ruhaniyyat ocağI İnam atanin (ASİf atanin)



Yüklə 2,73 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix01.04.2017
ölçüsü2,73 Kb.
#13188
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

 
72. MİLLƏT 
– 
BƏŞƏR
 

Millətimlə 
– 
doğmalığım var.
 
Bəşərlə 
– birliyim. 
İnsanlığımda birliyim doğmalaşır.
 
II 
Bəşəri M
i
llətimdən kənarda axtarmıram.
 
Millətimə baxıram 

bəşəri görürəm.
 
Millətimə yarayıram 
– 
bəşərə yarayıram.
 
Qapı
-
qapı düşüb bəşər axtarmıram.
 
Bəşər yanımdadır.
 
III 
Millətimin dərdi 
– 
bəşərin dərdidir.
 
Millətimə əlac tapıramsa 
– 
bəşərə də əlac tapıram.
 
IV 
Bəşəril
ik – 
əslində insani doğmalıqdır.
 
Millətimdə bəşər mənim üçün doğmalaşdı.
 
Bunsuz Mən özümə yadam, 
 
Bəşərə yadam.
 
 

257 

Nə qədər millətim var
 – 
Mən varam,
 
Doğmalığım var,
 
Bəşəriliyim var.
 
VI 
Millətim  yaşamasa,  “sürüləşən  bəşərə”  qarışsa 
– 
Mən  Yoxam,
 
Doğmalığım 
Yoxdur, 
Bəşəriliyim  Yoxdur;
 
Özümə  Yadam,
 
Bəşərə 
Yadam; 
Köməksizəm!
 
Gərəksizəm!
 
VII 
Millət ölən günü
 
Doğmalığım öləcək!
 
Bəşəriliyim öləcək!
 
 
VIII 
Qorumalıyam millətimi.
 
Özüm üçün. Bəşər üçün.
 
IX 
Bəşər 
– 
doğmalar birliyidir.
 
Millətlər ölsə Yadlar birliyi yar
anacaq. 
Bu, bəşərin ölümüdür.
 
Bəşər üçün Millətimi qoruyuram!...
 
Özüm üçün Millətimi qoruyuram!..
 
 
73. ÖZÜMÜNKÜ – 
ÖZGƏNİNKİ
 

İnsanlığa doğma olan nə varsa 
– özümünküdür. 
İnsanlığa yad olan nə varsa 
– 
özgəninkidir.
 
II 
“Özümünkü mənə yaddır, ö
z
gəninki mənə doğmadır” 
– 
deyən özgəyə 
də yad olur.
 
Özünə yaramayan özgəyə də yaramır.
 
III 
Özümünkü  – 
yəni  İnsanlığa  yarayan,  ancaq  Mənim  daxilimdə 
yaranan! 
Xalqımın bətnində yaranan!
 
Ən doğma, ən əziz!
 
IV 
Özümünkü  – 
yəni  özümlə  tən  olan,  bir  olan,  özümdən  ayrılmağı 
m
ümkün olmayan, sifətim kimi, gözüm kimi!
 

Özümünkü – 
yəni İnsanlığa doğma olanlar arasında Mənim üçün ən 
doğması, istəklisi, gərəklisi!
 

258 
VI 
Özümünkü – 
yəni bəşər vadisində Mənim bənzərsiz Möv
cud
luğum!
 
VII 
Özümünkü olmayan yerdə hər şey yadlaşır.
 
Özümlüy
ün Məğlubiyyəti 
– 
özgəliyin qələbəsidir.
 
Özümlük itərsə 
– 
bəşər özgələşər.
 
 
74. TƏRBİYƏ 
– 
TƏRBİYƏSİZLİK
 
Tərbiyəni Şəxsiyyətin əlindən alırlar.
 
Cəmiyyətə tapşırırlar.
 
Şəraitə tapşırırlar.
 
Kollektivə tapşırırlar.
 
Təşkilata tapşırırlar.
 
İclasa tapşırırlar.
 
İnsanı özünə yaxın qoymurlar.
 
Tərbiyəni yadlaşdırırlar.
 
Şəxsiyyəti tərbiyədən ayırırlar.
 
Tərbiyəsizləşdirirlər.
 
 
75. HƏQİQƏT 
– YALAN 
Həqiqət  dəyişirsə 
– 
o, Yalandır.
 
 
76. DƏYİŞMƏZLİK 
– 
ƏTALƏT
 
Dəyişməzlik 
– Ö
lümsüzlüyün ifadəsidir, Ətalət 
– Ölümün. 
 
77. DƏYİŞKƏNLİK 
– 
İNKİŞAF
 
İnkişaf 
– 
əslində Əbədini təsdiq edir, dəyişəni təsdiq etmir.
 
 
78. MÜQƏDDƏSLİK 
– 
HƏRCAYİLİK
 

Müqəddəslik 
– 
İnsana İnam.
 
Hərcayilik 
– 
Heyvana İnam.
 
Yəni Müqəddəslik 
– 
İnsandakı 
Mütləqə
 
İnam.
 
        
Hərcayilik 
– 
İnsandakı 
Vəhşiyə
 
İnam.
 
Əslində Xeyir 
– 
İnsanilikdir.
 
Əslində Şər 
– Heyvanilikdir. 
II 
Müqəddəslik 
– R
uhaniyyatçılıq.
 
Hərcayilik 
– 
Maddiyyatçılıq.
 

259 
Yəni Müqəddəslik 
– 
İnsanın 
R
uhani xilqət sayılması.
 
        
Hərcayilik 
– 
İnsanın Maddi xilqət sayılması.
 
 
III 
Müqəddəslik 
– 
Mütləqə İnam

Hərcayilik 
– 
nisbiyə İnam.
 
Yəni  Müqəddəslik 
– 
Dünyada,  Həyatda,  İnsanda  Mütləq  Mahiyyət 
görmək.
 
Hərcayilik 
– 
Dünyada,  Həyatda,  İnsanda  nisbidən  başqa  heç  nə 
görməmək.
 
IV 
Müqəddəslik 
– 
Amalçılıq.
 
Hərcayilik 
– 
Həyatçılıq.
 
Yəni Müqəddəslik 
– 
Amalı (yəni ali
 
həyatı) Təsdiq edir.
 
        
Hərcayilik 
– 
Həyatı Təsdiq edir.
 
 
79. HƏYAT 
– AMAL 
Həyat 
– adam yetirir, Amal – 
İnsan.
 
 
80. HƏYAT 
– 
CƏMİYYƏT 
– AMAL 
Cəmiyyət 
– 
əhliləşdirilmiş 
H
əyat
 
deməkdir.
 
(Yəni  Zorakılığa  məruz  qalmış,  tabeləşdirilmiş,  ram  edilmiş, 
sərbəstliyini itirmiş).
 
Amal – 
Ülviləşdirilmiş Həyat
 
deməkdir.
 
(Yəni Yüksəlmiş, Müqəddəsləşmiş, Mütləqə çatdırılmış).
 
 
81. BAĞBAN
 
İnsaniyyət Ağacını 
Məhəbbət suyuyla suvarır, onun quru budaqlarını 
Tələbat qayçısıyla kəsir, 
Ruhani 
meyvə becərir.
 
 
82. CAHİLLİK 
– K
AMİLLİK
 
Cahil  
İnsanlığın nicatını İnsandan kənarda axtarır.
 
Kamil  – 
İnsanlığın nicatını İnsanın özündə görür.
 
 
83. PLANLAŞDIRILMIŞ  İQTİSADİYYAT
 
Planlaşdırılmış İqtisadiyyat 
– 
əhliləşdirilmiş iqtisadiyyatdır.
 
Əhliləşdirilmiş İqtisadiyyat dinc olur, ancaq zəngin olmur.
 
Zənginlik 
– 
sərbəstlik sevir, dinclik sevmir.
 
 

260 
84. TƏRƏQQİ
 
İnsanı öküz kimi arabaya qoşdular və sürdülər.
 
İnsan öküz deyildi. Dözmədi.
 
Araba Yoxuşda dayandı.
 
İndi aşağı yuvarlanır.
 
 
85. TƏBİİLİK 
– 
SÜNİLİK
 
İnsanda Müqəddəslikdən Təbii heç nə
 yoxdur. 
İnsanda Hərcayilikdən Süni heç nə yoxdur.
 
Həyat Müqəddəsliyə yox, Hərcayiliyə xidmət eləyir.
 
Həyatilik 
– 
əslində Sünilikdir.
 
Həyat adamı 
– 
ən Süni adamdır.
 
 
86. SADƏLƏŞMƏ 
– 
İBTİDAİLƏŞMƏ
 
Sadələşən 
h
adisə 
– 
əhəmiyyətsiz əlamətlərdən azad olur.
 
İbtidailəşən hadisə 
– 
Mahiyyətdən uzaqlaşır.
 
 
87. İRƏLİLƏMƏ 
– 
GERİLƏMƏ
 
Bəşəri sürülüyə sürükləyirlər və bunu misilsiz irəliləmə sayırlar.
 
Sürü şüuruna arxalanırlar 
– 
Elmlikdən dəm vururlar.
 
Sürü instinktini bərpa edirlər və Fəlsəfi çevrilişdən danışırlar.
 
Geri
yə üz tuturlar 
– 
irəli gedən bilinirlər.
 
 
88. DƏLLALLIQ 
– 
İNSANLIQ
 

Dəllallıq 
– 
Maddi Mənfəətin İnsaniliyi üstələməsidir.
 
Dəllal 
– 
İnsanilik bahasına qazanır.
 
Dəllal  Maddiyyat  qazanır,  İnsaniyyət  itirir,  bununla  barışır,  bunu  itki 
saymır.
 
Dəllallıq İnsanı
 
yaratmır, İnsan dəll
a
llığı yaradır.
 
Dəllallığın yaranmasının səbəbi İnsandır.
 
II 
Dəllal
l
ıqda zəhmət alver alətinə çevrildi, alındı, satıldı.
 
Əslində 
İnsan
 
alver alətinə çevrildi.
 
Dəllal
l
ıq 
– 
əməyi əməkçinin əlindən aldı, mala çevirdi.
 
Dəllallıq özü zəhmət
 
sayıldı.
 
İnsan Dəllal əsarətinə düşdü.
 
III 
Dəllallıq İnsanın İnsanilikdən aşağı olduğunu aşkara çıxartdı.
 

261 
İnsan İnsan olsaydı, dəllallıq eləməzdi.
 
İnsan İnsan olsaydı, dəllallığa dözməzdi.
 
Dəllallıq varidat yaradır! 
– 
deyirlər.
 
Əslində dəllallıq 
– bolluca 
rəzalət yaradır.
 
İnsan İnsan olsaydı, rəzil varidatdan keçərdi, insaniyyətdən keçməzdi.
 
İnsan İnsan olmayıb, ona görə dəllallıq törəyib

IV 
İlk dəllal İnsanlıq səddini keçdi.
 
Son dəllal İnsanlığa təslim olmalıdır.
 
 
89. ƏXLAQ 
– 
CƏMİYYƏT
 
Cəmiyyəti İnsansızlıq Bəlasına salan 
əxlaqsızlıqdır.
 
Cəmiyyəti İnsansızlıq Bəlasından 
Əxlaq
 
xilas edəcək.
 
Cəmiyyətçilər  Əxlaqdan  çəkinirlər,  cəmiyyətə  Əxlaqi  münasibəti 
bəyənmirlər.
 
Əslində Cəmiyyətin Əxlaqdan başqa 
xilaskarı 
yoxdur. 
 
 
90. GERÇƏKLİK 
– 
İNSANİ  MAHİYYƏT
 

“İnam gerçəklikdən doğub” 
– 
deyirlər.
 
“İdrak gerçəklikdən doğub” 
– 
deyirlər.
 
“Mənəviyyat gerçəklikdən doğub” 
– 
deyirlər.
 
“İradə gerçəklikdən doğub” 
– 
deyirlər.
 
II 
Bəs gerçəklik İnamdan niyə bu qədər uzaqdır?
 
Bəs gerçəklik İdrakdan niyə bu qədər uzaqdır?
 
Bəs gerçəklik Mənəviyyatdan niyə bu qədər uzaqdır?
 
Bəs gerçəklik İradədən niyə bu qədər uzaqdır?
 
III 
İnam gerçəklikdən yüksək olan İnsani Mahiyyətdən doğub 
– deyirik. 
İdrak gerçəklikdən yüksək olan İnsani Mahiyyətdən doğub 
– deyirik. 
Mənəviyyat  gerçəklikdən  yüksək  olan  İnsani  Mahiyyətdən  doğub 
– 
deyirik. 
İradə gerçəklikdən yüksək olan İnsani Mahiyyətdən doğub 
– deyirik. 
IV 
İnsani Mahiyyət gerçəkliyi öz arxasınca aparır.
 
 
 

262 
91. TƏNHALIQ
 
Ətrafdakılarla  danışmağa  dəyməz 
– 
əvvəldən  bilirsən  ki,  nə 
danışacaqlar.
 
Ətrafdakılarla  dalaşmağa  dəyməz 
– 
əvvəldən  bilirsən  ki,  necə 
dalaşacaqlar.
 
Ətrafdakılarla  barışmağa  dəyməz 
– 
əvvəldən  bilirsən  ki,    necə 
barışacaqlar.
 
Qədimlər 
– 
kənddə
-
kəsəkdə.
 
Sabahdakılar 
– sabahda. 
Hamı var, heç kəs yoxdur.
 
 
92. BAŞLAMAQ 
– 
BAŞLANMAQ
 
Təzədən 
başlamaq
 
lazımdır.
 
Məhəbbəti.
 
Dostluğu.
 
Qeyrəti.
 
Kişiliyi.
 
Qadınlığı.
 
Evladlığı.
 
Təzədən 
başlanmaq
 
lazımdır.
 
 
93. İNSAN  GÜZGÜSÜ
 
Cəmiyyətin güzgüsü əyridir 
– 
orada özünü görməzsən.
 
Həyatın güzgüsü kiçikdir 
– 
oraya sığmazsan.
 
Amalın güzgüsünə bax 
– orada öz
ünü görərsən.
 
 
94. BAŞ
-AYAQ 
Baş Ayağa düşdü.
 
Ayaq Başa çıxdı.
 
Həyat Baş
-ayaq oldu. 
 
95. CAVAN – QOCA 
Cavan – 
cəmiyyətdən narazıdır.
 
Acığını Qocanın üstünə tökür.
 
Qocanı saymır.
 
Qoca – 
cəmiyyətdən narazıdır.
 
Acığını cavanın üstünə tökür.
 
Cavanı söyür.
 
 

263 
96. QANUN – QANUNSUZLUQ 
 

“Qanunlar yaxşıdır” 
– 
deyirlər.
 
Ancaq onlara əməl olunmur.
 
Qanunsuzluq törəyir.
 
II 
“Əməl olunmayan qanunlar 
– 
pis qanunlardır” 
– deyirik. 
Çünki qanunsuzluğun qarşısını ala bilmir.
 
III 
Qanunları insan yaradır.
 
İnsani naqislik qanunlarda özünü büruzə verir.
 
Qanunlara insan riayət edir.
 
Insani naqislik qanunlara riayətdə özünü b
ü
ruzə verir.
 
Kamil İnsan 
– 
Kamil Qanunlar yaradardı.
 
Kamil İnsan 
– 
Qanuna tam riayət edərdi.
 
IV 
Qanun Müqəddəslik səviyyəsinə qalxmırsa 
– yoxdur. 
Qanunu Müqəddəslik səviyyəsinə qaldıran Müqəddəs İnsanlardır.
 
Müqəddəs İnsan yoxdursa 
– Qanun da Yoxdur. 
 
97. İQTİSADİYYAT 
– 
RUHANİYYAT
 

İqtisadiyyata Sitayiş Maddi Varidat yaradır.
 
İqtisadiyyata Sitayiş həm də Ruhani İflas yaradır.
 
Maddi İnkişaf naminə Ruhani Tənəzzüllə
 
barışırlar.
 
Güzəran xatirinə
  
İnsandan keçirlər.
 
II 
İqtisadi İnkişaf
  
İnsaniliyə gərək olduğu dərəcədə Həqiqi
dir. 
İqtisadi İnkişaf
  
İnsaniliyə zərər olduğu dərəcədə qeyri
-
həqi
qidir. 
 
98. MƏNİMSƏYƏN 
– 
MƏNİMSƏNİLƏN
 
Ömrünü Maddi Mənimsəməyə həsr edən 
– 
əslində Mənimsənilir.
 
Maddiyyat onun R
uhaniliyini əlindən alır.
 
 
99. İNSAN 
– 
HƏYAT
 
İnsan özünə Sahib olmayanda 
– H
əyat ona Sahib olur.
 
 
 

264 
100. İNSANLIQ 
– 
CƏMİYYƏT 
– 
İNSAN
 
İnsanlığa yaramayan Cəmiyyətə yarayırsa 
– C
əmiyyət qeyri
-insanidir. 
İnsanlığa yaramayan
 
Dövlətə yarayırsa 
– D
övlət qeyri
-insanidir. 
İnsanlığa yaramayan İnsana yarayırsa 
– 
İnsan qeyri
-insanidir. 
 
101. CƏMİYYƏT 
 PAYI 

Maddi nemət paylanırsa 
– 
İnsan Zəlildir.
 
Mülkiyyətsizlik 
– 
zəlillik t
ö
rədir.
 
II 
Öz nemətindən sənə səxavətlə pay verirlər.
 
Nem
ətini əlindən alanın əlinə baxırsan.
 
III 
Maddi Tələbatını ödəmək üçün ömrünün cüzi hissəsi sənə bəsdir.
 
Ömrünü bütünlüklə Maddi Ehtiyacın ödənilməsinə həsr edirsən.
 
Ruhani Tələbatı ödəməyə ömrün çatmır.
 
Ömrünü bədəninə bəxş edirsən.
 
IV 
Maddi  nemət  ictimailəşir,  cəmiyyətin  malı  olur,  dövlət  onu  sənə 
ömürlük  xidmət  əvəzi  paylayır,  bunu
n
la  da  ömrünə,  əməyinə,  vaxtına 
sahib olur və səndən tələb edir ki, bunu Səadətin zirvəsi sayasan.
 
Mülkiyyət onun əlindədir, yəni maddi nemətlər onun əlindədir, istəsə 
o,  səni
 
maddi  rifahdan  tamam  məhrum  edər,  ac  qoyar,  cismən  məhv 
edər.
 
Maddi  nemət  yaratmayan  Dövlət maddi nemətlərə  sahib  olur  və  bu 
Sahibliyi yeri gəldikdə, əməkçinin başına dəyənək kimi çırpır.
 
“Ümumxalq Dövlət Mülkiyyəti” deyilən tarixi hadisənin İ
nsan taleyin
də 
oynadığı əsas rol bundan ibarətdir.
 
 
102. BİRLİK
  
MƏNTİQİ
 

Birliyə bağlanmısan.
 
Açılsan qırılarsan.
 
II 
Dünyada Xalq bir olmalıdır.
 
Niyə iki Xalq olsun?
 
Dünyada Dil bir olmalıdır.
 
Niyə iki Dil olsun?
 
Dünyada Din bir olmalıdır.
 

265 
Niyə iki Din olsun?
 
Dünyad
a İqtisadiyyat bir olmalıdır.
 
Niyə iki İqtisadiyyat olsun?
 
Dünyada Mənəviyyat bir olmalıdır.
 
Niyə iki Mənəviyyat olsun?
 
III 
Bağlanmısan 
– 
açılmazsan.
 
Bir olmusan. Yox olmusan! 
Bir hərf bütün kitablara bəsdir.
 
Bir ədəd bütün hesablara bəsdir.
 
Birləşmisən. 
Bir olmusan. Yox olmusan. 
Birlik Biri təsdiq edir.
 
 
103. MÜSTƏQİLLİK 
– 
BİRLİK
 
Varsansa – 
niyə Yox olursan?
 
Xalqsansa – 
niyə Xalq deyilsən?
 
Dilin varsa – 
niyə Dilsiz olursan?
 
Qolların varsa 
– 
niyə bağlanırsan?
 
Açarın varsa 
– 
niyə açılmırsan?
 
Niyə birliklə Bir olursan, özünlə Bir olmursan?
 
Ədədlərdən biri sayılırsan.
 
Yalnız 
Bir ədəd sayılır.
 
Hərflərdən biri sayılırsan.
 
Yalnız 
Bir hərf sayılır.
 
Birlik Bi
r üçündürsə 
– 
Sən kim üçünsən?
 
Birlikdə yox olursansa 
– 
niyə var olursan?
 
Birlik Tək üçündürsə, sən niyə Cəmə
 
qoşulursan?
 
Xalqsansa – Xalq ol! 
Varsansa – Var ol! 
Yoxluğa tapınma!
 
Dünya əlvan daşlardan tikilmiş gözəl bir binadır.
 
Dünya binasının daşlarından biri ol!
 
Ancaq Biri təsdiq edən Birliklə bir olma!
 
 
104. QÜTBLƏR
 
Bir tərəfdə
 H
əyat 
– 
İnsanilikdən aşağı.
 
O b
iri tərəfdə
 
Antihəyat 
– 
İnsaniliyə zidd.
 
Amalda – 
Ali Həyat 
– 
Müqəddəs, Ruhani, İnsani.
 
 

266 
105. SIÇRAYIŞ 
– 
TƏNƏZZÜL
 
Ani, Zahiri Sıçrayış 
– 
Davamlı, Daxili Tənəzzül yaradır.
 
 
106. İNQİLAB 
– 
CƏMİYYƏT
 
İnqilab  cəmiyyəti  başı  üstə  çevirməyi  bacarır,  ancaq  onu  təzədən 
ayaq üstə qoymağı bacarmır.
 
 
107. ÇİNOVNİK 
 
ƏQİDƏSİZLİYİ
 
Çinovniklikdə xidmət əqidəni əvəz edir.
 
Çinovniki çox olan ölkə əqidəsiz ölkə olur.
 
Totalitarizm  (Mütləq  Dövlət  Hakimiyyəti)  əhalinin  çox  hissəsini 
çinovnikə çevirir, bununla da əhalini əqidəsizləşdirir.
 
Bu səbəbdən də çətin ayaqda totalitarizmə dayaq olan olmur.
 
 
108. SƏNƏT 
– 
RUHANİYYAT
 
Sənət vasitəsilə İnsan dəyişməz.
 
Ruhani Amal vasitəsilə İnsan dəyişər.
 
Ruhani Amalları yoxdur 
– 
Sənətdən 
Məbəd
 
yaratmaq istədilər 
– Klub 
düzəltdilər.
 
Bədiyyata bel bağladılar 
– 
Ruhaniyyatdan məhrum oldu
lar. 
 
109. SÖZ – 
ƏMƏL
 
Bədiyyat  tarixi 
–  ictimai ta
rixindən  zəngin  olan  xalqlarda  bəzən  söz 
əməli üstələyir. 
 
Gözəl  söz  söyləmək 
– 
gözəl  iş  görməkdən  daha  yüksək 
qiymətləndirilir.
 
Bunun nəticəsində qorxaq, balaca, s
üni 
söz  bahadırlığı
  peyda olur 
və xalqı dadlı sözlərlə qeyrətli əməllərdən ayırır.
 
Söz söyləmək əməl yaratmaqdan üstün sayılır.
 
Bu ruhda tərbiyə olunan əhali söz meyindən feyziyab olub öz əsarətli, 
fəlakətli  vəziyyətinə  son qoymağa  can  atmır,  kölə
lik
lə  barışır,  tədricən 
tarix meydanından kənar edilir, gərəksizləşir.
 
Bədiyyatpərəstlik 
– 
dəhşətli ictimai halsızlıq yaradır.
 
 
110. QƏRB 

ŞƏRQ
 
Qərb 
– 
Maddiyyatı  bəşərin  İdealına  çevirə  bildi  və  bəşəri  öz 
arxasınca apara bildi.
 
Şərq 
– 
ruhaniyyatı  bəşərin  İdealına  çevirə  bilmədi,  bəşəri  öz 
arxasınca apara bilmədi.
 

267 
Qərbin qələbəsi əslində bəşərin məğlubiyyəti idi.
 
Şərqin məğlubiyyəti əslində bəşərin məğlubiyyəti idi.
 
20-
ci əsr Qərbə üstünlük verir.
 
Sabah – 
Şərqindir!
 
 
Yüklə 2,73 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin