Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди: Мирзя Янсярли (Лямбяли)



Yüklə 1,02 Mb.
səhifə3/15
tarix10.03.2017
ölçüsü1,02 Mb.
#10911
1   2   3   4   5   6   7   8   9   ...   15

ALMANLARIN İRANDA FƏALİYYƏTİ


Entelijans Servis bu vəsiqəni əlinə keçirməmişdən çox əvvəl, yəni 1884-cü ildə, D’Arcy kimi İranda Hörmüzün qüdrətini təmsil edən nefti tapmaq üçün A.Holtz adlı bir alman da imtiyaz almışdır. Lakin onun axtarışları bir nəticə verməmişdi. O, da nefti tapa bilməmişdi. Bu tarixdən beş il sonra yenə bir başqa alman, baron Julius D.Reuter də İranda, bütün mədənlərdə neft axtarma və işlətmə imtiyazı almışdı. Baron Julius D.Reuter də bu imtiyaza əsaslanaraq daha geniş şəkildə fəaliyyətə başladı və “İmperial Bank Of Persian”ı qurdu. İki il müddətində İranın hər tərəfində neft axtardı. Lakin onun bütün axtarışları boşa çıxdı. Ümidsizlik içərisində qalan baron Reuter, nəhayət İranda daha çox pulunu zay etməmək üçün öz xahişi və İran hökumətinin də razılığı ilə 1901- ci ildə imzaladığı anlaşmanı ləğv etdi. Bir müddət sonra isə əslində dəmiryol mühəndisi olan Villiam Knot D’Arcy bir təsadüf nəticəsində İranda neftin mövcudiyyətindən xəbərdar oldu və yuxarıda söhbət gedən imtiyazı aldı.



TALEYİN İRANA CIZDIĞI YOL

Tale, İran tarixinə də, İran millətinə də əzablı dövrlər nəsib etmişdir... Entellijans Servis bu vəsiqəni əlinə keçirdikdən sonra İranın taleyində böyük dəyişikliklər oldu. Məmləkət iğtişaşlar, qətl­lər və anarxiya içinə yuvarlanırdı. Lakin nə etmək olardı ki, İranın taleyi bu idi və neft cahanşümül bir qüdrətə yüksəldiyi anda, İngiltərə Entellijans Servisin əlinə keçmişdir. Əllərindəki bu imtiyaz vəsiqəsi ilə ingilislər dərhal fəaliyyətə başladılar. Artıq İranın hər tərəfində neft axtarılır, tapılır və quyular qazılırdı. İran torpaqlarının dərinliklərindən bu sərvəti çıxartmaq üçün neft buruqları yüksəlirdi və hər gün bunların sayı sürətlə artırdı. Hər gün artmaqda olan neft istehsalı ingilisləri, axtarma və istehsal sahəsində ciddi bir təşkilat yaratmağa vadar edirdi. Bu məqsədlə ilk dəfə 1904-ci ildə “Consensius” adı altında bir təşkilat quruldu. Əslində sindikat adını alan “Consensius” 1909-cu ilə qədər fəaliyyətini davam etdirdi və həqiqətən də İrandakı neft istehsalını tam və məhsuldar bir hala gətirərək 1909-cu ildə işini bitirdiyini “bəyan etdi”. “Consensius”un ləğvi ilə birlikdə İranda iki milyon sterlinq sərmayəli “Anglo-Persian Oyl Co.” quruldu.

Yeni şirkətin qurulması ilə birlikdə hissə paylarının 100%-i İngiltərə Entellijans Servis tərəfindən satın alındı. Bu o deməkdir ki, İran neft sahələri ingilislər tərəfindən inhisara alınırdı. “Anglo-Persian Oyl Co.” İranda fəaliyyətə başladığı vaxtlarda isə Rusiya­nın gizli kəşfiyyatı İrandakı fəaliyyətlərini sürətləndirdi. Çünki, İran­dakı neft sahələrinə ruslar da ən azı ingilislər qədər maraqlı idi­lər. Ruslar İran şahlarının razılığı ilə İrana göndərdikləri bir çox mütəxəssislərin sayəsində öz siyasətlərini davam etdirirdilər.

Ruslar başqa və mühüm bir üstünlüyə də sahib idilər.Bu üstün­lük İran ordusunu yenidən qurmaq məqsədi ilə mühüm miqdarda rus zabitinin İran ordusunu əllərinə keçirmiş olmaları idi. Ruslar bunları nəzərə alaraq ingilislərdən daha üstün bir durumda olduq­larını və İranda istədiklərini əllərinə keçirə biləcəklərini zənn edirdilər. Bax elə bu üstünlüklərinə güvənərək, mübarizəni qazan­maq üçün, açıq və gizli bütün vasitələri hərəkətə gətirdilər. Rusla­rın bu fəaliyyəti qısa zamanda səmərə verdi. İranın hər tərəfində ingilislər əleyhinə nümayişlər başladı. Hökumət bu nümayişləri sanki dəstəkləyirdi. Əvvəllər nümayiş halında başlayan hərəkat son­ralar bir üsyana çevrildi. Hökumət artıq vəziyyətə nəzarət edə bil­mirdi. Bəli... İranda baş vermiş üsyan neft üzün­dən, neft ətrafında ruslarla ingilislər arasında cərəyan edən ölçüyə­gəlməz bir mücadilədən doğmuşdur. İran, başdan başa üsyana bü­rün­müşdür...

Etiraf etmək lazımdır ki, Rusiyanin gizli kəşfiyyat orqanı İran­da ingilislər əleyhinə başladığı hərəkatda ilk planına müvəffəq ol­du. Müzəffərəddin şahın yerinə İran taxtına oturan Məhəmmədə­li şah, ingilislərə verilən imtiyazların ləğv edildiyini elan etdi. Mə­həmmədəli şahın bu əmri ingilislərin İrandakı bütün iqtisadi mə­na­felərinin sonu demək idi. Belə bir son isə, hər baxımdan ingilis siyasətinə zidd idi. İngilislərin yarım əsrdən bəri təqib etdikləri bu si­yasət üzünü XX əsrin əvvəllərindən bəri neft istiqamətinə çe­virmişdi. Bu səbəbdən də, Tehrandakı ingilis səfiri, hökumətdən aldığı bir tapşırıqla şah ilə görüşdü. Səfirin bu ziyarəti bəlkə də İran tarixində heç vaxt rast gəlinməyəcək sərt bir görüş oldu. İn­gilislər İranı rəsmən tehdit etdilər. Lakin arxasını ruslara söykəyən Məhəmmədəli şah, ingilislərin bu hədələrinə qulaq asmadı. İngi­lislərin girişdikləri bütün diplomatik təşəbbüslər nəticəsiz qal­dı. Be­ləcə qiyamət o vaxt qopdu. Buna görə də İngiltərə İrandakı neft mə­nafelərini qorumaq üçün sərt tədbirlərə əl atdı.

Bir ingilis donanması Bəsrə körfəzində dayandı və Abadan sahilində lövbər atdı. İngilislər qərarlı olduqlarını hər hərəkətləri ilə sübut edirdilər. Donanmadan quruya əsgər çıxartdılar və bütün strateji nöqtələri işğal etdilər. Silahlı qüvvələr bütün neft sahələrini nəzarət altına almaq məqsədi ilə Xuzistan əyalətinin içərilərinə doğru hərəkət etməyə başladılar və İranın da bir qismini faktiki ola­raq işğal etdilər. Artıq danışıqlar aparmaq yersiz idi. İş zorakar­lığa qalmışdır. Donanmalar, ordular və hər növ gizli, açıq xid­mət­lər neft üçün hərəkətə gətirilmişdir...

Zavallı İran! Torpaqlarının dərinliklərində tapılan, özünün qiy­mə­t­ləndirə bilmədiyi kirli və pis qoxulu bir maye üzündən, Avro­pa­nın iki nəhəng imperiyasınin mücadilə meydanına çevrilir və tor­paqları iki dövlət tərəfindən istila edilirdi. Bu hərəkət həqiqi bir zo­rakılıq idi. Yenə də bu zorakılığa dövlətlərarası neft mübarizəsi səbəb olurdu.

İngilis əsgərlərinin İranın bir qismini istila etmələri üzündən ruslar da, İran ilə Rusiya arasında 1907-ci il avqustun 31-də imza­lan­mış anlaşmaya əsasən şimaldan cənuba doğru İran tor­paq­larını işğal etməyə başladılar. İran ilə Rusiya arasındakı bu anlaş­maya görə, İran bir başqa dövlət tərəfindən işğal edilərsə və ya tə­cavüzə uğrayarsa, Rusiya İran torpaqlarına daxil ola bilərdi. İndi ruslar da bu anlaşmaya əsaslanaraq İranın ingilislər tərəfindən işğal edilmə­yən bütün şimal hissəsini nəzarətləri altına keçirdilər.

İran bir neçə gün içərisində şimaldan ruslar, cənubdan da bü­tün neft sahələri daxil olmaqla ingilislər tərəfindən istila edilərək bö­lün­dü. Şübhəsiz bu bölmə hərəkəti, İrana çox baha başa gəldi. Rus­lar zəbt etdikləri yerlərdən asanlıqla çıxmaq niyyətində deyil­di­lər.

İranın bu fəlakəti haqqında ingilis professorlarından Braun bunları yazırdı:

1909-cu ilin iyun ayında tabeliyindəki İran kazak alayı ilə Tehrana gedən polkovnik Lyaxov bu şəhərdə qorxunc bir ta­lan və təxribat yaratmışdır.” Bu sözlərdən sonra Braun əlavə etmişdir:

Tehran, polxonik Lyaxovun zabitlərinin dəmir dabanlı ayaqqabıları altında darmadağın olmuşdur.”

1909-cu il iğtişaşı İran tarixində müstəsna və qorxunc bir yer tutmaqdadır. Çünki bu iğtişaş, İran tarixində ilk neft iğtişaşı idi və İran­da törətdiyi ağır təxribat üzündən məmləkətə çox baha başa gəl­miş­dir. Beləcə İran, ilk neft qurbanlarını bu iğtişaş vasitəsiylə ve­rir­di.

Tarixdən öyrənirik ki, bu iğtişaşdan sonra da İranda neft üçün insanlar öləcək və iğtişaşlar bir-birini əvəz edəcək, taxtlar yıxı­lacaq, əsrlərdən bəri davam edən sülalələr yox olacaq, sürgün edi­lə­cək və bunların yerinə ingilislərin arzusuna uyğun siyasət yürü­dü­ləcək, yeni xanəndanın ailələri meydana gətiriləcəkdir.

İranın iki böyük dövlət arasında bölünməsi və işğalı uzunnüd­dət davam etmədi. Dünyanın iki nəhəng imperiyası, yenə öz məna­feləri üçün aralarında razılığa gəlmək məcburiyətində qaldılar və İrandan qoşunlarını çıxartdılar.

İngilislər ilə ruslar arasında başlayan diplomatik danışıqlar nəticəsində ingilislər əllərində saxladıqları və İran şahı Məhəm­mədə­li şah tərəfindən onlara verilən bütün imtiyazları təkrar əldə etdilər, ruslar isə Şimalı İranda bir neçə imtiyazlar və mənfəətlərlə təmin olundular. Beləliklə, İran bu ilk bölünmədən, Şimalı İranda ruslara verdiyi kiçik bir ərazi parçası ilə birlikdə bəxş etdiyi yeni bir neçə imtiyazlar müqabilində xilas ola bilmişdir.

Rusiyanın gizli kəşfiyyat orqanı rus diplomatiyasına İranda mükəmməl bir mənfəət təmin etmiş və həqiqətən də ciddi bir işi bacarmışdır. İngilislər isə, arzu etdikləri neft sahələrinə təkrar qo­vuş­muşdular.

Sidney Reyi (yəhudi Roznblum) Ingiltərə Entellijans Servisi­nə və İngilis Dəniz Birinci Lordluğuna hədiyyə etdiyi İran neft sahələrinin vəsiqəsini əlinə keçirdiyi tarixdən sonra, Orta Şərqin neft sahələrində və xüsusilə Osmanlı İmperiyasının torpaqlarında geniş fəaliyyət göstərmişdir. 1911-ci ildə Rusiya və Rumıniyada və­zifə başına keçirdilən bu iblis zəkalı adam, 1921-ci ilə qədər Ru­siyada çalışdığı və bu tarixdə yuxarıda da bildirdiyimiz kimi Leni­nə Petroqradda bir sui-qəsd hazırladığı üçün yaxalanıb güllələnə qədər müxtəlif tapşırıqları həyata keçirmişdir. Ancaq, Sidney Reyi Rusiyaya getməmiş­dən əvvəl, Rumıniyada ingilislərin mübarizə apardığı ruslar və almanlarla çətin bir döyüşə girərək müəyyən işlər görə bilmişdir. O, bu məsələni ingilislərin xeyrinə həll etdik­dən sonra da Rusiyaya gedir və orada məsləkini də, həyatını da sona çatdırır.


RUMINİYADA NEFT SAHƏLƏRİ

XX əsrin əvvəllərindən etibarən Avropa qitəsinin neft sahələri­nə sahib olan məmləkətlərdən Avstriyada, Macarıstanda, Polşada, Çexoslavakiyada və Rumıniyada alman-ingilis-rus-amerikan və fran­sız sərmayəçiləri ilə bərabər gizli kəşfiyyat orqanları da müba­rizəyə başladılar. Lakin Fransa ilə Amerika bu mübarizəyə girmiş olmalarına baxmayaraq, əsas mübarizə İngiltərə-Almaniya-Rusiya üçlüyü ətrafında cərəyan etmişdir. Dünyanın o zaman böyük döv­lətləri olan bu üç dövlət arasındakı mübarizənin ilk raundunu ingi­lislər və almanlar qazanaraq Rusiyanı aradan götürdülər. Orduları­nın əzəməti və hər keçən gün qüdrətı artan donanması sayəsində Almaniya 1890-cı ildən etibarən hər yerdə və hər sahədə ingilislər­lə rəqabət aparırdılar. Lakin Rumıniyaya nisbətən çox zəif neft ehtiyatlarına malik olan digər Avropa dövlətlərindəki mübarizəni tərk edən almanlar, bütün qüvvələrini Avropanın, hətta dünyanın sayılan neft ehtiyatlarına sahib olan Rumıniyaya yönəltdilər. Təbii ki, bu mübarizə tərzi pərdə arxasında qalırdı və mübarizə banklar və gizli casuslar vasitəsiylə aparılırdı.

Hər iki böyük dövləti Rumıniyada qarşı-qarşıya gətirən ünsür, hər səfərində olduğu kimi yenə də neft sahibkarları idilər. Al­man­lar bu mübarizəyə “Deutsche Orient Bank”ın maliyyələşdir­di­yi “Union Petrolifere Europenne” neft şirkəti ilə girdilər. Al­man­la­ra qarşı ingilislər isə, “Royyal Datç-Şell Qrup” ilə mü­ba­rizəyə qa­tıldılar. Beləcə Deterdinq Rumıniyada da səhnəyə çıx­dı.

Almanların qurduğu “Union Petrolifere Europenne” şirkəti, “Deutsch Orient Bank”ın da dəstəyi ilə Rumıni­ya­da qısa zaman­da müvəffəqiyyəti təmin etdi. Almanlar bu uğur­larında Rumıniya kralının əslən german olmasından geniş şəkildə istifadə etmişlər və ingilislərin bəzən sərt, bəzən yumşaq, lakin daima hədəfə çatan siyasətlərinə baxmayaraq, keçici də olsa bir müvəffəqiyyət təmin etdilər. Bu müvəffəqiyyət Rumıniya neft sahələrində almanların aldıqları imtiyazla təzahür etmiş oldu.

Deutsch Orient Bank” Rumıniyada ingilis casuslarının və Deterdinqin adamlarının bütün səylərinə baxmayaraq, fövqəladə qiymətli bir casus olduqları aldıqları nəticə ilə özlərini doğrultmuş üç şəxsə borcludur. Bu üç adam, xüsusilə Balkan yarımadasında alman iqtisadi mənfəətlərinin təminatı üçün çalışan France, Pre­user və Erasmusdu. Bu üç qüdrətli casusun böyük səylərinin nəticəsidir ki, almanlar uzun illər Rumıniyanın neft sahələrindən istifadə etdikləri kimi Balkan siyasətində də müvafiq bir yol təqib etmək imkanlarını əldə edə bilmişlər.

Lakin ingilislər də bu mübarizədə boş durmamışlar. Başda Sid­ney Reyi olmaqla Entellijans Servisin və Deterdinqin özü ca­sus ordusunun ən seçilmiş üzvlərini səfərbər etdilər. Bu casus­ların gördükləri işləri dəyərləndirən Deterdinq də İngiltərə hö­ku­mətinin geniş yardımı ilə Rumıniya neft sahələrində imtiyaz sahibi oldu. İngilislərin Rumıniya neft sahələrinə girdikləri və imtiyaz aldıq­larını görüncə, “Deutsch Orient Bank” bir tərəfdən, alman ordu­sunu bir əjdaha kimi rumın hökumətinin qar­şı­sı­na dikən alman hökuməti də digər tərəfdən etdikləri müştərək təzyiq sonunda ingilisləri 1907-1918 illər arasındakı 11 illik dövr içərisində demək olar ki, tamamilə Rumıniyadan uzaqlaşdırmağa nail oldular.

Almaniya, dünya hakimiyyəti yolunda hər hansı bir qaçılımaz hadisəni qəbul etmiş və mübarizələrinin mərkəzini bu fikir üzərin­də qurmuşdur. Gələcəkdə baş verə biləcək hərbdə neftin qiymətini qətiyətlə təqdir və təsbit də etmişdir. Əsasən alman zavodları hərb ləvazimatları emal edərkən, gələcəkdə baş verəcək hərbdə neft ilə iş­lə­yəcək təyyarə və yeni silah növü olan tankları da gizli silah ola­raq istehsal edirdilər. Tanklar da, təyyarələr də neft ilə işlədik­lərinə görə, alman sərkərdələri üçün neft vaz keçilməz bir maddə olurdu. Almanların Rumıniyada və Orta Şərqdə apardıqları mübarizənin əsas səbəbi də bu idi. Bu baxımdan da almanlar ingilislərin Ru­mı­ni­yaya girmələrini əsla xoş qarşılamamış və onları rumın neft sahələrindən heç olmasa bir müddət uzaqlaşdırmağa müvəffəq ol­muş­dular.

1907-ci ildə Rumıniyada məğlub olacaqlarını anlayan ingilis­lər həmin ildə Rusiya-İngiltərə-Fransa arasında bir anlaşma aktına təşəbbüs göstərmişdir. Sonradan Birinci Dünya müharibəsinin qa­lib dövlətləri olacaq bu ittifaqa “İtilaf-ı Müsəlləs” (Üçlər İttifaqı) adı­ veriləcək və Almaniya məğlub ediləcəkdir. Beləliklə, Rumı­ni­ya və Orta Şərqdə ingilis-rus-alman-fransız neft mücadiləsi bir dünya müharibəsinin ilk toxumlarını atır.

İngiltərə, “İtilaf-ı Müsəlləs”i qurduqdan sonra, Almaniyaya qarşı daha ciddi və təsirli bir siyasət tətbiq etməyə başladı.

Alman imperatoru Vilhelm İngiltərənin təhrik və israrı ilə im­zalanan “İtilaf-ı Müsəlləs”in Almaniyaya qarşı bir ittifaq ol­du­ğunu yaxşı bilirdi. İngilisləri olduqca yaxından tanıdığı üçün də qəfil ovlanmaq istəmir və mütamadi olaraq silahlanırdı. Bu silah­lanma isə alman ordularını yenilməz bir qüdrət halına gətirir və hər keçən gün bu qüdrət artırdı. Vilhelm, alman diplomatiyasını “İti­laf-ı Müsəlləs” üzərinə hərəkətə keçirdi və bu ittifaqa qarşı bir it­ti­faq olan “İttifaq-ı Müsəlləs”i qurdu. “İttifaqı-Müsəlləs” (Üçlü İt­ti­faq) Almaniya-Avstriya-Macarıstan İmperiyası və İtalya arasın­da qurulmuşdur.

Dünya bu iki ittifaqın bir-biriləri ilə rəqabət aparmaları nəticə­sində sürətlə bir müharibəyə doğru gedirdi. Alman imperatoru Vil­helm bu nəticəni hamıdan dəqiq olaraq müşahidə edir, bunun üçün də bütün imkanlarını səfərbər edərək qəfil hücuma məruz qalma­maq üçün müharibəyə hazırlaşırdı.

Bu hazırlıq, qaçınılması imkansız bir dünya müharibəsində al­man ordu və donanmasının hərəkət gücünü artırmağa yönəlmişdi. Əlbəttə ki, bu hərəkətin gücünü artırmaq üçün də neftə ehtiyac ol­du­ğunu Almaniya çox gözəl bilirdi. Bu səbəblə almanlar, Rumıni­ya neft sahələrini ələ keçirdikdən sonra dönüşlü bir fəaliyyətə başladılar. Vaxt itirmədən qazıntılara başladılar və dörd yerdə neft tapdılar. Quyular yaxşı neft verirdi. Onlar neft tapdıqları sahələri istehsalı artırmaq üçün dörd ayrı məntəqəyə ayırdılar. Birinci mən­təqə Prahova idi. Bu məntəqənin başlıca neft sahələri də Ploeş­ti, Bustenavi, Camina, Baiconi, Moreni və Tintea idi.

İkinci məntəqə Dambovitsza idi. Bu məntəqənin başlıca neft sahəsi Tarqorista idi.

Üçüncü məntəqə Buzao idi. Əsas neft sahəsi Policiori ilə Sara­ta idi.

Dördüncü məntəqəni təşkil edən Bucau isə başlıca olaraq iki neft sahəsinə ayrılmışdır. Bu neft sahələri də Semes ilə Moinesti idi.

Almanlar Rumıniyanın neft sahələrini beləcə dörd məntəqəyə ayırdıqdan sonra dərhal və ən geniş şəkildə istehsala başladılar. Almanların Rumıniya neft sahələrindəki parolu bu idi: “Çox... daha çox neft istehsal etmək... Durmadan, dincəlmədən çalış­maq və qüdrətli alman hərb mexanizminin hərəkət qabiliy­yətini artırmaq...”

Ancaq belə bir çalışma sonunda qorxunc alman mexanizmini hərəkətə gətirərək alman dövlətinin təsbit etdiyi dünya hakimiyyəti siyasətinin həyata keçmə şansını artırdı. 1910-cu ilə qədər həqiqə­tən bu sürətlə çalışan almanlar, mütamadi olaraq dünya hərbi üçün böyük tədarüklər gördülər. Birinci Dünya müharibəsi başlamazdan əvvəl Rumıniya neft sahələri üzərindəki hissələr bu şəkildə təsbit edilmişdir: Almaniya 120 milyon rumın pulu ilə başda, onu 95 mil­yon ley ilə İngiltərə təqib edirdi. Digər hissələr isə bu şəkildə bölünmüşdülər: Hollandiya 60 milyon ley, Fransa 30 milyon ley, Amerika Birləşmiş Ştatları 25 milyon ley, Rumıniya 17 milyon ley, Belçika 15 milyon ley, İtaliya 6 milyon ley və Avstraliya 5 milyon ley.

Rumıniya neft sahələri üzərindəki hissələr Birinci Dünya mü­ha­ribəsinin başlanğıcına qədər eyni ilə mühafizə edilmişdir. O ta­rix­dən sonra və Türkiyənin Birinci Dünya müharibəsində iştirakı ilə Rumıniyanın işğalına qədər Rumıniya neft sahələrinin rumınlar işlətdilər. Ancaq üzdə belə görünməsinə baxmayaraq ingilislər Rumıni­ya hökuməti ilə gizlicə anlaşaraq Rumıniya neft sahələrinə müttə­fiq­lərindən xəbərsiz sahib olmuşlar.

Birinci Dünya müharibəsi Almaniya və müttəfiqləri olan Os­man­lı İmperiyası və Avstriya-Macarıstan İmperiyasının məğlubiy­yə­ti ilə başa çatdıqdan sonra, Rumıniyanın neft sahələri də yeni bir statusa malik oldu.

Hissələr ortaya çıxdığı zaman, bütün dünya müharibəsi döv­rün­də ingilislərin, dünyanın digər tərəflərində olduğu kimi, Rumı­ni­ya neft sahələrinə də hakim olduğu həqiqəti ortaya çıxmış oldu.

Birinci Dünya müharibəsi sonunda imza edilən və Almaniya­nın məğlubiyyətini ortaya qoyan “Versal müqaviləsi”, bütün Av­ropa və Orta Şərq neft sahələrində olduğu kimi Rumıniyadan da “Deutsche Orient Bank”ın fəaliyyətini dayandırdı və bu bankın Rumıniya neft sahələri üzərindəki hissələrini də ingilislərə verdi. Həqiqətən də 1928-ci ildə nəşr edilən rəsmi statistika məlumatları­na görə, Rumıniya neft sahələri üzərindəki xarici hissələrin mənzə­rəsi aşağıdakı kimi idi:

1 milyard 250 milyon ley ilə İngiltərə başta, 670 milyon ley ilə Fransa və Rumıniya ikinci yerdə idilər. Təqribən 380 milyon ley ilə Hollandiya, 120 milyon ley ilə İtalya, 80 milyon ley ilə Ameri­ka, 20 milyon ley ilə Belçika hissə sahibi olurdu.

Diqqət edilərsə, Birinci Dünya müharibəsinin başlanğıcında Rumıniya neft sahələrində ən çox hissə payları olan dövlət Alma­ni­ya idi. Bu neft sahələrinə yatırtdığı sərmayə isə 120 milyon ley idi. Halbuki, Birinci Dünya müharibəsindən sonra elan edilən his­sələr birinciyə nisbətən tam 10 dəfə artmışdır. Bu artımın isə nef­tin Birinci Dünya müharibəsində yenidən icad edilən və neftlə işləyən vasitələrin böyük bir sürətlə artmasından meydana gəldiyi açıq-aydındır. Ordular artıq təyyarə, tank və mazutla işləyən nə­həng hərb gəmilərinə sahib idilər. Ayrıca hərbi qazanmaq üçün isti­fadə edilən texniki vasitələr bu sahədə ağlasığmaz dərəcədə irə­lilədilər. Avtomobillər hər kəsə sərfəli bir vasitədir və bütün bu va­sitələr, şəhərlərin elektriklərini təmin edən generatorlar və qovşaq­lar neft­lə işləyirdi. Həqiqətən də neft bugünkü qədər çox sahədə is­ti­fadə olunmurdu. Lakin Birinci Dünya müharibəsi nefti cahan­şü­mül bir qüdrət olaraq ortaya çıxartmışdır. Rumıniyada ingilis neft sahib­kar­larının bitmək bilməyən hikkələri və ingilis diplomatiyası­nın da yardımı ilə əldə edilən bu nəticə böyük olmaqla birlikdə in­gilisləri əsla qane etmirdi. Çünki Birinci Dünya müharibəsinin qalibi, dövrünün ən qüdrətli ordusuna sahib olan Fransa Rumıniya­da ingi­lis­ləri məmun etməyən bir hissəyə sahib olmuşdur. İngilis­lər bu his­səni sanki istəmədən zorla vermişdilər. Çünki Fransa bu hissəni əldə etməkdə israrlı idi. Lakin Fransa istər zor gücünə, istərsə də başqa yollarla olsun, özünə la­zım olan nefti hələlik əldə etmişdir.

Artıq insanlara iztirab verən hərb bitmiş, sülh imzalanmışdır. Hər kəs Rumıniyadakı neft sahələrindən payını almış, hüzur qa­zan­mışdır. Hər kəs razı idi. Hamı yeni bir dünya düzəni qurmaq istəyi arzusu ilə təhlükəsizliyə qovuşmuşdur. Lakin əslində in­sanlıq üçün rahatlıq israrla aranan və əsla tapılmayan bir şey idi. Həqiqətən də hərb bitmişdir. Lakin insanlar rahatlıq tapmışdı­lar­­mı? Hadisələr göstərirdi ki, rahatlıq insanlıq üçün ilğımdan başqa bir şey deyildir. Dövlətləri idarə edənlər rahat və hüzur içə­ri­sində yaşayacaqlarına, millətlərinin irəliləməsi üçün çalışma im­kan­larını əldə etdiklərinə inandıqları bu dövrdə, işlər yenidən qı­zışdı. Sülh aktı ilə birlikdə İngiltərə Entellijans Servisin və Deter­din­qin casusları birgə fəaliyyətə başladılar. Əslində belə bir ayrı-sec­kilik etmək də doğru deyildir. Çünki bu mübarizədə bütün bir casus ordusu yalnız nefti ingilislərə vermək üçün çalışmışı.

Rumıniyada fəaliyyətə keçən casus ordusu, bu məmləkətdə gə­lə­cəkdə törədiləcək bir neçə yeni hadisələrin planını hazırladı. On­lar müxtəlif kanallardan hərəkətə keçərək rumın mətbuatını ələ keçirdilər və ondan sonra da neftin milliləşdirilməsi fikri ətrafında geniş şəkildə təbliğat apardılar. Aparılan təbliğat nəticəsində xalq mətbuatın bu fikri ətrafında toplandı. Deterdinq istədiyi nəticəni əldə etmişdi. Xalq hazır idi və milliləşdirmə fikrini mənimsəmiş­dir. Geridə, rumın hökumətinə bunu elan etdirmək qalırdı. Deter­dinq, heç bir məsələni təsadüflərin ixtiyarına buraxan bir adam deyildir. O Ruminyadakı fəaliyyətini planlaşdı­rar­kən əlbəttə rumın hökumətini də nəzərə almaya bilməzdi. Bu xüsusi təmin etmək üçün böyük səylər sərf etməyə lüzum qalmadı. Rumın hökuməti onların istədiyini etməyə hazır idi. Beləcə in­gilislər, istədikləri hə­dəfə çatdılar.

1921-ci ildə rumın hökuməti yeni bir neft qanunu çıxartdı. Bu qanuna görə, Rumıniyada neft imtiyazı və işlətmə haqqı alacaq olan şirkətlərin sərmayələrinin ən azı 60%-i Rumıniya sərmayəsi olacaqdır.

İngilislərin Rumıniyada uzun illərdən bəri çalışan şirkətləri var­dır. Ayrıca ingilislər rumınlarla da ortaq iş qurmuşdular. Bu qanunun çıxdığı gün, Rumıniyada neft imtiyazı almış olan dövlət­lərin mərkəzlərində bir bomba təsiri yaradarkən, Londonda sakitlik hökm sürürdü. Fransızlar, hollandiyalılar və digərləri bu qanunu sərt bir şəkildə protest etdilər. Təbii ki, ingilis hökuməti də buna qoşuldu. Onsuz da protest etməsə də, digər hissədar dövlətlərin nə­zəri-diqqətini cəlb edəcəyini bilirdi. Buna imkan verməmək üçün də bu protestlərə daha əvvəl başladı. Lakin bütün bu protestləri Rumıniya hökuməti eşitmir, sanki qulaqları tıxanmışdır. Verdiyi mə­­nasız cavablarla, bu protestlərə əhəmiyyət vermədiyini və öz hüdudları daxilində istədiyi kimi hərəkət edə biləcəyini elan etdi.

Bu qanunu protestə etməyən və qanunun çıxarıldığı vaxt hər hansı bir təzyiq göstərməyən tək bir insan, tək müəssisə, Rumıniya neft sahələrinin yarıdan çoxuna sahib olan “Royyal Datç-Şell Qrup” ilə bu qrupun İdarə Heyətinin sədri Deterdinq idi. O, bütün bu təlaşlı çıxışlara, dövlətlərin etirazlarına seyirçi qalmış və sadəcə gülmüşdür. Deterdinq insanların nələrdən xoş­lan­dığını, onları yola gətirmənin necə mümkün olduğunu, hansı vasitələrlə müraciət ediləcəyini hər kəsdən daha yaxşı bilirdi. Latın Ame­ri­kasında Amerika Birləşmiş Ştatlarının beynəlxalq miqyaslı böyük neft tresti “Standard Oyl”ı bitərəfləşdirmək üçün tətbiq etdiyi üsul və metodlar ona bu sahədə çox geniş təcrübələr qazandır­mışdı. İndi isə, o təcrübələrdən istifadə etmənin tam za­manı idi. O da bunu etdi. Rumıniyada yeni neft qanununun qəbulu ilə birlikdə kisənin ağzını açdı. Rumıniya neft sahələrindəki ha­kimiyyətini davam etdirmək üçün kimlərə və haralara nələr verdiyi bilinməz, la­kin ingilis qızıllarının da cazibəsi təsirsiz qala bil­məz­di. Həqiqə­tən də digər dövlətlərə tətbiq edilən qanun, Rumıni­ya­dakı ingilis-rumın iş adamlarının ortaq fəaliyyət göstərmələri səbəbindən De­terdinqin başında durduğu trestə tətbiq edilmədi.

Beləcə bu tarixdən etibarən, Deterdinqin yük qatarları və gə­miləri Orta Avropanın və Aralıq dənizinin ətrafında yerləşən məm­lə­kətlərin hər tərəfinə neft daşımağa başladılar. Nəticədə Steau Romen nefti bütün Avropa bazarlarına hakim oldu.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin