Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)



Yüklə 1,02 Mb.
səhifə13/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   ...   7   8   9   10   11   12   13   14   15

İngiltərə hökuməti Abadandakı ingilis mənfəətlərini qoru­maq üçün İran hökümətinin əlindən gələn tədbirləri görəcəyi­nə inanır. İrandakı ingilis təbəələrinin məruz qalacağı təzyiqlə­rə görə İran hökuməti məsuliyyət daşıyacaqdır».

İngiltərə hərəkətə keçmişdi. Qarşıya aşağıdakı suallar çıxır: İn­gil­tərə xarici işlər naziri Herbert Morrison nə demək istəyir­di? O göndərilən gəmilərə yenilərini də əlavə edəcəyiz deyər­kən kimi hədələyirdi? İranımı? İran bu ağır hədəyə dəyərmi? O kiçik və zəif bir dövlətdi. O halda bu sözlər kimə, hansı dövlətə aiddir?

Əsas həqiqət İngiltərənin hədələdiyi dövlət Rusiya ilə Amerika və onun arxasındakı «Standard Oyl» neft tresti idi. Heç vaxt İngiltərə İran neftinin əlindən çıxmasına razı ola bilməzdi.

İngilis neft mənbələrini tədqiq edənlər İngiltərənin qüdrətinin bu xam maddəyə, yəni neftə minnətdar olduğunu müşahidə edirlər. İngiltərə neft sayəsində dünyanın istədiyi hər hansı bir yerində ar­zu­ladığını açıq və ya gizli əldə etməkdə, arzu etdiyi tədbirləri gör­mək­də özünü, yəni İngiltərəni haqlı olduğunu da görürdü.

İngiltərə hökuməti xarici işlər nazirinin ağzı ilə elə bir dillə da­nışırdı ki, bu müraciət formasında və tədbirlərin açıqlanmasında adətən bir meydan oxuma, bir müharibə ədası vardı.

Qarşıya bir sual çıxır: İngiltərə həqiqətən İran nefti üzün­dən bir müharibəyə girə bilərdimi? Buna tərəddüdsüz olaraq verilən cavab sadəcə olaraq xeyrdən ibarətdir. Çünki İngiltərə üçün vacib olduğuna inandığımız Üçüncü Dünya müharibəsinin hələ vaxtı gəlib çatmamışdı.

İngiltərə qorxulu bir qüdrət halına gələn Amerikanın istədiyi dərəcədə yorğun düşmədiyini bilirdi. Halbuki, Amerika Koreyada yorulurdu, ancaq Koreyanın Amerikanı yorması o qədər də inan­dırıcı deyildi.

Amerikanın gücdən düşməsi üçün yeni-yeni münaqişə cəbhə­lə­ri­nə ehtiyac vardı.

Ayrıca olaraq İngiltərə dənizlərdəki üstünlüyündən istifadə edərək Amerikanı millətlərin gözündən salmanın vaxtını gözləyir­di. Bu İngiltərəni İranda müharibəyə girməkdən çəkindirən səbəblər­dən birincisi idi. İkinci səbəb isə Rusiya-İran və İngiltərə arasında 1907-ci ildə bağlanan anlaşma idi. İngiltərə bu xüsusu nəzərə al­ma­ya bilməzdi. Çünki Rusiya dərhal bu müqavilənin maddələrinə dayanaraq İranın yarısını işğal etməsi imkanını əldən buraxmazdı. O təqdirdə də İngiltərə-Rusiya müharibəsi qaçılmaz bir zəru­rət ola bilərdi və belə bir müharibə isə İran neftinin əldən çıxması demək olardı.

İngiltərə yaxşı bilirdi ki, onun İrana hər hansı bir müdaxiləsi Rsiyanın da hərəkətə keçərək İranın bir hissəsini işğal edəcəyi ilə nəticələnəcəkdi. Bu səbəbdən də İngiltərə bir hədələmə yolunu tut­mağa məcbur oldu.

İngiltərə İranda ona məxsus nefti qorumaq üçün Abadana hər­bi gəmilər göndərirkən «Standard Oyl» şirkəti də müəyyən təd­birlər görməyə çalışır. Yəni o dövrdə dünyanın ən məşhur iqtisad­çı­larından biri olan Maks Thornbourqhun dili ilə ingilislərin İran nefti uğrunda apardığı mübarizədə tətbiq etdiyi üsulu ağılsızlıq adlandırdı. Başqası belə bir fikri söyləsə idi, o qədər də əhəmiyyət verilməzdi. Ancaq bu sözləri söyləyən şəxs «Standard Oyl of Ka­lifornia»nın iqtisadi məsələlər üzrə mütəxəssislərindən biri idi.

Onun bəyanatı açıqca «Standard Oyl»un Rusiya ilə birlikdə olduğuna işarə idi. Qarşıya belə bir sual çıxır: «Standard Oyl” İran nefti məsələsində «Royyal Datç-Şell Qrup» şirkəti ilə qarşı-qarşıyamı gəlirdi? Bəli. Amerika irəlidə də göründüyü kimi İran neftini ələ almağa qərarlı idi və bu yolda bütün imkanlarından istifadə etməyə çalışırdı. «Standard Oyl» məsələlərə açıqca mü­da­xilə edə bilməsə də, baş verən hər bır xırda hadisədən də xeyrinə istifadə etməyə çalışırdı. Onun mıdaxilə edə bilməməsinə səbəb həm müharibə dövründə, həm də 1948-ci ildə ingilislərlə amerika­lı­lar arasında on illiyə bağladıqları müqavilə idi. Bunun müddəti­nin bitməsinə hələ iki il qalırdı. Bu səbəbdən də Thornbourqun sözləri o qədər də təsirli deyildi.

İrandakı neft ixtilafı bütün Orta Şərqi hədələyirdi. İran höku­məti çıxılmaz vəziyyətə düşsə də müəyyən tədbirlər görməyə çalı­şırdı. Kommunistlərin təşkil etdikləri nümayişləri dayandırmağa ça­lışsa da istədiyinə nail olmurdu. Belə bir vəziyyət qarşısında qa­lan Hüseyn Ala 1951-ci il aprelin 14-də ölkədə fövqəladə vəziyyət elan etdi.

Abadandakı neftayırma zavodlarında çalışan 12000 fəhlədən 9000-i qeyri-qanuni tətillərə qoşuldu. Bu da neft istehsalının da­yan­masına səbəb oldu. Abadan neftayırma zavodlarında hər gün 18 mil­yon qallon (1 qallon-4,5 litr) neft istehsalı tətillər üzündən10 milyon qallona düşmüşdü. Bu rəqəm hər keçən gün azalırdı. Aba­danda tətil getdikcə artır və küçə nümayişləri fasiləsiz davam edir­di. Hətta ara-sıra nümayişçilərlə polis arasında qarşıdurma da baş verirdi.

1917-ci ildən bəri ilk dəfə meydana gələn bu ciddi vəziyyət İran hökumətini yeni-yeni tədbirlər görməyə sövq etdi. Baş nazir Abadandakı vəziyyətə nəzarət etmək üçün oraya qoşun göndərdi. Ancaq qoşunun Abadana gəlməsi də vəziyyətə təsir etmədi.

İran nefti məsələsi beynəlmiləl siyasətdə təhlükəli vəziyyət yaratmışdı. Xüsusilə də bu təhlükə Orta Şərq ölkələrində özünü da­ha çox göstərirdi. 1951-ci il aprelin 14-15-də Abadanın küçə­lə­rində nümayişçilərlə polis arasında baş vermiş qarşıdurmada iki nəfər də ölmüşdür. Neftayırma müəssisələrində çalışan 30 nəfər amerikalı mütəxəssis də Tehrandakı səfirliklərindən aldıqları təli­mata uyğun olaraq təcili Abadanı tərk edərək Bəsrəyə getmişdilər.

İranda Razmaranın öldürüldüyü günlərdə ortada bir şəxsin adı daha çox dolaşırdı. Bu şəxsin adı Jeacok idi. İngilislər bu şəx­sin bir tudəçi lider olduğunu irəli sürdükləri halda, Fədai İslam Cəmiyyəti isə onun bir ingilis cəsusu olduğunu söyləyirdilər. Onlar bu şəxsi İranın indiki vəziyyətə düşməsinin səbəbkarı hesab edirdilər.

Fədai İslam Cəmiyyəti «ingilislər bu tətilləri xüsusi olaraq təşkil edirdilər ki, İranı istila entmək üçün bəhanələri olsun» fikrini irəli sürürdülər: Buna inanmaq mümkündürmü?

Bu suala ikibaşlı cavab verilə bilər: Mümkün də ola bilər, olmaya da bilər. Ancaq, biz ingilislərin belə bir həssas dövrdə bu işi görə biləcəklərinə, yəni İrandakı tətilləri şəxsən onların çıxara biləcəklərinə və bu tətillərdən faydalanacaqlarına o qədər də əmin deyilik.

İngilislər «Standard Oyl»un təmsilçisi iqtisadçı Thornbour­qun söylədiyi sözlərə o qədər də əhəmiyyət vermədilər. İngilislər özlərini çox sakit aparsalar da başqa yerdə «Standard Oyl» şir­kətinə bir zərbə vurdular və dünyanın məşhur generallarından biri­si­ni, bir respublikaçını siyasətdən kənarlaşdırmağa nail ol­du­lar.

İran hökuməti Abadana silahlı qüvvələr göndərdiyi gün Tür­kiyədə xarici işlər naziri professor Fuad Köprülünün rəhbərliyi altında Türkiyənin London, Paris və Romadakı böyük elçiləri An­karada çox vacib bir toplantı keçirirdilər.

Türkiyə İngiltərə-İran neft ixtilafından meydana gələn bu və­ziy­yətdə toplantı keçirməyi vacib saymışdır. Türkiyə Orta Şərqdə həmsərhəd olduğu bir məmləkətdə Rusiyanın törətdiyi hadisələrə biganə qala bilməzdi. Bu səbəblə də vəziyyəti ən ciddi şəkildə iz­lə­mək və siyasətini ona görə qurmaq məcburiyyətində idi. Türkiyə İran hadisələri ətrafında dünyanın siyasi mərkəzlərində qurulan plan­ları anlamaq, bilmək istəyirdi. Türkiyə İrandakı vəziyyətin çox ağır olduğunu dərk edirdi.

Ankaradakı bu toplantının keçirilməsindən bir gün sonra İra­nın baş naziri Hüseyn Ala İngiltərənin xarici işlər naziri Herbert Morrisonun parlamentin aşağı palatasında verdiyi bəyanata cavab olaraq: «İngilislər hərbi müdaxilə edərlərsə, öz mənfəətləri baxımından bu hərəkət ağır bir zərbə olar. Eyni zamanda in­gilis hökümətinə etimadım vardır. Çünki İngiltərənin beynəl­xalq sülhü təhlükə altına ala biləcək hər cür tədbiri bitərəfləş­dirə biləcəyinə inanıram» fikrini söyləmişdir. Baş nazir bu bəya­natı tam zamanında vermişdi. O, İngiltərənin zor tətbiq etməyəcə­yi­ni bilirdi.

Baş nazirin bu sözləri də, Amerikanın neft ixtilafının həlli üçün atdığı addım da İranda vəziyyəti dəyişdirmir və gərginlik bü­tün hiddəti ilə davam edirdi. Bu bəyanatın tək müsbət tərəfi in­gi­lis­lərin həqiqətən də zor tətbiq etməmələri olmuşdur.

İrandakı vəziyyət yüksək nöqtəsinə çatdığı zaman Deterdinq və ya Entelijans Servis İrandakı ixtilaf üzündən Amerikadan yük­sə­lən tənqidi səslərə cavab verir və Uzaq Şərqdə bir başqa mühüm hadisənin baş verməsinə səbəb olurdu. Bu hadisə sonralar Ameri­kanı yerindən oynadaraq prezident Trumeni çox çətin bir vəziy­yətə salacaqdır.

Koreyada Birləşmiş Millətlər Təşkilatında iki bloka ayrılmış qüvvələr, yəni kommunistlərlə azad Qərb dövlətləri cəbhəsi qarşı-qarşıya gəlmişdi. Koreyada qorxulu bir müharibə davam edirdi. BMT-nin ordusu adı altında kommunistlərlə müharibə edən qoşun­ların komandanı isə İkinci Dünya müharibəsi iştirakçısı və Ameri­ka ordusunun ən yüksək rütbəsi olan beşulduzlu generalı olan ge­ne­ral Mak Arturdu. Uzaqgörən bir hərbiçi olan bu general Kore­ya­dakı müharibənin tezliklə başa çatmasını istəyirdi. O, Şimali Koreya qoşunlarını təmin edən bazaların əsas hissələrinin kommu­nist Çinin ərazisində və Xan çayı vadisində olduğunu aydın bilirdi. Onun fikrinə görə əgər bu təminedici bazalar bombardıman edilər­sə Koreyadakı bu müharibənin dayandırılması tezləşərdi.

General Mak Artur bu planını hər dəfə Vaşinqtona bildirsə də müsbət cavab ala bilmirdi. General bu planın yerinə yetiril­mə­sini təkidlə tələb etdiyi vaxtlarda Amerikada, Demokrat Partiyası hakimiyyətdə olmaqla bərabər bu partiya «Standard Oyl» şirkə­ti­nə düşmən mövqedə idi. Onların düşmənçiliyinin əlli illik bir tarixi vardır.

1951-ci il aprelin 11-də Amerikada bütün dünyanı heyrətləndi­rən bir hadisə baş verdi. Şəxsən Trumenin imzaladığı və dərhal tətbiq etdiyi qərarla general Mak Artur vəzifəsindən azad edilir. Trumenin bu qərarı dünyanın böyük siyasi mərkəzlərində, xüsusi­lə BMT-də maraqla qarşılanır. Onun bu qərarı siyasi mərkəzlər üçün gözlənilməz olur. Bu qərardan sadəcə olaraq bir nəfər təəc­cüb­lənməmişdi. Bu şəxs Deterdinq idi. Çünki Mak Arturun et­mək istədiyi hərəkətin ağırlığını bilirdi və ingilis diplomatiyasının müxtəlif vasitələri ilə bunun gələcəkdə yeni dünya müharibəsinə səbəb ola biləcəyini prezident Trumenə çatdırmışdır. Bəlkə də generalın bu hərəkətinin arxasındakı həqiqi səbəbin «Standard Oyl» olduğunu da söyləmişdir.

Amerika da daxil olmaqla başqa ölkələrdə də generalın «Stan­dard Oyl»un toruna düşdüyü də açıqca yazılmışdır. Beş ulduzlu generalın Respublikaçılar Partiyasına rəğbəti olduğu da hamıya məlum idi. Generalın azad edildiyi vaxtlarda Uzaq Şərqdəki Kore­ya müharibəsi ilə əlaqədar tədqiqatlar aparan respublikaçı senator­lar­dan birinin mətbuata verdiyi bəyanat çox maraqlıdır. Bu senator bəyanatında generalın azad edilmə əmrini alarkən «Uzaq Şərqdə çox mühüm işlərim vardı. Ancaq, Vaşinqtona dönmək məcbu­riy­yətində idim. Üçüncü Dünya müharibəsi bu zaman Vaşinq­tonda baş verdi. Orada Trumenlə müharibə etməyə gedirəm» sözlərini demişdir. Bu senatoru Trumenə qarşı belə mövqe tut­ma­sının səbəbi beş ulduzlu generalın vəzifsindən azad edilmə­si­dirmi? Xeyr. Bu müharibə qərarının arxasında başqa səbəblər yatırdı və bu işin içində «Standard Oyl» şirkətini görməmək müm­kün deyildir.

Amerika da daxil olmaqla dünyanın çox yerində sevilən gene­ra­lın vəzifəsindən azad edilməsi vətəni Amerikada çox kəskin re­aksiyalara səbəb oldu. Trumen də verdiyi qərarı geri götürə bil­məzdi.

Uzaq Şərqdə respublikaçı senatorun verdiyi bəyanatdan dərhal sonra Trumen əleyhinə nümayişlər başladı. Bunların ən mühümü Amerikanın avtomobil sənayesinin mərkəzi sayılan Detroiddə keçirildi. Neft ilə çox sıx əlaqələri olan avtomobil sənayesində be­lə bir nümayiş keçirilməsi isə ayrıca üzərində durulacaq qədər mühüm mənalar daşıyırdı. Trumenin əleyhinə hərəkət o qədər genişlənmişdir ki, Amerikada bir-birinə rast gələn hər kəsin ver­diyi sual «Amerikanı Trumenmi yoxsa,Atleemi idarə edir? məzmunda idi.

İran hadisələrinin ən kritik bir zamanında Trumen Mak Artır ixtilafının iç-üzü bacarıldığı qədər gizli saxlanılmağa çalışılırdı.

Beşulduzlu general Mak Artur məsələsi dünyanı hədələyən hadisələrdən sadəcə bir dənəsi idi. Siyasi üfüqlər qara buludlarla ör­tülməyə başlamışdı. Uzaq Şərqdə Koreya, Hindi-Çində Xo Şi Min, yəni Vietkonq, Orta Şərqdə isə İran dünya sülhünü hədələyən sahələr idi. Bütün bu ərazilər isə siyasətçiləri daima məşğul edən neft sahələrinin ya çox yaxınlığında, ya da içindədirlər.

Vyetnam «Royyal Datç-Şell Qrup»a məxsus neft sahələrinin lap yaxınlığında, İran isə hər kəsə məlumdur.



TÜRKİYƏ İRAN MƏSƏLƏSİNƏ

MÜDAXİLƏ EDİR

İrandakı hadisələr Türkiyədə diqqətlə izlənirdi. Hadisələrin gər­gin bir anında Türkiyəyə gözlənilmədən bir qonaq gəldi. Bu şəxs İkinci Dünya müharibəsi zamanı Çörçill hökumətinin hərbi naziri olmuş Samuel Hoare Belisha idi. O, həm də müharibədən sonra Baldivinin baş nazir olduğu illərdə S.İ.S. deyilən «Special İntelligence Sestion» kəşfiyyat idarəsinin əsrarəngiz şefi Qeorq Cockerillin də ən yaxın dostu idi.



Samuel Hoare Belisha bütün Ərəbistan yarımadasını, Yuna­nıstanı gəzdikdən sonra Türkiyəyə gəlmişdir. Onun mətbuata ver­diyi bəyanata görə Türkiyəyə gəlişinin heç bir rəsmi mənası yox­dur. Sadəcə olaraq qeyri-rəsmi görüşlər keçirəcəkdir. Ancaq o Tür­ki­yə­nin dövlət və hökumət üzvləri ilə görüşlər keçirərək on­larla tanış olmuşdur. Onun bu görüşləri haqqında heç bir açıqlama verilmədi. Ancaq bu müzakirələrin mahiyyəti də gözdən qaçmadı. İranda böh­ranlı vəziyyətin yaranması və ingilis neftinin taleyi həll olunduğu bir vaxtda Türkiyəyə bir ingilis sabiq naziri hər halda is­tirahətə gəl­mə­mişdi. Onun Ankaradakı görüşlərinin məzmunu barədə hələ də əldə elə bir məlumatlar yoxdur. Ancaq qətiyyətlə de­mək olar ki, bu gö­rüşmələr İran hadisəsi ilə əlaqəli idi və bəzi tədbirlər görmək üçün İngiltərə ilə Türkiyə arasında razılaşmalar da olmuşdur.

Ankarada bu müzakirələr aparılarkən İranda da Rusiyanın agent­ləri ilə birlikdə İran Xalq Partiyası (Tudə) və Fədai İslam Cəmiyyəti geniş fəaliyyətə başladılar. Onlar nümayişlər və ixtişaş­lar törətməkdən də çəkinmirdilər. 1951-ci il aprelin 21-də Fədai İs­lam Cəmiyyəti Tehranda Nah camesi önündə geniş bir nümayiş təş­kil etmişdi. On minlərlə insanın iştirak etdiyi bu mitinqdə Fədai İslam Cəmiyyətinin liderlərindən Seyid Məhəmməd Nəqayi sərt çıxış edərək baş nazir Hüseyn Alanı hədələmişdir: «Hüseyn Ala, Hüseyn Ala... Din və imandan ayrılma, yoxsa sənin də aqibətin o birilərinki kimi olar».

Bu hədələr qarşısında hökumət heç bir tədbir görməyərək su­sur­du.

Neft artıq İranda beynəlxalq bir ixtilaf mövzusu olmuşdur. İranda baş nazir hədələndiyi bir vaxtda Türkiyədə geniş siyasi fəa­liyyətlər cərəyan etməkdə idi. Ankara sanki İran neft böhranının qəlbi halına gəlmişdi. Türkiyədəki İngiltərə, Amerika, Fransa, İran və Pakistan səfirləri növbə ilə Türkiyənin xarici işlər naziri Fuad Köprülünü ziyarət edirdilər. Bu görüşlər İrandakı böhranla əla­qədar idi. Vəziyyət o qədər gərgin və ciddi idi ki, tərəflərdən hər hansı birisinin atacağı yanlış addım bəlkə də Üçüncü Dünya müharibəsinin baş verməsinə səbəb ola bilərdi. Elə bu baxımdan da Türkiyə siyasi hadisələri böyük bir diqqət və həssaslıqla izlə­mə­yə məcbur idi.

Yuxarıda adlarını çəkdiyimiz ölkələrin səfirləri 1951-ci il aprelin 21-də Türkiyə Xarici İşlər Nazirliyində İran məsələsini müzakirə etmək üçün dəvət olundular.

Rusiya tərəfdən İrana hər an hərbi müdaxilə ola bilərdi. Onlar sərhədə böyük hərbi qüvvə cəmləşdirmişdilər. Türkiyə, İngiltərə, Fransa, Amerika və başqa dövlətlər Rusiyanın İrana hərbi müdaxi­lə etməsindən qorxurdular.

İngiltərənin hərbi naziri Emmanuel Shinvelin gözlənilən mü­ha­ribə təhlükəsindən bəhs edərək: «Koreya müharibəsində baş verənləri İrandakı qarışıqlıqlar daha da sürətləndirmək­də­dir. Əgər İrandakı vəziyyət düzəlməzsə, müharibə Orta Şər­qə də sirayət edəcəkdir» demişdir.

İngiltərə, dolayısı ilə də Deterdinq həqiqətən də çıxılmaz və­ziyyətə düşmüşdür. İran hadisələri onlar üçün həqiqətən də ciddi bir mahiyyət daşıyırdı.

İngiltərənin hərbi nazirinin bu bəyanatından üç gün sonra İs­tan­bulda olan Samuel Hoare Belisha jurnalistlərlə görüşəndə «əs­ki sazişlər ən yaxşı sazişlərdir» demişdir. Onun bu bəyanatı İran­da da, İranın işlərinə burnunu soxan «Standard Oyl» şirkətinə də bir xəbərdarlıq idi. Bu bəyanat istər İrana, istər Amerikaya daha doğ­rusu «Standard Oyl»a sazişlərə sadiq qalmalarını tövsiyyə edir­di.


İRANIN FƏLAKƏTLİ DÖVRÜ.

MÜSƏDDİQ HÖKUMƏTİ

İranda hadisələr getdikcə dərinləşirdi. Artıq hər kəs neftin mil­liləşdirilməsindən bəhs edirdi. Rusların nefti ələ keçirmək üçün ilk mərhələ olaraq irəli sürdükləri «milliləşdirmə» təbliğatı baş tut­muş və bu fikir xalq tərəfindən mənimsənilmişdir. İranın hər tə­rə­fində keçirilən və təşkilatçıları Fədai İslam Cəmiyyəti ilə Tudə Par­tiyası olan nümayişlərin əsas şüarı bu olmuşdur. Ruslar İranda nefti milliləşdirdikdən sonra necə olursa da ələ keçirə biləcəklərinə inanırdılar. Bu baxımdan 1951-ci ilin aprel ayı İran üçün fəlakətli günlərin başlanğıcı olmuşdur.

Baş nazir olduğundan bəri Hüseyn Ala daima rus səfirinin təzyiqinə məruz qalırdı. Rusiyanın səfiri neftin milliləşdirilməsi fik­rini müdafiə edir və baş nazirin bunu reallaşdırmasını istəyirdi. Neftin milliləşdirilməsi Rusiyanın mənfəətləri baxımından qəbul ediləndir deyən rus səfiri çıxışına «Rusiya Orta Şərqdə həm­sər­həd bir ölkədə imperialist siyasət yürüdən qərblilərin olma­sın­dan razı deyildir» sözlərini də əlavə etmişdir.

İranın baş naziri Hüseyn Ala rus elçisinin, Tudə Partiyasının və Fədai İslam Cəmiyyətinin xəbərdarlıq və hədələrinə baxmaya­raq nefti milliləşdirməyə tələsmirdi. O da qətlə yetirilən əski baş na­zir Raz­ma­ra kimi düşünür və bütün bu təzyiq və təhdidlərə sinə gə­rirdi.

Ruslar neftin milliləşdirilməsi üçün nə tələb olunurdusa onu da yerinə yetirməyə çalışırdılar. Onlar Milli Məclisə də nüfuz edərək özlərinə tərəfdar tapmışdılar. Hüseyn Alanı Milli Məclisin üzvləri də milliləşdirmə məsələsində sıxışdırırdılar. Artıq təzyiqlərə davam gətirə bilməyən baş nazir Hüseyn Ala istefa ərizəsini şaha təqdim etdi. Onun istefasından sonra ölkədə hökumət böhranı ya­randı və heç kəs baş nazir olmaq istəmirdi.

Şahın baş nazir postuna göstərdiyi namizədlər Tudə Partiyası və Fədai İslam Cəmiyyətinin terrorundan qorxduqları üçün höku­mət qurmağı qəbul edə bilmirdilər. Bir müddət sonra bu iki təşkilat Müsəddiq adlı şəxsin baş nazir olmasına razılıq verdilər. Şah da Müsəddiqin hökuməti qurmasına razı deyildi. Elə bu səbəbdən də müraciətləri rədd edirdi. Ancaq, təzyiqlərə dözə bilməyən şah Mü­səd­diqin baş nazir olması təkliflərinə razı oldu. Beləliklə Müsəd­diq İranın baş naziri oldu və hökumətə rəhbərlik etməyə başladı.



Müsəddiq baş nazirliyinin şah tərəfindən təsdiq olunmasını gözləmədən dərhal öz qərarlarını verməyə başladı. Şah Müsəddi­qə necə nifrət edirdisə, Müsəddiq də şaha o qədər nifrət edirdi.

Müsəddiq baş nazir olduğu zaman neft ixtilafı xüsusunda «Anglo Persian» şirkəti tərəfindən İran hökumətinə verilən tək­lif­lər paketi artıq onun masasının üstündə idi. Ancaq onun fikri qəti idi. Yəni ingilisləri İrandan qovacaq və nefti milliləşdirəcək­dir.

İrandakı hökumət böhranına yol açan Hüseyn Alanın iste­fa­sı­nın ertəsi günü «Anglo Persian» şirkəti tərəfindən İrana verilən tək­liflərə dair İngiltərənin xarici işlər naziri Herbert Morrison «İstefa edən İran baş naziri Hüseyn Ala kabinetinə neft ixt­il­a­fı­nın həlli üçün yeni təkliflər irəli sürülmüşdür.



«Anglo Persian» neft şirkətinin əldə etdiyi gəlir yarı-yarıya bölünəcək və şirkət işçilərinin əksəriyyətini iranlı fəhlələr təş­kil edəcəkdir. Ancaq Hüseyn Ala hökuməti bu təkliflərə cavab vermədən istefaya getməyə məcbur olmuşdur. İngiltərə neft sahələrinin milliləşdirilməsi təklifinin İran ilə «Anglo Persian» şirkətinə aid olan bir məsələ olduğuna dair İranın irəli sür­dü­yü iddianı qəbul etməyəcəkdir» bəyanatını vermişdir. Nazir bu bə­yanatı verməkdə haqlı idi. İrandakı neft ixtilafı həqiqətən «Anglo Persian» ilə İran arasında həll ediləcək bir məsələ deyildi. Bəyаnatın verilməsinin əsas səbəbi Müsəddiqin şahın hökuməti təsdiq etməsini gözləmədən Gülüstan sarayında yerləşən baş nazir­lik­dən neftin milliləşdirilməsini elan edən ilk hökumət qərarı idi.

Ruslar hədəflərinə çatmışdılar, yəni neft İranda milliləş­diril­miş­di. İngilis mətbuatı Müsəddiqin bu qərarının İngiltərə tərəfin­dən tanınmayacağını yazırdı.



Müsəddiq baş nazir kürsüsünə oturar-oturmaz Rusiyanın İran­dakı səfiri İvan Sadxikov dərhal onun hüzuruna gəlmiş və 80 dəqiqə söhbət etmişdi. Yerli və xarici jurnalistlərin verdikləri su­alla­ra sadəcə gülümsəməklə cavab vermişdi. Ancaq İvan Sad­xikovun Müsəddiq ilə görüşünün məzmunu ertəsi gün məlum ol­muşdu.

İranda Tudə Partiyasının xalqı üsyana çağıran «Mərdom»«Zəfər» adlı mətbuat orqanları bağladılmış və məsul işçiləri həbs edilmişlər.

Rus səfirinin Müsəddiq ilə görüşünün məzmunu bu qəzetlərin təkrar nəşrə başlamalarından bəlli olmuşdur. Rus səfiri bu iki qə­zetin nəşrə başlamalarını və həbs olunanların azad edilməsini tələb et­dik­dən sonra Müsəddiq onun bu təkliflərini dərhal yerinə yetir­miş­dir.

Artıq İranda yeni bir dövr, yəni rus dövrü başlayırdı. Müsəd­di­qin iqtidara keçməsi ilə hər şeyin həll ediləcəyinə inananların ümidləri boşa çıxdı. Çünki nə nümayişlər dayanmış, nə də ölkədə normal idarəetmə qurula bilmişdi. İran tam mənası ilə bir inqilab ölkəsi mənzərəsinə bürünmüşdü.

İran bü səfər kommunistlərin əlində oyuncaq olmuşdur. Bey­nəl­xalq kommunist bayramı olan 1 May İranın hər tərəfində çox təntənəli şəkildə keçirilməyə başlamışdı.

Tudəçilər ilə fədailər anarxist hərəkətləri ilə keçirdikləri 1 May bayramında xalqı narahat etdikləri üçün polis işə qarışmalı olmuş­dur. Nəticədə qarşıdurma yaranmış və hər iki tərəf zərər görmüş­dür. Zavalı İran neft üzündən bir gün rahat nəfəs almamış və ölkə hər an partlamağa hazır bir barıt çəlləyi halına gəlmişdir.

Kommunistlər indi də yeni bir metod tətbiq etməyə başlamış­dı­lar. Bu da sabotaj idi. Sabotaj hərəkətləri İranı bürümüşdü. Bu sabotaj hərəkəti Abadanda özünü daha çox göstərirdi. Onlar Aba­dan­da yanğın törətsələr də istədiklərinə nail ola bilməmişdilər.

Çünki ingilislər istər neftayırma zavodlarını, istərsə də neft quyularını çox ciddi qoruyurdular. İran ordusuna məxsus əsgərlər də Abadanın mühafizəsində yaxından iştirak edirdilər.

Kommunistlər yalnız Abadandan təqribən 150 km şimalda olan Net Sufit neft məntəqəsində yanğın törədə bildilər.

Müsəddiq isə kommunistlərin bu hərəkətlərindən öz lehinə istifadə edərək ingilisləri günahlandırdı. O, neftin milliləşdirilməsi qərarını qəbul etsə də, şah hələ təsdiq etməmişdir. Müsəddiq sabo­taj­lar vasitəsilə şaha təzyiq etmək və neftin milliləşdirilməsi qə­ra­rı­nı təsdiqlətmək istəyirdi. Şah da qanunu belə bir şəraitdə im­za­la­maq istəmir və sanki gələcəkdə başına gələnləri hiss edirdi.

Artıq təzyiqlərə dözə bilməyən şah 1951-ci il mayın 2-də nef­tin milliləşdirilməsinə dair Müsəddiqin qəbul etdiyi qərarı təs­diq­lə­di.

İran şahı Rza şah Pəhləvinin neft qanununu imzalayarkən in­gi­lis və amerikan səfirləri Müsəddiqi ziyarət edərək neftin mil­li­ləş­diril­mə­sinə qarşı etğirazlarını bildirdilər. Dövlətlər siyasi danı­şıq­larda neft trest­lərini himayə etdiklərini bir daha ortaya qoy­muş­du­lar.

Amerika İrandakı hadisələrə qarşı İngiltərə ilə müştərək hərə­kət etmişdi. Lakin o bu işin arxasında daima öz mənfəətlərini göz­lə­miş və gələcəyin xatirinə sərmayələr qoymuşdur. «Standard Oyl» «Royyal Datç-Şell Qrup»un malı olan İran neftindən hissə almağa qərarlı idi. Bu səbəblə də pərdə arxasında ruslarla gizli oyun­lar oynayır və İngiltərəni dizə çökdürməyə çalışırdı. O İran ha­di­sələrinin arxasında İngiltərəni Orta Şərqdən uzaqlaşdırmaq istəyən bir səyasəti planlaşdırırdı. Lakin «Standard Oyl» «Royyal Datç-Şell Qrup» ilə 1943-cü ildə imzaladığı onillik bir sülh mü­qa­vi­ləsi vardı və bu anlaşma «Standard Oyl»un rəsmən ortaya çıx­ma­sına mane olmaqda idi. Bu anlaşmanın olması «Standard Oyl» u İngiltərə ilə açıq bir mücadilədən çəkindirirdi. Amerikalılar Qərb blokunun qarşısında dayanan kommunist blokuna o qədər də inan­mır və İngiltərəni tədricən Orta Şərqdən uzaqlaşdırmanın imkan­la­rı­nı axtarırdılar.

Neft hər iki neft trestini İranda zahirən də olsa bir-birinə ya­xın­laşdırmış və müştərək qərarların qəbul edilməsinə səbəb olmuş­dur. Amerika prezidenti Trumenin şəxsi bir siyasət yürüdərək ingilislərlə müştərək hərəkət etməsi Amerikada respublikaçılarla demokratları təkrar qarşı-qarşıya gətirmişdi. Daima Respublika­çı­lar Partiyasını dəstəkləyən «Standard Oyl» iqtidarda olan demok­ra­tlara müharibə elan etmişdi. Bu iş üçün onun əlində mükəmməl bir vasitə vardı. Bu vasitə Koreyadan uzaqlaşdırılan və rütbələri alınan beş ulduzlu general Mak Artur idi.

İranda neftin milliləşdirilməsindən beş gün sonra, yəni 1951-ci il mayın 7-də beşulduzlu general Mak Artur demokratlara qarşı hücuma keçdi. O, hədəf olaraq ABŞ-ın milli müdafiə naziri ge­ne­ral Marşallı seçmişdi. Mak Artur onu acizlikdə ittiham edirdi.

General Mak Arturun general Marşallı ittiham etdiyi gün Trumen də ABŞ-ın mülkü müdafiə komissiyasının hüzuranda Ame­rika siyasətinin ana xəttlərini elan edir və bu siyasətin istin­ad­gahlarını ortaya qoyurdu: «Mən sovet təhlükəsi qarşısında məm­ləkətimi müttəfiqlərdən məhrumedəcək bir hərəkətə yol verə bilmərəm». Trumenin bəyanatı aydın idi. O, amerikan siyasətini təsbit edərkən eyhamla «Standard Oyl”un onun siyasətinə mü­da­xi­ləsini də qəbul etmədiyini anlatmaq istəyirdi.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin