Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

*** 

Mühafizəkarlıq,  ənənəçilik və  hətta kiçik xalqların milli 

mədəniyyətinin donuqluğu bəlkə elə özünüqoruma instinktidir, 

bəlkə də bu qeyri-şüuri, ancaq intiutiv olaraq dərk edilən belə 

bir öncəgörümdür ki, dünya səviyyəsində  bərabərlik milli 

özünəməxsusluğu, milli varlığı – qoy lap patriarxal geriliyin, 

milli özünəməxsusluğun primitiv mahiyyəti olsun –  məhv edə 

bilər. Amma gerilik millətin mədəni və ruhi cəhətdən salamat 

qalması uğrunda mübarizədə silah ola bilməz. Milli ox, yaxud 

qılınc "kosmopolit" pulemyotun qarşısında duruş gətirə bilməz. 



*** 

Sənətkar öz milli mədəniyyətinə yalnız o zaman xeyir gətirə 

bilər ki, onun içində, kontekstində yaşayıb nəfəs alsın. Belə 

deyək, nə  qədər populyar olmasına baxmayaraq, bütün 

dünyada tanınan müğənni milli vokal sənətinin səviyyəsinin 

göstəricisi sayıla bilməz. O, öz-özünə milli incəsənətin inkişaf 

meylləri və ənənələrindən kənarda mövcud olduğuna görə sırf 

nominal baxımdan Azərbaycan mədəniyyətinin təmsilçisi 

adlandırılır, olur ki, çox zaman bu da yaddan çıxır. Onun ən 

böyük və  şübhə doğurmayan uğuru bütövlükdə milli vokal 



 460 

sənətinin inkişaf dövrü ilə ölçülmür, çünki çoxmillətli ölkədə 

bu sərhədlərin özü son dərəcə şərti olur. 

*** 

Həmişə, həmişə  qışqırırdıq ki, insanı  dəyişmək lazımdır, 

ancaq axı insanı əzmədən, ona zülm etmədən onu dəyişdirmək 

mümkün deyildir. Nəticədə isə, biz, əlbəttə, istəyimizə nail 

olduq – insanın daxilini elə dəyişdik ki, o, tam tanınmaz oldu. 

Ancaq bunun kiməsə xeyri dəydimi? Çünki təbiətini 

dəyişməyən insan həmişə özünü elə göstərəcək ki, guya dəyişib 

bu o deməkdir ki, o, ikiüzlülüyün dərslərini  əla 

mənimsəmişdir. Nəticə isə budur: insan həmişə bir şeyi 

düşünür, başqa  şeyi deyir, hərəkətə  gəldikdə isə bunların 

ikisindən də imtina edir. Uzun illər boyu əxlaqsızlıq təlqin 

edilibsə, yaxşı  nə gözləmək olardı?! Soy, qarət elə (artıq 

talanmış bir şey olsa belə, adı ki yenə talandır), öldür (qoy bu 

düşmən olsun, öldür, nə  fərqi var), aldat, ikiüzlülük elə, 

ərköyünlük elə, yaltaqlan, aldatdıqca aldat, yenə, yenə aldat… 

*** 

Ləyaqət dedikləri həmişə özün olmaq, müstəqil olmaqdır, 

amma sənin fikrindən köklü şəkildə fərqlənən fikri qəbul etmək 

ləyaqəti bir damcı da azaltmır. "Sizin fikrinizlə razı deyiləm, 

ancaq həyatımı verərdim ki, sizin onu ifadə etmək imkanınız 

olsun". Volterin bu tezisi mənim ruhuma çox yaxındır.  



*** 

İnsanın  ən amansız,  ən qəliz və  ən uzun mübarizəsi onun 

özü özüylə – içindəki eqoizmi, şöhrətpərəstliyi, qorxaqlığı, 

ağciyərliyi, laqeydliyi, heyranlığı, illüziya və  tənhalığı… ilə 

davasıdır. 

*** 

Canlı tiranlar özləri kimi bu gün yaşayan tiranları sevmirlər; 

necə olmasa da, axı rəqibdirlər. Onlar yalnız dünyadan getmiş 

tiranları sevirlər. Bəs necə, tiranlara da nəsil  şəcərəsi lazımdır 

axı... 

*** 


 461 

İnsanın bütün həyatı  əzab və qorxudan yoğrulmuşdur.  İşin 

pis gedəndə üzülürsən, yaxşı gedəndə qorxursan – 

xoşbəxtliyini itirməkdən qorxursan. Ümumən götürdükdə, 

özünü dərk edəndən ölüm qorxusu səni rahat buraxmır.  Ən 

dəhşətli qorxu – doğmalarını itirmək qorxusudur. 



*** 

Həyatın sevincdən çox - ağır yük olduğu insanlara mən nə 

qədər desən rast gəlmişəm. Buna heç yük də deməzdim. Bu 

daha çox darıxdırıcı, üzücü məcburiyyətə  bənzəyir. Belələri 

həyatlarında heç bir dəyişiklik gözləmirlər (çoxdan, lap çoxdan 

bu dəyişikliyin baş verməyəcəyinə  qəti inanıblar), onların 

gözlədikləri  şeyin adı heç xoşbəxtlik, gözlənilməz sevinc də 

deyildir, sonu gözləmək intizarıdır, necə ki, türmədən 

çıxmağını, məktəbdə darıxdırıcı  dərsin bitməyini, sevmədiyin 

işin başa çatmağını  və ya hərbi xidmətin qurtarmağını 

gözləyirsən…, yaxud buna bənzər, ağır, darıxdırıcı  şeylər. 

Ancaq yuxarıda sadalanan və sadalanmayanlardan fərqli olaraq 

bu nəyinsə sona varıb, nəyinsə başlayacağını gözləmək intizarı 

yox, bir xilas yolu kimi ÖLÜMÜ gözləməkdir. "Sonsuz 

dəhşətdənsə, dəhşətli sonluq yaxşıdır". Belə bir mövcudluğa 

son qoyulmalıdır. Bu mövcudluq forması tükənərək başa 

varmalıdır, ancaq o mənada yox ki, bunun arxasınca bundan bir 

az babat olan digər  şey başlasın. Yox, söhbət məhz bu 

mövcudluq formasından, bütün tale dönəmləri ilə  bərabər 

götürülən həyatın özündən gedir, ondan sonra isə yalnız ölüm 

və sükut gəlir. "Sonda - sükut" – Hamlet belə demişdir. Tez, ya 

gec,  əvvəl-axır bütün bunların başa çatmağı, həyatın ölümə, 

yoxluğa, heçliyə qovuşmağı… Ona görə  də, hər açılan təzə 

səhəri sevinclə qarşılamaq yox, buna qurtuluş müddətinin bir 

az da yaxınlaşması kimi baxırlar. 

*** 

Bütün bəxti gətirməyən insanlar - xüsusən, yüksək 

emosional gərginliyin mövcud olduğu incəsənət sahəsində – ən 

faciəvi insanlardır. Öz istedadı,  əməyi, ləyaqətli və namuslu 



 462 

həyat tərzi sayəsində bir çox uğurlar qazanan sənət adamlarının 

əksəriyyətində bu uğurlara çatmayan sənət həmkarlarına 

münasibətdə bir günah hissi olur. Mən bu fikri "Dantenin 

yubileyində" göstərmək istəyirdim. Təcrübəmdən çıxış edərək 

bunu mən "Kəbirlinskiyə münasibət kompleksi" adlandırardım. 

Başını əsiri olduğu yaradıcılıq qayğıları ilə qatan, bu qayğı ilə 

özünü aldadan, dərkedilməz və qarşısıalınmaz  şəkildə 

yaradıcılığa meyllənmək, tale qismətini sürünərək yaşamaq, 

sözün kəsəsi, Kəbirlinski olmaq dəhşətdir. Bütün ömrünü 

fədakarcasına sənətə  həsr edən, yaradıcılıqdan başqa bir 

qayğısı olmayan insanların diri ikən ölü sənət həmkarları 

barədə düşünəndə əzab çəkməsini yaxşı başa düşürəm. Ancaq 

bu problemin başqa bir aspekti də vardır. Sənətdə uğursuzluq, 

qrafomanın məhəl qoyulmayan ambisiyaları, bunun müvafiq 

aqressivlik, güclü temperament, iradə, daha doğrusu, dağıdıcı, 

əzici iradə gücü ilə müşayiət olunması… özündə böyük şər 

potensialını toplaya bilər. Şair ola bilməyən Stalini, rəssam ola 

bilməyən Hitleri xatırlayaq. Onların hər hansı qeyri-adi, parlaq, 

yaradıcı, mənəvi cəhətdən azad şeylərə qarşı quduz 

münasibətinin kökündə heysiyyatın tapdalanması, öz sənəti ilə 

dünyanı "istila etmək" çılğınlığının baş tutmaması durmurmu? 

Yaradıcı impotensiyanın səbəbinə özünütəsdiqin baş 

tutmaması, hərəmxanada hərəm ağasının həsədindən geri 

qalmır. 

*** 

Bəzən  ədəbiyyat, incəsənət və  tənqiddə yeni bir şeylə 

rastlaşanda, bələdlik məqsədilə bu şeylərin analoqunu 

axtarırlar. Dərk etmək, müqayisə etmək, mənalandırmaq və 

dəyərləndirmək məqsədilə onlara hökmən nümunə lazımdır. 

Əsl sənət  əsərləri isə  qışqırıqla, gözə soxulmaqla və buna 

uyğun formalarda meydana gəlmir. Çox vaxt səssiz-küysüz, 

sezilmədən dünyaya gəlirlər. Bəzi tənqidçilər hesab edirlər ki, 

onlar hansısa yazıçını tanımırlarsa, bu, həmin yazıçının öz 

günahıdır. Ancaq geoloqların kəşf edib-etməmələrindən asılı 



 463 

olmayaraq, almaz elə almazdır. Bu müqayisə kiməsə 

mübaliğəli görünsə, özümüzə yaxın və uyğun bir şeyi nəzərdən 

keçirə bilərik. Neft yerin təkindədir və adi baxmaqla onu 

görmək mümkün deyildir. Ancaq bu ki neftin dəyərini aşağı 

salmır.  



*** 

O, ziyalıların gözündə kənd yazıçısı idi (kənddən yazsa da, 

yazdıqlarını  əsasən ziyalılar oxuyurdu). Başqa birisi isə, 

ziyalılardan yazsa da, əsasən kəndlərdə  və rayonlarda 

oxunurdu. Ziyalı deyilən şəxsin ruhunda snobizm mərəzi olur, 

özü haqqında oxumaq ona birtəhər gəlir. Öz kəndli həyatından 

bezmiş  kəndli isə hardasa ondan uzaq həyat tərzinə maraq 

göstərir. 



*** 

Adamlar, adətən, ilk mükafatı alana qədər məğrur olurlar. 

Onlar yüz mükafatdan birincisini alan kimi yerdə qalan doxsan 

doqquz mükafatın həsrəti ilə yaşayırlar. 



*** 

İki ay ərzində iki ümumittifaq qurultayda 

(kinematoqrafçıların və yazıçıların) iştirak etdikdən sonra, 

burada, Pirquluda "Qəm pəncərəsi" filminin çəkilişi zamanı 

"Literaturnaya qazeta"nın oxumadığım nömrələrinə baxıb 

fikrin cəsarətlə, açıq-saçıq deyilişinə, qaldırılan problemlərin 

böyük  əhəmiyyət daşıdığına sevinsəm də, bu sevinc tam 

olmadı, necə deyərlər, ürəyimə yağ kimi yayılmadı. Bunun 

səbəbi yaşmıdır (görünür, mən həyatımın elə bir dövrünə 

qədəm qoyuram ki, Nazim Hikmət demişkən, bu yaşda artıq 

söz səni sərxoş etmir). Bəlkə 

səbəb zəmanənin 

etibarsızlığındadır ki, birdən qəfil  şəkildə  tərs üzünü göstərib 

dəyişər. Odur ki, verilmiş söz azadlığı, icazəli azadlıq sənə tam 

ləzzət vermir – Azadlıq və  Həqiqət onu verənin iradəsindən 

asılıdırsa, bütün qaçılmaz qurbanları bahasına amansız 

mübarizədən doğmayıbsa, onun dadı da başqadır. Halbuki, bu 

atmosferi hələ uzun illərdən bəri  ən vicdanlı yazıçılar 



 464 

yaratmışlar və  mən də bu işə öz payımı vermişəm. Amma 

vicdanlı yazıçı öz zınqırovlu sənət həmkarları haqqında hirslə, 

acıqla, nə bilim, hansısa eyhamlarla danışanda məndə belə bir 

şübhə yaranır ki, bəlkə elə onun özü də bu zınqırovlara həsrət 

çəkən bir şəxsdir. Kim nəyin tamarzısıdırsa, ondan da danışır. 

Təbiətin, Allahın və taleyin ədalətli payı var. Kimlərəsə 

istedad, başqalarına orden verilir. Düzdür, zaman keçdikcə 

bunların ikisinin birləşdiyi məqam da olur. Desəm ki, bu uşaq-

muşaq oyuncağını  mən istəmirəm, səmimi çıxmaz, eyni 

zamanda onların həsrətində də deyiləm. Sadəcə, mənim fikrimə 

görə, onlara əlin çatmayanda, bunu özünə  dərd eləməməlisən, 

verəndə isə sevincindən atlanıb-düşməməlisən. Hər cür 

mükafatdan nümayişkaranə surətdə imtina etmək də, həmin 

ordenləri alıb həvəslə döşünə taxmaq ehtirası da bir şeydir. 

Verirlər, versinlər də… Verməsələr nə olacaq ki… Kəsəsi bu 

məsələyə ömür sərf eləməyə  dəyməz. Bu məsələni biryolluq 

yaddan çıxartmaq lazımdır. 

 

1986-cı il, iyun 

 

 



*** 

Bu və ya digər  şəxsin mənəvi baxımdan dəyərləndirilməsi 

zamanı onun yaşadığı dövr, zəmanə  və  şəraitin qulaqardına 

vurulması ən böyük ikiüzlülükdür. Şübhəsiz ki, mənəvi bütövlük 

bütün dövrlərdə sabit və  dəyişməzdir, ancaq onun təzahür 

formaları bir çox cəhətdən  şərait və tarixi gerçəklikdən asılı ola 

bilər. Həqiqət Tdəb" olan dövrdə, bu zaman çərəyində 

təsəvvürolunmaz dərəcədə TcəsarətliU olmaq dünyanın  ən 

ədalətsiz işlərindən biridir. Axı indi həqiqətə qəsdən yol açılır, onu 

deyənə mükafat verilir, bu həqiqət dividendlər belə gətirməklə, hər 

yerdə fəal şəkildə tətbiq olunur. Odur ki, həqiqətin ürəyinə qızmış 

dəmir basılanda, yalanın isə total şəkildə artması zamanında 

əlindən heç olmasa susmaq gələn adamlar daha abırlı görünür. 


 465 

Pasternak cəsarətli, mərd,  ən  əsası isə qorxmaz sənətkar idimi? 

Əlbəttə. Hər halda, Yevtuşenkodan cəsarətsiz deyildi. 

*** 

Şir və  pələng ovu cəsarət tələb eləyir.  Şir və ya pələnglə 

rastlaşanda ayaqların əsmirsə, kişisən. Səhrada əliyalın, silahsız 

pələng və  şirlə rastlaşanda  əsməyin hələ qorxaqlıq  əlaməti 

deyil. Ancaq ölmüş  şirə, yaxud pələngə güllə atmaq heç də 

böyük hünər deyil. Bax bunu bu günün icazəli qəhrəmanlarına 

xatırlatmaq necə də yerinə düşür. 

*** 

Despotluqla demokratiya arasındakı  fərq nədən ibarətdir. 

Despot rejimində pələnglər və şirlər özünü tülkü kimi aparırlar. 

Demokratiya dövründə isə hamı  pələngə  və  şirə dönür. Bəs 

dovşanlar? Despotun dövründə dovşanlar tülküyə dönmüş 

şirlərdən və  pələnglərdən qorxurlar, demokratiya zamanı isə 

qəfildən şirə-pələngə dönmüş tülkülərdən.  

*** 

Qadın təkcə  qısqanmır, həm də ürəyinin dərinliyində 

qısqanılmasını istəyir. Hər dəfə o, səmimi qəlbdən, yaxud da 

yalandan ərinin, oynaşının, ona heyran kəsilən başqa bir şəxsin 

dəhşətli və dözülməz qısqanclığından şikayət edəndə ürəyində 

arzulayır ki, Allah onu heç zaman bu əzabdan qurtarmasın. Bu 

əzab ona özünütəsdiq üçün lazımdır: qadının onu qısqanmaq 

səbəbi nə  qədər az olsa, bir o qədər qısqanılmaq həvəsi 

alovlanır. Qısqanmağa əsası olan qadınların öz cazibədarlığını 

nümayiş etdirib sübuta yetirməyə ehtiyacı olmur. 



***  

Marksizm təlim kimi düşünülübsə də, dinə çevrilmişdir. 



*** 

İnsan  əks ardıcıllıqda mövcud ola bilsəydi... Ancaq bu 

mövcudluq haçan və  nədən başlayır? Valideynlərinin ilk 

tanışlığından, ilk təbəssümündən, öpüşündən? Pol Eluar yazır ki, 

insanlar öpüşdən dünyaya uşaq gətirirlər. 

*** 


 466 

Realizm tarixi hadisədir. O, hər bir müvafiq dövrün təfəkkür 

səviyyəsini  əks etdirir. Homerin dövründə  Təpəgözün təsviri 

elə bizim dövrümüzdə teletəsvir kimi real bir şeydir. Realizm o 

mənada hüdudsuzdur ki, o, təkcə insanın əməl və sözünü yox, 

həm də onun fikirlərini, fantaziyasını, dünyagörüşünü və 

yuxularını əks etdirir. 

*** 

Əzab çəkmək haqqını da gərək qazanasan. 



*** 

Həyat həmişə  gələcəkdədir. Keçmiş ölüm səltənətidir. O, 

yaşanılıb, tükənib, qurtarıb və demək, artıq canını tapşırıb. 

*** 

Kosmopolitizm azad xalqların məzələnməsidir.  Əsarət 

altında olan xalq bundan çox-çox uzaqdır. 

*** 

Ən yaşarı ideologiya o ideologiyadır ki, özünün əksiylə 

mübarizə aparmır, onu mənimsəyib öz içində əridir. 

*** 

Ağıl – şər toxumlu da ola bilər, müdriklik isə  həmişə 

xeyirxahlıq deməkdir. Ağıl vicdanın səsini  şübhə altında 

qoymağa gücü çatsa belə, onu əvəz edə bilməz. 



*** 

Həyat – nəqliyyatdır. Yollarda qalmışam, bəlkə məni kimsə 

öz avtomobilinə, öz həyatına götürə. 

*** 

O, işıqlanıb gərəksiz olmuş lent kimi idi. Mənasız və lazımsız. 



*** 

Qədim Romada ən zülmkar nəzarətçiləri qulların arasından 

seçirdilər. Faşistlər isə kapo adlanan nəzarətçiləri elə  əsirlərin 

öz arasından seçirdilər. Məmlükləri, yeniçəriləri də buraya 

əlavə etmək olar. 

*** 

Gələcək o zaman reallıq kəsb edir ki, hansı mənadasa indiki 

zamanda iştirak edir. 


 467 

*** 

Dahilik, taleyin özünü də ehtiva edir. Taleyin öz dühasını 

gerçəkləşdirmək imkanı vermədiyi insan potensial dahi sayıla 

bilməz. 


*** 

Ədəbiyyat insanın üzərindən statistik damğaları götürür, hər 

bir insana təkrarolunmaz yeganə fərd kimi yanaşır. 

*** 

Bəzi adamların sinizmi, heç şübhəsiz ki, cəmiyyətin 

həyasızlığından irəli gəlir.  

*** 

Azərbaycanda dini müəyyən mənada poeziya əvəz edir - öz 

tanrıları və peyğəmbərləri ilə birlikdə.  

*** 

Həmişə öz uğurları ilə öyünən lovğa cəmiyyət ancaq özünün 

yalan-doğru qələbələrindən başqa heç nəyi görməyən dargöz 

insanları doğur. 



*** 

Tolstoy deyir ki, insanlar ağıllı  və  səfeh yox, anlayan və 

anlamaz  şəklində bölünürlər. Bu, həqiqətən belədir: TYaman 

olur anlamaq dərdiU. 



*** 

Ola bilsin ki, həyat elə əbədiyyətdən sonsuzluğa ünvanlanan 

ismarıcdır. 

*** 

Azsaylı xalqların içindən çox nadir hallarda böyük nasirlər 

yetişir. Bəli,  şairlər yetişir, ancaq nasirlər yox. Bəlkə azsaylı 

xalqın həyatında epiklik çatmır. Bəlkə bu, onların tarixi 

proseslərdə rol oynamaması, yaxud da insanlığın tarixində zəif 

iştirakı ilə bağlıdır. Axı poeziya təkcə ürəyin, qəlbin 

kardeoqrammasıdırsa, nəsr bütün cəmiyyəti  əhatə eləyən bir 

şeydir. Azsaylı xalqların içindən çıxan hansı yazıçı, sözün 

həqiqi mənasında, böyük nasirdir? Coysmu? Ancaq o da 

İrlandiyadan çox böyük ingilis ənənəsinə bağlıdır, baxmayaraq 



 468 

ki, qəhrəmanlarını Dublinin tarixi şəhər kontekstində  təsvir 

edib. Praqa sakini Kafka da balaca Çexiyaya yox, böyük alman 

ədəbiyyatı  ənənələrinə aiddir. Balaca İslandiyanın içindən 

Nobel mükafatı laureatı Laksnes çıxıb, ancaq  Nobel 

mükafatını alsa belə, Laksnes böyük yazıçıdırmı? Bilmirəm. 

Oxumamışam. 

*** 

Nağıllar xalqların yuxularıdır. 



*** 

Uşaqlığın xiffətini çəkmək – uşaqlığımızda yaşlıların 

həyatını  nə vaxt yaşayacağımızı  həsrətlə gözləməyimizlə 

bağlıdır. Bu yaşa çatanda tamam başqa  şeyin  şahidi olursan. 

Doğrudanmı, həyatımızın ilk dövründə biz yaşlıların həyatını 

elə beləcə təsəvvür edirmişik? 



*** 

Bəzən kitablarda gözümüzə çox qəribə, heç harda təsdiqini 

tapmamış və izah olunmayan faktlar sataşır. Məsələn, Yeremey 

Parnovun Ernest Telman haqqında yazdığı "Gizlin məhbus" 

kitabının (Moskva, 1978) 356-357-ci səhifələrində gözümə 

belə bir fakt sataşdı: "Svastika ideyasını Hitlerə uzun illər 

Tibetdə yaşamış Qurciyev soyadlı bir azərbaycanlı vermişdi". 

*** 

"Drujba narodov" jurnalının təşkil etdiyi dəyirmi masada 

çıxış edərkən dedim ki, biz yuxularımızı belə Qlavlitdən 

(senzura idarəsi) keçirtmək məcburiyyətində qalmışdıq. "Yaxşı 

padşahın nağılı"nda yuxulara icazəni  şah verir. Bu yaxınlarda 

hardasa oxudum ki, German Kant "RENT-Korporeyşndə" 

çalışarkən yuxuların proqramlaşdırılması üzərində  işləyirmiş. 

Ümumən götürdükdə "Yaxşı padşahın nağılı"  ətrafında çox 

mürəkkəb bir situasiya yarandı. Bu hekayəni qələmə alanda, 

mənim sarkazmımın hədəfində ancaq və ancaq totalitarizm 

dururdu, burada heç bir konkret ünvan-filan yox idi, ancaq 

buna baxmayaraq, bəzi adamlar onu konkret şəxslərlə 

əlaqələndirməyə  cəhd etdilər. Dərhal müvafiq instansiyalara 


 469 

danoslar göndərildi, bir məlumatlı adamın dediyinə görə, bu 

danosları  mənim bəzi sənət dostlarım yazırmış. Sən bir 

paradoksa bax: mənim hekayəmdə  şah  şer yazmağa başlayır. 

Bu hekayə çap olunandan bir neçə il sonra qəfildən Brejnev də 

TyazıçıU oldu. Mən  ədəbi süjeti heç bir konkret şəxsə görə 

qurmasam da, həyat özü mənim hekayəmin  əsasında duran 

vəziyyəti reallaşdırdı. 



*** 

Yeri gəlmişkən, Brejnev haqqında. Onun Bakıya gəlişi 

ərəfəsində Lenin meydanında, düz mənim evimin qarşısında 

böyük tədbirlər hazırlanırdı. Gecənin bir aləmində ucu-bucağı 

görünməyən meydanda məşqlər keçirilirdi. Reproduktorlardan 

alqışlar və maqnitofon lentinə yazılmış "Ura" səsləri ucalırdı. 

Maqnitofon lentinə yazılmış  və meydanda səslənən alqış, 

entuziazm, ura səsləri, alqışlar mənim üçün absurd dövrünün 

ən parlaq simvolu olaraq qalır. 

*** 

Puşkin haqlıdır, sənətkar cinayətkar ola bilməz. Onun 

alibisini, təqsirsizliyini sübut edən istedadıdır. 

*** 

Yunq qeyd edir ki, sənətkar öz taleyini bütün bəşəriyyətin 

taleyi ilə eyniləşdirir, bunun vasitəsilə isə bir növ həm də azad 

olur və bütün dövrlərdə insana hər hansı  bədbəxtlik önündə 

duruş gətirmək, habelə ən uzun və üzüntülü gecənin belə belini 

qırmaq imkanı verən xeyirxah qüvvələrlə qovuşur. Yunqun 

fikrinə görə, sənətin təsir mexanizmi bundan ibarətdir. 

*** 

Mən həmişə dostlarımın yaxşı dostu olmağa çalışmışam. 

Onların mənə yaxşı dost olmasından daha yaxşı. Ancaq bu, 

bədbəxtlik yox, taledir. 



*** 

İyirmi milyondan artıq güllələnmiş və məhv edilmiş insan - 

xalqın özü-özünün qənimi elan edilmişdi. 

*** 


 470 

Xatırlamaq hər bir insanın yaradıcılıq fəaliyyətinin bir 

elementidir. Bu səbəbdən bütün insanlar potensial olaraq 

yaradıcı və sənətkardırlar. 



*** 

Bu dünyada təkcə ictimai, siyasi represiyalar mövcud deyil 

ki. Təbiətin də represiyaları mövcuddur – yanğın, sel, zəlzələ… 

*** 

Həyat Allahın tapmacasıdır. Açması belədir ki, Tanrı 

insanlara bu tapmacanı bulmaq şansı verir, yoxlayır və 

sınaqdan keçirir – biz insanlar nə  qədər dözə, duruş  gətirə 

biləcəyik?  

*** 

Dünyanın müxtəlif qəbiristanlıqlarına səpələnən qardaşlıq 

qəbirləri – eyni biçimli qəbirlərin səliqəli sırası... insanlar yox, 

daşların üzərinə  həkk edilmiş tarix və  rəqəmlər... Bəlkə elə 

əclafların qanunu buradan irəli gəlir – meşəni qırırlar,  talaşa 

səpələnir. 



*** 

İdeyalar cəmiyyətin içində yetişir, cəmiyyət isə abort da edə 

bilər. Tarixin bu burumunda Şərqi Avropa ölkələri azad olmalı 

idilər. Bizim üçün, hətta Pribaltika ölkələri üçün vaxt hələ 

hamilədir.  Tarix bu ideyanın tamam-kamal yetişməsi üçün 

hələ bir dövrə  də vurmalıdır.  Şübhəsiz ki, əgər cəmiyyət 

"bətnindəki uşağı" salmasa. (Bu qeydlər səksəninci illərin 

sonunda qələmə alınıb. O zaman mən nə biləydim ki, hər şey 

belə tez baş verəcək və tarixin növbəti burumu bir il, il 

yarımdan sonra özünü göstərəcək. Təkcə Pribaltika 

respublikaları yox, yerdə qalan bütün respublikalar azad olacaq 

- bu isə doxsanıncı illərin qeydləridir).  



*** 

İnsan nə qədər mürəkkəb və qəlizdirsə, Allahı da bir o qədər 

mürəkkəb və qəlizdir. 

*** 

Erməni tarixçiləri və müasir daşnak və digər dənizdən-dənizə 



 471 

(yəni Xəzər dənizinə) Ermənistan ideoloqlarının yazdıqları ilə 

razılaşmalı olsaq, gərək azərbaycanlıların  əcdadları  Xəzər 

dənizində yaşayan balıqlar olsun, çünki bu halda onlara başqa heç 

bir  ərazi qalmır. Bu fikri mən Moskvada SSRİ yazıçılarının 

iclasında dedim. Daha sonralar, müstəqillik dövründə Rusiya və 

İran Xəzər dənizinin Azərbaycan sektoruna qarşı iddia irəli 

sürdülər. Belə çıxır, heç dəniz də bizə məxsus deyilmiş. Bu fikri 

isə  mən, 1994-cü ilin oktyabr ayında Bakıda "Azadlıq 

meydanı"nda keçirilən mitinqdə dedim. 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin