Kazim əLİyev idmançinin qəLƏBƏ psixologiyasi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix16.02.2017
ölçüsü1,3 Mb.
#8819
  1   2   3   4   5   6   7   8   9   ...   13

 
1
 
KAZIM ƏLİYEV 
 
 
 
 
İDMANÇININ 
QƏLƏBƏ 
PSİXOLOGİYASI 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2008 
  
 
 

 
2
7A  
Ə-51 
 
 
 
Elmi redaktor: 
 
Tomas İsmayılov 
Məsləhətçi-redaktor: Bəxtiyar Fərəcbəyli 
Rəyçilər; 
  V.Əhmədov, 
T.İsmayılov,  
R.Cavadov,  
X.Isayev 
 
 
 
 
KAZIM ƏLİYEV, 
"İDMANÇİNIN QƏLƏBƏ PSİXOLOGİYASI" 
Bakı, "Ozan" - 2008, 200 səh. 
 
 
 
Kitab idman mübarizəsində psixologiyanın aparıcı  və  əvəzsiz rolunu göstərir və 
onun idarə olunmasının yollarını açıqlayır, yeni psixoloji təlim üsulları təklif edir. 
Əsərdə idmançının yarış vaxtı yüksək mübarizə hazırlığını yaratmaq və idarə etmək 
yolları göstərilmişdir. 
"İdmançının qələbə psixologiyası" məşqçilər, idmançılar, idman həkimləri və 
psixoloqları üçün maraqlı ola bilər. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə 
tutulmuşdur. 
 
 
4702060206-57 
Ə   2008 
On-047-08 
 
 
"Ozan" - 2008 
 
 
 
 

 
3
 
 
 
 
 
   IDMANÇI ANDI 
 
Mən, idmançılar ailəsinə daxil olmaqla haqqa və ədalətə xidmət 
edəcəyimə and içirəm! 
Bütün fikrimi və  əqidəmi elmə, Islama və insanlığa 
yönəldəcəyimə and içirəm! 
Amalımın qurub-yaratmaq və yaşatmaq olacağına and içirəm! 
Bütün qüvvəmi Vətənimin dünyada tanınmasına və 
bütövlüyünə sərf edəcəyimə and içirəm! 
Əgər andımı pozaraq bu yoldan çıxsam, hər hansı bir cəzanı 
çəkməyə hazıram! 
 
 
 

 
4
 
 
MÜƏLLIFDƏN 
 
Hörmətli oxucular, sizin hər birinizi salamlayıram və  həyatımı  həsr 
etdiyim idmanda keçirdiyim illərin təcrübəsinə əsaslanaraq qələmə aldığım 
bu kitabı məmnuniyyətlə sizlərə təqdim edirəm. 
Öncə onu demək istəyirəm ki, kitab idmanımızın heç də  ən yaxşı 
çağlarını yaşamadığı bir vaxtda yazılmışdır. Mən bu kitabı yazmaqla düz 33 
il bundan öncə qəlbimdə baş qaldıran arzuların və fikirlərimin, nəhayət ki, 
həyatda öz əksini tapması üçün onları idman aləminə, geniş ictimaiyyətə 
təqdim edirəm. Mən arzu edərdim ki, hər idman növü üzrə ayrı-ayrılıqda 
silsilə kitablar yazılsın və bu kitabların hər birində  həmin idman növünün 
geniş hazırlıq planı  ətraflı  şərh edilsin. Bu hazırlıqların özü isə başlanğıc 
qrupdan tutmuş usta idmançıların hazırlıq səviyyəsinədək bütün mərhələləri 
əhatə etmiş olsun. Belə hazırlıq kitabları idmançının nəzəri, psixoloji, 
texniki, taktiki və fiziki hazırlığı haqqında ola bilər. Qeyd edək ki, hər 
idman növünün spesifik xüsusiyyətləri var və elə buna görə  də ayrı-ayrı 
idman növləri üzrə hazırlıq xüsusi yanaşma tələb edir. Bu cəhət yazılacaq 
kitablarda mütləq nəzərə alınmalıdır. 
Nəhayət, arzularımdan biri də odur ki, maddi-texniki bazamız 
yüksəldikcə ölkənin bütün yığma komandalarının müəyyən sikl hazırlığı 
video lentə alınsın, audio disklərə köçürülsün və bunların əsasında müəyyən 
dərs proqramı yaradılsın. Bununla tez bir zamanda həm məşqçilərin, həm də 
idmançıların bilik və bacarıqlarının yüksəlişinə nail olmaq mümkündür. Bu 
hazırlığı  hər bir məşqçi və idmançı öz idman zalında həyata keçirə bilər. 
Beləliklə, maddi cəhətdən ucuz, fiziki baxımdan asan başa gələn hazırlığı 
hər bir idmançıya çatdırmaq mümkün olar. 
Istərdim ki, yüksək səviyyəli hazırlıqlar keçirmək üçün hər bir idman 
növü üçün bu günün tələblərinə uyğun fiziki hazırlıq trenacorlarından 
başqa, texniki, taktiki hazırlıq üçün də müasir trenacorlar yaradılsın. Həm 
də  tək yığma komandanın yox, ölkənin bütün komandalarının belə 
trenacorlarda işləmək imkanı olsun. Bu halda biz dünya idmanında öz 
sözünü deyən və öz yeri olan ölkələr sırasında dayana bilərik. 

 
5
Kitabın ərsəyə gəlməsində mənə maddi və mənəvi dəstək verən, idman 
sahəsində imkanlarımı açıb göstərməyimə böyük kömək göstərən, fizika 
elmləri namizədi, sözün əsl mənasında ziyalı alim, dostum Bəxtiyar 
Fərəcbəyliyə xüsusi minnətdarlığımı bildirirəm. 
Eləcə  də kitaba rəy verən filologiya elmləri namizədi, Azərbaycan 
Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasının pedaqogika və 
psixologiya kafedrasının dosenti, əsl elm adamı olan Tomas Ismayılova 
mənə göstərdiyi səmimi köməyinə  və verdiyi məsləhətlərinə görə xüsusi 
minnətdarlığımı ifadə edirəm. Azərbaycanda idman psixologiyası elminin 
ağsaqqalına bir daha səmimi qəlbdən böyük ehtiramımı  və  təşəkkürümü 
çatdırıram. 
Həmçinin kitaba ikinci rəy verən BDU-nun psixologiya kafedrasının 
dosenti, psixologiya elmləri namizədi F.Ə.Cavadova çox geniş, dolğun və 
mənalı rəyinə görə dərin minnətdarlığımı bildirirəm. 
Kitaba üçüncü rəy verən peşəkar idmançı, sərbəst güləş üzrə SSRI,  
Dünya və Avropa çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti 
Xəzər Isayevə  də öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Onun 
peşəkar fikirləri kitabın ərsəyə gəlməsində mənə çox kömək oldu. 
Yuxarıda adlarını  çəkdiyim  şəxslər üçün Böyük Allahdan cansağlığı, 
uzun ömür və xoşbəxtlik diləyirəm. 
Hörmətli oxucular! Kitabı oxumaq istəyinizi yüksək səviyyədə 
qiymətləndirir, tənqidi fikirlərinizə hörmətlə yanaşır və ümumiyyətlə, 
kitabla maraqlanıb onu əlinizə götürdüyünüzə, onu oxumağa başladığınıza 
görə Sizlərə bəri başdan dərin minnətdarlığımı ifadə edirəm. 
 
 

 
6
 
   
 
 
 
GIRIŞ 
 
 
 
 
 
 
 
 
İdman — gənc nəslin gündən-günə 
 
 
 
 
 
 
artan potensialını qurub-yaratmağa 
 
 
 
 
 
 
yönəldə bilən güclü bir mexanizmdir. 
 
Müqəddəs kitabımızda deyilir: “Bir nəfər xəlq ola bilər”. Bu kəlam 
hamımızın  şahidliyi ilə  həyatda öz təsdiqini tapdı: Ulu Öndərimiz Heydər 
Əliyev çoxlarının hətta ümidini itirdiyi bir vaxtda böyük yaradan tərəfindən 
ona bəxş edilən müqəddəs ruhu və iradəsilə xalqın qarşısına çıxdı  və 
Azərbaycanı məhvdən xilas edib bugünkü dünya rəqabətinə qadir olan bir 
səviyyəyə ucaltdı. Budur, həqiqət, budur, reallıq! Buna görə  də  mən 
möhkəm inanıram ki, qarşıda bir nəfər meydana çıxacaq və insanlığa qorxu 
olan  əqidə  məhvinə qarşı durub yer üzündə  həyatın varlığını qoruyacaq. 
Mən buna əminəm! 
Ruhumuzun,  əqlimizin və cismimizin vahid qüvvəsini duymaq, onu 
idarə etməyə qadir olmaq, bununla da insanın imkanlarının nə  qədər 
tükənməz olduğunu məşqçi və idmançılarımıza aşılamaq arzusu məni bu 
kitabı yazmağa sövq etdi. Mənim qənaətimə görə, ruhumuzun, əqlimizin və 
cismimizin vahid olan qüvvəsi bizim psixoloji durumumuzu müəyyən edir 
ki, bu da tək idmanda deyil, digər fəaliyyət sahələrində də bütün həyatımız 
boyu bizə gərəkdir. 
Deməli, nə qədər çox gənc idmanla məşğul olaraq psixoloji cəhətdən 
möhkəmlənərsə, bir o qədər də çox gənc həyatın eniş-yoxuşunda, mürəkkəb 
psixoloji məqamlarda aciz qalmaz. Insanın həyatda müvəffəqiyyət 
qazanması onun psixoloji cəhətdən özünü dərk etməsindən asılıdır. 
“Qurani-Kərim”də deyilir: Mən Sizləri torpaqdan yaratdım. Tanrı 
Adəmin bədənini gildən yaradıb, ona can üfürdü, onun bədəninə  həyat 
nəfəsi dəydi, ağlı, iradəsi və hissləri  
 
 

 
7
fəaliyyətə başladı. 
Bizə  dərslərimizdə daim belə bir ideyanı  aşılayıblar: təbiət canlılar 
(insan, heyvan, həşərat və s.) və cansızlardan (dağlar, dərələr, sular və s.) 
ibarətdir. Bu cür mövqe ilə,  əslində, canlılarla, cansızlar qarşı-qarşıya 
qoyulur. 
Halbuki, təbiətdə  hər  şey çox kiçik zərrəciklərdən (elektron, atom, 
molekul, hüceyrə  və s.) ibarətdir. Biz bunu təbiət elmlərindən bilirik. 
Canlılar da, cansızlar da zərrəciklərdən təşkil olunmuşdur və bu 
zərrəciklərin  ətraf mühitə, onun dəyişməsinə reaksiyası fundamental 
baxımdan eynidir. Buna görə  də biz bu cür yanaşmada cansızları 
canlılardan ayırmamalıyıq. Biz sadəcə, canlılar və cansızların 
harmoniyasından danışmalıyıq. Canlılar müəyyən dövrdən sonra cism kimi 
kiçik zərrəciklərə qayıdır. Kiçik zərrəciklər olaraq canlılar sadələşir. 
Sonradan bu kiçik zərrəciklər müxtəlif yollarla insan orqanizminin — 
canlıların təşkilində  iştirak edir, onları qidalandırır və s. Bu hadisə ardıcıl 
sikllərlə davam edir və əsrlər boyu təkrarlanır. 
Əslində, bu zərrəciklərdə insanın təkamülü, bütün gələcək həyatı 
haqqında məlumatlar vardır. Insanın düşdüyü mühitdən asılı olaraq bu 
zərrəciklər özünü uyğun şəkildə büruzə verir — onlardakı informasiyalar ya 
zəifləyir, ya da daha da inkişaf edir. Məhz bu dövrdə insanın ruhunun 
formalaşması baş verir. Məhz bu dövrdə böyüməkdə olan insana köməksiz 
olduğu üçün sərbəst şərait yaratmaqla onun ruhunun tam formalaşmasına və 
beləliklə də, gələcək şəxsiyyətin — mübariz bir insanın təşəkkül tapmasına 
nail olmaq mümkündür. 
Insan ruhu şəxsin yaşadığı mühitdən və  həyat tərzindən asılı olaraq 
qurub-yarada bilir və yaxud əksinə, məhv olar. Biz hamımız həyatın böyük 
müsabiqəsinin və mübarizəsinin iştirakçısıyıq. Bunu istəsək də, istəməsək 
də belədir. Bu müsabiqədə və mübarizədə hərtərəfli, möhkəm insanlar irəli 
çıxır, fərqlənə bilməyənlər isə ümumi həyat fəaliyyətində  iştirak edirlər. 
Bilməliyik ki, insan həyat çərçivəsində mövcud  
 
 

 
8
olan qanunlara tabedir. Bunlardan aşağıdakıları fərqləndirə bilərik [2]: 
1. Yaşamaq uğrunda mübarizə. 
2. Insan nəslinin artırılması və həyatın davamı. 
3. Bu nəslin və  həyatın qayğısı, qorunub nəsildən-nəslə saf və  təmiz 
çatdırılması. 
Bu gün — kompyuter və texnikanın sürətlə inkişafı dövründə tərəqqi 
ilə bərabər, insana kənardan mənfi təsirlər də sürətlə artır. Biz belə bir fakta 
nəzər sala bilərik ki, əksər uşaqlar və cavanlar dəhşətli kino, cizgi filmlərinə 
tamaşa etməyə  və bu qəbildən olan kitabları oxumağa çox böyük həvəs 
göstərirlər. Belə  dəhşətli filmlər və kitablar yeniyetmələrin, gənclərin 
psixologiyasını tamam korlayır, onları uçuruma, hətta mən deyərdim ki, 
məhvə sürükləyir. Bu tendensiya getdikcə artır, çünki dünya 
kinomotoqrafiyası bundan çox böyük qazanc götürür və bunun qarşısını 
almaq getdikcə çətinləşir. Bu, bəşəriyyətin ümumi bəlasıdır. Buna görə də 
hər ölkə, hər xalq və dövlət buna qarşı öz mübarizəsini aparır. Belə 
psixoloji pozuntuların qarşısını almağın mühüm yolu — insanları yaşından 
asılı olmayaraq idmana cəlb etməkdən ibarətdir. Bu gün dünyada 
narkomaniya, spid və s. kimi böyük təhlükə yarada biləcək bəlalar vardır. 
Əgər bu gün uşaqlar və cavanlar öz idman həvəslərini ancaq saatlarla 
kompyuterin qabağında oturub onunla futbol oynamaqla söndürürlərsə, bu 
gələcək nəslin ruhən və cismən zəifləməsinə səbəb olan bir haldır. Düzdür, 
insanların müəyyən faizi bunu başa düşür və boş vaxtını  təbiətlə, 
incəsənətlə, idmanla bağlayır, öz övladlarını da buna sövq edir. Bu, 
mədəniyyətdir. Buna görə də idmanın kütləviliyi millət və dövlət üçün bu 
gün və  hər zaman çox aktual olub. Statistikaya nəzər salsaq, görərik ki, 
kriminal hadisələrin 100 faizi insanlar arasında qayğısızlıq və bekarçılıqdan 
törəyir. Bu, bir aksiomadır ki, gözəl məşğuliyyəti və  həyatda böyük, 
qurmağa, yaradıb-yaşatmağa yönəlmiş arzulara malik insanı heç vaxt və heç 
bir vəchlə cinayətə sövq etmək mümkün  
 
 

 
9
deyil. Mən deyərdim ki, o, arzularının xatirinə layiqsiz iş tutmağı 
ağlına belə  gətirməz,  əksinə  hər bir işdə nümunəvi və birinci olmağa can 
atar. Beləliklə, bunu demək mümkündür ki, həyatın böyük mübarizələrinə 
hazır olmağa da, həyatdan həzz almağa da hər birimizə idman kömək ola 
bilər. Sözsüz, idman insanlara düzgün təlqin edilsə, öz nəticəsini verəcək.  
Məni çox narahat edən bir suala cavab axtarıram: Nə üçün Asiya 
ölkələrinə məxsus ayrı-ayrı idman növlərinin çox qədim kökləri olduğu və 
bu gün bütün dünyada qəbul edidiyi halda, bizdə belə idman növləri 
yoxdur? Buna cavab olaraq bildirmək istəyirəm ki, Asiya ölkələrində 
formalaşan təkmübarizlik idman növləri güc tətbiq etmək və öldürmək 
məqsədilə yaradılmamışdır. Əgər belə olsa idi, odlu silahlar icad ediləndən 
sonra bu idman növləri sıradan çıxardı. Ancaq bu gün həmin idman növləri 
yaşayır, yeniləşir və bütün dünyada olduğu kimi, bizim də ölkəmizdə özünə 
yer tapır. Bu idman növlərini yaşadan nədir? 
Sözügedən idman növlərini yaşadan idmanın ideologiyası  və 
fəlsəfəsidir. Oxuduğum  ədəbiyyatlardan birində [3] deyilir: Samuraylara 
verilən diplomun üz hissəsində təbiətin mənzərəsi həkk olunar, iç hissəsində 
isə Samurayın bütün bacarıqları göstərilərdi. O, silahla necə ustalıqla 
davranırdısa, rəssam fırçasından da bir o dərəcədə məharətlə istifadə etmək 
bacarığına malik olurdu. O həmçinin böyük çay seremoniyasını və gülçülük 
sənətini də yüksək səviyyədə mənimsəməli idi. Bu deyilənlərdən belə aydın 
olur ki, haqqında bəhs etdiyimiz xalqlar yaratdıqları idman növlərinə zor, 
güc aləti kimi yox, incəsənətdən ayrılmış qol kimi yanaşmışlar. Onların 
böyük ustadları incə  bəstəkar duyumu ilə  bədənin hər hərəkətini yeni 
musiqi səsi kimi hiss ediblər və bununla da ruhun, əqlin və cismin eyni bir 
ritmdə mükəmməl vəhdətini yarada biliblər. Onların qanunlarından biri belə 
olub: Xeyirxah məqsəd yoxdursa, heç vaxt mübarizəyə atılma! Təbii ki, 
əgər səni ölüm qorxusu gözləmirsə. Asiya ölkələrinin məktəblərində idarə  
 
 

 10
olunan ruh və  bədən vəhdətindən ekstremal hallarda yüksək enerjiyə 
malik olmaq bacarığını formalaşdırmışlar. Məni son nəticəyə  gətirən fikir 
ondan ibarətdir ki, bu ölkələrin milli idmanının yaşamasına həmin ölkələrdə 
idmana incəsənətin bir qolu kimi yanaşılması  səbəb olmuşdur və bu 
incəsənət indi də yaşadılır. 
Müqayisə üçün bizdə qədimdən qalan və zorxanalar adlandırılan güləş 
yerlərinin fəaliyyətinə baxaq. Adından da bəlli olduğu kimi, bu yerlərdə 
gecə-gündüz ancaq fiziki hazırlıqla məşğul olublar. Belə idmançılar 
talelərini bağladıqları idman növlərindən heç bir mənəvi zövq almayıblar. 
Bu səbəbdən də hazırda həmin idman növləri artıq yaşamır, sadəcə olaraq 
təqlid edilir. Təəssüf ki, bu gün ayrı-ayrı  təsadüfü qələbələri nəzərə 
almasaq, bizim əksər milli idman növlərimiz oxşar acınacaqlı durumdadır. 
Yəni məşqlərdə əsasən fiziki hazırlıq üstünlük təşkil edir. 
Futbolumuzda oyunun yeganə  məqsədi topu necə olursa olsun tora 
salmaqdır, güləşimizdə isə  rəqibin kürəyini xalçaya vurmaq hünər sayılır, 
ancaq əslində belə olmamalıdır, qarşıya qoyulan məqsəd başqa olmalıdır ki, 
bunu da kitabda açıqlamağa çalışacağam. 
Ümumiyyətlə, idmanın psixoloji hazırlıq hissəsi bütün idman növləri 
üçün eynidir. Sadəcə, hər idman növündə Yüksək Mübarizə Hazırlığı 
(YMH) halında psixoloji durum bir-birindən fərqlənir. Təkmübarizlikdə 
psixoloji hazırlıq daha ciddi önəm daşıdığı üçün bu halda xüsusi olaraq 
təlim edilməlidir. 
Məni bu kitabı yazmağa vadar edən səbəblərdən biri də ölkə 
idmanında bu gün yeri boş qalan psixoloji hazırlığın olmamasıdır. Belə ki, 
2004-cü il Sidney Olimpiadasında  ştanqçılarımızın çıxışını televizorla 
izləyəndə  məşqçinin və köməkçinin idmançıya heç bir psixoloji kömək 
göstərə bilmədiklərinin  şahidi olduq. Boksçularımızın da rinqdə döyüşə 
psixoloji cəhətdən çox zəif hazırlaşdıqları açıq-aydın sezilirdi. Məşqçi isə 
fasilələrdə xüsusi termin və təsirlərlə idmançını  
 
 

 11
ağır psixoloji gərginlikdən, stressdən çıxarmaq əvəzinə, “Ə, qorxma, ə, 
qorxma”, — deyə bağıraraq,  əslində, onda qorxu hissini daha da artırırdı. 
Bütün bu qeyd etdiklərimiz idman mütəxəssislərimizin psixoloji 
hazırlığının nə  qədər zəif olduğuna sübutdur. Olimpiadada iştirak edən 
idmançıya “qorxma” deyilməsi, əslində, faciəvi bir haldır. 
Onu da vurğulamaq istərdim ki, psixoloji hazırlıq gənclər üçün həm də 
bütün həyatları boyu lazım olacaq bir hazırlıqdır. Təəssüf ki, bu sahə 
hazırda idman aləminin ən zəif bəndidir. 
İdman iki və ya daha çox şəxsin ruhən,  əqlən və cismən 
mübarizəsindən ibarətdir. Təbii ki, özlərini ruhən mübarizəyə hazırlaya 
bilməyən idmançılar çarpışmalardan məğlub ayrılacaqlar. Bu ona bənzəyir 
ki, müdafiə üçün tikilmiş böyük bir qalanın qapısı döyüş zamanı açıq 
saxlanılır. Bu halda möhtəşəm, qalın qala divarları öz əhəmiyyətini itirəcək 
və təbii ki, bu halda heç bir qələbədən söhbət gedə bilməz. İdmançının da 
birtərəfli texniki və fiziki hazırlığı döyüş zamanı qapısı açıq qalan həmin 
qalaya bənzəyir. 
Nəzərə alaq ki, idmançının tam hazırlığı onun psixoloji, nəzəri, 
texniki, taktiki və fiziki hazırlığından ibarətdir.  Əsas məqam sayılan 
psixoloji hazırlıq yoxdursa, qalan 4 hazırlıq nə  qədər güclü olsa da, heçə 
enir. Belə ki, insanın cisminə qorxu gəldikdə  bədənində dağları  aşırmağa 
qüvvə olsa da, heç addım atmağa, boş qolunu qaldırmağa da cəsarəti çatmır. 
Və yaxud beynində sonsuz texniki bilik olan idmançı qorxu hissinin əsirinə 
çevrilib adını da unuda bilər. Hər birimiz həyatda  şahidi olmuşuq ki, zəif 
bədənə, ancaq güclü ruha malik olan insanlar mübarizələrdən qalib çıxıblar, 
hətta cismən özlərindən qat-qat güclü rəqiblərə  də qalib gəliblər.  Əksinə 
cismən güclü, ruhən zəif olanlar mübarizələrdən məğlub ayrılıblar. Bizim 
öz dini tariximizdə deyildiyi kimi, Məhəmməd Peyğəmbər (s.ə.) döyüşlərin 
birində 3000 nəfərlə 10 000 nəfərlik orduya qarşı vuruşaraq qalib gəlib. 
Bunun səbəbi onların döyüşqabağı namaz qılıb, özlərini tam şəkildə 
qarşıdakı məqsədə hazırlamalarında,  
 
 

 12
qələbəyə inam hissi yaratmalarında idi. Bu onu göstərir ki, qədim 
vaxtlarda belə insanlar özlərini qabaqcadan görəcəkləri işlərə psixoloji 
cəhətdən hazırlayıblar. Diqqət versək, görərik ki, hər hansı bir döyüşdə 
mübarizə aparan insanın cismi yox, ruhudur. Məhz buna görə tarix boyu 
böyük sərkərdələr döyüşdən  əvvəl psixoloji hücum planları hazırlamışlar. 
Cism isə sanki qıraqdan idarə olunan robotdur. 
Beləliklə, ruhun insan həyatında güclü amil olduğunu dərk etmək çətin 
deyil. Həyatda tarixən elə insanlar olub ki, öz ruhlarının gücünə 
ətrafdakıları da ayıltmaq istəmişlər. Belə insanlardan dahi şairimiz Nəsimini 
misal göstərə bilərik. O, “Məndə sığar iki cahan, mən bu cahana sığmaram” 
beyti ilə insana daxilindəki yerə, göyə  sığmayan ruhunu xatırlatmaq 
istəmişdir. 
Digər məşhur  şairimiz Səməd Vurğunun qələmə aldığı “Vaqif” 
dramında Molla Pənah Vaqifin tutulub qəddar və zülmkar Şah Qacarın 
hüzuruna gətiriləndə baş  əyməməsi onun möhkəm ruhunun göstəricisidir. 
Bir daha demək istəyirəm ki, möhkəm bədənə ancaq möhkəm ruh dayaq 
dura bilər. Ruhun möhkəmliyi isə insanda böyüdüyü ailədə  və yaşadığı 
mühitdə formalaşır. 
İdman sahəsində mübarizə  kəskin və  gərgin olduğu üçün psixoloji 
hazırlığın gücləndirilməsinə idmanın başlanğıc dövründən start verilməli və 
bu iş nəzəri, texniki, taktiki və fiziki hazırlıqla paralel aparılmalıdır. Nəzərə 
alsaq ki, yüksək idman forması  nəzəri, psixoloji, texniki, taktiki və fiziki 
hazırlıq kimi hər biri ayrı-ayrılıqda mövcud olan, eyni zamanda bir-birinə 
möhkəm bağlanan 5 halqadan ibarətdir və mübarizənin gedişində onların 
bərabər möhkəmliyi vacib rol oynayır, deməli, bu halqaların beşinin də eyni 
möhkəmlikdə olması vacib cəhətdir. 
Psixoloji hazırlığımızın zəif olmasının əsas səbəblərindən biri odur ki, 
məşqçilik təcrübəmizdə psixoloji hazırlıq təlimləri yoxdur. Bu səbəbdən də, 
təbii ki, tələbələrin də psixoloji hazırlıq haqqında heç bir anlayış  və 
təsəvvürləri olmur. Belə ki, bu gün məşqçilər idmançıların məğlubiyyətinin 
səbəbini çox asanlıqla fiziki və texniki hazırlığın üstünə yıxırlar. Məşqçilər 
bilməlidirlər ki, psixoloji cəhətdən zəif olan idmançıya qorxu  
 
 

 13
hissi gələndə onun bədənindəki  əzələləri gərginləşməyə başlayır. Bu 
halda qolu açan və bağlayan antaqonist əzələləri eyni vaxtda işləyir və 
idmançı qolunu açmağa ikiqat qüvvə  sərf edir ki, bu da onun tez və çox 
yorulmasına gətirib çıxarır. 
Başqa bir misal. Psixoloji hazırlığı zəif olan idmançı mübarizə zamanı 
qorxu hissi gəldikdə stress keçirərək öz fəndlərində gecikir, fəndləri və 
qərarları vaxtında çıxarmır ki, bu da məşqsi tərəfindən onun texniki zəifliyi 
kimi qiymətləndirilir. Baxmayaraq ki, həmin idmançı  məşqlərdə 
yorulmadan 2 saatdan çox sərbəst işləyə bilir, texniki cəhətdən hamıdan 
yüksəkdə dayanır. Məşqçi növbəti yarışdan sonra onun texniki, taktiki və 
fiziki hazırlığının artırılması ilə məşğul olur. Belə ki, məşqçi ona “Müəllim, 
mən niyə uduzdum?” sualı ilə müraciət edən idmançını “Az qalıb, bir az da 
fiziki, texniki, taktiki cəhətlərini mükəmməlləşdir, hər  şey düzələcək” 
cavabı ilə sakitləşdirir. Ancaq illər keçsə də, idmançı onun zəif tərəfi olan 
psixoloji hazırlığındakı çatışmazlıq aradan götürülmədiyinə görə böyük 
qələbələrə çata bilmir, onda özünə  və  məşqçisinə inam itir. O düşünür ki, 
daha bundan artıq bacarığı yoxdur və böyük idmanı vaxtından tez tərk edir. 
İdmanda psixoloji hazırlığa ilk mərhələdən başlanılması idmançını  nəinki 
qələbələrə çatdırır, hətta onu böyük idmanda daha uzun müddət qalmağa 
həvəsləndirir. 
Çox idmançılar olub ki, uşaqlar və  gənclər arasında böyük idman 
nailiyyətləri qazanıblar. Lakin həmin idmançıların psixoloji hazırlığı  zəif 
olduğundan böyüklərlə eyni nailiyyətləri təkrarlaya bilməyiblər və tezliklə 
idmandan ayrılıblar. 
Psixoloji hazırlığı olan idmançı ilk növbədə dünyanı  dərk etməklə 
özünü dərk edir, onu yaradanı tanıyır (göydə Allahı, yerdə valideyni), 
dünyaya niyə gəldiyini və nə edəcəyini anlayır. Bir sözlə, idmançı mənəvi-
etik və iradi möhkəmliyə malik olur. Həyatdan və tutduğu hər bir işdən 
həzz alır. Belə idmançıları və insanları heç bir qüvvə heç zaman yolundan 
azdıra və çaşdıra bilməz. Buna görə də psixoloji hazırlığın tək  
 
 

 14
idman zallarında yox, məktəb və başqa tədris ocaqlarında da 
aparılması vacib bir məsələdir. Başqa hazırlıqlar kimi, psixoloji hazırlıq da 
gündəlik məşq və  nəzəri bilik tələb edir. Psixoloji hazırlığın artırılmasına 
nail olmaq üçün cəmiyyətlərdə  və federasiyaların nəzdində psixoloji 
hazırlıq seminarları, mühazirələri keçirilməli, eyni zamanda imtahanlar 
təşkil edilməlidir. Bu seminarlara məşqçilər və böyük idmanın təmsilçiləri 
də qatıla bilərlər. Hər hansı bir yazıçının və ya rəssamın yaratdığı obrazlara 
can verilərsə, onların həyatda özlərini necə aparacaqlarını qabaqcadan 
söyləmək mümkün deyil. Lakin məşqçinin yetişdirdiyi hərtərəfli hazırlıqlı 
idmançılar cəmiyyətə və xalqa idman karyeralarından sonra da fayda verir, 
qurur, yaradır, yaşadırlar ki, bu da xalqın və millətin gözəl gələcəyi 
deməkdir. Onu da əlavə etməliyəm ki, artıq idman güc mübarizəsindən ağıl 
və ruh mübarizəsinə keçmişdir.  Əgər biz bu günün tələblərinə uyğun 
hazırlaşmasaq, çətin ki, arzuladığımız idman zirvələrinə çata bilək. Əgər biz 
bədənimizdən tonlarla tər töksək, ancaq beynimizi və ruhumuzu məşq 
etdirməsək, gecə-gündüz çəkilən zəhmət öz bəhrəsini verməyəcəkdir. 
Bununla mən əqlin və ruhun idmanda böyük rol oynadığını bir daha nəzərə 
çarpdırıb vurğulamaq istəyirəm ki, məşqçilər bu cəhətlərin idmançılara 
davamlı surətdə aşılanmasına nail olmalıdırlar. 
Bu gün böyük idmanda o idmançılar qələbə qazana bilərlər ki, onların 
psixoloji, texniki, taktiki, fiziki, həm də yüksək səviyyədə  nəzəri hazırlığı 
olsun. Nəzəri hazırlıq beynin və  ağlın inkişafına gətirib çıxarır ki, bu da 
idmançının  əsas qüvvəsindən biridir. Bu deyilənlərdən belə bir nəticə 
çıxarmaq olar ki, idmançının ağlının gücünü artırmaq üçün onun nəzəri 
biliyini çoxaltmaq gərəkdir. Belə ki, idmançının seçdiyi idman növünün 
bütün sirlərinin və incəliklərinin nəzəri cəhətdən öyrənilməsinə nail olmaq 
lazımdır. 
İdmançının psixoloji qüvvəsini artırmaq üçün isə onun ruhu 
yüksəldilməlidir. Başqa sözlə desək, yüksək psixoloji hazırlıqdan ötrü 
idmançıdan əxlaqi, mə 
 
 

 15
nəvi və iradi cəhətdən möhkəmlik tələb olunur. İdmanın  əsas 
komponentlərindən olan nəzəri və psixoloji hazırlıq bir-birinə daha 
yaxındır.  İdmançılarımızın müəyyən dərəcədə texniki, taktiki və fiziki 
hazırlığı var. Daha çox çatışmayan cəhətlər isə psixoloji və nəzəri hazırlıqla 
bağlıdır. Əgər biz idmançılarımızda bu sahələri artıra bilsək, onlarda paralel 
surətdə texniki, taktiki və fiziki hazırlığın da yüksəldiyini hiss edəcəyik. 
Onu da demək istəyirəm ki, ölkəmizin gündən-günə güclənməsi 
həyatın bütün sahələrində özünü göstərir. Regionların abadlaşdırılması  və 
hər bölgədə yerli olimpiya mərkəzlərinin yaradılması buna sübutdur. 
Dövlətimizin, şəxsən Prezidentimizin xüsusi qayğısı sayəsində həyata 
keçirilən belə möhtəşəm sosial inkişaf proqramı bizə onu deməyə əsas verir 
ki, bu tərəqqi ölkəmizin yaxın bir neçə ildə  hərtərəfli çiçəklənməsinə, o 
cümlədən idman sahəsində inkişafına  gətirib çıxaracaqdır. 
Prezidentimizin gənclərə xüsusi qayğısı, onlarla tez-tez görüşlər 
keçirməsi onun həm də idmana olan böyük diqqətinə  əyani sübutdur. 
Təəssüf ki, dövlət və prezident tərəfindən idmançılara göstərilən diqqətin və 
ayrılan maddi vəsaitlərin müqabilində  məşqçilərin və idmançıların 
göstəriciləri adekvat deyildir. Biz o fikirdən uzağıq ki, idmançılarımız və 
məşqçilərimiz dövlət qayğısından sui-istifadə edib tənbəlləşirlər.  Əksinə 
onlar müvəffəqiyyətsizliklə qarşılaşdıqca məşqləri ikiqat artırırlar və 
yorulmadan çalışırlar. Ancaq digər baxımdan onların bugünkü məşq prosesi 
ötən  əsrin 50-ci illərinin məşqlərini xatırladır və müasir tələblərə cavab 
vermir. Nəticələr qalxmaq əvəzinə enir. Enmənin səbəbini bu gün arayıb, 
araşdırıb aradan götürməsək, özümüz və  tələbələrimiz  heç vaxt 
arzuladığımız zirvələrə çata bilməyəcəyik. Axı niyə bu qədər böyük idman 
akademiyasının potensial qüvvəsindən, orada çalışan savadlı, bilikli 
müəllimlərin bacarığından istifadə etməyək? Bizi bu idman böhranından 
güclü bədən, ağıllı baş və möhkəm ruh xilas edə bilər. Axı  
 
 

 16
idman ölkədaxili bir hazırlıq deyil, o dünya səviyyəsində hazırlıq tələb 
edən bir məşğuliyyətdir. Burada qızıl qanunlardan biri odur ki, bu işə dünya 
səviyyəsində hazırlaşacaqsansa, 1-ci olacaqsan, yox əgər öz səviyyəndə 
hazırlaşacaqsansa, deməli, bilinmir, neçənci olacaqsan. İdmanda hazırlığın 
səviyyəsini dünya diktə edir — onu gör, eşit, duy və riayət et! 
Bəzi məşqçilər elə başa düşürlər ki, başqa ölkədə hazırlıq, təlim məşqi 
keçmək yarışlara dünya səviyyəsində hazırlaşmaq deməkdir. Əslində, belə 
deyil. Hazırlığın səviyyəsi məşqin harada keçilməsindən deyil, sanballı 
məşq planının olmasından, məşqin təşkilindən və yüksək səviyyədə 
keçilməsindən asılıdır. Bununla məşqçilərimizə demək istəyirəm ki, 
idmançıları çox da ora-bura yollarda yormasınlar. Öz torpağımızda 
keçirilən səviyyəli məşqlərlə  də dünya idmanının zirvələrinə qalxmaq 
mümkündür. 
Bu gün bütün dünyada birinci olmaq, idman göstəricilərini artırmaq 
məqsədilə müasir elmin və texnikanın mövcud nailiyyətlərindən istifadə 
edirlər və idmançıların hazırlıq metodları daim təkmilləşdirilir.  İdman 
nailiyyətlərinin yüksəldilməsinə yönəlmiş bu axtarışların məqsədi 
idmançının çıxışında öz imkanlarından maksimum dərəcədə istifadə etmək 
bacarığının artırılmasına nail olmaqdır. Belə ki, idmançıların 
hazırlaşdırılması metodlarında tətbiq olunan təkmilləşmələr,  əsasən, 
idmançının psixoloji durumunun gücləndirilməsi məqsədilə aparılır. Buna 
nail olmaq üçün aşağıdakı üsullardan istifadə edirlər [4]: 
1. Sofrologiya — kosmik enerjinin ruh vasitəsilə  bədənə çatdırılıb 
onların vəhdətinə nail olmaq. 
2. Autogen məşq — insanların yorğunluğu aradan qaldırmaq üçün öz 
fiziki və psixoloji durumlarına təsir göstərmələri. 
3. Bioritmika — idmançıya çıxışdan əvvəl inam vermək üsulu. 
4. Şəxsiyyətin formalaşdırılması. 
 
 

 17
5. Xatxa-Yoqa — orqanizmin psixi və fizioloci proseslərini idarə etmə 
bacarığı. 
6. Akupunktura. 
Məşhur idmançılar təsdiq edirlər ki, qələbə mübarizədə yox, 
mübarizəyə psixoloji hazırlıqda müəyyənləşdirilir [3]. 
İdman bu gün tək sağlamlıq və yüksək nəticələrdən ibarət deyil. İdman 
bu gün yüksək mədəniyyəti, incəsənəti və möhkəm sağlamlığı özündə 
birləşdirən böyük bir yaradıcılıqdır. Nə qədər ki, biz idmana bu prizmadan 
baxmırıq, idman yüksəkliklərinə daim həsrətlə baxanlardan olacağıq. Bu 
gün artıq dövlət səviyyəsində  şərait yaradılıb ki, idmana tələb olunan 
səviyyədə hazırlaşaq. 
Mən  əminəm ki, hörmətli Prezidentimiz cənab Ilham Əliyevin 
idmançılara böyük diqqət və qayğısının müqabilində onlar da adekvat 
olaraq dünya idman saraylarında öz sözlərini deyəcək və Milli bayrağımızı 
yüksəklərə qaldıraraq xalqımızın üzünü ağ, başını uca edəcəklər. 
 
 

 18

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin