Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

*** 

 193 

Bu məqalədən sonra qəzetlərdə, jurnallarda anamın əleyhinə 

dalbadal şerlər, yazılar çıxmağa başladı. Belə yazıların altında 

bir çox tanış imzalar var. Anam: "Amma Cəfər Cabbarlıyla 

Səməd qol çəkməmişdilər", – deyirdi. 

Məqalələrin birinin altında atamın da imzası olub. Atam özü 

bu barədə belə yazır: 

"1931-ci ildə  şairə Nigar Rəfibəyli ilə tanış oldum. O 

zamanlar səhvən özgənin  şerini onun adına çıxıb, tənqidçilər 

ona  şiddətli atəş açmışdılar. Həm də bu tənqidi  ədəbiyyata 

dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. 

Həqiqət sonra aşkara çıxdı. Gənc  şairə özünü ləyaqətlə 

aparırdı.  

Bu tənqidi məqalələrin birisinin altında başqa müəlliflərlə 

bərabər, mənim də imzam var idi, ona görə də indi bu barədə 

yazmağı lazım bildim. Qəribə görünsə  də, bu hadisə bizi 

yaxınlaşdırdı. Məlum oldu ki, Nigarla mənim  ədəbiyyata və 

həyata olan münasibətimizdə ümumi nöqtələr çoxdur. 

Bilmirəm, mən ona necə təsir bağışladım, ancaq o mənim çox 

xoşuma gəldi. Görünür, onun da mənə münasibəti pis deyilmiş, 

çünki sonralar bizim yollarımız ayrılmadı. 

...Ağıllı, qayğıkeş, mərd bir qadın olan şairə ilə evləndiyim 

üçün xoşbəxtəm". 

Mən bu əhvalatı dönə-dönə atamdan da, anamdan da 

eşitmişəm, illər keçdikcə bu hadisə onlarçün bir zarafat, 

yüngülvari atışma mövzusu olmuşdu. Amma mənə elə gəlir ki, 

çox illər sonra da atam hardasa ürəyinin dərinliyində o 

imzasının peşmançılığını ovuda bilmirdi. Atam haqqında kitab 

yazmış  ədəbiyyatşünas-alim Gülrux Əlibəyovanın bir 

müşahidəsi çox dəqiqdir: həmin bu hadisəni Rəsul təəssüf 

hissiylə, Nigar isə yumorla nəql edirdilər. 

Mən həmişə ona təəccüb edirdim ki, "Qızıl gül olmayaydı" 

poemasında Müşviq haqqında: 

Ona namərd şilləsi kimi vurulan 

imzalar içində 


 194 

mənim imzam olmadı – 

misralarını yazmağa mənəvi haqqı olan Rəsul Rza, hər zaman 

öz imzasının təmizliyini saxlaya bildiyi halda, nə cür olub 30-

cu ildə bu sayaq "kompaniya məqaləsinə" qol çəkib. 

Əlbəttə, 30-cu il 37-ci il deyil və ən kəskin tənqidlərdən sonra 

belə, hələ heç kəsi tutmur, sürgün etmir, güllələmirdilər. 

Sadəcə AZAP-çıların bir çoxu, o cümlədən də, heç şəksiz 

atam ideya əyintisi saydıqları  hər  şeyə  qəzəblərində, 

hiddətlərində səmimi idilər... 

Bir də o var ki, sonrakı illərin sınaqlarında atamın 

məhəbbəti, sədaqəti, vəfası  və  şübhəsiz ki, ictimai mövqeyi 

anamı bir çox bəlalardan xilas elədi, qorudu. 

Bütün bunlar belədir. 

Amma hər halda bu yazıda mən o acı faktın da üstündən 

sükutla keçmək istəmədim. Necə ki, atam özü də keçmirdi. 

Bir gün hədəf oldun 

Qaradan qara böhtana. 

Bu ədalətsiz ittihamda 

mənim də yaralı payım vardı. 

Zaman keçdi, İllər yudu ləkəni 

Bilən bildi, 

aylarca, illərcə 

sən çəkəni, mən çəkəni... 

"Maarif evinə – indiki Sabir bağının yerindəydi – 

gəlmişdim. Nə isə  ədəbi gecə vardı.  Əbülhəsənlə tanış idim! 

Əbülhəsənin yanında bir cavan oğlan da var idi. Göygöz. 

Əbülhəsən təklif elədi ki, şer oxuyum. 

–Yox, – dedim, – şer oxumağa gəlməmişəm. 

Birdən-birə  Əbülhəsənin yanındakı  oğlan hələ tanış 

olmadığımıza baxmayaraq: 

–Nə  olsun, – dedi, – şer oxumağa gəlməsəniz də oxuya 

bilərsiniz. 

Mənə elə  gəldi ki, dili ağzında bir az böyükdür. Bu sayaq 

təklifsiz söhbətə müdaxilə etməsi də heç xoşuma gəlmədi. 



 195 

Özünü də həddindən artıq tox tuturdu. Bu, Rəsul idi. 

Sonralar Rəsul da kinostudiyaya işə düzəldi və orada təzədən 

tanış olduq. Bir şöbədə  işləyirdik, bir otaqda otururduq, amma 

uzun müddət bir-birimizlə danışmağa söz tapmırdıq". 

Yuxunu qaçıran mənəmsə əgər, 

niyə məndən qaçırsan! 

Könlünü dağıdan bu qəm, bu kədər 

Mənimsə, 

  

niyə məndən qaçırsan! 

Bir kəlmə danışmazsan görsə bir adam 

Bəs təklikdə nə üçün 

mən sənə yadam! 

Mən ki sənin könlündə 

  

yaşayan bir fəryadam, 

pərişan halınla 

  

hər məni görcək 

  

niyə məndən qaçırsan?! 

Anamındır bu misralar. 



"Məni işdən çıxardılar, hər yerdən də  əlim üzüldü. O vaxt 

həmkarlar ittifaqının sədri işləyən Əliağa Babayevin qəbuluna 

getməyi qərara aldım". 

(Əliağa Babayev mərhum 

kinorejissorumuz Arif Babayevin əmisidir – A.). 

"Heç vaxt onun xeyirxahlığını yadımdan çıxarmaram. – 

Sənin kimi körpə  uşağın üstünə düşüblər? – dedi. Məni 

"Azərnəşr"ə işə düzəltdi. 

Azərnəşr isə tamam yeni bir aləm idi – poeziya, ədəbiyyat, 

gənclik dünyası. Sabit, Müşfiq, Nəzakət burda işləyirdilər". 

Alman dili üzrə mütəxəssis Nəzakət Ağazadə anamın  ən 

yaxın rəfiqələrindən idi. Sonralar Nəzakət xanım dilçi-alim 

Əliheydər Orucovun həyat yoldaşı olub. 1979-cu ildə xaricə 

turist səfəri zamanı vəfat etdi. 

Cənazəni qürbətdən 

  

təyyarəylə gətirdilər, 

Qapalı dəmir yatağında 


 196 

vətən torpağına yetirdilər. 

Soyuq barmaqlarıyla 

  

yapışdı ürəyimdən 

bu dərd mənim, bu qəm mənim, 

Nəzakət, Nəzakət, 

  

əziz, mehriban 

  

 

rəfiqəm mənim... 

…Nə ata çörəyi yedik

  

nə gördük qardaş sovqatı 

Qamçıladı bizi 

  

acı-acı 

sərt üzlü yetimlik həyatı. 

…Ömrün çətin yollarında 

  

bizə yar oldu Əli, Rəsul 

Onlar açıq ürəkli, 

  

qaynar  məhəbbətli 

  

 

gənclər idi, 

O zamanlar bizimlə  

  

ünsiyyət bağlamaq 

Sadə sevgi deyil 

  

böyük  hünər idi 

Xatirələr aləminə səsləyir yenə 

  

bu  ayrılıq, bu qəm məni,  

Nəzakət, Nəzakət, 

  

əziz, mehriban 

  

 

rəfiqəm mənim... 

1934-cü ildə anamla atam evləndilər. Həmişə  təbəssümlə 

xatırlayırdılar ki, kəbinlərini kəsdirərkən qəribə  vəziyyətə 

düşüblər, qeydiyyat üçün bir manat vermək lazım imiş, heç 

birinin də yanında bir manatı yoxmuş. Bu fakt atamın şerinə də 

düşüb. 


Xatırladım o əziz günü. 

Xoşsifət qadın: 

"Bir manatınız yoxdur, – dedi, 

 197 

sonra gətirərsiniz". 

Qeyd dəftərində 

qoşa imza atdıq biz 

Sonra başladı  

ayrılıq günləri 

acıdan acı. 

Sonra başladı 

Nigaran qəlbin 

ülfət ehtiyacı. 

Kəbinlərini kəsdirsələr də, toylarını edə bilməmişdilər. 

Bibilərim oxuyurmuş, atamgilin böyük ailələri – anası, üç 

bacısı (böyük bacısı Kubra ərdə idi) və özü Birinci Paralel 

küçədə iki balaca otaqda yaşayırmışlar. 

Anam Moskvaya ali təhsil almağa gedib. Bubnov adına 

pedaqoji instituta daxil olub. Bir neçə ildən sonra atam da 

Moskvaya növbəti sona yetməmiş ali təhsillərindən birini 

almaq üçün yola düşüb. 

Toyları 1937-ci ildə fevralın 11-də Bakıda, həmin o Birinci 

Paralel küçəsindəki mənzillərində olub. Toyun qonaqları içində 

Hüseyn Cavid, Əhməd Cavad, Kazım  Ələkbərli, Mikayıl 

Müşfiq də vardı. 

"Tez-tez düşünürəm ki, yəqin sonralar bizim o toy məclisini 

xatırlayırmışlar, yazıqlar". 

Söhbətdən yorulur. 

–Sən get, – deyir, – bir az dincəlmək istəyirəm. – Sonra 

soruşur: – Mərdəkana gedəcəksən? 

–Gedəcəm, – deyirəm. 

–Rəsula salam söylə.  

Hər dəfə Rəsula salam göndərir. 

Hər dəfə  xəstəxanadan çıxıb Fəxri xiyabana gedirəm – 

atamın qəbri üstə. 

Fəxri xiyabanın milisləri mənimlə artıq tanış kimi 

salamlaşırlar. Ölüm yeni tanışlar çevrəsinə salır məni; 

indiyənəcən qapısını tanımadığım idarələrlə, təşkilatlarla 



 198 

münasibətlərim yaranır;  əhaliyə mülki xidmət idarəsi, yaşıl 

təsərrüfat idarəsi, Bakı sovetinin əlaqədar şöbələri, Bədii fond, 

daş karxanaları, mərmər zavodu, heykəl fabriki... 

Müxtəlif peşə sahiblərinə  bələd oluram – daş yonanlarla, 

qraniti işləyənlərlə, daş üstündə yazı yazanlarla əlaqə 

saxlayıram, uçotçular, mühasiblər, saysız-hesabsız kağızlar, 

qərarlar, göstərişlər, smetalar, sərəncamlar, dərkənarlar aləminə 

qərq oluram. Yük qaldıran, yük aparan, yük boşaldan 

maşınların, qaldırıcı kranların çeşid-çeşid növlərini bir-birindən 

ayırmağa başlayıram... 

İnsanın həyət qonşuları, həyat qonşuları olan kimi ölüm 

qonşuları da varmış. 

Atamın məzarına tərəf gedərkən sağ  əldəki, sol əldəki 

məzarlara – onun ölüm qonşularına baxıram və bu mərhumlar 

da elə bil mənimçün məhrəmləşirlər. 

Atamın məzarının yanındakı  qəbir  İmran Qasımovundur. 

İmran atamdan düz iyirmi gün sonra – aprelin 20-də vəfat etdi. 



*** 

Əlli illik ədəbi fəaliyyəti ərzində anamın çox az kitabı çıxıb. 

Bunun bir sıra səbəbləri var. Birinci səbəbi,  əlbəttə, odur ki, 

anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi. Ailə 

borcu, analıq vəzifəsi, böyük evin qayğıları onun yaradıcılığına 

mane olurdu. Biz mane olurduq, biz hamımız. Biz hamımız və 

əlbəttə, çox böyük dərəcədə mən özüm onun vaxtını talayırdıq, 

qarət edirdik, onu yazı masasından ayırırdıq, hisslərini, 

duyğularını, fikirlərini dağıdır, pərən-pərən edirdik. 

Yaradıcılığa həsr olunası günlərini, saatlarını – ərinə, ailəsinə, 

uşaqlarına, nəvələrinə paylayırdı. Həmişə yanındaydıq, həmişə 

böyründəydik, həmişə onunlaydıq; özü-özüylə  tək qalmağa 

imkan vermirdik, qəlbiylə baş-başa qalmağa macal tapmırdı. O 

isə, atamdan fərqli olaraq, tənhalığı sevirdi. 

Atam yalqızlığa dözümsüz idi. Xususilə, son illərdə heç 

təkliyə tab gətirə bilmirdi. Yəni elə əvvəlki illərdə, hələ səhhəti 

yaxşı olan vaxtlarda da ayrılıq möhlətini heç vədə başa vura 


 199 

bilmirdi, istirahət yerlərindən, yaradıcılıq evlərindən yarımçıq 

qayıdırdı – yeniyetmə çağında oxuduğu məktəbləri buraxıb 

evlərinə qaçdığı kimi... 

Bəzən ailədə, bizim içimizdə  də darıxırdı, sıxılırdı. Amma 

bizsiz daha da artıq darıxırdı. 

Mənə elə gəlir, sağlam vaxtlarında səfərlərə, səyahətlərə də 

belə tez-tez çıxırdı ki, bir daha aydın qənaəti təsdiq etsin: 

evdən uzaqlarda uzun müddət yaşaya bilməz… 

Hara getsəydi bir həftədən,  ən çoxu iki həftədən sonra evə 

dönürdü. Xəstəliklər, qayğılar, yorğunluq onu üzüb əldən 

salmadığı keçmiş illərdə qonaq getməyi, qonaq qəbul etməyi 

çox xoşlardı. Bir də ondan xoşlanırdı ki, biz hamımız –balaları, 

nəvələri ətrafına toplaşaq, yanında olaq. Son illərinin ən böyük 

sevinci nəvələrinin məzəli sözləri, çıxartdıqları min-bir oyunlar 

idi. Dünyanın  ən böyük mütəfəkkirlərindən daha çox 

nəvələrinin gülməli ifadələrini sitat gətirərdi, məşhur 

kəlamlardan,  şerlərdən daha artıq nəvələrinin sözlərini misal 

çəkərdi. 

Anam hamımızı – övladlarını, da nəvələrini də atamdan az 

istəmirdi, amma arabir də olsa öz daxili aləminə qapılmaq 

anamın  əlçatmaz arzusuydu. O özü özüylə baş-başa qalanda 

heç vaxt darıxmırdı. Amma belə yalqızlıq məqamları – 

onunçün xülya idi. İnsanlar içində  tənhalıq – tənhalıqların  ən 

betəridir. 

Mənə elə gəlir ki, məsələn, tutalım Ənvər Məmmədxanlının 

tənhalığı – bütün ömrünü təklik içində, amma kitabları, 

yazıları, qeydləri arasında keçirmiş, zəngin, geniş mütaliəsinin 

və fenomenal yaddaşının məhsulu olan fikirlər; fikrin daxili 

təkamülündən doğan düşüncələr, dünya, həyat, hadisələr 

haqqında mülahizələr, keçmiş və müasir insanların təhlili və o 

sıradan özünütəhlil – ömrü bütün bunlarla dolmuş  Ənvər 

Məmmədxanlının adamlardan təcrid olunmuş yaşayışı – hələ 

tənhalığın son həddi deyil. Tənhalığın son həddi insanlar 

arasında keçən tənhalıqdır – gündəlik qayğılardan, min-bir 


 200 

məişət məsələsindən, insanın içini sümürüb sovuran 

adiliklərdən yoğrulmuş ömür – özünə  çəkilməyə, qəlbinlə, 

fikrinlə, yaddaşınla, nəhayət, kitablarınla təkbətək qalmağa 

macal tapmayanda – bu tənhalığın, ümidsiz, işıqsız, bəhrəsiz 

şəklidir. Atam demişkən, "kimə deyim dərdimi, dünya dolu 

adamdır". 

Əksər hallarda özü-özüylə yalqız qalmaq imkanından 

məhrum olan anam, təbii ki, yaradıcılığa öz istəyincə vaxt ayıra 

bilmirdi. Nəticəsi isə yazdıqlarının yaza biləcəklərinə nisbətdə 

qat-qat azlığıdır. Yaradıcılıqla biz məşğul olurduq, bizim 

qayğılarımızı isə o çəkirdi. 

Mənim yazdığım hər yazı, atamın yaratdığı hər şer, anamın 

yazılmamış şeri, yazısıdır. 

Anamın bu qədər az kitabı olmasının, yuxarıda dediyim 

kimi,  əsas səbəbi budur. Əsas səbəbidir, amma yeganə  səbəbi 

deyil. Bunun başqa bir səbəbi də var. Kitab buraxdırmaq çətin, 

yorucu, üzücü bir işdir, bununçün gərək  əsəblərin dəmirdən 

ola, gərək möhkəm səbrin ola, inadkarlığı, zirəkliyi, fərasəti 

demirəm hələ... Kitabı plana saldıranacan, saldıracaq olsan çap 

edilənəcən nəşriyyatlar qapısına dönə-dönə gedib-gəlmələr də 

bir yana dursun... Anamın sağlığında çıxan axırıncı kitabı 

səkkiz il yubadılıb gah plana salınır, gah çıxarılırdı. Gah anamı 

inandırırdılar ki, kitabı ən yeni bir üsülla – fotoyığım üsuluyla 

çap ediləcək, gah məlum olurdu bu metod hələ yaxşı 

mənimsənilməyib, gah deyilirdi ki, kitab yenidən köhnə üsulla 

yığılır, gah bütün deyilənlər də unudulurdu, kitabın özü də... 

Aylar, illər keçirdi.  Anam, əlbəttə, bunu ürəyinə salırdı, amma 

nə haqqını tələb edə bilirdi, nə şikayətlənirdi, nə kiməsə xahişə 

gedirdi. Dinib danışmırdı, ürəyində nisgili qalırdı, vəssalam. 

1981-ci ilin aprelində həkimlərin qəti hökmündən iki-üç gün 

sonra mən nəşriyyat müdiri – Əjdər Xanbabayevin yanına 

getdim. Anamın diaqnozunu və ömür möhlətini dedim ona. 

Həqiqəti dediyim yeganə adam idi. 

–Anam kitabını görməlidir, – dedim, – bunun yolunda nə 


 201 

lazımdırsa hər  şeyə hazıram.  Əgər lazımdırsa mətbəədə 

gecələyə bilərəm. 

Müdir məni başa düşdü; 

–Arxayın ol, – dedi, – elə edərik ki, ən yaxın zamanda kitab 

çıxar. 


Sözünün üstündə durdu və kitab 25 günün içində  çıxdı. 

Aprelin 30-da yadımdadır, may bayramının ərəfəsi idi – kitabın 

siqnal nüsxəsini xəstəxanaya apardım.  

Kiçicik bir kitab idi, həm də şerlərinin orijinalı deyildi, rus 

dilinə  tərcüməsi idi. Amma bu balaca kitabça xəstə  şairəyə 

ömrünün qürubunda nə  qədər sevinc bəxş elədi. Gözümün 

qabağından heç vaxt çəkilməz – kitabı yastığının yanına 

qoymuşdu, gəlib-gedənlərə göstərirdi, təzə nüsxələr gətirdikcə 

xahiş edirdi ki, onun adından həkimlərə, tibb bacılarına yazaq. 

Özü taqətsiz idi, yaza bilmirdi, yalnız diktə elədiyi sözlərin 

altından qol çəkirdi. 

Elə  təxminən o günlərdə  əvvəlcə "Literaturnaya qazeta"da, 

sonra da respublika mətbuatında bir məlumat çıxdı: məşhur 

İtaliya bəstəkarı Franko Manino "Məhəbbət haqqında" kantata 

yazmışdır. Kantatanın mətni bir neçə sovet şairəsinin, o 

cümlədən Nigar Rəfibəylinin şerləridir. 

Anam qədər  şöhrət həvəsindən uzaq adam tapmaq çətindi, 

amma bu məlumat onu uşaq kimi sevindirirdi. 

–O bəstəkara mənim adımdan bir təşəkkür məktubu yazın, – 

deyirdi. 

Xəstəlik onu gün-gündən saralıb-soldururdu, boğazından bir 

tikə çörək getmirdi, əriyib çöpə dönmüşdü. Ona bir qaşıq 

meyvə  şirəsi içirtmək – qazancımız idi. Bir dəri qalmışdı, bir 

sümük, ancaq hələ də zarafat edirdi, 

–O italyana mənim  şəklimi göndərin, cavanlıq  şəklimi... 

Amma yox, lazım deyil, italyanlar çılğın olur, bir də görərsən 

durdu gəldi bura, məni bu halda gördü, sözlərimə musiqi 

yazdığına peşiman oldu. 

Susurdu, fikrə dalırdı, sonra birdən: 


 202 

–Gör e, – deyirdi, – İtaliya hara, mənim  şerlərim hara... 

Zalım oğlu İtaliyada eşələyib tapıb mənim şerimi... 

Bu söhbətlərlə əlaqədar bir kədərli xatirə də düşür yadıma. 

Bir gün atam mənə üç-dörd mahnı mətni verdi: 

–Eminə göstər, – dedi, – gör ağlı bir şey kəssə, mahnı yazsın. 

İki-üç gün keçəndən sonra atam:  

–Nə oldu, verdin şerləri Eminə? – deyə xəbər aldı. 

–Verdim. 

–Yazır? 


–Yazacaq. 

–Haçan? 


–Nə bilim, dedi çox xoşuma gəlib, mütləq yazacam. 

–Day denən çox ləngitməsin. 

Üç ya dörd gün də keçdi. 

–Nə oldu, Emindən bir xəbər çıxmadı.  

–Hələ yox. 

–Əgər yazmırsa, denən qaytarsın. 

– Əşi nə qəribə söz danışırsan, – dedim, – cəmisi bir həftə 

keçib, yazar da... 

Üç ya dörd gün də keçdi, atam: 

–Eminə de ki, qaytarsın şerləri, – dedi. – İstəmirəm, yazmasın. 

Onu mümkün qədər mülayim, yumşaq  şəkildə dilə 

gətirməyə çalışaraq: 

–Axı, niyə belə hövsələsizlik edirsən, – deyirdim, – özün 

şairsən, yaradıcı adamsan, bilirsən ki, əsər birdən-birə  tələm-

tələsik, iki daşın arasında yaranmır...  İndi Emin də  gərək bir 

əməlli-başlı  mətni mənimsəsin, axtarsın,  şerlərə layiq, sənə 

layiq mahnı yazsın da... 

Kimə deyirsən? 

Ümumiyyətlə atamda mənim dostlarıma qarşı xüsusi bir sərt 

tələbkarlıq, hətta bir ərköyünlük vardı. Onların hamısını çox 

istəyirdi. Təbii ki, yalnız mənim yoldaşlarım olduqlarına görə 

yox, özlərinin  şəxsiyyətlərinə, yaradıcılıqlarına, istedad və 

ağıllarına görə. Amma mənim yoldaşlarım olduqlarına görə 


 203 

onlara ərki daha çox çatırdı. Bəzən onlara kəskin sözlər deyir, 

qaba rəftar edirdi. Ensiklopediyada atamla işləmiş Arazın və 

Vaqifin, yəqin ki, bu qəbildən daha çox xatirələri var. Vaqif 

Səmədoğlu atamın ölümündən sonra yazdığı  və  əvvəllərdə 

gətirdiyim  şerində ona "acıdil" deyir. Atam hər hansı bir 

möcüzəylə bu şeri oxuya bilsəydi,  şübhəsiz ki, bəyənərdi. 

"Acıdil" sözünə  də etiraz etməzdi. Axı elə özü də dilinin 

acılığından xəbərdar idi və bu barədə hətta "Acıdil" adlı şer də 

yazıb. Bu şeri oxuyanlar atamın nəyə görə "acıdil" olduğunun 

həm səbəbini, həm də izahını başa düşərlər. 

Elçin bir dəfə atamın hansı  tənəsinəsə cavab olaraq: Rəsul 

müəllim, bütün məzəmmətlərinizi qəbul edirəm, – demişdi, – 

çünki hər  şeydən başqa Siz Anarın atasısız, Anar da mənim 

dostumdur. 

İnsaf naminə deməliyəm ki, yalnız mənim yoldaşlarım 

deyil, öz dostlarıyla,  ən yaxın dostlarıyla rəftarında da bəzən 

ağına-bozuna baxmırdı. 

Yadımdadır, ən yaxın və sadiq dostu Sabit Rəhman biləndə 

ki, atamda şəkər xəstəliyi tapıblar mənə dedi: 

–Hə, Rəsulun bütün şəkəri dilindədir... 

Cəfər Cəfərov məsul vəzifədə  işləyəndə bir dəfə küçədə 

rastlaşdıq.  

–Rəsul haçan gəlir? – deyə soruşdu. 

Atam hardasa səfərdə idi. 

–Dörd-beş günə gələr, – dedim. 

Cəfərov gülümsündü: 

–Əşi, tez gəlsin çıxsın, – dedi – yenə bizi dalayıb didir. 

Bir Abbas Zamanovu Elmlər Akademiyasına müxbir üzv 

seçdilər. Onu təbrik edəndə mənə: 

–Kaş  Rəsul sağ olaydı, – dedi. – Birinci məni o, təbrik 

edəcəkdi. Özü də bilirsən  nə deyəcəkdi, deyəcəkdi: "Abbas 

Zamanov, yəni bir fərli alim tapılmadı orda, səni seçdilər?" 

–Amma hamıdan çox sevinən də atam olacaqdı, – dedim. – 

Əlbəttə. Buna məgər şübhə ola bilər? 


 204 

Ömrü boyu öz xasiyyətini 

dandı Rəsul. 

Elə bilirdi 

yüz ağac boyundan görünür 

kövrək olduğu, 

sinəsində körpə ürəyi kimi 

bir ürək olduğu. 

Sərtliyi üzünə, sözünə yaxardı  

Bəzən sərtliyindən 

öz nəfəsi də darıxırdı, 

göz yaşları içinə axırdı, 

Dilə tuturdu özünü 

"Başa düş, ay ürək, 

kişiyə yaraşmaz kövrəlmək, 

"qadan alım", "qurban olum" – demək 

Zorla dost tutma, 

dostun var dostluq elə 

yoxdur, tək gəz. 

Kişi kömək eləyər, 

kişi kömək gözləməz. 

Ömrün gecəsi–gündüzü olduğu kimi 

var hər ömrün öz ağı, qarası. 

Ötən şirin ömründən 

şəkər xəstəliyi qalmışdı ona, 

bir də ürək ağrısı... 

(Fikrət Qoca. "Rekviyem").. 

Anımlar zənciri xəyalımı  çəkib uzaqlara apardı, mətləbdən 

aralandım. Eminin mahnılarına qayıdaq. 

Mən,  əlbəttə, Eminə atamın sözlərini yetirmədim, mətnləri 

geri almadım və bir müddətdən sonra Emin bu şerlərə bir neçə 

mahnı bəstələdi. Zeynəb Xanlarovanın ifasında "İnsaf da yaxşı 

şeydir" nəğməsi çox populyar oldu. 

Bütün bunları isə başqa səbəbdən xatırladım. Atam Eminin 

ləng tərpənməsindən  əsəbiləşdiyi vaxtlarda, anam çox sakit, 


 205 

hətta bir azca utancaq tərzdə mənə dedi. 

–Mənim də bir neçə  şerimi ver Eminə, – sonra təbəssümlə 

əlavə etdi, – mən tələsdirməyəcəyəm, ürəyinə yatsa, yazmaq 

istəsə, haçan həvəsi gəldi yazar... 

Bu, sözləri o qədər kövrək, ürkək, zərif dedi ki, indi də yadıma 

düşəndə ürəyim titrəyir. Mən  şerləri dərhal Eminə verdim və 

bəstəkar anamın sözlərinə "Dağları duman, alanda" mahnısını 

yazdı. Bu mahnını da ilk dəfə Zeynəb xanım ifa etdi... 

...İndi, atamın vəfatından sonra, bir gün Emin mənə dedi ki, 

Nigar xalanın sözlərinə  təzə bir mahnı  bəstələmişəm. Amma 

sən verən mətnlərdən deyil, köhnə bir şeridir. Emin 50-ci 

illərdə Moskva Konservatoriyasında oxuyanda Lenin 

kitabxanasına gedər, Bakı mətbuatını oxuyar, bəyəndiyi şerləri 

dəftərinə köçürərmiş. Anamın "Azərbaycan" jurnalında dərc 

olunmuş həmin şerini də elə o vaxtlar köçürüb. 

Həmin mahnını Akif İslamzadənin ifasında lentə 

yazdırmışdı. Bir gün lenti də, maqnitofonu da xəstəxanaya 

gətirdik. "Qoy Nigar xala özü də eşitsin", – dedi. 

Mən mahnının hansı  şerə  bəstələndiyini bilmirdim və 

təəccüblənirdim ki, görən niyə Emin əlində  təzə  mətnlər ola-

ola köhnə şerə müraciət edib. 

Mahnının ilk sözlərini eşidən kimi hər şeyi başa düşdüm. 

Alagözlüm, səndən ayrı gecələr 

Bir il kimi uzun olur, neyləyim! 

Bağçamızda qızılgüllər hər səhər 

Tezdən açır, vaxtsız solur, neyləyim! 

Məhz bu sözlər – artıq dünyadan köçmüş insanı harayla 

ması – bəstəkarın qəlbini tərpətmişdi; çağırdığı adamın 

yoxluğunu Emin bilirdi, Akif bilirdi, hamı bilirdi, anam 

bilmirdi.  

Bəlkə tez gələsən, əlac verəsən,  

Sünbüllərin saçın yığıb hörəsən. 

Əlvan çiçəkləri özün dərəsən –  

Gözləri yollarda qalır, neyləyim! 


 206 

Mahnı anamın xoşuna gəlmişdi, xahiş elədi ki, lenti və 

maqnitofonu aparmayaq; yanına gələnlərə, həkimlərə çaldırırdı. 

Fidan bir gün mənə pıçıldadı: 

–Xahiş edirəm, aparın bu lenti, mən dözə bilmirəm, qulaq 

asa bilmirəm bu mahnıya. 

Anamçün bu yalnız mahnı idi – Fidançün, Təranəyçün, 

mənimçün, bütün bilənlərçün ağrı idi, əzab idi, möhnət idi... 

Anam yalnız musiqini, yalnız ifanı, yalnız sözləri eşidirdi: 

Çəkir çiçəklərin gözü intizar, 

Ayrılıqdan betər dünyada nə var, 

Bu bahar axşamı səni bax, Nigar 

Həzin-həzin yada salır, neyləyim! 

Anam biz biləni bilmirdi axı... Bilmirdi ki, alagözlüsünü 

nahaq çağırır, nahaq haraylayır. 

Alagözlüsü bir aydan artıqdır ki, ala gözlərini həmişəlik 

yumub... 

"Möhtərəm Anar müəllim! Salam! 

Yadınızda varsa 1979-cu ilin ortalarında Uzaq Şərqdə hərbi 

xidmətdə olan bir oxucunuz Sizə  məktub yazmışdı. Siz də 

"Adamın adamı", "Macal" kitablarınızı  həmin oxucunuza 

göndərmişdiniz. O oxucunuz mənəm. Sizdən sonra Qara 

Qarayevdən, Mirzə  İbrahimovdan, Niyazidən də  məktublar 

aldım. Mənimlə birlikdə qulluq edən azərbaycanlı  uşaqlarla 

əhd eləmişdik ki, Bakıya çatan kimi birinci Sizə baş  çəkək. 

Hərə bir şey əhd eləyir. Biz də bunu. 

Gələndə Daşkənddən gəldik. May ayının 19-da Bakıya 

təyyarəylə uçacaq idik. Təyyarə vağzalında bəstəkar Süleyman 

Ələsgərov ilə tanış oldum. Sözdən, musiqidən söhbət düşdü. 

Ondan bu sözləri eşidəndə gözlərim yaşardı: "Rəsul Rzanı 

itirdik". 

Rəsul Rza bizim ailənin çox sevdiyi şairdi. Atam hər dəfə 

mənə posılka göndərərkən (hərbi xidmətdə) Rəsul müəllimin 

bir kitabını da göndərirdi. Bilirdi dəlisiyəm Rəsul müəllimin, 

hər dəfə insan şəxsiyyətindən, insan ləyaqətindən söhbət 


 207 

düşərkən Rəsul Rzanı misal çəkərdi bizə. 

Rəsul Rza həm Füzuli idi, həm Sabir idi, həm də  Səməd 

Vurğun... həm də onların heç biri deyildi. Rəsul Rza idi.  

Bakıda Sizə  dəymək fikrindən daşındıq. Nə deyəcək idim 

sizə. Gəldim evə. Sonra bir dəfə televizorda gördüm sizi. 

...Bu məktubu Sizə nə üçün yazdım? Ürəyim dolmuşdu. Ürək 

dolanda boşala gərək. 

...Vaxtınızı aldığıma görə xahiş edirəm məni bağışlayasınız. 

Sizə çan sağlığı və uzun mənalı ömür arzulayıram". 

Əbilov Etibar. 

Neftçala rayonu 

 

"Əzizim Anar! Qardaşım! 

Mən bu şeri 1980–ci il, dekabr ayında xəstəxanaya, Rəsul 

əmiyə baş  çəkməyə gedəndən sonra yazmışam. Bir oturuma. 

Qüsurlar çoxdur. Həddindən artıq. Yazının üstündə  qətiyyən 

qələm gəzdirməmişəm. Ölənə kimi də, ürəyimin lap dibindən 

gələn bu yazını redaktə etməyəcəm. Üslubunda qazansa 

səmimiyyətində itirər. Odur, Səndən xahiş edirəm bu şeri 

olduğu kimi və  mənim Rəsul  əmiyə böyük məhəbbətim kimi 

qəbul et. Sən allah! 

 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin