yeni qurulmuş Türkiyə dövlətindən ayırmış, sonra da Millətlər Cəmiyyətinin bir qərarı və ümumxalq səsverməsi ilə ələ keçirmişdilər.

Şəhərin taleyi torpaqlarının dərinliklərində olan neftdən asılı olmuşdur. Mosul əhalisinin əksəriyyəti türk olan xalqı ilə birlikdə ana vətəndən ayrı qalmışdır. Yəni Birinci Dünya müharibəsindən sonra ingilislərin meydana gətirdikləri neft dövlətinin ərazisinə daxil edilmişdir. İraq dövlətinin sərhədlərini təşkil edən cizgilər içərisində qalan digər torpaqlar kimi buranın da ona məxsus ol­duğunu iddia etməkdədir.

Qarşıya belə bir sual çıxır: Mosul necə əldən çıxmışdır? Bü­tün bunlara cavab verə bilmək üçün Birinci Dünya mühribəsinin gedişini, atəşkəs dövrü və Lozanna sülh müqaviləsi ilə Millətlər Cə­miyyətinin 1926-cı ilə qədərki fəaliyyətinə nəzər salmaq lazım­dır. Bəli nəzər salmaqla bərabər əsl səbəb kimi ingilis qızıllarını da diqqətdən kənarda qoymaq olmaz.

Osmanlı İmperiyası neft istehsalçılarının bu şəhəri ələ keçir­mək üçün həyata keçirdikləri müharibə üzündən, həm də şəxsən təbəəsi tərəfindən arxadan xənçərlənərək parçalanmışdır.

İngilislər Birinci Dünya mühribəsində Mosul və ətrafını əldə etmək üçün sonradan İraqın başına gətirdikləri və ona kral dedikləri əmir Feysəl və digər ərəb şeyxlərinə külli miqdarda qızıl vermişdilər. İngilislər bu qızılların sayəsində də mədəni deyil, bədəvi olan bu adamların xəyanətlərini təmin etmişdilər.

Bu xəyanət əsrlər boyunca onları müdafiə və mühafizə etmiş Osmanlı İmperiyasına qarşı işlənmişdir. Türk ordusu arxadan xən­cərlənmişdi və bu I Feysəl adı altında İraq taxtına oturdulan bədə­viyə ən çox xidmət və yardım edən bir adam vardı. Bu adam haq­qın­da hər türkün məlumatı olmalıdır. Bu adam türk ordusunun informasını geyinərək qulluq etdiyi zaman ingilis kəşfiyyatının agent­ləri ilə əlaqə yaradaraq müsəlman olduğu üçün onun vətənini, irz-namusunu düşməndən qoruyan türk ordusuna çəkinmədən xə­ya­nət edən bir xaindir. Bu yüzbaşı çörəyini yediyi, sırtında şərəfli informasını daşıdığı məmləkətinə xəyanət etmişdir.

Türk ordusu Ərəbistan cəbhəsində qəhrəmancasına vuruşar­kən ən mühüm qərar və planların düşmənə sızdığını hiss edən türk hərbi kəşfiyyatı xeyli əziyyət çəkərək xaini aşkar etmişdir. Lakin, xain qaçaraq ingilislərə sığınmışdır.

Türk ordusunu arxadan vurmaq istəyən və ingilislərə satılmış Əhməd Cavad Robenson adlı qardaşlar da olmuşdur. Onlar bir əsr bundan əvvəl Osmanlı İmperiyasına sığınmış bir ingilis ailəsi­nin son fərdləri idi. Bu iki qardaşın xəyanətləri Hərbi Tribunal tə­rəfindən təsdiqləndikdən sonra onların barəsində güllələnmə qərarı çıxarıldı və dərhal yerinə yetirildi.

İngilislərə sığınan bu xain yüzbaşı haqqında Hərbi Tribunal qi­yabi ölüm hökmü çıxartdı: «İngilislərin lehinə və Osmanlı İmpe­ri­yasının əleyhinə cəsusluq etməkdə günahlandırılaraq qiyabi edama məhkum edilən yüzbaşı Nuri haqqında hökm fərari olduğu üçün yerinə yetirilməmişdir».

Edamdan qurtaran bu yüzbaşı Nuri Lavrensin ən çox gü­vən­diyi, İraq kralı Feysəlin sağ qolu və İraqın bir zamanlar tək hakimi olacaq Nuri Səid paşa idi. Bu şəxs uzun illər İraqda baş nazir pos­tunu tutmuş və İngiltərənin Entelijans Servisinin ən qüdrətli agent­lərindən biri olaraq ingilis neftinin müdafiəçisi vəzifəsini yerinə yetirmişdir. O bir müddətdən sonra Osmanlı İmperiyasına etdiyi kimi, ingilisləri də arxadan vurmaq istəyəcək, yəni neft məsələ­lə­rindən doğan bir ixtilaf zamanı amerikalılara meyl etdiyinə görə baş vermiş dövlət çevrilişdə öldürüləcəkdir.


MOSULA GEDƏN ORDU
İngilislər İraqda bir neft dövləti olan İraqın təməllərini atarkən, türklər də Anadoluda çətin bir milli mücadilə edirdilər. Min bir məh­rumiyyət içərisində aparılan bu mücadilə Allahın inayəti ilə müvəffəqiyyətlə nəticələnmiş, yeni bir türk dövləti qurulması üçün müəyyən tədbirlər görülmüşdür.

Yeni türk dövlətinin qurulduğu bu sıralarda ingilislər neft üzün­dən bir xeyli hadisələr planlaşdırırdılar. İngiltərə Bakı nefti uğrunda ruslar və «Standard Oyl» şirkəti ilə mücadilə edir, Fransa-Belçika və İtaliya ilə çəkişirdi.

Mosul məsələsini Millətlər Cəmiyyətinin təyin etdiyi bir heyət həll etməyə çalışsa da nəticə hasil olmurdu. İngilislər Mosulu ələ keçirmək üçün qeyri-insani tədbirlər görməkdən də çəkinmirdi. Böyük əksəriyyəti türk olan bu vilayətdə xalqın Türkiyəyə bağ­lanmaq istəməsinə qarşı görülən tədbirlər arasında terror, sürgünlər və həbslər də vardır.

Neft istehsalçıları Mosul məsələsində ingilis diplomatiyasının, ordusunun və donanmasının imkanlarından da istifadə etmişdilər. Bir ingilis donanması Bəsrə şəhərində fövqəladə vəziyyət yaranan zaman hərəkətə keçmək üçün işarə gözləyirdi.

İngiltərənin İraqdakı fövqəladə komissarı Hanry Davies Mil­lət­lər Cəmiyyətinin nümayəndə heyətinin xoş niyyətli hərəkətlərin­dən sui-istifadə etmişdir.

Qraf Teleki (Macarıstan hökumətinin əski baş nazirlərindən), İsveç səfiri Auf Virsen və belçikalı polkovnik Polisdən təşkil olun­muş tədqiqat heyəti ingilis fövqəladə komissarının təzyiqlərin­dən bezsələr də türk heyətinin rəhbəri olan orgeneral Cavad Ço­banlıya hörmətlə yanaşmışdılar.

İngiltərənin fövqəladə komissarının yerli əhaliyə qarşı vəhşicə­si­nə davranışını Cavad paşa və qraf Teleki də Mosulda gəzərkən yaxından izləyə bilmişdilər.

Qraf Teleki tərəfindən Millətlər Cəmiyyətinin Baş katibinə göndərilən bir raportda aşağıdakıları söyləməkdədir:

«Komissiya yanvarın 27-də Mosul şəhərinə çatan zaman müsyo Ruddulo və M.Şarrer ilə birlikdə şəhəri gəzmək istə­dim. Rəsmi paltar geyinmiş Cavad paşa da bizə qoşuldu. Biz polis məmurunun müşayiəti ilə küçədə addımlayırkən ərəb zənn etdiyim otuza yaxın şəxs paşanı dövrəyə alaraq əllərini öpdülər və «Yaşasın Türkiyə» deyə qışqırmağa başladılar. Bizi əhatə edənlərin sayı getdikcə artaraq təxminən iki yüz nəfərə çatdı. Bir neçə polis məmuru onları dağıtmağa çalışdı. Bazarın yanına çatanda insanların sayı daha da artmağa başladı. Burada da paşanı alqışla qarşıladılar. Bu zaman biri ingilis olmaqla üç polis zabiti də bizə qoşuldu. Polis məmurları xalqı dağıtmaq üçün yenidən hərəkətə keçdilər. İnsafən onu da qeyd etmək lazımdır ki, xalq da müqavimət göstərmədən dağıldı. Elə bu zaman arxamızda dayanmış iki polis məmurundan biri əlindəki ağacla dükanlardan birinə sığınmağa çalışan orta yaş­lı adamın üzərinə hücum edərək ağacla vurmağa başladı. Mən dərhal işə müdaxilə edərək ona dedim ki, «Millətlər Cəmiyyəti Məclisinin üzvünün gözü qabağında adam döyməyi sizə qada­ğan edirəm».

İngilislər dünyanın zəngin neft sahələrindən biri olan Mosulu ələ keçirmək üçün hər cür zorakılığa baş vurmaqdan çəkinmirdilər. İngilis fövqəladə komissarı Henry Davies Təhqiqat Komissiyasına verdiyi bir nota ilə türk mütəxəssislərinin dərhal Mosuldan uzaq­laşdırılmasını tələb etmişdir. Ancaq, komissiya bu təklifi qəbul etmədi. Bundan sonra daha da ağzınlaşan fövqəladə komissar Ca­vad paşanın yavəri də daxil olmaqla türk mütəxəssislərini həbs etdirdi. Komissiyanın rəhbərliyinin bu hadisəyə sərt reaksiya ver-məsi nəticəsində həbs olunanlar azad edildilər.

Göründüyü kimi, ingilislər Mosulu ələ keçirmək üçün hər cür tədbirə əl atırdılar. Belə tədbirlərdən biri də məhkum etmək istə­dikləri dövlətin sərhədləri daxilində planlaşdırıb həyata keçir­dik­ləri üsyanlar idi. Türk tarixinə Şeyx Səid üsyanı olaraq keçən hadisə də elə bu Mosul nefti üçün ingilislər tərəfindən planlaş­dı­rılmış bir üsyandı. Türkiyə bu üsyanı yatırmaq üçün qüvvələrini sə­fərbər edərkən, ingilislərin neft mənfəətlərini qorumaq üçün təli­matlandırılmış diplomatları dünyaya Türkiyənin cənub-şərq sər­həd­­lərində məskunlaşmış in­san­ların türk yox, kürd olduqlarını elan edir­dilər. Onların bu si­ya­sətləri üzündən Türkiyə-İraq sərhəd­lə­rində onminlərlə məsum insanın qanı tökülmüşdür.

Mosulun taleyi ingilis neft istehsalçıları tərəfindən təyin olun­muş­du.

Millətlər Cəmiyyətinin Mosul Təhqiqat Komissiyasının hazır­la­dığı sübutedici raporta baxmayaraq, təəssüf ki, türk hökuməti Mosul məsələsində kəskin addımlar atmamışdır. Cavad paşanın bütün təşəbbüslərinə və Təhqiqat Komissiyasının raportunun so­nunda «Türkiyə Mosul üzərindəki hüquqi haqlarından vaz keçmədikcə Mosulun bir başqa dövlətə verilməsi imkansızdır» cümləsi yazılmasına baxmayaraq, Mosul əldən çıxmışdır.

Türk hökumətinin yanlış qərarlarından biri səltənətə mənsüb mülkün sahiblərinin əlindən alınması və özlərinin də Türkiyə və­tən­daşlığından məhrum edilmələri olmuşdur. Əgər xanədanın əlin­dən bu ərazilərdəki mülklər alınmasa idi Mosul məsələsi ortaya çı­xan zaman onlar öz var-dövlətlərini hüquqi baxımdan tələb edə bi­lər­dilər. Bu tədbirin nədən düşünülmədiyini tarixçilər tədqiq edə­cək­dilər.

Türkiyə cənub sərhədində 1927-ci ildə baş vermiş Nasturi üsyanını yatırmaq üçün Yeddinci Korpus Diyarbəkrdəki başqa hər­­bi birliklərlə gücləndirildi və general Cəfər Təyyar paşa Əyil­məz ona komandan təyin olundu. Az bir müddətldə türk ordusu üsyanı yatırdı və Mosulu tutdu. Bu hadisə ilə barışa bilməyən İngil­tərə Türkiyəyə Mosulu dərhal azad etməsinə dair sərt bir nota göndər­di. İngiltərənin sərt hərəkətləri qarşısında Ankara Mosuldan qoşun­larını çəkmək qərarına gəldi. Bu qərar Yeddinci Korpusun koman­da­nı Cəfər Təyyar paşaya çatdırıldıqda o çox təəccübləndi. O, Ankaranın bu qərarına qarşı idi və Mosuldan çıxmaq fikrində de­yil­di. Bu məqsədlə o Ankaraya göndərdiyi teleqraflarında İngil­tə­rə­nin beynəlxalq aləmdə üzləşdiyi problemləri ortaya qoyaraq on­ların notalarının o qədər də ciddi olmadığını bildirirdi.

Cəfər Təyyar paşa iddialarında haqlı idi. İngilislər həqiqətən də hədə-qorxu gəlirdilər. Onların Mosul üçün yeni bir müharibə apara biləcəkləri də şübhəli idi. Məsələnin ciddi olmasını anlayan Mustafa Kamal paşa Cəfər Təyyar paşanı Ankaraya çağırmışdı. Ankarada aparılmış uzun müzakirələrdən sonra Mosul­dakı türk ordusunun geri çəkilməsi qərara alınmışdır. Qərarla rah­zılaşa bilməyən Cəfər Təyyar paşa ilə Mustafa Kamal paşa ara­sında ciddi fikir ayrılığı olmuşdur. Cəfər Təyyar paşa Mosulun və onun ətrafının əhalisinin əksəriyyətinin türk olduğu üçün ərazinin Türkiyəyə birləşdirilməsini, gənc türk dövlətinin müqəddəratına cavabdeh olan Qazi Mustafa Kamal paşa isə yeni dövlətin İn­giltərə ilə münasibətlərinin gərginləşməməsini istəmirdi. Gərgin müzakirələrdən sonra qoşunların Mosuldan çıxarılması qərarı qə­bul edildi və Cəfər Təyyar paşa Yeddinci Korpusun komandanı və­zifəsindən kənarlaşdırıldı.

O dövrdə siyasi şərtlərin belə bir qərarın qəbul edilib edilmə­mə­sinə imkan verib-verməməsini müzakirə etməyəcəyik. Yalnız, bu hadisədən faydalana bilmək üçün bir çox siyasi hadisələrin də lehimizə olduğunu bilirik. Bunlardan biri Genuya və Haaqa kon­franslarında İngiltərənin Rusiya və Amerika ilə münasibətləri gər­gin­ləşmişdi. Başı Bakı neftini ələ keçirməyə qarışmış İngiltərənin hələ rəsmi olaraq yiyələnmədiyi Mosul nefti üçün müharibə etməsi o qədər də real deyildi. Bunlardan başqa İngiltərənin Fransa, Bel­çika və İtaliya ilə münasibətləri də gərgin idi. Neft onları bir-birinə qarşı qoymuşdu. İngiltərənin özündə də vəziyyət baş nazir Lloyd Corcun əleyhinə dəyişmişdi. Buna səbəb Genuya və Haaqa kon­frans­larında İngiltərənin heç bir şeyə nail ola bilməməsi idi. Bun­ları görən və duyan İngiltərə ictimaiyyəti heç vaxt yeni bir müha­ribəyə tərəfdar ola bilməzdi.

Hadisələrin əsil mənasını daha dəqiq anlamaq üçün ingilis şərq­­şünaslarından Artur Moorun 1922-ci il iyulun 1-də «Tayms» qəzetində Bakı nefti uğrunda İngiltərənin apardığı mübarizəsinə dair çap etdirdiyi məqaləni eyni ilə vermək daha məqsədəuyğun olar: «Biz atəşkəsdən sonra əhalisinin böyük əksəriyyəti türk və müsəlman olan Qafqazı zəbt etmişdik. Bizim oralarda, hətta Xəzər dənizinin o biri tərəfində yerləşən məşhur və tarixi Mərv şəhərində də kifayət qədər ordumuz vardı. Əvvəllər bu ordu oralarda sabitliyi mühafizə edəcək qüdrətə sahib idi. Biz artıq bolşevikləri bu ərazilərdən uzaqda dayandırmağa müvəffəq ol­duğumuzu dünyaya elan etmişdik. Ancaq, bir az sonra bolşe­vizm qarşısında buraları tərk etməkdən başqa çarəmiz qalma­dı. Qarşıya belə bir sual çıxır: Biz nə üçün o əraziləri işğal et­mişdik? Şübhəsiz ki, Bakıdakı nefti ələ keçirmək üçün. Ancaq bunun uğrunda müharibə etmək üçün hələ hazır deyildik».

Bu məqalə açıqca göstərməkdədir ki, böyük sərmayələr yatır­ma­larına baxmayaraq İngiltərə Bakını əlində saxlamaq üçün mü­ha­ri­bəyə ­hazır olmamış və oranı tərk etmişdir.

Türk millətinin əleyhinə yönəlmiş hadisələr hələ Lozanna sülh konfransında başlamışdır. Orada Türkiyəni Qərb cəbhəsi koman­da­nı İsmət paşa təmsil etməkdə idi. Ancaq bu heyət əldəki bütün imkanlardan Türkiyənin xeyrinə istifadə edə bilmədi. Əgər onlar neftin nəyə qadir olduğunu bilsəydilər, hələ 1880-ci ildə bir irade-i səniyyə ilə «Məmaliki şahanə ərazisi» olaraq elan edilmiş Mo­sul­dakı neft ərazisindən başqa şəkildə istifadə edərdilər. Lozannadakı nümayəndə heyətimizin bütün müvəffəqiyyəti Dr. Rza bəy Nurun israrı ilə baş vermişdir. Yəni İngiltərə İraq neftindən özünə düşən 25%-in 11%-ni bizə 25 illiyə verməyə razı olmuşdur. Həqiqətən Lo­­zannada Türkiyəyə İraq hissəsindən verilən 10% bir hissə ol­maqdan çox uzaqdı və bu hərəkət xoş görünmək üçün edilmişdir.

Türkiyə dövləti yeni qurulmasına baxmayaraq neft istehsal­çı­la­rı bu döıvləti rahat buraxmırdılar. Onlar Mosul və onun ətra­fın­dakı əra­zi­lərdə yeni imtiyazlar əldə etmək üçün bir-birinin ardınca təkliflər irəli sürürdülər. 1923-cü ilin mart ayında admiral Chester adlı birisi Türkiyə hökumətinə müraciət edərək Mosula qədər uza­na­caq də­mir­yolunun hər iki tərəfində 20 kilometrə qədər enlilikdə olan ərazinin imtiyazını istədi. O, bu imtiyazın qarşılığında İs­tan­bul-Bağdad də­miryolu xəttinin Mosula qədər olan hissəsinin inşa­­sı­nı öz üzərinə götürdüyünü də bildirdi. Ankara hökuməti admiral Chesterin tələb etdiyi bu imtiyaz istəyində hər hansı bir təhlükə görmədi və 1923-cü ildə onunla 99 illik bir imtiyaz müqaviləsi bağ­ladı. Bu tarixdə Ame­ri­ka­da «Standard Oyl» ilə Amerika pre­zi­denti Hardinqin arasında ixtilaf baş verdi və o həyatını mü­əm­malı şəkildə başa vurdu.

Türkiyə hökuməti ilə 99 illik bir imtiyaz müqaviləsini imza­la­ma­ğa müvəffəq olan admiral Chester «Standard Oyl»un ada­mı idi. Elə buna görə də imtiyaz əslində dolayısıyla «Standard Oyl» şirkətinə verilmiş olurdu. Buna cavab olaraq «Royyal Datç-Şell Qrup» da «Standard Oyl» ilə şəxsən Amerika qitəsində və ABŞ-da mücadilə edərək yeni qələbələr qazanırdı. «Standard Oyl»un bu məğlubiyyət seriyası 1932-ci ilə, yəni Ruzveltin iq­ti­da­ra keçdiyi tarixə qədər davam edəcəkdir.

Admiral Chester Türkiyədən 99 illik imtiyazı aldıqdan sonra Ame­rikaya gedərək «Standard Oyl»dan öhdəsinə götürdüyü də­mir­yo­lu xəttinin inşaası üçün pul istədi. Lakin «Standard Oyl» pul ver­mək vəziyyətində deyildi. Çünki həm «Royyal Datç-Şell Qrup», həm də Amerika prezidenti Hardinqlə aralarında yaran­mış ix­tilafı həll etməyə çalışırdı. Beləliklə «Standard Oyl» ad­mi­ral Chesterə tələb etdiyi pulu vermədi və bu imtiyaz da ləğv edil­miş oldu.

İllər sürətlə gəlib keçirdi. 1925-ci ildə Millətlər Cəmiyyətinin təşkil etdiyi bir komissiya Türkiyə ilə İraqın sərhədlərini təsbit et­mək üçün durmadan çalışırdı. Burada həm Türkiyənin, həm də İra­qın nümayəndələri də iştirak edirdi. Ancaq, buna baxmayaraq son söz bu nümayəndə heyətlərinin olmayacaq, yəni Millətlər Cəmiy­yə­tinə tamamilə hakim olan İngiltərənin təzyiqi ilə neftli ərazilər Türkiyə sərhədləri xaricində qaldı. Beləliklə, yeni qurul­muş olan Türkiyə dövləti də bu sərhədləri qəbul etməyə məcbur oldu.

İraq artıq rəsmən bir dövlət olmuşdu. İngiltərə qurduğu bu «neft dövləti»ni himayəsi altına almışdır. İngilislər hələ Birinci Dünya mü­haribəsində və ondan sonra qəbul olunmuş atəşkəsdə Mosulda fəaliyyətə başlamışdılar. Türkiyə ilə İraq arasındakı sər­hədlər təspit edildiyi 1925-ci ildə Mosulda neft istehsal olunmağa başlanmışdı. Burada çıxarılan neft İngiltərənin və İraqın banklarını qızılla doldu­rur­du. Dünənin bədəvi ərəbi olan Feysəl kral I Feysəl adını almış və bu adla da taxta oturmuşdu. Onun ən yaxın adamı, eyni zamanda İn­gil­tərənin Entelijans Servisinin Orta Şərqdə mən­fəətlərini qoruyan və gələcəkdə İraqın baş naziri olacaq Nuri Səid paşa idi.



Nuri Səid paşa ingilislərdən aldığı əmrə uyğun olaraq ətraf­dakı yeni dövlətciklər və ərəb şeyxlikləri ilə dostanə münasibətlər qurmuşdu. Ərəb şeyxlərinin bir-biriləri ilə dost münasibətdə olma­la­rı ingilislərin Orta Şərqdəki neft mənfəətlərinin qorunmasının qarantı idi.

İraqın dövlət olaraq hər hansı bir əndişəsi yoxdu. Çünki İraqı ingilis donanması ilə Entelijans Servis himayəsinə almışdı. Əs­lin­də onlar İraq dövlətini yox, nefti mühafizə edirdi. Ancaq bu hima­yə və Orta Şərqdəki vəziyyət 1933-cü ilə qədər davam edəcəkdi. Yəni 1933-cü il bir fəlakətlər ili olacaqdır.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin