Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

____
s o  
185
 0 3

Sanki  möcüzə  baş  verdi.  Hər  şey  yoxa  çıxdı,  onun 
sifətində  gördüyüm  bütün  ifadələr  qeyb  oldu.  Qaldı  bir 
qadın  mehribanlığı,  bir  də  ifadəli  səs,  məlahətli  oxu.  Bu 
səs  üç  saatdan  artıq  ürəkləri  riqqətə  gətirdi.  Ürəkləri  yan­
dırdı.  Soyutdu.  Sakitləşdirdi.  Görünməz  həyəcanla  doldu 
ürəklər.
Qərb  adamlarına  doğrudan  da  ərəb  musiqisinə 
qulaq  asmaq  çətindir.  Cazın  cazibəsi  nəticəsində  biz 
Afrika  musiqisi  ilə  tanış  olduq.  Ancaq  ərəb  musiqisindəki 
təkrar  motivlərin  qanunauyğunluğu,  qeyri-adi  düzümü  bi­
zə  əlçatmaz  bir şeyi  xatırladır.  Konsertdə  istənilən  bir yad 
musiqi  alətini  görənlər  o  saat  anlayar,  başa  düşər  və  ən 
başlıcası  razılaşar  ki,  o,  təkcə  ərəb  estradasının  ulduzu 
deyil,  həm  də  dahi  müğənnidir.  Onun  istedadı,  onun  mu­
siqi  mədəniyyəti  və  mahnıları  necə  deyərlər,  bir  xalqın 
qəlbinə  sığmır,  bir  xalqın  deyil.  Umm  Gülsüm  dünyanın 
ən  məşhur,  ən  adlı-sanlı  simfonik orkestrlərinin  müşaiyəti 
ilə oxumağa  hazır idi...”
Hələ  Misirdə  İyul  inqilabı  baş  verməmişdən  əvvəl 
Umm  Gülsüm  xalqının  dərdini,  çətinliklərini,  onun  istək  və 
arzularını  yanıqlı  nəğmələri  ilə  dünyaya  yayırdı.  Həmin 
dövrün  qayğılarını  yaşayan  bir Misir ziyalısının xatirələrin­
də  oxuyuram:“Onun  bütün  mahnılarında  insan  qəlbinin 
hıçqırıqları,ağrıları  var.  Bu  ağrılarda  məhəbbətin  səsi  ya­
şayır.  Bu  səs  həmişə  adamları  mübarizəyə  səsləyir.  Bu 
səs  gözəldir.  Gözəldir  ona  görə  ki,  onda  bədbəxtlikdən 
qurtulmağın  yolları  var.  Bu  səs  deyir  ki,  bədbəxtliyi  məhv 
etmək  olar.  Bax,  uzun  illər idi ki,  ərəblər səadətin  nə  oldu­
ğunu  bilmirdilər.  Ancaq  Umm  Gülsüm  bizə  ümid  verdi. 
Bizi  yaşatdı.  O,  bütün  ərəblərə  aydın  olan  mahnıları  ilə 
bizi  inandırırdı  ki,  biz  qüvvətliyik,  mübarizə  aparmalıyıq! 
Biz  öz  zəngin  mənəviyyatımızla  gözəllik  yarada  bilərik! 
Bax,  bunları  bizə  Umm  Gülsüm  mahnıları  ilə  deyirdi...”
_______________
Reyhan Mirzəzadə
________________
«o 
186
 ca
...Misirin  həyatı  son  dərəcə  təhlükədə  idi.  Qonşu 
İsrail  havadarları  ilə  Misirin  xeyli  torpağını  işğal  etmişdi. 
Qızğın  savaşlar  on  minlərlə  insanı  şəhid,  əlil  etmişdi, 
ölkədə vəziyyət getdikcə  ağırlaşırdı.  Pul,  vəsait tükənirdi. 
Yurdunun  maddi  və  mənəvi  dəstəyə  ehtiyacım  görən 
Umm  Gülsüm  dözə  bilərdimi?  O,  ayağa  qalxıb,  millətinin, 
soydaşlarının  harayına  səs  verdi.Onsuzda  neçə-neçə 
ailəni,  sahibsiz  qalmış  uşaqları,  şikəstləri,  qocaları 
himayəsinə  götürüb  qayğısı  ilə  əzizləyən  Umm  Gülsüm, 
bu  dəfə  dünya  banklarındakı  vəsaitlərinin  ən  çox  hissə­
sini  müharibə  xərclərinin  hesabına  köçürdü.  İllərlə  halal 
zəhməti  ilə  qazandığı  pulları,  qiymətli  zinət  əşyalarını 
canından artıq sevdiyi  millətinə və  dövlətinə bağışladı  Və 
bundan böyük qürur duydu.  Misir xalqı  cəsur  övladlarının 
möhkəm  iradəsi,  birliyi  və  şücaəti  ilə  müharibədən  qalib 
çıxdı.  Bu  qələbə  millətin  əsl  vətənpərvərlik  məfkurəsi  ilə 
qazanılmışdı.
Umm  Gülsüm  Azərbaycanın  xanəndələri,  muğam 
ifaçıları,  sənətkarlarını  çox  sevirdi.  Onları  həvəslə  din­
ləyirdi.  Öyrəndikləri az olmurdu
1960-cı  ildə  Azərbaycanın  tanınmış  müğənnisi  Sara 
Qədimova  Misirdə  konsert  verərkən  gözləri  artıq  dünya 
işığından  məhrum  olmuş  Umm  Gülsümü  qolundan  tutub 
zala  gətirirlər.  Sara  xanım  məşhur  ərəb  mahnısı  - 
"Xəyalımın  nuru"nu  oxuyarkən  Umm  Gülsüm  kövrəlib  göz 
yaşları  axıtmağa başlayır.
Görkəmli  sənətkarımız  Şövkət  Ələkbərova  ərəb 
ölkələrinə  tez-tez  qastrola  gedirdi.  Əlcəzairdə  olarkən 
Umm  Gülsümün  məşhur  “Bəndi  şələbiyyə”  mahnısını 
simfonik  orkestrlə  ifa  edib  bitirən  kimi  zalda  “bravo” 
sədaları,  fit səsləri,  alqışlar qopur.  Ərəblər ayaqlarını  yerə 
vurur,  bununla  müğənniyə  ehtiramını  bildirirlər.  Sən
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
___ 1_
ю Ш о а

demə,  onlar  səhnədə  yalnız  Umm  Gülsümü  belə 
həyəcanla,  sonsuz  məhəbbətlə qarşılayırmışlar.
38  il  əvvəl,  fevral  ayının  3-də  qara  xəbər bütün  ərəb 
aləmini,  dünyanı  sarsıtdı:Sevimli  Umm  Gülsüm  Qahirənin 
Meadi  xəstəxanasında  vəfat etmişdi.  Hıçqırıqlar,  göz yaş­
ları  bir-birinə qarışdı,  indi  bütün ərəb dünyası,  islam aləmi 
öz  əziz  balasına  laylay  deyirdi.  Ağı  deyirdi.  Kişi,  qadın 
fərqi  yox  idi.  Uşaq,  böyük  hamı  matəm  içində  idi.
Umm  Gülsüm  istəkli  xalqı  ilə  əbədi  vidalaşıb,  haqq 
dünyasına  qovuşurdu.  Əslində  hər  bir  ürəkdə  ömürlük 
yuva  qurduğu  əbədi  mənzilinə  köçürdü.  Məhəbbət  və 
sevgi  ilə  dünya  durduqca  yaşamaq  üçün  köçürdü.  Onu 
bu  mənzilə  sadə  xalqla  bərabər,  neçə-neçə  ölkə  liderləri, 
dünya  məhşurları,  alimlər yola  salırdı.
Bizə  həm  də  unudulmaz  Rəşidimizin  sənət  dostu 
kimi  əziz  olan  Umm  Gülsümü  Azərbaycan  xalqı  da  heç 
bir zaman  unutmayacaq. Allah  ona  rəhmət eləsin!
_______________
Reyhan Mirzəzadə
_______________ _
"Yeni xəbər" qəzeti, 
19 mart 2005-ci  il
ю Ш с в
ƏRƏB  XALQININ  UNUDULMAZ OĞLU
Yusuf əs - Sibainin vəfatından 38 il keçir
Tanınmış  Misir  yazıçısı,  görkəmli  ictimai-siyasi  və 
dövlət  xadimi  kimi  xalqların  qəlbində  əbədi  yaşayan 
Yusuf əs-Sibainin  yaradıcılığı  çox  zəngindir  Lakin  ədibin 
zəhmət  və  mübarizə  dolu  fəaliyyəti  heç  də  asanlıqla  bu 
zənginliyə  qovuşmayıb.  Ərəb  xalqının  bu  layiqli  oğlunun 
parlaq  yaradıcılıq  zirvəsinə  getdiyi  yol  siyasi  aşırımlardan 
keçdiyi  üçün əvvəlcə  bu  barədə bəhs  etmək istəyirəm.
Yusuf  əs-Sibainin  yaradıcılığında  mühüm  yer  tutan 
“Riyakarlıq  yurdu”  romanı  mürəkkəb  bir  tarixi  şəraitdə 
yazılmışdır.  Qeyd  edim  ki,  1944-1949-cu  illərdə  Misirdə 
hökumət  beş  dəfə  dəyişilmişdi.  Misir-İsrail  müharibəsi 
ölkənin  iqtisadiyyatına  ağır  zərbə  vurmuşdu.  Müharibə 
ərəfəsində  irticaçı  mülkədar,  komprador  höküməti  ölkənin 
mütərəqqi qüvvələrini  həbs  etmişdi.
Sibainin  “Riyakarfıq  yurdu"  romanı  1952-ci  il  İyul 
İnqilabından  üç  il  əvvəl,  1949-cu  ildə  nəşr olunmuşdu.  Bu 
roman  həmin  dövrdə  ictimai  mühitin  və  monarxiya  qurulu­
şunun  yaramazlığı,  idarə  və  nazirliklərdə  bürokratizm, 
polis  sistemində xalqa  qarşı  edilən özbaşınalıq  və  ədalət­
sizlik əleyhinə yazılmış kəskin  bir əsərdir.
Zamanın  mütərəqqi  ziyalıları  ölkənin  bu  ağır  vəziy­
yətinə  acıyır,  qələmə  sarılaraq  ölkədəki  mövcud  quruluşu 
tənqid  edirdilər.  Bu  barədə  haqqında  söhbət  açdığım 
əsərə  resenziya  yazan  Misir  tənqidçisi  Bint  əş-Şati  ya­
zırdı:  “Riyakarlıq  yurdu”  şəhadət verir  ki,  romandakı  hadi­
sələr  həqiqi,  realdır;  qələm  sahibləri  qələmin  şərəfini  qo­
rumuş,  böyük  mübarizədə  öz  qələmləri  ilə  qorxmadan  və 
riyakarlıq  etmədən  vuruşmuşlar.
Əsərin  qəhrəmanı  Əmək  Nazirliyində  işləyir.  O, 
açıqfikirli,  köhnə  adət  və  ənənələrə  qarşı  çıxan,  dövrün
ю  
189
 03
Azərbaycancılıa  və vətənpərvərlik məfkurəsi
____

iyrənc  qayda-qanuniarını  rədd  edən  bir ziyalıdır.  Ancaq  o 
təkdir, 
ölkədə  yaranmış  dəhşətli  vəziyyəti 
aradan 
qaldırmaq  üçün  çıxış  yolu,  mübarizə  üsulu  axtarır.  Odur 
ki,  mübarizəyə  ilk  növbədə  işlədiyi  nazirlikdən  başlamalı 
olur. 
Burada 
gördüyü 
nöqsan 
və 
ədalətsizliklərə, 
bürokratiyaya  qarşı  çıxır.  Cəmiyyətin  eybəcərliklərindən 
ancaq  yoxsul,  kasıb  insanlar,  yarıac  dolananlar  əziyyət 
çəkirlər.  Əsərdəki  dul  qadının  vəziyyəti  bunu  bir  daha 
təsdiq  edir:  “Bu  qovluq  Vəqf  Nazirliyinin  işçisi  mərhum 
Abdul  Vahid  ibrahim  Əfəndinin  arvadı  Zəhra  Abdul- 
Hamid  xanımındır.  Bu  qadın  mərhum  ərinin  maaşından 
onun  payına  düşən  miqdarı  artırmağı  hökümətdən  xahiş 
edir,  çünki  ərinin  əmək  haqqından  cüzi  vəsait qalır ki,  bu 
da  vur-tut dörd funt təşkil  edir.  Ailə  başçısı  öz  maaşından 
başqa,  sonrakı  günə  heç  bir  irs  saxlamamış  ki,  ailə 
onunla dolansın.
Qovluq  şişmiş,  imzalı  və  dərkənarlı  kağızlarla  dol­
muşdur.  Necə  də  şişməsin,  qadının  tələbindən  iki  il  keç­
məsinə  baxmayaraq,  qovluq  hələ  də  nazirliyin  idarə­
lərində  dolaşır,  siyirmələrdə  “mürgüləyir”  və  kabinetlərdə
“yatır” .
Əsərin  yazıldığı  dövrdə  Misirdə  ictimai ədalətsizlik o 
dərəcəyə  çatmışdı  ki,  hətta  küçələrdə  dəstə-dəstə  gəzən 
yoxsullar,  dilənçilər  belə  ölümə  məhkum  edilmişdilər. 
Yazıçı  bu  vəziyyəti  öz  romanında  real  və  inandırıcı 
şəkildə  təsvir  edir:“Burada  milyonlar  kömək  istəməyə 
haqlıdır,  ancaq  onlar  cəsarət  etmirlər  ki,  əllərini  uzadıb 
soruşsunlar...  Bunlar göz yaşlarından başqa  hər şeyini iti­
rənlər,  ürək  açıqlığından  savayı,  hər  şeydən  məhrum 
olanlardır!..”
Yazıçı  öz  qəhrəmanını  ictimai  həyatın  müxtəlif 
səhnələridən  keçirir  və  o,  bu  səhnələrdə  döyülür,  təhqir 
edilir,  işgəncələrə  məruz  qalır.  Qəhrəman  xeyirxahlıq,
_________________Reyhan_Mirzazada___________________bt__>190__gz'>_______________
Reyhan Mirzazada
________________
bt
>190
gz
nəciblik  göstərir,  lakin  onu  başa  düşən  tapılmır,  səsinə 
səs  verən  olmur.  Onu  yalnız  yoxsullar,  dilənçilər və  sadə 
xalq  başa düşür.
Yusuf  əs-Sibainin  öz  qəhrəmanını  müxtəlif  həyat 
səhnələrindən  keçirməkdə  məqsədi  budur  ki,  ictimai 
həyatda  qanun  şəklində  olan  riyakarlıq,  saxtakarlıq,  hərc- 
mərclik  və  ictimai  ziddiyyət  hallarını  geniş  planda  açıb 
göstərə  bilsin.  Dul qadının vəziyyəti,  polis  idarəsində  qəh­
rəmana  qarşı  olan  özbaşınalıq,  dilənçilərin  müdhiş  yaşa­
yışı,  seçki sistemindəki  alver və  nəhayət,  qəhrəmanın  icti­
mai  həyatı  “əxlaq  vəbası”  ilə  “zəhərlədiyinə"  görə  müha­
kimə  edilməsi,  bunların  hamısı  cəmiyyətin  yaramazlığına 
qarşı  öldürücü  ittihamnamədir.
“Riyakarlıq  yurdu"ndan  sonra  yazıçı  1952-ci  ildə 
“Sudaşıyan  öldü"  romanını  yazır  Bir  qədər  sonra  onun 
“Ən  xeyirxah  adamlar”  kitabı  müxtəlif  dillərə  tərcümə 
olunur.
1958-ci  ildə  Asiya  və  Afrika  qitələrində  müstəmləkə 
zülmü  altında  inləyən  xalqların  milli  -  azadlıq  hərəkatına 
və  milli  istiqlaliyyətinə  kömək  etmək  məqsədilə  Asiya  və 
Afrika  Xalqlarının  Həmrəylik  Təşkilatı  yaradılır.  Yusuf əs- 
Sibai  bu  təşkilatın  Baş katibi  seçilir.  Həmrəylik  təşkilatının 
maddi,  mənəvi  və  siyasi  dəstəyi  sayəsində  həmin 
vaxtdan  etibarən  Asiya  və  Afrika  qitələrində  yaşayan 
xalqlar  müstəmləkə  zülmündən  xilas  olaraq,  60-dan  yu­
xarı  müstəqil  dövlət  yaradırlar  Odur  ki,  təşkilat  milli  is­
tiqlaliyyət  əldə  etmiş,  bu  istiqlaliyyət  uğrunda  çarpışan 
xalqların  dərin  hörmət və  nüfuzunu qazanmışdı.
Sonralar  həmrəylik  təşkilatının  təsiredici  qüvvəsini, 
fəaliyyətini  daha  da  gücləndirmək  məqsədi  ilə  Asiya  və 
Afrika  Ölkələri  Yazıçılarının  Cəmiyyəti  yaradılır.  Bu  cə­
miyyət  Hindistan  yazıçılarının  təşəbbüsü və  buna tərəfdar 
olan  ölkələrin  səyi nəticəsində  meydana  gəlir.
____
Azarbaycançılıq və vatanpərvərlik məfkurasi
R T >  
191 CA

1966-cı  ildə  Asiya  və  Afrika  Yazıçıları  Cəmiyyəti 
Daimi  Bürosunun  iqamətgahı  Kolombodan  Qahirəyə  kö­
çürülür,  Büronun  Baş  katibi  vəzifəsinə  isə  yekdilliklə  Misir 
Yazıçıları  Cəmiyyətinin  Baş  katibi  Yusuf  əs-Sibai  seçilir. 
Görkəmli  ədib  eyni  zamanda  Asiya  və  Afrika  Yazıçıları 
Cəmiyyətinin  mətbuat  orqanı  olan  “Lotos” jurnalının  (“Lo- 
tos-şandgüllə”,  göldə  bitən  bitkidir)  baş  redaktoru  təyin 
olunur.
1960-1973-cü  illərdə  Yusuf  əs-Sibai  ərəb  aləmi  ilə 
bərabər,  Asiya  və  Afrika  xalqlarının  tərəqqisi  naminə 
onların  ictimai-siyasi  həyatında  gərgin  fəaliyyət  göstər­
məklə  bərabər,  öz  yaradıcılığı  sahəsində  də  əzmkarlıq 
nümayiş  etdirib,  Misir  mədəniyyəti  və  ədəbiyyatına  böyük 
töhfələr  bəxş  edir.  “Qəlbimin  cavabı”,  “Nadiyə”,  “Biz tikan 
əkmirik”,  “Biz  tək  deyilik",  “Qəlbimi  qaytar”,  “Mən  köçü­
rəm”,  “Qayıdış yolu”,  “Ömür bir anlıqdır”  romanlarını,  "Za­
mandan  daha  güclü”  pyesini,  “İki  okean  arasındakı 
təyyarədə”  oçerkini  bu  gün  tək  ərəb  xalqı  deyil,  dünyanın 
bir  çox  millətləri,  ədəbiyyatsevərləri  müəllifə  məhəbbət 
dolu  hisslərlə  oxuyur.
Daha  sonra  “Əzrailin  müavini”,  “On  iki  qadın”, 
“Nəhayət,  millət  güldü”,  “Naməlum  aləmdə”,  “İman 
vergisi”,  “Pərdə  arxasında”,  “Günlər keçir"  əsərlərini  qələ­
mə  alan  Yusuf  əs-Sibainin  gərgin  zəhmətlə  işləməsini 
onun  “Xarabalıqlar  arasında”  əsərini  yazdığı  qısa  müd­
dətdən  bir  daha  görmək  olar:  “Səhər  saat  9-dan  axşam 
saat  5-dək  gündəlik  “həbs  əməliyyatına”  başladım:  po­
vesti  20 günə yazıb qurtardım”.
Məlumat  üçün  deyim  ki,  yazıçının  əlli  adda  kitabı 
vardır  ki,  bunlar  on  beş  roman  və  povest,  üç dram  əsəri, 
qalanları  isə  hekayələr  məcmuəsi  və  ədəbiyyata  dair tən­
qidi  məqalələrdən  ibarətdir.  Ədəbiyyat  sahəsindəki  xid­
mətlərinə və siyasi fəaliyyətinə  görə Yusuf əs-Sibai  1960-
_________________Reyhan_Mirzəzadə__________________“Azad_Azərbaycan”_qəzeti,_15_mart_2005-ci_il_ю__194__ca'>_______________
Reyhan Mirzazada
________________
ю  
192
 oa
1974-cü  illərdə  Jolio-Küri  adına  Qızıl  Sülh  medalı  ilə təltif 
edilmiş  və  beynəlxalq  “Lotos”  mükafatına  layiq  görül­
müşdür.  “Əl-Hilal" jurnalı  idarə heyətinin rəisi vəzifəsini də 
icra  edən  yazıçı,  Misirin  Ədəbiyyat və  Incəsənt  İşləri  üzrə 
Ali  Məclisinin  Baş  katibi  və  Misir-Ərəb  Respublikasının 
Mədəniyyət  naziri  vəzifələrinədək ucalmışdır.
1976-1977-ci  illərdə  Yusuf  əs-Sibai  iki  dəfə  Azər­
baycanda  olmuş,  tanınmış  ədəbiyyat,  mədəniyyət  və 
incəsənət  xadimlərimizlə  görüşmüş,  onlarla  gözəl  xatirə­
lərə çevrilən  maraqlı fikir mübadilələri aparmışdır.
1978-cil  il  fevralın  18-də  61  yaşlı  Yusuf  əs-Sibai 
Cənubi  Kiprin  Nikosiya  şəhərində  keçirilən  Asiya  və  Af­
rika  Xalqlarının  Həmrəylik  Təşkilatının  növbəti  sessiya­
sında  terrorçular  tərəfindən qətlə yetirilmişdir.
Hər il  Misir xalqı  başda olmaqla,  bütün  ərəb aləmi,  o 
cümlədən  bir  çox  müsəlman  xalqı  böyük  ədib,  ictimai  və 
siyasi  xadim  Yusuf  əs-Sibainin  şəhidlik  gününü  qeyd, 
onun  əziz xatirəsini  yad  edir.  Bu mərasimlə  bağlı  bir neçə 
il  əvvəl  Misirin  Azərbaycandakı  səfirliyinin  Mədəniyyət 
Mərkəzində  xalqımızın  necə-neçə  ziyalısı,  yazıçı  və  şair­
ləri,  rəssam  və  kinomatoqrafçıları,  alim  və  şərqşünasları, 
jurnalist  və  tarixçilərinin  iştirak  etdiyi  tədbiri  və  həmin 
tədbirdə  Mədəniyyət  Mərkəzinin  müdiri  doktor  Seyyid 
Qanimin  çıxışını  xatırladım.  Ədibin  həyat  və  fəaliyyətin­
dən,  xüsusilə  peşəkar  hərbçi  kimi  nailiyyətlərindən  və 
onun  general  rütbəsinədək  yüksəlməsindən  bəhs  edən 
Seyyid  Qanim  deyirdi:“Misirdə  mərhumun  cənazəsi 
hərbçilərə  məxsus  təntənə  ilə  son  mənzilə  yola  salındı. 
Vida  mərasimində  Prezident  Ənvər  Sadat,  ərəb  dünyası­
nın,  o  cümlədən  Misirin  bir  çox  ədibi  iştirak  edirdi.  Onlar 
bu  hadisədən  çox  kədərlənmişdilər.  Mərhumun  dostu 
Sərvət  Akaşa  o  müdhiş  gecəni  belə  xatırlayır:  “Həmin 
gecə  Misir  ağlayırdı...  Qərb  və  Şərqin  paytaxtlarının  qol-
Azərbavcancılıa  və vatanpərvarlik  mafkurasi
____
so 
193
 ca

larini  açaraq  salamladıqları  sülh  elçisinə  ağlayırdı.  Elə  bil 
ədibə  ağlayırdı  ki,  sanki səma  ona  ürəklərin  dərinliklərinə 
sirayət edə  biləcək sözün sirrini bəxş etmişdir”.
Həmin  vaxt  Yusuf  əs-Sibainin  əsərlərinə  çəkilən 
çoxsaylı  filmlərdən  biri  olan  “Biz tikan  əkmirik”  kinofilminə 
maraqla  tamaşa  etdik.  Sadə,  yetim  və  məzlum  bir  qızın- 
Seyyidənin  acınacaqlı  taleyindən  bəhs  edən  bu  film 
müəllifin  qayğıya  möhtac  olan,  kimsəsiz,  sahibsiz  uşaq­
lara  necə  ürəyi  yandığının,  daim  bu  acının  ağrıları  ilə 
yaşadığının,  insanların  dərdinə  həssaslıqla  şərik  oldu­
ğunun,  onların  hüquqlarının  müdafiəçisi  kimi  çalışdığının 
və  hər cür  haqsızlığa  qarşı  öz  mübarizəsini  əsirgəməyən 
bir söz sahibi kimi tanındığının  bir daha şahidi olurduq...
Yusuf  əs-Sibainin  vəfatından  38  il  keçir.  O,  milyon­
ların  qəlbində  əbədi  məskən  saldlığı  kimi,  bizim  də  hər 
zaman  ürəyimizdə,  ruhumuzda  yaşayır və yaşayacaqdır.
_______________
Reyhan Mirzəzadə
________________
“Azad Azərbaycan” qəzeti, 
15  mart 2005-ci  il
ю  
194
 ca
ABİDƏYƏ  DÖNƏN  MƏHƏBBƏT
Mixay Emineskunun  155  illik yubileyi münasibəti ilə
Rumın  xalqı  dünya  mədəniyyətinə,  bəşər  fəlsəfi 
düşüncəsinə  böyük  töhfələr  bəxş  edib.  Boyar  Kımpulunq 
Nyakşu, 
Nikolaye  Olaxus, 
Ioann 
Xonterus, 
Dmitri 
Kantemir,  Milku-Kleyn,  George  Şinkay,  Buday-Delyanu, 
Vasile  Aleksandri,  Mixail  Sadovyanu,  Mariya  Banuş, 
Xarikleya  Darkle,  Ştefan  Dimitresku  kimi  tanınmış  rumın 
mədəniyyət  və  incəsənət  xadimlərinin  böyük  xidmətlərini 
dünya  ictimaiyyəti,  o  cümlədən  Azərbaycan  oxucuları 
yüksək  dəyərləndirib  və  onların  adları  ilə  bərabər, 
sənətini  də həmişə  məhəbbət və ehtiramla yad  edib.
Dünyada  və  ölkəmizdə  sevilən  rumın  şair  ya­
zıçılarından  biri  də  Mixay  Emineskudur.  Bəşər  poezi­
yasının  gözəl  nümunələrini  yaradan  vətənpərvər  şairin 
155  illik  doğum  gününü  yer  üzünün  bir  çox  xalqları  qeyd 
edir.
Mixay  Eminesku  1850-ci  il  yanvarın  15-də  Rumı­
niyanın  Botoşari  şəhərinin  ipateşt  kəndində  çoxuşaqlı 
sadə  bir  ailədə  doğulub.  Uşaqlıq  illərini  kəndlilər arasında 
keçirən  Mixay,  öz zəkası,  dərin  düşüncəsi,  orijinal  xarak­
teri  ilə  yaşıdlarından  seçilib.  Onun  təxəyyülünün  forma­
laşmasında  ilk  öncə  atasının  kiçik  kitabxanasının  müəy­
yən  təsiri  olub.  Sonralar  yaradıcılığında  ilk  kövrək  addım­
larını  atan  Mixayın  həyatında  sevimli  müəllimi  Aron  Rum- 
nunun  böyük  rolu  olub.  Bir  müddət  Mixay  onun  evində 
yaşayıb.  Müəlliminin  zəngin  kitabxanası  onu  heyran  edib. 
Həvəslə  geniş  mütaliəyə  başlayıb.  Buradakı  kitabları 
sevə-sevə  oxuyub.  Dünya  ədəbiyyatının  dərinliyinə  baş 
vurub.
Aron  Rumnunun  ölümü  Mixayı  sarsıdır.  İstəkli
Azərbavcancılıq və vətənpərvərlik məfkunsi
____
£o /95 ca

müəllimindən  əbədi  ayrılığı  onun  üçün dözülməz bir itkiyə 
çevrilir.  Elə  ilk  şeirini  də  bu  əziz,  doğma  insana  həsr edir. 
“Aron  Rumnunun  ölümünə”  adlı  şeirində Mixay əslində bu 
dəhşətli  itkiyə ağı  deyir:
Bukovina,  qara geyin,  yasdasan!
Yaşıl  sərv ağacı  bələnmiş sənə.
Aydın  sabahımın  oğlun  itirdin,
Yandı,  qürub etdi,  batdı  o ulduz,
Bir yoxa çevrildi,  itdi hardasa.
Yayılır hər yana qəmli fit səsi,
Titrəyən mis zəngin  öz zənguləsi.
İlahi,  bir dahi,  qayğıkeş  insan 
Getdi ölməzliyə,  qayıtmaz daha,
Qayıtmaz,  qayıtmaz  nurlu  sabaha.
iki  bəndini  təqdim  etdiyim  bu  şeir  rumın  ədəbiyyatı­
nın  elegiyasına  çevrilir.
Əvvəl  seminariyada  oxumuş  Mixay,  sonralar  uni­
versitetin  ədəbiyyat  və  fəlsəfə  kurslarında  təhsilini  davam 
etdirmək  istəsə  də,  onu  başa  vura  bilməmişdir.  O,  maddi 
və  mənəvi  cəhətdən  çətin  güzəran,'  acınacaqlı  həyat tərzi 
keçirsə  də,  şairin  qələmindən  çıxan  əsərlər  rumın  xalqı­
nın  mədəni  sərvətinə,  dünya  söz xəzinəsinin  zəngin  kapi­
talına  çevrilmişdir.  Ehtiyac  içində yoxsul ömür sürən  ədib, 
bu  gün  şöhrət  baxımından  “dünyanın  ən  varlı  şəxsiy- 
yət!əri”ndən  biridir.  (Ik  şeirini  on  altı  yaşında  çap  etdirən 
Mixay,  Höte,  Şiller,  Alfreda  de  Vini,  Lamartin,  Hero,  Puş- 
kin,  Qoqol,  Hafiz  kimi  bəşər  fikrinin  qabaqcıl  nümayən­
dələrinin  əsərlərini  mütaliə etməklə yüksəlmiş,  öz xalqının 
ən  görkəmli,  ən  sevimli oğlu olmuşdur.
Mixay  Eminesku  öz  əsərləri  ilə  daima  xalqın  qəddar
________________
Reyhan Mirzdzadd
________________
so
 796 ca
düşmənlərinə,  riyakar  burjua  millətçilərinə  qarşı  mübarizə 
aparmış,  kasıbları,  zəhmətkeş  və  əməkçi  xalqı  müdafiə 
etmişdir.  1864-1869-cu  illərdə  yazdığı  “Ailə",  “Kaş  mən 
də...” ,  “ Ümid” ,  “Aktrisaya”,  “Heykəlin  məhəbbəti”,  “Qərib­
likdə”,  “Bukovinaya”,  “Elladaya”,  'Venera  və  Madonna" 
şeirləri  yazıçı  losif Vulkanın  rəhbərliyi  ilə  işıq  üzü  görən 
“Familiya”  jurnalında  nəşr  olunmuşdur.  İnsan  haqqında 
fəlsəfi  düşüncələri,  haqq-ədalət  naminə  mübarizə,  Vətən 
həsrəti,  nakam  məhəbbətdən  yaranan  kədər  bu  şeirlərin 
əsas  məzmununu  təşkil  edirdi.  Bir  müddət  doğma 
yurdundan  kənar  düşən,  qürbətdə  Vətən  üçün  ürəyi 
sızıldayan  şair,  “Qəriblikdə”  şeirini  yazarkən  öz  ürək 
ağrılarım belə təsvir edir:
O zaman  ki yaz gəlir, yer gülür,  torpaq gülür,
Böyük-kiçik şadlanır,  başlanır səfalı  gün.
Bircə mənim  ürəyim  danxır Vətəndəki
Doğma zəmilər üçün,  doğma  kəndimiz  üçün.
Novruz  Gəncəlinin  tərcümə  etdiyi  şeirin  növbəti 
bəndlərinin  birində  şair  öz  yurd  həsrətini  oxucularla  bö­
lüşür:
____
Azərbaycançılıq  vd vatənpərvərlik mafkurdsi
O doğma  dərəmizi yenə görmək  istərəm,
Doymamışam o büllur çayın zümzüməsindən.
Meşəmizin dolanbac cığırlarında  gəzmək!..
Uşaqlıqda  sevdiyim  hər şeyə  həsrətəm  mən.
Qeyd  etdiyim  kimi,  Mixay  Emineskuda  Vətənə  mə­
həbbət  hissi  o  qədər  güclü  idi  ki,  kimliyindən  asılı  olma­
yaraq,  yurduna  xor  baxan  nadanları  kəskin  tənqid  edirdi. 
Bu  baxımdan  şair  “Pozğun  gənclər"  satirik  şeirində Vətə­
nin taleyinə  laqeyd  münasibət bəsləyənləri  ifşa  etmişdir.
£o /97 ce

Bir  sıra  görkəmli  əsərləri  ilə  yanaşı,  şairin  “Meşə, 
sən  niyə  ləngər  vurursan?”,  “Yenə  həmin  döngədə”, 
“Görüş",  “Gecəniz  xeyir”  kimi  nəğmələri  sevilə-sevilə, 
nəsildən-nəslə  keçə-keçə  öz  müəllifinə  ümumxalq  mə­
həbbəti  qazandırmışdır.
Nəriman  Həsənzadənin  tərcüməsində  “Xeyrə  qalsın 
gecəniz...”  nəğməsində  şair  insanlara  həzin  röya,  şirin 
yuxu arzulayır:
Quşlar kəsdi  səsini,
Yuxuyla  doldu  yol-iz.
Yatdı  yorğun  çiçəklər,
Xeyrə qalsın  gecəniz.
Çayın səsi gəlir tək,
Meşə  yatır...  bir az sus.
Nəğmə yatır elə bil,
Şirin  olsun yuxunuz.
Mixay  Eminesku  nəsr  sahəsində  də  qələmini  sına­
mış  və  böyük  uğur  qazanmışdır.  Onun  ilk  nəsr  əsəri 
1868-1869-cu  illərdə yazdığı  “Vəhşiləşmiş  ruh” romanıdır. 
Roman  1904-cü  ilədək  əlyazma  halında  qalmış,  yalnız 
nasirin ölümündən sonra çap olunmuşdur.
Mən  “nasir”  sözünü  təsadüfi  qeyd  etmədim.  Ədibin 
“Mənim  kölgəm",  “Ad  günündə",  “Çezara",  “Bədbəxt 
Dionis”  kimi  əsərləri  onun  həm  də  istedadlı  bir  nasir 
olduğunu  sübut  edirdi.  Onun  qəhrəmanları  da  özü  kimi 
kasıb,  ehtiyac içində yaşayan,  lakin  əxlaqı,  ləyaqəti,  digər 
mənəvi  dəyərləri  çoxlarından  üstün  olan ağıllı  və istedadlı 
gənclərdir.  Onların  məhəbbətləri  də  ömür  yollan  kimi  fa­
ciələrlə sona yetir.  Bədbəxt Dionis də belə gənclərdəndlr.
“...Dionis  də  məhz  kasıb  bir  gənc  idi.  Daha  betəri.
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin