Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə18/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

________________
Reyhan Mirzəzadə
________________
so 
222
 oa
terror  hadisələrindən  sonra  hakimiyyət  ekstremistlərə 
qarşı  həlledici  addımlar  atmağa,  terrorizmə  qarşı  yeni 
mübarizə  qanunları  tətbiq  etməyə  başlamışdır.  ABŞ 
Mərakeşin  iqtisadi,  siyasi  cəhətdən  stabilliyini,  konstruktiv 
mövqeyini  qiymətləndirərək,  ölkəyə  “NATO  xaricində 
tərəfdaş” statusu vermişdir.
2011-ci  ildə  kral  VI  Məhəmməd  ölkədə  Konstitusiya 
islahatları  aparılması  istiqamətində  Parlamentin,  Baş 
nazirin  səlahiyyətlərinin,  məhkəmə  sisteminin  müstəqilliyi 
zəmanətliliyinin  artırılması,  vətəndaşların  hüquq  və  azad­
lıqlarının  genişləndirilməsi  zəminində  xeyli  işlər  həyata 
keçirmişdir.  Korrupsiyaya  qarşı  mübarizə  gücləndiril­
mişdir.  Bərbər  dili  ərəb  dili  ilə  bərabər  rəsmi  status 
almışdır.
Kral  2002-ci  ildə  xanım  Lalla  Salma  Bennani  ilə  ailə 
həyatı  qurub.  Lalla  xanım  ixtisasca  informasiya  texno­
logiyaları  mühəndisidir.  2003-cü  ildə ailənin  ilk oğul  övladı 
Mulay  Həsən,  2007-ci  ildə  qız  övladı  Lalla  Xədicə 
dünyaya gəlib.
Bu  gün  Mərakeş  istər  iqtisadi,  istərsə  də  elmi,  mə­
dəni,  siyasi  və  sosial  sahələrdə  günü-gündən  inkişaf 
etməkdədir,  ölkənin  iqtisadi modeli  liberalizm,  şəffaflıq  və 
struktur  islahatlara  meyllilik  kimi  xüsusiyyətləri  özündə 
cəmləşdirir ki,  bu da ölkə iqtisadiyyatının  daxili və  beynəl­
xalq  kontekstdə  möhkəmliyini  təmin  edir,  ötən  il  xarici 
sərmayənin  həcmi  4  milyard  ABŞ  dolları  təşkil  etmişdir. 
Xarici  sərmayənin  həcminə görə Mərakeş Afrika qitəsində 
Cənubi  Afrika  Respublikasından  sonra  ikinci  yeri  tutur. 
İnflasiya  2  faiz  səviyyəsindədir  və  işsizlik  8,9  faiz  təşkil 
edir.
Dost  ölkədə günəş enerjisindən  istifadə etmək üçün 
artıq  iki  günəş stansiyası  istifadəyə verilib,  iki  stansiya da 
tikilmək  üzrədir.  Buna  paralel  olaraq  külək  enerjisindən
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
____
so 223 oa

istifadə  ilə  bağlı  layihə  üzərində  iş  gedir.  Neft-qaz 
sahəsində  20-dən  çox  xarici  şirkət  Mərakeşdə  fəaliyyət 
göstərir.  Bu  sahə  üzrə  birgə  əməkdaşlığa  dair  Azər­
baycan  Dövlət Neft Şirkəti  ilə də danışıqlar  aparılıb.
Krallıq  eyni  zamanda  cəlbedici turist  məkanıdır.  Sta­
tistikaya  görə,  keçən  il  on  milyon  nəfərdən  artıq  turist  öl­
kəni  ziyarət  edib.  Hazırda  turistlərin  sayının  iyirmi  milyon 
nəfərə  çatdırılması  üçün  bir  sıra  layihələr  həyata  keçirilir. 
Mərakeş  eyni  zamanda  bir  çox  mədəni  və  bədii  festival­
lara  ev  sahibliyi  edir  ki,  bu  da  ölkəyə  gələn  çeşidli  turist­
lərin  həm  bu  festivallardan,  həm  də  Mərakeşin  əsra­
rəngiz,  füsunkar  təbiətindən  zövq  almaqlarına  xid­
mət  edir
Mərakeşin  Kasablanka  şəhəri 
Şimali  Afrikanın 
aparıcı  ticarət  şəhəri  olmaqla  bərabər,  eyni  zamanda 
krallığın  işgüzar,  maliyyə  və  sənaye  paytaxtıdır.  Atlan­
tikanın  iri  limanı  buradadır.  Kasablankada  xeyli tarixi,  dini 
və  m üasir abidələr  mövcuddur.  Bu  abidələr  həm  də  gözəl 
memarlıq  və  zəngin  incəsənət  nümunələridir.
Şəhərin  ən  əzəmətli  abidələrindən  biri  20  ildən  artıq 
kral  II  Həsənin  şəxsi  memarı  olan  görkəmli 
fran­
sız  sənətkarı  Mişei  Pinsonun  inşa  etdiyi  II  Həsən  Məcid 
məscididir.  Tikintisi  dörd  ilə  başa  gələn  məscid  1993-cü 
ildə  istifadəyə  verilib,  inşasına  800  milyon  ABŞ  dolları 
xərclənib.  Böyüklüyünə  görə  Məkkə  məscidindən  sonra 
ikinci  məsciddir.  Minarəsinin  hündürlüyü  200  metrdir. 
Binada  kitabxana  və  Milli  Muzey də yerləşir.
Müasir  Kasablanka 
Afrikanın  Qahirədən  sonra 
ikinci  böyük  şəhəridir.  Cənubi  Avropa  şəhərlərinə  bənzə­
yən  bu  şəhər  orta  əsrlərdə  çox  varlı  idi  və  Ənfa  adı  ilə 
tanınırdı 
1468-ci  ildə  portuqaliyalılar  şəhəri  dağıtdı, 
şəhər  1515-ci  ildə  bərpa  olundu.  1755-ci  ildə  baş  verən 
güclü  zəlzələdən  sonra  həmin  dövrdə  sultan  Sidi
________________
Reyhan Mirzəzadə
________________
в<ъ224 ca
Məhəmməd  bin  Abdallahın  rəhbərliyi  ilə  şəhər  yenidən 
salınaraq 
Dər-əl  Beyda  (ərəbcə  “Ağ  ev",  ispanca 
“Kasablanka”) adlandırıldı.
ikinci  Dünya  və  Böyük  Vətən  müharibəsinin  qızğın 
dövründə 
antihitler  koalisiyasının, 
ABŞ 
Prezidenti 
Franklin  Ruzvelt və  Böyük Britaniyanın  Baş naziri  Uinston 
Çörçil  arasında,  həmçinin  1961-ci  ildə  müstəqil  Afrika 
ölkələrinin  rəhbərləri  tərəfindən  keçirilən  (Asiya  qitəsi 
ərazisində  müstəmləkə  ağalığı  məhv  edildikdən  sonra 
müstəmləkəçilərə  qarşı  mübarizə  alovları  imperialistlərin 
son  dayağı  olan  Afrikanı  da  bürüdü.  İngiltərədə  çıxan 
“Deyli  meyl”  qəzeti  1948-ci  ildə  yazırdı:“Ola  bilsin  Afrika 
bizim  son  pənahımızdır”.  Lakin  həyat  imperialistlərin  bu 
son  ümidini  puça  çıxardı.  Afrika  xalqları  böyük  mübarizə 
yolu  ilə  müstəmləkə  ağalığından  xilas  oldular-R.Mir­
zəzadə)  konfransın  məhz  Kasablankada  baş  tutmasın» 
da xatırlamamaq  mümkün deyil.
Dünyanın  ən  qədim  universiteti  sayılan  Əl-Qarauin 
Universiteti  Mərakeşin  Fəs 
şəhərində  yerləşir.  Bura 
islam  dünyasının  ən  tanınmış  təhsil  müəssisələrindən 
biridir. 
Ginnesin  rekordlar  kitabının  tərtibçiləri  onu 
dünyanın  fasiləsiz  fəaliyyət  göstərən  ən  qədim  ali  təhsil 
müəssisəsi  hesab  edirlər.  XII  əsrdən  başlayaraq  həmin 
universitetdə  İbn  Xəldun,  İbn  Bitruci,  ibn  Xarəzm,  ibn 
Vəzzən,  hətta  deyilənə  görə  ərəb  rəqəmlərini  Avropaya 
aparan,  orta  əsrlərin  böyük  alimi,  kilsə  xadimi  Papa  II 
Silvestr kimi  məşhur adamlar təhsil  alıb,  dərs deyiblər.  Bu 
universitetin  yetirmələri  müxtəlif  fəlsəfi-estetik  cərəyan­
lara  aid  olan  şair  və  filosoflar  İbn  Rüşd,  ibn  Tüfeyl,  ibn 
Zühr  sonradan  ümumislam  mədəniyyətinə  və  elminə 
böyük töhfələr vermişlər.
Mərakeşdə  hər  il  600-ə  qədər  yeni  kitablar  çap 
olunur.  Məhəmməd  Şükri,  Tahar  Bəncəllun,  Dris  Şraybi,
Azdrbaycançılıa və vətənpərvərlik məfkurəsi_
____
so 225 ca

Fuad  Lauri,  May  Binebin,  Racaye  Benşemsi,  Əbdellətif 
Laabi,  xanım  yazarlardan  Hana  Bennun,  Malikə  Əl- 
Asimi,  Leyla  Əbuzeyd  və  s-nin  əsərləri Avropada  və digər 
regionlarda  sevilə-sevilə  oxunan  kitablardır.  Amerikanın 
məşhur yazıçı,  dramaturq  və  bəstəkarları  Pol  Boulz,  Ten- 
nesi  Uilyams,  Cek  Keruak,  Uilyam  Berrouz  və  başqaları 
bir müddət Mərakeşdə yaşayıb-yaradıblar.
2009-cu  ildə  Azərbaycanda  Mərakeş  mədəniyyəti 
günləri  keçirilərkən  dost  və  qardaş  ölkənin  şairlərindən 
Həsən  Nəjmi,  Əhməd  Bərəkət  və  Bakouri  Əl-Əminə 
ölkəmizin  qonağı  olmuş,  ictimaiyyətimizin  nümayəndələri, 
ziyalılarımız,  şair  və  yazıçılarımızla  bir  sıra  görüşlər 
keçirmişlər.
Mərakeş  ecazkar  ölkə  kimi,  dağları,  dənizi,  səhrası, 
yaşıllıqları  ilə  turistləri  ilboyu  özünə  cəlb  edir.  Bundan 
başqa,  Mərakeş  dünyanın  hər  yerindən  gələn  məşhur 
sənətçi,  ifaçı,  rəqqasların  iştirakı  ilə  böyük  beynəlxalq 
festivallar təşkil  edir.  Festivallar mövzusuna  görə ayrı-ayrı 
şəhərlərdə  keçirilir.  Beləki,  dini  musiqilər  Fəsdə,  caz  Es 
Suveyra,  Rabat  və  Tanjerdə,  pop,  rap  və  digər  musiqilər 
Kasablankada,  amazinq,  yenə caz Aqadirdə,  ərəb  və milli 
musiqilərin  təqdimatı  isə  Rabatda  keçirilir.  Həmçinin 
Rabat,  Aqadir,  Mohammedia,  Kasablanka  və  Mərakeş 
şəhərlərində  keçirilən  qolf  turlarına  axın  edən  bütün 
dünya qolf azarkeşləri  üçün də Mərakeş sevimli ölkədir.
Yəqinki  Azərbaycanda  az  adam  tapılar  ki,  iqa­
mətgahı  Mərakeşdə  yerləşən  İSESCO-  İslam  ölkələri 
Təhsil,  Elm  və  Mədəniyyət  Təşkilatını  tanımasın.  Bu  təş­
kilat  xalqımızın  mənafeyi  naminə  dostluq  və  qardaşlıq 
köməyini  əsirgəmir.  Dünyanın  51  ölkəsini  birləşdirən 
İSESCO  çox  nəcib,  humanist  bir  ideyanı  həyata  keçirir. 
1979-1980-ci  İlərdə  yaradılan  təşkilatın  başlıca  məqsədi 
dünya  ölkələrinin  elm,təhsil  və  mədəniyyət  sahələrində
__________
Reyhan Mirzəzadə
___________
so 
2 2 6
 
c a
əlaqələrinin  yaradılması  və  xalqlararası  dialoqun  qurul­
masıdır.  İSESKO öz fəaliyyətini sırf müsəlman ölkələri  ilə 
məhdudlaşdırmır.  O,  əhalisinin  tərkibində  müsəlmanların 
sayı  az  olan  ölkələrlə  də  sıx  əməkdaşlıq  edir,  elmin, 
mədəniyyətin  və  təhsilin  inkişafı  üçün  proqramlar  hazır­
layır.  ISESCO-nun  fəaliyyətinin  mühüm  istiqamətlərindən 
biri  də  müharibə  ilə  üzləşmiş  müsəlman  dövlətlərinin 
zəngin  tarixi  irsinin  qorunub  saxlanması  və  gələcək 
nəsillərə ötürülməsidir.
Azərbaycan  Təhsil  Nazirliyinin  İSESCO  ilə  birgə 
əməkdaşlığı  çərçivəsində  Azərbaycanın  görkəmli  şərqşü­
nas  alimi Aida  xanım  Imanquliyevanın  “Yeni  ərəb  ədəbiy­
yatının  korifeyləri”  kitabı  ərəb  dilinə  tərcümə  edilərək, 
İSESCO tərəfindən  çap  olunub.  2006-cı  il  noyabrın  23-də 
Heydər  Əliyev  Fondunda  kitabın  təqdimat mərasimi  keçi­
rilib.  Mərasimdə  həmçinin  Heydər  Əliyev  Fondunun  Pre­
zidenti,  YUNESKO-nun  xoşməramlı  səfiri,  Azərbaycan 
Parlamentinin  deputatı  Mehriban  xanım  Əliyeva  dünyəvi 
sivilizasiyaların  bir-birinə  yaxınfaşmasındakı  xidmətlərinə 
görə  ISESCO-nun  da  xoşməramlı  səfiri  adına  layiq 
görülüb.  "Mehriban  Əliyeva  təşkilatın  bu  yüksək  adına 
layiq  görülmüş  ilk  qadındır"-  deyə  ISESCO-nun  Baş 
direktoru doktor Əbdüləziz bin  Osman  Əl  - Tüveycri Azər­
baycanın  Birinci  xanımına  fəxri  adın  verilməsi  haqqında 
diplomu  ona  təqdim  edərkən  bildirib.  Qeyd  edimki,  bu 
təşkilatın  xoşməramlı  səfiri  adına  həmin  vaxtadək  İslam 
dünyasının  üç  görkəmli  dövlət  və  ictimai  xadimi  layiq 
görülmüşdü.
Heydər  Əliyev  Fondu  İSESCO  ilə  2007-ci  ildə 
əməkdaşlıq  haqqında  sənəd  imzalayıb.  Həmin  sənədə 
əsasən  Azərbaycanda  elm,  təhsil  və  mədəniyyət  sahə­
sində  müxtəlif  tədbirlər  və  layihələr  həyata  keçirilib.  Bu 
çoxsaylı  işlərin  həyata  keçirilməsində  Mehriban  xanım
____
_Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 227 ce

Əliyevanın 
ölkəmizin, 
xalqımızın,  gələcək  nəsillərin 
tərəqqisinə  verdiyi töhfələr danılmazdır.
2008-ci  il  idi.  Bakıda  “Bakı-lslam  mədəniyyətinin 
paytaxtı-2009”  mədəniyyət  ilinə  həsr  olunmuş  təntənəli 
mərasim  keçirilirdi.  ISESCO-nun  Baş  direktoru  Əbdül­
əziz  bin  Osman  Əl  -  Tüveycrinin  çıxışındakı  bu  sözlər 
indiki  kimi  xatirimdədir:  “Bu  əziz  ölkənin,  çox  istədiyim 
Azərbaycan  ərazisinin  müəyyən  hissəsi  erməni  işğalı 
altındadır.  Bir çox tarixi  abidələr,  dini məbədlər, muzeylər, 
mədəniyyət  və  sivilizasiya  məkanları  dağıdılıbdır.  Biz 
İSESCO  olaraq  bunu  qəti  şəkildə  pisləyirik.  Biz  bey­
nəlxalq  ictimaiyyəti  bu  gözəl  ölkənin  zəngin  və  şanlı 
tarixini  qorumaq  üçün  öz  konstruktiv  rolunu  oynamağa 
çağırırıq”.
Xüsusilə  yada  salmaq  yerinə  düşərdi  ki,  Dağlıq 
Qarabağ  problemi  ilk  dəfə  beynəlxalq  arenada  1994-cü 
ildə  məhz  Mərakeşdə  keçirilən  İslam  Konfransı  Təşki­
latının  Zirvə  Toplantısında  dilə  gətirilmişdi.  Azərbaycan 
ərazisinin  dərhal  işğaldan  azad  olunması tələb edilmişdi.
Həmin  vaxt  Zirvə  Toplantısında  Azərbaycanın  Pre­
zidenti  kimi  iştirak  edən  Ulu  öndərimiz  Heydər  Əliyev 
təsirli  çıxışı  ilə  dünya  ictimaiyyətinin  diqqətini  ölkəmizin 
üzləşdiyi  böhran  və  çətinliklərə,  hərbi  münaqişələrə  cəlb 
etmişdi.  Qarabağla,  Azərbaycan  həqiqətləri  ilə  bağlı  ciddi 
məsələlərə  aydınlıq  gətirmişdi.Ulu  öndərimizin  məhz 
buradakı,  Mərakeşdəki  çıxışından  sonra  beynəlxalq 
aləmdə  Azərbaycanla  bağlı  əsl  həqiqət  qəbul  edilməyə 
başlanmışdı.
Azərbaycan  həqiqətlərinin  dünyaya  yayılması  və 
milli  maraqlarının  müdafiə  olunmasında  istər  İslam 
Konfransı  Təşkilatının,  istərsə  də  ISESCO-nun  böyük 
xidmətləri,  xalqımıza  misilsiz  dəstəyi  vardır.  “İkinci  Dünya 
müharibəsi  zamanı  bəşəriyyətə  qarşı  törədilən  faciələr,
_________________Reyhan_Mirzəzadə__________________“Azad_Azərbaycan”_qəzeti,_16_iyul_2014-cü_il_ю__230__oa'>__________________Reyhan_Mirzəzadd________________so__228__oa'>________________
Reyhan Mirzəzadd
 
_____________
so 
228
 oa
vəhşiliklər  və  cinayətlər  1992-ci  ildə  Xocalıda  və  Dağlıq 
Qarabağın  digər ərazilərində təkrarlandı!..”  - deyə  Əbdül­
əziz bin  Osman  Əl-Tüveycri dəfələrlə  Ermənistanı  və ona 
dəstək  verən  işğalçı  qüvvələrin  əməllərini  pisləyib  və 
Cənubi  Qafqazda  sülh  və  sabitliyin  bərqərar  olması  üçün 
beynəlxalq  birliyi  erməni  silahlı  qüvvələrinin  Azərbay­
canın  işğal  olunmuş  torpaqlarından  dərhal  çıxarılması 
üçün lazımi addımlar atmağa çağırıb.
Azərbaycan  tərəfindən  cənab Tüveycrinin  xidmətləri 
həmişə  böyük  ehtiramla  qarşılanıb.Beləki  elm,təhsil  və 
mədəniyyət  sahəsində  əlaqələrin  yaradılması  və  xalqlar 
arasında  dialoqun  qurulmasında  səmərəli  fəaliyyətinə 
görə  cənab  Tüveycri  Heydər  Əliyev  Fondunun  “Qızıl 
Çinar"  Beynəlxalq  Mükafatının  2011-ci  il  üzrə  qalibi  elan 
olunub.
ölkəmizin  Prezidenti  möhtərəm  İlham  Əliyev  də 
ISESCO-nun  Azərbaycana  olan  münasibətini  və  bu  mö­
təbər  təşkilatın  rəhbəri  cənab  Tüveycrinin  fədakar  fəa­
liyyətini  yüksək  qiymətləndirərərək,  onu Azərbaycan  döv­
lətinin  “Şöhrət” ordeni  ilə təltif edib.
ISESCO-nun  yaradılmasının  30  illiyi  münasibəti  ilə 
Mərakeş  kralı  VI  Məhəmmədin  dəstəyi  ilə  təşkilatın 
mənzil  -  qərargahında  keçirilən  yubiley  mərasimində 
Azərbaycan  Prezidenti  cənab  ilham  Əliyevin  İSESCO- 
nun  Xatirə  Qızıl  Medalı  ilə  təltif olunması  bildirilib.  Medal 
və  “İSESCO:  30  ilin  nailiyyətləri”  adlı  kitab  ölkəmizin  rəh­
bərinə  çatdırılması  üçün  krallıqdakı  səfirimiz  və  İSESCO- 
dakı  daimi nümayəndəmiz S. Ağabəyova təqdim  olunub.
Azərbaycan  və  İSESCO  arasında  sıx  əməkdaşlıq 
bu  gün  də  parlaq  şəkildə  davam  edir.  Bir  çox  layihələrin 
həyata  keçirilməsi  uğurla  davam  edir.  Ölkəmizdə  dinlər- 
arası  münasibətlərdə  mövcud  olan  tolerantlığın  ən  yük­
sək  səviyyəsinə  məmnunluğunu  bildirən  Əbdüləziz  bin
____
Azərbaycançılıa və vətənpərvərlik məfkurəsi
____
so 
229 ся

Osman  Əl  -Tüveycri  bunu  dünyada  nadir  rast  gəlinən 
nümunə  kimi  qiymətləndirib.  Odur  ki,  İSESCO,  Azər­
baycanda  yaradılması  həyata  keçirilən  Tolerantlıq  Mər­
kəzinin  həmtəsisçisi  olmaqla da  bu  müqəddəs  işə  kömə­
yini  əsirgəmir.
Bütün  bu  qardaşlıq  missiyalarının  həyata  keçiril­
məsində  Mərakeşin  Azərbaycandakı  xalqımızın  dostuna 
çevrilən  səfiri  cənab  Həsən  Haminin  əməyini  unutmaq 
olmaz.  Cənab  Hami  dəyərli  ziyalı,  səmimi  insan,  həm  də 
istedadlı  qələm  sahibidir.  Bakıda  işlədiyi  vaxt  yaradıcılı­
ğından  da  qalmayıb.  Xeyli  kitablar  ərsəyə  gətirib.  Kitab­
larda  maraqlı  süjetlər,  azərbaycançılıq  motivləri  də  mə­
həbbətlə  əksini tapıb.
Xalqımızın  etibarlı  dostu,  qardaş  Mərakeş  və  məra- 
keşlilərin  milli  bayramı  ərəfəsində  duyğularımı  sevimli 
oxucularımla  paylaşmasaydım,  rahatlıq  tapa  bilməzdim. 
Bu  gözəl  ölkə,  onun  əzəməti,  simaları  haqqında  bir qəzet 
səhifəsinə  sığacaq  nəsə  deməyi  bacardımsa,  deməli, 
qürur  hissi  yaşamağa  haqqım  var.  Yalnız  o  zaman  ki, 
mövzu  ilə  bağlı  yazılarım  davam  etsin.  Bu  qardaşlığa 
töhfələrimi  bəxş  etməkdə mən  də özümü borclu sanıram.
________________
Reyhan Mirzəzadə
________________
“Azad Azərbaycan” qəzeti, 
16  iyul 2014-cü il
ю  
230
 oa
İRANDAKI  MƏDƏNİYYƏT ABİDƏLƏRİ 
HAQQINDA NƏ BİLİRİK
“Bizi  İranla  bağlı  hər şey  maraqlandırır:  Onun  həm 
qədim  mədəniyyəti,  tarixi  abidələri,  böyük  ədəbi-mədəni 
irsi  və  bizim bir-birinə  bənzəyən,  yaxud eyni olan  adət və 
ənənələrimiz maraqlandırır
".
___
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
Heydər Əliyev
Böyük  dövlət  xadimi,  Azərbaycan  xalqının  unudul­
maz  ümummilli  liderinin  dediyi  bu  fikirlərdə  doğrudan  da 
böyük  həqiqət  var.  Qonşu  və  dost  ölkənin  həyatı,  qədim 
və  müasir  mədəniyyəti  yaradıcı  mütəxəssisləri  də  çox 
maraqlandırır.  Odur  ki,  bu  maraqdan  yaranan  zərurətlə 
tarixin zəngin yaddaşına həvəslə müraciət etdim.
İran 
mədəniyyəti 
qədim 
tarixə 
malikdir. 
Bu 
mədəniyyət  hələ  eramızdan  əvvəl  dünya  mədəniyyətinin 
irəlidə gedən və  başqalarına nümunə olan bir hissəsi  idi.
XIII-XIV  əsrlərdən  başlayaraq  şeir  və  musiqi  ilə 
yanaşı,  İranda  rəssamlıq,  nəqqaşlıq,  təsviri  sənətin 
başqa  növləri  də  təzahür  etdi.  Bütün  dünyada  məşhur 
olan  İran  miniatür  sənəti  orta  əsrlərdə  öz  inkişafının  ən 
yüksək  mərhələsinə  çatdı.  Bu  dövrdə  İsfahanda,  Yəzddə 
və Heratda qüdrətli boyakarlıq ocaqları  yaradıldı.
O  dövrün  görkəmli  sənətkarı  Kəmaləddin  Behzad 
haqlı 
olaraq  "Şərqin  Rafaeli”  kimi  fəxrli  ada  layiq  gö­
rülmüşdü.  Əgər  Behzad  Herat  məktəbinin  təməlini  qoy­
muşdusa,  onun  gözəl  ənənələri  Təbriz,  İsfahan,  Şiraz 
miniatür  məktəblərinin  təşəkkülündə  böyük 
rol  oyna­
mışdı.

 
231 ся

Şiraz  hələ  qədim  dövrlərdən  iranın  mərkəzi  şəhər­
lərindən  biridir.  Şeyx  Müslühəddin  Sədi  Şirazinin 
və 
Hafiz Şirazinin  anadan  olduğu doğma məkandır.
ilk  dövrlərdə  Şiraz  miniatür  məktəbində  çəkilən 
rəsmlərin  əksəriyyəti  insan  geyimləri,  geyimlərə  vurulan 
güllər  və  bəzəklərdən  ibarət  idi.  Bu,  milli  xüsusiyyətlərə 
əsaslanırdı.Şirazda  miniatür  məktəbində  işlənən  kitab­
lardan  biri  Firdovsinin  “Şahnamə”  si  olmuşdur.  1330- 
1340-cı  illərdə  işlənən  bu  əsərin  bir  nüsxəsi  istanbulda 
Topkapı  Muzeyində,  başqa  nüsxəsi  isə  Sankt-Peter- 
bruqda  Saltikov-Şedrin  adına  Dövlət  Kitabxanasında 
saxlanılır.
Məlum  olduğu  kimi,  Təbriz  miniatür  məktəbinin 
şöhrəti  hələ  XVI  əsrdə  bütün  dünyaya  yayılmışdır.  Bu 
məktəbin  görkəmli  nümayəndələri  Kəmaləddin  Behzad, 
Sultan  Məhəmməd,  Mir Seyid  Əli,  Məhəmmədi  və  bir  çox 
başqa  məşhur  Azərbaycan  miniatürçülərinin  yaratdıqları 
gözəl  sənət  inciləri  dünya  muzeylərinin  bəzəyinə  çevril­
mişdir.  Təbriz  rəssamlarının  zəngin  yaradıcılığından müx­
təlif  dövrlərdə  müxtəlif  Şərq  rəssamları  ilham  almış  və 
bəhrələnmişdir.
Tehranda  yaşayıb-yaradan  müasir  İran  rəssamı  Əli 
Kərimi  klassik  Təbriz  miniatür  boyakarlığı  ənənəsini 
özünəməxsus  şəkildə  davam  etdirən  sənətkarlardan  idi. 
1944-cü  ildə  Bakıya  gəlmiş  rəssam  iki  miniatürünü 
Azərbaycan  İncəsənət  Muzeyinə  hədiyyə  etmişdi.  Həm 
istedadlı  boyakar,  həm  də  gözəl  xəttat  sayılan  Əli  Kərimi 
sonralar  Moskvada  olarkən  miniatürlərdən  bir  neçəsini 
Şərq  Xalqları  İncəsənəti  Muzeyinə  bağışlamışdı.
Respublikamızda  İncəsənət  Muzeyində  İran  mü- 
zeylərinə  mənsub  olan  yüzlərlə  eksponat,  o  cümlədən 
XV  əsrdən  müasir  dövrə  qədər  Şərq  poeziyası  mövzu­
suna  həsr  olunan  rəsmlər,  portret  və  mənzərə  xarakterli
_______________
Reyhan Mirzəzadə
_________________
fio 232 ©a
miniatürlər dəfələrlə  nümayiş  etdirilmişdir.  Bu  sərgilər  hər 
dəfə  sənət  həvəskarları,  geniş  xalq  kütləsi  tərəfindən 
maraqla qarşılanmış,  onlar İran təsviri  incəsənəti  ənənə­
lərinin nə qədər zəngin olduğunun şahidi olmuşlar.
Görkəmli  xəttat  və  şair  Sultanəli  Məşhədi  XV-XVI 
əsr  Şərq  mədəniyyətinin  görkəmli  siması  idi.  Dolğun  və 
mənalı  ömrünü  kitab  işinə  sərf  etmiş  bu  sənətkarın 
xəttatlığa  etdiyi  töhfələr əvəzsizdir.  Təsadüfi  deyilki,  hələ 
sağlığında  ona  “katiblər  qibləsi"  və  "xəttatlar  sultanı”  adı 
verilmişdi.  Böyük  xəttat  bir  müddət  Səmərqənd  hakimi 
Əbu  Səidin  sarayında  çalışmış,  sonra  Herata  köçmüşdü. 
Burada  o,  Herat  xəttatlarına  başçılıq  edərək  böyük  mək­
təb  yaratmış,  əlyazma  və  kitab  işini  nəfis  sənət  səviy­
yəsinə qaldırmışdı.
Əlişir  Nəvainin  yaradıcılığı  ustad  xəttatın  həmişə 
diqqət  mərkəzində  olmuşdu.  Şairin  bir  neçə  divanı, 
habelə  bu  divanların  bir çox  nüsxəsini  mahir  xətlə  məhz 
Sultanəli  Məşhədi  köçürmüşdü.  “Məclisun  nəfais"  əsərin­
də  onun  haqqında  məlumat  verən  Ə.Nəvai  yazırdı .“Sul­
tanəli  Məşhədinin  elə  yaxşı  xasiyyəti  və  qılığı  var  ki,  qə­
ləm  bunu  təsvirə  acizdir.  Xəttatlıqda  isə  onun  misli 
yoxdur".  Nəvainin  Sultanəli  Məşhədi  tərəfindən  köçürül­
müş “Xəmsə’ si  və  ilk  divanı  Saltikov-Şedrin  adına  Sankt- 
Peterburq 
Dövlət 
Kitabxanasında 
saxlanılır. 
Onun 
Məşhədi  tərəfindən  üzü  köçrülmüş  üç  divanı  Daşkənddə 
Əbu  Reyhan  Biruni  adına  Şərqşünaslıq  Institutundadır. 
Həmin  İnstitutun  kitabxanasındakı  əlyazmalar  içərisində 
Hüseyn  Vayiz  Kaşifinin  "Hatəmnamə”  və  “Cəvahirna- 
mə”  əsərləri  də  Soltanəli  Məşhədinin  xətti  ilə yazılmışdır. 
Türkiyənin  məşhur  “Topkapı"  Muzeyində  ustad  xəttatın 
qələmindən  çıxmış  əsərlər  -  Nəvainin  “Xəmsə”si  ,  Əmir 
Xosrov  Dəhləvinin  “Xəmsə”  si,  Hüseyn  Bayqaranın 
“Divan”ı,  Sədinin  “ D ivan’ı,  Arifinin  əsərləri,  həmçinin
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 233
 ca

məcmuə  və  mürəkkələr  saxlanılır.  Qahirədə  Misir  Milli 
Kitabxanasında  mühafizə  olunan  Sədinin  “Bustan”ını 
görkəmli  xəttatın  özü  köçürmüş,  Kəmaləddin  Behzadın 
miniatürləri  ilə  bəzəmişdir.
Sultanəli  Məşhədinin  dəst-xətti  dünyanın  ən  böyük 
kitabxana  və  muzeylərində  toplanıb.  Bu  xətt  nümunə­
sini  London,  Paris,  Berlin,  Leypsiq,  Qahirə,  Tehranda  və 
başqa  şəhərlərdə  tapmaq  olar.  Onun  xətti  ilə  köçürülmüş 
böyük  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  “Xəmsə”si 
“Topkapı”  Muzeyinin  ən  qiymətli  əlyazmalarındandır. 
Məşhədinin  1500-cü 
ildə  köçürdüyü  Nəvainin  “Divan”ı 
Nyu-Yorkun “Metropoliten” Muzeyindədir.
Miyana  şəhəri  iranın  Gərməri  vilayətinin  mərkəzidir. 
Şəhər  üç  dağın  -   Büzgüm,  Qaflantı  və  Üçtəpə  dağlarının 
arasında  yerləşdiyi  üçün  adını  “Miyana”,  yəni  “Ortalıq” 
qoymuşlar.
Miyananın  ətrafında  Miyana  (buna  Şəhri  çayı  da 
deyilir),  Qarranqu,  Ayıdoğmuş  və  Qızılözən 
adlanan 
dörd  çay  axır.  Bu  çayların  üçü  şəhərdən  təxminən  dörd 
kilometr  aralı,  cənub-şərqdə  yerləşən  “Miyana  körpü­
sümün  3-4  metrliyində  birləşib  körpünün  altından  keçir. 
Miyana  körpüsü  24  gözdən  ibarət  olub,  qədim  körpülər 
kimi  tağ  üsulu  ilə  tikilmişdir.  Körpünün  eni  təxminən  5 
metr,  uzunu  300  metr,  hündürlüyü  isə  10  metrə  yaxındır. 
Hər gözün arası təxminən  12 metrdir.
Miyana  ətrafındakı  ikinci  qədim  və  maraqlı  körpüyə 
Qız  körpüsü  deyilir.  Qız  körpüsü  də  XIII-XIV  əsrlərin, 
monqolların  hakimiyyəti  dövrünün  məshuludur.  1527-ci 
ildə  Məhəmməd  bəy  Mosillinin  qızı  Şah  Bəyimxanım 
körpünü  təmir etdirmiş,  bəlkə də elə  buna görə  körpü Qız 
körpüsü  adlandırılmışdır.  Bu  körpü  Qızılözən  çayının 
üstündədir.  Qız  körpüsünün  qərb  sahilində  Qaflantı 
dağından  böyük,  sıldırım  bir qayanın  üstündə  hündürlüyü
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin