R. T. Qurbanov


 SIĞORTA MÜQAVĠLƏSĠNĠN FƏALĠYYƏTĠ



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix02.01.2022
ölçüsü291,59 Kb.
#1450
1   2   3   4   5   6   7   8   9   10   ...   14
 

7. SIĞORTA MÜQAVĠLƏSĠNĠN FƏALĠYYƏTĠ 

 

7.1 Əgər sığorta müqaviləsində digər hallar nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi Sığorta olunanın 



Azərbaycan  Respublikası  sərhədlərindən  kənarda  olduğu  bir  ildən  artıq  olmayan  müddətə  bağlanır. 

Əgər  sığorta  müqaviləsində  digər  hal  nəzərdə  tutulmayıbsa,  Sığorta  olunanın  çox  saylı  səfərləri 

nəzərdə tutulan, bir il müddətinə bağlanan sığorta müqaviləsində təminat hər səfərin birinci 90 gününü 

əhatə edir. 

 

7.2  Sığorta  olunanın  daimi  yaşayış  yeri  və/və  ya  vətəndaşı  olduğu  ölkənin  ərazisində  sığorta 



müqaviləsi qüvvədə olmur. Vətəndaş daimi və ya ən çox yaşadığı yer onun yaşayış yeri kimi tanınır. 


 

 



7.3  Əgər  sığorta  müqaviləsində  digər  hallar  nəzərdə  tutulmayıbsa,  sığorta  təminatı  sığorta 

şəhadətnaməsində  (və  eyniləşdirmə  kartında  )  göstərilən  sığortanın  başlanma  gününün  00.00 

saatından,  lakin  yalnız  Sığorta  olunan  ərazisini  tərk  etdiyi  ölkənin  sərhədini  keçdikdən  (pasportda 

sərhəd  xidməti  tərəfindən  edilən  qeyd)  və  sığortanın  bütün  müddətinə  görə  sığorta  haqqının 

Sığortaçının hesabına daxil olduqdan sonra qüvvəyə minir. 

 

7.4  Əgər  sığorta  müqaviləsinin  qüvvəsinin  bitməsi  anınadək  Sığorta  olunanın  sığorta  hadisəsi 



nəticəsində hospitalizasiya edilməsi ilə əlaqədar olaraq onun xaricdən qayıtması mümkün deyilsə və 

bu  müvafiq  tibbi  rəylə  təsdiqlənirsə,  Sığortaçı  bu  Qaydaların  4-cü  Bölməsində  nəzərdə  tutulmuş  və 

həmin sığorta hadisəsi ilə əlaqədar olan öhdəliklərini sığorta şəhadətnaməsində sığorta müqaviləsinin 

sona  çatma  tarixi  kimi  göstərilən  tarixdən  etibarən  4(dörd)  həftə  ərzində  yerinə  yetirməkdə  davam 

edir. 

 


Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin