Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə10/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

____
£o 
119 оз

necə və  hansı  arzularla  yaşamaları,  hansı  qayğılarla  əha­
tə olunmaları  ilə tanışlığımız zəruridir.  Bu  yazımda  mövzu 
ilə  əlaqədar  uşaq  poeziyasının  dilini  canlandırmaq  istə­
yimin  bir  səbəbi  də  əvvəlki  “Uşaqların  gələcəyi  aldıqları 
tərbiyədən  asılıdır”  (“Azad  Azərbaycan”  qəzeti,  1  aprel 
2012-ci  il)  adlı  məqaləmdə  dünya  uşaq  nəsr əsərlərindən 
artıq  geniş bəhs etməyimdir.
Kitab  bayramı  münasibəti  ilə  dünyanın  bütün  uşaq­
larını  Azərbaycanın  tanınmış  şairi,  nasiri,  qabaqcıl  maarif 
xadimi  Mikayıl  Rzaquluzadənin  “Salam,  uşaqlar!”ı  ilə  sa­
lamlayıram:
İstərdim gəzim,  görüm,  bu  dünyada  nələr var?
Bir görüm,  yer üzündə  neyləyirlər uşaqlar?
Bilim,  nədir adları,  günləri xoşmu  barı?
İstərdim  ki,  bir bilim,  kimdir bu  uşaqlardan
qaranlıqdan  qorxmayan?
Bir bilim  ki,  onlara dostlar əl  uzadırmı?
Hamısı  şirin-şirin,
rahat-rahat yatırmı?
Hərdən,  gecə uzunu  qaçanda  yuxuları,
Onları  məhəbbətlə oxşayan  varmı  barı?,.
Gəzərdim  mən  bu  sayaq  dünyanı  diyar-diyar,
Deyərdim  uşaqlara:“Salam,  əziz uşaqlar!
Siz  ey dərisi qara,  ağ,  qırmızı,  ya  sarı,-
Düzlərin,  meşələrin,  dağların  uşaqları!
Ey Turin  uşaqları,  ey Berlin  uşaqları!
Siz  ,  ey xoşbəxt Moskva,  şən  Pekin  uşaqları!
Siz,  rəngarəng qitənin ey qəmgin  uşaqları!..
Ey  hərbin  dəryazının  önündə şux çiçəklər!
Nə rəngdə olur-olsun  saçınız,  nə fərqi var:
Salam,
əziz uşaqlar!..”
_______________
Reyhan Mirzəzadə
________________
ю  120 ca
Alim  Əliyar  Qarabağlı  qeyd  edirdi  ki,  körpə  uşaq 
olan  hər  evdən  layla  səsi  gəlir.  İlk  nəzərdə  laylalarda 
məqsəd-hələ  bir  yaşa  çatmamış  körpələrin  həyatında 
mühüm  yer  tutan  yuxunun  rahatlığını  təmin  etməkdir. 
Mahnının  gözəl  ahəngi,  pəsdən  o'xunması,  Ana  səsinin 
nəvazişli  titrəyişi  uşağa  məstedici  təsir  bağışlayır.  Uşaq, 
məzmununu  başa  düşmədiyi  sözlərin,  səslərin  ahəngin­
dən,  musiqisindən  məst olur.
Laylalar  əslində  beşik  nəğmələridir.  Bir-iki  yaşlı 
uşağın  həyatı  beşikdə,  yaxud  Ana  qucağında  keçir.  Bir 
sıra  xalqlarda,  o  cümlədən  rus,  ukrayna,  belorus,  komi, 
mordva,  latış,  litva  və  s.  xalqlarda  körpələrin  yatırılması 
zamanı  oxunan  nəğmələr  beşik  mahnıları,  bizdə  isə  nən­
nilər  (yəni körpə uşaqları  yatırtmaq üçün asılan  kiçik yata­
caq)  adlanır.
Kuba  şairi  Emilio  Balyaqasın  “Zənci  laylası”  mənə 
öz şirin  laylalarımızı,  yaxud  nənnilərimizi xatırladır:
Vat,  mənim  şeytan balam,
Yat,  mənim zənci balam.
Ay mənim  şəkər balam,
Gül  balam,  inci  balam.
...  Layla dedim  yatasan,
İstəyinə çatasan.
Dərdi-qəmi  qazıyıb 
Yurdumuzdan  atasan.
...Yat,  gözümün  işığı,
Yat,  incitmə  gəl  məni.
Gözlərini yummasan,
Xortdan aparar səni.
...Yat,  mənim  oğul balam,
Qənd  balam,  noğul  balam.
Taleyin  göylərində 
Ulduz tək doğul  balam, 
ю   121 ca
Azdrbaycancılıa  və  vətənpərvərlik məfkurəsi
____

İstedadlı  yunan  şairi,  sülh  uğrunda  alovlu  mübariz, 
İkinci  Dünya  müharibəsi  dövründə  öz  xalqının  azadlıq  və 
istiqlaliyyəti  uğrunda  döyüşən  cəsur  vətənpərvər  Fotula 
Yannokopolunun  uşaqlar  üçün  yazdığı  "XoruzB şeiri ilə bi­
zim  sevimli  Abdulla  Şaiqin  yazdığı  “Xoruz”  şeiri  arasında 
oxşarlıq,  bir doğmalıq  hiss  olunur:
Bala  xoruz  oyadır 
Uşağımı  səhərdən,
Nazik  səslə  oxuyur 
Bu  nəğməni  çox erkən:
Oyan,  balaca  oğlum,
Oyan,  qurbanın  olum,
Saçılanda  şəfəqlər,
Günəşə  bax,  hər səhər.
...Bax,  göyərən çöllərə,
Aç  yaxanı  yellərə.
Mələşir qoyun,  quzu,
Axıb  gedir dağ  çayı,
Yuyunmağa  çağırır 
Zümzüməylə  o,  bizi.
Oyan,  balaca  oğlum,
Oyan,  qurbanın olum.
Erkən durub yuxudan 
Gəzmişəm bağça-bağı,
İştaham  var yeməyə 
Həvəsim  artıb yaman 
Oxuyub oynamağa,
Nəğmə,  şeir deməyə...
Fotula  Yannokopulunun  “Uşağını  geyindirən  Ananın 
m ahnısfm   oxuyanda,  istər-istəməz  adamın  öz  uşaqlığı
_________________Reyhan_Mirzəzadə__________________£o'>_______________
Reyhan Mirzəzadə_
_____________ _
£o 122 ca
yadına-düşür.  İstər qız  olsun,  istər oğlan,  ürəyi  övlad  sev­
gisi  ilə dolu  olan  hər bir Ana,  balasına beləcə məhəbbətlə 
yanaşır:
Darayıram başını,
Dizim üstə oğlumun,
Quzu dərisi  kimi 
Qıvrımdır saçı onun.
Çilədim  üstə ətir,
Ev də ətirlə doldu,
Tutdum dırnaqlarım- 
Əlləri  qəşəng oldu.
Geydirdim köynək, tuman 
Kiçik şalvar ona mən 
Qaranquş şəkilli bir 
Döşlük asdım döşündən.
Bu da  isti corabı,
Ağ çəkmə ayağında...
Geydirdim paltosunu,
Papağını  bir anda.
Bu əlcəyi,  bu  şərfi...
Gedir bağçaya  indi 
Rəngli  oyuncaqları 
Kiçik səbətindədir.
O gedir addım atıb 
Bağ  içiylə tıppatıp.
Bəzən  uşaqlar  valideynlərinə  və  ya  digər  doğma­
larına  düşündürücü  suallar  verirlər.  Uşağın  kiçik  təfəkkür
Azərbavcancılıa из vətənpərvərlik məfkurəsi
____
ю  
123
 ca

dünyasının  maraqlı  suallarından  birini türk şairi  Faruq  Na- 
fiz Camlıbel  “Mələk” şeirində görək necə cavablandırıb:
Ana dünən Zeynəbə 
"Mələk  balam” deyirdi.
Eşidincə bu  sözü 
Qız belə  sual  verdi:
-Mələk balam  nə demək?
Doğrusu,  anlamadım.
Mələk qanadlı  olar,
Hanı  mənim  qanadım?
Cavab verdi anası,
-Üç balam  daha vardı,
Onlar qanadlanaraq 
Əlimdən  uçdu...  qurtardı.
Üçü də yalnız qoydu- 
Bu talesiz qadını 
Barı  sən  uçma deyə- 
Qopardım qanadını.
Uşaqlar!.  Uşaqlar!..Təbiətin  və  həyatın  canlı  çi­
çəkləri  olan  uşaqlar!..  Siz  necə  də  sevimli  varlıqlarsınız! 
Türk  şairi  ibrahim  Ələddin  Gövşənin  “Ana  sevgisi"ndə 
uşaq zəkasının  nuru  qəlbləri də rövnəqləndirir:
Bir ananın  iki  balası varmış,
Ən kiçiyi beş yaşında olarmış.
Bir gün  ana sonbeşiyi sevərkən 
Uşaq dedi:
_______________
Reyhan Mirzazadə
________________
b d
124

-  Əziz Ana,  səni  mən
Nə qədər çox sevdiyimi bilməzsən!
Bəlkə  məni sən  o  qədər sevməzsən.
-Niyə oğlum?
-Çünki  balan  ikidir:
Sənin  könlün  iki  eşq  ilə vurar,
Mənim  yalnız bir sevgili Anam var!
Uşaqların  tərbiyəsində 
nənələrin  və 
babaların 
sevgisi və  rolu  az deyil.  Onlar yaxşı  bilirlər ki,  uşaqları  bö­
yütməyin  ən  yaxşı  yolu  onları  sevindirməkdir.  Nəvələri­
nə  ən  ülvi,  ən  munis duyğular bəsləyən  nənələr və  baba­
lar  daim  bu  kiçik vətəndaşların  yanında  olmağa, çalışırlar, 
isti  nəfəsi  ilə  onları  əyləndirməkdən,  şənləndirməkdən 
zövq  alırlar.  Türk  şairəsi  Əminə  Ərtəmin  “Nəvələrim,  xoş 
gəldiniz" 
şeirində 
nənə-nəvələr 
məhəbbəti 
zərif 
duyğularla  təqdim  olunub. 
Nənə  nəvələrini  xoş  ovqatla 
salamlayıb deyir:
Biri  Günay,  biri  Güntan,
Sizləri  gözlədik hər an.
Yanağına güllər qonan-
Nəvələrim,  xoş gəldiniz!
Bağ-bağçaya  sevinc doldu,
Gözüm daha  nurlu oldu!
Barım-bəhrəm  necə boldu-
Nəvələrim,  xoş gəldiniz!
Bu  könlümün  sizsiz gülü!
Xoşbəxtliyin sərin yeli.
Ürəyimdə  sevgi  seli-
Nəvələrim,  xoş  gəldiniz!
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
я о  
125 
ca

öm rü,  günü  bahar olun,
Uca  duyğularla  dolun!
Güclü  olun,  güclü  qalın,
Nəvələrim,  xoş gəldiniz!
İngilisdilli  xalqların  folklorunun  birində  “Uşaqlara 
məsləhət”  verilir.  Gəlin,  öyrənək  bu  əhəmiyyətli  məsləhət 
nədir elə?
_____________
Reyhan Mirzəzadə
__________________
Yaxın gəlin,  uşaqlar,
Qulaq  asın  siz mənə.
Yaxşı demiş atalar,
Baxın onlar deyənə:
işləyəndə  işləyin,
Gəzməyin də vaxtı var.
Bu,  xoşbəxtlik yoludur,
Gedir qoçaq  adamlar.
İş  yarımçıq görülsə,
Ürək açmaz,  doğrusu.
Təmiz görülmüş  işdən 
Gələr çiçək  qoxusu.
“Uşaqlara  məsləhət"  şeiri  məzmunu  və  ahəngdarlığı 
ilə  sanki  sevimli  şairimiz,  Azərbaycanda  doğulub  boya- 
başa  çatan,  ədəbiyyatımıza  sədaqətlə  xidmət  edən, 
hazırda  Almaniyada  yaşayıb  Azərbaycan  naminə  yaradı­
cılıq  dolu  zəhmətini  əsirgəməyən  yəhudiəsilli  Simax  Şey­
danın  “Atalar  deyib...”  şeirinin  poetik  notlarına  köklənib. 
Hər  iki  şeir  balacaları  zəhmətə,  halallığa,  işin  dəyərini 
anlamağa  sövq  edən  tərbiyəvi  motivlərlə  zəngindir.  Bəzi 
misralarla tanış olaq.
ю  
126
 

...Ancaq düzgün başa düş,
Əziz dostum  sən məni.
Qoymaq  olmaz tarlada 
Yerdə qalan bir dəni.
Buğda vardır, dövlətdir,
Buğda  həyatdır,  həyat.
Vətən  çörəkli olsa,
Basıla bilməz heç vaxt!
Onun  üçün zəhmətdən 
Gərək qalmasın  heç kəs.
Atalar yaxşı  deyib:
İşləməyən dişləməz.
Ana  və  müəllim  həm  balacalar,  həm  də  böyüklər 
üçün  son  dərəcə  əziz  olan  varlıqlardır.  Bu  varlıqlar  ən 
böyük  məhəbbətə,  ən  dərin  sevgiyə  layiqdirlər.  Simax 
Şeydanın  “Əlvan  çiçək”  şeirində  Ana  və  müəllim  obrazı 
bir  insanın  vücudunda  cəmləşib.  Bir  insanın  obrazında 
cəmləşən  munis  sevginin  nuru  körpə  qəlbləri  hərarətlə, 
günəş  işığı  tək  isindirir.  Müəllif  balacalar  eyni  zamanda 
müəllim sənətinə bir daha  böyük ehtiram  hissləri  aşılayır:
Müəllimlər günüdür,
Bu günü gözlər hamı.
Səhər tezdən durmuşam,
Təbrik edim Anamı.
Əvvəl-əvvəl yanaşıb 
öpdüm   iki üzündən.
Bir dəstə çiçək verdim,
Sıxdım  əlini  şən-şən.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
127
 oa

Neçə ildir məktəbdə 
İşləyir o  hörmətlə.
Sevir bütün  uşaqlar 
Anamı  məhəbbətlə.
Zəhmətinin  bəhrəsi 
Ordeni də var onun.
Yaxasında  gün  kimi 
Alışıb yanır onun.
Balaca  qardaşım  da 
Gəldi Ana  deyərək.
Verdi ona  sevinclə 
Bir dəstə əlvan  çiçək.
Ürək  ağrısı,  acı  təəssüf  hissləri  ilə  qeyd  etməyə 
borcluyam  ki,  elm  və  texnikanın  ən  yüksək  səviyyədə 
inkişaf  etdiyi  bir  dövrdə  mütərəqqi  bəşəriyyət  tərəfindən 
müharibə  fəlakətləri,  insan  qırğınlarının  qarşısının  alın­
masına  hələki  nail  olunmayıb.  Televiziya  efirləri,  infor­
masiya  texnologiyaları  vasitələrində  məhv  olunmuş,  şi­
kəst  edilmiş,  al-qanına  boyadılmış  günahsız  adamların, 
uşaqların,  dilsiz  körpələrin  dəhşətli  görüntülərini,  göz 
yaşalrım  seyr  etmək,  sözlə  ifadə  edilə  bilməyəcək  dərə­
cədə  ağır  və  üzüntülüdür.  Elə  yapon  şairi  Akimi  Sukimu- 
qanın  qələmə  aldığı  "Bir  məktəblinin  xahişi”  də  əslində 
həmrəy olan dünyanın  bütün  uşaqlarının  xahişidir:
Bütün  dünyadakı  ata-analar!
Dinləyin  döyüntüsünü  qəlbimizin, 
övladlarınız sizə əzizdirsə,
Atom  sınaqlarına son qoyun,
Müharibə ocağı  közərməsin.
_______________
Reyhan Mirzəzadə
_________ _
so 
128
 oa
Çox şeyi  anlaya  bilmir uşaqlar ancaq,
Dəhşətli xəbər çatır onlara.
Gah deyirlər filan yerdə,
Uşaqlar qaldı  yetim,  avara...
...Evlər bomboş.
Yuvalar bomboş...
Uşaqların  üzü  kədərli.
Gözlərində görünmür müjdəsi ilk baharın.
Ey bütün  dünyadakı  atalar-analar!
Qaytarın,
Uşaqların  dinc,  bəxtiyar yuxusunu 
Onlara qaytarın!
M.Rzaquluzadə  uşaq  şeirinin  dili  ilə  əslində  yetkin 
insanlığa  üz  tutaraq  ciddi  və  bəşəriyyət  üçün  son  dərəcə 
vacib olan  bir məsələni önə çəkir -  “Qoruyun gələcəyi!”:
Bir əlində gül-çiçək,
Bir əlində telli saz,- 
Şəfəqli  bir səhər tək 
Ellərə gələndə  yaz,- 
Könül  həvəsə gəlir,
Şən  nəğmələr yüksəlir:
Nə şirindir yaşamaq, 
ölkəmiz  nə qəşəngdir!
Nə şirindir yaşamaq,
Çöllər güldür-çiçəkdir!
...Uşaqlar bu dünyada 
Əsl canlı  çiçəkdir!
Uşaqlar bu  dünyada 
Sabahdır,  gələcəkdir!
A zə rb a y c a n ç ılıq  və vətənpərvərlik məfkurəsi_
____
so 
129
 ca

...Hər elin öz bağında 
Açılsın  çiçəkləri!
Hər  eldə öz çağında 
Açılsın  çiçəkləri!..
Bəli,  açılsın...  Ancaq 
Açılarmı  çiçəklər,  - 
Göydən yer üzərinə 
Güllə,  mərmi yağarsa?
Açılarmı  çiçəklər,- 
Çaylardan  su yerinə 
insan  qanı  axarsa?
Çiçəklər açılarmı,- 
Ölən  oğullar üçün 
Analar yas saxlarsa?!
Çiçəklər açılarmı,- 
Cavan qızlar-oğlanlar 
Yenə şikəst qalarsa?!
...Ey analar,  atalar!
Qoruyun  hər çiçəyi!
Gəlin verək əl-ələ,
Qoruyaq  gələcəyi!..
Qoruyaq  gələcəyi!  Haqlı  tövsiyədir.  Millətlərin  taleyi, 
bəşəriyyətin  sabahı  olan  balaları  qanlı  qırğınlar,  terrorlar, 
göz  yaşlarından,  qaranlıq  gələcəkdən  hamımız  qoruma­
lıyıq.
Uşaqlar dünyanın  ən  böyük  səadətidir.  Dünyanın  ən 
böyük  səadətini  qorumaq  üçün,  yaşatmaq,  ucaltmaq 
üçün  hamımız  səylə  çalışmalıyıq.  Hamımız  işləməli,  ya­
__________________Reyhan_Mirzəzadə______________6_0__130'>______ ___ _____
Reyhan Mirzəzadə
____________
6 0
130
 o a
ratmalı,  maarifləndirməliyik.  Alim  də,  yazar  da,  tərbiyəçi 
də,  sadə vətəndaş da.
Unutmaq  olmaz ki, tərbiyə - böyük işdir.  Uşağa  uşaq 
ikən  ədəb  öyrətmək  daş  üzərində  naxış  vurmaq  kimidir. 
Bu,  atalar sözüdür. Vaxtı  ilə Lev Tolstoy  deyirdi:“Mən  indi 
nəyə  qədirəmsə,  hamısını  uşaqlıqda  qazanmışam.  Görə­
sən  o  vaxt-  elə  qısa  müddətdə  bu  qədər  çox  şey  götür­
düyümüz  halda,  ömrün  sonrakı  çağlarında  onun  yüzdə 
birini əldə edə  bilirikmi?  Təzə  doğulan  körpədən  beş yaşlı 
uşağadək  olduqca  uzaq  məsafədir.  Beş  yaşlı  uşaqdan 
mənim  hazırki  yaşımadək isə çox yaxındır”.
“Beş  yaşlı  uşağadək  olduqca  uzaq  məsafə”  də  ha­
mımız  tələsməliyik.  “Ondan  sonrakı  məsafə”  isə  doğru­
dan  da yaxındır.  Həm də çox yaxın...
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
.____
"Azad Azərbaycan” qəzeti, 
1  aprel 2015-ci  il
s a  131
  c e

“POEZİYA  HƏR  ŞEYDƏN  ƏVVƏL  HƏYAT,
SONRA İSƏ  İNCƏSƏ NƏ TDİR”
21  mart - Beynəlxalq Poeziya Günüdür
Türkiyənin  tanınmış  mədəniyyət  xadimi,  şairi,  dra­
maturqu,  rejissoru  və  tərcüməçisi  Tarik  Günerselin  ilk tə­
şəbbüsü  ilə  Beynəlxalq  Poeziya  Gününün  qeyd  olunması 
təklifi  istər  sənət  aləmində,  istərsə  də  xalqlar  arasında 
ehtiramla qaşılandı.
1999-cu  ildə  YUNESKO-nun  30-cu  iclasında  21 
mart  Beynəlxalq  Poeziya  Günü  elan  olundu.  Bu  hadisə 
xalqımız  üçün  ikiqat  bayrama  çevrildi.  Çünki  ruhun 
musiqisi  adlandırılan  bəşəri  poeziyanın  ritmik  notları  ilə 
baharı,  çiçəklənməyə  hazırlaşan  ecazkar təbiəti,  saflıq  və 
birlik  rəmzi  olan  əziz  Novruzu  salamlamaq  doğrudan  da 
əsl  səadətdir.  Səadətdir  həm  də  ona  görə  ki,  Odlar  Yur­
dumuz,  iqtisadi  sərvəti  ilə  zəngin  olan  Anamız  Azərbay­
can  həm  də  mənəvi  sərvəti  ilə  məşhurdur  və  əsrlərdən 
bəri  də  məşhur  olub.  Xalqımız şeiriyyətə  və  mədəniyyətə 
misilsiz  töhfələr,  nadir  söz  ustadları,  böyük  sənətkarlar 
bəxş  edib.  Odur  ki,  Azərbaycanın  ürəyi  həm  də  şeirlə, 
poeziya  ilə  bərabər  döyünüb.  Müasir  dövrümüzün  ustad­
larından  biri  kimi  hörmətlə  yad  olunan  Məmməd  Araz 
demişkən:
Azərbaycan - mayası nur,  qayəsi  nur ki...
Hər daşından  alov kimi ox ola  bilər.
‘Azərbaycan!" deyiləndə ayağa dur ki,
Füzulinin  ürəyinə toxuna  bilər...
Zaman  ötdükcə,  böyük  Səməd  Vurğunumuz  da 
məmləkətimizi  şeir,  sənət  ocağı  kimi  sevdirdi.  Bu  ocağın 
neçə-neçə  unudulmaz  söz  sahiblərindən  biri  olan  sevimli
_______________
Reyhan Mirzəzadə
________________
£o 
132
 ca
Şəhriyar  qəlbini,  ruhunu  şeirə,  sözə,  poeziyaya  bağış­
layıb dedi:
____
Azərbaycançılıq və vatanparvarlik məfkurəsi
____
Şeir mədəniyyət,  incəsənətdir,
İncə ruh,  incə zövq,  incə sənətdir.
O da musiqi tək qəlbin səsidir,
Həyatın ən  böyük möcüzəsidir
Həyatın  ən  böyük  möcüzəsinə,  şeirə  rəsmi  tərif ver­
sək,  əlbəttə,  deməliyik  ki,  şeir  -  mənzum  söz  sənətidir. 
Nəsrdən  fərqli  olaraq,  fikrin  vəznli,  obrazlı,  ritmik,  qafiyəli 
ifadəsidir.  Fransız yazıçısı Anatol Frans  haqlı  olaraq  qeyd 
edib  ki,  şeirlə  insan  ruhu  arasında  qədim  bir ünsiyyət var. 
Buna  görə  də  insanın  sevincli  və  kədərli  anlarında  şeir 
həmişə  onunladır.  Bu  məqamlarda  Livan  yazıçısı  və  rəs­
samı  Xəlil  Cübramn  sözləri  yada  düşür:“Şeir  qanı  axan 
yaranın  və  ya  gülümsəyən  dodaqların  nəğməsidir” .  Rus 
şairi,  Nobel  Mükafatı  laureatı  Iosif Brodski  səmimi şəkildə 
bildirib  ki,  poeziya  ən  yaxşı  sözlərin  ən  yaxşı  düzümü 
deyil,  poeziya dilin  adi  mövcudluq formasıdır.
islam  dininin  böyük  yaradıcısı,  müsəlman  aləminin 
fəxri  olan  Məhəmməd  Peyğəmbər  hələ  neçə  əsr  bundan 
qabaq  daim  insanlara  tövsiyə  edib  ki,  şeir  əzbərləyin, 
çünki şeir dili  düzəldir, danışığı,  nitqi gözəlləşdirir.
Zaman-zaman  dahilər  “Poeziya  sözlərin,  ruhun 
musiqisidir.  Poeziya  həyatın  çırağıdır”  -  deyə  bu  həyatı 
varlığa yüksək dəyər verib.
Dediyimiz  kimi,  Azərbaycan  poeziyasının  qüdrəti 
qədimlərdən  şölələnir.  Bu  barədə  mənbələrdə  kifayət 
qədər  sübutlar,  dəlillər  var.  Yazımın  məramı  isə  beynəl­
xalq  poeziya  bayramına  töhfə  olaraq  Azərbaycan  şair­
lərinin  yaradıcılığında  əks  olunan  müxtəlif  ölkələrə,  xalq­
lara,  onların  mübariz  övladlarına,  qərib  torpaqlarda
so 
133 
ca

uyuyan  həmyerlilərimizin  ruhuna  olan  hörməti,  ehtiramı 
və  məhəbbəti oxucularımla  paylaşmaqdır.
Taleyin  və  zamanın  diqtəsi  ilə  həyatımızın  200  ili 
qüdrətli  rus  xalqı  ilə  sıx  bağlı  olub.  Mədəniyyətlərimiz  bir- 
birindən  faydalanıb.  Neçə-neçə  ədəbiyyat  nümunələrimiz 
dillərimizə  təcrümə  olunub.  Rus  şeiri  respublikamızda 
sevilə-sevilə  oxunub,  öyrənilib.  Tanınmış  rus  şairi  Alek­
sandr  Sergeyeviç  Puşkinin  “Yevgeni  Onegin”  poemasım 
Azərbaycan  dilinə  təcrümə  edən  Səməd  Vurğun,  “Böyük 
şairin  şərəfinə"  adlı  şeirində  öz  işindən  zövq  alıb,  bu 
barədə qürurla söz açıb:
Axıtdım  alnımın  inci tərini,
Yanmadım  ömrümün  iki ilinə.
Rusiya şeirinin  şah əsərini
Çevirdim Vaqifin şirin dilinə!
...  Şairlər oylağı,  ey əziz Vətən!
Söylə,  tanışmıdır sənə Onegin?
Bilirəm,  Puşkini çoxdan  sevirsən...
Qızın  da,  oğlun da əzbərdən desin.
Bizdə şeir də var,  sənət də vardır!
Şairə,  sənətə hörmət də vardır!..
Sovet  İttifaqı  Qəhrəmanı,  alman faşizminə qarşı  mü­
barizədə  misilsiz  şücaətlər  göstərmiş  Azərbaycanın  mərd 
oğlu  Mehdi  Hüseynzadə  1944-cü  il  noyabırın  16-da  parti­
zan  birləşməsi  qərargahının  tapşırığı  ilə  faşistlərin  böyük 
hərbi  ləvazimat  anbarını  partladıb  geri  qayıdarkən  faşist 
keşikçiləri  ilə  üz-üzə  gəlir.  Qəhrəman  döyüşçü  xeyli  düş­
mən  öldürür.  Döyüş  zamanı  ağır  yaralanır.  İgid  partizan 
çoxlu  qan  itirib  həlak  olur.  “Mixaylo”nun  ölümü  Adriatik 
dənizinin  bütün  sahilinə  yayılır.  Çepovani  kəndində  (keç­
_______________
Reyhan Mirzəzadə
________________
fo  
134
 03
miş  Yuqoslaviya  Sosialist  Respublikası  ərazisində)  dəfn 
olunan  qəhrəmanın  başdaşı  üzərinə  bu  sözlər  həkk  olu- 
nub:“Rahat  yat,  Azərbaycan  xalqının  qəhrəman  oğlu, 
əzizimiz  Mehdi.  Azadlıq  naminə  göstərdiyin  ölməz  rəşa­
dət dostlarının qəlbində daim  yaşayacaqdır".
Azərbaycanın  həssas  ürəkli  şairi  Nəbi  Xəzri  Çepo­
vani  kəndini,  Mehdini  “Haradasan  Çepovani  kəndi?”  adlı 
şeirində  həsrət  və  munis  bir  hisslərlə  soraqlayır.  Şair 
duyğularını böyük şeirin  zərif sətirlərinə  köçürür:
Mən  sənin  adını  eşitdim erkən,
Xəyalsan,  nağılsan,  nəğməsən  mənə.
Ey səni  bir dəfə görmədiyim  kənd,
Bilirsən  nə qədər doğmasan  mənə!
Keçdim yaxın eli,  uzaq ölkəni,
Səni arzuladım  Yer  kürəsində 
Xəritə-xəritə gəzsəm də səni 
Tapdım taleyimin xəritəsində.
...  Ucaltdıq  Bakıda  bir tunc abidə,
Sanki  Mehdi yenə döyüşə  gedir.
O,  sənin qoynunda yatan  igidə,
Həm  sənin  özünə  bir abidədir...
Nəbi  Xəzrinin  qəhrəmanlarından  biri  olan  Rixard 
Zorge  Bakıda,  Sabunçu  qəsəbəsində,  neftçi-texnik  Adolf 
Zorgenin  ailəsində  doğulub.  Babası  Albert  Zorge  Alma­
niya  vətəndaşı  idi.  Rixard  Zorge  üç  yaşı  olanda  valideyn­
ləri  ilə bərabər Almaniyaya  köçüb.
1924-cü  ildə  Sovet  İttifaqına  qayıdan  Rixard  Zorge, 
1929-cu  ildə  sovet  kəşfiyyat  xidmətinin  işinə  cəlb  edilir. 
Otuzuncu  illərdə  Almaniya  və  Yaponiyada  işləyərkən  bu
____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ю  
135 
ca

iki  ölkənin  Sovetlər  İttifaqına  qarşı  hərbi  əməliyyatlara 
hazırlaşmaları  və  hətta 
hücumların  konkret  vaxtları 
haqqında  məlumatları  sovet  rəhbərliyinə  çatdırır.  1941-ci 
ildə  Rixard  Zorge  Yaponiyada  həbs  olunur.  1943-cü  ildə 
haqqında  ölüm  hökmü  verilən  Zorge,  1944-cü  ildə 
Yaponiyada  edam  olunur.  Ölümündən  iyirmi  il  sonra, 
1964-cü  ildə  ona  Sovet  İttifaqı  Qəhrəmanı  adı  verilir.
Bakıda  onun  adını  daşıyan  küçə  və  park  var,  igidliyi 
haqqında  bədii  film  çəkilib.  Nəbi  Xəzri  qəhrəmanın 
məzarını  ziyarət  etdikdən  sonra  “Rixard  Zorgenin  qəbri 
önündə"  adlı  təsirli  bir  şeir  yazıb.  Həmin  şeiri  həyəcansız 
oxumaq  mümkün deyil.  Şair yazır:
Yatırsan  yad torpaq qucağında  sən,
Yaddır başın  üstə asiman,  Zorge 
Bakıdan  gəlmişəm,  eşidirmisən?
Sənin doğulduğun  Bakıdan,  Zorge.
Saf Vətən  suyundan  içib gəlmişəm,
Yolda  neçə  səhər,  neçə də axşam!
Zorge küçəsindən  keçib gəlmişəm,
Sənin öz küçəndən  özünə salam!
...Nə yaxşı  oldu  ki,  mən  səni gördüm,
Diz çökdüm qəbrini  öpməkdən  ötrü.
Zorge  məzarından torpaq götürdüm 
Zorge  küçəsinə  səpməkdən ötrü...
Xalqımız  və  ölkəmiz  öz  milli  dəyərləri,  yurdsevərliyi, 
qonaqpərvərliyi,  dosta,  qardaşa  məhəbbəti  ilə  daim  şöh­
rət  qazanıb.  Ellərdən-obalardan  bizə  qonaq  gəlib  duz-çö­
rəklə  qarşılanan  cəfakeş  simalar,  yazıçılarımız  kimi,  şa­
irlərimizin  də  ruhunun  ilham  mənbəyinə  çevrilib.  Qələmlər
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin