R. T. Qurbanov


 SIĞORTAÇI  TƏRƏFĠNDƏN ÖDƏNĠLƏN XƏRCLƏR



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix02.01.2022
ölçüsü291,59 Kb.
#1450
1   2   3   4   5   6   7   8   9   ...   14
4. SIĞORTAÇI  TƏRƏFĠNDƏN ÖDƏNĠLƏN XƏRCLƏR 

   


Sığorta  hadisəsi  baş  verdikdə  Sığortaçı  və  ya  Servis  mərkəzi    (sığorta  müqaviləsində  göstərilən 

ixtisaslaşmış təşkilat) tibbi yardım göstərilməsini təmin edir, müalicənin gedişatına nəzarət edir. 

Bu qaydalara əsasən Servis mərkəzi dedikdə sığorta müqaviləsində göstərilən və Sığortaçının tapşırığı 

ilə  bu  Qaydalara  nəzərdə  tutulmuş  xidmətləri  gün  ərzində  həyata  keçirən  ixtisaslaşmış  təşkilat  başa 

düşülür. 

Bu qaydalara əsasən sığortaçı aşağıda göstərilən tədbirləri təşkil edən və həyata keçirən ixtisaslaşmış 

təşkilatlara  və  ya  müvafiq  xərcləri  təsdiq  edən  sənədlərin  təqdim  edilməsi  şərti  ilə  birbaşa  Sığorta 

olunana aşağıdakı xərcləri ödəyir; 

 

A. Tibbi xərclər, yəni; 



 

4.1.1  əməliyyatların,  diaqnostik  müayinələrin  həyata  keçirilməsi  xərcləri,  o  cümlədən  həkim 

tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) 

çəkilmiş  xərclər  də  daxil  olmaqla  stasionarda  qalma  və  müalicə  olunma  (standart  tipli  palatada) 

xərcləri; 

 

4.1.2 həkim xidmətləri, diaqnostik müayinələr, həkim tərəfindən təyin edilmiş tibbi preparatlara, sarğı 



materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də olmaqla ambulator müalicə 

xərcləri. 

 

B. Tibbi daşınma xərcləri, yəni; 




 

 



4.1.3  hadisə  yerindən  ərazisində  olduğu  ölkənin  ən  yaxın  məsafədə  yerləşən  tibb  müəssisinə  və  ya 

bilavasitə yaxınlıqda yerləşən həkimin yanına evakuasiya olunma  («təcili yardım» avtomobili və ya 

digər nəqliyyat vasitəsi ilə ) xərcləri; 

 

4.1.4 müvəqqəti olduğu ölkədə tələb olunan tibbi yardımın göstərilməsi üçün imkanın olmaması şərti 



ilə, müşayət edən şəxsə çəkilən xərclər (əgər bu cür müşayət olunma həkim tərəfindən təyin olunubsa ) 

daxil  olmaqla  Sığorta  olunanın  xaricdən  yaşadığı  yerə  və  ya  yaşadığı    yerdən  ən  yaxın  məsafədə 

yerləşən tibb müəssisəsinə təcili tibbi repatriasiya  xərcləri. Təcili tibbi repatriasiya  müstəsna hallarda 

onun zəruriliyi  yerli müalicə edən həkim tərəfindən verilən sənədlər əsasında Sığortaçının həkiminin 

rəyi  ilə  təsdiq  edildikdə  və  bunun  üçün  heç  bir  əks  tibbi  göstəriş  olmadıqda  həyata  keçirilir.  Təcili 

tibbi repatriasiya xərcləri sığorta müqaviləsində nəzərdə tutulmuş məbləğ çərçivəsində ödənilir. 

 

4.1.5  stasionarda  qalma  xərcləri  müqavilədə müəyyən  olunmuş  sığorta hədlərini aşa  biləcək hallarda 



Sığorta  olunanın  xaricdən  yaşadığı  yerə  və  ya  yaşadığı  yerin  ən  yaxın  məsafədə  yerləşən  tibb 

müəssisəsinə  tibbi  repatriasiya    olunması  xərcləri.  Tibbi  repatriasiya      yalnız  əks  tibbi  göstərişin 

olmaması  şərti  ilə  həyata  keçirilə  bilər.  Tibbi  repatriasiya  xərcləri  sığorta  müqaviləsində  nəzərdə 

tutulmuş məbləğ çərçivəsində ödənilir. 

 

V. Daşınma xərcləri, yəni; 



 

4.1.6 Əgər Sığorta olunanın stasionar müalicədə olması zərurətini yaradan sığorta hadisəsi nəticəsində 

Sığorta  olunan  vaxtında,  yəni  Sığorta  olunanın  əlində  olan  gediş-gəliş  sənədində  göstərilən  tarixdə 

qayıda bilmirsə, onun daimi yaşadığı yerə birbaşa «iqtisadi sinif»lə getmə xərcləri, birbaşa beynəlxalq 

əlaqəsi olan hava limanına getmə xərcləri. Sığorta olunan istifadə olunmamış gediş-gəliş sənədlərinin 

Sığortaçıya  qaytarılması  (təhvil  verilməsi)  və  onların  dəyərinin  Sığortaçıya  ödənilməsi  üçün  ondan 

asılı hər bir şeyi etməlidir. Bu şərtin yerinə yetirilmədiyi halda Sığortaçının istifadə olunmamış gediş-

gəliş sənədlərinin dəyərini Sığorta olunana ödənilən xərclərin məbləğindən çıxmaq hüququ vardır.  

 

4.1.7  Əgər  Sığorta  olunanın  məruz  qaldığı  Sığorta  hadisəsi  nəticəsində  onun  xaricdə  yanında  olan 



uşaqları  nəzarətsiz  qalarlarsa,  uşaqların  daimi  yaşadıqları  ölkəyə  bir  başa  «iqtisadi  sinif»  lə  getmə 

xərcləri.  Lazım  olduqda  Sığortaçı  uşaqların  müşayiət  olunmasını  təşkil  edir  və  bunun  xərclərini 

ödəyir; 

 

4.1.8  Əgər  təkbaşına  səyahət  edən  Sığorta  olunanın  xəstəxanada  qalma  müddəti  10  gündən  çox 



çəkərsə,  Sığorta  olunanın  bir  qohumunun  «iqtisadi  sinif»  lə  gedib–gəlmə  (daimi  yaşadığı  ölkədən 

getmə və geriyə qayıtma) xərcləri . Bununla belə qohumun xaricdə qalma xərcləri Sığortaçı tərəfindən 

ödənilmir.  

 

Q. Ölümdən sonrakı repatriasiya xərcləri, yəni 



 

4.1.9  əgər  ölüm  sığorta  hadisəsi  nəticəsində  baş  veribsə  ,  cəsədin  Sığorta  olunanın  (ölümdən  sonra) 

daimi  yaşadığı  yerə,  haqqında  servis  mərkəzi  tərəfindən  sanksiya  verilmiş  repatriasiya  xərcləri. 

Ölümdən  sonrakı  repatriasiya  xərcləri  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  məbləğ  çərçivəsində 

ödənilir.  Bununla  belə  Sığortaçı  Sığorta  olunanın  daimi  yaşadıqları  ölkənin  ərazisində  göstərilən 

mərasim xərclərini ödəmir.  

 

D. Bu qaydalarda nəzərdə tutulan yardımın təşkilinə dair servis mərkəzinin xərclərinin ödənilməsi.  



 

4.1.10  Sığorta  olunanın  daşınma  üsulu  (4.1.B  –  4.1.V  bəndləri)  tibbi  göstərişlər  nəzərə  alınmaqla 

Sığortaçı/Servis mərkəzi tərəfindən müəyyən edilir. Bununla belə Sığortaçı daşıyıcı tərəfindən hərəkət 

cədvəlinin pozulmasına görə məsuliyyət daşımır.  

 



 




Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin