Qərib Məmmədov


§ 50. Torpaqda oksidləşmə-reduksiya prosesləri



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə19/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   15   16   17   18   19   20   21   22   ...   52
§ 50. Torpaqda oksidləşmə-reduksiya prosesləri 
 
Torpaqda oksidləşmə-reduksiya prosesləri geniş yayılmışdır. Ona görə  də torpağa geniş oksidləşmə - 
reduksiya sistemi kimi baxmaq mümkündür. Məlum olduğu kimi oksidləşmə prosesi aşağıdakı formalarda 
təzahür edir: 
 
 
 
Əks proseslər “reduksiya” anlayışında birləşdirilir. Oksidləşmə prosesləri torpaqda üzvi birləşmələrin 
çevrilməsi ilə bağlı proseslərdə daha yaxşı inkişaf etmişdir. Humuslaşma – bütövlükdə oksidləşmə prosesidir. 
Üzvi maddələrin oksidləşməsi ilə bağlı  əksər reaksiyalar dönməz reaksiyalar qrupuna aid edilir. Dönən 
oksidləşmə-reduksiya reaksiyalarına torpaqda geniş yayılmış dəmirin (Fe
3+
 

← 
Fe
2+
), manqanın (Mn
4+
 

← 
Mn
2+

və azotun (N
5+
 

← 
N
3+
) oksidləşmə  və reduksiya reaksiyaları aid edilir. Torpaqda oksigen (O 

← 
O
2-
), 
hidrogen(H 

← 
H
+
) və kükürdün (S
6+
 

← 
S
2-
) də oksidləşməsi və reduksiyası baş verir. Bu reaksiyaların böyük 
əksəriyyəti biokimyəvi təbiətə malik olub, mikrobioloji proseslərlə  sıx bağlı olduğundan, təbii ki, torpaqdakı 
mikrobioloji proseslərin intensivliyi oksidləşmə-reduksiya proseslərinin inkişafına bilavasitə təsir göstərir. 
Torpaqda əsas oksidləşdirici kimi torpaq havasının və torpaq məhlulunun oksigen molekulu çıxış edir. Ona 
görə  də torpaqlarda oksidləşmə-reduksiya proseslərinin inkişafı onların aerasiya şəraitinə bağlıdır və  təbii ki, 
torpaqda qaz mübadiləsinin vəziyyətini müəyyən edən bütün xassələrindən (strukturu, sıxlığı, qranulometrik 
tərkibi və s.), o cümlədən nəmliyindən asılıdır.  
Oksidləşmə-reduksiya proseslərinin intensivliyini və istiqamətini müəyyən edən  əsas  şərait – torpaqların 
nəmlik və aerasiya vəziyyəti, onların tərkibində üzvi qalıqların miqdarı və biokimyəvi proseslərin baş verdiyi 
temperatur şəraitidir. 

 
127
Torpaq nəmliyinin, sıxlığın artması, qaysağın  əmələ  gəlməsi və başqa səbəblərdən aerasiya şəraitinin 
pisləşməsi oksidləşmə-reduksiya potensialının aşağı düşməsinə gətirib çıxarır. Torpaq havasının atmosfer havası 
ilə normal qaz mübadiləsinin pozulduğu tam nəmlik tutumuna yaxın nəmliyi olan torpaqlarda potensial daha 
çox duşur. Torpaq nəmliyi tam nəmlik tutumunun 90% -dən çox olduqda çimli-podzollu torpaqların humus 
horizontunda (A
ək
, A
1
) potensialın kəskin azalması  müşahidə edilir. 
Torpaqda oksidləşmə-reduksiya proseslərinə üzvi maddələrin forma və tərkibi də təsir göstərir. Torpaqların 
izafi nəmliyi zamanı potansialın aşağı düşməsi yalnız humuslu horizontlarda baş verir. Zülallarla və həll oluna 
bilən karbohidratlarla zəngin parçalanmamış  təzə üzvi maddələr, mikrofloranın həyat fəaliyyəti üçün böyük 
əhəmiyyət kəsb etməklə yanaşı, izafi nəmlənmiş torpaqlarda reduksiya proseslərinin intensiv inkişafına da 
yardım edir. 
Torpağın oksidləşmə-reduksiya (həmçinin başqa mühitlərin) vəziyyətinin kəmiyyətcə səciyyəsi oksidləşmə-
reduksiya potensialının təyini əsasında aparılır. Oksidləşmə - reduksiya potensialı torpağın müxtəlif oksidləşmə-
reduksiya sistemlərinin həmin anda məcmu effektini əks etdirir. 
Oksidləşmə-reduksiya (OR) potensialı (Petersə görə) aşağıdakı bərabərliklə səciyyələnir (mV): 
 
E
or
 = E
o
 + RT/nF · ln ·[oksid.] / [reduks.] 
 
Burada, R – universal qaz sabiti, C; T – mütləq temperatur, TK; F – Faradey ədədi, Kl; n – bir hissəcik 
(ion) vasitəsilə daşınan yükün ədədi; [oksid.]  [reduksi.] – həmin sistemdə oksidləşdiricilərin və reduksiya 
edicilərin konsentrasiyası. 
Bərabərlikdən göründüyü kimi, oksidləşdiricilərin konsentrasiyası yüksəldikcə, potensial da yüksəlir. Əgər 
oksidləşdirici və reduksiyaedicilərin fəal konsentrasiyaları  bərabərdirsə, onda   
 
[oksid.] / [reduks.] = 1 və E
or
 = E
o
  olacaqdır. 
 
Oksidləşdiricinin və reduksiyaedicilərin fəallığı eyni olan və vahidə  bərabər olan sistemin potensialı 
oksidləşmə - reduksiya sisteminin normal potensialı adlanır. 
Oksidləşmə-reduksiya potensialının hidrogenə nisbəti Eh adlanır: 
 
Eh = E
o
 + RT/nF · ln ·[H
+
]
2
 / [H
2

 
Potensial şərti seçilmiş standart elektroda görə hesablanır; elektrokimyada standart elektrod kimi hidrogenin 
elektrodu qəbul edilmişdir. Standart normal hidrogen elektrodunun potensialı  şərti olaraq sıfıra bərabər 
götürülür. Sistemin oksidləşmə-reduksiya potensialı müəyyən edilərkən tətbiq edilən istənilən elektrodun 
qiyməti və potensialının işarəsi hidrogen elektrodu ilə müqayisə edilir. Belə ki,  torpağın oksidləşmə-reduksiya 
potensialı ölçülərkən tez-tez müqayisə elektrodu kimi istifadə edilən doymuş kalomel elektrodunun potensialı, 
normal hidrogen elektroduna münasibətdə 18
0
C temperaturda + 250 mV -ə bərabərdir. 
Normal hidrogen elektroduna münasibətdə R,T və F göstəricilərinin qiyməti yerinə qoyulduqdan sonra 
düstur və natural onluq loqorifmlərinin əvəzediciləri aşağıdakı şəklə düşür (18
0
C-də) (R): 
 
Eh = 0,029 lg [H
+
]
2
   
                       [H
2
]      
 
Torpağın oksidləşmə-reduksiya vəziyyətinin Eh göstəricisi vasitəsilə  kəmiyyətcə xarakteristikası zamanı 
OR potensialı millivoltla ifadə edilir. 
 Torpaqlarda 
oksidləşmə -reduksiya proseslərinin gərginliyi müəyyən dərəcədə mühitin reaksiyası (pH) 
ilə əlaqədardır; mühitin reaksiyası mikrobioloji proseslərin intensivliyinə və istiqamətinə təsir göstərir, torpağın 
bəzi oksidləşmə-reduksiya sisteminin komponentlərinin məhlula daxil olması ondan asılıdır və s.  
 pH-ın müxtəlif olduğu mühitlərdə oksidləşmə-reduksiya  şəraitlərinin müqayisəli göstəricilərini 
almaqdan ötrü Klark rH
2
 göstəricisindən istifadə etməyi təklif etmişdir. Bu göstərici molekulyar hidrogenin 
təzyiqinin mənfi loqarifmini ifadə edir və aşağıdakı düstur vasitəsilə hesablanır: 
 
rH
2
 = Eh  + 2pH 
           30 
Beləliklə, torpağın oksidləşmə-reduksiya vəziyyətininin kəmiyyət səciyyəsi Eh (millivoltla) və rH
2
  şərti 
göstəricisi vasitəsilə ifadə edilə bilər. rH
2
 > 27 oksidləşmə prosesləri, rH
2
< 27 (22-25) olarsa reduksiya 
prosesləri üstünlük təşkil edəcəkdir. rH

< 20 vəziyyətində reduksiya prosesləri intensivləşəcəkdir. 
Torpaqda oksidləşmə-reduksiya proseslərinin təzahür etməsi onun genetik xassələrindən və su-hava və 
temperatur rejimindən asılıdır. Ona görə  də müxtəlif torpaqlar oksidləşmə-reduksiya proseslərinin inkişafına 

 
128
görə öz xüsusiyyətləri ilə səciyyələnir.  
Normal nəmliyə malik podzollu və çimli-podzollu torpaqlarda oksidləşmə-reduksiya potensialı 550-750 
mV, qaratorpaqlarda 400-600 mV, boz torpaqlarda 350-450 mV təşkil edir. Ən aşağı potensial uzun müddət su 
altında saxlanılan düyü sahələrində və bataqlı torpaqlarda müşahidə edilir. Eh göstəricisi 200 mV və daha aşağı 
düşəndə üzərində tipik qleyəmələgəlmə əlamətləri olan intensiv şəkildə reduksiya prosesləri başlayır. 
Torpaqlarda OR prosesləri onların tərkib, xassə və su-hava, temperatur və mikrobioloji rejim xüsusiyyətləri 
ilə  əlaqədar olduğundan,  əksər torpaq tipləri üçün torpaq profilində  OR vəziyyətinin müxtəlifliyi  səciyyəvidir. 
Belə ki, bir çox avtomorf torpaqlar OR potensialının üst humus horizontlarında aşağı göstəricisi və torpaq 
profili boyunca aşağı doğru tədrici artması ilə səciyyələnir. OR potensialının profilboyu paylanmasının bu tipi 
oksidləşmə-reduksiya proseslərinin mikrobioloji fəaliyyəti  və üzvi maddələrin mikrobioloji amil kimi xüsusi 
rolu ilə sıx əlaqədardır. Yarımhidromorf torpaqlarda OR potensialının ən aşağı göstəricisi qrunt sularının daim 
təsiri altında olan aşağı qleyli horizontlar üçün səciyyəvidir. 
Hidromorf torpaqlar üçün torpaq profilində reduksiya proseslərinin üstünlük təşkil etdiyi OR vəziyyətinin 
bir qədər heterogenliyi tipikdir. Eyni torpaq horizontunun mikrozonalarında OR vəziyyətinin müxtəlifliyi ayrı-
ayrı sahələrdə mikrobioloji fəallığın, nəmlik və qaz mübadiləsinin müxtəlifliyi ilə  əlaqədardır. Hətta humus 
horizontunda struktur aqreqatların daxilində və xaricində OR vəziyyətinin müxtəlifliyi müşahidə edilmişdir. 
Su-hava, temperatur və mikrobioloji rejimlərin fəsli dəyişkənliyi torpaqda oksidləşmə-reduksiya 
proseslərinin dinamikasını, yəni onların oksidləşmə-reduksiya rejimlərini müəyyən edir. Torpaqların 
oksidləşmə-reduksiya rejimi dedikdə, torpaq profilində torpaqəmələgəlmənin illik tsiklində oksidləşmə-
reduksiya proseslərinin nisbəti başa düşülür. Torpaqların oksidləşmə-reduksiya rejiminin aşağıdakı tipləri 
fərqləndirilir: 
1) oksidləşmə vəziyyətinin mütləq hakim olduğu torpaqlar – bozqır, yarımsəhra və səhra zonasının avtomorf 
torpaqları (qara, şabalıdı, boz-qəhvəyi, qonur yarımsəhra, boz, boz-qonur və s.); 
2)  oksidləşmə  vəziyyətinin mütləq hakim olduğu, lakin ayrı-ayrı rütubətli illərdə  və  fəsillərdə reduksiya 
proseslərinin özünü göstərdiyi torpaqlar (tayqa-meşə, rütubətli subtropik, enliyarpaq-meşə zonalarının  
avtomorf torpaqları); 
3) oksidləşmə-reduksiya rejimi kontrastlı olan torpaqlar (müxtəlif zonalarının yarımhidromorf torpaqları). 
Müvəqqəti izafi nəmlik rejiminə malik torpaqlar oksidləşmə-reduksiya proseslərinin daha kontrastlı dinamikası 
ilə  səciyyələnir. Bu cür torpaqlar podzollu, çimli-podzollu, qonur-meşə,  şorakətli torpaqlar arasında geniş 
yayılmışdır. 
4) reduksiya rejimi dayanıqlı torpaqlar (bataqlı və hidromorf şoranlar). 
OR potensialının göstəricisi üzvi maddələrlə  zəngin, nəmlənmənin böyük ölçülərdə  tərəddüd etdiyi və 
mikrobioloji proseslərin intensiv cərəyan etdiyi yuxarı horizontlarda daha çox dəyişkəndir. Üzvi maddələrlə 
kasıb, mikrobioloji proseslərin inkişafının zəif getdiyi və ona görə də oksigen sərfinin intensiv olmadığı aşağı 
horizontlar potensialın daha yüksək göstəricisi ilə səciyyələnir. 
Qrunt suyunun təsiri altında bataqlaşmaya məruz qalmış mineral torpaqlarda ən az potensial adətən aşağı 
horizontlarda müşahidə edilir. 
Oksidləşmə-reduksiya prosesləri torpaqəmələgəlmə prosesinə və torpaq münbitliyinə böyük təsir göstərir. 
Bitki qalıqlarının çevrilməsi, üzvi maddələrin toplanma tempi və tərkibi, elə bu səbəbdən də torpaq profilinin 
formalaşması oksidləşmə-reduksiya prosesləri ilə əlaqədardır. 
İzafi nəmlik və OR potensialının aşağı göstəricisi bitki qalıqlarının parçalanmasını  zəiflədir, üzvi 
maddələrin daha fəal və mütəhərrik formalarının yaranmasına, humin turşuların fulvoturşulara çevrilməsinə təsir 
göstərir. Azot, kükürd, fosfor, dəmir və manqan birləşmələrinin torpaqda çevrilməsi də oksidləşmə-reduksiya 
prosesləri ilə əlaqədardır. 
Nitrifikasiya prosesləri üçün optimal şərait Eh = 350-500 mV hesab edilir, ondan aşağı göstəricidə 
denitrifikasiya prosesləri inkişaf edir.  
Oksidləşmə-reduksiya potensialının 200-250mV-ə, kobud humuslu podzollu torpaqlarda 350-400mV kimi 
aşağı düşməsi iki valentli dəmir oksidinin və mütəhərrik Mn
2+
 yaranmasına gətirib çıxarır.  
XV FƏSİL. TORPAĞIN MÜNBİTLİYİ 
 
Hələ  qədim dövrlərdən insanlar torpaqlardan istifadə edərkən onları bitkilərin məhsul vermək qabiliyyəti 
nöqteyi-nəzərindən qiymətləndirməyə  cəhd etmişlər. Ona görə  də münbitlik anlayışı torpaqşünaslığın bir elm 
kimi yaranmasından çox əvvəl insanlara məlum idi və istehsal vasitəsi kimi torpağın  ən  əhəmiyyətli xassəsi 
hesab olunurdu. 
Münbitlik haqqında müasir təlimin inkişafı V.R.Vilyamsın adı ilə bağlıdır. O, təbii torpaqəmələgəlmə 
prosesinin gedişatında torpaq münbitliyinin formalaşmasını  və inkişafını  hərtərəfli öyrənmiş, torpağın bir sıra 
xassələrindən asılı olaraq münbitliyin təzahür formalarını  nəzərdən keçirmiş, həmçinin münbitliyin 
artırılmasının əsas prinsiplərini işləmişdir. 
Qeyd edildiyi kimi, torpaqşünaslıq elminin klassik tərifinə görə, münbitlik torpağın bitkinin normal inkişafı 

 
129
və böyüməsindən ötrü qida elementləri və su, onun  kök sistemini hava və istiliklə  və  əlverişli fiziki-kimyəvi 
mühitlə təmin etmək qabiliyyətidir. 
Münbitlik - torpağı dağ süxurundan fərqləndirən  əhəmiyyətli keyfiyyət xassəsidir. Torpaq və onun 
münbitlik anlayışları bir-birindən ayrılmazdır. Torpağın münbitliyi təbii torpaqəmələgəlmə prosesinin 
inkişafının, həmçinin kənd təsərrüfatı istifadəsi zamanı mədəniləşmə prosesinin nəticəsidir. 
Torpaq münbitliyinin amilləri və torpaq münbitliyinin şəraiti anlayışları bir-birindən fərqləndirilir. Torpaq 
münbitliyinin amillərinə bitkinin həyatı və böyüməsi üçün zəruri olan azot və kül qidalanması elementləri, su, 
hava və qismən istilik, torpağın münbitlik şəraitinə isə bitkinin yer amilləri (fiziki və fiziki-kimyəvi xassələr, 
toksiki maddələrin olması və s.) ilə təmin olunmasını müəyyən edən xassə və rejimlərini məcmusu daxildir. 
Torpaq münbitliyinin asılı olduğu vacib parametrlər torpaq rejimlərinin (temperatur, su-hava, qida, fiziki-
kimyəvi, biokimyəvi, duz və oksidləşmə-reduksiya) konkret göstəriciləridir. 
Rejim parametrlərini isə öz növbəsində iqlim şəraiti, torpağın aqrofiziki xassələri, onun qranulometrik, 
mineraloji və kimyəvi tərkibi, qida elementlərinin potensial ehtiyatı, həmçinin onların mütəhərrik formalarının 
miqdarı, humusun tərkibi və ehtiyatı, mikrobioloji proseslərin intensivliyi, reaksiyası  və başqa fiziki-kimyəvi 
xassələr müəyyən edir. 
Geokimyəvi və geoloji proseslər (cod və ya yumşaq,  şirin və ya minerallaşmış suların axımı, humuslu 
horizontların eroziya vasitəsilə aparılması və s.)  də həmçinin torpaq münbitliyinin formalaşmasına təsir göstərə 
bilər. 
Bu dərsliyin  əvvəlki bölmələrində torpaqların tərkibi, xassə  və rejimləri araşdırılarkən, münbitliyin 
səviyyəsinə təsir göstərən kəmiyyət və keyfiyyət göstəriciləri nəzərdən keçirilmişdi. 
İstilik  şəraitini səciyyələndirmək üçün torpağın 0-20 sm qatında 10
0
C-dən yuxatı temperaturların cəmi 
göstəricisindən, vegetasiya dövrünün uzunluğundan, həmçinin torpağın donmasının dərinlik və müddət 
göstəricisindən istifadə olunur. Bu parametrlərə uyğun olaraq torpaqlar aşağıdakı kimi ayrılır: isti, mülayim - 
isti, mülayim, mülayim-soyuq, soyuq, donuşlu və uzun müddət mövsümi donan. 
Yuxarıda qeyd edildiyi kimi, torpağın su-hava rejiminin optimal səviyyəsi optimal miqdarda nəmliyin 
(təqribən TS-nun 60%-ə qədəri) və torpaq havasında bitkinin həyatı üçün zəruri miqdarda oksigenin (təqribən 
20%) olmasını tələb edir. Torpağın su-hava rejimi aqronomik baxımdan əhəmiyyətli strukturun, məsaməliyin, 
onun su-fiziki xassələrinin olmasını  tələb edir. Bu kompleks fiziki xassələr öz növbəsində torpaqda humusun 
miqdarı, onun qranulometrik tərkibi və fiziki-kimyəvi xassələri ilə sıx əlaqədardır. 
Torpağın optimal fiziki-kimyəvi xassələri torpağın reaksiyasından, mübadilə olunan kationların tərkibindən 
və miqdarından, torpağın buferlik xassəsindən asılı olaraq formalaşır. 
Toprağın biokimyəvi rejimi üzvi qalıqların torpağa daxil olması və onların transformasiyasının mürəkkəb 
kompleks prosesləri ilə müəyyən olunur. Bu proseslər isə öz növbəsində üzvi maddələrin humuslaşmasında və 
minerallaşmasında, həmçinin bitkilərin qida elementlərinin mənimsənilə bilən formaya düşməsində fəal iştirak 
edən müxtəlif qrup mikroorqanizmlərin iştirakı ilə baş verir. 
Torpağın qida rejimi torpaqdakı bütün zəruri qida elementlərinin ümumi və onların mənimsənilən 
formalarının miqdarından, bioloji akkumulyasiya proseslərinin və maddələrinin bioloji dövranının 
intensivliyindən, həmçinin bitkinin qida elementlərinin çevrilməsinə təsir edən torpaq xassələrindən (aerasiya, 
reaksiya və s.) asılıdır. 
Duz rejiminin torpaq münbitliyində rolu əvvəlki fəsillərdə nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, 
bitkilərin inkişafına suda həll olan duzların toksik miqdarı mənfi təsir göstərir. 
Oksidləşmə-reduksiya vəziyyətini səciyyələndirən  əsas göstərici  Eh  –ın dinamikası, həmçinin torpaqda  
bəzi oksidləşmə-reduksiya sistemlərinin kəmiyyət göstəriciləridir. 
Torpağın ayrı-ayrı xassə  və rejimlərinin münbitliyinin formalaşmasında rolunu qiymətləndirərkən
aşağıdakı  əhəmiyyətli müddəaları qeyd etmək lazımdır:  münbitlik torpağın xassə  və rejimlərinin mürəkkəb 
qarşılıqlı asılılığının və qarşılıqlı təsirinin nəticəsi kimi özünü göstərir; xassə və rejim göstəriciləri kəmiyyətcə 
qiymətləndirilə bilər; müxtəlif bitkilərin (bitki qruplarının) torpağın xassə  və rejimlərinə  tələbi müxtəlifdir; 
xassə və rejimlər dinamikdir, yəni zaman ərzində dəyişkəndir. 
Bu müddəaları bir qədər ətraflı nəzərdən keçirək. Torpaq rejimləri və ayrı-ayrı torpaq xassələri sıx qarşılıqlı 
təsir və qarşılıqlı asılılıq  şəraitində formalaşır. Məsələn, torpağın qida rejimi onun mineral birləşmələrinin 
mürəkkəb çevrilmələrinin, üzvi maddələrin minerallaşma və humuslaşma proseslərinin, müxtəlif qrup 
mikroorqanizmlərin və torpaq faunasının fəallığının, qələvi-turş  şəraitinin təsirinin, oksidləşmə-reduksiya 
proseslərinin, su-hava və temperatur rejimlərinin dinamikasının nəticəsidir. 
Öz növbəsində, oksidləşmə-reduksiya rejimi üzvi maddələrin miqdarından və formasından, aerasiya 
şəraitindən və mikrobioloji proseslərin inkişafının hidrotermik şəraitini müəyyən edən torpağın fiziki 
xassələrindən və s. asılıdır. 
Torpağın çox əhəmiyyətli xassəsi kimi strukturu da su-hava, oksidləşmə-reduksiya rejimləri, torpağın 
aqrofiziki xassələri ilə  sıx bağlıdır. Bu rejimlər də öz növbəsində humusun miqdarından, onun keyfiyyət 
tərkibindən, qranulometrik və mineraloji tərkibindən, fiziki-kimyəvi xassələrindən və s. asılıdır. 

 
130
Müxtəlif bitkilərin (bitki qruplarının) torpaq şəraitinə  tələbi eyni deyildir. Ona görə  də torpaq münbitliyi 
onun xassə və rejimləri əsasında qiymətləndirilərkən konkret bitkilərin tələbi də nəzərə alınmalıdır. Belə ki, çay 
kolu üçün zəif turş reaksiya əlverişli hesab olunur; paxlalı bitkilər üçün bu cür reaksiya öldürücüdür. Torpağın 
xassə və rejimləri zaman ərzində dəyişir və torpaqəmələgəlmənin fəsli tskillərindən, torpağa təsir vasitələrindən 
və onun kənd təsərrüfatında istifadə müddətindən  asılıdır. Bu hal torpaq münbitliyinin tənzimlənməsini zəruri 
edən səbəblərdən biridir.  
 
§ 51. Münbitliyin növləri 
 
Münbitliyin aşağıdakı növləri fərqləndirilir: təbii; süni; effektiv və ya iqtisadi. Potensial münbit 
anlayışından da həmçinin istifadə edilir. 
Təbii münbitlik təbii torpaqəmələgəlmə proseslərinin inkişafı ilə şərtlənmiş və insan tərəfindən pozulmamış 
torpaq xassə və rejimlərinin mürəkkəb qarşılıqlı təsiri ilə müəyyən olunur. Təmiz formada təbii münbitlik xam 
torpaqlara məxsusdur və torpaq üzərində yetişən senozların məhsuldarlığı ilə səciyyələnir. 
Torpaqların  əkinçilikdə istifadəsi təbii torpaq proseslərində,  rejim və xassələrində  əhəmiyyətli dərəcədə 
dəyişikliklər  əmələ  gətirir. Bu dəyişikliklər torpaqların becərilməsi, gübrələrin verilməsi, müxtəlif meliorativ 
tədbirlər və s. ilə əlaqədardır. İnsanın təsiri nəticəsində  torpağın xassə və rejimlərində yaranmış kəmiyyət və 
keyfiyyət dəyişiklikləri onları süni münbitlik kimi səciyyələndirir. Süni münbitlik təmiz formada istixana, parnik 
və digər örtülü sahələrdə subsratların hazırlanması zamanı yaranır. 
Torpaqlardan kənd təsərrüfatı istifadəsi zamanı süni münbitlik təbii münbitliklə birlikdə  effektiv və ya 
iqtisadi münbitlik formasında özünü göstərir. O, kənd təsərrüfatı bitkilərinin məhsulu vasitəsilə realizə olunur. 
Effektiv münbitlik təkcə  təbii münbitlikdən asılı deyildir. Onun səviyyəsinə istehsal prosesində torpaqdan 
istifadə şəraiti, elm və texnikanın inkişafı nailiyyətlərindən kənd
 
təsərrüfatında, əkinçilikdə istifadənin imkanları 
da təsir göstərir. O, cəmiyyətdəki sosial-iqtisadi münasibətlərlə də sıx əlaqədardır. 
Torpağın tərkibində qida elementlərinin müəyyən ehtiyatı (ehtiyat fondu) vardır. Bu ehtiyat məhsulun 
formalaşması zamanı qismən sərf olunur (mübadilə fondu). Bu cür yanaşma potensial münbitlik haqqında 
anlayış yaradır. 
Potensial münbitlik - müəyyən iqlim və relyef şəraitində yerləşmiş konkret torpağın çoxillik tsikl ərzində 
təbii yolla və  ya    insanın təsərrüfat fəaliyyəti nəticəsində qazandığı xassələri vasitəsilə bitkini bütün zəruri 
inkişaf amilləri ilə təmin etmək qabiliyyətidir. Potensial münbitlik  kənd təsərrüfatı istifadəsində (əkin, bicənək, 
mədəni otlaq və s.) və ya təbii  şəraitdə (meşə)  bitkinin inkişafı üçün əlavə insan amillərini  (ilk növbədə 
suvarma və gübrələmə) qoşmadan  orta çoxillik iqlim şəraiti fonunda torpaq və digər ekoloji amillərin təsiri ilə 
müəyyən olunur. O, torpağın sabit göstəricisi olub, adətən zəif dəyişir. Potensial münbitlik yalnız intensiv 
meliorativ tədbirlər (qurutma, torpaq profilindən duzların yuyulması) və ya başqa səbəblərdən (texnogen 
çirklənmə, təkrar  şorlaşma və s.) qısa vaxt ərzində  dəyişə bilər.  Yüksək potensial münbitliyə, məsələn, qara 
torpaqlar, aşağı potensial münbitliyə isə podzollu torpaqlar malikdirlər. Torflu-bataqlıq torpaqlar da yüksək 
potensial münbitliyə malik torpaqlardan hesab olunur. Özündə qida elementlərinin böyük ehtiyatını toplamış bu 
torpaqlar qurutma meliorasiyası  tədbirlərindən sonra ehtiyat fondunu qismən sərf etmək hesabına yüksək 
effektiv münbitliyi təmin etmək qabiliyyətinə malikdir. 
 
§ 52. Münbitliyin təkrar istehsalı 
 
Torpağın münbitliyi, torpaqəmələgəlmə prosesi kimi maddələrin çevrilməsi, akkumulyasiyası və ötürülməsi 
prosesləri ilə  sıx bağlıdır. Bu dəyişikliklər həm  əlverişli istiqamətdə inkişaf edərək torpaq münbitliyinin 
inkişafına və onun yüksəlməsinə (qida maddələrinin toplanması, strukturun yaxşılaşması  və s.), həm də 
əlverişsiz istiqamətdə inkişaf edərək münbitliyin aşağı düşməsinə (qida elementlərinin torpaqda yuyulub 
aparılması, strukturun pisləşməsi və s.) gətirib çıxara bilər. Hər hansı müddət  ərzində torpaq xassələrinin 
dəyişməsi də münbitliyin müyyən nisbi səviyyəsinin  yaranmasına səbəb olur. 
Beləliklə, müəyyən müddət  ərzində (vegetasiya müddətində, illik və ya əkin dövriyyəsi tsiklində  və s.) 
münbitliyin dəyişməsi natamam, sadə və geniş təkrar istehsal formalarında təzahür edə bilər. 
Münbitliyin ilkin səviyyədən aşağı  səviyyəyə doğru inkişafı (formalaşması) baş verirsə, bu, torpaq 
münbitliyinin natamam təkrar istehsalını göstərir. Əgər  torpaq münbitliyi ilkin səviyyədə qalırsa və ya inkişaf 
prosesi nəticəsində həmin  səviyyəyə qayıdırsa bu, torpaq münbitliyinin sadə təkrar istehsalından xəbər verir. 
Torpaq münbitliyinin ilkin səviyyədən yüksək səviyyəyə doğru inkişafı onun geniş  təkrar istehsal mərhələsini 
yaşadığını göstərir
Torpaq münbitliyinin təkrar istehsalı torpaqəmələgəlmənin obyektiv qanunudur. Təbii torpaqəmələgəlmə 
proseslərinin inkişafı zamanı münbitliyin təkrar istehsalının natamam, sadə  və  geniş tipi əsasında konkret 
torpaqəmələgəlmə proseslərinin və ya onların birləşmələrinin inkişafı müəyyən edilir. Torpaqlardan kənd 
təsərrüfatında istifadə zamanı onların münbitliyinin təkrar istehsalı  təbii amillərin və insanın torpağa təsiri 

 
131
altında baş verir. 
Təbii və antropogen amillərin təsiri altında  mədəni torpaqəmələgəlmə prosesi inkişaf edir. Mədəni 
torpaqəmələgəlmə prosesinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o, insanın istiqamətləndirici təsiri altında 
inkişaf edir. Bu zaman təbii bitkiliyi aqrosenozlar əvəz edir, torpaqəmələgəlməyə təbii proseslərə xas olmayan 
yeni amillər, torpaqların becərilməsi, gübrələrin və kimyalaşdırmanın digər vasitələrinin tətbiqi, meliorasiyanın 
müxtəlif üsulları (qurutma, suvarma və s.) təsir göstərir. Mədəni torpaqəmələgəlmə prosesinin inkişafı zamanı 
maddələrin bioloji dövranının həcmi, intensivliyi və xarakteri, bütövlükdə maddə və enerji mübadiləsi dəyişir.  
Mədəni torpaqəmələgəlmə prosesinin inkişafı zamanı maddə və enerji dövranının əsas xüsusiyyəti – məhsulla 
birgə bitkilər tərəfindən yaradılmış üzvi maddələrin və onların daxilindəki qida elementlərinin torpaqdan 
kənarlaşdırılmasıdır.  İnsanın  şüurlu məqsədəuyğun fəaliyyəti  şəraitində  mədəni torpaqəmələgəlmə prosesinin 
inkişafı torpaqların yaxşılaşmasına və münbitliyinin yüksəlməsinə  səbəb olur. Bu prinsipin pozulması torpaq 
münbitliyinin itirilməsinə (eroziyanın inkişafına, şorlaşmaya, humusun itirilməsinə, strukturun pozulmasına və 
s.) gətirib çıxarır.  
Müasir intensiv əkinçilik intensivləşdirmənin kimyalaşdırma, meliorasiya və mexanikləşdirmə, həmçinin 
kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar növlərinin tətbiqi kimi güclü amillərindən istifadəyə əsaslanır. Bu 
amillərin ən yüksək səmərəliliyi torpaq münbitliyinin ən yüksək səviyyəsində özünü göstərir. Bu da əkinçilikdə 
intensivliyin artması ilə eyni zamanda yüksək münbitliyi olan torpaqların da əhəmiyyətinin artdığını göstərir. 
 Ona  görə  də  intensiv  əkinçilik  şəraitində torpaqlardan səmərəli istifadənin mühüm məqsədi – torpaq 
münbitliyinin geniş təkrar istehsalının, yəni həm effektiv, həm də potensial münbitliyin eyni zamanda artımının 
təmin edilməsidir
Torpaq münbitliyinin geniş təkrar istehsalının həyata keçirilməsinin obyektiv imkanı onunla təmin edilir ki, 
insan torpaq və onun münbitliyinin qanunauyğunluğunu bilərək, birincisi, torpağın münbitliyini qida elementləri 
və  nəmliyin miqdarını artırmaqla və onların sərfini məqsədyönlü  şəkildə  dəyişməklə (məsələn, səhraların və 
digər qeyri-məhsuldar sahələrin mənimsənilməsi və s.) yüksəldə bilir; ikincisi, məhsul vasitəsilə götürdüyünü 
torpağa daha çox qaytara bilir; üçüncüsü, o,  münbitliyin yüksək səviyyəsini  əldə etmək məqsədilə torpağın 
xassə və rejimlərini tənzimləyə bilir. 
İntensiv  əkinçilik  şəraitində torpaq münbitliyinin təkrar istehsalı iki yolla həyata keçirilir: maddi və 
texnoloji. Birinciyə gübrələrin, meliorantların, pestisidlərin, aqronomik baxımdan  əlverişli  əkin dövriyyəsinin 
tətbiqi daxildir. İkinci torpağa mexaniki təsir vasitələri (şumlama, kultivasiya və s.) və meliorasiya tədbirləri ilə 
bağlıdır. Bu tədbirlərin konkret toplusu zonal əkinçilik sistemini və  mədəni torpaqəmələgəlmə prosesinin 
antropogen şəraitini səciyyələndirir. 
Mədəni torpaqəmələgəlmə proseslərinin istiqamətləndirilmiş inkişafı  torpaq münbitliyinin müəyyən 
səviyyəsini (modelini) təmin etməyə imkan verir. Münbitlik modeli dedikdə torpağın bitki məhsuldarlığının 
müəyyən səviyyəsinə uyğun gələn və aqronomik cəhətdən əhəmiyyətli hesab edilən xassə və rejimlərinin cəmi 
başa düşülür.  
Torpaq xassələrinin optimal parametrləri – torpağın xassə  və rejimlərinin kəmiyyət göstəricilərinin elə 
toplusudur ki, bu zaman bitki  üçün həyat  əhəmiyyətli amillər maksimum istifadə edilir, becərilən bitkilərin 
potensial imkanlarını tam həyata keçirməklə ən yüksək və keyfiyyətli məhsul əldə edilir
Müxtəlif bitkilərin torpaq şəraitinə tələbi eyni olmadığından torpaq münbitliyinin modeli bitkilərin torpağın 
xassə və rejimlərinə tələbi nəzərə alınmaqla hazırlanmalıdır. 
Torpaqların genetik xüsusiyyətləri fonunda  (profilin quruluşu, humus horizontlarının olması, su-temperatur 
rejiminin fatsial şəraiti və s.) torpaq münbitliyinin modeli torpağın aqronomik xüsusiyyətlərinin və  kənd 
təsərrüfatı bitkilərinin becərilməsinin differensial aqrotexniki qaydalarının formalaşmasında fundamental 
göstərici kimi torpağın qranulometrik tərkibi (qumlu və qumsal, yüngül və orta gillicəli, ağırgillicəli və gilli) 
nəzərə alınmaqla işlənilir. 
Torpaq münbitliyinin modeli torpaqşünaslar,  əkinçilər, melioratorlar, bitkiçilər və aqronomluq elminin 
müxtəlif sahələrinin mütəxəssisləri tərəfindən hazırlanır. Torpaq münbitliyinin modeli aparıcı bitkilərin iştirakı 
ilə çöl təcrübələri sistemində torpağın  əsas parametrlərinin öyrənilməsi, qabaqcıl təsərrüfatların və  sınaq 
məntəqələrinin torpaq göstəricilərinin və bitkilərin məhsuldarlığına dair məlumatların ümumiləşdirilməsi 
əsasında formalaşdırılır. 
Optimal parametrlər  əsasında torpaq münbitliyinin modelinin qurulduğu torpağın xassə  və rejimlərinə 
aşağıdakılar daxildir: 
1) torpağın humus vəziyyətinin göstəriciləri – humusun miqdarı  və  tərkibi, onun ehtiyatı, humus qatının 
qalınlığı; 2) torpağın qida rejimini səciyyələndirən parametrlər – bitki tərəfindən mənimsənilən qida 
elementlərinin miqdarı; 3) fiziki xassələrin optimal göstəriciləri – sıxlıq, aqreqatlılıq, tarla sututumu, su 
keçiricilik, aerasiya; 4) torpaq profilinin quruluşunu səciyyələndirən göstəricilər - əkin qatının və bütövlükdə 
humuslu qatın qalınlığı; 5) fiziki-kimyəvi xassələrin göstəriciləri – reaksiyası, udma tutumu, mübadilə olunan 
kationların tərkibi, əsaslarla doyma dərəcəsi. 
Bütün torpaq tipləri üçün ümümi olan xassə  və rejimlərdən başqa, ayrı-ayrı torpaq tiplərinin zonal 

 
132
xassələrinin optimal göstəriciləri (tayqa-meşə zonasının torpaqlarında toksik maddələrin – alüminium və 
manqanın mütəhərrik formaları, arid və yarımarid zonanın torpaqlarında duz rejiminin göstəriciləri – toksik 
duzların miqdarı, tərkibi  və yerləşmə dərinliyi və s.) də münbitliyini şəraitini və səviyyəsini təyin edir. 
Torpağın bir çox xassələrinin optimal göstəriciləri torpağın aqronomik baxımdan  əhəmiyyətli və praktiki 
olaraq bütün xassə  və rejimlərinə  təsir göstərən fundamental göstəricilərinin – qranulometrik tərkibinin və 
humusluluğunun optimallığından asılıdır. 
Bütün həyat amilləri bitki üçün eyni dərəcədə əhəmiyyətlidir. Onlardan heç biri digəri ilə əvəz edilə bilməz. 
Ona görə  də effektiv münbitlik torpağın bitkini bütün zəruri  şəraitlə maksimum təmin etmək qabiliyyətindən 
asılıdır. 
Buradan V.R.Vilyams tərəfindən formalaşdırılmış olduqca əhəmiyyətli bir müddəa ortaya çıxır ki, torpaq 
münbitliyinin yüksəldilməsi, yüksək və sabit məhsul alınması üçün bitkinin bütün həyat və böyümə amillərinə 
eyni vaxtda təsir etmək zəruridir. Bu zaman əsas amil (və ya amillər qrupu) aşkar edilməlidir ki, ona təsir 
etməklə qalan amillərin səmərəliliyini artırmaq mümkün olsun. Məsələn, quraq zonalarda  aparıcı amil – 
bitkinin su ilə  təmin olunmasıdır. Ona görə  də bu zonada nəmliyin toplanması  və  səmərəli sərfinə yönəlmiş 
tədbirlər xüsusi əhəmiyyət kəsb edir. 
Meşə-tayqa zonasında torpaqların düzgün və sistematik gübrələnməsi və  əhəngləşdirilməsi effektiv 
münbitliyin artırılmasının əsas amili hesab olunur. 
Suvarma əkinçiliyi zonasında torpaqların bataqlaşma və təkrar şorlaşmasını istisna edən düzgün suvarmanın 
əhəmiyyəti böyükdür. 
Beləliklə, bitkinin məhsuldarlığını müəyyən edən bütün amillərə eyni vaxtda təsir etmək prinsipinin həyata 
keçirilməsi müxtəlif zonalarda torpaq münbitliyinin artırılmasının differensial qaydalarını tələb edir
Ona görə də torpaq-aqronomik tədqiqat materialları bu məsələlərin həyata keçirilməsində böyük əhəmiyyət 
kəsb edir. Bunlar aşağıdakılardır: torpaq xəritələri, qida elementləri (fosfor, kalium, azot) kartoqramları; 
torpaqların turşuluq, şorlaşma, eroziya, bataqlaşma kartoqramları. 
Bitki həyatının hər hansı amilinə birtərəfli təsir (başqalarını  dəyişmədən) bu cür təsirin effektini tədricən 
aşağı salır, hətta müəyyən  şərtlər daxilində  məhsulun azalmasına gətirib çıxarır. Bunu Qelrigelin nəmliyin 
arpanın məhsuldarlığına təsirini öyrənən vegetasiya təcrübələrindən də görmək mümkündür (cədvəl 46). 
 
Cədvəl 46 
Qelrigelin təcrübələrinin nəticəsi 
 
Göstərici 
Torpaq nəmliyi və məhsuldarlıq, tam su 
tutumundan %-lə 
5 10 20  30  40 60 80 100 
Məhsuldarlıq, dq/qab 

63 
146 
190 
217 
227 
197 

Hər 10% nəmliyə 
məhsul artımı 
 
124 
83 
44 
27 
10 
- 15 
- 98 
 
Cədvəldən göründüyü kimi, torpaq nəmliyinin hər dəfə 10% artımı məhsulun artmasına, müəyyən həddən 
(60% tam nəmlik tutumunda) sonra isə azalmasına və kəskin azalmasına səbəb olmuşdur. Bunu belə izah etmək 
olar ki, nəmliyin artması köklərin oksigenlə təmin olunmasına mənfi təsir göstərmiş, sonda onların məhv olması 
ilə nəticələnmişdir. 
Bitkinin həyat amillərinin hər artımdan sonra effektivliyini aşağı salması “azalan torpaq münbitliyi qanunu”  
adlı yanlış  nəzəriyyənin ortaya çıxmasına səbəb olmuşdur. Bu nəzəriyyəyə görə torpağa sərf olunan hər bir 
əlavə kapital və əmək özündən əvvəlkinə nisbətən daha az səmərə verir (burada Qay Pliniy yada düşür). Torpaq 
münbitliyinin azalması qanununun ilk tərəfdarları XVIII əsrdə yaşamış fransız iqtisadçısı Türqo və sonralar isə 
ingilis iqtisadçısı Uest idi. David Rikardo bu “qanunla” mənfəət normasının azalma meylini izah etməyə cəhd 
göstərmiş, Maltus isə “torpaq münbitliyinin azalması qanunu” əsasında  əhalinin artımının 
məhdudlaşdırılmasının zəruriliyi fikrini söyləmişdir.  Maltus nəzəriyyəsinin  əsas tezisinə görə guya həyat 
vasitələrinin miqdarca artması əhali sayının artmasından geri qalır. Bu səbəbdən də bəşəriyyəti bürümüş bəlalar 
– işsizlik, aclıq, yoxsulluq, xəstəliklər, ölümün yüksək səviyyəsi və s. törəmişdir. Yaranmış bu vəziyyəti nə 
inqilablar, nə də sosial islahatlar vasitəsilə düzəltmək mümkün deyildir. Yeganə yol müharibələr, epidemiyalar, 
doğumu məhdudlaşdırmaqdır. XX əsrdə Maltusun ardıcılları bu “qanunu” təbiətin ümumi üzvi qanunu elan 
edərək, onu insan cəmiyyətinin inkişafı məsələsinə çevirmişlər. 
 
 
 
 
 

 
133
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DÖRDÜNCÜ HİSSƏ 
 
AZƏRBAYCAN TORPAQLARININ GENEZİSİNDƏ, TƏSNİFATI, COĞRAFİYASI VƏ KƏND 
TƏSƏRRÜFATI İSTİFADƏSİ 
 
Torpağın genezisi (mənşəyi və inkişafı) torpaqşünaslığın müstəqil sahəsi olub, torpaqəmələgətirən amilləri 
öyrənir; torpaqda  enerji və kütlə mübadiləsini və torpaq profilinin formalaşmasını müəyyən edən 
torpaqəmələgətiən proseslərin mahiyyətini və mexanizmlərini, torpaqların xassələrini və münbitliyini, 
torpaqların genetik xüsusiyyətlərini tədqiq edir.  Dərsliyin birinci bölməsində torpaqəmələgəlmənin ümumi 
sxemi, torpaqəmələgətirən amillərin səciyyəsi və onların torpaqların genezisində rolu nəzərdən keçirilmişdi. 
Bu bölmədə ayrı-ayrı torpaq zonalarının torpaq örtüyü təsvir edilərək torpaqəmələgətirən amillərin və bu 
amillərin mexanizmlərinin konkret səciyyəsi verilmiş, Azərbaycan  ərazisində geniş yayılmış  əsas torpaq 
tiplərinin təsnifatı, tərkib və xassələri, kənd təsərrüfatında istifadəsi nəzərdən keçirilmişdir. 
 
XVI FƏSİL. TORPAQLARIN TƏSNİFATI 
 
Torpaqların təsnifatı - torpaqların  əsas xassələrinə, mənşəyinə  və münbitliyinin xüsusiyyətlərinə görə 
qruplarda birləşdirilməsidir. 
Torpaqların təsnifatının qurulmasına dair işlərə aşağıdakılar daxildir: təsnifat prinsiplərinin təyin edilməsi; 
tabe edilmiş taksonomik vahidlər (tip, yarımtip və s.) sisteminin işlənməsi; torpaqların təsnifat sxeminin və ya 
sistematik siyahısının tərtib edilməsi; adlar sisteminin və ya torpaq nomenklaturasının işlənməsi, həmçinin hər 
təsnifat vahidinin torpaqlarının təbiətdə tapılması (torpaqların diaqnostikası) və torpaq xəritəsində ayırmaqdan 
ötrü əlamətlərin müəyyən edilməsi. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin