Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3.02 Mb.
Pdf просмотр
səhifə9/49
tarix24.01.2017
ölçüsü3.02 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

*** 

Kim bilir bəlkə bu yazı yalnız bircə məqsəd güdür: onlarla 

ünsiyyəti bir azca da uzatmaq, onlarla bir azacıq da birgə 


 175 

yaşamaq... 

Yaşamaq və hər şeyi yenidən keçirmək. O cümlədən onları 

itirməyin ağrısını da... 

Onlarla olmaq, onlarla danışmaq. Atamın dəfni günü qəribə 

bir hiss də keçirirdim – bütün bu günü, yəni dəfn gününü, bu 

mərasimdə olanları atamın özünə danışmaq ehtiyacı duyurdum, 

bütün detallarla, təfərrüatla, iştirakçıların səciyyələriylə... Bu 

atama maraqlı görünə bilərdi və mən hətta söhbətimin ayrı-ayrı 

məqamlarında onun reaksiyasını da aydın görür, replikalarını 

eşidirdim. Dəfn günündəki bu ya digər hərəkətə, çıxışa, sözə 

atamın münasibəti mənə  dəqiqdən də  dəqiq məlum idi. 

Mərasimin müəyyən intizamsızlığı lap yəqin onu əsəbləşdirər, 

hövsələdən çıxardardı... 

Güman ki, yazımın bu yerləri kiməsə lap əcaib görünəcək; 

Nə etməli, mən, doğrudan da, belə hiss keçirirdim, belə 

duyurdum. – "Filan çıxışçı  eşitdin də, nə dedi?" – deyə 

atamdan soruşurdum. 

Və onun cavabını, atamın mütləq deyə biləcəyi sözləri 

kəlmə-kəlmə, açıq-aydın eşidirdim... 



*** 

Atamın ölümündən sonra və anama bir ay ömür möhləti 

verildiyi günlərdə, anamın bizim aramızda müvəqqəti qonaq 

olduğunu bütün acısıyla dərk etdiyim saatlarda onun hər 

sözünü, hər fikrini içimə sümürmək, udmaq istəyirdim; hər 

kəlməsini, yaddaşının hər parçasını, bizim – ən yaxın 

adamların belə sonacan bilmədiyimiz  İçəri dünyasının hər 

guşəsini, hər bucağını öz daxilimə keçirmək istəyirdim. Birinin 

qanı başqasına köçürülən təkin, qəzaya uğramış və həlak olmuş 

bir nəfərin sağlam ürəyi başqasına keçirilən kimi mən də 

anamın xatirələrini, daxili aləmini öz içərimə keçirmək, illəri, 

insanları onun gözləriylə görmək istəyirdim – onun sönən 

həyatını öz həyatıma calayıb davam etdirmək istəyirdim, onun 

ömrünü öz ömrüm etmək istəyirdim. 

Və indi, onun xatirələrini xatırlayarkən, mənə elə gəlir ki, mən 


 176 

onun görümünə yaxınlaşıram. Çətin ömrünün son günlərində öz 

daxili baxışlarıyla gördüklərini mən də görürəm. 

Gəncədəki evləri – uşaqlığının evləri, ömrünün ilk yeddi 

ilini yaşadığı ev – bu ev indiyəcən durur. Ata-anasının otaqları, 

özünün və iki qardaşının otağı. Gecələr qardaşlarıyla balış 

davası. Dayəsi Nastya xalayla ayrılığı, bu ayrılığın uşaq 

qəlbinə təsiri. 



"Sonralar çox ayrılıqlar gördüm, amma bu ilk ayrılığın 

acısını, ağrısını uzun zaman çəkdim"... 

"Cavan ölən bibimin adını qoymuşdular mənə: Suğra. 

Amma heç kəs ürək eləyib bu adla çağırmırdı. O vaxt türk 

şairəsi Nigar xanım bint Osman çox məşhur idi, anam Cavahir 

xanım da onun şerlərini çox sevirdi, bir gün qərara gəlib 

babama – Ələkbər bəyə dedi ki, o bədbəxtin adını çəkməyi heç 

kim ürək eləmir, icazə ver bu qızın adını Nigar qoyaq. Babam 

dinməyib, amma nahar eləyəndə, – Cəvahir,  şərab gətir, – 

balaca Nigarın sağlığına içək" – deyib. 

İndi anamın xatirələri mənim hafizəmdə  məskən saldığı 

kimi, onun da yaddaşında  əcdadlarından eşitdiyi söhbətlər, 

adlar, əhvalatlar yaşayırdı. Böyük bir nəslin keçmişi Rəfi bəyin 

adıyla bağlı idi. Rəfi bəyin gərək ki, Cavad xana qohumluğu 

çatır, ya o bunun qaynatası olub, ya bu onun – anam bunu 

dəqiq bilmirdi. Rəfibəyli nəslinin ulu babası Mirzə  Kərimin 

məşhur  şərqşünas Mirzə Kazımbəylə qohumluq dərəcəsi 

barəsində də ancaq fərziyyələr eşitmişdi. 

Amma bəzi ailə tarixçələrini çox yaxşı danışardı: Ata babası 

Ələkbər bəy, ana babası Mirzə bəy, habelə Hadı bəy Rəfibəyli 

və bir neçə başqa Gəncə  və Qarabağ cavanları at belində 

Peterburqa təhsil almağa gediblər. Doqquz ay yol gediblər, altı 

il orda oxuyublar, bu müddətdə Qafqaza dəmir yolu çəkilib və 

onlar vətənlərinə qatarla qayıdıblar. Mirzə bəy hərbi təhsil alıb, 

Ələkbər bəy ziyarət üzrə mütəxəssis imiş. 

Anamın bir dayısı – Məmməd də vaxtilə Peterburqda təhsil 

alıb, inqilabçılara qoşulub Gəncəyə qayıdandan sonra öz 



 177 

həmfikirləriylə bir yerdə gecələr gizli intibahnamələr çap 

edirmişlər. Başqa bir qohumumuzun – Eyyub bəyin atası isə 

pristav imiş, gecələr bu inqilabçıların keşiyini çəkirmiş ki, 

onlara dəyib-toxunan olmasın. 

Sonra Məmməd vərəm xəstəliyinə tutulur və vida kağızı 

yazaraq özünü öldürür. 

O kağız nənəmdən anama qalmışdı. Anam onu qoruyub 

saxlamışdı. İndi həmin kağız məndədir. 

Anamın bircə xalası vardı – Cəvahir xanımın böyük bacısı 

Göyçək xala... Göyçək xala əri Məşədi Süleymanla qırx il 

yaşamışdı. 



"Hərdən qəsdən sataşırdım ona: "– Ay xala, – deyirdim, – 

bir kişiylə qırx il yaşamaq olar?" "– Kiri, az, – deyirdi, – ərə 

gedəndə, o evə ki gəlin gedirsən, gərək ordan tabutun çıxsın". 

Çox möhkəm prinsipləri vardı, deyirdi ki, ər arvada xəyanət 

edə bilər, öz işidir, amma arvad hökmən ərinə sadiq olmalıdır. 

"Bizim xoruz özgə damında banlasın, amma bizim damımızda 

özgə xoruz banlamasın"

Mənim də yadıma gəlir bu, balaca, yumru, dümağ saçlı qoca 

qarı. Yadımdadır, cığara kağızı kimi nazik yuxa salardı. 

–Doğrudan yadındadır? – anam mənə baxır və yaddaşından 

keçən hansı xatirələrəsə gülümsünür. – Düz deyirsən, çox nazik 

yayardı yuxanı. Çox dadlı da xörək bişirərdi. Yazıq arvadın 

ürəyi də elə  təmiz idi, lap uşaq kimi. Görürsən könlümə bir 

xörək düşəndə deyirdim: "Ay xala, Məşədi Süleyman dayını 

yuxuda görmüşəm, yarpaq dolması sifariş eləyib" – anamın 

gözləri gülür – yazıq arvad o saat durub dolma bükərdi... 

Ərinin ata evində mülkü, otaqları vardı.  Əri öləndə  səksən 

minə satıb, hamısını yetim-yesirə paylayıb; "filankəsin uşağı 

olmur, filankəsin adamı ölüb" – və öz-özünə o dünyada yer 

alırmış, demə. Amma bir az qızıl saxlamışdı, mənə verdi, dedi: 

"Bu mənim can haqqımdır, məni gərək öz puluma basdırasan. 

Mənə qəbir də düzəltmə, – dedi, – gərək mənim qəbrim itsin". 

Sonsuz idi, ona görə belə vəsiyyət eləmişdi. "Sonsuza qəbir 


 178 

düzəltmək günahdır", – deyərdi. 

Nə biləydi anam ki bir gün onun özünü də  həmin o 

qəbiristanlıqda – nənəsinin, anasının, dayısının, dayısı 

oğlanlarının yanında basdıracayıq. Göyçək xala da orda, 

onların arasındadır. Amma başdaşı yoxdur, qəbri itib. Öz 

vəsiyyətinə görə... 

Anamın ata babası  Ələkbər bəy Rəfibəyli (1859-1919) 

böyük nüfuza malik olan bir adam imiş. 

Anamın vəfatından xeyli sonra, onun arxivini araşdırarkən 

bir qovluq gördüm. Qovluğun üstündə öz xəttiylə "Babam, 

atam və anam. Şəkillər, vəsiqələr" yazmışdı. Qovluğun içində 

müxtəlif materiallar, kağızlar, sənədlər vardı. Görünür, 

arxivlərdə  araşdırmalar aparan tədqiqatçı alimlərimizin hansısa 

iki maraqlı  sənədin üzünü köçürüb anama veribmiş. Həmin 

sənədləri olduğu kimi gətirirəm: 

MVD 

ELİSAVETPOLĞSKİY 



POLİÜİMEYSTERĞ 

18 İÖLƏ 1907 Q. 

№176 

Q.ELİSAVETPOLĞ 



Soverşenno sekretno. 

 

Qospodinu Elisavetpolğskomu qubernatoru 

 

Raport 

 

Na üirkulərnoe predpisanie, ot 30 maə s. q. za № 571, 



donoşu Vaşemu Prevosxoditelğstvu, çto kak mnoö 

ustanovleno, musulğmanskie partii "Difai" i "Mudafie" 

suhestvuöt na sredstva, sobiraemıe neleqalğno s 

musulğmanskoqo naseleniə qubernii. Rukovoditeləmi pervoy 

partii əvləötsə Elisavetpolğüı: Alekber bek Rafibekov i Axund 

Molla Mamed Paşa Namaz Zade... 

Partiə "Difai" presleduet üelğ: zaşitu interesov svoeqo 


 179 

naroda voobhe i, qlavnım obrazom, obrazovaniə, a "Mudafie"– 

uluçşeniə krestğənskoqo bıta voobşe, razdeleniə pomeohiçğ ix 

zemelğ mejdu krestğənami i podnətiə kulğturnoqo 

blaqosostaəniə ix putem nisproverjeniə suşestvuöheqo 

Qosudarstvennoqo stroə, a takje neplateje pomehikam za zemlö 

sleduemıx doxodov: to estğ baqrı. V obhem gti partii 

presleduöt koneçnuö üelğ odnu i tu je. 

Poliümeyster 

(podpisğ) 



Pomoşnik 

Naçalğnika Tifl. 

Qubernskoqo jandarmsk. 

Uprav, v Elisavetskoy Qub. 

16 ənvarə 1909 q. 

№161 

Q. Elisavetpolğ 

Na 1 1888, 37. 

 

Soverşenno sekretno.  

... 4-qo, seqo ənvarə obıskom u Alekpera beka Rafibekova 

takje obnarujen ustav, napeçatannıy v neskolğkix gkzemplərax 

na russkom əzıke: oznaçennıe ustavı pri sem prilaqaö; pri gtom 

dokladıvaö, çto vospitıvaöt li gti musulğmanskie obşestva v 

duxe protivoqosudarstvennom-svedenii ne imeetsə. 

Otnositelğno je dvijeniə musulğman v polğzu revolöüionerov 

Persii imeötsə tolğko sleduöhie ukazaniə: v torqovoy kniqe, 

otobrannoy po obısku u persidskoqo podannoqo İskendera 

Muxtarova imeetsə ukazanie, çto orujie pokupaetsə taynım 

putem v Rossii i otpravləetsə v predelı Persii v otrədı Sattar-

Xana. 


Rotmistr Astrosənü 

Qospadinu Elisavetpolğskomu Qubernatoru 

 

Günlərin bir günü Ələkbər bəy arvadı Xeyransa xanımı, 



bacısı  və qudası  Xədicə xanımı (oğlu Xudadata bacısı  qızı 

 180 

Cəvahiri alıb) və cavan gəlini Cəvahiri Gəncədə göstərilən teatr 

tamaşasına aparıb.  

Gəncə qoçuları söz qoyublarmış ki, teatrın qapısı  ağzına 

gələn hər bir müsəlman qadınını öldürəcəklər. 

…və birdən hündürboylu, enlikürəkli Ələkbər bəy, yanında da 

üç qadın teatra gəlir, camaatı elə bil qılıncla iki bölürlər – yol açılır 

və bu yolla dördü də keçib binaya girirlər. Anam həmin səhnəni öz 

İçəri dünyasında aydınca görürdü, hərçənd ki, bu səhnə onun 

dünyaya gəlməsindən xeyli qabaqlar olmuşdu. 

Gəncədə  məktəblər, mədrəsələr açılmasında və  şagirdlərə 

yalnız dini deyil, elmi biliklər də  tədris olunmasında  Ələkbər 

bəyin xidməti çox olub. 

"Babam bəy olsa da, kasıb bəylərdən idi, odur ki, oxutmaq 

istədiyi kasıb uşaqlarına deyərmiş ki, gedərsən filan tacirin 

yanına, ona tapşırmışam, sənə pul verəcək, o pula get oxu". 

Anamın arxivindəki qovluqdan daha bir sənəd: 

"Gəncədən. 

Ələkbər bəy Rəfibəyov həzrətlərinin məxdumi Xudadat bəy 

Rəfibəyov doktorluq elmini oxuyub Gəncəyə  gəlməsini 

yazmışdıq. Müşarileyh keçən sənə  Gəncə müsəlmanları üçün 

məccanı həkimlik ediyorlardı. 

Pədəri həzrətləri necə ki millətpərəstlikdə sabit qədəmdir, 

məxdumi isə ondan daha artıq. Xudadat bəy Gəncə füqərayi 

kasibəsi üçün məccanan həkimlik edib və hərgah müsəlmanlar 

hümmət və qeyrət edərlərsə, müsəlman hissəsində  dəxi bir 

xəstəxana güşad edəcəkdir. 

Yaşasın boyla doktor müsəlmanlar! 

Ey müsəlman füqərayi kasibəsi şad olunuz! 

 

"İrşad" qəzeti 1907-ci il, № 99 səh. 3" 

 

*** 

Anamın atası Xudadat bəy Rəfibəyli (1878-1920) ali təhsil 

almış ilk azərbaycanlı  cərrahdır. Tibbi təhsilini 1897-1902-ci 


 181 

illərdə Xarkovda alıb. 1903-cü ildən ömrünün axırınacan – 17 

il müddətində Gəncədə həkim kimi fəaliyyət göstərib. Müsavat 

hakimiyyəti vaxtında heç bir vaxt müsavat partiyasının üzvü 

olmamış Xudadat bəy  şəhər ictimaiyyətinin israrlı  təkidindən 

sonra cəmisi doqquz ay müddətində  şəhər valisi vəzifəsini 

aparıb.  O,  bu  təklifə atasının və Molla Məhəmməd Axundun 

xahişindən sonra və bircə  şərtlə razı olub – səhərlər həkimlik 

fəaliyyətini davam etdirsin, günortadan sonra valilik işlərini 

görsün. 


Birinci dünya müharibəsi cəbhələrindən qayıdan yaralı rus 

əsgərlərinə fitnəkar basqın zamanı Xudadat bəy gecə-gündüz 

bilmədən neçə-neçə  əməliyyatlar edib, neçə-neçə yaralını 

ölümdən xilas edib. Ona bu cərrahiyyə  əməliyyatlarında 

asisentlik edən tibb bacısına sovet hökuməti məhz bu işdə 

iştirakına görə  təqaüd kəsib. Həmin tibb bacısı ömrünün  

sonuna qədər nənəmlə – Cəvahir xanımla məktublaşırmış. 

Anamın həmin qovluğunda o hadisələrə aid şəkil də durur. 

Babam və tibb bacıları yaralı rus əsgərləri içində. 

Gənc yaşlarında o zaman Gəncədə baş verən bir çox 

hadisələrin canlı  şahidi olmuş Maarif əməyi və Böyük vətən 

müharibəsi veteranı müəllim Abbasəli Kərimlinin bir 

əlyazması da anamın həmin qovluğunda saxlanır. Bu 

əlyazmasından bəzi parçaları da gətirmək istərdim: 



"1920-ci ilin 28 apreli idi. Gəncə şəhərinə xəbər yayıldı ki, 

Bakıda hakimiyyət bolşeviklərin  əlinə keçmişdir.  Əvvəl buna 

heç kəs inanmırdı. Sonra isə  şəhərə  vəlvələ düşdü. Kimi 

sevinir, kimi isə inanmırdı. Adamlar dəstə-dəstə toplaşıb 

danışırdılar. 

Bu xəbəri eşidən Gəncə bolşevikləri Fərhad  Əliyevin evinə 

toplaşdılar.  Əsl doğru xəbər gətirmək üçün Fərhad  Əliyev və 

İbrahim  Əliyev Gəncə  dəmir yol stansiyasına getdilər ki, 

Bakıdan doğru bir xəbər bilsinlər... Onlar şad xəbərlə geri 

qayıtdılar. Yoldaşlarına xəbər verdilər ki, həqiqətən Bakıda 

hakimiyyət bolşeviklərin ixtiyarına keçibdir... 

 182 

Buna görə onlar da Gəncədə hakimiyyəti öz ixtiyarlarına 

keçirməyə qərar verdilər. Onlar Xudadat bəyin yanına tez adam 

göndərdilər ki, hökuməti yerli bolşeviklərin ixtiyarına versin.  

Xudadat bəy evində axşam yeməyi yeyən vaxt qapı döyülür. 

O, elə bilir ki, xəstəyə yardım istəmək  üçün  gəliblər. 

Dərhal yeməyini yarımçıq qoyaraq ayağa qalxır, çantasına 

lazımı  dərmanlar və alətlərini qoyaraq əlindəki çörəyi yeyə-

yeyə irəliləyir, qapıdan çıxaraq:    

–Xəstə haradadır, hara getməliyik? – deyib gələn adamın 

üzünə baxır.     

–Bəy, xəstəmiz yoxdur, sənə deyəcək sözümüz var. 

–Buyurun, nə demək istəyirsiniz deyin. 

–Bakıda hökumət bolşeviklərin  əlindədir. Mən Gəncə 

bolşevikləri tərəfindən gələrək tələb edirəm ki, Siz də hökuməti 

bizə təhvil verəsiniz. 

Bu sözü eşidən Xudadat bəy pərt olaraq: 

–Hökumət cibimdədir ki, çıxarıb deyim: alın, təhvil verdim? 

Hökumət idarəsi var, xalq var, məni xalq seçib, xalq da lazım 

bilərsə, hökuməti xalqa təhvil verərəm. Mən bu barədə Bakıdan 

xəbər bilərəm. Mənə göstəriş verərlərsə, hakimiyyəti təhvil 

verə bilərəm. Göstəriş alan kimi sizə xəbər verdirərəm. 

Gələn nümayəndə geri qayıdaraq  əhvalatı yoldaşlarına 

söyləyir. 

Həmin gün İbrahim  Əliyevin evinə bolşeviklər toplaşırlar. 

Qərar qəbul edirlər ki, Xudadat bəy onlara xəbər göndərən kimi 

gedib hökuməti qəbul etsinlər. 

Xudadat bəy 29 aprel 1920-ci ildə  İbrahim  Əliyevə  xəbər 

verir ki, adam göndərsin, hökuməti nə vaxt təhvil verəcəyi 

barədə danışıq aparaq. 

Həmin gün İbrahim Əliyev dəmir yol stansiyasına getmişdi 

ki, Bakı ilə danışsın. Onun əvəzinə Mahmud Soltanovu Xudu 

bəyin yanına göndərməyi qərar verirlər. 

Həmin gün Mahmud Soltanov Şəhər valiliyi idarəsilə gedir, 

icazə alıb içəri girir. Xudadat bəy ayağa qalxıb ona tərəf 


 183 

gedərək qaşqabağını sallayıb. 

–Siz məni niyə aldadıbsınız? – deyir. 

Mahmud Soltanov qızararaq: 

–Sizi nə vaxt aldatmışıq? – deyir. 

–Sizin adamlar gəlib mənə dedilər ki, Bakıda hakimiyyət 

bolşeviklərin  əlindədir... Bu yalan sözdür, hakimiyyət öz 

yerindədir. Siz məni aldatdığınız üçün həbs olunursunuz. 

Mahmud Soltanov qorxuya düşür, rəngi ağarır, özünü itirir. 

Bunun bu halını görən Xudadat bəy gülərək əlini onun çiyninə 

qoyub: 

–Mən Bakı ilə danışdım, – deyir, – hökumət, doğrudan da, 



bolşeviklərin  əlindədir. Mənə  təklif olunub ki, hökuməti yerli 

bolşeviklərə  təhvil verim... Mən hazıram. Nə vaxt istəsəniz 

gəlin təhvil verim. 

Mahmud Soltanov sevinərək: 

–Sağ ol, bəy – deyə geri qayıdır, yoldaşlarına gülə-gülə 

əhvalatı  nəql edir. Onlar sevinir və gülüşürlər. Qərara gəlirlər 

ki, hökuməti təhvil almağa  İbrahim  Əliyev,  İbrahim 

Əminbəyli, Mahmud Soltanov getsin. Saat 5-də Xudadat bəyin 

yanına gedirlər.   

Gəncə  şəhər valisi kabinəsində vali Xudadat bəy Rəfibəyli 

və onun müavini Söyünqulu xan Xanxoyski oturub hökumət 

üsuli – idarəsini qəbul etməyə  gələnləri gözləyirdilər. Elə ki 

nümayəndələr icazə alıb içəri girdilər Xudadat bəy ayağa 

qalxır, ehtiram və gülər üzlə salamlaşıb, əl verir: 

–Buyurun, buyurun, gəlin oturun, – deyə onların oturması 

üçün yer göstərir və özü də oturub katibi çağırır, qəbul və 

təhvil aktını yazdırır. Onu yoxlayır, hər iki nüsxəyə qol çəkib 

əyalətdə olan vəziyyət barədə  məlumat verir və qeyd edir ki, 

dəftərxana və maliyyə  işinə Söyünqulu xan Xanxoyski 

rəhbərlik edibdir, pul haqq-hesabını ondan təhvil ala bilərsiniz. 

Sözünün axırında deyir: "Xalq məndən bir həftə xahiş etmişdi 

ki, hökuməti idarə etməyi qəbul edim, çarəsiz qalıb qəbul 

etdim.  İndi isə yenə camaat nümayəndələri gəlib hökuməti 


 184 

təhvil verməmi tələb edir. Buna etiraz etməyərək hökuməti bu 

akt ilə sizə  təhvil verirəm. Madam ki, bunu xalq lazım bilir, 

xalqa xeyirdir və  mənfəətlidir, mən də camaatın bir tayı. 

Bundan sonra mən də sizin ixtiyarınızdayam və var qüvvəmlə 

xalqa xidmət etməyə hazıram... Hər zaman istəsəniz, məni işə 

cəlb edə bilərsiniz. Allah xeyir versin, – deyə aktları onlara 

verir.  


İbrahim Əliyev ayağa qalxıb: 

–Yeni hökumətin iclasını açıq elan edirəm, – deyir. – Yeni 

hökumət üzvləri inqilab qurbanlarını yad etmək üçün ayağa 

qalxsın, – dedikdə hamı ayağa qalxıb sükut edirlər, – oturun, – 

dedikdə hamı oturur. 

Bu zaman Söyünqulu xan Xanxoyski ayağa qalxaraq: 

–Bəs mənim işim nə olacaqdır? – dedikdə Xudadat bəy 

yerindən ona baxaraq: 

–Sizə yeni hökumət üzvləri cavab verə bilər, – deyir. 

İbrahim Əliyev ona cavab verir ki, sizinlə sonra danışarıq. 

Xudadat bəy ayağa qalxaraq gülər üzlə hamı ilə  əl verib 

görüşür, evinə gedir. Sonra Söyünqulu xan qalxıb heç kəsə əl 

vermədən xudahafizləşib gedir. 

Onlar gülüşərək yenidən iclas edirlər, vəzifələr bölünür. 

Belə qərara gəlirlər ki, İbrahim Əliyev vilayət Komitəsi sədri, 

Fərhad  Əliyev ona müavin, İbrahim  Əminbəyli vilayət 

komissarı seçilsin. 

Müsavat hökuməti dövründə yaranmış gizli erməni təşkilatı 

üzə  çıxıb Gəncədə yeni təşkil edilmiş yerli hökuməti tanımaq 

istəməyərək təzə hökumət düzəltməyi və keçmiş vali Xudadat 

bəyin həbsə alınmasını tələb etdilər. Bütün ixtiyaratı ermənilər 

öz  əllərinə aldılar.  Şəhərin müqəddəratı onların  əlinə keçdi. 

Xudadat bəyi həbsə alaraq erməni kəndinə apardılar. Bu hal 

yerli Azarbaycan bolşevik təşkilatı üzvlərinə və şəhər əhalisinə 

pis təsir etdi. Bir çox adamlar hazırlaşırdılar ki, basqın edib 

Xudadat bəyi daşnakların əlindən alsınlar. Bundan xəbər tutan 

Xudadat bəy razı olmamışdı: " – Məndən ötrü qan tökməsinlər, 


 185 

– demişdi, – məni heç bir şeydə  ləkələyə bilməzlər".  İşi bu 

vəziyyətdə görən Qabuziyan, Termixaylyan, Levon və 

başqaları belə  qərara gəlmişdilər ki, Xudadat bəyi Bakıya 

aparıb orada öldürsünlər. Onu təqsirləndirirdilər ki, guya o, 

icazə veribmiş ki, azərbaycanlılar erməni kəndlərini dağıdıb 

əhalisini qırsınlar. Bu tamamilə yalan, uydurma və böhtan idi... 

Əksinə, o zaman Qarabağdan ermənilər basqın edib Gəncənin 

əsgərlərini öldürmüşdülər. Qisas almaq üçün əhali istəyirdi 

erməni kəndinə basqın etsin. Xudu bəy buna razılıq 

verməmişdi... Xəlvət Balabağman və Böyük Bağmandan ayrıca 

dəstələr düzəldib dağ ermənilərini qırmağa getmişdilər. 

Bundan xəbər tutan Xudu bəy ata minərək onların dalınca 

gedib geri qaytarmışdı... 

Balabağman, Böyük Bağman və  şəhər  əhalisi həyəcan 

içində idi. Səhərisi gün biz gimnaziyaya gedirdik ki, görək nə 

vaxt dərsə başlayacağıq. Dəmir körpüyə yaxınlaşırdıq ki, 

gördük 3 nəfər döyüşçü  əllərində silah Xudadat bəyi 

qabaqlarına qatıb dəmir yol stansiyasına aparırlar ki, oradan 

Bakıya göndərsinlər... Bu vəziyyəti gördükdə daha məktəbə 

yox, onların dalınca getməli olduq. 

Xudadat bəy həmişəki kimi başında silindri, çiynində qara 

plaşı,  əlində  əsası, başını uca tutub, heç yana baxmadan 

gedirdi. Bu zaman bir nəfər ona yaxınlaşıb pul uzatdı. O, qəbul 

etməyərək: 

–Mənə pul lazım deyil, – dedi. 

Bizim gözümüz yaşla doldu. Ona baxa-baxa gedirdik. 

Kinoteatrın yanına çatanda bir nəfər yaşlı kişi ona qandırdı ki, 

səni stansiya ilə  şəhər arasında olan bağların yanında 

qaçırtmalıyıq. 

Xudu bəy pərt olaraq: 

–Mən belə  şeyə razı deyiləm, – dedi, – mənim adımı 

ləkələməyin.  Şəhərimizin adını, nəslimizin, atamın adını 

ləkələməyin, qan tökməyin. Məni heç bir şeydə  ləkələyib 

taxsırlandıra bilməzlər. Nahaq yerə məni taxsırlandırarlarsa və 


 186 

ya mənə  iş verərlərsə, yenə  də  həbsxanada həkim işlərəm. 

Hamıya xəbər verin ki, pis fikirlərdən əl çəksinlər. Mən qaçası 

deyiləm. 

Onu görüb tanıyanlar və tanımayanlar da göz yaşları ilə 

dalınca gedirdilər. Heç kəsdən nə pul və  nə  də yemək  şeyləri 

qəbul etmirdi. Əvvəl onu 3 nəfər silahlı qabaqlarında 

aparırdılar, sonra ermənilər silahlı  dəstəni artırdılar. Daha 

adamları onun dalınca getməyə qoymadılar. Biz də göz yaşları 

ilə geri qayıtmalı olduq. 

Xudu bəyi azad etdirmək üçün Bakıya N.Nərimanovun 

yanına Məhəmməd Xəlilov, Cahangir Nağıyev, Cavad bəy 

Rəfibəyli və  Fərhad  Əliyev getmişdi. Amma Nərimanovun 

xəbəri olmadan onu Nargində ermənilər öldürmüşdü. Xudadat 

bəyin öldürülməsindən xəbər tutan Nəriman Nərimanov 

demişdir: " – Hayıf Xudadat bəy kimi məşhur xirurq-həkimi 

xəbərimiz olmadan öldürüblər. Bu işdə  Həmid Sultanovun 

bağışlanmaz səhvi olmuşdur". 

Əlbəttə, o vaxt, yeddi yaşında atasını itirmiş qızcığaz bütün 

bunları bilə bilməzdi. Amma bəzi  şeylər anamın da yadında 

yaxşı qalmışdı. 1920-ci ildə XI Qızıl Ordu Gəncəyə  gələndə 

məşhur Yefremov onların evinə düşüb. 

"Bizim dalımızca da Gəncə bolşeviklərindən Cəbrayıl 

gəlmişdi. Anam onu tanıyırdı, ona deyibmiş ki, bax, Cəbrayıl, 

öz qanımı da, uşaqların qanını da sənə halal eləyirəm. Görsən 

ki, biz ermənilərin əlinə düşürük, hamımızı öldür". 

Uşaqları –11 yaşlı Kamil, 7 yaşlı Rəşid, 7 yaşlı Nigar idi. 

Üçü də, nənəm də sağ qaldılar. Nigar məktəbə getdi və yeddi il 

sonra – 1927-ci ildə, on dörd yaşındaykən Bakıya gəldi. 

"Bakıda qohumlarımız vardı. Kinostudiyada işə düzəldim, 

titrləri Azərbaycan dilinə  tərcümə edirdim. Mirzə  Fətəli 

küçəsində otaq tutmuşdum. Hərdən anam Gəncədən mənə 

dəyməyə gəlirdi". 

Anamın vəfatından sonra onun "Bir həzin axşamda düşsəm 

yadına" adlı kitabını  tərtib edərkən bəzi  şerlərini elə bil yeni 


 187 

gözlə oxuyurdum. Belə şerlərindən biri – ilk yazılarından olan 

"Anama" adlı  şeridir.  Şer həmin o illərə – nənəmin qızına 

dəymək üçün Gəncədən Bakıya gəldiyi və qayıtdığı günlərə 

aiddir. 

Sönür gecə yandırdığın şam, 

Xəstəyəm verən yox bir az su, ana. 

Vaqon yırğalayır səni bu axşam. 

Ey uzaq yolların yolçusu, ana. 

 

Darıxır ürəyim, yanır nəfəsim, 

Başımın üstündə yoxdur bir kəsim. 

Qəlbimi köz kimi yandırır, səni 

Bir daha görməmək qorxusu, ana. 

"O illər bizim kinostudiyada N. Şengelaya,  İ. Savçenko da 

işləyirdilər. Qlavlitin rəisi Dondarov idi. Studiyada 80 manat 

maaş alırdım. Kəmsavad bir qadın vardı, mənim tərcümələrimi 

öz adına çıxır, 100 manat maaş alırdı. Bir dəfə  həmin qadın 

xəstələnəndə Dondarov bu işdən duyuq düşdü. Mənim maaşımı 

artırdılar. 

Yadımdadır, bir dəfə Cəfər Cabbarlıyla Abbas Mirzə Şərifzadə 

bir cümlənin tərcüməsində ilişmişdilər, o cümlənin azərbaycanca 

səslənməsi haqqında mübahisə edirdilər. Mən onların söhbətini 

eşidirdim, amma qarışmırdım. Onlar isə  məni elə bil heç 

görmürdülər. Mənim qulağım o cümləni almışdı, tərcümə edib 

kağızı dinməzcə onlara uzatdım. Yaman təəccübləndilər. Belə 

savadlı qız ancaq tərcüməçi işləyir?". 

Amma bunu da anama çox gördülər. 

1930-cu il sentyabrın 18-də respublika qəzetlərində və hətta 

Tiflisdə  çıxan "Zarya Vostoka" qəzetində anama qarşı böyük 

bir məqalə çıxdı. 

Bu podval (podval – nə  dəqiq sözdür!) məqaləsinin müəllifi 

Əliheydər Qarayev idi. Məqalədən bir neçə parça gətirirəm: 

 

"Cənab Cavad bəy və onun bacısı qızı" 



 188 

İri mülkədar, müsavat partiyasının böyük liderlərindən biri, 

Bakı kommunasına qarşı yürüşün təşkilatçılarından biri, 

Gəncənin keçmiş general qubernatoru Xudadat bəy Rəfibəyli 

Gəncə qiyamının təşkilatçısı kimi 1920-ci ildə güllələnmişdir. 

Özündən sonra bu mülkədarın varisləri qalıb: arvadı madam 

Cəvahir xanım, qızı mademuazel Nigar xanım və iki oğlu. 

Bu mülkədar ailəsində  xırdaca bir dəyişiklik olub, yəni 

ancaq ailə başçısı öldürülüb. Mülkədar Xudadat bəyin varidatı 

isə 3 evi, 3 bağı  və son dərəcə  zəngin yaylaq evi toxunulmaz 

qalıb. Üstəlik, Xudadat bəyin arvadına sovet hökumətinin bəzi 

imtiyizları da verilib. Madam Cəvahir xanım Azərbaycan 

fəhlələrinin hesabına özünün mülkədar oğullarını oxudub, ali 

savad təhsili verib. Oğlanlardan biri 1928-1929-cu illərdə 

Bakıda ali məktəbi bitirəndən sonra İrana qaçıb və orada sovet 

hökuməti əleyhinə iş aparmağa başlayıb. İkinci oğlu Leninqrad 

politexnik institutunda təhsil alır. Və heç inamımız yoxdur ki, 

ali məktəbi bitirəndən sonra böyük qardaşından nümunə 

götürməyəcəkdir. 

Bizim baş  qəhrəmanımız isə mademuazel Nigar xanımdır. 

Hal-hazırda o, Bakı məktəblərinin birində tərbiyəçi işləyir. Ali 

Pedaqoji  İnstitutda və konservatoriyada təhsil alır.  Şair imiş! 

Doğrudur, Bakı proletariatı onu tanımayıb və tanımır da, o isə, 

sən demə, məşhur şairmiş. Bundan onun dərs dediyi sinif yaxşı 

xəbərdardır. 

Biz, onun sovet məktəbimizdəki "tərbiyəvi" fəaliyyətində 

eşələnməyəcəyik. Onun pedaqoji fəaliyyətinə qiymət vermək 

üçün iki aylıq yaradıcılıq məhsulu ilə tanışlıq kifayət edər. 

1928-ci ilin iyun-iyul aylarında yazdığı indiyə  qədər üzə 

çıxmayan şerlərinə diqqət edək. 

Şer "Günəşin şimaldan doğacağını" gözləyənlərə müraciətdir. 

Nigar xanım yazır: 

Ey sən… 

Beynində şimal küləkləri əsən! 

Bil ki, 

 189 

Günəş şimaldan doğmayıb! 

Şimaldan da doğmayacaq!" 

Şerin ardını söyləməyə ehtiyac yoxdur, ona görə ki

bütünlüklə bu ruhda yazılıb.  Şer "Odlu günəş  həmişəki kimi 

yenə də Şərqdən doğacağı" ümidilə bitir. 

Mademuazel Nigar Xanım günəşin  Şərqdən doğmasını (ağ 

atlı ingilis müdaxiləçilərini) gözləyənlərdən biridir. Mülkədar 

və kapitalist dövlətinin bərpasını arzulayanlardan biridir. 

İngilis kapitanının hamisi, mülkədar Xudadat bəyin qızı 

əsrlərdən bəri  Şərq xalqlarının daşa dönmüş ürəklərini 

hərəkətə gətirən qırmızı günəşin parlaq şəfəqlərinə dözə bilmir, 

onunla barışmaq istəmir. O, Şərqi ingilis kapitalı  əsarətindən 

xilas edəcək  Şimalın sayrışa-sayrışa xalqlara yol göstərən 

nicat ulduzunu da duya bilməyəcəkdir. 

Təsadüfi deyil ki, mademuazel Nigar Xanım özü ruhlu 

şairlərlə geniş  məktublaşır və bu "şairlər" onu Azərbaycan 

qəhrəmanı sayırlar. 

Onu və ona bənzər çoxlarını  hələ  də  nə üçünsə üzə 

çıxarmamışıq, sifətlərinə geydikləri yalançı maskaları qoparıb 

qatı mülkədar simalarını ifşa eləməmişik... 

…Müsavatçı mülkədarın qızı öz ulularının işini durmadan 

davam etdirir. Üzünə xeyirxah maska taxan bu müsavat 

paraziti mədəniyyət cəbhəsində özünə yer eləyib bizim gəncləri 

mülkədar zəhərilə zəhərləyir. 

Başqa şərh verməyəcəyik, çünki onlar məlumdur. Nəticə özü 

hər şeyi izah edir.  

Qarayev 

Məqalənin qalan hissəsi Cavad bəy Rəfibəylinin "ifşasına" 

həsr olunub. 

Gətirdiyim parçaları əxlaq, insaf və sairə yüksək mənəvi və 

insani kateqoriyalar baxımından, Azərbaycan milli 

xarakterində bu qədər öyündüyümüz namusluluq və kişilik 

baxımından  şərh etmək fikrində deyiləm. Bütün bunlar 

haqqında oxucu özü nəticə  çıxarda bilər. Yalnız Qarayevin 



 190 

məqaləsindəki faktik yalanlardan söz açmaq istəyirəm. 

Məqalənin adından başlanır yalanlar. Cavad bəy anamgilin 

qohumu idisə  də, dayısı deyildi və anam heç cür onun 

"plemyannitsası" ola bilməzdi. Xudadat bəy 9 ay Gəncənin 

qubernatoru işləmişdisə  də, nə müsavat partiyasının böyük 

liderlərindən idi (heç bu partiyanın üzvü də deyildi), nə də iri 

mülkədar. Bakı kommunasına qarşı heç bir yürüş-filan təşkil 

etməmişdi. Gəncə qiyamının təşkilatçısı da ola bilməzdi, çünki 

bu qiyamdan qabaq həbs olunub Bakıya gətirilmiş və Nargində 

güllələnmişdi. Evləri və bağları yeni hakimiyyətin ilk 

günlərində müsadirə edilmişdi. Kamil dayı, heç şübhəsiz ki, iki 

ilə heç bir ali məktəbi qurtarıb eləməmişdi. Qarayev Gəncəyə 

rəhbərlik etdiyi dövrdə on doqquz yaşından yuxarı bütün 

keçmiş zadəgan və  bəy oğullarını ucdantutma güllələtdiyi 

üçün, nənəmin təhrikilə canını qurtarmaq üçün İrana qaçmışdı 

(eyni tərzdə  Rəşid dayı Rusiyaya qaçdığı kimi). Kamil dayı 

İranda, sonra isə Türkiyədə yaşamış, tar çalmaqla çörəyini 

qazanmış  və bu dolanışıqla Türkiyədə ali tibb təhsili almış, 

ömrü boyu həkim işləmiş, heç vaxt siyasətə qarışmamışdı. 

Anam heç vaxt konservatoriyada təhsil almamışdır. 

Xüsusi qəzəbə  səbəb olmuş "Günəş  Şərqdən doğacaq" 

şerinə gəlincə isə – bu şerin müəllifi anam deyildi. Anamgilin 

Gəncədəki evlərində növbəti axtarış zamanı tapılıb bu şer, özü 

də imzasız imiş.  Şeri Mikayıl Rzaquluzadə yazıbmış. Bu 

zaman o, Moskvada təhsil alırmış, anamın qardaşlarıyla, dayısı 

Fərruxla dostluq edir, Gəncədə evlərinə  gəlib gedir, 

məktublaşırmış. O cümlədən anama da məktublar yazırmış və 

bu məktubların birinin içində həmin şeri göndəribmiş. Güman 

ki, "Nigar xanımın özü ruhlu şairlərlə  məktublaşması, onların 

şairəni Azərbaycanın qəhrəmanı hesab etməsi haqqında" 

məqalədəki işarələr də məhz bu yazışmayla tanışlıqdan doğub. 

Mikayıl Rzaquluzadənin təhsilini pozmamaq üçün, həyatını 

qırmamaq, gələcəyinin üstünə kölgə salmamaq üçün anam 

həqiqəti açmayıb, qəzəbə keçmiş  şer "mənim deyil" deməyib, 


 191 

zərbəni özü qəbul edib, beləliklə  də, 17 yaşlı  qızcığaz 

maskalanmış qatı mülkədara, müsavat agentinə, ingilis 

kapitalının hamisinə (bu lap əcaib ittihamdır!) çevrilib. Bir 

müddət sonra məsələdən xəbər tutan M.Rzaquluzadə Bakıya 

məktub yazmış,  şerin ona məxsus olduğunu bildirmişdir. Bu, 

əlbəttə, mərdanə  hərəkətdir. Amma bu vaxta qədər anama 

hücumlar kompaniyası, onu işdən çıxarmaq tədbirləri və s. ən 

yüksək zirvəsinə çatmışdı. 

Ə.Qarayevin məqaləsiylə başlanan bu "igidlik 

kompaniyasına" bir çox şairlərimiz böyük həvəslə qoşulmuşlar. 

Sağ ol, yoldaş Qarayev, 

Bolşeviksən bolşevik 

Hər işdə sənin kimi 

Biz gərək olaq çevik. 

(Süleyman Rüstəm) 

Başqa şairlər də ondan geri qalmayıblar. Belə bir şer də çox 

maraqlıdır: 

Nigar! 

Madmazel Nigar! 

Sözlərim sənə bil olsa zəhrimar  

Deyəcəyəm, 

Bizi yaşadan günəşin 

Şimaldan doğduğunu isbat edəcəyəm. 

 

Yadındamı madmazel Nigarlara 

 

Qara hərf, qara günlər yox idi. 

Üst qatlarda xumarlanan 

Bəy nəsliniz tox idi, 

Fəqət Nigar, 

Şimaldan gələn ruzigar 

Sildi siyah örtüləri, sildi siyah pərdəni 

hər dəni 

Bu günəşin ziyasını içmədi. 

İçəməz! 


 192 

Bu bir körpü 

hər kəs ondan keçəməz. 

Şimaldan doğdu günəş. 

Zənginlərin gözlərini qamaşdıran bir günəş. 

Min günlərlə qan soran 

Bəyi, xanı  

çaxnaşdıran bir günəş. 

Sən günəşin istəyinə uymadın, 

Bu bəllidir, uymadın. 

O günəşi duymazdın 

Onu duymaq, 

ona uymaq 

asan deyil 

Unutma ki, sən 

Aclığından torpaq yeyən milyonları 

Əzən, kəsən 

Xudu bəyin qızı, Rəfibəyov Nigarsan. 

Bağlamışsan ümidin şərqdən doğan günəşə 

Fəqət sənin duymadığın bir günəş var, 

Ey Nigar! 

Biz günəşiz  

Günəş biz. 

O gündən başlayır mübarizəmiz 

Bu gündən zərbə alır 

Qospada, madmazellər, qraflar, 

Sandıqların can çəkişən 

 

  sönük-sönük 

şeylər 

Bu günəşə 

Günəşlərin al günəşi –  

Şimal günəşi deyərlər. 

(Kommunist" qəzeti, 23 dekabr, 1930) 

Göründüyü kimi, bu şerin bədii dəyərləri nəcabətiylə  tən 

gəlir. 




Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə