R. T. Qurbanov



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix02.01.2022
ölçüsü291,59 Kb.
#1450
1   2   3   4   5   6   7   8   9   ...   14
2. SIĞORTA PREDMETI 

 

Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid 

olduğu fiziki şəxsdir

 



3. SIĞORTA HADĠSƏSĠ  

 

3.1 Bu qaydalara əsasən sığorta hadisəsi sığorta müqaviləsində nəzərdə tutulmuş, sığortaçının sığorta 



ödənişini vermək vəzifəsini yaradan baş vermiş hadisədir. 

 

3.2  Sığorta  hadisəsi  sığortala  olunanın  məruz  qaldığı  qəfil  xəstəlik,  bədbəxt  hadisə  və  ölüm  nəzərdə 



tutulur,  bir  şərtlə  ki,  belə  hallar  sığorta  olunmuş  şəxsin  sığorta  müddətində  müqavilədə  göstərilmiş 

ölkə ərazisində olması zamanı baş versin. 

 

3.3 Qəfil xəstəlik dedikdə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və 



təxirəsalınmaz tibbi müdaxiləni tələb edən hal nəzərdə tutulur. 

 

3.4  Bədbəxt  hadisə  dedikdə  qəfil,  gözlənilmədən  baş  vermiş  sığorta  olunanın  zədələnməsinə  (bədən 



xəsarətinə) və ya ölümünə səbəb olan hal nəzərdə tutulur. 

 

3.5 Yuxarıda göstərilmiş hallar aşağıdakılar üzündən baş verərsə, sığorta hadisəsi sayılmır; 



 

3.5.1 sığorta olunanın alkoqollu, narkotik və toksik sərxoşluğu; 

 

3.5.2 sığorta olunanın özünə qəsd etməsi və ya buna cəhd göstərməsi; 



 

3.5.3 nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri;  

təbii fəlakətlər və onların nəticələri , epidemiyalar, karantinlər, meteoroloji şərait; 

 

3.5.4  Sğortalının  və/və  ya  maraqlı  üçüncü  şəxslərin  sığorta  hadisəsinin  baş  verməsinə    yönəldilmiş 




 

qəsdən edilmiş hərəkətləri; 



 

3.5.5  Sığorta  olunan  tərəfindən  törədilmiş  sığorta  hadisəsi  ilə  birbaşa  səbəb–nəticə  əlaqəsində  olan 

hüquqa zidd hərəkətlər; 

 

3.5.6  Peşəkar  pilot  tərəfindən  idarə  olunan  mülki  aviasiya  təyyarəsində  sərnişin  qismində  uçuşlar 



istisna olmaqla, Sığorta olunanın özü tərəfindən idarə edilən uçuş aparatında uçuş; 

 

3.5.7  sığorta  olunanın  mühərriksiz  uçuş  aparatlarında,  mühərrikli  planerlərdə,  superyüngül  uçuş 



aparatlarında uçuşu və həmçinin paraşutla tullanması; 

 

3.5.8 hərbi əməliyyatlar və onların nəticələri , xalq ixtişaşları, tətil, üsyan, qiyam, kütləvi həyacanlar, 



terror aktları və onların nəticələri; 

 

3.5.9 Sığorta olunanın hər cür silahlı qüvvələrdə və qruplaşmalarında qulluq etməsi; 



 

3.5.10  Sığorta  olunanın  məşqlərdə  və  idman  yarışlarında  iştirakı  ilə  bağlı  hər  cür  idman  növü  ilə 

məşğul olması; 

 

3.5.11  Sığorta  olunanın  təhlükəli  fəaliyyət  növləri  (o  cümlədən,  peşəkar  avtomobil  nəqliyyatı 



sürücüsü, dağ mədənçisi, inşaatçı, elektrik quraşdırıcısı cismində) ilə məşğul olması; 

 

3.5.12 Sığorta olunanın müalicə almaq məqsədi ilə həyata keçirilən səfəri; 



 

3.6  Tərəflərin  Sığorta  müqaviləsinə  əks  etdirilmiş  əlavə  razılığına  əsasən  3.5.7-3.5.12  bəndlərində 

göstərilən  hadisələr  Sığortaçı  tərəfində  müəyyən  edilmiş  artırıcı  əmsallar  tətbiq  olunmaqla    sığorta 

hadisəsi  kimi  tanına  bilər.  Bununla  bərabər  Sığortaçı  səfərin  məqsədi  olan  müalicə  xərclərini  və 

həmçinin bu müalicə ilə əlaqədar Sığorta olunanın səhhətinin pisləşməsi  və ölümü ilə bağlı xərcləri 

ödəmir. 


 


Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin