R. T. Qurbanov



Yüklə 146.08 Kb.

tarix13.12.2016
ölçüsü146.08 Kb.

 

Razılaşdırılıb: 



Təsdiq edilmişdir: 

 

 



Azərbaycan Respublikası   

Maliyyə Nazirliyi  

Dövlət Sığorta Nəzarəti  

şöbəsinin müdiri 

“Xalq Sığorta” ASC-nin  

İdarə Heyətinin Sədri 

05.01.2009 tarixli 

01№-li Əmri ilə 

 

 

N.C.Xəlilov 



R.T.Qurbanov 

 

    



 

 

       ___________________________ 



         __________________________ 

      İmza                                      M.Y. 

 

      Tarix: /___/__________2009-cu il 



                 İmza                                     M.Y. 

 

          Tarix: /___/__________2009-cu il



 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

SƏYAHƏT SIĞORTASI QAYDALARI 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                                                                                                                                                                    

 

 

 

 

Bakı 2009 

 



SƏYAHƏT SIĞORTASI QAYDALARI 

 

Bundan  sonra  mətndə  «Qaydalar»  adlanacaq  Azərbaycan  Respublikası  sərhədlərindən  kənara  çıxan 



vətəndaşların  bədbəxt  hadisələr  və  qəfil  xəstəliklər  zamanı  tibbi  xərclərinin  sığortası  qaydaları 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qanunları və digər normativ aktları əsas götürülməklə 

işlənib hazırlanmışdır və Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt 

hadisələr  və  qəfil  xəstəliklər  zamanı  tibbi  xərclərinin  sığortası  müqaviləsinin  hər  birinin  ayrılmaz 

tərkib hissəsidir. 

 

1. SIĞORTANIN SUBYEKTĠ  



 

1.1  “Xalq  Sığorta”  ASC  Sığortaçı  olaraq  Azərbaycan  Respublikası  sərhədlərindən  kənara  gedən 

vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası barədə müqavilə 

bağlayır. 

 

1.2 Sığorta müqaviləsinə əsasən Sığortalı hüquqi və ya fəaliyyət qabiliyyətli fiziki şəxslər ola bilər. 



 

1.3  Sığortalı  qanunla  tanınan  sığorta  marağı  təsdiq  olunduğu  hallarda  üçüncü  şəxslərin  (sığorta 

olunanların)  xeyrinə  sığorta  müqaviləsi  bağlaya  bilər.  Müqavilə  Sığortalı  tərəfindən  özünün  xeyrinə 

bağlanarsa Sığorta olunanın bütün hüquq və öhdəlikləri ona şamil edilir. 

 

1.4 Bu Qaydalara əsasən Sığorta olunan yalnız fiziki şəxs ola bilər. 



 

2. SIĞORTA PREDMETI 

 

Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid 

olduğu fiziki şəxsdir

 



3. SIĞORTA HADĠSƏSĠ  

 

3.1 Bu qaydalara əsasən sığorta hadisəsi sığorta müqaviləsində nəzərdə tutulmuş, sığortaçının sığorta 



ödənişini vermək vəzifəsini yaradan baş vermiş hadisədir. 

 

3.2  Sığorta  hadisəsi  sığortala  olunanın  məruz  qaldığı  qəfil  xəstəlik,  bədbəxt  hadisə  və  ölüm  nəzərdə 



tutulur,  bir  şərtlə  ki,  belə  hallar  sığorta  olunmuş  şəxsin  sığorta  müddətində  müqavilədə  göstərilmiş 

ölkə ərazisində olması zamanı baş versin. 

 

3.3 Qəfil xəstəlik dedikdə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və 



təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal nəzərdə tutulur. 

 

3.4  Bədbəxt  hadisə  dedikdə  qəfil,  gözlənilmədən  baş  vermiş  sığorta  olunanın  zədələnməsinə  (bədən 



xəsarətinə) və ya ölümünə səbəb olan hal nəzərdə tutulur. 

 

3.5 Yuxarıda göstərilmiş hallar aşağıdakılar üzündən baş verərsə, sığorta hadisəsi sayılmır; 



 

3.5.1 sığorta olunanın alkoqollu, narkotik və toksik sərxoşluğu; 

 

3.5.2 sığorta olunanın özünə qəsd etməsi və ya buna cəhd göstərməsi; 



 

3.5.3 nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri;  

təbii fəlakətlər və onların nəticələri , epidemiyalar, karantinlər, meteoroloji şərait; 

 

3.5.4  Sğortalının  və/və  ya  maraqlı  üçüncü  şəxslərin  sığorta  hadisəsinin  baş  verməsinə    yönəldilmiş 



 

qəsdən edilmiş hərəkətləri; 



 

3.5.5  Sığorta  olunan  tərəfindən  törədilmiş  sığorta  hadisəsi  ilə  birbaşa  səbəb–nəticə  əlaqəsində  olan 

hüquqa zidd hərəkətlər; 

 

3.5.6  Peşəkar  pilot  tərəfindən  idarə  olunan  mülki  aviasiya  təyyarəsində  sərnişin  qismində  uçuşlar 



istisna olmaqla, Sığorta olunanın özü tərəfindən idarə edilən uçuş aparatında uçuş; 

 

3.5.7  sığorta  olunanın  mühərriksiz  uçuş  aparatlarında,  mühərrikli  planerlərdə,  superyüngül  uçuş 



aparatlarında uçuşu və həmçinin paraşutla tullanması; 

 

3.5.8 hərbi əməliyyatlar və onların nəticələri , xalq ixtişaşları, tətil, üsyan, qiyam, kütləvi həyacanlar, 



terror aktları və onların nəticələri; 

 

3.5.9 Sığorta olunanın hər cür silahlı qüvvələrdə və qruplaşmalarında qulluq etməsi; 



 

3.5.10  Sığorta  olunanın  məşqlərdə  və  idman  yarışlarında  iştirakı  ilə  bağlı  hər  cür  idman  növü  ilə 

məşğul olması; 

 

3.5.11  Sığorta  olunanın  təhlükəli  fəaliyyət  növləri  (o  cümlədən,  peşəkar  avtomobil  nəqliyyatı 



sürücüsü, dağ mədənçisi, inşaatçı, elektrik quraşdırıcısı cismində) ilə məşğul olması; 

 

3.5.12 Sığorta olunanın müalicə almaq məqsədi ilə həyata keçirilən səfəri; 



 

3.6  Tərəflərin  Sığorta  müqaviləsinə  əks  etdirilmiş  əlavə  razılığına  əsasən  3.5.7-3.5.12  bəndlərində 

göstərilən  hadisələr  Sığortaçı  tərəfində  müəyyən  edilmiş  artırıcı  əmsallar  tətbiq  olunmaqla    sığorta 

hadisəsi  kimi  tanına  bilər.  Bununla  bərabər  Sığortaçı  səfərin  məqsədi  olan  müalicə  xərclərini  və 

həmçinin bu müalicə ilə əlaqədar Sığorta olunanın səhhətinin pisləşməsi  və ölümü ilə bağlı xərcləri 

ödəmir. 


 

4. SIĞORTAÇI  TƏRƏFĠNDƏN ÖDƏNĠLƏN XƏRCLƏR 

   


Sığorta  hadisəsi  baş  verdikdə  Sığortaçı  və  ya  Servis  mərkəzi    (sığorta  müqaviləsində  göstərilən 

ixtisaslaşmış təşkilat) tibbi yardım göstərilməsini təmin edir, müalicənin gedişatına nəzarət edir. 

Bu qaydalara əsasən Servis mərkəzi dedikdə sığorta müqaviləsində göstərilən və Sığortaçının tapşırığı 

ilə  bu  Qaydalara  nəzərdə  tutulmuş  xidmətləri  gün  ərzində  həyata  keçirən  ixtisaslaşmış  təşkilat  başa 

düşülür. 

Bu qaydalara əsasən sığortaçı aşağıda göstərilən tədbirləri təşkil edən və həyata keçirən ixtisaslaşmış 

təşkilatlara  və  ya  müvafiq  xərcləri  təsdiq  edən  sənədlərin  təqdim  edilməsi  şərti  ilə  birbaşa  Sığorta 

olunana aşağıdakı xərcləri ödəyir; 

 

A. Tibbi xərclər, yəni; 



 

4.1.1  əməliyyatların,  diaqnostik  müayinələrin  həyata  keçirilməsi  xərcləri,  o  cümlədən  həkim 

tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) 

çəkilmiş  xərclər  də  daxil  olmaqla  stasionarda  qalma  və  müalicə  olunma  (standart  tipli  palatada) 

xərcləri; 

 

4.1.2 həkim xidmətləri, diaqnostik müayinələr, həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı 



materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də olmaqla ambulator müalicə 

xərcləri. 

 

B. Tibbi daşınma xərcləri, yəni; 



 

 



4.1.3  hadisə  yerindən  ərazisində  olduğu  ölkənin  ən  yaxın  məsafədə  yerləşən  tibb  müəssisinə  və  ya 

bilavasitə yaxınlıqda yerləşən həkimin yanına evakuasiya olunma  («təcili yardım» avtomobili və ya 

digər nəqliyyat vasitəsi ilə ) xərcləri; 

 

4.1.4 müvəqqəti olduğu ölkədə tələb olunan tibbi yardımın göstərilməsi üçün imkanın olmaması şərti 



ilə, müşayət edən şəxsə çəkilən xərclər (əgər bu cür müşayət olunma həkim tərəfindən təyin olunubsa ) 

daxil  olmaqla  Sığorta  olunanın  xaricdən  yaşadığı  yerə  və  ya  yaşadığı    yerdən  ən  yaxın  məsafədə 

yerləşən tibb müəssisəsinə təcili tibbi repatriasiya  xərcləri. Təcili tibbi repatriasiya  müstəsna hallarda 

onun zəruriliyi  yerli müalicə edən həkim tərəfindən verilən sənədlər əsasında Sığortaçının həkiminin 

rəyi  ilə  təsdiq  edildikdə  və  bunun  üçün  heç  bir  əks  tibbi  göstəriş  olmadıqda  həyata  keçirilir.  Təcili 

tibbi repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə tutulmuş məbləğ çərçivəsində ödənilir. 

 

4.1.5  stasionarda  qalma  xərcləri  müqavilədə müəyyən  olunmuş  sığorta hədlərini aşa  biləcək hallarda 



Sığorta  olunanın  xaricdən  yaşadığı  yerə  və  ya  yaşadığı  yerin  ən  yaxın  məsafədə  yerləşən  tibb 

müəssisəsinə  tibbi  repatriasiya    olunması  xərcləri.  Tibbi  repatriasiya      yalnız  əks  tibbi  göstərişin 

olmaması  şərti  ilə  həyata  keçirilə  bilər.  Tibbi  repatriasiya  xərcləri  sığorta  müqaviləsində  nəzərdə 

tutulmuş məbləğ çərçivəsində ödənilir. 

 

V. Daşınma xərcləri, yəni; 



 

4.1.6 Əgər Sığorta olunanın stasionar müalicədə olması zərurətini yaradan sığorta hadisəsi nəticəsində 

Sığorta  olunan  vaxtında,  yəni  Sığorta  olunanın  əlində  olan  gediş-gəliş  sənədində  göstərilən  tarixdə 

qayıda bilmirsə, onun daimi yaşadığı yerə birbaşa «iqtisadi sinif»lə getmə xərcləri, birbaşa beynəlxalq 

əlaqəsi olan hava limanına getmə xərcləri. Sığorta olunan istifadə olunmamış gediş-gəliş sənədlərinin 

Sığortaçıya  qaytarılması  (təhvil  verilməsi)  və  onların  dəyərinin  Sığortaçıya  ödənilməsi  üçün  ondan 

asılı hər bir şeyi etməlidir. Bu şərtin yerinə yetirilmədiyi halda Sığortaçının istifadə olunmamış gediş-

gəliş sənədlərinin dəyərini Sığorta olunana ödənilən xərclərin məbləğindən çıxmaq hüququ vardır.  

 

4.1.7  Əgər  Sığorta  olunanın  məruz  qaldığı  Sığorta  hadisəsi  nəticəsində  onun  xaricdə  yanında  olan 



uşaqları  nəzarətsiz  qalarlarsa,  uşaqların  daimi  yaşadıqları  ölkəyə  bir  başa  «iqtisadi  sinif»  lə  getmə 

xərcləri.  Lazım  olduqda  Sığortaçı  uşaqların  müşayiət  olunmasını  təşkil  edir  və  bunun  xərclərini 

ödəyir; 

 

4.1.8  Əgər  təkbaşına  səyahət  edən  Sığorta  olunanın  xəstəxanada  qalma  müddəti  10  gündən  çox 



çəkərsə,  Sığorta  olunanın  bir  qohumunun  «iqtisadi  sinif»  lə  gedib–gəlmə  (daimi  yaşadığı  ölkədən 

getmə və geriyə qayıtma) xərcləri . Bununla belə qohumun xaricdə qalma xərcləri Sığortaçı tərəfindən 

ödənilmir.  

 

Q. Ölümdən sonrakı repatriasiya xərcləri, yəni 



 

4.1.9  əgər  ölüm  sığorta  hadisəsi  nəticəsində  baş  veribsə  ,  cəsədin  Sığorta  olunanın  (ölümdən  sonra) 

daimi  yaşadığı  yerə,  haqqında  servis  mərkəzi  tərəfindən  sanksiya  verilmiş  repatriasiya  xərcləri. 

Ölümdən  sonrakı  repatriasiya  xərcləri  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  məbləğ  çərçivəsində 

ödənilir.  Bununla  belə  Sığortaçı  Sığorta  olunanın  daimi  yaşadıqları  ölkənin  ərazisində  göstərilən 

mərasim xərclərini ödəmir.  

 

D. Bu qaydalarda nəzərdə tutulan yardımın təşkilinə dair servis mərkəzinin xərclərinin ödənilməsi.  



 

4.1.10  Sığorta  olunanın  daşınma  üsulu  (4.1.B  –  4.1.V  bəndləri)  tibbi  göstərişlər  nəzərə  alınmaqla 

Sığortaçı/Servis mərkəzi tərəfindən müəyyən edilir. Bununla belə Sığortaçı daşıyıcı tərəfindən hərəkət 

cədvəlinin pozulmasına görə məsuliyyət daşımır.  

 


 



5. SIĞORTAÇI TƏRƏFĠNDƏN ÖDƏNĠLMƏYƏN XƏRCLƏR 

 

5.1 Sığortaçı aşağıdakı xərcləri ödəmir; 



 

5.1.1 tibbi yardımın kəskin ağrı və ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olduğu hallar 

istisna  olmaqla,  müalicəsi  həyata  keçirilib-keçirilməməyindən  asılı  olmayaraq  sığorta  müqaviləsi 

bağlanan tarixə qədər məlum olan xəstəliklərin müalicəsi ilə bağlı xərclər; 

 

5.1.2  sığortanın  başlanmasından  əvvəl  Sığorta  olunan  tərəfindən  alınan  müalicə  ilə  bağlı,  həmçinin 



Sığorta  olunanın  səhhətinə  görə  səfər  etməyə  əks  göstərişlər  olduğu  hallarda  baş  verən  sığorta 

olunanın səhhətinin pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər; 

 

5.1.3 qıcolma vəziyyətlərinin, sinir və psixi xəstəliklərin aradan qaldırılması və müalicə xərcləri; 



 

5.1.4 onkoloji xəstəliklərdən müalicə xərcləri; 

 

5.1.5  Sığorta  olunanın  həyatına  bilavasitə  təhlükə  yaradan  vəziyyətlərdə  həyata  keçirilən 



təxirəsalınmaz tədbirlər istisna olmaqla, xroniki xəstəliklərdən müalicə xərcləri; 

 

5.1.6  qəfil  xəstəlik  və  ya  bədbəxt  hadisə  ilə  bağlı  olmayan  hallarda  sığorta  olunanın  aldığı  tibbi 



xidmətlərə çəkilən xərclər; profilaktik tədbirlərə və ümumi tibbi baxışlara çəkilən xərclər; 

 

5.1.7 QİÇ yoluxmasından və həmçinin onun nəticəsi olan xəstəliklərdən müalicə xərcləri; 



 

5.1.8  tibbi  yardımın  həyati  amillərə  bağlı  olduğu  hallar  istisna  olmaqla,  hamiləlik  müddətində 

məsləhətlər  və  müayinələr,  hamiləlik  dövründən  asılı  olmayaraq  hamiləliyin  kəskinləşməsi  ilə 

əlaqədar  məsləhətlər,  müayinələr  və  müalicə  ilə  bağlı  xərclər  və  həmçinin  doğuşdan  sonrakı  qayğı 

xərcləri; 

 

5.1.9  əməliyyatın  Sığorta  olunanın  həyatının  xilas  edilməsi  ilə  bağlı  olduğu  hallar  istisna  olmaqla, 



abortlara çəkilən xərclər; 

 

5.1.10  əksər  hallarda  cinsi  yolla  yoluxan  və  həmçinin  onların  nəticəsi  olan  xəstəliklərdən  müalicə 



olunma xərcləri; 

 

5.1.11 plastik və bərpaedici cərrahiyə və göz və diş protezləri də daxil olmaqla, hər növ protez qoyma 



xərcləri; 

 

5.1.12  dişin  və  dişətrafı  toxumaların  kəskin  iltihabı  və  həmçinin  bədbəxt  hadisə  nəticəsində  diş 



zədələndikdə baxış, müalicə və tibb preparatlarına çəkilən xərclər istisna olmaqla, stomatoloji yardım 

göstərilməsinə çəkilən xərclər; 

 

5.1.13  tibbi  nöqteyi-nəzərdən  zəruri  olmayan  xidmətlərin  göstərilməsi  və  ya  həkim  tərəfindən  təyin 



edilməyin müalicə ilə əlaqədar xərclər; 

 

5.1.14  Sığorta  olunanın  sığorta  hadisəsi  ilə  əlaqədar    müraciətinə  əsasən  aldığı  həkim  göstərişlərinin 



yerinə yetirilməsindən könüllü surətdə imtina etməsi nəticəsində ortaya çıxan xərclər; 

5.1.15 Qeyri ənənəvi müalicə metodlarına çəkilən xərclər; 

 

5.1.16 Sığorta olunanın qohumları tərəfindən müalicə və qulluq olunmasına dair xərclər; 



 

5.1.17  Müvafiq  lisenziya  olmayan  tibb  müəssisəsi  və  ya  tibbi  fəaliyyət  həyata  keçirmək  hüququ 

olmayan şəxs tərəfindən göstərilən xidmətlərə əlaqədar xərclər; 


 

 



5.1.18  Bərpaedici müalicə və fizioterapiya xərcləri; 

 

5.1.19  İstirahət  mərkəzlərində,  sanatoriyalarda,  pansionatlarda,  istirahət  evlərində  və  digər  bu  kimi 



müəssisələrdə müalicə kursu almaqla əlaqədar xərclər; 

 

5.1.20  Bədbəxt  hadisə  və  ya  qəfil  xəstəliklə  bağlı  olmayan  dezinfeksiya,  profilaktik  vaksinasiya, 



həkim ekspertizası , laboratoriya və diaqnostika müayinələrinin keçirilməsi ilə əlaqədar xərclər; 

 

5.1.21 Əlavə rahatlıq, yəni « lüks»  tipli palata , televizor, telefon, kondisioner, nəmləndirici , bərbər , 



masajçı, kosmetoloq, tərcüməçi və sair xidmətlərin göstərilməsi ilə əlaqədar xərclər; 

 

5.1.22  Sığorta olunan daimi yaşadığı ölkəyə qayıtdıqdan sonra çəkilən xərclər; 



 

5.1.23  Müəyyən edilmiş sığorta məbləğini aşan xərclər; 

 

5.1.24  Servis mərkəzi tərəfindən sanksiyası verilməmiş stasionar müalicə, tibbi daşınma, ölümündən 



sonrakı repatriasiya xərcləri; 

 

5.1.25  Əgər  sığorta  müqaviləsində  şərtsiz  fransıza  nəzərdə  tutulubsa  o,  hər  sığorta  hadisəsi  üzrə 



xərclər ödənildikdə tətbiq olunur. 

 

6. SIĞORTA MƏBLƏĞĠ, SIĞORTA HAQQI 

 

6.1  Sığorta  müqaviləsində  tərəflərin  razılığı  ilə  Sığortaçı  tərəfindən  ödənilən  xərclərin  hər  bir  növü 



(tibbi,  daşınma,  tibbi  daşınma,  ölümdən  sonrakı  repatriasiya  xərcləri  )üçün  təyin  edilən  sığorta 

məbləği 


dedikdə  Sığortaçının  ödədiyi  tibbi  və  tibbi  daşınma  xərclərinin  və  həmçinin  daşınma  və  ölümdən 

sonrakı repatriasiya xərcləri son həddi olan pul məbləği başa düşülür

 

6.2  sığorta  haqqı  sığorta  müqaviləsinə  müvafiq  olaraq  Sığortaçıya  (onun  brokerinə  və  ya  agentinə  ) 



Sığorta olunan tərəfindən ödənilməli olan sığortalanma üçün ödəmədir; 

 

6.3  Sığorta  haqqı  Sığortaçının  təriflərinə  müvafiq  olaraq  müəyyən  edilir  və  onun  məbləği  sığorta 



müqaviləsində göstərilir. Əgər Sığortaçı yüksək təhlükə ilə bağlı, o cümlədən 3.5.7-3.5.13 bəndlərində 

göstərilən fəaliyyətdə məşğul olan və həmçinin 70 yaşı ötmüş şəxsləri sığortalamaq barədə qərar qəbul 

edərsə, bu şəxslər tərəfindən sığorta haqqı onun tərəfindən müəyyən olunmuş artırıcı əmsallar tətbiq 

edilməklə ödənilir; 

 

6.4  Sığorta  olunan  bütün  sığorta  müddəti  üçün  sığorta  haqqını  birdəfəlik  ödəyir.  Sığorta 



müqaviləsində sığorta haqqını nisyə ödənilməsi nəzərdə tutula bilər. Ödəniş köçürmə  yolu və ya nağd 

qaydada həyata keçirilə bilər. 



 

7. SIĞORTA MÜQAVĠLƏSĠNĠN FƏALĠYYƏTĠ 

 

7.1 Əgər sığorta müqaviləsində digər hallar nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi Sığorta olunanın 



Azərbaycan  Respublikası  sərhədlərindən  kənarda  olduğu  bir  ildən  artıq  olmayan  müddətə  bağlanır. 

Əgər  sığorta  müqaviləsində  digər  hal  nəzərdə  tutulmayıbsa,  Sığorta  olunanın  çox  saylı  səfərləri 

nəzərdə tutulan, bir il müddətinə bağlanan sığorta müqaviləsində təminat hər səfərin birinci 90 gününü 

əhatə edir. 

 

7.2  Sığorta  olunanın  daimi  yaşayış  yeri  və/və  ya  vətəndaşı  olduğu  ölkənin  ərazisində  sığorta 



müqaviləsi qüvvədə olmur. Vətəndaş daimi və ya ən çox yaşadığı yer onun yaşayış yeri kimi tanınır. 

 

 



7.3  Əgər  sığorta  müqaviləsində  digər  hallar  nəzərdə  tutulmayıbsa,  sığorta  təminatı  sığorta 

şəhadətnaməsində  (və  eyniləşdirmə  kartında  )  göstərilən  sığortanın  başlanma  gününün  00.00 

saatından,  lakin  yalnız  Sığorta  olunan  ərazisini  tərk  etdiyi  ölkənin  sərhədini  keçdikdən  (pasportda 

sərhəd  xidməti  tərəfindən  edilən  qeyd)  və  sığortanın  bütün  müddətinə  görə  sığorta  haqqının 

Sığortaçının hesabına daxil olduqdan sonra qüvvəyə minir. 

 

7.4  Əgər  sığorta  müqaviləsinin  qüvvəsinin  bitməsi  anınadək  Sığorta  olunanın  sığorta  hadisəsi 



nəticəsində hospitalizasiya edilməsi ilə əlaqədar olaraq onun xaricdən qayıtması mümkün deyilsə və 

bu  müvafiq  tibbi  rəylə  təsdiqlənirsə,  Sığortaçı  bu  Qaydaların  4-cü  Bölməsində  nəzərdə  tutulmuş  və 

həmin sığorta hadisəsi ilə əlaqədar olan öhdəliklərini sığorta şəhadətnaməsində sığorta müqaviləsinin 

sona  çatma  tarixi  kimi  göstərilən  tarixdən  etibarən  4(dörd)  həftə  ərzində  yerinə  yetirməkdə  davam 

edir. 

 

8. SIĞORTA MÜQAVĠLƏSĠNĠN BAĞLANMASI QAYDASI 



 

8.1  Sığorta  müqaviləsi  Sığortalının  (Sığorta  olunanın)  şifahi  və  ya  yazılı  formada  ifadə  olunmuş 

ərizəsi əsasında bağlanır. Sığortalının (Sığorta olunan) Sığortaçıya aşağıdakı məlumatları verir: 

 

8.1.1  Sığorta  olunanın  adı,  atasının  adı,  soyadı  (pasportda  olduğu  kimi),  doğum  tarixi,  ünvanı, 



telefonu; 

 

8.1.2  Sığortalı  hüququ  şəxs  olduqda  –  onun  adı,  hüquqi  ünvanı  ,  telefonu,  bank  rekvizitləri,  Sığorta 



olunanların siyahısı; 

 

8.1.3 xaricə səfərin başlanma və başa çatma tarixləri; 



 

8.1.4 sığorta müqaviləsində nəzərdə tutulan təminatların ərazisinə şamil edildiyi ölkələr; 

 

8.1.5 səfərin məqsədi; 



 

8.1.6 əgər Sığorta olunan xaricə işləmək üçün  gedirsə, onun sənəti və məşğul olmaq  fikrində olduğu 

fəaliyyət növü; 

 

8.1.7 Sığorta olunanın iştirak etmək fikrində olduğu idman növü və ya idman yarışı; 



 

8.1.8 sığorta məbləği; 

 

8.2  Sığorta  müqaviləsi  bağlanarkən  Sığorta  olunan  özünə  məlum  olan  və  sığorta  riskini 



qiymətləndirmək üçün əhəmiyyət kəsb edən hallar barədə sığortaçıya məlumat verməlidir. 

 

8.3 Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə Sığorta olunan sığorta riskindəki özünə məlum olan 



dəyişikliklər barədə Sığortaçıya məlumat verməlidir. 

 

8.4  Sığorta  müqaviləsi  Sığorta olunanın  tibbi  müayinəsi aparılmadan  bağlanır.  Sığortaçının  tələbi ilə 



Sığorta olunan sorğu vərəqəsini doldurmalıdır . 

 

8.5  Sığorta  müqaviləsinin  bağlanması  faktı  Sığortaçı  tərəfindən  sığorta  olunana  bu  Qaydalar  əlavə 



edilmiş  sığorta  şəhadətnaməsinin  verilməsi  ilə  təsdiqlənir.  Zəruri  olan  hallarda  eyniləşdirmə  kartı 

verilir. 

 

8.6  Sığorta müqaviləsi bağlanarkən Sığorta olunan sığorta  hadisəsinə  aid  hissədə həkimləri Sığortaçı 



qarşısında məxfilik öhdəliklərindən azad edir. 

 

 



9. SIĞORTA HADĠSƏSĠ BAġ VERDĠKDƏ TƏRƏFLƏRĠN HƏRƏKƏTLƏRĠ 

 

9.1 Sığorta hadisəsi baş verdikdə Sığorta olunan sığorta şəhadətnaməsində və ya eyniləşdirmə kartında 



(əgər verilibsə) göstərilən telefonla Sığortaçının ixtisaslaşmış Servis mərkəzinə dərhal müraciət etməli 

və  dispetçerə  baş  vermiş  hadisə  və  sığorta  sənədlərindəki  məlumatlar  barədə  xəbər  verməlidir. 

Təsdiqləyici sənədlər təqdim olunduqda Servis mərkəzi ilə danışıq xərcləri Sığorta olunana ödənilir. 

 

9.2  Məlumat  aldıqdan  sonra  sığortaçı  və  ya  Servis  mərkəzi  Sığorta  olunana  zəruri  olan  tibbi  ,  tibbi 



daşınma və sığorta müqaviləsində nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini təşkil edir, və o 

cümlədən Sığorta olunanın bu Qaydaların 4-cü Bölməsində nəzərdə tutulmuş xərclərini ödəyir. 

 

9.3  Əgər  sığorta  müqaviləsində  mütləq  Servis  mərkəzinə  müraciət  etmək  tələb  olunmursa,  həkimlə 



məsləhətləşməzdən  və  ya  klinikaya  göndərilməzdən  əvvəl  Servis  mərkəzinə  zəng  vurmaq  mümkün 

olmayıbsa,  Sığorta  olunan  bunu  ilk  imkan  olduqda  etməlidir.  Hər  bir  halda  hospitalizasiya  və  ya 

həkimə  müraciət  zamanı  Sığorta  olunan  tibb  heyətinə  sığorta  şəhadətnaməsini  və  ya  eyniləşdirmə 

kartını (əgər verilibsə) təqdim etməlidir. 

 

9.4  Sığortaçı  və  ya  Servis  mərkəzi  ilə  əlaqə  saxlamaq  mümkün  olmazsa,  əgər  sığorta  müqaviləsində 



Servis  mərkəzinə  mütləq  müraciət  etmək  nəzərdə  tutulmayıbsa,  Sığorta  olunan  sığorta 

şəhadətnaməsini  təqdim  etməklə  yaxınlıqda  yerləşən  tibb  müəssisəsinə  müraciət  edə  bilər.  Əgər 

Sığorta olunan sığorta hadisəsi ilə əlaqədar özü xərc çəkibsə, o, xaricdən (səfərdən) qayıtdıqdan sonra 

Sığortaçıya baş verənlər barədə yazılı ərizə verməli və aĢağıdakı sənədləri təqdim etməlidir: 

 

9.4.1  zəruri  tibbi  yardım  göstərilməsinin  təşkili,  servis  mərkəzinə  müraciət  edilməməyinin 



səbəblərinin  əsaslandırılması  da  daxil  olmaqla,  sığorta  hadisəsi  ilə  əlaqədar  xərclərin  ödənilməsi 

barədə ərizə; 

 

9.4.2 sığorta şəhadətnaməsi və ya onun surəti; 



 

9.4.3    xəstənin  soyadını,  diaqnozunu,  tibbi  yardım  üçün  müraciət  etmə  tarixini,  müalicə  olunma 

müddətini,  göstərilən  xidmətlərin,  tarix  və  dəyərə  görə  ayrılmaq  şərti  ilə  siyahısını,  ödənilməli  olan 

məbləği əks etdirən tibb müəssisəsinin arayış-hesabının əsli (şirkət blankında və ya müvafiq ştamplı); 

 

9.4.4 həmin sığorta hadisəsi ilə əlaqədar həkim tərəfindən verilmiş və üzərində aptekin ştampı olan və 



alınmış hər bir dərmanın qiymətini əks etdirən reseptin əsli; 

 

9.4.5  həkim  tərəfindən  verilmiş  laboratoriya  müayinəsinə  göndərişin    laboratoriya  tərəfindən 



göstərilən xidmətlərin adı, tarix və qiymətə görə ayrılmaq şərti ilə siyahısını əks etdirən hesabın əsli; 

 

9.4.6  müalicəyə,  dərmanlara  və  digər  xidmətlərə  görə  edilmiş  ödənişləri  təsdiqləyən  sənəd  (ödəniş 



barədə ştamp, pulun alınması barədə qəbz və ya bankın pulun köçürülməsi barədə təsdiqi). 

 

9.5  Ambulator  müalicə  xərclərinin  ödənilməsi  üçün  Sığortaçı  yalnız  ödənilmiş  hesabları  qəbul  edir. 



Ödənilməmiş hesab təqdim etdikdə Sığorta olunan yazılı izahat verməlidir. Sığorta olunan tərəfindən 

poçt vasitəsi ilə alınmış ödənilməmiş hesablar alındığı gündən etibarən 15 (on beş) gün ərzində təqdim 

edilməlidir. 

 

9.6.  Bu  Qaydaların  9.4  bəndində  göstərilən  ərizə  və  sənədləri  Sığorta  olunan  sığorta  hadisəsinin  baş 



verdiyi  səfərdən  qayıtdığı  andan  etibarən  30  (otuz)  təqvim  günü  ərzində  təqdim  etməlidir  (əgər 

sənədlər azərbaycan, rus, ingilis dillərində tərtib olunmayıbsa, sənədlərin əsillərinin tərcüməsi də əlavə 

edilməlidir). 

 


 

9.7  Sığorta  olunan  tərəfindən  çəkilmiş  xərclər  Sığortaçı  tərəfindən  sığorta  təminatının  9.4  bəndində 



göstərilən  sənədlərin  təqdim  edildiyi  andan  etibarən  15(on  beş)  iş  günü  ərzində  ödənilir.  Sığortaçı 

təqdim  olunmuş  sənədləri  yoxlamaq,  sığorta  hadisəsinin  halları  haqqında  məlumata  malik  olan 

təşkilatlardan sorğu  göndərmək və  həmçinin  sığorta olunanın  öz həkiminin müayinəsindən keçirmək 

hüququna  malikdir.  Sığorta  hadisəsinə  dair  əlavə  məlumatın  alınması  zərurəti  yarandıqda  sığorta 

təminatı Sığortaçının sorğu əsasında tələb etdiyi bütün sənədlərin alındığı andan etibarən 15(on beş) 

gün ərzində ödənilir.  

 

10. 

ÖDƏNĠġĠN VERĠLMƏSĠ  

 

 Sığortalı  tərəfindən  müvafiq  sənədlərin  təqdim  olunması  vaxtından  etibarən  15  iş  günü  ərzində 



sığortaçı  sığorta  ödənişinin    verilməsi,  yaxud  sığorta  ödənişi  verməkdən  imtina  olunması  haqqında 

qərar qəbul edir.

 

 

11. SIĞORTA TƏMĠNATININ ÖDƏNĠLMƏSĠNDƏN ĠMTĠNA ETMƏ HALLARI 



 

11.1  Əgər  sığortanın  qüvvədə  olma  müddəti  ərzində  aşağıda  göstərilən  hallar  baş  verərsə,  Sığortaçı 

sığorta  müqaviləsi  üzrə  sığorta  təminatının  ödənilməsindən  tamamilə  və  ya  qismən  imtina  etmək 

hüququna malikdir: 

 

11.1.1 bu qaydalar 8.2, 8.3, 9.1, 9.3, 9.4.3, 9.5, 9.6 bəndlərinin pozulması; 



 

11.1.2  Sığorta  olunanın  səhhəti  və  ya  ona  tibbi  və  əlaqədar  xidmətlərin  göstərilməsi  barədə  qəsdən 

yalan məlumat daxil edilmiş sənədlərin Sığortaçıya təqdim edilməsi; 

 

11.1.3 qəsdən və  ya ehtiyatsızlıqdan sığorta hadisəsi nəticəsində Sığortaçı tərəfindən ödənilməli olan 



ziyanın artmasına kömək etmək və ya bu zərərin azalması üçün ağlabatan tədbirlər görməmək. 

 

11.2  Sığorta  təminatının  ödənilməməyi  barədə  qəbul  olunmuş  qərar  haqqında  Sığortalıya  (Sığorta 



olunana) bu qərarın səbəblərini əks etdirən yazılı məlumat verilir. 

 

12. SIĞORTA MÜQAVĠLƏSĠNĠN QÜVVƏDƏN DÜġMƏSĠ: 

 

12.1 Sığorta müqaviləsi aşağıdakı hallarda qüvvədən düşür. 



 

12.1.1  qüvvədə  olma  müddəti  bitdikdə  –  sığortanın  sığorta  şəhadətnaməsində  (və  ya  eyniləşdirmə 

kartında göstərilən son gününün saat 24.00-da); 

 

12.1.2  Sığorta  olunan  sığorta  şəhadətnaməsində  (eyniləşdirmə  kartında)  göstərilən  sığortanın  sona 



çatması  tarixinin  saat  24.00-dan  gec  olmamaq  şərti  ilə  qayıtdıqda  (pasportda  dövlət  sərhədinin 

keçilməsi barədə sərhəd xidməti tərəfindən edilmiş qeyd); 

 

12.1.3  müvafiq  hallarda  müqavilə  ilə  nəzərdə  tutulan  öhdəliklərin  Sığortaçı  tərəfindən  tam  həcmdə 



yerinə yetirilməsi; 

 

12.1.4 Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 



 

12.2  tərəflərin  birinin  yazılı  bildirişinə  əsasən  (həmçinin  digər  tərəfin  sığorta  müqaviləsinin 

qaydalarını  yerinə  yetirməməsi  ilə  əlaqədar)  Azərbaycan  Respublikasının  qüvvədə  olan 

qanunvericiliyinin tələblərinə uyğun qaydada Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər. 

Belə halda sığorta haqqının qaytarılması aşağıdakı qaydada həyata keçirilir: 

 

12.2.1  Sığorta  müqaviləsinə  sığorta  olunanın  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə,  sığortaçı 



 

10 


çəkilmiş  xərclər  çıxılmaqla  müqavilənin  qurtarmamış  müddəti  üçün  sığorta  haqlarını  ona  qaytarır; 

əgər bu tələb sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını sığorta olunana 

bütünlüklə qaytarır. 

12.2.2 Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta olunanın 

sığorta  haqlarını  bütünlüklə  qaytarır;  əgər  bu  tələb  sığorta  olunanın  sığorta  qaydalarını  yerinə 

yetirməməsi  ilə  bağlıdırsa,  sığortaçı  çəkilmiş  xərclər  çıxılmaqla  müqavilənin  qurtarmamış  müddəti 

üçün sığorta haqlarını qaytarır. 

12.2.3  Sığorta  olunanın  sığorta  müqaviləsində  göstərilən  ölkəyə  getmək  üçün  vizası  olduğu  halda  o, 

bu  ölkəyə  getmədikdə  və  həmçinin  getməmək  barədə  Sığortaçıya  sığorta  müqaviləsində  göstərilən 

sığorta müddəti sona çatdıqdan sonra məlumat verdikdə sığorta haqqı geri qaytarılmır. 

 

12.2.4  Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildikdə  sığorta  haqqı  yazılı  bildiriş  alındıqdan 



sonra 5(beş) bank günü ərzində qaytarılır. 

 

13. 



SIĞORTA MÜQAVĠLƏSĠNƏ VAXTINDAN ƏVVƏL XĠTAM VERĠLMƏSĠ 

 

13.1


 

 Sığorta  qanunvericiliyində  və  ya  könüllü  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  hallarda, 

həmçinin  tərəflərin  başqa  cür  razılaşmasına  əsasən,  sığorta  müqaviləsinə  sığortalının  və  ya 

sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verilərkən,  bu  barədə  bir  tərəf  digərinə  ən  azı  30  gün 

əvvəl  (sığorta  müqaviləsi  beş  ildən  çox  müddətə  bağlanmış  olduqda  60  gün,  3  aydan  az  müddətə 

bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.

 

13.2


 

 Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta 

predmetinə  münasibətdə)  Sığortalının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə,  sığorta 

qanunvericiliyində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  Sığortaçı  həmin  müqavilə  üzrə  işlərin 

aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı 

bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu 

tələb  Sığortaçının  sığorta  müqaviləsi  üzrə  vəzifələrini  yerinə  yetirməməsi  ilə  bağlıdırsa,  Sığortaçı 

sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə 

ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır. 

13.3


 

Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı,  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta 

predmetinə  münasibətdə)  sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə  o,  sığorta 

haqlarını(qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə 

ödənilmiş  sığorta  haqlarını)  bütünlüklə  Sığortalıya  qaytarır;  əgər  bu  tələb  Sığortalının  sığorta 

müqaviləsi üzrə vəzifələrini yerinə  yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin 

aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında 

sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarını) 

qaytarır. 

13.4


 

Sığorta  müqaviləsinə(qrup  halında  sığorta  zamanı  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta 

predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı 

tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər 

hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta 

ödənişi  verilmişdirsə,  sığorta  haqqı(qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir 

sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır. 

13.5


 

Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə  anınadək 

Sığortaçı  tərəfindən  Sığortalıya  ödənilmiş  sığorta  haqqından(qrup  halında  sığorta  zamanı  həm  də 

müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarından)  az  miqdarda  sığorta 

ödənişi  verilmişdirsə,  həmin  sığorta  haqqı  məbləği  ilə  sığorta  ödənişi  məbləği  arasındakı  fərq 

miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 13.1-ci və 13.2-ci 

bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

13.6


 

Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş 

qaydada  xitam  verilmiş  hesab  edildikdə,  Sığortaçı  həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərclərini 

çıxmaqla  müqavilənin  (qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta 



 

11 


predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 13.3-cü və 13.4-

cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.  

13.7

 

Əgər  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  işlərin  aparılması  xərcləri 



dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur. 

 

14. TƏRƏFLƏRĠN HÜQUQ VƏ VƏZĠFƏLƏRĠ 

 

14.1


 

Sığortalının hüquqları: 

14.1.1

 

Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan 



maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 

14.1.2


 

Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək. 

14.2

 

Sığortalının vəzifələri: 



14.2.1

 

Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 



14.2.2

 

Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə bağlı 



digər məlumatları Sığortaçıya təqdim etmək; 

14.2.3


 

Sığorta  müqaviləsi  bağlanarkən  Sığortalı  özünə  məlum  olan  və  Sığortaçının  müqavilədən 

imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən 

bütün hallar barədə Sığortaçıya məlumat vermək; 

14.2.4

 

Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək. 



14.3

 

Sığortaçının hüquqları: 



14.3.1

 

Sığortalı  tərəfindən  verilən  məlumatları  və  həmçinin  Sığortalı  və  Sığorta  olunan  tərəfindən 



Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq

14.3.2


 

Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, 

belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək; 

14.3.3


 

Sığortalı  ona  məlum  olan  riskin  qiymətləndirilməsi  üçün  əhəmiyyətli  hallar  barəsində  və 

sığorta  hadisəsi  haqqında  Sığortaçıya  qəsdən  yanlış  məlumat  verməsi  aşkar  olunarsa  sığorta 

ödənişini həyata keçirməkdən imtina etmək; 

14.3.4

 

Sığorta  haqqının  hər-hansı  ödənilməmiş  hissəsi  sığorta  müqaviləsində  göstərilən  müddət 



ərzində  ödənilmədikdə,  Sığorta  olunanlara  xidmətlərin  göstərilməsini  dayandırmaq  yaxud 

Sığorta müqaviləsinə xitam vermək; 

14.3.5

 

Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək. 



14.4

 

Sığortaçının vəzifələri: 



14.4.1

 

Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnamə



sini 

Sığortalıya

 təqdim etməlidir

14.4.2



 

S

ığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 



14.4.3

 

Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 



14.4.4

 

Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən 



edilmiş  qaydada  hesablanmış  məbləği  30  (otuz)  bank  günü  ərzində  Sığortalıya 

qaytarmaq. 

 

 

15. MÜBAHĠSƏLƏRĠN HƏLLĠ QAYDASI  



 

Sığorta  müqaviləsinə  dair  mübahisələr  danışıqlar  yolu  ilə  həll  edilir.  Əgər  razılıq  əldə  edilməzsə, 

mübahisə  Azərbaycan  Respublikasında  qüvvədə  olan  qanunvericiliyə  müvafiq  olaraq  məhkəmə 

tərəfindən həll edilir. 

 

 

 



 

 

 



 

 

12 


 

AZƏRBAYCAN RESPUBLĠKASI SƏRHƏDLƏRĠNDƏN KƏNARA ÇIXAN   

VƏTƏNDAġLARIN BƏDBƏXT HADĠSƏLƏR VƏ QƏFĠL XƏSTƏLĠKLƏR ZAMANI  

 

TĠBBĠ XƏRCLƏRĠNĠN SIĞORTASININ QAYDALARI 

 

 

 



ZONALAR ÜZRƏ BĠR GÜN ÜÇÜN YEKUN TARĠF DƏRƏCƏLƏRĠ  

(manata qarĢılıqlı) 

 

 



 

Zonalar  

Sığorta ödəniĢ limiti 

15000 


USD 

30000 USD 

50000 

USD 


75000 

USD 


Zona 1 

(MDB, Baltikyanı dövlətlər, 

Türkiyə, İran) 

0.3-3$ 


0.65-3$ 

0.75-3$ 


0.8-3$ 

Zona 2 

(Avropa ölkələri) 

0.5-3$ 

0.65-3$ 


0.75-3$ 

0.8-3$ 


Zona 3 

(ABŞ, Yaponiya, Kanada, 

Avstraliya) 

0.5-3$ 


0.65-3$ 

0.75-3$ 


0.8-3$ 

Zona 4 

(Meksika, Afrika, Mərkəzi 

və Cənubi Amerika) 

0.6-3$ 


0.65-3$ 

0.75-3$ 


0.8-3$ 

Zona 5 

(Digər ölkələr) 

0.5-3$ 

0.65-3$ 


0.75-3$ 

0.8-3$ 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

13 


“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti

 

Xaricə gedən vətəndaĢların tibbi xərclərinin sığortası üzrə 



tarif dərəcələrinin əsaslandırılması

 

Tarif  dərəcələrinin  əsaslandırılması  Qeyri-həyat  sığortası  sahəsi  üzrə  sığorta  tariflərinin 



hesablanması  haqqında.  Metodikadan  istifadə  edilməklə  aparılır.  Tarif  dərəcəsini  hesablayarkən 

əvvəlcə  netto-dərəcəni  hesablayırlar.  Netto-dərəcənin  hesablanmasında  aşağıdakı  məlumatlardan 

istifadə edilir:

 

l) Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,2;  



2)Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği(So) – 18.000

 AZN


3)Bir sığorta hadisəsi üzə  orta sığorta ödənişi(Sö) – 1.600

 AZN



4)Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 400.



 

Tn,Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. 

Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:

 

ə = lOOqSö/So = 0,2.100.1600/18000 = 1,78



 AZN

.

 



Risk  üstəliyini  hesablamaq  üçün  təminat  ehtimalını  0,98  götürək.  Bu  halda  həmin  ehtimala 

uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:

 

1/2      



1/2

 

r=l,2Tə.a.((l-q)/(nq))     = l,2.1,78.2.((l-0,2)/(0,2.400))      =



 

= 0,43


 AZN

.

 



Tn = Tə + Tr = 0,43 + 1,78 = 2,2

 AZN


.

 

Tarif dərəcəsinin strukturu: netto-dərəcə -70%, yüklənmə -30%. O cümlədən işlərin aparılması 



xərcləri-28%, qarşısıalınma tədbirləri fonduna ayırma -l%, tarif mənfəəti -1%.

 

Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən



 

Tb = Tn /(1-f) = 2,2/(1-0,3) = 3,1

 AZN

.

 



Sığortanın qaydalarından asılı olaraq baza tarif dərəcəsi azaldılır və ya artırılır. Nəticədə yekun tarif 

dərəcələri bir gün üçün 0,3$-3$ (manata qarşılıqlı olaraq) aralığında dəyişir 



: uploads -> media -> default -> 0001
media -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
media -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
media -> “Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə
media -> Verilməsi” elektron xidmətin təlimatı
media -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "01" iyul 2013-cü il tarixli
media -> Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının "15" may 2014-cü il tarixli
media -> Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi üzrə
media -> Doğum kontrolü! Önemli bilgiler
media -> Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji
0001 -> R. T. Qurbanov




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə