Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

QARA QARAYEVƏ REKVİYEM 

 

26-lar bağının qarşısındakı binada iclas gedirdi. Yay idi, isti 



idi, pəncərələr taybatay açıqdı. İclas uzandıqca uzanırdı, adama 

elə  gəlirdi ki, bu iclasın axırı yoxdur, o heç vaxt bitib 

qurtarmayacaq. Eyni cür çıxışların yeknəsəqliyi hamını  təngə 

gətirmişdi. Bir yandan da bu bürkü... 

...qəfilcən açıq pəncərələrdən salona füsunkar musiqi səsləri 

axdı. Dağ havası kimi saf, dəniz mehi kimi mülayim, nəcib və 

kədərli musiqi sədaları salonu doldurdu. Bu – qarşıdakı bağdan 

səslənən musiqi – Qara Qarayevin Matəm odası idi. Musiqi 

teması səsləndi, başqa registrdə təkrar olundu, bitdi, susdu. 

İclas davam edirdi. Darıxırdım, üzülürdüm, amma artıq 

bilirdim ki, cansıxıcı toplantı  nə  qədər uzun çəkir-çəksin, hər 

saat – düz hər saatdan bir bu musiqi məni xilas edəcək. Təşnə 

ürəklərə bir qurtum sərin bulaq suyu tək, boğucu tüstüdə bir 

udum ozon kimi dadımıza çatacaq. 

Ömrümüzün çeşidli çağlarında Qarayev musiqisi 

qəlblərimizi qürurla və ümüdlə doldururdu, bizə güc verirdi, 

təsəlli verirdi, həyatın faciəvi ziddiyyətlərini anladır, gələcəyə 

inanmağa çağırırdı. Bu musiqidə  dəniz maviliyinin hüdudsuz 

genişliyi, dəniz təlatümü və dəniz ləngəri vardı. Üfüqdən üfüqə 

göy sulardan başqa heç nə görmədiyin dənizlərdə duyduğun 

sonsuzluq hissi vardı. Amma niyə vardı? 

Qarayev sənəti haqqında danışarkən keçmiş zaman felini 

işlətmək düz deyil. Gələcəyin musiqisi barəsində keçmiş 

zamanda danışmaq olarmı? 

Qara Qarayev bizim sənətimizdə  İstiqbalın elçisi, Sabahın 

səfiri idi və  gələcəkdə Azərbaycan musiqisi hansı zirvələrə 

ucalacaqsa o zirvələdə Qara Qarayevlə rastlaşacaq. Biz, onun 

çağdaşları isə bu bənzərsiz sənətkarla hər bir görüşümüzün, 

söhbətimizin xatirələrini tutiya kimi qoruyub əzizləyəcəyik. 


 323 

Ondan eşitdiyimiz sözləri, bir qədər yeyin, kəskin, bir az əsəbi 

danışıq tərzini, ciddi, sərt sifətini birdən-birə  işıqlandıran 

təbəssümünü, qalın eynək şüşələri arxasında parlayan gözlərini 

yaddaşımızda canlandıracayıq. 

Ayda birmi, ikimi, üçmü dəfə radiomuzda TYeddi gözəlU 

baletinin musiqisi səslənəcək və biz gəncliyimizə qayıdacayıq. 

Həftədə birmi, ikimi dəfə TLeyli və  MəcnunU simfonik 

poeması  səslənəcək. Ehtiras toqquşmalarının, müqavimət və 

mübarizənin gərgin akkordlarını eşidəcəyik. Sonra simli alətlər 

məhkum bir eşqin qüssə və təəssüf dolu nəğməsini oxuyacaq. 

Sonra sükut çökəcək. Amma bu sükutu da son akkordun 

fəryadı dağıdıb, sındırıb çilik-çilik edəcək. 

Hər gün bu bağda matəm odası səslənir. İfaçıları görmürük. 

Bəzən elə  gəlir ki, oxuyan torpağın özüdür - bu torpağın 

üstündə yaşayan və onun uğrunda həlak olanlara ağı deyən 

torpağın özüdür. 

Bu torpağın yetişdirdiyi və qoynunda son mənzil verdiyi 

insanlardan biri də Qara Əbülfəz oğlu Qarayevdir. Azərbaycan 

xalqının böyük oğlu, təkrarsız sənətkar, etibarlı dost, müdrik, 

işıqlı və son dərəcə təvazökar insan  Qara Qarayev. 

Bu gün ana torpağımız vətənindən müvəqqəti ayrı düşmüş 

və onun qoynuna əbədi qayıtmış Qara Qarayevə ağlayır. Bütün 

varlığıyla Vətəninə bağlı, bütün fikirləri, hissləriylə, 

musiqisinin ruhuyla Azərbaycana bağlı Qara Qarayevə. 

Onun musiqisinin ünvanına çevrilmiş bu bağda ayaq 

saxlayaq. Xatirəsini sükutla yad edək.  Ətrafa ölümsüz 

musiqinin yayılacağı anı gözləyək. Qara Qarayev rekviyeminin 

səslənəcəyi anı. Meydan Qarayev musiqisini oxuyur, Qarayev 

musiqisi ölümə meydan oxuyur. 

Qara Qarayev öldü, bu gündən onun ölümsüzlüyü başlandı. 

 

15 may, 1982 



 324 

 

 

 

CAVAD MİRCAVADOVA VİDA SÖZÜ 

 

Cavad Mircavadov vəfat etdi. Böyük bir rəssamı itirdik. Əsla 



şübhəm yoxdur ki, gələcək nəsillər onu məhz böyük rəssam kimi 

dəyərləndirəcəklər, amma onu da güman edirəm ki, indi yaşayan 

insanların bir qismi bununla razılaşmayacaq. Burda təəccüblü bir 

şey yoxdur. Cavadın yaradıcılığı  qızğın mübahisələr doğurmağa 

qadir olan sənətdir. 

Yaxın keçmişimizdə  sənətin dəyəri necə  təyin olunurdu? 

Rəsmi təltiflər, fəxri adlar, mükafatlar, ordenlər vasitəsilə. 

Cavad bunların heç birini almamışdı. Demək olar ki, almamışdı 

– dəqiqlik üçün bu ifadəni işlədək. İndi bizim bu qatma–qarışıq 

günlərdə bütün dəyərlər kəllə-mayallaq olub və yeni meyarlar 

meydana çıxıb – ötən dövrlərin hər rəsmi təltifatı indi sənətkarı 

ifşa edən dəlilə çevrilib. Hər dövrə uyğunlaşanlar isə indi də 

heç bir təltifatları olmamasıyla fəxr edirlər, necə ki, bu sayaq 

adamlar ötən illərdə yaxalarındakı  zınqırovlarla öyünürdülər. 

Sənətkar, əgər o, doğrudan da, bu yüksək ada layiqdirsə – belə 

anlayışlardan çox-çox uzaqdır. 

Xronoloji baxımdan Cavad keçən illərdə yaşayıb. Estetik 

baxımdan onun zamanı, güman ki, hələ  də  gəlməyib. O, 

Gələcəyin övladıdır, elə bir zamanın ki, sənətkarın həqiqi 

dəyəri fəxri adlar, mükafatlar, təltifatlarla müəyyənləşmədiyi 

kimi bütün bunların olmamasıyla da müəyyənləşməyəcək. 

Yeganə meyar yaradıcılıq ancaq və ancaq yaradıcılıq olacaq. 

Və  həqiqi sənətçilərin bu həqiqi sənət yarışında Cavad 

Mircavadovun adı – buna şübhəm yoxdur – XX əsrdə 

Azərbaycanın 4 ya 5 parlaq rəssamlarından biri kimi çəkiləcək.  

Bizi tərk edən ustad haqqında yazdığım bu bir neçə söz, 

əvvəla, Cavada minnətdarlığımın ifadəsidir – ən azı mənzilimin 

divarlarını  bəzəyən gözəl  əsərlərinə – müəllifin hədiyyəsinə 



 325 

görə. Amma daha vacib iş odur ki, bu qeydlərim mənim tarixin 

məhkəməsi qarşısında alibim, bəraətimdir. Heç bir günahım 

olmasa da, bu yazını yazmasaydım, Cavadın xatirəsi qarşısında 

özümü günahkar sayardım. 

Başa düşürəm: hər şeyin izahı var – indi vaxt elə vaxtdır ki, 

hər gün televiziya ekranlarından, qəzet səhifələrindən qan sel 

kimi axır, güllə, mərmi, top, partlayış  səsləri eşidilir. Bu 

gurultu-partıltıda yaşlı  rəssamın ölüm xəbəri sanki pıçıltıyla 

deyildi. Cavad elə bil ki, ölümüylə diqqəti  çəkmədi.   

Amma axı müəyyən vaxt keçəcək, başqa bir dövr gələcək və 

yeni nəsillər bizi sorğu-suala tuta bilər: necə oldu ki, siz belə 

böyük bir itkinin üstündən sükutla keçdiz. Gözünüz, qəlbiniz, 

yaddaşınız hardaydı, tarix və  sənət duyumunuza nə olmuşdu? 

Bu suala cavabım, alibim – oxuduğunuz bu sətrlərdədir. 

...Hələ o illərdə ki, Cavadı təqib etməsələr  də, daha betər, 

sanki heç görmürdülər, belə bir rəssamın olduğunun fərqinə 

belə varmırdılar, mən onun sənətinə valeh olaraq "Qobustan"da 

haqqında geniş material dərc etdim, əsərlərinin xeyli rəngli 

reproduksiyasını verdim. Bu, ümumiyyətlə, Cavadın ömründə 

nəşr olunmuş ilk rəngli reproduksiyaları idi. O dövrün yüksək 

rütbəli məmuru mənə irad tutdu: 

–Belə bir səhlənkarlığa necə yol vermisiniz? Heç kəsin 

tanımadığı  rəssamın bu qədər rəngli reproduksiyasını niyə 

vermisiniz? 

–Günahkaram,  – dedim – imkan olmadığı üçün bu rəssama 

layiq iki dəfə çox reproduksiya verə bilmədik. 

Vaxt nə tez keçir və  nə  də tez dəyişirmiş. Zövqlər dəyişir, 

qiymətlər dəyişir, anlayışlar dəyişir. "Qobustan"dakı 

təqdimatdan artıq bir il sonra rəssam haqqında mənim 

ssenarimlə "Bu, Cavaddır" adlı telefilm çəkildi. (Adı daha 

əvvəllər mənim ssenarim əsasında çəkilmiş "Bu, Səttardır" 

telefilminə uyğunlaşdırılmışdı). 

Azərbaycan Rəssamlar  İttifaqının o vaxt yenicə seçilmiş 

sədri Fərhad Xəlilov Cavad Mircavadovun Bakıda ilk fərdi 


 326 

sərgisini təşkil etdi. (Sonralar Moskvada da sərgisi oldu, sənət 

xiridarlarının, nüfuzlu sənətşünasların heyranlıqla dolu rəyləri 

də) ...Mən Bakı sərgisinin kataloquna – Cavadın ilk kataloquna 

ön söz yazdım.  

Sərginin açılışında Cavad həmin kataloqu mənə xoş 

avtoqrafla bağışladı: "Əziz Anara, bizim ətalət və cürətsizlik  

üzərində ümumi qələbəmizin xatirəsi, minnətdarlıq və 

məhəbbətlə, Cavad". 

Bu qələbə bütünlüklə  və tam olaraq sizin qələbəniz idi, 

Cavad. Sizə  təşəkkür edirəm. Mənfur keçmiş dediyimiz o 

illərdə taleyinizə çıxan çətinlikləri və sınaqları bilirəm. Amma 

onu da bilirəm ki, o dövrdə siz Azərbaycanın nadir 

sənətçilərindən biri idiniz. Və  məhz bu sayca çox olmayan 

sənətçilərin hünəri nəticəsində Azərbaycanda unikal sənət 

yarandı – rəssamlıq, musiqi, ədəbiyyat, kino. Bu sənətin 

əhəmiyyəti bəlkə  də indi yetərincə  dərk olunmur, amma 

gələcəkdə onunla iftixar edəcəklər. Bax elə  məhz bu məqsəd 

naminə Siz ləyaqətli bir ömür yaşadınız. Qürurlu, müstəqil, 

fədakar və azad bir ömür. Allah Sizə rəhmət eləsin, Cavad. 

 

27 iyun, 1992  

 

 



 327 

 

 



ƏLVİDA, MİRZƏ MÜƏLLİM 

 

Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonra 



idarədə, iş otağımda məndən qabaq bu vəzifəni tutanların 

şəkillərini asdım. Doqquz şəkil. Xronoloji sıraya görə Mirzə 

İbrahimov altıncı idi. Amma əslinə qalsa bu divarda Mirzə 

İbrahimovun bir yox, üç şəkli asılmalıydı. Çünki bu vəzifəni üç   

dəfə   tutmuşdu  – 47-ci  ildən  56-cı  iləcən,  65-dən  76-yacan, 

81-dən 86-yadək. Arada isə  ən yüksək hökumət, dövlət 

vəzifələrində, ictimai vəzifələrdə  işləmişdi. O cümlədən, 

Azərbaycan Ali Soveti Rəyasət heyətinin sədri vəzifəsində. 

Əgər 40-cı illərin ortalarında müharibənin son ili və 

müharibədən sonrakı ilk ildə beynəlxalq siyasi vəziyyət və 

qarşı-qarşıya duran qüvvələrin tənasübləri bir qədər ayrı cür 

olsaydı, güman ki, biz Mirzə İbrahimovun Cənubi Azərbaycanı 

idarə etdiyini də görərdik. Çünki Cənubi Azərbaycanda 

dünyaya gəlmiş Mirzə müəllim Sovet Ordusunun tutduğu 

Şimali İranda siyasi xəttin əsas yönəldicilərindən biriydi. 

Bir rəvayət kimi ifadəli ömürlüyü var Mirzə müəllimin: 

Cənubi Azərbaycanda, kasıb kəndli ailəsində dünyaya 

gəlmişdi, uşaq yaşındaykən anasını, daha sonra atasını  və 

böyük qardaşını itirir, Şimali Azərbaycanda nə evi, nə ailəsi, nə 

pulu, nə qohumları, nə  də heç bir nüfuzlu tanışları olmadan 

yaşamağa başlayır. Neft mədənlərində əvvəlcə xidmətçi, sonra 

usta köməkçisi işlərkən də heç kəsi yoxdu. 

Yalnız öz inadkarlığı, iradəsi və  zəhmətiylə Mirzə 

İbrahimov sovet sistemində nail oluna biləcək hər  şeyə nail 

oldu   – ən yüksək  şan–şöhrətə, mükafatlara, imtiyazlara, 

adlara.  Ən qəribəsi də budur ki, butün bunları  əldə etdikdən 

sonra belə xeyirxah bir insan olaraq qaldı: kompleksləri də 

yoxdu, çətin, yetim uşaqlığıyçün bütün bəşəriyyətdən də 

inciyib küsməmişdi. Mirzə İbrahimov öz dövrünü  təmsil edirdi 


 328 

– bu dövrün ən mühüm ədəbi və ictimai–siyasi təzahürlərini 

təmsil edirdi. Onun ömür yolu və şəxsiyyəti parlaq bir şəkildə 

Vaxtın ifadəsiydi – Vaxtın miqyaslarını, aldanışlarını, sərt və 

amansız oyun qaydalarını əks   etdirirdi. O, bu miqyasları  duya 

bilirdi, o, bu aldanışları paylaşırdı, o, yad bir yetimi   Prezndent   

məqamına qədər yüksəldə bilən sistemin dəyərlərinə  səmimi  

surətdə inanırdı.  Ədəbiyyata da absurd bir çağırışla gəlmişdi:  

"İstehsalat qabaqcılları  ədəbiyyata"  şüarıyla. Amma belə 

məlum olur ki, bu əcaib ideyada da istisnalar varmış – Mirzə 

İbrahimov görkəmli ədəbi xadim oldu, nəsrdə, dramaturgiyada, 

publisistikada əhəmiyyətli iz qoydu. 

Mirzə  İbrahimovun  ədəbi-ictimai həyatının son 35-40 ili 

mənim gözlərim qarşısında keçib. Vaxtilə irişə-irişə salam 

vermək üçün onun baxışlarını pusan adamları da müşahidə 

etmişəm, həmin adamların – Mirzə müəllim sahibi-ixtiyar 

olmadığı zamanlarda – onu görəndə özlərini görməməzliyə 

vurmalarını da. Onlar elə düşünürdülər ki, Mirzə İbrahimovun 

daha vaxtı keçib, qatarı gedib, həmişəlik gedib. Düşünmürdülər 

ki, qatarın içindəki axı canlı insandır. 

Əminəm, Mirzə müəllim bir neçə yaş gənc olsaydı, yaşadığı 

bütün əvvəlki dövrlərdən kökündən fərqlənən bu yeni dövrü də 

mənimsəyə biləcəkdi. Ancaq taleyin qərarı başqa imiş. 

Ömrünün son aylarınacan Mirzə müəllim, xüsusi bir işi olmasa 

da, tez-tez Yazıçılar Birliyinə  gələrdi. Bu binanın havasıyla 

nəfəs almaq istəyirdi, sadəcə, başqa bir dövrü xatırlamaq 

istəyirdi. Ancaq demək olar ki, bir dənə  də olsun tanış sifət 

görmürdü, tanış  səs eşitmirdi. Onun müasirləri və  işdaşları 

ancaq fotolarda qalmışdılar.  Şəkillərin qarşısında durub uzun-

uzadı onlara baxardı. Sanki xəyalən onlarla söhbət edərdi. Nə 

barədə? Mənə dedilər ki, ölüm yatağında da çoxdan dünyasını 

dəyişmiş dostlarını çağırır, onlarla danışırmış. 

Heç  şübhə yoxdur ki, Mirzə  İbrahimov bizim 

ədəbiyyatımızda bütöv bir dövrdür. Dövrə  də, Mirzə 

İbrahimova da münasibətdən asılı olmayaraq bu, belədir. Bu 


 329 

dövr bitdi. Mirzə  İbrahimov öldü. Bu dövrü və o ömür 

yollarında Vaxtın bütün mürəkkəbliyini və ziddiyyətlərini 

təcəssüm edən insanları mühakimə etməyə indi bizim haqqımız 

varmı? 

Mənim fikrimcə, yoxdur. Amma niyə mənim fikrimcə? Axı 



bizlərdən çox-çox qabaqlar deyilib: "Mühakimə etməyin ki, 

sizi də mühakimə etməsinlər". 

Əlvida, Mirzə müəllim! Bu amansız dünyaya gələr-gəlməz 

yalqızlığınızı  dərk etdiniz və anladınız ki, tək bir özünüzə 

arxalanmalısınız. Bütün çağdaşlarınızı itirib yenə də dünyadan 

tək-tənha ayrılırsınız. Kökündən dəyişmiş dünyadan. Elə bir 

dünyadan ki, artıq nə Siz onu başa düşürdünüz, nə də, əfsus, o 

sizi başa düşürdü. 

 


 330 

 

 



YERİ HƏMİŞƏ GÖRÜNƏCƏK 

 

Böyük sənətkarımızı, xalqımızın  ən işıqlı övladlarından 



birini – İlyas Əfəndiyevi itirdik. İlyas Əfəndiyev əslinə-nəslinə 

yaraşan  şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də namuslu 

ömür sürdüyünü özü bəyan etmirdi, qələmdən ayrılmadan son 

günlərinəcən halal zəhmətiylə, hər cür intriqalardan, həsəddən 

və nifrətdən uzaq bir aləmdə – sənət dünyasında yaşadığı 

həyatıyla sübut edirdi. Nəsrimizin  ən dəyərli  örnəklərindən 

olan "Geriyə baxma, qoca" romanını yaratmış  İlyas müəllim 

Qarabağda keçən uşaqlığını, gəncliyini, ömrünün gerisində

keçmişində qalmış elat yaşamını canlı  səhnələriylə, koloritli 

simalarıyla, dəqiq ayrıntılarıyla həmişə xatirələrində saxlayırdı, 

amma o sənətimizin üzü geriyə yox, irəliyə baxan mütərəqqi 

fədaisi idi. 

Ömrünün çətin günləri az olmamışdı. Son illər Qarabağ 

faciəsinin qubarı, doğulduğu Füzuli bölgəsinin həsrəti ürəyində 

qövr edirdi. Amma bununla belə İlyas Əfəndiyev xoşbəxt adam 

idi.  İlk  əsərlərindən sevilmişdi. Oxucuların istəkli müəllifi 

olmuşdu, gənclər onun əsərlərinin diliylə  məktublaşmışdı. 50 

ildən artıq bir müddətdə milli teatrımızın tamaşaçılarla dopdolu 

salonu onun pyeslərini alqışlarla, təhsinlə, gül-çiçəklə 

qarşılayırdı. Ata və ana fədakarlığı ilə iki layiqli oğul 

böyütmüşdü, onların uğurlarıyla, ailə  səadətiylə qürürlanırdı, 

babalığın sevincini duymuşdu. 

İlyas Əfəndiyev canlı klassik idi və böyük sələfləri, çağdaşları, 

çiyindaşları uyuduğu torpaqda, onların yanında, onların əhatəsində 

əbədiyyətə qovuşdu. Vəfatından sonra belə  səhnəmizdə yeni 

əsərlərinin sədası yüksələcək. Ancaq bu təskinlik deyil. Əsərlərinin 

nəsil-nəsil insanlara bədii zövq verəcəyini bilsək də, xatirəsinin 

qəlblərdə daima yaşayacağına inansaq da, diri ünsiyyətindən 

məhrum olmağımızın xiffəti, boğuq öskürəkli danışıqlarını 


 331 

eşitməyəcəyimizin nisgili, teatr şövqüylə, premyeralarının 

fərəhiylə parlayan gözlərini bir daha görməyəcəyimizin acısı – 

təsəllisizdir. 

İlyas  Əfəndiyevin ölümü – ədəbiyyatımız üçün, teatrımız 

üçün, xalqımızın mənəvi varlığı üçün böyük itkidir. Və şəxsən 

mənim üçün də ağır itkidir. O, valideyinlərimin nəslinə mənsub 

olan son həqiqi ziyalılarımızdan idi, indiki zamanda gündüz 

çıraqla axtarılan ziyalılardan idi. Atamın dostu və dostumun 

atası idi. 

Allah Sizə  rəhmət eləsin,  İlyas müəllim! Yeriniz həmişə 

görünəcək. 

 

 

4 oktyabr, 1996 

 


 332 

 

 



DANIŞA BİLMİRƏM 

 

Kükrəyən vicdanı bütün varlığını sarsıdanda dahi sənətkar 



"Susa bilmirəm" deyə  fəryad çəkmişdi. Bu gün bir sıra başqa 

Azərbaycan yazıçıları kimi mən də bircə onu deyirəm ki, 

danışa bilmirəm. Başımıza gələn müsibət qarşısında söz 

acizdir, nitqimiz tutulub, dilimiz lal olub. Gərək belə olmasın, 

bilirəm. Amma belədir. Dərdimiz o qədər böyük, faciəmiz o 

qədər müdhiş, ağrımız o qədər dözülməzdir ki, onları bəlkə də 

yalnız sükutla ifadə etmək olar. Ən parlaq, ən təsirli sözlər 

qiymətdən duşüb, mənasızlaşıb. Nə  təsəlli sözləri tapıram, nə 

ürək-dirək vermək istəyirəm. Bütün sözlər deyilib qurtarıb, 

deməyə söz qalmayıb, elə bil sözlərin içi boşalıb. Dünya sanki 

sözsüzlük səhrasıdır. 

Niyə qismətimiz belə  gətirdi, nəyidi günahımız, bu ağır 

bəlaya neçin düçar olduq? Qanlara bulaşmış tanklar, 

güllələrdən çopur olmuş divarlar, qətl yerinə çevrilmiş küçələr, 

iki gündə qəbiristana dönmüş yaşıl yamac, göz yaşları, matəm, 

yas... Analara oğullarını, uşaqlara atalarını, qadınlara  ərlərini 

kim qaytaracaq, kim? Kim verəcək bu acı sualların cavabını? 

Bilmirəm. Danışa bilmirəm. Düşünə bilmirəm. Söz tapmıram 

deməyə. 

Dərdimi suya dedim, 

Alışdı su da yandı. 

Xalqa təsəllini yenə də yalnız xalqın özü verə bilir. Xalqın 

əsrlərdən bəri cilalayıb dediklərinə  bərabər söz tapmaq 

mümkün deyil. 



Aşıq naçar ağlama    

Gündür keçər, ağlama.  

Qapını bağlayan fələk  

Bir gün açar, ağlama. 

Şəhidlərimizə min rəhmət. Məzarları nurla dolsun. 

Əzizlərinin, yaxınlarının başı sağ olsun. Xalqımızın başı sağ 


 333 

olsun.  


22 yanvar, 1990. Bakı. 

 

 334 

 

 

MÜSİBƏT 

 

Azərbaycan torpağına müsibət üz verdi. 19-dan 20-sinə 



açılan yanvar gecəsində  rəsmən fövqəladə  vəziyyət elan 

olunmasından altı saat əvvəl Sovet qoşunları Azərbaycana və 

onun paytaxtı Bakıya qarşı  əməlli–başlı  hərbi  əməliyyata 

başladılar. Tanklarla, zirehli maşınlarla, başqa müasir 

silahlarla. Rəsmi məlumata görə, qadınlar, uşaqlar, 

yeniyetmələr, qocalar daxil olmaqla 170 insan – əksərən 

azərbaycanlılar, amma həm də ruslar, yəhudilər, tatarlar, 

ləzgilər tank tırtılları altında qalmış, zirehli maşınlarla əzilmiş, 

üzdən və arxadan gülləylə vurulmuş, həlak olmuşdur. Neçə yüz 

adam isə ağır yaralar almış itkin düşmüşdür. Sonrakı günlərdə 

yaralardan ölənlər də çoxdur. Qoşunlar yaşayış binalarının 

mərtəbələrini, xəstəxanaları atəşə tutub, eyvana çıxan, öz 

mənzilində olan, avtobusda gedən, küçədə avtomat-telefonla 

danışan adamlara güllə atıblar. Elə hallar olub ki, 

yaralananlardan da əl çəkməyib, onların da axırına çıxıblar. 

Təcili yardım maşını atəşə tutulub: – yaralıların imdadına 

tələsən həkimlər, tibbi personal məhv edilib. Qətlə 

yetirilənlərin bədənindən mütəhərrik güllələr çıxarılıb. Öz 

ölkəsinin  vətəndaşlarını qorumalı olan  bir ordunun həmin 

vətəndaşlara qarşı belə görünməmiş qəddarlığını, kor hiddətini 

anlamaq çətindir. 

Böyük Vətən müharibəsi illərində Bakı nefti Sovet 

dövlətinin faşist işğalçıları üzərində qələbə çalmasında mühüm 

amillərdən biri idi. Hitler Bakı neftinə can atırdı. Onun 

qoşunları Bakıya çata bilmədi. Bakını faşist qəsbkarları 

üzərində qələbədən 45 il sonra "Qəhrəman Sovet Ordusu" aldı. 

Yeniyetmələrin və uşaqların müqavimətini qıraraq şəhəri "fəth 

etdi". 


Öz ölkəsinin  əhalisinə qarşı  belə görünməmiş qaniçənliyə 

 335 

bəraət qazandırmaq üçün gətirilən dəlillər  əsassızdır; təsadüfi 

deyil ki, ölkənin  ən yüksək rəhbərliyi belə bu hərəkətin 

səbəbini müxtəlif şəkildə izah və şərh edirdi. Rəhbərlərdən biri 

deyir ki, biz Sovet hakimiyyətini qorumaq məqsədi güdürdük, 

başqası deyir ki, millətlərarası  çəkişmələrə son qoymaq 

istəyirdik, üçüncüsü isə Azərbaycan Xalq Cəbhəsinin 

strukturlarını dağıtmaq cəhdindən dəm  vurur.  Nə olursa olsun, 

belə bir aksiya hadisələrə uyğun olmayan, həm də gecikmiş bir 

hərəkət idi. Axı söhbət Sovet hakimiyyətindən gedirsə, Dağlıq 

Qarabağda belə bir hakimiyyət iki ildir yoxdur və bu cəhət 

Bakının üstünə qoşun yeridənləri, görünür, o qədər də narahat 

etmirmiş. Bu bir. İkinci, məgər rəsmi təsdiq olunmuş bir 

təşkilatla – Azərbaycan Xalq Cəbhəsiylə siyasi dialoq mümkün 

deyildi? Məgər tarixin acı dərsləri sahibi-ixtiyarlara heç bir şey 

öyrətməyib? Dərk edə bilməyiblər ki, ayrı  siyasi    baxışlara 

malik olan adamlarla tankların və  dəyənəklərin diliylə 

danışmaq heç bir vaxt xeyirli nəticə vermir. 

Yanğını alışıb  ətrafı bürüyənə  qədər söndürmək lazımdır. 

Yanvarın 13-14-də Bakıda kimlər tərəfindən törədildiyi bəlli 

olmayan erməni talanları baş verdi. Əskəran və Sumqayıt, 

Ermənistanın Qukark rayonu, Fərqanə, Yeni Uzen, Tbilisi 

faciələrindən sonra iki il ərzində hakimiyyət orqanları belə 

qəddarlığın, təhdid və talanların qarşısını ala biləcək bir 

mexanizm, təcili fəaliyyət göstərməyə qadir olan bir qüvvə 

yarada bilməzdilərmi? Nəyə görə talanların  ərəfəsində 

respublikanın daxili qoşunlarının silahları alınmışdı? Bakı 

ermənilərinin ünvanları talançılara məlum idisə, bu ünvanlar 

asayişi qorumalı olan respublika və  mərkəz dairələrinə niyə 

məlum deyildi və günahsız adamları müdafiə etməyə onlara nə, 

ya kim mane oldu? Nazir Bakatinin dediyinə görə, bu zaman 

Bakıda beş min talançı, on iki min nəfərlik daxili qoşun vardı, 

bəs onda iki yarım milis işçisi bir talançının öhdəsindən gələ 

bilməzdimi? Suallar, suallar, suallar... Bu sualların cavabı isə 

yoxdur. Hər halda bu suallara cavab vermək istəmirlər. Bu 


 336 

talanlar kimə lazım idi, kimə xeyir idi? Bir çox azərbaycanlı 

ailələri, Xalq Cəbhəsinin nümayəndələri erməniləri gizlədib 

qoruyurdular. 

Bizim bütün ziyalılarımız, ictimaiyyətimiz kimi Azərbaycan 

yazıçıları da, qəti şəkildə və qeydsiz-şərtsiz bu talanları pislədi, 

onların təşkilatçılarının və icraçılarının ciddi məsuliyyətə  cəlb 

olunmasını  tələb etdi. Həlak olanların hamısına acıyırıq. 

Hakimiyyət orqanları, o cümlədən mərkəzi hakimiyyət 

orqanları bu talanların qarşısını almaqda acizlik göstərdilərsə, 

heç olmasa 13-14 yanvarda Bakıda cinayət törədənləri tapmalı 

və  cəzalandırmalıydılar. Bunun əvəzində isə  mərkəzi 

hakimiyyət bütöv bir xalqdan "qisas almaq" fikrinə düşdü, bu 

xalqın öz ləyaqət və namusunu qorumaq, torpağını  və  ərazi 

bütövlüyünü təcavüzdən mühafizə etmək  əzmini qan içində 

boğmaq istədi. Qatillər və canilər deyil, yüzlərcə günahsız 

azərbaycanlını – on üç yaşlı qızcığazı, on dörd yaşlı oğlanları, 

yetmiş yaşlı qoca qarını, kor rus fəhləsini, təcili yardımın 

yəhudi həkimini cəzalandırdılar. 

Cinayəti törədənlər başqaları idi, cəza alanlar başqaları. 

Əgər bir şəhərdə  hər hansı cinayət baş verirsə, bu səbəbdən 

həmin  şəhəri gülləbaran etmək, evləri, küçələri, adamları 

yelpincvari atəşə tutmaq məqbuldurmu? Qocaya da, körpəyə də 

qan uddurmaq olarmı – nə var, nə var, onlar da şəhərin 

sakinidir? Hələ onu demirəm ki, vicdansızlığın son həddi – 

belə kütləvi qırğının gecikdiyindən gileylənməkdir. Yəni ki, 

günahsız insanlar bir az daha qabaq, uşaqlar daha körpə 

yaşında qanına qəltan edilməliymiş – bunu yüksək kürsülərdən 

söyləyənləri insan saymaq olarmı? Həm də bunu həmin o dildə 

deyirlər ki, o dildə Dostoyevski körpənin göz yaşları haqqında 

məşhur kəlamını  bəyan edib. Belələrini qan seliylə  də 

sarsıtmaq olmaz, onda ki, bir körpənin göz yaşı olsun. 

Bir ovuc qatili və canini tapmaq və  zərərsizləşdirməkdən 

ötrü tanklara və zirehli maşınlara, sərkərdələrin hərbi 

məharətinə və superdövlətin silahlı qüdrətinə ehtiyac vardımı? 


 337 

Məgər Moskva ətrafındakı Lübertsi qəsəbəsində, yaxud Kazan 

şəhərindəki mütəşəkkil cinayətə qarşı bu vasitələrlə mübarizə 

aparılır?  

Bəzən iddia edirlər ki, söhbət SSRİ-nin dövlət sərhədlərinin 

qorunmasından gedirdi. Məgər bu sərhədlər Bakıdan keçir?  

Sərhədləri vaxtlı-vaxtında həm də onlardan 500 km uzaqda olan 

şəhərdə yox, sərhədlərin keçdiyi yerlərdə qorumaq olardı. Bir də 

iddia edirlər ki, söhbət Bakıda Sovet hakimiyyətinin 

devrilməsindən gedirdi. Məgər "Sovet hakimiyyəti" və Bakıda, 

rayonlarda iflasa uğramış, istefası  tələb olunan ayrı-ayrı partiya 

rəhbərləri eyni anlayışdır? Nəyə görə başqa yerlərdə iqtidarsız 

rəhbərliyin istefaya çıxması haqqında tələblər – demokratiyanın 

təntənəsi, Azərbaycanda isə eyni şey dövlət çevrilişi sayılır? 

Şübhəli bir fikir də ortaya atılır: guya kimsə burda İslam 

respublikası yaratmaq niyyətindəymiş. Nə Xalq Cəbhəsi, nə başqa 

mötəbər bir hərəkat ya təşkilat heç vaxt və heç yerdə belə bir 

məsələ qaldırmayıb. Əgər hardasa kiçicik dəstələr belə şüarlar irəli 

sürüblərsə, onda da bu, İkimilyonluq  şəhər və yeddimilyonluq 

respublikaya qarşı  cəza tədbirlərinə  səbəb ola bilməz. Tez-tez 

Mərkəzi televiziyayla Rusiyada monarxiya sistemini bərpa etmək 

arzusunda olan adamlar çıxış edirlər. Məgər onların bu arzusuna 

avtomat atəşiylə, topların yaylımıyla, sərnişinli "Jiquli"ni xurd-

xəşil edən tankların yürüşüylə cavab verirlər? 

Matah yenidənqurma bu imiş? Bu cür yenidənqurmanı 

intizarla gözləyir, sadəlövhlüklə buna inanırmışıq? Heyf, səd 

heyf. Bu imiş demə demokratlaşma, cəmiyyətin təzələnməsi, 

yeni düşüncə tərzi. Hələ onu demirəm ki, SSRİ Konstitusiyası 

(229-cu maddə, 14-cü bənd) kobudcasına pozulmuşdur. 

Azərbaycan SSR-in Konstitusiyası da həmçinin. Respublikanın 

suverenliyi tamamilə alt-üst edilmişdir. Respublikanın ali 

hakimiyyət orqanları ilə formal cəhətdən belə razılaşdırılmadan 

bu cür zalım bir aksiya hazırlanırmış. Həm də ölkənin ali 

mənsəbləri Azərbaycan ziyalılarını, deputat korpusunu yalançı 

vədlə aldatdığı bir vaxtda belə bir qırğına  şıdırğı hazırlıq 


 338 

gedirmiş. Bu oyunu bizim başımıza açdılar ki, başqalarına da 

görk olsun, öz suverenliyini, müstəqilliyini çox da ciddi qəbul 

eləməsinlər. 

Yeniyetməlik çağım 1956-cı ildə, Sovet qoşunları 

Macarıstana girəndə qurtardı, gəncliyim 1968-ci ilin 

avqustunda Sovet ordusu "Praqa baharı"nı boğanda bitdi. 1990-

cı ilin Bakı yanvarında mənə elə gəlir ki, həyatımın axırıdır... 

Uzun müddət  ərzində SSRİ Ali Soveti və Xalq deputatları 

Qurultayında xüsusi tədqiqat aparılırdı – Əfqanıstana 

qoşunların girməsinə kim əmr verib, Molotov – Ribbentrop 

müqaviləsi, bütöv xalqların yerindən dəbərdilib sürgün 

edilməsi üçün kim məsuliyyət daşıyır? İndi, Stalin zamanında 

yox, Brejnev zamanında yox, bizim günlərdə, aşkarlıq 

dövründə suveren respublikanın ərazisinə qoşun yeridirlər, həm 

də əvvəlcədən qurbanları da nəzərə alırlar (təcavüzdən bir neçə 

saat qabaq xəstəxanalarda yerlər tədarük edir, tibbi personalı 

səfərbər edirlərmiş), amma ölkənin Ali Sovetinin nəinki razılığı 

alınır, heç onu xəbərdar etməyi də lazım bilmirlər. Tbilisi 

faciəsi də dərs olmadı bunlara. 

13-14 yanvar talanlarıyla Bakıya qoşun yeridilməsi arasında 

beş gün var. Bu beş günə Azərbaycana on min əsgər gətirməyə 

vaxt tapdılar, amma Moskvada Ali Sovetin üzvü olan 540 

deputatı toplamağa imkan tapmadılar. Belə fövqəladə bir 

məsələdə onların rəyini bilməyə macal olmadı. Ümumiyyətlə, 

səhv etmirəmsə, ölkənin tarixində fövqəladə  vəziyyət ilk dəfə 

tətbiq olunur və onun mexanizmi haqqında da dəqiq anlayış 

yoxdur. Görünür, Azərbaycan belə-belə işlərin tətbiq olunması 

üçün münasib sınaq meydanıdır. Bundan sonra hələ Qanuni 

Dövlət yaradılmasından dəm vururlar. 

Nə gizlədim: Bizim üçün – Azərbaycan nümayəndələri üçün 

bu hadisələr yenidənqurma, demokratikləşmə prosesləri, 

sosializmin təkmilləşməsi, respublikaların müstəqilliyinin və 

suverenliyinin artması, insan hüquqlarının mühafizəsi haqqında 

bütün xoş və xam xəyalların puça çıxması deməkdir. Əgər bu 


 339 

gün zülmə  və yalana, zorakılığa və riyakarlığa qarşı gur səslə 

etiraz etməsələr. 

1988-ci ilin fevralında Əskəranda öldürülən iki azərbaycanlı 

gənc, bundan sonra baş vermiş Sumqayıt faciəsi, Ermənistanın 

Qukark və başqa rayonlarındakı zorakılıq, hər iki tərəfdən yüz 

minlərlə qaçqın, yüz minlərlə qırılmış tale, söndürülmüş ocaq, 

alçaldılmış, təhqir olunmuş, didərgin salınmış insanlar və 

nəhayət, Bakının qanlı yanvarı – Qarabağ konfliktinin acı 

yekunları bunlardır. Özlərinin çıxardıqları 

qərarlara, 

qətnamələrə, fərmanlara Ali Dövlət orqanlarının vecsiz 

münasibəti, bu qərar, fərman və  qətnamələrin həyata 

keçirilməyib elə kağız üzərində qalması regionda gərginliyə və 

zorakılığa rəvac verdi. Konstitusiya qanunlarına, ölkənin Ali 

Sovetinin rəyinə saymazlıq göstərmək ümumən qanunları 

saymazlıqla nəticələndi. 

Daha dəhşətli bir bəla bu inzibati-bürokratik gücsüzlüyün milli 

qarşıdurmayla nəticələnməsi olardı. Kimlərsə milli qarşıdurmayla 

da kifayətlənməyib dini ədavətin ocağını qalamağa cəhd edir. Milli 

düşmənçilik bizim yolumuz deyil. Dini dözümsüzlük ruhumuza 

yaddır. Azərbaycanda rusların  əleyhinə, ruslar arasında 

azərbaycanlıların  əleyhinə hissləri qıcıqlandırmaq – tarix 

qarşısında cinayət olardı. Azərbaycanlı analar da, rus, erməni 

analar da eyni dildə – dərd dilində ağlayırlar. 

Bakı  həmişə elə  şəhər olub ki, burda müxtəlif millətlərin 

övladları birlikdə yaşayıb, işləyib, sevinib, kədərləniblər. Uzun 

illər boyu onların münasibətinə heç bir şey kölgə salmayıb. Bəs 

niyə  şəhərimizin füsunkar Dağüstü parkı iki gün ərzində yüz 

məzarlı Şəhidlər qəbiristanına çevrildi? Niyə? Nədən? Bu ağrılı 

suallara kim cavab verəcək? Analara oğullarını, uşaqlara 

atalarını, qadınlara  ərlərini, bacılara qardaşlarını, qardaşlara 

bacılarını kim qaytaracaq? 

Ölkə yazıçılarına, ziyalılarına, jurnalistlərinə, deputatlarına 

müraciət edirik. Gürcü xalqının ağır günündə Tbilisiyə 

tələsdiyiniz kimi, bu gün də Bakıya gəlin, müxtəlif millətlərin 



 340 

nümayəndələrini ağuşuna almış  Şəhidlər qəbiristanlığını 

ziyarət edin. Təsəlli və  kədər, etiraz və  qəzəb sözlərini tapıb 

deyin. Bakılılar məğrur insanlardır, onlar sızlamağı, ona-buna 

dərdlərini açmağı sevmirlər, ağlayıb heç kəsin ürəyini 

yumşaltmaq istəmirlər. Ancaq hər halda bu ağır günlərdə onlar 

özlərini yalqız, unudulmuş, matəmi  şəriksiz çəkən dərdlilər 

kimi hiss etməməlidirlər. Yoxsa ümumi ailə, ümumi tale, 

ümumi gələcək haqqında təmtəraqlı sözlərin nə qiyməti 

varmış? 


Heç kəs məsuliyyətdən yaxasını qurtara bilməyəcək – nə 

Bakının Qara yanvarının baiskarları, nə də kütləvi informasiya 

vasitələrində bu qanlı faciə üçün zəmin hazırlayanlar, faktları 

təhrif edənlər, bəzi məlumatları gizlədib, bəzilərini şişirdənlər, 

ictimaiyyəti aldadıb müəyyən yanlış təsəvvürlər yaradanlar, bir 

xalqı o birinə qarşı qaldıranlar və indinin özündə üçüncü bir 

xalqı da düşmən etmək üçün canfəşanlıq edənlər... Moskva 

jurnalisti Georgi Rojkovun fəryadı  məni çox mütəəssir etdi. 

Bizim tərəflərə  gəlibmiş. Hər  şeyi öz gözüylə görüb, bir 

müddət sonra isə gördüklərini yazıb, "Vışka" qəzetinə 

göndərib. İri məqaləsinə belə bir qeyd də verib: "İki aydan artıq 

müddət keçməsinə baxmayaraq, Azərbaycana və Ermənistana 

səfərim barəsində bircə  sətir də çap etdirə bilməmişəm. 

Moskvanın bircə qəzeti, bircə jurnalı da mənə səhifələrində yer 

vermir. Niyə? Səbəbi çox sadədir: mənim yazdığım həqiqət 

aydan-aya oxucuların və dinləyicilərin beyinlərinə yeridilən 

fikrə uyğun deyil. Bu fikir isə belədir: "Azərbaycan qan 

hərisidir, təcavüzkardır, Azərbaycanın qonşuları isə günahsız 

qurbanlardır". 

Mərkəzi nəşrlərdə plüralizmin bariz örnəyidir, deyilmi? 

Georgi Rojkovun buradakı  vəziyyət haqqında  ədalətli fikrinə 

görə minnətdaram ona. Qoy süngüylə yaralanmışları 

qələmləriylə öldürən jurnalnistlər vicdanları qarşısında xəcalət 

çəksinlər. 

Xalqımız haqqında istər "sağ", istərsə "sol" mətbuatda, 


 341 

televiziya ekranlarında çox böhtanlar, iftiralar yazılıb, deyilib. 

Xalqımız kinli və qisasçı xalq deyil. Və biz – bu xalqın 

nümayəndələri – ölkənin bütün namuslu adamlarına müraciət 

edirik: bizim faciəmizi anlayın. Başa düşün ki, bu həm də sizin 

faciənizdir. Bu, bizim ümumi faciəmizdir. Dəmir yolu qəzaları 

baş verəndə milli matəm elan edən ölkə Bakının qara yanvar 

günlərində televiziya ekranlarında, radio efirdə çalıb 

oynamamalıydı. Çünki bu matəm, yalnız minlər və milyonlarla 

azərbaycanlının və erməninin matəmi deyildi, bu yalnız həlak 

olanlara tutulan yas deyildi. Bu, ölkədə demokratik 

dəyişmələrə tutulan yas idi, həyatımızın düzələcəyinə, 

yaxşılaşacağına olan inam və ümidlərimizin matəmi idi. Bu 

ümidlər o qədər kövrək, o qədər köməksiz imişlər ki, onları 

tanklar və sapoqlarla asanca tapdalayıb əzmək oldu... 

Müxtəlif xalqlara ayrı gözlə baxmaq olmaz: birinin 

hüquqlarının doğrudan, ya yalandan pozulmasına vasvasılıqla 

diqqət yetirmək, o birinin əzilib məhv olunmasını sakitcə seyr 

etmək. Bəzən hətta bu qanlı qırğına haqq da qazandırırlar. Bakı 

hadisələrinə  bəzilərinin münasibətini belə ifadə etmək olar: 

canilərın törətdikləri talanlara cavab olaraq hökumətin də talan 

törətməyə haqqı var. Belələri, bu zorakılığa bəraət axtaranlar, 

yəni  əslində dövlət terrorizmini məcburi tədbir kimi 

qiymətləndirənlər, gec-tez bu sayaq "obyektivliklə" öz 

talelərində rastlaşacaqlar. O zaman gecikmiş, sonrakı 

peşmançılığın faydası olmayaçaq. Belə bir fikir də  gəzir ki, 

min adamı xilas etmək üçün yüz günahsızın qanını tökmək 

olar. Bu gün belə deyənlər sabah milyonları "xilas" üçün 

minləri, biri gün yüz milyonların "xilası" üçün milyonları 

qurban verə bilər. Çox şübhəli haqq hesabdır. Tarixin bu 

dərsini də çoxdan keçmişik. Dəfələrlə. Eyni dərsi neçə  kərə 

təkrar etmək olar? 

Bu qaranlıq tunelin axırında bir işıq ucu sezilirmi? Ölüləri 

qaytarmaq olmaz. Ölənlə ölmək olmaz. Amma ölənlərin 

xatirəsi naminə  əlimizdən gələni etməliyik ki, bu müsibət bir 


 342 

də  təkrar olunmasın. Bununçün isə hadisəyə aydın və  qəti 

qiymət vermək lazımdır. Siyasi oyunların, vəzifə "qeyrəti"nin 

ucundan həqiqətin və ədalətin ağzı yumulmamalıdır. Cinayətin 

bütün baiskarları cəzalarına çatmalıdırlar. 

"Günahsızların qanı yerdə qalmasın deyə başqa 

günahsızların qanı axıdılmalıdır" – belə məntiqi heç bir zaman, 

heç bir dəlillə  qəbul edə bilmərəm. Hələ  məktəb yaşlarından 

bizə təlqin edirdilər ki, Lev Tolstoy dahi yazıçı olsa da, fəlsəfi 

və əxlaqi naqis idi, nəyisə heç cür başa düşə bilmirdi. 

Bəlkə indi vaxtı  gəlib deyək ki, yanılan Tolstoy yox, biz 

olmuşuq.  Əsrin və ikinci minilliyin axırında bu ucu-bucağı 

görünməyən ölkədə uçurum qarşısında xilas olmağın yeganə 

yolu – zora zorla cavab verməmək fəlsəfəsidir. 



23 yanvar, 1990. 

 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin