Reyhan Mirzəzadə azərbaycançiliq və


Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə2/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   2   3   4   5   6   7   8   9   ...   55

____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
to15c&

onlara  “sədaqətlərini”  sübut  etmək  üçün  dəridən-qa­
bıqdan  çıxırdılar.  Budur  onların  riyakarlığı!  Buna  görə  də 
biz  hesab  edirik  ki,  təqdimatı  keçirilən  kitab  “yazıq,  məz­
lum  erməni  xalqı”nın  məkrliliyini  Rusiya,  eləcə  də  digər 
Avropa  ölkələri  ictimaiyyətinə  olduğu  kimi  göstərməyə 
kömək  edəcəkdir.  B.Budaqov  alimlərimizi  erməni  təbliğa­
tının  əssaslığını  və  uydurma,  iftira  olduğunu  sübut  edən 
tarixi faktları  daha  dərindən  araşdırmağa  çağırırdı.
Mərasimdə  iştirak  edən  kitabın  naşiri,  tanınmış 
türkoloq,  azərbaycanşünas  Iqor  Peçenev 
bu  mühüm 
əsərin  nəşrinin  hazırlıq  prosesindən  danışdı.  O,  belə  bir 
faktı  da  vurğuladı  ki,  Rusiya  Prezidenti  Vladimir  Putinin 
əsərlə  tanışlıqdan  sonra  demişdir:  “Kitabı  məmnuniyyətlə 
oxudum  və  açığım  deyim  ki  buradakı 
faktlar  məni 
düşünməyə vadar edir”.
Cənab  Peçenev də  təsdiq  etdi  ki,  tarixi  faktlar  1915- 
ci  ildə  ermənilərə  qarşı  soyqırımı  törədildiyini  tamamilə 
təkzib  edib.  O  zaman  Türkiyədən  deportasiya  olunmuş 
ermənilər  isə  bəzi  Moskva  qəzetlərinin  ermənipərəst 
müəlliflərinin  yazdığının  əksinə  olaraq,  hec  də  həlak  ol­
mamış,  sadəcə,  Rusiyanın  Anapa,  Soçi  və  digər  şəhər­
lərində  məskunlaşmışlar.  Rusiyalı  türkoloq  Azərbaycanın 
bütün  publisist  və  tarixçilərini  daha  çox  fəallıq  göstər­
məyə  və  Rusiya  mətbuatında  da  sanballı  məqalələrlə 
çıxış etməyə çağırdı.
Sonra  kitabın  rektoru  Reyhan  Mirzəzadə,  Milli  Məc­
lisin  deputatı,  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü 
Asəf Hacıyev və başqaları  çıxış etdilər.
Təqdimat mərasimində kitabın  ölkəmizin  ali  məktəb­
lərinin  mühazirə  kurslarına  daxil  edilməsi  barədə  təkliflər 
də  səsləndi.
“AZƏRTAC” 
18 yanvar 2003-cü il
_______________
Reyhan Mirzəzadə
________________
tO İ6
 C8
/J
Jt

C
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi.
MOSKVADA  NƏŞR  OLUNMUŞ  “DAĞLIQ 
QARABAĞ  AZƏRBAYCANIN  QANI, CANIDIR” 
KİTABININ  TƏQDİMATI  OLMUŞDUR
Dünya  şöhrətli  seleksiyaçı  alim,  Milli  Məclisin  depu­
tatı,  əməkdar  elm  xadimi,  akademik  Cəlal  Əliyevin  Mos­
kvada  rus  dilində  çap  olunmuş  “Dağlıq  Qarabağ  Azər­
baycanın  qanı,  canıdır  (tarixi  replika)”  kitabının  Bakı  Döv­
lət  Universitetində geniş təqdimatı  olmuşdur.
Universitetin  rektoru,  Milli  Məclisin  deputatı,  AMEA- 
mn müxbir  üzvü Abel  Məhərrəmov çıxış  edərək  akademik 
Cəlal  Əliyevin  Azərbaycan  xalqı  qarşısındaki  əvəzsiz 
xidmətlərindən danışmışdır.
O,  akademik  Cəlal  Əliyevin  qəsbkar  Ermənistan 
tərəfindən  zəbt olunmuş torpaqlarımıza-Dağlıq  Qarabağa 
həsr  etdiyi  təqdim  olunan  kitabında qəsbkar qonşumuzun 
işğalçılıq  siyasəti  barədə  tarixi  faktlarla  dəqiq  məlumatlar 
verildiyini  bildirmişdir.
Xarici  İşlər  nazirinin  müavini  Xələf Xələfov  Azərbay­
canın  ərazi  bütövlüyünün  beynəlxalq  aləmdə  tanındığını 
nəzərə  çarpdırmış,  erməni  caynağında  qalan  torpaqları­
mızın  tezliklə  azad  ediləcəyinə  əmin  olduğunu  söylə­
mişdir.
Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri  Şeyxülislam 
Hacı  Allahşükür  Paşazadə,  akademik  Fuad  Qasımzadə, 
AMEA-nın  müxbir üzvləri  Məsumə Məlikova,  Vasim  Məm­
mədəliyev  və  digər natiqlər də  nəşr haqqında  fikir və  mü­
lahizələrini  açıqlamışlar.
Qeyd  olunmuşdur  ki,  akademik  Cəlal  Əliyevin  təq­
dim  edilən  əsəri tarixi  faktlarla,  tarixçi  alimlərdən,  xronika- 
çılardan  gətirilən  misallarla  zəngindir.  Q.  Qafqazda,  türk
torpaqlarında 
quldur
İslər İdarəsi

to 17
 ca
P R E Z İD E N T   K İT A B X A N A S I

erməni  siyasətçilərinin,  daşnakların  hiyləgər  siyasətlərini 
ifşa  edir.  Kitabda  Dağlıq  Qarabağın  əsrlər  boyu  Azər­
baycan  xalqına  məxsus  olmasını  təsdiq  edən  tarixi  nəşr­
lərə xüsusi əhəmiyyət verilir.
Nəşrin  çox  dəyərli  tarixi  əsər  olduğunu  qeyd  edən 
natiqlər,  onun  ingilis,  alman,  ərəb və digər dillərə tərcümə 
edilməsinin zəruriliyini vurğulamışlar.
Kitabın  redaktoru  publisist Reyhan  Mirzəzadə,  naşiri 
rusiyalı  yazıçı  şərqşünas,  türkoloq  və  tarixçi  alim  Iqor 
Peçenevdir.
_______________
Reyhan Mirzəzadə
________________
“AZƏRTAC" 
25  aprel 2006-cı  il
to18oA
MOSKVADA  NƏŞR  OLUNMUŞ  “DAĞLIQ QARABAĞ
AZƏRBAYCANIN  QANI,  CANIDIR”  KİTABININ 
TƏQDİMATI  OLMUŞDUR
Aprelin  24-də  Bakı  Dövlət  Universitetində  Milli  Məc­
lisin  deputatı,  akademik  Cəlal  Əliyevin  “Dağlıq  Qarabağ 
Azərbaycanın  qanı,  canıdır (tarixi  replika)”  kitabının təqdi­
matı  keçirildi.  Qeyd  edək  ki,  əsər  bu  yaxınlarda  Moskva­
da  rus  dilində  işıq  üzü  görüb.  BDU-nun  rektoru,  deputat 
Abel  Məhərrəmov bildirdi  ki,  hər il  aprelin  24-də ermənilər 
uydurma  soyqırımı  günü  keçirirlər.  Əslində 
soyqırımı 
azərbaycanlılara  qarşı  həyata  keçirilib.  Kitabın  müəllifi 
Cəlal  Əliyev  400-dən  çox  elmi  əsərin,  çoxsaylı  kitabların 
müəllifidir.
Hörmətli akademikin elm  sahəsində böyük xidmətlə­
rinin  olduğunu  vurğulayan  natiqin  sözlərinə  görə,  Cəlal 
Əliyev  ermənilərin  mürtəce  siyasətinə  qarşı  da  mübarizə 
aparır.  İndiyə qədər Cəlal Əliyevin  Dağlıq Qarabağ müna­
qişəsi  ilə  bağlı  bir  neçə  kitabı  nəşr  olunub.  Onun  “Dağlıq 
Qarabağ  Azərbaycanın  qanı,  canıdır”  adlı  kitabı  gələcək­
də  ingilis,  fransız  və  digər  dillərə  də  tərcümə  olunacaq. 
Kitab  çox dərin  məzmun  kəsb edən  nəşrdir.  Biz ermənilə­
rin  böhtançı  əməllərinə  qarşı  mübarizə  aparmalı,  hər  bir 
vətəndaş  öz  sahəsində  onların  bəd  əməllərini  ifşa  etməli­
dir.  Tədbirdə  akademik  Fuad  Qasımzadə  çıxış  edərək 
nəşrin  müəllifi  Cəlal  Əliyevin  biologiyanın  ən  müasir prob­
lemləri  ilə  bağlı  tədqiqatlar  apardığını  xatırlatdı.  Amma 
Cəlal  Əliyev bioloq  olsa  da,  dəyərli  ictimai-siyasi əsərlərin 
də  müəllifidir.  Onun  “Həqiqət  elmi"  Azərbaycan  toponim­
ləri  ilə  bağlı  kitabları  işıq  üzü  görüb.  Hazırki  nəşrdə yalan­
çı  “erməni soyqırımı” barədə yığcam  məlumat verilir.
Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü,  professor 
Məsumə  Məlikovanm  sözlərinə  görə,  bu  kitab  dünya  icti-
«o 
19 
ca
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____

maiyyətinə  müraciətdir  ki,  onlar  Dağlıq  Qarabağ  məsə­
ləsinin  ədalətli  həllinə  qoşulsunlar.  Cəlal  Əliyevin  təbirin- 
cə,  bu  gün  həqiqət  bizim  üçün  son  dərəcə  zəruridir. 
Kitabda  göstərilir  ki,  ermənilərin  ağılsız,  həyata  keçirilmə­
si  qeyri-mümkün  olan  planları  qonşu  Rusiya,  Qafqaz  böl­
gəsi,  ümumiyyətlə,  bütün  bəşəriyyət  üçün  çox  təhlükəli­
dir.  Kitab  ermənilərin  işğalçılıq  siyasətinin  qəsbkarlıq 
planlarının  epopeyasıdır.
BDU-nun  professoru,  Şeyxülislam  Hacı  Allahşükür 
Paşazadə  bildirdi  ki,  Azərbaycan  Dağlıq  Qarabağ  müna­
qişəsinin  sülh  yolu  ilə  həllinə  tərəfdardır.  Ermənilərin  iç 
üzünün  açılmasına  xidmət  edən  “Dağlıq  Qarabağ  Azər­
baycanın  qanı,  canıdır’’  kimi  kitablar  daha  çox  yazılma­
lıdır.
Akademik  Cəlal  Əliyevin  təqdim  olunan  əsərinin 
keçmiş  tarixə  və  indiki  problemlərə  həsr  olunduğunu  vur­
ğulayan  Xarici  İşlər  nazirinin  müavini  Xələf Xələfov  qeyd 
etdi  ki,  Ermənistan  - Azərbaycan,  Dağlıq  Qarabağ  müna­
qişəsi  ilə  bağlı  problem  dövlətimizin  siyasətində  ən 
prioritet və taleyüklü  məsələlərdən  biridir.  Əsas  hədəfimiz 
Azərbaycanın  haqq  işini  ləyaqətlə  sona  çatdırmaqdır.  Bu 
mübarizənin  uğurla  nəticələnməsi  üçün  hamımız  öz  töh­
fəmizi verməliyik.
Kitabın  təqdimatında  çıxış  edən  Milli  Elmlər  Akade­
miyasının  müxbir  üzvü,  professor  Vasim  Məmmədəliyev 
xatırlatdı  ki,  indiyə qədər  Cəlal  Əliyevin  Budaq  Budaqovla 
birlikdə  hazırladıqları  “Soyqırımı”  kitabı  çap  olunub.  "Dağ­
lıq  Qarabağ Azərbaycanın  qanı,  canıdır"  əsəri  həmin  kita­
bın  məntiqi  davamıdır.  Kitab  kiçikhəcmli,  lakonik  olsa  da, 
Dağlıq  Qarabağ  probleminin  tarixi,  ermənilərin  məkrli  si­
yasətləri  barədə  dolğun  məlumatlar  verir.  V.  Məmmədəli­
yevin  sözlərinə görə,  nəşr faktların  zənginliyinə  və siqləti­
nə  görə  stolüstü  kitaba  çevriləcək.  Kitabın  Azərbaycan,
_________________Reyhan_Mirzəzadə__________________so'>_______________
Reyhan Mirzəzadə
________________
so 20 ca
ingilis,  fransız,  ərəb və fars dillərinə tərcümə olunaraq  işıq 
üzü görməsi məqsədəuyğundur.
Milli  Məclisin  deputatı  Fəttah  Heydərov  Cəlal  Əliye­
vin  seleksiya  sahəsində  çox  böyük  uğurlar,  nailiyyətlər 
qazandığını  vurğuladı.  Qeyd  etdi  ki,  təqdim  olunan  kitab­
da  Azərbaycan  xalqının  müsibətləri  barədə,  ona  qarşı  tö­
rədilən  soyqırımı  haqqında  tarixi  faktlar  üzə  çıxarılıb.  Biz 
bu  cür  kitablar vasitəsilə  Azərbaycan  həqiqətlərini  dünya­
ya yaymalıyıq.
Kitabın  redaktoru  Reyhan  Mirzəzadə  bildirdi  ki,  aka­
demik Cəlal  Əliyev öz əsərində tarixdə  heç zaman  erməni 
soyqırımının  olmadığını  sübut  edir,  bunun  yalan  və  uy­
durmadan  başqa  bir şey olmadığını  təsdiqləyir.
Tədbirin  sonunda  kitabın  naşiri  şərqşünas,  türkoloq 
iqor Peçenev çıxış edərək  əsərin  digər dillərdə  də  buraxı­
lacağım  və Amerika,  Almaniya,  Fransaya  göndəriləcəyini 
bildirdi.
Azərbaycancılıq və vətənpərvərlik məfkurəsi
____
(.Cəfəroğlu 
"Azərbaycan" qəzeti 
25 aprel 2006-cı  il
so 2 / ca

"DAĞLIQ QARABAĞ  AZƏRBAYCANIN 
QANI,  CANIDIR"
Iqor Peçenev:  “ Akademik Cəlal Əliyevin  bu kitabı 
azərbaycanlıların  yeritdiyi ədalətli siyasətin təbliğinə 
xidmət edir”
Dünən  “Xalq  Mətbuat  Mərkəzi”ndə  dünya  şöhrətli 
seleksiyaçı  alim,  Milli  Məclisin  deputatı,  əməktar  elm  xa­
dimi,  akademik  Cəlal  Əliyevin  “Dağlıq  Qarabağ  Azərbay­
canın  qanı,  canıdır  (tarixi  replika)”  kitabının  təqdimat mə­
rasimi  keçirilmişdir.  Kitabın  naşiri  -  rusiyalı  yazıçı,  şərq­
şünas,  türkoloq,  azərbaycanşünas  və  tarixçi  alim  iqor 
Alekseyeviç  Peçenevin  iştirakı  ilə  keçən  mərasimi  nəşrin 
redaktoru,  publisist Reyhan  Mirzəzadə aparırdı.
Tədbirin əvvəlində qeyd edildi  ki,  Iqor  Peçenev məş­
hur Azərbaycan  alimi  Ziya  Bunyadovla  eyni  dövrdə,  eyni 
fakültədə  oxuduğu  illərdən  bəri,  yəni  40  ildən  çoxdur  ki, 
Azərbaycan  tarixinə  və  mədəniyyətinə  böyük  maraq  gös­
tərir.  O,  Mirzə  Fətəli  Axundov,  Süleyman  Rəhimov,  Sabit 
Rəhman,  Qılman  İlkin, Anar və bir çox  başqa Azərbaycan 
ədibinin  əsərlərini  rus  dilinə  çevirib.  Qardaş  Türkiyə  ədə­
biyyatından  etdiyi  bir tərcümə  isə  Rusiya  poliqrafiyasında 
rekord  göstəricilərdən  birini  qazanıb.  Belə  ki,  Rəşad  Nuri 
Güntəkinin  “Çalı  quşu”  əsəri  iqor  Peçenevin  tərcüməsin­
də  Rusiyada  55 dəfə nəşr olunub.  Müxtəlif illərdə  və müx­
təlif nəşriyyatlarda  işıq  üzü  görən  bu  kitab,  ümumilikdə  20 
milyon tirajla çıxıb.
“Mən  Azərbaycanı  bu  xalqın  şərəfli  tarixinə,  böyük 
mədəniyyətinə  və  səmimiyyətinə  görə  sevirəm”,  “Heç  bir 
erməni  soyqırımı  olmayıb,  əksinə,  ermənilər  türkləri  və 
azərbaycanlıları  soyqırımına  məruz  qoyublar”-  kimi  cəsa­
_________________Reyhan_Mirzəzadə__________________S_O__24__C58'>_______________
Reyhan Mirzəzadə
________________
eo
 22 oa
rətli  bəyanatların  müəllifi  olan  Iqor  Peçenev,  ermənilər 
tərəfindən çoxlu  hədə - qorxularla, təzyiqlərlə  üzləşib.
Aparıcı  geyd  etdi  ki,  adı  çəkilən  kitab  akademik 
Cəlal  Əliyevlə tarixçi  alim  Iqor  Peçenevin  ilk  əməkdaşlığı 
deyil.  Belə  ki,  bir  müddət  əvvəl  işıq  üzü  görmüş  azərbay­
canlı  akademiklər  Cəlal  Əliyevlə  Budaq  Budaqovun 
“Türklər,  azərbaycanlılar,  ermənilər:  tarixi  həqiqətin  “soy­
qırımı" kitabının  naşiri də məhz Iqor Peçenev olmuşdu.
Martın  16-da  Bakıda  keçirilən  Dünya  Azərbaycanlı­
larının  II  Qurultayına  hədiyyə  olaraq  işıq  üzü  görən  növ­
bəti kitab  faktlarla  daha  zəngin  olduğu  kimi,  poliqrafik cə­
hətdən də xeyli  üstündür.  Azərbaycanın  Rusiya  Federasi­
yasındakı  fövqəladə  və  səlahiyyətli  səfiri  Polad  Bülbüloğ- 
lunun  Moskva  ziyalıları  və  ictimai-siyasi  təşkilatları  ara­
sında  yaydığı  bu  kitabın  bəzi  hissələri  hələ  ötən  ilin  payı­
zında  (kitab  işıq  üzü  görməmişdən  əvvəl)  Azərbaycan 
dilinə tərcümə edilərək  rəsmi qəzetlərdə dərc edilmişdir.
Iqor  Peçenev  öz  çıxışında  akademik  Cəlal  Əliyevin 
toxunduğu  məsələləri  müasir Azərbaycan  dövlətinin  yerit­
diyi  ədalətli  siyasətin  düzgün  təbliğinə  xidmət  adlandırdı. 
Alim  qeyd  etdi  ki,  türk-erməni,  türk-kürd,  türk-rus  müna­
sibətləri  fonunda  tədqiq  etdiyi  Azərbaycan-Ermənistan 
münasibətləri  mənə  bir  həqiqəti  ucadan  söyləmək  imkanı 
verdi'D ağlıq  Qarabağ  həqiqətən  də  Azərbaycanın  əzəli 
torpağıdır” .  Amma  mənə  və  bütün  azərbaycanlılara  gün 
kimi  aydın  olan  bu  həqiqəti  dünya  ictimaiyyətinə  çat­
dırmaq,  xüsusən  öz  xəyali  aləminə  qapılan  erməniləri 
inandırmaq  zərürəti  ortaya  çıxır.  Akademik  Cəlal  Əliyevin 
adı  çəkilən  kitabında  məhz  həmin  məqamlara  aydınlıq 
gətirilir.  Gəlin,  fikrimizi  dəqiq  faktlarla  ifadə  edək.  Məsə­
lən,  kitabda  Amerika  tarixçiləri  Vilyam  Lankerin  “İmperi­
alizmin  diplomatiyası:1890-1902",  C.Makkarti  və  K.  Mak- 
kartinin  “Türklər  və  ermənilər”,  rus  tarixçisi  V.Veliçkonun
__
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
£0 
23 ся

“Qafqaz”,  rus  məmuru  S.Qlinkanın  “Azərbaycan  er­
mənilərinin  Rusiya  ərazisinə  köçürülməsinin  təsviri"  və 
başqa  mənbələrdən  istifadə  edilib.  Qafqazşünas  alim, 
coğrafiyaçı  M.Skibitskinin  1899-cu  ildə  Tiflisdə  nəşr  edil­
miş  kitabında  bu  məsələ  ilə  bağlı  çox  əhəmiyyətli  mə­
qamlar vardır.  Həmin alim  hansı  kənddə ermənilərin,  han­
sı  kənddə  azərbaycanlıların  yaşadığını  göstərən  izahlı 
xəritəni  də  öz  kitabında  veribmiş.  Ancaq  erməni  “tarix­
çiləri”  Moskva,  Leninqrad,  Tbilisi  və  İrəvan  kitabxanala­
rından  həmin  xəritələri  “yoxa  çıxarıblar”.  Ermənilərin  vay- 
şivən  qaldırdığı  soyqırımı  məsələsinə  gəlincə  isə,  aka­
demik  Cəlal  Əliyev  yazır:“Ermənilərin  Türkiyədəki  soyqı­
rımı  barədə  qışqır-bağır  salması  Avropa  meşşanları  və 
digər  sadəlövh  xristianlar  arasında  özunəuyğun  şərait 
tapan  ağ  yalandır,  indi  qızışdırılan  soyqırımı  məsələsi 
Dağlıq  Qarabağı  əldə  saxlamaq  məqsədi  güdür.  Bu  soy­
qırımı  söhbəti  onların  özlərindən  başqa  kimsəyə  lazım 
deyil...  Soyqırımı  barədə  “tarixi  faktlar”  uydurmaq  Dağlıq 
Qarabağı  işğal  edənlərin  xilası  kimi  düşünülüb”.  Amma 
ermənilər yanılırlar.  Çünki kitabın  ilk səhifələrindəcə Azər­
baycan  Prezidenti  İlham  Əliyevdən  gətirilən  sitatda  de- 
yilir:"Bu  gün  müharibə  humanitar  fəlakət  deməkdir...  Biz 
öz torpaqlarımızı  azad etməliyik,  biz onu  heç kimə vermə­
yəcəyik  və  nəyin  bahasına  olursa-olsun,  geri  qaytara­
cağıq” .  Yəni,  ermənilərin  uydurduğu  istənilən  “tarixi  fakt" 
Azərbaycan  xalqının  ədalətli  mübarizəsinin  qarşısını  ala 
bilməyəcək.
Tədbirdə  çıxış  edən  Azərbaycan  Hərbi  Vətənpər­
vərlik və  İdman  Cəmiyyətinin  sədri,  general-mayor Sərdar 
israfilov  oxucu  kütləsinə  təqdim  edilən  yeni  kitabın  tarixi 
faktlara  və  həyat  həqiqətlərinə  istinad  edilərək  qələmə 
alınmış  bu  kitabın  bütün  MDB  məkanı  üçün  gərəkli  vəsait 
olduğunu  söylədi:“Amma  bu  kitab  ilk  növbədə  istənilən
_______________
Reyhan Mirzəzadə
________________
S O  
24
  C58
azərbaycanlı  gənc  üçün  zəruri,  hər  gün  oxunan  kitaba 
çevrilməlidir”.
Sonra  natiqlər  jurnalistləri  maraqlandıran  sualları 
cavablandırdılar.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
İttifaq  Mirzəbəyli 
“Xalq qəzeti”, 
7 aprel 2006-cı  il
ю  25 oa

BAKIDA “QADINLAR VƏ  DÖVLƏT 
Q U R UC U LU Ğ U ”  MÖVZUSUNDA BEYNƏLXALQ 
KONFRANS  KEÇİRİLDİ
8  Mart  Beynəlxalq  Qadınlar  günü  ərəfəsində  Azər­
baycan  Sosial  Rifah  Partiyasının  keçirdiyi  “Qadınlar  və 
dövlət  quruculuğu"  mövzusunda  Beynəlxalq  Konfransda 
müasir  cəmiyyətdə  qadınların  artan  rolu,  dövlət  qurucu­
luğunda  onların  fəal  iştirakı,  bu  sahədə  ölkəmizin  uğurları 
və  demokratik  dövlətlərin  təcrübəsi  diqqət  mərkəzində 
oldu.
Konfransdan  əvvəl Türkiyə,  Özbəkistan,  Qırğızıstan, 
Misir,  Küveyt,  İordaniya,  Səudiyyə  Ərəbistanı,  Fransa, 
Rusiya,  Ukrayna,  Belarus,  Gürcüstan  və  Macaristandan 
gəlmiş  qonaqlar  Fəxri  Xiyabanda  ümümmilli  lider  Heydər 
Əliyevin  və  Şəhidlər Xiyabanında  azadlıq,  Vətənin  müda­
fiəsi qurbanlarının  xatirələrini  dərin  ehtiramla yad etdilər.
Tədbir  “Park-lnn”  mehmanxanasının  mərasim  za­
lında  keçirilirdi.  Beynəlxalq  məclisin  iştirakçılarını  salam­
layan  Azərbaycan  Sosial  Rifah  Partiyasının  sədri,  millət 
vəkili,  professor  Xanhüseyn  Kazımlı  ölkəmiz  müstəqilik 
qazandıqdan  sonra  Ulu  öndər  Heydər  Əliyevin  müstəsna 
diqqət  və  qayğısı  sayəsində  qadın,  ailə  və  uşaq  prob­
lemlərinin  dövlət  siyasəti  səviyyəsində  nizama  salın­
masından,  Prezident  İlham  Əliyevin  bu  siyasəti  uğurla 
davam  etdirməsindən,  Heydər  Əliyev  Fondunun  rəhbəri, 
YUNESKO  və  İSESKO-nun  xoşməramlı  səfiri,  millət vəkili 
Mehriban  xanım  Əliyevanın  qadın  hərəkatında  öncül 
mövqeyindən  söz  açdı.  Natiq  iştirakçı  ölkələri  və  Azər­
baycandakı  beynəlxalq  qurumları  təmsil  edən  qadınları 
qarşıdan  gələn  bayram  münasibətilə təbrik etdi,  qadınlara
_______________
Reyhan Mirzəzadə
________________
ю  26 ca
sülh,  demokratiya  və  tərəqqi  yolunda  mübarizədə  əlbir 
səylərlə  daha ciddi  nəticələr əldə etməyi  arzuladı.
Müxtəlif ölkələrin  milli  geyimlərində salona daxil olan 
bağçayaşlı  uşaqların  ayrı-ayrı  dillərdə  ifa  etdikləri  mahnı 
və  rəqslər  məclisə  şən  ovqat gətirdi,  azərbaycanlı  balala­
rın dünya  analarına  ünvanlanmış xoş diləklərini sərgilədi.
Əcnəbi  qonaqları  təqdim  edən  və  gündəliyi  açıq­
layan  Konfransın  Təşkilat  Komitəsinin  sədri  Reyhan  Mir­
zəzadə  son  illərdə  Azərbaycan  qadınlarının  dövlət  quru­
culuğunda  fəal  iştirakından  da  söz  açdı  və  məclisin  işti­
rakçılarını  bu mövzuda  sənədli filmə  baxmağa  dəvət etdi. 
Qadınlarımızın  ictimai  həyatdaki fəal  mövqeyindən,  onla­
rın  ölkənin  daxili  və  xarici  siyasətinin  uğurla  həyata  keçi­
rilməsində  iştirakından,  qadın,  uşaq  və  ana  probleminin 
həlli  istiqamətində  ciddi  irəliləyişdən  bəhs  edən  kadrlara 
qonaqlar  maraqla  tamaşa  etdilər  və  öz  münasibətlərini 
alqışlarla  bildirdilər.
“Qadınlar və  dövlət quruculuğu:  problemlər və  pers­
pektivlər”  mövzusunda  məruzə  ilə  çıxış  edən  Azərbaycan 
Sosial  Rifah  Partiyası  Qadınlar  Şurasının  sədri,  professor 
Maarifə  Haciyeva  Azərbaycan  qadınlarının  cəmiyyətin 
yükünü  tarixən  kişilərlə  bərabər  daşımasında,  dövlət 
müstəqilliyi  illərində  bir  sıra  ağrılı  problemlərin  həllinə  on­
ların  sanballı  köməyindən geniş  danışdı.  Məruzəçi  müasir 
dünyada  qadınların  üzləşdiyi  problemlərin  aradan  qal­
dırılması  üçün  beynəlxalq  aləmdə  səylərin  birləşdirilməsi 
lüzumundan  da  söz  açdı.  O,  sivil  cəmiyyətlər  üçün  layiqli 
övladlar  yetişdirilməsi,  müharibə,  terror,  narkotizm,  yox­
sulluq,  savadsızlıq  kimi  bəşəri  bəlaların  qarşısını  almaq­
da  ana,  qadın  sözünün  kəsərini  artırmağın  vacibliyini 
vurğuladı.
Azərbaycan  Respublikası  Milli  Məclisi  sədrinin  müa­
vini  Bahar  Muradova,  Misir  Ərəb  Respulikası  Parlamenti
___
_Azdrbaycançılıq  və vətənpərvərlik məfkurəsi
____
£ 0  
27 CA

sədrinin  müavini  Zeynəb  Radvan,  Rusiya  Dövlət  Duması­
nın  deputatı,  Ailə,  Uşaq  və  Qadın  Komitəsi  sədrinin 
birinci  müavini  Natalya  Karpoviç,  Dağıstanın  Mədəniyyət 
və Turizm  naziri Zümrüd  Süleymanova,  İordaniya  Haşimi- 
lər  Krallığı  Siyasi  inkişaf  Nazirliyi  Qadın  və  Gənclər  De- 
partamentinin  rəhbəri  Lina  Timircan,  Küveyt  Ali  Təhsil 
Nazirliyinin  vəkili,  Qadın  Hüquqların  Komitəsi  sədrinin 
nümayəndəsi,  professor  Raşa  əl-Humud  əl-Cabir  əl-Səb- 
bah,  Fransa  Milli  Araşdırmalar  Mərkəzinin  elmi  işlər  üzrə 
rəhbəri  Kristin  Fore,  Qırğızıstan  Parlamenti  sədrinin müa­
vini  Çolpon  Baekova,  Ukrayna  Mədəniyyət  nazirinin 
müşaviri  Lida  Lixac,  Tbilisi  Dövlət  Universitetinin  profes­
soru  Şukiya  Apridonizdə,  Belarus  “Envila”  Qadınlar  İnsti­
tutunun  rektoru  Larisa  Çerepanova,  Macarıstan  ELTE 
Universitetinin  professoru  Barbara  Obrusanski,  Azər­
baycan  Milli  Məclisinin  deputatları  Qənirə  Paşayeva  və 
Həvva  Məmmədova,  Ailə,  Qadın  və  Uşaq  Problemləri 
üzrə  Dövlət  Komitəsinin  sədrinin  müavini  Sədaqət  Qəh­
rəmanova,  təhsil  nazirinin  müavini,  professor  İradə  Hü­
seynova,  mədəniyyət  və  turizm  nazirinin  müavini  Sevda 
Məmmədəliyeva,  Daxili  işlər  Nazirliyinin  məsul  əməkdaşı 
Səidə  Mahmudova,  Gənclər  və  idman  Nazirliyinin  məsul 
əməkdaşı  Günay  Rəhimova  “Qadınlar və  dövlət qurucu­
luğu"  mövzusu  ilə  bağlı  mülahizə  və  təkliflərini  söylədilər, 
bu  sahədə  Azərbaycan  Respublikasında  əldə  edilmiş 
uğurları  qeyd  etdilər.  Məclisdə  ayrı-ayrı  ölkələrdə dövlətin 
qadın  siyasəti,  qadınların  ictimai  fəallığı  sahəsində  müs­
bət  təcrübədən  də  söz  açıldı,  qadın  təşkilatlarının  əla­
qələrini  genişləndirməyin  zəruriliyi  qeyd  edildi.
Konfrans  iştirakçıları  beynəlxalq  qadın  təşkilatlarına 
müraciət  qəbul  etdilər.  Sənəddə Azərbaycan  qadın  hərə­
katının  uğurları,  Qarabağ  münaqişəsinin  ölkəmizə gətirdi­
yi fəlakətlər vurğulanırdı.
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin