Mühazirələr konspekti Bakı-2021 § Bipolyar və unipolyar tranzistorlarda qurulmuş açar sxemləri



Yüklə 1,58 Mb.
səhifə1/26
tarix15.06.2023
ölçüsü1,58 Mb.
#130426
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   26
are



AZƏRBAYCAN DÖVLƏT
NEFT və SƏNAYE UNİVERSİTETİ
Elektronika və avtomatika kafedrası
Ağayev Fərid Hacı oğlu
ANALOQ VƏ RƏQƏMLİ ELEKTRONİKA

Mühazirələr konspekti
Bakı-2021
§ Bipolyar və unipolyar tranzistorlarda qurulmuş açar sxemləri.
Rəqəmli inteqral mikrosxemlərdə tranzistor açar rejimində işləyir. Tranzistorun açar rejimini tədqiq etmək üçün əvvəlcə adi kontaktlı açarın parametrləri ilə tanış olaq. Kontaktlı açarın parametrləri aşağıdakılardır:
1. Fərz edək ki, açar açıqdır. Onda

Bu halda dövrədən axan cərəyan

olacaqdır.
2. İndi isə fərz edək ki, açar qapalıdır. Onda

Bu halda isə dövrədən axan cərəyan

olacaqdır.
Tranzistorda qurulmuş açar sxemi aşağıdakı kimidir:
Tranzistorun açar rejimi ağır bir rejimdir.
Sxemə əsasən cərəyanının qiyməti üçün yaza bilərik:

- baza – emitter keçidindəki gərginliyin qiymətindən asılıdır.
1. . Bu zaman . Çıxış gərginliyi isə qida gərginliyinin qiymətinə bərabər olur.
. . Bu zaman

Tranzistorun açar rejimində ən yaxşı halda işləməsi üçün onun qiyməti minimal (b) və maksimal (a) qiymətləri arasında olmalıdır.
Giriş və çıxış siqnallarının müqayisəsi göstərir ki, tranzistor açar rejimində invers işləyir, yəni giriş siqnalının yüksək səviyyəsinə çıxış siqnalının aşağı və əksinə giriş siqnalının aşağı səviyyəsinə çıxış siqnalının yüksək səviyyəsi uyğun gəlir.
Sxem üçün yaza bilərik:


(1) tənliyi qrafikdə əks olunmuş a və b nöqtələrini birləşdirən düz xəttə uyğun gəlib yük xarakteristikası adlanır.
Tranzistoru açar kimi səciyyələndirən xüsusiyyətlərdən biri də onun işləmə sürətidir. Tranzistorun işləmə sürətini artırmaq üçün onun kollektor dövrəsinə Şottki tranzistoru əlavə edilir və bu zaman tranzistor doyma rejiminə keçmir.
U nipolyar tranzistorlarda qurulmuş açar sxemi aşağıdakı kimidir:
Bu sxem də invers işləyir. Unipolyar tranzistorlarda qurulmuş daha yaxşı açar sxemləri komplementar sxem üzrə qurulur. Komplementar sxem elə sxemlərdir ki, burada müxtəlif sturukturlu tranzistorlardan ( hən p – kanallı, həm də n – kanallı tranzistor ) istifadə olunur.
Sxemin üstünlüyü ondan ibarətdir ki, qida mənbəyindən enerji tələb olunmur.
İnteqral mikro sxemlərdə 40 nömrəli seriya ilə başlayan sxemlər K – MOS, 74 nömrəli seriya ilə başlayan sxemlər isə TTL (transistor transistor logic) – dir.
TTL texnologiyası ilə hazırlanmış sxemlər yüksək sürətlə işləyirlər, enerji məsrəfləri isə çoxdur. K – MOS texnologiyası ilə hazırlanmış sxemlər üzərində isə yaddaş elementləri qurulur.



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin