R. T. Qurbanov


 SIĞORTAÇI TƏRƏFĠNDƏN ÖDƏNĠLMƏYƏN XƏRCLƏR



Yüklə 291,59 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix02.01.2022
ölçüsü291,59 Kb.
#1450
1   2   3   4   5   6   7   8   9   ...   14
5. SIĞORTAÇI TƏRƏFĠNDƏN ÖDƏNĠLMƏYƏN XƏRCLƏR 

 

5.1 Sığortaçı aşağıdakı xərcləri ödəmir; 



 

5.1.1 tibbi yardımın kəskin ağrı və ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olduğu hallar 

istisna  olmaqla,  müalicəsi  həyata  keçirilib-keçirilməməyindən  asılı  olmayaraq  sığorta  müqaviləsi 

bağlanan tarixə qədər məlum olan xəstəliklərin müalicəsi ilə bağlı xərclər; 

 

5.1.2  sığortanın  başlanmasından  əvvəl  Sığorta  olunan  tərəfindən  alınan  müalicə  ilə  bağlı,  həmçinin 



Sığorta  olunanın  səhhətinə  görə  səfər  etməyə  əks  göstərişlər  olduğu  hallarda  baş  verən  sığorta 

olunanın səhhətinin pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər; 

 

5.1.3 qıcolma vəziyyətlərinin, sinir və psixi xəstəliklərin aradan qaldırılması və müalicə xərcləri; 



 

5.1.4 onkoloji xəstəliklərdən müalicə xərcləri; 

 

5.1.5  Sığorta  olunanın  həyatına  bilavasitə  təhlükə  yaradan  vəziyyətlərdə  həyata  keçirilən 



təxirəsalınmaz tədbirlər istisna olmaqla, xroniki xəstəliklərdən müalicə xərcləri; 

 

5.1.6  qəfil  xəstəlik  və  ya  bədbəxt  hadisə  ilə  bağlı  olmayan  hallarda  sığorta  olunanın  aldığı  tibbi 



xidmətlərə çəkilən xərclər; profilaktik tədbirlərə və ümumi tibbi baxışlara çəkilən xərclər; 

 

5.1.7 QİÇ yoluxmasından və həmçinin onun nəticəsi olan xəstəliklərdən müalicə xərcləri; 



 

5.1.8  tibbi  yardımın  həyati  amillərə  bağlı  olduğu  hallar  istisna  olmaqla,  hamiləlik  müddətində 

məsləhətlər  və  müayinələr,  hamiləlik  dövründən  asılı  olmayaraq  hamiləliyin  kəskinləşməsi  ilə 

əlaqədar  məsləhətlər,  müayinələr  və  müalicə  ilə  bağlı  xərclər  və  həmçinin  doğuşdan  sonrakı  qayğı 

xərcləri; 

 

5.1.9  əməliyyatın  Sığorta  olunanın  həyatının  xilas  edilməsi  ilə  bağlı  olduğu  hallar  istisna  olmaqla, 



abortlara çəkilən xərclər; 

 

5.1.10  əksər  hallarda  cinsi  yolla  yoluxan  və  həmçinin  onların  nəticəsi  olan  xəstəliklərdən  müalicə 



olunma xərcləri; 

 

5.1.11 plastik və bərpaedici cərrahiyə və göz və diş protezləri də daxil olmaqla, hər növ protez qoyma 



xərcləri; 

 

5.1.12  dişin  və  dişətrafı  toxumaların  kəskin  iltihabı  və  həmçinin  bədbəxt  hadisə  nəticəsində  diş 



zədələndikdə baxış, müalicə və tibb preparatlarına çəkilən xərclər istisna olmaqla, stomatoloji yardım 

göstərilməsinə çəkilən xərclər; 

 

5.1.13  tibbi  nöqteyi-nəzərdən  zəruri  olmayan  xidmətlərin  göstərilməsi  və  ya  həkim  tərəfindən  təyin 



edilməyin müalicə ilə əlaqədar xərclər

 

5.1.14  Sığorta  olunanın  sığorta  hadisəsi  ilə  əlaqədar    müraciətinə  əsasən  aldığı  həkim  göstərişlərinin 



yerinə yetirilməsindən könüllü surətdə imtina etməsi nəticəsində ortaya çıxan xərclər; 

5.1.15 Qeyri ənənəvi müalicə metodlarına çəkilən xərclər; 

 

5.1.16 Sığorta olunanın qohumları tərəfindən müalicə və qulluq olunmasına dair xərclər; 



 

5.1.17  Müvafiq  lisenziya  olmayan  tibb  müəssisəsi  və  ya  tibbi  fəaliyyət  həyata  keçirmək  hüququ 

olmayan şəxs tərəfindən göstərilən xidmətlərə əlaqədar xərclər; 



 

 



5.1.18  Bərpaedici müalicə və fizioterapiya xərcləri; 

 

5.1.19  İstirahət  mərkəzlərində,  sanatoriyalarda,  pansionatlarda,  istirahət  evlərində  və  digər  bu  kimi 



müəssisələrdə müalicə kursu almaqla əlaqədar xərclər; 

 

5.1.20  Bədbəxt  hadisə  və  ya  qəfil  xəstəliklə  bağlı  olmayan  dezinfeksiya,  profilaktik  vaksinasiya, 



həkim ekspertizası , laboratoriya və diaqnostika müayinələrinin keçirilməsi ilə əlaqədar xərclər; 

 

5.1.21 Əlavə rahatlıq, yəni « lüks»  tipli palata , televizor, telefon, kondisioner, nəmləndirici , bərbər , 



masajçı, kosmetoloq, tərcüməçi və sair xidmətlərin göstərilməsi ilə əlaqədar xərclər; 

 

5.1.22  Sığorta olunan daimi yaşadığı ölkəyə qayıtdıqdan sonra çəkilən xərclər; 



 

5.1.23  Müəyyən edilmiş sığorta məbləğini aşan xərclər; 

 

5.1.24  Servis mərkəzi tərəfindən sanksiyası verilməmiş stasionar müalicə, tibbi daşınma, ölümündən 



sonrakı repatriasiya xərcləri; 

 

5.1.25  Əgər  sığorta  müqaviləsində  şərtsiz  fransıza  nəzərdə  tutulubsa  o,  hər  sığorta  hadisəsi  üzrə 



xərclər ödənildikdə tətbiq olunur. 

 


Yüklə 291,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin