Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə11/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

________________
Reyhan Mirzəzadə
_____ _
ю  
136
 ca
öz  sözünü  deyib.  Nəbi  Xəzrinin  “Xoş  gəldin,  özbək 
qardaşım!”  şeirindəki kimi.
Gəldi doğma qardaş doğma torpağa,
Yaşıldan biçildi dağların donu.
Mehriban dostlarım,  sizi qucmağa 
Anam Azərbaycan açdı qoynunu.
Səhərə calayıb  nurlu səhəri,
Hər ürək çevrildi günəşə,  gəldi.
Nəvai adlayıb yüzillikləri 
Böyük Nizamiylə görüşə gəldi!
Çağladı  ümmantək söz də,  ilham da,
Ürəklər qovuşdu  dost əllər kimi.
Vurğun da göründü,  Qafur Qulam da 
Qoşa addımlayan heykəllər kimi.
Şimal diyarı  olan  Finlandiyanın  təbiəti öz gözəlliyi və 
özünəməxsus füsunkarlığı  ilə  insanı  valeh  edir.  Yaşıl  me­
şələr,  sahələrə  bölünmüş  əkin  yerləri,  dərin  göllərin  güz­
gü  kimi  parlayan  səthi,  iti  axan  astanalı  və şəlaləli çayları, 
dəniz  sahillərinin  mənzərəli  görünüşü  ölkə  təbiətinin  sə­
ciyyəvi  əlamətidir.  Təsadüfi  deyil  ki,  Finlandiyanın  “Min 
göllər  ölkəsi”  adlandırırlar.  Nəbi  Xəzri  “Göllər  ölkəsi"  şei­
rində  dost  diyarın  təbii  mənzərəsini  yaratmaqla  bərabər, 
fin xalqının  mehribanlığından  sevə-sevə bəhs edir.
Qədim  Finlandiya...  Uzaq  bir diyar...
Güllü,  çiçəklidir bağlar,  bağçalar.
Açıqdır üzlər də  ürəklər kimi,
Alışan yanaqlar çiçəklər kimi.
Deməyin  bu  yurda:  göllər ölkəsi,
Söyləyin:  mehriban ellər ölkəsi.
AzərbaycançıliQ  və  vətənpərvərlik məfkurəsi_
____
so  
137
 03

...Bizi qarşıladı  dostlar çiçəklə,
Mehriban  ürəklə,  açıq  ürəklə:
- Alın  bu gülləri,  - dedilər bizə, - 
Əziz dostluğumuz gəlməsin gözə...
Deməyin  bu yurda:  göllər ölkəsi,
Söyləyin: çiçəklər,  güllər ölkəsi.
Görkəmli  şair olmaqla  bərabər,  Nəbi Xəzri Azərbay­
canda  Beynəlxalq  Dostluq  Cəmiyyətinin  sədri  kimi  də 
xeyli  yaxın-uzaq  ölkələri  ziyarət  edib.  Bu  ölkələr  və  on­
ların  xalqları  şairin  yaddaşında  dərin  izlər  qoyub.  Həmin 
izlər  söz  sənətinin  qiymətli  sərvəti  kimi  poeziya  tarixində 
daim  şəfəq  saçır.  Belə  ki,  Nəbi  Xəzri  “Əlvida,  Yaponiya” 
şeirində  sanki  kövrək  baxışlarını  bu  uzaq  yurda  dikib 
vidalaşır:
...Baxdım...  gözlərimdə doğma bir ölkə...
Söz açdım  Xəzərə sədaqətimdən.
Günəş okeandan  qalxmırdı  bəlkə,
Qalxırdı  okean  məhəbbətimdən.
Gedirəm,  xoşbəxt ol,  bu cahanda  sən 
Bir də görüşümüz görən haçandır?
Gündoğan ölkəsi  çağrılsan da  sən,
Mənimçün gündoğan Azərbaycandır!
Azərbaycanın  şeir  kainatının  nümayəndələrindən 
biri  olan  Xalq  Şairi  Cabir  Novruzun  yaradıcılığı  milyon­
ların  sevgi  və  məhəbbətini  qazanıb.  Müxtəlif  mövzularla 
şeiriyyətə  müraciət  edən  şair,  “Şekspirin  evində”  adlı 
əsərini  təəccüblü və  heyrətli duyğuları  ilə ərsəyə gətirib.
Ş air  yazır  ki,  Şekspirin  adı  gələndə,  bu  korifey 
m ədəniyyət  xadiminin  saraylarda  yaşadığını  düşünür-
_____ __________
Reyhan Mirzəzadə
_______________
so 138 ca
düm.  Evinin  parlamentdən  nəhəng,  yurd-yuvasının  varlı, 
zəngin  olacağım  zənn  edirdim.  Amma...  Sən  demə,  bu 
söz dühası  kiçik,  sadə  bir otaqda  qələm  çalıb yaşayırmış. 
Cabir  Novruz  gördüklərini  həm  təəssüf,  həm  də  kövrək 
hisslərlə qələmə alır:
Stretford şəhərində,  onun doğma  evindəyəm, 
Dəstə-dəstə axır bura  insanların gur axını.
Çox qəribə fikirlərin,  xəyalların  sehrindəyəm,
Heyrət ilə seyr edirəm onun  kiçik otağını.
...  Bir otaqda ömr eləyib oğlu  ilə,  qızı  ilə,
Bir otağa yerləşdirib  hamletləri,  maqbetləri,
Baxıb  göyə bu xırdaca  pəncərənin  gözü  ilə,
Burda yazıb yer  üzünə sığışmayan  hikmətləri.
...  Nə şan-şöhrət,  nə təntənə,  Şekspirin özü elə, 
İngiltərə şöhrətinin  rəmzi  olub,  ilki olub.
O,  ikinci  İngiltərə  yaradıb öz sözü  ilə,
O,  ölkənin daxilində  ikinci bir ölkə olub.
Deyirlər,  həqiqi şair  insanlığın  müəllimidir.  Doğrudan 
da  belədir,  insanlığın  ən  ülvi  hissləri  Anaya,  Vətənə,  Tor­
pağa  məhəbbətdən  və  sədaqətdən  başlayır.  Ana Vətənə, 
Ana  Torpağa  isə  hərtərəfli  bağlı  olan  insanı  həyat  daim 
ucaldıb.  Elə  Cabir  Novruz  kimi.  “Qürbət  bayatıları...” 
şeirində  görün  şair nə deyir:
...  Qürbət üfüqləri  doğulan  kimi,
Həsrət çalır səni  bir ilan  kimi...
Gözlərin  Vətəni  görmək  istəyir,
Ayağın  yad  yerə  toxunan  kimi.
____
Azərbaycançılıq və  vətənpərvərlik məfkurəsi
____
so 
139
 оя

Gah  qürbət görməyə məcbur olmuşam, 
İtmişəm,  batmışam,  məchul olmuşam,
Vətən! Vətən!  - deyə haray salmışam,
Leylini  axtaran  Məcnun  olmuşam...
...  Qürbətdə  neyləyir ömür sürənlər,
Yad  yeri özünə pənah bilənlər,
İki  ayağından  asılmalıdır 
Vətəni qürbətə dəyişdirənlər...
Nelson  Mandela  Cənubi  Afrika  Respublikasının  ilk 
qaradərili  Prezidenti  kimi  tarixə  düşüb.  O,  1994-1999-cu 
illərdə  ölkəsinə  rəhbərlik  edib.  1993-cü  ildə  Nobel  Sülh 
Mükafatı  laureatı  adına  layiq  görülən  Nelson  Mandela, 
əvvəllər  həyatın  ağır  sınaqlarına  tuş  gəlib.  Belə  ki,  o 
apartheyd  əleyhinə  (apartheyd  -  CAR-da  Afrikanın  bantu 
xalqlarına  və  qeyri-avropalı,  yaxud  qarışıq  mənşəli  digər 
etnik  qruplara  qarşı  qəddar  ayrı-seçkilik  siyasətinə  əsas­
lanan  irqi  seqreqasiya  prinsipidir.  1948-ci  ildən  rəsmi  döv­
lət siyasəti  kimi tədbiq edilib.  Apartheyd  siyasəti  BMT Baş 
Məclisi  sessiyyalarının  qərarlarında  dəfələrlə  pislənib) 
apardığı  mübarizəyə görə  27  il  həbsxanada  yatıb.  11  fev­
ral  1990-cı  ildə  onun  azadlığa  buraxılması  prosesi  canlı 
efirlə  bütün  dünyaya  yayımlanıb.  Həmin  vaxtlar  Mos­
kvada  Lefortovo  zindanında  yatan  Azəbaycanın  tanınmış 
şairi  Xəlil  Rza  Ulutürk  bu  hadisədən  sonsuz  sevinc  hissi 
yaşayaraq  "Təbrik,  Nelson Mandela!” şeirində yazıb:
Əziz  Nelson  Mandela  - səngərdaşım,  qardaşım.
Əli əlimə çatmaz arkadaşım,  sirdaşım.
...  Salam!  Nelson  Mandela!  Gözün  aydın,  günaydın!
Yurdun  kişi övladı  yurda  bir də qayıdır.
Bu gün  "Viktor Ferster"  barmaqlığı  sökülür.
Coşqun təbrik gülləri dağ  başına tökülür.
_______________
Reyhan Mirzəzadə
_____________ __
ю  
140 ca
Ulutürkü  oxuduqca,  fransız  şairi  Pol  Elüarın  sözü 
yadıma  düşür:“Poeziyanın  məqsədi  faydalı  həqiqətdir”. 
Daxili  aləmində  daim  azadlıq,  müstəqillik  ruhu  yaşadan 
Xəlil  Rzanın  Lefortovoda  yazdığı  şeirlər  içində faydalı  hə­
qiqətə  xidmət  edən  “Vyetnam”ın  öz  yeri  var.  Onun  bu 
əsərini  oxuyanda,  Vyetnam  xalqının  vətənpərvər  oğlu  Xo 
Şi  Minin  mübarizə  dolu  həyat  yolu  gözlərimiz  önündə  bir 
daha  canlanır.  Qeyd  edim  ki,  Vyetnamda  milli-azadlıq  hə­
rəkatının  əvəzsiz  xadimi  olan  Xo  Şi  Min  fəhlə  və  milli- 
azadlıq  hərəkatına  dair  bir  sıra  əsərlərin  müəllifi  kimi  də 
nüfuz  qazanmışdı.  O,  1946-1955-ci  illərdə  Vyetnamın 
həm  Prezidenti,  həm  də  eyni  zamanda  Baş  naziri  olub. 
Ümumdünya  Sülh  Şurası  Xo  Şi  Min  mükafatı  təsis  edib. 
Onun  anadan  olduğu  19  may günü  istiqlaliyyət və  azadlıq 
uğrunda  Beynəlxalq  Mübarizə  Günü  elan  olunub.  Xəlil 
Rza  bu  barədə görək  nə yazır:
Qollarımla  ölçmüşəm,  yaxud  ekvator ilə 
Vyetnam  dəyanətini,  Vyetnam  mədəniyyətini. 
Milyon-milyon dalğa  tək  qoy çırpılım  sahilə 
öpüm,  qucum,  oxşayım  sal  qaya qüdrətini.
Vyetnam dəyanətini,  Vyetnam mətanətini.
Orda  Hanoy şəhəri,  heykəlləşən Xo  Şi  Min,
Xo  Şi  Min  ordusunun  sıravi  əsgəriyəm.
Sağ qalan  beş-on  nəfər,  ölən,  qırılan  min-min,
Min dəfə güllələndim,  mən  hələ də diriyəm,
Xo  Şi Min  ordusunun  sıravi  əsgəriyəm.
Artıq  səhifə  bitməkdədir.  Bir  məqalədə  isə  dünya 
poeziyasının  inciləri  sayılan,  ən  gözəl,  ən  zərif,  ən  ibrə­
tamiz  nümunələrini  ərsəyə  gətirib  yaşadan  Azərbaycan 
poeziyasından,  onun  bütün  söz,  sənət  korifeylərindən 
bəhs  etmək  mümkün  deyil.  Poeziyamız yenə  ucalmaqda,
Azərbavcançılıa  və vətənpərvərlik məfkurəsi
____
ю  
141
 o?

inkişafdadır.  Onun yeni  istedadlı  nəsli yetişməkdədir.Uğur 
olsun!
Mənsə  Azərbaycan  şeirini  dərin  məhəbbətlə  sevən 
bir  vətəndaş  kimi  bu  yazımda  nəsə  deməyi  bacardımsa, 
yenə  poeziyamıza  borcluyam.  Poeziyamıza  minnət­
daram.  Çünki  rus  yazarı  V.Belinski  demişkən:  “Poeziya 
hər şeydən əvvəl həyat,  sonra  isə incəsənətdir”.
_________________  
R e y h a n  M ir z ə z a d ə
______________________
“Azad Azərbaycan” qəzeti, 
16 mart 2012-ci  il
s o  
142 
ça
AZADLIQ  CARÇISI
Atatürkün anası!
Adi bir insan,  bir ana
Zaman ötdükcə də
Minnətdar olur hər kəs ona;
Böyük bir millətə bir gün
Ata doğmuş o ana!
Bəxtiyar Vahabzadə
Vaxtilə  dünyada  qüdrətli  bir  dövlət  kimi  tanınmış 
Osmanlı  İmperiyası  XIX  əsrin  axırlarında  yarımmüs­
təmləkə  vəziyyətinə  düşmüşdü.  Üstəlik,  XX  əsrin  əvvəl­
lərində  ölkənin  ictimai-siyasi  həyatında  yaranmış  gərgin 
vəziyyət  imperiyanı  müstəmləkəyə  doğru  sürükləyirdi. 
Zaman  keçdikcə,  siyasi  və  iqtisadi  həyatda  özünü  gös­
tərən böhran və tənəzzül bütün sahələrə sirayət edirdi.
Hələ  Birinci  Dünya  müharibəsinin  başlanması  ərəfə­
sində  imperialist dövlətlər Sultan Türkiyəsini öz  aralarında 
bölüşdürmək  barədə  danışıqlara  başlamışdılar.  Onların 
1915-1917-ci  illərdə  bir-biri  ilə  bağladıqları  sazişlər  impe­
riyanın  demək  olar  ki,  bütün  torpaqlarının  əlindən  alın­
masını  və  öz  aralarında  bölüşdürülməsini  nəzərdə  tutur­
du:  Şərq  vilayətləri  Rusiyaya  keçməli  idi,  Suriya  və  ətrafı 
Fransaya  verilirdi,  Mesopotamiya,  habelə  İzmir  -  Aydın 
dəmir  yollarının  keçdiyi  əraziyə  ingilislər  göz  dikmişdilər, 
Anadolu  isə almanlar üçün  nəzərdə tutulmuşdu.
Sultan  Türkiyəsinin  taleyini  1920-ci  il  avqustun  10- 
da  istanbul  hökumətinin  imzaladığı  Sevr  müqaviləsi  həll 
etdi.  Həmin  müqavilənin  şərtlərinə  görə  Sultan  Türkiyəsi 
öz  ordusunu  buraxmalı,  hərbi  donanmasını  ləğv  etməli 
idi.  Türkiyə  özünün  Suriya,  Fələstin,  Ərəbistan  yarım-
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
s o  
1 4 3  c s

adası,  Transiordaniya  və  Mesopotamiyadakı  torpaqların­
dan  məhrum  olmuş,  Şərqi  Fragiyadakı  ərazisinin  əksə­
riyyətini  itirmiş,  İzmir  isə  əslində  Yunanıstana  verilmişdi. 
Ermənistana  müstəqillik  verilməsi  və  onun  ərazisinin 
Ərzurum,  Van,  Trapezund  və  Bitlis  rayonlarına  qədər 
genişləndirilməsi  müqavilədə  ayrıca  maddə  kimi  nəzərdə 
tutulmuşdu.  Kürdüstan  hökuməti  yaradılacağı  da  m üqa­
vilədə  qeyd  edilirdi.  Müqavilənin  şərtlərinə  görə,  Türki­
yəyə yalnız  Mərkəzi Anadolu  yaylası  qalmalı  idi.
O  dövrü  sonralar Atatürk  belə  qiymətləndirirdi:  “Os­
manlı  məmləkətləri  tamamilə  parçalanmışdı.  Ortada  bir 
ovuc  türkün  yaşadığı  ata  yurdu  qalmışdı.  Son  məqsəd 
bunun  da  bölüşdürülməsini  həyata  keçirməkdən  ibarət 
idi.  Osmanlı  dövləti,  onun  istiqlalı,  padşah  və  xəlifə,  hö­
kumət  -   bunların  hamısı  öz  məzmununu  itirmiş  ifadələr­
dən  ibarət  idi”.
Bir  əsrdən  də  az  bir  dövrdə  Türkiyədə  özünü  g ö s­
tərmiş  bütün  bu  ciddi  siyasi-iqtisadi  dəyişikliklər  üçün  türk 
xalqı  özünün  böyük  oğlu  Mustafa  Kamala  minnətdardır. 
“Ya  istiqlal,  ya  ölüm!"  şüarını  irəli  atmış  Mustafa  Kamal, 
ilk  baxışda  mümkün  olmayan  bir  şəraitdə  xalqı  antiim pe­
rialist  müharibəyə  çağırdı  Və  tarixdə  öz  layiqli  yerini  tut­
muş olan  milli - azadlıq  hərəkatına  başçılıq  etdi.
Mustafa  Kamal  Atatürk  1881 -ci  ildə  Yunanıstanda  iri 
liman  şəhəri  olan  Salonikidə  anadan  olmuşdu.  Atası  Əli 
Rza  əfəndi,  anası  Zibeydə xanım  idi.
1886-cı  ildə  Mustafa  Kamal  ibtidai  təhsilə  baş­
lamışdı.  O,  bir az  əvvəl  məhəllə  məktəbinə  getmiş,  sonra 
çağdaş  təhsil  verən  Şəmsi  əfəndinin  məktəbinə  keçərək, 
ibtidai  təhsilini  burada  bitirmişdi.  1893-cü  ildə  Atatürk 
Salonikidə  hərbi  Rüştiyyəyə  daxil  olmuşdu.  O,  qısa  bir 
müddətdə  Salonoki  Mülkiyyə  Rüştiyyəsində  təhsil  almış, 
sonra  Hərbi  Rüştiyyəyə  daxil  olmuş  və  1896-cı  ildə  bu
_______________
Reyhan Mirzəzadə_
________________
so 
144 ся
məktəbi  bitirmişdi.  Məktəbdə  təhsil  alan  vaxt  riyaziyyat 
müəllimi  Mustafa  əfəndi  gənc  tələbəsi  Mustafanın  geniş 
təfəkkür  və  zəkasına  görə  onun  adının  sonuna  “Kamal” 
ismini əlavə etmişdi.
1896-cı  ildə  Atatürk  Monastır  Hərbi  Idadəsinə  daxil 
olub,  1899-cu  ildə  həmin  idadəni  bitirmişdi.  İstanbulda 
hərbi  məktəbin  piyada  sinfinə yazılmışdı.  1902-ci  ildə tex- 
men  (leytenant)  rütbəsi  ilə  hərbi məktəbi  bitirib və təhsilini 
Hərbi  Akademiyada  davam  etdirmişdi.  1903-cü  ildə  ona 
üstegmen  (baş  leytenant)  rütbəsi  verilmişdi.  1905-ci  ildə 
Atatürk  Qərargah  Yüzbaşısı  rütbəsi  ilə  Hərbi  Akademi­
yanı  bitirib,  həmin  il  Ştab  təcrübəsi  üçün  Şamda  5-ci  or­
duya  göndərilmişdi.  1907-ci  ildə  Atatürk  kolağası  (baş 
yüzbaşı)  rütbəsinə layiq görülmüşdü.
1908-ci  ildə  İstanbulda  İkinci  Konstitusiya  elan  edildi 
və  buna  qarşı  atıcı  batalyonların  qiyamı  ilə  böyük  üsyan 
başladı.  (31  mart  qiyamı)  Atatürk  əməliyyat  ordusu  ilə 
İstanbula  gəlib üsyanı  yatırtdı.
1911-ci  ildə  italyanlar  Liviyada  Osmanlı  dövlətinə 
müharibə  elan  edib  hücuma  keçdilər.  Atatürk  könüllü 
olaraq  jurnalist  Mustafa  Şərifin  adına  yazılan  vəsiqə  ilə 
Liviyaya  gedib  Tripolidə  italyan  işğalçılarına  qarşı  səhra 
döyüşlərində  iştirak etdi.  Həmin  il  Mustafa  Kamal minbaşı 
(mayor)  rütbəsində  uğur  qazandı.  1912-ci  ildə  indiki  Çer­
noqoriya  Respublikası  (Yuqoslaviya  Federasiyasına  da­
xildir)  müharibə  elan  etdi  və  Balkan  müharibəsi  başladı. 
Mustafa  Kamal  Liviydan  İstanbula  hərəkət  etdi.  1914-cü 
ildə  Atatürkə  yarbaylıq  (podpolkovnik)  rütbəsi  verildi.  Hə­
min  ildə  Almaniyanın  Rusiyaya  müharibə  elan  etməsi  ilə 
Birinci  Dünya  müharibəsi  başladı  və  Osmanlı  dövləti  mü­
haribəyə  qoşuldu.  Atatürk  Təkirdağa  gəlib  19-cu  Diviziya­
nı  yaratdı  və  Çanakkala  boğazını  keçməyə  çalışan  ingilis 
donanmasını  ağır  itkilərə  məruz  qoyub  məğlub  etdi.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
H 5  
c a

1915-ci  ildə  ona  aybaylıq  (polkovnik)  rütbəsi  və  hərbi 
medal  verildi.Mustafa  Kamal  general  Limon  fon  Sander- 
sin  əmri  ilə  Anafartalar Qrupu  komandirliyinə  təyin  edildi.
ingilislər  yenidən  qoşun  çıxarmağa  başladı.  Ata­
türkün  komandanlığı  altında  olan  qüvvələr  Conkbayında 
ingilislərə  qarşı  hücuma  keçdi  və  düşmənin  irəliləyişinin 
qarşısı  alındı.  Bu  döyüşlər  zamanı  Atatürkün  ürəyinə 
tuşlanmış  bir  güllə  döş  cibindəki  saata  dəyib  geri  qayıtdı 
və  Mustafa  Kamal  aşkar  ölümdən  xilas  oldu.  1916-cı  ildə 
Atatürkə  Mirliva  (general-mayor)  rütbəsi  verildi.
1920- 
ci  ilin  aprelin  23-də  Ankarada  Türkiyə  Böyük 
Millət  Məclisi  yaradıldı  və  Atatürk  Məclisin  sədri  seçildi. 
Mustafa  Kamal  Türkiyə  Böyük  Millət  Məclisinin  sədri 
seçilməsi  ilə  əlaqədar  etdiyi  təşəkkür  nitqində  dedi: 
“ ..İstər  hərbi,  istərsə  siyasi  həyatım  boyu  etdiyim  mü­
barizələrimdə  həmişə  rəhbər  tutduğum  şüar  milli  iradəyə 
əsaslanaraq,  millətin  və  Vətənin  möhtac  olduğu  məqsəd­
lərə doğru yürümək  olmuşdur".
1921- 
ci  il  avqustun  5-də  Atatürkə  böyük  səla­
hiyyətlər  və  Baş  komandanlıq  vəzifəsi  verildi.  Avqustun 
23-də  Yunan  ordusunun  hücumu  ilə  Sakarya  meydan 
müharibəsi  başlandı.  Müharibə  22  gün  davam  etdi. 
Atatürkün  əmrində  deyilirdi:  “Müdafiə  xətti  yoxdur,  səthi 
müdafiə  vardır.  O  səth  bütün  Vətəndir.  Vətənin  hər qarış 
torpağı  vətəndaşın  qanı  ilə  islanmasa,  tərk  olunmaz". 
Sentyabrın  13-də  Sakarya  meydan  müharibəsi  düşmənin 
darmadağın  edilməsi  ilə  nəticələndi.  Atatürkə  Böyük 
Millət  Məclisinin  qəbul  etdiyi  qanunla  müşir  (marşal) 
rütbəsi  və  “Qazi"  adı  verildi.  Həmin  il Türkiyə  Böyük Millət 
Məclisi  hökuməti  ilə  Qafqaz  respublikaları  (Azərbaycan, 
Gürcüstan,  Ermənistan)  arasında  “Qars  müqaviləsi" 
imzalandı.
______________
_Reyhan Mirzəzadə
________
ю 
146 ca
Qurtuluş  savaşında  oğluna  böyük  dəstək  olan 
Mustafa  Kamalın  anası  Zibeydə  xanım  övladına  marşal 
rütbəsi  və  Qazi  adı  verilməsi  münasibətilə  göndərdiyi 
teleqramda  yazırdı:"Millətin  haqqımızdakı  bu  sevgi  və 
etimadı  benim  kadar  kimsə  duyğulandırmaz.  Kız  karde- 
şinlə  beraber alnından  öperek və  bağrımıza  basarak  seni 
tebrik ederiz".
Atatürkün  anasına  göndərdiyi  cavab  teleqramı  da 
çox  sadə  və  dəyərli  idi'B enim   için  dünyevi  mükafatların 
en  yükseyi  olan  tebrikinizlə  məsud  oldum”.  (29  iyul  1921- 
ci  il)
1923-cü  il  iyulun  24-də  Lozanna  müqaviləsi  imza­
landı.  Atatürk bu  barədə demişdir:  “Lozanna  sülh  müqavi­
ləsinin  qəbul etdiyi əsasları  digər sülh  müqavilələri  ilə mü­
qayisə  etməyə ehtiyac görmürəm.  Bu  müqavilə türk millə­
ti  əleyhinə  əsrlərdən  bəri  hazırlanmış  və  Sevr  müqaviləsi 
ilə  həyata  keçirildiyi  zənn  edilən  böyük bir sui-qəsdin  ara­
dan  qaldırılmasını  ifadə  edən  bir vəsiqədir.  Osmanlı  döv­
rünə  aid  tarixdə  örnəyi olmayan bir siyasi zəfər əsəridir”.
1923-cü  il  oktyabrın  29-da  Türkiyə  Respublika  elan 
olundu  və Atatürk ölkənin  Prezidenti seçildi.  Atatürkə Tür­
kiyə  Böyük  Millət  Məclisinin  qərarı  ilə  yaşıl-qırmızı  haşi­
yəli  istiqlal  Medalı təqdim  edildi.
Bu  xəbərdən  sonra  övladının  böyüklüyü  qarşısında 
ona  bir  daha  ehtiramını  bildirmək ehtiyacını  duyan  Zibey­
də  xanım  oğlunun  əlini  öpmək  üçün  Çankayaya  gəlir. 
Atatürk anasını  sayğı  ilə qarşılayaraq onun  əlini öpür.
Xeyli söhbətdən  sonra  Zibeydə xanım  ayrılarkən  oğ­
lunun  əlini  öpmək  istəyəndə,  Atatürk:  “Nə  yapıyorsun, 
anne?!  -  deyib,  həyəcanla  əlini  çəkməyə  çalışır.  Bu  za­
man  Zibeydə  xanım  oğluna  deyir:  “Ben  senin  annenem. 
Əlimi  öpməklə  bana  karşı  övlatlık  edebini  gösterirsin.  Fe- 
qet,  sen  Vatanı,  ulusu  felaketden  qurtaran  bir  komandan
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
147
 ea

v ə   d e v le t  başçısısın.  Ben  de  ulusun  bir  nümayendesiyim. 
O n u n   için  elini öpe bilirim”.
1926-cı  il  iyunun  14-də  İzmirdə Atatürkə  hazırlanan 
su i-q ə s d in   üstü  açıldı.  Bu  barədə  o,  Anadolu  Agentliyinə 
v e rd iy i  müsahibədə  bildirirdi:  “...  Alçaq  təşəbbüsün  mə­
nim   şəxsimdən  daha  çox  müqəddəs  respublikamıza  və 
o n u n   istinad  etdiyi  yüksək  prinsiplərimizə  yönəldilmiş 
o ld u ğ u n a   heç  bir  şübhə  yoxdur...  Mənim  miskin  vücu­
du m ,  əlbəttə,  bir  gün  torpaq  olacaqdır.  Fəqət,  Türkiyə 
R espublikası  daim yaşayacaqdır”.
Mustafa  Kamal  Atatürk  1938-ci  il  noyabrın  10-da 
D olm abağça  Sarayında  saat  9.05-də  vəfat etdi. Atatürkün 
T ü rkiyə   bayrağına  sarınmış  cənazəsi  1938-ci  il  noyabrın 
16-da  Sarayın  böyük  təntənə  salonunda  katafalk  üzərinə 
q o yularaq  millətin  ziyarətinə  çıxarıldı.  Noyabrın  21-də 
cə n a zə   Etnoqrafiya  Muzeyinə  gətirildi  və  hazırlanan  mər­
m ə r m əzara  yerləşdirildi.  1953-cü  il  noyabrın  10-da böyük 
bir  hüznlə  Anıtqəbirdə  Atatürkün  vücudu  Vətən  torpaq­
larına  təslim  edildi.
Atatürkün 77 il öncə söylədiyi  bu  sözlər əbədi olaraq 
tarixin  səhifələrinə  yazılmışdır:“Mən  Qərb  millətlərini, 
bütün 
dünyanın 
millətlərini 
tanıyıram. 
Fransızları 
tanıyıram ,  almanları,  rusları  və  bütün dünyanın  millətlərini 
şəxsən  tanıyıram.  Və  bu  tanışlığım  da  döyüş  meydan­
larında  olmuşdur,  atəş  altında  olmuşdur,  ölüm  qarşısında 
olm uşdur.  Sizi  əmin  edirəm  ki,  bizim  millətimizin  mənəvi 
qü vvəsi  bütün  millətlərin  mənəvi  qüvvəsindən  üstündür".
________________
Reyhan M  i rzazadə
______________ _
“Azərbaycan” qəzeti, 
29 oktyabr 1997-cı  il.
Ю
148 ся
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
P.S.  Bir  neçə  il  əvvəl  Ankarada,  Anıtqəbirdə  “Azər­
baycanın  kədəri  bizim  kədərimiz,  sevinci  bizim  sevin­
cimizdir”  -  deyən  böyük  Mustafa  Kamal  Atatürkün  mə­
zarını  ehtiramla  ziyarət  etdim.  Mustafa  Kamalın  məza­
rının  dairəvi  çevrəsinə  Türkiyənin  81  vilayətindən  gətirilib 
dəmir  qablarda  düzülmüş  torpaqlar  gördüm.  İki  qabda 
qardaş  yurdlardan  gələn  torpaq  vardı:  Biri  Quzey  Kıb- 
rısdan,  o  biri  -   Azərbaycandan.  Kövrəldim.  Gözlərimdən 
yaş  axsa  da,  təbəssümlə  qürurlandım:  Atatürk  həm  də 
Azərbaycan torpağında  uyuyurdu...
ю  
149 ca.

QARDAŞ  XALQ IN  CÜM HURİYYƏT  BAYRAMI
29 oktyabr - Türkiyə Respublikasının 
yaranması günüdür.
“...Türkiyənin  yeni  və  modern  b ir  dövlətə  ehtiyacı 
var.  Bu  məmləkət  yuxandan  aşağıya  dəyişdirilməlidir. 
Ordu  biliksiz,  ləyaqətsiz  və  şərəfsiz  zabitlərdən  təmiz­
lənməlidir  Köhnə  qanunlar ləğv  edilməlidir.  Fəs  atılmalı, 
qadın  qəfəsdən çıxarılmalı,  onlara azadlıq  verilməlidir.  Bir 
kişi b ir qadından  artıq  başqasıyla  evlənməməlidir!  Kişilər 
və  qadınlar eyni  hüquqlara  sahib  olmalı,  avropalılar kimi 
yaşamalıdırlar.
Demokratik  bir  cəmiyyətdə  Türkiyənin  bütün  sosial 
məsələlərini həll  etmək  olar.  Allah  qismət  edərsə,  günün 
birində  Türkiyənin  idarə  olunmasında  rolum  olarsa, 
bilirəm edəcəyim yenilikləri... ”
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin