Qərib Məmmədov



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə20/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   16   17   18   19   20   21   22   23   ...   52
§ 53. Qısa tarixi icmal 
 
Torpaqşünaslığın inkişafına uyğun olaraq, həm “torpaq” anlayışı, həm də torpaqların təsnifatıının 
prinsipləri və metodları uzun illər təkamül etmiş və dəyişmişdir. 
İlk torpaq təsnifatları torpağın üst horizontlarının litoloji xüsusiyyətlərindən irəli gələrək qurulurdu. Onlar 
aqrogeoloji təsnifatlar adlanır. Bu təsnifatlarda torpaqların bərk fazasının xassələri nəzərə alınırdı. 
V.V.Dokuçayev və N.M.Sibirtsev torpağa, ətraf mühitlə sıx qarşılıqlı əlaqədə inkişaf edən xüsusi təbii üzvi-
mineral cisim kimi baxılmasının  əsasını
 
qoydular. Onlar torpaqların genetik tipi haqqında təlim yaratdılar. 
Onların təsnifat yanaşması elmə genetik yanaşma adı altında daxil olmuşdur. 
Sonrakı onilliklərdə torpaqların genetik təsnifatı bir sıra görkəmli torpaqşünas alimlər tərəfindən inkişaf 
etdirilmiş və təkmilləşdirilmişdir. Bununla belə müxtəlif təsnifat sxemlərində torpaqda təzahür edən proseslərin 

 
134
bu və ya digər cəhətləri daha çox qabardırılırdı. Bu da torpaqların təsnifatının qurulmasına bir neçə yanaşmanı 
şərtləndirirdi. Bununla əlaqədar torpaqların təsnifatının aşağıdakı qruplaşmalarını  nəzərdən keçirmək olar: 
ekoloji (və ya coğrafi)–genetik, faktorlu–genetik, morfoloji, evolyusion–genetik və tarixi-genetik torpaq 
təsnifatları. 
Torpaqların ekoloji-genetik təsnifatları V.V.Dokuçayevin torpaqların genetik tipi haqqında təliminə 
əsaslanır. Bu təsnifat sxemlərinin inkişafında N.M.Sibirtsev və Y.N.Afanasyevin də xidmətləri olmuşdur. 
Torpaqların ekoloji-genetik təsnifat sxemlərində torpaqların genetik tipləri arasındakı  əlaqə  təkcə onların 
xassələrinə görə deyil, həmçinin  ərazi daxilində yerləşmə  və coğrafi yayılma xüsusiyyətləri ilə  də müəyyən 
edilirdi. 
Torpaqların ilk ekoloji-genetik təsnifatı V.V.Dokuçayev tərəfindən 1879-cu ildə irəli sürülmüşdür. 1886-cı 
ildə bu təsnifat  əlavələrlə yenidən nəşr olunmuşdur. Bu təsnifatda V.V.Dokuçayev torpaqları  ərazi daxilində 
yerləşməsinə görə üç qrupa bölürdü: normal, keçid və anormal. Normal torpaqlar “mənşəyinə görə” siniflərə 
bölünürdü: quru-bitki, quru-bataqlı və tipik bataqlı. Quru-bitki torpaqları torpaqəmələgətirən amillərin qarşılıqlı 
təsirindən torpaqların  əsas zonal sırasını yaradır. Bu təsnifatda ilk dəfə olaraq siniflər daxilində torpaqların 
genetik tipi ayrılmışdır. 
Bu təsnifata 1895-ci ildə N.M.Sibirtsev tərəfindən  əlavələr edilmiş  və  təkmilləşdirilmişdir. Onun 
təsnifatında torpaqlar üç şöbəyə bölünürdü: A – tam torpaqlar ( və ya zonal torpaqlar), B – interzonal torpaqlar ( 
və ya yarımzonal torpaqlar) və  C – tam olmayan torpaqlar ( dağ süxurlarına keçid). 
Ekoloji-genetik təsnifatlar real təbii qanunauyğunluqları - torpaqların xassələrini, torpaqəmələgəlmə 
rejimlərini və onların ərtaf mühitlə əlaqələrini əks etdirirlər. Ona görə də onlar kənd təsərrüfatının tələblərinə 
daha dolğun cavab verir və torpaq ehtiyatlarının keyfiyyətcə qiymətləndirilməsində geniş istifadə edilir. 
Bu qrupa K.D.Qlinka, həmçinin Q.N.Vısotskiy və S.A.Zaxarovun ilkin təsnifatları aid edilirdi. 
K.D.Qlinka bütün torpaqları iki şöbəyə – torpaqəmələgəlmənin xarici amillərinin təsiri altında 
(ekzodinamomorf) inkişaf edən və torpaqəmələgətirən süxurların tərkibinin (endodinamomorf) təsiri altında 
inkişaf edən torpaqlara bölürdü. Birinci şöbə daxilində də öz növbəsində nəmliyə görə 6 sinif fərqləndirilirdi.  
Q.N.Vısotskiy (1906) torpaqları zonal, interzonal və inkişaf etməmiş torpaqlar sinfinə, sinifləri isə iqlim 
şəraitinə, relyef və torpaqəmələgətirən süxurlara görə şöbələrə bölmüşdür. 
Ekoloji-genetik təsnifat real təbii qanunauyğunluqları - torpaqların xassələrini, torpaqəmələgəlmə 
rejimlərinin və onların ətraf təbii mühitlə əlaqəsini əks etdirir. Ona görə də onlar kənd təsərrüfatı praktikasında 
bir çox suallara cavab verir və torpaq ehtiyatlarının keyfiyyət uçotunda geniş istifadə edilir. 
Morfogenetik təsnifatlar torpaqların  əsas xassələrinə  əsaslanır. Lakin o həmçinin torpaqəmələgəlmə 
şəraitinin analizini də nəzərdə tutur. 
P.S.Kossoviç (1903, 1910) torpaqların öz dövrü üçün daha geniş genetik təsnifatını vermişdir. O, bütün 
torpaqları iki sinfə bölmüşdür: genetik baxımdan sərbəst (elüvial) və genetik baxımdan asılı (ilüvial). Birinci 
sinif daxilində torpaq tipləri torpaqəmələgəlmənin tipinə görə qruplaşdırılır: səhra; səhra-bozqır (və ya 
yarımsəhra); bozqır və ya qaratorpaq; podzollu; tundra; lateritli. İkinci sinif daxilində bu torpaq qrupları ayrılır: 
quru bozqırların qrunt suyu ilə  nəmlənən torpaqları; qaratorpaq zonanın qrunt suyu ilə  nəmlənən torpaqları; 
podzollu zonanın bataqlı torpaqları; rütubətli tropik və subtropik zonanın bataqlıq torpaqları. Təsnifatın mineral 
kütlənin çevrilməsi, üzvi maddələrin parçalanması və toplanması proseslərinə əsaslanır. 
K.D.Qlinka da (1924) həmçinin təsnifatın  əsasında torpaqəmələgəlmə tipinə  əsaslanması    fikrini 
söyləmişdir. O, torpaqəmələgəlmənin 5 tipini ayırmışdır: lateritli, podzollu, bozqır, şorakətli, bataqlıq. 
K.K.Hedroysun (1927) təsnifatı udulmuş kationların tərkibi ilə  şərtləşdirilmiş fiziki-kimyəvi hadisələrin 
xarakterinə  əsaslanır. O, torpaqəmələgəlmənin 4 prosesini ayrır: qara torpaq ( udma kompleksi Ca
2+
 , Mg
2+
 
kationları ilə doyubdur), şorakətli (udma kompleksinə Ca
2+
 və Mg
2+
 kationları ilə birgə Na
+
 kationu da daxildir), 
podzollu və lateritli (udma kompleksinə Ca
2+
 və Mg
2+
 kationları ilə birgə H
+
 kationu da daxildir).  
Evolyusion – genetik təsnifat torpaqəmələgəlmə prosesinin inkişafını zaman daxilində, başlanğıcda qələvi 
torpaqəmələgəlmə  mərhələsindən turş torpaqəmələgəlmə  mərhələsinə kimi inkişafını (Kossoviç, 1903, 1906; 
Polınov,1933) və ya torpaqəmələgəlmənin hidromorf mərhələsindən avtomorf mərhələsinə kimi inkişafını 
(Polınov, 1933; Kovda, 1933) nəzərdən keçirir. 
Tarixi – genetik təsnifat. Belə bir təsnifatın qurulması ideyası ilk dəfə V.R.Vilyams (1914, 1936) 
tərəfindən irəli sürülmüşdür. O, hesab edir ki, torpaq tipləri bir fasiləsiz inkişaf zəncirində bir-birinə bağlıdırlar. 
Ona görə  də onlara təbiətin bioloji elementlərinin qurunun mineral horizontlarına təsirinin vahid tarixi 
prosesinin mərhələləri kimi baxılmalıdır. Bu baxışlar V.İ.Vernadskinin biogeokimyəvi baxışlarına uyğun 
gəlirdi.  
Uzaq xaricdə torpaqların təsnifatı ilə bağlı torpaqşünaslıq elmində iki əsas istiqamət mövcuddur: Qərbi 
Avropa və Amerika təsnifatları. 
Qərbi Avropa təsnifatları öz tarixi köklərinə görə aqrogeoloji təsnifatlara gedib çıxır. Aqrogeoloji 
təsnifatlar torpaqəmələgətirən süxurların xassələrinə istinadən aşağıdakı istiqamətlərə bölünürdü:                  1) 
geoloji-petroqrafik (Fallu, 1857; Meyer, 1857; Benninqson – Forder, 1863) - əsasında torpaqəmələgətirən 

 
135
süxurların mineraloji tərkibi dururdu; 2) kimyəvi – torpaqların kimyəvi tərkibinə görə bölünməsi (Knop, 1871); 
3) fiziki – qranulometrik tərkibinə görə (Teyer və Şyubler, 1876); və qarışıq (Zenft, 1877). 
V.V.Dokuçayevin elmi ideyaları  Qərbi Avropa alimlərinin torpaq təsnifatları sahəsində sonrakı  işlərinə 
güclü təsir göstərmişdir. Təsnifatla bağlı müasir işlərdə  Qərbi Avropa alimləri torpaq-mineraloji yanaşma ilə 
Dokuçayevin genetik torpaqşünaslığını birləşdirməyə çalışmışlar (Ramann, 1918; Ziqmond, 1933;1938; 
Ştremme, 1950; Kubiyen, 1953; Ober, 1956; Dyuşafur, 1962). 
Keçən  əsrin  əvvələrində  Amerika torpaqşünaslığında torpaqların təsnifatına emprik yanaşma üstünlük 
təşkil edirdi. Bu yanaşmanın mahiyyəti ondan ibarət idi ki, tədqiqatçılar torpaqların təsnifatını qurarkən yerli 
əhalinin təcrübəsinə və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına istinad edirdilər. Torpağın sistematikasına 
torpağın qranulometrik tərkibi və başqa xassələri  əsasında müəyyən edilmiş “torpaq seriyası” anlayışı daxil 
edilmişdi. Amerika torpaqşünasları üçün ənənəvi olan bu yanaşma ilə yanaşı, torpaqların ümümi genetik 
təsnifatı da işlənilirdi (Gilqard, 1893; Yitney, 1895; Koffey, 1912). Amerika torpaqşünaslığının inkişafında 
Marbutun (1935) əhəmiyətli rolu var. O, Amerika torpaqlarını  tədqiq edərkən rus genetik torpaqşünaslığının 
əsaslarından istifadə etmişdir. Onun müəyyən etdiyi “böyük torpaq qrupları” taksonomik kateqoriyası öz 
mahiyyətinə görə V.V.Dokuçayevin torpaq tipi anlayışına olduqca yaxındır. 
Sonrakı dövrlərdə hazırlanmış təsnifatlar (Kelloq, 1936, 1939; Balduin, Kelloq, Torp, 1938; Torp və Smit, 
1949) Marbutun yanaşmasına istinad etsə də burada coğrafi-genetik prinsip daha çox üstünlük təşkil edirdi. 
Torpaq təsnifatının Amerika sistemində yuxarı  və  aşağı taksonomik vahidlərin mahiyyətinin təyin 
edilməsində tarixi baxımdan iki yanaşma təşəkkül tapmışdır: yuxarı taksonomik vahidlər (böyük torpaq 
qrupları) üçün ayrılmanın genetik prinsipi, aşağı taksonomik vahidlər ( torpaq seriyaları) üçün ayrılmanın 
aqroempirik prinsipi. Ona görə də Amerika təsnifatında torpaq seriyalarını müqayisə etmək və onları daha iri 
kateqoriyalarda (torpaq ailəsi, böyük qruplar və s.) birləşdirmək çətindir. 
Amerikanın yeni təsnifat sistemi Dövlət Torpaq Xidmətində hazırlanmışdır. Onun quruluşunun  əsas 
prinsipləri genetik elan edilsə  də, o birinci iki yuxarı  səviyyə hüdudlarında (torpaq sıraları  və yarımsıraları) 
səciyyəvi “diaqnostik horizont” prinsipindən çıxış edərək morfoloji əlamətlər  əsasında qurulmuşdur. Yalnız 
növbəti iki taksonomik vahidlərdə - torpaq qruplarında və yarımqruplarında – genetik prinsipdən daha geniş 
istifadə edilmişdir. 
Son illər beynəlxalq təşkilatlar FAO və YUNESKO tərəfindən  dünya torpaq xəritəsi üçün yeni ümumi 
torpaq təsnifatı hazırlanmışdır ki, o öz mahiyyətinə görə genetik hesab oluna bilər. 
 
§ 54. Torpaqların müasir təsnifatının qurulması  
prinsipləri 
 
Torpaqların müasir  təsnifatının qurulmasında iki cür yanaşma var. Birinci yanaşmaya görə  təsnifat 
qurularkən torpaqəmələgəlmənin  ətraf mühitin xüsusiyyətləri ilə  əlaqədar olan və torpağın münbitliyini 
müəyyən edən müasir prosesləri və rejimlər irəli sürülür. Bunların ümumi fonunda torpaq profili və onun relikt 
əlamətləri öyrənilir. Bu yanaşmanın tərəfdarları  İ.P.Gerasimov, V.R.Volobuyev, E.N.İvanova, N.N.Rozov 
olmuşdur. 
İkinci yanaşmaya görə  təsnifatın qurulması torpaq profilinin analizi, onun geokimyəvi və tarixi 
xüsusiyyətləri əsasında aparılır və bunların ümumi  fonunda torpaqların müəyyən edilmiş geokimyəvi və tarixi 
qrupları daxilində torpaqəmələgəlmənin müasir prosesləri və rejimləri nəzərdən keçirilirdi (M.A.Qlazovskaya, 
V.A.Kovda, S.V.Zonn).  
Torpaqların müasir təsnifatı hazırlanarkən aşağıdakı əsas prinsiplər nəzərə alınırdı: 
1. Torpaqların təsnifatı torpaqların əsas xassə və rejimlərinə istinad etməli və onları yaradan prosesləri və 
torpaqəmələgəlmə şəraitini nəzərə almalıdır, yəni geniş mənada genetik olmalı, ekoloji, morfoloji və evolyusion 
yanaşmaları özündə birləşdirməlidir. 
2. Torpaqların təsnifatı taksonomik vahidlərin elmi sistemindən irəli gələrək tərtib edilməlidir. 
3. Təsnifatda insanın təsərrüfat fəaliyyəti nəticəsində  əldə edilmiş  əlamətlər və xassələr də  nəzərə 
alınmalıdır. 
4. Təsnifat torpağın təsərrüfat xüsusiyyətlərini açmalı  və onların kənd və meşə  təsərrüfatında səmərəli 
istifadəsinə yardım etməlidir. 
Torpaqların müasir təsnifatında  əvvəlki dövrlərin təsnifatı ilə müqayisədə torpaq profilinin morfoloji və 
mikromorfoloji quruluşu, torpaqların tərkib və xassələri, üzvi maddələrin keyfiyyət tərkibi, maddələrin bioloji 
dövranının xüsusiyyətləri, torpaqdaxili aşınma və torpağın energetikası ilə bağlı  məsələlər, 
torpaqəmələgəlmənin əsas prosesləri və rejimləri, həmçinin ekoloji şərait hərtərəfli nəzərə alınır.  
Bütün bunlar torpaqların əsas genetik xüsusiyyətlərini dərindən dərk etməyə, onların aqronomik səciyyəsini 
verməyə və onların münbitliyini müqayisəli şəkildə qiymətləndirməyə (bonitirovka) imkan verir.  
Bu prinsiplər  əsasında V.V.Dokuçayev adına Torpaqşünaslıq Institutunda keçən  əsrin 70-80-ci illərində 
keçmiş SSRİ torpaqlarının təsnifat sxemi işlənmiş  və “SSRİ torpaqlarının təsnifatı  və diaqnostikası” 

 
136
monoqrafiyasında ümumiləşdirilmişdir. Burada 80-dən artıq torpaq tipinin, o cümlədən Azərbaycan ərazisində 
geniş yayılmış torpaqların dəqiq təsnifatı və diaqnostikası verilmişdir. Bu təsnifatda əsas torpaq tipləri (arktika, 
tundra və allüvial torpaqlardan başqa) zonal-ekoloji qruplarına və nəmlənmə sırasına görə qruplaşdırılmışdır.  
Hər zonal-ekoloji qrup müəyyən bitki qrupu (tayqa-meşə, meşə-bozqır, bozqır, səhra və s.), səthdən 20 sm 
dərinlikdə torpaq temperaturlarının cəmi, həmin dərinlikdə torpağın donmasının aylarla müddəti və 
rütubətlənmə əmsalı ilə səciyyələnir. 
Zonal-ekoloji qrup daxilində torpaqlar bio-fiziki-kimyəvi xassələrinə (humusun tərkibi, torpaq reaksiyası, 
karbonatlılıq,  şorakətlilik,  şorlaşma və s.), həmçinin nəmlik  şəraitinə (avtomorf, yarımhidromorf, hidromorf) 
görə də qruplara bölünürlər.  
Taksonomik  vahidlərin müasir sistemi 1958-ci ildə SSRİ EA yanında fəaliyyət göstərən torpaqların 
nomenklaturası, sistematikası  və  təsnifatı üzrə  İdarələrarası komissiya tərəfindən hazırlanmışdır. Torpaqların 
müasir təsnifatında əsas taksonomik vahid genetik torpaq vahididir. Bu anlayış elmə ilk dəfə V.V.Dokuçayev 
tərəfindən gətirilmişdir. 
L.İ.Prasolova görə, torpaq tipləri üçün “... maddələrin mənşə, miqrasiya və akkumulyasiyasının ümumiliyi” 
səciyyəvidir. 
Bu anlayışa uyğun olaraq, eyni genetik tipə bir tipli – bir-birinə bağlı bioloji, iqlim və hidroloji şəraitlərdə 
müəyyən qrup torpaqəmələgətirən süxurlar üzərində inkişaf edən torpaqlar aid edilir. 
İdarələrarası Komissiyanın sənədində deyildiyi kimi, hər torpaq tipi, “bir tipli bir-birinə bağlı bioloji, iqlim 
və hidroloji şəraitlərdə inkişaf edir və  əsas torpaqəmələgəlmə prosesinin aşkar özünü göstərməsi və başqa 
torpaqəmələgəlmə prosesləri ilə mümkün əlaqəsi ilə səciyyələnir”.  
Bu təsnifat sisteminə istinad edərək M.E.Salayev tərəfindən keçən  əsrin 80-ci illərində Azərbaycan 
torpaqlarının dəqiqləşdirilmiş genetik təsnifatı işlənmişdir. 
Torpaq tipinin səciyyəvi cəhətləri aşağıdakılardır: 1) üzvi maddələrin daxil olmasının və onların çevrilmə 
və parçalanmasının birtipliliyi;                  2) mineral kütlənin parçalanma prosesinin və mineral və üzvi-mineral 
yeni törəmələrin sintezinin birtipli kompleksi; 3) maddələrin miqrasiya və akkumulyasiyasının, həmçinin torpaq 
rejimlərinin birtipli xarakteri;                 4) torpaq profilinin birtipli quruluşu; 5) torpaq münbitliyinin 
saxlanmasına və artırılmasına yönəlmiş tədbirlərin birtipli istiqaməti. 
Torpaq tipindən aşağıda ondan sonra gələn taksonomik vahidlər nəzərdə tutulur: yarımtip, cins, növ, 
növmüxtəlifliyi və torpaq dərəcəsi. 
Torpaq təsnifatının (torpaq tipindən aşağıda) bu aşağı səviyyəyə düşən qolu çox vaxt torpağın sistematikası 
adlandırılır. 
Yarımtiplər torpaq tipinin daxilində ayrılır. Bu, əsas və başqa torpaqəmələgəlmə proseslərinin özünü 
göstərməsinə görə keyfiyyətcə  fərqlənən torpaq qrupu olub, tiplər arasında keçid kimi çıxış edir. Torpaq 
yarımtipləri ayrılarkən təbii şəraitin yarımzona və fatsial dəyişiklikləri ilə bağlı proseslər də nəzərə alınır. 
Fatsial yarımtiplərin ayrılması torpağın 20 sm dərinliyində fəal temperaturların cəmi və həmin dərinlikdə 
torpaqda mənfi temperaturların davam etmə müddəti (aylarla) nəzərə alınmaqla həyata keçirilir. Fatsial 
yarımtipləri nomenklaturada qeydə almaqdan ötrü temperatur rejimi ilə bağlı terminlərdən istifadə edilir: isti, 
mülayim, soyuq, dərindən donan və s. 
Cinslər torpaq yarımtipləri daxilində ayrılır. Onların genetik xüsusiyyətləri kompleks yerli xüsusiyyətlərlə 
müəyyən edilir: torpaqəmələgətirən süxurların tərkibi, qrunt sularının kimyəvi tərkibi, keçmiş 
torpaqəmələgəlmə fazasında torpağın əldə etdiyi relikt əlamətlər və s. 
Növlər torpaq cinsinin tərkibində ayrılır və onlar torpaqəmələgəlmə proseslərinin inkişaf dərəcəsinə 
(podzollaşma dərəcəsi, humuslaşmanın dərinliyi və  dərəcəsi,  şorlaşmanın dərəcəsi və s.) və onların qarşılıqlı 
bağlılığına görə fərqlənir. 
Növmüxtəliflikləri üst torpaq horizontlarının və torpaqəmələgətirən süxurların qranulometrik tərkibinə görə 
müəyyən edilir. 
Torpaq dərəcəsi torpaqəmələgətirən süxurların (bərk süxurlar, moren, alüvial, örtük gillicəli və s.) genetik 
xassələri ilə şərtlənir. 
Taksonomik vahidlərin nəzərdən keçirilən sistemi tədricən formalaşmışdır. Onun yüksək vahidləri (torpaq 
tipindən yüksək) tam təyin edilməmişdir. Müxtəlif dövrlərdə  tədqiqatçılar tərəfindən bu məsələ ilə  əlaqədar 
müxtəlif sistemlər təklif edilmişdir: torpaq-bioiqlim sinifləri və yarımsinifləri (E.N.İvanova və N.N.Rozov), 
torpaq-geokimyəvi assosiasiyalar və ailələr (M.A.Qlazovskaya), torpaqların avtomorfluqdan hidromorfluğa 
doğru inkişafı (V.A.Kovda) və s. 
Torpaqşünaslıqda torpaqların təsnifatı ilə bağlı  ən böyük problem kənd təsərrüfatı istifadəsində olan 
torpaqların sistematikası  və  təsnifatıdır. Yuxarıda qeyd edildiyi kimi, təsnifat qurularkən kənd təsərrüfatında 
istifadə zamanı torpaq xassələrində baş verən dəyişikliklər nəzərə alınır. Torpaqların təsnifatının müxtəlif 
inkişaf mərhələlərində bu cür torpaqların sistematik bölünməsi  ilə  əlaqədar çoxlu xüsusi təkliflər irəli 
sürülmüşdür (N.M.Sibirtsev, S.P.Kravkov, N.P.Karpinskiy, S.A.Zaxarov, E.N.İvanova, Q.İ.Qriqoryev, 
V.R.Volobuyev, E.M.Salayev və başqaları).  Əksər təkliflərdə  əkin torpaqları onların dəyişmə  dərəcəsinə 

 
137
(mədəniləşməsinə) görə zəif, orta və güclü mədəniləşdirilmiş torpaqlara bölünmüşdür. Bütün bu təklifləri nəzərə 
almaqla “SSRİ torpaqları  təsnifatı  və diaqnostikası” məlumat kitabı hazırlanarkən suvarılan və qurudulmuş 
torpaqlar sərbəst tip kimi götürülmüşdür. 
 
§ 55. Torpaqların nomenklaturası və diaqnostikası 
 
Torpaqşünaslıqda torpaqların nomenklaturası – torpaqların xassələrinə  və  təsnifatdakı yerinə görə 
adlandırılmasıdır. 
Torpaqların elmi genetik nomenklaturasını yaratmış V.V.Dokuçayev və N.M.Sibirtsev torpaqları 
adlandırarkən ya xalq içində işlənən adlardan (bu adlar adətən, torpağın üst qatının rənginə görə adlandırılırdı) 
istifadə etmiş, ya da torpaqların yayıldığı  ərazinin ekoloji şəraitini nəzərə almaqla onları adlandırmışlar. Bu 
yolla genetik tiplərin adları yaranmışdır: qaratorpaq, podzol, qırmızıtorpaq, boz meşə torpaqları, qonur torpaqlar 
və s. Sonralar bu torpaqlara boz torpaqlar, şabalığı, qəhvəyi və s. torpaqlar da əlavə edilmişdir. 
Bəzi torpaq tipləri onların üst horizontlarının xüsusiyyəti əsasında adlandırılmışdır, məsələn, şorakət, şoran, 
torflu-qleyli, çürüntülü-karbonatlı torpaq və s. 
Müxtəlif genetik tip torpaqlarda üst torpaq horizontların rəngi bir sıra hallarda eyni olduğundan, tipin 
formalaşdığı  şəraitin qısa ekoloji səciyyəsinin  əlavə edilməsinə  zərurət yarandı. Bununla da yarımsəhraların 
qonur torpaqlarından fərqli olan qonur dağ-meşə torpaqları ortaya çıxdı. Bəzi tip torpaqlar üçün, məsələn, 
bataqlıq, çəmən, tundra, Arktika torpaqları və s. ekoloji ad əsas oldu. Belə ki, bu terminlər həmin torpaqlarda 
torpaqəmələgəlmə prosesinin biogenetik mahiyyətini yaxşı  səciyyələndirirdi. Torpaqların yarımtiplərinin 
nomenklaturası yarımtiplər sisteminin hazırlanmasına paralel olaraq formalaşırdı. 
Hər genetik tip daxilində “mərkəzi” yarımtip ayrılır ki, onun üçün “tipik” və ya “adi” kimi adlardan  
istifadə olunurdu, məsələn, tipik qaratorpaq, adi boz torpaq və s. eynilə də “keçid” yarımtiplər göstərilirdi ki, 
onlarda da “mərkəzi” yarımtiplərdən və ya qonşu tiplərdən fərqli bu və ya digər əlamətlər qabardılırdı. 
Bu  əlamətləri ifadə etməkdən ötrü əlavə prosesləri (qleyli-podzollu torpaq, podzollaşmış qaratorpaq, 
yuyulmuş qaratorpaq), morfoloji xüsusiyyətləri, xüsusən
 
də “mərkəzi” yarımtiplə müqayisədə rəngin dəyişməsi 
(açıq-boz, tünd boz, tünd şabalıdı, açıq  şabalıdı),  torpaq zonası daxilində yarımtipin vəziyyətini  əks etdirən 
əlamətləri (cənub qaratorpağı və s.) səciyyələndirən terminlərdən istifadə olunmuşdur. 
Torpaqların sistematikasına fatsilal inkişafı  əks etdirən yarımtiplər daxil ediləndə ya tip daxilində istilik 
rejimindəki nisbi fərqləri səciyyələndirən (isti, mülayim isti, soyuq, dərindən donmuş), ya da hidrotermik 
rejimlə  əlaqədar morfoloji xüsusiyyətləri (mitselyar-karbonatlı  və s.) əks etdirən terminlərdən istifadə 
olunmuşdur. 
Torpaq cinslərinin nomenklaturası üçün torpağın səciyyəvi xassələrini (şorakətləşmiş,  şorlaşmış  və s.) və 
əvvəlki torpaqəmələgəlmə fazasından qalmış relikt əlamətləri (qalıq-çəmən, qalıq-podzollu və s.) göstərən  
terminlər qəbul edilmişdir. 
Torpaq növlərinin nomenklaturası torpaqların xassələrini kəmiyyətcə  səciyyələndirən və torpaq 
proseslərinin qabarıqlığını göstərən sözlərdən düzəldilir. Bu zaman üç kateqoriya termindən istifadə edilir: 
miqdar göstərən (az -, orta- , çox humuslu, karbonatlı və s.); ayrı-ayrı torpaq horizontlarının və bütün profilin 
qalınlığını göstərən (yuxa, orta qalınlıqlı, qalın, çox qalın və s.); proseslərin dərəcəsini göstərən (zəif-, orta-, və 
şiddətli podzollaşmış və s.). 
Torpaq növmüxtəlifliklərinin nomenklaturasından ötrü qranulometrik tərkibin adından, torpaq dərəcəsinin 
adını göstərməkdən ötrü isə torpaqəmələgətirən süxurların litologiyası  və genezisini səciyyələndirən 
terminlərdən istifadə edilir. 
Torpağın tam adı rus və bir sıra xarici dillərdə tipin adı ilə başlayır, sonra yarımtip, cins, növ, 
növmüxtəlifliyi, torpaq dərəcəsi gəlir. Məsələn, qaratorpaq (tip), adi (yarımtip),  şorakətləşmiş (cins), orta 
humuslu orta qalınlıqlı (növ terminləri), ağır gillicəli (növmüxtəlifliyi), lösabənzər gillicə üzərində (torpaq 
dərəcəsi).  Əgər torpaq iki qatlı süxur üzərində formalaşıbsa, hər iki süxurun adı  çəkilməlidir. Azərbaycanda 
torpağın tam adının verilməsi ilə bağlı vahid sistem mövcud deyildir. Elmi-istehsalat və istehsalat yönümlü 
torpaq tədqiqat isntitutlarında böyük miqyaslı tədqiqat işlərində torpaqların tam adlandırılması kiçik vahidlərdən 
böyük vahidlərə doğru aparılır. Məsələn, ağır gillicəli orta qalınlıqlı tipik qonur dağ-meşə torpağı. 
Torpağın diaqnostikası – torpağın  əlamətlərinin məcmusudur, onların  əsasında torpaq bu və ya digər 
təsnifat bölməsinə aid edilir. 
Torpaqların diaqnostikası üçün ilk növbədə torpaq profilinin morfoloji tədqiqatları  və sadə analizlər 
əsasında asanlıqla təyin edilən  əlamətlərdən istifadə edilir. Lakin bir sıra torpaqlar var ki, onların təsnifat 
mənsubiyyətini təyin etməkdən ötrü sadə  əlamətlər kifayət etmir. Bunun üçün daha mürəkkəb analizlərin 
nəticələrindən (udulmuş əsasların cəmi, humusun tərkibi, torpaq və onun lil fraksiyasının kimyəvi tərkibi və s.), 
həmçinin torpağın hidrotermik rejimini səciyyələndirən materiallardan istifadə edilir. Sonuncu ayrı-ayrı tip və 
yarımtiplərin təyin edilməsində xüsusən əhəmiyyətlidir. 
Kənd təsərrüfatında istifadə  nəticəsində  dəyişikliklərə  məruz qalmış torpaqların diaqnostikasında 

 
138
aqrokimyəvi və aqrofiziki analizlərə dair məlumatlardan, həmçinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına 
dair materiallardan istifadə edilir. 
 
XVII  FƏSİL. TORPAQLARIN COĞRAFİ YAYILMASININ ƏSAS QANUNAUYĞUNLUQLARI 
 
Torpaqların coğrafi yayılmasının qanunauyğunluqları yer səthində  təbii  şəraitin yayılması 
qanunauyğunluqlarına tabedir. 
Bu müddəa torpaq coğrafiyasının aşağıdakı  əhəmiyyətli bölmələrinin  əsasında durur: üfüqi zonallıq 
haqqında təlim,  şaquli zonallıq haqqında təlim, torpaq-iqlim fatsiyaları  və  əyalətləri haqqında təlim, torpaq 
örtüyünün müxtəlifliyi və strukturu haqqında təlim. 
Torpaqların zonallığı haqqında təlim – V.V.Dokuçayevin torpağın  əmələ  gəlməsinin təbii-tarixi 
konsepsiyasının son bölməsidir. 
V.V.Dokuçayev ilk dəfə Rusiya düzənliyində torpaqların enlik-zonallıq üzrə yayılmasını öyrənmiş  və 
müəyyən etmişdir ki, şimaldan cənuba hərəkət etdikcə tundra torpaqları, podzol torpaqlar, boz meşə torpaqları, 
qara torpaqlar, şabalığı torpaqlar və boz yarımsəhra torpaqları bir-birini ardıcıl olaraq əvəz edir. 
V.V.Dokuçayev tərəfindən əsaslandırılmış enlik zonallıq konsepsiyasının ümumi prinsipi dərin və səmərəli 
olmuş, lakin təlimin ayrı-ayrı cəhətləri sonralar əsaslı dəyişikliklərə uğramış və dəqiqləşdirilmişdir. 
Torpaqların coğrafiyasının ümumi qanunlarının müəyyən edilməsində sovet dövrünün alimləri 
(K.D.Qlinka, L.İ.Prasolov, İ.P.Gerasimov, V.A.Kovda, E.M.Salayev və başqaları) tərəfindən V.V.Dokuçayevin 
prinsipləri əsasında dünyanın torpaq xəritəsinin hazırlanmasının böyük əhəmiyyəti oldu. 
Müasir anlayışlara görə qurunun torpaq örtüyündə,  əsasən iqlimin termik xüsusiyyətləri ilə  şərtlənmiş 
(qütb, boreal, subboreal, subtropik, tropik) enlik torpaq-iqlim qurşaqlarını ayırmaq mümkündür. 
Hər torpaq-iqlim qurşağı üçün başqa qurşaqlarda müşahidə edilməyən torpaq tipləri sırasının olması 
səciyyəvidir. Bu tiplər torpaqəmələgəlmənin oxşar termoenergetik rejiminə malikdirlər. 
Torpaq-iqlim qurşaqları  torpaq-bioiqlim vilayətlərinə bölünür.  Hər torpaq-bioiqlim vilayəti ona məxsus 
atmosfer nəmliyinin rejimi və bitki örtüyünün tipi ilə səciyyələnir. 
Aşağıdakı vilayətlər fərqləndirilir: 1) meşə, tayqa və ya tundra bitki örtüyünə malik rütubətli (ekstrahumid 
və humid); 2) bozqır, kserofit-meşə və savanna bitki örtüyünə malik keçid (subhumid və subarid); 3) yarımsəhra 
və səhra bitki örtüyünə malik quru ( arid və ekstraarid). 
Torpaq-bioiqlim vilayətlərinin torpaq örtüyü torpaq-iqlim qurşaqları ilə müqayisədə daha yekcinsdir, lakin 
bununla belə o, bir neçə zonal torpaq tiplərindən və onları müşayiət edən intrazonal torpaqlardan ibarətdir. Ona 
görə də hər torpaq-bioiqlim vilayəti daxilində iki və ya üç torpaq zonası ayrılır. Torpaq zonası bir və ya bir neçə 
zonal torpaq tipi və onları müşayiət edən intrazonal və zona daxili torpaqların arealı kimi müəyyən edilir. 
Bir neçə qonşu vilayətin torpaq zonaları  cəm halında zonal sistem və ya “zonal spektr” əmələ  gətirir 
(İ.P.Gerasimov).  İri materiklərin (Avrasiya, Afrika) mərkəzlərində temperatur və yağıntıların enliklər üzrə 
paylanması ilə əlaqədar “enlik zonal spektrlər” müşahidə edilir. 
Torpaq zonaları daxilində qonşu zonalara keçiddə torpaq yarımzonaları (öz torpaq yarımtipləri ilə) torpaq 
zonaları istiqamətində isə torpaq fatsiyaları və əyalətləri ayrılır. 
Torpaq yarımzonası  ərazisində torpaqların müəyyən zonal yarımtiplərinin yayıldığı istiqamətdə uzanmış 
torpaq zonasının bir hissəsidir. 
Torpaq fatsiyası –  digər  ərazilərdən torpaqlarının temperatur rejiminə  və  nəmliyin mövsümi gedişatına 
görə fərqlənən torpaq zonasının bir hissəsidir. 
Torpaq əyaləti – torpaq fatsiyasının bir hissəsi olub, fatsiyanın ayrıldığı əlamətlər əsasında, lakin daha çox 
xırdalanmış halda bölünür. Torpaq əyalətləri oro-litoloji əlamətlərinə  və torpaq örtüyünün strukturuna görə 
torpaq dairələrinə və rayonlarına ayrılır. 
Torpaq dairəsi – relyef və torpaqəmələgətirən süxurların xüsusiyyəti ilə  şərtlənmiş  torpaq 
kombinasiyalarının müəyyən tipi ilə səciyyələnən torpaq əyalətinin bir hissəsidir. 
Torpaq rayonu – torpaq örtüyünün bir mezostruktur tipi ilə  səciyyələnən torpaq dairəsinin bir hissəsidir. 
Torpaq dairələri torpaq örtüyünün tərkib və quruluşuna görə keyfiyyətcə  fərqlənirlər; torpaq rayonları yalnız 
dairəyə məxsus torpaq cinslərinin, növ və yarımnövlərinin kəmiyyət nisbətinə görə fərqlənirlər. 
V.V.Dokuçayevin Qafqazda apardığı tədqiqatlar nəticəsində torpaqların şaquli zonallığı haqqında təlimin 
əsasları yaradılmışdır. V.V.Dokuçayev torpaq zonalarının üfüqi və şaquli istiqamətdə bir-birini əvəz etməsinin 
tanınmış müqayisəsini qeyd etmişdir. 
Torpaqların şaquli zonallığının sonrakı tədqiqi dağ vilayətlərində bioiqlim şəraitinin və torpaqların genetik 
tiplərinin, düzənliklərlə müqayisədə daha rəngarəng olduğunu göstərdi. 
Soyuq nəmli çəmən (alp  dağ-çəmən torpaqları ilə), soyuq bozqır və  sərha landşaftları yalnız dağlıq 
sahələrdə yayılmışdır, düzənlik  ərazilərdə onlar müşahidə edilmir. Hər dağlıq ölkə  torpaqların  şaquli 
zonallığının müəyyən strukturu ilə, yəni şaquli torpaq zonalarının bir-birini əvəz etməsində müəyyən ardıcıllıqla 
səciyyələnir.  Torpaqların  şaquli zonallıq strukturu aşağıdakı amillərlə müəyyən edilir: dağlıq ölkənin torpaq 

 
139
zonalarının üfüqi sistemində yeri; dağlıq ölkənin hündürlüyü; dağlıq ölkənin hakim hava axınlarına 
münasibətdə yeri, temperatur inversiyasının mövcudluğu, yəni soyuq hava kütlələrinin müəyyən fəsillərdə 
yamac boyunca hərəkəti və onun depressiyalarda qalması.  
Birinci iki amil həmin torpaq-bioiqlim vilayətlərinin dağ sistemlərində torpaq zonalarının bir-birini əvəz 
etməsinin ümumi qaydasını və şaquli torpaq zonalarının sayını müəyyən edir. Bu qayda ümumi şəkildə düzən 
zonalarda cənubdan şimala doğru üfüqi zonaların dəyişkənliyi ilə eynidir. 
Üçüncü və dördüncü amil ayrı-ayrı dağ sistemlərində  və ya onların yamaclarında ümumi sxemdən 
əhəmiyyətli dərəcədə  kənara çıxmaları  şərtləndirir. Məsələn, rütubətli küləklərin qarşısında duran küləkdöyən 
yamaclara külli miqdarda yağıntı düşür. Məhz bu geomorfoloji mövqe ilə  əlaqədar Himalay və  Şimali And 
dağlarına mütləq maksimal yağıntılar düşür. Burada dağ-rütubətli-meşə və dağ-çəmən torpaqları yayılmışdır. 
Külək döyməyən yamaclar, əksinə, çox qurudur. Burada şaquli torpaq zonalarının arid spektri 
formalaşmışdır. Dağ-meşə torpaqları olduqca az və ya heç yoxdur,  dağ səhra, dağ-bozqır və dağ-çəmən-bozqır 
torpaqları isə üstünlük təşkil edir. 
Kontinental vilayətlərin bir çox dağ sistemlərində temperatur inversiyası  şaquli torpaq zonalarının  əks 
istiqamətdə yerləşməsini müəyyən edir. Belə ki, Şərqi Sibirdə bəzi dağların dağ ətəklərində və yamacların aşağı 
hissələrində inversiya tundraları yerləşmişdir, bir qədər yuxarıda tayqa meşələri, yenə də yuxarıda dağ tundraları 
gəlir. İnversiya tundraları müəyyən fəsildə donmaya məruz qalır, ilin qalan vaxtı onlar “yuxarı” tundradan bir 
qədər isti olur və kənd təsərrüfatında istifadə olunur. 
Dağlıq ölkələrdə torpaqların paylanmasına yamacların baxarlılığı da böyük təsir göstərir. Torpaq zonaları 
və yarımzonaları arasında sərhəd şimal və cənub yamaclarda müxtəlif yüksəkliklərdən keçir. 
Üfüqi torpaq zonalarının düzülüşünə yüksək dağ baryerləri də  təsir göstərir. Nəmliklə doymuş hava 
kütlələri bu dağları  aşarkən təkcə küləkdöyən yamacı deyil, onun ətəyindəki düzənlikləri də yağışla bolluca 
təmin edir. Nəmlənməyə məruz qalan bu qurşağın eni on və ya yüz kilometrlərlə ola bilər. 
Dağları aşmış hava kütlələri isti və quru olur. Dağların “yağış kölgəsindəki” düzənliklərdə adətən, quru və 
səhra torpaqları formalaşır. Bunu Cənubi Sibirin, Altay və  Mərkəzi Asiyanın dağlaraarası çökəkliklərində 
müşahidə etmək mümkündür. 
Torpaq-iqlim fatsiyaları  və  əyalətləri haqqında təlim  torpaqların zonallıq təlimindən bir qədər gec 
işlənməyə başlanmışdır. Onun inkişafında əhəmiyyətli rol L.İ.Prasolov və İ.P.Gerasimova məxsus olmuşdur. 
İ.P.Gerasimov torpaq-iqlim fatsiyalarına dair işlərində torpaqların genetik tipləri daxilində fatsial və əyalət 
fərqlərinin bioiqlim təbiətini açmağa müəssər olmuşdur. Bu fərqlər onun nəzərincə, kontinental iqlimin 
müxtəlifliyi, qışın sərtliyi və yağıntıların fəsillər üzrə paylanmasında yaranmış fərqlərlə əlaqədardır. 
Sonrakı  tədqiqatlar nəticəsində  məlum olmuşdur ki, genetik tip daxilində müxtəlif fatsiyaların torpaqları 
hidrotermik rejiminə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Onlar eyni dərinlikdə donmur, ərimə 
və qızması müxtəlif sürətdə baş verir, vegetasiya dövrünün əvvəllərində səth axınlarında müxtəlif su ehtiyatına 
və temperatura  malikdir. Bütün bu göstəricilər böyük aqronomik əhəmiyyətə malikdir. Ona görə  də hazırda 
müxtəlif yarımzonaların və fatsiyaların torpaqları sərbəst genetik yarımtiplər kimi qəbul edilir. 
Fatsillik və  əyalətlilik hadisəsini temperatur və qar örtüyündə  fərqlərin daha qabarıq  şəkildə özünü 
göstərdiyi torpaq zonalarında müşahidə etmək mümkündür. 
Subtropik qurşaqda  əyalətlilik torpaq zonalarının meridian boyunca uzanması  və onların  şimal və  cənub 
hissələrindəki temperatur fərqləri ilə əlaqədardır. Tropiklərdə əyalətlilik özünü zəif göstərir və bu, dağların və 
soyuq dəniz cərəyanlarının mövcudluğu ilə əlaqədardır. 
Beləliklə,  ərazinin meridian və enlik vəziyyəti ilə  əlaqədar bioiqlim şəraitinin qanunauyğun dəyişkənliyi 
torpaq-istilik qurşaqlarının, torpaq-bioiqlim vilayətlərinin, torpaq zona və yarımzonalarının, həmçinin fatsiya və 
torpaq  əyalətlərinin yaranması qanunauyğunluqlarını müəyyən edir. Lakin torpaq əyalətləri hüdudlarında da 
torpaq örtüyünün müxtəlifliyi mövcuddur ki, o da relyefin yerli xüsusiyyətlərindən və torpaqəmələgətirən 
süxurlardan asılı olaraq müəyyən qanunauyğunluqlara tabedir. 
Torpaqların mezo- və mikrorelyefin elementlərindən asılı olaraq paylanması qanunauyğunluqları daha 
böyük  əhəmiyyət kəsb edir. Bu, torpaqların analoji topoqrafik sırası qanunu adlanır (S.A.Zaxarov). Bu 
qanunun mahiyyəti ondan ibarətdir ki, bütün zonalarda torpaqların relyefin elementlərində paylanması analoji 
xarakterə malikdir: relyefin yüksək elementlərində genetik baxımdan sərbəst (avtomorf) torpaqlar yerləşir. Bu 
torpaqlar üçün torpaqəmələgəlmənin az mütəhərrik məhsullarının akkumulyasiyası xasdır; relyefin alçaq 
yerlərində (çökəklərdə, dərələrdə  və s.) genetik baxımdan tabeli torpaqlar (yarımhidromorf və hidromorf) 
yerləşmişdir. Bu torpaqlar üçün torpaqəmələgəlmənin mütəhərrik məhsullarının akkumulyasiyası səciyyəvidir. 
Relyefin yamac elementlərində keçid torpaqlar yerləşmişdir. Bu torpaqlarda relyefin mənfi formalarına 
yaxınlaşdıqca mütəhərrik maddələrin akkumulyasiyası artır. 
Konkret ərazidə  torpaqların analoji topoqrafik sırası, qanunauyğun olaraq paylanması süxurların və başqa 
yerli şəraitlərin dəyişməsi ilə əlaqədar olaraq tez-tez mürəkkəbləşir. 
Torpaq müxtəlifliyinin genezisi, tərkibi, formaları və onların aqronomik əhəmiyyəti haqqında təlim torpaq 
örtüyünün strukturu haqqında təlim adını almışdır. Bu təlimin əsasını elementar torpaq arealı (ETA) – torpaq 

 
140
örtüyünün  yalnız bir torpaq dərəcəsi ilə təmsil olunduğu kiçik ərazi haqqında anlayış təşkil edir. 
ETA-nın başlıca səciyyəsi – təsnifat adıdır. Bu ad onun genezisi, tərkibi, xassələri və münbitliyinin 
səviyyəsi haqqında təsəvvür yaratmalıdır. Bundan başqa, morfologiyasının qiymətləndirilməsi də böyük 
əhəmiyyət kəsb edir. Onun əsasında ETA-nın ölçüləri, forması və sərhədinin girintili-çıxıntılığı və ekologiyası 
haqqında anlayış yaranır. 
Ölçülərinə görə ETA –nı kiçik konturlu (< 1 ha), orta konturlu (1-20 ha) və iri konturlu (> 20 ha) olmaqla 
üç qrupa bölürlər. 
ETA formaları olduqca müxtəlifdir; onlardan daha geniş yayılmışı izomorf (nisbətən dairəvi) formadır. Bu 
formada konturun eninin uzunluğuna  nisbəti 2-dən azdır;  uzadılmış  formada bu nisbət 2-5 arasında dəyişir, 
xəttidə isə 5-dən çoxdur. Digər formalar şaxələnmiş (ağacvari) və pərli formalar hesab olunur. 
ETA girintili-çıxıntılığını səciyyələndirməkdən ötrü parçalanma əmsalından (Kr) istifadə edilir: 
A
S
Kr
54
.
3
=
 
 
Burada S – ETA sərhədinin uzunluğu; A – ETA –nın sahəsi. 
Kr göstəricisindən asılı olaraq, ETA –nı dörd qrupa bölürlər: parçalanmamış (Kr < 2), zəif parçalanmış (Kr 
2 – 4), orta parçalanmış (Kr 4 – 6) və şiddətli parçalanmış (Kr > 6). ETA ekoloji səciyyəsi onun yaranma şəraiti 
(relyefin xüsusiyyətləri, torpaqəmələgətirən süxur və s.) haqqında məlumat verir. 
Torpaq örtüyünün strukturu – elementar torpaq areallarının (ETA) qanunauyğun məcmusudur. Strukturun 
səciyyəvi parametrləri – komponentliliyi (tərkibi), mürəkkəbliyi (arealların məkan daxilində dəyişilmə tezliyi) 
və kontrastlığıdır (areallar arasında genetik və aqronomik fərqlərin dərəcəsi). 
Relyef xüsusiyyətlərindən, torpaqəmələgətirən süxurların tərkibindən və digər şəraitlərdən asılı olaraq ETA 
müxtəlif mikro-, mezo- və makrokombinasiyalar yarada bilir. 
Mikrokombinasiyalar xırda (on metrə qədər), çox vaxt isə mikrorelyeflə əlaqədar olan ETA bir-birini əvəz 
etməsidir. 
Mezokombinasiyalar  bir qədər iri, adətən mezorelyef və torpaqəmələgətirən süxurların məkan daxilində 
dəyişməsi ilə əlaqədar olan ETA və mikrokombinasiyaların bir-birini əvəz etməsidir. 
Makrokombinasiyalar  - makrorelyeflə  şərtlənən mezokombinasiyaların məkan daxilində  bir-birini əvəz 
etməsidir. 
Bu qrupların hər birində kontrastlı və kontrastsız kombinasiyaları ayırırlar. İlk dəfə S.S.Neustruyev (1915) 
torpaq kombinasiyalarını relyefin dəyişməsi ilə  əlaqədər komplekslərə  və birləşmələrə bölmüşdür. 
Mikrorelyefin dəyişməsi ilə bağlı torpaq ləkələrinin bir-birini qanunauyğun  əvəz etməsini o, kompleks
mezorelyeflə şərtlənən daha iri konturların qanunauyğun əvəzlənməsini birləşmə adlandırmağı təklif etmişdir. 
V.M.Fridland (1973) torpaq örtüyünün strukturuna dair materialları ümumiləşdirərək, mikrokombinasiyalar 
daxilində kompleksləri (kontrastlı torpaq örtüyü) və xal-xalları (kontrastsız torpaq örtüyü) bir-birindən fərqləndirməyi; 
mezokombinasiyaların tərkibində iki əsas genetik qrup – mezorelyeflə  şərtlənən mezokombinasiyaları  və 
torpaqəmələgətirən süxurlarla  şərtlənən mezokombinasiyaları    ayırmağı  təklif etmişdir. Birinci genetik qrupda 
kontrastlı torpaq örtüyü əmələgətirən birləşmələr və kontrastsız torpaq örtüyü əmələgətirən variasiyalar fərqləndirilirdi. 
İkinci genetik qrup daxilində  mozaikalar (kontrastlı elementar torpaq areallarının bir-birini əvəz etməsi)  və  taşetlər 
(kontrastsız torpaqların bir-birini əvəzləməsi)  bir-birindən fərqləndirilirdi. 
 
XVIII  FƏSİL. AZƏRBAYCAN TORPAQLARININ DİAQNOSTİKASI VƏ  GENETİK 
TƏSNİFATININ QISA XÜLASƏSİ 
 
Azərbaycan torpaqlarının ilk genetik təsnifatı S.A.Zaxarov tərəfindən 1926-cı ildə tərtib edilmişdir. Müəllif 
respublika torpaq ekspedisiyasının bir neçə il ərzində topladığı  tədqiqat materiallarından istifadə etmişdir. 
S.A.Zaxarovun Azərbaycan ərazisi üçün irəli sürdüyü  

 
141
 
 
genetik təsnifat sxemi sonralar V.V.Akimtsev, V.P.Smirnov-Loginov, N.A.Dimo, L.N.Nojin və başqaları 
tərəfindən təkmilləşdirilmişdir. Keçən əsrin 30-40-cı illlərində hazırlanmış bu təsnifat sistemləri regional torpaq-
coğrafi tədqiqatların aparılmasında və yeni təsnifat sxemlərinin işlənməsində mühüm rol oynamışdır. 
Daha sonralar V.P.Smirnov-Loginovun başçılığı ilə Azərbaycan torpaqlarının inventarizasiyası  işlərinin 
başa çatdırılması və respublikanın 1:200000 miqyasında torpaq xəritəsinin hazırlanması ilə əlaqədar torpaqların 
sistematik siyahısı hazırlanmışdır. Həmin siyahının hazırlanması Azərbaycan torpaqlarının təsnifatında mühüm 
rol oynamışdır.  
Zaqafqaziya torpaqlarının daha təkmilləşdirilmiş  təsnifat sxemini V.R.Volobuyev 1953-cü ildə  təklif 
etmişdir. Torpaq-iqlim münasibətləri bu təsnifatın əsasını təşkil etmiş, torpaq birlikləri, torpaq ailələri, genetik 
tip və yarımtip, torpaq formasiyaları, növ və növmüxtəliflikləri ilə əsas taksonomik vahid kimi qəbul edilmişdir. 
Qeyd olunan təsnifat sxemi nəzəri cəhətdən əsaslandırılmasına və nomenklatura tərkibinin bütövlüyünə baxma-
yaraq, torpaqşünaslar arasında bir sıra elmi mübahisələrə səbəb olmuşdur. 
Keçən əsrin 70-90-cı illəri ərzində respublikamızın ayrı-ayrı vilayətləri – Böyük və Kiçik Qafqaz, Kür-Araz 
ovalığı, Arazboyu düzənlik, Lənkəran, Naxçıvan MR ərazisində fundamental torpaq tədqiqatları (H.Ə.Əliyev, 
M.E.Salayev, V.R.Volobuyev, R.V.Kovalyov, K.A.Ələkbərov, G.Salamov, Ş.G.Həsənov, Q.Ş.Məmmədov, 

 
142
M.P.Babayev, B.H.Həsənov, V.N.Həsənov və başqaları) aparılmış, həmin regionların torpaq coğrafiyası 
haqqında dəyərli  ümumiləşdirmələr dərc edilmişdir. Respublikamızda torpaqların ekologiyası, 
torpaqəmələgəlmənin energetikası, üzvi maddələrin tərkibi, torpaqların aqrofizika və minerologiyası sahəsində 
əsaslı tədqiqatlar aparılmışdır. Həmin dövrdə mədəniləşdirilmiş suvarılan torpaqların, yüksək dağlıq sahələrin 
torpaqlarının sistematika və diaqnostikasına dair maraqlı  məlumatlar  əldə edilmiş, Azərbaycan torpaqlarının 
təsnifatı və nomenklaturasına dair yeni materiallar dərc edilmişdir. 
M.E.Salayev tərəfindən 1991-ci ildə Azərbaycan torpaqlarının yeni təsnifat sxemi təklif edilmişdir. Həmin 
təsnifat tərtib edilərkən müəllif onu praktiki cəhətdən daha əlverişli şəkildə verməyi məqsəd kimi öz qarşısına 
qoymuşdur. Torpaqların xassələri və torpaqəmələgəlmə amilləri də  nəzərə alınmaqla müasir rejimli proseslər 
göstərilən təsnifatın tərkibində əsas amil kimi götürülmüşdür (torpaqların xassələri → torpaqəmələgəlmə prosesi 
→ torpaqəmələgətirici amillər). Müəllifin fikrincə, bu cür geniş ekoloji-genetik yanaşma torpaqların istehsalat 
xüsusiyyətlərini daha ətraflı müəyyənləşdirməyə  və  həmin təsnifatdan praktikada irimiqyaslı torpaq 
tədqiqatlarında istifadə etməyə imkan verir.   
Ümumi qəbul edilmiş prinsipləri rəhbər tutaraq M.E.Salayev Azərbaycan torpaqlarının göstərilən təsnifat 
sxemində  aşağıdakı taksonomik vahidləri tətbiq etmişdir: tip, yarımtip, cins, növ. Bu təsnifatın ümumi sxemi 
aşağıdakı cədvəldə (cədvəl 47) torpaqların geniş səciyyəsi isə sonrakı bölmələrdə ətraflı verilmişdir. 
Cədvəl 47 
Azərbaycan torpaqlarının genetik təsnifatı (M.E.Salayev) 
 
Yarımtip Cins 
Növ 
I. Alp və subalp çəmənlərinin və çəmən-bozqırlarının torpaqları 
Tip: Dağ-çəmən 
Çimli-torflu dağ-
çəmən 
Çimli dağ-çəmən 
Qaramtıl dağ-
çəmən 
Yuyulmuş 
Zəif 
doymamış 
Qalıq 
karbonatlı 
Qleyvari 
Tam inkişaf 
etməmiş 
A
çm
 çim qatının xarakterinə görə: yuxa 
çimli    A
çm
 - 0-8 sm; qalın çimli   A
çm
 – 
0-15 sm 
Əsaslarla doyma dərəcəsinə görə:  zəif 
doymamış – 60-70 %; doymamış    -  20-
30 % 
Karbonatlardan yuyulma dərəcəsinə 
görə: yuyulmuş karbonatlar profilboyu  
yoxdur; qalıq-karbonatlı – karbonatlar  “C 
“ horizontundadır 
Daşlılıq dərəcəsinə görə:  səthi daşlı – 
daşlar 0-15 sm-də; dərin daşlı – daşlar 30-
40 sm-də 
Tip: Dağ-meşə-çəmən 
Meşə-çəmən 
(subalp hündür 
otluğu altında) 
ayrılmayıb  
Torpaq profilinin qalınlığına görə: qalın 
- >100 sm; yuxa  - < 50 sm 
Karbonatlardan yuyulma dərəcəsinə 
görə:yuyulmuş –karbonatlar profilboyu 
 
yoxdur; qalıq-karbonatlı – karbonatlar 
 
“B/C” və “C“ horizontundadır 
Daşlılıq dərəcəsinə görə:  səthi daşlı – 
daşlar 0-25 sm-də; dərin daşlı – daşlar 60-
80 sm-də 
Tip: Dağ-çəmən-bozqır 
Sıx çimli dağ-
çəmən bozqır 
Yumşaq çimli dağ-
çəmən bozqır 
Yuyulmuş 
Doymuş 
Tam inkişaf 
etməmiş 
Torpaq profilinin qalınlığına görə: qalın 
- >100 sm; yuxa  - < 50 sm 
Karbonatlardan yuyulma dərəcəsinə 
görə: yuyulmuş-karbonatlar profilboyu 
 
yoxdur; qalıq-karbonatlı – karbonatlar  “C 
“ horizontundadır 
Daşlılıq dərəcəsinə görə:  səthi daşlı – 
daşlar 0-25 sm-də; dərin daşlı – daşlar 60-
80 sm-də 
 
II. Rütubətli və yarımrütubətli subtropiklərin torpaqları 
Tip: Dağ –meşə - sarı 
Tipik dağ-meşə-
Zəif doymamış  Torpaq profilinin qalınlığına görə: qalın 

 
143
sarı 
Podzollaşmış 
dağ-meşə-sarı 
Dağ meşə sarı-
qonur 
Qalıq 
karbonatlı 
Qleyvari  
Tam inkişaf 
etməmiş 
- >100 sm; orta qalınlıqlı – 60-80; yuxa  - 
< 50 sm 
A
2
 podzollaşmış qatın yerləşmə 
dərinliyinə görə: zəif podzollaşmış – 40-
50 sm; orta podzollaşmış – 30-40 sm 
Tip: Podzollaşmış - sarı 
Zəif doymamış 
podzollaşmış-sarı 
Zəif doymamış 
lessivajlı 
podzollaşmış-sarı 
Təmaslı-qleyli 
Adi 
Mənimsənilmiş 
Torpaq profilinin qalınlığına görə: qalın 
- >120 sm; orta qalınlıqlı – 50-80; yuxa  - 
< 50 sm 
A
2
 podzollaşmış qatın yerləşmə 
dərinliyinə görə: zəif podzollaşmış – 40-50 
sm; orta podzollaşmış – 30-40 sm; şiddətli 
podzollaşmış – 20-30 sm 
Tip: Podzollaşmış – sarı - qleyli 
Podzollaşmış – 
sarı – qleyli 
Podzollaşmış – 
sarı – qleyləşmiş 
Podzollaşmış – 
sarı – səthdən 
qleyləşmiş 
Adi 
Qalıq 
karbonatlı 
Tam inkişaf 
etmə-miş 
A
2
 podzollaşmış qatın yerləşmə 
dərinliyinə görə: zəif podzollaşmış – 40-
50 sm; orta podzollaşmış – 30-40 sm; 
şiddətli podzollaşmış – 20-30 sm 
Torpaq profilinin qalınlığına görə: qalın 
- >120 sm; orta qalınlıqlı – 0-80 sm;  
B
g
 qleyli qatın yerləşmə  dərinliyinə 
görə:  səthdən-qleyli  – AB və B1 
horizontları hüdudlarında; dərin qleyli – 
B2/C horizontları hüdudlarında 
III. Mezofil meşələrin torpaqları 
Tip: Qonur dağ-meşə 
Zəif doymamış 
(lessi-vajlı) qonur 
dağ-meşə 
Tipik qonur dağ-
meşə 
Qalıq karbonatlı 
qonur dağ-meşə 
Bozqırlaşmış 
qonur dağ-meşə 
Adi  
Qalıq-
karbonatlı 
Tam inkişaf 
etməmiş 
A horisontunda humusun miqdarına 
görə: yüksək humuslu -12%;orta humuslu 
– 5-12%; az humuslu -5% 
Torpaq profilinin qalınlığına görə: qalın 
- >100 - 120 sm; orta qalınlıqlı – 50-80 sm; 
yuxa - <50 sm 
Daşlılıq dərəcəsinə görə:  səthi daşlı – 
daşlar 20-30 sm-də;  dərin daşlı – daşlar 
100-120 sm-də 
Tip: Çimli-karbonatlı dağ-meşə 
Yuyulmuş çimli-kar-
bo-natlı dağ-meşə 
Tipik çimli-kar-
bonatlı dağ-meşə 
Əhəngli  
Gilli-mergelli  
Tam inkişaf 
etməmiş 
A horisontunda humusun miqdarına 
görə: yüksək humuslu -6-8 %; az 
humuslu -4-6 % 
 
 
Torpaq profilinin qalınlığına görə: qalın 
- >100 sm; orta qalınlıqlı – 50-80 sm; 
yuxa - <50 sm 
Daşlılıq dərəcəsinə görə:  səthi daşlı – 
daşlar 20-30 sm-də;  dərin daşlı – daşlar 
90-100 sm-də 
Tip: Dağ qaratorpaq 
Yuyulmuş dağ 
qara 
Adi  dağ qara 
Karbonatlı dağ 
qara 
Bərkimiş dağ 
qara 
Miselyar-
karbonatlı 
Bərkimiş qalıq 
karbonatlı 
Tam inkişaf 
etməmiş 
Mədəniləşmiş 
A horizontunda humusun miqdarına 
görə: yüksək humuslu – 8-12 %; az 
humuslu -4-5 % 
A+B horizontunun qalınlığına görə
qalın – 60 -70 sm; orta qalınlıqlı – 40-60 
sm; yuxa - <40 sm 
B (gilləşmiş) horizontun dərinliyinə 
görə:  səthdən bərkimiş - B (gilləşmiş) 
horizont 20-30 sm dərinlikdə; dərində-
bərkimiş - B (gilləşmiş) horizont 80-90 
sm dərinlikdə 

 
144
IV.Kserofil meşələrin, kolluqların və dağ bozqırları zonasının torpaqları 
Tip: Qəhvəyi 
Yuyulmuş 
qəhvəyi 
Tipik qəhvəyi 
Karbonatlı 
qəhvəyi 
Adi  
Bozqırlaşmış  
Bərkimiş  
Şoranvari 
Tam inkişaf 
etməmiş 
Torpaq profilinin qalınlığına görə: qalın 
- >100 sm; orta qalınlıqlı – 0-80 sm; yuxa 
- <50 sm 
Gipsli horizontun dərinliyinə görə
gipsli – 40-50 sm dərinlikdə; dərin-gipsli- 
80-100 sm dərinlikdə 
Tip: Çəmən-qəhvəyi 
Səthdən 
çəmənvari-
qəhvəyi 
Çəmən-qəhvəyi 
Yuyulmuş 
Karbonatlı 
Bərkimiş 
Qleyli 
Qleyvari  
Şoranvari 
Mədəniləşmiş 
A
1
 humuslu qatının qalınlığına görə
qalın - >60 sm; orta qalınlıqlı – 40-60 sm; 
yuxa  - < 20 sm 
Karbonatlardan yuyulma dərəcəsinə 
görə: yuyulmuş - karbonatlar A-B qatları 
hüdudlarında   yoxdur; qalıq-karbonatlı – 
karbonatlar  “A
1
“ horizontundan 
başlayaraq müşahidə edilir 
 
B qleyli qatın yerləşmə  dərinliyinə 
görə:  səthdən-qleyli  – AB və  B
1
 
horizontları hüdudlarında; dərin qleyli – 
B
2
/C horizontları hüdudlarında 
Tip: Boz-qəhvəyi 
Tünd boz-
qəhvəyi 
Adi boz-qəhvəyi 
 
Açıq boz-qəhvəyi 
Gəcli boz-
qəhvəyi 
Bərkimiş 
Karbonatlı  
Şoranvari  
Suvarılan  
 
Tam inkişaf 
etməmiş 
A
1
 humuslu qatının qalınlığına görə
qalın - >40 sm; orta qalınlıqlı – 30-40 sm; 
yuxa  - < 20 sm 
 
B
1
  bərkimiş (gilləşmiş) qatın yerləşmə 
dərinliyinə görə: səthdən-bərkimiş  –  B
1
 
horizontu 20-30 sm hüdudlarında; dərində 
bərkimiş – B
1
 horizontu 80-90 sm 
dərinlikdə 
Duzlu horizontun yerləşmə  dərinliyinə 
görə:  şoranlı – 0-30 sm; şoranvari – 30-
80 sm; dərində şoranvari – 80-150 sm. 
 
 
Şorakətləşmənin dərəcəsinə (udulmuş 
Na
+
 
həcminə) görə
şiddətli 
şorakətləşmiş – 15-20 %; şorakətvari – 
10-15 %; zəif şorakətvari – 5-10 % 
 
 
“Gəcli” qatın yerləşmə dərinliyinə görə
səthdən gəcli – A
1
 horizontu 
hüdudlarında; dərində  gəcli – B/C 
horizontu hüdudunda 
Tip: çəmən-boz-qəhvəyi 
Səthdən 
çəmənvari-boz-
qəhvəyi 
Çəmənvari-boz-
qəhvəyi 
Çəmən-boz-
qəhvəyi
 
Karbonatlı  
Şorakətvari 
Şoranvari  
Mədəniləşmiş 
A
1
 humuslu qatının qalınlığına görə
qalın - >60 sm;  yuxa  - < 50 sm 
Karbonatlardan yuyulma dərəcəsinə 
görə: karbonatlı – karbonatlar  “A
1
“ 
horizontundan başlayaq müşahidə edilir 
Duzlu horizontun yerləşmə  dərinliyinə 
görə:  şoranvari – 30-80 sm; dərində 
şoranvari – 80-150 sm. 
Şorakətləşmənin dərəcəsinə (udulmuş 
Na
+
  həcminə) görə:  şorakətləşmiş – 10-
15 %;  zəif şorakətvari – 5-10 % 
Tip: boz 
Açıq boz 
Adi boz 
Qədimdən 
Şoranvari  
Şorakətvari 
Suvarılan  
Duzlu horizontun yerləşmə  dərinliyinə 
görə: şoranlı – 5-30 sm;  şoranvari – 30-
50 sm. 

 
145
suvarılan boz 
İbtidai boz 
Tam inkişaf 
etməmiş 
Şorakətləşmənin dərəcəsinə (udulmuş 
Na həcminə ) görə: şiddətli şorakətvari – 
15-20%;  şorakətvari – 10-15 %;  zəif 
şorakətvari – 5-10 % 
Tip: çəmən-boz 
Çəmənvari-boz 
Çəmən-boz 
Şoranvari  
Şorakətvari 
Mergelləşmiş 
Qleyvari  
Duzlu horizontun yerləşmə  dərinliyinə 
görə: şoranlı – 5-30 sm;  şoranvari – 30-
50 sm. 
Şorakətləşmənin dərəcəsinə (udulmuş 
Na
+
  həcminə ) görə:  şiddətli  şorakətvari 
– 15-20%; şorakətvari – 10-15 %;  zəif 
şorakətvari – 5-10 % 
 
Mergelləşmiş horizontun dərinliyinə 
görə:  
Qleyləşmənin dərəcəsinə görə: qleyli, 
qleyvari 
Tip: çəmən-bataqlıq
 
Çürüntülü- 
çəmən-bataqlıq 
Lilli-çəmən-
bataqlıq 
Yuyulmuş 
Karbonatlı 
Qleyli  
Laylı  
Mergelləşmiş 
Karbonatlardan yuyulma dərəcəsinə 
görə: yuyulmuş karbonatlar A-B qatları 
hüdudlarında   yoxdur; qalıq-karbonatlı – 
karbonatlar  “A
1
“ horizontundan başlayaq 
müşahidə edilir 
Duzlu horizontun yerləşmə  dərinliyinə 
görə:  şoranlı – 5-30 sm; şoranvari – 30-
80 sm;  
Qleyləşmənin dərəcəsinə görə: qleyli, 
qleyvari 
Laylanmanın xarakterinə görə: yekcins 
(laylar aydın seçilmir); laylı-lillənmiş 
Tip: bataqlıq
 
Lilli-bataqlıq 
Çürüntülü-
bataqlıq 
Yuyulmuş 
Karbonatlı 
Şoranlı  
Qleyləşmənin dərəcəsinə görə: qleyli, 
qleyvari
Laylanmanın xarakterinə görə: yekcins 
(laylar aydın seçilmir); laylı-lillənmiş 
Tip: avtomorf şoranlar 
Tipik şoranlar 
Takırlaşmış 
şoranlar 
Xlorlu-sulfatlı 
Sulfatlı-xlorlu 
Növ bölgüsü duzlaşmanın dərəcəsinə  və 
duzların profildə paylanmasına görə 
Tip: hidromorf şoranlar
 
Təpəcikli 
şoranlar 
Şorlu şoranlar 
Sopkalı şoranlar 
İkincili 
(irriqasion) 
şoranlar 
Bataqlıq şoranlar 
Sodalı şoranlar 
Xlorlu  
Xlorlu-sulfatlı 
Sulfatlı-xlorlı 
Sulfatlı  
Sodalı  
 
Tip: qumlar 
Dəniz 
Eol-göl 
allüvial 
əhəngdaşlı  
əhəngli  
kvarslı  
Bərkimiz 
Bərkiməmiş 
Qranulometrik tərkibinə görə: iri 
dənəvər; xırda dənəvər 
 
 
 
V. Çay vadiləri torpaqları 

 
146
Tip:çaybasar – çəmən –meşə 
 
çaybasar-çəmən-
meşə 
Laylı çaybasar-
çəmən-meşə 
Yuyulmuş 
Karbonatlı 
Qleyli  Şoran-
laşmış Su-
varılan 
Çaydaşlı (tam 
inkişaf 
etməmiş) 
Duzlu horizontun yerləşmə  dərinliyinə 
görə:  şoranlı – 5-30 sm; şoranvari – 30-
80 sm;  
Şorakətləşmənin dərəcəsinə (udulmuş 
Na
+
 
həcminə) görə
şiddətli 
şorakətləşmiş – 15-20 %; şorakətvari – 
10-15 %; zəif şorakətvari – 5-10 % 
 
Qleyləşmənin dərəcəsinə görə: qleyli, 
qleyvari 
Laylanmanın xarakterinə görə
Tip:çaybasar – çəmən 
Primitiv laylı 
çaybasar-çəmən 
Laylı çaybasar-
çəmən 
Çimli çaybasar-
çəmən 
Suvarılan 
çaybasar-çəmən 
Yuyulmuş 
Karbonatlı 
Qleyli 
Mergelləşmiş 
Şoranlaşmış 
Şorakətləşmiş 
Çaydaşlı (tam 
inkişaf 
etməmiş) 
Karbonatlardan yuyulma dərəcəsinə 
görə: yuyulmuş –karbonatlar A-B qatları 
hüdudlarında   yoxdur; qalıq-karbonatlı – 
karbonatlar  “A
1
“ horizontundan başlayaq 
müşahidə edilir 
Duzlu horizontun yerləşmə  dərinliyinə 
görə: şoranlı – 5-30 sm. 
 
Mergelləşmiş horizontun dərinliyinə 
görə:  
Qleyləşmənin dərəcəsinə görə: qleyli, 
qleyvari 
Şorakətləşmənin dərəcəsinə (udulmuş 
Na həc-minə ) görə
şiddətli 
şorakətləşmiş – 15-20 %; şorakətvari – 
10-15 %; zəif şorakətvari – 5-10 % 
Laylanmanın xarakterinə görə
 
 
Sonrakı illər Q.Ş.Məmmədov, M.P.Babayev, Ş.G.Həsənovun redaktorluğu  ilə Azərbaycanın 1:100000 
miqyaslı Dövlət Torpaq xəritəsinin legendası  işlənilərkən M.E.Salayevin (1991) təklif etdiyi torpaq 
nomenklaturasında bəzi dəyişikliklər (məsələn, “çaybasar” “allüvial”la əvəzlənmiş  və s.) edilmişdir. 
Q.Ş.Məmmədovun rəhbərliyi və redaktəsi ilə Azərbaycan Respublikası torpaq atlası hazırlanmışdır (2007). 
Atlas torpaqlar, onların aqrokimyası, meliorasiyası, ekologiyası kimi bölmələrdən ibarətdir ki, bu da torpaqların 
mühafizəsini və onlardan səmərəli istifadəni təmin edir.   
 
XIX FƏSİL. ALP VƏ SUBALP ÇƏMƏNLƏRİNİN VƏ ÇƏMƏN-BOZQIRLARININ TORPAQLARI 
 
Azərbaycan Respublikası  ərazisində alp və subalp çəmənləri və  çəmən-bozqırları zonası  dəniz 
səviyyəsindən 2000-2200 m-dən 3200 m-dək, bəzi yerlərdə isə daha artıq hündürlüklərdə yerləşmişdir. Bu 
zonanın torpaqları üçün yüksək dağlılıq xüsusiyyətləri səciyyəvidir.  
Böyük Qafqazın yüksək dağlıq qurşağında qırışıqlı    şistli-qumsal və  bərkimiş  təbaşir dövrünün əhəng 
süxurlarının olması səciyyəvidir. Eroziya proseslərinin intensivliyi və fiziki aşınma nəticəsində yaranmış xeyli 
miqdarda kobud qırıntı materiallarının toplanması qravitasiya proseslərinin inkişafına səbəb olmuşdur. 
Kiçik Qafqazın yüksək dağlıq qurşağına Şahdağ və Murovdağın, Qarabağ vulkanik yaylasının və Zəngəzur 
silsiləsinin  şimal-qərb hissəsinin suayrıcı sahələri aid edilir. Bu zonanın kiçik sahəni  əhatə edən  ən yüksək 
hissəsində çılpaqlaşmış ana süxurlar – andezit-bazalt, porfirit, gilli şistlər, əhəngdaşları və onların aşınmasının 
kobud parçalanmış çöküntüləri yayılmışdır. Yüksək dağlıq qurşaq üçün relyefin buzlaq formalarının geniş 
yayılması səciyyəvidir. 
Landşaft baxımından yüksək dağlıq zona alp və subalp çəmənləri, yaxşı drenləşmiş və hamarlanmış sahələr 
isə çəmən-bozqırlarla təmsil olunmuşdur. Alp qurşağında çəmən bitkiliyinə tez-tez daş yığınlarının kəsdiyi kiçik 
seyrək massivlər və ya ləkələr şəklində rast gəlinir.  
Alp çəmənlərində taxıllı bitkilər üstünlük təşkil edir. Burada çəmən əmələgətirən bitki kimi cır yulaf çıxış 
edir. Lakin ayrı-ayrı hallarda bu funksiyanı qumotu, şehduran və başqa bitkilər yerinə yetirir. Daha yüksək 
hipsometrik  şəraitlərdə, yəni qayalıq-daşlıq qurşaqda mamır,  şibyə,  şehduran və rododendron pöhrəlikləri 
səciyyəvidir. Alp çəmənliklərinin biokütləsinin ümumi həcmi böyük deyildir, orta hesabla 80-105 sent/ha 

 
147
arasında tərəddüd edir. Subalp çəmənləri üçün taxıllı və taxıllı-otmüxtəliflikləri qruplaşmaları səciyyəvidir.  
Yüksək dağlıq zonanın iqlimi özünün kəskinliyi ilə fərqlənir. Soyuq dövr sürəkli olub, vegetasiya müddəti 
qısadır. Havanın nisbi sabit mənfi temperaturu (mənfi 5,1-8,9
0
)  dekabr-yanvar aylarında müşahidə edilir. Orta 
illik yağıntıların miqdarı 1200-1400 mm arasında tərəddüd edir. Buxarlanma aşağıdır. Rütubətlənmə  əmsalı 
(İvanova görə) ərazinin çox hissəsində 1-dən böyükdür. Fəal temperaturların cəmi (>10
0
) 1284-1782
0
C arasında 
dəyişir. Burada torpaqəmələgəlmə prosesi ilin çox hissəsi istiliyin çatışmadığı  və isti dövrdə yağıntıların 
maksimal düşdüyü  şəraitdə  cərəyan edir. Buxarlanmanın da az olması
 
torpaqlarda yuma rejimini şərtləndirir. 
Deyilənlər Azərbaycanın yüksək dağlıq zonasını mülayim-isti (subboreal) iqlim qurşağına aid etməyə imkan 
verir. 
Təşəkkül tapmış bioiqlim şəraitində bitki qalıqlarının parçalanması bir qədər zəifləmişdir və bəzi yerlərdə 
torflaşmış çimli qatın yaranması  və kobud humusun toplanması müşahidə edilir. Bu zaman yaranmış böyük 
miqdarda üzvi turşular mühitin turş reaksiyasını formalaşdırır ki, bu da doymamış torpaqların yaranmasına 
səbəb olur. Dağ –çəmən torpaqlar üçün torpaqəmələgətirən süxurlar kimi qranit, bazalt, əhəng daşları, 
mergellər, əhəngli qumdaşları, konqlomeratlar, həmçinin bu ana süxurların  aşınma elüvial məhsulları çıxış edir. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin