R. T. Qurbanov


 SIĞORTA MÜQAVĠLƏSĠNĠN BAĞLANMASI QAYDASI



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix02.01.2022
ölçüsü291,59 Kb.
#1450
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
8. SIĞORTA MÜQAVĠLƏSĠNĠN BAĞLANMASI QAYDASI 

 

8.1  Sığorta  müqaviləsi  Sığortalının  (Sığorta  olunanın)  şifahi  və  ya  yazılı  formada  ifadə  olunmuş 

ərizəsi əsasında bağlanır. Sığortalının (Sığorta olunan) Sığortaçıya aşağıdakı məlumatları verir: 

 

8.1.1  Sığorta  olunanın  adı,  atasının  adı,  soyadı  (pasportda  olduğu  kimi),  doğum  tarixi,  ünvanı, 



telefonu; 

 

8.1.2  Sığortalı  hüququ  şəxs  olduqda  –  onun  adı,  hüquqi  ünvanı  ,  telefonu,  bank  rekvizitləri,  Sığorta 



olunanların siyahısı; 

 

8.1.3 xaricə səfərin başlanma və başa çatma tarixləri; 



 

8.1.4 sığorta müqaviləsində nəzərdə tutulan təminatların ərazisinə şamil edildiyi ölkələr; 

 

8.1.5 səfərin məqsədi; 



 

8.1.6 əgər Sığorta olunan xaricə işləmək üçün  gedirsə, onun sənəti və məşğul olmaq  fikrində olduğu 

fəaliyyət növü; 

 

8.1.7 Sığorta olunanın iştirak etmək fikrində olduğu idman növü və ya idman yarışı; 



 

8.1.8 sığorta məbləği; 

 

8.2  Sığorta  müqaviləsi  bağlanarkən  Sığorta  olunan  özünə  məlum  olan  və  sığorta  riskini 



qiymətləndirmək üçün əhəmiyyət kəsb edən hallar barədə sığortaçıya məlumat verməlidir. 

 

8.3 Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə Sığorta olunan sığorta riskindəki özünə məlum olan 



dəyişikliklər barədə Sığortaçıya məlumat verməlidir. 

 

8.4  Sığorta  müqaviləsi  Sığorta olunanın  tibbi  müayinəsi aparılmadan  bağlanır.  Sığortaçının  tələbi ilə 



Sığorta olunan sorğu vərəqəsini doldurmalıdır . 

 

8.5  Sığorta  müqaviləsinin  bağlanması  faktı  Sığortaçı  tərəfindən  sığorta  olunana  bu  Qaydalar  əlavə 



edilmiş  sığorta  şəhadətnaməsinin  verilməsi  ilə  təsdiqlənir.  Zəruri  olan  hallarda  eyniləşdirmə  kartı 

verilir. 

 

8.6  Sığorta müqaviləsi bağlanarkən Sığorta olunan sığorta  hadisəsinə  aid  hissədə həkimləri Sığortaçı 



qarşısında məxfilik öhdəliklərindən azad edir. 


 

 




Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin