Qərib Məmmədov


§ 57. Dağ-meşə-çəmən torpaqlar



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   18   19   20   21   22   23   24   25   ...   52
§ 57. Dağ-meşə-çəmən torpaqlar 
 
 
Dağ – meşə-çəmən torpaqları müstəqil tip kimi ilk dəfə M.E.Salayev (1991) tərəfindən ayrılaraq təsvir 
edilmişdir. Göstərilən torpaqların aşağıda verilən  təsviri həmin müəllifin tədqiqat materiallarına əsaslanır. Bu 
torpaqlar meşələrin yuxarı sərhəddində 1800 (-2000), 2100 (2200) m yüksəkliklərdə yayılmışdır.  
Göstərilən torpaqların yayıldığı  ərazilərin landşaft elementləri keçid meşə-çəmən qurşağının  əlamətlərini 
özündə əks etdirir. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlarla örtülü geniş talalar səciyyəvidir. 
Meşə-çəmən qurşağının iqlim şəraitini xarakterizə edən meteoroloji məlumatlar kifayət qədər deyildir. 
Lakin bir neçə meteoroloji stansiyanın (Əlibəy, Göy-göl) məlumatlarına  əsasən bu qurşağın iqliminin alp və 
subalp çəmənlərinin iqliminə nisbətən mülayim olduğunu qeyd etmək olar. Ərazinin orta illik temperaturu 5,7-
6,1
0
, illik yağıntıların miqdarı isə 700-1200 mm arasında  tərəddüd edir. Fəal temperaturların cəmi 2000-2500
0
 
arasında dəyişir. Rütubətlənmə  əmsalı 1-dən böyük olmaqla Böyük Qafqazda 2,2, Kiçik Qafqazda 1,4-ə 
bərabərdir. İqlim şəraiti ilə əlaqədar olaraq bu torpaqlar üçün yuyucu su rejimi səciyyəvidir. Yüksək çınqıllılıq 
və ərazinin parçalanması bu rejimin mövcud olması üçün əlverişli şərait yaradır. 
Bu qurşağın bitki örtüyü əsasən alçaq boylu ağaclardan, sərilən kollardan, ağcaqayın, tozağacı  və palıd 
ağaclarından ibarət park tipli meşələrdən  və onların arasında yayılan taxılkimi-müxtəlif otlarından ibarət 
çəmənlərdən ibarətdir. Ot bitkiləri bütöv şəkildə deyil, ayrı-ayrı “dillər”  şəklində  işıqlı meşələrə daxil olur. 
Onlar tərkib və strukturuna görə subalp çəmənlərindən fərqlənir və daha çox keçid  xarakteri daşıyır. 
Ümumiyyətlə, meşəkənarı bitki örtüyü meşə  və subalp qurşağı bitkilərinin cəmindən ibarətdir. Ot örtüyü çox 
müxtəlif olub,
 
çoxmərtəbəli, hündürlüyü 60-80 sm olan sıx otlardan ibarətdir. Kiçik Qafqazın yuxarı meşə 
kənarlarında yastıyarpaq tarlaotu, çəməntopalı,  ətirli sünbül, çəmən üçqıllısı, Qafqaz nazikbaldırı, çəmən 
yoncası,  şübhəli yonca, qırmızısaplaq  şehduran və s. üstün yer tutur. Torpaq səthində  hər il böyük miqdarda 
bitki töküntüləri toplanır. Fitokütlənin miqdarı Böyük Qafqazda 70-80 s/ha (quru ot hesabı ilə), Kiçik Qafqazda 
isə 40-60 s/ha arasında tərəddüd edir.  Təsvir edilən torpaqların yayıldığı  ərazilərdə  əlverişli temperatur və 
rütubətlənmə şəraiti, fitokütlənin miqdarının kifayət qədər yüksək olması ilə əlaqədar olaraq bioloji dövran da 
intensiv  şəkildə baş verir, üzvi maddələrin parçalanması daha sürətlə gedir. Meşə-çəmən qurşağında bioloji 
dövranın intensivliyi alp qurşağında olduğundan xeyli yüksəkdir. 
Yumşaq delüvial və delüvial-prolüvial süxurlar üzərində formalaşmış dağ meşə-çəmən torpaqların 
morfologiyası üçün qalın, tam inkişaf etmiş profil səciyyəvidir. Bununla yanaşı, yamaclarda bərk süxurlar 
üzərində bu torpaqların yuxa, çınqıllı növmüxtəlifliklərinə təsadüf edilir.  
Aşağıda dağ meşə-çəmən torpaqlarının profilinin ümumiləşdirilmiş təsviri verilir. 
AD – qonurumtul-boz-bulanıq-sarı, yaxud qonurumtul-qara rəngli, formasını dəyişmiş ot qarışığı olan zəif 
dərəcədə çürümüş meşə döşənəyi, çoxlu miqdarda canlı və ölü köklər. Horizontun aşağı sərhədində iri qumlu, 
çox az hallarda çınqıllı narın torpağa rast gəlinir. Qalınlığı 5±2,2 sm. 
A
O
 – tünd qonur, demək olar ki, qara, yaxud qonur çalarlı tünd qəhvəyi, çoxlu miqdarda kol və ot bitkiləri 
kökləri, çox az hallarda iri qum və çınqıllara rast gəlinir, bərkvari, xırda topavari, yaxşı aqreqatlaşmışdır, ağır 
gillicəli, güclü humuslaşmışdır, görünən karbonatlara rast gəlinmir, qaynamır, altdakı qata keçid hiss olunur. 

 
155
Qalınlığı 13±2,4 sm.  
A
1
 – tünd-qonur, demək olar ki, qara, yaxud qırmızımtıl çalarlı tünd-qəhvəyi, çoxlu miqdarda ot kökləri, 
dəyişmiş bitki qalıqlarına rast gəlinir, kömürləşmiş damarçıqlar, yaxud göyümtül-qara rəngli nöqtələr, gillicəli, 
az hallarda iri qum və çınqıllar müşahidə olunur, yaxşı aqreqatlaşmışdır, qozvari-topavari, bərkvari, karbonatlar 
yoxdur, qaynamır, aşağıdakı qata keçid tədricidir, bir çox hallarda keçid A/B horizontu yaranır, bəzi hallarda 
keçid kəskindir. Qalınlığı 19±3,2 sm. 
A
2
 – qonurumtul-qəhvəyi, ayrı-ayrı hallarda qırmızımtıl çalarlı, ot bitkilərinin kökləri, xüsusilə çatlar 
boyunca, üzvi kütlələrin çoxlu miqdarda ölü qalıqları, gilli, çoxlu çınqıl və süxur qırıntıları, struktur xeyli 
kobudlaşır, iri topavari, bərk, bəzi hallarda göyümtül ləkələr və humus axıntıları, müşahidə edilə biləcək 
karbonatlar yoxdur, qaynamır, keçidi aydındır. Qalınlığı 18±4,9 sm. 
– qonurumtul-boz-sarı yaxud bozumtul çalarlı selikli qəhvəyi, gilli, çoxlu süxur qırıntıları, iri topavari, 
çox hallarda struktur aydın ifadə olunmur, kömürləşmiş bitki qalıqları, göyümtül ləkələr, qleyləşmiş  zəif 
əlamətləri (xüsusilə horizontun aşağı  sərhədində), zəif humuslaşmış, üst qatla müqayisədə gilləşmə bir qədər 
yüksəkdir, karbonatlar yoxdur, qaynamır, keçidi müşahidə olunur. Qalınlığı 3,22±3,8 sm. 
C – bozumtul-sarı, yaxud saman-sarı, gilli, yüksək çınqıllı, aşınmış süxurların iri qırıntıları. Süxurlar çox 
vaxt gilli şistlərin elüvi və delüvisindən və əhəngli konqlomeratlardan ibarət olur. 
Dağ meşə-çəmən torpaqların yuxarıda göstərilən morfoloji təsvirini nəzərdən keçirərkən aydın olur ki, bu 
torpaqlar üçün narın torpaq qatının inkişaf etmiş profilə malik olması, genetik qatlara nisbətən zəif ayrılması, 
çim qatının olması və s. səciyyəvidir.
 
Morfoloji təsvirdən də göründüyü kimi təsvir edilən torpaqların humus 
qatı qalın olmur, aşağı qata keçid isə nisbətən kəskindir. Torpaqların rəngi əsasən qəhvəyi və qonur-qəhvəyidir. 
Torpaqəmələgətirici süxurların tərkibində gilli şistlərin iştirakı boz tonun yaranmasına səbəb olur. Təsvir edilən 
torpaqların üst qatları yaxşı aqreqatlaşmışdır, yumşaq quruluşa malikdir. Aşağı qatlara doğru torpağın sıxlığı 
artır, struktur isə tədricən pozularaq itir. 
Dağ meşə-çəmən torpaqlarının profilinin orta hissəsində gilləşmənin yüksək olması müşahidə edilir, bir çox 
hallarda tekstur horizont yaranır – Bt.  Bəzi hallarda isə göyümtül-yaşıl ləkələrlə müşahidə edilən qleyləşmə 
prosesi gedir və fraqmentlər şəklində Bg horizontu formalaşır. 
İqlim şəraiti ilə əlaqədar olaraq bu torpaqlar demək olar ki,  dərinliyə kimi yuyulur və profildə karbonatlara 
rast gəlinmir. Torpaqlar karbonatlı süxurlar üzərində formalaşarkən B/C və C horizontlarında karbonat 
ləkələrinə və birləşmələrinə rast gəlinir. Çınqıllıq dərəcəsi yüksək olmayıb adətən aşağı qatlara doğru artır.  
Təsvir edilən torpaqların tərkibində humusun miqdarının yüksək olması onun mühüm diaqnostik 
göstəricilərindən biridir. Torpaqların üst qatında humusun orta riyazi miqdarı 9,32% təşkil edir (cədvəl  50). 
 
Cədvəl 50 
Dağ meşə-çəmən torpaqlarının əsas morfoloji və fiziki-kimyəvi göstəriciləri (M.E.Salayev, 1991) 
 
Genetik 
horizont-
lar 
Morfoloji və fiziki- kimyəvi göstəricilər 
Qalınlıq, 
sm 
Humus, 

Azot,% pH 
(su) <0,001 <0,01 
 
1  2 3 4 5 6 

AD 
5 9,32 
0,48 6,6 
13,71 
43,85 
A
O
 
13 7,20 0,47 6,4 
19,70 
57,34 
A
1 
19 3,68 0,31 6,2 
19,29 
49,42 
A
2 
18 1,97 0,22 6,1 
21,07 
55,,38 
B 
22 0,94 0,22 6,4 
19,86 
50,63 

22 0,77  -  6,8 
18,31 
53,53 
 
Humusun miqdarına görə bu torpaqlar qaramtıl dağ-çəmən torpaqlarına yaxındır. Lakin dağ-çəmən-meşə 
torpaqlarında həmin torpaqlardan fərqli olaraq humusun  aşağı qatlara doğru kəskin şəkildə azalması müşahidə 
olunur. Bundan başqa təsvir olunan torpaqlarda humuslu qat qaramtıl torpaqlara nisbətən az qalınlıqlı olur. Bu 
torpaqlarda humusun tərkib hissələri və onların nisbətlərində də fərqli xüsusiyyətlər müşahidə olunur. Belə ki, 
dağ-çəmən-meşə torpaqlarında humusun tərkibində olan fulvoturşuların miqdarı humin turşularının miqdarından 
yüksək olur. Humin turşuların fulvo turşularına nisbəti (Ch/Cf) – 0,8-0,7 təşkil edir. Humin turşularının çox 
böyük hissəsi kalsiumla birləşmiş şəkildə olur. 
Torpaqların üst qatında ümumi azotun miqdarı 0,48% təşkil edir. C/N nisbəti 10-12 arasında tərəddüd edir 
ki, bu da üzvi birləşmələrin zəif parçalandığını və humus birləşmələrinin təzə olduğunu göstərir. 
Torpaqlar profilin üst qatlarına kimi karbonatlardan tam yuyulmuşdur. Yalnız az-az hallarda B/C və C 
horizontlarında onlar az miqdarda (1,7-3,2%) müşahidə olunur. 
Əsaslarla müəyyən qədər doymaması meşə-çəmən torpaqlar üçün səciyyəvidir. Bu, xüsusilə profilin orta 

 
156
hissəsində, Bg horizontunda daha aydın nəzərə çarpır. Torpaqların reaksiyası üst qatlarda turş və zəif turş olan 
aşağı qatlara doğru bir qədər artır. Bu, güman ki, torpaqəmələgətirən süxurların karbonatlı olması ilə 
əlaqədardır. 
Dağ meşə-çəmən torpaqlarının üst qatında udulmuş kalsium və maqnezium kationlarının toplanması aydın 
müşahidə olunur. Udma tutumunun cəmi üst qatlarda 100 q torpaqda 36-40 m-ekv. təşkil edir ki, bu da qaramtıl 
dağ-çəmən torpaqlarında olduğundan bir qədər aşağıdır. 
Qranulometrik tərkibinə görə  təsvir edilən torpaqlar orta və  ağır gillicəlidir. Profilboyu lil fraksiyasının 
miqdarı  fərqlidir. Üst qatda onun miqdarı 13,7±5,6%, fiziki gil isə 43,9±13,7% təşkil edir. Lil hissəciklər 
(<0,001 mm) üst qatlardan aşağıya doğru hərəkət edərək illüvial B horizontunda toplanır. Bununla əlaqədar 
olaraq həmin qatın lilləşərək sıxlığının nisbətən artması müşahidə olunur. Profilin skeletli olması  və bu 
göstəricinin aşağı qatlara doğru artması dağ meşə-çəmən torpaqlarının səciyyəvi əlamətlərindən hesab edilir. 
Təsvir edilən torpaqların ümumi kimyəvi tərkibini nəzərdən keçirsək, ayrı-ayrı genetik qatların bir-birindən 
müəyyən qədər fərqlənməsini müşahidə etmək olar. Belə ki, torpaqların üst qatlarında Fe
2
O
3
  və Al
2
O
3
 
birləşmələrinin müəyyən qədər azalması müşahidə olunur. SiO
2
/ Fe
2
O
3
 və SiO
2
/ Al
2
O
3
 nisbəti genişdir – 7,1-8,2 
və 18,5-19,0. Torpaqların üst qatı  qələvi və  qələvi-torpaq (CaO, MgO, K
2
O, Na
2
O) ilə  zənginləşmişdir. Bu 
əsasən biogen amillərin təsiri alıtında baş verir. Profilin orta hissələrində oksudlərin miqdarı artır. Burada 
silisium-oksidin biryarım oksidlərə nisbət (SiO
2
/ R
2
O
3
) daralır (4,0-4,2). Bu isə üllüvial B horizontunda Fe
2
O
3
 
və Al
2
O
3
 birləşmələrinin toplanması və həmin qatın gilləşməsi ilə bilavasitə əlaqədardır. 
Aqroistehsalat nöqteyi-nəzərdən meşə-çəmən torpaqları kifayət qədər öyrənilməmişdir. Lakin əldə olunan 
məlumatlar da bu torpaqların kifayət qədər yüksək təbii münbitlik səviyyəsinə malik olduğunu göstərir. Belə ki, 
bu torpaqların üst 0-20 sm-lik qatında humusun miqdarı  hər hektarda 314-316 t/ha, azotun miqdarı isə 15-17 
t/ha təşkil edir.  
Yüksək dağlıq sahədə nisbətən məhdud yayılması, həmçinin nomenklatura qeyri-müəyyənliyi ilə əlaqədar 
olaraq, Azərbaycanın dağ meşə-çəmən torpaqları genetik nöqteyi-nəzərdən kifayət qədər öyrənilməmişdir. Bu 
torpaqlar Azərbaycan torpaqlarının sistematikasında müstəqil tip kimi qəbul edilməmişdir.  Ədəbiyyatda bəzi 
Azərbaycan torpaqşünasları bu torpaqları çimli dağ-çəmən torpaqları kimi təsvir edirlər. Lakin yuxarıda 
verilmiş analiz meşə-çəmən torpaqlarını müstəqil tip kimi ayırmağa imkan verir. 
§ 58. Dağ çəmən-bozqır torpaqları 
 
Dağ çəmən-bozqır  torpaqları torpaqəmələgəlmənin müstəqil tipi kimi çoxdan ayrılmışdır. Subalp çəmən-
bozqırları üçün səciyyəvi olan bu torpaqlar əsasən 1900-2100 m yüksəkliklərdə yayılmışdır. Lakin 
respublikamızın daha cənub rayonlarında bu torpaqlar yayıldığı  ərazilərin yuxarı  sərhədi 2000-2200 m-dək 
qalxır. Çəmən-bozqır torpaqları Böyük Qafqazın  şərq hissəsində, Kiçik Qafqaz vilayətində isə Qarabağ 
yaylasında, Zəngəzur, Mıxtökən, Qarabağ silsilələrində, Talış sisteminə daxil olan Peştəsər silsiləsində inkişaf 
etmişdir. Adı  çəkilən rayonların geomorfoloji quruluşu üçün ərazinin yüksək təbii parçalanması  səciyyəvidir. 
Yaxşı sukeçirmə qabiliyyətinə malik olan süxurlar və kifayət qədər meylliyə malik yamaclar burada istər səthi, 
istərsə  də torpaqdaxili axınların  əmələ  gəlməsi üçün əlverişli  şərait yaradır. Azərbaycanın yüksək dağlığında 
inkişaf etmiş bu torpaqlar bəzi hallarda qaramtıl dağ-çəmən torpaqları ilə kompleksdə yayılaraq subalp 
çəmənləri üçün səciyyəvi olan mürəkkəb mozaikalar yaradırlar. 
Çəmən-bozqır torpaqlarının yayıldığı rayonların iqlimində, yüksək dağlıq zonanın yuxarıda təsvir edilən 
torpaqlarının yayıldığı ərazilərlə müqayisədə quraqlıq əlamətləri aydın müşahidə olunur.
 
Torpaqların yayıldığı 
ərazilərin orta illik temperaturu subalp mezofil çəmənlərin müvafiq göstəricisindən bir qədər yüksək olub 8,5-
11,1
0
 arasında tərəddüd edir. Rütubətlənmə  əmsalı 0,7-1,12 təşkil edir. İlin ayrı-ayrı mövsümlərində 
buxarlanmanın yağıntıların miqdarından yüksək olması ilə  əlaqədar rütubət çatışmamazlığı müşahidə olunur. 
Bununla bərabər yağıntıların buxarlanmadan bir qədər çox olduğu hallarda zəif yuyucu su rejimi şəraitində çox 
mütəhərrik birləşmələrin dövri olaraq aşağıya doğru miqrasiyası baş verir. 
Təsvir edilən torpaqların yayıldığı ərazilərin bitki örtüyü çəmən-bozqırlardan və müxtəlif otlu taxılkimilər 
fitosenozundan (əsasən ala topal, şırımlı topal, Qafqaz nazikbaldırı  və s.) ibarətdir. Göstərilən bitkilər normal 
şəraitdə torpaq səthində çim təbəqəsi əmələ gətirirlər. Həmin təbəqə hiss olunacaq dərəcədə quruluğu və daha 
yumşaq olması ilə çimli dağ-çəmən torpaqların müvafiq təbəqəsindən fərqlənir. Ot bitkilərinin məhsuldarlığı 
subalp çəmənlərində olduğundan xeyli aşağı olub yerüstü hissəninki 0,7-0,9, yeraltı hissəninki isə 5,7-6,6 t/ha 
təşkil edir. Bu torpaqların üst qatlarında üzvi maddələrin parçalanması subalp çəmənlərində olduğundan daha 
intensiv gedir. 
Dağ  çəmən-bozqır torpaqları özünün genezisində bozqır torpaqəmələgəlmə tipinə xas olan bir sıra 
əlamətləri birləşdirmişdir. Xarici görünüşü etibarilə bu torpaqlar qaramtıl dağ-çəmən torpaqlarına oxşasa da bir 
sıra fiziki-kimyəvi xüsusiyyətlərinə  və torpaqəmələgəlmənin bəzi  əlamətlərinə görə ondan fərqlənir. Təsvir 
edilən torpaqların profilinin quruluşu bir çox cəhətdən qaramtıl dağ-çəmən torpaqları təkrar edir. Lakin həmin 
torpaqlardan çimləşmənin xarakter və dərinliyinə, humusla rənglənmə dərəcəsinə, dərininə yuyulmasına və daha 
inkişaf etmiş profilə malik olmasına görə seçilir. Çəmən bozqır torpaqların normal şəraitdə inkişaf etmiş profili 

 
157
üçün aşağıdakı genetik horizontların növbələşməsi səciyyəvidir:  A
O
 –A
1
 – A
2
 –B – C; A
1
 – A
2
 –B – C/D.
 
Torpaqların inkişaf etdiyi ərazilərin relyef şəraiti və torpaqəmələgətirici süxurların tərkibindən, 
torpaqəmələgəlmənin yaşından asılı olaraq genetik horizontların bir-birini əvəz etməsi ardıcıllığında və onların 
qalınlığında fərqlər müşahidə olunur. M.E.Salayev (1991) dağ-çəmən bozqır torpaqların xarakterik profili üçün 
aşağıdakı morfoloji əlamətlərin səciyyəvi olmasını göstərmişdir. 
A
O
 – quru yumşaq çim, bitki kökləri çox sıx  şəkildə dolaşmış, dərinliyə  işləmiş, bir qədər elastikidir. 
Köklərarası sahə tozvari, kobud humus və narın qumla tutulmuşdur, qaynamır. Çim qatının qalınlığı 11,6±2,8 
sm-dən çox olmur. 
A
1
  – qəhvəyimtil-boz, yaxud bozumtul çalarlı tünd-qonur, xırda dənəvari, yaxud barıtvari, yaxşı 
aqreqatlaşmışdır, sıx kök kütləsi, xırda məsaməli, bioloji cəhətdən yaxşı  işlənilmişdir, bəzi yerlərdə qarışqa 
yolları, yumşaqvari, təzə, çoxlu iri qumlar, yüngül gillicələr, keçidi aydındır, qaynamır. Orta qalınlığı 10±2,1 
sm. 
A
2
 
– bir qədər açıq, qonur və bozumtul çalarlı, dənəvari-xırda topavari, yaxşı aqreqatlaşmış, çoxlu canlı və 
ölü bitki kökləri, qurd yolları, iri qum və  çınqıl qarışıqlı orta gillicələr, bərkvari, təzə, müşahidə edilən 
karbonatlar yoxdur, keçid dalğavari  şəkildədir, bəzi yerlərdə  zəif humus axıntıları, qaynamır. Orta qalınlığı 
19±3,6 sm-dir. 
B
1
  – qonurumtul-boz, yaxud açıq-qəhvəyi (küləşi) çalarlı qonurumtul, topavari, dərinliyə doğru struktura 
pozulur, gilli, çoxlu çınqıllar, köklər azdır, quru halda dərinə getməyən çatlar, bərk, keçidi aydın, karbonatlar 
yoxdur, qaynamır, Orta qalınlığı 12±4,3 sm. 
B
2
 – bozumtul-sarı, bir çox hallarda yekcins rəngə malik olmur, qəhvəyi və sarı ləkələr bir-birini əvəz edir, 
çınqıllı, strukturu aydın seçilməyən kəltənli, gilli, köklər azdır, nazik qatlar, quru, karbonatlar yoxdur, qaynamır, 
keçidi kəskin. Orta qalınlığı 18±3,6 sm. 
C - ana süxurların (andezit-bazalt, gilli şist və s.) çox çınqıllı elüvisi və karbonatsız delüvial gillicələr, çox 
bərk, ağır gillicəli, skeletli, rəngi qarışıqdır (ala-bula), zəif qaynayır, yaxud çox hallarda qaynamır. 
Yuxarıda verilmiş morfoloji təsvirdən aydın göründüyü kimi təsvir edilən torpaqların profili genetik 
horizontlara nisbətən zəif ayrılır. Torpaqların profili qalın olur – 100-150 sm. Qaramtıl torpaqlarla müqayisədə 
çim qatı qalın (8-12 sm) olur. Canlı kök kütlələrinin əsas hissəsi çim qatında toplanır. Adətən dənəvari-tozvari 
və  dənəvari-xırda topavari struktura malik olan humus qatı aydın seçilir, orta qalınlığı isə 40-50 sm-ə çatır. 
Rənginə  və  sıxlıq dərəcəsinə görə illüvial horizontu aydın ifadə olunmamışdır, gilləşmə  əlamətləri müşahidə 
olunmur və topavari struktura malikdir. Qonur-qəhvəyi, boz-sarı (sarı-qırmızı) rənglər üstünlük təşkil edir. C 
qatı əsasən ana süxurların (andezit-bazalt, gilli şistlər və s.) çınqıllı elüvisindən, karbonatsız gillicələrdən ibarət 
olur. Bütün profilin çınqıllı olması onun dərinliyinə doğru artması, demək olar ki, bütün profilin karbonatlardan 
yuyulması bu torpaqların səciyyəvi xüsusiyyətlərindəndir. 
Dağ çəmən-bozqır torpaqlarının əsas tərkib hissələri aşağıdakı cədvəldə öz əksini tapmışdır (cədvəl  51) 
 
Cədvəl 51 
Dağ çəmən-bozqır torpaqların əsas tərkib hissələri 
(M.E.Salayev, 1966) 
 
Kəsimin yeri 
Horizont 
və 
dərinlik, 
sm 
Humus, 

Azot, 

C:N pH 
Udul-
muş 
əsasların 
cəmi 
Dağarası 
düzənlik, az 
meylli şimal 
yamac (Daşkəsən 
rayonu) 
A
1  
0-4 7,88 0,44 
10,4 
6,9 
41,71 
A

14-34 4,09 0,38 
7,05 
6,7 
38,75 
B

34-65 2,92 0,07 - 
6,2 
37,49 
B

65-86 2,71  -  - 
5,7 
27,97 
B

86-104 1,31  -  - -  - 
Qarabağ 
yaylasının şərq 
kənarı Minkənd 
yaylası (Laçın 
rayonu) 
A
1
6-12 8,71 0,48 
10,5 
7,1 
39,78 
A
2
12-26 5,65 0,38 
8,56 
6,9 
36,67 
B
1
26-58 2,61 0,21 
7,05 
6,3 
30,95 
 
Bütün profilin karbonatlardan yuyulması  və  təkrar karbonat törəmələrinin olmaması dağ  çəmən-bozqır 
torpaqların heç də az əhəmiyyət kəsb etməyən əsas diaqnostik göstəricilərindən biridir. 
Qranulometrik tərkibinə görə bu torpaqların orta və  ağır gillicəli növmüxtəliflikləri üstünlük təşkil edir, 
lakin gilli torpaqlara da rast gəlinir. Profil boyu genetik qatların qranulometrik tərkibinə görə bir-birindən əsaslı 
şəkildə fərqlənməsi müşahidə olunur. Üst humus horizontunda lil hissəcikləri bir qədər artıq toplanmışdır. Lil 

 
158
hissəciklərinin miqdarı 6,3-36,3%, fiziki gilin miqdarı isə 32,3-62,0% arasında tərəddüd edir. Torpaqların 
qranulometrik tərkibinə ana süxurların petroqrafik tərkibi də böyük təsir göstərir. Belə ki, Böyük və Kiçik 
Qafqazda daha ağır torpaqlar əsaslı süxurlar (andezit, bazalt və s.) üzərində, yüngül torpaqlar isə daha turş 
torpaqlar üzərində inkişaf edir. 
Ümumi kimyəvi tərkibinə görə dağ çəmən-bozqır torpaqları bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. 
Belə ki, bu torpaqların üst A
1
 horizontunda silisium oksidin və biryarım oksidlərin müəyyən qədər azalması və 
onların B horizontunda nisbətən çox toplanması müşahidə olunur. SiO
2
-nin illüvial horizontda artıq olması 
silisium birləşmələrinin torpaqəmələgəlmə prosesində aşağı qatlara doğru miqrasiyasına dəlalət edir. Silisium-
oksidin dəmir və alüminium oksidinə nisbətən A
O
 horizontu istisna olmaqla ayrı-ayrı genetik horizontların 
mineral hissəsində  əsaslı  fərqlərin olmadığını göstərir. Profil boyu silisium-oksidin dəmir, alüminium və 
biryarım oksidlərə bir-birinə yaxın olan nisbətləri bunu bir daha sübut edir. SiO
2
/R
2
O
3
 nisbəti isə kiçik bir həddə 
(4,6-4,8) dəyişir. Bu onların daha dərindən aşınması və təkrar gilli minerallarla zənginləşməsi ilə əlaqədardır. 
Dağ  çəmən-bozqır torpaqların az tədqiq edilməsi ilə  əlaqədar onların təsnifatı  məsələləri də çox az 
işıqlandırılmışdır. Keçən  əsrin 50-ci illərindən başlayaraq çəmən-bozqır torpaqları müstəqil tip kimi ayrılmış, 
Qafqazın və Azərbaycanın torpaq xəritələrində ayrıca qeyd edilmişdir. 
Çəmənləşmənin xarakter və  dərinliyinə, bir sıra fiziki-kimyəvi xassələrinə  və torpaq profilinin ümumi 
inkişafina əsasən M.E.Salayev (1991) dağ çəmən-bozqır torpaqların yarımtiplərini ayırmış və onların aşağıdakı 
təsvirini vermişdir: 
Sıx çimli dağ  çəmən bozqır torpaqlar yarımtipi. Bu torpaqlar adətən relyefin qabarıq elementlərində 
(suayrıcı səthlərdə və s.) inkişaf edirlər. Onlar nisbətən yuxa (5-8 sm) çim qatı, yüksək çınqıllıq, nisbətən qısa 
narın torpaq qatına malik olması ilə  səciyyələnirlər. Humusun miqdarı bir qədər az olub 4-5% təşkil edir. 
Humusun azota nisbəti genişdir – 10-12. Profildə karbonat yeni törəmələri nəzərə çarpmır, torpaq doymuşdur. 
Humus fulvat tərkiblidir. 
Sıx çimli dağ  çəmən-bozqır torpaqlar yarımtipi. Göstərilən torpaqlar daha çox relyefin çökək 
elementlərində əlavə rütubətlənmə şəraiti olan ərazilərdə formalaşırlar. Bu torpaqlar sıx çimli torpaqlardan çim 
qatının nisbətən qalın (8-12 sm), quru və yumşaq olması ilə  fərqlənir. Yumşaq çimli torpaqlar üçün qalın
 
humuslu qat (70-90 sm) və daha inkişaf etmiş profilin (100-120 sm) olması  səciyyəvidir. Humusun miqdarı 
daha yüksəkdir (8-9%), C/N nisbəti daha dardır -8-10. Bu, torpaqlarda üzvi maddələrin parçalandığını, profilin 
dərindən yuyulduğunu və  əsaslarla doyduğunu göstərir. Ayrı-ayrı hallarda profilin orta hissələrində mübadilə 
olunan hidrogenə rast gəlinir, mühitin reaksiyası neytral, dərinliyə doğru zəif turşdur. 
Dağ  çəmən-bozqır torpaqlarında aşağıdakı cinslər ayrılır: yuyulmuş, doymuş, tam inkişaf etməmiş. 
Yuyulmuş torpaqlar üçün profilin karbonatlardan yuyulması, doymuş torpaqlar üçün əsaslarla yüksək dərəcədə 
doyması, tam inkişaf etməmiş torpaqlar üçün qısa profilin mövcud olması səciyyəvidir. 
Dağ  çəmən-bozqır torpaqlarının yayıldığı sahələr  əsasən təbii biçənəklər kimi istifadə olunur. Onların 
yalnız kiçik bir hissəsi taxıl bitkiləri və kartof əkinləri üçün istifadə olunur. Özünün aqronomik xüsusiyyətlərinə 
görə bu torpaqlar yüksək bonitetli torpaqlar sırasına daxil edilir. Göstərilən torpaqların 0-100 sm-lik qatında 
humusun miqdarı 500 t/ha-a çatır. 
 
 
XX FƏSİL. RÜTUBƏTLİ  VƏ YARIMRÜTUBƏTLİ 
SUBTROPİKLƏRİN  TORPAQLARI 
 
 
Respublikamızda rütubətli subtropik zona Lənkəran vilayətində dənizsahili ovalıq və alçaq dağlıq qurşağı 
əhatə etməklə 500-600 m-dək yüksəklikdə inkişaf etmişdir. 
Vilayətdə hakim olan Aralıq dənizi tipli subtropik iqlim üçün yağıntıların miqdarının yüksək olması, onun 
mövsümi xarakter daşıması (maksimum payız və ilkin yaz, minimum yay ayları), fəal temperaturun miqdarının 
yüksək olması, nisbətən uzun müddət davam edən mülayim qış və s. səciyyəvidir. 
Zonanın torpaqları əsasən sarımtıl aşınma qabığı üzərində inkişaf edir. İqlim şəraiti ilə əlaqədar torpaqlarda 
yuyucu su rejimi və torpaqəmələgəlmə  məhsullarının profil üzrə  aşağıya doğru miqrasiyası müşahidə olunur. 
Torpaqəmələgəlmə prosesində, elementlərin bioloji dövranında, kül elementlərinin toplanmasında vilayətin 
özünəməxsus xüsusiyyətlərə malik olan meşə örtüyü əhəmiyyətli rol oynayır. Zonada torpaqəmələgəlmə prosesi 
sarı torpaqlar qrupunun inkişaf istiqamətində gedir. 
Vilayətin sarı torpaqları  rəngarəng bioiqlim və geomorfoloji şəraitə malik ərazilərdə inkişaf etmişdir. 
Ərazinin ayrı-ayrı hissələri relyef, bitki örtüyü, su rejimi, maddələrin dövranı və miqrasiya xüsusiyyətlərinə görə 
fərqlənirlər. Bununla əlaqədar olaraq sarı torpaqlar qrupunda 3 torpaq tipi ayrılır: sarı dağ-meşə, podzollu-sarı, 
podzollu-qleyli-sarı torpaqlar. 
 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin