Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə5/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   2   3   4   5   6   7   8   9   ...   55

______________ _ 
Reyhan Mirzəzadə
________________
ю  56 oa
qüvvələr  də  az  deyil.  Israillli  politoloq,  İsrail  Immiqrasiya 
Nazirliyinin  baş  elmi  işçisi  Vladimir  Xanin,  Azərbay­
candakı  Dağ Yəhudiləri  İcmasının  başçısı  Semyon  ixiilov, 
Quzey  Kıbrıs  Türk  Cümhuriyyətinin  Azərbaycandakı  nü­
mayəndəliyinin  rəhbəri  Zəki  Qazioğlu  tək  yüz  minlərlə 
sağlam təfəkkür və əqidə sahiblərinin dediyi kimi:
“Dağlıq  Qarabağ  gec-tez  Azərbaycanın  nəzarətinə 
keçəcək!”.
"Gec-tez  dünya  kimin  haqlı,  kimin  nahaq  olduğunu 
başa  düşəcək.  İstər Xocalıda,  istərsə  də  Qarabağın  digər 
bölgələrində  cinayət  törədənlər  öz  cəzalarına  çatacaq- 
larl”.
“Qarabağ  Azərbaycanındır  və  üçrəngli  Azərbaycan 
bayrağı  orada dalğalanacaqdır!”.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
“Lent.az” 
18  oktyabr 2012-ci il
ю  57 oa

MİLLƏTİN  MİLLİLİYİNİ  SAXLAYAN  ONUN  DİLİDİR
21  fevral  - Beynəlxalq 
Ana Dili Günüdür
“Dilimiz  xalqın  yaratdığı  dastanlar,  zərb-məsəllər, 
hekayə  və  nitqlər  vasitəsilə  dünyanın  ən  böyük  dillən  ilə 
rəqabət edə  bilər.
Azərbaycan  dili o  qədər qüvvətli,  onun  sərf və  nəhv 
qaydaları o  qədər möhkəm  və təbiidir ki,  hətta onun  içinə 
daxil  edilmiş  fars  və  ərəb  kəlmələri  xaric  edilsə  belə, 
onunla  böyük fikirləri,  ali  məqsədləri  yazıb  şərh  etmək 
mümkündür”.
_______________
Reyhan Mirzəzadə
________________
Seyid  Cəfər Pişəvəri
Tanınmış dövlət xadimi, 
publisist və jurnalist
Azərbaycan  xalqının  ümummill  lideri  Heydər  Əli­
yevin  nəsillərə  yadigar  qalan  gözəl  kəlamları  və  tövsiyə­
lərindən  biri  də  budur:uMənim  üçün  hər  şeydən  üstün 
mənim  milli  mənliyimdir.  Milli  mənliyim  məni  həmişə 
bütün  çətin  vəziyyətlərdən  çıxarıb.  Milli  mənliyimə  görə 
də  mən  istədiyim  yolla  gedə  bilmişəm  və  xalqıma  xidmət 
edə  bilmişəm.  Ona  görə  də  milli  mənliyimizi  gərək 
itirməyək.  Milli  mənliyimiz  də  var,  onunla  da  biz  fəxr  edə 
bilərik.  Azərbaycan  xalqının  dili  onun  milli  varlığını 
müəyyən  edən  başlıca amillərdəndir”.
Bu  fikirlər  vaxtilə  Azərbaycanın  görkəmli  ziyalıla­
rının  çalışdığı  "Füyuzat” jurnalındakı  bir  “duyğulu  səda”nı 
yaddaşımda  səsləndirdi:"Layla  ilə  vücuda  yerləşən, 
hafizəyə  yazılan,  məndə  mənim  olub  bütövləşən,  mər­
həmət  dilim,  şəfqət  dilim,  qeyrət  dilim,  şücaət  dilim  - Ana 
dilim!”.
ю  
5S
 oa
Azərbaycanın  görkəmli  yazıçı  və  dövlət  xadimi 
Nəriman  Nərimanov  elə  bil  bu  sədaya  ilham  verirdi:  “Ana 
dili!  Bir  dil  ki,  mehriban  bir vücud  öz  məhəbbətini  sənə  bu 
dildə  bəyan  edir.  Bir dil  ki,  sən  hələ  beşikdə  ikən  bir layla 
şəklində  öz  ahəng  və  lətafətini  sənə  eşitdirib,  ruhun  ən 
dərin guşələrində nəqş bağlayıbdır".
Bu  gün  bütün  dünyada  Beynəlxalq  Ana  dili  Günü 
qeyd  olunur.  Birləşmiş  Millətlər  Təşkilatı  1999-cu  ilin 
noyabrında  Banqladeş  səfirinin  təşəbbüsü  ilə  fevralın  21- 
ni  Beynəlxalq  Ana  dili  Günü  elan  edib.  Hadisənin  tarixi 
xeyli əvvələ gedir.
21-22  fevral  1952-ci  ildə  Pakistanda  benqal  dilinin 
qadağan  edilməsinə  etiraz  əlaməti  olaraq  keçirilən  aksi­
yada  polis  və  silahlı  qüvvələrin  toqquşması  nəticəsində 
dörd  nəfər günahsız  insan  şəhid  olmuşdu.  Banqladeş  nü­
mayəndələri  BMT-yə  bu  tarixi  günü  həmin  şəhidlərin 
xatirəsinə ehtiram  hissləri  nümayiş etdirilməsi  məqsədi  ilə 
Ana dili günü elan  olunmasını  təklif etmişdilər.YUNESKO­
nun  Baş  Konfransında  qeyd  olunan  tarix  Beynəlxalq Ana 
dili  günü  kimi  rəsmiləşdirilib  və  üzv  ölkələrə  bildirildi  ki, 
həmin  gün  məktəblərdə,  universitetlərdə  Ana  dilinin 
əhəmiyyəti  ilə  bağlı  tədbirlər,  seminarlar  keçirilsin. 
Əlbəttə,  buna  böyük  ehtiyac  vardı.  Çünki  hər  bir  xalq  öz 
dili  ilə  yaranır  və  hər  bir  xalqın  ən  böyük  sərvəti  ilk 
növbədə  onun  Ana  dilidir.  Bu  baxımdan  gürcü  xalqı  hör­
mət və  məhəbbət  rəmzi  olaraq  paytaxt Tbilisinin  gözəl bir 
guşəsində Ana  dili  abidəsi  ucaldıb.  Hər  il  sentyabr ayının 
1-də  məktəblilər  bu  abidənin  önündə  öz  Ana  dili  və  Ana 
Vətəninə  sədaqət  andı  içirlər.  Olduqca  əhəmiyyətli  və 
alqışalayiq  ənənədir.
Bizim  respublikamızda  müvafiq  sərəncamdan  sonra 
hər il avqustun  1-i Azərbaycan  Əlifbası  və Azərbaycan dili 
Günü  kimi  qeyd  olunur.  Bu  tarix  ölkəmizdə  sevimli  bay­
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
£o 59 03

rama  çevrilib.  Həmin  gün  müvafiq  müəssisə  və  təş­
kilatlarda  Ana  dilimizin  müqəddəsliyinə  həsr  olunmuş 
tədbirlər  həyata  keçirilir,  mətbuatda  məqalələr  dərc 
olunur,  efir məkanlarında silsilə verilişlər yayımlanır.
Çoxmilyonlu  Azərbaycan  xalqının  tükənməz  varlığı 
olan  Azərbaycan  dili  tarixin  çətin  sınaqlarından  uğurla 
çıxıb,  yadelli  işğalçıların  təzyiqləri  qarşısında  yenilməz 
qaya  kimi  dayanıb.  Elə  bir  azərbaycanlı  tapılmaz  ki,  öz 
Ana  dilinin  keçmişi,  mövcud  dövrü  və  gələcəyi  barədə 
düşünməsin,  bu  dilin  əsrlər  boyu  keçdiyi  yol  haqqında 
fikirləşməsin.
Dünya  xalqları  öz  doğma  Ana  dili  gününü  bayram 
etdiyi  anlarda  millətimin  fəxri  olan  Azərbaycan  dilimizin 
tarixi,  onun  qədimliyi  haqqında  söhbət  açmağı  özümə 
borc bilirəm.
Bayaq  dediyim  kimi,  xalqımın  dili  zamanın  sınaqla­
rından  şərəflə,  qürurla  çıxıb.  Dilimiz  inkişaf etdikcə,  onun 
düşmənləri  də  artıb.  Həqiqətdən  uzaq  olanlar  şərdən- 
yalandan  yan  keçməyiblər.  Onlar  zəif  iradəli  adamları 
daim  öz əqidəsinə tabe etməyə çalışıblar.
Təəssüflə  qeyd  etmək  istəyirəm  ki,  İranda  yaşayan 
tədqiqatçı  Əhməd  Kəsrəvi  1921-ci  ildə  “Azəri  ya  zəban 
bastane  Azərbaycan"  adlı  kitabını  çap  etdirib.  Müəllif  bu 
əsərində  azərbaycanlıların  türksoylu  xalq  olmadığı,  azəri 
adlı  ayrı  bir  millət  mövcud  olduğu fikrini  irəli  sürüb.  Kəsrə- 
viyə  görə,  Azərbaycan  dili  türk  dili  ailəsinə  mənsub  deyil 
və  guya  bu  dil  İran  mənşəlidir.  Onun  iddiasına  əsasən, 
guya  azərilər  səlcuqların  İrana  gəlməsi  ilə  türkləşməyə 
başlayıblar.
O  da  məlumdur  ki,  Əhməd  Kəsrəvi  “Azəri  ya  zəban 
bastane Azərbaycan"  kitabında  irəli sürdüyü  iddianı  əsas­
lı  şəkildə  isbat və təsdiq  edə  bilməyib.  Buna  baxmayaraq,
_______________
Reyhan Mirzəzadə
________________
SO 
60 СЯ
İranda  S.  Fəqih,  M.  Məşkur,  Ə.Dehqani,  Z  Səfa,  R.  Şəfəq 
və  b.  kimi  müəlliflər  də Kəsrəviyə dəstək veriblər.
Hər  kəsin  öz  fikrində  azad  olmasını  nəzərə  alsaq, 
müstəqil  ölkəmizdə  də  bu  gün  Kəsrəvinin  doğru  olmayan 
iddiasına  tərəfdar  olanlar  tapılır.  Əsl  həqiqəti  isə  tarixin 
özündə arayaq.
Orta  Asiyanın  türk  köçəri  tayfalarından  olan  səl- 
cuqlar  XI  əsrin  əvvəllərində  Orta  Asiyanın  Mərkəzi  və 
Qərb  hissəsini,  İranı,  İraqı,  Qafqazı,  Dağıstanı,  Dərbəndi, 
Gürcüstanı  işğal  etmişdi.  Həmin  ərazilərdə  türk  dilləri  ilə 
qohum  olmayan  dillərdə  danışan  çoxlu  xalqlar  yaşayırdı. 
Sual  olunur,  əgər  səlcuqların  gəlməsi  onların  işğal  etdiyi 
yerlərdəki  xalqların  dillərini  tamamilə  dəyişdirə  bilirdisə, 
bəs  nə  üçün  erməni,  yaxud  gürcü  dilini,  habelə  Dağıstan- 
dakı  bir  çox  dilləri  dəyişib  səlcuqların  dilinə  çevirmədi? 
Səlcuqlar o  vaxt  İran,  İraq,  Misir  və  bir  sıra  ərəb  ölkələrini 
də  tutmuşdular.  Eyni  müddətdə  və  eyni  şəraitdə  səlcuq 
işğalı  nəticəsində  farsların  və  ya  ərəblərin  dilləri  niyə  dö­
nüb türk  dillərindən  biri  olmadı?
Tarixdən  məlumdur  ki,  hələ  səlcuqlardan  çox-çox 
əvvəl  Azərbaycanı  ərəblər  işğal  etmişdilər.  Səlcuqlarla 
ərəb  işğalları  arasında  təxminən  350  -  400  illik  bir  tarixi 
dövr  vardır.  Niyə  bəs  bu  uzun  müddətdə  Azərbaycan  dili 
dönüb ərəb  dili olmadı?
Azərbaycan  dili  səlcuqların  Azərbaycanı  tutma­
sından  qabaq  da  mövcud  idi.  Sadəcə,  Qafqazdakı  başqa 
dillərdən,  məsələn,  gürcü,  erməni  və  s.  dillərdən  fərqli 
olaraq,  Azərbaycan  dili  o  vaxt  Azərbaycana  gəlmiş  səl- 
cuqların  dili  ilə  qohum  olmuşdur.  Buna  görə  də  səlcuq- 
ların  dili  Azərbaycan  dili  ilə  qaynayıb-qarışmış,  bu  dilin 
daha  da  yayılmasına,  hələ  o  dövrdə  geniş  istifadəsinə 
şərait yaratmışdı.
___
_Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
£0 6/Oä

Onu  da  bilirik  ki,  şifahi  xalq  ədəbiyyatı  nümunələri 
yazılı  ədəbiyyatdan  çox-çox  əvvəllər  yaranmış,  nəsillər­
dən  -  nəsillərə  ötürülmüş,  ağızlardan-ağızlara  keçmiş  və 
zəmanəmizə  qədər  gəlib  çıxmışdır.  Şifahi  xalq  ədəbiy­
yatının  nəsr  qolu  söyləyənlərin  danışıq  tərzinə,  ləhcəsinə 
uyğun  olaraq,  müəyyən  söz,  ifadə,  cümlə  dəyişikliyinə 
uğraya  bilər.  Lakin  folklorun  şeirlə  yaranmış  hissəsi  -   ba­
yatılar,  qoşmalar,  laylalar,  tapmacalar,  atalar  sözləri  və 
s.vəzn,  qafiyə  və  müəyyən  ölçü  ilə  bağlı  olduğu  üçün 
demək  olar  ki,  dəyişmir  və  ilkin  formasını  olduğu  kimi 
qüvvədə  saxlamış  olur.  Buna  görə  də  şifahi  xalq  ədəbiy­
yatının  şeir  qolunda  dilin  qədim  xüsusiyyətləri,  habelə 
xalqın  tarixi  ilə  bağlı  digər  əlamətlər  zamanın  yaddaşın­
dan  heç  vaxt  silinmir.  Bu  barədə  çox  nümunələr  göstər­
mək  olar.  Mənsə  bu  yazımda  mövzuya  münasibəti­
mi  tanınmış  Azərbaycan  alimi,  dilçisi,  professoru,  peda- 
qoqu  Qəzənfər  Kazımovun  yüksək  dəyər verdiyim  fikirləri 
ilə yekunlaşdırmaq  istəyirəm:
“Azəri  dilinin  iran  dil  qrupuna  aid  olması  barədə 
iddialar  xalis  cəfəngiyyatdır.  Bir  anlığa  düşünək  ki,  bu 
iddialar  (Azərbaycan  əhalisinin  dilinin  azəri  adlanan  İran 
köklü  tayfa dili olması)  doğrudur və ölkə  əhalisinin  dili fars 
dilindən  fərqli  bir  dil  imiş.  Cəmi  37-38  il ömür sürmüş  Şah 
İsmayıl  bu  dili  necə  dəyişib  türk  dilinə  çevirə  bilərdi?  Şah 
İsmayıldan  200  il  əvvəl  Həmdullah  Qəzvini  Təbriz,  Xoy 
kimi  iri  şəhərlərin,  paytaxt  şəhərinin  əhalisinin  türkdilli 
olduğunu  qeyd  edirsə,  o  zaman  “iranköklü"  azəri  dilində 
kim  danışırmış?
“Azəri”  sözü  bizim  dilimizi  bütövlükdə  (şimallı- 
cənublu)  adlandıra  bilən  ən  uğurlu  termindir.  Azərbaycan 
türklərinə  daim  azəri  türkləri  demişlər  və  bu  ifadə  Azər­
baycan  xalqını  həm  Anadolu  türklərindən,  həm  də  Şərq 
türklərindən  fərqləndirmişdir.  Hələ  Nəsrəddin  şah  döv­
_________________'>_______
Reyhan Mirzəzadə
________________
so 62 cs
ründə  İranda buraxılmış "Name-i Daneşvaran" adlı  kollek­
tiv  əsərdə  Cənubi  Azərbaycan  əhalisinin  dili  azəri  dili  ad­
landırılmış  və  aydın  olmaq  üçün  izahat verilmişdir:  “Azəri 
dili”- yə'ni  “zəban-i turkan"  (türk dili).
Qərbin  görkəmli şərqşünas  alimləri və o  cümlədən ingilis 
şərqşünası  Q.A.Stranqe  də  bu  cür  nəzərdə  tutmuş,  azəri 
sözünü  “Azərbaycanın qədim  türk dili” adlandırmışdır".
Əslən  azəri  türklərindən  olan  Cahangir  Zeynaloğlu- 
nun  1924-cü  ildə  istanbulda  çap  etdirdiyi  “Müxtəsər Azər­
baycan  tarixi"  əsərində  yazılır:“Hər  yerdə  olduğu  kimi, 
burada  da(Azərbaycanda)  azlıq  çoxluğa  tabe  olaraq,  qə­
dim  əhalidən  tat,talış,ləzgi  və  sonradan  gələn  ərəb,  kürd 
kimi  millətlər yerli türklər  ilə  qarışıb  birləşmişlərdir və  bey- 
ləcə  yeni  bir  türk  xalqı,  yeni  azəri  türkləri  vücudə  gəl­
mişdir...Gözəllik  və  sadəliyi  sayəsində  bütün  Qafqaz  və 
Rusiyada,  hətta  İran  və  bütün  Asiyada  işlənən,  beynəl­
miləl  bir dil halını  da  almışdır” .
1805-ci  ildə  Azərbaycanı  ziyarət  edən  fransız  şərq­
şünası  P.Amde  Jober  Azərbaycan  dilinin  öyrənilməsini 
nəinki yalnız  dilçilərə,  həm  də tarixçilərə  və  şərqşünaslara 
da  məsləhət  görərək  yazırdı:“Bu  dil  təkcə  dilçilik  və  tarix­
şünaslıq  nöqteyi-nəzərindən  deyil,  eyni  zamanda  Şərqdə 
yeganə siyasi bir dildir” .
P.Amde  Joberin  müasiri,görkəmli  rus  şairi  Mixail 
Yuryeviç  Lermontov  Azərbaycanın  bir  neçə  şəhərlərini 
gəzmiş  və  Azərbaycan  dili  haqqında  öz fikirlərini  belə  ifa­
də  etmişdi:“Avropada  fransız  dili  kimi,  Asiyada  da  Azər­
baycan  dili zəruri bir dildir”.
Böyük  Lermontovun  dilimizə  verdiyi  yüksək  qiymət­
dən  sonra  elə  rus  xalqının  daha  bir şair oğlu  Boris  Dubro- 
vinin  “Azərbaycan  dili”  şeirini(tərcümə Xəlil  Rzanındır)  eh­
tiram  hissi ilə yada salmaq  zəruridir:
____
Azərbaycançılıq və  vətənpərvərlik məfkurəsi
____
r o  
63
 r a

Ah,  sədəfli  sazın tarım telləri 
Susuz könlümüzə yenə bulaq  çək.
Vurğunun  vulkan tək qüdrətli  şeiri 
Dil  açsın  səninlə həmrəng,  həmahəng.
Gəmidə,  mədəndə,  tarlada,  sexdə 
Sevgi  çələnginə çevrilir bu dil.
Onda qızılgülün zərifliyi var,
Onda bənövşədən  saçılan ətir.
Bir şair qəlbindən güc alıb gələn 
Qaynar nəhrlərin gəncliyi onda.
Xəzər dənizinin  büllur vüsəti,
Qoşqarın,  Şahdağın dağ əzəməti 
Yaşayır ildırım  misralarında!
Ağ,  qara  şanının  şəhdi,  şərbəti 
Xalqın  ləyaqəti,  qüdrəti  onda.
Qəhrəman  ürəkli  Rəsul  Rzanın 
Süngü sözlərinin  cürəti  onda.
Şair Nəbi Xəzri qanadlanır ki,
Zamanla, tarixlə yanaşı  getsin.
Söz  üstə yananlar elə yanır ki,
Xeyri  işıqlatsın,  şəri  kül etsin.
Azərbaycan  dili silahdı,  qafil,
Qalacaq  cahanda günəş qalınca.
Gül yarpağı  qədər bu tər,  incə dil 
Qəzəbli  vaxtında dönür qılınca.
Ulu  öndərimiz  Heydər  Əliyev  dilimizlə  qürur  duyur- 
du:“Dilimiz  çox  zəngin  və  ahəngdar  dildir,  dərin  tarixi
_________________Reyhan_Mirzəzadə__________________“Reportyor.com"_21_fevral_2013-cü_il_SO_66_03'>_______________
Reyhan Mirzəzadə
________________
ю  
64
 c a
köklərə  malikdir.  Şəxsən  mən  öz  Ana  dilimi  çox  sevir  və 
bu dildə danışmağımla fəxr edirəm”.
Fəxrimiz  olan  Ana  dilimizin  inkişafında  görkəmli 
ziyalılarımız  Mirzə  Kazım  bəy,  Mirzə  Fətəli  Axundzadə, 
Rəşid  bəy  Əfəndiyev,  Sultan  Məcid  Qənizadə,  Məhəm­
məd  ağa  Şaxtaxtlı,  Nəriman  Nərimanov,  Üzeyir  Hacıbəyli 
və  başqalarının  böyük  xidmətləri  olub.  Bu  sahədə 
Əbdürrəhim  bəy  Haqverdiyev,  Bəkir  Çobanzadə,  Cavad 
Axundzadə,  Xalid  Səid  Xosayev,  Məmmədağa  Şirəliyev, 
Əbdüləzəl  Dəmirçizadə,  Muxtar  Hüseynzadə,  Əliheydər 
Orucov,  Səlim  Cəfərov,  Əlövsət  Abdullayev,  Fərhad 
Zeynalov və digər alimlərimizin  zəhməti də danılmazdır.
Heydər  Əliyev  sovetlər  birliyi  zamanı  Azərbaycana 
rəhbərlik  etdiyi  illərdə  bəzi  müttəfiq  respublikalardakı 
həmkarlarının  və  keçmiş  SSRİ  başçılarının  qısqanclıq  və 
maneçilklə  yanaşmasına  baxmayaraq,  mübarizə  yolu  ilə 
1978-ci  ildə  Konstitusiyamızda  Ana  dilimiz  -  Azərbaycan 
dilinin  rəsmi dil  kimi qəbul edilməsinə  nail oldu.
1995-ci  ildə  artıq  müstəqil  dövlətimizin  qəbul  edilən 
yeni  Konstitusiyasında  Ulu  öndərin  tarixi  əsasları  və  dili­
mizə xalqın  milli - mənəvi sərvəti kimi yanaşmanı  bir daha 
rəhbər  tutaraq,  dövlət  dilinin  adı  bərpa  olunub  Azər­
baycan  dili  qeyd  edildi.  Bundan  sonra  dövlət  və  hökumət 
səviyyəsində  Ana  dilinin  inkişafı  və  qorunması  istiqa­
mətində  mühüm  sənədlər  imzalandı.  Ölkə  Parlamentində 
18  iyun  2001-ci  ildə  “Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləş­
dirilməsi  haqqında",  30  sentyabr  2002-ci  ildə  “Azərbay­
can  Respublikasında  Dövlət  dili  haqqında”  Qanunlar  qə­
bul  olundu.
Prezident  İlham  Əliyevin  müxtəlif  tarixlərdə  imza­
ladığı  “Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi  nəşr­
lərin  həyata  keçirilməsi  haqqında”,  “Azərbaycan  Milli 
Ensiklopediyasının  hazırlanması  haqqında”,  “Azərbaycan
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
во 65 ca

dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun 
istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlət 
Proqramı  haqqında”  Sərəncamları  və  bu  istiqamətdə 
görülən  digər  işlər  dilimizin  inkişafına  böyük  qayğının 
təzahürüdür.
Dünyaya  göz  açanda  qəlbimə  günəşin  özüylə  axan 
Ana  dilimizə  olan  məhəbbətimi  və  son  sözlərimi  böyük 
şairimiz  Bəxtiyar  Vahabzadənin  çox  sevdiyim  misraları 
ilə  ifadə etmək  istəyirəm:
Bu  dil - bizim  ruhumuz,  eşqimiz,  canımızdır,
Bu dil  bir - birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış  bizə  bu  dünyada  hər şeyi.
Bu dil - əcdadımızın  bizə qoyub-getdiyi
Ən qiymətli  mirasdır,  onu  gözlərimiz tək
Qoruyub,  nəsillərə biz də  hədiyyə verək.
Ana dilim,  səndədir xalqın  əqli,  hikməti,
Ərəb oğlu  Məcnunun dərdi  səndə dil  açmış.
Ürəklərə yol açan  Füzulinin  sənəti,
Ey dilim,  qüdrətinlə dünyalara  yol açmış.
Səndə mənim  xalqımın qəhrəmanlıqlarla dolu
tarixi varaqlanır,
Səndə neçə min  illik  mənim  mədəniyyətim,
Şan - şöhrətim saxlanır.
Mənim  adım  - sanımsan, 
Namusum,  vicdanımsan.
_______________
Reyhan Mirzəzadə
________________
“Reportyor.com" 
21  fevral 2013-cü  il
SO 66 03
İSLAM -  PAKLIQ,  ƏDALƏT,  NAMUS, 
BƏRABƏRLİK,  DOĞRULUQ  DİNİDİR
Onun mənəviyyat abidəsi olan müqəddəs 
Quran mübarək Ramazan ayında 
nazil olub
1920-ci  ildə  Azərbaycanda  Sovet  hakimiyyəti  quru­
landan  sonra,  bolşevik  liderləri  xalqa  yaxınlaşmaq,  onla­
rın  hüsn-rəğbətini  qazanmaq  məqsədi  ilə  təntənəli  surət­
də  belə  bir  təlimat  verdilər  ki,  onlar  müsəlmanların  dini- 
imanlarına,  adət-ənənələrinə  böyük  ethiram  və  hörmətlə 
yanaşacaqlar.  Təəssüf  ki,  bu  vəd  də  bolşeviklərin  başqa 
vədləri  kimi,  ancaq  sözdə və  kağızda qaldı.  1923-cü  ildən 
istər  ümumən  Sovetlər  İttifaqında,  istərsə  də  Azərbay­
canda  müsəlman  ruhaniliyinin  təqibinə  başlanıldı.  Artıq 
1928-ci  ildə  dindarlar  bütün  hüquqlarından  məhrum 
edilmişdi.
Oxucuların diqqətinə  1923-cü  ildə  proletariatın  “dahi 
rəhbəri”  adlandırılan  V.Leninin  Kremldə  keçirdiyi  müşa­
virədən bəzi faktları  çatdırmaq  istərdim.
Müşavirədə  L.Trotski,  F.Dzerjinski,  G.Çiçerin  və 
başqaları  iştirak  edirdi.  V Lenin:“Nəhayət,  ən  əsas  mə­
sələ.  Biz  dinin  kökünü  kəsməliyik.  Bu  işə  müsəlman­
lardan  başlamalıyıq.  İslam  bizə  ciddi  müqavimət  göstərə 
bilər.  Ona  görə  də  gözlərinin  odunu  almaq,  başqalarına 
dərs olmaq  üçün  Qafqazda  on min,  Türküstanda da  bir o 
qədər  din  xadimi  güllələnməli,  məscidlərin  hamısı  yerlə 
yeksan  edilməli,  ən  nadir  müsəlman  ibadətgahlarmdan 
isə  klub,  anbar  kimi  istifadə  olunmalıdır.  Biz  ölkədə 
ideoloji vakum,  bir növ ideoloji xaos yaratmalıyıq.  Bu işləri 
biz əzizim  Lev Davidoviç,  (Trotski)  sizə tapşırırıq!”.
Azərbaycanın  qabaqcıl  ziyalıları  həmin  dövrlərdə 
dinimizə qarşı yönəldilən  kütləvi  hücumları  tam  açıqlığı  ilə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
SO
 
67 GÄ

görür və  dərk  edirdilər.  Unudulmaz ədibimiz Abdulla  Şaiq 
Talıbzadə  yazırdı:“Mədəniyyətimizə  hər  vəchlə  daxil 
olmaq  istəyən  ateizm  insanlıq  üçün  ən  böyük bəladır”.
1923-cü  ildən  Azərbaycanda  başlayan  ateizm  təbli­
ğatının  məntiqi  nəticəsi  1925-ci  ilin  aprel  ayında  Bakıda 
“Allahsızlar  cəmiyyəti”nin  yaradılması  oldu.  Cəmiyyətin 
sədri  tanınmış  bolşevik  Vəli  Xuluflu  təyin  olunmuşdu. 
Məktəb  uşaqları,  gənclər  məcburi  şəkildə  “Allahsızlar  cə­
miyyəti"  nə  üzv  edilirdi.  Onlardan  30  qəpik  alıb,  əvəzində 
qırmızı  kitabçalar  verirdilər.  1926-cı  ilin  martında  Bakıda 
“Allahsızlar  cəmiyyəti”  nin  1-ci  konfransı  çağırıldı.  İki  il 
ərzində  cəmiyyət  üzvlərinin  sayı  1200-1400  nəfərə  çat­
mışdı  ki,  onların  da  əksəriyyəti  xaçpərəst  və yəhudilər idi. 
Həmin  o  “Allahsızlar  cəmiyyəti”  nin  üzvlərinə  tanrı  necə 
qəzəbləndisə,  onların  böyük  əksəriyyəti  kütləvi  şəkildə 
1937-1938-ci  illərin  repressiya qurbanlarına  çevrildilər.
Xalqımızın  milli  mənliyinin  əsasını  təşkil  edən  İslam 
dəyərləri  tarixin  böyük  imtahanlarından  üzüağ  çıxdı. 
Millətimiz  bu  ali  dəyərləri  müqəddəs  varlıq  kimi  daim  uca 
tutdu.  Zamanın  hökmü  ilə  sınsa,  əzilsə  belə,  xalqımız 
İslama,  Qurana,  böyük  Allaha  misilsiz  məhəbbətini  hər 
zaman  yaşatdı.  Milli  məfkurəmizin  tarixi  abidəsi  olan 
böyük  “Dədə Qorqud”umuzu xatırlayaq.
“Kitabi-Dədə  Qorqud”u  oxuduqca,  burada  Allahın 
“Qadir”  adının  daha  tez-tez  işləndiyi  müşahidə  olunur. 
“Qadir Tanrıdan  hacət dilədi”,  “Ya  qadir Allah,  birliyin,  var­
lığın,  həqqiçün”,  “Qadir qorsa,  yapam,  çıxam”,  “Qadir qor- 
sa,  başın  kəsəm”,  “Qadir Tanrı  yol  vermiş” və  s.  Dastan­
da  bir  olan  Allaha  “Üstümüzdə  Allah",  “Qəhhar”,  “Haqq 
Təala”,  “Yaradan  qadir  Tanrı”  “Yaradan  Allah”,  “Ucalar­
dan  uca”,  “Yoxdan  var  edən  Allah",  “Padşahlar  padşahı”, 
“Əziz”,  “Cabbar”,  “Səttar”,  “Əhəd”,  “Səməd”,  “Ulu”,  “Co­
mərdlər  comərdi”  və  başqa  adlarla  müraciət  olunur.
_______________
Jteyhan Mirzəzadə
________________
so 68
 03
Oğuzların  bir  olan  Allahı  necə  sevmələri  abidədə  Dəli 
Domrulun,  Bəkil  oğlu  Əmranın  dilindən  söylənilmiş,  Qaz­
lıq  Qoca  oğlu  Yeynəyin  söyləmələrində  belə  təsvir  olun­
muşdur:
____
Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
Ucalardan  ucasan,  uca Tanrı!
Kimsə  bilməz  necəsən,  körklü Tanrı!
Səp  anadan  doğmadın,
Sən atadan olmadın,
Kimsə rizqin yemədin,
Kimsəyə güc etmədin,
Qamu  yerdə əhədsən,
Allahu-Səmədsən...
...Ululuğa  həddin yox:
Sənin  boyun-qəddin yox.
Ya  cismilə cəddin yox.
Urduğun  ulıtmayan,  ulu Tanrı!
Basdığın  bəiirtməyən bəlli Tanrı!
Götürdüyün  göyə yetirən görklü Tanrı!
Qaqdığın  qəhr edən qəhhar Tanrı!..
Böyük  Allahın  “Kitabi-Dədə  Qorqud”dakı  adlarının 
demək  olar  ki,  əksəriyyəti  İslamın  müqəddəs  kitabı,  elə 
dastanın  özündə  də  “Yazılıb-düzülüb  göydən  endi  Tanrı 
elmi”  adlandırılan,  vəhy  yolu  ilə  23  il  ərzində  Məhəmməd 
Peyğəmbərə yetişən “Qurani-Kərinrfdən götürülmüşdür.
Təsadüfü  deyildir  ki,  ümumdünya  şöhrətli  Azərbay­
can  şairi  Nizami  Gəncəvi  şah  əsərləri  olan  “Leyli  və 
Məcnun”,  “Sirlər  xəzinəsi”,“Xosrov  və  Şirin”,  “Yeddi 
gözəl”,  “Isgəndərnamə”  mənzum  romanlarında  ən  qiy­
mətli  fikri,  ecazkar  sözü  Allahın  tərənnümünə  həsr  edib. 
“Sirlər xəzinəsi" belə  bir bəşəri  misralarla  başlayır:
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin