Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

_______________
Reyhan Mirzəzadə_
________ _______
Ю /62 oa
Nazirliyinin  nəzdində  olan  Tərcümə  İdarəsi  arasında 
əməkdaşlıq  əlaqələri  qurulmuşdur.  Memorandumun  13- 
cü  maddəsinə  uyğun  olaraq,  razılığa  gəlinmişdir  ki,  Kral­
lıq  və  Azərbaycanın  ərəb  və  Azərbaycan  dillərində  olan 
ən  mühüm  elmi  və  ədəbi  kitablarının  seçilməsi  üçün  hər 
iki tərəfdən komissiya təşkil edilsin.  Həmin kitablar iki ölkə 
universitetləri  nəzdindəki  tərcümə  mərkəzləri  ilə  əmək­
daşlıq  edilməklə,  tərcümə olunsun.  Həmçinin  qərara  alın­
mışdır  ki,  Səudiyyə  Ərəbistanı  universitetləri  ilə  müvafiq 
Azərbaycan  universitetləri  arasında  ümumi  maraq  kəsb 
edən  sahələr  üzrə  araşdırma  fəaliyyəti  gücləndirilsin  və 
həmin  işlər ərəb və Azərbaycan dillərinə tərcümə edilsin.
Elm  sahəsində  əməkdaşlığı  daha  da  inkişaf  et­
dirmək  məqsədi  ilə  Səudiyyə  Ərəbistanı  Krallığı  Kral 
Əbdüləziz  adına  Tədqiqat  və  Arxiv  Fondundan  olan  nü­
mayəndə  heyəti  bu  ilin  may  ayında  Azərbaycana  səfər 
etmişdir.  Fondun  Əlyazmalar  Arxiv  Sənədlər  Mərkəzinin 
direktorunun  başçılıq  etdiyi  nümayəndə  heyəti  Azərbay­
can  Milli  Elmlər  Akademiyasının  Əlyazmalar  İnstitutunda 
olmuş,  oranın  fəaliyyəti  ilə  tanış  olmuş  və  əməkdaşlıq 
yollarını  müzakirə  etmişdir.  Qərara  alınmışdır  ki,  Kral 
Əbdüləziz  adına  Tədqiqat  və  Arxiv  Fondu  ilə  Əlyazma­
lar  İnstitutu  arasında  əməkdaşlıq  sazişi  imzalansın.  Bu 
Sazişə  əsasən  qurumlar  arasında  arxiv  materialları  və 
əlyazmaların  surətlərinin  mübadiləsi  həyata  keçiriləcək. 
Həmçinin qədim Azərbaycan əlyazmalarının  rəqəmsallaş- 
dırılması  -  elektron  variantın  yaradılması  sahəsində 
əməkdaşlıq  ediləcək.
-  Dünyanın  hər  yerində  hər  cür  terror,  ekstremizm 
və  zorakılığın  əleyhinə.olan  Səudiyyə  Ərəbistanı  özü  də 
terrordan  əziyyət çəkib.  Bu  baxımdan  keçmiş  kral  Abdul­
lah  bin  Əbdüləziz  əl-Səudun  təklifi  ilə  BMT-nin  tərkibində 
Terrorla  Mübarizə  üzrə  Beynəlxalq  Mərkəz  təsis  edilib.
____
Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi
____ _
fo  
163 CA

Əlahəzrət  kral  Mərkəzin  effektiv  fəaliyyəti  üçün  ora  100 
milyon  dollar həcmində maliyyə yardımı  ayırıb.  İndi  həmin 
Mərkəzdə işlər necə davam edir?
-  Bildiyiniz  kimi,  terrorizm  dövlət,  millət,  mədəniyyət 
sərhədi  tanımayan,  bəşər  cəmiyyətinə  təhlükə  yaradan 
ən  ciddi  qlobal  problem  sayılır.  Buna  görə  bu  problemin 
bütün  istiqamətləri,  təzahürləri  və  kökləri  aradan  qaldırıl­
malı,  onu  doğuran  səbəblər həll  olunmalıdır.  Bu  problem­
lə  mübarizə  aparmaq  və  axırına  çıxmaq  üçün  beynəlxalq 
səylər  birləşdirilib,  daha  da  artırılmalıdır.  Səudiyyə  Ərə­
bistanı  Krallığı  əvvəllər  olduğu  kimi,  indi  də  terrorizmlə 
mübarizə  aparan  dövlətlərin  önündə  gedir.  Krallıq  ter­
rorizmlə  mübarizə  üzrə  bir  çox  konfransların  keçirilməsini 
zəruri  hesab  edərək,  çoxlu  təşəbbüslərlə  çıxış  etmişdir. 
Onların  ən  başlıcası  isə  sizin  qeyd  etdiyiniz  kimi,  2005-ci 
ildə  BMT-nin  nəzdində  terrorizmlə  mübarizə  üzrə  Bey­
nəlxalq  Mərkəzin  yaradılmasının  təşəbbüskarı  olmaq  və 
tək  region  üçün  deyil,  bütün  dünya  üçün  bir  təhlükəyə 
çevrilən  bu  problemin  öhdəsindən  gəlmək  üçün  həmin 
Mərkəzə  100  milyon  dollar  yardım  göstərməsi  olmuşdur. 
Hazırda  da  terrorizmlə  mübarizə  üzrə  bu  Beynəlxalq 
Mərkəz  müxtəlif  istiqamətlər  üzrə  aktiv fəaliyyətini  davam 
etdirir.  Bildiyimə  görə,  Mərkəzin  ən  son  fəaliyyəti  21-22 
iyul  tarixində  Mərakeş  Krallığının  Kasablanka  şəhərində 
30  dövlətin  hüquq-mühafizə  orqanları  rəhbərlərinin  iştirak 
etdiyi  beynəlxalq  konfransın  təşkili  olmuşdur.  Konfrans 
zamanı  onlar  sərhəd  təhlükəsizliyi,  terrorizm  və  mütə­
şəkkil  cinayətkarlıqla  mübarizə  sahəsində  beynəlxalq 
əməkdaşlığın  gücləndirilməsi  məsələlərini  müzakirə  et­
mişlər.  Krallıq  arzu  edir  ki,  həmin  təhlükəli  bəlanın 
qarşısının  alınması  üçün  bütün  dost  ölkələr  bu  Mərkəzin 
fəaliyyətində  iştirak  etsinlər.  Ümumiyyətlə,  Krallığın  terro­
rizmlə  mübarizədə  oynadığı  rol,  onun  İŞİD  təşkilatına
_______________
Reyhan Mirzəzadə
________________
ю  
164
 oa
qarşı  vuruşan  beynəlxalq  Koalisiyada  yer  almasında  da 
öz  təcəssümünü  tapmışdır.  Belə  ki,  bu  ilin  sentyabr 
ayında  Səudiyyə  Ərəbistanının  Ciddə  şəhərində  keçirilən 
konfrans  İŞİD  təşkilatına  qarşı  Beynəlxalq  Koalisiyanın 
təşkili  üçün  bir təməl  oldu.  Krallığın  rolu  bu  təşkilata  qarşı 
keçirilən  hərbi  əməliyyatlarda  iştirakla  məhdudlaşmaya­
raq,  həmçinin  ondan  zərər çəkənlərə  humanitar yardımlar 
göstərmək,  terrorçu qrupların  maliyyə qaynaqlarının quru­
dulması  üçün  beynəlxalq  aləmlə  əməkdaşlıq  etmək,  mər­
həmət  dini  olan  islamın  təlimlərinə  zidd  olan  bu  qrupların 
kriminal  xarakterini  ifşa  etmək  kimi  fəaliyyətləri  də  əhatə 
edir.  Güman  edirəm  ki,  bütün  bu  səylər terrorçuluğun  kö­
künün kəsilməsini təmin  edəcəkdir.
-  Cənab  səfir,  İslam  dünyasının  ayrılmaz tərkib  his­
səsi  olan  Azərbaycan  Respublikası  ilə  Səudiyyə  Ərə­
bistanım  bir  sıra  doğma  amillər  bağlayır  ki,  onlardan  biri 
də  İslamın  müqəddəs  yerlərinin  ölkənizin  ərazisində  yer­
ləşməsi,  hər  il  yüzlərlə  azərbaycanlının,  digər  müsəlman 
vətəndaşlarımızın  bu  yerləri  ziyarət  etməsi  və  bu  ziya­
rətlərin  iki  qardaş  ölkə  arasında  əlaqələrin  genişlənmə­
sinə  xidmət  etməsidir.  Zəhmət  olmasa  deyin,  bir  müddət 
sonra  Səudiyyə  Ərəbistanı  Həcc  ziyarətinə  gələcək  yüz 
minlərlə  zəvvarlar,  o  cümlədən  Azərbaycan  vətəndaş­
ları  üçün  hansı  yeni əlverişli  imkanlar həyata  keçirəcək?
-  Həcc  zəvvarlarına  göstərilən  xidmət  ildən-ilə  tək­
milləşdirilir.  Bu  il  də  təhlükəsizlik,  səhiyyə,  təşkilati, 
xidmət,  nəqliyyat,  asayiş,  profilaktik  proqramların  həyata 
keçirilməsinə  böyük qüvvə  sərf edilmişdir.  Bu,  bütün  hacı­
lara  imkan  verəcək  ki,  İslam  dininin  böyük  əsaslarından 
olan  həmin  ayini  tam  asan  və  rahat  şəkildə  icra  etsinlər. 
Hazırda Allah  Evini  ziyarət edən  hacılara göstəriləcək xid­
mətlər,  güzəştlər,  asayiş  təminatı  və  müqəddəs  ərazi­
lərdə  hərəkəti  üçün  nizamlanmış  nəqliyyatın  mükəmməl
____
Azərbaycançılıq  və vətənpərvərlik məfkurəsi
so /65 ca

sistemi  yaradılmışdır.  Bu  il  ziyarətə  gələn  bütün  zəvvar­
lar,  o  cümlədən  azərbaycanlı  hacılar  Krallığın  bu  sahədə 
gördüyü  uğurlu  işləri  öz gözləri  ilə görəcəklər.  Bu  işlərə İki 
Müqəddəs  Məscidin  genişləndirilməsi,  ayinlərin  keçirildiyi 
ərazilərin  abadlaşdırılması,  yol,  körpü və tunellərin  inşası, 
onlarla  xəstəxana,  yüzlərlə  tibbi  mərkəz  tikintisi  və  s. 
daxildir.  Habelə  sevindirici  haldır  ki,  keçən  ay  Səudiyyə 
Ərəbistanının  Ciddə  şəhərində  Azərbaycan  Respublikası 
Hökuməti  ilə  Səudiyyə  Ərəbistanı  Krallığı  Hökuməti  ara­
sında  hava  əlaqəsi  haqqında  Saziş  imzalanıb.  Bu  Azər­
baycandan  Krallığa  və  əks  tərəfə  gedən  həcc,  ümrə zəv­
varlarının,  eləcə  də  adi  ziyarətçilərin  rahat  və  tez  daşın­
masına  şərait  yaradacaq.  Bundan  əlavə,  birbaşa  hava 
xəttinin  açılması  iki  ölkə  arasında  ticarət  dövriyyəsi  və 
turizm  mübadiləsinin  daha  da  artıb  çoxalmasına  imkan 
verəcək.
-  Sentyabr  ayının  23-ü  Səudiyyə  Ərəbistanı  Krallı­
ğının  milli  bayramı  -  Krallığın  yaranmasının  83-cü  ildönü­
müdür.  Bu  bayram tədbiri  hər il  Bakıda  da qeyd olunur.Bu 
tarixi  gün  haqqında  ətraflı  danışmağınızı  xahiş edirəm.
-  1932-ci  ildə  Əlahəzrət  Kral  Əbdüləziz  bin  Əbdür­
rəhman  Al-Səud  (Allah  ona  rəhmət  eləsin!)  ölkəni  “Səu­
diyyə  Ərəbistanı  Krallığı”  adı  altında  birləşdirərək,  dün­
yaya  yeni  bir  dövlətin  yarandığını  bəyan  etmişdir.  Krallıq 
həmin  hadisəni  özünün  Milli  Günü  kimi  qeyd  edir.  Mər­
hum  qurucu  Kral otuz  iki  il  ərzində  çox çətin şəraitdə qəh­
rəmancasına  yeni  dövlətin  bünövrəsini Allah  Kitabı  -  Qu­
rani-Kərim  və  onun  Peyğəmbərinin  (Ona  Allahın  salavat 
və salamı  olsun!)  sünnəsi əsasında quraraq,  İslam  dininin 
qaydaları  ilə  çiçəklənən,  bu  dinin saf və  humanist təlimləri 
ilə  dünyaya  səs  salan,  sülh  və  xeyir  yayan,  elm  və 
tərəqqiyə  can  atan,  özünün  və  bütün  bəşəriyyətin  daha 
gözəl  sabahına  doğru  sürətli  addımlarla  irəliləyən  gənc
_______________
Reyhan Mirzəzadə
________________
ю  /66 oa
bir  dövlətin  qüdrətli  memarı  olmuşdur.  Bu  inkişaf  və  qu­
ruculuq  prosesi  daha  sonra  onun  sadiq  övladları  tə­
rəfindən  davam  etdirilmiş  və  onlar  dövlətçiliyin  bütün 
sahə  və  səviyyələrində  müasir  tərəqqinin  əsasını  qoy­
muşlar.  Məhz  bunun  sayəsində  Səudiyyə  Ərəbistanı 
Krallığı  bu  gün  İki  Müqəddəs  Məscidin  Xadimi  Kral  Sal­
man  bin  Əbdüləziz  Al-Səudun  (Allah  onu  qorusun!)  rəh­
bərliyi  dövründə  özünün  ən  parlaq  günlərini  yaşayır. 
Onun  dövründə  Krallıq  bir çox sahədə,  o cümlədən təhsil, 
səhiyyə,  bələdiyyə  işi,  tikinti,  yol  və  kommunikasiya  sahə­
lərində  nəhəng  layihələrin  şahidi  və  icraçısı  olmuşdur. 
Səudiyyə  vətəndaşının  məişət  və  təhsil  səviyyəsinin 
artırılması,  həmçinin  müasir inkişaf və tərəqqiyə  yönəlmiş 
digər  işlər  Krallığı  dünyanın  mütərəqqi  ölkələri  sırasına 
çıxarmışdır.
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
“Azad Azərbaycan” qəzeti, 
19 avqust 2015-ci  il
/67 oä

“A ZƏ RBAYCANIM IN  SƏSİDİR ÖZ SƏSİM”
Yəhya  kişinin  və  Pəricahan  xanımın  halalçörəkli 
ocağında  Zeynəb  adlı  bir körpə  doğulanda,  heç kimsə bil­
mirdi  ki,  illər  ötəcək,  bu  qızcığaz  Azərbaycan  adlı  məm­
ləkətini  bütün  dünyaya  tanıdacaq,  milyonlara  sevdirəcək. 
Milli  mədəniyyətimizin  beşiyi  olan  Azərbaycan  muğamı, 
təsnifi,  musiqisi  ilə  yüzlərlə  ölkələri,  şəhərləri  diyar-diyar 
dolaşacaq.  Zeynəbi  dinlədikcə,  Zeynəbi  duyduqca  qəl­
bimdə bir sual  oyanır.  Bu  sənətkar-insanın  ruhunda təkcə 
fitri  istedad,  qabiliyyətmi  var?  Yox,  Azərbaycanın  mədəni 
dünyası  hər  zaman  Zeynəb  yetişdirə  bilməz.  Vətən  mə­
həbbətli,  ülvidiləkli,  yanarürəkli,  kövrəkqəlbli,  kişiqeyrətli 
Zeynəb  xanım!  Axı  nə  yazım,  nə  deyim  ki,  sənin  saf dün­
yana  uyğun  gəlsin?
Bəli,  Zeynəb  halal  zəhmətlə  yaşayan  bir  ailədə 
doğulub.  Bu  ailənin  saf duyğusu,  təmiz  dünyası,  ülvi  niy­
yəti  tutduğu  həqiqət  yolu,  paklık  yolu,  enişli-yoxuşlu  cı­
ğırlarla  onu  sənət  adlı  bir  varlığın  şöhrət  zirvəsinə  doğru 
addım-addım  istiqamətləndirib.  Zeynəb  min  bir  əziyyətə 
qatlaşaraq  qora  bişirən  istilərdə,  şaxtanın  qılınc  kimi 
kəsdiyi  açıq  havalarda,  hətta  qızdırmadan  inildəyən  kör­
pəsini  yataqda  gözüyolda  qoyub  nəhəng  meydanlarda, 
möhtəşəm  salonlarda  həvəslə  konsertlər  verib,  oxuyub. 
Ona  görə  yox  ki,  o  təkcə  müğənnidir,  Zeynəb  Xanlaro­
vadır,  oxumalıdır.  Həm  də  ona  görə  ki,  o,  Azərbaycan qı­
zıdır,  damarlarında  azərbaycanlı  qanı,  qeyrət  qanı  axır. 
Bu  qan  onun  beyninə,  ruhuna  işləyib.  Ona  qüvvət  verib, 
dayaq  olub.  Planetimizin  saysız,  hesabsız  şəhərlərində, 
günəş  kimi  parıldayan  saraylarda  Zeynəb  Azərbaycam, 
doğma  yurdunu  tanıdıb,  sevdirib,  dəyərləndirib.  Əcnəbi 
tamaşaçı  Azərbaycan  mədəniyyəti,  musiqisi  qarşısında 
səcdə edib.  Milyonlarla  musiqisevərlər,  hətta Azərbaycanı
____  
Reyhan Mirzəzadə
___________ _
tn16Sc&
xəritədə tapa  bilməyən  adi  vətəndaş  belə Azərbaycan  adı 
gələndə  ayağa durub, təzim  edib.
Yaxınlarımdan  biri  Zeynəb  xanımın  oğlu  Raminə 
dərs  demiş  müəllimlərdən  olub.  Hər  dəfə  Ramin  yadına 
düşəndə  “Allah  saxlasın,  çox  tərbiyəli,  çox  məsuliyyətli 
uşaqdır,  ağıllı  oğlandır,  Anasına,  ailəsinə  layiq  baladır. 
Ramal  da  ondan  heç  geri  qalmır”,  -  deyə  Rəna  xanım 
keçmiş  tələbəsini  xoş  təəssüratla,  təbəssümlə  xatırlayır. 
Zeynəb xanımın  övladlarından  ağız dolusu  söz  açır.
Ramin  artıq  ali  təhsilli  hüquqşünasdır.  Müstəqil  döv­
lətimizin  qanun  keşikçisidir.  Hüquq-mühafizə  orqanlarının 
birində  çalışır.  Ramal  isə  hələ  tələbədir.  Gəncliyin  ilk 
kövrək addımlarını  atır.
Müğənninin 
ömür-gün 
yoldaşı 
Səlim 
müəllim 
həyatın  enişli-yoxuşlu  yollarında  Zeynəb  xanıma  həmişə 
böyük  arxa,  onun  ən  yaxın  dostu,  ən  yaxın  məsləkdaşı 
olub.  Bu  mehriban  ailənin  bünövrəsi  möhkəm  bir  təməl 
üzərində  qurulub.  Müğənniyə  böyük  sənət  yollarında 
inamla  addımlamağa  ilham  verən,  onu daha  uca  zirvələrə 
pərvazlanmağa  sövq edən qüvvə də məhz ailəsi olub.
Zeynəb  xalqı  yolunda  həyatını  şam  kimi  yandırıb. 
Lakin  bu  şam  getdikcə  əriməyib,  yandıqca  çilçırağa 
dönüb,  daha  çox  şəfəq  saçıb,  milyon-milyon  insanın  qəl­
binə  sevinc,  xoş  ovqat  gətirib.  İnsanlar  bulaq  kimi  qay­
nayan  bu  səsin  qeyri-adi  ahəngindən  mənən  ruhlanıb.  Bu 
səs  saysız-hesabsız  adamları  düşündürüb.  Düşündür­
dükcə  də  həm  sevindirib,  həm də kədərləndirib.  Bu  səsin 
sədasından  Azərbaycan  adlı  bir  Vətən,  Azərbaycan  adlı 
bir  bir  məmləkət  boylanıb.  Qəriblikdəki  övladlarına  həs­
rətlə  boylanıb  Axı  qürbətdə  yaşayan  bir  azəri  Zeynəbin 
səsinə-Azərbaycamn  səsinə  necə  kövrəlməsin,  yanaqla­
rından  göz  yaşları  necə  axmasın?  Dünya  azərbaycanlı­
larını  dünya  boyda  ürəyində  birləşdirən  azəri  qızı!  Tanrı-
____
Azərbaycançılıq  və  vətənpərvərlik  məfkurəsi
____
8 0  
7 6 9  
0 3

nın  qarşısında nə qədər savab qazanmısan! Adını  eşidən 
şikəst  də,  səsini  eşidən  dünya  işığına  həsrət  qalan  da 
qarşına  tələsib.  İyirmi  il  küsülü  qalan  ata-balanı  barış- 
dırmısan.  Cana ürək,  ürəyə can bağışlamısan,  Zeynəb!
Zeynəbin  mədəniyyətimiz  qarşısında,  xalqımız  qar­
şısında  xidmətləri  olduqca  böyükdür.  Bu  xidmətlər  ona 
həmişə  qol  -  qanad  verib.  Böyük  mənəvi  çalarları  ilə  onu 
bəhrələndirib.  Zeynəb  daxilən  zənginləşib,  onun  zəhməti 
xalqının  qəlbində  həmişəlik  yuva  qurub.  On  il  də,  yüz  il 
də,  min  il  də  ötsə,  Zeynəb  unundulmazdır,  əbədidir,  tək­
rarolunmazdır.  Zeynəb  şöhrət  qalasıdır.  Zeynəb  qeyrət 
qalasıdır.  Zeynəb  Azərbaycan  boyda  bir  məkandır.  Zey­
nəb  əbədi  bir  kainatdır.  Bu  kainatın  ən  parlaq  ulduzları 
onun  nəğmələridir,  qitədən-qitəyə,  materikdən-materikə, 
eldən-elə  sərhədsiz  dolaşan  mahnılarıdır.  Harada  Zey­
nəb  varsa,  orada  Azərbaycan  var,  Azərbaycan  bayrağı 
var.  Harada  Azərbaycan  varsa,  orada  Zeynəb  var,  orada 
zəhmət  var,  orada  sadəlik,  səmimilik,  orada  gözəllik, 
orada  təravət  var.  Məhz  belə  bir  xanım  cəmiyyətə  tər­
biyəli  balalar,  ağıllı  övladlar  bəxş  edə  bilər.  Qadın  kimi, 
Ana  kimi.  Yalnız  belə  bir  insan  Ana  hissini,  Ana  duyğu­
sunu  dərindən  başa  düşə  bilər,  oğul  qədri,  övlad  qədri 
bilər.  Ona  görə  də  Azərbaycan  ağlayanda  Zeynəb  göz 
yaşları  tökdü,  Azərbaycan  şəhidlər  verəndə 
Zeynəb 
susdu,  nəğmələri  hıçqırdı.  Tək  özü  yox,  o  möhtəşəm  sa­
lonlar  susdu,  zeynəbsevərlər  susdu.  Zeynəb  ağı  dedi, 
igid  oğul  və  qızlarını,  torpaqlarını  itirən  Azərbaycanın 
taleyinə  layla  çaldı.  “Oğul!"-deyib  nalə  çəkən  ana-bacıla­
rımızın  yanğılı  fəryadına  qoşuldu.  Zeynəb  aylarla  qara 
geyindi,  dünyanın  "Zeynəb,  oxu!”  deməyə  cəsarəti  çat­
madı.  Zeynəbin  qara  örpəyindən  ürəyində  zərrə  qədər 
mərhəmət  olan  erməni  də  içində  xəcalət  çəkdi,  öz  qan­
içən  soydaşlarına  nifrət  etdi.  “Azərbaycan"m,  “Azərbay­
_________________Reyhan_Mirzəzadə___________________яо__17_C'>_______________
Reyhan Mirzəzadə
_________________
яо 
17 C
 ca
can  m aralfnın,  “ Bakı  gecələri”  nin,  “Xəzər  oğlu"  nun, 
“Göygöl”ün,  “ÇahargalY’ın,  “Dağlar”ın,  “So!maz”ın,  “Xali- 
də"nin,  “Reyhan”ın,  "Leylican’ ın  yanıqlı  həsrəti,  Zeynəbin 
şəffaf  səsi,  büllur  nəğmələri  üçün  düşmən  də  qəribsəyir, 
için-için göynəyirdi.
Zeynəb Xanlarovanın xarici ölkələrə ilk qastrol səfəri 
düz  34  il  bundan  öncə,  1963-cü  ilin  oktyabrında  Bolqa­
rıstana  olmuşdu.  Həmin  il  Bolqarıstan  Xalq  Respublika­
sında Azərbaycan  mədəniyyəti ongünlüyü  keçirilirdi.  Res­
publikamızın  görkəmli  mədəniyyət  ustaları  sırasında  Zey­
nəb  də  ongünlüyün  iştirakçısı  idi.  O,  bir  sıra  xalq  nəğ­
mələrini,  muğamları  və  bəstəkarların  ən yaxşı  mahnılarını 
seçib  repertuarına  daxil etmişdi. Azərbaycan  mədəniyyəti 
dost  ölkədə  bütün  çalarları  ilə  təmsil  olunmuşdu.  Yerli 
qəzetlər  Zeynəb  Xanlarovanın  fotoşəklini  dərc  etmiş  və 
çıxışları  barədə  müsbət  rəylər  vermişdi.  "Rabotniçesko 
delo"  qəzetində yazılırdı "Azərbaycan  xanəndəlik məktəbi 
bütün  Yaxın  Şərqdə  şöhrət  tapmışdır.  Xalq  musiqisi  ya­
radıcıları  həmişə  el-obada  hörmətlə  qarşılanmışlar.  Son 
zamanlar  böyük  səhnəyə  ayaq  açmasına  baxmayaraq, 
Zeynəb  Xanlarovanı  da  doğma  xalqı  çox  sevərək  əziz­
ləyir.  Buna  o,  özünün  istedadı  və  oxumaq  bacarığı  sayə­
sində  nail  olmuşdur  İndi  ölkəmizdə  keçirilən  Azərbaycan 
mədəniyyəti  günlərinin  bədii  proqramında  çıxış  edən 
Zeynəb  Xanlarovanı  şəxsən  görüb  dinlədikdən  sonra 
yuxarıdakı  rəyin  reallığına inanırıq".
Müğənni Azərbaycanın musiqi tarixində  həm də ona 
görə  özünəməxsus  yer  tutub  ki,  “Çahargah”  kimi  çətin 
muğamı  qadın  sənətkarlar  arasında  ilk  dəfə  məhz  Zey­
nəb  xanım  Xanlarova  oxuyub  Və  Zeynəbin  “ÇahargahV 
nı  Seyid  Şuşinski,  Şəmsi  Bədəlbəyli,  Əfrasiyab  Bədəl- 
bəyli  kimi  sənət  dühaları  son  dərəcə  yüksək  qiymətlən­
dirib.
____
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
____
so 
171
 ca

1963- 
cü  il  Zeynəbin  həyatında  ən  uğurlu  və  yadda­
qalan  illərdən  biri  oldu.Müğənninin  ilk  qrammofon  valı 
“Çahargah"  və “Şur təsnifi” ilə  həmin  ildə  buraxıldı.
1964- 
cü  ilin  yay  mövsümündə  M.F.Axundov  adına 
Azərbaycan  Dövlət  Akademik  Opera  və  Balet  Teatrı 
Tbilisidə qastrol  tamaşaları  göstərdi.  Kollektiv qardaş  res­
publika  sənətsevərlərinə  “Leyli  və  Məcnun”  operasının 
tamaşasını  təqdim  etdi.  Tamaşada  Leyli  rolunda  Zeynəb 
Xanlarova  səhnəyə  çıxdı.  Gürcü  musiqisevərləri  bu  adla 
ilk  dəfə  tanış  olurdular,  lik  tanışlıq  onların  qəlbində  dərin 
iz  buraxdı.Hər tamaşa axşamı  salondakılar Zeynəbi  ürək­
dən  alqışlayırdılar.  Sənətşünas  M.Berulavanın  “Veçerni 
Tbilisi"  qəzetinin  1964-cü  il  16  iyul  tarixli  nömrəsində 
çıxmış  resenziyasında deyilirdi:
“Operanın  partiturası  orjinal və spesifikdir,  vokal epi­
zodlar əsasən  muğam  üzərində  qurulmuşdur.  Aydındır ki, 
qəhrəmanların  vokal  xüsusiyyətlərinin  özünəməxsusluğu 
müvafiq  ifaçılar  tələb  edir.  Bizim  baxdığımız  tamaşada 
Leyli  partiyasını  artist  Zeynəb  Xanlarova  ifa  edir.  Dinin 
kəskin qanunlarının  qurbanı  olan  hüquqsuz qızın  obrazını 
müğənni  hərarətlə,  təsirli  boyalarla  yaradır.  Hərgah, 
birinci  pərdədə  Leyli-Zeynəb  Xanlarova  yüksək  arzularla 
qanadlanan  incə  bir  qızdirsa,  Məcnundan  ayrı  düşdüyü 
sonrakı  səhnələrdə  ifası  faciəvi  motivlərlə  zənginləşir,  fə­
ğanı  qəlbləri  göynədir.  Zeynəb  Xanlarova  özünün  fitri  is­
tedadı,  təsirli  oyunu  ilə  qısa  müddətdə  tbilisililərin  rəğ­
bətini  qazana  bilib".
1967-ci  il  də  Zeynəb  Xanlarovanın  həyatında  əla­
mətdar  oldu.  Musiqi-ifaçılıq  mədəniyyəti  qarşısında  mü­
hüm  xidmətlərinə  görə  istedadlı  sənətkar  “Azərbaycan 
SSR  Əməkdar  Artisti”  fəxri  adına  layiq  görüldü.  Bu,  Zey­
nəbin  böyük  fərəhinə  səbəb  oldu,  onun  yaradıcılıq  mə­
suliyyətini  daha  da  artırdı.  Müğənninin  repertuarında  Fik­
_______________
Reyhan Mirzəzada
________________
яо 
17 2
 oa
rət  Əmirov,  Cahangir Cahangirov,  Tofiq  Quliyev,  Arif Mə- 
likov,  Ramiz  Mustafayev,  Şəfiqə  Axundova,  Emin  Sabit- 
oğlu,  Telman  Hacıyev,  Tofiq  Bakıxanov,  Ramiz  Mirişli, 
Oqtay  Kazımov,  Oqtay  Rəcəbov  və  digər  onlarca  iste­
dadlı  bəstəkarların  mahnıları  geniş  yer  tuturdu.  Bu  siya­
hıya  Azərbaycanın  görkəmli  şairləri,  söz  ustadlarından 
Süleyman  Rüstəm,  Nəbi  Xəzri,  Bəxtiyar Vahabzadə,  Ca­
bir Novruz,  Nəriman  Həsənzadə,  Gəray Fəzli,  Teymur El­
çin,  Aslan  Aslanov,  Məmməd  Araz,  Fikrət  Qoca,  Rəfiq 
Zəka  Xəndan,  İsgəndər Coşqun  və  başqalarının  da  adla­
rını  əlavə  etmək  vacibdir  Çünki  bu  tanınmış  söz -  sənət 
sahiblərimizin  adlarını  çəkdiyim  bəstəkarlarımızla  birlikdə 
Zeynəb  xanım  üçün,  xalqımızın  musiqi,  muğam,  mahnı 
mədəniyyətini  yüksəltmək,  yaşatmaq  üçün  bir-birindən 
gözəl  sənət  əsərlərinin  yaranıb  şöhrət  tapmasında  xeyli 
zəhmət çəkmişlər.
Azərbaycanda  məhsul  yığımının  qızğın  dövrü  idi. 
Zeynəb  xanım  Sabirabada,  rayon  zəhmətkeşləri  ilə  gö­
rüşə  gəlmişdi.  Konsertin  başlanmasına  yarım  saat qalmış 
müğənninin  əhvalı  birdən  -  birə  dəyişdi.Güclü  başağrısı 
və  halsızlığa  baxmayaraq,  o,  özünü  mətinliklə  idarə  edib 
səhnəyə  çıxdı.  Zeynəb  vəziyyətini  onu  məhəbbətlə  dinlə­
yən  tamaşaçılara  qəti  hiss  etdirmədi.  Bütün  qüvvəsini 
toplayaıb,  üç  saat  fasiləsiz  olaraq  gözəl  mahnı,  təsnif  və 
muğamlar  ifa  etdi.  Sonuncu  mahnısından  sonra  Zeynəb 
səhnə  arxasında  artıq  huşunu  itirmişdi.  Təcili  yardımın 
həkimləri  dərhal  onu  müayinə  etdilər.Qoyulan  diaqnozla 
müğənninin  həmin  vəziyyətdə  çoxsaylı  insanlar  qarşı­
sında  bu  qədər  canlı  oxuyub  qəlblərə  sevinc  bəxş  etməsi 
hamını  heyrətləndirmişdi.
1970-ci  ildə  Zeynəb  Xanlarova  Türkiyədə  ilin  ən 
yaxşı  müğənnisi  elan  olunmuş  və  Türkiyə  Prezidenti 
C.Sunay  ona  xüsusi  mükafat  təqdim  etmişdi.  Yerli
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin