Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə19/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

________________
Reyhaı. iYdirs:zadə
______________ _
ю  234 oa
14  metr  olan  bir  qala  tikilmişdir  ki,  buna  “Qız  qalası” 
deyilir. 
Qaflantıda  Qız  körpüsünün  sağ  sahilində  Şah 
Abbas  karvansarası  adlanan  bir  bina  var  ki.  Bu,  Miyana 
ətrafında  olan  iki  karvansaradan  biridir.  Tarixçilərin  və 
xalqın  dediyinə  görə,  Səfəvilər  sülaləsinin  beşinci  şahı,  I 
Şah  Abbas  hakimiyyəti  tabeliyində  olan  ərazidə  İraq  və 
Xorasandan  Tiflisə  qədər  999  karvansara  tikdirmişdi. 
Həmin  karvaransaralardan  ikincisi  Miyanadan  30  kilometr 
aralı  Camalabad  kəndindədir.
XV-XVI  əsrlərdə  Səfəvilərin  hakimiyyəti zamanı  İran 
memarlıq  və  incəsənəti  özünün  ən  yüksək  zirvəsinə 
çatmış,  iranın  çoxəsrlik  mədəniyyətinin  ən  parlaq  səhi­
fələrini  təşkil  etmişdir.  İsfahan  və  eləcə  də  ölkənin  digər 
yerlərində  o dövrdə  inşa  edilmiş  inzibati,  ictimai,  dini  və  s 
binaların  tərtibatı  mütəxəssislər  tərəfindən  yüksək  qiy­
mətləndirmişdir.
XI  əsr  İran  müəllifi  Nasir  Xosrovun  yazılarında 
göstərilir  ki,  İsfahanın  havası  gözəldir,  çoxlu  arxları  var, 
şəhər  abaddır,  indiki  İsfahan  şəhəri  Səfəvi  şahlarının 
tikililəri  ilə tanınır.  Şah Abbas hökmdarlığının (1587-1628) 
ilk  illərindən  Səfəvi  şahlığının  paytaxtı  Qəzvindən  İsfa­
hana  köçürülmüş,  qısa  bir zaman  içində  bu  kiçik  şəhərcik 
parlaq və dəbdəbəli şəhərə çevrilmişdi.  Deyilənə görə,  bu 
dövrdə  bir milyon  nəfərə yaxın əhalisi  olan  İsfahanda  162 
məscid,  48  mədrəsə,  1800  karvansara,  273  hamam 
varmış.  Gözəl  bağlar,  geniş  xiyabanlar,  dəbdəbəli 
saraylar,  gümbəzləri alışıb yanan  məscidlər İsfahanı  dillər 
əzbəri etmiş,  onu əzəmət və şöhrət simvoluna çevirmişdi.
XII  əsrdə  İsfahanda  olmuş  italyan  səyyahı  Petro 
Della  Valle  bu  şəhər  haqqındakı  xatirələrində  yazmışdı 
ki,  şəhərin  baş  küçəsində  dörd  gözəl  bağ  yerləşir.  Bura 
Çaharbağ  adlanır.  Hezar-Carib  adlı  park  isə  bu  küçənin 
qurtaracağında  salınmışdır,  italiyalının  yazdığına
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
sm 
235 саз

görə,  Çaharbağ  şaha  məxsus  imiş  və  gözəlliyinə görə  öz 
dövrünün  Roma,  Neapol,  Genuya  və  s  şəhərlərinin  baş 
küçələrini  kölgədə qoyurmış.
1616-cı  ildə  İsgəndər  bəy  Türkmənin  yazdığına 
görə,  İsfahanda  abadlıq  işləri  başlayarkən  ilk  növbədə 
Şah  Abbasın  yaşadığı  “Nəqşi-Cahan”  adlı  (1597-1617-ci 
illərdə  Teymurilər  dövründə  belə  adlanırdı)  sarayın  ətra­
fında  yeni,  gözəl  binalar  tikilir.  Sonralar  bu  yer  Şah  mey­
danına  çevrilir.  Uzunluğu  512  metr,  eni  159  metr  olan 
Şah  meydanı  iri  düzbucaqlı  şəklindədir.  Şəhərin  baş 
Məscidi  olan  Şah  məscidi  cənub,  Şeyxlütfülla  məscidi 
şərqdə  meydana birləşir.
Şah  məscidi  əsl  sənət  incisidir.  Bu  məscidi  bədii 
dolğunluğuna  görə  İran  məscidlərinin  şahı  sayırlar.  Məs­
cidi  1611-ci  ildə  memar  Əbdülkazım  tikməyə  başlamış, 
1638-ci  ildə  memar  Ələkbər  tamamlamışdır.  Məscidin 
memarlıq  bəzəyində  təbrizli  xəttatlar  Əli  Rza  Abbasi, 
Əbdülbağı  və  Abdulla  iştirak  etmişlər.  Hündürlüyü  50 
metrdən  artıq  olan  bu  binanın  giriş  darvazaları  qiymətli 
metallarla-qızıl,  gümüşlə,  tacı  isə qlazurla  bəzədilmişdir.
Şah  məscidinin  günbəzi  İranın  ən  iri  günbəzlərindən 
biridir və  İsfahanın  hər yerindən  görünür.  Günbəzin  bayır 
üzü füruzəyi  rəngdədir.
Dünyanın  məşhur  memarlıq  ansamblları  içərisində 
yüksək  yeri  olan  İsfahan  Şah  meydanı  estetik  konsep­
siyaları,  memarlıq  prinsipləri  ilə  Avropa  ansambllarından 
seçilir.  1638-ci  ildə  Ser  Tomas  Herbert  Şah  meydanını 
London  və  Parisdəki  Kral  meydanları  ilə  müqayisə  edib 
göstərir  ki,  İsfahan  meydanı  onlardan  altı  dəfə  böyükdür. 
Ondan  300  il  sonra fransız  tədqiqatçısı  A.Qodar yazmış- 
dır:“Əgər  planın  xətlər,  kütlələr,  görünüşlər  və  nəhəng 
perspektivlərlə 
birliyini  desək, 
bu,  əla 
konsepsiya 
Versaldan yarım  əsr qabaq doğulub”.
________________
Reyhan M i r z ə z a d ə
_____________
so 
236
 ca
İranın  qədim şəhərlərindən  biri olan Marağa  ölkənin 
qərbində,  Səhənd  dağının  cənubunda  yerləşir.  “Marağa” 
sözünün  mənası  “otlaq  yeri"  deməkdir.  Marağa  bağ-ba- 
ğatı,  meyvəsi,  xüsusilə  üzüm,  doşab  və  kişmişi  ilə  məş­
hurdur.  Şəhər,  meyvəsindən  əlavə,  taxılı  və  gözəl  mər­
məri ilə də böyük şöhrət qazanmışdır.
Keçmiş  əsrlərin  yadigarı,  dünyanın  hər  zaman  diq­
qət  mərkəzində  olan  Marağa  rəsədxanası  1259-1261-ci 
ildə  yaradılmışdır.  Rəsədxana  Misirdən  Çinə  qədər  geniş 
bir  ərazinin  görkəmli  alimlərini  öz  ətrafına  toplayaraq, 
həmin  dövrün  bütün  elmləri  ilə  məşğul  olduğu  üçün,  bir 
növ  akademiyanı  əvəz  edirdi.  Rəsədxana  haqqında  mə­
lumat  verən  əsərlərdə  qeyd  olunduğuna  görə,  onun  me­
marı  Fəxrələddin Əhməd  ibn Osman Mərağeyi olmuşdur.
Həmin  dövrdə  rəsədxanada  planetlərin  şəkilləri, 
dairələr,  12  bürcün  təsviri,  yer  üzünün,  adalar  və  də­
nizlərin  xəritəsi,  coğrafi  en  və  uzunluq  ölçülərinin  olduğu 
müəyyənləşdirilmişdir.  Təxminən  52  il  fəaliyyət  göstərən 
Marağa  rəsədxanası  600  ildən  sonra,  XIX  əsrin  orta­
larında tədqiq  olunmağa  başlanılmışdır.
Rəsədxanada  işləmiş  alimlərin  sayı  haqqında  hə­
ləlik dəqiq  məlumat  yoxdur.  Lakin  “Rövzətüssəfa”nın  mü­
əllifi  Əbqa  xan  tərəfindən  Xacə  Nəsirəddinin  şagirdlərin­
dən  yüz  nəfərinin  mükafatlandırılması  barədə  məlumat 
verilir.
İranın,  haqqında  yazılası  tarixi  və  memarlıq  abidə­
lərinin  sayı  çox,  mədəni  irsi  isə  zəngindir.  Hələ  çox-çox 
tədqiqatçılar,  yazarlar  bu  mövzuya  müraciət  edəcək, 
yeni-yeni  məlumatları  oxucuların,  xalqın  diqqətinə  çatdı­
racaqlar.  Sağlıq  olsun!
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
“Azad Azərbaycan”qəzeti, 
30 mart 2004-cü  il.
so 
237 ca

A B Ş - İN  İLK  PREZİDENTİ
“Ü m id v a ra m   ki,  səm im iliyi  qoruyub  saxlam aqda 
s a rs ılm a z  və  b ə s   q ə d ə r  d ö zü m lü  o lacağ am .  Bu,  yüksək 
titullar için d ə  ən  qibtə edilənidir".
Corc Vaşinqton
22  fevral amerikalıların  milli bayramıdır.  Çünki Ame­
rika  dövlətçiliyinin  əsasını  qoyan  1732-ci  ilin  bu  gü­
nündə  dünyanın  məşhur dövlət xadimi,  böyük  siyasətçisi 
və ölkənin  ilk Prezidenti  olan  Corc Vaşinqton doğulub.
Corc  Vaşinqtonun  atası,  varlı  pansion  sahibi  olan 
Avqustin  ilk  dəfə  1715-ci  ildə,  21  yaşında  evlənir.  Bu 
nikahdan  onun  Lourens,  Avqustin  adlı  iki  oğlu,  Ceyn  adlı 
bir qızı  doğulur.
1729-cu  ildə  həyat  yoldaşı  vəfat  edəndən  sonra 
Avqustin  uşaqlarını  da  götürüb  İngiltərəyə  gəlir.  Lakin 
burada  ona  daha  bir  bədbəxtlik  üz  verir.  O,  yaralanır  və 
dostunun  evində qalıb  uzun  müddət müalicə olunur.
Avqustin  burada  Amerikadan  qohumlarıgilə  qonaq 
gəlmiş  iyirmi  yaşlı  Meri  ilə tanış  olur.  Qız ona  mərhəmətlə 
yanaşır,  qulluq  göstərir,  qayğısına  qalır.  Onlar  bir-biri­
lərinə isinişir və  aralarında dərin  məhəbbət yaranır.
Üç  ildən  sonra  Avqustin  Meri  ilə  evlənir  və  onu 
Amerikaya,  Virciniyaya  gətirir.  Oğlanları  isə  İngiltərədə 
qalır,  qızı  Ceyn xəstəlikdən  vəfat edir.
1732-ci  ilin  12  (  köhnə  təqvimlə)  fevralında  onların 
bir  oğlu  doğulur.  Corcdan  sonra  ailədə  daha  beş  övlad 
dünyaya gəlir.
Corc  on  bir  yaşında  olanda  atasını  itirir  və  bir  necə 
ildən  sonra  ögey  qardaşı  Lourensin  dəvəti  ilə  Maunt  - 
Vernon  şəhərinə  gedir.
_________________Reyhan_Mirzəzadə,___________________so_238__oa'>_______________
Reyhan Mirzəzadə,
______________ _
so 238
 oa
21-22  yaşında  Virciniya  milis  dairələrindən  birinə 
komandirlik  edir,  1759-cu  ildə  polkovnik  rütbəsində 
istefaya  çıxır.  Həmin  il  Marta  Kastis  adlı  ağıllı,  zəngin  bir 
xanımla  ailə  qurur.  Həyat  yoldaşı  Corcun  dayağına,  əsl 
silahdaşına çevrilir.
On  beş  il Virciniya  qanunvericilik  məclisinin  deputatı 
olan  Corc  Vaşinqton,  1775-ci  ildə  üsyançı  ordunun  baş 
komandanı  seçilir və nizami ordu yaratmağa  nail olur.
XVI  əsrdə  avropalılar gələnədək  ABŞ-ın  indiki  əra­
zisində  hindular  və  eskimoslar  yaşayırdı.  XVII-XVIII  əsr­
lərdə  İngiltərə,  Hollandiya,  Fransa,  İspaniya  işğal  hesa­
bına  Şimali Amerikadakı  ərazilərini xeyli genişləndirmişdi.
Amerikada  azadlıq,  torpaqların  işğaldan  xilas  edil­
məsi  uğrunda  mübarizə  başlamışdı.  Bu  mübarizənin 
başında Corc Vaşinqton dayanırdı.
1776-cı  ilin  qışı,  Milad  ərəfəsi  idi.  Kontinental  Ordu­
nun  (Vaşinqton  bu  ordunun  komandanı  idi)  ac-yalavac, 
minlərlə  döyüşçüsü  yorulub  silahı  yerə  qoymaq  istəyirdi. 
Uğradıqları 
məğlubiyyətlərdən  sonra  çoxları  ruhdan 
düşmüş,  Amerika  inqilabını  bitmiş  hesab  edirdi.  Bütün 
var-dövlətini  xalqın  azadlığı  uğrunda  sərf  edərək,  ko­
mandanlığı  öz  üzərinə  götürmüş  Vaşinqton  da  vəziyyətin 
ağırlığından  xəbərdar idi.
1775  -  1783-cü  illərdə  Corc  Vaşinqton  partizan 
dəstələri  ilə  birlikdə  İngiltərənin  qoşunlarını  məğlubiyyətə 
uğradır.  ABŞ  və  İngiltərə  arasında  Parisdə  Versal  sülh 
müqaviləsi  imzalanır.  Müqaviləyə  görə,  İngiltərə  ABŞ-ı 
müstəqil  və  suveren  dövlət  kimi  tanıyır.  İngiltərə  gələcək­
də ona  heç bir iddia  irəli  sürülməyəcəyinə təminat verir.
Artıq  Vaşinqtonun  Prezident  olacağı  heç  kimdə 
şübhə  doğurmurdu.  Hətta  1788-ci  il  4  iyul  Konstitusiya 
bayramı  şənliklərində  də  “Vaşinqton  -  Prezident!”  kimi 
şüarlar  səsləndirilirdi.  Nəhayət,  1789-cu  il  fevralın  4-də
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 239
 oa

keçirilən  Prezident seçkilərində Corc Vaşinqton ABŞ-ın  ilk 
Prezidenti  seçilir.  O,  Seçicilər Kollegiyasında  səslərin  100 
faizini  qazanmış  yeganə  ABŞ  Prezidenti  kimi  tarixə 
düşür.  Onun  Maunt Vernondan  Nyu-Yorka  gəlişi  bayram 
kimi  qeyd  olunur.  Vaşinqton  30  aprel  1789-cu  ildə  inau- 
qurasiya  (andiçmə)  nitqi  söyləyir.
İlk  ABŞ  Konqresi  Vaşinqtona  ildə  25  min  dollar  (o 
dövrə  görə  bu,  böyük  məbləğ  idi)  maaş verilməsinə  qərar 
çıxarır.  Buna  baxmayaraq,  o,  maddi  vəziyyəti  yaxşı  oldu­
ğu  üçün  bu  maaşdan  imtina  edir.Lakin  bu  addım  gələ­
cəkdə  yalnız  varlıların  Prezident  kürsüsü  tutmasına  ənə­
nə ola  bilərdi.  Buna görə,  o,  maaş  almağa  razılıq  verir.
Cəmiyyətdəki  nüfuzuna  baxmayaraq,  o,  ikinci  dəfə 
Prezident  seçilmək  istəmirdi.  Maunt  Vernona  qayıdıb 
sakit  həyat  sürmək  onun  başlıca  arzusu  idi.  Lakin  na­
zirlər onu  yenidən  Prezident görmək istəyirdilər.
Vaşinqtonun  ikinci  prezidentlik  dövründə  Avropada 
müharibələr  səngimək  bilmirdi.  Prezident  var  qüvvəsi  ilə 
ABŞ-ı  bu  müharibələrdən  kənarda  saxlamağa  çalışırdı. 
Tərəfdarlarına  isə  birmənalı  şəkildə  bildirmişdi  ki,  növbəti 
Prezident seçkilərində iştirak etməyəcək.
Bəzi  düzəlişlərlə  hazırda  qüvvədə  olan  ABŞ  Kons­
titusiyası  Corc  Vaşinqtonun  sədrliyi  ilə  hazırlanmışdı. 
Vaşinqton  eyni  zamanda  ABŞ-da  ikipartiyalı  sistemin  ya­
radıcısı  idi.
İndi  ölkə  paytaxtında  ABŞ-ın  ilk  Prezidentinin  şərə­
finə  ucaldılmış  abidə  və  Kapitoli  şəhərin  hər  yerindən 
görünür.  Konqresin  qəbul  etdiyi  qanuna  əsasən,  pay­
taxtda  bu  iki  tikilidən  hündür  bina  inşa  edilməsinə  icazə 
verilmir.  Amerikalılar  ilk  Prezidentlərinə  və  demokrati­
yaya  hüsn-rəğbətlərini ifadə edirlər.
1790-cı  ildə  yeni  paytaxtın salınması  üçün  Potomak 
çayı  sahilindəki  yeri  də Vaşinqton  seçmişdi.  Şəhər əvvəl­
________________
Reyhan Mirzəzadə
_________________
ю  
240
 оз
lər  onun  şərəfinə  Corctaun,  sonra  isə  Vaşinqton  adlan­
dırıldı.  Vaşinqtonda  hündür  evlər,  göydələnlər  yoxdur. 
Şəhərin  planını  dövlət  xadimi  T.  Ceffersonun  iştirakı  ilə 
fransız  mühəndisi  P.  Lanfan  hazırlayıb.  Evlər  bir-birindən 
aralı,  küçələr olduqca genişdir.  Şəhərdə çoxlu  park var.
Kapitoli  Amerika  Konqresinin  binasıdır.  Bu  möhtə­
şəm  bina  memarlar  Tornton,  Latrob  və  Volterin  layihəsi 
ilə  72  ilə  tikilib.  Daim  diqqətdə  olan  məşhur  Ağ  Evin  də 
daxili quruluşu  oranı ziyarət edənləri  heyran qoyur.
Ağ  Evdə  ən  böyük  zal  Şərq  zalıdır.  Burada  müxtəlif 
tədbirlər-təntənəli  qəbullar,  ballar,  mərasimlər  keçirilir, 
konsertlər  təşkil  olunur.  Prezident  bəzən  Konqresin  təs­
diq  etdiyi  qanunları  da  burada  imzalayır.  Bu  zaman  onu 
həmin  qanun  layihəsinə  səs  vermiş  Konqres  üzvləri 
əhatə edirlər.
Prezident qızları  Nelli  Qrant,  Alisa  Ruzvelt  və  Linda 
Consonun  toyları  burada  olub.  Prezidentlərdən  Uilyam 
Makkinili  və  Con  Kennedinin  cənazələri  vida  məra­
simində Şərq  zalında  qoyulub.  Avraam  Linkoln,  Franklin 
Ruzvelt  və  başqa  Prezidentlərin  matəm  mərasimi  həmin 
zalda  keçirilib.
Corc  Vaşinqtonun  rəssam  Hilbert  Stüart  tərəfindən 
çəkilmiş  portreti  də  Şərq  zalında  asılıb.  1914-cü  ildə 
ingilislər  Ağ  evi  yandıranda  Prezident  Ceyms  Medisonun 
həyat  yoldaşı  Dolli  Medison  həmin  portreti  çətinliklə  xilas 
edə  bilib.
Ağ  Evin  Qızıl,  Büllur,  Yaşıl,  Mavi,  Qırmızı  adlı qonaq 
otaqlarının,  kitabxanasının,  diplomatik  qəbul,  təntənəli 
ziyafət  zallarının  hər  biri  özünəməxsusluğu  ilə  seçilir. 
Məsələn,  Ağ  Evin  kitabxanasında  asılan  təkrarsız  çilçıraq 
əvvəllər yazıçı  Fenimor  Kuperin  ailəsinə  məxsus olub.
Yaşıl  qonaq  otağına  sərilmiş  türk  xalçası  bən­
zərsizliyi,  gözəl  ilməli  naxışları  ilə  gələnləri  heyran edir.
____
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
____
ю  
241
 оз

Prezident  Qrover  Klivlendin  toyu  Mavi  zalda  keçi­
rilib.  Bu,  Ağ  Evdə  təşkil  edilmiş  yeganə  Prezident  toyu 
olub.
Amerika  tarixinin  ən  böyük  hadisələrinin  şahidi 
olmuş  Ağ  Ev  əvvəllər  “Prezident  Evi”,  “Prezident  Sarayı” 
adlanıb.  Bu  bina  da  1792-ci  ildə  Corc  Vaşinqtonun  seç­
diyi  yerdə  tikilib.  Binanın  memarı  əslən  irlandiyalı  olan 
Ceyms  Hobandır.  ingilislər  yandırandan  sonra  çölü  ağ 
rəngləndiyi  üçün  binaya  Ağ  Ev  adı  verilib.  Sonralar  bina 
dəfələrlə  təmir  edilib,  ona  yeni  tikililər  əlavə  olunub.  Gü­
nəş  enerjisi  ilə  qızdırılan  Ağ  Ev  gözəl  parkla  əhatələnib. 
Parkda  tarixi  abidə  kimi  qorunub  saxlanılan  bir çox  nadir 
ağac  növləri  var.  Prezidentlərdən  Endrü Ceksonun əkdiyi 
maqnoliya,  Con  Adamsın  əkdiyi  Amerika  qarağacı 
da  tarixin  ağaclaşmış  şəklidir.  Jaklin  Kennedi  bağı  par­
kın gözəl  guşələrindən  biridir.
1800-cü  ildə  Ağ  Evə  ilk  dəfə  Amerikanın  ikinci 
Prezidenti  Con  Adams  öz  arvadı  ilə  qədəm  qoyub.  Tən­
tənəli  ziyafətlər  zalında,  mərmər  lövhədə  Ağ  Evin  ilk 
sakininin  bu  sözləri  həkk  olunub:“Dua  edirəm  ki,  Allah  bu 
Evdən  və  burada  yaşayanlardan  öz  mərhəmətini  əsir­
gəməsin.  Qoy,  bu damın  altında yalnız vicdanlı  və  müdrik 
adamlar hökm versinlər”.  Ağ  Evin  devizi budur.
Gözəl  devizdir.  Bu,  həm  də  281  yaşlı  böyük 
şəxsiyyətin  Corc  Vaşinqtonun  ideyalarına  və  ruhuna 
verilən  qiymətdir.
_______________
Reyhan M ir z ə z a d ə
______________
“Azad Azərbaycan”  qəzeti, 
18 fevral  2005-ci  il
so 
242
 ea
PO LŞA KO NSTİTUSİYASI AVROPANIN ƏN
QƏDİM,  DÜNYANIN  İSƏ ABŞ-DAN SONRA 
İKİNCİ  KONSTİTUSİYASIDIR
3 may - Polşa Respublikasının milli bayramıdır
Hər dəfə  Polşanın və polyak xalqının adını eşidəndə 
üzümə  təbəssüm  qonur,  ürəyimi  doğma  hisslər  bürüyür. 
Hər dəfə də  şahidi oluram  ki,  bu  duyğular tək mənim  yox, 
bütün  Azərbaycan  xalqının  qəlbinə,  yaddaşına  hopub. 
Çünki  səmimi  xalq  kimi  sevgiyə  və  hörmətə  layiq  olan 
polyakların  altı  əsrə  yaxındır  ki,  dostluğa  sədaqətini  gör­
müşük.  Bizdən  əvvəl  yaşayan  nəsillərimiz  də,  bizlər  də. 
Bu  yaddaşların  xatirələrini  bir  daha  əziz  tutmaq  üçün 
gəlin tarixə kiçicik ekskursiya edək.
Azərbaycan  və  Polşa  məsafəcə  bir-birindən  uzaqda 
yerləşsə  də,  xalqlarımız  tarixən  sıx  əlaqələr  saxlayıb  və 
bu  əlaqələr  bünövrəsi  qoyulandan  heç  bir  zaman  kəsil­
məyib.  XV  əsrdə  Ağqoyunlu  və  Polşa  dövlətləri  arasında 
diplomatik,  Azərbaycan  hökmdarı  Uzun  Həsənlə  Polşa 
kralı  Yagellon  arasında  dostluq  münasibətləri  mövcud 
olub.  Həmin  əsrin  70-ci  illərində  Uzun  Həsən  öz  səfirini 
Polşaya  göndərib.  Xalqlarımız  arasında  dostluq  körpü­
sünün  təməli  qoyulub.  O  vaxtdan  polyaklar  və  azərbay­
canlılar  arasında  ünsiyyət  yaranıb,  bir-birinin  iqtisadiy­
yatına,  ədəbiyyatına  maraq  oyanıb.  İki  dövlət  arasında 
ticarət  əlaqələri 
artıb.  Azərbaycandan  Polşaya  xalı- 
xalçalar,  xəncər və  digər Şərq  silahları  aparılıb.  Polşadan 
Azərbaycana  kəhraba  və  müxtəlif  növ  odlu  silahlar 
gətirilib.
Polşa  Krallığı  və  Şimali  Azərbaycan  Rusiya  tər­
kibinə  daxil  olduqdan  sonra  çar  ordusuna  çağrılan  pol­
yakların  bir  qismi  Azərbaycanda  hərbi  xidmət  keçib.  Bir
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ten 243
 03

çox  inqilabçı  polyaklar  Azərbaycana  sürgün  olunub. 
Həmin  vaxtlar  məmləkətimizdən  Polşaya  neft,  pambıq, 
kürü,  şərab,  meyvə  qurusu  aparılıb,  Polşadan  da  Azər­
baycana sənaye məhsulları,  geyim  və ayaqqabı gətirilib.
1618-ci  ildə  Şamaxıda  məscid  tikən  polşalı  memar 
Yan  Dembovskinin  xalqımıza  yadigar  qoyduğu  bu  mi­
silsiz  sərvət  də  çox  dəyərli  varlıq  kimi  sevilib.  Azərbay­
canın  Avropada  qədim  və  zəngin  məmləkət  kimi  tanın­
masında  polşalı  səyyahların,  ədiblərin  böyük  xidməti 
olub.  XVIII  əsrdə  yurdumuza  gələn  səyyah  Tadeuş  Kru- 
sinski  latın  dilində  çap  etdirdiyi  yol  qeydlərində  elimizin 
tarixi,  mədəniyyəti,  təbiəti  haqqında  xeyli  məlumatlar 
verib.
Azərbaycanla  Polşa  arasında  mədəni  əlaqələr  XIX 
əsrin  birinci  yarısından  genişlənib.  Hələ  XVII  əsrin  birinci 
yarısında  dünya  şöhrətli  İran  şairi  Sədi  Şirazinin  “Gü­
lüstan"  əsəri  Avropa  dilləri  arasında  ilk  dəfə  polyak  dilinə 
məhz  azərbaycancadan  tərcümə  olunub.Tarixi  mənbə­
lərdən  məlum  olur  ki,  həmin  dövrdə  Polşa  kral  dəftər­
xanasının  tərcüməçisi  Samuel  Otvinovski  İstanbulda 
mühacirətdə  olan  Xoca  Yusif  adlı  bir  azərbaycanlı  ziyalı 
ilə  tanış  olur.  Xoca  Yusif  hörmət  əlaməti  olaraq, 
“Gülüstan”ın  Azərbaycan  dilinə  tərcüməsini  polyak  dostu 
Samuel  Otvinovskiyə  bağışlayır.  O  da  əsəri  bir neçə  ildən 
sonra Azərbaycan dilindən  polyak dilinə çevirir.
Polşada  hərbi  xidmətdə  olan  görkəmli  Azərbaycan 
yazıçısı  İsmayıl  bəy  Qutqaşınlı  burada  bədii  yaradıcılıqla 
da  məşğul  olur.  Beləki  o,  Azərbaycan  nəsrinin  ilk  nümu­
nələrindən  sayılan  “Rəşid  bəy  və  Səadət  xanım”  əsərini 
polyak  torpağında  fransız  dilində  yazır  və  1830-cu  ildə 
Varşavada  nəşr  etdirir.  Uzun  illər  azərbaycanlı  oxucu­
lardan  gizli  qalan  “Rəşid  bəy  və  Səadət xanım”  əsəri  yal­
_______________
Reyhan Mirzdzadə
________________
so 244 оз
nız Sovet hakimiyyəti illərində əldə edilib Azərbaycan  dili­
nə tərcümə olunur.
Polşa-Azərbaycan  ədəbi  əlaqələrinin  inkişafında 
görkəmli  şərqşünaslar  Aleksandr  Xodzko  və  Lüdviq 
Şpitsnaqelin  də  böyük  rolu  olmuşdu.  Peterburq  Univer­
sitetinin  tələbəsi  olarkən  universitetin  fars  dili  və  ədə­
biyyatı  bölməsinin  müdiri  azərbaycanlı  professor  Mirzə 
Qafar  Topçubaşov  digər  polşalı  tələbələrlə  bərabər, 
onlara  da dərs demişdi.  Məhz bu  iki  alimin  nümunəvi  xid­
mətləri  sayəsində  Qərb  dünyası  Azərbaycan  mədəniyyəti 
barədə  məlumat  alırdı.  Şpitsnaqel  görkəmli  Azərbaycan 
şairi  Nizami  Gəncəvinin  “İsgəndərnamə”sindən  parçalar, 
Azərbaycan  dilini  mükəmməl  öyrənmiş  Xodzko,  parlaq 
Nəsimi  poeziyasından  nümunələri  polyak  dilinə  tərcümə 
etmişdi.  Şərq  ədəbiyyatı  üzrə  tanınmış  mütəxəssis  Sta­
nislava  Rumkiyeviç  Azərbaycanın  böyük  söz  ustad­
larından  biri  Məhəmməd  Füzulinin  əsərlərindən  bir  neçə­
sini  polyak dilinə çevirmişdi.
Azərbaycanın  tanınmış  yazıçı  -  filosoflarından  biri 
olan  Abbasqulu  ağa  Bakıxanov  1833-cü  ildə  Varşavaya 
gəlmiş  və burada  altı  ay yaşamışdır.  O da  Qutqaşınlı  kimi 
Polşada  bədii  yaradıcılıqla  məşğul  olmuş  və  “Xəyalın 
uçuşu”  adlı  əsərini  burada  fars  dilində  qələmə  almışdır. 
Bakıxanov  həmin  poemasında  Lehistan  (Polşa)  və  onun 
paytaxtı Varşavanı  dərin  sevgi ilə tərənnüm edib yazırdı:
...Bu şəhərin  bağı  cənnət bağıdır,
Hər görüşdə ələmləri dağıdır.
Hər gözəllik bu şəhərdə olmuş  cəm,
Bu  yerlərin təsvirində acizəm.
Tərif etmək mümkün deyil söz ilə,
Görmək lazım  bu şəhəri göz ilə.
Azərbaycançılıq из vstənpərvərlik mdfkur3si_
___
so 
245 
ca

Abbasqulu  ağa  Bakıxanov  Varşavada  o  dövrün  bir 
çox  mədəni  ziyalıları  ilə  tanış  olmuşdu.Onlardan  biri  də 
Aleksandr  Sergeyeviç  Puşkinin  bacısı  O.S.Pavlişşeva 
idi.Bu  fakt  da  maraqlıdır  ki,  Bakıxanov  sonralar  “Gülüs- 
tani-lrəm ”  əsərini  Tiflisdə  polyak  şair  Tadeuş  Lado-Za- 
bıotski  ilə birlikdə rus dilinə tərcümə etmişdi.  Məhz həmin 
dövrdə  görkəmli  polyak  yazıçısı  Xodzko  Azərbaycanın 
qəhrəmanlıq  dastanı  olan  “Koroğlu”nu  tərcümə  edərək 
ingilis  və  fransız  dillərində  nəşr  etdirmişdi.  Digər  polyak 
yazıçısı  Stefan  Jeromskinin  “Bahar ərəfəsi”  romanının  ilk 
süjeti  məhz Bakıda vaqe olmuşdu.
Tarixən  Azərbaycan  xanımlarına  məxsus  olan 
gözəl,  zərif,  ecazkar,  yaraşıqlı  zinət  və  bəzək  əşyaları 
yurdumuza  gələn  heç  bir  qonağın  diqqətindən  yayınma­
yıb.  Onların  sorağı  uzaq-uzaq  elləri  dolaşıb.  Bu  işdə 
polşalı  qardaşlarımız  da  zəhmətini  əsirgəməyib.  Belə  ki, 
uzun  müddət  Bakı  quberniyasının  zərgərlik  məmulatları 
üzrə  baş  əyarı  olmuş  Zqlenitskinin  1900-cu  ildə  Fran­
sanın  paytaxtı  Paris  şəhərində  keçirilmiş  Ümumdünya 
sərgisində  Azərbaycanın  zərgərlik  nümunələrini  geniş 
nümayiş  etdirib  tanıtması  xalqımızın  milli-mədəni  irsinə 
daha  da  maraq  oyatmışdı.
XX  əsrin  əvvəllərində  hər  bir  xalqın  inqilabi  ruhda 
olan  milli  mahnıları  ilə  yanaşı,  bütün  bəşəriyyətin  bey­
nəlmiləlçi zəhmətkeş qüvvələrini təmsil edən mahnıları da 
dillər  əzbəri  idi.  Belə  mahnıların  ən  geniş  yayılanlarından 
biri  “Varşavyanka” idi.  Mərkəzi və  Şərqi Avropada  məşhur 
olan  “Varşavyanka’’nm  melodiyası  XIX  əsrin  ortalarında 
Parisdə  yaşayan  polyak  mühacirlərinin  oxuduqları  bir 
nəğmədən  götürülmüşdü.
1883-cü  ildə  Polşa  inqilabçılarından  Vatslav  Sve- 
nitski  bir  neçə  il  həbsxanada  yatdıqdan  sonra  “Var- 
şavyanka”nın  polyak  dilində  olan  ilk  mətnini  yaratmışdı.
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin