Reyhan Mirzəzadə azərbaycançiliq və


Azdrbaycançılıq  və vdtanparvarlik  məfkurəsi



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə14/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

____
Azdrbaycançılıq  və vdtanparvarlik  məfkurəsi
____
so 
173 CA

qəzetlərin  yazdığına  görə,  dünyanın  heç  bir  adlı-sanlı 
müğənnisi  Zeynəb  Xanlarova  qədər  ölkədə  sevilməmiş, 
konsertləri  bu qədər geniş  əks-səda  verməmişdi.
SSRİ  Xalq  Artisti,  Lenin  mükafatı  laureatı,  Sosialist 
Əməyi  Qəhrəmanı  İqor  Moiseyev yazırdı:
“Zeynəb  Xanlarovanın  nadir  istedadı  məncə,  üç 
cəhətlə səciyyəvidir:
1.  Yüksək  artistizm,  teatrallıq  (bu  sonuncu  sözü  sırf  teatr 
mənasında  işlətmirəm);
2.  Millilik,  vətənpərvərlik;
3.  Yorulmazlıq,  əməksevərlik.
Bu  gün  o,  xalq  ifaçıları  arasında  ən  şöhrətli  müğən- 
nilərdəndir,  buna  görə də  nəhəng  auditoriyası  vardır,  özü 
də  onun  konsertlərinə  "dəbdə  olan”  müğənnini  görmək 
üçün  deyil,  Xanlarovanın  böyük  sənəti  ilə  qovuşmaq,  dil­
rüba  mahnılarının  qanadlarında  musiqi  adlı  heyrətamiz 
aləmə daxil olmaq  üçün tələsirlər”.
Mərhum  yazıçımız  Mirzə  İbrahimovun  bu  kəlmələri 
isə  müğənni  haqqında  deyilən  bütün  sözlərin  yekunudur: 
“Zeynəb  xanımın  səhnəyə  gəlib-getməsi  özü  böyük  bir 
konsertdir”.
1976-cı  ildə  Zeynəb  Xanlarova  Azərbaycan  SSR 
Xalq  Artisti,  1978-ci  ildə  Ermənistan  SSR  Xalq  Artisti, 
1980-ci  ildə  SSRİ  Xalq  Artisti  fəxri  adlarına,  1985-ci  ildə 
Azərbaycan  Respublikasının  Dövlət  Mükafatına,  1986-cı 
ildə  “Xalqlar  Dostluğu”  ordeninə  layiq  görüldü.  Daha  son­
ra  Zeynəbin  “Qızıl  val”ı  onun  zəhmət  dolu  həyatını 
bəzədi.
indi  dünyanın  neçə-neçə ölkəsində Zeynəb Xanlaro­
vanın  konsertləri  xüsusi  lentlərə  köçürülüb,  həmin  ölkələ­
rin  mədəniyyət  xəzinələrinin  “Qızıl  fond"unda  qorunur. 
Tarix  üçün,  gələcək  nəsillər  üçün  saxlanılır.  Müğənninin 
adı  dünyanın  ən  məşhur adamları  sırasında  (Azərbaycan
_______________
Reyhan Mirzdzadd
_______________
во 
174
 ea
və  SSRİ  ensiklopediyalarından  əlavə)  dünya  ensiklopedi­
yasına  daxil  edilib.Bu,  xalqımızın  mədəni  tarixinə,  bütöv­
lükdə Azərbaycana verilən qiymət deyilmi?
Zeynəb  xanımın  respublikamızın  ictimai-siyasi  hə­
yatında da  böyük rolu  olub.  O,  dəfələrlə Azərbaycan  Res­
publikası  Ali  Sovetinin  deputatı  seçilib.  Müstəqil ölkəmizin 
Parlamentində  Zeynəb  xanım  bu  gün  də  millətini  təmsil 
edir.
1990-cı  ilin  Qanlı  Yanvar hadisələri,  xalqının  başına 
gətirilən  dəhşətli faciələr Zeynəbi  son dərəcə  sarsıtdı.  Fa­
ciə  zamanı  insanlardan,  törədilən  qırğınlardan  hər  an, 
hər dəqiqə  ürək  ağrısı  ilə  xəbər tutan  Zeynəb,  bir an  belə 
rahatlıq tapa  bilmirdi.  Müğənni baş vermiş hadisə  ilə bağlı 
Ali  Sovetin təcili  keçirilən  sessiyasında  iştirak etmək üçün 
oraya  tələsən  ilk  deputatlardan  biri  oldu.  Zeynəb  hər 
addımda  baş verə  biləcək ölüm və təhlükələrdən  qorxma­
yaraq,  xalqının  başına  gətirilən  müsibətləri  lentə  köçür­
mək  məqsədilə  videokamerasını  paltosunun  içində  gizlə­
dərək,  bir çox maneələrdən  keçirib iclas zalına yetişdi.
Qanlı  Yanvardan  bir  qədər  sonra  “Pravda”  qəze­
tində  M.Qorbaçovun  əli  ilə  SSRİ  Nazirlər  Soveti  sədrinin 
Birinci  müavini  vəzifəsindən  istefaya  gedən  və  qırğın 
gecəsinin  ertəsi  günü  Moskvada  Azərbaycan  nümayən­
dəliyində  hadisəni  və  onun  səbəbkarlarını  ifşa  edən 
Heydər  Əliyevin  ünvanına  “Əliyevçilik,  yaxud  “xoş  əy­
yam ların  xiffəti”  adlı  iftira  və böhtan  dolu  məqalə dərc  et­
dirildi.  Zeynəb  Xanlarova  vəzifəsindən,  kreslosundan  qor­
xub  əqidəsindən  üz  döndərən  bəzi  kişilərdən  fərqli  ola­
raq,  Azərbaycanın  böyük  oğlu  Heydər  Əliyevə  qarşı  edi­
lən  haqsızlığa  dözə  bilmədi.  Moskvaya  vurduğu  teleqra­
mında  “Pravda”  nın  yalan  və  böhtanlarına  qarşı  etiraz 
səsini  ucaltdı:
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
во 
175
 03

“...Respublika  ağlayır.  Minlərlə  günahsız  adamların 
qanının  sel  kimi  axıdılmasına  görə  ağlayır.  Bu  qanın 
axıdılmasına  əmr  edənləri  və  buna  yol  verənləri  məsuliy­
yətə  çağırmaq  əvəzinə,  “Pravda”  bütün  bəlalarda  Əliyevi 
yalnız  ona  görə  təqsirləndirməyə  çalışır  ki,  o,  həqiqəti 
söyləmişdir-Azərbaycanda  hərbi  aksiyanı  açıq-aşkar  şə­
kildə  antidemokratik,  antihumanist  və  hüquqazidd  adlan­
dırmışdır.  Çoxsaylı  həmkarlarım,  dostlarım  və  yoldaşla­
rım  kimi  mən  də  “Pravda”  qəzetinin  dərc  etdiyi  kobud  və 
yalan  yazıya  görə  dərindən  hiddətlənmişəm,  aşkarlıq  və 
demokratiya  dövründə  düzgün  deyilmiş  sözə  görə  adamı 
təqib  etməyi,  Azərbaycandakı  qanlı  faciənin  əsas  təqsir- 
karları-Vəzirov  və  onun  mərkəzdəki  himayədarları  haq­
qında  susmağı yolverilməz hesab edirəm”.
Bu,  həmin  məqamlar  idi  ki,  Kremldə  Zeynəb  Xanla­
rovanın  Sosialist  Əməyi  Qəhrəmanı  fəxri  adına  layiq  gö­
rülməsi  barədə  fərman  artıq  hazırlanmışdı.  Və  fərmanın 
imzalanmasına  çox  az  bir  vaxt  qalmışdı.  Zeynəbin  imza­
lanmamış  fərmanı  Moskvaya,  “Pravda”  ya  qarşı  “itti- 
ham”ından  sonra  M.Qorbaçovun  iş  masası  üzərindən 
dərhal  “uzaqlaşdırıldı”.  Lakin  Zeynəbi  artıq  tarix  qiymət­
ləndirmişdi,  səhnə  qiymətləndirmişdi,  bütün  türk,  müsəl­
man  dünyası,  bəşəri  təfəkkür  sahibləri  olan  yüzlərlə  xalq 
və  millətlər qiymətləndirmişdi.
Qanlı  Yanvarın  istər  mənəvi,  istərsə  də  fiziki 
iztirabları  Zeynəb  xanımın  sağlamlığına  ciddi  təsir  et­
mişdi.  Əsəb  gərginliyi  və  sarsıntıdan  altı  ay  xəstə  yatan 
müğənni,  yuxudan  tez-tez  səksəkə  ilə 
ayılır,  kəskin 
nəfəs  daralması  və  boğulmadan  əziyyət  çəkirdi.  Həkim­
lərin  böyük  səyi  nəticəsində  Zeynəb  sağalıb  yenidən 
ailəsinə,  xalqına  qaytarıldı.  Zeynəb səhnəyə qaytarıldı.
1996-cı  ildə  Zeynəb  Xanlarova  Azərbaycan  mədə­
niyyəti  qarşısındakı  xidmətlərinə  görə  müstəqil  döv­
_______________
Reyhan Mirzdzadə
________________
ю 
176 cn
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
.
lətimizin  böyük  mükafatlarından  birinə - “Şöhrət” ordeninə 
layiq görüldü.
Zeynəb  Xanlarovanın  qastrol  coğrafiyasına Amerika 
Birləşmiş  Ştatları,  İtaliya,  Fransa,  Almaniya,  Yaponiya, 
Türkiyə,  İraq,  Cənubi  Yəmən,  Çin,  Avstraliya  kimi  70-dən 
artıq  ölkənin  (müğənni  dünyanı  artıq  ikinci  dəfə dövr edir. 
Elə  ölkələr  var  ki,  xanım  orada  6-7  dəfə  olub)  siyahısı 
daxildir.  O,  həmişə  sənətkarın  səhnə  mədəniyyətinə,  yük­
sək  oxu  tərzinə  böyük  qiymət  vermişdir.  Onun  20  il  bun­
dan  öncə  ifa  tərzi  barədə  söylədiyi  fikirlər  bu  gün  də  öz 
aktuallığını  itirməyib.  Fazil  Rəhmanzadənin  “Nəğmə  dolu 
könül..." kitabından:
-  Zeynəb  xanım,  bir  müğənni  kimi  məhsuldar- 
sınızmı?
-  Şair  Bəxtiyar Vahabzadənin şeirindəki  sətirlərlə  ni- 
garançılığınıza  son  qoymaq istəyirəm:
Yalnız ondan  razıyam ki, 
özüm dən  narazıyam.
Mən  bir  gün  özümdən  razı  qalsam  ki,  son  həddə 
çatmışam,  məhsuldaram,  bu  gün  elədiklərim  bir  ilə  kifa­
yətdir  və  s.  demək,  yerimdə  sayıram.  Demək,  mən  müa­
sir  dövrün  Zeynəbi  deyiləm.  Dünənki  az-çox  uğurun 
kölgəsində  gizlənirəm.  Zənn  edirəm  ki,  daha  məhsuldar 
ola  bilərdim.  Bəzən  repertuarıma  yol  tapan  bir  sıra  mah­
nılar  üzərində  bəstəkarı  təkrar-təkrar  işlətməliydim.  Nə 
isə,  yaradıcılıq  belə  şeydir:  dünən  nə  etmisənsə,  kifayət 
deyil,  bu  gün  daha  artıq  etməlisən.  Lakin  bütün  bunlarla 
bərabər,  mən  şüurlu  olaraq  yaradıcılıq  yolumu  özüm  istə­
diyim  məcraya  istiqamətləndirmiş  və  bu  yoldakı  təbii 
çətinliklərə,  əzab-  əziyyətlərə  sinə gərərək addımlamışam
so
 /77 oa

və  addımlayıram.  Bu  yol  naminə  sonra  da  hər  bir 
fədakarlığa  hazıram.
Qətilik,  prinsipiallıq,  dönməzlik,  müasirlik!  Bax, 
mənim  yaradıcılıq  həyatımda  bu  dörd  söz  həmişə  yad­
daşımın  mərkəzində  olub.  Sənətin  sirlərini  öyrənməkdə 
bu  meyarı  əsas  tutmuşam.  Və  həmişə  də  öz  yolumun 
gerçəkliyinə  inanmışam.  İndiyədək  600-dən  çox  mahnı 
oxumuşam.  Amma  təsəvvür  edin  ki,  heç  zaman  kağızla 
səhnəyə  çıxmamışam.  Bu,  ilk  növbədə  salondakılara  hör­
mətsizlikdir.  Hər  halda  mən  belə  düşünürəm.  İkinci  bir 
şey  də  həmişə  mənə  yaddır:  fonoqram  ilə  oxumağın  qəti 
əleyhinəyəm.  İndi  məndən  soruşa  bilərsiniz  ki,  bəs  nə 
üçün  Zeynəb  bir  tərəfdən  belə  deyir,  digər  tərəfdən  yeri 
gələndə fonoqram  ilə ekrana çıxır?
Bəyəm,  hər  şey  müğənnidən  asılıdır?  Bir  də  görür­
sən,  televiziyada  “Mavi  işıq"  gecəsi  təşkil  edilir.  Bəli, 
uzaq-uzaq  rayonlardan,  kəndlərdən,  Bakının,  Gəncənin, 
Sumqayıtın  sənaye  müəssisələrindən  hörmətli  əmək  qa­
baqcıllarını  toplayırlar  teleteatra,  yaxud  da  studiyanın 
“Oktyabr"  salonuna.  Budur,  müğənni  gəlir,  hər  şey  yerli 
yerindədir,  ansambl  da  yanındadır.  Fəqət,  fonoqram  fə­
ğan  qoparır,  müğənni  yalandan  ağzını  açır,  dodaqlarını 
süni  surətdə  tərpədir,  hətta  bayağı  gülüşlər,  yersiz  emo­
siya yaratmaq  cəhdi,  nə bilim daha nələr... Mahnı  bitir,  ar­
xadan  işarə  edilir  ki,  oturanlar  müğənnini  alqışlasınlar. 
Axı  nə  üçün?  Niyə  bu  hala  yol verilir?  Məgər tamaşaçının 
nəfəsini  duyub,  pis-yaxşı  canlı  konsert  versək,  bu  daha 
təbii  və  məntiqli  olmazmı?  Əgər  müğənni  oxumağa 
hazırlaşmayıbsa,  səsi  yerində  deyilsə,  onu  niyə  belə  mö­
təbər məclisə  dəvət edirlər?  Belə  görüşlərin  böyük  dəyəri 
bir  də  ondadır  ki,  diqqətəşayan  hünər  göstərən  zəhmət­
keş  insana  bu  və  ya  digər  müğənni  özünün  canlı  olaraq
_________________Reyhan_Mirzəzadə__________________в_о__178'>_______________
Reyhan Mirzəzadə
________________
в о  
178
 c s
mahnısını  hədiyyə  versin.  Heç  təsəvvürə  gətirirsinizmi, 
bunun estetik dəyəri  nə ölçüdə olar?
Bir  də  görürsən,  studiyada  işin  qızğın  çağına  rejis­
sor,  yaxud  operator  “konserti  kəsdi,  başladı  müğənni  ilə 
kəskin  söhbətə.  Axı  sənətkarı  adam  yanında  nüfuzdan, 
hörmətdən  salmaq  nə  dərəcədə  doğrudur?Elə  bilirəm  ki, 
telestudiyada  bu  barədə  nəhayət,  qəti  tədbir  görəcək, 
real  hərəkət edəcəklər.
- ...Təsəvvür edin  ki,  Azərbaycanın  bütün  dövrlərinin 
yaradıcı  dühaları  toplaşıblar  bir  yerə  və  bunlara  ayrı- 
ayrılıqda  hansı  sualları  verərdiniz?  Bu  dühalarin  10  -  un 
adını  çəkin.
-  Yaxşı,  gəlin  elə  bax,  bu  mənzilimdə  xəyali  bir 
məclis  təşkil  edək.  Və  Dədə  Qorqud,  Nizami,  Füzuli, 
Əcəmi,  Sabir,  Cəfər  Cabbarlı,  Müşfiq,  Üzeyir  Hacıbəyov, 
Bülbül,  Ələcgər  Ələkbərov  oturublar  masa  arxasında. 
Əvvəla,  onlara  əla  süfrə  açardım.  Ən  ləziz  milli  xörəkləri, 
şirniyyat  nümunələrini  hazırlayıb  düzərdim  süfrəyə.  Mat- 
mat  baxardım  onların  yeyib-içməyinə,  xırda-xırda  qulaq 
asardım  söhbətlərinə.  Bütün  danışıqlarını  köçürərdim 
lentə.  Ancaq  heç  birinə  sual  verməyə  cürətim  çatmazdı. 
Bircə  xahiş  edərdim  axşam  yığışıb  Bakıda  solo-konsertı- 
mə baxmağa gəlsinlər.
- Həsrətini çəkdiyiniz səhnə?
-  Var,  var.  Təbrizdə  hər  hansı  səhnə...  Qəribədir, 
Təbrizi  görməmişəm  deyə,  “xarici  şəhərlər  kolleksiyam- 
dakı"  boşluğu  aydın  hiss edirəm.  Eh  ,  görən  bu  mənə  nə 
vaxt qismət olacaq?..”
Zeynəb  xanım  1988-ci  ildə  Danimarkada  verdiyi 
konsertləri  belə  xatırlayır:  “Bütün  konsertlərimiz təntənəli, 
şən,  böyük ruh  yüksəkliyi  ilə keçirdi.  “Azərbaycan" mahnı­
sını  oxuyurdum, Azərbaycan  kəlməsi,  “Azərbaycan  mara-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so /79 ea

h”nda  Qarabağ  eşidiləndə  salonda  bir  hay-küy,  bir  alqış 
qopurdu  ki,  uğultudan qulaq tutulurdu.
Böyük  bəstəkarlardan  biri  müğənni  haqqında  gözəl 
deyib:  “Elə  oxu  ki,  hər  hansı  əcnəbi  doğma  dilini,  bu 
mahnını,  doğulduğun  diyarı  sevsin...”  Nə  üçün  bu  cümlə­
ni  xatırladım?  Bir  dəfə  məndən  xahiş  etdilər  ki,  “Şuşanın 
dağlarfm   oxuyum.  Oxumağa  başladım  və  gördüm  bütün 
salon  mənə  qoşulub.  Yalnız  azərbaycanlılar deyil,  salon­
da  oturan  bütün  tamaşaçılar  xorla  ritmi  tutmağa  səy 
edirdilər...”
Bəli,  Zeynəb  xanım,  sənin,  Azərbaycanımızın  qara 
örpək  bağlayacaq  müsibətlərimizin  yeni  mərhələsinin  bü­
növrəsi  məhz  Danimarkadakı  təsvir  olunan  mənzərənin 
cərəyan  etdiyi  ildən  başlayırdı.  Başlayır,  nə başlayırdı...
İndi  artıq tək  bircə salon tamaşaçı  deyil,  bütün  bəşə­
riyyət,  bütün  dünya  Azərbaycan  adlı  müqəddəs  yur­
dumuzun  Qarabağ  dərdlərinin,  Qarabağ  həqiqətlərinin  rit- 
mini  tutmağa  çalışır.  Bu  işdə  sənin  də  payın,  sənin  də 
zəhmətin  var,  Zeynəb xanım!
Zeynəb  Xanlarova  bu  gün  yüzlərlə  qocalara,  xəstə­
lərə,  şikəstlərə,  şəhid  ailəsinin  üzvlərinə,  imkansız  adam­
lara,  kimsəsiz  uşaqlara,  keçid  dövrümüzün  qayğıları  əha­
təsində  daha  çox  əziyyət  çəkən  insanlara  kömək  edir,  əl 
tutur.  Bu  barədə  yazmamağımı  Zeynəb  xanım  xahiş 
edəndə,  sual  dolu  baxışlarıma  o  belə  cavab  verdi:”Bu, 
mənim  xalqım  qarşısında  müqəddəs  borcumdur.  Mən  bu­
nu  etməsəm,  yaşaya  bilmərəm.  Azərbaycan  xalqı  mənim 
həyatımdır,  nəfəsimdir,  taleyimdir,  qismətimdir.  Haraya 
getsəm  də,  planetin  hansı  nöqtəsində  olsam  da,  istər 
nəhəng  Amerikada,  istər  uzaq  Avstraliyada,  yenə  xalqım 
üçün,  Azərbaycanım  üçün  körpə  uşaq  kimi qəribsəyirəm. 
Ana  Vətənimin  isti  qucağına,  Xəzərimin  gah  coşqun,  gah 
da  sakit  dalğalarına  baxmağa  tələsirəm.  Baxıram,  hey
__________
Reyhan Mirzəzadə
_________________Reyhan_Mirzəzadə___________________so_182__ca'>_____________________
во 
180
 
oj
baxıram  doğma  Bakıma,  doymuram.  Hər  dəfə  də  ürə­
yimdə sakit bir səslə  pıçıldayıram:
Yurdumun  öz halal  çörəyi, duzu  var,
Hər vuran  ürəkdə  min arzu, dilək var.
Eşit,  Ulu Tanrım,  bu qəlbimin səsin 
Azərbaycanımın səsidir öz səsim.
Allah,  Allah,  Allah,  Allah,  eşit məni, Allah,
Saxla  bəd  nəzərdən,  sən xalqımı Allah!
____
Azərbaycançılıq  və vətənpərvərlik məfkurəsi
___ _
“Azərbaycan” qəzeti, 
8  noyabr 1997-ci  il.
so 
181
 oa

GÖ ZƏL İNSAN,  QEYRƏTLİ QADIN, 
BÖYÜK SƏNƏTKAR
38 il əwəl vəfat etmiş  ərəb xalqının böyük sənətkarı, 
dünya şöhrətli Misir müğənnisi Fatma İbrahim əl- 
Baltacinin (Umm Gülsümün) əziz  xatirəsinə
Hansı  ərəb  ölkəsinə  gedirdimsə,  orada  Umm  Gül­
sümdən  söhbət  açmağı  unutmurdum.  Bu  xanım  haqqın­
da,  möcüzəli  səsə  malik  sənətkar  haqqında  daha  çox 
öyrənmək  istəyirdim.  Hər  yerdə  ona  məhəbbət,  ülvi  mü­
nasibət,  xatirəsinə  ehtiram  görürdüm.  Amma  təəssüflənir- 
dimki  hələ  də  Azərbaycanımda  bu  fenomen  mügənni- 
şəxsiyyət  haqqında  məlumatı  olmayanlar var.  Onun  ifaları 
bizim  efir  məkanlarımızda  ya  heç  səslənmir,  ya  da  o  qə­
dər az eşidilirki,  nəzəri  cəlb  etmir.Onu  da  deyim  ki,  məm­
ləkətimizdə  bu  sənətkar xanımı,  müsəlman  aləminin fəxri­
ni  sevib  dinləyənlər  də  var.Ən  azı  Azərbaycanımız  müs­
təqilliyini  bərpa  edəndən,  dünyaya  qapılarımız  taybatay 
açılandan  sonra  digər  ölkələrə  olduğu  kimi,  Misirə  də 
gediş-gəlişimiz  artdı,  uzun  illərin  həsrətindən  sonra  ərəb 
bacı-qardaşlarımıza  qovuşduq.  Onların  musiqiləri,  nəğ­
mələri,  poeziyaları  ruhumuzu  rövnəqləndirdi.  Bu  sənət 
incilərinin  diskləri,  audio-video  lentləri  evlərimizə,  ocaqla­
rımıza  pərvazlandı.  Evdə  ayırdığım  guşədə  bu  mədə­
niyyət sərvətlərinin  içində  Umm  Gülsüm  “fəxri yer” tutdu.
1898-ci 
ilin  30  dekabrında  (bəzi  mənbələrdə 
nədənsə  4  may  1904-cü  il  qeyd  olunur)  Misirdə-Nil  çayı­
nın  mənsəbində  yerləşən  Tamaz  əs-Zahayra  adlı  kiçik 
kənddə  kasıb  bir  dindar  ailəsində  Fatma  adlı  qız  uşağı 
dünyaya  gəldi.  Atası  kənd  məscidinin  imamı  idi.  Fatma 
beş  yaşında  olanda  atası  onun  gözəl  səsə  malik 
olduğunu  kəşf  etdi.  Ecazkar  səslə  Qurani-Kərimi  oxuyan 
qızcığaz,  hamının  sevimlisinə  çevrildi.  O  zamanlar  heç
_______________
Reyhan Mirzəzadə
________________
so 182
 ca
kim  bilmirdiki,  vaxt  gələcək,  Fatma  parlaq  istedadı  ilə 
nəinki 
Misirin, 
hətta 
bütün 
müsəlman 
aləminin 
əvəzolunmaz  sənətkarı,  böyük  mədəniyyət  xadimi,  dün­
yanın  tanınmış  müğənnisi,  ərəb  musiqisinin  korifeyi 
olacaq,  incəsənət  dünyasında  XX  əsr  tarixinin  ən 
görkəmli sənətkarı  kimi  əbədi  şöhrət qazanacaq.  Lakin o 
vaxtlar,  Fatma  kiçik  yaşlarında  olanda,  qız  uşağının 
kişilər  olan  yerdə  oxumağına  yaxşı  baxmırdılar.  O,  belə 
məclislərdə  oğlan  geyimi  ilə  çıxış  edib  ilahi  mahnılar 
oxuyurdu.  Sonralar  Umm  Gülsüm  adı  ilə  məşhurlaşan 
Fatma 
İbrahim, 
doğulduğu 
ailənin 
təmiz, 
saf
tərbiyəsindən  bəhrələndi,  dinimizin  uca  mənəvi  dəyərlə­
rindən,  yüksək  əxlaqi  keyfiyyətlərindən  qüvvətləndi.  İlk 
dərslərini  məhz  böyük  Qurandan,  müqəddəs  varlığımızın 
misilsiz  fəlsəfi  məzmun,  dərin  və  zəngin  mənalar  kəsb 
edən  surələrindən  aldı.  Uşaqlıqdan  ərəb  xalq  mahnıla­
rının  bənzərsiz ifaları  ilə  könüllərə xoş  əhval-ruhiyyə  bəxş 
edən  Umm  Gülsüm  üçün  elə  bu  nəğmələr  böyük  bir 
məktəb  oldu.  Onun  ifa  etdiyi  laylalarda,  bayatılarda, 
oxşama  və  ağılarda  da  sadə  xalqının  istək  və  arzulan 
ifadə  olunurdu.  Onun  səsi  müqayisəedilməz  dərəcədə 
güclü  idi.  Təmiz,  ifadəli,  gözəl  tembrli,  zəngin  çalarlı, 
daha  dəqiq desəm,  nadir səs idi.
On  altı  yaşı  olanda  atası  onu  Qahirəyə,  məşhur mü­
ğənni  Məhəmməd  Əbül  Əlanın  yanına  səs  təhsili  almağa 
gətirdi.  Burada  qısa  müddətdə  tanınmış  bəstəkar  Zəkə­
riyyə  Əhməd  və  Məhəmməd  Əbdülvahab  kimi  sənətkarın 
təcrübəsindən  faydalanan  Fatma,  çox çəkmədi  ki,  şöhrət­
də  müğənni  Munirə  Mehdini  ötüb  keçdi  və  ölkənin  bir 
nömrəli  ifaçısına  çevrildi.
Qahirə  Universitetinin  müəllimləri  belə  bir  nəticəyə 
gəlmişdilər  ki,  Umm  Gülsümün  səsində  bir  saniyədə  14 
min səs telləri titrəyişi və cingiltisi var idi ki,  bu  da  adi ada-
Azarbavcancılıa və vətənpərvərlik  məfkurəsi
____
so 
183 
ca

min  səsindən  dörd  dəfə  artıq  idi.  Onun  üçün  xüsusi  ola­
raq  mikrofon  yaradılmışdı.  Müğənninin  səsinin  qeyd  et­
diyim  nadir xüsusiyyəti  həmin mikrofonda  nəzərə alınırdı.
Umm  Gülsümün  ilk  qastrolları  1932-ci  ildə  Dəməşq, 
Beyrut,  Bağdad,  Tripoli  şəhərlərinə  olub.Məşhur  xanən­
dənin  ilk  böyük  və  ilk  rəsmi  konserti  32  yaşnda  olanda, 
yəni  1930-cu  ildə  keçirilib.  1937-ci  ildən  Qahirə  radiosun­
da  çıxış  edib.  Ərəb  xalqının  Umm  Gülsüm  yaradıcılığına 
olan  məhəbbət  və  səmimiyyətin,  hörmət  və  ehtiramın 
nümunəsidir  ki,  Qahirə  radio  kanallarından  biri  24  saat 
ərzində,  bütün  gecə  və  gündüz  onun  mahnı  və  nəğ­
mələrini  səsləndirməkdə  davam  edir.  Müğənninin  ifa 
etdiyi  elə  sənət  əsərləri  vardırki,  onlar  müvafiq  kiçik 
musiqi  fasilələri  nəzərə  alınmaqla,  iki  saat  davam  edirdi. 
Bu  mahnıların  özünəməxsus  giriş  hissələri  olurdu. 
Əsərdə təkcə giriş  hissələri yarım  saat çəkirdi.
Umm  Gülsüm  aktrisa  kimi  də  fəaliyyət  göstərib.  O, 
ilk  dəfə  1935-ci  ildə  filmə  çəkilib.  Kral  ailəsinin  də  sevim­
lisi  olan  müğənni,  ailə  qarşısında  dəfələrlə  çıxış  edib. 
1944-cü  ildə  Misir  kralı  Faruk  müğənnidən  əvvəl  yalnız 
məşhur  siyasətçi,  dövlət  xadimləri  və  kral  ailələrinin  üzv­
lərinə  verilən  ölkənin  ən  ali  mükafatı  -  ƏL  KAMAL  nişanı­
nı  Umm  Gülsümə təqdim  edib.
1970-ci  ildə  keçmiş  SSRl-yə  ilk  dəfə  qastrola  gələn 
müğənninin  burada  nəzərdə  tutulan  konserti  baş  tutmur. 
Yüksək  səviyyədə  hazırlıq  gedən  proqramın  başlanma­
sına  azacıq  vaxt  qaldıqda,  o,  Misir  Prezidenti  Kamal  Əb­
dül  Nasirin  ölüm  xəbərini  eşidir  və  təcili  olaraq  Qahirəyə 
qayıdır.
Əlli  ildən  artıq  ərəb  musiqisini  bütün  dünyada  tanı­
dıb  sevdirən  Umm  Gülsümü  nahaq  yerə  “Şərqin  ulduzu”, 
"Ərəblərin  Piafı”  adlandırmayıblar.  Onun  Misir  estradası­
nın,  ərəb  musiqisindəki  mahnı  janrının  inkişafında  çox
_______________
Reyhan Mirzəzadə
_________________
s o  
184 
ca
böyük xidmətləri  olub.  Sosioloqlar ifaçının  uğurunun  necə 
qazanıldığı  ilə  maraqlanıblar.  Bunun  sirlərini  öyrənmək 
istəyiblər.
Kral  Faruk  müğənninin  başına  xeyli qızıllar yağdırıb 
Umm  Gülsümün  konsertlərinə  düşmək  üçün  gərək  bir  il 
əvvəl  bilet  alınaydı.  Yoxsa,  mümkün  deyildi.  Bilet tapmaq 
olmurdu.  Hələ  60-70-ci  illərdə  xanımın  konsertinə  olan 
biletin  ən  ucuz  qiyməti  100  ABŞ  dolları  idi.  Müğənnini 
bütün  ərəb  ölkələrinin  Xalq  Artisti  adlandırırdılar.  Hər  bir 
ərəbin  evində  xanəndənin  heç  olmasa,  bir  valı  var  idi 
(indi  təbiiki  bu  valları  müasir  disklər,  audio  və  videoka- 
setlər əvəz edir).
ingilis jurnalisti  Terri  Deçarden  görkəmli  müğənninin 
iştirak  etdiyi  konsertindən  bəhs  edərək  yazırdı:“Umm 
Gülsümü  kimlərlə  müqayisə  etmək olar?  Qərbin  ən  böyük 
nəğməkarlarından  biri  olan  Piafla!  Bəli,  bəli,  Edit  Piafla! 
Ona  görə  ki,  Umm  Gülsümün  də  mahnıları  Editin  nəğmə­
ləri  kimi  hər bir qərblinin ürəyindən  idi.
Bir  dəfə  mən  Umm  Gülsümü  Abu-Dabidə  dinlədim. 
Romantik  bir  yerdə.  Fars  körfəzinin  sahillərində.  Belə 
vaxtlarda  bu  yerlərə  iynə  atsan,  yerə  düşməz.  Adam  əlin­
dən  tərpənmək  mümkün  deyildi.  Bir  yandan  da  isti.  Qay­
nar  bir  gün.  Qızmar  günəşin  odlu  şəfəqləri  altında  saat­
larla  durmaq  olardı.  Təkcə  bu  müğənniyə  baxmaqdan 
ötrü
Əvvəl  təbillər  çalındı.  Çalğıçıların  çoxunun  əlində 
skripka  var  idi.  Milli  ərəb  musiqi  alətləri  olan  rübab  və 
xudanın  da  səsi eşidilirdi.
Umm  Gülsüm  gəldi.  Ağ  geyimdə.  Səliqəli  bir  gör­
kəmdə.  Onun  sifətində  tam  bir  sakitlik  vardı.  Mərhəmət 
tökülürdü  üz-gözündən.  Rəhmlilik yağırdı.  Sadəliklə meh­
ribanlıq  ona  xüsusi gözəllik  verirdi.
Azərbavcancılıq və vətənpərvərlik məfkurəsi
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin