ruhaniyyat ocağI İnam atanin (ASİf atanin)



Yüklə 2,73 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix01.04.2017
ölçüsü2,73 Kb.
#13188
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

111. XALQ – 
ŞƏXSİYYƏT
 
Xalq özünü ən çox Ali Şəxsiyyətdə ifadə edir.
 
Ərəb xalqı 
– 
Məhəmmədə bərabərdir. Ancaq bütün ərəblər bir yerdə 
Məhəmmədə
 
bərabər deyil.
 
Yəhudi xalqı 
– 
Musaya bərabərdir. Ancaq bütün yəhudilər bir yerdə 
Musaya bərabər deyil.
 
Hind  xalqı 
– 
Buddaya  bərabərdir.  Ancaq  bütün  Hindlər  bir  yerdə 
Buddaya bərabər deyil.
 
Alman  xalqı 
– 
Lüterə  bərabərdir.  Ancaq  bütün  almanlar  bir  yerdə 
Lüterə bərabər deyil.
 
Çex  xalqı  Yan  Qusa  bərabərdir.  Ancaq  bütün  çexlər  bir  yerdə  Yan 
Qusa bərabər deyil.
 
Ali Şəxsiyyət Xalqı tam ifadə etdiyi üçün əhalidən artıqdır.
 
 
112. PEYĞƏMBƏRLİK
 
Peyğəmbər həm filosof idi, həm şair idi, həm natiq idi, həm də ictimai 
xadim idi.  
Peyğəmbərlik  dağı  uçdu,  yerində  ayrı
-
ayrı  daşlar  qaldı:  filosof  daşı, 
şair daşı, natiq daşı, ictimai xadim daşı.
 
Daşlar azlıq eləyir.
 
İndi Dağ lazımdı
r – 
Peyğəmbərlik dağı!
 
 
113. ALİMLƏR 
– 
FİLOSOFLAR 
– 
PEYĞƏMBƏRLƏR
 
Koperniklər, Darvinlər “Kainat nədir?” 
– 
sualına cavab verirlər.
 
Sokratlar, P
latonlar “İnsan nədir?” 
– 
sualına cavab verirlər.
 
Zərdüştlər, Buddalar “İnsanı necə dəyişdirmək olar?” 
– 
sualına c
avab 
verirlər.
 
Birincilər 
– 
təzə bilik yaradırlar.
 
Ikincilər 
– 
təzə düşüncə tərzi yaradırlar.
 
Üçüncülər 
– 
təzə İnsan yaradırlar.
 
 
114. ZƏKA 
– 
CƏZA
 
Zəkayla Cəzanın Döyüşündə Zəka məğlub olmur.
 
Çünki Zəka 
R
uhani hadisədir, maddi hadisə deyil.
 

268 
Cəza 
Z
əkalını
 m
əhv edə bilər, ancaq 
Zəkanı öldürə bilməz.
 
Bəşər  tarixi  məğlub  edilmiş  Zəka  tanımır,  öldürülən,  yandırı
lan, 
işgəncələrə məruz qalan Zəkalı tanıyır.
 
Zəkayla döyüş 
– 
Cəzanın ən böyük səhvi olur.
 
Çünki Zəkalı məhv olanda belə 
– 
Zəka yaşayır.
 
 
115. CİSMANİ 
– 
RUHANİ
 
Sufilər cismani gözəlliyi 
– 
Mütləqin nişanəsi sayırdılar.
 
Sufiliklə bağlı o
l
an şairlər buna həddən ziyadə ciddi məna verdilər və 
Mütləq

qaşda,  gözdə,  dodaqda,  qəmzədə  axtarmağa  başladılar. 
Əslində  isə  Mütləqi  cismanilikdə  yox, 
R
uhanilikdə 
– 
İnamda,  İdrakda, 
Mənəviyyatda, İradədə tapmaq olardı.
 
Cismani  gözəlliyin  ilahiləşdirilməsi  cismaniliyin  xeyrinə  oldu,  şairləri 
Mütləqdən uzaqlaşdırdı.
 
Maddi heç vaxt Ruhanini Təmsil edə bilməz.
 
Ruhanini yalnız Ruhani Təmsil edə bilər.
 
 
116. EŞQ 
– 
MÜTLƏQ
 
Eşqdə nisbi Mütləqləşir.
 
Aşiq Məşuqəni Mütləq sayır, ona səcdə qılır, sitayiş edir.
 
Əslində  bu,  Məşuqənin  real  məziyyətlərinə  yox,  təxəyyüldə, 
ürəkdə,  idrakda  ideallaşdırılmış,  ülviləşdirilmiş  varlığına 
pərəstişdir.
 
Əslində Aşiq 
Məşuqənin şəxsində Mütləqi sevir.
 
E
şqdə Məşuqə Amallaşır.
 
Cazibədar  bir  yanlışlıq 
– 
Mütləqə  aid  olan  keyfiyyətlərin  sevgiliyə 
şamil  edilməsi  baş  verir  və  bu  səhv  Aşiqliyin  bənzərsiz  şeriyyətini 
yaradır.
 
 
117. SƏADƏT 
– 
FƏLAKƏT
 
Ehkamdan ayrılmaq 
– 
Səadətdir.
 
Şeytandan ayrılmaq 
– 
Səadətdir.
 
C
əhənnəmdən ayrılmaq 
– 
Səadətdir.
 
Cənnətdən ayrılmaq 
– 
Səadətdir. 
 
Mütləqdən ayrılmaq 
– 
Fəlakətdir.
 
II 
Ehkamdan ayrılmaq üçün 
– 
Mütləqi tapmalısan.
 
Şeytandan ayrılmaq üçün 
– 
Mütləqi tapmalısan.
 
Cəhənnəmdən ayrılmaq üçün 
– 
Mütləqi tapmalısan.
 

269 
Cənnətdən ayrıl
maq üçün – 
Mütləqi tapmalısan.
 
Yoxsa İnamsız qalarsan!
 
           
İnsansız qalarsan!
 
 
118. SƏMAVİLİK 
– 
ÜLVİLİK
 

Səma  nə  qədər  öyrənilsə  də,  tədqiq  olunsa  da,  yenə  insan  üçün 
əlçatmazlıq rəmzi olacaqdır.
 
Çünki onun İdeal Mənası real Mənasından çox yüksəkdi
r. 
Çünki İnsan Səmavilik ülviyyətindən əl çəkməz.
 
II 
Səmaviliyi lənətləyirlər, rədd edirlər, inkar edirlər.
 
Unudurlar ki, yerdə gözəl, kamil, ali nə varsa 
– 
hamısının səbəbkarı 
səmavi  fikirlər,  ideyalar,  duyğulardır  və  bu  baxımdan,  göy  olmasaydı, 
Yerdə yaşamağa dəyməzdi.
 
III 
“Göydən Yerə düş” 
– 
deyirlər.
 
Unudurlar ki, göy elə Yerdədir...
 
IV 
Məxluqun Səması yoxdur.
 
Adamın Səması ondan uzaqdır.
 
İnsanın Səması ürəyindədir.
 

Peyğəmbərlər göydən cavab gözləyirdilər.
 
Cavab isə ürəklərindən gəlirdi.
 
Peyğəmbərlər göyü ürək sayırdılar.
 
VI 
İnsanın Yeri Adi Yer deyil 
– 
Səmavi Yerdir.
 
 
119. İDEAL 
– REAL 
İdeal 
– 
gerçəkliyin Mütləqə yüksəldilməsidir.
 
Real – 
gerçəkliyin Nisbidə qalmasıdır.
 
İdeal üçün Nisbi yoxdur.
 
Real üçün Nisbidən başqa heç nə yoxdur.
 
 
120. SAHİBLİK 
– S
AHİBSİZLİK
 

Əgər ölüm varsa 
– 
İnsan həyatda heç şeyə malik deyil.
 
Əgər son 
m
ənzil varsa 
– 
İnsanın həyatda mənzili yoxdur.
 
Mütləq mənada İnsan həyatda 
Amaldan 
başqa heç
 
nəyə Sahib deyil.
 
 

270 
II 
Cəmiyyət İnsanı Mülkiyyətsiz qoymaqla ölümün işini görür.
 
Cəmiyyət Mülkiyyəti hamılaşdırmaqla ölümün işini görür.
 
Cəmiyyət Amalla döyüşdə məğlub olmaqda ölümə bənzəyir.
 
 
121. ADAM – 
İNSAN
 
Adi günlərdə Adamı da İnsan sanırsan.
 
Çətin günlərdə Adamla İnsanın Fərqini anlayırsan.
 
Adamla kifayətlənən 
– 
həyatla kifayətlənir.
 
Ç
ətin gündə Həyat İnsana azlıq edir.
 
 
122. DOST – 
DÜŞMƏN
 
Dost – 
Amalın qazancı.
 
Düşmən 
– 
Həyatın qazancı.
 
 
123. BÖYÜK – 
KİÇİK
 
Böyük – 
Amalla ayaqlaşan.
 
Kiçik – 
Həyatla ayaqlaşan.
 
 
124. CƏSUR 
– QORXAQ 
Cəsur 
– 
Həyatının
 
qədrini bilən.
 
Qorxaq – 
Həyatının qədrini bilməyən.
 
 
125. FİLOSOF 
– 
ŞAİR
 
Filosof üçün H
əyat 
– 
Mütləqin natamam, nisbi  təzahüründən  başqa 
bir şey deyil.
 
Şair üçün 
H
əyat 
– 
hər şeydir.
 
Filosof – 
anadangəlmə Amalçıdır.
 
Şair 
– 
anadangəlmə 
H
əyatçıdır.
 
 
126. FƏLSƏFİ TƏFƏKKÜR 
– 
ADİ TƏFƏKKÜR
 
Fəlsəfi Təfəkkür 
– 
Həyata Mütləqin gözüylə baxır.
 
Adi Təfəkkür 
– 
Həyata Həyatın gözüylə baxır.
 
 
127. BƏDİYYAT 
– 
HƏQİQƏT
 
Bədiyyat 
H
əyatı gözəllik biçimində təqdim edir.
 
Bu baxımdan, o, 
H
əyatı tənqid edəndə belə, təsdiq edir.
 
Həqiqət 
– 
həyatı 
H
əyati biçimdə təqdim edir

Bu baxımdan, o, 
H
əyatı təsdiq edəndə belə, tənqid edir.
 
 

271 
 
 
128. GÖZƏLLİK 
– 
MƏNA
 
Gözəllik biçim ahəngdarlığı cazibədarlığıdır.
 
Ancaq o, həm də Ali Mənanın ifadəsi kimi görünür.
 
Bu səbəbdən gözəllik 
H
əyatda olduğundan artıq bilinir.
 
 
129. SÖZ – 
MƏZMUN
 
Söz 
Məzmunun əyninə biçilməyib.
 
Ona görə də Sözü Məzmunun əyninə biçmək lazım gəlir.
 
 
130. BİLMƏK 
– DUYMAQ 
Bilən 
– 
özündən kənardakıyla görüşür.
 
Duyan – 
özündəkiylə görüşür.
 
 
131. NİKBİN 
– 
BƏDBİN
 
Nikbin – 
Mütləqə İnanan.
 
Bədbin 
– 
Nisbiyə tapınan.
 
 
132. XOŞBƏXTLİK 
– 
BƏDBƏXTLİK
 
Xoşbəxtlik 
– 
Müqəddəslik.
 
Bədbəxtlik 
– 
Hərcayilik.
 
Müqəddəslik 
– 
Ömrün nəticəsi.
 
Hərcayilik 
– 
Adamla bir doğulan.
 
 
133. MƏRHƏLƏLƏR
 
I. 
Heyvanat aləmiylə Uyğunluq.
 
II. 
Heyvanat aləmindən Fərqlənmə.
 
    III. 
Heyvanat aləmiylə Təzad.
 
Birinci mərhələ 
– 
Bioloji Həyat.
 
İkinci mərhələ 
– 
İctimai Həyat.
 
Üçüncü mərhələ 
– 
Ruhani Həyat.
 
Bəşəriyyət  hələlik  birinci  və  ikinci  mərhələlərdə  yaşayıb,  üçüncü 
mərhələdə  yaşamayıb.  Üçüncü  mərhələdə  yalnız  Ali  Şəxsiyyətlər 
yaşayıb.
 
Ruhani Məqsəd 
– 
üçüncü mərhələyə çatmaqdır.
 
 
 
 

272 
 
134. HƏZZ 
– 
İZTİRAB
 
Həzz 
– 
İnsani Ləyaqətlə görüş.
 
İztirab 
– 
İnsani Qəbahətlə görüş.
 
 
135. İRSİYYƏT 
– 
VARİSLİK
 
Müqəddəslik Ocağının sönməməsi.
 
 
136. RUHUN ÖLMƏZLİYİ
 
İnsanın daxilindəki heyvana təslim olmaması.
 
 
137. RUH – 
GERÇƏKLİK
 
Gerçəkliyin Ruhdan başqa ülviyyəti yoxdur.
 
Həmin ülviyyət gerçəklikdə natam, nisbi şəkildə aşkara çıxır.
 
 
138. GERÇƏKLİK 
– 
CƏMİYYƏT
 
Cəmiyyət gerçəkliyə uyğundur, ona görə də naqisdir.
 
 
139. HAMILIQLA  
MƏHRUMİYYƏT
 
Hamı  “Dövləti  İdarə  edəndə” 
h
amı  Dövləti  İdarə  etməkdən  məhrum 
olur. 
İdarəçiləri idarə edirlər, idarəyə tabe edirlər.
 
 
140. ALİ 
 
HƏYAT 
– 
KAMİL 
 
İNSAN
 

Hamı eyni Qanunlara tabe olur.
 
Hamı eyni Qanunları pozur.
 
Çünki Qanunlar nöqsanlı adamlar tərəfindən yazılır.
 
Çünki Həyat 
– 
Qanunları pozmaq imkanı yaradır.
 
Çünk
i İnsani naqislik 
– 
qanunları pozmaq imkanı yaradır.
 
Yaxşı Həyat 
– 
Ali Həyat tələb edir!
 
                        
Kamil İnsan tələb edir!
 
II 
Nə qədər ki, Həyat Ali deyil 
– Qanun pozulacaq! 
Nə qədər ki, İnsan Kamil deyil 
– Qanun pozulacaq! 
III 
Qanunsuzluğu zorla aradan qaldırmaq istəyirlər.
 
Zora qarşı zor yaranır.
 
Qanunsuzluq azalmır 
– 
artır.
 

273 
IV 
O vaxt ki, Qanunlar ürəklərə yazılacaq 
– Qanunlar pozulmayacaq! 
O vaxt ki, Qanunlar ağıllara yazılacaq 
– Qanunlar pozulmayacaq! 
 
141. ÜSTÜNLÜK 
“Kim rütbədə üstündür
?” – demirik. 
“Kim vəzifədə üstündür?” 
– demirik. 
“Kim ixtisasda üstündür?” – demirik. 
“Kim imtiyazda üstündür?” – demirik. 
 
“Kim Atalıqda üstündür?” 
– deyirik. 
“Kim Analıqda üstündür?” 
– deyirik. 
“Kim Evladlıqda üstündür?” 
– deyirik. 
“Kim qeyrətdə üstündü
r?” – deyirik. 
“Kim ləyaqətdə üstündür?” 
– deyirik. 
 
142. ÖLMƏK 
– 
YAŞAMAQ
 
İçərində qatil yatıb, oyanmayıb, məhv olmayıb.
 
Oyansa – 
İnsanı öldürə bilər, ölsə 
– 
İnsan yaşayar.
 
İçərində əyri yatıb, oyanmayıb, məhv olmayıb.
 
Oyansa  – 
İnsan əyilər, məhv olsa 
– d
üzələr.
 
İçərində Çirkab yatıb, oyanmayıb, məhv olmayıb.
 
Oyansa – 
İnsan çirklənər, məhv olsa 
– 
təmizlənər.
 
İçərində Günah yatıb, oyanmayıb, məhv olmayıb.
 
Oyansa – 
İnsan günaha batar, məhv olsa 
 – 
saflığa çıxar.
 
Ya sən Qatili öldürəcəksən 
– 
ya Qatil səni.
 
Ya 
sən Əyrini öldürəcəksən 
– 
ya Əyri səni.
 
Ya sən Çirkabı öldürəcəksən 
– 
ya Çirkab səni.
 
Ya sən Günahı öldürəcəksən 
– 
ya Günah səni.
 
 
143. ZƏNCİR
 
Şöhrət zənciriylə bağlanmısan Dövlət qapısına.
 
Şəhvət zənciriylə bağlanmısan Dövlət qapısına.
 
Varidat zənciriylə
 
bağlanmısan Dövlət qapısına.
 
Şöhrəti qoruyursan.
 
Şəhvəti qoruyursan.
 
Varidatı qoruyursan.
 
İmkanın olsa, Zəncirdən açılarsan.
 
Şöhrəti götürərsən.
 

274 
Şəhvəti götürərsən.
 
Varidatı götürərsən.
 
Zəncirli qapıdan qaçarsan.
 
 
144. HƏSƏD
 
Hünərin İnsanlıq qiyməti 
H
eyrə
tdir. 
Sən ona həsəd aparırsan.
 
İnsana çatmırsan.
 
145. HƏRARƏT
 
Hərarətlə yeyirlər.
 
Hərarətlə qazanc üstünə yüyürürlər.
 
İnsanlıqda hərarətləri sönür.
 
 
146. VƏHDƏT
 
Qul köləliyiylə barışır.
 
Qulla quldarın sarsılmaz birliyi yaranır.
 
 
147. BİLMƏZLİK
 

Köləliyin çox vaxt özünü bilirlər 
– 
adını bilmirlər.
 
II 
Yox olurlar, “Var olduq!” – 
deyirlər.
 
III 
“Var olduq!
” sözünü məktəblərdə öyrədirlər,
 
“Yox olduq!” sözünü öyrətmirlər.
 
IV 
“Var ola-ola” yox olurlar. 
 
148. VAR  OLMAMAQ 

Qul Var olanda – Qul olmur. 
Buna görə də
 
onu Var olmağa qoymurlar.
 
II 
Qulun özgəliyi olur 
– Özü olmur. 
III 
Zəmanə köləsini yerişindən tanımaq olur.
 
O, 
süni dərəcədə Məğrur görünür.
 
 
 

275 
149. QUL  
DAMĞASI
 
İndi Qulu
  
Mənfəətlə damğalayırlar.
 
Hörmətlə damğalayırlar.
 
Vəsiqəylə damğalayırlar.
 
Vəzifəylə damğalayırlar.
 
Nişanla damğalayırlar.
 
Fəxri Fərmanla damğalayırlar.
 
İndi Qul Fərqləndirilir, Fəxrləndirilir.
 
İndi Qul

damğasıyla öyünür.
 
 
150. XALQIN  ÖMRÜ 
Xalqın əsarət dövrü olur, kölə ömrü olmur.
 
 
151. BƏŞƏR 
 
HEKAYƏTİ
 

Azadlığa çağrılır 
– 
Əsarət quyusuna düşür.
 
Ədalətə çağrılır 
– 
Zülm quyusuna düşür.
 
Həqiqətə çağrılır 
– 
Yalan quyusuna düşür.
 
Sədaqətə çağrılır 
– 
Xəyanət quyusuna düşür.
 
II 
Əsarət quyusundan “Azadlıq!” 
– 
deyə bağırır.
 
Zülm quyusundan “Ədalət!” 
– 
deyə bağırır.
 
Yalan quyusundan “Həqiqət!” 
– 
deyə bağırır.
 
Xəyanət quyusundan “Sədaqət!” 
– 
deyə bağırır.
 
III 
Azadlıq becərilər 
– 
alınmaz.
 
Bəşər Azadlıq Bağbanı olmadı.
 
Ədalət becərilər 
– 
alınmaz.
 
Bəşər Ədalət Bağbanı olmadı.
 
Həqiqət becərilər 
– 
alınmaz.
 
Bəşər Həqiqət Bağbanı olmadı.
 
Sədaqət becərilə
r – 
alınmaz.
 
Bəşər Sədaqət Bağbanı olmadı.
 
IV 
Bəşər heyvandan ayrıla bildi 
– 
özünə yaraya bilmədi.
 
 
152. “DÜNYƏVİ  LƏYAQƏT”
 
Özgəyə Ögey olmağı Ləyaqətinə sığışdırmır.
 
Ona görə də Özününkünə ögey olur.
 
 
 
 
 

276 
153. XUDBİNLİK 
– YADLIQ 
Xudbinlik – 
özünə Sahib olmaq deyil, özgəyə 
S
ahib olmaqdır.
 
Xudbinlik  – 
öz  əməyinə  Sahib  olmaq  deyil, 
ö
zgə  əməyinə  Sahib 
olmaqdır.
 
Xudbinlik  – 
öz  Mülkiyyətinə  Sahib  olmaq  deyil,  özgə  mülkiyyətinə 
Sahib olmaqdır.
 
Xudbinlik – 
yadlıqdır.
 
 
154. İSTİSMAR
 
İstismar 
– 
Əməkçinin Mülkiyyətdən
 
Məhrum olunması.
 
 
155. XÜSUSİ 
– 
İCTİMAİ
 

Əməkçi  Xüsusiyyətçiliyi  olmayan  yerdə  İstismar  aradan  qalxmır, 
X
üsusiyyətçi İstismarı Dövlət İstismarıyla əvəz
 olunur. 
Ehkam İctimai Mülkiyyətin ist
i
smar yaradacağını nəzərə almırdı.
 
Əslində isə o, mövcuddur.
 
Əməkçi  Mülkiyyətdən  Məhrum  olanda  İctimai  İstismar  yaranır,  yəni 
İctimaiyyəti təmsil edən Dövlət zəhmətkeş əməyini mənimsəyir.
 
Xüsusi  İstismarın  İctimai  İstismarla  əvəz  olunması  zəhmətkeş 
aqibətində yenilik yaratmır 
– 
Onu Mülki Məhrumiyyətdən xilas etmir.
 
II 
Özgə Evladına ögey yanaşmaq Təbii sayılır.
 
Özgələşən Mülkiyyətə ögey yanaşmaq Təbii sayılmır.
 
 
156. TƏZADLAR
 
Xüsusi İstismarçı Mülkiyyəti 
h
ədsiz Varidat Təzadı yaradır.
 
Cəmiyyətin  bir  Qütbündə 
ifrat  var-
dövlət,  o  biri  Qütbündə  ifrat 
yoxsulluq bərqərar ol
ur. 
İctimai  İstismarçı  Mülkiyyət  yeni  bir  Təzad:  Mülkiyyətə  tam  Sahib 
olmuş  Dövlət  və  Mülkiyyətdən  tam  məhrum  olmuş  Əiməkçi 
– 
təzadı 
yaratdı.
 
157. ƏDALƏT 
– 
HƏYAT
 

Ədalət 
– H
əyata verilən həqiqi Qiymətdir.
 
Həqiqi Qiymət 
– 
Mütləq Qiymətdir.
 
Həyat 
– 
Mütləqə çatmır. 
 
Bu səbəbdən də Ədalətə çatmır.
 
Ədalət 
– 
Ali Həyat Tələb edir.
 

277 
 
II 
Məxluq 
– 
Ədalət tanımır.
 
Adam – 
Ədalətsizliklə barışır.
 
İnsan 
– 
Ədalətə Yüksəlir.
 
III 
Həyatdakı Ədalətli 
– 
Ədalətə çatmır.
 
Ədalət 
– 
Amallaşmaq Tələb edir, İnsanlaşmaq Tələb edir.
 
Həyat Ədalət üçün azdır...
 
 
158. HƏQİQƏT 
– 
HƏYAT
 

Həqiqət 
 –  
Mütləqin dərkidir.
 
Həyat 
–  
Mütləqə çatmır.
 
Bu səbəbdən də 
H
əqiqətə çatmır.
 
Həqiqət 
– 
Ali Həyat Tələb edir.
 
II 
Məxluq 
– 
Həqiqət tanımır.
 
Adam – 
Həqiqətsizliklə barışır.
 
İnsan 
– 
Həqiqətə Yüksəlir.
 
III 
Həyatda Həqiqi 
– 
Həqiqətə çatmır.
 
Həqiqət 
– 
Amallaşmaq tələb edir.
 
                 
İnsanlaşmaq Tələb edir.
 
Həyat Həqiqət üçün azdır...
 
 
159. MƏNƏVİYYAT 
– 
HƏYAT
 
 

Mənəviyyat 
– 
Mütləq Ruhani kamillikdir.
 
Həyat 
– 
Mütləqə çatmır.
 
Bu səbəbdən də Mənəviyyata çatmır.
 
Mənəviyyat 
– 
Ali Həyat Tələb edir.
 
 
II 
Məxluq 
– 
Mənəviyyat tanımır.
 
Adam – 
Mənəviyyatsızlıqla barışır.
 
İnsan 
– 
Mənəviyyata yüksəlir.
 
 

278 
Yüklə 2,73 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin