Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə16/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

__ _____________
Reyhan Mirzəzadə
________________
ю  
m
 o a
Təbiəti  etibarilə  də  yoxsulluğa  meyilli  adam  olduğundan, 
günü-gündən  daha  da  həyatın  dibinə  enirdi.  O,  gənc  idi, 
deyəsən,  hələ on səkkiz yaşı tamam  olmamışdı.  Görəsən 
qarşıda  onu  hansı  həyat  gözləyirdi?  Kağızların  üzünü 
köçürməklə  keçinən  bu  gənc  o  qədər  də  dərin  biliklər 
əldə  edə  bilməmişdi.  Bildikləri  də  səthi  idi...  Nəzarətsiz 
seçim  azadlığı  sayəsində  yalnız  öz  ruhunun  xəyalpərəst 
meyllərinə  cavab  verən  əsərləri  oxumuşdu. 
Mistik 
hadisələr,  metafizik  incəliklər  onun  əqlini  özünə  maqnit 
kimi çəkirdi;  onda  bu gənc üçün xəyalın  həyat,  həyatın da 
xəyal 
olduğuna 
təəccüblənməyə 
dəyərmi? 
Heç 
mövhumatçı  olmağına  da  təəccüblənmək  lazım  deyil.  O, 
tez-tez taleyin  ona  ayırdığı  sonsuz  kədəri  və  sıra  ilə  ötən 
yeknəsəq  illər  haqqında  düşünərdi.  Adətən  payızda 
ağaclardan  yarpaqlar  da  beləcə  süzülüb  düşərdi. 
Məhəbbətdən  məhrum  olan  bu  gənc bilirdi  ki,  “həyatın  bu 
qanunauyğunluğunda”  (o,  bizim  həyat  möhnətimizi  belə 
adlandırırdı)  heç kəs  onu  nə təbəssümlə,  nə  də  göz  yaşı 
ilə  qarşılamayacaq:  heç  kəsin  bağlılığını  və  nifrətini  belə 
bilmədən,  heç  kəsin  heç  zaman  xatırlamayacağı  qığılcım 
kimi  sönüb  gedəcək.  Onun  bu  həyatda  heç  kəsi  yox  idi. 
Elə  özü  də  təkliyəmeylli  adam  olduğundan  həyatını  daha 
xoşbəxt axara  yönəldə biləcək qədər mənəvi gücü  də yox 
idi.  Səhrada  yaşayanın  sığınacağına  bənzəyən  qaranlıq, 
hörümçəklərin  sevimli  yeri  olan  dəftərxana  arxivinin 
küncü  və  qəhvəxanaların  bivec,  yuxulu  mühiti  -  onun 
bütün  həyatı  bundan  ibarət idi.  Heç kəsi maraqlandırmırdı 
ki,  onun  da  ürəyi  var.  Kimsə ondan  soruşacaqmı  ki,  yaxşı 
geyinmək,  sevmək,  sevilmək  istəyirmi?  Sevmək...  Bu fikir 
onun  ürəyini  tez-tez  sıxardı.  O,  necə  sevə  bilərdi?  Ona 
taleyini 
etibar 
edəni 
necə 
qucağında 
gəzdirər, 
ilahiləşdirərdi?”
Gərgin  fəlsəfi,  psixoloji  süjet  xətti  olan  “Bədbəxt
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
____
so 799 oa

Dionis”  əsərində  müəllifin  tarix,  dünya,  dünyanın  idarə 
olunması,  Tanrı  haqqındakı  təsəvvür  və  düşüncələri  də 
maraq doğurur.
Şair  -  yazıçı  ciddi  nəsr  əsərləri  yazmaqla  bərabər, 
balacaları  da  unutmamış,  uşaqların  və  böyüklərin  çox 
sevdiyi  "Göz  yaşından  yaranmış  Fet  Frumos”,  “Hind 
nağılı” adlı  nağılları  da qələmə almışdır.
Emineskunun  bədii  yaradıcılığı  ilə  yanaşı,  ictimai- 
siyasi  fəaliyyəti  də  təqdirəlayiq  idi.  “Timpul”  qəzetində  iş­
lədiyi  müddətdə o,  bir çox publisistik  məqalələr yazmışdır. 
Həmin  dövrdə  “Epiqon”dan  sonra  kəndli  mövzusuna  həsr 
olunmuş  “Mələk və  İblis” poeması  ərsəyə gəlmişdir.  Daha 
sonra  inqilabi  mübarizə  ruhu  ilə  aşılanmış  “İmperator  və 
proletar”  poeması  oxucuların  ixtiyarına verilmişdir.
Eminesku  yaradıcılığının  şah  əsəri  “Luçaferul”,  yəni 
“Dan  ulduzu”  poeması  hesab  edilir.  Bu  əsər üzərində  şair 
üst-üstə  səkkiz  il  işləmişdir.  Burjua  cəmiyyətində  yaradıcı 
şəxsiyyətin  faciəsini  əks  etdirən  poemanı  Azərbaycan 
dilinə  Fəridə  Hacıyevə  tərcümə  etmişdir.  Əsəri oxuyarkən 
aydın  olur  ki,  folklor  materialları  əsasında  yaranan  bu 
poema fəlsəfi motivlərlə  çox zəngindir.  Məsələn:
Gəlsəm  də hüzuruna,
Ey könlümün pərisi.
Anam  dənizdi mənim,
Atam  göylər qübbəsi.
Yaxud:
Dünyamdan yerə enib,
Gəldim  oğrun,  sakitcə.
Atam günəşdi  mənim,
Anamsa zülmət gecə.
_______________
Reyhar. Llirzəzadə
________________
so 
2CC oa.
Xalqın  böyük  şairinin  “Namələr”  əsərində  1881-89- 
cu  illərdə  ictimai  ədalətsizlik  əleyhinə  etiraz  üsyanı 
ədəbiyyat səhifələrinə köçürülür.
...  Bu  gün  Rumıniyada,  Konstantsa  şəhərində,  Qara 
dəniz  sahilində  Emineskunun  möhtəşəm  abidəsi  ucalır. 
Lakin  o,  burada  tək  deyil.  Şairin  dərin  bir  məhəbbət 
bəslədiyi  sevgilisi,  gözəllər gözəli  Veronika  da  onunla  bir­
likdədir.  O  Veronika  ki,  Mixay  yoxsulluq,  daim  ehtiyac 
içində  yaşaması  ucbatından  həsrət  çəkdiyi  sevgilisinə 
qovuşa  bilməmişdi.
Veronika  Mikle  istedadlı  rumın  şairəsi  idi.  Mixay 
onunla  1872-ci  ildə  ədəbiyyat  gecələrinin  birində  tanış 
olur və  onu  saf  bir  məhəbbətlə  sevir.  Sevgisinin  qarşılıqlı 
olması  Emineskunu  sevindirsə  də,  maddi  sıxıntı  onu  Ve­
ronika  ilə  bir  yerdə  olmaq,  birgə  yaşamaq  arzusunu 
içində  boğmağa  məcbur  edir.  Sabahını  kədərlə  düşünən, 
heç özünün  belə gündəlik  ehtiyaclarını  ödəmək  imkanı  ol­
mayan  xəstə  şair  üçün  sevgilisinə  qovuşmaq  ömrünün 
sonuna  qədər  əlçatmaz  bir  xülyaya  çevrilir.  Şair  öz  mə­
həbbət  duyğularını  “Meşə  haqqında  nağıl”,  “Göl”,  “Arzu”, 
“Ulduzlardan  pay  istədim”  şeirlərində təsvir edir.
“Tənhalıq” ,  “İlham  pərim”,  “Ah,  necə  qəmgin  könül”, 
“Sevmirəm  yer  üzünü”,  “Səndən  nə  qədər  uzağam 
mən...”,  “Xahiş  edirəm  qal”,  “Məhəbbət  getdi”,  “Ayrılıq” 
şeirlərində  şair  öz  həsrətini  çox  ağrılı  şəkildə  kağız  və 
qələmlə  “bölüşür”.  Mixayın  Veronikaya  həsr  etdiyi,  1965- 
ci  ildə  Kamilə  Nemətova  tərəfindən  Azərbaycan  dilinə 
tərcümə  olunan  “Sən  hələ  yoxsan..."  şeiri  diqqəti  cəlb 
edir:
De,  bir yadındamı  isti yay günü,
Nədən  hiss etmirdik biz  o  bürkünü?
Sənə  hey  deyirdim,  ey  sədaqətim,
Mənim məhəbbətim,  ey məhəbbətim.
Azərbavcancılıa  və vətənpərvərlik məfkurəsi
____
so 
201 oa

Çox gözəl görmüşəm, qadın görmüşəm,
Yaqut dodaqlıdan tez ötüşmüşəm.
Heç zövq almamışam bu gözəllikdən,
Səni axtarmışam,  aramışam mən...
Veronika  da  Mixayı  o  qədər  dərin  bir  məhəbbətlə 
sevirdi  ki,  ağır xəstə  olduğu  zaman  bir an da  olsun,  şair­
dən  ayrılmır,  qayğı  və  isti  nəfəsini  ondan  əsirgəmirdi.  Ey­
ni  ildə  dünyaya  göz açan  iki sevgili,  eyni  ildə  də,  1889-cu 
ildə  həyatdan  köçür.  Əvvəlcə  Mixay,  qısaca  müddətdən 
sonra Veronika...
Bu  gün  bu  cüt  sevgililər  milyonlann  qəlbində,  onları 
hər  gün  təzə-tər  çiçəklərlə  ziyarətə  gəlib  xatirəsini  əziz 
tutan  neçə  -  neçə  insanın,  qarşılıqlı  məhəbbətlə  ailə 
həyatı  qurub  ömür  yollarında  bir-birilərinə  sədaqət  andı 
içən  neçə-neçə  gəncin  ürəyində  əbədi  bərabərlik  abi­
dəsinə  dönüblər.  Əbədi  bərabərlik,  əbədi  məhəbbət  abi­
dəsinə!  Heykəlləri  Qara dəniz sahilində olsa da...
_______________
Reyhan Mirzəzadə
_______________
“Azad Azərbaycan"qəzeti, 
18 yanvar 2005  - c iil
во 202 oa
M ERDEKA - İNDONEZİYA DİLİNDƏ 
“A ZA D L IQ ”  DEMƏKDİR
“Bu 
ölkəni daha  yaxından  izləməliyik,  çünki  on  il  sonra 
İndoneziya çox fərqli bir mövqedə olacaq”..
(Türkiyə jurnalistinin  İndoneziya 
səfərindən sonra yazdığı məqaləsindən)
İndoneziya  adalar  dövlətidir.  Asiya  ilə  Avstraliya 
arasında,  Sakit  okeanla  Hind  okeanı  arasında  olan  üç 
min  adadan  ibarət  böyük  bir tağım  adalarıdır.  İndoneziya 
dünyada  ən  böyük  arxipelaqdır.  230  milyon  nəfər  əhali 
sayına  görə  dünyada  Çin,  Hindistan  və  ABŞ-dan  sonra 
dördüncü  yeri tutur.  Əhalinin  96 faizini  dil,  mədəniyyət  və 
mənşəcə yaxın,  150-dən  çox xalqdan  ibarət  olan  indone­
ziyalılar  təşkil  edir,  ölkədə  eyni  zamanda  indiyədək 
ibtidai  icma  formalarını  saxlayan  qəbilə  və  tayfalar,  həm­
çinin  çinlilər,  ərəblər,  Hindistan,  Pakistan  və  banqladeş- 
dəngəlmələr,  hollandlar  da  yaşayır.  Ümumiyyətlə,  İndo­
neziyada  300  etnik  qrup  mövcuddur,  əhali  728  dildə 
danışır.
İndoneziya  dünya  iqtisadiyyatı  və  siyasətinə  birba­
şa  təsir  göstərə  bilən  nəhəng  20-lik  (G-20  kimi  qeyd 
olunur)  ölkələr  qrupuna  daxildir  və  iqtidsadiyyatının  sü­
rətli  artım  tempinə  görə  bu  qrupda  Çindən  sonra  ikinci 
yerdədir.  Ölkənin  ümumi  daxili  məhsulunun  həcmi  1  tril­
yon  ABŞ  dollarından  çoxdur.  Dünya  iqtisadiyyatı  ədəbiy­
yatında  İndoneziya,  Malayziya,  Sinqapur  iqtisadiyyat­
larının  sürətli  inkişafına  görə  “pələng  dövlətlər”  ad­
landırılır.  Mütəxəssislərin  proqnozlarına  görə,  yaxın  gələ­
cəkdə  İndoneziyanın  dünya  iqtisadiyyatında  rolu daha da 
artacaq,  bu  ölkə  iqtisadiyyatının  artım  sürətinə  və 
həcminə görə ilk  10-luqda yerini tutacaqdır.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
BO 203 GA

İndoneziya 
fərqli 
millətlərin, 
dinlərin 
bir-birinə 
səm im i  dostluq  m ünasibəti,  qarşılıqlı  ehtiram  göstərdiyi 
ölkələrdən  biridir.  Burada  müxtəlif millətlərin  dinini,  mədə­
niyyətini  və  tarixini  özündə  birləşdirən  saysız-hesabsız 
m əbəd  və  abidələr  vardır.  Yazılı  mənbələrdən  məlum 
olurki,  İndoneziya  ərazisində  mövcud  olan  ilk  din  bud­
dizm dir.  Buddizm  dini  bu  ərazilərdə  lll-IV   əsrlərdə  mey­
dana  gəlib.  Buddist abidələrinə  İndoneziyanın  demək olar 
bütün  ərazilərində  rast  gəlmək  olar.  Buddizmin  ilk  yayıl­
dığı  yer  olan  Bali  adasında  bir-birindən  əzəmətli  və  hey- 
ranedici  minlərlə  buddaçı  məbədləri  mövcuddur.  Bali 
adası  bu  m ədəniyyət  və  memarlıq  inciləri  ilə  o  qədər zən­
gindir  ki,  deyilənə  görə,  burada  hər  evdə,  mağarada,  ba­
zarda  və  hətta  benzindoldurma  məntəqələrində  belə 
m əbədlərə  rast gəlmək  mümkündür.
V-VII  əsrlərdə  İndoneziya  və  Hindistan  arasında 
ticarət  və  mədəni  əlaqələrin  inkişafından  sonra  İndone­
ziya  ərazisində  Hindistan  mədəniyyəti  və  memarlığı  ilə 
bərabər,  hinduizm  dini  də  yayılmağa  başlayıb.  Hinduizm 
və  buddizm  bir-birinə  yaxın  dinlər  olduğu  üçün  bu  dinlərə 
sitayiş edənlər eyni  məbədlərdə  görüşürdülər.
İndoneziyada  İslam  dini  XI-XIİI  əsrlərdə  Malayziya 
və  Hindistandan  keçməklə  yayılmağa  başlayıb.  XVI  əsrdə 
xristianlıq  meydana  gəlib.  Əvvəlcə  portuqallar  tərəfindən 
katoliklik  yayılıb  və  katolik  kilsələri  tikilib.  Sonralar  hol­
landlar protestantlığı  yaymağa  başlayıb  və  katolik  kilsələr 
protestant  kilsələri  ilə  əvəz  olunub.Müxtəlif  əsrlərdə 
dinlərin  bir-birini  əvəz  etməsi  ölkə  ərazisində  xeyli  sayda 
məbədlərin  tikilməsinə  səbəb  olub.  Təkcə  buddizmə  aid 
22  min  buddaçı  məbədi  tikilib.  Bunlardan  ən  böyük  və  ən 
qədimi  bütün  dünyada  məşhur  olan  Borobudur  məbədi­
dir.  Məbəd  Yava  adasında  paytaxt  Cakarta  şəhərindən 
40  km  şimal-şərqdə  yerləşir,,  “Dağlarda  Budda  məbə-
__________________Reyhan_Mirzəzadə__________________eo__204__ca'>________________
Reyhan Mirzəzadə
________________
eo 
204
 ca
di” 
adlanan  bu  möcüzəli  tikili  kvadrat  şəklindədir. 
Kvadratın  hər tərəfinin  uzunluğu  120  metrdir  Ümumi  əra­
zisi  55  min  kv  metrdir.  Tikilidə  iki  milyon  daş  bloklardan 
istifadə  olunub.  Məbədin  içində  Buddanın  504  heykəli, 
1460  dini  mövzuda  işləmələr  var.  Məbədin  zirvəsinə 
qalxmaq  üçün  səbrlə  bir  neçə  km  məsafə  qət  etmək 
lazımdır.  Zirvəyə  qalxan  yol  spiral  şəklindədir.  Alimlər 
məbədi  təqribən  VII-IX  əsrlərə  aid  edir.  Zaman-zaman 
ərazidə  baş verən  zəlzələ  və  vulkanlar tikiliyə  ziyan  vursa 
da,  bərpa  işləri  aparılıb.  İndi  məbəd  İndoneziyanın  ən 
qiymətli  sənət  abidələrindən  biri  kimi  dövlət  tərəfindən 
qorunur.  Eyni  zamanda  Borobudur  məbədi  YUNESKO­
nun  Ümumdünya  İrsi  siyahısına daxil edilib.
İndoneziyada 
YUNESKO-nun 
Ümumdünya 
İrsi 
siyahısına  düşən  tarixi  memarlıq  abidələrindən  biri 
də  buddizmin  və  hinduizmin  ən  böyük  nümunələrindən 
biri  olan  “Prambanan“  kompleksidir.  Kompleks 

əsrin 
əvvəlində  tikilib.  Yava  adasının  mərkəzində,  Cakarta 
şəhərindən  18  km  şərqdə,  Borobudur  və  məşhur  çar 
sarayı  olan  Ratu  Bokodan  bir  qədər  aralıda  yerləşir. 
1918-1953-cü  illərdə  holland  alimi tərəfindən  bərpa  edilib. 
Ratu  Boko  sarayını  XVII  əsrin  sonunda  portuqaliyalılar 
tikib
Alimlərin  və  çoxsaylı  turistlərin  diqqət  mərkəzində 
olan  məşhur məbədlərdən  biri  də  Lara  Conqranq  adlanır. 
Məbəd  X  əsrdə  Mataram  hökumətinin  başçısı  Caksa 
tərəfindən  tikilib.  Adının  mənası  “Qamətli  qız”  olan  Lara 
Conqranq  47  metr  hündürlükdədir  və  Şiva  adlı  Allahın 
şərəfinə  yaradılıb.
Cənub-şərqi  Asiyada  ən  böyük  məscid  olan  istiqlal 
məscidi  Cakarta  şəhərində  yerləşir.  Bu,  İndoneziyanın 
Milli  Məscidi  kimi  çoxsaylı  müsəlmanların  əziz  ziyarət­
gahıdır  Regionun  ən  böyük  məscidi,  eyni  vaxtda  120 min
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 205
 ca

nəfər insanı  qəbul edir.  İstiqlal,  İndoneziya  azadlığına  nail 
olduqdan  sonra  xalqın  Allaha  bir  daha  məhəbbətinin  və 
təşəkkürünün  təzahürü  kimi  inşa  edilib,  istiqlal  sözü  ərəb 
dilində  “azadlıq”  deməkdir.  1953-cü  ildə  İstiqlal  məs­
cidinin  tikilməsi  üçün  komitə  yaradılıb.  Bir  neçə  memarın 
layihəsi  təkilf  olunub.  Memar  Fredrik  Slabanın  layihəsi 
məqsədəuyğun  hesab  edilib.  1961-ci  il  24  avqustda 
Prezident  Əhməd  Sukarno  tikintinin  təməlini  qoyub. 
Tikinti  17  ilə  tamamlanıb.  1978-ci  il  fevralın  22-də  İndo­
neziyanın  növbəti  Prezidenti  Suxarto  Milli  Məscidin 
açılışında  iştirak edib.
İndoneziya  olduqca  maraqlı  ölkədir,  ölkənin  öz 
təqvimi  vardır.  İndoneziyalılar şən  həyatı  sevirlər.  Onların 
təqvimlərində  o  qədər  bayramlar  mövcuddur  ki,  sanki 
ölkə  hər  gün  bayram  edir.  İldə  230  gün  bayram  günüdür. 
Təkcə  Kuninqan  və Qalunqan  adlı  dini  bayramlar on  gün 
davam  edir.  Bayram  günləri  ailələr  bir  məkana  yığışıb 
Allaha  dua  edirlər  ki,  Tanrı  ocaqlarındakı  səadəti  qoru­
sun.  Buna  görə bayrama  səadət bayramı da deyilir.
İndoneziya  təqvimində  bir  bayram  da  var  ki,  bu,  8 
mart  beynəlxalq  qadınlar  gününə  çox  yaxındır.  Həmin 
gün, 21  aprel-Kartini  günü  İndoneziyada  qadınlar  bay­
ramıdır.
Raden 
Adjenq  Kartini 
İndoneziyanın  yazıçısı, 
ictimai-siyasi  xadimi,  ideoloqu,  ilk  feminist  qadını  və  Milli 
Qəhrəmanı  olub.  Yüksək  ziyalı  ailəsində  doğulub,  Qərb 
təhsili  alıb.  Qadınların  maariflənməsinə  çalışıb.  Köhnə 
feodal  qanunlarının,  çoxarvadlılığın,  erkən  nigahların 
əleyhinə  gedib.  Qadın  hüquqlarının  müdafiəçisi  kimi 
məqsəd  və  amallarını  yazdığı  “Zülmətdən  işıqlığa”  adlı 
kitabında  əks  etdirib.  Xanımın  fəaliyyəti  İndoneziyada 
m illi  hərəkatın  simvollarından  biri  kimi  qiymətləndirilib. 
Məktəblərə adı  verilib.
_______________
Reyhan Mirzəzadə
________________
£o 
206
 Oä
Dost  və  qardaş  ölkənin  -  İndoneziyanın  siyasi 
tarixində  bütün  xalq  üçün  əziz  olan  bir  gün  var.  Bu,  17 
avqust  -  Müstəqillik  Günüdür.  Bu  şanlı  tarixə  gedən  yol 
olduqca  çətin,  iztirablı,  eyni  zamanda  şərəfli  və  qürurlu 
yol  olub.  Bu  yolda  ölənlər  də  az  olmayıb,  həbsxanalarda 
zülümlərə  düçar  olanlar  da,  min  cür  dərd  tapıb  məhv 
olanlar da  çox  olub,  amma  İndoneziya  düşmən  qarşısın­
da  əyilməyib.  Döyüşüb,  mübarizə aparıb və  qalib  gəlib.
...Artıq  XVI  əsrdə  İndoneziya  müsəlman  süla­
lələrinin  başçılıq  etdikləri  kiçik  dövlətlərə  bölünür.  Avropa 
müstəmləkəçilərinin  ilk  dəfə  İndoneziyaya  gəlməsi  həmin 
əsrə aid  edilir.  XVIII  əsrdə  hollandlar Yava  adasının  əsas 
bölgələrini,  XIX  əsrdə  isə  bütün  İndoneziyanı  işğal  edir. 
XX  əsrin  əvvəlindən  İndoneziyada  mütəşəkkil  milli 
azadlıq  hərəkatı  başlayır.  1908-ci  ildə  ilk  milli  təşkilat  - 
Budi  Utomo,  1911-ci  ildə  İslam  Kütləvi-Siyasi  təşkilatı  - 
Sariqat təşis edilir.
1939-cu  ildə  İndoneziyada  milli  şüurun  güclənməsi 
nəticəsində  ilk  vahid  milli  cəbhə  təşkilatı-lndoneziya 
Siyasi  Birliyi  təşkilatı  yaranır.  1942-1945-ci  illərdə  İndo­
neziyanı  Yaponiya  qoşunları  işğal  edir.  1945-ci  ilin  17 
avqustunda  milli-azadlıq  hərəkatının  güclü  mübarizliyi 
nəticəsində  keçmiş  müstəmləkə  ərazisində  azad,  müs­
təqil  dövlətin-lndoneziya  Respublikasının  yaranması  elan 
olunur.  O  vaxtdan  17  avqust  ölkədə  milli  bayram-Müstə- 
qillik  Günü  kimi  geniş  qeyd  olunur,  ölkənin  ilk  Prezidenti 
Sukarno seçilir.
Əhməd  Sukarno  kasıb  müəllim  ailəsində  doğul­
muşdu.  İndoneziyada  mövcud  olan  bir neçə  dildən  əlavə, 
ingilis,  fransız,  alman  və  yapon  dillərini  də  yaxşı  bilirdi.
1927-ci  ildə  yaranan  İndoneziya  Milli  Partiyasının  bani­
lərindən  biri  və  partiyanın  sədri  olmuşdu.  Xalq  ara­
sında  Bunq  Karno,  yəni  qardaş  Karno  adı  ilə  məşhur  idi.
_
Azərbaycançılıq  və vətənpərvərlik məflturəsi
_____
s
n 207
 ea

Müstəmləkəçiliyə,  əsarətə  qarşı  mübarizədə  iştirak  etdi­
yinə  görə  1929-1931-ci  illərdə  hollandiyalılar  tərəfindən 
Bandunqda  iki  il  həbs  cəzasına  məhkum  edilmişdi.  1932- 
ci  Üdə  İndoneziya  Milli  Partiyasının  əvəzində  yaradılmış 
İndoneziya  Partiyasına  daxil  olub  onun  sədri  seçilmişdi. 
1933-1942-ci  illərdə  səkkiz  il  Sumatra  və  Flores  ada­
larında  sürgün  həyatı  yaşamışdı.  1945-ci  ildə  İndonezi­
yanın  istiqlaliyyətini  bəyan  edib  onun  ilk  Prezidenti  seçil­
dikdən  sonra,  1963-cü  ildə  Əhməd  Sukarnoya  inqilabın 
böyük  rəhbəri  titulu  verilmiş  və  o,  ömürlük  Prezident elan 
olunmuşdu.  Lakin  1965-ci  il  30  sentyabr  hadisələri 
nəticəsində  ölkədə  hərbi-bürokratik  rejimin  yaradılması  ilə 
Sukarnonun  siyasi  fəaliyyəti  məhdudlaşdırılmış  və  o, 
1966-cı  ildə  hakimiyyətdən  uzaqlaşdırılmışdı.  Hakimiy­
yətdən  uzaqlaşdığı  ildən  ömrünün  sonuna  qədər  ev 
dustağı  idi.  Onun  ideologiyası  ölkədə  qadağan  olunsa da, 
1970-ci  ildən  sonra  ideologiya  üstünlüyü  ilə  haqqa 
tapındı,  bu  qadağa  aradan  götürüldü.  Nəydi  bu  ideo­
logiya?  Gəlin,  tarixi  sənədlərə  müraciət  edək  və  arxivin 
səhifələrində  bunu  necə  deyərlər,  onun  öz  dilindən 
eşidək.
1956-cı  ilin  sentyabrın  əvvəlində  İndoneziyanın  ilk 
Prezidenti  Əhməd  Sukarno  keçmiş  SSRl-yə  rəsmi  səfərə 
gələrkən  ölkənin  bir  çox  yerlərini  gəzdi.  Müsəlman  xalqlı 
respublikalarda  -  Özbəkistanda  və Azərbaycanda  olarkən 
onun  etdiyi  çıxışlarda  müsəlman  doğmalığı  özünü  aydın 
büruzə  verirdi.  O,  deyirdi:”Sizin  aranızda  çoxlu  müsəlman 
olduğunuzu  bildiyimə  görə,  mən  sizə  müsəlmancasına 
salam  vermək istəyirəm.  İndoneziyada  ən  müxtəlif dinlərə 
etiqad  edən  adamlar  yaşayır,  orada  müsəlmanlar,  xris­
tianlar  və  büdpərəstliyə  etiqad  edən  adamlar vardır,  lakin 
İndoneziya  xalqı  özünü  vahid  bir  xalq  hiss  edir  və 
indoneziyalılar bir-birilərini  İndoneziya  dilində  “Merdeka!”-
_______________
Reyhan Mirzəzadə
___________ _
Ю 
208
 oa
deyə  salamlayırlar.  Bu  söz  isə  İndoneziya  dilində  Azadlıq 
deməkdir.
Biz  350  il  müstəmləkə  əsarəti  altında  olmuşuq,  350 
il  bundan  əvvəl  birinci  dəfə  olaraq  hollandiyalılar  bizim 
ölkəmizə  gəlmişlər.  İndoneziyada  milli  mübarizə  1908-ci 
ildə  başlanmışdır.  Əvvəlcə  kiçik  bir  hərəkat  olan  bu  mü­
barizə  tədricən  genişləndi  və  bütün  İndoneziya  xalqının, 
80  milyonluq  indoneziyalıların  hamısını  bürüdü.  1945-ci  il 
avqustun  17-də  biz  özümüzü  müstəqil  dövlət  elan  etdik, 
İndoneziya xalqını  azad və müstəqil xalq  elan  etdik!
İndi  məndən  qabaq  çıxış  edən  alim,  bizim  qəh­
rəmanlarımızdan  Suopatinin  və  Kipokaqorun  adını  çəkdi. 
Bəli,  doğrudan  da  onlar mübarizə  aparmışlar.  Onlar nəyin 
uğrunda  mübarizə  aparmışlar?  Onlar  ideya  uğrunda 
mübarizə  aparmışlar.  Bir  çoxları  həbsxanalara  gön­
dərilmişdir.  On  minlərlə  adam  həbsxanalarda  həlak 
olmuşdur,  on  minlərlə  adam  güllələnmişdir.  Onlar  nəyin 
xatirinə  bu  yol  ilə  getmişlər?  Müəyyən  ideyanın  xati­
rinə.Biz  də  müəyyən  ideya  xatirinə  inqilab  etmişik.  Bu 
ideya  xatirinə  İndoneziya  Respublikası  yaradılmış,  İndo­
neziya  xalqının  istiqlaliyyəti  elan  edilmişdir.  İndoneziya 
xalqının  qəlbində  yaşayan  bu  ideya  hansı  ideyadır?  Bu, 
azadlıq,  xoş  güzəran,  bərabərlik  və  bütün  dünyada  sülh 
ideyasıdır.  Dövlət  həyatında  bu  ideya  məlum  “Pənça  sila” 
prinsiplərində  ifadə  edilmişdir.  İki  növ  “Pənça  sila”  vardır. 
İndoneziyada  elan  edilmiş  “Pənça  sila”  prinsipləri  vardır. 
Bunlar  İndoneziya  dövlətinin  əsaslandığı  beş  prinsipdir. 
Bu  prinsiplər aşağadakılardan  ibarətdir:
1.  Allaha etiqad  etmək və  bütün dinlərə hörmət etmək.
2.  Vətənə  məhəbbət.
3.  Humanizm
4.  Dövlətin  istiqlaliyyəti  və  suverenliyi.
5.  İctimai  xoş  güzəran.
___
Azərbaycançılıq və vətənpərvərlik məflturəsi
_____
ю  
209 ca.

Bu  “Pənça  sila”  prinsipləri  İndoneziya  dövlətinin 
daxili  prinsipləridir.  Lakin  bütün  dünyada  məşhur  olan  və 
1955-ci  ilin  aprel  ayında  Asiya  və  Afrika  ölkələrinin 
Bandunq  konfransında  elan  edilmiş  “Pənça  sila”  prinsip­
ləri  də  vardır.  Bu  “Pənça  sila”  prinsipləri  dövlətlərin  dinc 
yanaşı  yaşaması,  qarşılıqlı  faydaya  və  bərabərliyə 
əsaslanan  əlaqələr yaradılması  prinsipləridir
“Pənça  sila”-  beş  məlum  prinsip  ideyası  müxtəlif 
ölkələrin  dinc  yanaşı  yaşamasından,  istiqlaliyyətindən  və 
bir-birilərinə  hörmət  etməsindən  bəhs  edir.  Biz  qoca 
rəhbərlər  bəlkə  də  bu  ideyanın  həyata  keçiriləcəyi  vaxta 
qədər  yaşaya  bilmədik,  lakin  gənclər  bütün  dünyada 
sülhü  görəcəklər,  bütün  dünyada  dostluğu  görəcəklər, 
qarşılıqlı  hörməti  görəcəklər.  Gənclər  dünyanın  bütün 
ölkələrinin  dinc  yanaşı  yaşamasının  şahidi  olacaqlar.  Biz 
həmişə  gənclərimizi  öz  ideyalarımızı  inkişaf  etdirməyə 
çağırmışıq.İndoneziya  rəhbərlərinin  daşıdıqları  bu  ideya­
ları  İndoneziya  gəncləri  inkişaf etdirəcəklər.  Biz öz  müba­
rizəmizi  İndoneziya  gənclərinə  tapşırırıq.  Biz  deyirik  ki, 
biz  qocalar  bir  yerə  toplaşsaq,  dağı  yerindən  qaldıra 
bilərik,  lakin  gənclərin  hamısı  bir  yerə  toplaşsalar,  onlar 
bütün  dünyanı  dəyişdirə  bilərlər.  “ Pənça  sila"  ideyası 
hazırda  İndoneziya  gənclərinin  qəlbində  yaşayır...  Mən 
Şimalda,  Cənubda,  Qərbdə  və  Şərqdə  yaşayan  bütün 
adamlara  müraciət  edirəm.  Mən  dərisinin  rəngindən,  ağ 
və  ya  qara,  sarı  və  ya  qəhvəyi  olmasından  asılı  olma­
yaraq,  bütün  adamlara  müraciət  edərək  deyirəm:  gəlin 
dostlar,  sülhün  xeyri  üçün  hamımız  birlikdə  işləyək, 
hamımız  birlikdə  çalışaq.  Mən  bütün  dünyanın  adam­
larına  müraciət  edərək,  onları  möhkəm  sülhün  həyata 
keçirilməsi 
uğrunda  birlikdə  çalışmağa  və  birlikdə 
mübarizə  aparmağa  çağırıram”.
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin