Qafqaz Universiteti Materiallar


SOMATİK KOMPANENTLİ FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə12/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   8   9   10   11   12   13   14   15   ...   124

SOMATİK KOMPANENTLİ FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN 

SEMANTİK XÜSUSİYYƏTLƏRİ 

 

Yasəmən SULTANOVA 

 

Bakı Slavyan Universiteti 



siren_90@box.az 

AZƏRBAYCAN 

 

Frazeoloji vahidlər içərisində ən geniş yayılmışı somatik frazeoloji vahidlərdir. Somatik 



frazeoloji vahidlərdə  hər bir xalqın adət-ənənələri, tarixi inkişaf mərhələləri, etnoqrafiyası, 

düşüncə tərzi, bu və ya digər həyat hadisələrinə münasibəti əks olunur. 

Somatik frazeoloji vahidlər dedikdə  insanın bədən üzvlərini bildirən sözlərin iştirakı ilə 

yaranan ifadələr nəzərdə tutulur. Həmin sözlər somatik frazeoloji vahidlərin tərkibində müasir 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

837



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dövrdə konkret mənasını itirərək məcazlaşır və digər komponentlə birlikdə yeni mənanın ya-

ranmasına xidmət edir. 

Əsl somatik frazeoloji vahidlər milli səciyyə daşıyır. Bu tip frazeoloji vahidlər hər bir 

xalqın həyat və yaşayış tərzi, sənəti-peşəsi, mifik rəvayətləri, dini və mövhümi təsəvvürləri, 

adət-ənənəsi, dünyagörüşü ilə bağlıdır. 

Somatik frazeologizmlər təkcə türk dillərində deyil, başqa müxtəlifsistemli dillərdə də 

geniş yer tutur.  

 “Baş” somatizmi insanın zehni fəaliyyətini və düşüncə tərzini simvolizə edir. “Baş” sözü 

ilə işlənən frazeoloji birləşmələr olduqca çoxdur. Bu somatizmlər bütün hind-avropa dillərin-

də müşahidə edilir. Azərbycan dilində “baş” komponenti ən məhsuldar olan komponentdir. 

Bu söz ilə yaranan frazeoloji birləşmələr frazeologizmlərdə birinci yeri tuturlar.  

Rus, azərbaycan və türk dillərində bu söz çoxmənalı sözdür və  əsasən də  bədən üzvü 

nəzərdə tutulur. Lakin bu söz ağıl, dərrakə kimi də işlədilir. İkinci məna frazeoloji birləşmələ-

rin işlənməsində daha aktiv rola sahibdir. Qeyd edək ki, bu söz köhnə slavyan dilində «глава» 

formasında işlənmiş və müasir rus dilində «голова» sözünün bu ilkin forması işlənmir.  

Bu sözün məcazi mənada işlənməsindən insanın müəyyən yaşam forması olan həyat və 

ölümlə bağlı bir sıra frazeloji birləşmələr yaradılmışdır, məs, сломать себе голову - boynunu 

sındırmaq,özünü öldürmək - kafasını  kırmak  и  сломать  голову  /за  что-нибудь - ayağının 

altına baxmaq.  

Bu söz frazeoloji birləşmənin  əsas sözünü təşkil  edir. “Baş” leksemi özünün spesifik 

funksional-semantikasına görə çoxlu frazeoloji birləşmələr yarada bilir, lakin bunların hamısı 

eyni mənanı daşımır. Hər üç dildə bu sözün məcazi mənası frazeoloji birləşmələr yaranmasın-

da daha məhsuldar fəaliyyət göstərir. Məs, умная голова - ağıllı,kafası işləyən - kafası çalışan 

и пустая голова  - boş bəyinli - boş kafalı. 

“Baş” lekseminin semantik strukturu özünü həm pozitiv, həm də neqativ cəhətdən 

büruzə verir, məs, с царем в голове - başında ağlı var, ağlı-kamalı var - aklı başında olmak; 

без царя в голове - ağıldan kəm,ağıldan qıvraq - akılsız,aklı başında olmayan.  

“Baş” komponenti ilə  işlənən semantik frazeologizmlərin çoxsaylı qrupları insanın 

fiziki və psixi durumu ilə bağlıdır, məs, baş ağrısı, yorğunluq, baş gicəllənməsi və s. Məsələn, 

голова  закружилась    -başı gicəlləndi - baş dönmek; мутится/помутилось  в  голов - ağlı 

qarışmaq - aklı karışmak,aklı bulanmak. İnsanın psixi vəziyyətini ifadə edən frazeoloji 

birləşmələr, məs,  Хоть  головой  об  стенку  бейся - istəyirsən özünü qaldır göyə vur yerə, 

istəyirsən başını divara döy - başını duvara vurmak,başını sağa sola vurmak; Вешать голову - 

başını aşağısallamaq,ruhdan düşmək - başı aşağıya düşmek,başını sallamak, голова не болит 

- nə  vəcinə,başı  ağrımır - başı  ağrımamak,umursamamak  обозначает  отсутствие  забот, 

переливаний. Maraqlı olan faktlardan biri də budur ki, aşağıdakı frazeoloji birləşmələr həm 

həqiqi, həm də  məcazi mənada işlənmişdir , məs,  голова  болит  (за  него,  о  ком-чем) - 

vəcində olmaq,almaq - başı ağrımak,umurunda olmak. Bunlar insanın həm fiziki və həm də 

psixi vəziyyətinə aid ola bilər. Belə frazeoloji birləşmələr hər üç dildə üçüncü bir qrup 

yaradırlar, məs,  голова  пухнет - (adamın)başı  şişir - başını  şişirmek. Hər üç dildə elə 

frazeoloji birləşmələr vardır ki, onlar fiziki bir şeyə aid olsalar da, həqiqi mənada işlənə 

bilmirlər, məs,  кровь  бросилась  в  голову - qan vurub başına,cin vurub başına,qan vurub 

beyninə - başından kan akmak. Demək olar ki, məcazi mənada işlənən bütün frazeoloji 

birləşmələr həm struktur və həm də semantik cəhətdən eyni formadadırlar.  

İnsan həyatına aid frazeoloji birləşmələr daha məhsuldardırlar, məs, заплатить головой 

- başına qurban vermək(bir  şəydən ötrü) - başına kurban vermek,başına kurban adamak; 

Ругаться  /поругаться  головой - başına qışqırmaq üstüne bağırmak;  Дать  голову  на 

отсечение - uğruna başını vermək - başını kurban etmek.  

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

838



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

KÖŞƏ YAZILARINDA (FƏRDİ ÜSLUB NÜMUNƏSİNDƏ)                       

ÜSLUB PROBLEMİ 

 

Fərid İBRAHİMLİ 

feridletter@gmail.com 

AZƏRBAYCAN 

 

Köşə yazarlarının üslublarında oxşar və  fərqli cəhətlər özünü göstərir. Oxşar, ümumi 



cəhətlər üslubi fiqurlardan, bədii təsvir və ifadə vasitələrindən, leksik-semantik qatdan istifadə  

baxımından özünü göstərir. Həmçinin köşə yazarlarının çıxış etdiyi mətbu orqanların xitab 

etdiyi ictimai sinfə, mətbu orqanın baş verən ictimai-siyasi hadisələrə münasibətindən asılı 

olaraq yazarların üslublarında ümumi çalarlar yaranır. Köşə yazarlarının üslubunda olan 

ümumi çalarlar yazarların fərdi üslublarında oxşar dil materialından və üslubi priyomdan 

istifadənin ortaya çıxmasına səbəb olur.  İctimai düşüncə  cəhətdən fərqlənən qəzetlərin 

yazarlarının üslublarında isə ortaq cəhətlər az, fərqli cəhətlər çox olur. Narazı kütləyə xitab 

edən mətbu orqanın yazarları daha çox tənqid dilindən, satirik və satirik-yumoristik dildən, 

pamflet ünsürlərindən, ezop fəndindən istifadə edir. Hakim sinfə xitab edən  hər  hansı  

şəxslərin maddi və    mənəvi maraqlarını müdafiə edən qəzet yazarları isə daha çox şablon 

mətndən istifadə edirlər. Onların fərdi yaradıcılıqları aydın görsənmir. Bir çox hallarda tənqid 

dilindən istifadə etsələr belə  yazılarının  əsasını  şərhçilik təşkil edir. Onlar ictimai, siyasi, 

iqtisadi hadisələrə    qəzet mövqeyindən irəli gələn  şərhlər verirlər. Beləliklə, mətbuatımızda 

fərdi üslublarla yanaşı ayrı-ayrı  qəzet üslubları formalaşıb inkişaf edir. Hər qəzetin 

özünəməxsus dil zənginliyi özünü göstərir. Yazı texnikası ümumilikdə müəllifin fərdi 

üslubunu səciyyələndirir. Ancaq yazı texnikası  fərdi üslubun eynisi deyildir. “Fərdi üslub 

nədir?” sualına dilçilik ədəbiyyatlarında bir çox cavablara rast gəlinir.  Üslub “bəlli bir du-

yum, görüş ve biliyə sahib olan sənətçinin həyatı boyunca əldə etdiyi təcrübə və qabiliyyət-

lərlə seçdiyi problemi, biçim ve məzmuna uyğun vasitə və üsullar istifadə edərək özünə xas 

bir üsulla hördüyü kəlmələrlə anlatmasından doğan bir ədəbi dəyər ünsürü və ölçüsüdür” 

(Ahmet Çoban, Edebiyatta Üslup Üzerine, s. 10, Akçağ Yay., Ankara, 2004 ). Yazarların fərdi 

üslubları köşə yazılarının forma olaraq ümumi xüsusiyyətlərindən kənara çıxa bilməsə  də, 

köşə yazıları janr yox,  məhz forma olduğundan müəlliflərə daha  geniş imkanlar verir. Qəzet 

səhifəsində müəllif üçün ayrılmış yerdə, yazar adi məqalə, felyeton, bəzən də, pamflet yazır. 

“Gərək ki, 6-7 il əvvəl yazıçı-publisist Nərmin Kamal yazmışdı ki, İspaniyada 500-dən artıq 

bayram var və bunlar istər ölkə,  istər bölgə səviyyəsində keçirilir. Belə çıxırdı ki, matadorlar 

ölkəsində hər gün bayramdır, hətta çox vaxt bir günə iki bayram düşür. 

Bu yerdə bizim  oxucu  dərhal folklora əl atacaq və ilk reaksiyası belə olacaq: “Dəliyə 

hər gün bayramdır”. Sonra mentalitet, milli dəyərlər keşikçiləri deyəcəklər ki, eh, onlara nə var, 

arsız adamlardır, bütün günü çalıb-oynayır, atdanıb-düşürlər,  elə yüngüllük bizə  yaraşmaz. 

Bu cür  başqa ölkələr də var. Məsələn, nə vaxt baxırsan, Braziliyada karnavaldır, yüz 

minlərlə insan küçələrə tökülüb dingildəyir, oxuyur, deyir, gülür,  şoular göstərirlər. 

Bu o demək deyil ki, onların sosial problemləri yoxdur. Xeyr, var, amma onlar müxtəlif 

sosial problemlərə görə qanlarını çox  da  qaraltmır, keflərindən qalmırlar. 

Biz,  əlbəttə  fərqli camaatıq, ciddi ağırtaxtalı xalqıq, yüngülməcaz, fıştırığa oynayan 

deyilik. Ona qalsa, bizdə  də bayram çoxdur, amma bizdə  əsasən qara bayramlardır.  İşğal 

olunmuş rayonlarımızın işğal günlərinin hər biri bizim üçün ağlaşma günləridir. Hələ bunun 

qətliam, vertolyot qəzası, metro terroru günləri də var. Biz o dərdləri hər il çəkirik, kütləvi şə-

kildə oturub ağlaşmasaq da, özümüzü ağlamsınmış, təsirlənmiş kimi göstəririk.” (Samir Sarı 

“Göyçayda nar bayramı, Vəngdə qoduq cıdırı”, Yeni Müsavat, səh.4, 03.11.2014, №270) Bu 

nümunədə müəllifin fərdi üslubu aydın seçilir. Müəllifin təfəkkür tərzi mövzuyla bağlı konk-


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

839



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ret nəticəyə gəlir və gəldiyi nəticəyə oxucunu  inandırmağa səy göstərir. Müəllif bunu müxtə-

lif üsullarla edir. Sitatlar və  müqayisələr mətndə əsas fikri şərh etməyə yönəlir. Aydın, anla-

şıqlı təhkiyə dili ilə yazılmışdır. Mətndə müəllif təhkiyəsi daxilində vasitəli nitqdə hadisə və 

əhvalatlara simvolik oxucu münasibəti, yəni cəmiyyətin dilindən müəllif təxəyyülü aparıcı  

yer  tutur. Mətndə obrazlılıq və bədiilik hadisələrin tipikləşdirilməsi, xalq deyimindən nümu-

nə, dialekt sözlərindən və ümumilikdə xalq dili ilə ədəbi dilin sintezindən istifadə nəticəsində 

yaranmışdır. Cümlələr,  abzaslar bir-birilə qarşılaşdırılır və nəticə hasil olur.  Yəni müəllifin 

fikri üzə çıxır. Yazı bir söhbət havasında və inandırıcı bir təfəkkür tərzi ilə yazılıb. Məsələn: 

“Bu cür  başqa ölkələr də var. Məsələn, nə vaxt baxırsan, Braziliyada karnavaldır, yüz min-

lərlə insan küçələrə tökülüb dingildəyir, oxuyur, deyir, gülür,  şoular göstərirlər. 

Bu o demək deyil ki, onların sosial problemləri yoxdur. Xeyr! Var. Amma onlar müxtə-

lif sosial problemlərə görə qanlarını çox  da  qaraltmır, keflərindən qalmırlar.” Mətndən gətiril-

miş bu nümunədə  birinci abzasda Braziliyada vəziyyət şərh  olunur. Həmçinin həmin vəziyyət 

digər abzaslardakı  fikirlərlə qarşılaşdırılır. İkinci abzasda isə müəllifin şərhindən çıxan nəticə 

müəllifin dili ilə oxucuya çatdırılır. Bu da köşəni daha inandırıcı edir və əyanilik yaradır. Müəl-

lif sanki oxucunu özü ilə bərabər hadisə ətrafında fikirləşməyə, nəticə çıxarmağa səfərbər edir. 

Ancaq fərdi üslubu daha çox nəzərə çarpdıran müəllifin ümumi yaradıcılığıdır. Müəl-

lifin ümumi yaradıcılığı ilə tanış olmadan müəllifin üslubu haqqında dolğun fikir söyləmək 

qeyri-mümkündür. Həmçinin müəllifin yaradıcılığını digər müəlliflərin yaradıcılığı ilə müqa-

yisə etmək, fərdi üslub xüsusiyyətlərini görməyə kömək etmiş olur.  

 

 

YAŞAR KAMAL “AĞRIDAĞI ƏFSANƏSİ”                                   

ROMANINDA DASTAN MOTİVLƏRİ 

 

Mehriban QULİYEVA

 

Naxçıvan Dövlət Universiteti 



quliyeva.mehriban@list.ru 

AZƏRBAYCAN 



 

Müasir türk nəsrinin ən görkəmli simalarından biri Yaşar Kamalın əsərləri içərisində bu 

günə qədər on beş dəfəyə yaxın nəşr edilən “Ağrıdağ əfsanəsi” romanı mühüm yer tutur. Əsər 

haqqında tanınmış türkoloqlar Q.İsmayılov, Q.Qorbatkina , və S.Uturqaurinin son dərəcə 

dəyərli məqalə, təhlil və fikirləri vardır. Biz bu məqalədə çağdaş bir romanla qədim türk 

dastan mədəniyyəti, əfsanə ilə reallıq, miflə gerçəklik arasındakı bağların ənənə və novatorluq 

müstəvisində təhlilini verməyə çalışacağıq. 

“Ağrıdağ  əfsanəsi” romanı özünün süjet xətti, obrazların təsviri, bədii  şərtiliklər və 

konfliktlərin həlli, təsvir və ifadə vasitələri, dil, üslub və təhkiyə tərzi, əfsanəvi və real zaman-

məkan anlayışları baxımından qədim və  zəngin türk epos mədəniyyətinin çağdaş söz 

sənətində ən gözəl nümunələrindəndir. 

Əsərdə yer alan hadisələr Şərqi Anadolunun hələ bütün qəbilələrinin Osmanlı imperiya-

sının hakimiyyəti altında olmadığı çox uzaq dövrlərdə cərəyan edir. Əsərin əsas süjet xəttini 

Əhmədin qapısına təsadüfən gəlib çıxmış  Qır atın Allah tərəfindən göndərilən hədiyyə 

sayılması  və yeni sahibinin qaytarılmayan mülkiyyəti hesab olunması kimi tayfa-əşirət 

ənənəsi təşkil edir. Qapıya qədər gəlmiş atı geri vermək də, onu geri istəmək də bölgə 

xalqının yüzillərdir sürüb gələn adət-ənənələrinə ziddir. Çünki at Haqdan yadigardır. Onu 

saxlamaq, qorumaq lazımdır.  Ənənələrin belə  tələb etdiyini xalq müdriki, bölgənin bütün 

oymaqlarının elini-dilini bilən Sofinin verdiyi məsləhətdən başa düşürük. Lakin əvvəlcə, 

Əhməd atı üç kərə aparıb, dağın arxa tərəfinə buraxmalıdır; əgər at hər səfərində qayıdıb, ye-

nə bu qapıya gələrsə, o zaman atı əsla geri verməməlidir. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

840



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Romanın III şəxs adından folklorik təhkiyəsi dastan üzərində köklənməsinin ilk işarəsi-

dirsə,  əsərin baş personajının qapısına gələn Qıratla onu ilk görən  Əhmədin qonşusu Sofi 

arasındakı sözsüz mükalimə ikinci simvoldur. Atın belindəki üzərində günəş və ağac işlənmiş 

yəhəri və bu rəmzlərin hansı tayfa və  əşirət mənsubuna aidliyini "hər  şeyin bilicisi" Sofi 

xatırlaya bilmir. Lakin o fəhmlə dərk edir ki, bu, fəlakət işarəsidir, belə olmasaydı, Sofi bu 

rəmzi şəkilləri mütləq tanımalıydı. Üçüncü bir dastani rəmz Qır atın qapısında dayandığı evin 

içərisindən  ətrafa yayılan yanıqlı tütək səsidir. Ürəkləri sızladan bu ney Ağrıdağının  ən 

kədərli türküsünü səsləndirirdi; Bu, Ağrıdağının hiddəti idi və tütəyi çalan xalq arasında çox 

sevilən, sifəti daima kədər və həsrət ifadə edən igid Əhməddən başqası deyildi. 

Əsərin ilk səhifələrində heç kəsdən və heç nədən qorxmayan bir obraz kimi təqdim 

edilən Mahmud xanı hadisələr inkişaf etdikcə qorxu hissi çulğayır. Onun qorxduğu  şey 

ayrılıqda götürülmüş bir fərddən qaynaqlanan qorxu deyildir. Bu qorxu xalqın qəzəbidir, 

kükrəmiş selin gücüdür, qullar dünyasının intiqamıdır. Hətta sükutudur, çünki bu sükutun 

tufan öncəsi sakitlik olduğunu və hər an qasırğaya dönə biləcəyini yaxşı başa düşür. Heç vaxt 

bir sözü iki olmayan Mahmud xan gözləmədiyi bu hadisədən sarsılır, hiss edir ki, xalq ayağa 

qalxarsa, onun qabağında durmaq mümkün olmayacaqdır. Ustad yazıçı bu qorxu hissinin 

Mahmud xanda yaratdığı psixoloji ovqatı oxucuya onun daxili monoloqu vasitəsilə çatdırır:” 

İnsanları, şu dağlardan, ovalardan kopup gelen kalabalığı düşünüyordu. Bunlar bir erkek ve 

bir kadının mutluluğu için buraya toplanmışlardı. Dışardan bakınca öyle görünüyordu. Ama 

bunun altında çok şey vardı. İnanılmaz bir ölke vardı. Yüzbin yılların başkaldırma duygusu 

vardı. Şu konuşmayan, kıpırdamayan öfke.... Gittikce zaman bozuluyor ve halk azıtıyor. Bu-

gün benim sarayımın, kapısını tutarlar kız bahanesiyle, yarın İstanbul şehrini doldurur, Padi-

şahın sarayının kapısını tutarlar başka bir bahaneyle. Vakit erişti gibime gelir. Şu halka bir 

çare bulamazsak hepimizin kellesi gider. Yarın zulmü bahane ederler, öbürsü gün ekmeği... 

Ve birikirler birikirler. Yüz bin yılın öfkesi ve de acısıyla. Şimdiki gibi sessiz birikirler. Ve bu 

kalabalığa güc yetmez. Onlarla ordular, bir dünya kadar ordu olsa başa çıkamaz”. 

Romandan gətirdiyimiz bu nisbətən geniş alıntı Yaşar Kamalın Bəyazid paşası Mahmud 

xanın qəddarlıq, rəhmsizlik və zalımlığının getdikcə onun üçün vahiməyə, ümidsizliyə, 

qorxuya çevrilmə prosesini necə böyük sənətkarlıqla canlandırdığını vurğulamaq məqsədi 

daşıyır. Daha əvvəllər də müxtəlif üsyan, qiyam, iğtişaşlarla qarşılaşmış olan Mahmud xan öz 

hakimiyyətini hər dəfə müəyyən güzəştlər etməklə əldə saxlayır. Romanda iki dəfə Bəyazid 

qalasının qarşısında toplanan xalq birincidə Xan qızının zindandan azad olunmasını, ikincidə 

isə Osmanlı paşasının müqavimətini qırıb, Gülbaharla Əhmədin qovuşmasını reallaşdırır. 

Haqqı, həqiqəti,  ədaləti təmsil edən xalq qarşıya çıxan maneələrin hamısını  dəf edir və 

Ağrıdağının hiddətini sevgiyə ( sonu faciə ilə bitsə də) döndərməyi bacarır. 

 

 

AZƏRBAYCAN DİLİNDƏ “BAŞ” KOMPONENTLİ                     



FRAZEOLOJİ VAHİDLƏR 

 

Elzadə SADIQOVA  

Bakı Slavyan Universiteti 



sadiqli.elya@mail.ru 

AZƏRBAYCAN 

 

Hər dildə xalqın yaşam tərzini, mədəni xüsusiyyətlərini əks etdirən vahidlər və birləş-



mələr var. Bir dildə danışarkən sadəcə sözlərdən deyil, qəlibləşmiş söz birləşmələri yəni, 

frazeoloji vahidlərdən də istifadə olunur. Bu birləşmələr dildə  qəlib şəklində mövcuddur. Fra-

zeoloji birləşmələr dili zənginləşdirən ən önəmli materiallardırlar. Din, fəlsəfə, tarix, folklor 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

841



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

və.s. ilə bağlı bir çox birləşmələr anlatma gücü və qavrama zənginliyi baxımından bir dilin 

əvəzolunmaz ünsürləridirlər.  

Frazeoloji birləşmələrin ifadə etdiyi mənalar bütöv haldadır. Frazeoloji birləşmələr sabit 

birləşmələrdir, yəni belə birləşmələrdə sözlərin sırası dəyişməzdir, buna görə də onlar qram-

matik cəhətdən ayrı-ayrılıqda təhlil olunmur.   

Frazeologiyanın məqsədi frazeoloji vahidlərin (frazemlərin) dildə mövqeyini müəyyən-

ləşdirmək, onların müvafiq prinsiplərə əsasən təsnifini vermək, üslubi xüsusiyyətlərini aydın-

laşdırmaq,  əmələgəlmə  və inkişaf etmə yollarını  aşkar etməkdən ibarətdir. Frazeoloji vahid-

lər həqiqətin obrazlı qəbul edilməsi əsasında yaranır, hər hansı dil kollektivinin gündəlik yaşa-

yışını, mədəni və tarixi təcrübəsini əks etdirir. 

Dildə frazeoloji vahidlərin öyrənilməsi ilə əlaqədar olaraq tədqiqat obyekti kimi “baş” 

komponentli somatik birləşmələrin araşdırılması onların Azərbaycan dilində mühüm yer tutdu-

ğunu göstərir. Dildə somatizmlərin semantikası aşağıdakı kimi təzahür edir: 

Bədənin üzvü – həmin üzvün fəaliyyət funksiyası: 

baş → «düşünmək», «ağıl»,«dərrakə». 

Baş insan bədəninin kəllə  və sifətdən ibarət olan hissəsidir. Azərbaycan dilində “baş” 

somatizminin etimologiyası haqqında prof. A.Axundovun fikrinə əsaslanaraq demək olar ki, 

qədim ümumaltay dilinin süqutundan sonra yaranmış ümumtürk sözüdür.  

“Baş” sözü Azərbaycan dilində bu mənaları verir: 1) insanın anatomik orqanı 2) hər 

hansı bir məsələni düşünən, anlayan hissə 3) bir şeyin ən yuxarı hissəsi, təpəsi, zirvəsi,üstü 4) 

bir şeyin başlandığı yer, başlanğıc.  

Azərbaycan dilində mövcud olan baş tərkibli somatik frazeologizmləri aşağıdakı tema-

tik qruplara ayırmaq olar:  

1) Əqli fəaliyyət bildirənlər: baş açmaq – anlamaq, düşünmək. Vallah, mən sənin sözlə-

rindən baş açmıram. (C.Məmmədquluzadə). Biz də .. bisavad adamıq, kitabdan nə baş açacaq 

idik. (Ə.Haqverdiyev); Baş çıxarmaq–anlamaq, başa düşmək, qanmaq. Mən sənin işindən heç 

baş çıxara bilmirəm.  Məgər sənin işindən mən baş çıxardıram? (N.Vəzirov); Baş işlətmək – 

fikirləşmək; Başa düşmək – anlamaq,düşünmək, qanmaq. Vallah, başa düşə bilmirəm, mən-

dən nə istəyirsiniz? (N.Vəzirov).  

2)  Əqli qabiliyyət bildirənlər: Bu qrupa daxil olan baş  tərkibli somatik frazeologizm-

lərin özlərini də semantikasına görə iki yerə bölmək olar: 

a) Təsdiq, müsbət mənalı somatik birləşmələr: başını sudan çıxarmaq; yaxşı başı olmaq; 

başını itirməmək və.s. 

b) İnkar mənalı somatik frazeologizmlər: başı çıxmamaq – bələd olmamaq,tanış olma-

maq, bilməmək, başa düşməmək, bacarmamaq. Tükəzban xalanın siyasətdən çox da başı çıx-

mazdı. (B.Talıblı); Haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim. (İ.Əfəndiyev); Başına 

girməmək– başa düşə bilməmək, anlaya bilməmək. 

3)  İnsanın emosional vəziyyətini, fiziki vəziyyətini bildirən somatik frazeologizmlər: 

Başdan keçmək – candan keçmək, özünü fəda etmək. Başdan keçibən eşqdə cövlan gərək 

olsun; Meydani-məhəbbətdi bu, ey dil, ciyər istər. (S.Ə.Şirvani); başına od(kül) ələmək: 

Bəsdir fəraq odlarından kül ələndi başımıza, 

Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!   (M.Şəhriyar) 

4) İnsanın davranışını bildirən somatik frazeoloji vahidlər: Başa gətirmək – düzəltmək, 

hazırlamaq. Ustanın neçə  həftəyə başa gətirdiyi başmaqlar məsciddə  əl-ələ  gəzirdi. (Y.Çə-

mənzəminli); Başdan eləmək (etmək) – rədd etmək, başdan ötürmək, özündən uzaqlaşdırmaq, 

canını qurtarmaq. Xanpəri qardaşı oğlunun suallarına ağızucu cavab verib, onu başdan etməyə 

çalışdı. (Ə.Vəliyev).  

Azərbaycan dilində  tərkibində “baş” komponenti işlənən frazeoloji birləşmələr üslubi 

cəhətdən zəngindirlər və dilə müxtəlif məna çalarları verirlər. Dilin lüğət tərkibini təşkil edən 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

842



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

sözlərin yalnız müəyyən qismi frazeoloji birləşmələrin formalaşmasında iştirak edir. Dildə elə 

sözlər vardır ki, onlar bir sıra frazeoloji vahidlərin yaranmasında iştirak edir. Bunlar sırasında 

somatizmlərin adını çəkmək mümkündür. Bəzi sözlər isə yalnız bir neçə birləşmənin formalaş-

masında iştirak edirlər. 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin