Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

*** 

Doğrudanmı, erməni milli təfəkküründə iki qütb - ərazi 



 494 

böyüklüyü - böyük Ermənistan haqqında xülyayla tarixi 

məzlumluq, inciklik və məhkumluq arasında yalnız boşluq var?  

Burada, doğrudanmı, təbii, ya süni kədərdən başqa həyatın 

rəngarəng spektrindən heç nə yoxdur? Yaxşı yadımdadır, bir 

neçə il qabaq Eçmiədzində olanda hər addımbaşı guya 

TsoyqırımıU qurbanlarına qoyulan abidələrlə rastlaşırdım və 

bu məni heyrətləndirirdi. Bu abidələr niyə belə çoxdur, – deyə 

soruşdum. Bax bu abidə erməni  əsilli amerikan milyonerinin 

hədiyyəsidir, bu isə fransız, bax o biri italyan ermənisinin 

hədiyyələridir - mənə belə cavab verirdilər. Doğrudanmı, sizin 

tarixinizdə  işıqlı, nikbin bir hadisə olmayıb ki, dünyaya 

gözünüzü açan kimi keçmişin məhz bu üzünü – dərdi,  əzabı, 

qırğını, matəmi yada salıb ağlayırsınız? 

Üstündən bir neçə il keçəndən sonra Parisdəki "Fiqaro" 

qəzetinin müxbirinin suallarına cavab verərkən dedim ki, 

Yerevanda keçirilən mitinqlərdə  səsləndirilən bəzi  şüarlar 

mazoxizm təsiri oyadır: "Rus-Türk-Azərbaycan blokunu 

erməni qanına batıraq", yaxud "rus əsgərini bizə güllə atmağa 

məcbur edək". Bakıda mənimlə görüşən müxbir mənim 

sözlərimi öz bildiyi kimi belə  təqdim etmişdi: TAnar bəyan 

edir ki, bütün ermənilər mazoxistdirU və bu cümlə çap olunar-

olunmaz aləm dəydi bir-birinə. Bundan sonra mənə 

Ermənistandan təhdidedici məktublar gəlməyə başladı, bu 

məktubların bir neçəsində erməni terroristlərinin qətlə yetirdiyi 

şəxslərin siyahısı verilirdi: biz Ənvər Paşanı, Camal Paşanı, 

Tələt Paşanı (qətlin vaxtı  və yeri göstərilirdi) öldürmüşük, 

əlimiz sənə  də çatar. Zəng edib arvadımı qorxudurdular ki, 

tezliklə məni qətlə yetirəcəklər. Ən dəhşətlisi isə uzaq Qarabağ 

kəndlərinin birində yaşayan kəndlinin savadsız rus dilində 

yazdığı məktubu idi. Demə, bu uzaq kənd sakini nəinki fransız 

qəzeti "Fiqaro"nu oxuyur, həm də "mazoxizm" sözünün də 

mənasını gözəl anlayırmış və bu ifadəmə görə məndən inciyib. 

Məsələ  şişib-şişib Sov.İKP MK-ya, Qorbaçova çatdı. 

Azərbaycan və erməni deputatları ilə görüşündə (o zaman mən 


 495 

İttifaq səviyyəli deputat deyildim) Ermənistan Yazıçılar 

Birliyinin sədri Vardqes Petrosyan (sonralar Yerevanda öz 

evinin kandarında  şübhəli bir şəraitdə  qətlə yetirilmişdi) bu 

məsələni Qorbaçovun diqqətinə çatdırdı, məni erməni fobiyası 

yaratmaqda, milli düşmənçilik toxumu səpməkdə 

günahlandırdı. Bu məclisdə  məni Mirzə  İbrahimov müdafiə 

etdi. Bunu yaddan çıxarmaq olarmı?  

Bu da yadımdadır ki, hələ bu hadisələr baş verməmişdən çox-

çox  əvvəl, daha dəqiqi Qarabağ konfliktinin başlanmasından bir 

neçə il qabaq Suren Ayvazyan adlı bir nəfər Sov.İKP MK-ya 

haqqında film çəkdiyimiz Qaçaq Nəbinin adına hədyanlar 

yazmışdı. Bunu eşidən kimi, mən S.Ayvazyanın  əlində  dəstavuz 

etdiyi yalançı faktlar barədə Sov. İKP MK-ya məktub yolladım. 

Üstündən bir az ötəndən sonra o zaman bizim MK-da işləyən, 

rəhmətlik Qəşəm Aslanov məni dəvət etdi və dedi ki, sənin 

məktubun Sov. İKP MK-ya çatıb, ona münasibət yaxşıdır, Qaçaq 

Nəbi haqqında film ekranlara buraxılacaq. Ancaq Qəşəm bu 

sözləri də əlavə etdi: "Ancaq unutma ki, Sov. İKP MK-nın sənin 

məktubun baxılan şöbəsində on altı erməni işləyir, onlar bunu nə 

vaxtsa sənin yadına salacaqlarU. Qəşəmin sözü doğru çıxdı. 

*** 

Yağış yağır – bu, kökündən dəyişilmiş dünyada mənə tanış 

olan yeganə nəsnədir (televiziya verilişlərinin birində dediyim 

və "Qırmızı limuzin" hekayəsində işlətdiyim bu fikri sonralar, 

1996-cı ildə "Arqumentı i faktı" qəzetində sitat gətirmişdilər). 

Yadıma gəlir ki, o vaxt hakimiyyətdə Xalq Cəbhəsi idi, həmin 

televiziya verilişindən sonra Vaqulya (V.Səmədoğlu) mənə 

zəng eləyib dedi ki, sən getdikcə  mənim  şerlərimə daha çox 

bənzəyirsən. "Yəni o mənada ki, heç kəs heç nə başa düşmür? 

– Atmaca ilə cavab verdim: – Nə  məni, nə  sənin  şerlərini? – 

Yox. O mənada ki, getdikcə  sən də  mənim  şerlərim kimi 

kədərli olursan. 



*** 

Onlar əvvəlcə mənə nifrət edirlər, sonra isə bu nifrətə səbəb 



 496 

axtarmağa başlayırlar. 



*** 

İctimai fikir quru yerdə hazırlanmır, onu illər boyu 

formalaşdırırlar.  Əgər senzuranın aradan götürüldüyü bir 

dövrdə  nə zamansa qadağan olunmuş, yaxud qara siyahılara 

salınmış  və ya xaricdə çap olunmuş  əsərlər (onlar yəqin ki, 

mövcud olmayıb) üzə çıxmırsa, bu gün müstəqil Azərbaycanın 

mövcud ictimai fikrini yetişdirən yeganə  mənbə bizim leqal 

ədəbiyyatımız sayılmalıdır. Bu ədəbiyyatın dəyəri isə  təkcə 

onun ictimai əhəmiyyət daşıması ilə yox, həm də yüksək 

estetik bədii səviyyəsi ilə  şərtlənir. Demək olar ki, altmışıncı 

illərdə  ədəbiyyata gələn nəslin bir neçə nasirlərinin səyi 

hesabına yaradılan gözəl nəsr nümunələrinə Azərbaycan 

ədəbiyyatında daha əvvəllər rast gəlinməyib. Axı bu faktı necə 

inkar etmək olar, yaxud belə bir tarixi ədəbi faktın üzərindən 

necə sükutla keçmək olar? Olmaz, ancaq buna cəhd edənlər 

var. Görünür, altmışıncıların  ədəbi ideyaları  təkcə özlərinin 

davamçılarını deyil, həm də davamçı olsa da, bu varisliyi 

dananları, öz kökünü və  mənbəyini inkar etməyə çalışan 

opponentlərini də yetişdirmişdir. Nə  qədər qəribə olsa da

totalitar dövrün ictimai təfəkküründəki bəla – relikt halında bu 

gün də yaşayır: nankorluq və keçmişə münasibətdə naşükürlük, 

özündən  əvvəl  gələnin kökünü baltalamaq, yerlə-yeksan 

etmək, mövcud olan hər  şeyi bir düsturun üzərinə  gətirmək, 

Keçmişdən keçib bu günə gəlib çıxan, hələ yaşayan, nəfəs alan 

hər şeyi – zoğları, pöhrələri qırıb çatmaq ehtirası. 

Totalitar keçmişə totalitar münasibət – bizim yaşadığımız 

dünyanın elan edilməsə  də, görünməz bir əllə idarə olunub 

fəaliyyət göstərən əsas şüarı bax budur. Daha dəqiq desək, belə 

bir təfəkkür tipi ki, onu təkidlə cəmiyyətə sırımaq istəyirlər. 

 

Yanvar, 1993 



*** 

Bizim nəslin – altmışıncıların faciəsi Sovet sistemində  və 

Brejnevin hakimiyyəti dövründə ümidlərimizin boşa 


 497 

çıxmağında deyildir. Brejnevə heç vaxt heyran olmamışıq ki, 

sonra da xəyal qırıqlarına düçar olaq. Biz, sözün əsl mənasında, 

Saxarov və Soljinitsinə münasibətimizdə  xəyal qırıqlığına 

uğradıq.  

Məlum oldu ki, Saxarovun arvadının etnik mənşəyi onunçün 

tarixi  ədalət hissindən vacib imiş, istənilən tarixi sənədi son 

dərəcə  dəqiqliklə araşdıran Soljinitsın isə, konkret olaraq 

Qarabağ probleminə münasibətdə həqiqətə məhəl qoymur. 

Məni bu fikrə düşməyimə təkcə o vadar etmir ki, sözügedən 

məsələlər mənsub olduğum xalqın, millətin problemidir. Buna 

məni o vadar edir ki, həmin problem barədə yuxarıda adı 

çəkilən məşhur hüquq müdafiəçilərindən daha çox bilirəm və 

onun haqqında söz demək səlahiyyətim var. Fikirləşəndə ki, bu 

adamlar mənim üçün gün kimi aydın olan məsələ barədə belə 

səhvlərə yol verir, belə qeyri-obyektiv danışır, görəsən, onların 

digər məsələlər üzrə mövqeləri də elə beləcə, TobyektivU 

imişmi?  Əlbəttə, məni Qarabağ probleminə birtərəfli 

münasibətimə görə günahlandırıb iddia irəli sürmək olar, ancaq 

faktların  əlindən hara qaçacaqsan. "Fakt tərs  şeydir" – səhv 

etmirəmsə, Haqqın və  Ədalətin BÖYÜK dostu yoldaş Stalin 

belə demişdir. 



*** 

Bizimlə bizdən sonra gələn nəslin arasındakı  fərq ondan 

ibarətdir ki, deməyə sözümüz olsa da, bu sözü ifadə etməyə yer 

və imkan tapmırdıq. Bu nəslin isə ağlına gələni istədiyi şəkildə 

ifadə etmək üçün yer də, imkan da mövcuddur. Ancaq onun, 

görünür, sözü yoxdur. 



*** 

Mənim yazdığım dil doğma Azərbaycan-türk dilidir. Ancaq 

mən rus dilində  də yazıram – esse, məqalə, bax bu gecə 

fikirlərini. Bəzən öz yazdığımı özüm rus dilinə çevirməli 

oluram. Sovet dönəmində istəmirdim ki, məni ikidilli yazıçı 

adlandırsınlar, bu anlayışın içində  mən bir kollobrasionizm 

görürdüm. 


 498 

İndi müstəqil Azərbaycanda, əlbəttə, yenə də özümü ikidilli 

yazıçı saymıram. Amma bu və ya digər fikirlər mənim ağlıma 

məhz rus dilinin axınında gəlir və bu zaman mən öz fikrimi 

boğmamaq xətrinə onları doğulduqları dildə qeydə alıram. Bu 

gecə fikirlərinin müəyyən hissəsi də rus dilində meydana gəlib, 

yaxud yetişib, buna görə də mən onları həmin dildə yazmışam. 

İndi burda oxuduqlarınız isə uğurlu, ya uğursuz tərcümələrdir. 



*** 

Sözünü o kəslərə de ki, səni eşitmək istəmirlər – Sokratın bu 

müdrik fikrini C.Məmmədquluzadə çox xoşlayardı. Bu, elə 

C.Məmmədquluzadənin də bizim hamımıza etdiyi vəsiyyətdir. 



*** 

Naxçıvan teatrının rejissoru Vaqif Əsədov qatarda mənə 

dedi ki, ailəmizdə yeddi uşaq idik (biz Naxçıvandan Bakıya 

gəlirdik). Mən evin balacası idim, evimizdə  təkcə bir dənə 

kerosinlə  işləyən lampa var idi. Biz gecə olan kimi növbə ilə 

kitab oxuyurduq, lampanın işığı yalnız iki nəfərin oxumasına 

bəs edirdi, hamı öz növbəsini gözləyirdi. Mənim növbəm  ən 

axırda çatardı – hardasa səhərə yaxın saat beşdə, yaxud altıda. 

Bu zaman mənə  qədər mütaliə edənlər artıq yatmış olurdular, 

lampanı götürüb düz sübhün gözünə kimi oxuyurdum. Bax elə 

o zamandan məndə gec yatmaq, səhər açılana qədər oxumaq 

vərdişi yarandı. 

Bax bu, bizim xalqın  əsl simvollarından birisidir - uşaq öz 

saatını, lampa işığı növbəsini, kitabdan düşən işıq növbəsini 

səbrlə sübhə kimi gözləyir. 

*** 

Bizim tarixçilərin böyüyü Baş Tarixçimiz zənn edir ki

xalqımız səhvən öz dilində danışır. Mən onu çox asanlıqla başa 

düşürəm, məsələ yad etnik kökdə yox, öz dilini bilməməkdə, 

yaxud pis bilməkdədir. Axı bilmədiyin, yaxud pis bildiyin bir 

şeyi, sevmədiyin bir şeyi çox asanlıqla başqa bir şeyə  dəyişə 

bilərsən. Ana südü ilə ruhumuza keçən dil, vətən hissiyyatı, 

şübhəsiz ki, tarixin obyektiv faktlarının müəyyən edilməsində 



 499 

əhəmiyyətli rol oynayır, daha doğrusu, bu hissiyyat həmin 

faktlara münasibətdə əhəmiyyətli rola malikdir. Ruhuna yaxın 

olmayan bir şeyi çox asanlıqla özündən uzaqlaşdırsın. Bu 

sadəcə  sənin özündən uzaqlaşdığın bir şeydir, bədəninin 

ətindən kəsib atdığın bir şey deyil. Tarixi əcdadlar o olmasın, 

bu olsun, nə  fərqi var... yuxarıdan hansı ideoloji göstərişi 

versələr, o tarixi də yazarıq. Ola bilsin ki, sənə daha bir qaşıq 

artıq tərif payı, tərif yalı verərlər… 

*** 

Adamlar var ki, onların dəyəri bu dünyadan getdikdən sonra 

bilinir. Onların mövcudluğunun  əhəmiyyəti nə  qədər böyük 

olsa da, daha doğrusu, məhz bu dəyər sayəsində onların 

yoxluğu daha böyük əhəmiyyəti, mənanı qabardır. Yəni onlarla 

bir damın altında yaşayanda, ola bilsin ki, onların 

mövcudluğunu sona qədər dərk etmirdik, anlamırdıq ki, onların 

boş qalan yeri necə  də görsənəcək, bu adamlar bizim 

həyatımızda nə böyük rol oynayıblar. Onlar köçüb getdikdən 

sonra yaranan boşluğu daha heç nə ilə doldurmaq mümkün 

olmayacaq. 

*** 

İnsan nə  qədər mürəkkəbdirsə, Allahı da bir o qədər 

qəlizdir. İnandığı Allahı. 

*** 

Məğrur xalq tarixi uğursuzluqlarına görə həmişə dərd çəkib 

ağlamamalıdır. Axı hansı xalqın dərdi, müsibəti olmayıb ki? 

*** 

Ramiz Rövşən bəzi cavan şairlər haqqında yaxşı deyib: 

"Onların  şerlərindən qan iyi, ağızlarından isə süd iyi gəlir". 

Sitat təqribən belədir. Doğrudan da, gənclərin bəzən çox-çox 

şeylər vəd edən bəyanatlarını  eşidəndə  təəccüb qalırsan. Axı 

deyirlər ki, bizə  qədər heç bir ədəbiyyat olmayıb, 

altmışıncıların yaratdığı  nə varsa, pisdir, ümumiyyətlə, 

Füzulidən sonra (şübhəsiz ki, bu sözləri dilinə  gətirən adama 

qədər) Azərbaycan  ədəbiyyatında bir kimsə olmayıb. Ancaq 


 500 

belə iddiada olanların yazdığı şer və ya nəsr əsərini oxuyanda 

hər  şey aydınlaşır. Təskinlik tapırsan ki, bu "çağaların" hələ 

dişləri çıxmayıb, ancaq dişləmək istəyirlər. Amma burada nəsə 

təzə bir şey varmı? Hələ 20-ci illərdə bizdə bəzi nəzəriyyəçilər 

özlərinə  qədər bütün Azərbaycan  ədəbiyyatını inkar edirdilər, 

özlərini isə (indiki çağalar kimi) Füzulidən sonra ən böyük 

sənətkar adlandırırdılar. (Hələ yaxşı ki, yazıq Füzuliyə (yaxud 

Sabirə) bu yeri çox görmürdülər). Səciyyəvidir ki, bu "mənəm-

mənəmliklərinU hamısı, adətən, keçid dövrlərində yaranır, 

bütün  əvvəlkilər ayaq altına salınır, bir pyedestalın üstünə isə 

üst-üstə neçələri dırmaşmaq istəyir. Yetər deyindim. Mən 

özüm də nə vaxtsa gənc olmuşam. 

*** 

Aqati Kristini oxuyurdum. Fikrimcə, o, Simenondan daha 

güclü sənətkardır. Ciddi ədəbiyyat aləmində Simenonun çəkisi 

bir az yüngül gələr,  əyləncə  ədəbiyyatı üçünsə bir az 

ağırtaxtalıdır. Aqata Kristi – təmiz detektiv budur. Yaxşı 

detektiv  əsərində yalnız sonuna yaxın kəsdirirsən ki, səni 

barmağa dolayıblar. 

*** 

İranlılarda (xüsusən, Güney azərbaycanlılarda) Türkiyəyə 

qarşı  nəsə bir qısqanclıq kompleksi var. Yaxud, daha dəqiq 

deməli olsaq, yarımçıqlıq kompleksi. Ümumən,  İslamın  şiə 

məzhəbində bir çox məqamları yalnız Freyd kompleksləri ilə 

izah etmək olar. Türkiyəni həm döyüş, həm də siyasi strategiya 

cəbhəsində Atatürkün dahiliyimi xilas etdi? Bəli. Amma həm 

də qan yaddaşıyla bağlı bir ruh – Mərkəzi və Orta Asiya 

çöllərinin azad ruhu. Elə bir azadlıq duyğusu ki, onu Yaxın 

Şərqin dəyərlər sistemi sona kimi yenə bilmədi – azadlıq 

hissini doqmayla boğmaq olarmı?! 

*** 

"Zaman deyilən  şey yoxdur. Təkcə Zaman haqqında 

müəyyən təsəvvürlər mövcuddur" – Höte belə demişdir. Amma 

deyəsən, bunu o deməyib. 



 501 

*** 

Onlar Keçmişi olmayan insanlardır, keçmişi olmayanın 

Gələcəyi də olmaz. Qara camaatın məqamı çatıb. Öz saatınla 

yaşamalısan, bu dəhşətli dərəcədə  çətin olsa belə. Böyür-

başında – Özgə Zamandır, Özgəsinin zamanıdır. 

*** 

Şahmatın sirləri mənə magiya təsiri bağışlayır.  Şahmatda 

oyun mövqelərinin, partiya və variantların sonsuzluğu… 

Müasir kibernetika elminin imkanları  təsəvvüredilməz 

dərəcədə masştablı kosmik ölçüləri hesablayıb üzə  çıxarmağa 

qadir olsa da, heç bir EVM şahmat mövqelərinin 

çoxvariantlılığını hesablayıb başa çata bilmir. Şahmat 

oyununda, bu oyunun mahiyyətində bir mistika və magiya 

gizlənmişdir. Bu mənada  şahmatla yalnız insan beyninin hələ 

aşkarlanmamış sonsuz imkanları tutuşdurula bilər. Görəsən, 

şahmat insan beynininmi məhsuludur, yoxsa bunu bizə 

Kainatın dərin-dərin qatlarından gözəgörünməz qüvvələr 

yetirib? Bəlkə elə oyun da, həyat da… yer kürəsinə  kənardan 

gətirib. 



*** 

Hər bir insan potensial sənətkardır, ən azı ona görə ki, onun 

yaddaşı var. Xatırlamaq, yada salmaq – hansı işlə məşğul olub-

olmamasından, hansı sənətin sahibi olmasından asılı olmayaraq 

hər bir insan üçün yaradıcılıq işidir. Xatırlamaq – bir növ 

seçimdir, hadisələrin, şəxs və yaşantıların yenidən canlanması, 

bu dediklərimizin üzərinə psixoloji nüansların artırılması, 

onların mübaliğə donunda təqdimi, yenidən mənalandırılıb 

"dünyaya gətirilməsi"dir – yəni, bu proses zamanı incəsənətə 

xas olan elementlər peyda olur ki, elə  əsl sənət  əsəri kimi də 

insanın qəlbinə təsir göstərir. Ancaq bir şey var ki, yadasalma 

tək bircə insan üçün yaradılan sənət  əsəridir, burada tamaşaçı 

da, dinləyici də onun özü olur. Yuxu da – tək bircə tamaşaçı, 

yəni yuxu görənin özü üçün verilən film və ya tamaşa olduğu 

kimi. Yuxu daha çox irrasional, sürrealist, abstraksionist 


 502 

sənətkarın yaratdığı  əsərə oxşayır, yada salma isə realist 

sənətkarın iradəsiylə xatırlanan səhnələrdir. Əgər keçmiş bir az 

yüngül duman içində yaddaşda canlanırsa –bu da imressionizm 

örnəyidir. 

 

*** 

Xatirələr yazmaq hələ tezdir, onları lap axıra, bu dünyadakı 

həyatının qurtarıb tükəndiyi vaxta saxlamaq lazımdır, elə bir 

macala ki, bu sənə azacıq sevinc kimi görünsün, həyatı 

yenidən, xatirələrdə və kağız üzərində yaşamaq imkanına malik 

olasan. Ancaq bu dönəmin nə vaxt gələcəyini kim deyə bilər, 

axı çox ahıl çağda da soyuq mühakiməylə dərk edirsən ki, az, 

lap az qalıb, budur, həyat dramının, faciə, yaxud komediyasının 

son səhnəsini oynayırsan. Amma yenə  də ürəyinə hakim 

kəsilən özünümüdafiə duyğusu ilə özünə təsəlli verib deyirsən 

ki, qabaqda hələ çox yaşanılmamış illərin qalıb. 



*** 

Əvvəl-axır bütün ədəbi süjetlər mənasızdır. Məhəbbət, 

hicran, həsrət, mübarizə, ölüm. Çünki həyatın özü mənasızdır – 

doğum – ölüm. Başqa heç bir süjet variantı, süjet dönüşü 

mövcud deyil. Həyat - ölümə aparan yoldur. 

*** 

Bir daha ədəbiyyatın spesifikası haqqında. Sənətkar və ya 

yazıçının işinin spesifikasını, mənim fikrimcə, çox dəqiq 

şəkildə  səciyyələndirən yetərincə yüngülməzac rəvayətlər 

vardır. Onlardan biri belədir: rəssam model qadınla öz 

emalatxanasında oturub. Onlar konyak içib söhbətləşməklə 

məşğuldurlar. Qapı döyülür, rəssam həyəcanla qadına: – 

Arvadımdır, –  deyir. – Tez soyun görüm. 



*** 

Yazıçının  əməyi ilə bağlı ikinci rəvayət də çox dəqiqdir. 

Yazıçı  həyətdə  ağacın dibini boşaldır. Onun həyət evinin 

yanından keçən tanışı söz atır: – İşləyirsən? – Yox, dincimi 

alıram. Üstündən bir az keçəndən sonra elə bu tanışı  həmin 


 503 

yerdən keçərkən yazıçını yelləncəkdə uzanmış görür. – 

İstirahət edirsən? – Yox, işləyirəm. 

*** 

Təəssüf, hətta yazıçılığın spesifikasına bələd olan adamlar 

da bu cəhəti nəzərə almırlar. Yazanda və ya makinada 

çaqqıldadanda heç kəs işinə qarışmır, sənin fikrini yayındırmır, 

ancaq  əlini qələmdən, yaxud makinadan çəkən kimi, kresloya 

oturunca, - olsun ki, bu, sənin işinin çox vacib bir məqamıdır,- 

sual-sual dalınca yağdırılır, ən müxtəlif mövzularda söhbətlərə 

çəkilirsən. Cavabında dodaqaltı  nə  mızıldasan da, düşünmək, 

yaradıcılıqla məşğul olmaq, hələ də fantaziya oyununun içində 

qalmaq üçün vaxtını qorusan da, bazarda qiymətlər, qonşuların 

yay istirahəti, dostların ailəvi planları, uşaqların, nəvələrin, 

qohumların, şoferin, dəlləyin... problemləri haqqında söhbətlər 

beynində  fırlanan süjet xətlərini, dialoq, xarakter, təbiət 

təsvirini havaya uçurdur. Düzdür, gün ərzində heç kəslə 

ünsiyyətə girməyən həmsöhbətini də başa düşmək lazımdır. 

Bədbəxtlik də elə burasındadır, hamını başa düşürsən, hamını 

anlayırsan, dərdinə  şərik olursan, səni isə, nəticə etibarilə heç 

kəs anlamır. 



*** 

Çətini yazıncadır. Başladınmı, hər şey yağ kimi gedəcək. Ən 

azı üç vəziyyət var ki, onlara köklənmək çətin olur: şəhər 

yerindən durmaq, soyuq suya girmək və yazı stolunun arxasına 

keçmək.  Ən çətini bir anın içində bu işi görməyi 

qərarlaşdırmaqdır – sonra hər  şey öz qaydasınca gedəcək. Bir 

göz qırpımında özünü məcbur edib yerindən durmaq, yuxunu 

üstündən adyal kimi atmaq və yataqdan sıçrayıb qalxmaq, 

bütün iradəni cəm edib, özünü məcbur edib soyuq suya 

tullanmaq… Gücünü toplayıb yazı stolunun arxasına keçmək, 

dəftəri açıb ilk cümləni yazmaq. Sonra stuldan qalxa 

bilməyəcəksən. Kağızın özünəməxsus cazibəsi var, onun 

üzərinə yazılan sözün ovsunu səni tərk-silah edir, imkan vermir 

ki, ondan ayrılasan.  Ən  əsası isə sözlərin "zəncirvari 



 504 

reaksiyası"dır... Fikirləri tutmaq, dayandırmaq, ram etmək…  

kağız üzərindəki sözlər özünün daxili ardıcıllıq, başlama, bitmə 

qanunauyğunluğu olan MƏTNƏ çevrilir. Yazanda bütün 

ümidimi sözlərin zəncirvari reaksiyasına bağlayıram, – söz 

sözü, cümlə cümləni, abzas abzası… çəkir.  



*** 

Mənim yaddaşım başdan ayağa qəbiristanlığa çevrilmişdir, 

burada daha qəbir yeri qalmayıb, bircə yer, bircə boş  qəbir 

görsənir – mənim öz məzarım. 



*** 

Mən hələ öz xalqımın faciəsindən, minlərlə ölən,  şikəst 

olan, evsiz-eşiksiz qalan, qovulan, güclə dolanan, küçələrdə 

səfillik edən, maşınların qabağına qaçıb şüşə silməklə bir neçə 

manat çörək pulu qazanmaq istəyən uşaqlardan danışmıram. 

Budur müstəqillik və azadlığımız? Budur arzusunda 

olduğumuz işıqlı  gələcək? Bizə qalan keçmişdir. Bizə qalan 

hamının, hamının canlı olduğu xatirələrdir.  

İnsanın iki həyatı var, yer üstündəki həyatı  və  mənim 

əqidəmə görə, o biri dünyadakı həyatı. 



*** 

Ancaq sənətkar üçüncü həyatını da yaşayır – əgər 

yaradıcılığında öz yaddaşını, öz keçmişini  əks etdirib 

diriltməyə gücü çatırsa... Mənimçün həmişə təskinlik olub ki, – 

bəlkə  də bu, dünyada ən böyük dinlərdən də böyük bir 

təskinlikdir, – Marsel Prust sayağı, iki həyat – real həyatı  və 

kağız üzərindəki həyatı yaşamaq mümkündür. Zamanı saxlaya 

bilmək, itmiş zaman axtarışında daha bir ömrü başa vurmaq 

hesabına zamana güc gəlmək yalnız sənətdə mümkündür. 

Sənətdə qazanılan zaman insanın bu dünyadakı həyatını o biri 

dünyada fərz edilən həyatı ilə birləşdirən körpüdür. Bütün 

hallarda incəsənətdə  əks etdirilən həyatdır. Yaddaş  və keçmiş 

sənətdə yüksək səviyyədə  təcəssüm etdirilibsə, bu 

ölümsüzlüyün elə özü deməkdir. Olsun ki, bu çox sadə bir 

sözdür, ancaq bu fani dünyada başqa bir təskinlik varmı? 


 505 

*** 

Hər hansı bir rus nəyisə soruşmağı sevir, Gertsenin 

təbirincə, "Kimdir müqəssir?" sualını verməyi xoşlayır. "Nə 

etməli?" bu sualı Çernışevski vermiş və Lenin təkrar etmişdir. 

"Rus elində kimin günü xoş keçir?" – Nekrasovun sualıdır. 

"Sənətkarlar, siz kiminləsiniz?" – Qorki bu sualla insanları 

seçim qarşısında qoymağa cəhd göstərmişdi. "Yaxşı nədir, pis 

nədir?" sualını Mayakovski verib. Qonşumuz Vanya dayı 

üçüncü badədən sonra qırsaqqız olub əl çəkmir: "Mənə hörmət 

eləyirsən?" ruslara xas olan bu sualların içində Pasternakın 

dilindən çıxan, dahiyanəliyi və sadədilliyi ilə fərqlənən bir sual 

da var: TƏzizlərim, indi hansı minillikdir?U. Hər halda 

Pasternak xoşbəxt adam idi ki, minillikləri ayıra bilmirdi… 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin