Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

_______________
Reyhan Mirzdzadd
________________
so 
27(1
 oa
"Sanqitaratnakada"  adlı  musiqi  risaləsində  göstərilir  ki, 
musiqi  insana  ruh  verir,  ürəkləri  həyəcanlandırır,  şər 
qüvvələri  uzaqlaşdırır.  Hindistanda  elə  bir  məclis  olmaz 
kı, orada oxuyub - oynamasınlar.
Hind  musiqisi  Azərbaycan  xalq  musiqisinə  çox 
yaxındır.  Hindistanın  böyük  dövlət  xadimi  Cəvahirləl 
Nehru  özünün  “Hindistanın  kəşfi"  adlı  elmi  əsərində  mü­
səlman  musiqiçilərinin  sənətkarlığından  danışır  və  gös­
tərir  ki,  onlarla  hindli  musiqişünaslar  arasında  yaxın 
yaradıcılıq,  dostluq  əlaqəsi  olmuşdur.
Hind  xalqı  öz  gözəl  musiqisini  min  illərdən  bəri 
qoruyub  inkişaf  etdirmişdir.  Mütəxəssislər  bildirir  ki,  hind 
musiqisi  öz  kökünü  raqalardan-muğamlardan  alır.  Raqa- 
lar,  yəni  köklər  hind  musiqisinin  əsasını  təşkil  edir.  Azər­
baycanın  milli  mədəniyyətinə  məxsus  “Mahur”  muğa­
mının  üç  min  il  əvvəl  Hindistanda  yaradıldığı  məlumdur. 
Müasir  hind  musiqisini  dinləyərkən  raqaların,  xüsusilə 
"Mahur”  muğamının  bütün  hind  musiqisində  nə  qədər 
mühüm  yer tutduğunu aydın görmək olar.
Hindistan  və  Azərbaycan  arasında  mövcud  olan 
mədəni  əlaqələr  XIII-XIV  əsr  Azərbaycan  tarixçilərinin 
əsərlərində  də  öz  əksini  tapmışdır.  Alimlərimizdən  Rə- 
şidəddin  600  il  əvvəl  yazdığı  “Cameüt-təvarix”  kitabında 
Hindistan,  Çin,  Monqolustan və başqa ölkələrin tarixindən 
ətraflı  bəhs etmişdir.
Azərbaycan  alimi  Zeynalabdin  Şirvani  Hindistanı 
gəzmiş,  gördükləri  barədə  üç  kitab  yazmışdı.  O,  hind 
alimləri  ilə  görüşmüş,  Hindistanın  əfsanələrini,  musiqisini, 
memarlığını  bəyənmiş,  təqdir etmişdi.  Onun  “Cənnət  bağı 
səyahətləri"  (“Riyazüs  səyahə”),  “Səyahət  bağlan”  (“Hə- 
dayqus  səyahə”),  “Səyahət  bağı"  (“Bustanüs  səyahə") 
əsərlərində  hind  xalqı,  Hindistan  haqqında  maraqlı fikirləri 
vardır.  O,  bu  əsərlərində  Hindistanı  cənnət  adlandırır,
______
A zə rb ayca n çılıq   və vətənpərvərlik  məfkurəsi
so 
271
 ca

gözəl  hind  sənətindən  danışır,  hind  adət-ənənələri,  el 
şənliklərindən  bəhs 
edirdi.  Bütün  bunlardan  həvəslə 
söhbət  açan  Zeynalabdin  Şirvani,  eyni  zamanda  hind 
xalqının  başı  üstündəki  ingilis  imperializmini  kəskin  ifşa 
edirdi.
XIX  əsrin  ikinci  yarısından  başlayaraq  hind  ədə­
biyyatında,  habelə  hind  poeziyasında  dönüş  dövrü  baş­
lanmışdı. 
Xalq 
kütlələri 
fəallaşdıqca, 
müstəmləkə 
zülmünə və onun  mənfur qanun-qaydalarına qarşı  milli  is­
tiqlaliyyət  uğrundakı  mübarizələr  genişləndikcə,  ədəbiy­
yatda  da  yeni  ideya  və  formalar  yaranırdı.  Hind  şeirində 
başlanan  yeni  istiqamətin  görkəmli  nümayəndəsi  Bxa- 
ratend  Xarişçandra  öz  satirik  şeirlərində,  siyasi  yazı  və 
məqalələrində  zülm  və  əsarətə  qəzəblə  nifrət  edirdi. 
“Hindistanın  dərdi"  adlı  əsərində  o,  ölkənin  bədbəxtliyini 
qəlbindəki  yaraya  oxşadır  və  yadların  hökmranlığını  ən 
böyük  biabırçılıq  və  təhqir  adlandırırdı.  Bütün  ölkədə 
hökm  sürən  aclığı,  talan  və ağır vergiləri  ürək acısı  ilə qə­
ləmə  alaraq,  xalqı  qaranlıq  gecələri  işıqlı  gündüzlərə 
çevirməyə çağırırdı.  Onun “Qanqa” adlı şeiri  Ana Vətənə, 
onun  füsunkar  təbiətinə  məftun  olan  bir  şairin  könül 
mahnısı kimi səslənirdi.
Hind  şeirinin  ən  böyük  nümayəndələrindən  biri 
Svalen  Vivekananddır.  Onun  ictimai  və  ədəbi  fəaliyyətinə 
yüksək  qiymət  verən  Rabindranat  Taqor  yazmışdır  ki, 
Hindistanı  başa  düşmək  istəyənlər,  gənc  nəsildə  Vətənə 
məhəbbət və  sədaqət  duyğusu,  onun  keçmişi  üçün  iftixar 
və  parlaq  gələcəyi  üçün  ümid  hissi  oyadan  bu  böyük 
sənətkarı  oxumalıdırlar.
XX  əsrin  böyük  şairi  Məhəmməd  İqbalın  adı  Hin­
distanın  hər  yerində  dərin  hörmətlə  çəkilir.  Klassik  hind 
ədəbiyyatının  vətənpərvərlik kimi  nəcib  ənənələrini  inkişaf 
etdirən  şairin  “Bizim  Hindistan”  şeiri  dillər  əzbəri  olan  bir
_______________________
R e yh an  M irzəzad ə
_______________________
in  272
 ce
xalq  mahnısına  çevrilmişdi.  Bu  şeir  həcmcə  kiçik  olsa  da, 
böyük  bədii  təsir  qüvvəsinə  malikdir.  O,  böyük  və  unu­
dulm az şairimiz  Səməd  Vurğunun  “Azərbaycan”  şeiri  kimi 
xalqın  iftixar duyğularını  tərənnüm  edərək  ürəkləri  riqqətə 
gətirir.
Hind  xalqının  azadlıq  mübarizəsindən  danışarkən 
böyük  vətənpərvər  Tilakın  xatirəsini  yad  etməmək  müm­
kün  deyil.  0,  xalq  arasında  “Purna  svarac”ı,  yəni  İngiltərə 
müstəmləkə  ağalığından  tamamilə  azad  olmaq  şüarını 
irəli  sürmüşdü.
Şair  Xarindranat  Çattopadxayyanın  “Yalan”  şeiri 
isə...  Böyük öyüddür,  çox böyük:
Şairsən,  şeirində vəsf eyləyirsən 
Sərin kölgələrin şeiriyyətini.
Baxıb qızıl rəngli üfüqlərə sən- 
Sevirsən göylərin  ülviyyətini.
Söylə,dinlədinmi barı bircə  an 
Bu  ac qadınların ahu-zarını?
Axı,  bir əl boyda çörək ucundan 
Onlar satır cavan vücudlarını.
Belə deyirlər ki,  bezib  həyatdan, 
öm rünü  sürürsən zahid  kimi tək:
Zövq  alıb göylərdən və kainatdan,
Dağlardan şeirinə  alırsan  bəzək.
Lakin  söylə  mənə,  baxmısanmı  heç 
Yorğun  baxışlara,  qəmli gözlərə?
Dünyadan  ümidsiz eləyəndə köç 
Payız yarpağı  tək solan  üzlərə?!
_______
A z d rb a y c a n ç ılıq   və vətənpərvərlik m əfkurəsi
_______
ю  
273
 o3

Nadan! Tərif etdin  illər uzunu 
Sakit gecələrin ulduzlarını.
Lakin söylə mənə,  qoy bilim  bunu,
Gördünmü yurdumun ac qızlarını?
Bil,  aclar sevməyir ulduzu  əsla,
Ay da cüzam kimi gəlir onlara;
Aclar həmdəm olub əbədi yasla,
Gözlərdə duman var,  qəlblərdə yara.
Şair utanmadan təsvir edirsən 
Gümüşü çayları  bəlkə yüz kərə.
Yoxsa  bilmirsənki bu zamanda sən 
Şəhərlər çevrilir xərabələrə?
Milyonlar köməksiz kölələr kimi 
Məhv olur altında cəbrin,  zəhmətin.
Dünyaya  sığmayır insanın qəmi.
Başında od  çaxır bəşəriyyətin.
...Lakin en torpağa,  əzabkeş yerə,
Onun dərdlərini yaz varaqlara!
Nəzər sal,  ey şair,  barı  bir kərə 
Acından  büzüşən bu uşaqlara!
Böyük  siyasi  xadim,  Hindistanda  milli-azadlıq  hərə­
katının  görkəmli  liderlərindən  biri,  sülh,  demokratiya  və 
sosial  tərəqqi  uğrunda  mübariz,  milli  əsarətin  barışmaz 
əleyhdarı  olan  Cəvahirləl  Nehru  parlaq  sima  kimi  xalq­
ların yaddaşında  əbədi yaşayır.
Nehru  qədim  hind  mədəniyyətinin,  ölkənin  milli 
azadlıq  hərəkatı  tarixinin,  o,  cümlədən  qandizm  fəlsəfəsi 
və təcrübəsinin  ənənələrini dərindən  mənimsəmişdi.
Cəvahirləl  Nehrunun  fəaliyyəti  tək  siyasət dairəsi  ilə 
məhdudlaşmırdı.  O,  daxilən  yüksək  mədəniyyətli,  hər 
sahədə  erudisiyalı,  dərin  fəlsəfi  zəkaya  malik  bir  şəxsiy-
274 ся
_______ ______________
R e yh an  M irzazada
_______________________
yət  idi.  Nehru  eyni  zamanda  mütəfəkkir və  şair  idi.  Onun 
adı  onilliklər ərzində  Hindistanın  müstəmləkə  əsarətindən 
azad  edilməsi,  ölkənin  dirçəlişi  və  Asiyanın  böyük,  su­
veren  dövləti  kimi  təşəkkülü  uğrunda  mübarizə  ilə 
qırılmaz surətdə bağlı  olmuşdur.HHindistan  mənim qanım­
da -  canımda  idi  və  ondakı  çox şey  məni  instinktiv olaraq 
dərindən 
həyəcanlandırırdı’ -deyən 
Cəvahirləl 
Nehru 
yazırdı:“Bizim  idealımız  və  məqsədimiz  tarixi  meyllərə 
zidd  gedə  bilməz.  Tarixin  əsl  yaradıcısı  xalqdır.  Siyasi 
rəhbərlərin  fəaliyyəti  isə  xalq  kütlələrinin  arzu  və  niyyət­
lərinin  ödənilməsi  uğrunda  mübarizəyə tabe edilməlidiP1.
Cəvahirləl  Nehru  1947-ci  il  avqustun  15-də  Dehli- 
dəki  tarixi  Qırmızı  qalaca  üzərində  Hindistanın  üçrəngli 
milli  bayrağını  qaldırdı.  200  ildən  artıq  İngiltərənin  əsarəti 
altında  qalmış  Hindistan  müstəqil  və suveren dövlət  oldu. 
Şair  Şankar Şaylandra “ 15 avqust”  şeirində  böyük  sevinc 
və  iftixar hissi  ilə  hind  xalqına deyirdi:
Yaşa  ey hind  eli,  salamlar sənə!
Yar olmuş çiçəkli bir bahar sənə.
Çəkir karvanlarını o qatı  zülmət,
Yanaşıb qapını  açır səadət,
Hünərlə,  zəfərlə gülür bu  bayram 
Salam, ey oyanan qədim  xalq,  salam!
Artıq  böyük Vətən çıxmış səfərə,
Alqış  haqq yolunda ölən kəslərə.
Yaşadır onların eşqini torpaq,
Mümkünmü  dostları xatırlamamaq?!
Bu  gün sıramızda yoxsa  da onlar,
Hər vaxt bizimlədir mərd  qəhrəmanlar.
____
AzarbaycançıliQ va vatanparvarlik mafkurasi_
___
so 
275 
ca

İstiqlaliyyəti  elan  olunduğu  gün ölkənin  ilk  Baş  naziri 
olan  Cəvahirləl  Nehru  demişdi:  ‘İndi  hind  xalqı  yeni, 
müstəqil  və  demokratik  Hindistan  uğrunda  mübarizəyə 
başlayacaqdır.  Yeni  Hindistan  digər  xalqlarla  sülh  və 
dostluq  şəraitində yaşayacaqdır” .
Müxtəlif dünyagörüşlərinə,  ədəbi  cərəyanlara,  siyasi 
və  dini  baxışlara  mənsub  olan  hind  şairləri  öz  doğma 
xalqına  xidmət  edir,  ölkənin  gələcək  rifahı  və  səadəti 
naminə  qüdrətli  əsərlər yaradırdılar.  Onlar geniş  xalq  küt­
lələrinin  arzu və əməlləri  ilə yaşayırdılar.
1950-ci  il  yanvarın  26-da  hind  xalqının  həyatında 
daha  bir  əlamətdar  hadisə  baş  verdi.  Hindistan  Respub­
lika  elan  olundu.  Müasir  hind  şairlərindən  İsrar  Ulxan 
Macaz  “Bayrağımız”  adlı  şeirində  azadlığa  çıxmış  ölkənin 
üzərində  dalğalanan  zəfər  bayrağını  ilhamla  tərənnüm 
edirdi:
______________________
R e yh an  M irzəzad ə
________
Öldü  əlimizdə düşmənlərimiz,
Yadların  qan  izi çölümüzdədir.
Sevirik,  sevirik azadlığı  biz,
Zəfər bayrağımız əlimizdədir.
Vurur,  sevinc ilə vurur qəlbimiz,
Səadət nəğməsi  dilimizdədir.
Həyat mahnısını  oxuyuruq biz,
Zəfər bayrağımız əlimizdədir.
Şair  Mannulal  Şarma  Şil  “Təklikdə  öz-özümlə” 
şeirində  insanları  daima  mərd  olmağa,  çətinliklərdən  əsla 
qorxmamağa,  ölümün  gözünə  dik  baxmağa,  tufan  və 
fırtınalardan,  od-alov  içərisindən  qalib  çıxmağa,  dost  yo­
lunda  candan  keçməyə  hazır olmağa çağırırdı:
£
o
276ca
Yolun  keçilməmiş sıldırımsa - get!
Dəhşətə gəlib,  geri dönmə sən!
Əgər mübarizə alovlarında 
Ərimək  lazımdır - əri,  sönmə sən  !
Əgər görsən alır göyü  buludlar,
Gurlayır qəzəblə qasırğa,  tufan -  
Tərəddüd eləmə, öz dostlarının 
Səsinə cürətlə səs  ver hər zaman!
Hindistanın  paytaxtı  Dehli  şəhəridir.  Şəhər  iki  his­
sədən  -  köhnə  Dehli  və  Yeni  Dehlidən  ibarətdir.  “Bağlı- 
bağatlı  şəhər”  adlandırılan  Dehlinin  on  milyondan  çox 
əhalisi  var.  Ölkənin  əsas  sənaye,  elm  və  mədəniyyət 
mərkəzləri  burada  yerləşir.  Şəhərdə  Hindistanın  siyasi 
tarixində  böyük  xidmətləri  olan  unudulmaz  şəxsiyyətləri  - 
Mahatma  Qandi,  Cəvahirləl  Nehru,  Ləl  Bahadur  Şastri və 
Indira  Qəndinin  əbədiləşdirilmiş  xatirə  ocaqları  hin- 
distanlıların  və  ölkənin  qonaqlarının  ziyarətgahına  çev­
rilmişdir.
Kəlküttə  Hindistanın  ən  böyük  ticarət  şəhəridir. 
Benqal  körfəzinin  sahilində  yerləşən  bu  şəhər  Avro- 
pasayağı  tikilib.  Dünyanın  ən  böyük  nəbatat  bağlarından 
olan  Kral  Nəbatat  bağı  Kəlküttədədir.  Qeyd  edim  ki,  bu 
bağ  Böyük  Britaniya  nəbatat  bağından  sonra  dünyada 
ikinci  yeri tutur.  Bağ  çox gözəldir.  Burada  nəzəri daha  çox 
cəlb  edən  1044  ədəd  müstəqil  sütun  kimi  ucalan  nəhəng 
ağaclardır.  Deyilənə  görə,  bir  kökdən  törəyən  bu  "sütun­
ların”  qol-budaqları  altında  doqquz  min  əsgər  kölgələnə 
bilərmiş.
Dünya  ədəbiyyatının  ən  görkəmli  simalarından  biri, 
böyük  ədib,  şair,  filosof,  ictimai  xadim  və  vətənpərvər 
maarifçi  Rabindranat  Taqor  Kəlküttədə  doğulmuşdur.
______
A zd rb a y c a n ç ılıq  və vətənpərvərlik m əfkurəsi
_______
£o 277 03

Reyhan Mirzəzadə
Ailədə  on  dördüncü  uşaq  olan  Rabindranatın tərbiyəsində 
özündən  yaşca  böyük  olan  qardaşlarının,  xüsusilə  be­
şinci  qardaşı  Cotirindronathın  böyük  rolu  olmuşdu.  1913- 
cü  ildə  Şərq  ölkələri  yazıçıları  arasında  birinci  olaraq 
Nobel  Mükafatına  layiq  görülən  Taqor,  eyni  zamanda 
istedadlı  rəssam  və  bəstəkar kimi də şöhrət qazanmışdı.
Rabindranat  Taqor  80  il  ömür  sürmüş,  onun  ədəbi- 
elmi  və  ictimai  fəaliyyəti  65  ildən  artıq  bir  dövrü  əhatə 
etmişdir.Ədib  12  roman  və  povest,yüzdən  artıq  hekayə 
və  novella,  50  şeir  məcmuəsi,üç  min  mahnı,bir  neçə 
poema  və dramatik  poema,  30  dram  əsəri,  bir neçə opera 
və  balet,  hind  fəlsəfəsi,  ədəbiyyat  və  incəsənəti,  musiqi 
nəzəriyyəsi,  hind  maarifi,  tərbiyə  və  digər  mövzulara  aid 
200-dən  artıq  elmi  əsərlərin,  bir  sıra  rəsm  əsərlərinin  və 
bir  neçə  dərsliyin  müəllifi  idi.  Onun  vətənpərvər  şeiri  son- 
ralar  Hindistan  Respublikasının  himni oldu.
Taqor  nəinki  təkcə  Hindistanın,  həm  də  əsrinin  və 
bəşəriyyətin  ləyaqətli  oğlu  olaraq  ömrünün  böyük  məna­
sını  xalqının  mədəniyyətinə,  maarifinə,  mənəvi  yüksəlişi­
nə  xidmətdə  görürdü.  Cəvahirləl  Nehru  deyirdi  ki,  Taqor 
Hindistan  xalqını  məhdud  təfəkkür  yolundan  çıxıb  insan­
lığı  məşğul  edən  böyük  problemlər  üzərində  düşünməyə 
çağırdı.
Taqorlar  ailəsi  XIX  əsr  boyu  Benqaliyada  müxtəlif 
islahatçılıq  hərəkatında  fəal  iştirak  etmişlər.  Bu  ailədə 
gözəl  yazıçılar,  sənətkarlar yetişmişdir.
Ədibin  babası  Dvarkanaxt  Taqor  və  atası  De- 
bendrananxt  Taqor  XIX  əsrdə  hind  ictimai  fikrinin  inki­
şafında  mühüm  rol  oynayan  və  məşhur  hind  yazıçısı, 
ictimai  xadimi  Ram  Maxai  Roy tərəfindən  əsası  qoyulmuş 
“Brəhma  Samac”  cəmiyyətinin  görkəmli  xadimlərindən 
olmuşdur.  Bu  cəmiyyətin  əsas  məqsədi  kasta  sistemini 
ləğv 
etmək, 
büdpərəstlik, 
qurban 
vermək, 
qadın
so 
278 ся
hüquqsuzluğu,  vaxtsız  kəbin,  dul  qadınların  özünü  yan­
dırması  kimi  mürtəce  feodal  adət-ənənələri  və  köhnə 
hindçilik  qalıqları  ilə  mübarizə  aparmaq,  müasirləşməyə 
yol  açmaq  idi.Gəncliyində  Rabindranat  Taqor  da  bu  cə­
miyyətin  işlərində  fəal  iştirak  etmiş  və  sonradan  1907- 
1909-cu  illərdə  yazdığı  “Qora"  romanında  “Brəhmə 
Samac”  hərəkatının  çox  geniş  təsvirini  vermiş,  bununla 
bərabər,  bu  cəmiyyət  daxilində  olan  fikir,  siyasi  rəy 
ziddiyyətlərini təhlil etmişdi.
Taqor  xalqının  dərdi  ilə  yaşayan  bir  filosof  idi.  O 
deyirdi:“Mənim  həmvətənlərimi adam  hesab eləmirlər,  hər 
hansı  bir imtiyaz sahibi  olmağıma  utanıram”.
“Qora”  romanında  əsərin  qəhrəmanı  və  Taqorun 
"işıq  düşüncəli  igid”  adlandırdığı  Qaurmaxon  xalqdan 
uzaq  düşmüş  ziyalılardan  biri  olan  və  daha  çox  öz  şəxsi 
səadəti  haqqında düşünən yoldaşına deyir:
“Qardaşım,  mənim  Allahım  şəxsi  səadət  deyildir. 
Mənim  Allahım  saray  xanımları  arasında  deyildir.Mənim 
ilahəm,  mənim  gözəlim  gözü  ilə  odlar  görən  yoxsulların, 
kasıbların,  dərdlilərin,  təhqir olunmuşların  arasındadır.  Bu 
elə  bir  ilahədir  ki,  ona  aşiqanə  mahnılar  oxumurlar.  Ona 
çiçəklər  təqdim  etmirlər.  Ona  ruhunu,  varlığını  verməli­
sən.  Mənim  üçün  dünyada  ən  böyük  sevinc,  səadət  hə­
yatımı  xalqın  səadəti  uğrunda  qurban  verməkdən  iba­
rətdir”.
Lakin  Rabindranat Taqoru yalnız hind  xalqının taleyi 
deyil,  bütün  məhkum  xalqların  taleyi  dərindən  düşün­
dürürdü.  O,  eyni  narahatlıqla,  eyni  həyəcanla  o  zaman 
əsarətdə  olan  böyük  Çin  xalqını,  ağır  müstəmləkə  şərai­
tində  hüquqları  tapdalanan  Afrika  xalqlarını,  Amerika 
zəncilərini  müdafiə  edir,  onlara  hüquq,  azadlıq  tələb 
edirdi.
Azərb ay c o n c ilia   və vətənpərvərlik  m əfkurəsi
_______
so  
279
 ca

Taqor  butun  dünyada  sülh  və  xalqlar  dostluğunun 
fəal müdafiəçilərindən biri olmuşdur.  O, yalnız hind  ictimai 
həyatı  ilə  deyil,  bütün  dünya  hadisələri  ilə  ciddi  maraq­
lanır,  bütün dünya  işlərinə qarışır,  bütün  insanlığın  məna­
feyini,  ləyaqətini  və  xoşbəxt  gələcəyini  müdafiə  edən 
dəyərli  ümumbəşəri  ideyalar  irəli  sürürdü.Həyati  xüsu­
siyyətləri  ilə  Taqora  çox  yaxın  olan  fransız  yazıçısı,  icti­
mai  xadimi,  alimi,  musiqişünası,  Nobel  Mükafatı  laureatı 
Romen  Rollan  “Taqor  haqqında  etyüd”  məqaləsində  çox 
haqlı  olaraq  yazmışdır  ki,  Rabindranat  Taqor  öz  əsər­
lərində  ümumdünya  əhəmiyyəti  olan  bir  çox  problemlər 
qaldırmışdır.
Taqor  bir  nasir  olaraq  dünya  miqyasında  psixoloji 
romanın,  kiçik  hekayə  və  novellanın  nadir  ustalarından 
hesab  olunur.  Onun  “Qora”,  “Dostlar”,  “Dördlər",  “Biqha 
sahili”,  “Fəlakət”,  “Ev  və  dünya”,  “Axırıncı  poema”,  “Qum 
zərrəsi”  romanları  dünya  ədəbiyyatında  şöhrət  qazan­
mışdır.
Xalqın  başına  gətirilən  müsibətlərin  əsas  səbəbini 
cəhalətdə  və  gerilikdə  görən  Taqorun  fəaliyyətində  mək­
təb  və  maarif məsələləri  mühüm  yer tuturdu.  Hələ  1901-ci 
ildə  o,  atasının  Bolpur  şəhərindəki  “Şantiniketan”,  yəni 
“Sakit  guşə”  adlanan  malikanəsində  uşaqlar  üçün  bir 
məktəb  açmışdı.  Bu  məktəbdə  Taqor  öz  üsulu  ilə  dərs 
deməyə  başlamışdı.
Azərbaycanın  əməkdar elm  xadimi,  pedaqoq,  nasir, 
ədəbiyyatşünas  alim,  akademik  Məmməd  Arif yazdığı  bir 
məqaləsində  Taqorun  pedaqoji fəaliyyətindən  danışarkən 
demişdi  ("Ədəbiyyat qəzeti”,  11  iyun  1935-ci  i!):“Tolstoyun 
“Yasnaya  Polyanadakı”  məktəbi  məşhur  olduğu  kimi, 
Taqorun  da  “Şantiniketan”dakı  məktəbi  bütün  Avropa 
pedaqoji  aləmində  məşhurdur. 
Məfkurəvi  cəhətdən 
Tolstoyla  Taqor arasında  müəyyən  ümumi  cizgilər olduğu
__ ___________________
J le y h a n  M irzəzadə
________________________
k
>280
 c*
kimi,  bu  iki  pedaqoqun  pedaqoji  prinsipləri  arasında  da 
ümumi cizgilər az deyildir” .
Azərbaycan  poeziyasında  Taqor  surəti  xalqımızla 
hind  xalqı  arasındakı  tarixi  dostluq  və  qardaşlığın,  hind 
xalqının  azadlıq  və  səadət  eşqi  ilə  çırpıntılarının 
təcəssümü  olan  poetik  bir  surət  kimi  xüsusi  yer  tut- 
muşdur.Taqor  S.Vurğun,M.İbrahimov,  R.Rza,  M.Müşfiq 
və  s.kimi  sənətkarlarımızın  əsərlərində  hörmətlə  xatırlan­
mışdır.
Taqorun  “Kxonika”  adlı  kitabında  atalar  sözü  və 
zərb-məsəllər  kimi  ən  yığcam  aforizmlərdən  ibarət  olan 
şeirlərin  mühüm  bir  hissəsi  “Gəldi-gedər  quşlar”  adı 
altında  çap  edilib.  Bunlardan  bəzilərini  təqdim  etməklə, 
böyük  humanist  -  vətənpərvər  şairin  həyat  və  ölüm, 
məhəbbət  və  sədaqət,  zəhmət  və  səadət,  azadlıq  və 
əsarət  kimi  ümumbəşəri  mövzu  və  məsələlərə  baxışı 
haqqında  müəyyən təsəvvür almağa  kömək edər:
Ulduzlar  əsla  qorxmurlar  ki,  onları  işıldayan  böcəklərə 
bənzədən  ola  bilər”.
“İşıq  saçdığı  üçün  alova  minnətdar  ol,  amma  daimi 
dözümlə  kölgədə qalan çırağı  da  unutma!”.
“Köklər - yerin dərinliyinə  işləmiş eyni  budaqlar,
Budaqlar - havaya  ucalmış eyni  köklərdir”.
“Ölüm  də doğum  kimi  həyata  aiddir”.
“Yerimək  - ayaqları  qaldırmaq və endirməkdən  ibarətdir”. 
“Quşun  qanadlarını  qızılla  bəzəyib  ağırlaşdırsan,  o  bir 
daha  səmalarda  süzə bilməz”.
“Çiçək 
bütün 
ulduzlarını 
itirmiş 
səhər 
səmasına 
şikayətlənir ki:  “Mən  şeh  damcımı  itirmişəm!”.
“Çayın  qurumuş  yatağı  öz  keçmişinə  minnətdar  ola 
bilməz”.
“Ey  gənc  qız!  Sənin  sadəliyin  gölün  şəffaflığı  kimidir.  O, 
sənin  sədaqətinin  dərinliyini  göstərir".
_______
A zə rb a y c a n ç ılıq  və vətənpərvərlik  məfkurəsi_
______
so 
281 
ca

“Sərçənin tovuza yazığı  gəlir ki,  elə ağır quyruğu  var”. 
“Quşa  elə  gəlir  ki,  balığı  havaya  qaldırmaq,  ona  yaxşlıq 
etməkdir”.
Kəlküttədə  Rabindranat  Taqorun  gözəl  bir  ev- 
muzeyi 
var. Ev-muzey 
ikimərtəbəli 
böyük 
imarətdə 
yerləşir.  Orada  hər  şey  yazıçının  sağlığında  olduğu  kimi 
mühafizə  edilir.Qeyd  etdiyim  kimi,  Rabindranat  Taqor 
eyni  zamanda  şair,  nasir,  rəssam,  rejissor,  aktyor  və 
musiqişünas  kimi  tanınmışdı.  Yazıçının  ev-muzeyində 
bütün  bunları  əks  etdirən  yüzlərlə  şəkil  və  eksponatlar 
vardır.  Dünyanın  hər  yerindən  buraya  yazıçının  müxtəlif 
dillərə tərcümə olunub  nəşr edilmiş əsərləri  göndərilir.
Caypur  Hindistanın  təmiz  və  səfalı  şəhərlərindəndir. 
Bu  şəhəri  “Asiyanın  Parisi"  adlandırırlar.  Hind  memarları 
burada  gözəl  saraylar  ucaldıb.  Caypurda  ən  gözəl  saray 
Maharacın  sarayıdır.  Qədim  Dağüstü  sarayda  bir  iba- 
dətgah  var.  Deyilənə  görə,  bu  ziyarətgah  dini  etiqadından 
asılı  olmayaraq,  hamıya  xidmət  edir.  İnsanlar  hündür 
təpənin  üstündə  yerləşən  həmin  ocağa  fillərin  üstündə 
qalxır.
Benqal  körfəzinin  sahilində  daha  bir  gözəl  şəhər 
var.  Bu,  təmtəraqlı  Mədrəs  şəhəridir.  Hindlilər  Mədrəsi 
“Rəqqasların  və  kino  aktyorlarının  Vətəni”  adlandırırlar. 
Vaxtilə  Asiyadakı  ən  böyük  kinostudiyalar  burada  yer­
ləşirdi.  Hətta  digər  ştatlardakı  studiyalar  da  kinofilm 
çəkərkən  Mədrəs artistlərini dəvət edirdilər.  Hazırda  Bom- 
bey  kinostudiyası  ölkənin  kino  istehsalının  mərkəzi  sayı­
lır.  Bunlardan  başqa,  Kəlküttə  şəhərində  də  kinofilmlər 
çəkən  studiya fəaliyyət göstərir.
Hind  xalqı  kinonu  çox  sevir,  ölkədə  hələ  müstə­
qilliyindən  çox  qabaq,  1913-cü  ildə  kinofilm  istehsalına 
başlanılmışdır.  Xatırladım  ki,  1980-ci  illərdə  Hindistan 
kino  istehsalına  görə  dünyada  birinci  yeri  tuturdu,  indi  isə
___________ ___________
R e yh an  M irzəzadə
_____ ___________________
so 2H2
 ca
ölkədə-  hər  il  800-dən  artıq  kinofilm  istehsal  olunur. 
Satyadcit Ray,  Mrinal  Sen,  Şyam  Beneqal  və Adur Qopa- 
lakrişnan  Hindistanda kino yaradıcılığının  görkəmli  nüma­
yəndələridir.
Hind  elində  Azərbaycana  sevgi  dolu  şeirlər  həsr 
edən  şairlər  az  deyil.  Gözəl,  sevimli  Xəzərimizə  də  dün­
yada  xeyli  söz  inciləri  həsr  edilib.  Amma  hər  dəfə  əsra­
rəngiz  Xəzərin  pıçıldaşan  mavi  suları  ilə  görüşərkən  - 
sahil  ətrafında  salınmış  füsunkar  parkı  ziyarət  edərkən 
tanınmış  hind  şairi  Sədhü  Sinqh  Həmdərdin  “Xəzərin 
sahilində” şeirini təbəssümlə xatırlayıram:
ö z  qum  beşiyində çalxanır Xəzər - 
Nəhəng  okeanın körpə yavrusu.
Dəlisov dalğalar baş alıb gəlir,
Sahilə çatmaqmı dalğa arzusu ?!
Çarpıb,  geri dönür nəhəng dalğalar,
Dənizin  qoynuna baş alıb gedir.
Dəniz ürəyinin  öz xisləti var -  
Qabarma,  çəkilmə  dəniz eşqidir.
Ayrılır,  qovuşur,  coşur dalğalar 
Dalaşan,  barısan  aşiqlər kimi.
Elə bil sahildə ovsunlanmışam,
Arzular aparıb yenə fikrimi.
Ah!  Xəzər!  Dayanıb sahilində mən 
Deyirəm,  dünyada xoşbəxtlər də var.
Nəğmə,  gülüş səsi alıb sahili,
Qoşa sevgililər,  dəcəl uşaqlar...
Fəhlələr bitirib  iş  növbəsini,
Polad  sinələri  öpür şəfəqlər.
Gündüz yorğunluğu qalar dənizdə,
Dənizsə onlara yüngüllük verər...
______
A zərb aycan çılıq   və vətənpərvərlik  m əfkurəsi
_______
so 283
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin