Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)



Yüklə 1,02 Mb.
səhifə4/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   2   3   4   5   6   7   8   9   ...   15

Deterdinqin Rumınya neft sahələri üzərindəki hakimiyyəti 1924-cü ildən İkinci Dünya müharibəsinin başladığı tarixə qədər bütün əzəməti ilə davam etdi. Ancaq, İkinci Dünya müharibəsi za­manı Rumıniyanın neft sahələrinə əvvəlcə almanlar, sonra da kommunist bloku yiyələndi.

NEFT VƏ OSMANLI İMPERİYASININ

TALEYİ

İngilislər böyük imperiyalarını genişləndirmək və Aralıq dəni­zinə də hakim olmaq layihələrini XIX əsrin ilk yarısından sonra sürətlə tətbiq etməyə başladılar.

Admiral Nelsonun Trafalqarda əldə etdiyi böyük dəniz zəfə­rindən sonra, İngiltərə. Aralıq dənizində yeni hərbi bazalar əldə etdi. İngilislər bu bazalara dayanaraq Aralıq dənizini bir ingilis dənizi halına gətirdilər. Onlar dünya dənizlərində və bu arada mədəniyyətin beşiyi olan Aralıq dənizində də öz hakimiyyət­lərini bərqərar etdikdən sonra, öz tacir təfəkkürlərinin hakim oldu­ğu siyasətlərinin işığı altında, Yaxın və Orta Şərqin zəngin yeraltı və yerüstü sərvətləri ilə yaxından təmasda olmağa başladılar.

İngilislərin təmasda olduqları bu torpaqlara, dünya siyasətinə böyük təsir gücünə malik olan Osmanlı İmperiyası hakim idi və ingilislərin göz dikdikləri təbii zənginliklərin hamısı bu imperiya­nın daxilində yerləşirdi. Osmanlı İmperiyası taxtında isə 1877-ci ildən bəri imperiya tarixinin ən qüdrətli şəxsiyyətlərindən, əsrinin ən böyük siyasi xadimlərindən olan Sultan II Əbdülhəmid xan oturmuşdu. Şübhəsiz, onun torpaqları üzərində belə asanlıqla və ra­hatlıqla at oynadıla bilməzdi... Sultan II Əbdülhəmid xan, ingilislərin Osmanlı İmperiyası hüdudları daxilindəki yeraltı və yerüstü sərvətlərə hakim olmaq üçün etdikləri bütün təşəbbüsləri rədd etmiş və onlar üçün bir neçə sürprizlər hazırlamışdır.

İngilislər qətl etdirməyə müvəffəq olduqları Sultan Əbdüləziz xandan sonra Osmanlı İmperiyası taxtına Sultan V Muradın keçəcəyini və bu taxtı ölüncəyə qədər mühafizə edəcəyini ümid etdilər. Lakin nəticə ingilislərin gözlədiyi kimi olmadı.

Sultan V Murad taxta çıxdığı ilk gündən etibarən qarşı­laşdığı bir neçə daxili siyasi hadisələrin təsirindən sarsıldı və bir müddət sonra imperiya taxtını qardaşı Sultan II Əbdülhəmid xa­nın xey­rinə tərk etdi.

Sultan II Əbdülhəmid xan, böyük dövlətlərin neft uğrun­da mübarizəyə başladıqları zaman Osmanlı taxtına çıxır və dövlətin taleyi ilə məşğul olmağa başlayır.

Onun taxta çıxmasından 20 il əvvəl, Qaliçiyada neft tapılmış, əv­vəllər ingilis-fransız, sonralar isə, ingilis-alman-fransız və rus mücadiləsi başlamışdı. Sultan II Əbdülhəmid xan zamanında isə neft, bir çox sahələrdə qiymətsiz maddəyə çevrilmişdir. Neftin hər keçən gün artan qiyməti və bu qiymət məfhumu arasında da əhə­miy­yət kəsb edən qüdrəti, Avropaya, daha sonra dünyaya hökm et­mək iddiasını da isbat edən ingilisləri, çox ciddi və ölçüyə gəlməz bir mübarizəyə sövq etdi. Birliyini yeni tamamlayan, Bismarkın po­lad kimi iradəsi altında dünya siyasətinə qüdrətli bir dövlət ola­raq girən Almaniya da, böyük dövlət olmanın şərtlərinin başın­da xam maddə qaynaqlarına sahib olmağın vacibliyini gözəl bi­lir­di.

Xam maddələrin əhəmiyyəti Orta Şərqdə və bütün böyük ti­ca­rət yolları keçən ərazilərdə Almanya ilə İngiltərəni qarşı-qarşı­ya gətirdi. Orta Şərqdəki mübarizə Osmanlı İmperiyası torpaqları üzərində cə­rəyan edirdi.Gələcəkdə bu mübarizənin mərkəzini Os­man­lı İmperi­ya­sı dağıldıqdan sonra, bir neçə kiçik və süni dövlət­lər halında dün­ya xəritəsində yer alan ərəb dövlətləri təşkil edə­cək­di.

İngilislər türklərə xoş görünmək üçün, əvvəlcə Adana-Mersin dəmiryolu xəttinin çəkilməsi icazəsini aldı. Onlar bu xətti inşa edər­kən, almanlar da İstanbulda Sultan II Əbdülhəmid xan ilə Bağ­dad dəmiryolunun inşasına dair danışıqlar apararaq ingilislər kimi imtiyaza sahib oldular.

Qarşıya belə bir sual çıxır. Nə üçün ingilislər, istərsə də al­man­­lar, Osmanlı İmperiyasının geniş hüdudları daxilində yal­nız İraq və Suriya ərazisində imtiyazlar əldə etmək istəyir­dilər? Bu sualın ca­va­bı olduqca açıq-aşkar idi. Onsuz da sonrakı mübarizələr, Os­man­lı İmperiyasının zorla Birinci Dünya mühari­bəsinə qatılması və nəhayət neftin ortaya çıxan cahanşümül əhə­miyyəti, bizi haqlı olaraq neft deyilən xam maddə üzərində dur­mağa sövq etməkdə­dir. Bəli, Osmanlı İmperiyasının üç qitəyə ya­yılan vüsətini gözü­mü­zün qabağına gətirsək, hər iki dövlətin Me­so­po­tamiyada da imtiyazlar almaq istəmələrini neftdən başqa bir səbəbə bağlamaq mümkün deyildir. Bu ərazi, dünyanın ən böyük neft ehtiyatlarına sahib idi. Bu hər iki dövlət, özlərini Osmanlı İmperiyasına dost ki­mi göstərmələrinə baxmayaraq, neft yataqları olan Mosulu ələ kecirməyə çalışırdılar. Hər iki dövlət bi­lir­di ki, neft adlanan bu xam maddəni kim daha əvvəl əldə edə bi­l­sə, Avropaya, dolayısı ilə dünyaya hakim olacaqdır!

Neft hələ XIX əsrin ikinci yarısında mücadilə mövzusu olmuş, dövlətlər o zamandan bəri bir-birlərinə qarşı bu pis qoxulu maye üçün mübarizə bayraqlarını qaldırmışdılar. Lakin almanlar, ingi­lislərə nəzərən Osmanlı imperatoru Sultan II Əbdülhəmid xan nəzərində daha çox şansa sahib idilər. Bağdad dəmiryolu imtiya­zı­nı almaları bunun ən açıq-aydın dəlilidir. Yalnız, hər iki rəqib döv­lə­tin verdikləri qərarda unutduqları bir tərəf vardı. Bu da, tədbirli və düşüncəli, böyük bir siyasət adamı olduğu dünya tərə­findən təsdiqlənən və bu xüsusiyyətləri ilə də tarixə düşən Sul­tan II Əb­dül­həmid xanın mövcudiyyəti idi.



Sultan II Əbdülhəmid xan hər iki dövlətin Mesopotamiya­da­kı əsl və daima gizlətmək istədikləri məqsədlərini aydın anlayırdı. Sultan II Əbdülhəmid xan, Bağdad dəmiryolu imtiyazının dəs­tək­çisi “Deutshe Orient Bank” ilə “Deutsche Orient Palestina Bank”ın Osmanlı torpaqlarına küllü miqdarda sərmayə yatırımına səbəb olan dəmiryolu anlaşmasından, yəni, 1886-cı ildən dörd il sonra, 1890-cı ildə təhlükənin qarşısını ala biləcək tədbir gördü. Sultan II Əbdülhəmid xan bu tarixdə bir əmrlə Mosulun neft sahəsini “Pad­şahın mülkü” elan etdi. Sultan II Əbdülhəmid xanın bu qə­rarı, istər almanları, istərsə də ingilisləri dəhşətli dərəcədə sarsıt­mışdır. Sultan II Əbdülhəmid xan hər iki dövlətin, hər çarəyə əlac qılaraq, böyük yatırımları göz altına alaraq girişdikləri sərbəst hərəkətlərlə əldə etmək istədikləri nəticəni bu əmrlə tarixə yaz­dırdı. Ancaq, əllərində edə biləcəkləri, daha doğrusu diplomatik yollarla edə biləcəkləri bir şey yox idi. Lakin həqiqətdə isə edəcək­ləri çox şeylər vardı və Osmanlı İmperiyası başdan-başa Bosniya və Hersoqovinanın qarlı dağlarından Ərəbis­tanın isti çöllərinə qə­dər qanlı bir hərb meydanına dönəcək, yana­caq, yıxılacaq, məm­ləkətin seçilmiş övladları Balkanlarda, Yəmən­də, Ərəbistan çölün­də əriyib gedəcəkdir...

Mosulun neft sahələri Məmalik-i Şahanə elan edilmişdir. Ar­tıq bu iradəni dəyişdirmək, bu və ya başqa şəklə salmaq mümkün deyildir. Bu üzdən də Mosulda neft imtiyazı almaq istəyən dövlət­lər xəyal qırıqlığına uğradılar...

Beləcə, ingilislərin Uzaq Şərqin neft sahələri ilə maraqlanma­ğa başladıqları və amerikalılarla çətin bir hərb etdikləri tarix bu dövrə təsadüf edirdi. Deterdinq də o sıralarda Çində amerikalıları məğlub etmiş və Çin bazarlarını əlinə keçirmişdir. Çində amerika­lı­lar­la apardıqları çətin mübarizəni qazanan Deterdinq, bütün gü­cünü, 1890-cı ildə Orta Şərqə yönəltdi və ən mahir casuslarını Osmanlı İmperiyası torpaqlarına göndərdi. İngiltərə İmperiyası hökumətinin ən məşhur diplomatları da öz mövqelərini İstanbulda möhkəmlətdilər və durmadan Sultan II Əbdülhəmid xana təzyiq­lər göstərdilər. Lakin diplomatik kanallarla edilən bütün bu təzyiq­lər heç bir fayda vermədi. Sultan II Əbdülhəmid xan bütün bu dip­lomatik təzyiqləri məharətlə sovuşdura bildi. 1896-cı ildə De­terdinq, İstanbuldakı ingilis səfiri ser Filip Kurrie vasitəsiylə Ba­bı Alini (Osmanlı hökuməti) və Sultan II Əbdülhəmid xanı bir da­ha sıxışdırdı. İngilislər, Babı Ali və sultan üzərində bu təzyiqi icra edərkən, almanlar da İstanbuldakı səfirləri von Vangenheim vasitəsilə daha mülayim bir tərzdə imtiyazı əllərinə keçirmək üçün təşəbbüs göstərdilər. Bu hər iki təşəbbüs də nəticə vermədi. Lakin, Sultan II Əbdülhəmid xan, bu təzyiqlərə qarşı daha ciddi bir neçə tədbirlər görməkdə gecikmədi. Gördüyü tədbirlər, Akabe məsələsi ilə bağlı idi. İngilislər, istədikləri neft imtiyazını əldə etməyincə, bə­sit bir çərçivədə baş verən hadisə halında Misir ilə Osmanlı İm­periyası arasında davam edən sərhəd məsələsini bir Misir-İngiltərə və Osmanlı İmperiyası məsələsi halına gətirməkdə gecikməmişdi­lər. İngiltərə türk tarixinə “Akabe məsələsi” olaraq keçən bu sər­həd ixtilafı ilə əlaqəli olaraq Osmanlı dövlətinə sərt bir nota verdi. Akabe məsələsinin başlanğıcı olan bu nota haqqında Sultan II Əbdülhəmid xan, ingilis diplomatiyasına gərəkli cavabı verməklə birlikdə, almanların imtiyazlarını genişləndirdi. Beləcə, Avropanın ən qüvvətli quru qoşununa və qüdrətli donanmaya sahib olan al­man­ları tamamən özünə bağladı. İngilislər, qarşılarında alman qüd­rə­ti­ni görüncə Akabe önlərindəki donanmalarını nümayiş etdirmə­lə­rin­dən vaz keçdikləri kimi, Misir əsgərlərinin ixtilaflı məntəqə­lər­dən çəkilmələrini də təmin etdilər.

Sultan II Əbdülhəmid xanın imzaladığı yeni imtiyaz fərmanı “Deutsche Orient Bank”a Hicaz dəmiryolunu da içinə alan geniş haqlar verirdi. Sultan II Əbdülhəmid xanın səltənəti boyunca tət­biq etmiş olduğu, Avropanın böyük dövlətlərini bir-birlərinə salış­dır­maq siyasətinin davamı olaraq, “Deutsche Orient Bank”a ve­ri­lən imtiyaz, bu siyasətə tipik bir nümunədir. Bu imtiyazla birlikdə İn­gil­tərə ilə Almanya dünya hakimiyyəti yolundakı mübarizə mər­kəz­lərini Ərəbistan yarımadası ilə İstanbula nəql etdi.

Neft yenə də gizli xidmət orqanlarının vasitəsilə böyük sərma­yə­lərin çarpışmasına və sel kimi qan axmasına səbəb oldu. Və... təəssüflə söyləmək lazım gəlir ki, bu mübarizənin aparıldığı torpaqlar Osmanlı İmperiyasının hüdudları içərisində idi və axan qan türk qanı idi...

Hər iki dövlətin yeni siyasəti Babı Aliyə və sultana təzyiq gös­tərmək üzərində qurulmuşdur. Hərçənd ki, almanların əldə etdiklə­ri bu imtiyazlar tamamilə, dövlətin dəmiryolu siyasətinə yönəlmiş­dir. Lakin, bu imtiyazlar onları təmin etmirdi. Onların hədəfi Mo­su­lun neft sahələri idi. İngilislər isə Osmanlı dövləti nəzərində ikin­ci dövlət durumuna düşmək istəmir və əllərində olan dünya hakimiyyətinə kölgə düşməsini arzulamırdılar. Bu baxımdan, hər iki dövlət, istər sultan, istərsə Babı Ali nəzdində təşəbbüs və təz­yiq­lərini durmadan artırdılar. Lakin dünya siyasətindən tamamilə xəbərdar olan Sultan II Əbdülhəmid xan, bütün bu təzyiq və təhdidlərin daha irəliyə gedə bilməyəcəyini başa düşürdü. O, bi­lirdi ki, imperiya, İngiltərə tərəfindən təcavüzə uğradığı təqdirdə almanla­rın, Almaniya tərəfindən istiqlalı təhdid edildiyi təqdirdə də ingilislərin yardımlarına nail olacaqdır. Qaldı ki, Sultan II Əb­dül­hə­mid xanın almanlara vermiş olduğu Hicaz dəmiryolu imti­yazı, “Deutsche Orient Bank” təəhhüdlərini yerinə yetir­mə­diyi üçün qısa bir müddət sonra ləğv edilmişdir. Lakin bu ləğvin əsl səbəbi isə bambaşqa idi. Sultan II Əbdülhəmid xan Akabe məsələsində, almanlardan bir vasitə olaraq istifadə etmişdir.

Almanlar, Osmanlı İmperiyasına qoyduqları böyük sərmayə­nin Hicaz dəmiryolu imtiyazının ləğvi ilə təhlükəyə girdiyini görüncə, Sultan II Əbdülhəmid xana öz etirazlarını bildirdilər. Almaniyanın İstanbuldakı səfiri Sultan II Əbdülhəmid xana hə­də­ləyici bir dillə belə deyirdi:

­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­- Almaniya İmperiyası, Osmanlı İmperiyası ilə imzaladığı bütün anlaşmaları tətbiq etmək qərarındadır. Lakin, Almani­ya İmperiyasının bu qərarını tətbiq etmək üçün irəli sürdüyü tələbləri vardır və bu tələblərdən biri Mosulun neft sahəsi üçün də imtiyaz almaqdır.”

Sultan II Əbdülhəmid xan bu təklifi gözləyirdi. Alman səfiri von Vangenheima 1890-cı il tarixli fərmanı xatırlatmaqla kifayət­lən­di. Mosul və ətrafındakı neft sahələrinin Məmalik-i Şahanədən olduğunu, hər hansı bir şəkildə imtiyaz vermək haqqının ona aid olmadığını bildirdi.

Yıldız sarayı ilə Babı Ali arasında cərəyan edən ingilis və al­man səfirlərinin əsəblərini korlayan çəkişmələrin əsas mərkəzini məhdudiyyətli Mosul neft sahələri təşkil edirdi. Bu ixtilaf Sultan II Əbdülhəmid xanın İttihad və Tərəqqi Partiyası tərəfindən tax­tından endirildiyi 1908-ci ilin əvvəlinə qədər davam etdi...



Sultan II Əbdülhəmid xan taxtından endirildiyi ilə qədər 1890-cı il tarixli fərmanın ruhuna böyük bir sədaqətlə və həssaslıq­la sadiq qaldı. Heç bir dövlətə, Mosul və ətrafında aparılan bütün diplomatik təzyiqlərə baxmayaraq neft imtiyazı vermədi.

1908-ci il Osmanlı İmperiyasının istər taleyi, istərsə də sonu üçün ən böhranlı bir dövrdür. Bu dövr ilə birlikdə daxili və xarici təzyiqlər başladı. Beləliklə İttihad və Tərəqqi Partiyasının 24 iyul çevrilişi bu dövrün başlanğıcı oldu. Bu tarixdə “Hərəkət ordusu” adı altında İstanbulu işğal və talan edən rum-bolqar-serb-xorvat və alban quldur dəstələrinin də içində olduğu Üçüncü Ordu, bütün məm­ləkətə hakim idi. Mahmud Şövkət paşa və İttihad və Tərəqqi Par­tiyası, mənbəyinin haradan alındığı bilinməyən bir ilhamla gü­zəşt siyasətinə başlamışdır.



Sultan II Əbdülhəmid xanın varlığına qədər Məmalik-i Şa­ha­nə olaraq elan edilmiş neft sahələri, 1908-ci il iyulun 24-də Ti­carət və Kənd Təsərrüfatı Nazirliyinin sərəncamına verildi.
YAXIN ŞƏRQİN NEFT

SAHƏLƏRİ UĞRUNDA MÜCADİLƏ

Iraqdakı zəngin neft sahələri Trablusqərbi, Balkan yarımadası­nı atəş altına qoydu və insanlıq tarixində qorxunc bir ləkə olacaq Ba­l­an qırğınını kinlə və hirslə körüklədi. Yalnız Balkan qırğının­da yüz mindən çox türk öldürüldü. Bir neçə yüz min türk də yersiz yur­d­uz qaldı. Bütün bunlar neft üçün edildi. Bəli...Yalnız neft üçün...

Bütün bu hadisələr qarşısında sarsılmış vəziyyətə düşən alman siyasətçiləri isə Orta Şərqdə hakimiyyətlərini möhkəmlətmək məq­ədi ilə Aralıq dənizində yerləşdirəcəkləri donanma üçün hərbi baza əldə etmək təşəbbüsündən əl çəkdi və Aralıq dənizini müvəqqəti olaraq qüdrətli ingilis donanmasının ixtiyarına buraxdı.

İngilislər Balkan yarımadasında, Trablusqərbdə və Osmanlı İm­e­iyasının digər məntəqələrində qızışdırdıqları ünsürlərlə ortalığı qana boyayarkən demək istəyirdilər ki, Orta-Şərqin nefti mütləq ingilislərin malı olacaqdır.

Hadisələrin inkişafı göstərmişdir ki, ingilislər bu nöqtədə qə­rarlı idilər. Bu sahəyə, yəni Orta Şərqə doğru yönələcək hər bir təh­lükəni bitərəfləşdirməyə çalışmışlar. İngilislərin bu nöqteyi-nəzərini daha ətraflı anlaya bilmək üçün bir az geriyə, 1908-ci ilə dönməyə məcburuq.

İngiltərənin İcmalar Palatasında 1908-ci ilin büdcəsi müzakirə edilməkdədir. Müzakirələr sırasında Hindistan büdcəsi müzakirə olunarkən söz alan lord Kerzon, aşağdakıları söyləmişdir:

1857-ci ildə Hindistan, istər dəniz, istərsə də tor­paq tə­rəfdən Avropa dövlətlərinin əhalisindən tamamilə təcrid olun­muşdur. O tarixdə, hələ şərqə və cənuba doğru hərəkətə baş­lamamış Rusiyanın ən uzaq sərhədi ilə Hindistan sərhədi ara­sında yüzlərcə mil məsafə var idi. O tarixdə, İranın şimal sər­hədinə hələ enməmiş olan Rusiya Hindistandan İran-Əf­qa­nıs­tan-Pamir dağları və Çin ətəkləri ilə ayrılırdı. 1857-ci ildə Fran­sa hələ Hindi-Çinə yerləşməmiş, Almaniya da tam bir­ləş­miş dövlət halında deyildi.

Bu gün isə, bütün Şimali İran, İranın paytaxtı və Bəsrə körfəzi Rusiya sərhədinə o qədər yaxındır ki, Rusiya buraları bir neçə gün içində istila etməyə qadirdir. Əfqanıstan ilə bir­likdə hərəkət edən Rusiya Mancuriyanı zəbt etdiyi kimi, Çin Türküstanını və Monqolustanı da əminliklə və sürətli bir şəkil­də zəbt edəcəkdir.

Hindi-Çində böyük bir müstəmləkə təsis etmiş və sərhədlə­rini Böyük Britaniyaya qədər uzatmış olan Fransa, indi, şimal­dan Çin ölkəsinin içəri tərəflərinə sızmağa çalışır və bunun üçün böyük bir dəyanət və mətanət göstərir. İndiyə qədər Orta Şərqə yerləşməmiş olan Almaniya iqtisadi qayələrlə Əlcəzairə (Mesopotamiya) və İraqa soxulmağa çalışırdı. Almani­ya çar-naçar siyasi nəticələr meydana gətirəcək olan bu iqti­sa­di siya­sətində, ona yardımçı olmağımızı tələb edir.

İngiltərə, indiki halda şərqin ən böyük tacir millətidir. La­kin onun yarım əsr əvvəl malik olduğu inhisar artıq mövcud de­yildir. Köhnə hakimiyyətini itirmiş olan İngiltərə ticarəti, keç­miş­dəki kimi əcnəbi tacirin namuskarənə - rəqabəti ilə de­yil, bəl­kə hökumətlərin açıq və gizli təşviqləri ilə təhdid edi­lir...”

Lord Kerzonun İngiltərə İcmalar Palatasında söylədiyi bu söz­lərdə çox böyük bir həqiqət var idi. Əslində İngiltərə Orta Şərq­də artıq təkbaşına hərəkət sərbəstliyinə sahib deyildir. Almaniya, Fransa, Rusiya və Amerika ona ciddi rəqiblər olaraq ortaya çıx­mış­dılar. Bu rəqabətin əsas mərkəzini də bu sözlərin söyləndiyi tarixdə Orta Şərq neft sahələri təşkil edirdi.

Lord Kerzonun İngiltərə İcmalar Palatasında verdiyi bu bəya­natın üzərindən çox zaman keçmədən, eynilə 1908-ci ildə, İngiltərə Uzaq Şərqdə həyata keçirdiyi siyasi bir gedişlə, az bir müddətə də olsa Rusiyanı oyundankənar vəziyyətə salmışdır.

Bu siyasi manevr, 1904-1905-ci illər Rusiya-Yaponiya müha­ri­bə­sinə yol açdı. Rusiya bu müharibədə məğlubiyyətə uğ­rayınca, İngil­tə­rə­nin düşmənlərindən birisi Orta Şərqdən müv­əq­qə­ti bir zaman üçün də olsa uzaqlaşdırılmış oldu. Beləcə İngiltərə di­gər düşmənləri ilə Orta Şərqdə daha rahat mücadilə imkanı əldə etdi.

Neft nələrə qadir deyil...Hər şey, bu pis qoxulu qara rəngli maye uğrunda baş verirdi. İngiltərə əlinə keçirdiyi bu ən böyük güc qaynaqlarını gələcəkdə əldən çıxarmamaq üçün çox ciddi bir siyasət irəli sürürdü. Əsasən İngiltərə İmperiyasının quruluşu da bu böyük siyasətə dayanırdı. İngiltərənin böyük neftli əraziləri ələ keçirmək üçün yürütdüyü siyasət digər böyük dövlətlər tərəfindən həssaslıqla təqib edilirdi. Hakimiyyət üçün çarpışan bu nəhəng­lər­dən xüsusilə, Almaniya İngiltərənin bu siyasətini addım-addım tə­qib edirdi. XIX əsrin ən böyük iqtisadçılarından birisi olan alman Fridrix List bu siyasəti belə izah edirdi:

İngiltərə İmperiyasının böyük xam maddə qaynaqlarını ələ keçirmək siyasəti, Cəbəlüttariq, Malta, Kirit və Kipr üzə­rin­dən keçib Süveyş və Qahirəni, oradan Şam və Bağdada qə­dər uzanacaq böyük körpünün İngiltərə tərəfindən nə zaman inşa olunacağını hələ də yaşayan insanlardan heç biri bilməz. Bununla belə burasını da söyləyə bilərik ki, dünya günün bi­rində bu möhtəşəm təsəvvürün önə çıxarıldığını görəcəkdir. Dün­yanın o biri ucuna qədər uzanacaq bu ingilis kör­pü­sünün Avropa tərəfindəki sütunları çoxdan bəri qurul­muş­dur. Bu sütunlar 1704-cü ildə əldə edilən Cəbəlüttariq və 1814-cü ildə işğal edilən Malta adasıdır. Bu körpünün Afrika­da­kı sütunları 1875 və 1881-ci illərdə inşa edilmişdir ki, bun­lardan ilki Sü­veyş və ikincisi isə Qahirədir. Körpünün Asya qi­təsindəki isti­nadgahlarının Şam və Bağdadda təsisi düşünül­müş ola bilir. Ayrıca ingilis hakimiyyəti Skutura adası üzərin­də 1831-ci ildə və Aden üzərində isə 1835-ci ildə təsis edilmiş­dir. İngiltərə Su­riya tərəfindən Misiri hədələyən Osmanlı təh­lü­kəsinə qarşı bir sədd çəkmək üçün Turisina yarımadasındakı Akabe qala­sını da hakimiyyəti altına almışdı. Cahanı müha­si­rə­yə alan bu bö­yük xəttin tam ortasında və İran ilə Misir ara­sında bir mən­təqə vardır ki, hələ İngiltərənin hakimiyyəti al­tı­na düşmə­miş­dir. Bu məntəqə Osmanlı hakimiyyəti altında olan Ərəbistan yarımadası, Suriya və İraqdan ibarətdir.”

Bu yazının yazıldığı tarixdə İngiltərə buralara hələ sahib olma­mışdır. Lakin, İrandakı neft sahələrinin mütləq sahibi idi və bu neft sahəsinə uyğun olaraq bütün Ərəbistan yarımadasına şamil olan üsyanlar silsiləsinin ilkini hərəkətə keçirmiş olurdu.

Hərəkətə keçən bu qorxunc çarxın arxasında isə, dünya neft hakimi ser Deterdinqin üzünü görməmək müm­kün deyildir. Əs­lində bu üsyanların, ixtilafların və qətllərin davam etdiyi yerlər, dünyanın ən böyük neft sahələri olması çox­dan bəri təsbit edil­mişdir. Həqiqə­tən də Os­manlı İmperiyası hüdudları daxilindəki bu üsyan və ix­ti­laf­lar mən­tə­qələrin daha yaxın olmaq və zərbəni tam zamanında vura bilmək üçün İngiltərə bütün qüvvələrini bu nöq­təyə yönəltdi. İngiltərə Ərəbistan yarımadasına həmhüdud olan Misiri Orta Şərq siya­sə­tinin mərkəzi halına gətirdi. Misir, eyni zamanda ingilislərin Ara­lıq dənizində olan Silahlı Qüvvələrinin Baş Komandanlığının qə­rar­gahı oldu. Bu məqsədlə 1911-ci ilin avqust ayında, sonraları İngiltərə İmpe­ri­ya­sının müdafiə naziri ola­caq adam lord Kitchner sələflərinin heç birisinin malik olmadıq­ları geniş səlahiyyətlərlə İngiltərə hökumə­ti­nin Misirdəki fövqəla­də komissarlığına təyin edil­di. Bu təyinat ilə birlikdə, İngiltərənin Aralıq dənizindəki Si­lah­­lı Qüvvələrinin Ko­mandanlığının qərar­gahı da Qahirəyə köçü­rül­dü.

Xüsusilə Aralıq dənizi balansında mühüm bir rol oynayacaq olan bu qərargahın Qahirəyə köçürülməsi də göstərir ki, İngiltərə, Anadolu və Orta Şərqdə Almaniya, Rusiya və Fransa ilə girişdiyi iqtisadi, daha doğrusu neft mücadiləsində daha sürətli və daha cid­di hərəkət etməyə qərarlı idi.

Lord Kitchner Misirdə hələ izləri silinməmiş olan və Sultan II Əbdülhəmid xanın Midillinin dörd hərbi gəmi ilə işğalının mü­qabilində İskəndəriyyə üsyanından dərs almış və Misirdə yeni bir siyasətin təməlini atmaq üçün hərəkətə keçmişdir. Bu siyasət İs­kən­dəriyyə üsyanında da müşahidə edildiyi kimi, Sultan II Əb­dül­həmid xanın xilafət müəssisəsindən faydalanmasına mane olacaq olan “Misir milliyətçiliyi” siyasəti idi. Yəni başqa bir sözlə desək “Böyük Misir” siyasəti.

Lord Kitchner 1908-ci il çevrilişini reallaşdıranların anla­ma­dıq­ları bir nöqtəni görmüşdür. Bu nöqtə millətlərin millətçilik fikri idi.

Osmanlı İmperiyasında hürriyyət-qardaşlıq-ədalət-müsavat adı altında reallaşdırılan 1908-ci il çevrilişi və qeyri-islami ünsürlər tə­rə­findən başlayan milli hərəkatlar Londonun istədiyi şəraitin ya­ran­masına imkan verdi. Əsasən London ser Bokstona Balkan ya­rım­adasında boş yerə vəzifə verməmişdir. Onun Balkan yarımada­sın­da əldə etmək istədiyi şey, indi lord Kitchnerin sahib olduğu sərbəstlik idi. Artıq İngiltərənin arzuladığı şərait meydana gəl­mişdir.

Lord Kitchner bu şəraitdən tam mənası ilə faydalana bildi. İngiltərəni Orta Şərq neft sahələrinə, yəni Mosulun neft sahələrinə götürəcək olan yol Qahirədən keçirdi. Kitchner Misirdəki panis­la­mizm hərəkatını ustaca bir təbliğatla pan-yegiptien hərəkatı halına gətirmişdir. Beləcə Misir ilə islam xəlifəsi arasındakı münasibət həddindən artıq kəskinləşdi. Bu siyasəti ilə lord Kitcner Misir millətçilərinin daxili istiqlal parolunu, Böyük Misir layihəsinə qur­ban verdirməyə müvəffəq oldu. Beləliklə İngiltərə, Orta Şərqdə, yəni dünyanın ən böyük neft sahələrindən birində tam bir sərbəstli­yə sahib oldu.

İngilislər Misiri Aralıq dənizində yerləşmiş silahlı qüvvələri­nin mərkəzi halına gətirərkən, Almaniya Aralıq dənizi məsələsini artıq qəti olaraq həll etməyin vacibliyini duydu. Getdikcə qüvvət­lə­nən donanması üçün Aralıq dənizində bir hərbi baza əldə etmək Almaniya üçün qaçılmaz bir zərurət halına gəlmişdir. Lakin bu hərbi baza əldə edilincəyə qədər daha başqa ciddi tədbirlər görmək lazım idi. Berlindəki alman siyasətçiləri, alman hökuməti Aralıq dənizində bir hərbi baza əldə etmək üçün son qüvvələrinə qədər səy göstərərək, Almaniyanın donanma komandanlığının tələbi qar­şısında Aralıq dənizinə bir alman donanması göndərməyi qərara aldı. Bu donanmaya, Almaniyanın Orta Şərqdəki iqtisadi mən­fəətləri ilə, Mosul neftini əldə etmək üçün inşasına başladığı Bağ­dad dəmir yolu xətti imtiyazını qorumaqla tapşırılmışdı.

Beləliklə neft yenə də öz hökmünü göstərdi və Aralıq dənizin­də ingilis və alman donanmalarını qarşı qarşıya gətirdi.

1912-ci il noyabrın 6-da Almaniyanın donanması ona həvalə edilən vəzifəni yerinə yetirmək üçün Aralıq dənizinə hərəkət etdi. Ertəsi gün, yəni 1912-ci il noyabrın 7-də casus Volfun verdiyi xə­bər­də kontr–admiral Tromlerin komandası altında Aralıq dəni­zin­də üzəcək bir alman donanmasının qurulduğu bildirilirdi.

Alman hökumətinin bu qərarı, bütün Avropada böyük narahat­lıqla qarşılandı. Almanların bu hərəkətlərindən və Aralıq dənizinə bir donanma göndərməsindən ən çox fransızlar narahat olurdular. Fransız mətbuatı almanların bu hərəkətini ağır bir dillə tənqid edir və sülhü təhdid edən bu hərəkətin vahiməli nəticələr verəcəyini irə­li sürürdülər. İngilislərdən hələ heç bir səs çıxmırdı.

Alman donanmasının Aralıq dənizinə girməsindən bir gün sonra,yəni 1912-ci il noyabrın 15-də Parisdə çıxan “Le Temps” qə­zeti Aralıq dənizinə girən alman donanması haqqında bu məlu­matı verirdi:

Almaniya Aralıq dənizində kontr-admiral Tromlerin ko­man­danlığında bir donanma qurmuşdur. Bu donanmanın ad­mi­ral breyd–vimpeli “Qoben” (sonradan “Yavuz” olan kreyser) zi­reh­li kreyseri olacaqdır. Bu zirehli kreyser “Breslau” (son­ra­dan “Midilli”) adlı kiçik bir kreyserlə birlikdə alman su­la­rından hərəkət etmişdilər. Bunlar şərq sularında “Arta”, “Vineta” və “Vejeer” adlarındakı kiçik kreyserlərlə birləşə­cək­lər. “Drez­den” və “Sttetin” kreyseri də onlara qoşula­caq­dır.”

1912-ci il dekabrın 12-də, alman mətbuatında bu donanmanın əsas vəzifəsi haqqında daha ətraflı məlumatlar nəşr edildi. “Berli­ner Borsen Kurier” məsələnin iç-üzünü bu yazısı ilə daha açıq şəkildə ortaya qoydu:

Aralıq dənizinin şərq hövzəsindəki alman iqtisadi mən­fə­ət­lə­rinin nə qədər mühüm olduğunu, Almaniyanın Aralıq də­ni­zinə yolladığı donanmanın sülh müqaviləsinin imzalan­ma­sından sonra (Balkan sülhü) orada davam etdirəcəyi ilə də an­laşıla bilir. Əgər böyük dövlətlər, sülh qərarlarına əməl etmə­dikləri təqdirdə, Almaniya Aralıq dənizində bir hərbi bazaya malik olmaq arzusunu izhar edəcəkdir. Bu hərbi baza ehtimal ki, İskəndərun limanı ola bilər.”

Bu məqalə açıq aydın göstərirdi ki, Almaniya, ingilislərin neftə daha yaxın olmaq üçün Qahirədə qurduqları əsas qərargah­la­rının müqabilində, Aralıq dənizi donanmasını qurmuşdur. Al­man­lar ingilislərin Qahirəyə yerləşmələrinə cavab olaraq Mosul və Bəs­rə körfəzinə bir neçə yüz kilometr məsafədəki İskəndərun lima­nı­na yerləşmək istəyirdilər.



İNGİLİS-ALMAN RƏQABƏTİ

Almaniyanın, Aralıq dənizinə güclü bir eskadriliya göndərmə­si Londonda da gərgin bir atmosferin yaranmasına səbəb oldu. Londonda Orta Şərq neft sahələrinə küllü miqdarda sərmayə qoyan müəssisələr (əsasən İngiltərə Dəniz Birinci Lordluğu ilə İngiltərə Entellijans Servis) susurdular. Ancaq bu sakitlik, bir fırtınanın baş­lanğıcına dəlalət edən sıxıntılı bir səssizlik idi. Görəsən İngiltərə Birinci Dəniz Lordluğu ilə Entellijans Servis Almaniyanın bu hə­rə­kətinə necə münasibət göstərəcəklər? Bu sualın cavabını Balkan müharibəsində və onun səbəblərində axtarmaq lazımdır. İn­gilislər almanların bu hərəkətlərinə cavab vermədilər. Onlar la­zım gələndə susmağı bacarırlar. Onda, qarşıya belə bir sual çıxır. Bu səssizlik nə zamana qədər davam edəcəkdi?

1912-ci il iyulun 11-də İngiltərə parlamentinin aşağı palatasın­da İngiltərənin Aralıq dənizi siyasəti və Almaniyanın Aralıq dəni­zi­nə yeritdiyi donanma ilə əlaqədar müzakirələr cərəyan edir. O gün aşağı palatada çıxış edən İngiltərənin xarici işlər naziri ser Edvar Qrey bu donanma ilə əlaqədar olaraq bunları söyləmişdir:

Bizim Aralıq dənizindəki bütün eskadriliyalara qarşı du­ra biləcək qüvvətli eskadrilyalar toplamağımıza ehtiyacımız yoxdur. Əgər biz Aralıq dənizindən tamamilə nəzər-diq­qə­ti­mizi çəkərək buna əhəmiyyətsiz iş kimi baxarıqsa, onda siyasi nöqteyi-nəzərdən nüfuzumuz çox müşkül olacaqdır. Biz güclü Aralıq dənizi dövləti olmaq üçün orada kafi dəniz qüv­və­ləri təşkil etməyə məcburuq”.

Ser Edvar Qreyin bu çıxışı göstərir ki, İngiltərə Orta Şərqdə­ki böyük iqtisadi mənfəətlərini itirmək niyyətində deyildir. Sadəcə olaraq, Aralıq dənizində güclü bir donanmanın saxlanmasını vacib sayırdı. Bu zərurətin arxasında İngiltərənin ona Orta Şərq – Hin­distan yolu üzərindəki böyük daxili dəniz dövlətlərindən biri ol­maq fikri hakimdir. Ser Edvar Qreydən sonra, yəni iyulun 22-də İngiltərə Dəniz Birinci Lordu ser Vinston Çörçillin çıxış edərək xarici işlər nazirinin sözlərini təsdiq edərək bunları söyləyir:

Maltada dəmirdən olan altı dənə köhnə hərb gəmisi yeri­nə İnensaybl sistemində dörd ədəd zirehli kreyser göndərməyə qərar verdik. Bu gəmilər bazalara gedib çatana qədər hələlik Aralıq dənizində, qüvvətli bir kreyser eskadrilyasını təşkil edəcəklər.



Bundan başqa, bu gün orada olan dörd gəminin yerinə modern və daha qüvvətli silahlara malik dörd hərb kreyseri eskadrilyasını artırmaq və gücləndirmək fikrindəyik. Bu cür hərbi dəniz qüvvəsi ticarətimizi himayə etmək üçün kafidir. Bu hərbi dəniz qüvvəsinin fransız donanması ilə müştərək hərəkət etməsi Aralıq dənizində ehtimal olunan bütün təşəbbüslərə yardımçı olacaqdır.”

Göründüyü kimi İngiltərə heç bir hadisəni təsadüfü saymırdı. Aralıq dənizindəki qüvvətli ingilis eskadrilyasının fransız eskadril­yası da dəstəkləyirdi. Alman təhlükəsinə qarşı Fransa İngiltərə ilə olan mübahisəli məsələlərini bir tərəfə qoyaraq İngiltərə ilə bir­lik­də Almaniyaya qarşı dayanırdı. Fransa bu zaman İngiltərənin Suri­ya müstəmləkəsini ona təklif etməsini qənimət bilmişdi.

Halbuki, əslində məsələ bu cür idi: İngiltərəni aşağı palatada Ara­lıq dənizindəki alman donanmasının vəziyyətini müzakirəyə sövq edən səbəb, İngiltərə Dəniz Birinci Lordluğu ilə Entellijans Ser­visin Orta Şərq neft sahələrinə yatırdıqları böyük sərmayəni və nefti qarantiya altına almaq istəyindən ibarət idi. Böyük armadalar hər dəfəki kimi hərəkətə keçir və neftə tuşlanmış alman toplarını be­lə­cə bitərəfləşdirmək istəyirdilər. Ancaq, çox qəribə idi ki, Uzaq Şərq si­yasətində biabırçı şəkildə iflasa uğrayan, Yaponiya ilə apar­dı­ğı 1904-1905-ci illər müharibəsində məğlub olmaqla bərabər do­nan­masının mühüm bir hissəsini itirmiş olan Rusiya da boş durmur­du.

İngiltərə və Almaniya donanmaları Aralıq dənizində qarşı-qar­şıya gəldikləri zaman ruslar bu vəziyyətdən istifadə etmək für­sə­tini əldən vermədilər. Rusiya Osmanlı İmperiyasının Şərq vila­yətini təhlükə altına alan böyük dövlətlərə rəsmi nota ilə etirazını bil­dirdi. Ruslar böyük neft sahələrini əhatə edən və neft istehsalçı­larının üzünə bağlı olan imperiyanın Şərq vilayətləri üzərində on­ların da haqqı olduğu iddiasını irəli sürməyə başladılar. Ruslar Şərqi Anadolunu da kəsib kecən və İskəndəruna enən ayrılmış bir xət­tin şərqindəki ərazilərdə status-kvonu qoruyub saxlamağa məc­­bur olduqlarına dair ikinci notanı da böyük dövlətlərə verdilər. Əs­lində sərt bir dildə yazılmış hər iki notada böyük dövlətlərin bu xət­tin şərqindəki ərazilərdə hər necə olursa olsun status-kvoya riayət etmələrini, əgər status-kvo bu dövlətlər tərəfindən pozularsa Rusiyanın da gələcəkdə bəzi tədbirlər görəcəyi bildirilirdi.

Rusların Ermənistan planı Ərzurum da daxil olmaqla İskəndə­ru­na enən ayrıca xəttin şərq hissəsi idi. Xəttin şərqində qalan ərazi bu gün türk neftinin istehsal edildiyi yerlərdir...Ruslar böyük döv­lətlərə verdik­ləri notalarla etirazlarını almanların Bağdad dəmir yo­lu imtiyazını al­mış olduğuna görə bildirirdi. Əslində Bağdad də­mir yolu tamamilə neft sahələrini əhatə edən bir keçid idi. İstər ruslar, istərsə də ingilislər bun­dan çox narahat olmuşdular. Nəha­yət, ruslar, bu sərt notaların fay­dasını gördülər. Almanlar ingilis­lərlə Orta Şərq neftinə görə qarşı-qar­şıya qaldıqları bir vəziyyətdə Rusiya ilə toqquşmaq istəmədiklərindən Bağdad xəttinin keçəcəyi yeri dəyişdirdilər. Rusiyanın xarici siya­sə­tini yönəldənlər dövrün ən qüdrətli dövləti olan Almaniyanı güzəştə getməyə məcbur et­dik­dən sonra, əzəli və əbədi rus xəyalı olan isti dənizlərə enmək, boğazlar üzərində haqq iddia etmək, Bismarkın de­diyi kimi “Ara­lıq dənizinin açarlarını” əllərinə keçirmək üçün aktiv bir siyasət yürütməyə başladılar. Rusların bu siyasətini Parisdə nəşr olunan “Petit Journal” qəzetinin İstanbul müxbiri Ojen Osvani Peter­burq Teleqraf Agentliyinin İstanbul müxbiri Dokotovski ilə ingi­lis-alman donanmalarının Aralıq dənizində qarşılıqlı toplaşmaları və boğazlar barədə etdiyi söhbəti mətbuata ötürür. O, Dokotov­ski­nin ona söylədiklərini 1912-ci il yanvarın 25-də belə bildirirdi:

Rusiya İstanbulun ətraf əraziləri də daxil olmaqla Qara dəniz boğazının əllərində qalmasını yox, Rusiyanın əlinə keç­mə­sini istəməkdədir. Əslində mənfəətlərini qorumaq haqqında Rusiya, türklər ilə daima dil tapa biləcəkdir. Rusiya digər hər hansı bir hərəkəti rədd edəcək və İstanbulun beynəlmiləl bir şəhər halına gəlməsini qətiyyən qəbul etməyəcəkdir.



Ordusu və dəniz qüvvələri hər nə vəziyyətdə olursa olsun, Rusiya bu nöqteyi-nəzəri müdafiə etmək üçün hətta lazım gələrsə müharibə etməyə də razıdır. Bu, onun üçün bir həyati məsələ idi. İqtidarda hansı hökumət olursa olsun, Rusiyanın bu qərarı qətidir. Çünki bu məsələ bir partiyanın fikri olma­yaraq tamamilə milli bir arzuya istinad etməkdədir”.

Bu sözlər açıqca olaraq göstərir ki, Rusiya özünün təhlükəsiz­li­yi­ni qorumaq istəyindən başqa, boğazlardan çıxışı təmin etmək və İran məsələsində də söz sahibi olmaq arzusundadır. Rusiyanın İranda söz sahibi olması və Aralıq dənizinə enməsi, nef­tə müdaxilə etməsi, yəni neft mövzusunda söz sahibi olması deməkdir. Rusiya bununla, onu İranın neft sahələrindən uzaqlaşdıran 1907-ci ildə bağlanmış İngiltərə-Rusiya anlaşmasını da ləğv etməklə İngil­tərəni bitərəflaşdirmək niyyətində idi.

Rusiya, Dokotovskinin bu bəyanatı verməsindən qısa bir müd­­dət əvvəl, yəni 1912-ci il yanvarın 6-da boğazlar məsələsi haq­­qında Osmanlı İmperiyasına bir nota vermişdi. “Le Temps” qə­zetinin İstanbul müxbiri İstanbuldan nota haqqında qəzetə gön­dərdiyi teleqrafda yazırdı:

Rusiya hökuməti, Türkiyəyə verdiyi bir notada Qara də­niz və Çanaqqala boğazlarının Rusiyanın Qara dənizdə olan donanmasının üzünə açılmasını və eyni zamanda digər dövlət­lə­rin hərb gəmilərinin üzünə bağlanmasını tələb etmişdir. Ru­si­yanın bu təşəbbüsünün Qars sərhədində geniş miqyasda əs­gər toplaması şayiələri ilə əlaqədar olduğu zənn edilirdi. Lakin hər nə olursa olsun, heç bir Osmanlı hökumətinin, Türkiyəni rus himayəsi altında bəsit bir vilayət dərəcəsinə endirən belə bir təklifi qəbul etməsi ağlasığmaz idi”.

Bu xəbərdən anlaşıldığı kimi, Rusiya Aralıq dənizindəki ingi­lis və alman donanmaları arasında mövcud olan düşmən mü­na­si­bətdən ürk­məkdə idi. Lakin, bu qorxusunu izhar edərkən, özünün də Aralıq dəni­zində hərəkətini təmin edəcək boğazlara çıxış haqqı istəməkdə idi.

Le Temps” qəzetində bu xəbər çıxdıqdan 11 gün sonra, yəni 1912-ci il yanvarın 17-də Peterburq şəhərində nəşr olunan “Le Gazette Peterburg” qəzeti Orta Şərq məsələsinin həllində Ru­si­ya­nın da öz mənfəətlərini nəzəri-diqqətə alacağını bildirir və Qara dəniz ilə Aralıq dənizində hərbi bazaların qurulmasını tələb edirdi.



Rusların irəli sürdükləri Orta Şərq məsələsi nə idi? Bu məsələ Rusiyanın təhlükəsizliyi məsələsi idi mi? Yoxsa Rusiya Aralıq dənizinin ingilis və alman donanmaları tərəfindən tu­tul­masını özü üçün ciddi bir təhlükəmi qəbul edirdi? Bu nöqteyi-nəzər siyasət baxımından müəyyən dərəcədə doğru idi. Lakin, əs­lində məsələnin iç-üzü ingilisləri də, almanları da birinci dərəcədə maraqlandıran Orta Şərqdə yerləşən və ətrafında müna­qişələr cərə­yan edən xam neft sahələri idi. Bu sahələr Türkiyənin əlində idi və dünyanın ən zəngin neft ehtiyatları hesab olunurdu. Neftin, cahan­şümul dəyə­ri­nin dünyaya aşkar olması Osmanlı İm­pe­riyasına çox baha başa gəlmişdi.

Rusiyanın bütün siyasi manevrləri tək bu nöqtə üzərində cəm­lə­şirdi. Hətta, ruslar daha da uzaqgörən bir düşüncə ilə Şərqi Ara­lıq dənizinə və Orta Şərqə hakim olduqları təqdirdə, ingilisləri İranın neft sahələrindən də uzaqlaşdıra biləcəkdilər. Əsasən Rusi­yanın da, Ermənistan sərhədindən başlayaraq İskəndəruna qədər uzanan bir xəyalı xəttin şərq tərəfini istəməsi bu istəyi güclən­dir­məkdə idi. Bu sahə tamamən neft sahəsidir. Rusiyanın bu xəyali layihəsi hə­qiqətə çevrildiyi gün, Mosul və ətrafı onun olacaqdır. Bu sahələr isə yalnız və yalnız neftdən ibarət idi.

Rusiya bu sahələri istəyirdi... Lakin ingilislər də, almanlar da bu sahələrə göz dikmişdilər. Bu yolda donanmalarını, ordularını hə­rəkətə keçirməkdən belə çəkinmirdilər. Əslində Orta Şərqdəki mü­barizə də buradan doğurdu. Hadisələrin ümumi inkişafı Ru­si­ya­nın lehinə heç nə göstərmirdi. Digər iki dövlət, yəni İngiltərə ilə Almaniya Rusiyaya nisbətən daha şanslı idilər. İngilislər Abadan və Bəsrə körfəzinə tama­mən hakim olmuşdular. Dolayısıyla Mo­su­la bir neçə addım məsafədə idi­lər. Almanların isə Bağdad dəmir­yolu imtiyazı ilə bu geniş neft sa­­hələrinə qəfil girməsi də reallığa yaxın idi. Bu vəziyyətdə Rusiya üçüncü dövlət kimi görünürdü. Türkiyədə iqtidarda olan İttihad və Tə­rəqqi Partiyası (onlar al­man­lara xüsusi rəğbət bəsləyirdilər) alman­lara qarşı müttəfiq və qardaş dövlət münasibəti göstərirdilər. Alman­ların məqsədlərinə çatmaq üçün belə sürətlə getmələrinə cavab olaraq İngiltərə zaman-zaman arzuladığı bir şeyi - Osmanlı İmperiyasının ingilis himayəsinə qatılmasını is­tə­yirdi. İngilislər Suriya və İraqa ge­oloqlarla bərabər ərazini və əha­linin milli xüsusiyyətlərini, hətta ayrı-ayrı ərəb ləh­cələrində sərbəst danışan sosioloq və iqtisadçılar da gön­dər­­miş­dilər. Belə bir vəziyyətə başda Fransa olmaqla, Almaniya da, Ru­­siya da qarşı idilər. Xüsusilə, Fransa Suriyaya əsrlərdir göstərdiyi ha­miliyini qur­ban verməyə razı olmazdı. Fransa yalnız katolik məz­hə­binin himayəçisi deyildir. Fransa siyasətinin dini cəbhəsini yürüt­məyi XX əsrin neft siyasətinin yanında arxa plana keçirt­mişdir. İndi onlar da başda neft olmaqla Orta Şərqin xam maddə qaynaqlarına maraq göstərməyə başlamış və bu iqtisadi hərbə girməyə qərar ver­mişdilər. Fransanı yalnız neft deyil, Anadolunun digər zəngin təbii ehti­yatları da maraqlandırmağa başlamışdır. Bunlar, Diyar­bəkr ətra­fın­­dakı mis mədənləri idi. Bu iki səbəbdən, Fransa İngil­tərənin Orta Şərqdəki hərəkətlərini, xüsusilə Suriya­dakı son çalış­malarını addım-addım təqib edir və nəzarət altına alır­dılar. Çünki, Fransanın Xarici İş­lər Nazirliyi bilirdi ki, İngil­tərənin Suriyadakı kiçik bir müvəf­fə­qiy­yəti, Fransanı Orta Şərqdən tamamilə silə bilərdi. Bu, eyni zamanda Fransanın Uzaq Şərq müs­təmləkə siya­sə­tinin də sonu olacaqdır. Fran­sa isə buna dözə bil­məz­di. Bu möv­zu­ya aid bir misal göstərmək üçün 1912-ci ilin yan­var ayında Bal­kan müharibəsi səbəbindən Fransanın Xarici İşlər Nazirliyinin Su­ri­yadakı nümayəndəsi tərəfindən göndə­ri­lən aşağı­dakı önəmli he­sa­bata bax­maq kifayətdir. Hesabatda deyilirdi:

Suriya əhalisini, İngiltərənin Suriyanı işğalını istəməyə razı salmaq və həvəsləndirmək üçün güc sərf edən iki komitə Şam və Beyrutda çoxdan bəri mövcud idi. Bu iki komitə axırda Beyrutda birləşərək hərəkət marşrutları haqqında təlimat al­maq üçün Misirə nümayəndələr göndərmişdi. İngiltərə lehinə çoxdan bəri açıqdan-açığa təşviqat aparılır. 1912-ci il yanvarın 10-da ingilis “Burham” kreyseri Trablusşam limanına lövbər atdı. Kreyserin kapitanı valini ziyarət edərək şəhərdə asayişin təmin edilməsində israrlı olacağını və bu məqsədlə quruya çıxarılacaq matrosların ancaq ingilis birliklərinin gəldiyi vaxt yerlərini onlara verərək gəmiyə qayıdacaqlarını söylədi. Bu vaxt Beyrutda heç bir fransız hərb gəmisinin olmaması, İn­giltərə tərəfindən Suriyanı işğalını qərara alması ehtimalını bir daha qüvvətləndirmişdir. İşğal mövzusundakı təşviqatlar Əlcə­zair müsəlmanları arasında da davam etdirilməkdədir. Yerli­ləri işğala alışdırmağa çalışan komitələr tərəfindən 10.000 əlcə­zair­li müsəlman Şama göndərildi. Lord Kitchnerin bir yaxın ada­mı Beyruta getdi. Yuxarıda adı çəkilən adamın hüzurunda bə­zi toplantılar keçirildi. Bu toplantılarda iştirak edənlərin ha­mı­sı müsəlman idilər. Hər tərəfdə müəyyən bir plan daxi­lində hərəkət edilirdi. Bu planın məqsədi orada-burada üsyan­lar ya­rat­maq və ingilislərin xeyrinə şərait yaratmaq idi. Suriyadakı fransız təbəəsi ilə onları himayə edənlər bu planı pozmaq üçün əl­lə­rin­dən gələni edirdilər. Onlar üçün əsrlərdən bəri Suriyada möv­cud olan bu vəziyyətin dəyişdirilməsinə Fransa tərəfindən im­kan verilməyəcəyinə ümid bəsləyirlər”.

Bəli, fransız diplomatları buna ümid edirdilər. Lakin, həqi­qə­tin işığı altında Fransanın bu ümidi həqiqət olaraq meydana çı­xacaq­dırmı? İngiltərə mütləq nəyin bahasına olursa olsun Orta Şərqin neft sahələrinə təkbaşına sahib olmaq istəyirdi. Bu nəticəni aşkara çıxartmaq üçün hər şeyə əl atırdı. Hesabatda da bildirildiyi kimi İngiltərə, ehtimal olunan bir fransız hücumunu da hesaba almışdır. Bunu qabaqlamaq üçün də Əl­cə­zairi Fransanın əlindən almaq istə­yirdi. Bu məqsədlə Əlcəzairdən Su­riyaya on mindən artıq bir kütlə gətirmişdir. Beləliklə İngiltərə Fransanın Orta Şərq işlərinə aktiv olaraq müdaxiləsini yaxşı qarşılamadığını açıqca ortaya qo­yur­du. Yenə hesabatda bildirildiyi kimi, İngiltərə, daha bir dəfə, həm də sonuncu olmamaq şərti ilə ingilis hərb gəmilərini neft sa­hə­lərinə gedən yol üzərindəki bir limana göndərdi. Onu da qeyd et­mək lazımdır ki, bu liman, Osmanlı İmperiyasının ərazisinə daxil idi.


TÜRKLƏRİN NEFT UĞRUNDA MÜCADİLƏSİ

Neft hər cür diplomatik qaydaların xaricindədir. Neft üçün güc­lü olmaq lazımdır. Artıq neft elə sehrli bir maddə halına gəl­miş­­dir ki, buna sahib ola bilmək üçün dost və müttəfiq bildiyimiz Al­ma­niya da daxil olmaqla Rusiya, İngiltərə və Fransa birləşərək 600 illik bir imperiyanı edama məhkum etmişdilər. Krit, Trablus­qərb və Bal­kan müharibələri bu siyasətin, neft siyasətinin başlanğı­cı idi. Türklər Kritdən, Trablusqərbdən və Balkan yarımadasından saysız-hesabsız itgilər verərək çəkilmişdilər. Etiraf etmək lazımdır ki, dünya mə­də­niy­yətinin təmsilçiləri olan Qərb dövlətləri bu iş üçün kilsəni çox asan şəkildə öz niyyətləri üçün xidmət etdirmiş­dilər.

Neft sadəcə bir imperiyanı deyil, tarixlərə sığmayan adil və məğ­rur bir milləti də yox etmək gücünə malik idi. Məhvinə qərar verilən və tətbiqini Kritdə, Balkan yarımadasında və imperiyanın digər hissələrində müşahidə etdiyimiz bu millət türk milləti idi.

600 illik imperiyanın hər gün ayrı-ayrı nöqtələrində gah ingilis qızıllarına özlərini satmış ərəblər, gah İngiltərə Enteljans Servisin Balkan yarımadasındakı bütün insanlıqdan kənar vəhşiliklərin ba­is­karı olan cəsusu ser Boksterin əmrinə tabe Balkan komitəçiləri neftə görə tarixin üz qarası olan qırğınlar törədirdilər.

Qərb Parisdə nəşr olunan “Echo de Paris” qəzeti müxbiri tə­rə­findən Berlindən göndərdiyi və 1912-ci il yanvarın 18-də çap edi­lən materialda vəziyyəti belə şərh etmişdir: “Maksimilyen Har­den Kiçik Asiyaya sıxışdırılan Türkiyənin həyat tapacağını cümə ertəsi günü təkrar edirdi. Həqiqətən da hər kəsə mə­lum­dur ki, xeyli zamandan bəri qərbləşən türklər Kiçik Asiyada tamamilə məhvə məhkum olacaqdılar”. Qərb dövlətləri sözün əsl mənasında türkləri və Türkiyəni məhv etmək istəyirdilər və bunu açıq-aşkar bildirməkdən də çəkinmirdilər.

Neft istehsalçıları Türkiyəni həqiqətən məhv etməyə qərar ver­miş­dilər və planlarını gecikmədən reallaşdırmağa çalışırdılar. Bö­yük Osmanlı İmperiyasının darmadağın edilməsi isə bu qərarın ən dolğun nəticəsidir.

Bütün bu açıq-aşkar görünən təhlükələrə baxmayaraq, təəssüf ki, dövləti əllərinin içində saxlayan İttihat və Tərəqqi Partiyası qəflət yuxusunda idi. Almanlar qurduqları çox dostanə mü­na­si­bət­lərə baxmayaraq Türkiyədən daha geniş imtiyazlar əldə etmək üçün hər cür tədbirə baş vururdular. Bu tədbirlər sırasında sabotaj­lardan tutmuş ən yüksək məqamdakı siyası toplantılara və anlaş­ma­lara qədər hər şey var idi. Almaniya Orta Şərqdə siyasi və xüsu­silə iqtisadi mənfəətlərinə sədd çəkən dövlət olaraq İngiltərəni qə­bul edirdi. Həmçinin, Rusiya da Orta Şərqə iddialı idi, lakin Al­maniya ona çox əhəmiyyət vermirdi. Əslində Almaniya bilirdi ki, Rusiya ilə İngiltərə arasında iki ziddiyyət nöqtəsi vardır. Bu iki nöqtədən biri zəngin neft ehtiyatlarına sahib olan İran, digəri isə boğazlar məsələsi idi. Rusiyanın istər İranda yer tutmasına, istərsə də boğazlara enməsinə və beləliklə isti dənizlərə çıxmasına mane olan dövlət yalnız İngiltərə idi.

Rusiya beynəlxalq siyasətində İngiltərənin rəqibinə çevrilmiş­dir. Almaniya siyasətçiləri bu məsələni çox yaxşı bilir və Rusiyanı Orta Şərqdə özünə böyük bir rəqib olaraq qəbul etmək istəmirdi. İngiltərə tarixin hər səhifəsində Rusiyanın isti dənizlərə çıxmasına və xammal mənbələrinə yaxınlaşmasına daima mane olmuşdur.

İngiltərə 1856-cı il Paris sülh müqaviləsi ilə Rusiyanın hərə­kə­­ti­ni yalnız Qara dənizlə məhdudlaşdırmasına nail olmuşdur. An­caq, bu vəziyyət 1871-ci ildə Londonda boğazlar məsələsinə aid ke­çi­rilmiş konfransda Almaniyanın yardımı ilə Rusiyanın xeyrinə dəyişmişdir. Lakin, tezliklə həmin ildə Londonda keçirilmiş kon­frans­da bağlanmış müqavilə ilə İngiltərə yenə də Rusiyanın Aralıq dənizində sərbəst hərəkət etməsini məhdudlaşdırmağa nail oldu.

Bütün bu sui-qəsdlər və beynəlxalq miqyaslı çəkişmələr Orta Şərqdə mövcud olan zəngim xammal qaynaqlarını ələ keçirmək siyasətindən meydana gəlirdi.

İndiki dövlətlər bu xammala sahib olmaq üçün mübarizə edir, müxtəlif üsullarla bir-birini əzməyə çalışırdılar.

Bu mübarizədə Almaniya öz yolunu müəyyənləşdirmişdi. Al­man siyasətçilərinə görə Almaniyanın mənfəətləri Bismarkın cız­dı­ğı yolda idi. Bismark “Çanaqqala boğazı Rusiyanın cənub sahillərinin açarıdır” demişdir. Bu yolla getmək, Rusiyanın mən­fəət­lərini təmin edərək Orta Şərqdə alman iqtisadi mənfəətlərinə nail olmaqla İngiltərəni bu ərazilərdən sıxışdırıb çıxarmaq alman siyasətçiləri üçün yeganə çıxış yolu idi. Elə bu səbəbdən də Kay­zer Vilhelm bu yolu davam etdirərək rus çarı ilə görüşməyi qərara aldı. Nəhayət 1910-cu ildə alman imperatoru rus çarı ilə Potstamda görüşdülər. Bu görüşdə alman imperatoru Bağdad dəmir yolu xət­tinin tikintisinə qarşı olan Rusiyanı neytrallaşdırmağa, İran və Os­manlı İmperiyasının əleyhinə bir müqavilə bağlamağa nail oldu. Bu müqaviləyə görə Almaniya Rusiyanın da razılığı ilə Osmanlı sərhədləri daxilində hər cür iqtisadi mənfəət təminində sərbəst ola­caqdı. Bunun qarşılığında Rusiya da 1907-ci il tarixli rus-ingilis müqaviləsi ilə nüfuz edə bilmədiyi İranın cənub məntəqələrinə, zən­gin neft ehtiyatlarına malik Xuzistan əyaləti ilə Bəsrə körfəzinə yerləşəcəkdir. Neft bu müqavilənin ağırlıq mərkəzini təşkil edirdi.

Diqqət edilsə görərik ki, istər Almaniyanın, istər Rusiyanın si­ya­si nüfuzlarından istifadə etməklə bir-birlərinə göz yumaraq yer­ləş­mək istədikləri məntəqələr İranda neftin su kimi axdığı cənub əyalətləri, xüsusilə də Bəsrə körfəzi ilə Osmanlı İmperiyasının Mo­­sul-Kərkük-Süleymaniyyə və ətrafından ibarət idi. Almaniya­nın Bağdad dəmir yolu planının əsas hədəfi Mosul və ətrafındakı zəngin neft sahələrini ələ keçirmək idi. Bu iki dövlət Potsdam mü­qaviləsindəki hədəflərə qarşılarında İngiltərə olmasaydı rahatca çata bilərdilər.

Rusiya ilə Almaniya Potsdam müqaviləsinin tətbiqi üçün bö­yük əmək sərf etdilər. İki imperiya arasındakı ilk görüşdən sonra 1911-ci ilin yayında Rusiyanın Port Baltik limanında ikinci görüş keçirildi. Bu görüşdə hər iki imperator Potsdam müqaviləsinin əsa­sı­nı təşkil edən iqtisadiyyata aid müddəaların dərindən araşdırıl­ma­sını hökumətlərinə tapşırdılar. Bundan sonra 1911-ci ilin yay ayla­rında Berlində və Peterburqda hər iki ölkənin diplomatlarının sə­mi­mi görüşləri oldu. Əslində eyni ailədən gələn üç qohum dünya­ya hakim olmaq iddiasında idilər. Bunlardan iki qohum rus çarı ilə alman imperatoru üçüncü qohum-İngiltərə imperatoruna qarşı bir­lə­şərək müştərək cəbhə qurdular. Neft beləcə üç böyük dövlətin ba­şında, eyni ailədən olan üç imperatoru düşmənçiliyə sürükləyir­di.

Alman imperatoru Mosul və onun ətrafına çox zəngin neft sahələrinin xəyalıyla Port Baltikdən Berlinə, rus çarı da 1907-ci il ingilis-rus anlaşması ilə İranın neft sahələrinə sahib olmaq arzusu ilə Peterburqa yola düşmüşdülər.

Çar almanları bu müqavilə ilə Osmanlı-Rusiya sərhəddindən uzaqlaşdırdığı, beləcə bir kabus halına gələn alman təhlükəsini müvəqqəti də olsa bitərəf etdiyi üçün məmnundu. Əsasən çarı se­vincdən ağlını itirmək dərəcəsinə çatdıran səbəb Kayzer Vilhelmi sevimli qohumunu boğazlar üzərindəki üç əsrlik rus əməllərinin re­allaşmasına razı salmaq olmuşdur.

İşin əsil faciəli tərəfi Rusiyaya boğazlara sahib olmaq üçün üç əsrlik mübarizəsinin reallaşmasını təmin etməyə söz verən Al­maniyanın İttihad və Tərəqqi Partiyasının hamisi - “Böyük Türk dostu” olması idi. Almaniya Osmanlı İmperiyasının müttəfiqi olsa da ikiüzlü siyasət yürüdür, neftə sahib ola bilmək üçün böyük bir imperiyanı gizlincə parçalayır və arxadan zərbə vururdu.

Almaniya Orta Şərq neftinə sahib olmaq üçün fürsəti əldən ver­mir, heç bir təsadüfi hərəkət etmirdi. Həmçinin ingilis donan­ması ilə alman donanmasının Podstam andlaşmasından sonra daha da fəallaşmasını görürük.

Alman donanması Almaniyanın Çar Rusiyasının da himayəsi ilə Orta Şərqə sahib olduğunu zənn etdiyi «Neft imperiyası»nı dəs­təkləmək üçün hazır vəziyyətə gətirilirdi. Alman donanması artıq sadəcə Baltik və Şimal dənizlərindən başqa Aralıq dənizində də üzməyə başlamışdır. Almaniya artıq Aralıq dənizinə yerləşmək qərarındaydı və bunu yerinə yetirmək gücünə malik idi. Həmçinin alman hökuməti alman donanması üçün Aralıq dənizində bir baza axtarmağa başladı. 1911-ci ildə alman imperatoru bir əmrlə Trab­lusqərbə bir nümayəndə heyəti göndərdi. Bu heyətin içində olan mütəxəssislərin əksəriyyətini hərbiçilər və geoloqlar təşkil edirdi. Almaniya Orta Şərqdən başqa Şimali Afrikada da neft axtarmaq fikrindəydi. Bu nümayəndə heyəti Trablusqərbdə tədqiqatlar apar­maqla yanaşı, digər tərəfdən də Babı Ali ilə, yəni İttihat və Tərəqqi Partiyasının qurduğu hökumətlə ticarət dəniz donanması (ancaq əslində Aralıq dənizi alman hərbi dəniz donanması) üçün bir baza qurmaq üçün müzakirələr aparırdılar.

Hələ 1909-cu ildə Almaniya hökuməti Aralıq dənizinin şərq hissəsində və xüsusilə Krit adasında yerləşmək istəmişdi. Bu məq­sədlə İngiltərə Fransa və Rusiyaya bir nota verərək Krit Məsələsi­nin həlli üçün mütləq Almaniya və Avstriya-Macarstan imperiya­sı­nın rəylərinin də nəzərə alınmasını sərt bir dillə bildirdi. Al­maniya bu nota ilə Krit adasının suda və ya hər hansı bir başqa limanda baza sahibi olmaq istəyini açıqca bildirirdi. Bir müddət sonra alman hərbi dəniz donanması Aralıq dənizinə girəcəkdi.

Əsas məqsəd aydındır. Almaniya əldə etdiyi Bağdad dəmir yo­­lu imtiyazı ilə Mosulun neft sahələrini nəzarət altına almaq is­təyirdi. Həmçinin sonrakı hadisələr göstərdi ki, Almaniya donan­ma­sını sadəcə bu məqsəd üçün Aralıq dənizinə yeritmişdir.

Böyük dövlətlər arasında Osmanlı İmperiyasının iqtisadi qay­naq­la­rı­nı ələ keçirmək üçün edilən bu siyasi təşəbbüslərin davam etdiyi illərdə Türkiyə artıq Trablusqərbi, Kriti və Balkan yarım­adasını itirməyə başlamışdı.



İtirilən yalnız bunlar idi mi? Xeyr! Osmanlı türkləri getdikcə daha böyük itgilər verirdi. Trablusqərb, Krit və Balkan yarımadası sadəcə görə bildiyimiz maddi itgilərdir. Əslində türklər bu impe­riyanın çöküşünü seyr edir, bilmədən, fərqinə varmadan onun sü­qu­tuna şahid olurdu. Həm də bu süquta başda neft olmaqla xam­mal mənbələri üzərində cərəyan edən iqtisadi müharibə səbəbindən tamaşa edirdik.

Osmanlı İmperiyasını idarə edən İttihad və Tərəqqi Partiyası isə bu çöküşü sürətləndirmək üçün nə mümkündürsə edirdi.

İqtisadi mənbələrin başqalarının əlinə keçməməsi və qurduğu beynəlxalq “ticarət imperiyası”nın dağılmaması üçün İngiltərə müx­təlif dövrlərdə Osmanlı İmperiyasına qarşı müəyyən planlarını hə­yata keçirmişdir. Lakin indiki vəziyyət keçmişdəkinə nisbətən fərq­li idi. İngiltərənin Osmanlı İmperiyasına düşmən münasibəti iki sə­bəb­dən irəli gəlirdi. Bunlardan biri xilafət idarə-üsu­lu, digəri isə im­periya daxilində olan neft sahələri və ehtiyatları idi.

Əslində İngiltərə özünün “Neft imperiyası”nın təməllərini çox­­dan atmışdı. Almaniyanın Osmanlı İmperiyası ilə yaxın müna­si­bət­ləri və dostluğu İngiltərəni ciddi şəkildə narahat edirdi. İngil­tə­rə­nin bu təlaşı haqlı idi, yəni qarşısında özü kimi bir “Dün­ya im­pe­ri­yası”qurmaq istəyən qüdrətli rəqib vardı. Həqiqətən də İngil­tərə daha öncə belə bir düşmənlə qarşı-qarşıya gəlmiş və onu oyun­­dan kənar vəziyyətə sala bilmişdi. Rusiya İngiltərə üçün artıq təhlükəli deyildi. 1907-ci il avqustun 31-də Rusiya-İngiltərə ara­sında bağ­lan­mış müqavilə ilə ingilislər Rusiyanın İran neftini ələ keçir­mə­si­nə mane ola bilmişdir. Ancaq İngiltərəni Almani­yanın hərəkət­lə­ri­nin qarşısını necə almaq sualı çox düşündürdü. Bildiyi­miz kimi Al­maniya Osmanlı İmperiyasını idarə edən iqtidar ilə dost idi. Bu isə İngiltərənin həyata keçirmək istədiyi planın re­allaşmasını təhlü­kə altına alırdı. Belə bir zamanda ortada heç bir səbəb mövcud ol­ma­dığı halda İtaliya donanması qəflətən Trablus­qərbin önündə göründü. Trablusqərb, dolayısı ilə Osmanlı İmpe­riyası istilaya uğ­ra­mışdı. Bu hadisə ingilis diplomatiyasının uğur qazanması ilə ey­ni vaxta düşdü. Əslində italyanlar Afrikanın Qır­mızı dəniz sahil­lə­rin­də bir müstəmləkə ölkə tələb etmişdilər. İtal­yanların istədikləri müstəmləkə isə Misirə yaxın idi. Halbuki, Trablusqərb başqa əra­zi­lərdən fərqli idi, yəni orada türklər də yaşa­yırdı. Məlum oldu ki, İtaliya bu hərəkəti edən zaman Lon­dondan qarantiya almışdı. Yə­ni, İngiltərə İtalyanın Trablus­qərb üzərində keçirəcəyi əməliyyata qarşı səs çıxarmayacaqdır. An­caq vəziyyət həm Romanın, həm də Londonun nəzərdə tutduğu kimi olmadı. Asan­lıqla qələbə qaza­na­caq­larını düşünən Avropanın bu iki ölkə­sinin diplomatları ilk anda Trablusqərbdə almanların yerləş­mə­lə­rini görməkdənsə, italyanların o torpaqlara sahib olma­sını istəyirdi. İşi asanlaşdırmaq üçün dərhal Trablusqərbdə italyan­ların qarşılaş­dı­ğı türk müqavimətini qırmaq üçün ingilislər Balkan yarıma­da­sında Osmanlı İmperiyası əleyhinə yeni bir cəbhə açmağı qərara aldılar.

İngiltərə Entelijans Servisin Balkan yarımadasının komitə­çi­ləri­nin ruhu olan ser Boxter adlı bir adamı vardı. Bu adam dərhal hə­rəkətə keçdi və ingilis casuslarının köməyi ilə Osmanlı İmperi­ya­sı­nın şimal-qərb torpaqlarını və Balkan yarımadasını müharibə mey­da­nına çevirdi. Bu manevrlər istər Almaniyanın, istərsə də Ru­si­ya­nın gözünü dünyanın ən zəngin neft sahələrindən biri olan Orta Şərq­dən, dolayısı ilə İraqdan başqa istiqamətə çevirmək üçün edilir­di.

Osmanlı İmperiyasının öncə Trasblusqərb, sonra Balkan ya­rım­ada­sın­da döyüşlər apardığı zaman İngiltərə hökuməti “Royyal-Datç-Şell Qrup”un rəsmi nümayəndəsi sifəti ilə Londondakı Os­manlı səfirini sıxışdırmağa başladı. London Deterdinqin əli ilə Mosul neftinin imtiyazını istəyirdi. Lon­dondakı Osmanlı səfiri neft mövzusunda təzyiqlərə məruz qalırkən İstanbuldakı alman səfiri baron fon Vaqenheim də sədri-əzmə və Ticarət və Kənd Təsər­rüfatı Nazirliyinə müraciət edərək Mosulda neft imtiyazı istəyirdi.

1902-ci ildən bəri Deterdinqin pulu ilə maliyyələşdirilən inqilablar və üsyanlar Ərəbistan yarımadasını bürüdü. Bu vəziyyət Osmanlı İmperiyasını çıxılmaz vəziyyətə salmışdı.

Beləliklə, Ərəbistan yarımadasında Səudilərin şeyxi Səud ibn Əbdüləzizin ingilislərə arxalanmaqla 1912-1914-cü illər arasında törətdiyi qanlı üsyanların qarşısını almaq üçün İttihad və Tərəqqi hökuməti alman səfirinin vermiş olduğu ultimatumu qəbul etməyə məcbur oldu.

Osmanlı İmperiyasının Ticarət və Kənd Təsərrüfatı Nazirliyi 1914-cü il martın 19-da almanlara Mosul ətrafındakı Qayyarenin təqribən 2 kilometrə qədər qərbində Ayniqazel ərazisindəki neft sahəsində imtiyaz verildiyini təsdiq etdi.


OSMANLI İMPERİYASININ

NEFTƏ QURBAN EDİLMƏSİ

Birinci Dünya müharibəsinin başladığı 1914-cü ilə qədər dün­ya siyasətində söz sahibi iki hakim və qüdrətli dövlət vardı: İn­giltərə və Almaniya. Hər iki dövlət “Dünya hakimiyyəti” uğrunda Avropada mücadilə edirdilər. Neftin gücünü Almaniya da İngiltərə qədər anlayırdı.

Daha çox neft sahələri ələ keçirmək üçün Almaniya Bi­rin­ci Dünya müharibəsindən əvvəl də müəyyən addımlar atmışdı. Al­maniya “Deutsche Orient Bank”ın da iştirak etdiyi və yüzdə-yüz alman sərmayəsi ilə “Oropeişe Petroleum Union” adlı neft tresti­nin təməllərini atdı. Bu şirkət Deterdinq ilə Rokfellerin ara­sında gedən mübarizədə mühüm rol oynayaraq Almaniyanın neftə olan ehtiyacının bir hissəsini bəsit və kiçik imtiyazlarla təmin edirdi. Bu imtiyazların ən mühümü isə Rumıniya nefti idi.

Deterdinq “Oropeişe Petroleum Union”un oynamaq istədiyi oyunu və ondan gələ biləcək təhlükəni zamanında sezdi və müəy­yən tədbirlər gördü. Deterdinq dünyanın hər tərəfində olduğu kimi bura­larda da adamları vasitəsilə istədiyi və arzu etdiyi qarışıqlığı törədə biləcək qüdrətə malik idi. O, “Oropeişe Petroleum Union” tərə­findən gözlənilən təhlükənin qarşısını almaq üçün trestin paylarının bir hissəsini əlinə keçirməyə müvəffəq oldu. Deterdinq səhmləri əlinə keçirdiyi andan etibarən Rokfellerə qarşı daha əmin bir şəkildə mücadilə imkanlarına qovuşdu. Deterdinqin “Oropeişe Petroleum Union”un səhmlərinin bir hissəsinə sahib olması Kayzer Vilhelmi özündən çıxartdı və günlərin bir günü verdiyi bir qərarla “Detsche Orient Bank”ına bu işi qaydaya salmağı tapşırdı.

Detsche Orient Bank”ı (Reyx Bank) Deterdinqin “Oropeişe Petroleum Union” ilə olan əlaqəsinin kəsildiyini və əlində tut­duğu səhmlərin dəyərinin dərhal ləğv ediləcəyini elan etdi. Reyx Bankın bu qərarı əslində müharibə elan etmək demək idi.

Bu qərar Londonda gərginlik yaratdı. Almanların qərarı qəti idi. London, dolayısı ilə almanların nümayiş etdirdikləri hərbi qüv­vələrinin manevrləri qarşısında çox duruş gətirə bilmədi. Yəni, bir neft şirkətinin səhmləri üçün dövlətin bütün orduları, dəniz qüv­vələri səfərbər edilmişdi. İngilislər artıq bu vəziyyətlə hesab­laş­mağa məcbur olmuşdular. Alman imperatoru bu günlərdə söylə­diyi nitqlərinin birində belə deyirdi:

Göy qübbəsi yerə düşsə, onu iki milyon alman süngüsü­nün ucunda saxlaya bilərəm”.

Beləliklə, Londonu da “Reyx Bank”ın gözlənilməz gediş­lə­rinə boyun əyməyə məcbur edən qüvvə bu idi... Bu tarixdən sonra əsa­sən çalışdığı Avropa neft sahələrinə daha da rahat bir şəkildə yerlə­şən “Oropeişe Petroleum Union” öz neft sahələrində istədiyi şəkildə fəaliyyət göstərməyə başladı və Orta Şərqdə ingilis­lərlə amansız bir mübarizəyə girdi.

Berlində Kayzer Vilhelm Strassedeki alman diplomatları, yeni neft imtiyazları əldə etmək üçün alman bankirlərinə ən geniş yardımlar edəcəklərini vəd etdilər və yerinə də ye­tirdilər. Reyx Bank nefti əldə etmək üçün adətən bankirlərin və geo­loqların əmrinə müntəzir oldular. Xüsusilə, “Deutsche Orient Bank” bu vəziyyətdə ən çox çalışan bir müəssisə oldu.

Deutsche Orient Bank” açıq kredit ilə girişdiyi mübarizədə tez­liklə Avropanın bütün neft sahələrində imtiyazlar və hissələr əldə etdilər. “Deutsche Orient Bank” Osmanlı İmperiyasından Bağdad dəmir yolu imtiyazını aldıqdan sonra İngiltərə ilə mübari­zəyə girişdi və qalib gəldi.

Almanların bu müvəffəqiyyətinin nəticəsi olaraq İngiltərəni üstə­ləmələri Birinci Dünya müharibəsinin başlamasına qədər da­vam etdi. Birinci Dünya müharibəsinin başlaması ilə Deterdinq, dünya neft sənayesində yenə dünyanın hakimi oldu.

Müharibə müddətində iki şirkət arasında müqavilə bağlandı. Bu müqavilə ilə “Standart Oyl” və “Royyal Datç-Şell Qrup” aralarında olan hər cür umu-küsünü bir tərəfə qoyub, ümumi düş­mə­nə qarşı mübarizəyə başladılar. Birinci Dünya müharibəsinin şərtlərinə görə qorxunc dərəcədə artan və müharibənin udulmasın­da böyük rol oynayan neft istehsalının bir qismini Deterdinq təmin edirdi. Birinci Dünya müharibəsinin başladığı tarixdən 30 il əvvəl, Hollandiya Hin­distanında ayda təxminən 50 frank qazanan adam, müharibənin xərcləri qarşısında duruş gətirə bilməyən Fransaya neft satın ala bilməsi üçün üç yüz milyon qızıl frank borc verirdi. Bu adam, “Royyal Datç-Şell Qrup”un mütləq hakimi, dünya neft sahələrinin üçdə ikisinə sahib və İngiltərə və Britaniya İmperiyası­nı, neft barelləri üzərində dünya xəri­təsini dəyişdirməyə qadir olan bir imperiya halına gətirən ser Villiam Auqustus Henri Deter­dinq idi...

Birinci Dünya müharibəsində iştirak edən dövlətləri idarə edən­lər hərb maşınlarını hərəkətə gətirə bilmək üçün, qanuni və ya qanunsuz yollarla Deterdinqdən neft satın alırdılar. Hərb bütün şiddəti ilə davam edərkən, Deterdinq sadəcə bir şeyi, Orta Şərqin neft sahələrini düşünürdü.



Deterdinq Orta Şərqin neft sahələrini əldə edə bilmək üçün o torpaqların sahibi olan türkləri neft məntəqələrindən qovmanın, uzaqlaşdırmanın yollarını da arayardı. Türklər, Ərəbistan yarım­ada­­sın­dan mütləq çıxarılmalı idi. İngilis ordularının Ərəbistan ya­rı­ma­da­sında apardıqları bütün müharibələrin hədəfini dünyanın ən zəngin neft sahələrinə və neft ehtiyatlarına sahib İraq torpaqları təşkil edirdi.

Neft üçün çöllər qana bulanırdı. Nəsillər qırılırdı. İngilis qo­şun­larının baş komandanı nəyin bahasına olursa olsun, İraqı müt­ləq zəbt etmək, hər gün bir az daha çox artan neft ehtiyaclarına cavab vermək üçün bu sahələri əlinə keçirmək istəyirdi. Əslində bu sahələri almaq istəyən Deterdinq idi. İngilis komandirləri, bu işi gerçəkləşdirmək üçün gecə-gündüz çalışdıqdan sonra bir hərə­kət planı cızdılar və səfərə hazırlaşan hərbi dəstənin başına xüsusi seçilmiş bir komandir təyin etdilər.

Türklərin general Tovnsend kimi tanıdığı bu komandirin əlində müasir silahlarla təchiz olunmuş 45 min nəfərlik bir ordu vardı. Bu ordu ilə çox şeylər edə biləcəklərinə ümid edən İngiltərə Ərəbistan cəbhəsindən hücuma keçdi. İngilis ordusu başçılarının təxminlərinə uyğun olaraq, İraq səhralarında rahatca irəliləyirdilər. Onlara görə, Mosulun neft sahələrinin işğalı, bir günün işi idi. Lakin yüksək çinli ingilis hərbçilərinin də, general Tovnsendin də, hətta Deterdinqin də ağıllarına gəlməyən bir hadisə baş verdi. General Tovnsendin Mosulun neft sahələrinə doğru sürətlə irəliləyən ordusu Kütülam­ma­rədə bir qayaya çarpdı. Hələ qırx yaşına girməmiş, məğ­lubiyyət nədir bilmə­yən, firənglərin “Aleksan”, türk tarixinin və türk ordusunun Ali İha­san paşa olaraq tanıdığı əsgər, sürətlə irəliləyən ingilis ordusunun hərəkətinin qabağını saxlaya bildi. Aparılan döyüşlə­rin sonunda Tovnsendin və ingilislərin bel bağladıqları ordu, Kütülammarədə komandirləri ilə birlikdə bu gənc türk paşasına əsir oldu...

Dövrün ən müasir silahları ilə təchiz edilmiş 45 min əsgərlik ordunun məğlub olması və komandirinin əsir edilməsi, Deterdin­qin gözlərini açdı. Bu məğlubiyyət ona, türklər məğlub edilmədik­cə Mo­sulun neft sahələrini ələ keçirə bilməyəcəyini anlatdı. Bu hadisədən çox təsirlənən Deterdinq yenidən ən mahir casuslarını türk ordusunun və dövlətinin çökdürülməsi üçün səfərbər etdi. Bu casus ordusunun içində bütün dünyanın çox yaxından tanıdığı Lavrens də vardı. 1916-cı ildən etibarən Ərəbis­tan yarıma­dasında işə başlayan bu adam, heç bir zaman klassik mənada casus olmamış, həyatı boyunca neft sahibkarlarının xid­mə­tin­də olmuş və onların tabeliyində çalışmışdır. Bu casuslardan biri də türk cəmiy­yətinin çox yaxından tanıdığı, Kiprin valisi ol­muş ser Food idi. Lakin bu casusların arasında bir nəfər xüsusilə seçilmişdir. Bu, Ərəbistan yarımadasındakı bütün neft sahələri üzə­rindəki haqları İngiltərəyə tək başına qazandıran miss Gertrud Bell idi. Bu müdhiş qadın Lav­rensin əmrinə verildiyi ana qədər, Lavrens Ərəbistan yarımadasında heç bir müvəffəqiyyət qazan­ma­mışdır.



Lavrens Qahirədəki bürosunda Qertrud Bell ilə görüşdüyü zaman belə demişdir:

-İngiltərənin, 1913-cü ilin oktyabrında “Quin Elizabet” zireh­li gəmisinin dənizə endirdiyini bilirəm. Mazut yandıran ilk zirehli gəmimiz üçün indi ağır yağlar məsələsini həll etmək lazımdır!”



Lavrensin Qahirədə, yardımçısı miss Qertrud Bellə söylədiyi bu sözlər, İngiltərənin Birinci Dünya müharibəsinə səbəbkar oldu­ğunu ifadə etmək baxımından çox diqqətəlayiqdir. Bu tarixdən çox illər sonra, bir başqa ingilis, Cörçill, İngiltərənin aşağı palatasında belə söyləyəcəkdir:

Əfəndilər, bunu yaxşı bilirik ki, bir damla neft bir damla qandan daha qiymətlidir!”



LavrensGertrud Bell İngiltərə üçün ən mühüm məsələ olan ağır yağılar məsələsini həll etmək haqqında vaxt itirmədən hərəkətə başladılar. Lavrensin Osmanlı İmperiyasına sadiq şeyx­ləri başa salmaq üçün girişdiyi təşəbbüs müvəffəqiyyətsizliyə uğ­ra­dı. Lavrens ərəb dilini çox yaxşı bildiyi halda, niyə müvəffə­qiyyət qazanıl­mamışdır? Bunun səbəbi bilinməməkdədir. Ancaq, Lavrensin müvəffəq olmamağının səbəblərindən biri kimi Əmir Feysəli qurmaq istədiyi Suriya dövlətinin başına gətirmək istəmə­sinə, vəhhabilərin başçısı Səud bin Əbdüləzizin razılıq verməməsi söylənilə bilər.

Lavrensin müvəffəqiyyətsizliklə nəticələnən təşəbbüsünün səbəblərini dərindən araşdıran miss Qertrud Bell hərəkətə başladı. Qertrud Bell Oksford universitetinin şərq dilləri fakültəsinin məzunu idi. Bütün ərəb ləhcələrini çox yaxşı bilirdi.

Dəvə üstündə, yanından əskik etmədiyi mədən sodası şüşələri yüklü bir dəvə karvanı ilə çöllərdə aylarla dolaşdı. Bir qadın üçün bu çox ağır iş idi. Çölün bir tərəfində əsgərlər bir-birlərini boğaz­la­yarkən, o bir tərəfində də miss Qertrud Bell “İngilis Neft İmperi­yası”nın tərkibinə İraq və Hicazın neft sahələrini də əlavə etmək üçün xaincəsinə bir mübarizə aparırdı. Miss Gertrud Bell aylarla davam edən bu çöl yolçuluğunun sonunda, Əmir Feysəlin Böyük Suriya kralı olmasına qarşı üsyan edən qırxa qədər qəbilə şeyxini günün birində, bir vahədə toplamağa müvəffəq oldu və bol miq­darda ingilis qızılı xərcləyərək, bu qırx adamı, əmir Feysəlin kral­lı­ğını tanımağa razı saldı. Artıq Səud ibn Əbdüləziz bitərəf­ləş­di­ril­miş oldu. Osmanlı İmperiyasının Məkkə şərifi Hüseyinin oğlu Feysəl, bu toplantıdan sonra 1920-ci ildə imzalanan San Remo müqaviləsinin bağlanmasına qədər Böyük Suriya kralı Feysəl adını qazanarkən, İraqdakı zəngin neft sahələrinin imtiyazını da ingilis­lə­rə verirdi.

Birinci Dünya müharibəsinin Osmanlı İmperiyasından qopar­dı­ğı Ərəbistan yarımadasında bir çox dövlətlər yarandı. Bu yeni və böyük dövlətlərin sərhədləri Deterdinqin mütəxəssisləri tərəfin­dən cızılır və bu sərhədlər Millətlər Cəmiyyətində rəsmi ingilis nü­ma­yəndə heyəti tərəfindən dünya dövlətlərinə zorla təsdiq etdiri­lir­di. Deterdinqin adamları yeni təşəkkül edən bu dövlətciklərdə pərdə arxasında olmalarına baxmayaraq, ən mühüm müşavirlik və­zifə­lə­ri­ni yerinə yetirməkdə idilər. Lavrens, Qertrud Bell, Sidney Reyi (Roznblum) Fransanın “Böyük Suriya” layihəsinə qarşı mü­barizə aparmaqla yanaşı sadəcə İraq kralı I Feysəl ünvanını alan kral Fey­sə­lin ən yaxın adamı oldular. Filbi (Abdullah)* isə Səu­diy­yə Ərə­bis­tanının əmiri Səud ibn Əbdüləzizin xüsusi müşaviri oldu.

Ancaq, bütün bu hadisələrin arxasında bəzi gerçəklər saxla­nı­lır­dı: Bu dövlətlər necə təşəkkül etmişdi? İngilislər, bu döv­lət­lərin təşəkkülündə hansı məqsədi əsas olaraq qəbul etmişdilər? Bunun cavabı bu günə qədər bir çox nöqtədən verilməyə çalışıldığı halda hələ məsələnin həqiqi məzmununa dair açıqlama veril­mə­mişdir. Biz burada bu mövzuda bəzi misallar verməklə ingilislərin neft məsələsinə dair necə həssaslıqla yanaşmaları haqqında danı­şa­ca­ğıq. Beləcə, Ərəbistan yarımadasında qurulmuş olan dövlətçi­lik­lə­rin neft yataqları üzərindəki ingilis niyyətlərinin, dünyaya neçəyə başa gəldiyini də izah etmiş olacağıq.

Birinci Dünya müharibəsi hələ başlamamışdı. İngilis hökuməti İstanbuldakı səfiri vasitəsilə İttihad və Tərəqqi hökumətini hədələ­miş, Mosulun neft sahələrinin imtiyazını istəmişdi. İngilislər eyni zamanda Londondakı səfirimizi də bu imtiyazı əldə etmək üçün sıxışdırmağa və hədələməyə başlamışdı. Nəhayət, İttihad və Tərəq­qi hökuməti bu təzyiqlər qarşısında boyun əyməyə və ingilislərlə müzakirələrə başlamağa qərar verdi.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin