Qərib Məmmədov


§ 47. Torpağın istilik rejimi



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   14   15   16   17   18   19   20   21   ...   52
§ 47. Torpağın istilik rejimi 
 
Torpağın istilik rejimi atmosfer iqliminin (günəş radiasiyası, rütubətlənmə və kontinentallıq şəraiti və s.), 
həmçinin relyef şəraitinin, bitki və qar örtüyünün təsiri altında formalaşır. Torpağın istilik rejiminin əsas 
göstəricisi torpağın temperaturudur
Torpağın temperaturu günəş radiasiyasının miqdarından və torpağın öz fiziki xassələrindən asılıdır. İqlimlə 
yanaşı o, relyefdən, torpağın xassələrindən, bitki və qar örtüyündən də asılıdır. 
Relyefin təsiri hamar və müxtəlif baxarlığa və meylliyə malik səthlərə radiasiyanın qeyri-bərabər 
düşməsində özünü göstərir. Cənub yamacları  ən isti, qərb və  şərq yamacları az isti, şimal yamacı bir qədər 
soyuq hesab olunur. Yamacın meylliyi artdıqca, müxtəlif yamaclardakı torpaqların temperaturunda daha böyük 
fərqlər yaranacaqdır. Digər tərəfdən relyefin müxtəlif şəraitlərində
 
torpaqlar müxtəlif nəmliyə və qar örtüyünün 
qalınlığına malikdirlər. Qar örtüyü torpağı istilik itkisindən və mənfi temperaturların təsirindən qoruyur. Bitki 
örtüyü torpağın səthinə düşən günəş radiasiyasını azaldır və bununla da yay dövründə onun səth temperaturunu 
aşağı salır, qış dövründə isə qarın toplanmasına və istiliyin saxlanmasına yardım edir. Qar altında torpağın 
temperaturunun 0
0
C-dən  aşağı düşməsi gec başlayır və az dərinliyi əhatə edir. 
Torpağın temperatur rejiminə qranulometrik tərkibin təsiri, yuxarıda qeyd edildiyi kimi, yüngül və  ağır 
torpaqların istilik xassələri ilə əlaqədardır. Yazda böyük nəmlik ehtiyatına malik gilli torpaqlar buxarlanmaya 
istilik sərf edərək, yüngül torpaqlarla müqayisədə  tədricən qızır. Payızda yüngül torpaqlar ağır torpaqlardan 
soyuq olur. 
Torpağın temperaturuna onun rəngi də  təsir göstərir: tünd torpaqlar (qaratorpaqlar, çimli-karbonatlı 
torpaqlar və s.) yüksək temperatura malik olub, açıq torpaqlardan (çimli-podzollu və s.)  fərqli olaraq tez qızır. 
Günəş radiasiyasının daxil olmasının sutkalıq və illik tsikli ilə əlaqədar torpaq profilinin temperaturu üçün 
də sutkalıq və illik tsikllik səciyyəvidir. 
Temperaturun sutkalıq gedişi. Torpaq səthində maksimal temperatur təqribən saat 13
00
-də, minimal 
temperatur isə günəşin doğması  ərəfəsində müşahidə edilir. Gündüz saatlarında torpağın səthi qızır, onun 
temperaturu isə  dərinliyə getdikcə azalır; gecə saatlarında torpağın səthi soyuyur, dərinliyə getdikcə soyuma 
azalır. Ona görə də temperaturun tərəddüdü torpağın səthində daha çox müşahidə edilir, artıq 3-5 sm dərinlikdə 

 
121
o, kəskin  şəkildə  aşağı düşür. Torpağın 35-100 sm dərinliyində temperaturun sutkalıq tərəddüdü tamamilə 
dayanır. 
Torpaq səthində temperatur daha çox sürətlə  dəyişir. Dərinlik artdıqca torpağın zəif istilik keçiriciliyi ilə 
əlaqədar bu dəyişikliklərin sürəti xeyli zəifləyir. Ona görə  də torpaq profilinin müxtəlif dərinliklərində 
temperaturun minimal və maksimal göstəriciləri müxtəlif vaxtlarda müşahidə olunur. Orta hesabla hər 10 sm-
dən bir bu 2-3 saat gecikmə ilə müşahidə olunur (cədvəl 42). 
 
Cədvəl 42 
Torpaq temperaturunun sutkalıq gedişi (20 may tarixində) 
(A.P.Gərayzadə, 1989) 
 
Dərinlik, 
sm 
Müşahidə saatları 
8  10 12 13 14 16 18 20 

19,5 26,0 36,5 38,9 40,8 40,0 29,0 24,0 

18,2 20,9 22,2 25,4 26,2 28,1 27,3 26,2 
10  18,2 19,8 22,0 23,9 25,7 26,7 27,2 26,0 
15  18,1 19,5 20,8 21,5 22,1 23,1 23,0 23,0 
25  14,8 14,8 14,9 14,9 15,0 15,1 15,2 15,2 
 
Temperaturun sutkalıq gedişi torpağın xassələrindən (qranulometrik tərkibindən, nəmliyindən, sıxlığından 
və s.), iqlim elementlərindən (buludluluq, külək, yağıntılar), bitki və qar örtüyündən asılıdır. Ona görə də torpaq 
temperaturunun sutkalıq gedişinin ümumi xarakteri fonunda hər torpaq tipi üçün müəyyən xüsusiyyətlər 
səciyyəvidir. 
Temperaturun illik gedişi. Temperaturun illik gedişi iki dövr ilə səciyyələnir: yay dövrü (torpağın qızması 
dövrü) – istilik axını üst horizontlardan aşağı horizontlara və  qış dövrü (torpağın soyuması dövrü) – istilik 
axınları  aşağı horizontlardan üst horizontlara doğru hərəkət edir. Mülayim enliklərdə torpağın maksimal orta 
sutkalıq temperaturu iyul-avqust, minimal temperaturu isə yanvar-fevral aylarında müşahidə edilir. Yayda ən 
yüksək temperatur yuxarı horizontlarda qeydə alınır və dərinliyə getdikcə tədricən azalır; qışda isə, əksinə üst 
horizontlarda  ən aşağı temperatur müşahidə edilir və  dərinliyə getdikcə  tədricən artır. Göründüyü kimi, 
temperaturun illik tərəddüdü torpağın səthində baş verir və  dərinlikdə o, tədricən sönür. Müxtəlif torpaqlar 
müxtəlif dərinliklərdə temperaturun illik dəyişməsinin öz xüsusiyytələrinə malikdir (cədvəl 43).  
 
Cədvəl 43 
Torpaq temperaturunun illik gedişi 
(X.N.Həsənov, 1980) 
 
Dərinlik, 
sm 
Aylar Orta 
illik 
I  II III IV V  VI VII VIII IX X XI XII
 
1 2 3 4 5 6  7  8  9  10 11 12 
13 
14 
Çürüntülü-karbonatlı dağ-meşə torpaqları (Pirqulu) 
2  1,5 0,8 2,0 7,9 11,8 15,3 17,4 17,1 12,3 7,6  5,9 3,2 8,6 
10 2,2 1,3 2,2 6,4 10,9 13,2 15,9 16,0 12,2 8,2  6,3 3,8 8,3 
20 2,6 2,0 2,6 6,0 10,3 12,2 15,1 15,2 12,,9 8,9  6,9 4,5 8,4 
60 3,4 2,,6 3,1 5,4 9,3  11,1 13,9 14,2 12,4 0,4  7,9 5,6 8,2 
100 4,6 3,7 3,7 4,7 7,7  9,6  11,3 12,5 12,1 10,1 8,6 7,0 8,1 
160 5,6 4,7 4,5 4,6 6,3  8,7  10,3 11,2 11,3 10,5 9,1 8,0 7,9 
Tipik qonur dağ –meşə torpaqları (Pirqulu) 
4  1,3 0,8 1,7 6,2 10,,7 13,8 16,2 16,1 12,4 8,0  5,7 2,2 7,9 
10 2,0 1,2 1,7 5,7 9,6  11,8 14,9 15,3 12,4 8,5  6,0 3,3 7,7 
20 2,5 1,5 2,3 5,3 9,2  11,2 14,3 14,6 12,4 9,1  6,6 4,3 7,8 
60  3,5 2,,4 3,1  4,,4 8,1  10,5 12,7 13,2 12,3  9,6  7,5 5,6 7,6 
100 4,6 3,4  3,3  4,,0 6,8  9,1  10,8 11,8 11,9  10,0 8,2 6,7 7,6 
160 5,3 4,6  4,,4 4,1  6,0  8,0  9,6  10,6 11,0  10,2 8,8 7,9 7,4 
 
Torpağın 20 sm dərinliyində orta illik temperatur havanın orta illik temperaturundan 0,1 – 5
0
C və daha çox 
olur. Torpaq temperaturunun illik dəyişməsinə bitki örtüyünün də böyük təsiri var. O, torpağın səthini 
temperaturun kəskin tərəddüdündən qoruyur. Qışın soyuq keçdiyi və yağıntıların qar şəklində düşdüyü 

 
122
rayonlarda torpağın temperatur rejiminin formalaşmasında torpağın donma və  əriməsinin, qar örtüyünün 
qalınlığının və qalma müddətinin böyük əhəmiyyəti var. 
Torpaq, temperatur 0
0
C-dən bir qədər aşağı olanda donmaya başlayır. Çünki torpaq məhlulunda həmişə 
torpağın donma temperaturunu aşağı salan həll olmuş maddələr olur. Donma temperaturuna torpaqdakı suyun 
vəziyyəti də  təsir göstərir: sərbəst su mənfi 0,1-1,5
0
C-də,  əlaqəli su isə  mənfi 1,5-4,0
0
C –də donur. Bundan 
başqa torpağın donmasına qar və bitki örtüyü, relyef, torpağın xassələri və onun nəmliyi, həmçinin insanın 
təsərrüfat fəaliyyəti təsir göstərir. 
Qar örtüyü torpağı donmadan qoruyur. Onun qalınlığı, yumşaqlığı  və qalma müddəti artdıqca, torpağın 
istiliyi bir o qədər çox saxlanılır və onun donma dərinliyi azalır. Qarın saxlanması və süni şəkildə toplanmasının 
payızlıq buğdanın, çoxillik otların və meyvə-giləmeyvə  ağac və kollarının  şaxtalardan qorunmasında böyük 
əhəmiyyəti vardır. 
Bitki örtüyü qarın qabağını  kəsməklə  və onun toplanmasına  şərait yaratmaqla  torpağın donmasının 
qarşısını alır. Meşəlik sahələrdə torpaq daha az dərinliyə kimi donur. 
Relyef günəş radiasiyasının düşməsinə, qarın toplanmasına və torpağın nəmliyinə təsir göstərir. Ona görə 
də donmanın  ən böyük dərinliyi relyefin qabarıq formalarında, qarın sovrulduğu küləkdöyən yamaclarda 
müşahidə edilir. Relyefin aşağı yerlərində (çökəkliklərdə, dərələrdə və s.) torpağın donma dərinliyi azdır. Şimal 
yamacların torpaqları  cənub yamacın torpaqlarından fərqli olaraq daha dərin qatlara kimi donur. Torpağın 
nəmliyi artdıqca, onun donması azalır. Torpaq donarkən, maye və buxarşəkilli suyun yuxarı, daha soyuq qatlara 
(əsasən 0-5 sm-lik) doğru hərəkəti prosesi baş verir. Torpağın donması qar örtüyünün yaranmasına qədər və ya 
ondan sonra başlayır və bu yanvar-fevral aylarına kimi davam edir. Ərimə  aşağı qatlardan gələn istiliyin 
hesabına baş verir. 
İnsanın təsərrüfat fəaliyyətinin torpağın donmasına təsiri bitki örtüyünün və  ərazinin nəmlik  şəraitinin 
dəyişdirilməsi ilə  əlaqədardır. Bitki örtüyünün məhv edilməsi (meşələrin qırılması  və s.) qarın yığılmasını 
azaldır və donma dərinliyinin artmasına səbəb olur.  Eyni istiqamətdə torpağın quruması da nəmliyin azalması 
ilə əlaqədar özünü göstərir. 
Torpağın əriməsi zamanı iki hal müşahidə edilir. Birinci halda ərimə aşağıdan yuxarıya doğru hərəkət edir 
və qar qatında qurtarır. Bu zaman donuş qatı torpağın səthində yox olur və ərinti suları torpağın aşağı qatlarına 
sərbəst  şəkildə daxil olur. İkinci halda ərimə  aşağıdan başlayır və yuxarıya doğru hərəkət edir, sonra eyni 
zamanda yuxarıdan aşağıya doğru  ərimə başlayır. Bu halda donuşlu qat müəyyən dərinlikdə qalmış olur və 
suyun aşağı qatlara daxil olmasına əngəl yaradaraq müyyən miqdarda səth axımının yaranmasına səbəb olur. 
Temperatur rejimini səciyyələndirməkdən ötrü torpağın 20 sm-lik qatında fəal temperaturlar (> 10
0
C) 
dövrünün müddətinin böyük əhəmiyyəti vardır. Bu qatda kənd təsərrüfatı və təbii bitkilərin kök sisteminin əsas 
hissəsi toplanmışdır. Torpağın fəal temperaturlarının bu qatdakı cəmi - torpağın istiliklə təmin olunmasının əsas 
göstəricisidir (cədvəl 44) 
Torpağın temperatur vəziyyətini qiymətləndirməkdən ötrü 0,2 m dərinlikdə mənfi temperaturların cəmi və 
torpaq səthinin mütləq minimal temperaturunun orta göstəriciləri haqqında məlumatların olması da vacibdir. Bu 
parametrlər əsasında  aşağıdakı torpaqlar ayrılır: isti, mülayim–isti, mülayim, mülayim-soyuq, soyuq, donuşlu 
və uzun müddət mövsümi donuşlu. Torpaqların bu cür bölgüsü müxtəlif kənd təsərrüfatı bitkilərinin istiliyə olan 
tələbi əsasında yetişdirilməsi imkanlarını qiymətləndirməyə və əldə edilən məhsulun mümkün sayını müəyyən 
etməyə imkan verir. 

 
123
Cədvəl 44 
Torpaqların istiliklə təmin olunmasının qiymətləndirilməsi 
 
0,2 m dərinlikdə 
torpaqda fəal 
temperaturların 
cəmi, 
0

Torpaqların 
istiliklə təmin 
olunması 
0,2 m dərinlikdə 
torpaqda fəal 
temperaturların 
cəmi, 
0
C 
Torpaqların 
istiliklə təmin 
olunması 
0 - 400 
aşağı 
2100 - 2700 
ortadan yuxarı 
400 - 800 
çox zəif 
2700 - 3400 
yaxşı 
800-1200 zəif 
3400 - 4400 
çox yaxşı 
1200 - 1600 
ortadan aşağı 
4400 - 5600 
yüksək 
1600-2100 
orta 
5600 - 7200 
çox yüksək 
 
 
İstiliklə  təmin olunma və torpağın qışlama  şəraitinin göstəriciləri kənd təsərrüfatı bitkilərinin 
rayonlaşdırılmış növlərinin alınmasında, aqrotexniki və meliorativ tədbirlərin işlənməsində zəruridir. 
Torpağın radiasiya və istilik balansı. Torpaq səthinə düşən günəş enerjisinin bir hissəsi torpaq tərəfindən 
udulur, bir hissəsi isə atmosferə əks olunur. 
Torpağın səthi tərəfindən udulan və  əks etdirilən günəş radiasiyasının mədaxili-məxarici torpağın 
radiasiya balansı adlanır. Radiasiya balansının mədaxil hissəsini düz və  səpələnən qısa dalğalı günəş 
radiasiyası (Q
p
), həmçinin atmosferin uzun dalğalı  əksşüalanması (Q
d
) təşkil edir. Balansın məxaric hissəsi – 
səthdən  əks olunmuş  qısa dalğalı radiasiyadan (Q
əks
), səthin uzun dalğalı temperatur şüalanmasından (Q
şüa

ibarətdir. Radiasiya balansının bərabərliyi aşağıdakı şəkli almış olur: 
 
T
b
 = Q
p
 + Q
d
 - Q
əks
 - Q
şüa

 
Radiasiya balansı mənfi və ya müsbət ola bilər. Bununla torpaq səthinin qızması və soyuması təyin edilir. 
Radiasiya balansı üçün sutkalıq və illik dövrilik səciyyəvidir. Günorta saatlarında o maksimal, gecə saatlarında 
minimal (mənfi) göstəriciyə malik olur; illik tsikldə maksimal göstərici yayda, minimal göstərici isə  qışda 
müşahidə edilir. Torpaq səthinə çatmış günəş radiasiyası istilik enerjisinə çevrilir. Ona görə də radiasiya balansı 
torpağın istilik balansının, yəni onun səthində istiliyin mədaxil və  məxaricinin formalaşmasında böyük 
əhəmiyyətə malikdir. 
İstilik balansı  aşağıdakı elementlərdən ibarətdir: radiasiya balansının göstəricisi (T
b
); nəmliyin 
transpirasiyasına və fiziki buxarlanmasına sərf olunan istilik (T
t
) - torpaqdakı nəmliyin miqdarından asılı olub, 
radiasiya balansının 70-80%-ni təşkil edir; torpağın səthi ilə onun dərin qatları arasında istilik mübadiləsinə sərf 
olunan istilik (T
p
) – sutkalıq və illik tsikldən asılı olub, burada istilik axını  səthdən torpağın dərinliyinə (illik 
tsikldə - yayda, gündəlik tsikldə - gündüz) və əksinə dərinlikdən səthə (illik tsikldə - qışda, gündəlik tsikldə - 
gecə) hərəkət edə bilər; havanın qızmasına sərf olunan istilik (T
k
). 
Enerjinin saxlanma qanununa uyğun olaraq, hər an torpağın səthinə daxil olan  istilik onun sərfinə 
bərabərdir. Ona görə də istilik balansı aşağıdakı şəkli almış olur: 
 
T
b
 + T

+ T

+ T
k
 = 0 
 
İstilik balansına müvəqqəti amillər də, məsələn, temperaturu torpağın səth temperaturundan yüksək və aşağı 
olan yağışın düşməsi, qarın  əriməsi və s. təsir göstərə bilər.  İstilik balansı  həmçinin torpağın coğrafi 
mövqeyindən, relyefdən, ilin fəslindən və günün saatından, torpağın xassələrindən, bitki örtüyündən, 
meteoroloji şəraitdən  və s. asılıdır. 
Torpağın istilik (temperatur) rejiminin tipləri. Orta illik temperaturdan və torpağın donma 
xüsusiyyətindən asılı olaraq V.N.Dimo (1972) torpağın temperatur rejiminin 4 tipini ayırır: donuşlu, uzun 
müddətli mövsümi donan, mövsümi donan, donmayan. 
Temperatur rejiminin donuşlu tipi torpaq profilinin orta illik temperaturunun mənfi göstəriciyə malik 
olduğu yerlər (Avrasiya qütb və donuşlu-tayqa vilayətlərinin bir sıra  əyalətləri ) üçün səciyyəvidir. Bu cür 
torpaqlarda daimi donuşluq süxurlarının yuxarı sərhədinə qədər torpaq nəmliyinin donması ilə müşahidə edilən 
soyuma prosesləri üstünlük təşkil edir. 
Temperatur rejiminin uzun müddətli mövsümi donan tipi torpaq profilində müsbət orta illik temperaturun 
üstünlük təşkil etdiyi ərazilərdə müşahidə edilir. Mənfi temperaturun daxil olduğu dərinlik 1 m-dən az, həmçinin 
donmanın müddəti də 5 aydan qısa deyildir.  
Temperatur rejiminin mövsümü donan tipi torpaq profilinin orta illik müsbət temperaturu ilə seçilir. Torpaq 
profilinin mövsümi donması 5 aydan çox deyildir. Ana süxur donmur. 
Temperatur rejiminin donmayan tipi torpaq profilinin donmasının və  şaxtaların müşahidə edilmədiyi 

 
124
ərazilərdə yayılmışdır. Bura subtropik və tropik qurşağın torpaqları aid edilir. 
İstilik rejiminin tənzimlənməsi. Kənd təsərrüfatı praktikasında istilik rejiminin tənzimlənməsi bitkinin 
böyüməsi üçün optimal şəraitin yaradılmasının  əhəmiyyətli  şərtlərindən biridir. Torpaqların istilik rejiminin 
yaxşılaşdırılması günəş radiasiyası axınını  tənzimləyən tədbirlərin həyata keçirilməsinə əsaslanır. Bu tədbirlər 
iki istiqamətdə aparılır; günəş radiasiyasının torpağa daxil olmasını  zəiflədən tədbirlər və ya əksinə günəş 
radiasiyasının torpağa daxil olmasını gücləndirən tədbirlər. 
Torpağın izafi nəmləndiyi və günəş radiasiyasının az daxil olduğu  şimal rayonlarında (Avrasiya və 
Amerikanın subboreal və boreal zonalarında) yay vaxtı bu tədbirlər torpağın temperaturunu qaldırmaq, cənub 
quraq rayonlarda isə əksinə temperaturu aşağı salmaq məqsədi güdür. 
Torpaq səthində Günəş istiliyi axınının tənzimlənməsinə bitkilərin torpağa kölgə salması, mulça, bəzi 
becərmə üsulları (yumşaltma və torpaq səthinin bərkidilməsi), şırımlı və ləkli əkmələr aid edilir. 
Bitki örtüyü torpağın səthinə kölgə salır, ona daxil olan günəş enerjisini zəiflədir və temperaturun aşağı 
düşməsinə  səbəb olur. Ona görə  də isti ərazilərdə bir sıra bitkiləri (tütün, qəhvə) ağacların kölgəsi altında 
yetişdirirlər. Yay dövründə tarlaqoruyucu meşə zolaqları torpağın temperaturunu təkcə zolaq ərazisində deyil, 
zolaqlararası sahələrdə də aşağı salır. 
Torpağın becərilməsi və torpaq səthinin yumşaldılması torpaqda istilik mübadiləsinin sürətlənməsinə səbəb 
olur. Torpağın yumşaldılması onun istilik keçiriciliyini artırır və şüa keçirmə qabiliyyətini aşağı salır. Bu üsul 
torpaqda istiliyin gündüz saatlarında aşağı düşməsinə, gecə istiliyin saxlanmasına köməklik edir. 
Suvarma – torpağın temperatur rejiminin tənzimlənməsinin  ən səmərəli yollarından biridir. Bu zaman 
torpağın üst horizontlarının temperaturu əhəmiyyətli dərəcədə  aşağı düşür. Torflu bataqlı torpaqların 
qurudulması üst horizontların temperaturunun yay dövründə gündüz saatlarında qalxmasına və gecələr 
qurudulmamışlarla müqayisədə bir qədər aşağı düşməsinə səbəb olur. 
İstilik rejiminin tənzimlənməsinin radikal üsullarından biri də qış dövründə qar meliorasiyasının tətbiqidir. 
Qarın süni surətdə tarlada saxlanması – eyni zamanda nəmliyin tarlada toplanmasının əhəmiyyətli vasitəsidir. 
Bu üsul bir sıra ölkələrdə, xüsusən də Rusiyanın cənub quberniyalarında, Qazaxıstan və digər ərazilərdə geniş 
tətbiq edilir. Bu ərazilərdə qar örtüyü yuxa olur, şaxtalar isə özünü kəskin şəkildə göstərir. Qar örtüyünün bu cür 
süni surətdə tarlada saxlanması torpaqda mənfi temperaturu və onun dərinliyini aşağı salır, payız  əkinlərini 
şaxtavurmadan qoruyur. 
Torpağın temperatur rejiminin tənzimlənməsi tədbirləri torpaq-iqlim və hava şəraiti, həmçinin becərilən 
bitkilərin xüsusiyyəti nəzərə alınmaqla həyata keçirilməlidir. 
Tərəvəzçilikdə torpağın istilik rejimini yaxşılaşdırmaqdan ötrü bioyanacaqdan, elektrik, buxar və su 
qızdırıcılarından istifadə edilir. Bioyanacaq kimi istixanalarda 20-25 sm dərinlikdə qazılmış xəndəyə peyin və 
ya kompost  kütləsi doldurulur. Bu kütlə parçalandıqca temperatur 70
0
C-ə kimi qalxır ki, nəticədə torpaq-
qruntun fəal hissəsi qızmış olur. İstixanalarda torpağı su və buxar qızdırıcıları ilə  qızdırmaqdan ötrü torpağın 
altında 40-70 sm dərinlikdə borular basdırılaraq, onlara isti su və buxar buraxılır. 
 
XIV FƏSİL. TORPAQ MƏHLULU VƏ TORPAQDA  
OKSİDLƏŞMƏ-REDUKSİYA PROSESLƏRİ 
 
Torpağa daxil olan yağış suyunun tərkibində müyyən miqdarda həll olmuş  şəkildə maddələr  - atmosfer 
havasının qazları (O
2
, CO
2
, N
2
, NH

və s.), həmçinin havada toz şəklində olan birləşmələr  olur. Bu maddələr 
torpaqda bərk faza ilə fəal şəkildə qarşılıqlı əlaqəyə girərək, ayrı-ayrı komponentlərini torpaq məhluluna daxil 
edir. Ona görə də torpaqda su torpaq məhlulu formasında təmsil olunur. 
Torpaq məhlulu torpağın genezisində  və münbitliyinin formalaşmasında böyük əhəmiyyətə malikdir. O, 
üzvi və mineral birləşmələrin çevrilməsi (parçalanması  və sintezi) proseslərində  iştirak edir. Onun vasitəsilə 
torpaqəmələgəlmə proseslərinin məhsulları profilboyu hərəkət edir. Torpaq məhlulunun bitkinin qidalanmasında 
rolu daha böyükdür. Ona görə  də onun tərkibinin, xassələrinin (reaksiyası, buferliyi, osmotik təzyiqi) və 
dinamikasının öyrənilməsi böyük əhəmiyyət kəsb edir. 
 
§ 48. Torpaq məhlulunun ayrılması metodları 
 
Torpağın tərkibindən torpaq məhlulunu ayırmaqdan ötrü müxtəlif metodlardan, presləmədən, yəni xüsusi 
preslərdə məhlulun sıxılmasından, sentrifuqa vasitəsilə ayırmadan və başqa mayedən istifadə etməklə sıxışdırıb 
çıxarmadan istifadə olunur.  
Ayrılmış torpaq məhlulunun miqdarı torpağın su saxlama xassələrindən və onun nəmlənmə  dərəcəsindən 
asılıdır. 
Sentrifuqa vasitəsilə torpaq məhlulunun  ayrılması  nəmliyi tam sututumuna yaxın olan torpaqlarda 
mümkündür. 
Başqa mayedən istifadə etməklə sıxışdırıb çıxarma metodunun mahiyyəti ondan ibarətdir ki, təbii nəmliyə 

 
125
malik torpaqla doldurulmuş silindrə üstdən sıxışdırıb çıxaran maye axıdılır. Bundan örtü ən əlverişli vasitə etil 
spirti hesab edilir. Torpaq məhlulu xüsusi qablara toplanır. Ağır torpaqların susızdırma qabiliyyətini 
yaxşılaşdırmaqdan ötrü onları yaxşı yuyulmuş kvars qumu ilə qarışdırmaq tövsiyə olunur. Bu metodların üstün 
cəhəti odur ki,  məhlul torpaqdan ayrıldıqdan sonra torpaqda yalnız cüzi miqdarda maye qalmış olur. 
Torpaqşünaslıqda torpağın maye fazasının tərkibi lizimetrik üsulla da öyrənilir. Bu metodun mahiyyəti 
ondan ibarətdir ki, torpağın müəyyən qatından keçirilmiş yağış və ərinti suları xüsusi qablara toplanılır. Lakin 
lizimetrik qurğuların mənfi cəhəti ondan ibarətdir ki, torpaq məhlulunu torpaq tam nəmlənmiş hala çatdıqdan 
sonra əldə etmək olur.  
Ona görə də torpaq məhlulunun tərkibinin dinamikası öyrənilərkən lizimetrik metodlar torpaq məhlulunun 
ayrılmasının digər metodları (xüsusi preslərdə  məhlulun sıxılması  və s.) ilə uyğunlaşdırılmalıdır. Torpaq 
məhlulunun bəzi xassələri su çəkiminin analizi əsasında müəyyən edilir. Lakin su çəkimi torpaq məhlulundan 
fərqləndiyindən onun xassə və tərkibi haqqında tam məlumat verə bilməz. 
Torpaq məhlulunda hidrogen və natrium ionunun konsentrasiyası, onun elektrik keçiriciliyi və oksidləşmə-
reduksiya potensialı torpaqda bilavasitə təyin edilir. 
 
§ 49. Torpaq məhlulunun tərkibi və konsentrasiyası 
 
Torpaq məhlulu torpağın bərk və qaz fazası və bitki kökləri ilə sıx qarşılıqlı əlaqədədir və ona görə də onun 
tərkibi və konsentrasiyası – bu qarşılıqlı  təsirin  əsasında duran bioloji, fiziki-kimyəvi və fiziki proseslərin 
nəticəsidir. 
Qeyd edilən proseslərin tempi və istiqaməti  əhəmiyyətli dərəcədə mövsümi dəyişikliklərə  məruz 
qaldığından torpaq məhlulunun tərkibi olduqca dinamikdir. 
Torpaq məhlulunun konsentrasiyası, adətən, bir litr məhlulda bir-neçə qramdan artıq olmur. Burada yalnız 
şorlaşmış torpaqlar istisna təşkil edir. Bu torpaqlarda həll olmuş maddələrin miqdarı on və  hətta yüz qrama 
qədər ola bilər. 
Torpaq məhlulunda mineral, üzvi və üzvi-mineral maddələr ion, molekul və kolloid formalarında təmsil 
olunmuşdur. Bundan başqa torpaq məhlulunda həll olmuş qazlar (CO
2
, O

və s.) da var. 
Torpaq məhlulunun tərkibində mineral birləşmələrdən həm anionlar (HCO
-
3
, CO
2-
3
, NO
-
3
, NO
-
2
, SO
2-
4
, Cl
-

H
2
PO
-
4
, H
2
PO
2-
4
 ), həm də kationlar (Ca
2+
, Mg
2+
, Na
+
, NH
+
4
, K
+
, H
+
) ola bilər. Çox turş torpaqlarda Al
3+
, Fe
3+

bataqlı torpaqlarda isə Fe
2+
 müşahidə edilir. Dəmir və alüminium torpaq məhlulunda  əsasən üzvi maddələrlə 
sabit komplekslər şəklində birləşmələr əmələ gətirir. 
Torpaq məhlulunda üzvi birləşmələrdən üzvi qalıqların suda həll olan maddələri və onların parçalanma 
məhsulları, bitki və mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulları (üzvi turşular, şəkər, amin turşuları, spirt, 
fermentlər, aşı maddələr və s.), həmçinin humus maddələri  var. 
Üzvi-mineral birləşmələr əsasən turşu təbiətli (humus turşuları, polifenollar və s.) müxtəlif üzvi maddələrin 
kompleks birləşmələri ilə təmsil olunmuşdur. Torpaq məhlulunun üzvi və mineral hissələrinin nisbəti müxtəlif 
torpaqlarda eyni deyildir. Belə ki, bataqlı, podzollu-bataqlı  və xam çimli-podzollu torpaqlar üçün torpaq 
məhlulunda üzvi maddələrin mineral maddələrdən artıq; qara torpaqlarda bu komponentlərin təqribən bərabər; 
şorlaşmış torpaqlarda mineral birləşmələrin üzvi birləşmələrdən artıq olması  səciyyəvidir.  Şorakətləşmiş 
torpaqlarda da torpaq məhlulunda üzvi maddələrin miqdarı mineral maddələrdən çoxdur. Bu onun qələvi 
reaksiyası  və udulmuş Na
+
 kationunun piptitləşdirmə  təsiri ilə  əlaqədardır. K.K.Hedroysun məlumatına görə, 
torpaq məhlulunun kolloid hissəsi onun 1/4 - 1/10 və daha az hissəsini təşkil edir. Kolloid-həllolmuş 
birləşmələrin yüksək miqdarı şorakətlərin torpaq məhlulunda müşahidə edilir. 
Torpaq məhlulunda ayrı-ayrı komponentlərin miqdarı eyni torpaq tipinin müxtəlif genetik horizontlarından 
asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. 
Üzvi maddələrin torpaq məhlulunda maksimal miqdarı orqanogen və humus horizontlarında müşahidə 
edilir. Torpağın profili boyunca aşağı düşdükcə torpaq məhlulunda üzvi maddələrin miqdarı  kəskin surətdə 
azalır. Qara, şabalıdı, boz və  şorakətləşmiş torpaqların aşağı horizontlarında torpaq məhlulunun tərkibində 
mineral birləşmələrin – karbonatların, gips və asan həll olan duzların miqdarı əhəmiyyətli dərəcədə artır. 
Torpaq məhlulunun tərkibindəki anionlardan NO
-
3
, SO
2-
4
, fosfat ionlarının bitki üçün əhəmiyyəti daha 
böyükdür. 
Nitratların miqdarı torpaqda nitrifikasiya şəraiti (üzvi maddələrin zənginliyi, torpağın hidrotermik rejimi və 
aerasiya  şəraiti) ilə müəyyən olunur. Şorlaşmaya məruz qalmamış torpaqların torpaq məhlulunda SO
2-
4
 cüzi 
miqdardadır. Fosfat –ionların miqdarı daha azdır ki, bu da onların bitkilər tərəfindən mənimsənilməsi ilə izah 
edilir. Şorlaşmış torpaqların torpaq məhlulunda Cl
-
, SO
2-
4
, Ca
2+
, Mg
2+
 və Na
+
 ionları daha çoxdur. 
Torpaq məhlulunun reaksiyası torpağın aktual və ya aktiv turşuluğunu və ya qələviliyini səciyyələndirir və 
torpaqda cərəyan edən kimyəvi, fiziki-kimyəvi və bioloji proseslərə, həmçinin bitkinin inkişafına böyük təsir 
göstərir. 
Torpaq məhlulunun  osmotik təzyiqi bitki üçün böyük əhəmiyyət kəsb edir. Torpaq məhlulunun osmotik 

 
126
təzyiqi bitki şirəsinin osmotik təzyiqinə bərabər və ya ondan böyük olarsa, suyun bitkiyə daxil olması kəsilir və 
bitki məhv olur. Osmotik təzyiq torpaq məhlulunun konsentrasiyasından və həll olmuş maddələrin dissosiasiya 
dərəcəsindən asılıdır. Torpaq məhlulunun ən yüksək osmotik təzyiqi şorlaşmış, xüsusən də ağır qranulometrik 
tərkibə və yüksək uduculuq qabiliyyətinə  malik torpaqlarda müşahidə edilir. 
Torpaq məhlulunun osmotik təzyiqi ayrı-ayrı torpaqlarda və eyni torpağın müxtəlif horizontlarında bir-
birindən fərqlənir (cədvəl 45). 
 
Cədvəl 45 
Torpaq məhlulunun osmotik təzyiqi 
 
Torpaqlar Horizontlar 
Torpaq məhlulunun 
osmotik təzyiqi, Pa 
Qaratorpaq 
A+B
1
 
B

B
3
2,05 · 10
5
 
1,68 · 10
5
 
3,80 · 10
5
 
Şorakət 

B
1
 
B
2
1,56 · 10
5
 
0,40 · 10
5
 
6,38 · 10
5
 
Şoran 
birinci 
ikinci 
11,2 · 10
5
 
13,6 · 10
5
 
 
 
İstənilən torpağın torpaq məhlulu nəmlik və bioloji proseslərin intensivliyindən asılıdır. Ona görə də onun 
göstəricisi kifayət qədər dinamikdir. Osmotik təzyiq krioskopik metodla təyin edilir. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin